Məhkəmə qərarları › İş №1(103)-1007/2022

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №1(103)-1007/2022

17.10.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(103)-1007/2022 17.10.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X2 Əkbərovun sədrliyi və məruzəsilə, Elmar Eldar oğlu Rəhimov və Faiq Adil oğlu Qasımovdan ibarət tərkibdə, Məhkəmə iclas katibi Qasımov Fəxri Vidadi oğlunun katibliyi, Dövlət ittihamçısı X1, Zərərçəkmiş şəxs1, Məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs və müdafiəçisi Müdafiəçi2 iştirakları ilə xx xxx 1995-ci il tarixdə Bərdə rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Bərdə rayonu, Alaçadırlı kəndində qeydiyyatda olmaqla, ünvan 1 ünvanında yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.2.3, 126.2.4 və 221.3-cü maddələri ilə məhkum edilməsinə dair Bakı Ağır Cinayətlər Məhkəməsinin 09 mart 2022ci il tarixli hökmündən məhkum edilmiş şəxs və müdafiəçisi Müdafiəçi2 tərəfindən verilmiş apellyasiya şikayətlərinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı Ağır Cinayətlər Məhkəməsinin (sədrlik edən hakim Azad Məcidov, hakimlər Zeynal Ağayev və Səbuhi Hüseynov) 09 mart 2022-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.3, 126.2.4 və 221.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.3 və 126.2.4-cü maddələri ilə 06 (altı) il müddətə azadlıqdan məhrum etmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 06 (altı) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Təqsirləndirilən şəxs 09 yanvar 2021-ci il tarixdən 08 noyabr 2021-ci il tarixədək tutulduğu 09 (doqquz) ay 29 (iyirmi doqquz) gün müddət nəzərə alınsın və ona hazırki hökmlə təyin edilmiş cəzasına hesablanmaqla Təqsirləndirilən şəxs qəti olaraq 05 (beş) il 08 (səkkiz) ay 01 (bir) gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli tutulduğu tarixdən hesablanmaqla cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilmişdir. Birinci instansiya məhkəməsinin hökmünə görə Təqsirləndirilən şəxs bir qrup şəxs halında ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə zərərçəkmiş şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət olunan qərəzli hərəkətlər törədərək xuliqanlıq edərək, xüsusi amansızlıqla və xuliqanlıq niyyətilə qəsdən insan həyatı üçün təhlükəli olan sağlamlığa ağır və yüngül zərər vurmuşdur. Belə ki, o, tanışı Şahid1 tikinti aparılan torpaq sahəsindən oğurluq edilməsi və qonşusu Zərərçəkmiş şəxs1 şübhələnməsi barədə polisə şikayət etməsi ilə bağlı sonuncunun telefonda Şahid1 ünvanına nalayiq ifadələr işlətməsi səbəbindən aralarında yaranmış ziddiyyətli münasibətlərə aydınlıq gətirmək üçün 10 noyabr 2020-ci il tarixdə saat 19:30 radələrində Şahid1, Şahid2, Şahid3, Şahid4, Şahid5, Şahid6 və qeyriləri ilə Şahid7 idarə etdiyi «BMW» markalı, **-SO- *** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, S.Vurğun küçəsi döngə 1-də yerləşən 6 nömrəli evin qarşısına getmiş və orada yaxın qohumları- atası Zərərçəkmiş şəxs3, qardaşları Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs4 gözləri qarşısında, sonunculara həmin hərəkətləri ilə əzab verdiyini dərk edərək müstəsna dərəcədə qəddarlıq nümayiş etdirməklə, yəni, xüsusi amansızlıqla və özünü qeyri-müəyyən şəxslər dairəsinin şüurunda müstəsna şəxsiyyət olduğunu və başqalarından əsaslı surətdə fərqləndiyini təsdiq etmək, yəni, xuliqanlıq niyyəti ilə özü ilə gətirdiyi dəmir parçası ilə Zərərçəkmiş şəxs1 baş nahiyəsindən qəsdən zərbə endirib ona baş beyinin əzilməsi, sol təpə-gicgah sümüyünün kəllə əsasına keçən xətti sınığı ilə müşayiət olunan başın küt travması kimi həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aid xəsarətlər yetirməklə qəsdən sağlamlığına ağır zərər vurmuş və bununla kifayətlənməyib cinayətkar hərəkətlərini davam etdirərək bir qrup şəxs halında uca səslə nalayiq ifadələr işlətməklə ictimai qaydanı insanlar arasında bərqərar olmuş davranış qaydalarını, əxlaq nomalarını kobud surətdə pozub, ətrafda yaşayan insanların mənafelərinə açıq-aşkar laqeydlik və etinasızlıq göstərməklə cəmiyyətə açıqca hörmətsizlik ifadə edərək, silah qismində istifadə etdiyi dəmir parçasından istifadə edərək zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs3 və onun övladları Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs4 və Zərərçəkmiş şəxs2 qəsdən vuraraq zor tətbiq olunması ilə müşayiət olunan hərəkətlər edib Zərərçəkmiş şəxs1 əlavə olaraq bel, sağ said, sol əlin İ barmağının və sağ diz nahiyələrinin qançırları kimi, Zərərçəkmiş şəxs3 alın-təpə, sağ əl, hər iki bud və sağ baldır nahiyələrinin qançırı kimi sağlamlığa zərərvurmayan, Zərərçəkmiş şəxs2 isə sağ gicgah nahiyəsinin əzilmiş yarası, ənsə, sol, dirsək, sol əl nahiyəsinin dərialtı hematomaları kimi sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül zərərvurmaya aid və sağ kürək, sağ said və sağ diz nahiyələrinin qançırları, burun nahiyəsinin sıyrığı kimi sağlamlığa zərər vurmayan xəsarətlər yetirməklə qərəzli hərəkətlər törədərək xuliqanlıq etmişdir. Hökmdən məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs apellyasiya şikayəti verib iş üzrə düzgün araşdırma aparılmadığını, barəsində qeyri-qanuni və ədalətsiz qərar çıxarıldığını, cinayəti onun törətmədiyini, sadəcə hadisə yerində olduğunu qeyd edərək, Bakı Ağır Cinayətlər Məhkəməsinin 09 mart 2022-ci il tarixli hökmünün ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Hökmdən məhkum edilmiş şəxsin müdafiəçisi Müdafiəçi2 apellyasiya şikayəti verib iş üzrə düzgün araşdırma aparılmadığını, onun əməlinə və şahidlərin ifadələrinə düzgün hüquqi qiymət verilmədiyini qeyd edərək, Bakı Ağır Cinayətlər Məhkəməsinin 09 mart 2022-ci il tarixli hökmünün ləğv edilərək Təqsirləndirilən şəxs cinayətin törədilməsinə aidiyyatı olmadığından barəsində bəraət hökmü çıxarılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, cinayət işinin materiallarını araşdırıb, dövlət ittihamçısının apellyasiya şikayətlərinin təmin edilmədən, hökmün dəyişdirilmədən saxlanılması, məhkum edilmiş şəxs və müdafiəçisinin isə apellyasiya şikayətlərinin təmin edilməsi, hökmün ləğv edilməsi və təqsirləndirilən şəxs barəsində bəraət hökmü çıxarılmasını barədə çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakı əsaslara görə apellyasiya şikayətləri təmin edilməməli, hökm dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsinin tələbinə görə isə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Apellyasiya şikayətlərindən görünür ki, verilmiş şikayətlərində məhkum edilmiş şəxs və müdafiəçisi tərəfindən AR CM-nin 126.2.3, 126.2.4 və 221.3-cü maddələri ilə törədilmiş cinayətin hüquqi tövsifi mübahisələndirilmişdir. Məhkum edilmiş şəxs apellyasiya şikayətlərində onun AR CM-nin 126.2.3, 126.2.4 və 221.3-cü maddələri ilə təqsirli olmasının sübuta yetirilmədiyinə istinad edilərək barəsində ədalətli cəza təyin edilməsini xahiş etsə də, məhkəmə kollegiyası qeyd edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.3, 126.2.4 və 221.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməsi, təqsirləndirilən şəxsin qismən etirafedici ifadəsi, zərərçəkmiş şəxslərin Zərərçəkmiş şəxs3, onun övladları Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs4 və Zərərçəkmiş şəxs2 və şahidlər Şahid4, Şahid7, Şahid8 və Şahid9 ifadələri, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Neyrocərrahiyyə Xəstəxanası publik hüquqi şəxsinin xəstənin stasionar tibbi kartından 1937 saylı çıxarış, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-tibbi Ekspertiza və X3 publik hüquqi şəxsinin canlı şəxsin ekspertizasının rəyləri, baxış keçirilməsi və sair istintaq hərəkətlərinin aparılması haqqında protokollarla, həmçinin iş üzrə toplanmış digər sübutlarla tam təsdiq edilir. Məhkəmə kollegiyası qeyd edir ki, cinayət hüququ baxımından xuliqanlıq niyyətinin mahiyyəti ondan ibarətdir ki, belə motivlə cinayət törədən şəxs özünün şəxsiyyətini başqa şəxsin və ya qeyri-müəyyən sayda şəxslərin şəxsiyyətinin fövqündə qoyur, cəmiyyətə aşkar hörmətsizlik və laqeydlik nümayiş etdirir, ictimai qaydaları və ictimai maraqları, habelə əxlaq normalarını pozan və bunlara etinasızlıq göstərən hərəkətlər edir. Xuliqanlıq motivi şəxsin azğınlığında, qəddarlığında, ətrafdakılara hörmətsizlik göstərən eqoizmini nümayiş etdirməsində, cəmiyyətə qarşı sair kobud hərəkətlərində ifadə olunur. Xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa ağır zərər vurma cinayətindən çox vaxt heç bir səbəb olmadan, yaxud cüzi səbəbi bəhanə etməklə törədilir. Həmçinin xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa ağır zərər vurma cinayəti çox hallarda təqsirkarın neqativ davranışı barədə zərərçəkmiş şəxsin ümumi qəbul olunmuş formada və haqlı iradına cavab olaraq törədilir. Əməlin xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa ağır zərər vurma kimi tövsif edilməsi üçün digər motivlər ya olmamalıdır, yaxud da xuliqanlıq hissinin yaranması üçün əsas hərəkətverici qüvvə kimi deyil, onun təzahür forması kimi çıxış etməlidir. Birinci instansiya məhkəməsinin hökmündən görünür ki, Təqsirləndirilən şəxs tanışı Şahid1 tikinti aparılan torpaq sahəsindən oğurluq edilməsi və qonşusu Zərərçəkmiş şəxs1 şübhələnməsi barədə polisə şikayət etməsi ilə bağlı sonuncunun telefonda Şahid1 ünvanına nalayiq ifadələr işlətməsi səbəbindən aralarında yaranmış ziddiyyətli münasibətlərə aydınlıq gətirmək üçün 10 noyabr 2020-ci il tarixdə saat 19:30 radələrində Şahid1, Şahid2, Şahid3, Şahid4, Şahid5, Şahid6 və qeyriləri ilə Şahid7 idarə etdiyi «BMW» markalı, **-SO-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, S.Vurğun küçəsi döngə 1-də yerləşən 6 nömrəli evin qarşısına getmiş və orada yaxın qohumları- atası Zərərçəkmiş şəxs3, qardaşları Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs4 gözləri qarşısında, sonunculara həmin hərəkətləri ilə əzab verdiyini dərk edərək müstəsna dərəcədə qəddarlıq nümayiş etdirməklə, yəni, xüsusi amansızlıqla və özünü qeyri-müəyyən şəxslər dairəsinin şüurunda müstəsna şəxsiyyət olduğunu və başqalarından əsaslı surətdə fərqləndiyini təsdiq etmək, yəni, xuliqanlıq niyyəti ilə özü ilə gətirdiyi dəmir parçası ilə Zərərçəkmiş şəxs1 baş nahiyəsindən qəsdən zərbə endirib ona baş beyinin əzilməsi, sol təpəgicgah sümüyünün kəllə əsasına keçən xətti sınığı ilə müşayiət olunan başın küt travması kimi həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aid xəsarətlər yetirməklə qəsdən sağlamlığına ağır zərər vurmuş və bununla kifayətlənməyib cinayətkar hərəkətlərini davam etdirərək bir qrup şəxs halında uca səslə nalayiq ifadələr işlətməklə ictimai qaydanı insanlar arasında bərqərar olmuş davranış qaydalarını, əxlaq nomalarını kobud surətdə pozub, ətrafda yaşayan insanların mənafelərinə açıq-aşkar laqeydlik və etinasızlıq göstərməklə cəmiyyətə açıqca hörmətsizlik ifadə edərək, silah qismində istifadə etdiyi dəmir parçasından istifadə edərək zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs3 və onun övladları Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs4 və Zərərçəkmiş şəxs2 qəsdən vuraraq zor tətbiq olunması ilə müşayiət olunan hərəkətlər edib Zərərçəkmiş şəxs1 əlavə olaraq bel, sağ said, sol əlin İ barmağının və sağ diz nahiyələrinin qançırları kimi, Zərərçəkmiş şəxs3 alın-təpə, sağ əl, hər iki bud və sağ baldır nahiyələrinin qançırı kimi sağlamlığa zərərvurmayan, Zərərçəkmiş şəxs2 isə sağ gicgah nahiyəsinin əzilmiş yarası, ənsə, sol, dirsək, sol əl nahiyəsinin dərialtı hematomaları kimi sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül zərərvurmaya aid və sağ kürək, sağ said və sağ diz nahiyələrinin qançırları, burun nahiyəsinin sıyrığı kimi sağlamlığa zərər vurmayan xəsarətlər yetirməklə qərəzli hərəkətlər törədərək xuliqanlıq etmişdir. Göründüyü kimi məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs tanışı Şahid1 tikinti aparılan torpaq sahəsindən oğurluq edilməsi və qonşusu Zərərçəkmiş şəxs1 şübhələnməsi barədə polisə şikayət etməsi ilə bağlı sonuncunun telefonda Şahid1 ünvanına nalayiq ifadələr işlətməsini cüzi səbəb kimi bəhanə edib (heç bir motiv olmadan) xüsusi amansızlıqla və özünü qeyri-müəyyən şəxslər dairəsinin şüurunda müstəsna şəxsiyyət olduğunu və başqalarından əsaslı surətdə fərqləndiyini təsdiq etmək məqsədilə xuliqanlıq niyyəti ilə silah qismində istifadə etdiyi dəmir parçasından istifadə edərək zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs3 və onun övladları Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs4 və Zərərçəkmiş şəxs2 qəsdən vuraraq zor tətbiq olunması ilə müşayiət olunan hərəkətlər edib Zərərçəkmiş şəxs1 əlavə olaraq bel, sağ said, sol əlin İ barmağının və sağ diz nahiyələrinin qançırları kimi, Zərərçəkmiş şəxs3 alın-təpə, sağ əl, hər iki bud və sağ baldır nahiyələrinin qançırı kimi sağlamlığa zərərvurmayan, Zərərçəkmiş şəxs2 isə sağ gicgah nahiyəsinin əzilmiş yarası, ənsə, sol, dirsək, sol əl nahiyəsinin dərialtı hematomaları kimi sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül zərərvurmaya aid və sağ kürək, sağ said və sağ diz nahiyələrinin qançırları, burun nahiyəsinin sıyrığı kimi sağlamlığa zərər vurmayan xəsarətlər yetirməklə qərəzli hərəkətlər törədərək xuliqanlıq etmişdir. Apellyasiya Məhkəməsində məhkəmə baxışı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadə verərək göstərdi ki, Şahid1 tikinti aparılan torpaq sahəsindən oğurluq edilməsi və qonşu olaraq ondan şübhələnməsi barədə polisə şikayət etməsi ilə bağlı telefonla aralarında mübahisə yaranmış, 10 noyabr 2020-ci il tarixdə saat 19:30 radələrində Şahid1 12 nəfər şəxslə onların qapısına gəlmiş, orada dava düşmüş, Təqsirləndirilən şəxs onun baş nahiyəsindən beysbol ağacı ilə vurmuş, bundan sonra huşunu itirmişdir. Başından almış xəsarəti ona Təqsirləndirilən şəxs yetirmişdir. Məhkəmə kollegiyası hesab edir ki, ibtidai araşdırma zamanı qanuni üsullarla toplanmış və birinci instansiya məhkəməsində məhkəmə iclasında tam, hərtərəfli və obyektiv araşdırılmış mötəbər sübutlara birgə qiymət verən və həmin sübutlara əsaslanan birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs ona ittiham olunmuş cinayət əməllərini törətməsi haqda işin faktiki hallarına uyğun olan nəticəyə gəlmiş və onun həmin əməllərini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.3, 126.2.4 və 221.3-cü maddələri ilə düzgün tövsif etmişdir. Məhkum edilmiş şəxsin əməlinin cinayət olmasını aradan qaldıran hallar, habelə onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Məhkəmə kollegiyası verilmiş apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, şahidlər Şahid2, Şahid3, Şahid5, Şahid1 və Şahid6 ifadə verərək, Təqsirləndirilən şəxs dava vaxtı heç kimi vurmadığını, əlində hər hansı alət olmadığını bildirsələr də, adları qeyd edilən şahidlərin verdikləri ifadələrin yaxın dostluq münasibətlərində olduqları Təqsirləndirilən şəxs məsuliyyətini yüngülləşdirmək üçün verildiyi qənaətinə gəlir Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yənicinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının almaq məqsədi ilə tətbiq olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyatı, o cümlədən cəzanı yüngülləşdirən və ağılaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi məhkuma cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1, 41.2 və 58.3-cü maddələrinin tələblərinə riayət etməklə, onun törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 ilə barışıq əldə etməsini cəzasını yüngülləşdirən hal kimi və cəzasını ağırlaşdıran halların olmadığını nəzərə alaraq məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs həm təqsirli bilindiyi cinayətin ağırlığına, həm də onun şəxsiyyətinə uyğun olan qanuni və ədalətli cəza təyin etmişdir. Apellyasiya baxışı zamanı məhkum edilmiş şəxsin cəzasının yüngülləşdirilməsi üçün əlavə əsaslar müəyyən edilməmişdir. Azərbaycan Respublikası CPM-in 398.1.1-ci maddəsinə əsasən, apellyasiya şikayətlərinin və ya apellyasiya protestinin baxışı nəticəsində apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarını dəyişdirmədən, apellyasiya şikayətlərini və ya apellyasiya protestini isə təmin etmədən saxlanılması haqqında qərar qəbul etmək səlahiyyətinə malikdir. Göründüyü kimi, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.3, 126.2.4 və 221.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməsi özünün qismən etirafedici ifadəsi, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, yuxarıda sadalanan hallar və müvafiq ekspert rəyləri ilə tam sübuta yetirilmişdir. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı Ağır Cinayətlər Məhkəməsinin Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.2.3, 126.2.4 və 221.3cü maddələri ilə məhkum edilməsinə dair 09 mart 2022-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıdakılara əsasən, AR CPM-nin 398.1.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası Q ə r a r a a l ı r : Məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi2 tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməsin. Bakı Ağır Cinayətlər Məhkəməsinin Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.2.3, 126.2.4 və 221.3-cü maddələri ilə məhkum edilməsinə dair 09 mart 2022-ci il tarixli hökmü verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul olunduğu andan qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri üzrə məhkəmə kollegiyasına kassasiya şikayəti və protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar