Məhkəmə qərarları › İş №1(103)-1003/2024

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №1(103)-1003/2024

23.04.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(103)-1003/2024 23.04.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının hakimləri: X13 (sədrlik edən, məruzəçi hakim), Mehdiyev Emin Əlixan oğlu və X5 ibarət tərkibdə, Məhkəmə iclası katibi X6, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Apellyasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X3, Məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs, Müdafiəçi Bakı şəhəri 4 saylı vəkil bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 167-3.1 və 234.1-1-ci maddələri ilə məhkum olunmasına dair Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-907/2024 saylı, xx.xx.2024-cü il tarixli hökmündən Müdafiəçi1 tərəfindən verilmiş apellyasiya şikayətinə apellyasiya icraatı qaydasında, Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında (Bakı şəhəri, Az1073, Zahid Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Bakı Ağır Cinayətlər Məhkəməsinin 27 fevral 2024-cü il tarixli, 1(101)-907/2024 nömrəli hökmü ilə (hakimlər X14 (sədrlik edən), X7, X1 ibarət tərkibdə) xx xxxx 1987-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, himayəsində 1 (bir) azyaşlı uşağı olan, məhkumluğu olmayan, fərdi işlə məşğul olmuş, Bakı şəhəri, Nəsimi rayonu, X12 küçəsi, ev 7A ünvanında qeydiyyatda olan və yaşayan, hal-hazırda barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 167-3.1 və 234.1-1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinməsi və barəsində Cinayət Məcəlləsinin 167- 3.1-ci maddəsi ilə 02 (iki) il müddətə azadlıqdan məhrumetmə cəzası, Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, Təqsirləndirilən şəxs hazırkı hökmlə təyin olunmuş cəzalar Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən qismən toplamaq yolu ilə ona qəti olaraq 03 (üç) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi və ibtidai həbs (tutulma) müddətinin cəzaçəkmə müddətinə daxil edilməklə onun cəzaçəkmə müddətinin başlanğıcının xx.xx.2023-cü il tarixdən hesablanması, Təqsirləndirilən şəxs barədə seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılması, Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması hökm edilmişdir. Hökmlə həmçinin, maddi sübutlar və məhkəmə məsrəfləri məsələsi də həll edilmişdir. İşin halları: İstintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 167-3.1 və 234.4.3-cü maddələri ilə ittiham verilmiş və birinci instansiya məhkəməsi tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 167-3.1 və 234.1-1-ci maddələri ilə təqsirli bilinərək məhkum edilmişdir. Verilmiş ittihama əsasən Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və şəraitdə, naməlum mənbədən satış məqsədi və tamah niyyəti ilə qanunsuz olaraq külli miqdarda ümumi təmiz çəkisi 13,948 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroini əldə edib gələcəkdə satışını həyata keçirmək üçün təmiz çəkiləri 4,981 qram, 4,618 qram və 4,349 qram olan ayrı-ayrı hissələrə böldüyü 03 ədəd şəffaf sellofan bükümləri gödəkçəsinin sol iç qoltuq cibində gizlətməklə saxlayıb üzərində daşımış, Təqsirləndirilən şəxs külli miqdarda narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş məlumat əsasında 30 yanvar 2023-cü il tarixdə Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin Cinayət-axtarışı şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində saat 13:45-də o, ünvan 2 ünvanın qarşısında saxlanılaraq Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti 86 ünvanında yerləşən Nəsimi Rayon Polis İdarəsinin inzibati binasına gətirildikdən sonra üzərinə videoçəkiliş aparılmaqla şəxsi axtarış keçirilən zaman əynində olan gödəkçəsinin sol iç qoltuq cibindən satış məqsədi ilə qanunsuz olaraq əldə edib saxlamaqla daşıdığı 03 ədəd şəffaf sellofan bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri 4,981 qram, 4,618 qram və 4,349 qram olmaqla, ümumi təmiz çəkisi 13, 948 qram olan külli miqdarda həmin narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Bundan başqa, Təqsirləndirilən şəxs dini ekstremist materialları saxlama və yayma məqsədi ilə istintaqa məlum olmayan şəxs və ya şəxslərlə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşib dini ekstremist fəaliyyəti həyata keçirməyə çağıran, belə fəaliyyəti əsaslandıran və belə fəaliyyətin zəruriliyinə bəraət qazandıran, dini nifrət və düşmənçiliyin salınmasına yönələn, üzərində “Ya Hüseyn” yazılmış, məzmununda şəriət üsul-idarəli “Kərimə dövləti”nin qurulmasına çağırışların mövcud olduğu 04 ədəd vərəqəni istintaqa məlum olmayan vaxtda və şəraitdə, naməlum mənbədən əldə edərək gələcəkdə yaymaq üçün yaşadığı Bakı şəhəri, X12 küçəsi, ev 7A ünvanında saxlamış, 04 fevral 2023-cü il tarixdə saat 11:25-də Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 03 fevral 2023-cü il tarixli qərarı əsasında Təqsirləndirilən şəxs yaşadığı həmin ünvanda videoçəkilişdən istifadə edilməklə aparılan axtarış zamanı yataq otağında çarpayının altında ağ rəngli sellofanın içərisindən onun yaymaq məqsədi ilə əldə edərək saxladığı üzərində “Ya Hüseyn” yazılmış 04 ədəd vərəqədən ibarət dini ekstremist fəaliyyəti həyata keçirməyə çağıran, belə fəaliyyəti əsaslandıran və bu fəaliyyətin zəruriliyinə bəraət qazandıran həmin dini ekstremist materiallar aşkar edilərək götürülmüşdür. Apellyasiya şikayətinin dəlilləri: Həmin hökmdən məhkum olunmuş şəxs Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi1 apellyasiya şikayəti verərək, apelyasiya şikayətinə qismən məhkəmə istintaqı ilə aparılaraq Bakı Ağır Cinayətlər Məhkəməsinin 27 fevral 2024-cü il tarixli hökmünün ləğv edilməsini və Təqsirləndirilən şəxs bəraət hökmü verilməsini, Təqsirləndirilən şəxs İnsan Hüquqları və X2 haqqında Konvensiyanın 3, 5, 6, 8, 9, 10, 11, 13 və 18-ci maddəsində nəzərdə tutulan hüquqlarının pozuntusunun tanınması barədə qərar qəbul edilməsini, həmçinin müstəntiqlər Qurbanov Elçin, Zeynalov Sübhan və təhqiqatçı Babək Mirzəyevin fəaliyyətinin araşdırılması üçün barəsində xüsusi qərar qəbul edilməsini, polis nəfərləri Şahid1 Rafiq oğlu, Şahid2, Şahid3 Nəzərli oğlu və Şahid4 Rafik oğlu barədə bilə-bilə yalan ifadə verdiklərinə görə cinayət işinin başlanması üçün xüsusi qərar qəbul edib müvafiq quruma məlumat verilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri qismində cinayət işi materiallarında olan işin faktiki hallarına və bir sıra qanunvericilik aktlarına istinadlar edilərək göstərilmişdir: aşağıdakılara görə hesab edirik ki, cinayət işi üzrə icraata bəraətverici əsaslarla xitam verilməlidir. Ərizəçi bildirir ki, 30 yanvar 2023-cü ildə onu saat 13-14 arası tutublar. İstintaq materiallarından da görünür ki, ərizəçini saat 13:45-də saxlayıblar. Avtomobilə otuzdurub Nəsimi RPİ-yə gətiriblər. Ərizəçi bildirir ki, avtomobildə onu yumruq və təpiklə vurublar. Ailəsinə və vəkilinə məlumat verməyə imkan verməyiblər. Dərhal mobil telefonunu əlindən alıblar. Saat 14:10-da şübhəli şəxsin tutulmaq qərarı elan edilib. Saat 14:55-də şübhəli şəxsin tutulma protokolu tərtib edilib. Saat 15:40-da isə şəxsi axtarışa məruz qalıb. Beləliklə, ərizəçi dövlət hesabına vəkil gələnə kimi, yəni, bir saat 10 dəqiqə tamamilə polisin nəzarətində olub. Saxlanıldıqdan iki saat 5 dəqiqə sonra isə şəxsi axtarışa məruz qalıb. 2 saat 5 dəqiqə tamamilə polisin nəzarətində olub və əlinə də qandal vurulmayıb. İstintaq sənədlərinə əsasən ərizəçi guya dövlət hesabına vəkil təyin edilməsini istəyib və vəkil gəldikdən sonra ərizəçi vəkilə etiraz etməmə ərizəsinə və vəkilin təqdim edilməsi protokoluna imza edib. Sonra şübhəli şəxsin tutulması qərarı və protokolu hazırlanıb. Şəxsi axtarış aparılana kimi, ərizəçinin hüquqları izah edilən protokollara imza edib, etiraz edilə bilən şəxslərin adları ilə tanış olub və ərizə imzalayıb ki, şəxsi axtarışda vəkilin iştirakını tələb etmir. Baxmayaraq ki, bir neçə dəqiqə əvvəl vəkillə təmin edilməsini "xahiş edib”. İstintaq sənədlərindən görünür ki, şahidlərin dindirmə protokolu eyni ifadələrdən ibarətdir. Şahidlər 22 fevral, 23 mart 2023-cü il və sair vaxtlarda dindirilib. Hər 4 şahidin ifadəsi 3 vərəqdən ibarət olub. Fərqli vaxtlarda dindirilsələr də eyni cümlələrlə ifadələrini səsləndiriblər?! Dindirmə hər dörd şahiddə 45 dəqiqə olub. Hətta şahidlərin ifadəsində də cümlələr eyni sözlərlə səhifənin sonunda bitir. Heç bir dəyişiklik yoxdur. Bu onu göstərir ki, şahidlər həqiqəti deməyib. Müstəntiq hazır ifadəyə imza etdirib. Məhkəmə hökmdə qeyd edib: Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs aşkar olunmuş narkotik vasitələrin satışı ilə məşğul olmadığını, həmin narkotik vasitələrin üzərinə polis əməkdaşları tərəfindən qoyulduğunu, polislərin onu qardaşını tutmaqla hədələdikləri üçün məcbur qalıb narkotik vasitəni boynuna götürməyə razılaşdığını, onda olan kitabların isə heç birinin qadağan olunmuş kitablar olmadığını, həmin kitabların satışda mövcud olduğunu, həmçinin polis əməkdaşları tərəfindən saxlanılarkən ona psixoloji və fiziki təzyiqlər edildiyini bildirsə də, həmin dəlillərin yoxlanılması zamanı təqsirləndirilən şəxsin gətirdiyi bu dəlillər şahid ifadələri, axtarış (götürmə-baxış) protokolları, məhkəmə ekspertizalarının rəyləri, habelə digər toplanmış istintaq materialları ilə tam təkzib edilmişdir. Habelə, cinayət işinin materiallarında təqsirləndirilən şəxsin özünün müdafiəsi üçün gətirdiyi dəlilləri təsdiq edən mötəbər sübutlar məhkəmə baxışı zamanı da müəyyən edilməmişdir. Qeyd olunanlara əsasən məhkəmə təqsirləndirilən şəxsin yuxarıda göstərdiyi xüsusatlara tənqidi yanaşaraq hesab edir ki, onun göstərdikləri işin faktiki hallarına uygun deyil və digər mötəbər sübutlarla tam təkzib olunur. Məhkəmə onun ifadələrinin həmin hissəsini özünü müdafiə xarakteri daşımaqla cinayət məsuliyyətindən yayınmaq məqsədi ilə verilmiş həqiqəti əks etdirməyən ifadələr kimi qiymətləndirir. Halbuki, ilk iki gün ərizəçinin müdafiə hüququ pozulub və işgəncəyə məruz qaldığı üçün sənədlərə imza edib. Ərizəçinin 04 fevral 2023-cü ildə evində axtarış aparılıb. Baxmayaraq ki, ərizəçi guya narkotik vasitələrin satışında ittiham edilirdi və 30 yanvar 2023-cü ildə saxlanılıb. Əgər həqiqətən də ərizəçi narkotik vasitə satmış olsaydı, onun yaşadığı evə dərhal baxış keçirilərdi, 4 gün sonra yox. Üstəlik, ərizəçinin evində aparılmış axtarışda iştirakı təmin edilməyib. Evdəki axtarış aparılan zaman qeydə alınmış video çəkilişə baxan zaman məlum olub ki, ərizəçinin arvadı qapını şəxsiyyət vəsiqəsi ilə açır. Yəni görünür ki, əvvəlcədən evə artıq daxil olublar və ərzəçinin arvadına da başa salıblar ki, şəxsiyyət vəsiqəsi ilə qapını açsın. Ərizəçinin arvadı bildirir ki, evdə axtarış aparılanda evə 20-yə yaxın polis girib. Maraqlıdır ki, guya polislər narkotik axtarmağa gəlib, amma nədənsə dini kitablar və bayraqlar da götürüb. Məhkəmədə də bunu izah edə bilmədilər. Üstəlik, polislərin götürüdüyü kitabların heç biri qadağan olunmuş kitab siyahısında deyil. Evdən dini bayraqları götürüblər, amma 2 dənə də AR bayrağı aşkar edildi. Ərizəçi 3-cü maddənin qurbanı olub. Belə ki, Birincisi, ərizəçi fiziki və psixoloji işgəncəyə məruz qalıb. Bunu vəkilinə, müstəntiqə, Nəsimi rayon məhkəməsində hakimə və sonradan Bakı Ağır Cinayətlər Məhkəməsində məhkəməyə bildirib. İkincisi, ərizəçinin işgəncəyə məruz qalması barədə şikayətləri hərtərəfli araşdırılmayıb. Üstəlik, ərizəçi bildirir ki, bugünə olan qeyri-rəsmi məlumatlara görə altı min dindar şəxs həbs edilib. Hamısı işgəncəyə məruz qaldığını bildirir. Bəziləri psixoloji, bəziləri isə fiziki işgəncəyə məruz qalıblar. Ərizəçi bildirir ki, onu hədələyən şəxslər polis idi və onların polis olması hədənin real olacağı mənasını daşıyırdı. Ona görə də ərizəçi bu hədələrdən qorxaraq polisin dediklərini səsləndirib və sənədlərə imza etməyə məcbur olub. Təqsirləndirilənin başqa bir sübut olmadığı halda cinayət etməsini etiraf etməsi şübhəsizdir ki, kənar təsirin - işgəncənin nəticəsində baş verib. Bundan başqa ərizəçi qeyd edir ki, həbs edildiyi gün psixoloji təzyiqə məruz qalıb. Ərizəçi bildirir ki, həbs edilən şəxsin öz həbsi və harada saxlanılması barədə yaxın qohumlarına məlumat vermək hüququnun təmin edilməsi mühüm həyati əhəmiyyət kəsb edir, şəxsi dövlət orqanlarının əsassız müdaxilərindən, işgəncələrdən qoruyur. Şəxsə özünün və ailəsinin istədiyi, inandığı müdafiəçi ilə təmsil edilmə şansını çoxaldır və s. Ərizəçi bildirir ki, tez bir zamanda ailəsinə məlumat verə bilsəydi, öz vəkili onun yanında olsaydı, o, nə hədələrdən qorxardı, nə də sənədlərə imza etməyə məcbur olmazdı. Ərizəçi bildirir ki, o, tutulduğu andan müdafiə hüququ pozulub. Ona dövlət hesabına vəkil təyin etsələr də, vəkil onun müdafiəsini həyata keçirməyib. Əksinə təhqiqatçı və müstəntiqin verdiyi sənədləri sorğusualsız imza edib. İbtidai istintaq sənədlərindən görünür ki, ərizəçi saat 13:45-də tutulub və 2 saat sonra isə şəxsi axtarışa məruz qalıb. Təhqiqatçı dövlət hesabına vəkil təyin edib. Vəkil heç bir sənəddə buna aydınlıq gətirməyib, qeyd verməyib, gəlmə saatını yazmayıb. Baxmayaraq ki, təxirəsalınmaz əməliyyat-axtarış hərəkətlərinin keçirilməsinə dair qərarda ərizəçinin üzəri, evi dərhal axtarılmalı və tutulması çəkilişlə aparılmalı idi, lakin polis bu qərarı icra etməyib. Bundan başqa Ərizəçi həbs edildiyi andan heç vaxt özünə qarşı ifadə vermək, ifadə verməkdən imtina etmək hüquqları izah edilməyib və məcbur edilərək sənədlərə imza edib. Ərizəçi bildirir ki, iş materiallarında dövlət hesabına vəkil təyin edildiyi və ya hüquq və vəzifələrinin izah edilməsi ilə bağlı bildirişlərdə imzası olsa da, bu sənədlər formal idi. Ərizəçi bildirir ki, o, nə vəkil müdafiəsi ilə təmin olunub, nə də ki, hüquqları izah edilib. Ərizəçi bildirir ki, onun müdafiə hüququ təmin edilməyib. Formal olaraq dövlət hesabına vəkillə təmin edilib. Vəkilin iş materiallarında imzası olsa da, ərizəçi bildirir ki, vəkil onu müdafiə edəcək heç bir qeyd verməyib. Ərizəçi bildirir ki, həqiqətən də müdafiə hüququ təmin edilmiş olsaydı, vəkil onun işgəncəyə məruz qalmasından şikayət edərdi, özünün İdarəyə gəldiyi vaxtı sənədlərə qeyd edərdi. Konfıdensial görüş keçirərdi. Dövlət hesabına təyin edilmiş vəkilin müdafiəçi kimi öz funksiyasını yerinə yetirməməsi, təqsirləndiriləni müdafiə etməməsi, təqsirləndiriləni özünün vəkil dəvət etməsinə real şəraitin yaradılmaması onun müdafiə hüququnu və Konvensiyanın 6(1) və 6 (3) maddələrini kobud şəkildə pozub. Hazırkı işdə ittiham ərizəçi əleyhinə heç bir sübut toplamayıb, buna cəhd də etməyib. İstintaqın yeganə məqsədi o olub ki, ərizəçi ona qarşı irəli sürülmüş cinayəti etiraf etsin. Buna görə də ona ağır işgəncələr veriblər. Ərizəçinin belə bir şəraitdən müdafiə olunmaq imkanları olmayıb, istintaq orqanı ərizəçi faktiki həbsdə olsa da, onun hüquqlarının müdafiəsi, ən azı onu qanunsuz müdafiədən qoruya biləcək hər hansı bir şərait yaratmayıblar. Ərizəçiyə xarici aləmlə, onu müdafiə edəcək şəxslərlə heç bir əlaqə yaratmağa imkan verməyiblər. Ərizəçiyə verilmiş ikinci ittihamla bağlı: 24 may 2023-cü il tarixli 4/856 saylı məhkəmə-dinşünaslıq ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı evdən götürülmüş və ekspertizaya təqdim edilmiş dini məzmunlu məlumat materiallarından üzərində “Ya Hüseyn” yazılmış 4 ədəd vərəqə dini ekstremist fəaliyyəti həyata keçirməyə çağıran və ya belə fəaliyyəti əsaslandıran və yaxud belə fəaliyyətin zəruriliyinə bəraət qazandıran dini ekstremist materiallar sayılır. Təqsirləndirilən şəxs yaşadığı evdən götürülmüş və ekspertizaya təqdim edilmiş Ayətullah-uzma X22 "xxxx", X21 Şirazinin “Pişavər gecələri” (İİ və İİİ cildlər) və qara rəngli parça dini ekstremist fəaliyyəti həyata keçirməyə çağıran və ya belə fəaliyyəti əsaslandıran və yaxud fəaliyyətin zəruriliyinə bəraət qazandıran dini ekstremist materiallar hesab edilmir, (cild 1, iş vərəqə 215-219). Ərizəçi bildirir ki, aşkar edilmiş bayraqlar və dini vərəqlər ona məxsus olmayıb. Ərizəçi bildirir ki, o, MBH-nin İdarə Heyətinin üzvü olub və onu cəzalandırmaq üçün saxta ittihamla həbs edilib. Hökmdən dövlət ittihamçısı apellyasiya protesti verməmişdir. Apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir. Proses iştirakçılarının çıxışları: Məhkəmə iclasında çıxış edən məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs apellyasiya şikayətini müdafiə edərək bildirmişdir ki, o, heç bir cinayət törətməmişdir, ittiham aktında qeyd olunan kitablar onun deyil, o heç vaxt narkotik vasitə istifadə etməmişdir. Bilir ki, bəraət alsa da, ona yenidən tutacaqlar, ona görə də, məhkəmədən ona həbsdə olduğu müddətdən artıq olmayan müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında çıxış edən məhkum edilmiş şəxsin müdafiəçisi Müdafiəçi2 apellyasiya şikayətini müdafiə edərək bildirmişdir ki, birinci instansiya məhkəməsi tərəfindən sübutlara düzgün qiymət verilməmişdir. Təqsirləndirilən şəxs narkomaniya xəstəliyi də aşkarlanmamışdır, o, dini hərəkatın üzvü olduğu üçün həbs olunmuşdur. Məhkəmədən apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında dövlət ittihamçısı X9 bildirmişdir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 167-3.1 və 234.1-1-ci maddələri ilə təqsirli olması cinayət işinin materialları ilə tam sübuta yetirilir. Təqsirləndirilən şəxs evindən aşkarlanan bütün dini kitablara görə yox, Musəvi Şirazinin “Pişavər Gecələri”, "xxxx" və Musəvi Şirazinin “Pişavər Gecələri” adlı 3 ədəd kitabdakı 4 vərəqə görə ittiham verilmişdir. Birinci instansiya məhkəməsinin hökmünü qanuni, əsaslı və ədalətli hesba edirəm, məhkəmədən apellyasiya şikayətinin təmin olunmamasını, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmünün dəyişdirilmədən saxlanılmasını xahiş etdi. İşin hüquqi məsələləri: Apellyasiya şikayətinin dəlilləri ilə əlaqədar оlaraq məhkəmə kоllegiyası qeyd edir ki, Azərbaycan Respublikası CPM-nin 397.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin nоrmalarının tətbiq edilməsinin düzgünlüyünü yохlayır. Həmin Məcəllənin 397.2-ci maddəsində göstərilir ki, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya prоtestinin hüdudlarında yохlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin nоrmalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya prоtestinin dəlillərindən asılı оlmayaraq yохlanılır. Qeyd edilən prosessual normaların mənasına görə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılmalıdır. Başqa sözlə, işin faktiki halları yalnız apellyasiya tələbi ilə bağlı olan hissədə yəni apellyasiya tələbinin təsdiq və ya təkzib edilməsi zərurəti ilə əlaqədar yoxlanılır. Burada işin faktiki halları dedikdə, konkret cinayət əməli üzrə sübut edilməli olan və məhkəmənin hökmünün və ya başqa qərarının qəbul edilməsi üçün mühüm əhəmiyyət kəsb edən xüsusatların məcmusu başa düşülməlidir. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununun və CPM-nin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılması o deməkdir ki, hökmün və ya qərarın qanuni və əsaslı olmasını yoxlayarkən apellyasiya instansiya məhkəməsi qanunla müəyyən edilmiş hüquqları həddində apellyasiya şikayəti və apellyasiya protestində göstərilibgöstərilməməsindən asılı olmayaraq, birinci instansiya məhkəməsinin tətbiq etdiyi cinayət və cinayət-prosessual hüquq normalarının, habelə bu normalarla bağlı olaraq başqa hüquq sahələrinə aid normaların düzgün tətbiq edilib edilməməsini yoxlamalıdır. Başqa sözlə apellyasiya instansiya məhkəməsi məhkəmə baxışı zamanı hüquq məsələsini hər bir halda və tam həcmdə yoxlamalıdır. Həmçinin Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenimunun 12 may 2009-cu il tarixli Qərarına əsasən a) apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən cinayət və cinayət-prosessual qanunvericiliyinin normalarına riayət edilməsini hər bir halda, o cümlədən müvafiq olaraq apellyasiya şikayətinin və ya protestinin dəlillərində bu barədə tələb irəli sürülməsə də yoxlamalıdır; b) cinayət və cinayət-prosessual qanunvericiliyinin normalarına riayət edilməsinin yoxlanılmasından sonra Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 403-405-ci maddələrində nəzərdə tutulmuş hallar və səbəblər müəyyən edildikdə: - apellyasiya icraatı məhkum edilmiş və ya bəraət almış şəxsin və ya onun müdafiəçisinin verdiyi apellyasiya şikayəti və yaxud mahiyyətcə həmin şəxslərdən hər hansı birinin xeyrinə dövlət ittihamçısının verdiyi apellyasiya protesti üzrə keçirilərsə, apellyasiya instansiyası məhkəməsi göstərilən şəxsin vəziyyətini yaxşılaşdırmaqla birinci instansiya məhkəməsinin yekun qərarını dəyişdirə və ya ləğv edərək yeni qərar qəbul edə bilər; - apellyasiya icraatı mahiyyətcə məhkum edilmiş və ya bəraət almış şəxsin ziyanına dövlət ittihamçısının verdiyi apellyasiya protesti və ya xüsusi ittihamçının verdiyi apellyasiya şikayəti üzrə keçirilərsə, apellyasiya instansiyası məhkəməsi apellyasiya müraciətinin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin yekun qərarını məhkum edilmiş və ya bəraət almış şəxsin vəziyyətini ağırlaşdırmaqla da dəyişdirə və ya ləğv edərək yeni qərar qəbul edə bilər; lakin bunun üçün əsas apellyasiya müraciətinin dəlillərində göstərilməmişdirsə, qərar işə baxan apellyasiya instansiyası məhkəməsinin bütün hakimləri tərəfindən yalnız yekdilliklə qəbul oluna bilər. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndinə əsasən isə məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Həmçinin Azərbaycan Respublikası CPM-nin 8-ci maddəsinə görə cinayət mühakimə icraatının vəzifələri - cinayətləri tezliklə açmaq, cinayət təqibi ilə bağlı bütün halları hərtərəfli, tam və obyektiv araşdırmaq; cinayət törətmiş şəxsləri ifşa və cinayət məsuliyyətinə cəlb etmək; cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirməkdən ibarətdir. Birinci instansiya məhkəməsinin hökmü ilə razılaşmayan məhkum olunmuş şəxsin müdafiəçisinin apellyasiya şikayətlərinin əsas dəlili Təqsirləndirilən şəxs bəraət verilməsindən ibarətdir. Birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin ifadələrinin, ekspertiza rəylərinin, maddi sübutun, istintaq və məhkəmə hərəkətləri protokollarının və digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlmişdir ki, təqsirləndirilən şəxsə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ittiham verilmiş əməli həmin Məcəllənin 234.1-1-ci maddəsinə - satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni külli miqdarda əldə etmə və saxlamaya tövsif edilməlidir. Beləliklə, birinci instansiya məhkəməsi məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən sübutların məcmusuna əsasən belə nəticəyə gəlmişdir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 167-3.1-ci və 234.1-1-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməsi öz təsdiqini tapmışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquqi normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyətli olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi poroses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Məhkəmə kollegiyası apellyasiya şikayətlərinin dəlillərinə münasibətdə aşağıdakıları qeyd edir. Təqsirləndirilən şəxs özünü təqsirli bilməməsi, narkotik vasitələrdən istifadə etməməsi, təqsirləndirilən şəxs birinci instansiya məhkəməsində və apellyasiya şikayətində özünü təqsirli bilməsə də, ibtidai istintaq zamanı verdiyi ifadəsində özünü təqsirli bilərək etirafedici ifadələr vermişdir. Bundan başqa birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş Şahid1, Şahid4 verdiyi ifadələr də X8 təqsirliliyinə dəlalət edir. Həmçinin məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Daxili İşlər Nazirliyinin Nəsimi Rayon Polis İdarəsinin cinayət axtarış şöbəsinin əməliyyat müvəkkili Şahid3 ifadəsində məhkəməyədək icraat zamanı verdiyi ifadəsi ilə eyni məzmunlu və Şahid4 məhkəmə baxışı zamanı verdiyi ifadəsinə oxşar məzmunda ifadə verərək Şahid4 ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişdir. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Daxili İşlər Nazirliyinin Nəsimi Rayon Polis İdarəsinin cinayət axtarış şöbəsinin əməliyyat müvəkkili Şahid2 ifadəsində məhkəməyədək icraat zamanı verdiyi ifadəsi ilə eyni məzmunlu və Şahid1 oğlunun məhkəmə baxışı zamanı verdiyi ifadəsinə oxşar məzmunda ifadə verərək Şahid1 ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişdir. xx.xx.2023cü il tarixli “Şəxsi axtarış və götürmə aparılması haqqında” qərar və protokoldan görünür ki, Təqsirləndirilən şəxs əynində olan tünd göy rəngli parka qış gödəkcəsinin sol iç qoltuq cibindən 3 ədəd şəffaf sellofan bükümlərində olan içərisində tünd qəhvəyi rəngli toz şəkilli, spesifik iyi olan maddələri təqdim edərək, sorğu zamanı sellofan bükümündəki içərisində tünd qəhvəyi rəngli, spesifik iyi olan maddəni 5 gün əvvəl Nəsimi rayonu, Papanin ərazisində Hərbi Ekspertiza binasının yaxınlığında yerləşən zibil tullantıları qutularının yaxınlığından sellofan bükümündə olduğu vəziyyətdə tapdığını və həmin maddədən bir az istifadə edərək dadına baxdıqdan sonra xoşu gəlmədiyi üçün qalan hissəsini tanıdığı şəxslərdən maddənin nə olduğunu öyrənmək məqsədilə üzərində saxlamaqla gəzdirdiyini bildirmişdir. Təqsirləndirilən şəxs aşkar edilmiş maddələr qablaşdırılaraq möhürlənmişdir. 31 yanvar 2023-cü il tarixli 6/566 saylı məhkəmə-kimyəvi ekspertizasının rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində Azərbaycan Respublikası DİN Zərflər üçün №186 dairəvi möhür əksi olan “Vət.Təqsirləndirilən şəxs aşkar...” sözləri, soyad və imzalar qeyd edilmiş bir ədəd zərfdə üç ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 4,981 qram, 4,618 qram, 4,349 qram ümumi təmiz çəkisi 13,948 olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Məhkəmə-narkoloji ekspertizasının 02 fevral 2023-cü il tarixli, 557 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs opoidlərdən istifadə etmə halları olub. Lakin, hal-hazırda Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Halhazırda müayinə zamanı Təqsirləndirilən şəxs narkomaniya xəstəliyinən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür. Məhkəmə kollegiyası təqsirləndirilən şəxsdə olan kitabların heç birinin qadağan olunmuş kitablar olmaması və satışda mövcud olması ilə bağlı apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, xx.xx.2023-cü il tarixli “Baxış və götürmə aparılması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs oğlunun yaşadığı ünvan 7 ünvanın yerləşən mənzilinə baxış keçirilmiş, baxış zamanı mənzilin 2-ci mərtəbəsində uşaqların yatması üçün nəzərdə tutulan otaqdan nəşriyyatlar və iş üçün əhəmiyyət kəsb edən aşağıdakı materiallar aşkar olunmuşdur. 1. X10 “Şübhələrə cavablar” (2004); 2. Həmid Məhəmmədinin “Əl-Qiraət” (2006); 3. X17 Təbətəbainin “Hidayət risaləsi” (2010); 4. X28 “Möminlərin zinəti” (2011); 5. X28 “Məfatihul Cihan” (2010); 6. Ayətullahul-uzma X22 "xxxx" (2008), X21 Şirazinin “Pişavər gecələri” (2006); 8. “X30 Əştərə əhdnaməsi” (2014); 9. “X15 "xxxx" (2012); 10. Möhsün Qiraətinin “Xüms və Zəkat” (2012); 11. X11 X18 “Fiqhi hökmlər" (2011); 12. “Əs-Səhifətussəccadiyyə” (2013); 13. X22 “Fiqh təlimləri” (2011); 14. 04 ədəd üzərində Ya Hüseyn yazıları olan parçaları; 15. 01 ədəd üzərində fars əlifbası olan yazılar; 16. 02 ədəd Ruhullah Xameyninin fotoşəkili; 17. 01 ədəd Qasım Süleymaninin fotoşəkili; 18. 01 ədəd panasonic markalı kaset, 01 ədəd CD disk. 12 may 2023-cü il tarixli 4/580 saylı məhkəmə-dinşünaslıq ekspertizasının rəyindən görünür ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı Şəhəri Nəsimi Rayon Polis İdarəsində istintaqı aparılan ********* saylı cinayət işi üzrə “Məhkəmə linqvistik-dinşünaslıq ekspertizası təyin edilməsi haqqında” 24 mart 2023-cü il tarixli Qərara əsasən ekspertizaya təqdim edilmiş Təqsirləndirilən şəxs yaşadığı evdən götürülmüş dini məzmunlu məlumat materiallarından üzərində “Ya Hüseyn”yazılmış 4 ədəd vərəqədə ekspert qarşısında qoyulmuş suallara əsasən, Azərbaycan Respublikasının Konstitusiyasına və qanunvericiliyinə zidd olan məlumatlar aşkarlanmışdır. Belə ki. "Ya Hüseyn” yazılmış 4 ədəd vərəqədə Azərbaycan Respublikasının Konstitusiyasının 7-ci maddəsində qeyd edilən dünyəvilik prinsipinə zidd olaraq şəriət dövlətinin qurulmasına çağırış vardır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı Şəhəri Nəsimi Rayon Polis İdarəsində istintaqı aparılan ********* saylı cinayət işi üzrə, “Məhkəmə linqvistik-dinşünaslıq ekspertizası təyin edilməsi haqqında” 24 mart 2023-cü il tarixli qərara əsasən dinşünaslıq ekspertizasına təqdim edilmiş Təqsirləndirilən şəxs yaşadığı evdən götürülmüş dini məzmunlu məlumat materiallarından adları aşağıda qeyd edilənlər ölkəyə idxal edilmişdir: 1. X10 “Şübhələrə cavablar” (İran, 2004); 2. Həmid Məhəmmədinin “Əl-Qiraət” (İİR, Qum. 2006); 3. X17 Təbətəbainin “Hidayət risaləsi” (İİR, 2010); 4. X28 “Möminlərin zinəti” (İİR, 2011); 5. X28 “Məfatihul Cihan” kitabında (İİR, 2010); 6. Ayətullahul-uzma X22 "xxxx" (Ülvi həyat MMC, 2008); 7. X21 Şirazinin “Pişavər gecələri” (İİR, “Fəcri Quran” nəşriyyatı. 1385 h.q. İİ cild); 8. X21 Şirazinin “Pişavər gecələri” (“Şəhriyar”, 2006. İİİ cild) Adları aşağıda qeyd edilənlər dini ədəbiyyatlar ölkə nəşriyyatlarında çap edilmişdir: 1. “X30 Əştərə əhdnaməsi” (Bakı, 2014); 2. “X15 "xxxx" (Bakı, 2012); 3. Möhsün Qiraətinin “Xüms və Zəkat” (Bakı, 2012); 4. X11 X18 “Fiqhi hökmlər" (Bakı, 2011); “ 5. Əs-Səhifətus-səccadiyyə” (Bakı, 2013); 6. X22 “Fiqh təlimləri” (Bakı, 2011). Həmçinin Təqsirləndirilən şəxs işgəncəyə məruz qalması, polis əməkdaşları tərəfindən saxlanılarkən ona psixoloji və fiziki təzyiqlər edilməsi barədə apellyasiya şikayətinin dəlillərinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsinin hökmündən göründüyü kimi birinci instansiya məhkəməsi həmin xüsusatın araşdırılması üçün müvafiq dövlət orqanlarına sorğu vermiş və cavabları alınaraq cinayət işinin materiallarına əlavə edilmişdir. Belə ki, məhkəmə Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı fiziki, psixi və ya sair zorakılığa, işgəncəyə və sair qeyri-qanuni rəftara məruz qalıb-qalmaması ilə bağlı araşdırma aparılması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasına sorğu ünvanlamış, təcridxanadan daxil olmuş xx.xx.2023-cü il tarixli 3-16-17/38/2-7619/2023 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs təcridxanaya gətirilən zaman ilkin tibbi müayinədən keçirilmiş və müayinə zamanı bədənində xəsarət aşkarlanmamışdır. Nəsimi Rayon Polis İdarəsinin xx.xx.2023-cü il tarixli 51/2-36313 nömrəli məktubundan və ona əlavə edilmiş aktdan görünür ki, Təqsirləndirilən şəxs MSY-ə gətirilən zaman üstünə baxış keçirilmiş və xəsarət aşkar edilməmişdir. Nəsimi rayon prokurorluğunun xx.xx.2023-cü il tarixli 254-C/23 nömrəli cavab məktubundan müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı fiziki zorakılığa məruz qalması barədə rayon prokurorluğunda araşdırma aparılmış və Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən fiziki və ya psixi təzyiqlərə məruz qalması təsdiq edilmədiyindən xx.xx.2023-cü il tarixdə cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərar qəbul edilmişdir. Bundan başqa iş üzrə şahidlər Şahid1, Şahid3 və Şahid2 məhkəmədə dindirilərkən onlara verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs qarşı hər hansı polis əməkdaşı tərəfindən istər saxlanılan zaman, istərsə də polis bölməsində heç bir fiziki və ya psixi təsir və təzyiq edilmədiyini bildirmişlər. Eyni zamanda Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı ifadə verərkən ona polis əməkdaşları tərəfindən hər hansı bir zor tətbiq edilmədiyini bildirmişdir. Bununla yanaşı təqsirlənidirlən şəxsin hüquqlarının eyni zamanda müdafiə hüququnun pozulması ilə bağlı apellyasiya şikayətinin dəlillərinə münasibətdə kollegiya vurğulayır ki, birinci instansiya məhkəməsinin hökmündən göründüyü kimi təqsirləndirilən şəxsin üzərinə baxış-axtarış keçirilən zaman, həmçinin yaşadığı evdə axtarış aparılan zaman hər hansı bir prosessual pozuntuya yol verildiyi məhkəmə baxışı zamanı müəyyən edilməmişdir. Həmçinin apellyasiya icraatında hökmdə qeyd edilənləri təkzib edəcək sübutlar müdafiə tərəfindən məhkəməyə təqdim edilməmiş, iş materialları ilə həmin hallar müəyyən edilməmişdir. Həmçinin vurğulamaq zəruridir ki, işin hallarından göründüyü kimi Təqsirləndirilən şəxs ona tədqim edilmiş siyahıdakı vəkillərdən hər hansı birinin hüquqlarını müdafiə etməsinə etiraz etməmiş, bindan başqa ona müdafiəçi təqdim edilərkən heç bir etirazı olmamış, beləliklə Təqsirləndirilən şəxs tutularkən onun müdafiə hüququ təmin edilərək müdafiəçi ilə təmin edilmiş, üzərinə şəxsi axtarış keçiriləkən müdafiəçinin iştirakı olmadan keçirilməsinə etiraz etməmiş, videoçəkilişdən istifadə edilməklə onun üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarışın nəticəsinə görə müvafiq protokol tərtib edilmişdir. Təqsirləndirilən şəxs nə müdaifəçi təqdim edilərkən nə də istintaq hərəkətinin sonrakı mərhələlərində müdafiəçiyə etiraz etiraz etməmişdir. Bundan başqa həyata keçirilən istintaq hərəkətləri müdafiəçinin iştirakı ilə aparılmış, beləliklə təqsirləndirilən şəxsin müdafiə hüququ təmin edilmişdir. Məhkəmə kollegiyasının gəldiyi qənaətə görə ibtidai istintaq orqanı tərəfindən toplanmış və birinci instansiya məhkəməsi tərəfindən tədqiq edilmiş yuxarıda sadalanan sübutların şübhə altına alınması üçün hər hansı əsas mövcud deyildir və həmin sübutlar əsaslı olaraq birinci instansiya məhkəməsi tərəfindən əməlin baş verməsini təsdiq edən mötəbər sübutlar kimi qəbul edilmişdir. Odur ki, məhkəmə kollegiyası digər sübutların sadalanmasına zərurət görmür. Bundan başqa Təqsirləndirilən şəxs ittihamda qeyd edilən cinayət hadisəsini törətməsi, onun bu cinayətə aidiyyatı və təqsiri işdə olan birbaşa, mötəbər və mümkün sübutlarla təsdiq olunduğundan, məhkəmə kollegiyası qərarında əsas götürdüyü motivlərləri rəhbər tutmaqla yanakı sübutlarla əsaslandırılmış apelyasiya şikayətindəki digər dəlillərə münasibət bildirməyə lüzum görmür. Beləliklə, məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi məhkəmə baxışına təqdim edilmiş sübutları məhkəmə iclasında hərtərəfli, tam və obyektiv tədqiq edib, sübutlar toplusuna məcmu halında qiymət verərək, haqlı olaraq belə nəticəyə gəlmişdir ki, təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitə heroini külli miqdarda əldə etmə, saxlama, daşımaqla Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulan cinayəti, dini ekstremist materialları, yəni dini ekstremist fəaliyyəti həyata keçirməyə çağıran və ya belə fəaliyyəti əsaslandıran, yaxud belə fəaliyyətin zəruriliyinə bəraət qazandıran materialları hazırlama, saxlama və ya yaymaqla Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 167-3.1-ci maddəsində nəzərdə tutulan cinayəti törətməsi məhkəmədə təkzibedilməz və mötəbər sübutlarla təsdiq edildiyindən onun cinayət əməli birinci instansiya məhkəməsi tərəfindən Cinayət Məcəlləsinin 234.1-1-ci və 167- 3.1-ci maddələri ilə düzgün tövsif edilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs qeyd edilən cinayət əməllərini törətməsi ilə bağlı yekun nəticəyə gələrkən ibtidai istintaq orqanı tərəfindən toplanmış və məhkəmə iclasında araşdırılıb qiymətləndirilən sübutlara düzgün istinad etmişdir. Bu barədə məhkəmənin hökmündə təqdim olunan sübutlar tədqiq edilmiş, sübutlara hüquqi qiymət verilmişdir. Apellyasiya instansiya məhkəməsində məhkəmə baxışı zamanı məhkəmə kollegiyası cinayət işinin materiallarını bir daha təhlil edərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3 və 167-3.1-ci və maddələri ilə elan edilmiş ittihamla bağlı işə baxmış birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 143-146-cı maddələrinin tələblərinə əməl edərək məhkumun CM-in 234.1-1 və 167-3.1-ci maddələri ilə təqsirli bilinməsi haqda mötəbər nəticəyə gəlmək üçün kifayət qədər sübutlar toplamış və bu sübutların hər birinin mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi qiymətləndirilərək işin faktiki hallarına uyğun olan yekun məhkəmə qərarı qəbul edilmişdir. Məhkəmə kollegiyası məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs özünü təqsirli bilməməsi, ona həmin maddə ilə elan edilmiş ittiham üzrə bəraət verilməli olması barədə müdafiəçisinin apellyasiya şikayətinin dəlillərini, həmçinin işin hallarını şübhə altına alan digər fikirlərini məhkum edilmiş şəxsin cinayət məsuliyyətindən yayınmaq, işin hallarını təhrif etməyə cəhd etmək məqsədi ilə göstərdiyi fikirləri kimi qiymətləndirir. Həmçinin, məhkəmə kollegiyası məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs ona istinad olunan Cinayət Məcəlləsinin 234.1-1, 167-3.1-ci maddələrində nəzərdə tutulan cinayət əməlini törətməsinə dair daxili inamı rəhbər tutaraq, məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs müdafiəçisinin apellyasiya şikayətlərinin cinayət işi üzrə məhkəmə istintaqı zamanı tədqiq olunmuş sübutlara düzgün hüquqi qiymət verməməsi, məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddə üzrə bəraət verilməsi barədə dəlillərini təhlil edərək, həmin dəlillərin iş materiallarında olan və yuxarıda sadalanan sübutlarla təkzib olunmasını qeyd etməklə əsassız hesab edir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin “cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi” prinsipini təsbit edən 33.1-ci maddəsində qeyd olunur ki, hakimlər … cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Həmin Məcəllənin 33.2-ci maddəsinin tələbinə görə cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125, 144, 145-ci maddələrinin müddəalarının pozulması yolverilməzdir. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Qanun hər bir sübutun yuxarıda qeyd olunan 3 meyar (mənsubiyyəti, mümkünlüyü və mötəbərliliyi) əsasında qiymətləndirilməsini tələb edir. Sübutların mötəbərliyi anlayışı isə zəruri şərt kimi cinayət işi üzrə toplanmış və tədqiq edilmiş hər bir sübutun digərinə uyğun olmasını, onu təsdiq etməsini və antisübutlar tərəfindən təkzib edilə bilməməsini tələb edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.8-ci maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlərdir; 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir; 1.0.10-cu maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması - məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci və 167.3-1-ci maddələri ilə düzgün tövsif olunmuşdur. İşin faktiki halları və əməlin hüquqi tövsifi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır. Həmin əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar mövcud deyildir. Həmçinin məhkəmə kollegiyası məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs bəraət verilməsi üçün əsaslar müəyyən etmir. “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” Azərbaycan Respkublikasının Ali Məhkəməsinin Plenumunun 30 mart 2006-cı il tarixli Qərarının 2-ci bəndində göstərilmişdir ki, insan hüquqlarinin və əsas azadliqlarin pozulması ilə bağlı məhkəmələr milli qanunvericilik ilə yanaşı Konvensiya müddəalarını da rəhbər tutmalı və bu zaman İnsan hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsinə istinad etməlidirlər. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Van de Hark Niderlanda qarşı (19 aprel 1994cü il) işində (51(b) bəndi) məhkəmə qeyd etmişdir ki, ədalətli məhkəmə araşdırması hüququ tələb edir ki, məhkəmə çıxardığı qərarları əsaslandırsın. Bu o demək deyil ki, tərəflərin irəli sürdüyü hər bir arqumentə ətraflı cavab verilməlidir. Məhkəmə kollegiyası həmçinin Təqsirləndirilən şəxs təyin olunmuş cəza ilə bağlı işin faktiki hallarını yoxlayaraq hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1- 1-ci və 167-3.1-ci maddələri ilə düzgün tövsif edilmiş, törətmiş olduğu cinayət əməlinə görə cəza təyin edilərkən cəza təyin etmənin ümumi prinsiplərini özündə ehtiva edən Azərbaycan Respublikası CM-nin 8.1, 41.2, 58.1, 58.3, 59-cu maddələrinin tələbləri, habelə Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 2003-cü il 25 iyun tarixli 04 saylı qərarının tövsiyyələri, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, o cümlədən Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci, himayəsində 1 (bir) azyaşlı uşağının olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi, cəzasını ağırlaşdıran halların olmaması, şəxsiyyəti, təyin olunan cəzanın onun islah olmasına və ailəsinin həyat şəraitinə təsiri, habelə sosial ədalətin bərpası kimi hallar nəzərə alınaraq Cinayət Məcəlləsinin 234.1-1ci maddəsinin ən aşağı həddi ilə 3 (üç) il müddətə, CM-in 167-3.1-ci maddəsində nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzasınını ənŞğı həddi ilə 2(iki) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilərkən, qanuni və ədalətli cəza təyin edilmişdir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsinin sanksiyasından görünür ki, həmin maddədə nəzərdə tutulmuş cinayət əməlini törətməyə görə üç ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Həmin Məcəllənin 167-3.1-ci maddəsinin sanksiyasından görünür ki, əmin maddədə nəzərdə tutulmuş cinayət əməlini törətməyə görə səkkiz min manatdan on min manatadək miqdarda cərimə və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmək ilə cəzalandırılır. Həmin Məcəllənin 41.1-ci maddəsinin məzmununa görə cəza sitəm olmayıb, cinayəthüquqi xarakterli tədbirdir. Məcəllənin 41.2-ci maddəsinə görə isə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Azərbaycan Respublikası Ali Məhkəmənin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 2003-cü il 25 iyun tarixli 4 saylı Qərarının 2-ci bəndinin 5-ci abzasında göstərilir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi yuxarıda şərh olunan halları, habelə Təqsirləndirilən şəxs şəxsiyyətini, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, habelə məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almaqla, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş həddə azadlıqdan məhrumetmə cəzası təyin edərkən düzgün olaraq onun həmin cəza ilə islah olunmasının mümkünlüyü qənaətinə gəlmişdir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən Təqsirləndirilən şəxs təqsirli bilindiyi cinayət əməli üzrə ədalətli cəza təyin edildiyindən, apellyasiya şikayətində qeyd olunan dəlillər onun cəzasının yüngülləşdirilməsi və ona bəraət verilməsi üçün əsas ola bilməz. Beləliklə, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası məhkəmə istintaqı aparmadan, cinayət işinin materiallarını araşdırıb apellyasiya şikayətlərinin dəlillərini müzakirə edərək, apellyasiya şikayətinin təmin edilməsinə dair məhkum edilmiş şəxsin və onun müdafiəçisinin çıxışını, məhkəmə hökmünün dəyişdirilmədən, apellyasiya şikayətinin təmin edilmədən saxlanılması barədə dövlət ittihamçısının çıxışını dinləyib apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq şikayətin təmin olunması üçün əsaslar müəyyən etmir və ona görə də hesab edir ki, məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 167-3.1 və 234.1-1-ci maddələri ilə məhkum olunmasına dair Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-907/2024 saylı, xx.xx.2024-cü il tarixli hökmü apellyasiya şikayətləri münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası eyni zamanda hesab edir ki, açıq, qərəzsiz, obyektiv və ədalət mühakiməsinin başqa prinsiplərinə əməl edilməklə keçirilmiş məhkəmə istintaqında məhkum edilmiş şəxs X4 müdafiə hüququ, həm də Azərbaycan Respublikasının Konstitusiyasında, beynəlxalq müqavilələrdə və Azərbaycan Respublikasının Cinayət Prosessual Qanunvericiliyində, o cümlədən CPM-nin 91-ci maddəsində nəzərdə tutulmuş bütün digər hüquqları tam həcmdə təmin edilmiş və məhkəmə baxışı zamanı hər hansı kobud prosessual qanun pozuntusuna yol verilməmişdir. Məhkəmə kollegiyası, həmçinin hesab edir ki, məhkumun hüquqlarının məhkəmə iclaslarında müdafiə xərcləri Azərbaycan Respublikası CPM-in 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli, 31 saylı qərarına əsasən (həmin qərara 03 may 2018-ci il tarixli, 202 saylı dəyişikliklər nəzərə alınmaqla) dövlət büdcəsindən ödənilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 397, 398.1.4, 399.1.5, 405.1.1, 407 və 410-cu maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kоllegiyası, QƏRARA ALDİ: Məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 167-3.1 və 234.1- 1-ci maddələri ilə məhkum olunmasına dair Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)- 907/2024 saylı, xx.xx.2024-cü il tarixli hökmü Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi1 tərəfindən verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Bakı şəhəri 4 saylı vəkil bürosunun vəkili Müdafiəçi2 tərəfindən məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 06 (altı) manat hesab edilməklə, 10 (on) saat üçün cəmi 60 (altmış) manat dövlət büdcəsindən tutularaq Bakı şəhəri 4 saylı vəkil bürosunun hesabına köçürülsün. Qərar qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 408-412-ci maddələrinə uyğun olaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və kassasiya protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar