Məhkəmə qərarları › İş №1(102)-998/2025

Ali Məhkəmə Qərar — İş №1(102)-998/2025

21.05.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-998/2025 21.05.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından QƏRAR Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Hakimlər Kazımov Tahir Lələkişi oğlu (sədrlik edən və məruzəçi), Mövsümov Nazim Rasim oğlu və Muxtarov Teyyub Asif oğlundan ibarət tərkibdə, Əhmədli Əlizadə Aytac Səfa qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru Məmmədli Rəşad Təvəkkül oğlunun, Məhkum iştirakları ilə xx xxx 1986-cı il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmamış, “Socar” Neft şirkətində operator vəzifəsində işləyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvand a yaşayan Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 234.1-1-ci maddəsi ilə məhkum edilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 11 dekabr 2024-cü il tarixli 1(103)-2747/2024 nömrəli qərarından dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru Mirzəyev Emil Ağakərim oğlu tərəfindən verilmiş kassasiya protestinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Bakı Ağır Cinayətlər Məhkəməsinin 6 noyabr 2024-cü il tarixli 1(101)-291/2024 nömrəli hökmü ilə (hakimlər: S.H.Hacıyev (sədrlik edən), A.H.Əliyeva və V.E.Quliyev) Məhkum – Azərbaycan Respublikası CM-in 234.1-1-ci maddəsi ilə 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasını ü mumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi və cəzaçəkmə müddətinin əvvəlinin 3 yanvar 2023-cü il tarixdən hesablanması hökm edilmişdir. Məhkəmənin həmin hökmündən təqsirləndirilən şəxsin müdafiəçisi tərəfindən apellyasiya şikayəti verilmiş, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 11 dekabr 2024-cü il tarixli 1(103)-2747/2024 nömrəli qərarı ilə (hakimlər: E.H.Allahverdiyev (sədrlik edən), C.V.Hüseyn və H.Ç.Məmmədov) müdafiəçi tərəfindən verilmiş apellyasiya şikayəti məhkumun özünün ərizəsinə əsasən baxılmadan geri qaytarılmışdır. İşin halları: Məhkəmənin hökmünə əsasən Məhkum satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda psixotrop maddə metamfetamini və şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə qurudulmuş marixuananı əldə edib üzərində saxlamış və daş ımışdır: Belə ki, o, məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq bir ədəd şəffaf rəngli sellofan bükümdə təmiz çəkisi 5,176 qram kustar üsulla hazırlanmış külli miqdarda psixotrop maddə metamfetamini və şəxsi istehlak miqdarından artıq miqdarda təmiz çəkisi 16,655 qram kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı əldə edib üzərində saxlamaqla daşımış və 3 yanvar 2023-cü il tarixdə, saat 01:10 radələrində ünvan 2 ünvanının yaxınlığında olarkən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində saxlanılaraq Nərimanov RPİ-nin 18-ci polis şöbəsinin inzibati binasına gətirilmiş, xidməti otaqda onun üzərinə keçirilən şəxsi axtarış zaman ona məxs us olan əynindəki qızılı rəngli şalvarının sağ yan cibindən satış məqsədi olmadan qanunsuz olaraq əldə edib saxladığı bir ədəd şəffaf rəngli sellofan bükümdə təmiz çəkisi 5,176 qram kustar üsulla hazırlanmış külli miqdarda psixotrop maddə metamfetamin və şəxsi istehlak miqdarından artıq miqdarda təmiz çəkisi 16,655 qram kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilib götürülmüşdür. Kassasiya protestinin dəlilləri: Dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestində Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 11 dekabr 2024-cü il tarixli qərarının ləğv edilməsi və cinayət işinin apelyasiya instansiya məhkəməsində yenidən baxılmasının təyin edilməsinə dair qərar qəbul edilməsi xahiş olunur. Protest müəllifi hesab edir ki, apellyasiya instansiyası məhkəməsi baxış mərhələsində məhkum edilmiş şəxsin apelyasiya tələblərindən imtina etdiyini və onu geri götürdüyünü nəzərə alaraq apelyasiya şikayətinin baxılmasına xitam verilməsi haqqında qərar çıxarmalı olduğu halda, şikayətin geri qaytarılması barədə qanunda nəzərdə tutulmamış qərarı qəbul edərək, qanun normasını da düzgün tətbiq etməyərək qeyrimüəyyənliyə yol vermişdir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası kassasiya protestinin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb, verilmiş kassasiya protestinin təmin edilməsi barədə dövlət ittihamçısı R.Məmmədlinin, kassasiya protestinin təmin edilməməsi barədə Məhkum çıxışılarını dinləyərək hesab edir ki, aşağıdakılara əsasən kassasiya protesti təmin edilməməli, apellyasiya instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlan malıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayəti və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsi tərəfindən qanun normasının düzgün tətbiq edilməməsi mübahisə edilir. Məhkəmə kollegiyası kassasiya protestinin dəlillərini əsassız hesab edərək qeyd edir ki, iş materiallarından görünür ki, dövlət ittihamçısı məhkəmə baxışı zamanı çıxışında konkret mövqe bildirməmiş, təqsirləndirirlən şəxsin müdafiəçisi tərəfindən verilmiş apelyasiya şikayətinin baxılmasın a xitam verilməsinə etiraz etmədiyini bildirmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, CPM-nin 396-cı maddəsinə əsasən: “Apellyasiya şikayətini və ya apellyasiya protestini vermiş şəxslər öz tələblərindən imtina etdiyi və cinayət prosesinin digər iştirakçılarının apellyasiya şikayətləri olmadığı halda,apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin və ya apellyasiya protestinin baxılmasına xitam verilməsi haqqında qərar çıxarmalıdır”. Apellyasiya instansiya məhkəməsi isə apelyasiya şikayətinin baxılmasına xitam etməli olduğu halda, apelyasiya şikayətini təqsirləndirilən şəxsin ərizəsinə əsasən geri qaytarılması barədə qərar qəbul etmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, cinayət prosessual qanununun tələbləri formal olaraq pozulmuş olsa da, apelyasiya şikayəti vermiş şəxsin hüq uqlarının pozulması ilə nəticələnməmiş və şikayət vermiş şəxs tərəfindən məhkəmə qərarı mübahisələndirilməmişdir. Belə olan halda, mahiyyəti üzrə düz olan məhkəmə qərarının formal əsaslara görə ləğv edilməsini məhkəmə kollegiyası zəruri hesab etmir. Yuxarıda göstərilənləri nəzərə almaqla, kassasiya protestinin dəlillərini və cinayət işinin materiallarını tədqiq etməklə, məhkəmə kollegiyası hesab edir ki, həmin kassasiya protestinin təmin edilməsi üçün hər hansı bir qanuni əsas mövcud deyil və buna görə də hesab edir ki, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 11 dekabr 2024-cü il tarixli qərarı qanuni və əsaslı olduğundan, kassasiya protestində onun ləğv edilməsi ilə əlaqədar irəli sürülmüş dəlillər isə yuxarıda şərh olunan hallarla təkzib olunmaqla əsassız olduğundan, protest təmin edilmədən, həmin qərar isə dəyişiklik edilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsinin tələblərini rəhbər tutaraq Qərara alır: Dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protesti təmin edilməsin. Məhkum barəsində Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 11 dekabr 2024-cü il tarixli qərarı dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestinə münasibətdə dəyişdirilmədən saxlansın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar