Məhkəmə qərarları › İş №1(102)-998/2020

Ali Məhkəmə Qərar — İş №1(102)-998/2020

28.10.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-998/2020 28.10.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından QƏRAR Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Hakimlər: İnqilab Maşallah oğlu Nəsirov (sədrlik edən və məruzəçi), Əziz Cəfər oğlu Seyidov və Tahir Lələkişi oğlu Kazımovdan ibarət tərkibdə; Sevinc Elton qızı Cəbrayılovanın katibliyi ilə, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru, ədliyyə müşaviri X3 iştirakı ilə, Abşeron Rayon Məhkəməsinin 22 noyabr 2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 127.2.3 və 221.2.1-ci madd ələri ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsindəki Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 05 fevral 2020-ci il tarixli qərarından Zərərçəkmiş şəxs Rəfayıl oğlu tərəfindən verilmiş kassasiya şikayətinə əsasən Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında işə baxaraq, MÜƏYYƏN E T D İ: Abşeron Rayon Məhkəməsinin 1(012)-264/2019 nömrəli 22 noyabr 2019-cu il tarixli hökmü ilə (sədrlik edən hakim Vaqif Həsənov), Məhkum,05 may 1990-cı ildə Abşeron rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, Abşeron rayonu, ********* şəhəri X7 «********** » adlanan ərazidə yaşayan, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3 və 221.2.1-ci maddələri ilə təqsirli bilinib, CM-in 127.2.3-cü maddəsi ilə ona 01 (bir) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası, CM-in 221.2.1-ci maddəsi ilə 01 (bir) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası etmiş, CM-in 66.2-ci maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə o, qəti olaraq 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, CM-in 69.3-cü maddəsinə əsasən həbsdə və ev dustaqlığında olduğu 11 (on bir) ay müddət bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki günü hesabı ilə hesablanmaqla 01 (bir) il 10 (on) ay müddət ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılmaqla üzərində qəti olaraq 02 (iki) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən M əhkum ona görə təqsirli bilinib məhkum edilmişdir ki, o, 03 may 2017-ci il tarixdə saat 19 radələrində tanışları X6, X8 və C6 ilə Abşeron rayonu, ****** şəhəri, ******** küçəsində yerləşən ********* adına parkın kənarında dayandıqları zaman Zərərçəkmiş şəxs idarə etdiyi *Reno-Laqon* markalı **--*** dövlət qeydiyyat nişanlı avtomobil ilə onu təqib edərək, yaxınlıqdakı ******* kişi geyimi mağazasının qarşısında saxlamaqla Zərərçəkmiş şəxs idarə etdiyi avtomobili guya onların üzərinə sürdüyünü bəhanə edib, cüzi səbəb kimi göstərməklə X6 və X8 ilə bir qrup şəxs halında özlərini cəmiyyətin fövqündə qoyaraq ictimai qaydanı kobud surətdə, yəni cəmiyyətdə insanlar arasında bərqərar olmuşbirgə yaşayış və davranış qaydalarına qərəzli surətdə pozaraq, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxsin üzərində zor tətbiq olunması ilə müşayiət olunan qərəzli hərəkətlər edərək heç bir əsaslı səbəb olmadan, ətrafa toplaşmış şəxslərin gözləri önündə Zərərçəkmiş şəxs ünvanına nalayiq ifadələr işlətməklə, onunla mübahisə etmiş K6 və C6 birlikdə Zərərçəkmiş şəxs sifət və bədəninin müxtəlif nahiyələrindən yumruq və təpiklə vuraraq, ona qədsən sağlamlığa yüngül zərərvurmaya aid qapalı kəllə-beyin travması, baş beyin silkələnməsi, alın nahiyəsinin sağ və sol hissələrinin dərialtı hematoma xəsarətləri, Məhkum isə güləş fənni istifadə edib onu yerə yıxıb sifət nahiyəsindən yumruqla qəsdən vuraraq, sonuncuya qapalı kəllə beyin travması, baş beyin silkələnməsi, burun sümüklərinin yerinidəyişmiş sınığı, sol əng cibinin ön divarının yerinidəyişmiş sınığı, sol tərəfli, hemasinus (haymor boşuluğna qanın toplanması), burun və sol almacıq nahiyələrindən qançır-şişkinlik halında əzilməsi, alın nahiyəsinin sağ və sol hissələrinin dərialtı hematomaları ilə müşayiət olunan həyatı üçün təhlükə yaratmayan və Azərbaycan Respublikası CM-nin 126-cı maddəsində göstərilən nəticələrə səbəb olmayan sağlamlığın uzun müddətə pozulmasına səbəb olan az ağır zərər vurmaya aid xəsarətlər yetirməklə 30 dəqiqə ərzində davam etməklə, ətrafda olan digər şəxslərin rahatlıqlarını, dincliklərini pozaraq qərəzli xuliqanlıq etmişdir. Hökmdən iş üzrə Zərərçəkmiş şəxs R6 oğlutərəfindən verilən apellyasiya şikayətinə əsasən işə baxan Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(105)91/2020 nömrəli 05 fevral 2020-ci il tarixli qərarı ilə (sədrlik edən və məruzəçi hakim Nazim Mövsümov, hakimlər Vidadi Cəfərov və Ruhiyyə Əsgərovadan ibarət tərkibdə) apellyasiya şikayəti təmin edilməmiş, Abşeron Rayon Məhkəməsinin 22 noyabr 2019-cu il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır. Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 05 fevral 2020-ci il tarixli qərarından Zərərçəkmiş şəxs N6 tərəfindən kassasiya şikayəti verilmişdir. Kassasiya şikayətinin dəlilləri: Kassator kassasiya şikayətini əsaslandıraraq qeyd etmişdir ki, Sumqayıt Apellyasiya Məhkəməsi onun apelyasiya şikayətinin dəlilərinin araşdırılmasından əsassız olaraq imtina etmiş və ləğv edilməli olan qanunsuz, əsassız bir hökmü qüvvədə saxlanılmışdır. Belə ki, Azərbaycan Respublikası CM-in 127.2.3-cü maddəsi ilə başlanılan cinayət işi beş ay müstəntiq tərəfindən süründürülmüşdür. Bütün cinayət törətmiş şəxslər məlum olduğu halda, onları məsuliyyətə cəlb etməmiş və məhkəmə məsuliyyətinə verməmişdir. Bu cinayətkarlardan biri residivist olmuş, 2-ci dəfədir ki, məni heç bir səbəb olmadan döyüb öldürmək istəmişdir. İşə baxan məhkəmələr iş üzrə tam, obyektiv və hərtərəfli araşdırma aparmamış, məhkumun ona qəsdən az ağır xəsarət yetiriməsini, hadisədən sonra “uzun əllərin” vasitəsilə istintaqdan qaçıb gizlənməsini, mənimlə barışıq əldə etməməsini, həmçinin iş üzrə digər halları nəzərə almamış və məhkuma həddən artıq yüngül cəza təyin etmişlər. Cinayət törədən şəxsə belə yüngül cəza təyin edilməsi heç bir məntiqə sığmır. Məhkuma azadlıqdan məhrum etmə cəzası təyin edilməsinin mümkünlüyünə baxmayaraq, məhkəmələr əsassız olaraq Məhkum onun törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsinə uyğun gəlməyən aş kar yüngül cəza təyin etmişlər. Kassator göstərilənləri nəzərə alaraq, kassasiya şikayətinin təmin olunması, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 05 fevral 2020-cı il tarixli qərarının ləğv edilərək, cinayət işinin yenidən apellyasiya baxışına qaytarılmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası cinayət işinin materiallarını araşdırıb kassasiya şikayətinin dəlillərini müzakirə edərək kassasiya şikayətinin təmin edilməməsi barədə iş üzrə dövlət ittihamçısı H6 çıxışını dinləyərək belə hesab edir ki, aşağıdakı əsaslara görə kassasiya şikayəti təmin edilməməli və Məhkum barəsindəki Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 05 fevral 2020-ci il tarixli qərarı zərərçəkmiş şəxsin kassasiya şikayə tinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Hüquqi məsələlər: Azərbaycan Respublikası CPM-in 419.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qeyd olunan maddədən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş veribverməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilibedilməməsi məsələlərinə öz münasibətini bildirir. Kassasiya şikayətinin ilkin dəlili Məhkum başqa hadisə zamanı ona xəsarət yetirmiş şəxslərin cinayət məsuliyyətinə cəlb olunmamalarıdır. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası CPM-in 318.1-ci maddəsinə görə məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraatın materiallarına və ya xüsusi ittiham qaydasında şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Cinayət işinin materiallarından müəyyən edilir ki, ibtidai araşdırma orqanı tərəfindən Məhkum istintaqdan yayındığı üçün onun barəsində cinayət işi ayrılaraq ayrıca icraatda aparılmışdır. Bununla belə, iş üzrə digər təqsirləndirilən şəxslər X5 və X8 barəsində cinayət işi ayrı icraatda aparılaraq məhkəməyə verilmişdir. Abşeron Rayon Məhkəməsinin 08 noyabr 2018-ci il tarixli hökmü ilə X5 və X8 da tə qsirli bilinərək məhkum olunmuşlar. Bundan başqa iş materiallarından görünür ki, təqsirləndirilən şəxs Məhkum Azərbaycan Respublikası CM-in 127.2.3 və 221.2.1-ci maddələri ilə ittiham irəli sürülmüş və cinayət işi baxılmaq üçün məhkəməyə göndərilmişdir. Yuxarıda qeyd edilən qanun normasının tələbinə görə Məhkum barəsində olan cinayət işinə ona verilmiş ittiham daxilində baxmaq hüququna malikdir, məhkəmənin təqsirləndirilən şəxsə verilmiş ittihamı ağırlaşdırmaq, yaxud genişləndirmək səlahiyyəti yoxdur. Odur ki, kassasiya şikayətinin bu dəlili əsassızdır. Kassasiya şikayətinin başlıca dəlili isə işə baxan məhkəmələr tərəfindən məhkumun törətdiyi cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə açıq-aşkar uyğun gəlməyən yüngül cəza təyin edilməsidir. Kassator məhz bu səbəbdən Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 05 fevral 2020-ci il tarixli qərarının ləğv edilməsini və işin yenidən apellyasiya baxışına qaytarılmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası ilk öncə onu qeyd edir ki, cinayət işinin materiallarından və məhkəmə aktlarından görünür ki, işə baxan məhkəmələr işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün sübutları Azərbaycan Respublikası CPM-in 143-146-cı maddələrində göstərilən qaydada tədqiq etmiş, qiymətləndirmiş, sübutların hansına üstünlük verilməsi məhkəmə qərarlarında göstərilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, işə baxan məhkəmələr tərəfindən “İnsan Hüquqlarının və Əsas Azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinin tələblərinə riayət edilmiş, iş üzrə açıq və ədalətli mə hkəmə araşdırması aparılmış, sübutlara onların mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə düzgün qiymət verilmiş, məhkumun təqsirinin sübuta yetirilməsində qanunsuz yolla əldə edilmiş sübutlardan istifadə edilməmiş, iş üzrə mötəbər sübutların məcmusu ilə Məhkum təqsirliliyi sübuta yetirilmişdir. İşə baxan məhkəmələrin Məhkum cinayət əməlinin sübuta yetirilməsinə və tövsifinə dair nəticələri iş materiallarına uyğun olduğu üçün məhkəmə kollegiyası da bu nəticə ilə razılaşır və belə hesab edir ki, Məhkum cinayət əməli məhkəmələr tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3 və 221.2.1-ci maddələri ilə tövsif edilmişdir. Məhkəmə kollegiyası kassasiya şikayətinin məhkuma yüngül cəza təyin edilməsi barədə dəlillərinə münasibət bildirərək ilk öncə qeyd edir ki, z ərərçəkmişin kassasiya şikayətinin dəlilləri onun apellyasiya şikayətinin dəlillərində də göstərilmiş və apellyasiya məhkəməsinin araşdırma predmeti olmuşdur. Apellyasiya instansiya məhkəməsi də öz növbəsində zərərçəkmiş şəxsin apellyasiya şikayətini təmin etmədən və hökmü dəyişdirmədən saxlamışdır. Qeyd edilməlidir ki, hökmdən müəyyən olunur ki, birinci instansiya məhkəməsi Məhkum cəza təyin edərkən səmimi peşmançılıq çəkməsini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi, əməlində CM-in 61-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran halın olmamasını və törədilmiş cinayətlərin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, təyin edilən cəzanın sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və onun ailəsin in həyat şəraitinə təsirini nəzərə alaraq Azərbaycan Respublikası CM-in 127.2.3-cü maddəsi ilə 01 (bir) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması və CM-in 221.2.1-ci maddəsi ilə 01 (bir) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş və Məhkum qəti olaraq 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Apellyasiya instansiyası məhkəməsinin qərarından müəyyən olunur ki, məhkəmə Məhkum təyin edilən cəzanı ədalətli hesab edərək dəyişdirilmədən saxlamış və zərərçəkmiş şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmişdir. Apellyasiya məhkəməsi zərərçəkmiş şəxsin apellyasiya şikayətini əsassız hesab edərkən qərarını belə əsaslandırmışdır ki, Məhkum təyin edilən və Azərbaycan Respublikası CM-in 127.2.3 və 221.2.1-c i maddələrinin sanksiyalarında nəzərdə tutulmuş cəzanı yüngül hesab etmək olmaz, ona 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmişdir. Maddənin sanksiyasında nəzərdə tutulmuş cəza növlərindən görünür ki, azadlığın məhdudlaşdırılması cəzası sərtliyinə görə orta sərtlikdə olan cəza növüdür. Bu cəza növü islah işləri cəza növündən sərt cəzadır. Zərərçəkmişin məhkuma mütləq azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi barədə tələbi CM-in 8.1, 41.2 və 58.3-cü maddələrinin tələbləri ilə uyğunluq təşkil etmir. Məhkəmə kollegiyası işə baxan məhkəmələrin Məhkum təyin etdiyi cəzanın növü və həddi ilə əsaslı və ədalətli olduğundan razılaşır və aşağıdakıları qeyd etməyi lazım bilir: Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs h aqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-in 41.2-ci maddəsinin tələbinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir CM-in 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nə zərə alınır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 2003-cü il 25 iyun tarixli, 4 saylı qərarının 1-ci bəndində göstərilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-in 2 və 41ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Məhkuma isnad edilən Azərbaycan Respublikası CM-in 127.2.3-cü maddəsinin sanksiyasında bir ildən üç ilədək azadlığın məhdudlaşdırılması və ya bir ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə cəzası, CM-in 221.2.1-ci maddəsinin sanksiyasında iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir il dən üç ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Hökmdən müəyyən edilir ki, birinci instansiya məhkəməsi təqsirləndirilən şəxs Məhkum cəza təyin edərkən onun səmimi peşmançılıq çəkməsini cəzasını yüngülləşdirən hal kimi qiymətləndirmiş, cəzasını ağırlaşdıran halların isə müəyyən edilməmişdir. Məhkəmə kollegiyası o xüsusatı da qeyd edir ki, cinayət işinə birinci instansiya məhkəməsində baxılan zaman-dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri X2 öz çıxışında Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3cü maddəsi ilə 02 (iki) il müddətinə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə Məhkum qəti olaraq 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Məhkum 22 dekabr 2018-ci il tarixdən 22 noyabr 2019-cu il tarixədək həbsdə və ev dustaqlığında olduğu 11 (on bir) ay müddətin bir günə iki gün hesabı ilə hesablanmaqla 01 (bir) il 10 (on) ay müddətin ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılmasını təklif etmişdir. Göründüyü kimi iş üzrə dövlət ittihamçısı Məhkum qəti olaraq 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini təklif etmişdir. Məh kəmə isə məhkuma 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin etmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 404-cü maddəsinə əsasən, cinayət qanununun müvafiq maddəsi ilə müəyyən edilmiş hüdudlardan kənara çıxmasa da, həm sərtliyinə, həm də yüngüllüyünə görə açıq-aydın ədalətsiz olan cəza cinayətin ağırlığına və məhkumun şəxsiyyətinə uyğun olmayan cəza hesab edilir. Məhkəmə kollegiyası qeyd edir ki, istər göstərilən Qanun normalarının tələbləri, istərsə də Plenum qərarının tövsiyyələri və iş üzrə cəzanı yüngülləşdirən və ağırlaşdıran halların fövqündə yanaşdıqda işə baxan məhkəmələrin Məhkum təyin etdiyi azadlığın məhdudlaşdırılması cəzası növünə və həddinə görə ədalətsiz hesab oluna bilməz. Beləliklə, məhkəmə kollegiyası Məhkum törətdiyi cinayətin xa rakteri və ictimai təhlükəliliyi, məhkumun şəxsiyyəti, iş üzrə cəzanı yüngülləşdirən və ağırlaşdıran halların işığında ona təyin edilən 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasını əsaslı və kifayət qədər ədalətli cəza hesab edir. Yuxarıda şərh olunanlara, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1, 41.2, 58.3-cü maddələrinin tələblərinə və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarının tövsiyyələrinə əsaslanaraq kassasiya kollegiyası Məhkum törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, iş üzrə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, həmçinin təyin edilən cəzanın sosial ədalətin bərpasına, məhkum un islah edilməsinə və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq və cəzanın qanunla müəyyən edilmiş məqsədinə çatmaq üçün Məhkum təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının ağırlaşdırılması üçün mübahisələndirilən qərarın ləğv edilməsi və işin yeni apellyasiya baxışına qaytarılmasını mümkün hesab etmir və Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 05 fevral 2020-ci il tarixli qərarının kassasiya şikayətinə münasibətdə qanuni, əsaslı və ədalətli olması nəticəsinə gəlir. Məhkəmə kollegiyası göstərilənlərə əsasən kassasiya şikayətinin dəlillərini qəbul etmir və onların əsassız olması nəticəsinə gəlir. Belə olan halda, məhkəmə kollegiyası cinayət işinin materiallarını və cinayət-prosessual qanunvericiliyinin tələblərini nəzərə alaraq Məhkum barəsindəki Sumqay ıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 05 fevral 2020-ci il tarixli qərarından iş üzrə Zərərçəkmiş şəxs Rəfayıl oğlu tərəfindən verilən kassasiya şikayətinin dəlilləri ilə razılaşmır və belə nəticəyə gəlir ki, həmin şikayətin təmin edilmədən, göstərilən qərarın isə kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılması qanuni, əsaslı və ədalətlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA A L D İ: Zərərçəkmiş şəxs N6 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3 və 221.2.1-ci maddələri ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsindəki Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 05 fevral 2020-ci il tarixli qərarı zərərçəkmiş şəxsin kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar