Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(103)-1000/2025 30.04.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyası Hakimlər – Rəhimov Elmar Eldar oğlunun sədrliyi və məruzəsilə, Əhmədov Zəfər Vahid oğlu və Mehdiyev Emin Əlixan oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi – X14 qızının katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş X2 müdafiəsi üzrə idarəsinin Apellyasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı2, X1 və vəkili Müdafiəçi5, Müdafiəçilər- Müdafiəçi7 və Müdafiəçi4 iştirakları ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-nin) 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinərək məhkum edilməsinə dair Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 25 fevral 2025-ci il tarixli hökmündən zərərçəkmiş şəxs X4, zərərçəkmiş Zərərçəkmiş şəxs1 nümayəndəsi Müdafiəçi6 tərəfindən verilmiş apelyasiya şikayətlərinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 25 fevral 2025-ci il tarixli, 1(005)- 15/2025 saylı hökmü ilə (sədrlik edən X.K.Əlisoy) xx.xx.1984-cü il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli, 03 (üç) azyaşlı övladı olan, əvvəllər məhkum olunmamış, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 4(005)1477/2023 saylı qərarına əsasən barəsində xx.xx.2023-cü il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmiş, hazırda Ədliyyə Nazirliyinin Penitensiyar Xidmətinin 09 saylı Cəzaçəkmə Müəssisəsində saxlanılan təqsirləndirilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təsirli bilinməklə 02 (iki) il 04 (dörd) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilməsi, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı barəsində seçilmiş həbs qətimkan tədbiri və ev dustaqlığında olduğu 02 (iki) ay, 27 (iyirmi yeddi) gün (17 iyun -13 sentyabr 2023-cü il) ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılması, Təqsirləndirilən şəxs üzərində qəti olaraq 02 (iki) il, 01 (bir) ay 03 (üç) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılması, Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəlinin 12 oktyabr 2023-cü il tarixdən hesablanması, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması, maddi sübut hesab edilmiş “Whatsapp” ani mesajlaşma şəbəkəsi vasitəsi ilə aparılmış danışıqların mətnlərinin əks olunduğu 24 ədəd A4 formatlı vərəqin cinayət işi materiallarında saxlanılması hökm edilmişdir. İşin halları: Hökmə əsasən, Təqsirləndirilən şəxs tamah niyyəti və etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını ələ keçirmək məqsədi ilə X3 müəyyən məbləğdə pul müqabilində Əmlak Məsələləri Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Htiquqi Şəxsində işləyən tanışları vasitəsilə torpaq sahəsinə çıxarış almaq imkanının olmasına inandıraraq, Bakı şəhər Nərimanov rayon İcra Hakimiyyəti Başçısının sərəncamı ilə sonuncuya ayrılmış ünvan 3 ünvanda yerləşən 0,6 ha torpaq sahəsini pul müqabilində onun adına xüsusi mülkiyyət kimi ilkin qeydiyyatdan keçirəcəyinə dair yalan vədlər verməklə Təvəkkül Nəsibovu aldadıb, etibarından suiistifadə edərək, sonuncunun nağd pulu olmaması səbəbindən onun ünvan 4 ünvanındakı fərdi yaşayış evini həmin evin yerləşdiyi 0,6 ha torpaq sahəsi ilə birlikdə özünün tanışı olan Şahid3 verəcəyi 48000 manat faktiki borcun təminatı kimi müvəqqəti olaraq Şahid3 satmaqla pul əldə etməyə razı salaraq, bu məqsədlə 08 iyun 2022-ci il tarixdə Bakı şəhəri, Nəsimi rayonu, Moskva prospekti 58/1 ünvanında yerləşən ünvan 6ındakı razılaşmaya əsasən borcun təminatı kimi müvəqqəti olaraq Şahid3 satılmasına nail olduqdan sonra 08 iyun 2022-ci il tarixdə, saat 17 radələrində sözügedən notariat ofisinin qaşısında sonuncudan 48000 manat pulu alıb, ələ keçirərək, zərər çəkmiş şəxs Təvəkkül Nəsibova verdiyi vədə əməl etməyib, sonuncuya xeyli miqdar təşkil edən 48000 manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən tamah niyyəti və etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs1 yüksək vəzifədə işləyən tanışları vasitəsilə sonuncuya 22500 X11 dolları borclu olan Saatlı rayon sakini «Rəşad» adlı şəxsin barəsində Azərbaycan Respublikasının prokurorluq orqanlarında cinayət işi başlatdırmaqla həmin pulun ödənilməsini təmin etdirəcəyinə dair yalan vədlər verməklə aldadıb, Zərərçəkmiş şəxs1 etibarından sui-istifadə edərək 13 iyul 2022-ci il tarixdə ünvan 7 ünvanında yerləşən «Salam Baku» adlı restoranda sonuncudan həmin dövrün məzənnəsi ilə 3910 manat təşkil edən 2300 X11 dolları nağd pul, cinayət törətməyə yönəlmiş əməlini davam etdirməklə Zərərçəkmiş şəxs1 «Rəşad» adlı şəxsin borclu olduğu 22500 X11 dollar pulu alması ilə bağlı yüksək vəzifədə işləyən şəxslərə vermək, həmçinin Saatlı rayonuna getmək adı ilə aldadıb, sonuncunun 2022-ci ilin oktyabr ayının 10-dan həmin ilin noyabr ayının 10-a kimi olan müddət ərzində Rusiya federasiyasının Moskva şəhərindən «Zolotaya Korona» və «Contact» pul köçürmə sistemləri ilə göndərdiyi həmin dövrün məzənnəsi ilə 16490 manat təşkil edən 9700 X11 dollar pulunu alıb, ələ keçirərək, sonradan verdiyi vədə əməl etməyib zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 vahid niyyətlə əhatə olunan qəsdlə ümumilikdə xeyli miqdar təşkil edən 20400 manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs2 Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətində işləyən tanışları vasitəsilə əcnəbilərin Azərbaycan Respublikasının vətəndaşlığını əldə etməsini müəyyən məbləğdə pul müqabilində həll edə bilmək imkanının olmasına dair həqiqətə uyğun olmayan məlumat verib inandıraraq, 45000 manat pul qarşılığnda sonuncunun Rusiya Federasiyamda yaşayan dayısı X9 və onun oğlu X10 Azərbayacan Respublikasının vətəndaşlığını əldə etmələrinə nail olacağı dair yalan yalan vədlər verib, Zərərçəkmiş şəxs2 etibarından suiistifadə edərək, bu məqsədlə 2022-ci ilin oktyabr ayının ortalarında ünvan 8 ünvanında yerləşən X5rşısında Zərərçəkmiş şəxs2la görüşərək 45.000 manat pulunu alıb, ələ keçirərək, sonradan verdiyi vədə əməl etməyib, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 xeyli miqdar təşkil edən 45.000 manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən tamah niyyəti və etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs1 respublika ərazisində yerləşən cəzaçəkmə müəssisəslərinin rəhbərləri olan tanışları vasitəsi ilə həmin müəssisələrdə tütün məmulatlarının satışını həyata keçirəcəyinə dair yalan məlumat verməklə aldadıb, Zərərçəkmiş şəxs1 etibarından sui-istifadə edərək qeyd olunan uydurma biznes fəaliyətində onunla şərik olmasını təklif etmiş, bu məqsəddə 29 noyabr 2022-ci il tarixdə ünvan 9 ünvanda yerləşən «Kral» şadlıq evinin yanında Zərərçəkmiş şəxs1la görüşərək həmin dövrün məzənnəsi ilə 20400 manat təşkil cdəıı 12000 X11 dollar pulunu alıb, ələ keçirərək, sonradan verdiyi vədə əməl etməyib, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 ümumilikdə xeyli miqdar təşkil edən 20400 manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etmişdir. Hökmdən X1 apelyasiya şikayəti verərək Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli hökmünün ləğv edilməsi, Təqsirləndirilən şəxs barəsində cinayət işinin ağır ittiham verilməsi üçün ibtidai araşdırmaya rəhbərliyi həyata keçirən prokurora geri qaytarılması məqsədilə Nərimanov Rayon Məhkəməsinin hazırlıq iclasına təyin edilməsinə, əgər bu mümkün olmasa Təqsirləndirilən şəxs barəsində daha ağır cəzanın təyin edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Hökmdən zərərçəkmiş Zərərçəkmiş şəxs1 nümayəndəsi Müdafiəçi6 apelyasiya şikayəti verərək Nərimanov Rayon Məhkəməsinin 1(005)-15/2025 nömrəli xx.xx.2025-ci il tarixli hökmünün ləğv edilərək, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2-ci və 178.2.4-cü maddələri ilə daha ağır cəza təyin edilməsini xahiş etmişdir. Apelyasiya şikayətinin dəlilləri və tərəflərin çıxışları: X1 apelyasiya şikayətini onunla əsaslandırılmışdır ki, Nərimanov Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli hökmü ilə Rüstəm Ağamaliyev barəsində 2 il 4 ay müddətində azadlıqdan məhrumetmə cəzası təyin olunaraq təqsirli bilinmişdir. Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli hökmü ilə aşağıdakı göstərilənlərə görə razı deyil. Belə ki, Təqsirləndirilən şəxs əməlinə düzgün hüquqi qiymət verilməmişdir. Cinayət işinin materiallarından (alqı-satqı müqaviləsi, kassa mədaxil və məxaric orderləri, ifadələr) onun evinin 120.000 manata sənədləşdirilməsi, həmin məbləğdə pul vəsaitinin notariusun depozit hesabına köçürülməsi, çıxarılması, Təqsirləndirilən şəxs tərəfindən əldə edilməsi görünür. Təqsirləndirilən şəxs də evin alqı-satqı məbləği kimi ödənilmiş pul vəsaitinin ona çaldığını bildirir. Lakin o, ilkin izahat və ifadələrində pul məbləğinin 120.000 manat deyil, 60.000 manat olmasını, digər 60.000 manat pulun Şahid3 tərəfindən geri alındığını, özünün götürdüyü 60.000 manat pulun onda qaldığını, guya X7 rayonu ərazisində olan torpaq sahəsini həmin vəsaitlə özəlləşdirəcəyini bildirmişdir. Ancaq, istintaqın sonrakı mərhələsində Təqsirləndirilən şəxs 60.000 manat etiraf etdiyi pul məbləğindən guya 12.000 manat da Şahid3 verdiyini, onda 48.000 manat olmasını bildirmişdir. Onun bu ifadəsini özündən başqa heç kəs təsdiq etmir. Ələ keçirilmiş məbləğin 120.000 manat olması şübhəsizdir. Lakin, istintaq orqanının ağır cinayət əlamətlərini ört-basdır edib, heç bir əsas olmadan, rəsmi sənədlər 120.000 manat pul məbləğini tam təsdiq etdiyi halda həmin məbləği 48.000 manata (yəni 50.000 manatdan çox olmayan məbləğə) qədər azaltamqda istintaq orqanı heç şübhəsiz Təqsirləndirilən şəxs əməlini az ağır cinayət kimi tövsif edərək onu ağır cinayət məsuliyyətindən qəsdən yayındırmışdır. Təqsirləndirilən şəxslə Şahid3 əlbirliyinə əsaslı şübhələr var. Bu halı Abşeron rayon Polis İdarəsinin İstintaq Şöbəsində başlanmış cinayət işi də təsdiq edir. Həmin cinayət işi üzrə Şahid3 onun 200.000 manat dəyərində evinə olan hüquqlarını ələ keçirməkdə təqsirləndirilir. Bir vahid cinayət əməli üzrə Şahid3 ona məxsus 200.000 manat dəyərində olan evinə hüquqlarını ələ keçriməkdə, hazırki cinayət işi üzrə isə Təqsirləndirilən şəxs 48.000 manat pulu ələ keçirməkdə təqsirləndirilir. Hazırki iş üzrə Təqsirləndirilən şəxs ittiham düzgün verilməyib. Onun 48.000 manat pulu olmayıb, o pul ona məxsus deyil, o, 200.000 manat dəyərində evini 48.000 manata satmamışdır. Təqsirləndirilən şəxs Nərimanov rayonu ərazisində olan torpaq sahəsini özəlləşdirmək adı ilə Şahid3la əlbir olub öz aralarında vəzifə bölgüsü apararaq evini Şahid3 anasının adına girov niyyətilə lakin, alqı-satqı formasında rəsmiləşdirilməsi üçün sonuncunun gətirdiyi 120.000 manat pulu öz aralarında yarıbayarı bölüb evinə olan hüququnun Şahid3 anasının adına keçiriblər. Nəticədə Təqsirləndirilən şəxs və qeyrisi tərəfindən onun 48.000, 60.000, 120.000 manat pulu deyil, 200.000 manat dəyərində evini ələ keçiriblər. Hazırki iş ağır ittiham verilməsi üçün geri qaytarılmalı, hər iki iş yəni, Rüstəm Ağamaliyevin barəsində olan hazırki işlə Şahid3 barəsində istintaqda olan cinayət işi Nərimanov rayon Polis İdarəsində birləşdirilməli, hər iki şəxsin əlbirliyi araşdırılmalı, ağır ittihamın 120.000 manata görə, yalnız, Təqsirləndirilən şəxs, yaxud da 200.000 manat dəyərində evə görə hər iki şəxsə Təqsirləndirilən şəxslə Şahid3 əlbirliyinə görə verilməsi məsələsi həll edilməlidir. Ağır cinayət törətmiş şəxslərin ibtidai istintaq tərəfindən istintaq səhvi nəticəsində az ağır cinayət üzrə məsuliyyətə verilməsinin, ağır cinayət əməlinin gizlədilməsinin qarşısı alınmalıdır. İttiham 200.000 manat dəyərində evin ələ keçirilməsinə görə verilməli idi. Ona görə də Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə olan cinayət işinin Azərbaycan Respublikası CPM-nin 318.2-ci maddəsinə əsasən məhkəmədə baxılmasına xitam verilməsi və təqsirləndirilən şəxsə ağır ittiham verilməsi üçün işin ibtidai araşdırmaya rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərar qəbul edilməlidir. Zərərçəkmiş Zərərçəkmiş şəxs1 nümayəndəsi Müdafiəçi6 apelyasiya şikayətini onunla əsaslandırılmışdır ki, Nərimanov Rayon Məhkəməsinin 1(005)-15/2025 nömrəli xx.xx.2025- ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2-ci və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib ona azadlıqdan məhrumetmə cəzası təyin edilmişdir. Hesab edir ki, hökm qanunsuz, əsassız və ədalətsizdir. Belə ki, məhkəmə ziyanın qismən ödənilməsini nəzərə almamış və təqsirləndirilən şəxsə yüngül cəza təyin etmişdir. Zərərçəkmiş şəxs1 dəymiş ziyan tam ödənilməmişdir. Apelyasiya icraatında X1 və vəkil Müdafiəçi5 apelyasiya şikayətininin məzmununa uyğun çıxış edərək şikayətin təmin edilməsini xahiş etmişdir. Apelyasiya icraatında təqsirləndirilən şəxsin müdafiəçiləri şikayətin əsassız olduğunu bildirərək, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 25 fevral 2025-ci il tarixli, 1(005)- 15/2025 saylı hökmünün dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Apelyasiya icraatında dövlət ittihamçısı təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsində iştirak edən dövlət ittihamçısının təklif etdiyi həddə cəza təyin edilməsinə etiraz etmədiyini bildirmişdir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini cinayət işinin materialları ilə əlaqəli surətdə araşdırıb, tərəflərin çıxışlarını dinləyərək hesab edir ki, apelyasiya şikayətləri təmin edilməməli, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 25 fevral 2025ci il tarixli, 1(005)-15/2025 saylı hökmü dəyişdirilmədən saxlanılmalıdır. Azəbaycan Respublikası CPM-nin 397.1-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsinə görə isə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apelyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən apelyasiya şikayətinin və ya apelyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Məhkəmə kollegiyası Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 25 fevral 2025-ci il tarixli, 1(005)-15/2025 saylı hökmünün ləğv edilərək, Təqsirləndirilən şəxs barəsində cinayət işinin ağır ittiham verilməsi üçün ibtidai araşdırmaya rəhbərliyi həyata keçirən prokurora geri qaytarılması məqsədilə Nərimanov Rayon Məhkəməsinin hazırlıq iclasına təyin edilməsi barədə zərərçəkmiş şəxs X4 tərəfindən verilmiş apelyasiya şikayətinin dəlillərinə, eyni zamanda zərərçəkmiş şəxs və onun vəkilinin apelyasiya çıxışlarında qeyd etdikləri xüsusatlara münasibətdə qeyd edir ki, birinci instansiya məhkəməsi Azərbaycan Respublikası CPM-nin 144-145-ci maddələrinə əsasən cinayət təqibi üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib, birbiri ilə müqayisə etmiş, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib, bütün sübutlara məcmu halda qiymət verərək təqsirləndirilən şəxsin əməlinin hüquqi tövsifi məsələsini həll etmiş və belə nəticəyə gəlmişdir ki, ibtidai istintaq orqanı Təqsirləndirilən şəxs əməlini düzgün olaraq Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə tövsif etdiyindən o, həmin maddələr ilə təqsirli bilinərək cəzalandırılmalıdır. Qeyd etmək zəruridir ki, cinayət tərkibini təşkil edən əlamətlərin (obyekt, obyektiv tərəf, subyekt, subyektiv tərəf) mövcudluğu məhz konkret əməlin digər cinayət əməllərindən fərqləndirilməsinə xidmət edir. Cinayət tərkibi ictimai təhlükəli əməli konkret cinayət kimi xarakterizə edən cinayət qanunu ilə müəyyən edilmiş obyektiv və subyektiv əlamətlərin məcmusudur və cinayət tərkibinin əlamətləri CM-nin Xüsusi hissəsində formalaşdırılmışdır. Cinayətin tövsifi dedikdə isə törədilən cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir.Törədilən cinayət əməlinə gəldikdə isə ona münasibətdə cəza təyin edilərkən cəza təyin etmənin ümumi prinsiplərini rəhbər tutulmaqla cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almaqla ədalətli cəza təyin edilir. Məhkəmə kollegiyası hesab edir ki, təqsirləndirilən şəxsin ittihamda qeyd edilən cinayət əməlini törətməkdə təqsirli olması işə aid biri digərinə uyğun gələn sübutlar məcmusu ilə tam sübuta yetirilmiş, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli düzgün olaraq Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddəsi ilə tövsif olunmuş, eyni zamanda onun əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar aşkar edilməmişdir. Eyni zamanda zərərçəkmiş Zərərçəkmiş şəxs1 nümayəndəsi Müdafiəçi6 və X1 tərəfindən verilmiş apelyasiya şikayətlərində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 25 fevral 2025-ci il tarixli, 1(005)-15/2025 saylı hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş cəzanın ağırlaşdırılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası apelyasiya şikayətlərinin dəlillərini Azərbaycan Respublikası CM-in 8, 41.2 və 58.3-cü maddələri (ədalət prinsipi və sosial ədalətin bərpa edilməsi, cinayətin xarakteri, ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti və s.) baxımından məqsədəuyğun saymayaraq aşağıdakıları qeyd edir. Birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs əməlindən peşman olmasını, himayəsində 03 (üç) azyaşlı övladı olmasını, zərəçəkmiş şəxslər - Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 vurmuş olduğu maddi ziyanı ödəməsini və onlarla barışıq əldə etməsini onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alıb, onun əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran hal müəyyən etməyərək ona törətdiyi cinayət əməlinin ağırlığına və ictimai təhlükəlilik dərəcəsinə uyğun təqsirli bilindiyi maddənin sanksiyası daxilində azadlıqdan məhrumetmə cəzası təyin etmişdir. Cəzanın məqsədinə gəldikdə isə Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə müvafiq olaraq, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə kollegiyası qeyd edir ki, cəza törədilmiş cinayətə görə yalnız tənbeh deyildir, o, məhkumu qanunlara dəqiq riayət, ümumyaşayış qaydalarına hörmət ruhunda islah və yenidən tərbiyə etmək məqsədi daşıyır. Cəzanın mahiyyəti islah etmə və yenidən tərbiyə etmə ilə sıx bağlıdır, əməli törətmiş şəxsin şüurunda neqativ düşüncəni dəyişmək və onu hüququn tələblərinə riayət etməyə məcbur etmək istiqamətində dövlətin səylərindən ibarətdir. Cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Məhkəmə cinayət törətməkdə təqsirli bilinən şəxsə CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edir və ədalətli cəzanın təyin edilməsi ilk əvvəl cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına xidmət edir. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə də cəza siyasətinin humanistləşdirilməsi qarşıya qoyulan əsas vəzifə kimi göstərilmişdir. Azadlıqdan məhrum etmə ilə yanaşı alternativ cəzaların tətbiqinin genişləndirilməsi, alternativ cəzaların təyin edilməsi əsaslarının müəyyən olunması istiqamətində müvafiq tədbirlər həyata keçirilməsi mexanizminin təkmilləşdirilməsi nəzərdə tutulmuşdur. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikası CM-nin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini və onun şəxsiyyətini, cümlədən cəzanı yüngülləşdirən halları və ağırlaşdıran halların olmamasını, həmçinin ədalət prinsipini və sosial ədalətin bərpasını, cəzanın məhkumun islah edilməsi və təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini və təyin olunacaq cəzanın onun həyat şəraitinə təsirini nəzərə almışdır, təqsirləndirilən Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməlinə əsasən məhkəmə hökmü ilə təyin edilən normanın saksiyasında nəzərdə tutulan azadlıqdan məhrumetmə cəzası cinayət qanunvericiliyinin və cinayət məsuliyyətinin prinsiplərinə tam uyğundur, zərərçəkmiş şəxslərin apelyasiya şikayətlərinin dəlillərində qeyd etdikləri təqsirləndirilən şəxsə təyin edilmiş cəzanın ağırlaşdırılması nəticəsinə gəlməyə əsas vermir. Azərbaycan Respublikası CPM-nin 398.1.1-ci maddəsinə əsasən, apelyasiya şikayətinin və ya apelyasiya protestinin baxışı nəticəsində apelyasiya insitansiya məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarını dəyişdirmədən, apelyasiya şikayətini və ya apelyasiya protestini isə təmin etmədən saxlanılması haqqında qərar qəbul etməyə haqlıdır. Qeyd edilənləri nəzərə almaqla məhkəmə kollegiyası hesab edir ki, apelyasiya şikayətlərinin dəlilləri əsassız olduğundan təmin edilməməli, Bakı şəhər Nərimanov Rayon Məhkəməsinin 25 fevral 2025-ci il tarixli hökmü isə əsaslı və qanuni olduğundan apelyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara əsasən, Azərbaycan Respublikası CPM-nin 398.1.1-ci maddəsini rəhbər tutaraq QƏRARA ALDİ: Apelyasiya şikayəti təmin edilməsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinərək məhkum edilməsinə dair Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 25 fevral 2025-ci il tarixli hökmü apelyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 410-cu maddəsində nəzərdə tutulmuş müddətdə apelyasiya instansiyası vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər. Sədrlik edən Elmar Rəhimov Hakimlər Zəfər Əhmədov Emin Mehdiyev
Məhkəmə qərarları › İş №1(103)-1000/2025
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №1(103)-1000/2025
30.04.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver