Məhkəmə qərarları › İş №1(103)-100/2023

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №1(103)-100/2023

10.08.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(103)-100/2023 10.08.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X11 Firdovsi oğlunun sədrliyi və məruzəsi ilə, Abbasov Mirzəli Əbdüləli oğlu və Qaraqurbanlı Ramin Afad oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Qədirov Şahrud Rafiq oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarənin apellyasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X1, zərərçəkmiş şəxs (mülki iddaçı) Zərərçəkmiş şəxs, məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs, onun müdafiəçisi – Bakı şəhəri 20 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.3.2-ci maddəsi ilə məhkum olunmasına dair Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)- 915/2022 saylı, 09 sentyabr 2022-ci il tarixli hökmündən məhkum edilmiş şəxsin müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında qapalı məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-915/2022 saylı, 09 sentyabr 2022-ci il tarixli hökmü ilə (sədrlik edən hakim Zeynal Ağayev, hakimlər Azad Məcidov və Səbuhi Hüseynov) xx.xx.1996-cı il tarixdə Lənkəran şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, Lənkəran şəhəri, Nəsimi küçəsi, nömrəsiz fərdi yaşayış evində yaşamış, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Pentensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.3.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 12 (on iki) il 6 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Cəzasının ciddi recimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin başlanğıcının tutulduğu vaxtdan – 04 noyabr 2021-ci il tarixdən hesablanması, Zərərçəkmiş şəxs tərəfindən verilmiş mülki iddianın təmin edilməklə, 39980 (otuz doqquz min doqquz yüz səksən) manat məbləğində pulun Təqsirləndirilən şəxs alınaraq Zərərçəkmiş şəxs verilməsi hökm edilmişdir. Birinci instansiya məhkəməsinin hökmünə əsasən Təqsirləndirilən şəxs külli miqdarda əmlak əldə etmək məqsədi ilə zərərçəkmiş şəxsin haqqında rüsvayedici məlumatlar yayma hədəsi ilə özgənin külli miqdarda əmlakını hədə-qorxu ilə tələb etmişdir. Belə ki, Təqsirləndirilən şəxs özgənin külli miqdarda əmlakını hədə-qorxu ilə tələb etmək məqsədi ilə Zərərçəkmiş şəxs ilə cinsi əlaqədə olmasını özündə əks etdirən intim videoları yayacağı hədəsi ilə 2021-ci ilin fevral ayından 04 noyabr 2021-ci il tarixədək olan müddət ərzində Zərərçəkmiş şəxs külli miqdarda, yəni 54.000 manat məbləğində pulu hədə-qorxu ilə tələb emiş, ilk dəfə 2021-ci ilin fevral ayında ünvan 1 ünvanın qarşısında həmin dövrün məzənnəsinə görə 25.500 manat təşkil edən 15.000 ABŞ dolları, 2021-ci ilin aprel ayında Bakı şəhəri, Nərimanov rayonu ərazisində yerləşən X8 yaxınlığında həmin dövrün məzənnəsinə görə 11.900 manat təşkil edən 7.000 ABŞ dolları, 2021-ci ilin sentyabr ayında ünvan 1 ünvanın qarşısında 3.600 manat olmaqla, ümumilikdə Zərərçəkmiş şəxs məxsus 41.000 manat pul vəsaitini vahid niyyətlə əhatə olunan qəsdlə ələ keçirmiş, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə ünvanlanmış müraciəti əsasında həmin Baş İdarənin əməkdaşları tərəfindən 02 mart 2022-ci il tarixdə saat 13:35-də həyata keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs hədə-qorxu ilə tələb etdiyi sonuncuya DİN-in əməliyyat xərcləri üçün nəzərdə tutulmuş pul ehtiyatı fondundan seriya və nömrələri protokola qeyd olunmaqla verilmiş, həmin günün məzənnəsinə görə 11.900 manat təşkil edən 7.000 ABŞ dolları məbləğində pul vəsaitini ələ keçirib hadisə yerindən uzaqlaşarkən, saat 13:53-də Bakı şəhəri, Nərimanov rayonu, F.X.Xoyski prospekti 14 ünvanının yaxınlığında BMCMİ-nin əməkdaşları tərəfindən saxlanılaraq, Baş İdarəyə dəvət olunub şəxsi axtarış keçirilərkən qeyd olunan pul vəsaiti onun şalvarının sol yan cibindən aşkar edilərək götürülmüşdür. Məhkəmənin hökmündən məhkum edilmiş şəxsin müdafiəçisi Müdafiəçi apellyasiya şikayəti verib, Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-915/2022 saylı, 09 sentyabr 2022-ci il tarixli hökmünün qanunsuz olduğundan ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə öz hökmünü yalnız təqsirləndirilən şəxsin məhkəməyəqədərki istintaq dövründə verdiyi ifadə ilə əsaslandırmış, təqsirləndirilən şəxsin məhkəmə prosesi zamanı verdiyi ifadələrini nəzərə almamışdır. Halbuki, təqsirləndirilən şəxsin bildirdiyinə görə məhkəməyəqədərki istintaq dövründə polis əməkdaşları tərəfindən fiziki və psixoloci işgəncələrə məruz qalaraq, etirafedici izahat verməyə məcbur edilmişdir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə təqsirləndirilən şəxs qismində dindirilərkən, BMCMİ-nin əməkdaşları tərəfindən döyülərək işgəncəyə məruz qalması və əsassız olaraq cinayət məsuliyyətinə cəlb edilməsinə dair Nərimanov prokurorluğuna müraciət etmişdir. Nərimanov Rayon prokurorluğunun 03 fevral 2022-ci il tarixli qərarı ilə cinayət işinin başlanılması rədd edilmişdir. Qeyd edilən qərardan məhkəmə nəzarəti qaydasında şikayət verilmiş və Nərimanov Rayon Məhkəməsinin 6(005)-78/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə Nərimanov Rayon prokurorluğunun qeyd edilən qərarı qanunsuz hesab edilərək ləğv edilmiş və yenidən araşdırılmanın davam etdirilməsi qərara alınmışdır. Təqsiriəndirilən şəxs işgəncə verilərək ifadə verməyə məcbur edildiyini dəfələrlə məhkəməyəqədərki istintaq dövründə və məhkəmə iclasları zamanı bildirsə də, qeyd edilən bu hallar araşdınlmamışdır. Göründüyü kimi, ittihamın əsasını təşkil edən təqsirləndirilən şəxsin verdiyi etirafedici ifadənin işgəncə altında verilməsinə dair əsaslı şübhələr var, təqsirləndirilən şəxsin bu dəlili araşdırılmamış, birinci instansiya məhkəməsi bu xüsusatın araşdırılmasına təşəbbüs belə göstərməmişdir. Belə olan halda həmin ifadələrin mötəbərliyliyi və düzgünlüyü şübhə altında qalmış olur. Ona görə də, təqsirləndirilən şəxsin işgəncə altında məhkəməyəqədərki verdiyi ifadələrin əks olunduğu 05 noyabr 2021 -ci il tarixli təqsirləndirilən şəxsin dindirilməsi protokolu (cild l,səh 95) sübutlar siyahısından çıxarılmalı idi. İş materillannda olan (cild İ, səh 73-77) “zərərçəkmişin şəxsin dindirilməsi haqqında’’ protokoldan görünür ki, Zərərçəkmiş şəxs verdiyi ifadəyə görə o, Təqsirləndirilən şəxs 2020-ci ilin noyabr ayından etibarən tanımışıdır. Oğlunun mülaicəsi ilə əlaqədar olaraq "NBC Bank”-a 46.000 manat kredit borcu yaranmış və buna görə də yaşadığı binanın birinci mərtəbəsində yerləşən 31 kvadrat metr sahəsi olan qeyri- yaşayış sahəsini satışa çıxarmışdır.Həmin sahənin satılması ilə bağlı instagram və Facebook və s. sosial şəbəkələrə məlumat yerləşdirmiş, bu zaman özünü makler kimi təqdim edən Təqsirləndirilən şəxs həmin qeyri-yaşayış sahəsinin satılmasında aktiv iştirak etmişdir. O, Zərərçəkmiş şəxs nömrəsini götürərək müştəriləri tapıb ona zəng edərək, həmin qeyri-yaşayış sahəsini müştərilərə göstərmiş, bununla da onların arasında tanışlıq yaranaraq,işgüzar münasibətləri olmuşdur. Mobil telefon vasitələri tədqiqat üçün ekspertizaya göndərilməmiş və vəsatətin icrası təmin edilməmişdir. Halbuki, ittihamın əsasını təşkil edən sübut olan videogörüntünün təqsirləndirilən şəxs tərəfindən zərərçəkmişə, yoxsa zərərçəkmiş şəxs tərəfindən tənsirləndirilən səxsə göndərilməsi müəyyən oluna bilərdi, zərəçəkmiş şəxs məhkəməyə qədərki istintaq dövründə verdiyi ilk ifadəsində Təvəkkülün ondan ilk dəfə hədə-qorxu ilə ilk dəfə 2021-ci il fevral ayında pul istədiyini bildirmişdir. Lakin iş materillannda olan Zərərçəkmiş şəxs məxsus yarıçılpaq fotoşəkillər sonuncu tərəfindən təqsirləndirilən şəxsə “whatsapp” proqramı üzərindən 2021-ci ilin mart ayında göndərilmişdir. Belə olan halda 2021-ci ilin fevral ayından Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs hədə-qorxu ilə pul tələb etməsi, daha sonra yəni 2021-ci ilin mart ayında sonuncu tərəfindən yanıçılpaq foto şəkillərin təqsirləndirilən şəxsə göndərilməsi ağlabatan deyil. Bu halların müəyyən ediləməsi üçün də yuxarıda qeyd edilən vəsatət verilsə də, məhkəmə vəsatəti icra etməyərək bu hallan araşdırmamışdır. Məhkəmə kollegiyasının iclasında məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi birinci instansiya məhkəməsinin hökmünün ləğv edilməsini və məhkum barəsində bəraət hökmünün çıxarılmasını xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında zərərçəkmiş şəxs (mülki iddaçı) Zərərçəkmiş şəxs apellyasiya şikayətinin təmin edilmədən, hökmün dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Dövlət ittihamçısı X4 məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətinin təmin edilmədən, hökmün dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyası cinayət işinin materiallarını araşdırıb apellyasiya şikayətinin və apellyasiya şikayətinə əlavənin dəlillərini müzakirə edərək, dövlət ittihamçısının və müdafiə tərəfinin çıxışlarını dinləyib belə hesab edir ki, aşağıdakı əsaslara görə apellyasiya şikayəti təmin edilməməli, Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)- 915/2022 saylı, 09 sentyabr 2022-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisinin apellyasiya instansiya məhkəməsindəki icraatı zamanı göstərdikləri cinayət işi üzrə toplanmış biri digərini tamamlayan sübutlarla (özünün ibtidai istintaq zamanı cinayəti etiraf ifadələri, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, ekspertiza rəyləri və s.) təkzib edildiyindən, məhkəmə kollegiyası həmin məlumatların həqiqətə uyğun olmayan, müdafiə xarakterli olduğunu vurğulayır və hesab edir ki, məhkum bu cür fikirlər söyləməklə məsuliyyətdən qurtulmaq və törətmiş olduğu cinayət əməlinə görə nəzərdə tutulan cəzadan yayınmaq məqsədi daşıyır. Birinci instansiya məhkəməsində məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona verilən ittiham üzrə özünü təqsirli bilməyərək, ifadəsində göstərmişdir ki, özü fotostudiyada fotoqraf işləmiş, əvvəllər fotostudiyadanın rəhbəri olmuş, lakin pandemiyadan sonra fotostudiyada fotoqraf kimi fəaliyyət göstərmiş, onun heç kimə pul borcu olmamışdır. Zərərçəkmiş şəxs sosial şəbəkə olan «İnstegram»da tanımış və onunla müəyyən yazışmaları olmuşdur. Əvvəlcə Yulduzla danışanda sonuncu ona yaşının 40 olduğunu demiş, sonuncu ilə tanış olandan bir neçə gün sonra Milli Elmlər Akedemiyasının qarşısında görüşmüşlər. Həmin vaxtı Yulduzun yaşının çox olduğunu görüb, onunla çox ünsiyyət qurmamış və qısa danışaraq ayrılıb getmişdir. Həmin vaxtdan sonra Yulduz ona yenə mesaclar yazmış, lakin o, Yulduzun mesaclarına cavab verməmişdir. Sonra Yulduz ona yenə mesac yazaraq, özünə məxsus Bakı şəhəri, Xətai rayonu ərazisində yerləşən 31 kvadrat metr sahəsi olan qeyri-yaşayış sahəsini satışa çıxardığını, həmin obyektin satılmasında ona kömək etməsini demişdir. O da obyektinin fotolarını çəkərək öz «İnstegram» səhifəsinə yerləşdirib, obyektin satılmasında Yulduza köməklik etmişdir. Yulduz söz vermişdir ki, obyekt satılanda ona pul verəcəkdir. O, internetdə obyekti satışa çıxarmış, Yulduz da bununla bağlı pul vermişdir. Yulduz arada ona müəyyən xərclik üçün pullar vermiş, sonra onların arasında qarşılıqlı razılaşma ilə intim əlaqə olmuşdur. İntim əlaqə zamanı Yulduz özü ona demişdir ki, intim əlaqələrini telefonla videogörüntüyə alsın, sonralar Yulduz özü həmin videoya həzz almaq üçün baxacaqdır. O, həmin videonu gizli yolla çəkməmiş, Yulduzun videonun çəkilməsindən xəbəri və razılığı olmuşdur. O, Yulduzdan heç vaxt hədə-qorxu yolu ilə pul tələb etməmişdir. Birinci dəfə Yulduz ona 2021-ci ilin fevral ayının 01-də 6000 ABŞ dolları pul vermiş, həmin vaxt onun obyekti satılmış və həmin pulu obyektin satışı ilə bağlı vermişdir. Sonra onun doğum günü fevral ayının 10-da olmuş, Yulduz da doğum günü hədiyyəsi olaraq 4000 ABŞ dolları pul ona vermişdir. Sonra Yulduzdan 5000 və 3000 ABŞ dolları olan cəmi 8000 ABŞ dollarını hədəqorxu yolu ilə yox, borc olaraq almışdır. Həmin borc aldığı pulu da fotoqraf işini genişlətmək üçün almış, Yulduzun da bundan xəbəri olmuşdur. Yulduzdan borc istəməyi və aldıqdan sonra da ona minnətdarlıq etməyi ilə bağlı da telefonunda yazışmalar olmuşdur. Həmin yazışmalarda borcunu da nə vaxt qaytaracağı ilə bağlı da Yulduza bildirmişdir. Sonralar yəni, 2021-ci ilin avqust ayında Yulduz ona bir neçə dəfə telefonla zəng etmiş, lakin o, Yulduzun zənglərinə cavab verməmişdir. Yulduzla görüşmədiynə görə Yulduz ona qarşı əsəbi olub bildirmişdir ki, onunla görüşmədiyi üçün onun başına oyun açacaq. 2021-ci ilin sentyabr ayında isə Yulduz ona yazışmalarda bildirmişdir ki, onu özü ilə X3 uzunmüddətli yaşamaq üçün aparmaq istəyir. O, isə Yulduzla razılışmamış, Yulduza demişdir ki, onun foto ilə bağlı müəyyən layihələri var və onları həyata keçirməlidir. Yulduz isə ona demişdir ki, onun həmin layihədən qazandığı pulu ona verəcək, yetər ki, onunla X3 getsin. O, da qəti etiraz etdiyi üçün Yulduzla aralarında telefonda mübahisələr yaranmış və o, Yulduzdan ayrılmağa qərar vermişdir. Yulduz ona demişdir ki, «sən mənimlə xarici ölkəyə getməyə gəlmədin, həm də mənimlə intim əlaqədə də olmursan, gör mən sənin başına necə oyunlar açacam». Noyabr ayında o, avtomobili ilə qəza törətdiyi üçün avtomobilin təmiri ilə əlaqədar Yulduzdan borca pul istəmişdir. Yulduz da demişdir ki, Bakı şəhər Nərimanov rayonu ərazisində yerləşən «Akcess Bank» dan kreditə pul götürəcək, həmin yerə gəlsin ki, pulu ona versin. O, da Yulduzun dedyi yerə getmiş, Yulduz ona pulu verəndən sonra aralanıb öz maşını ilə hərəkətdə olan zaman 428 nömrəli avtomaşında xidmət aparan Baş Dövlət Yol Polisi əməkdaşı onun avtomobilini saxlatdırmış, sonra BMCMİ-nin əməkdaşları olan polislər ona yaxınlaşaraq və onu döyərək, zorla maşınlarına oturdub, BMCMİ-nə aparmışlar. Həmin vaxt ərazidə olan kameralara da həmin an düşmüşdür. O, hansı polisin onu vurduğunu görə bilməmiş, çünki həmin vaxt başı aşağı vəziyyətdə olmuşdur. Onu saxlayan BMCMİ-nin polisləri 4 nəfər olmuşlar, onu BMCMİ-nə aparıb, onu yenə döyərək məcbur etmişlər ki, Zərərçəkmiş şəxs külli miqdar hədə-qorxu ilə pul tələb etməyi barədə ifadələr versin. Onu BMCMİ-də polislər işgəncə otaqlarına aparmışlar, orada müəyyən işgəncə aparatlarını ona göstərərək onların dediyi kimi ifadələr vermədiyi təqdirdə ona işgəncələr verəcələrini bildirmişlər. O, da məcbur qalıb polislərin dedikləri kimi ifadələr vermiş, Yulduzdan pulu hədə-qorxu yolu ilə aldığını qeyd etmişdir. Yulduz ona əvvəlcə verdiyi 6000 ABŞ dollarını obyektini satmaqda kömək etdiyi üçün, 4000 ABŞ dollarını ad gününə hədiyyə olaraq olaraq vermiş, 5000 və 3000 olan cəmi 8000 ABŞ dollarını isə Yulduzdan borc olaraq almışdır. Yulduzdan aldığı borc pullara görə aralarında olan telefon yazışmalarında Yulduza öz minəttdarlığını da bildirmişdir. BMCMİ-də onun hüquqları pozulmuş, ona müdafiəçilərin siyahısı təqdim olunmamış, ona təqdim olunan müdafiəçinin istəyib istəmədiyi ondan soruşulmamış və müdafiəçini özü seçməmişdir. Özünün vəkil tutmağa imkanı olsa da, buna imkan verməmişlər, ailəsinə zəng etməyə qoymamışlar, vəkil gəlmədən əvvəl bir dəfə video çəkiliş etmişlər, vəkil gələndən sonra da təkrar çəkiliş aparılmışdır. Halbuki, ibtidai istintaq zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ifadəsində bildirmişdir ki, o, Zərərçəkmiş şəxs ilə 2020-ci ilin oktyabr-noyabr aylarında “İnstaqram” sosial şəbəkəsi vasitəsi ilə tanış olmuşdur. Yulduz özünə məxsus Bakı şəhəri, Xətai rayonu ərazisində yerləşən 31 kvadrat metr sahəsi olan qeyri-yaşayış sahəsini satışa çıxarmışdır. O, həmin obyektin satışı ilə bağlı aktiv hərəkətlər etmiş, Yulduz da bunu görmüşdür. Həmin vaxtlar Yulduzla işgüzar münasibəti olmuş, Yulduzun ondan yaşca çox böyük olduğunu bilmişdir. Həmin ərəfələrdə Yulduzla cinsi əlaqədə olmağı qərara almış, ona görə də bu məqsədlə Bakı şəhəri, Nəsimi rayonu, Mirəli Qaşqay küçəsində, X6 Səfirliyinin yaxınlığında günlük iki otaqlı mənzil kirayəyə götürmüşdür. Sonralar Yulduzla görüşüb qeyd olunan mənzilə gedərək onunla öz razılığı ilə cinsi əlaqədə olmuşdur. Cinsi əlaqədə olmalarını əvvəlki telefonuna çəkib özündə saxlamışdır. Bundan bir neçə gün sonra Yulduz özü də intim şəkillərini çəkib ona göndərmiş, ona görə də video və fotolar telefonunda qalmışdır. 2021-ci ilin fevral ayında borcları olduğundan maddi çətinlik çəkdiyi üçün Yulduza müraciət edib, 25.000 ABŞ dolları pul istəmişdir. Yulduz isə pulu verə bilmyəyəcəyini dedikdə, o, videoları Yulduza göstərib bildirmişdir ki, əgər ona pul verməsə, həmin rüsvayedici məlumatları oğluna və sosial şəbəkəyə göndərəcək, Yulduz isə qorxub pul verə biləcəyini demişdir. 2021-ci ilin fevral ayında Yulduz yaşadığı evinin qarşısında ona 15.000 ABŞ dolları pul vermişdir. İkinci dəfə Yulduzdan eyni adla pul tələb etdikdə, sonuncu Bakı şəhəri Nərimanov rayonu ərazisində yerləşən X8 yaxınlığında 7.000 ABŞ dolları, axırıncı dəfə isə 2021-ci ilin sentyabr ayında 3.600 manat vermişdir. Beləliklə də Yulduzdan hədə-qorxu gəlməklə 41.000 manat pul alıb borclarını ödəmişdir. 01 noyabr 2021-ci il tarixdə ona yenidən 13.000 manat pul lazım olduğundan Yulduz ilə danışıb həmin məbləğdə pulu tələb etmişdir. Yulduz isə demişdir ki, özündə pul yoxdur, Gəncə şəhərinə gedib qohumlarından pul toplayıb gətirmək üçün ona iki gün lazımdır. O, Yulduza vaxt vermiş, lakin Yulduz Gəncədən əli boş qayıtdıqda o, kəskin olaraq ondan pul gətirməsini tələb etmiş, Yulduz da bankdan kredit götürüb verəcəyinə söz vermişdir. 04 noyabr 2021-ci il tarixdə Yulduz onu Bakı şəhəri Nərimanov rayonu Təbriz küçəsində yerləşən “Access Bank”ın qarşısına çağırmışdır. Həmin gün saat 13:35 radələrində Yulduzun dediyi yerə gedib görüşmüş, həmin vaxt Yulduz ona 7.000 ABŞ dolları məbləğində pul tapa bildiyini deyərək həmin pulu ona vermişdir. O da pulları sayıb cibinə qoyaraq ondan ayrılmışdır. Təxminən 20 dəqiqə sonra Gənclik metrosunun yaxınlığında olduğu zaman polis əməkdaşları onu saxlayıb Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə aparmışlar. İdarədə onun hüquqlarının müdafiəsi məqsədi ilə vəkil təqdim olunmuşdur. Ardınca videoçəkilişdən istifadə edilməklə üzərinə şəxsi axtarış keçirilməsinə başlanılmışdır. O, vəkilə və şəxsi axtarışın keçirilməsinə etiraz etməmişdir. Bundan sonra ona seriya nömrələri məlum olan, kserosurətləri çıxarılmış pul əskinaslarının Yulduz tərəfindən ona verilib-verilmədiyi soruşulmuşdur. O, pulların ona verildiyini bildirib əynində olan şalvarının cibindən 70 ədəd 100 ABŞ dolları pul əskinasları olmaqla 7.000 ABŞ dolları pulu çıxarıb Zərərçəkmiş şəxs tərəfindən ona verildiyini bildirmişdir. Həmçinin özünə məxsus “İphone 12 Pro” modelli mobil telefonu təqdim edib yaddaşında Zərərçəkmiş şəxs barəsində rüsvayedici məlumatların olduğunu bildirmişdir. Birinci instansiya məhkəməsində məhkəmə iclasında zərər çəkmiş şəxs qismində ifadə vermiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs 2020-ci ilin noyabr ayından tanımışdır. Mərhum oğlu Zaur qaraciyər xəstəsi olmuş və onun müalicəsi ilə bağlı “NBC Bank”dan külli miqdar kredit götürmüşdür. Həmin kreditin bir hisəsini bağ evini satıb ödəmiş, lakin bir hissəsi ödənilməmiş qalmışdır. Qalan kredit borcunu ödəmək üçün yaşadığı binanın 1-ci mərtəbəsində yerləşən özünə məxsus 31 kvadrat metr sahəsi olan qeyri-yaşayış sahəsini satışa çıxarmışdır. Obyektin tez satılması məqsədi ilə şəkilləri “İnstagram”, “Facebook” və sair sosial şəbəkələrə yerləşdirmiş, Təvəkkül də ona həmin sosial şəbəkədə yazaraq, obyektin satılması üçün aktiv kömək etməyə çalışmışdır. Təvəkkül onunla telefonla danışmış, hətta obyektə baxmaq üçün müştəri də gətirmişdir. 2020-ci ilin noyabr ayının sonlarında Təvəkkül ilə görüşdüklərində mərhum oğlu ilə bağlı Təvəkkülə danışanda kövrəlmiş, Təvəkkül də onu təsəlli etmək üçün qucaqlamışdır. Sonra Təvəkkül ilə aralarında könüllü intim münasibəti olmuşdur. Lakin Təvəkkülün həmin intim əlaqəni video görüntüyə almasından xəbəri olmamışdır. 2021-ci ilin fevral ayında Təvəkkül ona demişdir ki, pandemiya ilə bağlı pulu yoxdur, hansısa bir iş qurmaq istəyir və buna görə də pul ona lazımdır. O isə pulunun olmadığını Təvəkkülə demiş, Təvəkkül isə ona demişdir ki, onda intim əlaqələrinin videosu var, əgər ona pul tapıb verməsə həmin cinsi əlaqənin video görüntüsünü onun oğluna və yaxınlarına göndərəcəkdir. Sonra videonun bir hissəsini ona “Whatsap” vasitəsi ilə göndərmiş, o da Təvəkkülün video barədə düz danışdığını görmüşdür. Təvəkkül ona demişdir ki, əgər pul verməsə, oğluna və oğlunun dostlarına həmin videonu göndərəcək. Təvəkkül əvvəlcə ondan 25.000 ABŞ dolları pul istəmiş, o da məcbur qalıb rəfiqəsi Təranədən 6000, 4000, və 5000 ABŞ dolları borc alaraq cəmi 15.000 ABŞ dollarını Təvəkkülə vermişdir. Sonralar özü obyekti satmışdır. Təvəkkül yenə 2021-ci ilin aprel ayının əvvəlində yenə hədə-qorxu gələrək 7.000 ABŞ dolları, 2021-ci ilin sentyabr ayında 3.600 manat pul almışdır. Təvəkkül hər dəfə pulu alandan sonra ona demişdir ki, «çox sağol, sən mənə kömək etmisən, heç dostlarımın mənə etmədiklərini etmisən», lakin Təvəkkül pulu alandan sonra yenə də öz əməllərinə davam edir və ondan videoya görə hədə-qorxu ilə pul tələb edirmiş. Sonra Təvəkkül ondan 01 noyabr 2021-ci il tarixdə yenə 13.000 manat pul tələb etmiş və verməyəcəyi təqdirdə video görüntünü bütün qohumlarına, tanışlarına göndərəcəyini və sosial şəbəkələrdə yayacağını demişdir. O, Təvəkküldən 2 gün vaxt istəmiş və pulu Gəncə şəhərindən gedib gətirəcəyini demişdir. O, Gəncə şəhərinə getmiş, lakin pul tapmayıb Bakı şəhərinə qayıtmışdır. İşdən çıxdığı zaman Təvəkkül onun qarşısına çıxıb onu maşınına mindirmiş, və bir çox qohumlarımın adını çəkərək pul vermədiyi təqdirdə videonu qohumlarına göndərəcəyini demişdir. O, evə gedəndən sonra Amerikada yaşayan qızı ilə telefonla danışıb vəziyyəti ona danışmışdır. Qızı da təvəkkülün əməllərini dayandırmayacığını və onun barəsində polis orqanlarına şikayət etməyini demişdir. Bundan sonra o anlamışdır ki, polisə şikayət etməsə Təvəkkül ondan əl çəkməyəcək və hədə-qorxu ilə ondan mütəmadi olaraq pul tələb edəcəkdir. O da 04 noyabr 2021-ci il tarixdə səhər saatlarında Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə yaxınlaşıb baş verən hadisə barədə məlumat vermişdir. Onun ərizəsi qeydə alınmış və nömrələri qeyd edilərək, kserosürətləri çıxarılmış 70 ədəd 100 ABŞ dolları pul əskinasları ona təqdim olunmuşdur. Həmin pul vəsaitini polis əməkdaşlarından təhvil alandan sonra Təvəkkülə zəng edib pulun hazır olduğunu demiş və Bakı şəhəri Nərimanov rayonu, Təbriz küçəsində yerləşən “Access” Bankın qarşısında olduğunu bildirmişdir. Həmin gün saat 13:35 radələrində Təvəkkül həmin yerə gəlib ondan 7.000 ABŞ dolları pulu götürmüş və pulu sayaraq və əksik olduğunu demişdir. O, da pulun bu qədər olduğunu demiş, sonra Təvəkkül pulu götürüb getmişdir. Həmin gün onu polislər Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə dəvət ettmişlər, Təvəkkülü də həmin idarədə görmüşdür. Təvəkkülün üzərinə videogörüntü ilə baxış keçrilmiş, Təvəkkül ona qarşı etdiyi hər şeyi orada etiraf etmişdir. Sonra Təvəkkül ona səhv etdiyini, ondan aldığı bütün pulları geri qaytaracağına söz vermişdir. Sonra bu barədə ondan izahatlar almışlar və bütün olanları izahatında yazmışdır. Təvəkkülə yarıçılpaq şəkillərini göndərmiş, lakin şəkilləri hansı tarixdə göndərliyini xatırlamır. Təvəkkül həbs olunandan sonra Təvəkkülün valideynləri ona yalvararaq xahiş etmişlər ki, Təvəkküldən şikayətçi olmasın və onun pullarını qaytaracaqlar. O da Təvəkkülün qohumlarının xahişlərinə görə notarus qeydiyyatından keçmiş ərizəsində ona dəyən zərərin tam şəkildə ödənildiyni, şikayətinin və tələbinin olmaması barədə ərizə yazmışdır. Təvəkkülün qohumları tərəfindən ona 500 manat anası, 500 manat isə atası tərəfindən onun bank hesab kartıma köçrülmüş, ona cəmi 1020 manat pul qaytarmışlar. Təvəkkülün valideynlərinin xahişlərinə görə cinayət işinin ibtidai araşdırmasını aparan müstəntiqə ərizə ilə müraciət edərək Təvəkkülə verdiyi pulları hədə-qorxu ilə yox, borc olaraq verməsi barədə ərizə yazıb göndərmişdir. Sonra müstəntiq onu çağırıb, yazdığı ərizəyə görə məsuliyyət daşıdığını, belə olan halda Təvəkkülün həbsdən azad oluna biləcəyini və onun həbs oluna biləcəyini izah etmişdir. O, da müstəntiqə hüquqşünas olmadığı üçün bunları bilmədiyini və Təvəkkülün vaideynlərinin xahişi ilə belə bir ərizə yazdığını bildirmişdir. Sonra o, yenidən istintaqa dəvət olunmuş və ərizəni Təvəkkülün valideynlərinin xahişi ilə yazdığını, əvvəlki ifadələrinin düz olduğunu və Təvəkkülün ondan pulu hədə-qorxu ilə tələb edərək alması barədə yenidən ifadə vermişdir. Təvəkkülün valideynləri tərəfindən ona 30.000 manat pul verilməmişdir. Hazırda Təvəkkülə verdiyi pulları götürdüyü banklara külli miqdar ödəmədiyi kreditləri var, əgər Təvəkkülün valideynləri tərəfindən ona 30.000 manat pul verilsəydi həmin kreditləri bağlayardı. Zərərçəkmiş şəxs ona dəyən zərəri təqsirləndirilən şəxsdən tələb etdiyini və mülki iddasının təmin olunmasını məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsində məhkəmə iclasında şahid qismində dindirilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşı Şahid1 ifadəsində göstərmişdir ki, 04 noyabr 2021-ci il tarixdə Zərərçəkmiş şəxs onun işlədyi Baş İdarəyə ərizə ilə müraciət edərək, Təqsirləndirilən şəxs cinsi əlaqədə olduqları zaman çəkdiyi videogörüntünü sosial şəbəkələrdə yayacağı, övladlarına və yaxınlarına göndərəcəyi ilə hədə-qorxu gələrək ondan hissə-hissə olmaqla 41.000 manat pul aldığını, hazırda əlavə olaraq 13.000 manat pul verməsini tələb etdiyini bildirmişdir. Onun ərizəsi qəbul edilmiş və rəhbərliyə məruzə olunmuşdur. Sonra əməliyyat tədbir üçün DİN-in əməliyyat xərcləri üçün nəzərdə tutulmuş pul vəsaitindən seriya və nömrələri protokolda qeyd edilmiş 7000 ABŞ dollarının kserosurətləri çıxarılıb Yulduza təqdim olunmuşdur. 04 noyabr 2021-ci il tarixdə Təqsirləndirilən şəxs onlar tərəfindən Bakı şəhəri, Nərimanov rayonu F.X.Xoyski prospektində saxlanılaraq işlədyi Baş İdarəyə aparılmışdır. İdarədə Təvəkkülün üzərinə baxış keçirilmiş, onun üzərindən əməliyyatda istifadə olunan 7.000 ABŞ dolları pul əsginasları, idarə etdiyi avtomobilin açarı və mobil telefonu aşkar olunmuşdur. Təvəkkül özü etdiyi əməli də orada etiraf etmişdir. Şahid1 məhkəmədə ona verilən suallara cavab olaraq bilirmişdir ki, əməliyyat qrupuna rəhbərlik etmiş, Yulduz onun işlədiyi idarəyə müraciət etdiyi vaxtdan sonra onunla Təvəkkül arasında olan telefon zənglərini və ya yazışmalarını araşdırmamışlar və məhkəməyə də təqdimatla müracət etməmişlər. Yulduz 04 noyabrda onlara müraciət etmiş, elə həmin gün də əməliyyat keçrilməsi barədə qərar qəbul olunmuşdur. Təvəkkülü Bakı şəhəri, Nərimanov rayonu ərazisində Gənclik MALL-un yanında saxlamışlar. Təvəkkül həmin vaxt piyada keçidindən keçdiyi zaman ona yaxınlaşıb, onu saxlamışlar. Onlar, yəni polislər bir maşında həmin yerə getmişlər. Təvəkkülü öz maşınından düşürməmişlər, onu piyada yolu keçərkən saxlamışlar. Təvəkkülü işlədiyi idarəyə öz maşını ilə aparmamışlar, özlərinin maşını ilə Təvəkkülü idarəyə aparmışlar. O, Təvəkkülü döyməmiş, ona heç bir işgəncə verməmişdir. Təvəkkülü işlədiyi BMCMİ-də 101 saylı otağa aparmışlar, həmin otaq inzibat otaq olmuşdur. Həmin otağa təhqiqatçı və müdafiəçi də gəlmişdir. Müdafiəçini o dəvət etməmiş, müdafiəçini təhqiqatçı dəvət etmişdir. Otağa təhqiqatçı ilə vəkil eyni anda gəlmişlər. O, idarəyə çatanda təhqiqatçıya məlumat vermiş, sonra təhqiqatçı və müdafiəçi otağa gəlmişlər. Birinci instansiya məhkəməsində məhkəmə iclasında şahid qismində dindirilmiş X2 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun qardaşı oğludur. 05 noyabr 2021-ci il tarixdə bilmişlər ki, Təvəkkül yoxdur, itibdir. Sonra bilmişlər ki, onu həbs ediblər. Qardaşı Valeh ona demişdir ki, Təvəkkülün bir qadına 30.000 manat borcu var və həmin pul ödənilməlidir. O, da 4000 manat pulu aparıb qardaşı Valehə vermişdir. Yulduz adlı qadınla Kollegiyasının 18 saylı vəkil bürosunun binasının yaxınlığında görüşmüşlər, o da söhbətlərdə iştirak etmişdir. Həmin yerdə Valehin həyat yoldaşı və bacısının əri Əfqan da olmuşlar. Valeh tərəfindən 30.000 manat həmin qadına verilmişdir. Qadın demişdir ki, pulu ödəyin ərizəmi geri götürəcəyəm, həmin danışıqlarda özü şəxsən iştirak etmişdir. 30.000 manat pulu həmin qadına Vəkillər Kollegiyasının 18 saylı vəkil bürosunun binasının yaxınlığında verilmişdir. Sonradan qadın qardaşı Valehə bildirmişdir ki, banka əlavə faiz borcları var, ona görə də qardaşı Valeh onun hansısa kart hesabına əlavə 500 manat pul köçürmüşdür. 30.000 manatdan əvvəl də qadın qardaşı arvadından, yəni Təvəkkülün anasından da 500 manat pul alıb demişdir ki, banka faizləri var, onları ödəməlidir. O, qadını görəndə qadın Təvəkkülün ondan hədə-qorxu ilə pul tələb etməsini deməmişdir, həmin qadın demişdir ki, pulu Təvəkkülə iş qurmaq üçün borc olaraq vermişdir. Həmin qadın demişdir ki, «qorxdum ki, borc verdiyim pulları ödəməz, ona görə Təvkküldən hədə-qorxu ilə pul tələb etməsi barədə şikayət etmişəm». O özü 4000 manat, bacısı Gülnar 5000 manat, Əfqan 5000 manat, qardaşı Valehin Cövdət adlı bacanağı 3000 manat pul vermişlər. 13.000 manat isə qardaşı Valeh özü düzəldib qadına vermişdir. Birinci instansiya məhkəməsində məhkəmə iclasında şahid qismində dindirilmiş X10 ifadəsində göstərmişdir ki, qohumu Valeh ona demişdir ki, hansısa qadına 30.000 manat pul verilməlidir və ondan 5000 manat borca pul istəmişdir. O, da 5000 manat pul düzəldib, Azərbaycan Respublikası Vəkillər Kollegiyası 18 saylı vəkil bürosunun yanın gedib Valehə vermişdir. Həmin vaxt orada Valeh, Valehin bacısı Aygün, pul veriləcək bu qadın olmuşdur. O həmin yerdə gözləməmiş pulu Valehə verib çıxıb getmişdir. Valehin qadına pul verməsini görməmişdir. Yulduz adlı qadınla onun danışığı olmamış, həmin qadın onu tanımamış, o, Valehə yaxınlaşıb pulu verib oradan uzaqlaşmışdır. Valeh əvvəllər ondan borca pul istəməmişdir. Valeh demişdir Yulduza 30.000 manat pul verilməlidir. Təvəkkülə qadının pulu nə məqsədlə verməsini bilmir. Birinci instansiya məhkəməsində məhkəmə iclasında şahid qismində dindirilmiş X7 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun oğludur. Təvəkkülü 05 noyabr 2021-ci il tarixdə qanınsuz həbs ediblər, bu barədə ona və digər ailə üzvlərinə məlumat verməyiblər. O, bir neçə gün oğlunu axtarmış, lakin tapa bilməmişdir. 07 noyabr 2021-ci il tarixdə oğlu Təvəkkül özü Bakı İstintaq Təcridxanasından zəng edərək bildirmişdir ki, Yulduz adlı qadana olan pul borcuna görə onu həbs ediblər. Oğlu Təvəkkül ona demişdir ki, həmin qadına olan borcunu ödəsələr onu həbsdən azad edərlər. O da həmin qadını tapmış və onunla danışmışdır. Qadın demişdir ki, Təvəkkülə borc pul vermişdir. O özü və qohumlarından 30.000 manat pul düzəldib Yulduza vermişdir. Həmin pulun 5000 manatını Əfqandan, 4000 manatını bacısı Aygündən, 3000 manat pulu bacanağından, 5000 manat digər bacısından almış və 13.000 manat da özü düzəldib Yulduza vermişdir. Təvəkkül sonradan ona demişdir ki, sosial şəbəkə olan «İnstagram»da qadının obyektini satdığı üçün qadın oğluna 6000 manat pul verməli imiş. Noyabrın 4-də oğluna zəng vurmuş, lakin ona zəng çatmamışdır. Oğlunun həbs olunması barədə 3 gün ona və ailə üzvlərinə xəbər verilməyib, oğlu özü ayın 07-də evə zəng vurub. Təvəkkülü 1 ay yarımdan sonra görmüş, Təvəkkül ona demişdir ki, onu polislər döyüblər. Birinci instansiya məhkəməsində məhkəmə iclasında tədqiq olunmuş cinayət işinin materiallarından məlum olur ki, Təqsirləndirilən şəxs məxsus “İphone 12 Pro” markalı mobil telefon cihazına baxış keçirilən zamanı Təqsirləndirilən şəxs təklif olunmuşdur ki, qeyd olunan mobil telefon cihazında Zərərçəkmiş şəxs haqqında rüsvayedici məlumatlar varsa, onları təqdim etsin. Bundan sonra Təqsirləndirilən şəxs özünə məxsus “İphone 12 Pro” markalı mobil telefonun yaddaşında Zərərçəkmiş şəxs haqqında rüsvayedici məlumatların olduğunu qeyd edərək, həmin cihazın “Albümler” bölümündən qadın cinsli, Zərərçəkmiş şəxs oxşar şəxsin intim videolarını əks etdirən 02 ədəd və 03 ədəd intim fotolar olan videofaylları təqdim edərək, məhz həmin video və fotoları Zərərçəkmiş şəxs göstərərək həmin rüsvayedici məlumatları yayacağı ilə hədələməklə pul tələb etdiyini göstərmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi Zərərçəkmiş şəxs oxşar şəxsin intim videolarını əks etdirən 02 ədəd və 03 ədəd intim fotolar olan videofayllar cinayət işi üzrə sübut əhəmiyyəti kəsb etdiyi üçün 01 ədəd yaddaş kartına köçürülərək cinayət işinə əlavə edilmişdir. Birinci instansiya məhkəməsində məhkəmə iclasında tədqiq olunmuş DİN-in BMCMİ-nin Kriminal qruplaşmalara qarşı mübarizə idarəsinin baş əməliyyat müvəkkil Şahid1 tərəfindən tərtib edilmiş “əməliyyat-axtarış tədbirlərində istifadə ediləcək pul vəsaitinin təqdim olunması haqqında” 04 noyabr 2021-ci il tarixli protokoldan görünür ki, xx.xx.2021-ci il tarixdə Zərərçəkmiş şəxs BMCMİ-nə ərizə ilə müraciət edərək Təqsirləndirilən şəxs onunla cinsi əlaqədə olmalarına dair videoçəkliş etdiyini deyib videogörüntünü sosial şəbəkələrdə yayacağı, eləcə də intim əlaqələrinə dair videogörüntünü övladlarına və yaxınlarına göndərəcəyi ilə hədə-qorxu gələrək ondan hissə-hissə olmaqla 41.000 manat pul aldığını, hazırda əlavə olaraq 13.000 manat pul verməsini tələb etdiyini bildirmişdir. Qeyd olunanlarla bağlı məlumatın yoxlanılması, o cümlədən Təqsirləndirilən şəxs müəyyən edilməsi və onun cinayət əməllərinin ifşa edilməsi məqsədi ilə əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi barədə qəbul edilmiş qərar əsasında DİN-in əməliyyat xərcləri üçün nəzərdə tutulmuş pul vəsaitindən seriya və nömrələri protokolda qeyd edilmiş 70 ədəd 100 ABŞ dolları pul əsginaslarının kserosurətləri çıxarılaraq Zərərçəkmiş şəxs təqdim olunmuşdur. Birinci instansiya məhkəməsində məhkəmə iclasında tədqiq olunmuş DİN-in BMCMİ-nin İstintaq və Təhqiqat İdarəsinin Təhqiqat bölməsinin təhqiqatçısı X5 tərəfindən tərtib edilmiş “Şəxsi axtarış və götürmə aparılması haqqında” 04 noyabr 2020-ci il tarixli protokoldan görünür ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyataxtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdə keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində saat 13:35-də ünvan 3 ünvanının yaxınlığında ərizəçi Zərərçəkmiş şəxs tərəfindən seriya və nömrələri əvvəlcədən protokolda qeyd edilmiş pul əsginaslarının xarici görünüşcə Təqsirləndirilən şəxs oxşar şəxsə verilməsindən sonra pulu qəbul edən şəxs əməkdaşlar tərəfindən xx.xx.2021-ci il tarixdə saat 13:53-də Bakı şəhəri, Nərimanov rayonu, F.X.Xoyski prospekti 14 ünvanının yaxınlığında saxlanılaraq Baş İdarəyə gətirilmiş, şəxsi axtarış zamanı əynində olan qara rəngli cins şalvarının sol yan cibindən 7.000 ABŞ dolları pul əskinasları aşkar edilərək götürülmüşdür. Şəxsi axtarış və götürmənin aparılması videoçəkliliş əsasında keçirilərək bir ədəd CD diskə yazılaraq protokola əlavə edilmişdir. Qeyd edilən bir ədəd “CD” disk cinayət təqibi üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsinə kömək etdiyindən cinayət işi üzrə maddi sübut hesab edilərək cinayət işinin materiallarına əlavə edilmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayəti ilə əlaqədar aşağıdakıları qeyd edir. Hədə-qorxu ilə tələb etmə çox obyektli olması ilə səciyyələnir, çünki, o, eyni zamanda qanunla qorunan iki obyektə: zərərçəkmiş şəxsin əmlakına və şəxsiyyətinə (şəxsi toxunulmazlığına, sağlamlığına, həyatına və s.) qəsd edən cinayətdir. Qanunvericilik konstruksiyasına görə, hədə-qorxu ilə tələb etmə cinayətin törədildiyi anda zərərçəkmişə maddi ziyan vurmasa da, həmişə indiki və ya gələcək zamanla bağlı müəyyən tamah niyyəti güdür, əmlakın mülkiyyətçiləri və ya əmlak münasibətlərinin digər iştirakçıları olan zərərçəkmişlərin qanunla qorunan dəyərlərini təhlükəyə məruz qoyur. Hədə-qorxu ilə tələb etmə mülkiyyət münasibətləri sferasında əlaqəli cinayətlərdən onunla fərqlənir ki, burada əmlaka sahiblik etmək niyyəti hazırda baş versə də və ya gələcəklə bağlı olsa da, özgənin əmlakını bilavasitə ələ keçirmək səciyyəvi hal deyil. Belə alınır ki, hədə-qorxu ilə tələb etmə öz qanunvericilik konstruksiyasına görə bir-biri ilə qırılmaz şəkildə bağlı olan iki hərəkətdən: tələb və təhdiddən ibarətdir. Bir qayda olaraq, hədə-qorxu tələbi müşayiət edir və tələbin sürülməsi zamanı və ya ondan sonra ifadə olunur. Qanuna görə, hədə-qorxu tələbin irəli sürülməsindən əvvəl olsa belə, hədə-qorxu ilə tələb etmək istisna edilmir. Tələblə hədə arasında əlaqə əlamətinə işarə hədə-qorxu ilə tələb etməyə iki obyektə qəsd edən təhlükəli cinayətin xarakterik xüsusiyyətini verir. Hədə-qorxu ilə tələb etmə tələbi zərərçəkmişə və ya başqa şəxsə hədə-qorxu ilə tələb edənin və ya üçüncü şəxslərin xeyrinə əşyanın verilməsi və ya əmlak xarakterli hər hansı digər hərəkətlərin edilməsi barədə qanunsuz göstərişdir. Qəsb tələbi həm haqlı, həm də bunun əksi ola bilər. Tələb əsaslı olduqda, nəzərdə tutulur ki, onun irəli sürülməsi üçün müvafiq hüquqi əsaslar var. Bu zaman hədə-qorxu ilə tələb etmə tərkibi yoxdur, lakin hədə-qorxuya görə cinayət məsuliyyəti Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddələri ilə tövsif edilməlidir. Tələb istənilən şəkildə irəli sürülə bilər: şifahi, yazılı, telefon vasitəsilə, poçtla. O, əmlakın mülkiyyətçisinə, bu əmlakı qanuni sahibi olan və ya onu qoruyan şəxsə ünvanlana bilər. Həm də, bu tələb adətən gələcəyə yönəlmiş olur, indiki zamanla daha az əlaqəlidir. Soyğunçuluq və ya quldurluq zamanı təqsirli şəxs ən çox zərərçəkmişin sahibliyindən əmlakı şəxsən ələ keçirir. Hədə-qorxu ilə tələb zamanı isə zərərçəkmiş (iradə qüsuru ilə) əşyanı öz əli ilə verir və ya güzəştə gedir. Bu zaman hədə-qorxu ilə bağlı olan tələblərin irəli sürüldüyü andan cinayətkarın cinayət niyyətinin sona qədər həyata keçirildiyi vaxta qədər keçmiş zaman fasiləsi əhəmiyyət kəsb etmir. Qanunverici zərərçəkmişi hədə-qorxu ilə tələb edən şəxsin tələblərini yerinə yetirməyə məcbur etmə üsulları kimi aşağıdakı hədə növlərini qeyd edir: 1) zor tətbiq etmə hədəsi; 2) özgənin əmlakını məhv etmə və ya zərər vurma hədəsi; 3) zərərçəkmişi və ya onun yaxınlarını rüsvay edən məlumatların (onların intim həyatı, sağlamlıq vəziyyəti, tərcümeyi-halının utandırıcı faktları barədə) yayılması hədəsi. Məhkəmə təcrübəsinin materiallarına əsasən, ən geniş yayılmış məlumat yayma hədəsi forması zərərçəkmişi şantaj etmək formasında həyata keçirilir. Şantaj özü özlüyündə Cinayət Məcəlləsində ayrıca nəzərdə tutulan cinayət tərkibi deyil. Formalaşmış hüquqi praktikaya əsasən, şantaj, şantaj olunan şəxs üçün açıq-aydın arzuolunmaz olan, sağlamlığına və həyatına bilavasitə zərər vurmaqla bağlı olmayan hərəkətlərin törədilməsi hədəsi şəklində ifadə edilən, zərərçəkmiş və ya onun yaxınları haqqında qanunda müəyyən edilmiş məlumatların yayılması hədəsi ilə özgənin əmlakının və ya mülkiyyət hüququnun verilməsini tələb etməkdən və ya əmlak xarakterli başqa hərəkətlər etməkdən ibarət olan başqa cinayətin, əksər hallarda hədə-qorxu ilə tələb etmə cinayətinin törədilməsi üsuludur. Hüquq ədəbiyyatı şantajın məzmununu təşkil edən məlumatları hədə-qorxu ilə tələb etmənin növü kimi aşağıdakı formada bölür: 1) zərərçəkmişi və ya onun yaxınlarını rüsvay edən məlumatlar; 2) zərərçəkmişin və ya onun yaxınlarının hüquqlarına və ya qanuni mənafelərinə əhəmiyyətli zərər vura biləcək digər məlumatlar. Zərərçəkmişin və ya onun yaxınlarının şərəf və ya ləyaqətini ləkələyən məlumatlar dedikdə, onların şərəf və ləyaqətini ləkələyən, nüfuzuna xələl gətirən məlumatlar, habelə açıqlanması zərərçəkmişin və ya onun yaxınlarının şərəf və ləyaqətinə zərər vura biləcək digər məlumatlar kimi başa düşülməlidir. Qanunverici tələb edən şəxsin yayacağı ilə hədələdiyi məlumatları rüsvayedici məlumatlar, habelə zərərçəkmişin və ya onun yaxınlarının hüquq və qanuni mənafelərinə əhəmiyyətli zərər vura biləcək digər məlumatlar olaraq ayırır. Həm zərərçəkmişi rüsvay edən, lakin yayılması onun hüquqlarını və qanuni mənafelərini pozmayan (əxlaqsız hərəkətlərin edilməsi) məlumatlarla, həm də göstərilən nəticələrə gətirib çıxara bilən, lakin rüsvayedici olmayan (məsələn, xəstəliyin olması, övladlığa götürmə faktı, başa çatmış əməliyyat haqqında məlumat və s.) məlumatlarla şantaj etmək mümkündür. Şantajın arzuolunmaz məlumatların yayılması hədəsi ilə törədilən təqsirli üçün faydalı davranışa şəxsin məcbur edilməsi kimi başa düşülməsi, ilk növbədə, cinayət subyektinin müəyyən tələbinin qoyulmasını nəzərdə tutur. Nəzərdən keçirilən situasiyada tələb, bir tərəfdən, insandan müəyyən bir davranış variantını seçməyi xahiş etməyi nəzərdə tutur, digər tərəfdən, tələb zərərçəkmişə şəxsin iradə azadlığını məhdudlaşdıran hədə ilə eyni vaxtda təsir etmə şəraitində son dərəcə təkidli tələb şəklində təzahür edir. Tələblə təhdid arasındakı müstəsna üzvi əlaqə əməli şantaj hesab etməyə imkan verir. Bu əlamətlər tələb və motiv kimi bir-birini şərtləndirməsə də, onların mövcudluğu məcburidir. İstər tələbin, istərsə də müvafiq hədənin olmaması əməlin cinayət-hüquq nöqteyi – nəzərindən şantaj kimi qiymətləndirilməsi imkanını aradan qaldırır. Bu baxımdan qeyd etmək lazımdır ki, hədə - qorxu psixi zorakılığın təzahürüdür. Şantajda digər cinayətlərdən fərqli olaraq, hədə təkcə zərərçəkmişin onun həyata keçirilməsindən qorxduğu üçün deyil, həm də şantaj edilən şəxsin seçim vəziyyətində olması (ya tələbi yerinə yetirməlidir, ya da hədə həyata keçiriləcək) səbəbindən zərərçəkmişin psixikasına təsir göstərir. Belə hesab olunur ki, şantaj zamanı hədəqorxunun əsas məqsədi qorxutma deyil, o, yalnız yanakı olaraq yarana bilər. Şantajı həyata keçirən şəxs zərərçəkmişi birinci üçün faydalı olan, məsələn, öldürmək və ya sağlamlığa ağır zərər vurmaq təhlükəsinin tərkibinə görə heç də lazım olmayan davranışa inandırmağa çalışır. Şantajda təhlükənin arxasında niyyətin ifadəsi və zərərçəkənə müəyyən zərər vurmaq əzmi kimi əlamətlərin tanınmasına gəlincə, bunlar şantaj üçün xarakterikdir. Cinayətin subyekti zərərçəkmişə hədə xarakterli məlumat ötürməklə müvafiq zərər vurmaq niyyətini ortaya qoyur və onu realizə etmək əzmini nümayiş etdirir. Yuxarıda deyilənləri nəzərə alaraq belə nəticəyə gəlmək lazımdır ki, şantaj təhlükəsi altında zərərçəkmişə və ya yaxınlarına zərər vurmaq niyyəti barədə onu davranış variantı seçmə vəziyyətinə salan məlumat verməklə psixikasına təsiri başa düşülməlidir. Eyni zamanda, hədə-qorxu şantaj zamanı zərərçəkmişə təsir forması kimi onun müstəqil nəzərdən keçirilməsini tələb edən məzmunu ilə ayrılmaz şəkildə bağlıdır. Qeyd etmək lazımdır ki, cinayət hüququ elmində şantajda təhdid məzmununun zərərçəkmişi və ya onun yaxınlarını rüsvay edən məlumat ola biləcəyini mübahisə obyekti deyil. İstintaqməhkəmə praktikası da eyni yoldadır. Zərərçəkmişi və ya onun yaxınlarını rüsvay edən məlumatların yayılması və ya şantaj təhlükəsi dedikdə, məhkəmələr hədə-qorxunu təqsirli şəxs tərəfindən şifahi, yazılı və ya başqa şəkildə digər şəxslərə açıqlanması zərərçəkmişin və ya onun yaxınlarının hüquqları və ya qanuni mənafelərinə əhəmiyyətli zərər vura bilən belə məlumatların çatdırılması təhlükəsi olaraq başa düşür. Eyni zamanda, məlumatın mahiyyətinin əhəmiyyəti yoxdur (nə qədər biabırçı olması, reallığa uyğun olması və ya uydurma olması, zərərçəkmiş şəxsə və ya onun yaxınlarına aiddir), zərərçəkənin bu məlumatı gizli saxlamağa çalışması vacibdir və onların açıqlanması hədəsi təqsirkar tərəfindən əmlakı verməyə məcbur etmək üçün istifadə edilir. Yuxarıda deyilənlərə əsasən belə nəticəyə gəlmək olar ki, konkret məlumatın rüsvayedici kimi tanınması məsələsi həm obyektiv, həm də subyektiv meyarlar nəzərə alınmaqla həll edilməlidir. Məlumatların qeyri-əxlaqi olmasının subyektiv amili zərərçəkmişin müəyyən məlumat nüfuzdan salan kimi qəbul etməsini nəzərdə tutur. Öz növbəsində, obyektiv meyar müasir insan ümumi yaşayış normaları baxımından zərərçəkmişin şəxsiyyətini mənfi xarakterizə edən konkret məlumatların qiymətləndirilməsi deməkdir. Beləliklə, müəyyən məlumatların qeyri-əxlaqi olma əlamətləri qiymətləndirici xarakter kəsb edir və onların qiymətləndirici mahiyyəti aradan qaldırıla bilməz. Məlumatın rüsvayedici olması qənaətinə yalnız konkret şəxsin xüsusiyyətləri, zərərçəkmişin bu məlumatı onun şərəfini, ləyaqətini alçaldan kimi qiymətləndirməsi, habelə informasiyanın obyektiv olaraq neqativ kimi müəyyən edilməsinə dair cəmiyyətin müasir inkişafı şəraitində qəbul edilə bilər. Yalnız bu amillərin birləşməsi məlumatın rüsvayedici kimi tanınması üçün əsasdır. Şantaj təkcə rüsvayedici məlumatların yayılması hədəsi ilə deyil, həm də açıqlanması arzu olunmayan digər məlumatların yayılması ilə də həyata keçirilə bilər. Hədə-qorxu ilə tələb etmənin tərkib hissəsi kimi müvafiq əlamətlər zərərçəkmişin və ya onun yaxınlarının hüquqlarına və ya qanuni mənafelərinə əhəmiyyətli zərər vura bilən digər məlumatları yayma hədəsi kimi ifadə oluna bilər. Bu məsələ ilə bağlı hüquqi ədəbiyyatda qeyd olunur ki, göstərilən məlumatlar istənilən vəziyyətə aid ola bilər. Lakin onlar əsas etibarilə bir insanın müəyyən məlumatı digər insanlardan gizli saxlamaq hüququnu təhlükə altına qoyur. Məsələn, şəxsi və ya ailə sirri (gizli övladlığa götürmə, tibbi sirlər, kommersiya sirləri), istehsal texnologiyalarının sirləri, kritik maliyyə vəziyyəti və s. ola bilər). Xüsusi cinayət-hüquqi araşdırmalarda sirr vətəndaşların şəxsi həyatı, biznes, maliyyə, siyasi, iqtisadi, hərbi və digər sahələrdə qanunla qorunan, müəyyən şəxslər dairəsi tərəfindən məlum və ya etibar edilmiş, qeyri-qanuni əldə edilməsi, istifadəsi, açıqlanması vətəndaşların, cəmiyyətin, dövlətin hüquq və qanuni mənafelərinə zərər vuran və ya zərər vurmaq təhlükəsi yaradan və təqsirkarların müvafiq qaydada məsuliyyətə cəlb edilməsinə səbəb ola biləcək peşə, xidməti və digər vəzifələrlə əlaqədar olaraq məxfi və qanunla qorunan məlumatlardır. Eyni zamanda, şantaj əlamətlərinin olması üçün təqsirkarın müvafiq sirri qanuni və ya qeyri-qanuni əsaslarla əldə etməsi prinsipial əhəmiyyət daşımır. Yeganə vacib olan odur ki, sirr “başqalarından gizli saxlanan, hamıya məlum olmayan məlumatdır, sirrdir”. Qeyd edək ki, rüsvayedici məlumatların ən azı formal zəmində sirr olmamasına baxmayaraq, onlar da digər məlumatlar kimi, ictimaiyyət üçün açıqlanması arzuolunmazdır. Cinayət hüququ doktrinasında zərərçəkmiş şəxsin qeyri-qanuni maraqlarına təhlükənin şantaj kimi tanınmasının mümkünlüyü məsələsi barədə müzakirələr aparılır. Şantajda təqsirli olan şəxsin yayacağı ilə hədələdiyi məlumatların etibarlı olubolmamasını əhəmiyyəti məsələsi cinayət-hüquq elmində də mübahisəli məsələdir. Bəzi hüquqşünaslar hesab edir ki, şantaj yalnız zərərçəkmişin və ya onun yaxınlarının faktiki davranışını əks etdirən məlumatlarla formalaşır. Buna görə də, qondarma (yalan) məlumat şantajı əmələ gətirə bilməz, çünki zərərçəkmiş onlardan qorxmur, çünki onlar onun şərəfini, ləyaqətini, hörmətini və nüfuzunu ləkələyə bilməz. Digərləri belə hesab edir ki, rüsvayedici məlumatların yayılması təhdidinin məzmunu zərərçəkmiş və ya onun yaxınları haqqında qəsdən yalan, uydurma, rüsvayedici məlumatlardan təşkil olunur. Digər məlumatların yayılması təhdidinin məzmunu isə, onların fikrincə, şəxsi və ya ailə sirri təşkil edən özəl xarakterli məlumatları, məsələn, zərərçəkmişin və ya onun yaxınlarının sağlamlığı, vərdişləri, həyat tərzi, onlara münasibət, din, intim münasibətlər, keçmiş cinayət keçmişi, müflisləşmə, böyük borclar və s. haqqında məlumatları nəzərdə tutur. Onların fikrincə, yalnız yalan məlumatlar nüfuzdan sala bilər. Başqaları isə hesab edir ki, şantaj bir neçə növ ola bilər. Bu hüquqşünaslar aşağıdakı halları bu növlərə aid edir: nə zərərçəkmişi, nə də onun yaxınlarını rüsvay etməyən, lakin zərərçəkmişin onların açıqlanmasını istəmədiyi məlumatların yayılması hədəsi; uydurma rüsvayedici məlumatları yayma hədəsi; rüsvayedici, lakin doğru məlumatı yayma hədəsi; ifşa etməklə, yəni törədilmiş cinayət haqqında məlumat verməklə hədələmə; yalanla müşayiət olunan təhdid. Onların nöqteyi-nəzəri bundan ibarətdir ki, şantaj zamanı təhdidin məzmunu həm doğru, həm də yalan məlumat ola bilər, şantaj zamanı informasiya təsirinə nəinki həm doğru, həm də uydurma faktların açıqlanması, həm də ümumi xoşagəlməz qiymətləndirmənin yayılması, habelə zərərçəkmişə əxlaqsız, mənfi keyfiyyətlər və xassələr aid etmək hədəsi daxildir. Məhkəmə Kollegiyası şantajda təqsirli şəxsin yayacağı ilə hədələdiyi məlumatların etibarlılığını və qeyri-dəqiqliyini qəbul etməyin məqsədəuyğun olduğunu əsaslandıran mövqeyi dəstəkləyir. Məhkəmə təcrübəsinin materiallarından göründüyü kimi, şantaj zamanı təqsirkarın yaymaqla hədələdiyi məlumatlar ən müxtəlif xarakterli ola bilər. Həm yalan, həm də doğru məlumatlar müəyyən şərtlər altında zərərçəkmişi nüfuzdan sala bilər. Hesab edirik ki, bir çox hallarda onun haqqında yayılan məlumatların etibarlılıq dərəcəsinə baxmayaraq, başqalarının gözündə öz təmiz adını “reabilitasiya etmək” zərərçəkmiş üçün eyni dərəcədə çətin ola bilər. Yəni, şantajın əsas əlaməti təqsirli şəxsin yaymaqla hədələdiyi məlumatın xarakteri deyil, sonuncunun zərərçəkmişin onu gizli saxlamağa çalışacağı ilə bağlı hesabıdır, çünki müəyyən məlumatların açıqlanması zərərçəkmiş üçün o qədər arzuolunmazdır ki, belə açıqlamanın qarşısını almaq üçün onu məcburi hərəkətlərə sövq edə bilər. Deməli, şantaj edən şəxsin yaymaqla hədələdiyi məlumat həm doğru, həm də yalan ola bilər. Eyni zamanda, müəyyən etmək lazımdır ki, müvafiq məlumat zərərçəkmiş şəxs üçün açıqlanması arzuolunmazdır. Yuxarıda qeyd olunanlar bizə cinayətə cəhdin başa çatmış mərhələsini və hədəqorxu ilə tələb etmənin obyektiv tərəfinin yerinə yetirilməsini zərərçəkmişdən əmlakın (mülkiyyət hüquqlarının) verilməsi tələb olunduğu anı hədə-qorxu gəldiyi andan tam həcmdə ayrımağa imkan verir. Hədə-qorxu ilə tələb etmə, yuxarıda göstərilən hədə ilə birləşmiş tələbin zərərçəkmiş şəxsin diqqətinə çatdırıldığı andan başa çatmış cinayət hesab olunur. Zərərçəkmişin bu tələbi yerinə yetirib – yetirməməsi əməlin başa çatmış cinayət kimi hüquqi baxımdan qiymətləndirilməsinə təsir göstərmir. Apellyasiya instansiyası məhkəməsində məhkəmə iclasında məhkum qismində dindirilmiş Təqsirləndirilən şəxs ona verilən ittiham üzrə özünü təqsirli bilməyərək, birinci instansiya məhkəməsində verdiyi ifadəsini təkrar etmiş, göstərmişdir ki, Yulduz ona əvvəlcə verdiyi 6000 ABŞ dollarını obyektini satmaqda kömək etdiyi üçün, 4000 ABŞ dollarını ad gününə hədiyyə olaraq vermiş, 5000 və 3000 olan cəmi 8000 ABŞ dollarını isə Yulduzdan borc olaraq almışdır. Apellyasiya instansiyası məhkəməsində məhkəmə iclasında zərər çəkmiş şəxs qismində ifadə vermiş Zərərçəkmiş şəxs birinci instansiya məhkəməsində verdiyi ifadəsini təkrar etmiş, əlavə olaraq göstərmişdir ki, Təqsirləndirilən şəxs özünə məxsus obyektinə bəzi şeylər almaq üçün həqiqətən də ondan borc pul istəmiş, o, da iş yoldaşlarından 1500 manat məbləğində pul alaraq, Təvəkkülə borc vermişdir. Həmin məbləği istəyən zaman Təvəkkül hələ onu şantaj etməyə başlamamışdır. Bir müddət sonra Təvəkkül ona intim videolarını təqdim edərək, hədə qorxu ilə pul tələb etməyə başlamışdır. İttiham aktında göstərilən 54.000 manat məbləğində pul məhz hədə-qorxu vasitələ ondan tələb edilmişdir. Ondan hədə qorxu ilə tələb edilmiş 15.000 ABŞ dolları məbləğində pulu Təvəkkülə verdikdən sonra, sonuncu hədələrini dayandırmamış, mart ayında ondan yarıçılpaq fotoşəkillərinin “whatsapp” proqramı üzərindən göndərilməsini tələb etmiş, əks təqdirdə, videomaterialın oğluna göndərəcəyi ilə hədələmişdir, demişdir ki, belə olan halda oğlunun və sonuncunun ailəsinin yanında biabır olacaqdır. Daha sonra Təvəkkül öz təhdidlərini davam etdirmiş, ittiham aktında göstərilən digər pul məbləğlərini tələb etmişdir. O, biabır olmamaq üçün bu təhdidlərlə razılaşmışdır. Mərhum oğlu Zaur qaraciyər xəstəsi olmuş və onun müalicəsi ilə bağlı “NBC Bank”dan külli miqdar kredit götürmüş, həmin kreditin bir hisəsini bağ evini satıb ödəmiş, lakin bir hissəsi ödənilməmiş qalmış, qalan kredit borcunu ödəmək üçün yaşadığı binanın 1-ci mərtəbəsində yerləşən özünə məxsus 31 kvadrat metr sahəsi olan qeyri-yaşayış sahəsini satmaqla ödəmək məcburiyyətində olmuşdur. Belə olan halda o, obyektin satılması ilə əladədar olaraq 6000 ABŞ dolları, doğum günü münasibəti ilə əlaqədar 4000 ABŞ dolları, borc olaraq 8000 ABŞ dollarını niyə Təqsirləndirilən şəxs verməli idi. Məhkumdan şikayətçi olduğunu bildirmişdir. Apellyasiya şikayətində qeyd olunmuşdur ki, Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə təqsirləndirilən şəxs qismində dindirilərkən, BMCMİ-nin əməkdaşları tərəfindən döyülərək işgəncəyə məruz qalması və əsassız olaraq cinayət məsuliyyətinə cəlb edilməsinə dair Nərimanov prokurorluğuna müraciət etmişdir. Nərimanov Rayon prokurorluğunun 03 fevral 2022-ci il tarixli qərarı ilə cinayət işinin başlanılması rədd edilmişdir. Qeyd edilən qərardan məhkəmə nəzarəti qaydasında şikayət verilmiş və Nərimanov Rayon Məhkəməsinin 6(005)-78/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə Nərimanov Rayon prokurorluğunun qeyd edilən qərarı qanunsuz hesab edilərək, ləğv edilmiş və yenidən araşdırılmanın davam etdirilməsi qərara alınmışdır. Apellyasiya baxışı zamanı Bakı şəhəri Nərimanov Rayon Prokurorluğuna göndərilmiş 1(103)-100/2023 saylı, 21 fevral 2023-cü il tarixli sorğuya əsasən məhkəməyə təqdim olunmuş Bakı şəhəri Nərimanov rayon prokurorluğunun müstəntiqi Aytəkin Əhmədovanın 17 avqust 2022-ci il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarından görünür ki, Təqsirləndirilən şəxs BMCMİ-nin əməkdaşları tərəfindən təzyiq, təhqir, işgəncə və qeyri-insani davranışa məruz qalması faktı üzrə aparılan araşdırma zamanı həmin idarənin əməliyyat müvəkkilləri Şahid1, Şahid2 və Şahid3 əməllərində cinayət tərkibi müəyyən edilmədiyindən, Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən cinayət işinin başlanması yenidən rədd edilmişdir. Apellyasiya baxışı zamanı Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına göndərilmiş 1(103)-100/2023 saylı, 21 fevral 2023-cü il tarixli sorğuya cavab olaraq bildirilmişdir ki, Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdə Bakı İstintaq Təcridxanasına daxil olmuş, təlimata uyğun olaraq təcridxananın Tibb-sanitar hissəsində ilkin tibbi müayinədən keçirilərək, onun adına tibbi kitabça açılmışdır. Bədəninə baxış keçirilən zaman xəsarət aşkar olunmamışdır. Apellyasiya baxışı zamanı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə göndərilmiş 1(103)-100/2023 saylı, 21 fevral 2023-cü il tarixli sorğuya cavab olaraq bildirilmişdir ki, Zərərçəkmiş şəxs Kərim qızı AR DİN-nin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə daxil olmuş müraciətində Təqsirləndirilən şəxs onun haqqında rüsvayedici məlumatları yayacağı hədəsi ilə 2021-ci ilin fevral ayından 04 noyabr 2021-ci il tarixədək olan müddət ərzində 54.000 manat məbləğində pulunu hədə-qorxu ilə ələ keçirdiyini bildirmişdir. Faktla bağlı 05 noyabr 2021-ci il tarixdə AR DİN-nin BMCMİ-nin İstintaq və Təhqiqat İdarəsində ********* nömrəli cinayət işi başlanılaraq, Təqsirləndirilən şəxs həmin tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.3.2-ci maddəsi ilə ittiham elan edilməklə barəsində həbs qətimkan tədbiri seçilmiş, iş üzrə istintaq tamamlanıb 18 mart 2022-ci il tarixdə baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilmişdir. Vəkil Müdafiəçi müraciətində Təqsirləndirilən şəxs AR DİN-nin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində saxlanıldığı müddət ərzində işgəncəyə məruz qalması ilə bağlı göstərdikləri yoxlama zamanı təsdiqini tapmamış, onun hüquqlarını müdafiə etdiyi şəxsin müdafiə mövqeyindən çıxış edərək, araşdırmaya təsir tədbiri kimi həqiqətəuyğun olmayan məzmunda şikayət etdiyi müəyən edilmişdir. Cinayət işinin materiallarından görünür ki, istintaq hərəkətləri aparılarkən, Təqsirləndirilən şəxs müdafiəçi ilə təmin olunmuşdur. Apellyasiya baxışı zamanı müdafiə tərəfinin vəsatətinə əsasən Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilmiş 1(103)-100/2023 saylı, 21 fevral 2023-cü il tarixli məktuba cavab olaraq maddi sübut olan Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş “İphone 12 Pro” markalı mobil telefonu Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. İşin apellyasiya instansiyası məhkəməsində icraatı zamanı məhkum edilmiş şəxsin müdafiəçisi Müdafiəçi yazılı vəsatətinə əsasən Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1(103)-100/2023 saylı, 11 may 2023-cü il tarixli qərarı ilə məhkəmə kompüter-texniki ekspertizası təyin edilmiş və ekspert qarşısına aşağıdakı suallar qoyulmuşdur: 1) Məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs məxsus olan İphone 12 Pro mobil telefonunundakı nömrə hansı operatora məxsusdur və hansı nömrədir? 2) Məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs məxsus olan İphone 12 Pro mobil telefonunundan Zərərçəkmiş şəxs məxsus olan ***-***-**-**, ***-***-**-** mobil nömrələr ilə “Whatsapp”, “İnstagram” SMS və s. üzərindən aparılan mövcud yazışmalar, telefondakı video və şəkillər, digər paylaşımlar məhkəməyə təqdim edilsin. 3) Məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs məxsus olan İphone 12 Pro mobil telefonundan Zərərçəkmiş şəxs məxsus olan ***-***-**-**, ***-***-**-** mobil nömrələr ilə “Whatsapp”, “İnstagram” SMS və s. üzərindən aparılan silinmiş yazışmalar, telefondakı video və şəkillər, digər paylaşımlar bərpa olunaraq, məhkəməyə təqdim edilsin. 4) Məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs adına olan ***-***-**-**, ***-***-**-**, ***-***-**-**, ***-***-**-**, ***-***-**-**, ***-***-**-**, ***-***-**-**, ***-***-**-**, ***-***-**-**, ***- ***-**-** mobil nömrələr ilə Zərərçəkmiş şəxs adına olan ***-***-**-** və ***-***-**-** mobil nömrələr ilə “Whatsapp”, “İnstagram” SMS və s. üzərindən aparılan mövcud yazışmalar, telefondakı video və şəkillər, digər paylaşımlar, həmçinin, silinmiş yazışmalar, telefondakı video və şəkillər, digər paylaşımlar bərpa olunaraq, məhkəməyə təqdim edilsin. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 25 iyun tarixli, 5/768 nömrəli ekspert rəyindən görünür ki : 1) Təqdim edilmiş bir ədə təhciz olunmuş “iPhone Pro” markalı “A2341 modelli “**********11649, **********2719988” imei kodlu mobil smartfon hal-hazırda işlək vəziyyətdədir. 2) Təqdİm edilmiş mobil smartfonun daxilində olan “Azercell” mobil operatoruna məxsus ”********************” (İCCİD) seriya nömrəli "SİM” danışıq kartı hal-hazırda işlək vəziyyətdədir. 3) "UFED TOUCH 2” markalı qurğu “SİM” danışıq kartının abonent nömrəsini müəyyən etmədiyi üçün ekspertizanın təyini haqqında qərarda ekspert qarşısında qoyulmuş “Məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs məxsus olan İphone 12 Pro mobil telefonundakı nömrə hansı nömrədir” sual üzrə tədqiqat işləri aparılmadı. 4) Təqdim edilmiş “İphone 12 Pro” markalı “A2341” modelli mobil smartfonun yaddaşından əldə edilməsi mümkün olan mövcud və pozulmuş məlumatlar müəyyən olundu, həmin müəyyən olunmuş məlumatlar əsasında tərtib edilən (Report-Hesabat) hesabat “Ekspertiza 5-768” adlı iş çantasında on (10) ədəd “DVD-R” tipli diskə köçürülərək hazırkı ekspert rəyinə əlavə olundu. 5) Təqdim edilmiş mobil smartfon yaddaşında “+994 77 717 37 37” abonent nömrəsi ilə qeydiyyatdan keçmiş “Whatsapp” proqram təminatında telefonun yaddaşında “Ulduz xanım” adı ilə qeyd olunmuş “994 50 321 35 00” abonent nömrəsi və “Ulduz xanım 2” adı ilə qeyd olunmuş “994 55-408-13-57” abonent nömrəsi ilə aparılmış mövcud məlumat mübadiləsinə dair texniki iz aşkar olunsa da, həmin məlumat mübadilələrinin məzmununun müəyyən olunması mümkün olmamışdır. Qeyd olunan məlumat mübadiləsinə dair texniki izlər “UFED TOUCH 2” markalı qurğu vasitəsilə tərtib edilmiş hesabatın “chats/WhatsApp **********37@s.whatsapp.net/chat-2” və “chats/WhatsApp„**********37@s, whatsapp. net/chat-1” bölmələrində əks olunubdur (bax rəyə əlavə olunmuş DVD-R tipli optik diksə). 5.1) Tədqiqatın növbəti mərhələsində mobil smartfon yaddaşında “+994 70 356 44 96” abonent nömrəsi ilə qeydiyyatdan keçmiş “Whatsapp Business” proqram təminatında telefonun yaddaşında "Ulduz xanım” adı ilə qeyd olunmuş “994 50 321 35 00” abonent nömrəsilə aparılmış mövcud məlumat mübadiləsi (yazışma, foto, audio fayllar) müəyyən olunmuşdur. Aşkar olunmuş məlumat mübadiləsi 01 (bir) ədəd “DVD-R” tipli optik diskə köçürülərək ekspert rəyinə əlavə olundu. Qeyd olunan məlumat mübdiləsi “UFED TOUCH 2” markalı qurğu vasitəsilə tərtib edilmiş hesabatın “chats/WhatsApp Business **********96@s.whatsapp.net/chat-32” bölməsində əks olunmuşdur. 5.2) Tədiqiq olunan “İphone 12 Pro” markalı “A2341” modelli mobil smartfonun yaddaşından əldə edilmiş məlumatlar içərisində ***-***-**-** mobil nömrəsi ilə hər hansı bir sosial şəbəkəsi (“Azar”, “Whatsapp”, “Whatsapp Business” proqram təminatlarında, “Tik-Tok”, “İnstagram” sosial şəbəkəsində aparılmış məlumat mübadilələri və s) üzərində aparılmış mövcud olan və ya silinmiş məlumat mübdiləsi müəyyən olunmadı. 6) Təqdim edilmiş “İphone 12 Pro” markalı “A2341” modelli mobil smartfonun yaddaşından tədqiqat zamanı əldə edilmiş məlumatlar içərisində Zərərçəkmiş şəxs məxsus olan ***-***-**-**, ***-***-**-** mobil nömrələri ilə “Whatsapp”, “İnstagram” SMS mesac və s. üzərindən aparılan silinmiş məlumat mübadiləsi müəyyən olunmadı. 7) Təqdim edilmiş “İphone 12 Pro” markalı “A2341” modelli mobil smartfonun yaddaşından əldə edilmiş məlumatlar içərisində məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs adında olan ***-***-**-**, ***-***-**-**, ***-***-**-**, 050-500-89- 06, ***-***-**-**, ***- ***-**-**, ***-***-**-**, ***-***-**-** mobil nömrələri ilə Zərərçəkmiş şəxs Abdulkərim qızının adına olan ***-***-**-** və 055- ***-**-** mobil nömrələri arasında “Whatsapp”, "İnstagram” SMS mesajlar və s. üzərindən aparılan mövcud və ya silinmiş məlumat mübadiləsi tədqiqat zamanı müəyyən olunmadı”. Məhkum Təqsirləndirilən şəxs məxsus “İphone 12 Pro” markalı mobil telefon cihazının yaddaşında Zərərçəkmiş şəxs oxşar şəxsin intim videolarını əks etdirən 02 ədəd və 03 ədəd intim fotolar olan videofaylların, həmçinin, qadın cinsindən olan naməlum digər şəxsin intim videofayllarının olduğu müəyyən olunmuşdur. Ekspert tərəfindən məhkəməyə təqdim edilmiş “İphone 12 Pro” markalı “A2341” modelli mobil smartfonun yaddaşından əldə edilmiş, həmin müəyyən olunmuş məlumatlar əsasında tərtib edilmiş və “DVD-R” tipli diskə köçürülmüş, Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs arasında aşağıdakı məzmunda yazışmanın olduğu müəyyən olunmuşdur: Start Time: xx.xx.2021 00:03:32(UTC+4) From: **********96@s.whatsapp.net tyayah (owner) Timestamp: xx.xx.2021 19:52:15(UTC+4) Source App: WhatsApp Business Body: day yigmadim seni. From: **********96@s.whatsapp.net tyayah (owner) Timestamp: xx.xx.2021 19:52:20(UTC+4) Source App: WhatsApp Business Body: dedim burdan yazim. From: **********96@s.whatsapp.net tyayah (owner) Timestamp: xx.xx.2021 19:52:38(UTC+4) Source App: WhatsApp Business Body: insallah sabaha hell olur da? From: **********00@s.whatsapp.net Ulduz xanim Timestamp: xx.xx.2021 20:35:15(UTC+4) Source App: WhatsApp Business Body: İnwaallah soz verdi. From: **********00@s.whatsapp.net Ulduz xanim Timestamp: xx.xx.2021 20:35:23(UTC+4) Source App: WhatsApp Business Body: Gorek de. From: **********00@s.whatsapp.net Ulduz xanim. Timestamp: xx.xx.2021 20:35:47(UTC+4) Source App: WhatsApp Business Body: Onda Sen sileceksen ? From: **********96@s.whatsapp.net tyayah (owner) Timestamp: xx.xx.2021 20:35:56(UTC+4) Source App: WhatsApp Business Attachments: #1: files\Audio\51dd8d9b-1900-4aa4-aafb-459bcd0b6083.opus Body: From **********00@s.whatsapp.net Ulduz xanim Timestamp: xx.xx.2021 20:37:20(UTC+4) Source App: WhatsApp Business Body: Caliwaram. From: **********00@s.whatsapp.net Ulduz xanim Timestamp: xx.xx.2021 20:37:39(UTC+4) Source App: WhatsApp Business Body: Sualima cavab vermedin. From: **********00@s.whatsapp.net Ulduz xanim Timestamp: xx.xx.2021 20:38:02(UTC+4) Source App: WhatsApp Business Body: O videolari sileceksen? From: **********00@s.whatsapp.net Ulduz xanim Timestamp: xx.xx.2021 20:38:30(UTC+4) Source App: WhatsApp Business Body: Yoxsa hemiweki kimi deyeceksen ki he sildim. From: **********00@s.whatsapp.net Ulduz xanim Timestamp: xx.xx.2021 20:38:54(UTC+4) Source App: WhatsApp Business Body: Sonra ise meni tehtid edeceksen. From: **********96@s.whatsapp.net tyayah (owner) Timestamp: xx.xx.2021 20:39:12(UTC+4) Source App: WhatsApp Business Body: narahat olma dedim. From: **********00@s.whatsapp.net Ulduz xanim Timestamp: xx.xx.2021 20:39:13(UTC+4) Source App: WhatsApp Business Body: Sene pul lazim olanda. From: **********96@s.whatsapp.net tyayah (owner) Timestamp: xx.xx.2021 20:39:20(UTC+4) Source App: WhatsApp Business Body: o sohbet baglandi. From: **********00@s.whatsapp.net Ulduz xanim Timestamp: xx.xx.2021 20:39:31(UTC+4) Source App: WhatsApp Business Body: Narahatam. From: **********00@s.whatsapp.net Ulduz xanim Timestamp: xx.xx.2021 20:39:37(UTC+4) Source App: WhatsApp Business Body: Ozu de cox. From: **********00@s.whatsapp.net Ulduz xanim Timestamp: xx.xx.2021 21:02:15(UTC+4) Source App. From: **********96@s.whatsapp.net tyayah (owner) Timestamp: xx.xx.2021 23:16:45(UTC+4) Source App: WhatsApp Business Body: men sene soz dedim de. From: **********96@s.whatsapp.net tyayah (owner) Timestamp: xx.xx.2021 03:39:41(UTC+4) Source App: WhatsApp Business Body: yata bilmisen? From: **********96@s.whatsapp.net tyayah (owner) Timestamp: xx.xx.2021 03:39:46(UTC+4) Source App: WhatsApp Business Body: nece oldun? From: **********00@s.whatsapp.net Ulduz xanim Timestamp: xx.xx.2021 04:13:30(UTC+4) Source App: WhatsApp Business Body: Tecili yardim cagirdilar. From: **********00@s.whatsapp.net Ulduz xanim Timestamp: xx.xx.2021 04:14:00(UTC+4) Source App: WhatsApp Business Body: Kardiormma cekdiler. From: **********00@s.whatsapp.net Ulduz xanim Timestamp: xx.xx.2021 04:14:49(UTC+4) Source App: WhatsApp Business Body: Dediler infarkt oncesi veziyyet. From: **********96@s.whatsapp.net tyayah (owner) Timestamp: xx.xx.2021 04:15:04(UTC+4) Source App: WhatsApp Business Body: ozuve fikir ver. From: **********96@s.whatsapp.net tyayah (owner) Timestamp: xx.xx.2021 04:15:09(UTC+4) Source App: WhatsApp Business Body: ozuvu eseblesdirme. From: **********96@s.whatsapp.net tyayah (owner) Timestamp: xx.xx.2021 04:15:18(UTC+4) Source App: WhatsApp Business Body: men de seni bir de eseblesdirmiyecem. From: **********96@s.whatsapp.net tyayah (owner) Timestamp: xx.xx.2021 04:15:20(UTC+4) Source App: WhatsApp Business Body: yaxsi? From: **********00@s.whatsapp.net Ulduz xanim Timestamp: xx.xx.2021 04:15:44(UTC+4) Source App: WhatsApp Business Body: Sen menim axirima cixdin. From: **********96@s.whatsapp.net tyayah (owner) Timestamp: xx.xx.2021 04:16:16(UTC+4) Source App: WhatsApp Business Body: get yat istirahet ele sabah danisariq. From: **********00@s.whatsapp.net Ulduz xanimTimestamp: xx.xx.2021 04:16:30(UTC+4) Source App: WhatsApp Business Body: Ozumu oldurmek isteyirem. From: **********96@s.whatsapp.net tyayah (owner) Timestamp: xx.xx.2021 04:17:21(UTC+4) Source App: WhatsApp Business Body: seher senden zeng gozluyurem. From: **********96@s.whatsapp.net tyayah (owner) Timestamp: xx.xx.2021 04:21:41(UTC+4) Sourc App: WhatsApp Business Body: ozüne fikir ver. From: **********96@s.whatsapp.net tyayah (owner) Timestamp: xx.xx.2021 09:36:10(UTC+4) Source App: WhatsApp Business Body: sabahin xeyir necesen. From: **********00@s.whatsapp.net Ulduz xanim Timestamp: xx.xx.2021 09:45:45(UTC+4) Source App: WhatsApp Business Body: Teziqim yene var From: **********00@s.whatsapp.net Ulduz xanim Timestamp: xx.xx.2021 09:45:55(UTC+4) Source App: WhatsApp Business Body: Pulsum 103. From: **********96@s.whatsapp.net tyayah (owner) Timestamp: xx.xx.2021 09:46:05(UTC+4) Source App: WhatsApp Business Body: her vaxtin xeyir. From: **********96@s.whatsapp.net tyayah (owner) Timestamp: xx.xx.2021 09:46:11(UTC+4) Source App: WhatsApp Business Body: eseblesdirme ozuvu. From: **********96@s.whatsapp.net tyayah (owner) Timestamp: xx.xx.2021 09:46:17(UTC+4) Source App: WhatsApp Business Body: 11 de gedeceksen? From: **********96@s.whatsapp.net tyayah (owner) Timestamp: xx.xx.2021 09:46:26(UTC+4) Source App: WhatsApp Business Body: get goturen kimi meni yigarsan gelerem. From: **********00@s.whatsapp.net Ulduz xanim Timestamp: xx.xx.2021 09:46:36(UTC+4) Source App: WhatsApp Business Body: He de getmeliyem. From: **********96@s.whatsapp.net tyayah (owner) Timestamp: xx.xx.2021 09:47:20(UTC+4) Source App: WhatsApp Business Body: yaxsi. Göründüyü kimi, Təqsirləndirilən şəxs təqsirli olması, özünün ibtidai araşdırma dövründə vermiş olduğu ifadələri, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollarla və iş üzrə toplanmış başqa sübutlarla tam təsdiq edilir. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 350.2-ci maddəsinə əsasən bu Məcəllənin 42.1-ci maddəsində nəzərdə tutulmuş hallardan biri olduqda, aparılmış məhkəmə baxışının nəticələrinə dair məhkəmə bəraət hökmü çıxarmalıdır. Həmin Məcəllənin 42.1-ci maddəsində isə qeyd edilir ki, məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü cinayət hadisəsi olmadıqda, əməldə cinayət tərkibi olmadıqda, şəxsin cinayətin törədilməsinə aidiyyəti olmadıqda və təqsirliliyi sübuta yetirilmədikdə çıxarılır. Lakin yuxarıda qeyd edilən heç bir halın hazırki cinayət işində aşkar edilməməsi və apellyasiya şikayətinin formal mülahizələrə əsaslanması, onun barəsində bəraət hökmünün çıxarılmasını istisna edir. AR CPM-nin 125.4-cü maddəsinə əsasən bu Məcəllənin 125.2-ci maddəsində nəzərdə tutulmuş pozuntularla əldə edilmiş materiallar müvafiq pozuntu faktlarının və onlara yol vermiş şəxslərin təqsirliyinin sübut edilməsində istifadə oluna bilər. Məhkəmə kollegiyası hesab edir ki, ibtidai araşdırma zamanı qanuni üsullarla toplanmış və birinci instansiya məhkəməsində məhkəmə iclasında tam, hərtərəfli və obyektiv araşdırılmış mötəbər sübutlara birgə qiymət verən və həmin sübutlara əsaslanan məhkəmə iş üçün mühüm əhəmiyyət kəsb edən bütün halları aydınlaşdırmaqla Təqsirləndirilən şəxs ona ittiham olunmuş cinayət əməlini törətməsi haqda işin faktiki hallarına uyğun olan nəticəyə gəlmiş və onun həmin əməllərini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.3.2-ci maddəsi ilə düzgün tövsif etmişdir. Məhkəmə kollegiyasının qənaətinə görə, birinci instansiya məhkəməsi məhkuma cəza təyin edərkən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1, 41.2 və 58.3-cü maddələrinin tələblərinə riayət etməklə, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, cəzasını yüngülləşdirən və ağırlaşdıran halların olmamasını, əvvəllər məhkum olunmamasını, işin digər mühüm və diqqətə layiq hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, Təqsirləndirilən şəxs həm təqsirli bilindiyi cinayətin ağırlığına, həm də onun şəxsiyyətinə uyğun olan qanuni və ədalətli cəza təyin etmişdir. Məhkəmə iclasında məhkumun cəzasının dəyişdirilib, ona daha yüngül cəza təyin olunması üçün əlavə əsaslar müəyyən edilməmişdir. Həmçinin, qeyd olunmalıdır ki, məhkəmə kollegiyası tərəfindən birinci instansiya məhkəməsinin maddi və prosessual qanunvericiliyin normalarının tətbiqi ilə bağlı digər pozuntulara yol verməsi halları müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 398.1.1-ci maddəsinə əsasən, apellyasiya şikayətlərinin və ya apellyasiya protestinin baxışı nəticəsində apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarını dəyişdirmədən, apellyasiya şikayətini və ya apellyasiya protestini isə təmin etmədən saxlanılması haqqında qərar qəbul etmək səlahiyyətinə malikdir. Göstərilənləri nəzərə alaraq məhkəmə kollegiyası belə qənaətə gəlir ki, verilmiş apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.3.2-ci maddəsi ilə məhkum olunmasına dair Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-915/2022 saylı, 09 sentyabr 2022-ci il tarixli hökmü qanuni və əsaslı olduğundan verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmadır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1, 397.2 və 398.1.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Məhkum edilmiş şəxsin müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Ağır Cinayətlər Məhkəməsinin Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.3.2-ci maddəsi ilə məhkum olunmasına dair 1(101)-915/2022 saylı, 09 sentyabr 2022-ci il tarixli hökmü məhkum edilmiş şəxsin apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 408-412-ci maddələrinə uyğun olaraq Bakı Apellyasiya Məhkəməsinin vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və kassasiya protesti verilə bilər. Sədrlik edən: Anar İbrahimov Hakimlər: Mirzəli Abbasov Ramin Qaraqurbanlı

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar