Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(103)-1017/2021 08.07.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyası Hakimlər – Rəhimov Elmar Eldar oğlunun sədrliyi və məruzəsilə, Qasımov Faiq Adil oğlu və Əkbərov Kamran Hüseyn oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi – Əsədullayev Rasim Nüsrət oğlunun katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya instansiyaları məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X3, Zərərçəkmiş Azərbaycan Respublikası Təhsil Nazirliyi Sağlamlıq X5 üçün 9 nömrəli xüsusi internat məktəbinin direktoru – Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs, Müdafiəçi – «Yusifbəyli və Partnyorları» Vəkil Bürosunun vəkili X2 iştirakları ilə, xx.xx.1955-ci ildə Yevlax şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş təqsirləndirilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-nin) 188.2-ci maddəsi ilə məhkum edilməsinə dair Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 06 may 2021-ci il tarixli hökmündən təqsirləndirilən Təqsirləndirilən şəxs (vəkili X4) tərəfindən verilmiş apelyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : Birinci instansiya məhkəməsinin hökmünə görə Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ olmadan 25.11.2019-cu il tarixdə ünvan 2 ünvanında yerləşən Azərbaycan Respublikası Təhsil Naziriliyinin Sağlamlıq X5 üçün 9 nömrəli xüsusi internat məktəbinin balansında olan 88,4 kvadrat metr ölçüdə yeməkxana anbarının qapısını yerindən çıxartdırıb mişar daşı ilə hördürüb anbara girişi məhdudlaşdıraraq torpaq sahəsini özbaşına tutmuş, 25.05.2020-ci il tarixdə isə 88,4 kvadrat metr ölçüdə olan həmin anbarın dam örtüyünü, arxa divarını, arakəsmə divarlarını sökdürərək torpaq sahəsi üzərində özbaşına tikinti və quraşdırma işləri aparmışdır. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 06 may 2021-ci il tarixli, 1(002)-27/2021 saylı hökmü ilə (hakim T.Ə.Qurbanov) Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CMnin 188.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinmiş və ona 01 (bir) il müddətinə azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməsi, barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılması, Təqsirləndirilən şəxsnun üzərinə Bakı şəhərinin və Abşeron rayonunun hüdudlarını tərk etməmək, axşam saat 24:00-dan səhər saat 06:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulması, hökmün icrasının Təqsirləndirilən şəxs yaşayış yeri üzrə icra qurumuna həvalə edilməsi, azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddətinin Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanması hökm edilmiş, iş üzrə maddi sübut, ekspertiza xərci və mülki iddianın olmadığı qeyd edilmiş, ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı 22 (iyirmi iki) saata görə 132 (bir yüz otuz iki) manat məbləğində pulun X1, məhkəmə baxışı zamanı göstərilmiş hüquqi yardımla bağlı 30 (otuz) saata görə 150 (bir yüz əlli) manat məbləğində pulun Müdafiəçi vəkil işlədiyi Bakı şəhər 10 saylı vəkil bürosunun hesabına ödənilməsi hökm edilmişdir. Məhkəmənin hökmündən təqsirləndirilən Təqsirləndirilən şəxs apelyasiya şikayəti verərək Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 06 may 2021-ci il tarixli, 1(002)- 27/2021 saylı hökmünə əsasən iş üzrə ekspertiza təyin olunduqdan sonra barəsində Azərbaycan Respublikası CM-nin 188.2-ci maddəsi ilə təqsirli olmasına dair hökm çıxarılmasını xahiş etmişdir. Təqsirləndirilən Təqsirləndirilən şəxs apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, Qaradağ Rayon Məhkəməsi işə tam, obyektiv baxmamış, Qaradağ rayon İcra Hakimiyyəti tərəfindən verilmiş sərəncamı nəzərə almamış, o, sərəncam əsasında ev tikdirərək 25 ildir ki, həmin evdə yaşayır.İcra Hakimiyyətinin sərəncamında göstərilən ünvan Sahil qəsəbəsi, Emin Quliyev küçəsi, ev 35 B-dir.Lakin iddiaçıya məxsus ünvan isə Sahil qəsəbəsi, Emin Quliyev küçəsi, 24-dür.Hakim bunları hər tərəfli araşdırmamış, ekspertizanın keçirilməsini dəfələrlə tələb etsə də hakim bunu etməmiş, birtərəfli işə baxmışdır.Həqiqət isə budur ki, məktəbin texniki pasportunda göstərilən 1980-ci ildən bu günə qədər yerində eyni qaydada qalan hasardan məktəbin ərazisinə keçməmişdir.Onun həyəti hasarın bu biri üzündə, evi də öz həyətindədir.Əksinə məktəbin təzə təyin olunmuş direktoru onun həyətini və evini zəbt etmək istəyir və polislə birləşərək ona qarşı təzyiq ediblər ki, o, məhkəmədə deməlidir ki, təzə direktor təyin ediləndən sonra o, məktəbin anbarını zəbt etmişdir.Hesab edir ki, barəsində çıxarılmış qərar ədalətsizdir. Apelyasiya şikayətinə məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin müdafiəçisi X4 apelyasiya şikayətinə əlavə verərək göstərmişdir ki, Təqsirləndirilən şəxs əməlində nəinki Azərbaycan Respublikası CM-nin 188.2-ci maddəsində nəzərdə tutulan cinayət tərkibi, o cümlədən cinayət hadisəsi yoxdur.Təqsirləndirilən Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü çıxarılmasını xahiş edir. Apelyasiya şikayətinə məhkəmə baxışı zamanı təqsirləndirilən Təqsirləndirilən şəxs müdafiəçisi tərəfindən onun apelyasiya şikayətinə verilmiş əlavəni müdafiə etdiyini bildirərək çıxışında birinci instansiya məhkəməsinin hökmünün ləğv edilməsi, ona qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü çıxarılmasını xahiş etdi. Məhkəmə kollegiyası apelyasiya şikayətinin təmin edilməsi, birinci instansiya məhkəməsinin hökmünün ləğv edilərək təqsirləndirilən Təqsirləndirilən şəxs təqsirsizliyi barədə bəraət hökmü qəbul edilməsinə dair müdafiəçi X4 və təqsirləndirilən Təqsirləndirilən şəxs, eləcə də apelyasiya şikayətinin təmin edilmədən, hökmün dəyişdirilmədən saxlanılması haqqında dövlət ittihamçısı və zərərçəkmiş şəxsin çıxışlarını dinləyərək hesab edir ki, hökm qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalı, apelyasiya şikayəti təmin edilməməlidir. Azəbaycan Respublikası CPM-nin 397.1-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsinə görə isə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apelyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apelyasiya şikayətinin və ya apelyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən apelyasiya şikayətinin və ya apelyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Cinayət tərkibini təşkil edən əlamətlərin (obyekt, obyektiv tərəf, subyekt, subyektiv tərəf) mövcudluğu məhz konkret əməlin digər cinayət əməllərindən fərqləndirilməsinə xidmət edir. Cinayət tərkibi ictimai təhlükəli əməli konkret cinayət kimi xarakterizə edən cinayət qanunu ilə müəyyən edilmiş obyektiv və subyektiv əlamətlərin məcmusudur və cinayət tərkibinin əlamətləri Cinayət Məcəlləsinin Xüsusi hissəsində formalaşdırılmışdır. Cinayətin tövsifi dedikdə isə törədilən cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Törədilən cinayət əməlinə gəldikdə isə ona münasibətdə cəza təyin edilərkən cəza təyin etmənin ümumi prinsiplərini rəhbər tutulmaqla cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almaqla ədalətli cəza təyin edilir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi təqsirləndirilən Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı əməlini etiraf etməyərək Azərbaycan Respublikası CM-nin 188.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməməsi barədə ifadə versə də, həmin əməl işin faktiki halları ilə təkzib edildiyindən məhkəmə tədsirləndirilən şəxsin ifadəsinə tənqidi yanaşaraq bu ifadəni özünü müdafiə məqsədi ilə cinayət məsuliyyətindən boyun qaçırmaq üçün verilmiş ifadə kimi qiymətləndirməkdə haqlı olmuş, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, həmçinin iş üzrə tədqiq edilmiş sübutların tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanaraq Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməlinin tam sübuta yetirilməsi və onun əməlinin istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CMnin 188.2-ci maddəsi ilə tövsif edilməsi barədə qanuni və əsaslı nəticəyə gəlmiş, onun əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsasların olmadığını göstərmişdir. Birinci instansiya məhkəməsi cinayət tərkibini təşkil edən əlamətlərə hüquqi qiymət verməklə Təqsirləndirilən şəxs ilk dəfə cinayət əməli törətməsini cəzasını yüngülləşdirən hal kimi müəyyən olunduğunu, onun əməlində cəzasını ağırlaşdıran hallar müəyyən olunmadığını nəzərə alaraq, ona törətdiyi cinayət əməlinin ağırlığına və ictimai təhlükəlilik dərəcəsinə uyğun təqsirli bilindiyi maddənin sanksiyası daxilində cəza təyin etmişdir. İşin hallarından göründüyü kimi, təqsirləndirilən Təqsirləndirilən şəxs oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 188.2-ci maddəsi ilə olan cinayət əməlini törətməkdə təqsirli olması iş üzrə mötəbər sübutlarla tam təsdiq olunaraq sübuta yetirildiyindən məhkəmənin hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CMnin 188.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinmiş və ona 01 (bir) il müddətinə azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməsi, barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılması, üzərinə Bakı şəhərinin və Abşeron rayonunun hüdudlarını tərk etməmək, axşam saat 24:00-dan səhər saat 06:00dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulması, hökmün icrasının Təqsirləndirilən şəxs yaşayış yeri üzrə icra qurumuna həvalə edilməsi, azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddətinin Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanması hökm edilmişdir. Vurğulamaq zəruridir ki, cəzanın məqsədi Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə müvafiq olaraq, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə kollegiyası qeyd edir ki, cəza törədilmiş cinayətə görə yalnız tənbeh deyildir, o, məhkumu qanunlara dəqiq riayət, ümumyaşayış qaydalarına hörmət ruhunda islah və yenidən tərbiyə etmək məqsədi daşıyır. Cəzanın mahiyyəti islah etmə və yenidən tərbiyə etmə ilə sıx bağlıdır, əməli törətmiş şəxsin şüurunda neqativ düşüncəni dəyişmək və onu hüququn tələblərinə riayət etməyə məcbur etmək istiqamətində dövlətin səylərindən ibarətdir. Cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Məhkəmə cinayət törətməkdə təqsirli bilinən şəxsə CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edir və ədalətli cəzanın təyin edilməsi ilk əvvəl cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına xidmət edir. Eyni zamanda qeyd edilir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, işdə olan cəzanı yüngülləşdirən hallar və cəzanı ağırlaşdıran halların olmaması nəzərə alınmaqla onun şəxsiyyətinə və cinayətin ağırlığına uyğun olan ədalətli cəza təyin edilmişdir. Azərbaycan Respublikası CPM-nin 398.1.1-ci maddəsinə əsasən, apellyasiya şikayətinin və ya apellyasiya protestinin baxışı nəticəsində apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarını dəyişdirilmədən, apellyasiya şikayətini və ya protestini isə təmin etmədən saxlanılması haqqında qərar qəbul etməyə haqlıdır. Qeyd olunanları nəzərə almaqla məhkəmə kollegiyası hesab edir ki, apelyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, hökm dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara əsasən, Azərbaycan Respublikası CPM-nin 398.1.1-ci maddəsini rəhbər tutaraq QƏRARA ALDİ : Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 06 may 2021-ci il tarixli hökmü Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 188.2-ci maddəsi ilə məhkum edilməsinə dair hissədə dəyişdirilmədən, təqsirləndirilən Təqsirləndirilən şəxs apelyasiya şikayəti (müdafiəçi X2 əlavə apelyasiya şikayəti) təmin edilmədən saxlanılsın. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası CPM-nin 410-cu maddəsində nəzərdə tutulmuş müddətdə apelyasiya instansiyası vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər. Sədrlik edən Elmar Rəhimov Hakimlər Faiq Qasımov Kamran Əkbərov
Məhkəmə qərarları › İş №1(103)-1017/2021
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №1(103)-1017/2021
08.07.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver