Məhkəmə qərarları › İş №1(102)-999/2025

Ali Məhkəmə Qərar — İş №1(102)-999/2025

27.05.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-999/2025 27.05.2025 ALİ MƏHKƏMƏ Hakimlər Abdulov Rəşad Məhərrəm oğlu (sədrlik edən və məruzəçi), Yusifov Şahin Yaşar oğlu və Novruzov Ələsgər Əli İskəndər oğlundan ibarət tərkibdə, Hüseynov Sərxan Sərvər oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru Hüseynli Ayxan Məhəmmədəli oğlunun, Məhkumun iştirakları ilə, xx xxxxxxxx 1987-ci ildə Ermənistan Respublikasında anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, himayəsində 2 (iki) azyaşlı uşağı olan, işləməyən, əvvəllər məhkum olunmayan, x ünvanda qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, halhazırda cəza çəkən Məhkum Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 23 4.1-1-ci maddəsi ilə məhkum edilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 20 iyun 2024-cü il tarixli, 1(103)-1307/2024 nömrəli qərarından məhkumun müdafiəçisi Hüseynli Əfqan Qurban oğlu tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Bakı Ağır Cinayətlər Məhkəməsinin 22 aprel 2024-cü il tarixli, 1(101)-1277/2024 nömrəli hökmü ilə (hakimlər Ə.İ.Məmmədov (sədrlik edən), A.Ə.Məcidov və S.A.Məmmədzadə) Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzaçəkmə müddətinin başlanğıcı 03 sentyabr 2023-cü il tarix dən hesablanmışdır. Birinci instansiya məhkəməsinin həmin hökmündən məhkumun müdafiəçisi Hüseynli Əfqan Qurban oğlu tərəfindən apellyasiya şikayəti verilmiş, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 20 iyun 2024-cü il tarixli qərarı ilə (hakimlər: H.Ç.Məmmədov (sədrlik edən), C.V.Hüseyn və E.H.Allahverdiyev) apellyasiya şikayəti təmin edilməmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 22 aprel 2024-cü il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 20 iyun 2024-cü il tarixli qərarından müdafiəçi Hüseynli Əfqan Qurban oğlu tərəfindən kassasiya şikayəti verilmişdir. İşin halları: İttihama əsasən Məhkum istintaqa məlum olmayan mənbədən naməlum vaxtda və şəraitdə satış məqsədi ilə qanunsuz olaraq "Azərbaycan Respublikasının ərazisin də dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in İ siyahısına daxil olan külli miqdarda olmaqla - 10,852 qram narkotik vasitə heroini əldə edib üzərində saxlayaraq ünvan 2 ünvanının qarşısına daşımış, bu barədə daxil olmuş məlumat əsasında Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin NMB-nin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Məhkum 03 sentyabr 2023-cü il tarixdə, saat 16:55də yuxarıda qeyd edilən ünvanda saxlanılaraq ünvan 4ən Nərimanov Rayon Polis İdarəsinə gətirilmiş, orada 03 sentyabr 2023-cü il tarixdə Məhkum üzərində şəxsi axtarış və götürmə keçirilən zaman onun əynindəki açıq göy rəngli cins şalvarının sağ yan cibindən satış məqsədi ilə qanunsuz olaraq əldə edib saxlamaqla daşıdığı 01 ədəd bağlamada, külli miqdarda olmaqla təmiz çəkisi - 10,852 qram olan narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Birinci instansiya məhkəməsi Məhkum yuxarıda təsvir edilən narkotik vasitənin satış məqsədi ilə qanunsuz olaraq əldə etməsinin, saxlamasının, habelə daşımasının sübut olunmaması haqqında nəticəyə gəlib onun əməlinin hüquqi tövsifini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsindən 234.1-1-ci maddəsinə dəyişmişdir. Apellyasiya instansiyası məhkəməsi isə həmin nəticə ilə razılaşmışdır. Kassasiya şikayətinin dəlilləri: Müdafiəçi Hüseynli Əfqan Qurban oğlu kassasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmələr tərəfindən sübutetməyə dair cinayət-prosessual normaların tələbləri pozulmuş, nəticədə Məhkum irəli sürülmüş ittiham sübuta yetirilmədiyi halda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirli bilinərək məhkum olunmuşdur. Müdafiəçi iddia edir ki, ittihamda və məhkəmə qərarlarında göstərilən narkotik vasitəyə Məhkum aidiyyəti olmamış, iş üzrə sənədlər polis əməkdaşları tərəfindən saxtalaşdırılmışdır. Müdafiəçi Ə.Q.Hüseynli kassasiya şikayətində göstərilənlərə əsasən Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 20 iyun 2024-cü il tarixli qərarının ləğv edilməsini, Məhkum Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə verilmiş ittiham üzrə bəraət verilməsini (məhkum məhkəmə iclasında ona bəraət verilməsini tələb etmişdir), bu mümkün olmadığı halda Məhkum barəsində olan cinayət işinin yeni apellyasiya baxışına təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş edir. Hüquqi məsələlər: Kassasiya instansiyası məhkəməsinin kas sasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsi müəyyən edir. Ümumi şəkildə kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsi belə göstərir: “kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır”. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-c ı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda Ali Məhkəmənin kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Məhkum müdafiəçisi Hüseynli Əfqan Qurban oğlu kassasiya şikayətində məhkəmələr tərəfindən sübutlar və sübutetməyə dair cinayət-prosessual qaydaların pozulduğunu, nəticədə Məhkum əsassız və qanunsuz olaraq Cinayət Məcəlləsinin 234.11-ci maddəsi ilə təqsirli bilindiyini iddia edib, mübahisələndirilən qərarın ləğv edilməsi, ona CM-in 234.1-1-ci maddəsi ilə bəraət verilməsi və ya işin yeni apellyasiya baxışına təyin edilməsinə dair qərarın çıxarılması haqqında kassasiya tələbini məhkəmə qərarlarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsas lar kimi Azərbaycan Respublikası CPM-in 416.1.1-416.1.3 və 416.1.11-ci maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirmişdir. Odur ki, kollegiya müdafiəçinin kassasiya şikayətini Azərbaycan Respublikası CPMin 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 20 iyun 2024-cü il tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Birinci instansiya məhkəməsinin hökmündən və onunla razılaşmış apellyasiya instansiyası məhkəməsinin yekun qərarından görünür ki, Məhkum birinci instansiya məhkəməsində dindirilərkən onda ittiham aktında göstərilən narkotik vasitələrin aşkar olunmasını inkar etmiş, ittihamın qanun suz yolla ondan alınmış ifadə və digər həqiqəti əks etdirməyən sübutlar üzərində qurulduğunu iddia etmişdir. Məhkumun iddiaları ilə razılaşmayan məhkəmələr Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə irəli sürülmüş ittihamın Məhkum ibtidai istintaq mərhələsində verdiyi izahatı, eləcə də ibtidai istintaq zamanı toplanaraq məhkəmədə tədqiq edilmiş digər sübutlar, o cümlədən şahidlər - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Nərimanov Rayon Polis İdarəsinin əməliyyatçıları Şahid1 və Şahid2 ifadələri, həmçinin şəxsi axtarış və götürmə aparılması haqqında 03 sentyabr 2023-cü il tarixli protokolu ilə, məhkəmənarkoloji ekspertizasının rəyi ilə təsdiq olunması haqqında nəticəyə gəlmişlər. İlk olaraq qeyd olunmalıdır ki, iş üzrə dindirilmiş – Məhkum əleyhinə ifadə vermiş digər şəxslər (şa hidlər Şahid1 və Şahid2) isə əməliyyat-axtarış tədbirində və şəxsi axtarışda iştirak etmiş polis əməkdaşları olmaqla, narkotik vasitənin qanunsuz dövriyyəsi ilə bağlı cinayətin nə cür baş verməsi haqqında deyil, müstəsna olaraq Məhkum 03 sentyabr 2023-cü ildə Nərimanov ərazisində saxlanılıb Nərimanov Rayon Polis İdarəsinə gətirilməsinin detalları, habelə şəxsi axtarış və götürmənin gedişində baş verənlər barədə məlumatlar verən şəxslərdir. Digər tərəfdən Məhkum yalnız xx.xx.2023-cü il tarixdə vermiş olduğu izahatında axtarış zamanı əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən aşkar edilmiş narkotik vasitə heroinin ona məxsus olduğu, həmin narkotik vasitəni Nərimanov rayon ərazisində tapdığını bildirmiş, qeyd olunan izahat məhkəmələr tərəfindən etirafedici ifadə (mötəbər sübut) ki mi qəbul edilmişdir. (hökmün 8-ci səhifəsi, 5-ci abzası) Məhkəmə kollegiyası bununla bağlı qeyd edir ki, Azərbaycan Respublikası CPM-in 124-cü maddəsinin tələblərinə əsasən cinayət prosesində şübhəli və təqsirləndirilən şəxsin ifadələri sübut kimi qəbul olunsa da, ilkin izahatın sübuta aid edilməsi təsbit edilməmişdir. Digər tərəfdən etirafedici məzmunda izahatın olmasına baxmayaraq, Məhkum daha sonra tərtib edilmiş prosessual sənədləri imzalamaqdan (şübhəli və təqsirləndirilən şəxsin dindirilmə protokolları daxil olmaqla) imtina etmiş, yalnız 2 noyabr 2023-cü il tarixdə (2 aya yaxın müddət keçdikdən sonra) təqsirləndirilən şəxs qismində dindirilərkən ilkin izahatında vermiş olduğu məlumatları polis əməkdaşlarının təsir və təzyiqi nəticəsində verdiyini bildirmişdir. Birinci instansiya məhk əməsində də, Məhkum məhkəməyədək icraatda vermiş olduğu ilkin izahatını polis əməkdaşlarının təzyiqi ilə verdiyini bildirmiş və ifadəsində göstərmişdir ki, o, saxlanıldığı gün atasının "Kia Sorento” markalı maşını ilə evə toyuq almağa getmişdir. O, toyuqları alıb qayıtdıqda, x və x adlı polis əməkdaşlarının ona yaxınlaşmış və Polis İdarəsinə getməli olduğunu ona demişlər. O da, x və x etiraz etməmişdir. Bu vaxt x maşının sükanı arxasına oturmuş, x isə onunla birlikdə maşının arxa oturcağında əyləşmişdir. O, polislərlə birlikdə Nərimanov Rayon Polis İdarəsinə getmişdir. Polis əməkdaşları onu saat təxminən 16:00-17:00 radələrində saxlamışlar. Polis İdarəsində x ona qarşı saat 21:00-dək fiziki təzyiq göstərmişdir. x ondan ən azı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilməyinə dair təqdim edilmiş sənədlərə imza çəkməyini tələb etmişdir. O, həmin sənədlərə imza çəkən zaman videoçəkiliş aparılmamışdır. Videoçəkiliş sonradan keçirilmişdir. O, müdafiəçini əvvəlcədən görməmişdir. O, müdafiəçini ancaq videoçəkiliş zamanı görmüş və həmin vaxt müdafiəçiyə demişdir ki, "polislər məni kino çəkmək üçün gətiriblər”. X9 çölə çıxarmış və çöldə demişdir ki, "müdafiəçiyə belə sözlər demək olmaz”. O, bu sözləri Nərimanov Rayon Məhkəməsində də bildirmişdir. Həmin məhkəmənin də videoqeydləri var. Videoçəkiliş zamanı o, bildirmişdir ki, guya üzərindən, yəni şalvarının sağ cibindən narkotik vasitə aşkarlanmışdır. Halbuki həmin narkotik vasitəni otağın qapısının ağzında x onun cibinə salmış və bundan sonra onu videoçəkiliş üçün otağa salmışlar. O, içəri girdikd ən X14dən kinonu nə vaxt çəkəcəklərini soruşmuşdur. Həmin vaxtadək o, artıq məcbur olaraq x çöldə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə özünü təqsirli bilməyinə dair sənədlərə imza çəkəcəyini göstərmişdir. (Məhkum bu dəlilləri apellyasiya məhkəməsində də müdafiə etmişdir). Başqa sözlə, Məhkum ibtidai istintaq mərhələsində verdiyi izahatından imtina etməklə (qeyd olunan izahatı ona verilmiş təzyiqlər və hədə-qorxu nəticəsi olduğunu göstərməklə) yanaşı, narkotik vasitələrin götürülməsi haqqında 03 sentyabr 2023-cü il tarixli “Şəxsi axtarış və götürmə” protokolunun, əməliyyat-axtarış tədbirini keçirmiş polis əməkdaşlarının ifadələrini, ümumiyyətlə işdə olan sübutların həqiqəti əks etdirmədiyini, ittihamın saxtalaşdırılmış sübutlar üzərində qurulduğunu iddia etmişdi r. Belə vəziyyətdə (nə qədər ki, Məhkum ona isnad edilən cinayətin necə baş verməsi barədə məlumat yükü daşıyan əsas sübutların saxtalaşdırıldığını iddia etmişdir), ittihamın düzgün həlli üçün həmin sübutların mümkünlüyünün, mötəbərliyinin araşdırılması mühüm əhəmiyyət kəsb edirdi. Belə ki, məhkəmələr araşdırmalı idilər ki, Məhkum barəsində hansı əməliyyataxtarış tədbiri həyata keçirilmiş və bu tədbirin təyin edilməsi və keçirilməsi, o cümlədən narkotik vasitənin götürülməsi zamanı “Əməliyyat-axtarış fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun, Cinayət-Prosessual Məcəllənin tələblərinə əməl olunmuşdurmu? Çünki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 137-ci maddəsinə əsasən “əməliyyat-axtarış fəaliyyətinin gedişində əldə edilmiş materiallar “Əməliyyat-axtarış fəa liyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun əldə olunduqda və bu Məcəllənin tələblərinə uyğun təqdim edildikdə və yoxlanıldıqda, cinayət təqibi üzrə sübut kimi qəbul edilə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 137 və 445.2-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 12 fevral 2015-ci il tarixli qərarına görə, əməliyyat axtarış tədbirinin aparılması barədə qərara əsasən əldə edilmiş materiallar CPM-in 137-ci maddəsində göstərilən tələblərə uyğun şəkildə əldə edilməklə və təqdim edilməklə yanaşı, məhkəmə nəzarəti qaydasında ətraflı yoxlanıldıqda cinayət təqibi üzrə sübut kimi qəbul edilə bilər. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” 2021-ci il 2 4 dekabr tarixli qərarında da İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin bir sıra qərarlarında (“Kobiaşvili Gürcüstana qarşı” 14 mart 2019-cu il tarixli, “İbrahimov və Məmmədov Azərbaycana qarşı” 13 fevral 2020-ci il tarixli; “Meqrelişvili Gürcüstana qarşı” 7 may 2020-ci il tarixli; “X7rşı” 27 oktyabr 2020-ci il tarixli; “Tlaşadze və Kakaşvili Gürcüstana qarşı” 25 mart 2021-ci il tarixli qərarlar) formalaşdırdığı hüquqi mövqelərə istinad olunmaqla izah edilmişdir ki, əməliyyat axtarış fəaliyyətini həyata keçirən orqanın səlahiyyətli şəxsi tərəfindən müvafiq qərarın əsaslı şübhənin mövcud olduğunu təsdiq edən və tədbiri məhz əvvəlcədən məhkəmə qərarı almadan təxirəsalınmaz qaydada keçirilməsini əsaslandıran mümkün qədər geniş məlumatlar göstərilmədən qəbul edilməsi, belə qərarın daha sonra məhkəmə nəzarəti qaydasında yoxlanılmaması və yaxud ətraflı təhlil edilmədən təsdiq edilməsi, ayrı-ayrılıqda və birlikdə baş verdikdə, pozuntu təşkil edir. Avropa Məhkəməsinin qənaətinə görə məhkəməyədək araşdırma dövründə bu cür pozuntuya yol verilmişdirsə, onun aradan qaldırılması üçün işə mahiyyəti üzrə baxılarkən bununla bağlı irəli sürülən dəlillərə məhkəmə tərəfindən baxılmalıdır. Odur ki, əməliyyat-axtarış fəaliyyəti nəticəsində əldə olunaraq cinayət işindəki sübutlar sırasında məhkəməyə təqdim olunmuş materiallar məhkəmə baxışında tədqiq edilərkən müvafiq əməliyyat-axtarış tədbiri üzərində (əməliyyat-axtarış tədbirinin keçirilməsinə əsasların olub-olmaması məsələsinin yoxlanılması da daxil olmaqla) məhkəmə nəzarətinin keçirilib-keçirilmədiyinin araşdırılması mühüm əhəmiyyət kəsb ed ir. Hazırki işdə isə qeyd olunan məsələlərin tam, hərtərəfli və obyektiv araşdırılması nə birinci instansiya məhkəməsində, nə də ki, apellyasiya instansiyası məhkəməsində təmin edilmədiyindən, Məhkum saxlanılıb polis idarəsinə gətirilməsinin, narkotik vasitənin ondan (həmçinin avtomobilindən) götürülməsinin qanuniliyinə və əsaslılığına ciddi şübhələr yaranır. Belə ki, məhkəmələr tərəfindən ümumiyyətlə araşdırılmadığından aydın deyil ki, Məhkum barəsində əməliyyat-axtarış tədbirinin keçirilməsinə, onun saxlanılaraq polis idarəsinə gətirilməsinə əsas verən (bəraət qazandıran) hallar gerçəkdən də mövcud olmuşdurmu? Nərimanov RPİ-nin NMB-ın əməliyyat müvəkkili Xin 03 sentyabr 2023-cü il tarixli əməliyyat-axtarış tədbirinin həyata keçirilməsi barədə qərarından görünür ki, Məhkum barəsində əməli yyat-axtarış tədbirinin keçirilməsinə əsas polis idarəsinə daxil olmuş Məhkum narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi barədə əməliyyat məlumatı olmuşdur. “Əməliyyat-axtarış fəaliyyəti haqqında” Qanunun 11-ci maddəsinin 4-cü hissəsinin 3-cü bəndində təsbit olunmuşdur ki, “cinayət işinin başlanmasına kifayət qədər əsaslar olmasa da, cinayət hazırlayan, törədən və ya törətmiş şəxs barəsində etimad doğuran, məlum və qərəzsiz mənbədən məlumat daxil olduqda” məhkəmə (hakim), istintaq orqanı və ya əməliyyat-axtarış fəaliyyətinin səlahiyyətli subyekti əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi barədə qərar qəbul edə bilər. Lakin, əməliyyat müvəkkilinin əməliyyat-axtarış fəaliyyətinin keçirilməsi barədə qərarından Məhkum narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə məlumatın “məlum və etimad doğuran, qərəzsiz” mənbədən daxil olması görünmür. Nə qədər ki, məhkəmə hökmündə və apellyasiya instansiyası məhkəməsinin qərarında da əməliyyat-axtarış tədbirinin keçirilməsinə əsasların olub-olmamasının təhlilinə dair mülahizələrə təsadüf edilmir, belə qənaətə gəlmək olar ki, Məhkum saxlanılmasına qədər onun narkotik vasitənin qanunsuz dövriyyəsi ilə əlaqəli olub əməliyyat-axtarış tədbirinin keçirilməsini şərtləndirən hərəkətləri müstəsna olaraq əməliyyat-axtarış fəaliyyətinin subyektinə məlum olmuş və təqsirləndirilən şəxsin onun barəsində əməliyyat-axtarış tədbirinin keçirilməsinə əsasların olmamasını, narkotik vasitənin üzərində gəzdirərkən yaxalanması barədə ittihamın uydurma olduğunu iddia etməsinə baxmayaraq, həmin məlumatlar məhkəməy ə təqdim olunmamışdır. Halbuki, şəxsin əməliyyat-axtarış tədbirinədək narkotik vasitələrin və ya psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə bağlı fəaliyyətə aid edilə biləcək nə kimi hərəkətlər etməsinin, buna dair məlumatın mənbəyinin məxfiliyinin saxlanılmasını əməliyyat-axtarış fəaliyyətinin məqsədləri üçün yolverilən saymaq olarsa da, cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi (CPM, maddə 28), hakimlərin müstəqilliyi (CPM, maddə 25), cinayət mühakimə icraatının aşkarlığı (CPM, maddə 27), cinayət prosesində tərəflərin çəkişməsi (CPM, maddə 32), təqsirzislik prezumpsiyası prinsipləri (CPM, maddə 21) ilə şərtləndirilən məhkəmə baxışının xüsusiyyətlərinə görə cinayət-prosessual qanunun müəyyən etdiyi prosedur daxilində yoxlanılmayan (yalnız əməliyyat-axtarış fəaliyyətinin subyektinə məlum olan, lakin baxılan konkret işin hallarına görə araşdırılması tələb olunan) məxfi məlumat əsasında şəxsin cinayət törətməkdə təqsirli biliməsinə və cəzalandırılmasına yol verilməməlidir. Həmçinin, müdafiə tərəfi Məhkum üzərində şəxsi axtarışın keçirilməsi və narkotik vasitənin götürülməsi haqqında 03 sentyabr 2023-cü il tarixli protokolların mümkünlüyünü, mötəbərliyini təkzib edən sübutlar qismində Məhkum polis tərəfindən ittihamda göstərildiyi kimi - həmin gün saat 16:55-də ünvan 2 ünvanının qarşısında deyil, Məhkum atasına məxsus ** DN *** dövlət nömrə nişanlı avtomobili idarə edərkən saxlanıldığını və həmin avtomobillə idarəyə aparıldığını iddia etmişdir ki, göstərilən halla bağlı məhkəmələr tərəfindən hər hansı araşdırma aparılmamışdır. Halbuki, cinayət işi materiallarının 271 və 272-ci səhifəsində təqsirləndirilən şəxsin atası Xun şahid qismində vermiş olduğu ifadəsindən görünür ki, xx.xx.2023-cü il tarixdə günorta saatlarından sonra oğlunun telefonuna zəng çatmadığı üçün narahat qalaraq Nərimanov Rayon 18-ci polis bölməsinə müraciət etmiş oradan ona Polis İdarəsinə müraciət etməsini bildirdikdən sonra Polis İdarəsinə getdiyi zaman ona məxsus nəqliyyat vasitəsinin idarənin yanında saxlandığını görmüşdür. Orada bir müddət gözlədikdən sonra Fariz adlı əməkdaş aşağı düşərək oğlunu saxladıqlarını, daha sonra əlavə məlumat veriləcəyini bildirmişdir. Digər tərəfdən tərtib edilmiş 03 sentyabr 2023-cü il tarixli şübhəli şəxsin tutulması haqqında qərara və protokola, habelə eyni tarixli şəxsi axtarış və götürmə aparılması haqqında protokola görə Məhkum faktiki olaraq həmin gün saat 16:55-də tutulmuş, onun üzərində axtarış 18:00-da başlanılıb, protokolda göstərildiyi kimi 18:30-da qurtarmışdır. Azərbaycan Respublikasının Cinayət Prosessual Maddəsinin 90.11.2-ci maddəsinə əsasən, Məhkum şübhəli şəxs qismində tutularkən baxışa və şəxsi axtarışa məruz qala bilər ki, hazırki iş üzrə şahid qismində dindirilmiş polis əməkdaşları Şahid1 və Şahid2, hər birisi ayrı-ayrılıqda Məhkum saxlanıldığı yerdə üzərində dərhal şəxsi axtarışın aparılması üçün şəraitin olmamasını bildirsələr də, bunun üçün maneələrin nədən ibarət olması nə ibtidai araşdırma zamanı, nə də ki məhkəmələr tərəfindən aydınlaşdırılmamışdır. Halbuki, hazırki işin materiallarından Məhkum saxlanıldığı yerdə tutulmasının rəsmiləşdirilməsi və onun üzərində məhz saxlanıldığı yerdə şəxsi axtarışının aparılması üçün hər hansı maneənin olması müəyyən edilmir. Belə vəziyyətdə Məhkum 03 sentyabr 2023-cü il tarix saat 16:55-də tutulduğu halda, şəxsi axtarış və götürmə protokolunun onun narkotik vasitə ilə tutulduğu yerdə və vaxtda deyil, 1 saatdan sonra Nərimanov Rayon Polis İdarəsində tərtib edilməsi kimi suallar çıxır ki, onların da məhkəmə tərəfindən cavabsız qoyulması (həmin məsələlərin araşdırılmaması) narkotik vasitənin götürülməsi haqqında protokolun mümkünlüyünə və mötəbərliyinə, eləcə də həlledici şəkildə maddi sübutun üzərində qurulmuş ittihamın əsaslılığına ciddi şübhələr yaradır. Bundan başqa Məhkum məhkəmə iclaslarında səsləndirmiş olduğu dəlillərinə (1617 radələrində tutulmasına baxmayaraq, yalnız 4-5 saat keçdikdən sonra ilk dəfə müdafiəçi ilə görüşdüyünü, artıq ona işgəncə verildiyini və onun müdafiə hüququnun pozulması ilə bağlı iddialar) aydınlıq gətirilməsi məqsədi ilə müdafiə tərəfi həm birinci instansiya, həm də apellyasiya instansiyası məhkəməsində ibtidai istintaqda cinayət işi üzrə müdafiəçi qismində işə buraxılmış və onun iştirakı ilə bir sıra istintaq hərəkətləri keçirilmiş 25 saylı vəkil bürosunda fəaliyyət göstərən vəkil X5 xx.xx.2023-cü il tarixdə hansı saatlarda hansı ünvanlarda olmasını müəyyənlişdirmək üçün ona məxsus mobil nömrələrin anten məlumatların əldə edilməsinə dair vəsatətlərlə müraciət etmiş, lakin məhkəmələr bu xüsusatın da aydınlaşdırılması məqsədi ilə faktiki heç bir tədbir görməmiş və həmin məsələ ilə bağlı vəsatətləri təmin etməmişdir. Həmçinin, Məhkum məhkəmədə vermiş olduğu ifadələrinə nəzər yetirdikdə onu n saxlanılması zamanı Nərimanov rayon Polis İdarəsinin əməkdaşı Xin birbaşa iştirak etməsi, onun saxlanılmasından sonra Nərimanov Polis İdarəsinə X tərəfindən aparılması, idarədə onu xüsusi otağa salaraq ona psixoloji və fiziki işgəncə verməklə eyni zamanda narkotik vasitəni birbaşa onun üzərinə məcburi yerləşdirilməsini göstərilmişdir. Lakin, ibtidai istintaq zamanı şahidlərin üzləşdirilməsi zamanı məlum olmuşdur ki, ümumiyyətlə X16 saxlanılması və digər istintaq hərəkətləri üzrə tərtib edilmiş sənədlərin siyahısından çıxarılmışdır. Halbuki, cinayət işinin materiallarında olan təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə dair qərardan, Nərimanov rayon polis idarəsinin rəisi vəzifəsini müvəqqəti icra edən x tərəfindən imzalanmış xx.xx.2023-cü il tarixli, Ə307 saylı əmrdən v ə əməliyyat qrupunun təşkil olunması barədə xx.xx.2023-cü il tarixli protokoldan da görünür ki, Nərimanov rayon Polis İdarəsinin əməkdaşı X bu əməliyyatın qrup rəhbəri təyin edilmiş və əməliyyatın keçirilməsi birbaşa ona tapşırılmışdır. Göründüyü kimi, Məhkum və polis əməkdaşları olan şahidlər eyni hadisə barəsində verdikləri ziddiyyətli ifadələrin fonunda məhkəmələr həmin ziddiyyətlərin aradan qaldırılması üçün heç bir tədbir görməmiş, əlavə şahid X məhkəmədə dindirilməmiş, baxmayaraq ki, müdafiəçi həmin şəxsin dindirilməsi barədə həm birinci, həm də apellyasiya instansiyası məhkəməsinin məhkəmə iclaslarında dəfələrlə vəsatətlər qaldırmış, bunun zəruriliyini kifayət qədər yazılı vəsatətlərində əsaslandırmış, birinci instansiya məhkəməsinin qərarı ilə bu vəsatət baxılmamış saxlanılmış, ape llyasiya instansiyası məhkəməsi isə bu hala diqqət yetirməyərək iş üzrə həqiqətin müəyyən edilməsi məsələsində eyni çatışmazlığa yol vermişdir. CPM-in 121.2-ci maddəsinə əsasən vəsatətə və ya xahişə əsasən qəbul edilmiş qərar əsaslandırılmalı və həmin qərarda ərizəçinin dəlillərinə verilmiş qiymət öz əksini tapmalıdır. Cinayət təqibi ilə bağlı olan bütün halların lazımi hüquqi prosedur daxilində hərtərəfli, tam və obyektiv araşdırılmasına, cinayət prosesi iştirakçılarının və cinayət prosesində iştirak edən digər şəxslərin pozulmuş hüquqlarının və qanuni mənafelərinin bərpa edilməsinə yönəldilmiş vəsatət və xahişlər rədd edilə bilməz. Cinayət-prosessual qanunvericiliyinin, o cümlədən Azərbaycan Respublikası CPMin 21, 28, 33 və 353.2.2-ci maddələrinin tələblərindən göründüyü kimi, cinayət mü hakimə icraatının təqsirsizlik prezumpsiyası prinsipi cinayətin törədilməsində təqsirləndirilən şəxsin təqsirinin cinayət-prosessual qanunun müəyyən etdiyi qaydada sübuta yetirildiyi halda onun təqsirli bilinməsinə yol verir. Cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi prinsipi, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarının mülahizələrə əsaslana bilməsinin istisna edilməsi və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunması tələbində təsbit olunmuşdur. Eyni zamanda, cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipi hakimlərdən tələb edir ki, cinayət mühakimə icraatını həyata keçirərkən cinayət işi üzrə toplanmış sübutları Cinayət-Prosessual Məcəllənin tələblərinə əsasən qiymətlənd irsinlər. Nəticə olaraq, qanunverici məhkəmənin ittiham hökmünün təsviri-əsaslandırıcı hissəsində məhkəmənin nəticəyə gəlməsi üçün əsaslandığı sübutların və onun tərəfindən digər sübutların rədd edilməsi motivlərinin göstərilməsi tələbini müəyyən etmişdir. Oxşar yanaşma Avropa İnsan Hüquqları Məhkəməsinin (bundan sonra – “Avropa Məhkəməsi”) ədalətli məhkəmə baxışına aid müəyyən etdiyi ümumi prinsiplərdə öz yerini tapmışdır. Belə ki, Avropa Məhkəməsinin mövqeyinə görə, məhkəmə baxışının ümumilikdə ədalətli olub-olmamasını müəyyən edərkən, müdafiə tərəfinin hüquqlarının təmin edilib-edilməməsinə diqqət yetirilməlidir (X8rşı, №№ 29084/07 və 1191/08, § 126, 27 oktyabr 2020). “Ədalətli məhkəmə baxışı” haqda daha geniş konsepsiyanın ayrıca elementini təşkil edən tərəflərin bərabərliyi prinsipi, tərəflər arasında “ədalətli balans”ın təmin edilməsini tələb edir: hər bir tərəfə mümkün qədər imkan yaradılmalıdır ki, o, işi üzrə mülahizəsini qarşı tərəf və ya tərəflərlə müqayisədə vəziyyətinin əhəmiyyətli dərəcədə fərqlənməyən şəraitdə təqdim edə bilsin (Regner Çex Respublikasına qarşı [BP], № 35289/11, § 146, 19 sentyabr 2017). Bundan başqa, tərəflərin vəsatətləri və mülahizələri həqiqətən “dinlədilmədiyi”, yəni tribunal tərəfindən ətraflı araşdırılmadığı halda, ədalətli məhkəmə baxışına hüququn effektiv təmin edildiyi hesab edilə bilməz (Fərzəliyev Azərbaycana qarşı, № 29620/07, § 35, 25 may 2020). Belə olan halda məhkəmə kollegiyası müdafiə tərəfinin apellyasiya şikayətində qaldırdığı məsələnin məqsədi və mahiyyətini, eləcə də Avropa Məhkəməsinin müəyyən etdiyi tövsiyələrini nəzə rə alaraq hesab edir ki, qarşısında qaldırılan şikayətləri araşdırmaq və onlara cavab olaraq əsaslı qərar vermək haqda ümumi vəzifəsinə uyğun olaraq, apellyasiya şikayətini araşdıran apellyasiya məhkəməsi sözügedən hissə ilə bağlı əsaslandırılmış münasibətini bildirməli idi. Bunun edilməməsi isə Məhkum ədalətli məhkəmə araşdırması hüququnun lazımi səviyyədə təmin edilməsinə bilavasitə təsir göstərən amil kimi qiymətləndirilməlidir. Təsvir olunanlar məhkəmələrin sübutların tədqiqinə dair Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin tələblərini pozmaqla, ittihamın həlli üçün mühüm əhəmiyyət kəsb edən sübutların tədqiqindən əsassız imtina etməklə, Azərbaycan Respublikası CPM-in 353.2.2-ci maddəsinin tələbini gözləmədən Məhkum Azərbaycan Respublikası CM-in 234.1-1-ci maddəsi ilə nəz ərdə tutulan cinayət əməlinin törədilməsində təqsirinin sübuta yetirilməsi haqqında nəticəyə gəldiklərini, bununla da yuxarıda təsvir olunmuş cinayət-mühakimə icraatının prinsiplərinin tələblərini və məhkəmə hökmünün əsaslılığına dair cinayət-prosessual qaydaları pozduqlarını göstərir. Şərh olunanlar məhkəmə kollegiyasına belə qənaətə gəlmək üçün əsas verir ki, apellyasiya instansiyası məhkəməsi Məhkum hətta CM-in 234.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli olması barədə nəticəyə gəlməzdən əvvəl, buna əsas olmuş sübutların qanuni yolla əldə edilib-edilməməsini ətraflı araşdırmadığından, bununla bağlı müdafiə tərəfinin qaldırdığı vəsatətlər üzrə müvafiq qərarlar qəbul edərkən həmin qərarları lazımi şəkildə əsaslandırmadığından, iş üçün mühüm əhəmiyyətə malik olan məs ələlərə dair sübutların tədqiqindən heç bir əsas olmadan imtina etdiyindən, ibtidai araşdırma zamanı məhkum olunmuş hüquqlarının, bütün bunlara görə isə əlavə araşdırmaların aparılması zəruri olduğundan, həmin məhkəmənin qəbul etdiyi 20 iyun 2024-cü il tarixli qərar qüvvədə saxlanıla bilməz və həmin qərar ləğv edilməklə iş yeni apellyasiya baxışına təyin olunmalıdır. Odur ki, Məhkum müdafiəçisi Hüseynli Əfqan Qurban oğlu tərəfindən verilmiş kassasiya şikayəti qismən əsaslı hesab edilməli, onun dəlillərinin tam, hərtərəfli və obyektiv yoxlanılması üçün Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416.1.2 və 416.1.3-cü maddələrində nəzərdə tutulmuş əsaslarla mübahisləndirilən qərar ləğv edilməli, apellyasiya şikayəti üzrə məhkəmə baxışı təkrarən keçirilməlidir. Beləliklə, məhkəmə kollegiyası kassasiya şikayətinin təmin edilməsinə dair məhkumun, kassasiya şikayətinin təmin edilməməsinə dair dövlət ittihamçısının çıxışlarını dinləyib, şərh edilən əsaslara görə hesab edir ki, kassasiya şikayəti qismən təmin edilməli, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının Məhkum barəsində olan 20 iyun 2024-cü il tarixli, 1(103)-1307/2024 nömrəli qərarı ləğv edilməli, cinayət işi apellyasiya qaydasında baxılması üçün yeni məhkəmə baxışına təyin edilməlidir. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.2-ci maddəsini rəhbər tutub məhkəmə kollegiyası Qərara aldı: Müdafiəçi Hüseynli Əfqan Qurban oğlu tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının Məhkum barə sində olan 20 iyun 2024-cü il tarixli, 1(103)-1307/2024 nömrəli qərarı ləğv edilsin, cinayət işi apellyasiya məhkəməsində yeni məhkəmə baxışına təyin edilsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar