Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(103)-1013/2020 12.11.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyası Hakimlər – Rəhimov Elmar Eldar oğlunun sədrliyi və məruzəsilə, Qasımov Faiq Adil oğlu və Əkbərov Kamran Hüseyn oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi – Əsədullayev Rasim Nüsrət oğlunun katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X2, Müdafiəçi – Bakı şəhəri 17 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi8 Əhrəman oğlunun, Təqsirləndirilən şəxs1 iştirakları ilə xx xxxxxx 1986-cı il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı,ailəli, himayəsində bir azyaşlı uşağı olan,natamam orta təhsilli, məhkum olunmuş, Tərtər rayonu, Həzi Aslanov küçəsi, ev 1-də qeydiyyatda olan, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 8 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən, barəsində xx xxxx 2017ciiltarixdənhəbsqətimkantədbiriseçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılan təqsirləndirilən Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-nin) 322.2, 28, 177.3.1, 28, 177.3.2, 228.3, 228.4, 28, 181.3.1, 28, 181.3.2, 177.3.1 və 317-2.1-ci maddələri ilə məhkum edilməsinə dair Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxx 2018-ci il tarixli hökmündən Təqsirləndirilən şəxs1 tərəfindən verilmiş apelyasiya şikayətinə tərəfindən verilmiş apelyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxış keçirərək MÜƏYYƏN ETDİ: İş materiallarına əsasən, Təqsirləndirilən şəxs1 2016-cı ilin dekabr ayının əvvəllərində bir neçə cinayət törətmək üçün qabaqcadan əlbir olan Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs6 və digərlərindən ibarət mütəşəkkil dəstə təşkil etmişdir. Təqsirləndirilən şəxs1 2016-cı ilin noyabr ayının əvvəllərində qarşılıqlı razılaşma əsasında tanışı Zərərçəkmiş şəxs1 bir aydan sonra 1500 manat qaytarmaq şərtilə azadlıqda olan əlaqələri vasitəsilə 1000 manat borc pul vermiş, lakin sonuncu razılaşdırılan müddətdə 1500 manatı ödəyə bilmədikdə Təqsirləndirilən şəxs1 qeyd edilən məbləği ondan qanunla və digər normativ hüquqi aktla müəyyən edilmiş davranış qaydalarına zidd olaraq hədə-qorxu gəlməklə telefon vasitəsilə tələb etməyə başlamış, Zərərçəkmiş şəxs1 borcu qaytarmaq imkanında olmadığını bildirərək əlavə vaxt istədikdə isə Təqsirləndirilən şəxs1 mütəşəkkil dəstənin üzvləri Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs6 Zərərçəkmiş şəxs1 pulu zor tətbiq etməklə almalarını tapşırmış, bundan sonra Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs6 xx xxxxxx 2016-ci il tarixdə saat 02 radələrində Zərərçəkmiş şəxs1 kirayə yaşadığı ünvan 1 ünvana gedib 1500 manat pulu tələb edib sonuncunu söyüb döyməklə mənəvi və fiziki ziyan vurub hüquqlarını pozmaqla mühüm ziyan vurmuşdur. Bundan başqa, Təqsirləndirilən şəxs1 təşkil etdiyi mütəşəkkil dəstənin üzvü Təqsirləndirilən şəxs7 Zərərçəkmiş şəxs2 ünvan 2 ünvandakı mənzilində külli miqdarda qızıl və pul olması barədə verdiyi məlumat əsasında Təqsirləndirilən şəxs7 ilə birlikdə dəstənin üzvləri Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 qəsdən tamah niyyəti ilə yaşayış sahəsinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talamaq və əldə olunan əmlakı dəstə üzvləri arasında bölmək məqsədi ilə həmin ünvana göndərmiş, dəstənin üzvləri 2017-ci il mart ayının 29-dan aprel ayının 3-dək olan müddətdə Zərərçəkmiş şəxs2 mənzilini kənardan müşahidə etmiş, ayrı-ayrı vaxtlarda həmin binanın yanına gələrək mənzil sahiblərinin evdə olmayan vaxtlarını müəyyən etməyə başlamışlar. Zərərçəkmiş şəxs2 səhər evdən çıxıb işə getdiyini, lakin mənzildə sonuncunun oğlu X3 qaldığını müəyyən etdiklərindən həmin cinayəti başa çatdıra bilməmişlər. Bundan başqa, Təqsirləndirilən şəxs1 təşkil etdiyi mütəşəkkil dəstənin üzvləri Təqsirləndirilən şəxs5, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs6 onun tapşırığına uyğun olaraq xx xxxxx 2017-ci il tarixdə Şahid21 1961-ci ildə Tula silah zavodunda istehsal olunmuş, texniki cəhətdən saz, hamar qoşa lüləli, hər iki lülədən atəş açmaq üçün yararlı, 16 kalibrli, lüləsi və qundağı kustar üsulla kəsilməklə öz ilkin təyinatını itirmiş “TOZ-B” modelli, “485” nömrəli ov tüfənginin kəsiyi olan 1 ədəd odlu yivsiz silahı qəsdən qanunsuz olaraq əldə edib saxlamış və daşımışlar. xx xxxx 2017-ci il tarixdə Şahid21 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X1 İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı saxlanılarkən idarə etdiyi “KİA Optima” markalı **-RO-*** qeydiyyat nişanlı avtomobilinin yük yerindən qəsdən qanunsuz olaraq əldə edib daşıdığı qeyd edilən odlu silah aşkar edilərək götürülmüşdür. Bundan əlavə, Təqsirləndirilən şəxs1 tapşırığı əsasında mütəşəkkil dəstə üzvlərinin ümumi cinayətkar niyyətlərinə uyğun olaraq Təqsirləndirilən şəxs2 istintaq tərəfindən müəyyən edilməyən vaxtda və mənbədən zavod üsulu ilə istehsal olunmuş, bir tərəfi kəsici, ucu deşici xassəyə malik soyuq silah hesab edilən ümumi təyinatlı 1 ədəd ov bıçağını qəsdən qanunsuz olaraq əldə edib üzərində daşımışdır. xx xxxxx 2017-ci il tarixdə Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı saxlanılarkən sonuncunun üzərindən mütəşəkkil dəstə üzvlərinə məxsus soyuq silah hesab olunan qeyd edilən bıçaq aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs1 tapşırığı və cəza çəkdiyi müəssisədə onunla birlikdə cəza çəkən, təşkilatçısı olduğu mütəşəkkil dəstənin üzvü Təqsirləndirilən şəxs5 həmyerliləri Zərərçəkmiş şəxs3 ünvan 3 ünvandakı evində və Zərərçəkmiş şəxs4 ünvan 4 ünvandakı evində külli miqdarda qızıl və pul olması barədə verdiyi məlumat əsasında dəstənin azadlıqda olan üzvləri Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs6 və digərləri xx xxxxx 2017-ci il tarixdə qanunsuz olaraq əldə edib daşıdıqları lüləsi və qundağı kəsilməklə öz ilkin təyinatını itirmiş “TOZ-B” modelli, “485” nömrəli, 16 kalibrli 1 ədəd odlu yivsiz silahı və Təqsirləndirilən şəxs2 qanunsuz olaraq əldə edib üzərində daşıdığı bir tərəfi kəsici, ucu deşici xassəyə malik soyuq silah hesab edilən 1 ədəd bıçağı tətbiq etməklə, eləcə də Təqsirləndirilən şəxs3 üzərində olan zərərçəkmiş şəxsin sağlamlığına zərər vurmaq üçün istifadə edilə bilməyən yalançı silah nümayiş etdirməklə onu hədələmək məqsədilə sıxılmış hava təzyiqi iş prinsipinə malik olan, təlim-məşq təyinatlı “BORNER-WC401” modelli, “13E55456” nömrəli, 4,5 kalibrli, pnevmatik tapança ilə təkrarən qəsdən tamah niyyəti ilə Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs4 məxsus qeyd edilən yaşayış sahələrinə qanunsuz daxil olub silah tətbiq etməklə quldurluq yolu ilə külli miqdarda əmlaklarını ələ keçirmək, sonra əldə olunan əmlakı dəstə üzvləri arasında bölüşdürmək məqsədilə 2017-ci il aprel ayının 11-dən 12-nə keçən gecə şəxsiyyəti istintaqa məlum olmayan şəxsin idarə etdiyi “VAZ 2107” markalı avtomobillə Salyan şəhərinə getmiş, lakin Zərərçəkmiş şəxs3 yaşadığı ünvanın ətrafında xidmətdə olan polis əməkdaşlarını görüb cinayət əməllərinin törədildiyi təqdirdə yaxalanacaqlarından cinayəti başa çatdırmaq imkanına malik olmadıqlarını dərk edib, hadisə yerini tərk edərək Bakı şəhərinə qayıtmış, yəni iradələrindən asılı olmayan səbəblərə görə həmin cinayəti başa çatdıra bilməmişlər. Bundan başqa, Təqsirləndirilən şəxs1 tapşırığı əsasında mütəşəkkil dəstənin üzvləri Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs6 Adıgözəlov Ramin Raqif oğluna məxsus Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, “Bolluq” adlandırılan ərazidə yerləşən fərdi yaşayış evinə daxil olmaqla əmlakını gizli yolla talamaq və sonradan talanmış əmlakı mütəşəkkil dəstə üzvləri arasında bölüşdürmək məqsədilə təkrarən, qəsdən tamah niyyəti ilə xx xxxxx 2017-ci il tarixdə saat 4 radələrində Təqsirləndirilən şəxs6 idarə etdiyi “VAZ 2107” markalı **-BL-*** qeydiyyat nişanlı avtomobillə Adıgözəlov Ramin Raqif oğlunun yaşadığı ünvana getmiş, lakin həmin ərazidə xidmətdə olan polis əməkdaşlarını görüb cinayət əməllərinin törədildiyi təqdirdə yaxalanacaqlarından cinayəti başa çatdırmaq imkanına malik olmadıqlarını dərk edib, qeyd olunan bu əməllərini daha münasib vaxtda törətmək qərarına gələrək hadisə yerini tərk edib şəhərə qayıtmışlar. Bundan sonra, Təqsirləndirilən şəxs1 tapşırığı əsasında həmin cinayətkar niyyətlərini davam etdirən mütəşəkkil dəstənin üzvləri olan Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 Adıgözəlov Ramin Raqif oğluna məxsus əmlakı gizli yolla talamaq məqsədilə xx xxxxx 2017-ci il tarixdə saat 18 radələrində mütəşəkkil dəstənin üzvü olmayan Təqsirləndirilən şəxs4 idarə etdiyi “Tofaş” markalı, **-LF-*** qeydiyyat nişanlı avtomobillə yenidən Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, “Bolluq” adlandırılan ərazidə yerləşən qəbirstanlığın yanına gələrək, Təqsirləndirilən şəxs4 maşında qalmaqla, Təqsirləndirilən şəxs2lə R.Zahidov özləri ilə gətirdikləri lingi götürərək piyada Ramin Adıgözəlovun evinə tərəf gedərək kənar şəxslərin olmamasına əmin olaraq evin hasarını aşaraq həyətə daxil olmaqla evin birinci mərtəbəsinin pəncərəsinin dəmir barmaqlıqlarını özləri ilə gətirdikləri dəmir linglə sındıraraq yaşayış sahəsinə qanunsuz daxil olmaqla oradan 680,00 manat dəyərində 750 əyarlı, 6,18 qram çəkidə 1 ədəd brilyant (26x0,014,3/3) qaşlı qızıl üzüyü, 137,00 manat dəyərində 585 əyarlı, 2,74 qram çəkidə 1 ədəd zəncir formalı qızıl qolbağı, 8,00 manat dəyərində dəmir əsaslı ərintidən hazırlanmış 1 ədəd gümüşü rəngli üzüyü, 20,00 manat dəyərində mis əsaslı ərintidən hazırlanmış 1 cüt sırğanı, 20,00 manat dəyərində mis əsaslı ərintidən hazırlanmış 1 ədəd qolbağı, ümumilikdə 16,00 manat dəyərində mis əsaslı ərintidən hazırlanmış 2 ədəd qolbağı, 12,00 manat dəyərində üzərində “BVLGARİ” yazısı olan 1 ədəd qadın qol saatı, 8,00 manat dəyərində üzərində “REQAL” yazısı olan 1 ədəd qadın qol saatı, 15,00 manat dəyərində üzərində “Chopard” yazısı olan 1 ədəd qadın qol saatı və 12 manat pulu gizli talayaraq zərərçəkmiş şəxs Ramin Adıgözəlova ümumilikdə 928,00 manat miqdarında ziyan vurmaqla oğurluq etmişlər, sonra isə yaxınlıqdakı avtobus dayanacağına gələrək marşrut avtobusu ilə şəhərə qayıtmışlar. xx xxxxx 2017-ci il tarixdə Təqsirləndirilən şəxs2 yaşadığı ünvan 6 blok 6C, mənzil 8 ünvanda keçirilən axtarış zamanı Ramin Adıgözəlovun evindən oğurlanmış qızıl-zinət və digər əşyalar aşkar edilərək götürülmüşdür. Bundan başqa, Təqsirləndirilən şəxs1 cəza çəkdiyi Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 8 saylı cəzaçəkmə müəssisəsində saxlanıldığı kamerada istintaqa məlum olmayan mənbədən “Cəzaçəkmə müəssisələrinin X4” ilə məhkumlara qadağan olunmuş əşya sayılan işlək vəziyyətdə olub istifadə üçün yararlı 1 ədəd “Samsung Galaxy S İİİ mini” markalı “GT-18200” modelli “**********26593” İMEİ kodlu və 1 ədəd “Nokia” markalı “C5-00.2” modelli “**********83038” İMEİ kodlu mobil telefonlar əldə edərək saxlamış, “Samsung Galaxy S İİİ mini” markalı mobil telefondan digər GSM kartları ilə yanaşı ***-***-**-** və ***-***-**-** nömrəli, “Nokia” markalı mobil telefondan isə digər GSM kartları ilə yanaşı ***-***-**-** nömrəli GSM kartından onunla eyni müəssisəsə cəza çəkən mütəşəkkil dəstənin üzvü Təqsirləndirilən şəxs5 ilə birlikdə istifadə etməklə dəstənin azadlıqda olan digər üzvləri ilə cinayətlərin təşkilində əlaqə vasitəsi kimi istifadə etmişlər. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 8 saylı cəzaçəkmə müəssisəsinin əməkdaşlarının xx xxxxx 2017-ci il tarixdə saat 10:30 radələrində həmin müəssisənin 1-ci rejim korpusunun 15 saylı kamerasında keçirilmiş axtarış-baxış tədbiri zamanı göstərilən kameranın tavanında asılmış ventilyatorun mühərrik hissəsində düzəldilmiş gizli saxlanc yerindən məhkumlara istifadəsi və saxlanması qadağan olunmuş, Təqsirləndirilən şəxs1 məxsus 1 ədəd “Samsunq Galaxy S İİİ mini” markalı, “GT-18200” modelli “**********26593” İMEİ kodlu və 1 ədəd “Nokia” markalı “C5-00.2” modelli “**********83038” İMEİ kodlu mobil telefonlar, eləcə də 1 ədəd xarici yaddaş kartı, 3 ədəd xarici yaddaş “mikro SD” kartları, 2 ədəd qulaqcıq, 5 ədəd elektrik qidalandırıcısı və 1 ədəd “Blutuz” aşkar edilərək götürülmüşdür. Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxx 2018-ci il tarixli, 1(101)-392/18 saylı hökmü ilə (sədrlik edən R.Ə.Sadıxov, hakimlər F.A.Qəribov və Ə.N. Hacıyevdən ibarət tərkibdə) Təqsirləndirilən şəxs1 AzərbaycanRespublikasıCM-nin322.2, 28, 177.3.1, 28, 177.3.2, 228.3, 228.4, 28, 181.3.1, 28, 181.3.2, 177.3.1 və 317-2.1-ci maddələri ilə nəzərdə tutulan cinayət əməllərinin törədilməsində təqsirli bilinməklə AzərbaycanRespublikası CM-nin322.2-ci maddəsi ilə 1 (bir) il 06 (altı) ay müddətinə, Azərbaycan Respublikası CM-nin 28, 177.3.1, 28, 177.3.2 və 177.3.1-ci maddələri ilə 06 (altı) il müddətinə, Azərbaycan Respublikası CM-nin228.3-ci maddəsi ilə 06 (altı) il müddətinə, Azərbaycan Respublikası CM-nin228.4-cü maddəsi ilə 09 (doqquz) ay müddətinə, Azərbaycan Respublikası CM-nin 28, 181.3.1, 28, 181.3.2-ci maddələri ilə 07 (yeddi) il 06 (altı) ay müddətinə, Azərbaycan Respublikası CM-nin317-2.1-ci maddəsi ilə 04 (dörd) ay 15 (on beş) gün müddətinə azadlıqdan məhrum edilmiş, Azərbaycan Respublikası CM-nin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaqla Təqsirləndirilən şəxs110 (on) il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilmiş, Azərbaycan Respublikası CM-nin 67.1ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 Bakı şəhəri Qaradağ rayon məhkəməsinin xx xxxxxx 2016-cı il tarixli hökmü ilə təyin edilmiş cəzanın çəkilməmiş hissəsi 1 ay 18 gün cəzası hazırkı iş üzrə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasına qismən birləşdirilməklə ona qəti olaraq 10 (on) il 01 (bir) aymüddətinə azadlıqdan məhrum cəzası təyin edilmiş, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzasının əvvəli “19” iyun 2017-ci il tarixdən hesablanmış, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmışdır. Hökmlə Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs5, Təqsirləndirilən şəxs6 və Təqsirləndirilən şəxs7 da təqsirli bilinib məhkum edilmişlər. Məhkəmənin hökmündən təqsirləndirilən Təqsirləndirilən şəxs1 apelyasiya şikayəti verərək göstərmişdir ki, günahsız olaraq 10 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Heç bir cinayət əməli olmadığı, ailəli olduğu və bir azyaşlı övladının olduğu üçün ədalətin bərqərar olmasını tələb edir. Apelyasiya məhkəməsi iclasında təqsirləndirilən Təqsirləndirilən şəxs1 və müdafiəçisi Müdafiəçi8 Əhrəman oğlu apelyasiya şikayətini təsdiq edərək, şikayətin təmin edilməsi və iş üzrə bəraət hökmü qəbul edilməsini xahiş etdilər. Məhkəmə kollegiyası, proses iştirakçılarının çıxışlarını dinləyib, hökm qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalı, apelyasiya şikayəti təmin edilməməlidir. Belə ki, Azəbaycan Respublikası CPM-nin 397.1-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsinə görə isə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apelyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apelyasiya şikayətinin və ya apelyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən apelyasiya şikayətinin və ya apelyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Məhkəmə kollegiyası qeyd edir ki, cinayət tərkibini təşkil edən əlamətlərin (obyekt, obyektiv tərəf, subyekt, subyektiv tərəf) mövcudluğu məhz konkret əməlin digər cinayət əməllərindən fərqləndirilməsinə xidmət edir. Cinayət tərkibi ictimai təhlükəli əməli konkret cinayət kimi xarakterizə edən cinayət qanunu ilə müəyyən edilmiş obyektiv və subyektiv əlamətlərin məcmusudur və cinayət tərkibinin əlamətləri Cinayət Məcəlləsinin Xüsusi hissəsində formalaşdırılmışdır. Cinayətin tövsifi dedikdə isə törədilən cinayət əməlinin cəhətləri ilə cinayəthüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Törədilən cinayət əməlinə gəldikdə isə ona münasibətdə cəza təyin edilərkən cəza təyin etmənin ümumi prinsiplərini rəhbər tutulmaqla cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almaqla ədalətli cəza təyin edilir. Birinci instansiya məhkəməsi cinayət tərkibini təşkil edən əlamətlərə hüquqi qiymət verməklə özünü təqsirli bilməməsinə tənqidi yanaşaraq, təqsirləndirilənTəqsirləndirilən şəxs1 cəza təyin edərkən himayəsində azyaşlı uşaqlarının olmasını məsuliyyətini yüngülləşdirən hal kimi, əməllərində cinayətlərin residivinin olmasını onun məsuliyyətini ağırlaşdıran hal kimi qiymətləndirib ona törətdiyi cinayət əməlinin ağırlığına və ictimai təhlükəlilik dərəcəsinə uyğun təqsirli bilindiyi maddənin sanksiyası daxilində cəza təyin etmişdir. İşin hallarından göründüyü kimi, təqsirləndirilən Təqsirləndirilən şəxs1 elan edilmiş ittihamda təqsirli olması, zərərçəkmiş və şahid ifadələri, təqsirləndirilən şəxslərin ifadələrinin yerində yoxlanılması protokolları, hadisə yerinə və maddi sübutlara baxış protokolları, mütəşəkkil dəstə tərəfindən törədilmiş hərbir cinayət epizodu üzrə telefon danışıqları mətinlərini əks etdirən CD disklər və protokollar, məhkəmə-ekspertiza rəyləri və cinayət işinin digər mötəbər sübutlarla tam təsdiqinitapmışdır. Vurğulamaq zəruridir ki, cəzanın məqsədi Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə müvafiq olaraq, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə kollegiyası qeyd edir ki, cəza törədilmiş cinayətə görə yalnız tənbeh deyildir, o, məhkumu qanunlara dəqiq riayət, ümumyaşayış qaydalarına hörmət ruhunda islah və yenidən tərbiyə etmək məqsədi daşıyır. Cəzanın mahiyyəti islah etmə və yenidən tərbiyə etmə ilə sıx bağlıdır, əməli törətmiş şəxsin şüurunda neqativ düşüncəni dəyişmək və onu hüququn tələblərinə riayət etməyə məcbur etmək istiqamətində dövlətin səylərindən ibarətdir. Cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Məhkəmə cinayət törətməkdə təqsirli bilinən şəxsə CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edir və ədalətli cəzanın təyin edilməsi ilk əvvəl cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına xidmət edir. Məhkəmə kollegiyası Təqsirləndirilən şəxs1 təqsirsiz olması barədə apelyasiya şikayətinin dəlilini əsassız hesab edərək qeyd edir ki, işə baxan birinci instansiya məhkəməsi cinayət tərkibini təşkil edən əlamətləri (obyekt, obyektiv tərəf, subyekt, subyektiv tərəf) nəzərə almaqla sözü gedən cinayət əməlini düzgün olaraq Azərbaycan Respublikası CM-nin 322.2, 28, 177.3.1, 28, 177.3.2, 228.3, 228.4, 28, 181.3.1, 28, 181.3.2, 177.3.1 və 317-2.1-ci maddələri ilə tövsif etməklə gəldiyi nəticələr işin faktiki hallarına tam uyğun olmuşdur. Eyni zamanda qeyd edilir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs1 törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, işdə olan cəzanı yüngülləşdirən və ağırlaşdıran halların olması nəzərə alınmaqla onun şəxsiyyətinə və cinayətin ağırlığına uyğun olan ədalətli cəza təyin edilmişdir. Azərbaycan Respublikası CPM-nin 398.1.1-ci maddəsinə əsasən, apelyasiya şikayətinin və ya apelyasiya protestinin baxışı nəticəsində apelyasiya insitansiya məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarını dəyişdirilmədən, apelyasiya şikayətini və ya protestini isə təmin etmədən saxlanılması haqqında qərar qəbul etməyə haqlıdır. Qeyd olunanları nəzərə almaqla məhkəmə kollegiyası hesab edir ki, apelyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, hökm dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara əsasən, Azərbaycan Respublikası CPMnin398.1.1-ci maddəsini rəhbər tutaraq QƏRARA ALDİ: Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxx 2018-ci il tarixli hökmü Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 322.2, 28, 177.3.1, 28, 177.3.2, 228.3, 228.4, 28, 181.3.1, 28, 181.3.2, 177.3.1 və 317-2.1-ci maddələri ilə məhkum edilməsinə dairhissədə dəyişdirilmədən, təqsirləndirilən Təqsirləndirilən şəxs1 apelyasiya şikayəti təminedilmədənsaxlanılsın. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası CPM-nin 410-cu maddəsində nəzərdə tutulmuş müddətdə apelyasiya instansiyası vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər. Sədrlik edən: Elmar Rəhimov Hakimlər: Faiq Qasımov Kamran Əkbərov
Məhkəmə qərarları › İş №1(103)-1013/2020
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №1(103)-1013/2020
12.11.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver