Məhkəmə qərarları › İş №1(102)-998/2021

Ali Məhkəmə Qərar — İş №1(102)-998/2021

16.11.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-998/2021 16.11.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası hakimlər Yusifov Şahin Yaşar oğlu (sədrlik edən və məruzəçi), Kərimov Fərhad Abdulkərim oğlu və Mövsümov Nazim Rasim oğlundan ibarət tərkibdə, Əbilov Hüseyn Natiq oğlunun katibliyi ilə, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru İmranov Hafiz Beykəs oğlunun, Məhkum müdafiəçisi Rüstəmov Ayət Aslan oğlunun iştirakları ilə, Bakı Ağır Cinayətlər Məhkəməsinin 23 ok tyabr 2020-ci il tarixli hökmü ilə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM-nin) 206.3.2, 234.4.1, 234.4.3 və 240.3.2-ci maddələri ilə təqsirli bilinib məhkum olunmasına dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 21 yanvar 2021-ci il tarixli qərarından dövlət ittihamçısı Ələkbərov Anar Akif oğlu tərəfindən verilmiş kassasiya protestinə əsasən işə baxaraq, MÜƏYYƏN E T D İ: Bakı Ağır Cinayətlər Məhkəməsinin 23 oktyabr 2020-ci tarixli hökmü ilə (hakimlər Paşayev Azər İslah oğlu (sədrlik edən və məruzəçi), Quliyev Əhməd Qəhrəman oğlu və Həsənzadə İradə Xəlil qızından ibarət tərkibdə) Məhkum, xx xxxxxxxx 1982-ci il tarixdədə Masallı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, himayəsində üç azyaşlı uşaq ları olan, orta təhsilli, heç yerdə işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1-də qeydiyyatda olmaqla ünvan 2-də yaşamış, CM-nin 206.3.2, 234.4.1, 234.4.3 və 240.3.2-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinib, CM-nin 206.3.2-ci maddəsi ilə 06 (altı) il 06 (altı) ay müddətə, CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə 11 (on bir) il müddətə, CM-nin 240.3.2-ci maddəsi ilə 06 (altı) il müddətə, CM-nin 66.3-cü maddəsinə əsasən isə cinayətlərin məcmusu üzrə təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə qəti olaraq cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 13 (on üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. İşin halları: Birinci instansiyası məhkəməsinin hökmünə əsasən, Məhkum CM-nin 206.3.2, 234.4.1, 234.4.3 və 240.3.2-ci maddəsi ilə təqsirli bilinərək məhkum olunmuşdur ona görə ki, o, qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddələri, eləcə də qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan güclü təsir edən maddələri əldə etmiş, saxlamış və daşımış, habelə Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli qaçaqmalçılıqla keçirmişdir. Belə ki, o, satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddələri, həmçinin satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan güclü təsir edən maddələr i əldə etmə, saxlama, daşıma və satma, habelə Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli qaçaqmalçılıqla keçirmə barədə şəxsiyyəti istintaqla araşdırılan İran İslamRespublikasının vətəndaşı «X» adlı şəxs və qeyriləri ilə əvvəlcədən razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs təşkil etmiş, bu məqsədlə aralarında olan cinayətkar razılaşmaya əsasən Məhkum şəxsiyyəti istintaqa məlum olmayan İran İslam Respublikası vətəndaşı «X» adlı şəxsin naməlum vaxtda və şəraitdə Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ondan gizli keçirərək Azərbaycan Respublikası ərazisinə satış məqsədi ilə qanunsuz olaraq daşıyıb gətirdiyi külli miqdarda təmiz çəkisi 4575,165 qram kustar üsulla hazırlanmış narkoti k vasitə heroini, çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış təmiz çəkisi 25,870 qram narkotik vasitə qurudulmuş marixuananı, külli miqdarda “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”in İ siyahısına daxil edilən təmiz çəkisi 2140 qram psixotrop maddə metafetamini və külli miqdarda təsiredici maddəsinin miqdarı 27 qram təşkil edən, zavod üsulu ilə qablaşdırılmış, üzərlərində “Pregabalin 150” yazısı olan 12 ədəd konvalyutdaki, cəmi 180 ədəd kapsullarda narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan güclü təsir edən maddə hesab edilən preqabalin tərkibli dərman preparatını sonuncudan naməlum vaxtda Cəlilabad şəhərində satış məqsədilə qanunsuz olaraq əldə edib Bakı şəhərinə qanunsuz olaraq daşıyıb kirayədə yaşadığı ünvan 1 ünvan ında yerləşən 93 saylı mənzildə gizlətməklə saxlamış, bu barədə daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən 01 fevral 2020-ci il tarixdə keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı Məhkum həmin gün saat 12:11-də ünvan 1 ünvanının qarşısında saxlanılaraq üzərinə baxış keçirilən zaman təmiz çəkisi 25,870 qram narkotik vasitə olan qurudulmuş marixuana əynindəki qara rəngli dəri gödəkçənin sol yan cibindən aşkar olunmuş, əməliyyat tədbirinin davamı olaraq könüllü razılığı və iştirakı ilə yaşadığı ünvan 1 ünvanda yerləşən 93 saylı mənzilə baxış keçirilən zaman qonaq otağının döşəməsində olan iki ədəd sellofan bükümün birinin içərisindəki 04 ədəd plastik qabın içərisindən aşkar edilmiş 05 ədəd poli etilen bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri 206,577 qr, 148,588 qram, 1145 qram, 1180 qram, 1200 qram və bir ədəd üzərində “Sprite” yazısı olan butulkaya qablaşdırılmış bir ədəd polietilen bükümdə təmiz çəkisi 695 qram olmaqla, külli miqdarda, ümumilikdə təmiz çəkisi 4575,165 qram xarici əlamətlərinə və tərkib komponentlərinə görə eynilik təşkil edən kustar üsulla hazırlanmış narkotik vasitə heroin, digər bir ədəd sellofan bükümün içərisində olan bir ədəd polietilen torbada təmiz çəkisi 640 qram, 02 ədəd plastik qabın içərisindəki polietilen torbalarda təmiz çəkiləri 315 qram və 1185 qram olmaqla, külli miqdarda, ümumilikdə təmiz çəkisi 2140 qram xarici əlamətlərinə və tərkib komponentlərinə görə eynilik təşkil edən psixotrop maddə metamfetamin və külli miqdarda, təsiredici maddəsi m iqdarı 27 qram təşkil edən, zavod üsulu ilə qablaşdırılmış, üzərlərində “Pregabalin 150” yazısı olan 12 ədəd konvalyutdaki, cəmi 180 ədəd kapsullarda narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan güclü təsiredən maddə hesab edilən preqabalin tərkibli dərman preparatı, həmçinin üzərində nakotik vasitə heroin və psixotrop maddə metafetamin izləri olan bir ədəd elektron tərəzi aşkar edilərək götürülmüşdür. Hökmdən Məhkum müdafiəçi Rüstəmov Ayət Aslan oğlu tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə baxan Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər Rəhimov Elmar Eldar oğlu (sədrlik edən və məruzəçi), Qasımov Faiq Adil oğlu və Əkbərov Kamran Hüseyn oğlundan ibarət tərkibdə) 21 yanvar 2021-ci il tarixli qərarı ilə apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 23 oktyabr 2020-ci il tarixli hökmü dəyişdirmiş, Məhkum CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının müddəti 09 (doqquz) ilədək endirilmiş, CM-nin 66.3-cü maddəsinə əsasən isə cinayətlərin məcmusu üzrə həmin qərarla və hökmlə təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə ona qəti olaraq 11 (on bir) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, hökm qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 21 yanvar 2021-ci il tarixli qərarından dövlət ittihamçısı A.A.Ələkbərov kassasiya protesti verərək həmin qərarın ləğv edilməsini və cinayət işinin yeni apellyasiya baxışına təyin edilməsini xahiş etmişdir. Kassasiya protestinin dəlilləri: Dövlət ittihamçıs ı kassasiya protestini onunla əsaslandırmışdır ki, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası məhkuma təyin olunmuş cəzanı yüngülləşdirərkən cinayət qanunvericiliyində təsbit edilmiş ədalət prinsipinin tələblərini pozmuşdur. Həmçinin məhkəmə yüngüllüyünə görə açıq aydın ədalətsiz olan cəzanı ədalətli hesab etməklə həm məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması sahəsində cəzanın xüsusi və ümumi xəbərdaredici məqsədinin tələblərini də pozmuşdur. Belə ki, hazırki cinayət işi üzrə Məhkum cəza təyin edilərkən onun tərəfindən törədilmiş cinayətin xarakteri, ictimai təhlükəlilik dərəcəsi, cinayətin törədilmə şəraiti, nəticələri düzgün qiymətləndirilməmiş və məhkəmə bununla bağlı gəldiyi nəticəni qərarında kifayət qədər əsaslandır mamışdır. Kassasiya protestinin müəllifi daha sonra qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən həmçinin “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli qərarındakı tövsiyələrə də əməl edilməmişdir. Göründüyü kimi, Məhkum CM-nin 234.4.1, 234.4.3-ci maddələri ilə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının həddinin azaldılması cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə və təqsirkarın şəxsiyyətinə uyğun olmamışdır. Məhkumun törətdiyi cinayət əməlinin xarakterini, ictimai təhlükəliliyi və şəxsiyyətini nəzərə almadan CM-in 41.2-ci maddəsində nəzərdə tutulmuş sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkum, həm də digər şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını alınması məqsədinə nail olmaq mümkün deyildir. Bu hal eyni xarakterli cinayətlərə görə məhkum olunmuş şəxslərin islah olunmasına mənfi təsir göstərməklə yanaşı, həm də cəzasızlıq şəraiti yaradır. Nəticədə məhkumlar və digər şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması barədə cinayət qanununun xəbərdaredici funksiyası öz əhəmiyyətini itirmiş olur. Beləliklə, yuxarıda sadalananlardan görünür ki, Bakı Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyası yekun qərar qəbul edərkən CM-nin 8, 41 və 58.3-cü maddələrinin tələblərinə riayət etməmiş, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məc əlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 02 aprel 2012-ci il tarixli qərarındakı hüquqi mövqeyi və “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli qərarındakı tövsiyələri nəzərə almamış, cəzanı yüngülləşdirən halları ümumiyyətlə əsaslandırmamış, nəticədə də Məhkum yüngüllüyünə görə açıq-ayın ədalətsiz cəza təyin olunmuşdur. Qeyd olunanları nəzərə alaraq dövlət ittihamçısı kassasiya protestinin təmin edilməsini, apellyasiya instansiya məhkəməsinin qərarın ləğv edilməsini və cinayət işinin yeni apellyasiya baxışına təyin edilməsini xahiş etmişdir. Kassasiya protestinə baxılması Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının 16 noy abr 2021-ci il tarixli iclasına təyin edilmiş və bu haqda cinayət prosesinin iştirakçıları qanunda nəzərdə tutulmuş qaydada və müddətdə məlumatlandırılmış, lakin Məhkum məhkəmə iclasında iştirak etmək istəməsini bildirməmiş və bu barədə məhkəməyə müraciət etməmişdir. Məhkəmə kollegiyası dövlət ittihamçısı H.B.İmranovun bununla bağlı rəyini dinləyib Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra CPM-nin) 419.4-cü maddəsinin tələblərinə əsaslanaraq kassasiya protestinə məhkumun iştirakı olmadan baxılmasını mümkün bilmişdir. Belə ki, CPM-nin 419.4-cü maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsinin iclası hansı məhkəmə qərarına və hansı əsaslarla baxılması, kimlərin məhkəmə tərkibinə daxil olması və məhkəmənin iclas zalında cinayət prosesi iştirakçılarından kimləri n iştirak etməsi barədə məhkəmə iclasında sədrlik edənin elanı ilə açılır. Şikayət vermiş və lazımi qaydada məlumatlandırılmış şəxsin olmaması kassasiya instansiyası məhkəməsi iclasının davam etdirilməsini istisna etmir. Hüquqi məsələlər: Kassasiya protestinin məzmunundan göründüyü kimi, dövlət ittihamçısı apellyasiya instansiyası məhkəməsinin qərarından verdiyi həmin protestində Məhkum həddindən artıq yüngül cəzanın təyin edilməsini iddia edərək apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsi və cinayət işinin yeni apellyasiya baxışına təyin edilməsi haqqında qərarın qəbul edilməli olması barədə tələbini CPM-nin 416.1.21-ci maddəsində nəzərdə tutulmuş halla əlaqələndirmişdir. CPM-nin 416.1.21-ci maddəsinin tələblərinə əsasən isə məhkəmə cəzanı ağırlaşdıran və ya yüngülləşdir ən halları nəzərə almadan cəza təyin etdikdə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. Odur ki, məhkəmə kollegiyası dövlət ittihamçısının kassasiya protestini kassasiya qaydasında baxılmalı müraciət kimi görür və buna görə Məhkum barəsindəki cinayət işinin materiallarını, o cümlədən yekun məhkəmə aktlarını yoxlayıb aşağıdakıları qeyd edir. Əvvəlki qərarlarında olduğu kimi, məhkəmə kollegiyası yenə də xatırladır ki, CPMnin 419.1-ci maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqi nin düzgünlüyünü yoxlayır. Qeyd olunan maddədən göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi, habelə birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən çıxarılmış hökm və qərarların icrası və buna nəzarətin həyata keçirilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəmələrindən fərqli olaraq hər-hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgü n tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Məhkəmə kollegiyası qanunvericiliyin tələblərinə əsaslanaraq onu da qeyd edir ki, kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarından verilmiş kassasiya şikayətinə və ya kassasiya protestinə əsasən işə baxır və bu baxışın nəticəsi olaraq apellyasiya instansiyası məhkəməsi tərəfindən qəbul edilmiş məhkəmə aktına münasibətini bildirməklə CPM-nin 419.10-cu maddəsində sadalanan qərarlardan birini, yəni apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını dəyişiklik edilmədən saxlanılması, həmin hökm və ya qərarın ləğv edilməsi və işin yeni apellyasiya baxışına təyin edilməsi və ya cinayət işinin icraatına xitam verilməsi, yaxud da onların dəyişdirilməsi haqqında qərar, habelə hökmü n və ya məhkəmənin digər qərarının icrası qaydasında icraat üzrə məhkəmə qərarını ləğv edərək, birinci və ya apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edir (o şərtlə ki, həmin qərar məhkum edilmiş şəxsin vəziyyətinin ağırlaşdırılması ilə nəticələnməsin). Ümumiyyətlə, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını CPM-nin 419 və 416-cı maddələri müəyyən edir. Bu baxışın nəticəsində kassasiya kollegiyası tərəfindən apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi əsasları isə CPM-nin 416-cı maddəsində müəyyən edilmişdir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda Ali Məhkəmənin Cinayət Kollegiyası apelly asiya instansiyası məhkəməsinin qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Kassasiya müraciəti ilə əlaqədar öyrənilmiş cinayət işinin materiallarından görünür ki, faktları müəyyən edən məhkəmələr iş üzrə ibtidai araşdırma zamanı hər hansı bir qanun pozuntusuna yol verilmədən toplanmış və məhkəmə iclaslarında tam, hərtərəfli və obyektiv araşdırılmış sübutlara, yəni Məhkum ifadələri ilə yanaşı şahidlərin ifadələrinə, məhkəmə-kimyəvi və məhkəmə-narkoloji ekspertizalarının rəylərinə və işə əlavə edilmiş sənədlərə əsaslanaraq, CPM-nin 145.1-ci maddəsinə uyğun qaydada araşdırılmış bütün sübutları mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirərək məhkumun əməlini CM-nin 206.3.2, 234.4.1, 234.4.3 və 240.3.2-ci maddələri ilə düzgün tövsif etmişlər. Məhkəmə kollegiyası cinayət işinin materiallarını, o cümlədən iş üzrə qəbul edilmiş yekun məhkəmə aktlarını cinayət qanunvericiliyinin tələbləri ilə müqayisəli şəkildə yoxladıqda Məhkum barəsində seçilmiş cinayət hüquqi tədbirin yüngül olmasına dair kassasiya protestində göstərilən dəlillərin və həmin dəlillərə əsasən irəli sürülmüş tələbin qəbuledilməz olmasını müəyyən edir, məhkuma təyin olunmuş cəzanın yüngül hesab edilməsi və buna görə də apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması üçün isə əsaslar görmür. Belə ki, CM-nin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilmiş cəza və ya digər cinayət hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə t əqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. CM-nin 9.2-ci maddəsində təsbit edilmişdir ki, cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Qanunun bu normasının təhlili məhkəmə kollegiyasına belə nəticəyə gəlmək üçün əsas verir ki, məhkəmələr təqsirləndirilən şəxs barəsində istənilən cəza tədbirini seçərkən və ya onun haqqıqda digər cinayət hüquqi xarakterli tədbir tətbiq edərkən bu məsələlərə fərdi yanaşma prinsipinə əsaslanmalı, bunlarla bağlı bütün halları nəzərdən keçirməli, təyin olunan cəza isə törədilmiş cinayətin ağırlığına, ictimai təhlükəlilik dərəcəsinə, xarakterinə, təqsirləndirilən şəxsin şəxsiyyətini səciyələndirən, habelə onun cəzasını yügülləşdirən və ya ağırlaşdıran hallara mütənasib olmalıdır. Bu tələblər nəzərə alınmadan qeyd olunan hallara uyğun olmayan sərt cəzanın təyin edilməsi həmin cəzanın işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıyan cəza kim qiymətləndirilməsinə əsas ola bilər. CM-nin 41.1-ci maddəsinin müddəalarından göründüyü kimi, cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Cəzanın məqsədindən bəhs edən CM-nin 41.2-ci maddəsinə görə, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkuml ar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. CM-nin 58.1-ci maddəsində göstərilir ki, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Cinayət qanununun bu normasının mənasına görə, sanksiyasında alternativ cəzalar, yaxud da bir növ cəzanın aşağı və yuxarı hədləri müəyyən edilən CM-nin Xüsusi hissəinin müvafiq maddəsi ilə təqsirləndirilən şəxsin barəsində cəza tədbirinin seçilməsi məsələsini həll edən məhkəmə çıxardığı hökmdə və ya qəbul etdiyi digər yekun məhkəmə aktında alternativ cəzalardan daha ağırını və ya nəzərdə tutulmuş cəzanın yuxarı həddində cəzanın təyin edilməli olmasını cinayətin xarakterindən və ictimai təhlükəlilik dərəcəsindən, cəzanın məqsədindən, təqsirləndirilən şəxsi xarakterizə edən məlumatlardan, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallardan, habelə işin digər hallarından çıxış edərək əsaslandırmalı və yalnız bundan sonra cəza təyini ilə bağlı müvafiq nəticəyə gəlməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası tərəfindən kassasiya qaydasında baxılmış işlərin təhlili isə göstərir ki, məhkəmələr baxdıqları işlər üzrə qəbul etdikləri yekun məhkəmə aktlarında, bir qayda olaraq, təqsirləndirilən şəxsə onun təqsirli bilindiyi maddənin sanks iyasında nəzərdə tutulmuş daha ağır cəzanın təyin edilməsinin mümkünsüzlüyünü deyil, daha yüngül cəzanın təyin edilməsinin məqsədə uyğunluğunu əsaslandırmağa çalışırlar, lakin CM-nin 58.1-ci maddəsinin ikinci cümləsinin tələbləri baxımından heç bir əsaslandırma aparmırlar. Məhkəmə kollegiyası isə hesab edir ki, cəza təyin edilməsi hissəsində məhkəmənin hökmü (qərarı) o halda qanuni və əsaslı, təyin edilmiş cəza isə - ədalətli və obyektiv hesab edilə bilər ki, bununla bağlı nəticə yuxarıda göstərilən qaydada, yəni CM-nin 58.1-ci maddəsinin bütövlükdə tələb etdiyi kimi əsaslandırılmış olsun. CM-nin 58.3-cü maddəsinin tələblərinə görə, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət qanununda cəzanı yüngülləşdirən hallar CM-nin 59.1.1-59.1.14-cü maddələrində, cəzanı ağırlaşdıran hallar isə - CM-nin 61.1.1 və 61.1.13-cü maddələrində nəzərdə tutulmuşdur. Eyni zamanda CM-nin 59.2-ci maddəsində təsbit edilmişdir ki, cəza təyin edilərkən bu Məcəllənin 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 512.2 və 519.0.4-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 10 fevral 2012-ci il tarixli Qərarında göstərilir ki, CM-nin 9-cu maddəsinin mənasına görə cinayət hüququ şəxsiyyəti, zə rərçəkənin hüquqlarını, cəmiyyətin mənafeyini qorumaqla yanaşı, öz əməli ilə sadalanan dəyərlərə qəsd edən təqsirkar şəxs barəsində də humanist mövqedə durmalıdır. Humanizmin anlamı əməlin kriminallaşdırılmasında və məsuliyyətin differensiasiyasında ədalət prinsipinin tələblərinin gözlənilməsini, cinayət tərkibinin məsuliyyətin yeganə hüquqi əsası hesab edilməsini, məsuliyyətin təqsir dərəcəsindən asılı olaraq fərdiləşdirilməsini, cinayət hüquqi təsir tədbirlərinə qənaət edilməsini, böyük ictimai təhlükə törətməyən əməlləri edən şəxslərin qanunla müəyyən edilmiş əsaslar olduqda məsuliyyətdən və cəzadan azad edilməsini nəzərdə tutur. Cinayət hüququnda humanizm - cinayət törədən şəxslərə cəza təyini zamanı, eləcə də müxtəlif növ cəzadan şərti və şərtsiz azad etmə institutlarının tətbiqində xeyirxahlıq münasibətini ifadə edir. Azərbaycan Respublikasının cinayət qanununun bir sıra institutları məhz bu prinsipə əsaslanır.” «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarın 1-ci bəndinin 2 və 3-cü abzasında məhkəmələrə tövsiyyə edilmişdir ki, cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilmə şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Habelə cinayətin ictimai təhlükəliliyinin xaraktreri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 27 dekabr 1996-cı il tarixli 4 №-li Qərarının 13-cü bəndində qeyd olunur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər... Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almalıdır. Məhkəmə tərəfindən cəza tədbiri seçilərkən hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməlidir. Qanunvericiliyin yuxarıda şərh edilən normaların tələblərindən, Konstitusiya Məhkəməsinin hüquqi mövqeyindən və Ali Məhkəmənin tövsiyələrindən çıxış edən məhkəmə kollegiyası əvvəla qeyd edir ki, Məhkum təqsirli bilindiyi CM-nin 206.3.2-ci maddəsinin sanksiyasında beş ildən səkkiz ilədək, CM-nin 234.4.1 və 234.4.3-cü maddələrinin sanksiyasında beş ildən on iki ilədək, CM-nin 240.3.2-ci maddəsinin sanksiyasında isə dörd ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarından göründüyü kimi, məhkəmə Məhkum CM-n in 234.4.1 və 234.4.3-cü maddələri ilə həmin maddələrin sanksiyasının yuxarı həddinə yaxın həddə təyin olunmuş cəzanın (11 (on bir) il müddətə azadlıqdan məhrum etmə cəzasının) müddətini yenə də sanksiyanın həddində nəzərdə tutulmuş 9 (doqquz) ilədək, cinayətlərin məcmusu üzrə təyin olunmuş cəzanın müddətini isə - 11 (on bir) ilədək azaldarkən həm narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı törədilmiş cinayətlərin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, həm də cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirdiyi halları – məhkumun himayəsində 3 azyaşlı uşaqlarının olmasını (CM-nin 59.1.4-cü maddəsində nəzərdə tutulmuş halı), ilk dəfə məhkum olunmasını (CM-nin 59.2-ci maddəsinin tələblərinə uyğun olaraq), habelə iş üzrə cəzanı ağırlaşdıran halların müəyyən edilməməsini haqlı ol araq nəzərə almış və bu zaman maddi hüquq normalarının hər hansı şəkildə pozulmasına yol verməmişdir. Kassasiya protestində göstərilən dəlillərlə bağlı məhkəmə kollegiyası həmçinin qeyd etməyi lazım bilir ki, cinayət törətmiş şəxs barəsində daha sərt cəza tədbirinin seçilməsinin zəruriliyi o halda nəzərdən keçirilə bilər ki, iş üzrə hansısa cəzanı ağırlaşdıran hal cəza təyin edən məhkəmə tərəfindən nəzərə alınmamış olsun, yaxud da məhkəmənin istinad edərək cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirdiyi hallar şəxsin törətdiyi cinayətin ictmai təhlükəlilik dərəcəsini azaldan və bilavasitə cinayət törətmiş şəxsin özünün şəxsiyyətini səciyyələndirən hallara aid olmasın. Protestin məzmunundan göründüyü kimi, dövlət ittihamçısı həmin protestdə bu məsələlərlə bağlı heç bir dəlil irəli sürməm iş və hər hansı əsaslandırma aparmamışdır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, dövlət ittihamçısının kassasiya protestində istinad etdiyi halların ümumilikdə cəzanı ağırlaşdıran hallar kimi nəzərə alınması da mümkün deyil ona görə ki, belə halların dairəsi CM-nin 61.1.1-61.1.13-cü maddələri ilə məhdudlaşdırılmışdır. CM-nin 61.2-ci maddəsinə əsasən isə cəza təyin edilərkən həmin maddələrdə göstərilməmiş hallar cəzanı ağırlaşdıran hal qismində nəzərə alına bilməz. Digər tərəfdən məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin əsaslandığı halların cəzanı yüngülləşdirən hallar kimi hesab etmələrində də heç bir qanun pozuntusu görmür, çünki onlar elə həm cinayət qanunvericiliyin özündə nəzərdə tutulmuş, həm də, qanunun tələb etdiyi qaydada müəyyən edilmşdir (CPM-nin 139.0.5-ci maddəsinin tələblərinə uyğun olaraq). Məhkəmə kollegiyası hesab edir ki, bu nəticənin şübhə altına alınması və onunla razılaşmamaq üçün əsaslar mövcud deyil. Məhkəmə kollegiyası həmçinin onu da vurğulayır ki, dövlət ittihamçısının kassasiya protestində istinad etdiyi sənədərə, o cümlədən beynəlxalq müqavilələrə nəzər yetirildikdə, görünür ki, bu sənədlər əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz yayılması ilə bağlı görülən və görülməli olan tədbirlərə, belə əməllərə qarşı həyata keçirilən mübarizəyə həsr olunmuşdur ki, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinin qarşısı alınsın. Məhkəmə kollegiyasının qənaətinə görə, belə mübarizə o halda müsbət nəticələrini verə bilər ki, digər tədbirlərin görülməsi ilə yanaşı narkotik vasitələrin və psixot rop maddələrin qanunsuz yayılması ilə məşğul olan şəxslər aşkar edilərək cinayət məsuliyyətinə cəlb edilsin və törətdikləri əməllərə müvafiq olaraq cəzalandırılsınlar, digər tərəfdən isə narkomaniya xəstəliyinə duçar olmuş şəxslər (Məhkum kimi) vaxtında müalicə olunaraq cəmiyyətə qovuşa bilsinlər və onların bundan sonra göstərilən vasitə və maddələri qanunsuz olaraq əldə edə bilmələri, onlardan istifadə etmək və onların satışı ilə məşğul olmaq imkanları aradan qaldırılsın. Son dövrdə qanunvericilik sahəsində həyata keçirilən islahatlar da məhz bu məqsədlərə nail olunmasına yönəlmiş və cinayət qanununda edilmiş bir sıra dəyişikliklər narkotik vasitələrdən və ya psixotrop maddələrdən istifadə etmələri nəticəsində narkomaniya xəstələyindən əzab çəkən, buna görə ilk dəfə cinayət məsuliyyətinə cəlb edilmiş şəxslərin daha sərt cəzalandırılmalırının deyil, onlara qarşı humanist mövqedən çıxış etməyi tələb edir. Belə olan halda da məhkəmə kollegiyası Məhkum onun təqsirli bilindiyi CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə həmin maddələrinin sanksiyasında nəzərdə tutulmuş daha ağır cəzanın təyin edilməsi üçün əsaslar görmür. Məhkəmə kollegiyası hesab edir ki, hazırki iş üzrə Məhkum cəza təyini ilə bağlı məsələni həll edən apellyasiya məhkəməsi tamamilə düzgün olaraq CM-nin 58-ci maddəsinin tələblərindən, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hüquqi mövqeyindən və Ali Məhkəmənin tövsiyələrindən çıxış etməklə əsaslı olaraq məhkuma onun təqsirli bilindiyi CM-nin 234.4.1, 234.4.3-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının müddətini 09 (d oqquz) ilədək, cinayətlərin məcmusu üzrə təyin olunmuş həmin növdə cəzanın müddətini 11 (on bir) ilədək azaldılması barədə qərar qəbul edərkən həm işin hallarına, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə və xarakterinə, həm də Məhkum şəxsiyyətini səciyyələndirən hallara əsaslanmışdır. Dövlət ittihamçısı isə bunun əksinə olan nəticəni, yəni Məhkum mütləq qaydada daha ağır cəzanın təyin edilməsinin məqsədə uyğunluğunu həm kifayət qədər əsaslandıra, həm də kassasiya instansiyası məhkəməsini buna inandıra bilməmişdir. Bütün yuxarıda göstərilənlərə əsaslanaraq məhkəmə kollegiyası dövlət ittihamçısının kassasiya protestinin dəlilləri ilə razılaşmayaraq onları qəbul edilməz sayır və qeyd edir ki, təsvir edilənlər apellyasiya instansiya məhkəməsi tərəfindən CPM-nin 416.1.21-ci maddəsin də nəzərdə tutulmuş pozuntuya yol verilmədiyini, yəni apellyasiya instansiyası məhkəməsinin mübahisələndirilən qərarının qanuni və əsaslı olduğunu, onun kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasların olmadığını göstərir. Beləliklə, məhkəmə kollegiyası cinayət işinin materiallarını və kassasiya protestinin dəlillərini nəzərdən keçirib həmin protestin təmin edilməməsi barədə Məhkum müdafiəçisi A.A.Rüstəmovun vəkassasiya protestinin təmin edilməsi haqda dövlət ittihamçısı H.B.İmranovun çıxışlarını dinləyərək hesab edir ki, kassasiya protesti təmin edilməməli, Məhkum CM-nin 206.3.2, 234.4.1, 234.4.3 və 240.3.2-ci maddələri ilə təqsirli bilinərək məhkum olunmasına dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 21 yanvar 2021-ci il tarixli qə rarı isə kassasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA A L D İ: Kassasiya protesti təmin edilməsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1, 234.4.3 və 240.3.2-ci maddələri ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsindəki cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 21 yanvar 2021-ci il tarixli qərarı kassasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar