Məhkəmə qərarları › İş №1(102)-999/2019

Ali Məhkəmə Qərar — İş №1(102)-999/2019

16.07.2019 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-999/2019 16.07.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının hakimləri: İmran Teymurxan oğlu Hacıqayıbov (sədrlik edən və məruzəçi), Gülzar Lətif qızı Rzayeva və Fərhad Abdulkərim oğlu Kərimovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Ləman Həmzəğa qızı Mehrəliyevanın, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin apellyasiya və kassasiya instansiyalarında dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Cövdət Sərvər oğlu Mehrəliyevin, Məhkum və məhkumun müdafiəçisi Müdafiəçi iştirakları ilə, Gəncə Apellyasiya Məhkəməsini n Cinayət kollegiyasının 04 yanvar 2019-cu il tarixli qərarından Məhkum müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Gəncə şəhər Kəpəz Rayon Məhkəməsinin (sədrlik edən Y.X.Həşimov) 04 oktyabr 2018-ci il tarixli hökmü ilə 07 iyul 1984-cü il tarixdə Şəmkir rayonunda doğulmuş, subay, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işləməyən, 11 qrup əlil, məhkumluğu olmayan, ünvan 1 ünvanda yaşayan; Məhkum Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinib 1 (bir) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, CM-in 69.3-cü maddəsinə əsasən onun həbsdə saxlanıldığı iki gün müddətin bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər tutulmaqla təyin olunmuş cəzadan çıxılmış və üzərində 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır. İşin halları: Birinci instansiya məhkəməsinin hökmü ilə Məhkum təqsirli bilinib məhkum edilmişdir ona görə ki, o, şəxsi istehlak miqdarından artıq miqdarda, yəni 2,351 qram təmiz çəkidə narkotik vasitə olan həşiş qətranı əldə edib sellofan və salfet kağızları kəsiklərində büküb qablaşdıraraq üzərində satış məqsədi olmadan qanunsuz saxlamış, 10 may 2018-ci il tarixdə saat 14 radələrində həmin narkotik vasitəni ağız boşluğunda Gəncə Hava Limanının aerovağzal kompleksində daşıyarkən Gəncə Hava Limanında XPŞ-nin əməkdaşlarının ona yaxınlaşmasını gördükdən sonra məsuliyyətdən qurtarmaq üçün ağız boşluğundan çıxardıb tulladığı həmin narkotik vasitə Gəncə Hava Limanında Xətt Polis Şöbəsinin əməkdaşları tərəfindən götürülmüşdür. Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər Ç.B.Məmmədov (sədrlik edən və məruzəçi), E.İ.Xasməmmədov və Ə.G.Abdullayevdən ibarət tərkibdə) 04 yanvar 2019-cu il tarixli qərarı ilə Gəncə şəhər Kəpəz Rayon Məhkəməsinin (sədrlik edən Y.X.Həşimov) 04 oktyabr 2018-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmış, məhkum tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmişdir. Apellyasiya instansiyası məhkəməsinin bu qərarından narazı qalan Məhkum müdafiəçisi Müdafiəçi verdiyi kassasiya şikayətində Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 04 yanvar 2019-cu il tarixli qərarının ləğv edilməsini və cinayət işinə bəraətverici əsaslarla xitam verilməsinin xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Kassasiya şikayətinin dəlillərini M əhkum müdafiəçisi Müdafiəçi onunla əsaslandırır ki, apellyasiya instansiyası məhkəməsinin qərarı qeyri-obyektiv, qanunsuz və ədalətsiz olmaqla maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. Belə ki, ibtidai istintaq orqanı təqsirləndirilən şəxsin üzərindən çıxmasını qeyd etdikləri narkotik vasitəni götürülməsi CPM-in 246.3-cü maddəsinin tələbləri pozulmaqla aparılmışdır. İş materiallarından göründüyü kimi Gəncə Hava Limanın Xətt Polis Şöbəsinin binasında götürmə aparılarkən video çəkilişdən istifadə edildiyi üçün hal şahidləri cəlb edilməmişdir. Cinayət işi materiallarından görünür ki, təqsirləndirilən şəxsdən aşkar edilmiş bükülünün necə götürülməsi, ümumiyyətlə oradan narkotik vasitə tapılıbmı, götürülübmü və əgər götürülübsə hansı hal şahidinin yanında və ya hansı v ideo görüntülər aparılmaqla götürülüb, həmin bükülü kim tərəfindən götürülüb, neçə qablaşdırılıb, hansı şərait aparılıb, Gəncə Hava Limanın Xətt Polis Şöbəsinin binasına necə və kim tərəfindən gətirilib bunlar bizə, nədə ki, məhkəməyə məlum olmamışdır. Bundan başqa Məhkum ifadə vermədiyi üçün işgəncələrə məruz qalmışdır. Belə ki, Gəncə şəhər Səhiyyə İdarəsi Təcili Tibbi Yardım Xəstəxanasında alınmış 12.02.2019-cu il tarixli, 958 nömrəli arayışından görünür ki, Məhkum sol diz oynağının hemotoması olmuş, sol diz oynağı punksiya edilmiş, 50 mil qatılaşmış qan xaric edilmişdir. Deməsinə görə dünən aeroportda polis döyüb. Gəncə şəhər TTTYS-nin 12.05.2018-ci il tarixli təcili tibbi yardım vərəqinin, Gəncə şəhər TTTYS-nin 12.05.2018-ci il tarixli 121 saylı təcili tibbi yardım vərəqinin, Gəncə şəh ər TTTYS-nin 11.05.2018-ci il tarixli 23 saylı təcili tibbi vardım vərəqinin surətindən məlum olur ki. Məhkum tutulduqdan sonra hansı xəsarətlər almışdır. Gəncə şəhər BPİ-nin 27.02.2019-cu il tarixli məktubundan görünür ki, Məhkum Gəncə şəhər BPİ-nin MSY-ə yerləşdirilərkən sol qulaq nahiyəsinin arxasında qurumuş qan izləri, hər iki saidin ön səthinin yuxarı 1 /3-də, dirsək çuxuruna yaxın boylama istiqamətində paralel sıyrıq izi və qızartı aşkar edilmişdir. Bundan başqa, hökmdən göründüyü kimi polis əməkdaşları mülkü formada olmuş, həmin vaxt bir çox şəxs İlqarın yanından keçmişdir. İlqar həmin mülki formalı adamları (polisləri) görəndə niyə qorxmalı idi? Bunda heç bir məntiqi əsası yox idi. İlqar da ifadəsində bildirmişdir ki, mülkü geyimli şəxslər onu tutduqdan sonra onların polis olduğun u bilmişdir. Həmçinin şahid ifadələrinə nəzər yetirdikdə görünür ki. ifadələr arasında da ciddi şəkildə ziddiyyətlər var, hansı ki, bu ziddiyyətlər ittihamın mahiyyətini təşkil edir. Polis əməkdaşlar ifadələrində bildirirlər ki, Məhkum ağız boşluğunda olan sellofan bükülünü yerə tulladı, X1isə deyir ki, İlqar bükümü salfetə büküb stolun üstünə qoymuşdur, polisləri görəndə yerə atdı. Bu qədər ziddiyyətə məhkəmə necə şübhə ilə yanaşmamışdır. Məhkum müxtəlif üsul və vasitələrdən istifadə edilməklə ifadəsi alındıqdan sonra güya narkotik vasitəni tapdığı yerə baxış keçirilmişdir. Cinayət işi materiallarında olan həmin şəkillərdən görünür ki, Məhkum yolun kənarında elektrik dirəyinin dibində otluq yeri göstərib bükümü oradan tapdığını görsətmişdir. Lakin həmin yerə nəzər yetirdikdə oradan təsa düfən xırda bir bükümün tapılması və ya görülməsi çətin bir məsələ olduğu açıqaşkardır. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini araşdırıb, proses iştirakçılarının çıxışlarını dinləyib hesab edir ki, aşağıda göstərilənlərə əsasən kassasiya şikayəti isə qismən təmin edilməlidir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan fakt ları müəyyən edə və ya onları sübuta yetirmiş hesab edə bilməz. Kassasiya şikayətinin başlıca dəlili Məhkum əməlinin sübuta yetirilməməsi, mühüm əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırmaması, təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittihamın hərtərəfli, tam və obyektiv baxılması üçün mühüm əhəmiyyət kəsb edə biləcək sübutların tədqiqindən əsassız imtina etməsi, müdafiə tərəfinin verdiyi vəsatətlərin təmin edilməməsi, sübutların Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq tədqiq edilməməsidir. İşdən görünür ki, məhkəmə istintaqı zamanı verdiyi ifadəsində təqsirləndirilən şəxs Məhkum bildirmişdir ki, 10 may 2018-ci il tarixdə günorta saat 14 radələrində Gəncə şəhərində tanış olduğu X1 adlı şəxslə X1in Rusiya Federas iyasından gələn tanışını qarşılamaq üçün Gəncə hava limanına gəlmişdir. X1in təklifi ilə onlar ikinci mərtəbədə olan kafedə oturmuşlar. Bir neçə dəqiqədən sonra ona iki nəfər mülki geyimli şəxs yaxınlaşaraq qolundan tutub aparmaq istəmiş və o, bunun səbəbini soruşduqda həmin şəxslər onu yerə yıxmışlar. O, məcbur olub həmin şəxslərlə birlikdə polis şöbəsinə getmiş və orada ona üzərində nə varsa çıxarıb stolun üstünə qoymasını demişlər. O da polis əməkdaşlarının dediklərini yerinə yetirmiş və cibində olanların hamısını çıxardıb stolun üstünə qoymuşdur. Həmin əşyaların içərisində bir büküm də olmuş, ondan bu bükümün nə olduğunu soruşduqda bilmədiyini və ona məxsus olmadığını bildirmişdir. Sonra polis əməkdaşları həmin bükümü açmış və içərisindəkinin narkotik vasitə olduğu məlum olmuşdur. Belə hesab edir ki, hava limanının kafesində polis əməkdaşları onu yerə yıxarkən həmin bükümü onun cibinə qoymuşlar. Lakin, işin materiallarında olan Gəncə Hava Limanı XPŞ-nin NMQ-nin baş əməliyyat müvəkkili İ.Həsənovun Gəncə Hava Limanı XPŞ-nin rəisinin adına yazılmış 10 may 2018-ci il tarixli raportda göstərilmişdir ki, 10 may 2018-ci il tarixdə saat 14.00 radələrində Gəncə Hava Limanı XPŞ-nin İTB-nin kiçik inspektoru X2 ona yaxınlaşaraq bildirmişdir ki, aerovokzala daxil olan bir nəfər təxminən 30-35 yaşlarında şəxs cibindən nəsə büküm çıxardıb ağız nahiyəsinə qoyub aerovokzala daxil olub kafeyə getmişdir. Sonradan həmin şəxs kafeyə daxil olub masaya əyləşən zaman ağız nahiyəsindəki bükümü çıxarıb yerə tulladı. Bundan sonra o və polis baş leytenantı X3lə həmin şəxsə yaxınlaşıb əlindən yerə atdığı bükümün nə olduğunu soruşdular. O isə dərhal qaçmaq istədi, sonra onlar həmin şəxsi saxlayıb Gəncə Hava Limanı XPŞ-nə gətirdilər ki, üzərinə baxış keçirilsin və yerə tulladığı bükümün içərisindəki müəyyən edilsin. Qeyd edilmiş raportdan aydın olur ki, Məhkum barəsində əməliyyat axtarış tədbirinin keçirilməsi barədə müvafiq qərar olmadan tutularaq Gəncə Hava Limanı XPŞ-nə gətirilmişdir. Məhkum məxsus olması iddia edilən bükümün də götürülməsi naməlum qalmışdır. Belə ki, Azərbaycan Respublikası CPM-nin 246.3-cü maddəsinin tələbinə görə şəxsi axtarış və götürmə zamanı video çəkilişdən istifadə edilmədikdə barəsində şəxsi axtarış və götürmə aparılan şəxslə eyni cinsdən olan iki hal şahidinin iştirakı məcburidir. İşdən görünür ki, içərisində narkotik vasitə olan büküm faktiki olaraq Gənc ə Hava Limanında aşkar edilərək götürülmüşdür. Lakin, həmin bükülünün Gəncə Hava Limanında kimin tərəfindən və necə götürülməsi, necə qablaşdırılması, kimin tərəfindən Gəncə Hava Limanı XPŞ-nə gətirilməsi müəyyən edilməmişdir. Halbuki, Azərbaycan Respublikası CPM-nin 128.1-ci maddəsinə görə öz xüsusiyyətinə və əlamətlərinə, mənşəyinə, aşkar edildiyi yerə və vaxtına və ya üzərində hadisənin izlərinin saxlanıldığına görə cinayət təqibi üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsinə kömək edən hər bir əşya maddi sübut hesab edilə bilər. 128.2. Əşya cinayət prosesini həyata keçirən orqanın qərarı ilə maddi sübut hesab edilir. 128.3. Əşyanın maddi sübuti əhəmiyyəti məhkəmə tərəfindən o halda qəbul olunur ki: 128.3.1. əşya əldə olunduqdan dərhal sonra o, ətraflı təsvir edilməklə, möhürlə nməklə və bu kimi hərəkətlər yerinə yetirilməklə onun üzərindəki izlərin əlamətlərinin və xüsusiyyətlərinin əhəmiyyətli surətdə dəyişdirilməsi imkanı aradan qaldırılmış olsun; 128.3.2. şübhəli, təqsirləndirilən, zərər çəkmiş şəxs və ya şahid onu bilavasitə məhkəmədə tədqiqdən əvvəl tanısın. İşdən görünür ki, içərisində narkotik vasitə olan büküm Gəncə Hava Limanında aşkar edilərək götürülmə zamanı yuxarıda qeyd edilmiş qanunun tələblərinə əməl edilməmişdir. Bundan əlavə, təqsirləndirilən şəxs Məhkum içərisində narkotik vasitə olan bükümün ona məxsus olmadığını, Gəncə Hava Limanında olarkən ağzından çıxarıb atmadığını bildirirsə, bunun təkzibi kimi hava limanında quraşdırılmış video görüntülərin alınaraq işə əlavə edilməsi nə ibtidai istintaq orqanı, nə də işə baxan məhkəmələr tərəfindən tə min edilməmişdir. Bunu, həmçinin təqsirləndirilən şəxs Məhkum ağız suyunun götürülərək içərisində narkotik vasitə olan bükümün üzərində ola biləcək ağız suyu ilə eyniliyinin yoxlanılmamasına, eləcə də əl-barmaq izlərinin götürülməməsinə də aid etmək lazımdır. Bundan başqa, “Baxış keçirilməsi və götürmə haqqında” 10 may 2018-ci il tarixli protokolda göstərilmişdir ki, Azərbaycan Respublikası DİN-nin NBPİ-nin HNPİ-nin Gəncə Hava Limanında Xətt Polis Şöbəsinin İstintaq Qrupunun baş müstəntiqi polis mayoru X9 tərtib edirəm həmin protokolu, Gəncə Hava Limanında XPŞ-nin NMQ-nun baş əməliyyat müvəkkili polis baş leytenantı X5, Gəncə Hava Limanında XPŞ-nin CAQ-nun əməliyyat müvəkkili polis baş leytenantı X3, 07.07.1984-cü ildə Şəmkir rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, azərb aycanlı, orta təhsilli, evli, işsiz, Gəncə şəhər Bauman küçəsi 4-cü döngə ev 10-da yaşayan Məhkum və onun müdafiəçisi Gəncə şəhər hüquq məsləhətxanasının vəkili X6 iştirakları ilə ondan ötrü ki, Azərbaycan Respublikası CPM-nin 236 və 247-ci maddələrinin tələblərini rəhbər tutaraq, Məhkum üzərində narkotik vasitə gəzdirməsi barədə Gəncə Hava Limanında XPŞ-nə daxil olmuş əməliyyat məlumatı ilə əlaqədar olaraq Məhkum Gəncə Hava Limanının aerovağzalında saxlanılaraq Gəncə Hava Limanında XPŞ-nə gətirilmişdir. Baxış zamanı vətəndaş Məhkum Hava Limanının aerovağzalında əlindən tulladığı salfet kağızına bükülmüş büküm aşkar edilmişdir. Həmin büküm açıldı, onun içərisindən tünd qəhvəyi rəngli, yumşaq plastik vəziyyətdə, spesifik iyə malik olan, narkotik vasitə “həşiş qətrana” oxşar kütlə aşkar edil ərək götürüldü. Həmin kütlə elektron tərəzidə çəkildi, narkotik vasitəyə oxşar kütlənin ümumi çəkisi 2,4 qram olmaqla zərfə qoyulub qablaşdırıldı və zərf Azərbaycan Respublikası DİN-nin NBPİ- nin HNPİ-nin Gəncə Hava Limanında XPŞ-nin "Zərflər üçün" möhürü ilə möhürlənərək iştirakçılar tərəfindən imzalandı. Baxış zamanı iştirak etmiş vətəndaş Məhkum bildirdi ki, aşkar olunmuş kütlə ona məxsus deyil. Deməli, belə çıxır ki, Məhkum üzərində narkotik vasitə gəzdirməsi barədə məlumat Gəncə Hava Limanında XPŞ-nə əvvəl daxil olmuşdur. Onda, “Əməliyyat-axtarış fəaliyyəti” haqqında Azərbaycan Respublikasının Qanuna müvafiq olaraq əməliyyat axtarış tədbirinin keçirilməsinə dair qərar qəbul edilmədən və Azərbaycan Respublikası CPM-nin tələblərinə əməl edilmədən Məhkum saxlanılması başa düşülən deyildi r. Yuxarıda göstərilənləri nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, məhkəmələr Məhkum Azərbaycan Respublikasının CM-in 234.1-ci maddəsi ilə təqsirli bilərkən sübutların toplanılması və yoxlanılması barədə Azərbaycan Respublikası CPM-in tələblərinə tam riayət etməmişlər. İşdən görünür ki, nə birinci instansiya məhkəməsi, nə də apellyasiya instansiyası məhkəməsi müdafiə tərəfinin gətirdiyi dəlilləri araşdırmamışdır. İşdən görünür ki, ittiham hökmü ilə razılaşmayan Məhkum apellyasiya şikayəti verərək hökmün ləğv edilərək ona bəraət verilməni xahiş etmişdir. Azərbaycan Respublikası CPM-in 392.3-cü maddəsinin tələbinə görə birinci instansiyası məhkəməsi tərəfindən məhkəmənin gəldiyi nəticələrin düzgünlüyü üçün mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmadığını güman e tməyə əsaslar olduqda, apellyasiya instansiyası məhkəməsi məhkəmə istintaqının tam və ya qismən aparılmasını zəruri hesab edə bilər. Məhkəmə istintaqı tam və ya qismən aparıldıqda apellyasiya tələbinin əsaslandırıldığı bütün dəlillərin tədqiq edilməsi məcburidir. Apellyasiya instansiyası məhkəməsinin qərarından görünür ki, məhkəmə məhkumun apellyasiya şikayətində göstərdiyi dəlilləri tədqiq edərək onlara qiymət verməmiş, bu dəlilləri nəyə görə əsassız hesab etməsini qəbul etdiyi qərarında göstərməmiş, hansı əsaslara görə belə nəticəyə gəldiyini şərh etməmişdir. Odur ki, məhkəmə kollegiyası baxılan işdə birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən Azərbaycan Respublikası CPM-in 416.0.2-ci maddəsində göstərilən pozuntulara yol verilməsi haqqında nəticəyə gəlib, mübahisləndirilə n qərarın ləğv edilməsini, yuxarıda qeyd olunan məsələlərin tam, hərtərəfli və obyektiv araşdırılması və bundan asılı olaraq sübutların kifayətedilənliyi və təqsirlilik məsələlərinin həll edilməsi üçün apellyasiya baxışının təkrarən keçirilməsini zəruri hesab edir. Azərbaycan Respublikası CPM-in 8-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət mühakimə icraatının vəzifələrinə digərləri ilə yanaşı cinayət təqibi ilə bağlı bütün halları hərtərəfli, tam və obyektiv araşdırmaq daxildir. Həmin Məcəllənin 28-ci maddəsində təsbit olunmuş cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi prinsipi məhkəmələrdən cinayət işlərinə və cinayət təqibi ilə bağlı digər materiallara məhkəmə iclaslarında yalnız Cinayət Prosessual Məcəlləyə müvafiq surətdə müəyyən edilmiş hüquqi prosedurlara uyğ un faktlar əsasında, qərəzsiz və ədalətlə baxmağı tələb edir. CPM-in 28.4.2-ci maddəsi cinayət mühakimə icraatı həyata keçirilərkən şübhəli və ya təqsirləndirilən şəxsi həm ifşa edən, həm də ona bəraət verən halları, habelə məsuliyyət yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almağı bir vəzifə olaraq məhkəmələrin üzərinə qoyur. Azərbaycan Respublikası CPM-in 349.3-cü maddəsinə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 349.5.1-ci maddəsinə görə isə məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda məhkəmənin hökmü əsaslı hesab edilir. Məhkəmə kollegiyası qeyd etməyi zəruri sayır ki, apellyasiya instansiya məhkəməsi işə mahiyyəti üzrə baxan sonuncu instansiya məhkəməsi olduğu üçün həmin məhkəmənin vəzifəsidir ki, işi n nəticəsi üçün əhəmiyyətli olan bütün zəruri halları araşdırsın, işə obyektiv qiymət versin və şəxsin qurama ittihamla məsuliyyətə cəlb olunmasına yol verməsin. Müdafiə tərəfi ittihamın qurama olduğunu irəli sürürsə və bu barədə əsaslı arqumentlər, vəsatətlər gətirdikdə məhz apellyasiya instansiya məhkəməsinin vəzifəsidir ki, həmin işdə qanunçuluğa əməl olunmasını ciddi yoxlasın. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi müdafiə tərəfinin apellyasiya şikayətinin dəlillərini tədqiq etməməklə, gəldiyi nəticəni əsaslandırmamaqla Azərbaycan Respublikası CPM-in 349-cü maddəsinin tələblərini pozmuşdur. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin 7-ci bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası C inayət-Prosessual Məcəlləsinin 21.3-cü maddəsinə əsasən cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Həmin Məcəllənin 145.3-cü maddəsinə əsasən ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Məhkəmə kollegiyasının qənaətinə görə, apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hökmündən təqsirləndirilən şəxsin apellyasiya şikayəti üzrə işə baxarkən həmçinin, sübutların Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 143-146-cı maddəl ərinin tələblərinə müvafiq olaraq toplanmasını, yoxlanılmasını və qiymətləndirilməsini təmin etməmişdir. Cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipini nəzərdə tutan CPM-in 33-cü maddəsində göstərilir ki, hakimlər və andlı iclasçılar cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları CPM-in tələblərinə əsasən qiymətləndirirlər. Cinayət mühakimə icraatı həyata keçirilərkən cinayət prosessual qanunun 125, 144, 146-cı maddələrinin müddəalarının pozulması, eləcə də sübutlara və sair materiallara qərəzli münasibət bəslənməsi, mövcud hüquqi prosedur daxilində tədqiq edilənədək sübut və digər materialların birinə digərinə nisbətdə çox və ya az əhəmiyyət verilməsi yolverilməzdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin məhkəmələrin yekun q ərarların hüquqiliyi ilə bağlı “Bratyakin Rusiyaya qarşı” iş üzrə 09 mart 2006, “Fadin Rusiyaya qarşı” iş üzrə 27 iyul 2006, “Lenskaya Rusiyaya qarşı” iş üzrə 29.01.2009-cu il, “Radçikov Rusiyaya qarşı” iş üzrə 24 may 2007-ci il tarixli qərarlarına əsasən, hüquqi dövlətin ən mühüm prinsiplərindən biri digər hallarla yanaşı, məhkəmənin yekun qərarlarının sual doğurmamalı olmasını nəzərdə tutan hüquqi müəyyənlikdir. Yuxarı məhkəmələrin hüquqi qərarları ləğv etmə gücü məhz ciddi səhvlərin düzəldilməsində özünü göstərməlidir. Bu güc elə tətbiq edilməlidir ki, fərdi maraqlarla mühakimə sisteminin effektivliyinin təmin edilməsi arasında ədalətli balans yaratmaq maksimal dərəcədə mümkün olsun. Bir sıra məhkəmə qərarlarında “ciddi səhv” anlayışının təhlili zamanı Məhkəmə vurğulamışdır ki, işin “na tamam və qərəzli” olması, yanlış nəticəyə səbəb olması, məhkəmə prosesinin ciddi pozuntuları, hakimiyyətdən sui-istifadə, hüququn tətbiqi dairəsindəki səhvlər və ədalət mühakiməsi maraqlarına təsir edən digər ağır nöqsanlar ciddi səhvin mövcudluğu kimi göstərilir. Göstərilənlərlə bağlı Konvensiya prinsipial olaraq dövlətin cinayət mühakimə icraatı zamanı səhvlərin aradan qaldırılması imkanına malik olması üçün yekun məhkəmə qərarlarının yenidən baxılmağa açılmasına icazə verir. Belə səhvlərin aradan qaldırılmadan qalması ədalət mühakiməsinin ədalətliliyinə, obyektivliyinə və ictimai nüfuzuna ciddi təsir edir. Bu baxımdan da məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin təqsirləndirilən şəxs Məhkum barəsində verilmiş apellyasiya şikayətinin dəlillərinin əsasız olduğuna dair gəld iyi nəticəni əsaslandırılmamış hesab edir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, Məhkum müdafiəçisi Müdafiəçi kassasiya şikayətinin dəlilləri əsaslı olduğundan, kassasiya şikayəti qismən təmin edilməli, Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının Məhkum haqqındakı 04 yanvar 2019-cu il tarixli qərarı maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edildiyindən ləğv edilməli və iş yeni apellyasiya baxışına təyin edilməlidir. Məhkəmə kollegiyası bildirir ki, yeni apellyasiya baxışı zamanı işin hərtərəfli və obyektiv araşdırılması təmin edilməli, iş üzrə düzgün nəticəyə gəlmək üçün mühüm əhəmiyyət kəsb edə biləcək, cinayət prosesi tərəflərinin təqdim etdikləri sübutlar qanuna müvafiq qaydada tədqiq edilməli, zərurət yaranarsa məhkəmə istintaqı a parılmaqla tərəflərin təqdim etdikləri sübutlarla yanaşı başqa sübutlar da araşdırılmalı, araşdırılmış sübutlara onların mənsubiyyəti, mötəbərliyi və mümkünlüyü üzrə qiymət verilməklə iş üzrə qanuni və əsaslı qərar qəbul edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 416.0.1, 416.0.2 və 419.10.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALİR: Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının Məhkum haqqındakı 04 yanvar 2019-cu il tarixli qərarı ləğv edilsin və iş yeni apellyasiya baxışına təyin edilsin. Kassasiya şikayəti qismən təmin edilsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar