Məhkəmə qərarları › İş №1(102)-998/2024

Ali Məhkəmə Qərar — İş №1(102)-998/2024

23.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-998/2024 23.10.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Seyidov Əziz Cəfər oğlu (sədrlik edən və məruzəçi), Mövsümov Nazim Rasim oğlu və Muxtarov Teyyub Asif oğlundan ibarət tərkibdə, Səfərli Kamal Rizvan oğlunun katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru X6 iştirakı ilə, Məhkum2 və Məhkum1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1, 234.1, 237.2.1 və 237.2.3-cü maddələri ilə bəraət verilməsinə dair cinayət iş i üzrə Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 4 oktyabr 2023-cü il tarixli qərarından Dövlət ittihamçısı3 tərəfindən verilmiş kassasiya protestinə əsasən işə baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Şəki Ağır Cinayətlər Məhkəməsinin 22 dekabr 2021-ci il tarixli hökmü ilə (hakimlər Əliyev Rafail Əyyub oğlu (sədrlik edən və məruzəçi), Mirzəyev Nahid Namiq oğlu və Məmmədov Bilal Mahir oğlundan ibarət tərkibdə) xx xxxx 1991-ci il tarixdə Oğuz rayonunun Şirvanlı kəndində qanadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər Sabunçu Rayon Məhkəməsinin 18 sentyabr 2013-cü il tarixli hökmü ilə CM-nin 127.1-ci maddəsi ilə təqsirli bilinərək qazancından dövlət nəfinə 20 (iyirmi) faiz məbləğində pul tutulmaqla 1 (bir) il müddətə islah işləri cəzasına məhkum olunmuş, məhkumluğu ödənilmiş, Oğuz rayonunun Şirvanlı kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşayan Məhkum2 CM-nin 228.1, 234.1, 237.2.1 və 237.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək, CM-nin 228.1-ci maddəsi ilə 1 (bir) il 06 (altı) ay müddətə, CM-nin 234.1-ci maddəsi ilə 09 (doqquz) ay müddətə, CM-nin 237.2.1 və 237.2.3-cü maddələri ilə 04 (dörd) il 06 (altı) ay müddətə, CM-nin 66.3-cü maddəsinə əsasən, təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə cinayətlərin məcmusu üzrə qəti olaraq cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 06 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzasına, xx xxxxx 1981-ci il tarixdə Oğuz rayonunun Şirvanlı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan,əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla Oğuz rayonunun Şirvanlı kəndində yaşayan Məhkum1 CM-nin 228.1, 234.1, 237.2.1 və 237.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək, CM-nin 228.1-ci maddəsi ilə 01 (bir) bir il müddətə, CM-nin 234.1-ci maddəsi ilə 06 (altı) ay müddətə, CM-nin 237.2.1 və 237.2.3-cü maddələri ilə 04 (dörd) il müddətə, CM-nin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə cinayətlərin məcmusu üzrə qəti olaraq cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 05 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişlər. Hökmdən Məhkum2 müdafiəçisi Müdafiəçi1 və Məhkum1 müdafiəçisi Müdafiəçi2 tərəfindən verilmiş apellyasiya şikayətl ərinə, habelə Dövlət ittihamçısı1 tərəfindən verilmiş apellyasiya protestinə əsasən işə baxan Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər X20 (sədrlik edən və məruzəçi), X21 və X4аn ibarət tərkibdə) 22 iyun 2022-ci il tarixli qərarı ilə apellyasiya şikayətləri və apellyasiya protesti təmin edilməmiş, Şəki Ağır Cinayətlər Məhkəməsinin 22 dekabr 2021-ci il tarixli hökmü isə yalnız apellyasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Dövlət ittihamçısı2 tərəfindən verilmiş kassasiya protestinə, Məhkum2 müdafiəçiləri Müdafiəçi3 və Müdafiəçi1 tərəfindən ayrı-ayrılıqda və Məhkum1 müdafiəçisi Müdafiəçi2 tərəfindən verilmiş kassasiya şikayətlərinə əsasən işə baxan Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər X25 (sədrlik edən və məruzəç i), X3 və X8 ibarət tərkibdə) 24 yanvar 2023-cü il tarixli qərarı ilə kassasiya protesti təmin edilməmiş, müdafiəçilər Müdafiəçi3 və Müdafiəçi1 kassasiya şikayətləri qismən, Müdafiəçi2 kassasiya şikayəti isə tam təmin edilmiş, Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 22 iyun 2022-ci il tarixli qərarı ləğv edilmiş və cinayət işinin apellyasiya instansiyası məhkəməsində yenidən baxılması təyin olunmuşdur. Şəki Ağır Cinayətlər Məhkəməsinin 22 dekabr 2021-ci il tarixli hökmündən Məhkum2 müdafiəçisi Müdafiəçi1 və Məhkum1 müdafiəçisi Müdafiəçi2 tərəfindən ayrıayrılıqda verilmiş apelyasiya şikayətlərinə əsasən işə baxan Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər X17 (sədrlik edən və məruzəçi), X14 və X12 ibarət tərkibdə) 04 oktyabr 2023-cü il tarixli hökmü ilə apel lyasiya şikayətləri təmin edilmiş, Şəki Ağır Cinayətlər Məhkəməsinin 22 dekabr 2021-ci il tarixli hökmü ləğv edilmiş, Məhkum2 və Məhkum1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1, 234.1, 237.2.1 və 237.2.3-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirlilikləri sübuta yetirilmədiyinə görə onlara bəraət verilmiş, barələrində seçilmiş həbs qətimkan tədbiri ləğv edilərək məhkəmə iclas zalında dərhal həbsdən azad edilmələri, Məhkum2 və Məhkum1 Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 56 və 63-cü maddələrinə əsasən, cinayət prosesini həyata keçirən orqanın səhvi nəticəsində vurulmuş ziyanın ödənilməsini mülki mühakimə icraatı qaydasında tələb etmək və kompensasiya almaq hüquqlarının tanınması və onlara izah edilməsi hökm edilmişdir. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən, Məhkum2 bibisi oğlu Oğuz rayonunun Şirvanlı kənd sakini Məhkum1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək 2020-ci ilin yaz aylarında Oğuz rayonu, Xalxal inzibati ərazi dairəsinin hüdudları daxilində xüsusi mülkiyyətdə olan ərazinin 100 metr şərqində yerləşən meşə sahəsində 36 kvadrat metr ərazidə qanunsuz olaraq külli miqdarda, yəni 165 ədəd tərkibində narkotik maddələr olan çətənə bitkilərini əkib xüsusi qaydada qulluq göstərərək yetişdirməklə kultivasiya etmiş, 01 avqust 2020-ci il tarixdə Oğuz Rayon Polis Şöbəsinin (bundan sonra RPŞ) əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı həmin narkotik tərkibli çətənə bitkiləri olan yerin qarşısında Məhkum2 polis əməkdaşlarının “Dayan, polisdir” və “Ayaz və Novruz, sizi tanıdıq, təslim olun” tələbinə məhəl qoymayaraq, əlində olan qanunsuz olaraq istintaqa məlum olmayan mənbədən əldə edib üzərində saxlayaraq gəzdirdiyi 1 ədəd PH-1193 nömrəli, Rusiya dövlətində zavod üsulu ilə 1965-ci ildə istehsal olunmuş, 9 mm kalibrli, PM modelli, Makarov konstruksiyalı, yivli, odlu silah ilə qeyrimüəyyən istiqamətə atəş açmış, həmin vaxt polis əməkdaşları da havaya 2 dəfə xəbərdarlıq atəşi açdıqdan sonra Məhkum1 hadisə yerindən qaçmış, lakin qeyd olunan tarixdə saat 03 radələrində Məhkum2 hadisə yerində, Məhkum1 isə saat 06 radələrində Oğuz rayonu Şirvanlı kəndinin ərazisində saxlanılaraq Oğuz RPŞ-yə gətirilmiş, həmin şəxslər şübhəli şəxs qismində tutulduqdan sonra hadisə yerinə baxış keçirilmiş, hadisə yerindən Məhkum2 məxsus qanunsuz olaraq istintaqa məlu m olmayan mənbədən əldə edib üzərində saxlayaraq gəzdirdiyi 1 ədəd PH-1193 nömrəli, Rusiya dövlətində zavod üsulu ilə 1965-ci ildə istehsal olunmuş, 9 mm kalibrli, PM modelli, Makarov konstruksiyalı, yivli, odlu silah, 2 ədəd zavod üsulu ilə istehsal olunmuş daraqda hər birində 7 və 8 ədəd patron olmaqla, ümumilikdə zavod üsulu ilə istehsal olunmuş 9x18 mm kalibrli, atəş üçün yararlı 15 ədəd patron, bundan başqa PH-1193 nömrəli, 9 mm kalibrli, PM modelli, Makarov konstruksiyalı silahdan atılmış 1 ədəd giliz, 1 ədəd “Night Vision” markalı, 1077 nömrəli gecəgörmə cihazı, 1 ədəd yun materialından hazırlanmış papaq tipli maska və 1 ədəd əlcəyin sağ tayı, həmçinin polis əməkdaşına məxsus 1 ədəd CM-3216M nömrəli, Rusiya dövlətində zavod üsulu ilə istehsal olunmuş, 9 mm kalibrli, PM modelli, Maka rov konstruksiyalı yivli odlu silahdan atılmış 2 ədəd giliz götürülmüş, daha sonra həmin yerin yaxınlığında, Oğuz rayonu, Xalxal inzibati ərazi dairəsinin hüdudları daxilində xüsusi mülkiyyətdə olan ərazinin 100 metr şərqində yerləşən meşə sahəsinə baxış keçirilərkən Məhkum2 və Məhkum1 qanunsuz olaraq birgə əkib xüsusi qaydada qulluq göstərməklə yetişdirib kultivasiya etdikləri, hündürlükləri 70 sm-dən 150 sm-dək, ümumi təmiz çəkiləri 13 kiloqram 50 qram olan 165 ədəd külli miqdarda tərkibində narkotik maddələr olan çətənə bitkiləri, daha sonra Məhkum2 yaşadığı evin həyətinə baxış keçirilən zaman həyətindəki gül topasının dibindən 1 ədəd sarı rəngli sellofan torbada içərisində satış məqsədi olmadan qanunsuz olaraq əldə edib saxladığı şəxsi istehlak miqdarından artıq miqdarda, ümumi təmiz ç əkisi 91,31 qram olan tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmamış marixuana aşkar edilərək götürülmüşdür. Məhkum1 dayısı oğlu Oğuz rayonu, Şirvanlı kənd sakini Məhkum2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək 2020-ci ilin yaz aylarında Oğuz rayonu, Xalxal inzibati ərazi dairəsinin hüdudları daxilində xüsusi mülkiyyətdə olan ərazinin 100 metr şərqində yerləşən meşə sahəsində 36 kvadrat metr ərazidə qanunsuz olaraq külli miqdarda yəni, 165 ədəd tərkibində narkotik maddələr olan çətənə bitkilərini əkib xüsusi qaydada qulluq göstərərək yetişdirməklə kultivasiya etmiş, 01 avqust 2020-ci il tarixdə Oğuz RPŞ-nın əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı həmin narkotik tərkibli çətənə bitkiləri olan yerin qarşısında Məhkum2, polis əməkdaşlarının “Dayan, polisdir” və “Ayaz və Novruz, sizi tanıdıq, təslim olun” tələbinə məhəl qoymayaraq əlində olan qanunsuz olaraq əldə edib üzərində saxlayaraq gəzdirdiyi 1 ədəd PH-1193 nömrəli, Rusiya dövlətində zavod üsulu ilə 1965-ci ildə istehsal olunmuş, 9 mm kalibrli, PM modelli, Makarov konstruksiyalı, yivli, odlu silah ilə qeyri-müəyyən istiqamətə atəş açmış, həmin vaxt polis əməkdaşları da havaya 2 dəfə xəbərdarlıq atəşi açdıqdan sonra Məhkum1 hadisə yerindən qaçmış, lakin qeyd olunan tarixdə, saat 03 radələrində Məhkum2 hadisə yerində, Məhkum1 isə saat 06 radələrində Oğuz rayonu Şirvanlı kəndi ərazisində saxlanılaraq Oğuz RPŞ-ya gətirilmiş, həmin şəxslər şübhəli şəxs qismində tutulduqdan sonra Oğuz rayonu, Xalxal inzibat i ərazi dairəsinin hüdudları daxilində xüsusi mülkiyyətdə olan ərazinin 100 metr şərqində yerləşən meşə sahəsinə baxış keçirilmiş, həmin ərazidən Məhkum2 və Məhkum1 qanunsuz olaraq birgə əkib xüsusi qaydada qulluq göstərməklə yetişdirib kultivasiya etdikləri, hündürlükləri 70 sm-dən 150 sm-dək, ümumi təmiz çəkiləri 13 kiloqram 50 qram olan 165 ədəd külli miqdarda tərkibində narkotik maddələr olan çətənə bitkiləri, bundan sonra Məhkum1 yaşadığı evin həyətinə baxış keçirilən zaman həyətindəki fındıq ağaclarından birinin dibindən sellofan torbada içərisində satış məqsədi olmadan qanunsuz olaraq əldə edib saxladığı şəxsi istehlak miqdarından artıq miqdarda, ümumi təmiz çəkisi 36,88 qram olan tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasi tə qurudulmamış marixuana, digər fındıq ağacının dibindən isə qanunsuz olaraq istintaqa məlum olmayan mənbədən əldə etdiyi 1 ədəd 185352 nömrəli, 1960-cı il buraxılışlı, Tula istehsallı, 16 kalibrli, TOZ-B modelli, hamar, qoşalüləli, odlu, yivsiz, qundağı və lüləsi kustar üsulla kəsilmiş və hal hazırda öz təyinatını itirmiş, texniki cəhətdən atəşə yararlı silah və həmin silahın içərisində 16 kalibrli ov silahından atəş açmaq üçün nəzərdə tutulmuş və atəş üçün yararsız 02 ədəd gilizlər aşkar edilərək götürülmüşdür. Kassasiya protestinin dəlilləri: Protest müəllifi qeyd edir ki, Şəki Apellyasiya Məhkəməsinin 04 oktyabr 2023-cü il tarixli hökmü üzrə məhkəmənin gəlmiş olduğu nəticələr işin faktiki hallarına uyğun olmamış və şəxslərin təqsirsizliklər barədə gəlinmiş olunan qənaət əsassız olmuşd ur. Belə ki, apellyasiya məhkəməsinin cinayət kollegiyası bəraət hökmünü onunla əsaslandırmışdır ki, ibtidai araşdırma zamanı kobud səhvlərə yol verilmiş, ittiham mümkün hesab edilə bilməyən və qeyri mötəbər sübutlarla əsaslandırılmış, birinci instansiya məhkəməsi də bu səhvləri aradan qaldırmağa çalışmamış və sonda mümkün hesab edilə bilməyən və qeyrimötəbər sübutlar əsasında Məhkum2 və Məhkum1 barəsində ittiham hökmü çıxarmışdır. Apellyasiya məhkəməsi öz bəraət hökmünü əsasən ibtidai istintaq sənədlərində yol verilmiş texniki səhvlər, əməliyyat axtarış tədbiri ilə bağlı məhkəmə nəzarəti qaydasında qərarın olmaması, aşkar edilmiş odlu silahların və gilizlərin üzərində əl-barmaq izlərinin olmaması ilə əsaslandırmağa çalışmışdır. Lakini iş materiallarında təqsirləndirilən şəxslərin təqsirli liyini kifayət qədər sübut edən hallar isə məhkəmə tərəfindən bəraətin əsasına qoyulmuş mülahizəli və mübahisəli sübutlarla qarşılıqlı şəkildə tədqiq edilməmişdir. Protest müəllifi həmçinin qeyd etmişdir ki, iş materiallarında olan Məhkum2 xx.xx.2020-ci il tarixli şübhəli şəxs qismində verdiyi ifadəsindən görünür ki, onun həmin ifadəsi müdafiəçisinin iştirakı ilə alınmış və o özü odlu silahlar və gilizlər barədə ətraflı məlumat vermişdir. Lakin məhkəmə kollegiyası məhz „daktiloskopik uyğunluq təşkil edən əl-barmaq izlərinin olmaması“ əsası ilə bu halın artıq həmin odlu silahın və gilizlərin təqsirləndirilən şəxsə məxsus olmaması barədə qənaətə gəlmişdir. Təcrübədə xüsusilə ağır cinayətlərin törədilməsində istifadə edilən kifayət qədər tapança tipli odlu silahlarda eynilik təşkil edə bilən papilyar naxış izlərinə rastlanmadığı ilə əlaqədar rəylər mövcuddur. Onda təkcə belə nəticəyə gəlmək olar ki, elə bu halın özü əgər digər sübutlar və şəxsin etirafı varsa belə ona bəraət verilməsi üçün əsas sayıla bilər. İfadədə göstərilən hallar aşkar edilmiş gecəgörmə cihazı, tanınmamaq üçün nəzərdə tutulmuş maska, silah və patronlarla öz təsdiqini tapmış və bu hallar hər hansı digər sübutlarla təkzib edilməmişdir. Məhkəmə istintaqı zamanı hal şahidi qismində dindirilmiş şəxslər də ən azından aşkar olunmuş predmetləri görmələri barədə qeyd etmələrinə baxmayaraq kollegiya tərəfindən bu hal da sübut növü kimi qəbul edilməmişdir. Əldə edilmiş telefon məlumatlarına dair məlumatlar da təqsirləndirilən şəxslərin heçdə ifadələrində qeyd etdikləri kimi yaşadıqları evdə və ya yaxın ərazidə deyil, günün gecə saatlarında müəmmalı trayektoriyalarda hərəkətdə olmaları halını təsdiq etmişdir. Həmçinin məhkəmə narkoloji ekspertizalarının həm Məhkum1, həm də Məhkum2 münasibətdə vermiş olduqları hər ikisinin “narkotik vasitə olan kannabinoidlərdən epizodik istifadə etmə halları olub” rəyidə təqsirləndirilən şəxslərin münasibətlərinin hansı səviyyədə və hansı maraq müqabilində olmasına işarə edən hal olmasına baxmayaraq yalnız “texniki” yalnışlıqlar əsas götürüldüyü üçün bu hal da digər sübutlarla qarşılıqlı tədqiq edilməmişdir. Təcrübədə bəzi cinayət işlərinin istər ibtidai istintaqı, istərsə də məhkəmə baxışı zamanı narkotik vasitələrin kultivasiyası ilə müntəzəm məşğul olan şəxslərin əkmiş olduqları və aqrotexniki qulluq göstərdikləri narkotik vasitələrin kənar şəxslər tərəfindən tala nmasının qarşısının alınması məqsədilə onları silah və digər vasitələrlə gecələr qorumaları və bu zəmində baş vermiş cinayət hadisələri kifayət qədər mövcuddur. Bundan əlavə təqsirləndirilən şəxslərin qeyd etdikləri guya fiziki və ya psixi təsirə məruz qalmaları ilə bağlı xüsusatlarla əlaqədar məlumat araşdırılması üçün Oğuz Rayon Prokurorluğuna göndərilmiş və Oğuz Rayon Prokurorluğu tərəfindən qəbul olunan 09 iyun 2021-ci il tarixli qərarla Məhkum2 Oğuz RPŞ-nın əməkdaşları tərəfindən ona zor tətbiq olunması və sair qanunsuz hərəkətlərə məruz qalması ilə bağlı 14 yanvar 2021- ci il tarixdə rayon prokurorluğuna daxil olmuş məlumat əsasında araşdırılmış 01 C-21 nömrəli material üzrə qəbul olunmuş cinayət işi başlanmasının rədd edilməsi haqqında 21 yanvar 2021-ci il tarixli qərar nəzərə alınm ış, Məhkum1 Oğuz RPŞ-nın əməkdaşları tərəfindən qəddar, qeyri-insani, ləyaqəti alçaldan rəftara və döyülərək işgəncələrə məruz qalması faktı öz təsdiqini tapmamış və həmin material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Yuxarıda sadalananların məcmusundan görünür ki, məhkəmə Məhkum2 və Məhkum1 nəzərdə tutulan cinayətləri törətməkdə təqsirlərinin sübuta yetirilmədiyi qənaətinə gələrək onlara həmin maddələr ilə bəraət verməklə işin faktiki hallarına uyğun olmayan yanlış nəticəyə gəlmişdir. Göründüyü kimi, məhkəmə hökm çıxararkən qanunvericiliyin, həmçinin «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının tələblərinə uyğun olaraq işin faktiki hallarını məhz məhkəmə baxışı zamanı araşdırdığı sübutlar əsasında müəyyən etməli, hökmün qanuniliyi və əsa slılığını təmin etməli olduğu halda bunu etməmiş, işin düzgün həll edilməsi və işin nəticələri üçün əhəmiyyətli olan sübutlarla bağlı mövqeyini hökmdə düzgün əks etdirməmiş, məhkəmənin gəldiyi nəticə məhkəmə iclasında tədqiq edilmiş sübutlarla təsdiq edilməmiş, onun tərəfindən məhkəmə iclasında tədqiq edilmiş və özünün gəldiyi nəticələrin düzgünlüyünə əhəmiyyətli təsir göstərən sübutları nəzərə almamış, öz hökmündə bir sübutun qəbul edilməsinin və digər sübutun rədd edilməsinin səbəbini göstərməmiş, məhkəmənin müdafiə tərəfinin təqdim etdiyi “sübutlara” qabaqcadan müəyyən edilmiş üstünlük verməsi və işin faktiki hallarına uyğun olmayan nəticəyə gəlməsi Məhkum2 və Məhkum1 irəli sürülmüş ittiham üzrə əsassız olaraq onlara bəraət verilməsinə səbəb olmuşdur. Kassasiya protestində Məhkum2 və Mə hkum1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1, 234.1, 237.2.1 və 237.2.3-cü maddələri ilə bəraət verilməsinə dair cinayət işi üzrə Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 4 oktyabr 2023-cü il tarixli qərarının ləğv edilməsi və cinayət işinin yeni apellyasiya baxışına təyin edilməsi xahiş olunmuşdur. Hüquqi məsələlər: Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası cinayət işinin materiallarını öyrənib kassasiya protestinin dəlillərini müzakirə edərək, kassasiya protestinin təmin edilməsi barədə dövlət ittihamçının çıxışını dinləyərək hesab edir ki, aşağıdakı əsaslara görə kassasiya protesti təmin edilməməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə Kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kass asiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Qeyd olunan maddədən də göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Belə ki, kassasiya instansiya məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Ka ssasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiya məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni cinayət qanununun və CPM-nin normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır. Apellyasiya intansiyası məhkəməsi tərəfindən cinayət və cinayət-prosessual qanunlarının düzgün tətbiq edilib-edilməməsinin yoxlanılması nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə CPM-nin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Beləliklə, şərh edilənlərdən belə nəticə hasil olur ki, cinayət-prosessual qanunvericiliyinin tələblərinə görə, sübutların araşdırılması və qiymətləndirilməsi birinci və apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərinə aiddir, sübutların araşdırılması dedikdə isə təkcə məhkəmə iclasında prosessual statusa malik olan şəxslərin dindirilmələri, ekspertizaların təyin edilib keçirilməsi, sübut əhəmiyyətli sənədlərin tələb olunub alınması və tədqiq edilməsi və digər istintaq hərəkətlərinin aparılması deyil, həm də ibtidai araşdırma zamanı toplanmış sübutların elan olunması, onların qanuna müvafiq qaydada tədqiq edilməsi və qiymətləndirilməsi, bir sübutun digərinə münasibətdə üstünlüyünün müəyyən olunması və onların şəxsin hər hansı cinayətin törədilməsində tə tqsirli bilinməsi üçün kifayət edib-etməməsi başa düşülür. Azərbaycan Respublikası Konstitusiyanın aşağıda göstərilən müddəalarına, ədalətli məhkəmə araşdırılması hüququ təsbit edilmiş “İnsan Hüquqlarının və X13 haqqında” Avropa Konvensiyasının (bundan sonra mətndə Avropa Konvensiyasının və ya Konvensiyanın) 6-cı maddəsinə, cinayət və cinayət-prosessual qanunvericiliklərinin tələblərinə, bir sıra məsələlər üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hüquqi mövqeyinə və Ali Məhkəmənin Plenumunun izahlarına və tövsiyələrinə əsaslanaraq məhkəmə kollegiyası qeyd edir ki, hazırki iş üzrə apellyasiya instansiyası məhkəməsinin qərarından verilmiş kassasiya şikayətinə baxan kassasiya kollegiyasının üzərinə, qanunvericiliyin tələb etdiyi kimi, məhkəmələr tərəfindən sübutların toplanılmas ı, sübutetməyə və digər məsələlərə dair qanunvericiliyin tələblərinə əməl olunubolunmamasını, habelə törədilmiş ictimai təhlükəli əməlin bütün hallarının müəyyən edilməsinə əsasən bu əmələ maddi hüquq normasının düzgün tətbiq edilib-edilməməsini yoxlamaq vəzifəsi düşür. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İİİ bəndinə əsasən məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. Avropa Konvensiyasının 6-cı maddəsinin 1-ci bəndinə əsasən, hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Məhkəmə qərarı açıq elan edilir, lakin demokratik cəmiyyətdə əxlaq, ictimai qayda və ya milli təhlükəsizlik maraqları naminə, həmçinin yetkinlik yaşına çatmayanların maraqları və ya tərəflərin şəxsi həyatının müdafiəsi bunu tələb etdikdə, yaxud məhkəmənin fikrincə, aşkarlığın ədalət mühakiməsinin maraqlarını poza biləcəyi xüsusi hallar zamanı ciddi zərurət olduqda mətbuat və ictimaiyyət bütün proses boyu və ya onun bir hissəsində məhkəmə iclasına buraxılmaya bilər. “Azərbaycan Respublikası CPM-nin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 may 2009cu il tarixli qərarında qeyd edilir ki, həqiqətin müəyyənləşdirilməsi ədalət mühakiməsinin mütləq şərtidir və hər zaman cəmiyyət məhkəmədən həqiqəti əks etdirən ədalət mühakiməsini tələb edəcəkdir. Hər bir hakim bu vəzifəsini icra etmək üçün ilk əvvəl prosessual tələblərə hökmən riayət olunmasını təmin etməlidir, çünki bu hal cinayət işi üzrə həqiqətin müəyyənləşdirilməsinin və düzgün məhkəmə qərarının qəbul olunmasının mühüm şərtidir. Eynilə də cinayət işi üzrə araşdırmanın predmetini təşkil edən hadisənin əhəmiyyətli halları müəyyənləşdirilməmişdirsə və (və ya) bu hallara münasibətdə cinayət qanununun müddəaları düzgün tətbiq olunmamışdırsa, həmin qərara həqiqi ədalət mühakiməsi aktı kimi baxıla bilməz. Həmin akt ədalətsizliyinə səbəb olmuş hakimin qanunsuz hərəkətləri, məhkəmə səhvləri və ya qanuniliyinə və əsaslılığına təsir etmiş digər hallardan asılı olmayaraq düzəldilməlidir. Konstitusiy a Məhkəməsinin Plenumu eyni zamanda qeyd etmişdir ki, hökm çıxarıldığı zaman məhkəmə onun qanunçuluq və əsaslılıq tələblərinə cavab verə biləcəyinin təmin edilməsi üçün öz aktını bu amillərin üzərində qərarlaşdırmalıdır. Belə tələblərə cavab verməyən məhkəmə qərarlarına yenidən baxılması imkanının məhdudlaşdırılması ədalət və hüquqi müəyyənlik kimi dəyərlərin müdafiəsində tarazlığın pozulması və Konstitusiya ilə təminat verilən insan hüquq və azadlıqlarına zərər yetirilməsi ilə nəticələnə bilər. İşin müəyyən edilmiş faktiki hallarını cinayət-prosessual qanunvericiliyinin yuxarıda şərh edilən normalarının tələbləri, Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi ilə müqayisə etməklə apellyasiya instansiyası məhkəməsinin hökmünü yoxladıqda həmin yekun məhkəmə aktının yuxarıda qeyd olunan prosessua l normaların tələblərinə, xüsusilə də CPM-nin 143-146-cı maddələrində nəzərdə tutulmuş sübutların tədqiqi qaydalarına və CPM-nin 349.5-ci maddəsində təsbit olunmuş məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanması, bu sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət edən olması, məhkəmənin müəyyən etdiyi halların onun tədqiq etdiyi sübutlarla uyğunluq təşkil etməsi barədə tələblərə cavab verdiyi müəyyən olunur. Belə nəticə ilə bağlı, habelə kassasiya protestinin dəlillərinə cavab verilməsi üçün məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin işin faktiki hallarının müəyyən edilməsi ilə bağlı hökmdə istinad etdiyi sübutların bir hissəsinə bir daha müraciət etməyi zəruri sayır. Həmin sübutların hamısı birinci instansiya məhkəməsi tə rəfindən araşdırılsa da, apellyasiya instansiyası məhkəməsindən fərqli olaraq Şəki Ağır Cinayətlər Məhkəməsi bu sübutlar əsasında Məhkum2 və Məhkum1 barəsində ittiham hökmünün çıxarılması haqqında qənaətə gəlmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticədən fərqli olaraq apellyasiya instansiyası məhkəməsi bu sübutların bir hissəsinin apellyasiya şikayətinə məhkəmə baxışı iclasında bilavasitə özü araşdıraraq, digərlərini isə tam şəkildə tədqiq edib onlara həm istinad edərək, həm də kassasiya protestinin dəlillərin əksinə olaraq həm ayrı- ayrılıqda, həm də məcmu şəkildə qiymətləndirərək Məhkum2 və Məhkum1 onlara elan olunmuş ittiham üzrə cinayət əməllərini törətmələrinin sübuta yetirilməməsi barədə nətiəcyə gəlmişdir. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin bu nət icəsi ilə razılaşır və qeyd edir ki, həmin nəticə ehtimallara deyil, aşağıdakı sübutlara və onların təhlilinə və qiymətləndirilməsinə əsaslanmışdır. Belə ki, iş materiallarından görünür ki, Oğuz rayon Polis Şöbəsinin cinayət-axtarış bölməsinin əməliyyat müvəkkili polis leytenantı Şahid7 Oğuz RPŞ-nin rəisinə ünvanladığı 01 avqust 2020-ci il tarixli raportuna əsasən, həmin şöbəyə daxil olmuş məlumata görə, Oğuz rayonunun Şirvanlı kəndində yaşayan Məhkum2 və Məhkum1 Oğuz rayonunun Tayıflı kəndinin meşə ərazisində narkotik vasitə çətənə kollarının əkib becərilməsində şübhəlidirlər, odur ki, onların ətrafında əməliyyat tədbirlərinin keçirilməsinə göstəriş verilməsi xahiş olunur. Bu raport əsasında Şahid7 01 avqust 2020-ci il tarixdə “Əməliyyataxtarış tədbirlərinin həyata keçirilməsi haqqında” q ərar qəbul edilmiş, həmin qərarda da raportda göstərilənlər təkrarlanmış, lakin qərarda “Əməliyyat-axtarışını fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununun 10-cu maddəsinin 4-cü hissəsinə və CPM-nin 445.2-ci maddəsinə istinad edilsə də Məhkum2 və Məhkum1 ətrafında konkret olaraq hansı əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi göstərilməmişdir. İş materiallarından görünür ki, daha sonra əməliyyat müvəkkili Şahid7 Oğuz RPŞnin rəisinə 01 avqust 2020-ci il tarixli ikinci rapotrtla müraciət edərək bildirmişdir ki, Məhkum2 və Məhkum1 həmin gün saat 08.00 radələrində Oğuz rayonunun Tayıflı kəndində meşə ərazisində narkotik vasitə olan çətənə kolları əkib-becərilməsində şübhəli olduqları üçün həmin kənddə saxlanılıb polis şöbəsinə gətirilmişlər. Buna görə raportda Məhkum2 və M əhkum1 istifadə etdikləri əraziyə baxış keçirilməsinə göstəriş verilməsi xahiş olunur. Lakin cinayət işnin materiallarında olan “Cinayəti törətməkdə şübhəli şəxsin tutulması” barədə 01 avqust 2020-ci il tarixli qərarda isə göstərilmişdir ki, Məhkum1 01 avqust 2020-ci il tarixdə saat 08.00 radələrində Oğuz rayonunun Tayıflı kəndində deyil, həmin gün saat 05:30 radələrində rayonun Şirvanlı kəndinin ərazisində saxlanılaraq polis şöbəsinə gətirilmişdir. Bundan sonra, Məhkum1 Oğuz, Şəki və Qəbələ rayonlarının vəkil bürolarında fəaliyyət göstərən vəkillərin siyahısı təqdim olunmuş, o, hüquqlarının Oğuz rayon vəkil bürosunun vəkili X7 onun hüquqlarının müdafiə olunması üçün təyin edilməsini xahiş etmiş və həmin vəkil ona təqdim olunduqdan sonra Məhkum1 müdafəçinin iştirakı ilə 01 avqust 2020-ci i l tarixdə saat 13.10-da CM-nin 237.2.1 və 237.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayəti törətməkdə şübhəli bilinərək şübhəli şəxs qismində tutulmuşdur. Bu haqda tərtib edilmiş 01 avqust 2020-ci il tarixli protokolda Məhkum1 ozünü şübhələndiyi cinayəti törətməkdə təqsirli bilməməsini qeyd etmişdir. Qeyd edilən sənədlərdən göründüyü kimi, A.A.Balakşiyevin faktiki tutulduğu vaxt həmin sənədlərdə göstərilməmiş və o, müvafiq prosessual sənədlər olmadan 01 avqust 2020-ci il tarixdə saat 05.30-dan saat 13.10-dək Oğuz RPŞ-də saxlanılmışdır. Daha sonra 01 avqust 2020-ci il tarixdə saat 13.20-dən 13.45-dək əməliyyat-axtarış qrupunun üzvü - Oğuz RPŞ-nin istintaq bölməsinin müstəntiqi X18 tərəfindən bu qrupun üzvləri olmayan Oğuz RPŞ-nin əməkdaşları Şahid8, Şahid15, X9, hal şahidləri X1 və X5, hab elə müdafiəçi İ.M.İsmayılovun iştirakları ilə Məhkum1 üzərində şəxsi axtarış istintaq hərəkəti aparılmış, laikin axtarış nəticəsində heç bir əşya aşkar edilməmiş, bu haqda da 01 avqust 2020-ci il tarixli protokol tərtib edilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, iş materillarından görünür ki, Məhkum1 01 avqust 2020-ci il tarixdə, yəni tutulduqdan dərhal sonra ifadə verməkdən imtina etməsi barədə protokol tərtib olunsa da, həmin protokolda bunun səbəbləri göstərilməmiş və o, şübhəli şəxs qismində yalnız 02 avqust 2020-ci il tarixdə saat 11.50-dən 12.20-dək dindirilmiş və cinayət təqbinin sonrakı mərhələsində, o cümlədən məhkəmə iclasında verdiyi ifadələrə uyğun ifadələr verərərk şübhəli bilindiyi əməli törətmədiyini bildirmişdir. Məhkəmə kollegiyası hesab edir ki, Məhkum1 şübhəli şəxs qi smində dərhal dindirilməməsi halında CPM-nin 232.1-ci maddəsinin tələbləri pozulmuşdur. CPM-nin 232.1-ci maddəsinə əsasən şübhəli şəxsin dindirilməsi onun tutulmasından və ya barəsində qətimkan tədbirinin tətbiq edilməsi barədə qərar ona elan edildikdən dərhal sonra aparılır. İş materiallarından görünür ki, həmçinin ibtidai istintaq orqanı tərəfindən A.A.Balakşiyevin azadlıq hüququnun pozulmasına da yol verilmişdir. Belə ki, Məhkum1 01 avqust 2020-ci il tarixdə saat 05.30 radələrində faktiki tutulmasına baxmayaraq o, 48 saatdan artıq müddətdə şübhəli şəxs statusunda həbsdə saxlanılmış, bu vaxt keçəndən sonra ona ittiham elan edilməməsinə baxmayaraq buraxılmamış və yalnız 03 avqust 2020ci il tarixdə saat 12.00- da CM-nin 234.1, 228.1, 237.2.1 və 237.2.3-cü maddələri ilə təqsirləndirilən ş əxs qismində cəlb edilərək Oğuz Rayon Məhkəməsinin həmin tarixli qərarı ilə onun barəsində həbs qətimkan tədbiri seçilmişdir. CPM-nin 148.6-cı maddəsində nəzərdə tutulmuşdur ki, cinayət törətməsinə şübhə yarandıqda şəxsin tutulması, bu Məcəllənin 148.7-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, 48 saatdan artıq davam edə bilməz. Həmin müddət keçənədək tutulmuş şəxsə ittiham elan edilməli, həbslə bağlı prokurorun təqdimatı olduqda isə o, məhkəməyə gətirilməli, məhkəmə təxirə salmadan işə baxmalı və həmin şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi və ya onun azad edilməsi haqqında qərar çıxarmalıdır. CPM-nin 148.7-ci maddəsində isə göstərilmişdir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 102, 114, 120.2.11, 169, 214, 214-1, 214-3, 215.3, 217, 218, 219, 219-1, 220, 274, 275, 276, 277, 279, 280, 282 və ya 283-1-ci maddələri ilə istintaqı aparılan cinayət işləri üzrə şübhəli və ya təqsirləndirilən şəxslərin sayının çoxluğu, işin xüsusi mürəkkəbliyi və ya toplanmış materialların həcminin böyüklüyü bu Məcəllənin 148.6-cı maddəsində nəzərdə tutulan hərəkətlərin 48 saat müddətində həyata keçirilməsinə mane olduqda, həmin müddət müstəntiqin əsaslandırılmış vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında məhkəmənin qərarı ilə 48 saatdan artıq olmayan müddətə uzadıla bilər. İş materiallarından göründüyü kimi, Məhkum1 CPM-nin 148.7-ci maddəsində göstərilən hər hansı cinayəti törətməkdə şübhəli bilinməmiş və həmin maddədə göstərilən başqa halların olması da mövcud olmamış, onun tutulması müddətinin 48 saatdan artıq müddətə uzadılması barədə qərar isə ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror tərəfindən qəbul edilməmişdir. Daha sonra iş materiallarından görünür ki, Məhkum2 şübhəli şəxs qismində tutulması barədə 01 avqust 2020-ci il tarixli qərarda onun həmin tarixdə saat 04.00 radələrində, bu haqda tərtib olunmuş protokolda saat 13.50-də, əməliyyat müvəkkili Şahid7 raportunda saat 08 radələrində, işə əlavə edilmiş digər sənədlərdə və iş üzrə dindirilmiş çoxsaylı şahidlərin ifadələrində saat 01.30 radələrində, onun təqsirli bilindiyi ittihamda isə saat 03 radələrində tutulması göstərilmiş, əsas prosessual sənəd olan tuluma haqqında protokolda onun faktiki tutulması vaxtı müəyyən edilməmiş, o, 01 avqust 2020-ci il tarixli protokola görə, həmin tarixdə ifadə verməkdən imtina etmi ş və yalnız 02 avqust 2020-ci il tarixdə şübhəli şəxs qismində dindirilərək ona sonradan elan olunmuş ittihamda göstərilən odlu silahın və döyüş sursatının onun tərəfindən əldə edilməsi, saxlaması və gəzdirməsi barədə etirafedici ifadələr vermiş, şübhəli bilindiyi digər cinayətləri törətməsini isə inkar etmişdir. Yeri gəlmişkən Məhkum2 həmin ifadələrində onda 15 ədəd patronun olmasını göstərsə də, ona elan olunmuş ittihama görə, o, 01 avqust 2020-ci il tarixdə saat 03 radələrində saxlanılmazdən əvvəl onda olan tapançadan qeyrimüəyyən istiqamətdə bir atəş açmış, lakin 01 avqust 2020-ci iltarixli Oğuz rayonunun Tayıflı kəndi yaxınlığında narkotk tərkibli çətənə bitkilərinin əkildiyi əraziyə baxış keçirilməsi zamanı həmin ərazidən digər predmetlərlə yanaşı bir ədəd tapança və 15 ədəd patron a şkar edilərək götürülmüşdür. Həm bu, həm də bundan əvvəl əməliyyatçı tərəfindən tərtib edilmiş sənədlərin təhlili göstərir ki, Məhkum1 və Məhkum2 faktki olaraq şübhəli şəxsi qismində faktiki olaraq bu haqda prosessual sənədlər tərtib edilməzdən, yəni sənədləşmə aparılmazdan bu haqda protokollar müvafiq olaraq 01 avqust 2020-ci il tarixdə saat 13.10-da və 13.50-də tərtib edilsə də, onların sənədləşmə aparıldıqdan sonra deyil, CPM-nin 90.1.2-ci maddəsinə əsasən cinayət törətməkdə şübhələndiklərnə görə tutulduqları müdafiəçiyə malik olmaq hüququ onlara izah edilməmiş və həmin vaxtdan şübhəli şəxslərin sonradan yazdıqları ərizəyə uyğun olaraq (öz müdafiələrini həyata keçirə bilmədikləri barədə) sonuncular əvvəl sənədləşmə aparılarkən, sonradan isə üzərlərində axtarışın aparılması zamanı müda fiəçi ilə təmin edilmişlər. Bundan başqa, Məhkum2 da, onun tutulmasında iştirak etmiş polis əməkdaşları da hər birisi ayrı-ayrılıqda göstərmişlər ki, Novurz Umarlı yaxalanarkən onun üzərində olan tapança və döyüş sursatı ondan götürülmüş və o, polis şöbəsinə aparılmış, lakin yuxarıda göstərilən protokoldan görünür ki, həmin odlu silah və döyüş sursatı sonradan, maddi sübutların aşkar edilrək götürülməsinə dair qanunvericiliyin tələblərinə ziddir olaraq 01 avqust 2020-ci il tarixdə saat 15.05-dən 15.40-dək baxış keçirilən ərazidə aşkar edilərək götürülmüşdür. Bundan başqa, cinayət işinin materiallarından görünür ki, Məhkum2 da yalnız 03 avqust 2020-ci il tarixdə saat 12.58-də, yəni onun tutulmasından 48 saat keçdikdən təxminən 12 saat sonra CM-nin 228.1, 234.1, 237.2.1 və 237.2.3-cü maddələ ri ilə təqsirləndirilən şəxs qsmində cəlb edilmiş, lakin bundan sonra tərtib edilmiş prosessual sənədlərə görə, təqsirləndirilən şəxs qismində ifadə verməkdən imtina etmiş, Oğuz Rayon Məhkəməsinin 03 avqust 2020-ci il tarixli qərarı ilə isə onun barəsində həbs qətimkan tədbiri seçilmişdir. Əməliyyat-axtarış tədbirlərinin dairəsi “Əməliyyat-axtarış fəaliyyəti” haqqında Azərbaycan Respublikasının 28 oktyabr 1999-cu il tarixli № 728-İQ nömrəli Qanununun 10-cu maddəsinin İ hissəsində müəyyən edilmiş və bu tədbirlər məhkəmənin, yaxud da əməliyyat-axtarış fəaliyyəti subyektinin əsaslandırılmış qərarına əsasən həyata keçirilir. Adı çəkilən Qanunun 10-cu maddəsinin İV hissəsində göstərilmişdir ki, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş əsaslar olduğu hallarda əməliyyat axta rış fəaliyyətinin subyektləri hakimin qərarı olmadan: 1) şəxsiyyət əleyhinə ağır cinayətlərin və ya xüsusi təhlükəli dövlət cinayətlərinin qarşısının alınması üçün telefon danışıqlarına qulaq asa, poçt, teleqraf və digər göndərişlərini yoxlaya, texniki rabitə kanallarından və digər texniki vasitələrdən informasiyanı çıxara, habelə insanları güdə bilərlər; 2) cinayəti hazırlayan, törədən, törətmiş, azadlıqdan məhrum etmə və ya həbs yerlərindən, yaxud mühafizə altından qaçmış və gizlənən şəxslərin yaxalanması, yanğın, partlayış və ictimai təhlükəsizliyə qəsd edən və ya qəsd edə biləcək halların aradan qaldırılması üçün binalara, o cümlədən yaşayış yerlərinə, hasarlanmış tikinti obyektlərinə, qurğulara və torpaq sahələrinə baxış keçirə bilərlər. Bununla yanaşı o, da qeyd olunmalıdır ki, Qanun un 10-cu maddəsininin V hissəsinə əsasən, bu maddənin İV hissəsində nəzərdə tutulmuş hallarda əməliyyat-axtarış fəaliyyətinin subyektləri həyata keçirilmiş tədbirlər barəsində 48 saat ərzində məhkəmə nəzarətini həyata keçirən məhkəməyə və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora əsaslandırılmış qərarı təqdim etməlidirlər. Qanunun 11-ci maddəsinin İİİ hissəsində göstərilmişdir ki, əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi üçün əsaslar aşağıdakılardır: 1) məhkəmənin (hakimin) qərarları; 2) istintaq orqanlarının qərarları; 3) əməliyyat-axtarış fəaliyyətinin səlahiyyətli subyektlərinin qərarları. Bu normanın, habelə qeyd edilən maddənin İV hissəsinin tələblərindən və mənasından belə nəticə hasil olur ki, əvvəla hər hansı əməliyyat-axtarış tədbirinin həyata ke çirilməsi üçün məhkəmə, istintaq orqanı və ya əməliyyat-axtarışının subyektləri tərəfindən əsaslandırılmış qərarlar qəbul edilməli, belə qərarlar, hazırki işdə olduğu kimi, mücərrəd və qeyri-müəyyən xarakteri daşımamalı, qəbul edilmiş qərarda isə əməliyyataxtarış tədbirinin növü, kimin barəsində, hansı müddətdə və hansı şəraitdə həyata keçirilməsi, habelə zəruri olan başqa hallar dəqiq göstərilməli, belə qərarın qəbul edilməsinə əsas olan cinayəti hazırlayan, törədən və ya törətmiş şəxs barəsində məlumat isə etimad doğuran, məlum və qərəzsiz mənbədən daxil olmalıdır. Hazırki iş üzrə “Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında” 01 avqust 2020-ci il tarixli qərardan onun şərh olunan tələblərə cavab verməsi görünmür və Məhkum2 və Məhkum1 barələrindəki cinayət işinə baxan mə hkəmələr iş üçün mühüm olan bu hal üzrə heç bir araşdırma aparmamış və həmin qərarın ümumiyyətlə məhkəmə nəzarətini həyata keçirən məhkəməyə daxıl olub-olmamasını aydınlaşdırmamış, hərçənd göstərilən qərarın məhkəmə nəzarəti qaydasında yoxlanılmasının nəticələrinə dair Oğuz Rayon Məhkəməsinin müvafiq qərarı iş materiallarında aşkar edilməmişdir. İşin hallarına görə isə, həmin qərarın və onun əsasında toplanmış materialların məhkəmə nəzarəti qaydasında yoxlanılmaması bunula bağlı araşdırmanın aparılmasını və onun nəticələrinə qanuna uyğun qaydada qiymət verilməsini zəruri etmişdir ona görə ki, hər ki məhkum olunmuş şəxsin sonradan şübhəli şəxs qismində tutulması və bundan sonrakı istintaq hərəkətlərinin, o cümlədən sonuncuların yaşadıqları evlərə və həmin evlərin həyətyanı sahələrinə baxışı n keçirilməsi, nəticə etibarı ilə isə onların cinayət məsuliyyətinə cəlb edilmələri məhz həmin qərara və bu qərar əsasında toplanmış sübutlara əsasən həyata keçirilmişdir. Məhkəmə kollegiyası həmçinin qeyd etməyi zəruri hesab edir ki, əməliyyat müvəkkili Şahid7 raportuna, bu raport əsasında qəbul edilmiş qərara əsasən Oğuz RPŞdə əməliyyat işinin açılması, raportda göstərilən məlumatın həqiqətə uyğun olub-olmaması da, həmin məlumatın məxfiliyi gözlənilməklə, məhkəmələr tərəfindən yoxlanılmamışdır. İş materiallarında olan Oğuz rayonunun Tayıflı kəndinin yaxınlığındankı əraziyə baxış keçirilməsi və götürmə aparılması haqqında 01 avqust 2020-ci il tarixli protokoldan görünür ki, həmin ərazidə 1 ədəd PH-1193 nömrəli, 1965- ci ildə istehsal olunmuş, 9 mm kalibrli, PM modelli, Makarov konstruksiy alı, yivli, odlu silah, 2 ədəd zavod üsulu ilə istehsal olunmuş daraqda hər birində 7 və 8 ədəd patron olmaqla, ümumilikdə zavod üsulu ilə istehsal olunmuş 9x18 mm kalibrli, atəş üçün yararlı 15 ədəd patron, bundan başqa PH-1193 nömrəli, 9 mm kalibrli, PM modelli, Makarov konstruksiyalı silahdan atılmış 1 ədəd giliz, 1 ədəd “Night Vision” markalı, 1077 nömrəli gecəgörmə cihazı, 1 ədəd yun materialından hazırlanmış papaq tipli maska və 1 ədəd əlcəyin sağ tayı, həmçinin polis əməkdaşına məxsus 1 ədəd CM-3216M nömrəli 9 mm kalibrli, PM modelli, Makarov konstruksiyalı yivli odlu silahdan atılmış 2 ədəd gilizlə yanaşı həmçinin həmin ərazinin yaxınlığında, Oğuz rayonu, Xalxal inzibati ərazi dairəsinin hüdudları daxilində xüsusi mülkiyyətdə olan ərazinin 100 metr şərqində yerləşən meşə sahəsində əkilib becərilmiş və kultivasiya edilmiş, hündürlükləri 70 sm-dən 150 smdək, ümumi təmiz çəkiləri 13 kiloqram 50 qram olan 165 ədəd külli miqdarda tərkibində narkotik maddələr olan çətənə bitkiləri də aşkar edilərək götürülmüş və həmin bitkilərin məhz Məhkum2 və Məhkum1 tərəfindən əkilərək kultivasiya edilməsinə görə sonunculara CM-nin 237.2.1 və 237.2.3-cü maddələri ilə ittiham elan olunmuş və onlar həmin ittiham üzrə də təqsirli bilinərək məhkum olunmuşlar. Lakin, iş materialların təhlili göstərir ki, bu ittihamın Məhkum2 və Məhkum1 qarşı irləli sürülməsinin əsasını təşkil edən yeganə sübut əməliyyat müvəkkili Şahid7 01 avqust 2020-ci il tarixli raportu, həmin raporta uyğun sonuncunun ittihamda göstərilən hallar barədə əməliyyat məlumatının daxil olması barədə ifadələri təşkil etmiş, bu ittihamla bağlı başqa sübutlar isə həm ibtidai araşdırma zamanı, həm də məhkəmə iclaslarında əldə edilməmiş, əməliyyat məlumatı və onunla bağlı əməliyyat işi isə tədqiq edilməmişdir. Apellyasiya Məhkəməsi araşdırması zamanı qeyd edilən xususat ilə bağlı Oğuz RPŞ-yə müvafiq göndərilmiş sorğuya cavab olaraq həmin orqandan daxil olmuş 28 sentyabr 2023-cü il tarixli 3-13-101/2-9562/23 saylı məktubdan görünür ki, Məhkum2 və Məhkum1 barələrində Oğuz RPŞ-in CAB-də əməliyyat qeydiyyat işi olmamışdır. Bununla yanaşı, həm ibtidai araşdırma zamanı, həm də birinci instansiya məhkəməsinin məhkəmə iclasında Məhkum2 müdafiəçisi Müdafiəçi1 aşkar edilmiş digər əşyalarda adı çəkilən məhkumun əl-barmaq və digər izlərinin olub-olmamasını yoxlamaq məqsədilə məhkəmə-daktiloskopik və digər ekspertizalarının keçi rilməsi barədə vəsatətlər qaldırsa da, həm ibtidai araşdırma orqanı, həm də məhkəmə tərəfindən bu vəsatət lazımi əsaslandırma aparılmadan rədd edilmişdir. Cinayət işi materiallarındna həmçinin görünür ki, Məhkum2 CM-nin 228.1, 237.2.1 və 237.2.3-cü maddələri ilə yanaşı CM-nin 234.1-ci maddəsi ilə ittihamın elan olunmasına və onun həmin maddə ilə təqsirli bilinərək məhkum edilməsinə əsas 01 avqust 2020-ci il tarixdə (cinayət işi başlanana qədər) onun yaşadığı evin həyətyanı sahəsinə baxış keçirilərkən gül topasının dibindən 1 ədəd sarı rəngli sellofan torbada içərisində qanunsuz olaraq əldə edib saxladığı şəxsi istehlak miqdarından artıq miqdarda, ümumi təmiz çəkisi 91,31 qram olan tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qu rudulmamış marixuananın aşkar edilərək götürülməsi və bu istintaq hərəkətinin aparılmasında iştirak etmiş polis əməkdaşlarının və hal şahidlərinin ifadələri olmuşdur. Eyni ilə Məhkum1 qarşı da CM-nin 237.2.1 və 237.2.3-cü maddələri ilə yanaşı ona CM-nin 228.1 və 234.1-ci maddələri ilə də ittihamın irəli sürülməsi üçün əsas onun da yaşadığı evə və evin həyətyanı sahəsinə baxışın keçirilməsi, bu istintaq hərəkətinin aparılması nəticəsində isə həyətindəki fındıq ağaclarından birinin dibindən sellofan torbada içərisində qanunsuz olaraq əldə edib saxladığı şəxsi istehlak miqdarından artıq miqdarda, ümumi təmiz çəkisi 36,88 qram olan tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmamış marixuananın, digər fındıq ağacının dibindən isə qanunsuz olaraq istintaqa məlum olmayan mənbədən əldə etdiyi 1 ədəd 185352 nömrəli, 1960-cı il buraxılışlı, Tula istehsallı, 16 kalibrli, TOZ-B modelli, hamar, qoşalüləli, odlu, yivsiz, qundağı və lüləsi kustar üsulla kəsilmiş və öz təyinatını itirmiş, texniki cəhətdən atəşə yararlı silahın və həmin silahın içərisində 16 kalibrli ov silahından atəş açmaq üçün nəzərdə tutulmuş və atəş üçün yararsız 02 ədəd gilizlərin aşkar edilərək götürülməsi və həmin istintaq hərəkətlərinin aparılmasında iştirak etmiş polis əməkdaşlarının və hal şahidlərin ifadələri olmuşdur. Bu sübutların təhlili onu göstərir ki, istər Məhkum2, istərsə də Məhkum1 yaşadığı evlərə və həmin evlərin həyətyanı sahələrinə baxış istintaq hərəkəti prosessual qanunvericiliyinin tələblərinə əməl olunmadan, bu haqda yalnız baxı şa razılıq verilməsi barədə məhkum olunmuş şəxslərin ərizələri alınmaqla müvafiq qərarlar qəbul edilmədən keçirilmiş, həmin istintaq hərəkətlərinin aparılmasında iştirak etmiş şəxslər isə ibtidai araşdırma zamanı və məhkəmə iclaslarında biri-birinə ziddiyyətli olan ifadələr vermişlər. Cinayət qanunvericiliyin tələblərinə əsasən əvvəla yaşayış yerinə baxış yalnız cinayət işi başlandıqdan sonra, bir qayda olaraq məhkəmənin qərarı əsasında aparılır, belə qərarın qəbul edilməsi üçün isə müstəntiq müvafiq vəsatətlə ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora, sonuuncu isə təqdimatla məhkəməyə müraciət etməlidirlər. Yaşayış yerinə baxışın məhkəmə qərarı olmadan keçirilməsi üçün isə həmin yerin mülkiyyətçisinin və ya istifadəçisinin buna razılıq verməsi barədə ərizəsi kifay ət etmir və həmin istintaq hərəkəti məhkəmənin qərarı olmadan yalnız CPM-nin 243.3-cü maddəsində nəzərdə tutulmuş əsaslar olduqda aparılır. Hazırki işin materiallarından görünən odur ki, əvvəla cinayət işi 02 avqust 2020-ci il tarixdə başlansa da Məhkum2 və Məhkum1 yaşadıqları evlərə və evlərin həyətyanı sahələrinə baxış yalnız onların buna razılıq vermələri barədə ərizələrinə əsasən, lakin müstəntiq tərəfindən bu haqda müvafiq əsaslandırılmış qərar qəbul edilmədən 01 avqust 2020-ci il tarixdə keçirilmiş və həmin istintaq hərəkətlərinin aparılmasına əsas olmuş, CPM-nin 243.3-cü maddəsində göstərilən hallar müəyyən edilməmişdr. Belə ki, 01 avqust 2020-ci il tarixdə Oğuz rayonunun Tayıflı kəndininin yaxınlığındakı ərazidə Məhkum2 yaxalanmasında, həmin əraziyə baxışın keçirilməsində və maddi sübutların götürülməsində, habelə Məhkum2 və Məhkum1 yaşadıqları evlərdə və evlərin həyətyanı sahələrində baxışın və maddi sübutların götürülməsində iştirak etmiş polis əməkdaşlarının və bu istintaq hərəkətlərinin aparılmasında iştirak etmiş hal şahidlərinin məhkəməyədək və birinci instansiya məhkəməsi zamanı verdikləri ifadələrinin təhlili göstərir ki, şahidlər cinayət təqibinin müxtəlif mərhələlərində biri-birindən kəskin sürətdə fərqlənən ifadələr vermiş və birinci instansiya məhkəməsinin məhkəmə iclasında bu şəxslərin bir qismi dindirlərək ibtidai araşdırma orqanı tərəfindən şahidin dindirilməsi protokolunda yazılanları inkar etsələr də, həmin məhkəmə şahidlərin adından yazılmış həmin ifadələri elan etməklə kifatlənib hökmün əsasına da bu ifadələri qoymuş, lakin müəyyən edilmiş ziddi yyətlərin aradan qaldırılması üçün heç bir əlavə sübut tədqiq edilməmiş, kollegiyanın iclasında isə dindirilmiş şahid ifadələri ilə qeyd edilən ziddyyətlən aradan qaldırılması mümkün olmamışdır. İş materiallarında olan şahidlər Şahid13, X1, Şahid9, Şahid11 ifadələrindən görünür ki, adları çəkilən şəxslər iş üzrə bir sıra istintaq hərəkətlərinin aparılmasında hal şahidi qismində iştirak etmək üçün həmin hərəkətlərin aparıldığı yerlərə polis əməkdaşları ilə birlikdə getsələr də, həmin yerlərdə baş verənləri diqqətlə izləməmiş, bəzi hallarda isə istintaq hərəkətləri aparılan yerləri tərk etmiş və yalnız müvafiq hərəkətlərin aparılması haqqında tərtib edilmiş protokolları imzalamış, bununla da CPM-nin 94.2-ci maddəsində nəzərdə tutulmuş vəzifələri yerinə yetirməmiş, ibtidai araşdırma orqanı tə rəfindən onların həmin vəzifələri lazımınca yerinə yetirmələri üçün müvafiq tədbirlər görülməmiş, məhkəmələr də bu pozuntulara diqqət yetirməmişlər. CPM-nin 125.2.1 və 125.2.7-ci maddələrinə əsasən, insan və vətəndaşların konstitusiya hüquqlarının və azadlıqlarının, yaxud bu Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrum etmə və ya onları məhdudlaşdırmaqla bu sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi halda, habelə istintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydaları kobud pozuntularla aparıldıqda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. Cinayət işi materiallarında olan 01 avqust 2020-ci il tari xli protokollardan görünür ki, Məhkum2 və Məhkum1 yaşadıqları evlər həyətyanı sahələrindən aşkar edilrək götürülmüş qurudulmamış marixuananın çəkiləri müəyyən edilməmiş və bu haqda protokolda heç nə göstərilməmiş, Məhkum1 aid protokolda tüfənglə yanaşı iki ədəd atılmış patronun gilizlərin götürülməsi barədə gözlə görünən əlavələr edilmişdir. CPM-nin 236.6-cı maddəsində baxış və götürmə haqqında protokolda bu istintaq hərəkəti aparılarkən müşahidə edilmə ardıcıllığı ilə bütün aşkar olunanların, o cümlədən axtarılan əşya və şəxslərin könüllü surətdə verilməsi hallarının olub-olmamasının, istintaq hərəkəti zamanı belə hal baş vermişsə, aşkar edilmiş və götürülmüş əşyaların sayı, ölçüsü, çəkisi, fərdi əlamətləri və digər xüsusiyyətləri göstərilməklə ətraflı təsvirinin əks etdirilməsi nəzərdə t utulmuşdur. Daha sonra məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarından görünür ki, işə baxan məhkəmələr Məhkum2 və Məhkum1 saxlanılmasından sonra polis şöbəsində fiziki təzyiqlərə məruz qalıb-qalmamaları məsələsini araşdırmamış, bununla bağlı zəruri sübutların tələb edilib tədiq edilməsini təmin etməmişlər (ən azından məhkum olunmuş şəxslərin istintaq təcridxanasına daxil olarkən onların üzərində hər hansı xəsarətlərin olubolmamasını yoxlamamışlar), halbuki məhkəmə kollegiyası hesab edir ki, bu məsələnin yoxlanılması xüsusi əhəmiyyət kəsb edirdi əvvəla ona görə ki, Məhkum2 və Məhkum1 istinad olunun əməlləri törətmələri ilə bağlı onlara elan olunmuş ittiham, habelə Məhkum2 odlu silahla və döyüş sursatı ilə bağlı qismən etirafedici ifadələr verməsi onların məhz polis şöbəsində olduqlar ı dövrə təsadüf edir. Qeyd edilən xüsusatın araşdırılması məqsədi ilə Məhkum2 və Məhkum1 saxlanıldıqları X2rın tibbi kitabçaları sorğu edilərək məhkəmə kollegiyası iclasları zamanı təqdiq edilmiş və məüyyən edilmişdir ki, təqsirləndirilən şəxslərin bədən nahiyələrində hər hansı xəsarət aşkar edilməmişdir. Lakin işə baxan apelyasiya instansiyası məhkəməsi bu xüsusata qiymət verərkən Məhkum2 və Məhkum1 48 saatdan artıq müddətdə şübhəli şəxs statusunda həbsdə saxlanılmasını da nəzərə almışdır. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi düzgün olaraq iş üzrə əldə olunmuş sübutların məcmusuna hərtərəfli və obyektiv qiymət verərək, daxili inamına əsaslanaraq Cinayət-Prosessual Məcəlləsinin 21.2, 145.3 və 351.3.4-cü maddələrinin ittihamın sübuta yetirilməsində aradan qal dırılması mümkün olmayan şübhələrin təqsirləndirilən şəxsin xeyrinə həll edilməli, təfsir edilməli və şərh edilməli olmasına dair tələblərini rəhbər tutaraq Məhkum2 və Məhkum1 təqsirliliyinin sübuta yetirilməməsinə dair nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsin mövqeyi ilə razılaşaraq qeyd edir ki, hazırki iş ürzə təqsirləndirilən şəxslərə irəli sürülmüş ittiham bir-biri ilə uzlaşmayan, biri digərini tamamlamayan sübutlarla əsaslandırılmışdır. Həmçinin, sübutetmə yükünün paylanmasına əsasən təqsirləndirilən şəxs öz təqsirsizliyini sübuta yetirməyə borclu olmadığından onun təqsirliliyinin sübuta yetirilməsi zamanı ittiham tərəfinin yol verdiyi boşluqlar özü tərəfindən qanunla yol verilən şərtlər çərçivəsində tamamlanmadığı təqdirdə həmin natamamlıqlar bar ədə təqsirləndirilən şəxsin öz müdafiəsi üçün gətirdiyi dəlillərin təsdiq edilməsi müdafiə tərəfinin üzərinə düşməməklə ittiham tərəfinin mövqeyinə əsasən təkzib edilməlidir. CPM-in 124.1-ci maddəsinə əsasən məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. Bu sübutlar cinayət-prosessual qanunvericiliyinin tələblərinə əməl edilməklə insan və vətəndaşın konstitusiya hüquq və azadlıqları məhdudlaşdırılmadan və ya məhkəmənin qərarı əsasında (bu Məcəllə ilə nəzərdə tutulmuş təxirə salına bilməyən hallarda isə müstəntiqin qərarı əsasında) məhdudlaşdırmaqla əldə olunmalı, hadisənin cinayət hadisəsi olub-olmamasını, törədilmiş əməldə cinayətin əlamətlərinin olubolmamasını, bu əməlin təqsirləndirilə n şəxs tərəfindən törədilib-törədilməməsini, onun təqsirli olub-olmamasını, habelə ittihamın düzgün həll edilməsi üçün əhəmiyyət kəsb edən digər hallar göstərilməlidir; 124.2 və 124.2.4-cü maddələrinə əsasən istintaq və məhkəmə hərəkətlərinin protokolları cinayət prosesində sübut kimi qəbul olunur; 125.1-ci maddəsinə əsasən məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər; 125.2, 125.2.1 və 125.2.7-ci maddələrinə əsasən insan və vətəndaşların konstitusiya hüquqlarının və azadlıqlarının, yaxud bu Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrum etmə və ya onları məhdudlaşdırmaqla bu sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi halda, istintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydaları kobud pozuntularla aparıldıqda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir; 125.3-cü maddəsinə əsasən bu Məcəllənin 125.2-ci maddəsində nəzərdə tutulmuş hallarda alınmış məlumatlar, sənədlər və əşyalar hüquqi qüvvəsi olmayan hesab edilir və onlar ittihamın düzgün həlli üçün hər hansı halın sübut olunmasında istifadə edilə bilməz. Sadalanan normalardan göründüyü kimi sübutun mötəbər olması, yəni ondan cinayət hadisəsinin, şəxsin təqsirinin müəyyən edilməsi məqsədi ilə istifadə edilməsi üçün həmin sübut CPM-in tələblərinə əməl edilməklə əldə olunmalıdır. Belə olduğu təqdirdə həmin sübutun həqiqiliyin ə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmur. Yalnız bu halda dəlillər mötəbər sübut kimi qəbul edilə bilər. Əks halda, yəni göstərilən tələbləri pozmaqla əldə edilmiş dəlillərin mötəbərliyinə şübhə yaranır ki, bu isə öz növbəsində onların sübut kimi qəbul edilməsini istisna edir. Yəni, həmin dəlillərin hüquqi qüvvəsi olmadığından onlardan ittihamın düzgün həlli üçün hər hansı halın sübut olunmasında istifadə edilə bilməz. Məhkəmə kollegiyası Məhkum2 və Məhkum1 ittiham irəli sürülməsi üçün əsas olmuş sübutların Cinayət Prosessual Məcəlləsinin tələblərinə zidd qaydada əldə edildiyindən sübut kimi onlara qarşı ittihamın əsası kimi qəbul edilə bilməməsi barədə apellyasiya instansiyası məhkəməsinin mövqeyi ilə razılaşır və qeyd edir ki, cinayət işinin materiallarında Məhkum2 və Məhkum1 qarşı irəli sürülmüş ittihamı sübuta yetirmək üçün, həmçinin ittihamın sübut olunmasında yaranan şübhələri aradan qaldırılması üçün hər hansı bir mötəbər sübut müəyyən edilmir. Beləliklə, məhkəmə kollegiyasının qənaətinə görə apelyasiya instansiyası məhkəməsi cinayət işi üzrə təqdim olunmuş sübutları əlaqəli şəkildə təhlil edərək düzgün olaraq cinayət təqibi orqanı tərəfindən verilmiş ittihamlar üzrə Məhkum2 və Məhkum1 təqsirlilikləri sübuta yetirilmədiyinə görə CPM-nin 42.1.4-cü maddəsinə əsasən onlara CMnin 228.1, 234.1, 237.2.1 və 237.2.3-cü maddələri ilə bəraət vermişdir. Beləliklə, kassasiya məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halında qiymət verərək hesab edir ki, iş üzrə ittiham tərəfinin istinad ediyi sübutlarla Məhkum2 və Məhkum1 CM-nin 228.1, 234.1, 237.2.1 və 237.2.3-cü maddələri ilə müəyyən olunmuş cinayət əməllərini törətməkdə təqsirlilikləri sübuta yetirilmədiyinə görə apellyasiya instansiyası məhkəməsinin onlara həmin maddələr ilə bəraət verməsi qanuni və iş üzrə müəyyən olunmuş faktiki hallara uyğun olmuş, dövlət ittihamçısının kassasiya protestinin dəlilləri konkret hüquqi əsasa söykənməyən sübyektiv mülahizə xarakterli dəlillər olmaqla mübahisələndirən qərarın ləğv olunması üçün qanuni əsas kimi qəbul oluna bilməz. Beləliklə apellyasiya instansiya məhkəməsi iş üzrə əldə olunmuş sübutların məcmusuna hərtərəfli və obyektiv qiymət verərək Cinayət Prosessual Məcəlləsinin 21.2, 145.3 və 351.3.4-cü maddələrinin ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələrin təqsirləndirilən şəxsin xeyrinə həll edilməli, təfsir edilməli və şərh edilməli olmasına dair tələblərini rəhbər tutaraq düzgün olaraq belə nəticəyə gəlmişdir ki, Vüsal Sadıxovun ona verilmiş ittiham üzrə cinayətin törədilməsinə təqsirliliyi sübuta yetirilmir. Bu sübutlar Azərbaycan Respublikası CPM-in 125-ci maddəsində sadalanan tələblərə cavab vermir və belə bir sübut əsasında onun barəsində ittiham hökmünün çıxarılması məhkəmənin nüfuzunu sonradan bərpası mümkün olmayacaq dərəcədə sarsıda bilər. Beləliklə, ibtidai araşdırma orqanının Məhkum2 və Məhkum1 CM-in 228.1, 234.1, 237.2.1 və 237.2.3-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli hesab olunmalarına dair topladığı sübutlara apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılaraq qiymət verilməsinə dair kassasiya məhkəmə kollegiyası qeyd edir ki, CPM -in: 21.2-ci maddəsinə (Təqsirsizlik prezumpsiyası) əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət-prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür; 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətmək də təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana biməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır; 145.3-cü maddəsinə əsasən ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 137 və 445.2-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 12 fevral 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, “Əməliyyat-axtarış tədbirinin aparılması barədə qərara əsasən əldə edilmiş materiallar “Əməliyyat-axtarış fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun əldə olunduqda və Azərbayc an Respublikası Cinayət-Prosessual Məcəlləsinin tələblərinə uyğun təqdim edildikdə, habelə məhkəmə nəzarəti qaydasında ətraflı yoxlanıldıqda, həmin Məcəllənin 137-ci maddəsinin tələblərinə uyğun olaraq cinayət təqibi üzrə sübut kimi qəbul edilə bilər”. “V.Q.Bayramov və qeyrilərinin şikayətləri üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 23 mart 2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 9 sentyabr 2005-ci il tarixli qərarında formalaşdırdığı hüquqi mövqeyinə görə, məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədq iq edilmiş sübutlara uyğun gəlməsidir. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 43.1.1, 314.2-ci maddələrin şərh edilməsinə dair” xx.xx.2008-ci il tarixli qərarında Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi bir daha məhkəmələrin nəzərinə çatdırmışdır ki, cinayət ədalət mühakiməsi vasitəsilə, çəkişmə və tərəflərin hüquq bərabərliyi əsasında məhkəmə hakimiyyətini həyata keçirən məhkəmə işin icraatı zamanı ittiham və ya müdafiə tərəfinin prosessual səlahiyyətlərini öz üzərinə götürərək onlardan hər hansı birinin tərəfində dayanmamalı, yaxud onları əvəz etməməli, bütün proses boyu obyektiv və qərəzsiz arbitr olaraq qalmalıdır. Kassasiya məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi cinayət təqibi ilə bağlı ittihamın qanuni, əsaslı və ədalətli həl li üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən ifadələri, maddi sübutu, ekspert rəylərini, istintaq hərəkətlərinin protokollarını və sənədləri tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib bir-biri ilə müqayisə etmiş, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib və onların məcmusuna hüquqi qiymət verib ittihamın Məhkum2 və Məhkum1 CM-in 228.1, 234.1, 237.2.1 və 237.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətmələri ilə bağlı arqumentlərinin əsassız olması və biri digərini tamamlayan mötəbər sübutların məcmusu ilə təsdiq olunmaması barədə düzgün hüquqi nəticəyə gəlmişdir. Apellyasiya instansiyası məhkəməsi təqsirliliklə bağlı məsələni tam araşdırmış, əldə olunan nəticə ləri düzgün qiymətləndirmiş və əsaslı nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası hesab edir ki, Apellyasiya məhkəməsinin işə yanaşması, sübutları qiymətləndirməsi və buna uyğun olaraq müvafiq nəticəyə gəlməsi Azərbaycan Respublikasının cinayət və cinayətprosessual qanunvericiliyinin tələblərinə uyğun olmuşdur. Kassasiya protestinin dəlilləri qanuni və əsaslı olan apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsinə əsas vermir. Məhkəmə baxışı zamanı təqsiri sübuta yetirilməmiş şəxsin təqsirsiz sayılmaq hüququ Azərbaycan Respublikasının tərəfdar cıxdığı dövlətlərarası müqavilələrdə və onların tətbiqi təcrübəsində də öz əksini tapmışdır. “İnsan hüquqlarının və X13 haqqında” Konvensiyanın 6-cı maddəsinin 2-ci bəndinə əsasən, cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilir. CPM-in 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir; Sözügedən Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir; CPM-in 146.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Sadalananlara münasibətdə məhkəmə koll egiyası Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 4 oktyabr 2023-cü il tarixli qərarında cinayət işi üzrə məhkəmə istintaqında müəyyən olunan hallar əsasında Məhkum2 və Məhkum1 təqsirsiz olmaları barədə gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, apellyasiya instansiyası məhkəməsi cinayət işi üzrə sübutları Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 125, 143-146-cı maddələrinin tələblərinə uyğun mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirərək şəxslərin təqsirliliklərinin sübuta yetirilməməsi barədə nəticəyə gəlməkdə haqlı olmuşdur. Göstərilən nəticə kassasiya protestində iddia olunanların əksinə olaraq apellyasiya instansiya məhkəməsi tərəfindən cinayət prosessual qanunvericiliyin tələblərinə uyğun şəkildə tədqiq edilmiş, bir-biri ilə uzlaşan, mümkünlü yü və mötəbərliyi təkzib edilməmiş sübutların məcmusu ilə müəyyən edilmişdir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 4 oktyabr 2023-cü il tarixli qərarının ləğv edilməsi üçün Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsində nəzərdə tutulmuş əsaslara uyğun hallar müəyyən edilmədiyindən kassasiya protesti təmin edilmədən, qərar dəyişdirilmədən saxlanmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Qərara aldı: Kassasiya protesti təmin edilməsin. Məhkum2 və Məhkum1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1, 234.1, 237.2.1 və 237.2.3-cü maddələri ilə bəraət verilməsinə dair cinayət işi üzrə Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 4 oktyabr 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlansın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar