Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-998/2023 14.12.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası, hakimlər Rəcəbov İlkin Əbülfəz oğlu (sədrlik edən və məruzəçi), Cəfərov Vidadi Cəfər oğlu və X1 ibarət tərkibdə, məhkəmə iclas katibi X4, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru X5, Məhkum1 müdafiəçisi Müdafiəçi7 Çərkəz oğlunun, Məhkum2 müdafiəçisi X2, zərərçəkmiş şəxslər X3, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs11, Zərərçəkmiş şəxs10 və Zərərçəkmiş şəxs4, Zərərçəkm iş şəxs2 nümayəndəsi Nümayəndə6, zərərçəkmiş şəxslər X3, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3 nümayəndəsi Nümayəndə5, Zərərçəkmiş şəxs10 nümayəndəsi Müdafiəçi5 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-610/2022 nömrəli, 22 dekabr 2022-ci il tarixli qərarından Zərərçəkmiş şəxs9 tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, MÜƏYYƏN ETDİ:
1. Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-1413/2021 nömrəli, 29 oktyabr 2021-ci il tarixli hökmü ilə: Məhkum2 Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 7 (yeddi) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, Azərbaycan Respublikası CMnin 70-ci maddəsinə əsasən təyin olunmuş cəzanın şərti olaraq tətbiq edil məklə 2 (iki) il sınaq müddətinin müəyyən olunması; Məhkum1 Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 7 (yeddi) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, Azərbaycan Respublikası CMnin 70-ci maddəsinə əsasən təyin olunmuş cəzanın şərti olaraq tətbiq edilməklə 2 (iki) il sınaq müddətinin müəyyən olunması; zərərçəkmiş şəxs, mülki iddiaçılar - Zərərçəkmiş şəxs11 və Zərərçəkmiş şəxs10 mülki iddiasının tam təmin olunması, vurduğu maddi ziyana görə Məhkum2 cəmi 157500 (yüz əlli yeddi min beş yüz) manat məbləğində pul vəsaitinin və dövlət rüsumu olaraq ödənilmiş 30 (otuz) manat məbləğində pul vəsaitinin həmin şəxslərin xeyrinə tutulması; zərərçəkmiş şəxs, mülki iddiaçılar - Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs9 verdiyi mülki iddiaları üzrə icraata xitam verilməsi; zərərçəkmiş şəxslər - Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs8, Zərərçəkmiş şəxs7, Zərərçəkmiş şəxs5 və Zərərçəkmiş şəxs6 Məhkum2 və Məhkum1 qarşı heç bir şikayət və tələblərinin olmadığının nəzərə alınması hökm edilmiş, hökmlə digər məsələlər də həll edilmişdir.
2. Həmin hökmlə həmçinin Məhkum3 təqsirli bilinərək məhkum edilmişdir.
3. Birinci instansiya məhkəməsinin qeyd edilən hökmündən zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs9, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs11, Zərərçəkmiş şəxs10, Zərərçəkmiş şəxs4, təqsirləndirilən şəxs Məhkum2, təqsirləndirilən şəxs Məhkum1 müdafiəçiləri Müdafiəçi7 Çərkəz oğlu və Müdafiəçi4 tərəfindən apellyasiya şikayətlə ri, təqsirləndirilən şəxs Məhkum1 müdafiəçisi Müdafiəçi7 Çərkəz oğlu tərəfindən isə apellyasiya şikayətinə əlavə verilmişdir.
4. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-610/2022 nömrəli, 01 mart 2022-ci il tarixli ilkin baxış iclasının qərarı ilə verilmiş apellyasiya şikayətləri üzrə məhkəmə baxışı məhkəmə istintaqı aparılmadan və əlavə sübutlar tələb edilmədən açıq məhkəmə iclasına təyin edilmişdir.
5. Apellyasiya baxışında zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs9, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs4 hər biri ayrı-ayrılıqda apellyasiya şikayətlərindən imtina etdikləri, Zərərçəkmiş şəxs1 isə təqsirləndirilən şəxslər Məhkum2 və Məhkum1 münasibətdə apellyasiya şikayətindən imtina etməsi barədə ərizələr təqdim etmişlər.
6. Eləcə də zərərçəkmiş şəxslər Zərə rçəkmiş şəxs11 və Zərərçəkmiş şəxs10 hər biri ayrı-ayrılıqda ərizə ilə müraciət edərək, təqsirləndirilən şəxs Məhkum2 tərəfindən onlara vurulmuş ziyanın ödənildiyini, onların sonuncuya qarşı heç bir iddia, şikayət və tələblərinin olmadığını bildirmişlər.
7. Bakı Apellyasiya Məhkəməsinin 1(103)-610/2022 nömrəli, 22 dekabr 2022-ci il tarixli qərarı ilə zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs9, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs4 hər birinin ayrı-ayrılıqda tərəflərindən verilmiş apellyasiya şikayətlərindən, eləcə də Zərərçəkmiş şəxs1 təqsirləndirilən şəxslər Məhkum2 və Məhkum1 münasibətdə tərəfindən verilmiş apellyasiya şikayətlərindən imtina etmələri barədə təqdim etdikləri ərizələri təmin edilmiş, həmin apellyasiya şikayətlərinə baxılmasına xitam verilmişdir.
8. Zərərçəkm iş şəxslər Zərərçəkmiş şəxs11 və Zərərçəkmiş şəxs10 apelllyasiya şikayətlərinin, Zərərçəkmiş şəxs1 təqsirləndirilən şəxs Məhkum3 münasibətdə verilmiş apelliyasiya şikayətinin, təqsirləndirilən şəxs Məhkum2, təqsirləndirilən şəxs Məhkum1 müdafiəçiləri Müdafiəçi7 Çərkəz oğlu və Müdafiəçi4 tərəfindən verilmiş apellyasiya şikayətlərinin, eləcə də təqsirləndirilən şəxs Məhkum1 müdafiəçisi Müdafiəçi7 Çərkəz oğlunun apellyasiya şikayətinə əlavənin baxışına dair yekun məhkəmə qərarı olan Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-610/2022 nömrəli, 22 dekabr 2022-ci il tarixli digər qərarı ilə həmin apellyasiya şikayətləri və əlavə təmin edilməmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-1413/2021 nömrəli, 29 oktyabr 2021-ci il tarixli hökmündən “iş üzrə zərərçəkmiş şəxs, mülki id diaçılar -Zərərçəkmiş şəxs11 və Zərərçəkmiş şəxs10 irəli sürmüş olduqları iddia tələblərinin tam təmin olunaraq, Məhkum2 həmin şəxslərə vurulmuş maddi ziyan olmaqla cəmi 157500 (yüz əlli yeddi min beş yüz) manat məbləğində pul vəsaitinin iş üzrə təqsirləndirilən şəxs Məhkum2 onların xeyrinə tutulması” hissəsi xaric edilmiş, hökm qalan hissələrdə dəyişdirilmədən saxlanılmış, Zərərçəkmiş şəxs1 təqsirləndirilən şəxs Məhkum3 münasibətdə mülki mühakimə icraatı qaydasında müraciət etmək hüququnun olması izah edilmişdir.
9. Apellyasiya instansiyası məhkəməsinin həmin qərarından digəri ilə yanaşı həmçinin Zərərçəkmiş şəxs9 tərəfindən kassasiya şikayəti verilmişdir.
10. Bununla əlaqədar məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra Azərbay can Respublikası CPM-nin) 408.1-ci maddəsinə əsasən kassasiya şikayəti və ya kassasiya protesti bu Məcəllədə nəzərdə tutulmuş qaydada və hallarda apellyasiya instansiyası məhkəmələri tərəfindən çıxarılmış hökm və qərarlardan verilə bilər.
11. Azərbaycan Respublikası CPM-nin 409.4.-cü maddəsinə əsasən zərər çəkmiş şəxs, onun qanuni nümayəndəsi və ya nümayəndəsi hökmdən yalnız zərər çəkmişə ziyan vurmuş şəxsə və hərəkətlərə aid hissədən şikayət vermək hüququna malikdirlər.
12. Yuxarıda qeyd edildiyi kimi, Zərərçəkmiş şəxs9 Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-1413/2021 nömrəli, 29 oktyabr 2021-ci il tarixli hökmündən apellyasiya şikayəti versə də, daha sonra 22 dekabr 2022-ci il tarixdə o, ərizə ilə müraciət edərək apellyasiya şikayətindən imtina etmiş, müvafiq olaraq Bakı Apellyasiya Mə hkəməsinin 22 dekabr 2022-ci il tarixli qərarına əsasən ona münasibətdə apellyasiya şikayətinə baxılmasına xitam verilmişdir. Nəticədə Zərərçəkmiş şəxs9 birinci instansiya məhkəməsinin hökmündən verdiyi apellyasiya şikayətindən imtina etdiyindən və həmin şikayət apellyasiya instansiyası məhkəməsində baxılmadığından, onun apellyasiya baxışı nəticəsi olaraq qəbul edilmiş müvafiq qərardan verdiyi kassasiya şikayətinin hüququ olmayan şəxs tərəfindən verilmiş şikayət kimi qiymətləndirilməsi mümkündür.
13. Məhkəmə kollegiyası xatırladır ki, Azərbaycan Respublikası CPM-nin 412.1 və 415-ci maddələrinə əsasən kassasiya şikayəti və ya kassasiya protesti apellyasiya instansiyası məhkəməsi vasitəsilə verilir və həmin şikayətin və protestin mümkünlüyünə baxılması apellyasiya instansiyası məhkəməsinin s əlahiyyətinə aid edilmişdir.
14. Eyni Məcəllənin 415.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi məhkəmənin qanuni qüvvəyə minmiş hökm və ya qərarından kassasiya şikayəti və ya kassasiya protesti vermiş şəxsin kassasiya şikayətini və ya kassasiya protestini (415.1.1-ci maddəsinə əsasən həmin şəxs kassasiya şikayəti və ya kassasiya protesti vermək hüququna malik olmadıqda) baxılmamış saxlamaq hüququna malikdir.
15. Yenə də eyni Məcəllənin Azərbaycan Respublikası CPM-nin 418.3-cü maddəsində isə təsbit edilmiş qaydaya görə, kassasiya şikayətini və ya kassasiya protestini ilkin öyrənən hakim apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 413-cü maddəsinin tələbləri, habelə kassasiya baxışının keçirilməsinə mane olduğu halda bu Məcəllənin 417-ci maddəsinin tələblərinin yerinə yetirilmədiyini müəyyən etdikdə cinayət işini, məhkəməyədək sadələşdirilmiş icraatın materiallarını və ya xüsusi ittiham qaydasında şikayət üzrə icraatın materiallarını apelyasiya instansiyası məhkəməsinə qaytarmalıdır.
16. Bu səbəbdən məhkəmə kollegiyası hesab edir ki, Zərərçəkmiş şəxs9 kassasiya şikayəti baxışdan çıxarılmalı və mümkünlüyünə baxılması üçün cinayət işi ilə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 418.3-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-610/2022 nömrəli, 22 dekabr 2022-ci il tarixli qərarından Zərərçəkmiş şəxs9 tərəfindən verilmiş kassasiya şikayəti baxışdan çıxarılsın və cinayət işi ilə birlikdə Bakı Apelly