Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(103)-100/2020 31.01.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər - Faiq Adil oğlu Qasımovun sədrliyi və məruzəsilə, X6 və Kamran Hüseyn oğlu Əkbərovdan ibarət tərkibdə, Məhkəmə iclas katibi – X1, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarənin apellyasiya və kassasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbənin prokuroru X4, Zərərçəkmiş şəxslər - Zərərçəkmiş şəxs1 Zərərçəkmiş şəxs2, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs1 və onun müdafiəçisi X2, Təqsirləndirilən şəxs2 və onun müdafiəçisi X3 iştirakları ilə Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 29, 120.2.3, 29, 120.2.7 və 221.3-cü maddələri ilə və Təqsirləndirilən şəxs2 CM-nin 221.2.1-ci maddəsi ilə məhkum edilmələrinə dair Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli hökmündən Təqsirləndirilən şəxs1 müdafiəçisi X5 tərəfindən verilmiş apellyasiya şikayəti və dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı1 tərəfindən verilmiş apellyasiya protestinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli hökmü ilə Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,120.2.3, 29,120.2.7 və 221.3-cü maddələrində nəzərdə tutulmuş cinayətlərin törədilməsində təqsirli bilinmiş və o, Cinayət Məcəlləsinin 29,120.2.3, 29,120.2.7-ci maddələri ilə 14 il 6 ay müddətə azadlıqdan məhrum etmə cəzasına, Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə 3 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə qəti olaraq Təqsirləndirilən şəxs1 15 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.5-ci maddəsinə əsasən Hacıqabul Rayon Məhkəməsinin xx.xx.2009-cu il tarixli hökmü ilə Təqsirləndirilən şəxs1 təyin edilmiş və çəkilməmiş 02 il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə cəzası yeni hökmlə təyin edilmiş 15 il müddətə azadlıqdan məhrum etmə cəzası ilə tamamilə birləşdirilməklə, onun üzərində qəti olaraq 02 il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 15 il müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,120.2.1, 29,120.2.2 və 29,120.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayətlərin törədilməsində təqsiri sübuta yetirilmədiyinə görə ona Cinayət Məcəlləsinin 29,120.2.1, 29,120.2.2 və 29,120.2.4-cü maddələri ilə bəraət verilmişdir. Həmin hökmlə Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinmiş və o, 2 il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, həmin Məcəllənin 69.3-cü maddəsinə əsasən həbsdə saxlanıldığı 2 gün 4 gün hesablanmaqla ona təyin olunmuş cəzadan çıxılmış, üzərində qəti olaraq 01 il 11 ay 26 gün müddət azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,120.2.1, 29,120.2.2, 29,120.2.3, 29,120.2.4 və 29,120.2.7-ci maddələrində nəzərdə tutulmuş cinayətlərin törədilməsində təqsiri sübuta yetirilmədiyinə görə ona Cinayət Məcəlləsinin 29,120.2.1, 29,120.2.2, 29,120.2.3, 29,120.2.4 və 29,120.2.7-ci maddələri ilə bəraət verilmişdir. İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs1 elan edilmiş ittihama əsasən o, xuliqanlıq, yəni bir qrup şəxs halında ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, silah qismində istifadə olunan əşyadan istifadə etməklə şəxslər üzərində zor tətbiq olunması və belə zorun tətbiq edilməsi hədəsi ilə müşayiət edilən qərəzli hərəkətlər etmiş, həmçinin bir qrup şəxs halında xuliqanlıq niyyəti ilə və ictimai borcunu yerinə yetirməsi ilə əlaqədar, xüsusi amansızlıqla iki şəxsi qəsdən öldürməyə, yəni qəsdən həyatdan məhrum etməyə cəhd etmişdir. İbtidai istintaq orqanının gəldiyi nəticəyə görə o, xx.xx.2018-ci il tarixdə oğlu Təqsirləndirilən şəxs2 yaşadığı binada liftdən düzgün istifadə etməməsinə görə Şahid4 iradını bildirərək sonuncuya boğazını sıxmaqla zor tətbiq etməsi və xx.xx.2018-ci il tarixdə bu məsələ ilə əlaqədar aralarında yaranmış mübahisə zamanı, yaşadıqları binanın alt hissəsində yerləşən qarajda Şahid4 qohumları Zərərçəkmiş şəxs1 və Şahid2 yanında Təqsirləndirilən şəxs2 üz nahiyəsinə yumruqla vurması, daha sonra Bakı şəhəri, Xətai rayonu, “Neapol dairəsi”nin yanında yerləşən “555” adlı avtoservisin qarşısında Şahid4 qohumu Şahid2 onun qohumu Şahid3 yumruqla vurması kimi hərəkətləri özünə təhqir kimi qəbul etmiş, aralarındakı münasibətləri aydınlaşdırmaq üçün rastlaşma məqamı gözləmiş, qohumu Şahid3 yaranmış ədavətə son qoymaqla barışmaq üçün Zərərçəkmiş şəxs1la görüşməyə getdiyini bildiyindən, bunu öz cinayətkar niyyətini həyata keçirmək üçün fürsət bilib xx.xx.2018-ci il tarixdə, saat 16 radələrində Təqsirləndirilən şəxs2la Şahid3 ünvan 1 ünvanda yerləşən “Tut ağacı” adlanan kafenin yanında Zərərçəkmiş şəxs1 və sonuncunun qohumu Şahid2 ilə görüşərək söhbət etmələrini görüb Zərərçəkmiş şəxs1 qəflətən yaxınlaşaraq orada olan şəxslərə öz üstünlüyünü nümayiş etdirmək məqsədilə cəmiyyətdə insanlar arasında bərqərar olunmuş birgə yaşayış qaydalarını kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən qərəzli xuliqanlıq hərəkətləri etmiş, Zərərçəkmiş şəxs1 üzərinə hücum edərək zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlər etmiş, üzərində gəzdirdiyi bıçağı silah qismində istifadə edərək heç bir səbəb və əsas olmadan xuliqanlıq niyyəti ilə Zərərçəkmiş şəxs1 qəsdən öldürmək üçün bıçaqla Zərərçəkmiş şəxs1 iki dəfə vuraraq ona sol bazunun iki ədəd kəsilmiş yaraları kimi ümumilikdə sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan sağlamlığa Yüngül zərərvurmaya aid xəsarətlər yetirmiş, bu ərəfədə oğlu Təqsirləndirilən şəxs2 onunla həmrəy olduğunu nümayiş etdirərək bir qrup şəxs halında öz üstünlüklərini nümayiş etdirmək məqsədilə insanlar arasında bərqərar olunmuş birgə yaşayış qaydalarını kobud surətdə pozmuş, Təqsirləndirilən şəxs2 Zərərçəkmiş şəxs1 hücum edərək sonuncunu qollarından tutub özünü müdafiə etmək müqavimətini sındırmasından istifadə edərək Zərərçəkmiş şəxs1 kürək nahiyəsindən bir dəfə bıçaqla vuraraq ona hemopnevmotoraksla (döş boşluğuna qanın və havanın yığılması) müşayiət olunan gövdənin arxa səthinin döş və qarın boşluqlarına nüfuz edən ağ ciyəri və diafraqmanı zədələyən bir ədəd deşilmiş-kəsilmiş yara kimi həyat üçün təhlükəli olan sağlamlğa Ağır zərərvurmaya aid xəsarət yetirmiş, o, Zərərçəkmiş şəxs1 öldürmək niyyətini başa çatdırmaq məqsədilə bıçaqla sonuncuya yenə də zərbə vurmaq istəyərkən, həmin vaxt oraya gələn Zərərçəkmiş şəxs1 qardaşı Zərərçəkmiş şəxs2 qardaşının Təqsirləndirilən şəxs1 tərəfindən bıçaqla vurulduğunu görərək Təqsirləndirilən şəxs1 cinayətkar hərəkətinə mane olmaqla qardaşı Zərərçəkmiş şəxs1 öldürülməsinə yönəlmiş qəsddən xilas etmək istədiyi zaman Təqsirləndirilən şəxs1 öz cinayət əməlini davam etdirərək ictimai borcunu yerinə yetirən Zərərçəkmiş şəxs2 sonuncunun qardaşı Zərərçəkmiş şəxs1 onları görməsini və Zərərçəkmiş şəxs1 xüsusi əzab verdiyini dərk edərək və bunu arzu edərək, müstəsna dərəcədə rəhmsizlik və qəddarlıq göstərərək xüsusi amansızlıqla Zərərçəkmiş şəxs2 bir dəfə baş nahiyəsindən vuraraq ona alın sümüyünün sınığı və baş beyin əzilməsi ilə müşayiət olunan başın sol alın-gicgah nahiyəsinin kəllə boşluğuna nüfuz edən bir ədəd deşilmişkəsilmiş yarası kimi həyat üçün təhlükəli olan sağlamlığa Ağır zərərvurmaya aid xəsarət yetirmiş, lakin bıçağın tiyəsinin uc hissəsi qırılaraq Zərərçəkmiş şəxs2 alın nahiyəsində qaldığından, Zərərçəkmiş şəxs1 həmin an özünə məxsus avtomaşından götürdüyü beysbol dəyənəyi ilə özünü və qardaşını aktiv müdafiə etdiyinə, hadisə baş vermiş yerin ətrafına çox sayda adam toplaşdığına və Zərərçəkmiş şəxs1la Zərərçəkmiş şəxs2 xəstəxanada vaxtında ixtisaslı tibbi yardım göstərildiyinə görə, Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 xuliqanlıq niyyəti ilə qəsdən öldürməyə yönəlmiş cinayət əməllərini başa çatdıra bilməyərək bir qrup şəxs halında silah qismində istifadə edilən əşyadan istifadə etməklə qərəzli xuliqanlıq hərəkətləri etmiş və bir qrup şəxs halında xuliqanlıq niyyəti ilə iki şəxsi qəsdən öldürməyə cəhd etmişdir. İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs2 elan edilmiş ittihama əsasən o, xuliqanlıq, yəni bir qrup şəxs halında ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması və belə zorun tətbiq edilməsi hədəsi ilə müşayiət edilən qərəzli hərəkətlər etmiş, həmçinin bir qrup şəxs halında xuliqanlıq niyyəti ilə və ictimai borcunu yerinə yetirməsi ilə əlaqədar, xüsusi amansızlıqla iki şəxsi qəsdən öldürməyə, yəni qəsdən həyatdan məhrum etməyə cəhd etmişdir. İbtidai istintaq orqanının gəldiyi nəticəyə görə o, xx.xx.2018-ci il tarixdə yaşadığı binada liftdən düzgün istifadə etməməsinə görə Şahid4 iradını bildirərək sonuncuya boğazını sıxmaqla zor tətbiq etməsi və xx.xx.2018-ci il tarixdə bu məsələ ilə əlaqədar aralarında yaranmış mübahisə zamanı, yaşadıqları binanın alt hissəsində yerləşən qarajda Şahid4 qohumları Zərərçəkmiş şəxs1 və Şahid2 yanında onun üz nahiyəsinə yumruqla vurması, daha sonra Bakı şəhəri, Xətai rayonu, “Neapol dairəsi”nin yanında yerləşən “555” adlı avtoservisin qarşısında Şahid4 qohumu Şahid2 onun qohumu Şahid3 yumruqla vurması kimi hərəkətləri özünə təhqir kimi qəbul etmiş, aralarındakı münasibətləri aydınlaşdırmaq üçün rastlaşma məqamı gözləmiş, xx.xx.2018- ci il tarixdə, saat 16 radələrində qohumu Şahid3 yaranmış ədavətə son qoymaqla barışmaq üçün Zərərçəkmiş şəxs1la görüşməyə gedərkən, o da sonuncu ilə birlikdə Xətai rayonu, Telnov küçəsi, 3 saylı binanın yaxınlığında yerləşən “Tut ağacı” adlanan kafenin yanına gedərək orada Zərərçəkmiş şəxs1 və sonuncunun qohumu Şahid2 ilə görüşərək söhbət edərkən, həmin vaxt oraya gələn onun atası Təqsirləndirilən şəxs1 ilə birlikdə Zərərçəkmiş şəxs1 qəflətən yaxınlaşaraq bir qrup şəxs halında orada olan şəxslərə öz üstünlüyünü nümayiş etdirmək məqsədilə cəmiyyətdə insanlar arasında bərqərar olunmuş birgə yaşayış qaydalarını kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən qərəzli xuliqanlıq hərəkətləri etmiş, Zərərçəkmiş şəxs1 üzərinə hücum edərək zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlər etmiş, Təqsirləndirilən şəxs1 üzərində gəzdirdiyi bıçağı silah qismində istifadə edərək heç bir səbəb və əsas olmadan xuliqanlıq niyyəti ilə qəsdən öldürmək üçün bıçaqla Zərərçəkmiş şəxs1 iki dəfə vuraraq ona sol bazunun iki ədəd kəsilmiş yaraları kimi ümumilikdə sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan sağlamlığa Yüngül zərərvurmaya aid xəsarətlər yetirmiş, bu ərəfədə o, atası Təqsirləndirilən şəxs1la həmrəy olduğunu nümayiş etdirərək bir qrup şəxs halında öz üstünlüklərini nümayiş etdirmək məqsədilə insanlar arasında bərqərar olunmuş birgə yaşayış qaydalarını kobud surətdə pozmaqla Zərərçəkmiş şəxs1 hücum edərək sonuncunu qollarından tutub özünü müdafiə etmək müqavimətini sındırmasından istifadə edərək, Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs1 kürək nahiyəsindən bir dəfə bıçaqla vuraraq ona hemopnevmotoraksla (döş boşluğuna qanın və havanın yığılması) müşayiət olunan gövdənin arxa səthinin döş və qarın boşluqlarına nüfuz edən ağ ciyəri və diafraqmanı zədələyən bir ədəd deşilmiş-kəsilmiş yara kimi həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aid xəsarət yetirmiş, Zərərçəkmiş şəxs1 öldürmək niyyətini başa çatdırmaq məqsədilə bıçaqla sonuncuya yenə də zərbə vurmaq istəyərkən, həmin vaxt oraya gələn Zərərçəkmiş şəxs1 qardaşı Zərərçəkmiş şəxs2 qardaşının Təqsirləndirilən şəxs1 tərəfindən bıçaqla vurulduğunu görərək Təqsirləndirilən şəxs1 cinayətkar hərəkətinə mane olmaqla qardaşı Zərərçəkmiş şəxs1 öldürülməsinə yönəlmiş qəsddən xilas etmək istədiyi zaman Təqsirləndirilən şəxs1 öz cinayət əməlini davam etdirərək ictimai borcunu yerinə yetirən Zərərçəkmiş şəxs2 sonuncunun qardaşı Zərərçəkmiş şəxs1 onları görməsini və Zərərçəkmiş şəxs1 xüsusi əzab verdiyini dərk edərək və bunu arzu edərək, müstəsna dərəcədə rəhmsizlik və qəddarlıq göstərərək xüsusi amansızlıqla Zərərçəkmiş şəxs2 bir dəfə baş nahiyəsindən vuraraq ona alın sümüyünün sınığı və baş beyin əzilməsi ilə müşayiət olunan başın sol alın-gicgah nahiyəsinin kəllə boşluğuna nüfuz edən bir ədəd deşilmiş-kəsilmiş yarası kimi həyat üçün təhlükəli olan sağlamlığa Ağır zərərvurmaya aid xəsarət yetirmiş, lakin bıçağın tiyəsinin uc hissəsi qırılaraq Zərərçəkmiş şəxs2 alın nahiyəsində qaldığından, Zərərçəkmiş şəxs1 həmin an özünə məxsus avtomaşından götürdüyü beysbol dəyənəyi ilə özünü və qardaşını aktiv müdafiə etdiyinə, hadisə baş vermiş yerin ətrafına çox sayda adam toplaşdığına və Zərərçəkmiş şəxs1la Zərərçəkmiş şəxs2 xəstəxanada vaxtında ixtisaslı tibbi yardım göstərildiyinə görə, Təqsirləndirilən şəxs2 atası Təqsirləndirilən şəxs1la birlikdə Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 xuliqanlıq niyyəti ilə qəsdən öldürməyə yönəlmiş cinayət əməllərini başa çatdıra bilməyərək bir qrup şəxs halında ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması və belə zorun tətbiq edilməsi hədəsi ilə müşayiət edilən qərəzli hərəkətlər etmiş və bir qrup şəxs halında xuliqanlıq niyyəti ilə və ictimai borcunu yerinə yetirməsi ilə əlaqədar, xüsusi amansızlıqla iki şəxsi qəsdən öldürməyə cəhd etmişdir. Hökmə əsasən ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs1 ibtidai istintaq orqanı təqsirləndirilən şəxslərin əməllərini tövsif edərkən iş üçün əhəmiyyət kəsb edən bütün halları araşdırmamış, ziddiyyətli və şübhəli məqamları nəzərə almamış və nəticədə əməllərin tövsifində səhvə yol vermişdir. Belə ki, birinci instansiya məhkəməsi məhkəmə istintaqında müəyyən edilmişdir ki, iş üzrə Zərərçəkmiş şəxs1 evinə qonaq gəlmiş qohumu Şahid4la Təqsirləndirilən şəxs2 arasında nasaz liftə görə baş vermiş mübahisədən sonra Şahid4 təhriki əsasında onun digər qohumu, həmin binada yaşayan Şahid2 “məsələyə aydınlıq gətirmək” məqsədilə Təqsirləndirilən şəxs2 yaşadıqları binaya yaxın ərazidə yerləşən qəbiristanlığın yanına aparmış, burada onlar arasında baş vermiş sözlü mübahisə Təqsirləndirilən şəxs2 atası Təqsirləndirilən şəxs1 onların yanına gəlməsi səbəbindən inkişaf etməmiş, bununla kifayətlənməyən Elnur Zərərçəkmiş şəxs1 Rüstəmov və Şahid4la birlikdə ertəsi gün, yəni xx xxxxxx 2018-ci il tarixdə saat 12 radələrində yaşadıqları binanın həyətinə düşən Təqsirləndirilən şəxs2 binanın qarajına aparıb orada mübahisəni qızışdırmış, bu zaman Şahid4 yaranmış fürsətdən istifadə edərək Rüslan Əzimovun sifət nahiyəsinə yumruqla zərbə vurmuşdur. Təklənərək vurulduğunu düşünən Təqsirləndirilən şəxs2 dərhal sonra həmin binada yaşayan qohumu Şahid3 bu mübahisəyə qoşmuş, sonuncu, Təqsirləndirilən şəxs2, Şahid2 və Zərərçəkmiş şəxs1 Xətai rayonu ərazisində “Neapol” dairəsinin yanında yerləşən “555” adlı avtoservisin qarşısına gəlmiş, burada Şahid2 və Şahid3 arasında mübahisə böyümüş, bu zaman Şahid2 Şahid3 sifət nahiyəsinə yumruqla zərbə endirmiş, Şahid3 qaş hissəsi zədələnərək qanamağa başlamışdır. Məsələnin daha da alovlanacağını başa düşən Zərərçəkmiş şəxs1 onları aralamış, Şahid3la Təqsirləndirilən şəxs2 öz maşınında gətirib evə qoymuş və barışıq əldə edilməsi üçün bir azdan Şahid2la görüş təşkil etmək barədə Şahid3la razılaşmışdır. Həm Təqsirləndirilən şəxs2 qarajda Şahid4 tərəfindən, həm də Şahid3 Şahid2 tərəfindən vurulmasının təfərrüatları Təqsirləndirilən şəxs1 məlum olmuş, həmin gün saat 16 radələrində Təqsirləndirilən şəxs2la Şahid3 Xətai rayonu, Telnov küçəsi 3 ünvanda yerləşən “Tut ağacı” kafesinin yanında Zərərçəkmiş şəxs1 və Şahid2la görüşə getdiklərini öyrənmiş, baş verənlərdən qəzəblənərək bir neçə dəqiqə sonra o da həmin yerə gəlmiş, orada qərəzli xuliqanlıq hərəktlərinə yol verərək üzərində gəzdirdiyi bıçağı silah qismində istifadə edərək, Zərərçəkmiş şəxs1 iki dəfə vuraraq ona sol bazunun iki ədəd kəsilmiş yaraları kimi ümumilikdə sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid xəsarətlər yetirmiş, Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs1 fəal müqavimət göstərmiş, bu zaman Təqsirləndirilən şəxs2 atasına qoşularaq bir qrup şəxs halında xuliqanlıq hərəkətləri etmiş, Zərərçəkmiş şəxs1la əlbəyaxa olmuş, hər ikisi, yəni Təqsirləndirilən şəxs2 və Zərərçəkmiş şəxs1 yerə yıxılaraq dava-dalaşı davam etdirərkən Təqsirləndirilən şəxs1 yaranmış fürsətdən istifadə edərək Zərərçəkmiş şəxs1 öldürmək niyyəti ilə onun kürək nahiyəsindən bir dəfə bıçaqla vuraraq ona hemopnevmotoraksla (döş boşluğuna qanın və havanın yığılması) müşayiət olunan gövdənin arxa səthinin döş və qarın boşluqlarına nüfuz edən ağ ciyəri və diafraqmanı zədələyən bir ədəd deşilmişkəsilmiş yara kimi həyat üçün təhlükəli olan sağlamlğa ağır zərərvurmaya aid xəsarət yetirmiş, həmin niyyətini başa çatdırmaq məqsədilə bıçaqla sonuncuya yenə də zərbə vurmaq istəyərkən, həmin vaxt oraya gələn Zərərçəkmiş şəxs1 qardaşı Zərərçəkmiş şəxs2 qardaşının Təqsirləndirilən şəxs1 tərəfindən bıçaqla vurulduğunu görərək Təqsirləndirilən şəxs1 cinayətkar hərəkətinə mane olmaqla qardaşı Zərərçəkmiş şəxs1 öldürülməsinə yönəlmiş qəsddən xilas etmək istədiyi zaman Təqsirləndirilən şəxs1 öz cinayət əməlini davam etdirərək ictimai borcunu yerinə etirən Zərərçəkmiş şəxs2 bıçaqla bir dəfə baş nahiyəsindən vuraraq ona alın sümüyünün sınığı və baş beyin əzilməsi ilə müşayiət olunan başın sol alın-gicgah nahiyəsinin kəllə boşluğuna nüfuz edən bir ədəd deşilmişkəsilmiş yarası kimi həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aid xəsarət yetirmiş, lakin bıçağın tiyəsinin uc hissəsi qırılaraq Zərərçəkmiş şəxs2 alın nahiyəsində qaldığından, Zərərçəkmiş şəxs1 həmin an özünə məxsus avtomaşından götürdüyü beysbol dəyənəyi ilə özünü və qardaşını aktiv müdafiə etdiyinə, hadisə baş vermiş yerin ətrafına çox sayda adam toplaşdığına və Zərərçəkmiş şəxs1la Zərərçəkmiş şəxs2 xəstəxanada vaxtında ixtisaslı tibbi yardım göstərildiyinə görə, Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 qəsdən öldürməyə yönəlmiş cinayət əməllərini başa çatdıra bilməyərək silah qismində istifadə edilən əşyadan istifadə etməklə qərəzli xuliqanlıq hərəkətləri etmiş, ictimai borcunu yerinə yetirməsi ilə əlaqədar və iki şəxsi qəsdən öldürməyə cəhd etmişdir. Birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs1 əməllərində Cinayət Məcəlləsinin 29,120.2.3, 29,120.2.7 və 221.3-cü maddələrində nəzərdə tutulan cinayətlərin tərkib əlamətlərinin olması sübuta yetirilsə də, onun əməlində Cinayət Məcəlləsinin 29,120.2.1, 29,120.2.2, 29,120.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayətin tərkib əlamətlərinin olması sübuta yetirilməməsi qənaətinə gəlmişdir. Eyni zamanda birinci instansiya məhkəməsi belə qənaətə gələrkən ona istinad etmişdir ki, Təqsirləndirilən şəxs2 Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 öldürmək niyyəti olmamış və o, qəsdən adam öldürmə cinayətinin törədilməsinə yönəlmiş heç bir hərəkət etməmişdir. Birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs2 Cinayət Məcəlləsinin 29,120.2.1, 29,120.2.2, 29,120.2.3, 29,120.2.4 və 29,120.2.7-ci maddələri ilə verilmiş ittihamla qəti şəkildə razılaşmamışdır ona görə ki, ibtidai istintaq orqanı Təqsirləndirilən şəxs2 bir qrup şəxs halında və xuliqanlıq niyyəti ilə və ictimai borcunu yerinə yetirməsi ilə əlaqədar, xüsusi amansızlıqla iki şəxsi qəsdən öldürməyə, yəni qəsdən həyatdan məhrum etməyə cəhd etməsi barədə nəticəyə gəlsə də, bu faktı təsdiq edəcək heç bir mötəbər sübut əldə etməmişdir. Hökmdən Təqsirləndirilən şəxs1 müdafiəçisi X5 apellyasiya şikayəti verərək Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli hökmünün ləğv edilməsini, Təqsirləndirilən şəxs1 əməlində yüngülləşdirici halları nəzərə alaraq onun əməlləri CM-nin 29, 123-cü maddəsi ilə tövsif edilərək həmin maddə ilə təqsirli bilinməsi haqqında yeni hökm çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Bakı Ağır Cinyətlər Məhkəməsinin həmin hökmü Təqsirləndirilən şəxs1 cəzalandırılması hissəsində hədsiz dərəcədə ağır, cinayət qanunvericiliyin tələblərinə zid olduğu kimi, həm də təqsirləndirilən şəxsin törətdiyi əməl AR CM-nin tələblərinə əsasən düzgün tövsif olunmamışdır. Təqsirləndirilən şəxs1 qəsədən adama öldürməyə cəhd etdiyi İttiham Orqanı tərəfindən irəli sürlüsə də birinci instanisya məhkəməsi sübut edə bilməmişdir. Lakin buna baxmayaraq birinci instanisya məhkəməsi onun qəsədən adam öldürməyə cəhd əməlini törətdiyini qəbul etmiş və AR CM-nin 29, 120.2.2. və digər maddələri ilə cəzalandırmışdır. Təqsirləndirilən şəxs1 başlatmadığı bir dava dalaş var idi və o, həmin dava dalaş olan yerə onun böyüməsinin qarşını almaq məqsədi ilə getmişdir. Dəfələrlə bu dava dalaşa son qoyulması ilə bağlı öz iradlaranı bildirmişdir. Lakin bu iradlar təəssüf ki, zərər çəkən şəxslər tərəfindən nəzərə alınmamışdır. Təqsirləndirilən şəxsin məqsədi qəsdən adama öldürməyə cəhd olmayıb, tamamilə özünü və övladını müdafiə etmək olmuşdurş. Lakin ehtiyatsız davranmış və zəruri müdafiə hədlərini aşmışdır. Bu səbəblə Təqsirləndirilən şəxs1 CM-nin 120-ci maddəsi ilə cəzalandırılması törətdiyi əmələ görə ağır bir cəzanın verilməsi olduğu kimi, ittiham tərəfinin də sübut edə bilmədiyi qəsdin qəbulu hesab olur. Məhkəmə dindirmələri vaxtı Təqsirləndirilən şəxs1 qəsdən adam öldürüməyə cəhd etdiyini ittiham orqanı sübut edə bilmədiyi kimi, “xuluqanlıq etmək üçün adama öldürməyə cəhd etdiyini”, “zərərçəkmiş şəxsin xidməti vəzifəsini və ya ictimai borcunu yerinə yetirməsi ilə əlaqədar onun özünü və ya yaxın qohumlarını öldürməyə cəhd etdiyini” də sübut edə bilmədi. Hökmdən cinayət-prossesual qanunvericiliyində nəzərdə tutulmuş qaydada dövlət ittihamçısı apellyasiya protesti verərək Bakı Ağır Cinayətlər Məhkəməsinin Təqsirləndirilən şəxs1 barəsində olan xx xxxxxx 2019-cu il tarixli hökmünün ləğv edilməsini, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 29,120.2.1, 29,120.2.2, 29,120.2.3, 29,120.2.4, 29,120.2.7 və 221.3-cü maddələri, Təqsirləndirilən şəxs2 CM-nin 60.1-ci maddəsinin tətbiqi ilə bağlı müddəaların hökmdən xaric olunmaqla onun CM-nin 29,120.2.1, 29,120.2.2, 29,120.2.3, 29,120.2.4, 29,120.2.7 və 221.2.1-ci maddələri ilə təqsirli bilinməsi, barələrində təqsirli bilinən maddələrin sanksiyası həddində və cinayətlərin məcmusu üzrə cinayət qanunvericiliyin tələblərinə uyğun azadlıqdan məhrum etmə cəzasının təyin olunması barədə yeni hökm çıxarılmasını xahiş etmişdir. Apellyasiyaprotesti onunlaəsaslandırılmışdırki, birinci instanisya məhkəməsi Məhkəmə hökmdə iş üzrə nəticəyə gəlməsi üçün mötəbər sübutlara əsaslanmasını göstərsə də, həmin sübut növlərinin nədən ibarət olmasını açıqlamamışdır. Belə ki, məhkəmə Şahid2, Zərərçəkmiş şəxs1, Şahid4la birlikdə x xxxxxx 2018-ci il, saat 12 radələrində yaşadıqları binanın həyətinə düşən Təqsirləndirilən şəxs2 binanın qarajına aparıb orada mübahisəni qızışdırmasını, Şahid2 Şahid3 sifət nahiyəsinə yumruqla zərbə endirdikdən sonra məsələnin daha da alovlanacağını başa düşən Zərərçəkmiş şəxs1 onları aralamasını hökmdə göstərsə də, bu nəticələrə hansı sübutlar əsasında gəldiyini əsaslandırmamışdır. Məhkəmə ittihamın təqdim etdiyi və sübut növü hesab olunan təqsirləndirilən şəxslərin, zərər çəkmiş şəxslərin, şahidlərin ifadələrini, ekspert rəylərini məhkəmədə tədqiq etsə də, iş üzrə əsassız nəticələrə gəlmişdir. Məhkəmə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 baş vermiş hadisənin törədilməsində təşəbbüskarı olmasını əsaslandırmağa çalışmış, hətda onun mübahisəni qızışdırmasını, Şahid2 Şahid3 sifət nahiyəsinə yumruqla zərbə endirdikdən sonra məsələnin daha da alovlanacağını başa düşən Zərərçəkmiş şəxs1 onları aralamasını hökmdə qeyd etmişdir. Lakin ittihamın təqdim etdiyi göstərilən sübutlardan görünür ki, məhkəmənin gəldiyi iş üzrə bu nəticə işin faktiki halları ilə ziddiyyət təşkil etmiş və beləliklə məhkəmənin hökmdə göstərdiyi bu hallar sübutlara yox, mülahizələrə əsaslanmışdır. Məhkəmənin fikrincə, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 xx xxxxxx 2019-cu il tarixdə ibtidai istintaq zamanı verdiyi ifadəsinin Təqsirləndirilən şəxs1 onun kürəyindən vurarkən Təqsirləndirilən şəxs2 Zərərçəkmiş şəxs1 qollarından tutması hissəsi şübhəlidir, mötəbər hesab oluna bilməz, çünki cinayət işi x xxxxxx 2018-ci ildə başlanandan sonra Zərərçəkmiş şəxs1 dəfələrlə, yəni x xxxxxx 2018ci, xx xxxxxx 2018-ci, xx xxxxxx 2018-ci, xx xxxxxxxx 2018-ci, xx xxxxxxx 2018-ci, x xxxxxx 2018-ci il tarixlərdə dindirilsə də, Təqsirləndirilən şəxs2 onun qollarından tutması və bu zaman Təqsirləndirilən şəxs1 onu vurmasını heç bir ifadəsində göstərməmiş, Zərərçəkmiş şəxs1 xx xxxxxx 2019-cu il tarixli ifadəsindən təxminən bir ay əvvəl xx xxxxxx 2019-cu il tarixdə Təqsirləndirilən şəxs2 təqsirləndirilən şəxs qismində dindirilərkən müstəntiq ona bir ay sonra verəcəyi ifadəsində göstərilən hallarla bağlı ifadəsinə istinad edərək sual vermiş, bunlar da sübutların toplanılması zamanı cinayət prosessual qanunvericiliyin tələblərinin pozulmasına gətirib çıxarmışdır. İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs1 CM-nin 29,120.2.1, 29,120.2.2, 29, 120.2.3, 29,120.2.4, 29, 120.2.7 və 221.3-cü maddələri ilə ittiham verildiyi halda, məhkəmənin onunu əməlini CM-nin 29, 120.2.3, 29, 120.2.7 və 221.3-cü maddələri ilə tövsif etməsi, CM-nin 29, 1202.2.1, 29,120.2.2 və 29,120.2.4-cü maddələri ilə isə bəraət verilməsi əsassız olmuşdur. Təqsirləndirilən şəxslərin törədilmiş cinayət əməlləri qəsdən törədilmiş, yəni təqsirli şəxslər cinayət əməlin törədilməsinin ictimai təhlükəli olduğunu dərk edib belə əməli törətməyi arzu etmişlər. Odur ki, təqsirləndirilən şəxslərin cinayəti hadisələrin təsadüfi axarı zəminində yox, qəsdən törətdiyindən, onların barəsində Azərbaycan Respublikası CM-nin 59.1.1-ci maddəsində nəzərdə tutulan hallar tətbiq oluna bilməz. Belə olan halda, məhkəmənin təqsirləndirilən şəxslərin ilk dəfə məhkum olunmalarını cəzanı yüngülləşdirən hal kimi nəzərə alması əsassız olmuşdur. Bundan əlavə, məhkəmə təqsirləndirilən şəxslərin yaşayış yerindən müsbət xarakterizə olunmalarını göstərsə də, həmin xasiyyətnamələri hökmdə tədqiq etməmiş, təqsirləndirilən şəxslərin şəxsiyyətini səciyyələndirən hansı halları, onların hansı cəhətlərinə görə müsbət xarakterizə olunmaları və bunun nədə ifadə olunması, onlarınşəxsiyyətini əhəmiyyətli dərəcədə müsbət mənada ehtiva edən hansı cəhətlərin olmasını və müsbət xarakterizə olunmada cəzanı yüngülləşdirməyə imkan verən amilin nə olmasını hökmündə əsaslandırmamışdır. Məhkəmə kollegiyası iş materiallarını öyrənib, apellyasiya şikayətinin və apellyasiya protestinin dəlillərini müzakirə edib, tərəflərin çıxışlarını dinləyib hesab edir ki, apellyasiya şikayəti və apellyasiya protesti təmin edilməməli, birinci instanisya məhkəməsinin hökmü dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası CPM-in 397-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Məhkəmə kollegiyası hesab edir ki, ibtidai araşdırma zamanı qanuni üsullarla toplanmış sübutları məhkəmə iclasında tam, hərtərəfli və obyektiv araşdırmış birinci instansiya məhkəməsi iş üçün əhəmiyyət kəsb edən bütün halları tam aydınlaşdıraraq Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 təqsirlərini onların özlərinin qismən etirafı ilə yanaşı iş üzrə proses iştirakçılarının ifadələri, ekspert rəyləri və cinayət işinin materialları ilə tam təsdiq olunmuş, onların əməllərinin cinayət olmasını aradan qaldıran hallar, habelə onların cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar müəyyən edilməməsi nəticəsinə gəlmiş və Təqsirləndirilən şəxs1 əməllərini ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin CM-nin 29, 120.2.1, 29,120.2.2 və 29, 120.2.4-cü maddələri ilə bəraət verməklə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 120.2.3, 29, 120.2.7 və 221.3-cü maddələri ilə, Təqsirləndirilən şəxs2 əməllərini ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin CM-nin 29,120.2.1, 29,120.2.2, 29,120.2.3, 29,120.2.4 və 29,120.2.7-ci maddələri ilə bəraət verilməklə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə düzgün tövsif etmişdir. Apellyasiya şikayəti və apellyasiya protestinin cəza ilə bağlı müddəalarına gəldikdə məhkəmə kollegiyası qeyd edir ki Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə kollegiyası müdafiəçi X2 Təqsirləndirilən şəxs1 ağır cəza təyin edilməsi ilə bağlı dəlillərinə, eyni zamanda dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protestində Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 yüngül cəza təyin edilməsi ilə bağlı dəlillərinə münasibətdə qeyd etməyi zəruri hesab edir ki, apellyasiya şikayətində və apellyasiya protestində göstərilən bu dəlillər məhkum Təqsirləndirilən şəxs1 cəza təyin edilərkən birinci instansiya məhkəməsi tərəfindən nəzərə alınmış və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 120.2.3, 29, 120.2.7 və 221.3-cü maddələri ilə Təqsirləndirilən şəxs1 barəsində, həmçinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə Təqsirləndirilən şəxs2 barəsində cəza tədbiri seçilməsi məsələsini müzakirə edərək məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi öz hökmündə bu məsələnin həlli zamanı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü, 61.1.1 və 61.1.10-cu maddəsinin tələblərinə müvafiq olaraq törədilən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən halları, cəzanı ağırlaşdıran halların olmasını əsas götürərək məhkum Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ittiham olunduqları maddələrin sanksiyası həddində, şəxsiyyətlər və törətdikləri əmələ uyğun, qanuni və ədalətli cəza təyin etmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinin tələblərinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Beləliklə, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 120.2.3, 29, 120.2.7 və 221.3-cü maddələri ilə, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə məhkum edilmələrinə dair Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli hökmünün qanuniliyi və əsaslılığını yoxlayaraq hesab edir ki, hökm qanuni və əsaslıdır, hökm qəbul edilərkən hər hansı bir maddi və ya prosessual hüquq normasının tələbləri pozulmamışdır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Van de Hark Niderlanda qarşı işində məhkəmə 51(b)-ci bəndində qeyd etmişdir ki, ədalətli məhkəmə araşdırması hüququ tələb edir ki, məhkəmə çıxardığı qərarları əsaslandırsın. Bu o demək deyil ki, tərəflərin irəli sürdüyü hər bir arqumentə ətraflı cavab verilməlidir. Şərh olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti və apellyasiya protesti əsassız olduğundan təmin edilməməlidir. Yuxarıda göstərilənləri, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 397.1; 397.2; 398.1.1 və 407-409-cu maddələrini rəhbər tutaraq Bakı Apelyasiya Məhkəməsinin Cinayət kollegiyası QƏRARA ALDİ: Təqsirləndirilən şəxs1 müdafiəçisi X5 tərəfindən verilmiş apellyasiya şikayəti və dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı1 tərəfindən verilmiş apellyasiya protesti təmin edilməsin. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 120.2.3, 29, 120.2.7 və 221.3-cü maddələri ilə, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə məhkum edilmələrinə dair Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli hökmü Təqsirləndirilən şəxs1 müdafiəçisi X5 tərəfindən verilmiş apellyasiya şikayəti və dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı1 tərəfindən verilmiş apellyasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Yekun qərar qəbul edildiyi andan qüvvəyə minir. Yekun qərardan Azərbaycan Respublikası CPM-in 410-cu maddəsində nəzərdə tutulmuş müddətlərdə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər.
Məhkəmə qərarları › İş №1(103)-100/2020
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №1(103)-100/2020
31.01.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver