Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(103)-1017/2022 22.06.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər İbrahimli İbrahim Adil oğlunun sədrliyi ilə, Şirinov İkram Sabir oğlu və Şirinov Ziya Allahverdi oğlundan ibarət tərkibdə Məhkəmə iclas katibi X4, Dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X7, Müdafiəçi2, Məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxxxx 1984-cü il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, ünvan 1-da qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, 18 avqust 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, 21 avqust 2021-ci il tarixdə barəsində “həbs” qətimkan tədbiri seçilmiş, hazırda Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə məhkum olunmasına dair Bakı Ağır Cinayətlər Məhkəməsinin 11 mart 2022-ci il tarixli, 1(101)-403/2022 nömrəli hökmündən Dövlət ittihamçısı4 tərəfindən verilmiş apellyasiya protestinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İbtidai istintaq orqanı tərəfindən tərəfindən tərtib edilmiş ittiham aktına əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə məhkəməyə verilmişdir ona görə ki, o, satış məqsədi ilə, qanunsuz olaraq, naməlum mənbədən külli miqdarda narkotik vasitə heroin və şəxsi istehlak miqdarından artıq miqdarda psixotrop maddə metamfetamini alaraq əldə edib, üzərində saxlamaqla daşımış və narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı daxil olmuş əməliyyat məlumatı əsasında Suraxanı RPİ-nin 31-ci və 33-cü PB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyataxtarış tədbirləri nəticəsində 18 avqust 2021-ci il tarixdə, saat 22:45-də, ünvan 1 ünvanının qarşısında saxlanılıb ünvan 2ında yerləşən Suraxanı RPİ-nin 31-ci PB-nin inzibati binasına gətirilərək üzərində şəxsi axtarış aparılan zaman, əynindəki tünd göy rəngli idman şalvarının sağ yan cibindən 04 (dörd) ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,616 qram, 0,724 qram, 0, 941 qram və 0,543 qram, ümumi təmiz çəkisi 2,824 qram qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin, 01 ədəd bükümdə təmiz çəkisi 1,315 qram ağ rəngli kristalşəkilli maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin və bir ədəd 9*12 ölçüdə üzərində heroinin izləri olan qara rəngli elektron tərəzi aşkar edilərək götürülmüşdür, yəni qeyd olunan hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Bakı Ağır Cinayətlər Məhkəməsinin (hakimlər Hüseynov Cavid İbadulla oğlunun sədrliyi, hakimlər X8 və X1 ibarət tərkibdə) 11 mart 2022-ci il tarixli, 1(101)-403/2022 nömrəli hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəza çəkməsinin əvvəli şübhəli şəxs qismində tutulduğu 18 avqust 2021-ci il tarixdən hesablanmış, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmış, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən ərazi narkoloji dispanserində qeydiyyata götürülməklə barəsində narkomaniyadan müalicə növündə tibbi xarakterli məcburi tədbir təyin edilmişdir. Hökmlə maddi sübutların taleyi və məhkəmə məsrəfləri məsələsi də həll edilmişdir. Bakı Ağır Cinayətlər Məhkəməsinin 11 mart 2022-ci il tarixli, 1(101)-403/2022 nömrəli hökmündən Dövlət ittihamçısı4 apellyasiya protesti verərək hökmün ləğv edilməsini və Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirli bilinib həmin maddənin sanksiyası həddində cəza təyin edilməklə barəsində yeni ittiham hökmü çıxarılmasını xahiş etmişdir. Apellyasiya protesti onunla əsaslandırılmışdır ki, məhkəmə Təqsirləndirilən şəxs əməlini CM-in 234.1-ci maddəsi ilə ixtisaslaşdırarkən qeyd etmişdir ki, “Təqsirləndirilən şəxs ətrafında əməliyyat-axtarış tədbirinin keçirilməsinə əsas vermiş və məhkəmə baxışı zamanı tədqiq olunan Suraxanı RPİ-nin 33-cü PB-nin əməliyyat müvəkkili Şahid1 tərəfindən Polis Bölməsinin rəhbərliyinə ünvanlanmış 18 avqust 2021-ci il tarixli raportun, eyni şəxs tərəfindən qəbul edilmiş və Polis Bölməsinin rəhbəri tərəfindən təsdiq edilmiş «əməliyyat qrupunun yaradılması haqqında” 18 avqust 2021-ci il tarixli qərarın, həmçinin əməliyyat qrupunun yaradılması barədə eyni tarixli əmrin məzmunundan görünür ki, Təqsirləndirilən şəxs barəsində daxil olmuş əməliyyat məlumatı onun narkotik vasitələrin dövriyəsi ilə məşğul olması barədə olmuşdur. Məhkəmə baxışı zamanı tədqiq olunan, əməliyyat məlumatının məzmununu özündə ehtiva edən bu sənədlərdə Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və psixotrop maddələri külli miqdarda əldə edib saxlamasından və ya daşımasından bəhs olunmamışdır.” Hökmdə məhkəmə gəldiyi nəticəni əsaslandırmağa çalışarkən göstərmişdir ki, “Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulması barədə 18 avqust 2021-ci il tarixli qərarın və eyni tarixli protokolun məzmunundan görünür ki, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmasına əsas onun qanunsuz olaraq narkotik vasitə əldə etməsi və özündə saxlamaqla daşıması barədə toplanmış materiallar və Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsinə şübhə yaranması ilə əlaqədar saxlanılması olmuşdur.” Bununla bağlı qeyd edilməlidir ki, məhkəmə baxışı zamanı Şahid1 ifadəsinin göstərmişdir ki, Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi, yəni satışı ilə məşğul olması barədə əməliyyat məlumatı olsa da, həmin məlumatda onun aldığı narkotik vasitənin pulunu əvəzləşdirə bilməsi üçün özünün narkotik vasitədən istifadə etməklə yanaşı, həm də bir hissəsini satdığı bildirilsə də, onlar tərəfindən aparılan əməliyyat tədbirləri nəticəsində Rəşadın konkret olaraq kimlərə narkotik vasitə satmasını, eləcə də narkotik vasitəni haradan əldə etməsini müəyyənləşdirmək mümkün olmamışdır. Məhkəmə baxışı zamanı iş üzrə şahid qismində dindirilən Suraxanı RPİ-nin 33-cü PB- nin əməliyyat müvəkkili Şahid2 şahid qismində dindirilmiş Şahid1 ifadəsinə uyğun ifadə verərək, ifadəsində sonuncunun göstərdiyi xüsusatlan bir daha təsdiq etmişdir. Qeyd edilən şahid ifadələri Təqsirləndirilən şəxs barəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi, yəni satışı ilə məşğul olması barədə əməliyyat məlumatının olmasını göstərən mötəbər sübut növü kimi çıxış etdiyi halda, məhkəmənin hansı səbəbdən Təqsirləndirilən şəxs əməlinin CM-in 234.1-ci maddəsi ilə qiymətləndirməsi mənə aydın olmamışdır. Məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin satış niyyətini təsdiq edən digər sübut növü isə cinayət işində olan və məhkəmə baxışı zamanı tədqiq olunan, istintaq orqanı tərəfindən verilmiş 25 avqust 2021-ci il tarixli əməliyyat tapşırığına Suraxanı RPİ-nin 30-cu PB- si tərəfindən verilən 25 sentyabr 2021-ci il tarixli cavab məktubudur. İstintaq orqanı tərəfindən verilmiş 25 avqust 2021-ci il tarixli əməliyyat tapşırığına Suraxanı RPİ-nin 30-cu PB tərəfindən verilən 25 sentyabr 2021 -ci il tarixli cavab məktubunun məzmununda keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs narkotik vasitələrin qəbulu ilə yanaşı satışı ilə də məşğul olmasının müəyyən edildiyi göstərilmişdir, (iş vərəqə: 94; 115). CPM-nin 137-ci maddəsinə əsasən, əməliyyat-axtanş fəaliyyəti nəticəsində əldə edilmiş materiallar «Əməliyyat-axtarış fəaliyyəti haqqında» Azərbaycan Respublikasının Qanununa uyğun əldə olunduqda və bu Məcəllənin tələblərinə uyğun təqdim edildikdə və yoxlanıldıqda, cinayət təqibi üzrə sübut kimi qəbul edilə bilər. Tədqiq olunan məktubun məzmunu «Belə ki, əldə etdiyi narkotik vasitənin bir hissəsini satıb pul əldə edir ki, yenidən həm özünün istifadəsi üçün, həm də yenidən bir hissəsini satmaq üçün vəsaiti olsun. Lakin konkret olaraq kimlərə satması müəyyən edilməmişdir. Həmçinin Təqsirləndirilən şəxs aşkar edilmiş narkotik vasitənin mənbəyini müəyyən etmək mümkün olmamışdır. Bu istiqamətdə əməliyyat tədbirlərimiz davam etdirilir» formasında olmuşdur ki, qeyd edilən məzmun Təqsirləndirilən şəxs satış məqsədini bir daha təcəssüm etdirir və məhkəmə tərəfindən həmin məktubdakı məlumatların bu və digər formada digər mötəbər sübutlarla təkzib həyata keçirilməmişdir. Həmin hal özlüyündə məhkəmənin öz gəldiyi nəticəsinə inamsızlığını nümayiş etdirir. Həmçinin xüsusilə vurğulanmalıdır ki, təqsirləndirilən şəxsin psixotrop maddənin və narkotik vasitənin qanunsuz dövriyyəsi ilə bağlı hüquq-mühafizə orqanlarına hər-hansı məlumatın daxil olmaması özü-özlüyündə həmin şəxs tərəfindən psixotrop maddənin və narkotik vasitənin məhz satış məqsədi ilə əldə etməklə saxlamasını heç də inkar etmir. Məhkəmə tərəfindən nəzərə alınmalı olan hal ondan ibarət olmalı idi ki, CM-in 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməli formal tərkibli cinayət olmaqla, satış məqsədilə narkotik vasitə və ya psixotrop maddəni əldə edildiyi, saxlanıldığı, daşıdığı andan başa çatmış hesab edilir. Cinayətin başa çatması üçün psixotrop maddənin və narkotik vasitənin satışının həyata keçirilməsi tələb edilmir. Hökmdən məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs apellyasiya şikayəti verməmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən dövlət ittihamçısı X12 apellyasiya protestini müdafiə edərək təmin edilməsini, Bakı Ağır Cinayətlər Məhkəməsinin 11 mart 2022-ci il tarixli, 1(101)-403/2022 nömrəli hökmünün ləğv edilməsini və Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirli bilinib həmin maddənin sanksiyası həddində cəza təyin edilməklə barəsində yeni ittiham hökmü çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən Müdafiəçi2 yekun çıxışında apellyasiya protestinin dəlilləri ilə razılaşmayaraq qeyd etmişdir ki, cinayət işi üzrə ibtidai istintaq zamanı bir sıra kobud prosessual pozuntulara yol verilmiş, o cümlədən şübhəli şəxsə formal olaraq vəkil təyin edilmiş, onun müdafiə hüququ səmərəli və keyfiyyətli şəkildə təmin edilməmiş, habelə ilkin “sübutlar” onu döyməklə və işgəncə verməklə əldə edilmiş, birinci instansiya məhkəməsi həmin pozuntulara əhəmiyyət verməmiş və bu qədər ciddi pozuntular mövcud olduğu halda istintaq orqanı tərəfindən təqdim olunan sübutların mötəbərliyi kifayət qədər şübhəli olmaqla belə sübutlar əsasında Təqsirləndirilən şəxs ittiham elan edilməsi və həmin ittiham əsasında barəsində ittiham hökmünün çıxarılması yolverilməzdir, bu, milli və beynəlxalq hüquqa ziddir. Təqsirləndirilən şəxs elan edilmiş ittihamla heç bir əlaqəsi yoxdur və onun təqsiri istər ibtidai, istərsə də məhkəmə istintaqı zamanı sübuta yetirilməmişdir. Məhkəmə kollegiyasından apellyasiya protestinin təmin olunmamasını xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs polislər tərəfindən döyülməklə işgəncələrə məruz qaldığını, sübutların bu yolla əldə edildiyini göstərərək apellyasiya protestinin təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyası iş üzrə qismən məhkəmə istintaqı aparmaqla apellyasiya protestinin dəlillərini cinayət işinin materialları ilə əlaqəli surətdə, hərtərəfli, tam və obyektiv araşdıraraq, məhkəmə iclasında iştirak etmiş şəxslərin çıxışlarını dinləyərək, hazırkı apellyasiya icraatı gedişində məhkəmə baxışı zamanı tədqiq olunan sübutlar toplusuna məcmu halında qiymət verərək, cinayət işi üzrə ziddiyyətli məqamları müqayisəli şəkildə təhlil edərək hesab edir ki, apellyasiya protesti təmin edilməməli, iş üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinin 11 mart 2022-ci il tarixli, 1(101)-403/2022 nömrəli ittiham hökmü ləğv edilməli, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə elan olunan ittiham üzrə təqsirliliyi sübuta yetirilmədiyi və cinayətin törədilməsinə aidiyyatı olmadığı üçün bəraət verilməsinə dair yeni hökm çıxarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 397.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsinin tələbinə görə, isə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Qeyd edilən prosessual normaların mənasına görə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılmalıdır. Başqa sözlə, işin faktiki halları yalnız apellyasiya tələbi ilə bağlı olan hissədə yəni apellyasiya tələbinin təsdiq və ya təkzib edilməsi zərurəti ilə əlaqədar yoxlanılır. Burada işin faktiki halları dedikdə, konkret cinayət əməli üzrə sübut edilməli olan və məhkəmənin hökmünün və ya başqa qərarının qəbul edilməsi üçün mühüm əhəmiyyət kəsb edən xüsusatların məcmusu başa düşülməlidir. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununun və CPM-nin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılması o deməkdir ki, hökmün və ya qərarın qanuni və əsaslı olmasını yoxlayarkən apellyasiya instansiya məhkəməsi qanunla müəyyən edilmiş hüquqları həddində apellyasiya şikayəti və apellyasiya protestində göstərilib-göstərilməməsindən asılı olmayaraq, birinci instansiya məhkəməsinin tətbiq etdiyi cinayət və cinayət-prosessual hüquq normalarının, habelə bu normalarla bağlı olaraq başqa hüquq sahələrinə aid normaların düzgün tətbiq edilib edilməməsini yoxlamalıdır. Başqa sözlə apellyasiya instansiya məhkəməsi məhkəmə baxışı zamanı hüquq məsələsini hər bir halda və tam həcmdə yoxlamalıdır. Birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs münasibətdə Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə irəli sürülmüş ittihamla bağlı məhkəmə baxışına təqdim edilmiş sübutlar məhkəmə iclasında hərtərəfli, tam və obyektiv araşdırılmış və müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan, qanunsuz olaraq, naməlum mənbədən şəxsi istehlak miqdarından artıq miqdarda külli miqdar təşkil edən heroin narkotik vasitəsi və şəxsi istehlak miqdarından artıq miqdarda metamfetamin psixotrop maddəsi alaraq əldə edib, üzərində saxlamaqla daşımış və daxil olmuş əməliyyat məlumatı əsasında Suraxanı Rayon Polis İdarəsinin 31-ci və 33-cü Polis Bölməsinin (bundan sonra: RPİ, PB) əməkdaşları tərəfindən keçirilmiş birgə əməliyyat tədbirləri nəticəsində 18 avqust 2021-ci il tarixdə, saat 22:45-də, ünvan 1 ünvanının qarşısında saxlanılıb ünvan 2ında yerləşən Suraxanı RPİ-nin 31-ci PBnin inzibati binasına aparılaraq üzərində şəxsi axtarış aparılan zaman əynindəki tünd göy rəngli idman şalvarının sağ yan cibindən 04 (dörd) ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,616 qram, 0,724 qram, 0, 941 qram və 0,543 qram, ümumi təmiz çəkisi 2,824 qram təşkil edən qəhvəyi rəngli, toz şəkilli, kustar üsulla hazırlanmış heroin narkotik vasitəsi, 01 ədəd bükümdə təmiz çəkisi 1,315 qram ağ rəngli, kristalşəkilli, kustar üsulla hazırlanmış metamfetamin psixotrop maddəsi və bir ədəd 9*12 ölçüdə üzərində heroinin izləri olan qara rəngli elektron tərəzi aşkar edilərək götürülmüşdür, yəni qeyd olunan hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə deyil, həmin Məcəllənin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Apellyasiya icraatı zamanı dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, birinci instansiya məhkəməsində verdiyi ifadəsini təsdiq edir. Belə ki, narkotik istifadəçisi olsa da, ittiham göstərilən 5 büküm narkotik vasitənin və tərəzinin ona aidiyyəti olmamışdır. Polis bölməsində döyülərək və işgəncələrə məruz qalaraq videoçəkilişlə həmin 5 büküm narkotik vasitənin və tərəzinin onun üzərindən aşkar olunduğunu deməyə məcbur edilmişdir. Bundan başqa, onun müdafiə hüququ da pozulmuşdur. Belə ki, şübhəli şəxs qismində tutularkən və üzərinə baxış keçirilərkən ümumiyyətlə vəkil olmamışdır. Necə ola bilər ki, şübhəli şəxs qismində tutulması barədə protokolda yalandan vəkilin iştirakı qeyd edilmiş, lakin az sonra üzərinə video çəkilişlə baxış keçirilərkən həmin vəkil “yoxa çıxmışdır”. Göründüyü kimi cinayət işi üzrə ittihamı təsdiq edən “sübutlar” qanunsuz yolla, habelə onun müdafiə hüququ pozulmaqla əldə edilmişdir. Birinci instansiya məhkəməsində təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, ailə üzvləri ilə birlikdə Bülbülə qəsəbəsində həyət evində yaşamış, usta işləmişdir. Narkomandır, gündəlik 5-10 manatlıq narkotik vasitə heroin istifadə etmişdir. Hadisə günü axşam saat təxminən 9-a qalmış evə gəlmişdir. Həyət qapısı açıq olduğundan bu vaxt həyətə kiminsə girdiyini hiss etmiş, ailə üzvləri də evə kimin girdiyini soruşmuşlar. O, evə girən şəxslərin qarşısına çıxmış və kim olduqları ilə maraqlanmışdır. Onlar ona «Rəşad sənsən?» sualını vermiş, o da təsdiqləmişdir. Həmin vaxt uşaqlar kiminsə evin arxa pəncərəsini sındırmaqla oradan da içəri daxil olması barədə evdən qışqırmışlar. Elə həmin an da həyətdəki şəxslər onu yıxıb, əlini qolunu bağlamışlar. Sonra onu özlərinə məxsus qara maşınla idarəyə aparmışlar. Evə gələnlərin polis olduqlarını yalnız onu qapıdan çıxarıb apardıqları zaman bilmişdir. İdarədə onun üstünə baxış keçirilməmiş, təhqiqatçının otağında ona «səni çoxdan axtarırıq, sən narkotiklərin alışında və satışında şübhəlisən» demişlər. Orada onun üstünə 960 qram narkotik qoymaq istəmişlər, lakin o, razılaşmamışdır. Tanımadığı şəxslər tərəfindən döyülmüş, fiziki təsirlərə məruz qalmışdır. Sonra isə ona 5 büküm narkotik və tərəzi vermiş və həmin bükümlərlə tərəzini cibinə qoymasını demiş, onun 3 uşağı olduğundan ona kömək edəcəklərini bildirmişlər. Hətta həmin narkotiki boynuna almayacağı və döyülməsi ilə bağlı məhkəmədə deyəcəyi təqdirdə, onu ailə üzvlərini də tutacaqları ilə hədələmişlər. Məcburiyyət qarşısında narkotikləri və tərəzini qəbul etsə də, baş verənlərlə bağlı onların dediklərinə əhəmiyyət verməmiş, həm qətimkan tədbiri seçilərkən məhkəmədə və həm də hazırki mərhələdə olanları bildirmişdir. 5 büküm narkotikin və tərəzinin ona məxsus olmasını deməyə razılaşmış və bundan sonra videoçəkilişdən istifadə olunmuşdur. Belə ki, videoçəkilişdən əvvəl onun gözünün qarşısında bükümlər bağlayıb onun cibinə qoyulmuş, bükülülülərin içərisindəkilər torpağa, limon duzuna bənzəmişdir. Videoçəkiliş aparılarkən əvvəlcədən təhqiqatçının tapşırığına əsasən «narkotik almağa gedirdim. Ona görə də narkotikdən istifadə edən dostları ilə birlikdə atışmış (burada: bir yerə pul qoymaq) və o, gedib almışdır. Tərəzini isə narkotikin çəksinin düzgün olub-olmamasını yoxlamaq üçün götürmüşdüm» kimi cümlələr işlətmişdir. Üzərində şəxsi axtarış aparılan vaxt onun vəkili olmamış, sadəcə ağrıdığı üçün döyməsinlər deyə, şəxsi axtarış zamanı vəkilin iştirakına ehtiyac olmaması barədə ərizə yazmışdır. İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs ifadələrində göstərmişdir ki, o, bir müddətdir ki, heroin və metamfetamin kimi tanıdığı narkotik maddələrdən istifadə etmişdir. Belə ki, həmin narkotik maddələri Bakı şəhərində müxtəlif yerlərdən öz şəxsi istifadəsi üçün alıb istifadə etmişdir. Sonuncu dəfə xx.xx.2021-ci il tarixdə “Whatsapp” proqramı vasitəsilə tanış olduğu, tanımadığı şəxsə “online” qaydada 70 manat ödəmək şərti ilə 04 ədəd büküm heroin və 01 dəd büküm metamfetamin almış və sonra istifadə etmək üçün üzərində saxlamışdır. xx.xx.2021-ci il tarixdə, təxminən saat 22-23 radələrində yaşadığı ünvan 5 ünvanın yaxınlığında olduğu zaman mülki geyimli şəxslər ona yaxınlaşıb özlərini təqdim etmiş və o, onların polis əməkdaşı olduğunu bilmişdir. Həmin vaxt onlar onun narkotik vasitənin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli olduğunu bildirərək üzərində şəxsi axtarış aparılması zərurətini bildirmişlər. O, da razılaşmış və onlarla birlikdə Bakı şəhəri Suraxanı RPİ-nin 31-ci PB-nə getmişdir. PB-də şəxsiyyəti müəyyən olunduqdan sonra polis əməkdaşları video çəkiliş aparılmaqla üzərinə baxış keçirilməsinin zəruri olmasını bildirmişlər. O da etiraz etməmiş, ona hüquq və vəzifələri izah olunmuş, dövlət hesabına vəkil təyin olunmuş və vəkillə görüşdükdən sonra isə polis əməkdaşları xidməti otaqların birində video çəkilişlə üzərinə baxış keçirmişlər. Baxış zamanı ona üzərində hər hansı bir qanunsuz maddə və ya əşya olub-olmaması barədə sual verilmişdir. O da əynində olan göy rəngli idman şalvarının sağ yan cibindən 05 ədəd bükümü və bir ədəd elektron tərəzini çıxarıb təqdim etmişdir. Polis əməkdaşları təqdim etdiyi bükümləri açmış və baxış keçirmişlər. Ondan həmin 05 ədəd bükümün içərisində nə olmasını, nə vaxt, kimdən, hansı yolla əldə etdiyini, bir ədəd elektron tərəzini nə məqsədlə üzərində saxladığını soruşmuşlar. O da həmin bükümlərdən 4 ədəd bükümün içərisində heroin və 1 ədəd bükümün içərisində isə metamfetamin olduğunu, onları 18 avqust 2021-ci il tarixdə “online” qaydada tanımadığı şəxsə 70 manat ödəməklə öz istifadəsi üçün alıb əldə etdiyini və üzərində gəzdirdiyini, bir ədəd elektron tərəzini isə narkotik maddələrin çəkisini müəyyən etmək üçün üzərində saxladığını bildirmişdir. Həmin 05 ədəd büküm və bir ədəd elektron tərəzi polis əməkdaşları tərəfindən götürülərək iştirakçıların iştirakı ilə zərfə qoyularaq qablaşdırılmış, qablaşdırılmış zərf möhürlənmiş, bu barədə protokol tərtib edilmiş, tərtib edilmiş protokol və qablaşdırılmış zərf o və iştirakçılar tərəfindən imzalanaraq tərkibinin ekspertiza vasitəsilə müəyyən ediləcəyi bildirilmişdir. Keçirilən bütün prosesslər video çəkilişlə qeydə alınmışdır. Aldığı həmin narkotik maddələrdən heç kimə satmamışdır. Birinci instansiya məhkəməsində iş üzrə şahid qismində dindirilən Bakı şəhəri Suraxanı RPİ-nin 31-cü PB-nin əməliyyat müvəkkili Şahid1 ibtidai istintaq zamanı vermiş olduğu ifadəsini təsdiq edərək ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs əvvəllər tanımış, belə ki, sonuncu bir dəfə oğurluq hadisəsi törətdiyinə görə bölməyə gətirilmişdir. 18 avqust 2021-ci ildə Suraxanı rayonu, Bülbülə qəsəbəsi ərazisində «Rəşad» adlı şəxsin üzərində narkotik vasitə gəzdirməsi barədə məlumat daxil olmuşdur. Sonuncunun şəxsiyyətini müəyyənləşdirib həmin şəxsin xx.xx.1984-cü il təvəllüdlü, Bakı şəhərində anadan olmuş, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, Bəydəmirov küçəsi, ev 39-da qeydiyyat olmaqla yaşayan Təqsirləndirilən şəxs olduğuna əmin olmuşdur. Odur ki, həmin şəxsin müəyyən olunması və bölməyə gətirilməsi zərurəti yarandığından PB-nin rəisinə raportla müraciət etmiş və təxirəsalınmaz əməliyyat-axtarış tədbirinin keçirilməsi, eləcə də əməliyyat qrupunun təşkil edilməsi barədə qəbul etdiyi qərar Bölmə rəisi tərəfindən təsdiq edilmişdir. Əməliyyat qrupuna həmçinin Suraxanı RPİ-nin 33-cü PB-nin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid2 da daxil edilmişdir. Beləliklə 18 avqust 2021-ci il tarixdə, saat 22:30 radələrində əməliyyat müvəkkili Şahid2la birlikdə Bülbülə qəsəbəsi, Bəydəmirov küçəsinə getmişlər. Saat 22:45 radələrində Bəydəmirov küçəsi 39 ünvanın yaxınlığında məlumatda bildirilən əlamətlərə görə Rəşad adlı şəxslə rastlaşaraq sonuncunu Suraxanı RPİ-nin 31-cü polis bölməsinə dəvət etmişlər. Polis bölməsində həmin şəxsin xx.xx.1984-cü il təvəllüdlü, Bakı şəhərində anadan olmuş, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, Bəydəmirov küçəsi, ev 39-da qeydiyyat olmaqla yaşayan Təqsirləndirilən şəxs olması müəyyən olunmuşdur. Əməliyyat tədbiri birgə keçirildiyindən prosessual hərəkətlərin keçirilməsi 33-cü PB-nin təhqiqatçısı Qasım Poladlıya həvalə edilmişdir. Polis bölməsinə vəkil dəvət edilmiş, bir sıra prosessual hərəkətlər icra olunduqdan sonra videoçəkiliş etməklə Təqsirləndirilən şəxs üzərində axtarış aparılmaqla baxış keçirilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs üzərində hər hansı bir əşyanın olubolmaması barədə sual verilmiş və qanunsuz əşyanın olduğu halda könüllü təqdim etməsi təklif olunmuşdur. Bu zaman Təqsirləndirilən şəxs əynindəki tünd göy rəngli idman şalvarının sağ yan cibindən 5 ədəd gümüşü rəngli kağızlara bükülmüş, içərisində narkotik vasitəyə bənzər qəhvəyi rəngli və şəffaf rəngli maddələri, sol yan cibindən isə 1 ədəd elektron tərəzini çıxarıb təqdim etmişdir. Təqsirləndirilən şəxs həmin maddələrin narkotik vasitə heroin və metamfetamin olduğunu bildirmişdir. Həmçinin üzərində olan elektron tərəzini də həmin maddələrin çəkisinin müəyyən edilməsi üçün üzərində saxladığını demişdir. Təqsirləndirilən şəxs həmin narkotik vasitələri «Whatsapp» şəbəkəsi vasitəsi ilə tanış olduğu, lakin adını bilmədiyi şəxsdən 70 manata aldığını, şəxsi istifadəsi məqsədi ilə üzərində saxlayıb gəzdirdiyini bildirmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi bükümlər və elektron tərəzi cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan kağız zərflərə qablaşdırılıb Suraxanı RPİ-nin 33-ci PB-nin 171 nömrəli möhürü ilə möhürlənərək götürülmüşdür. Şəxsi axtarış və götürmə zamanı video çəkilişdən istifadə olunmuş, görüntü diskə köçürülərək protokola əlavə edilmişdir. Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyəsi, yəni satışı ilə məşğul olması barədə əməliyyat məlumatı olsa da, həmin məlumatda onun aldığı narkotik vasitənin pulunu əvəzləşdirə bilməsi üçün özünün narkotik vasitədən istifadə etməklə yanaşı, həm də bir hissəsini satdığı bildirilsə də, onlar tərəfindən aparılan əməliyyat tədbirləri nəticəsində Rəşadın konkret olaraq kimlərə narkotik vasitə satmasını, eləcə də narkotik vasitəni haradan əldə etməsini müəyyənləşdirmək mümkün olmamışdır. Şahidlər Şahid1 və Şahid2 məhkəməyədək icraat mərhələsində vermiş olduqları ifadələri məhkəmə baxışı zamanı elan edilməklə tədqiq edildi və müəyyən olundu ki, hər iki şahid ibtidai istintaq mərhələsində məhkəmə baxışı zamanı vermiş olduqları ifadələrinə uyğun ifadələr vermişlər (iş vərəqə: 98-100; 101-103). İşdə olan «şəxsi axtarış və götürmə aparılması haqqında» 18 avqust 2021-ci il tarixli protokoldan görünür ki, həmin tarixdə Suraxanı RPİ-nin 31-ci polis şöbəsinə gətirilmiş Təqsirləndirilən şəxs üzərinə saat 23:10-dan 23:20-dək videoçəkiliş ilə baxış keçirilən zaman sonuncu əynindəki tünd göy rəngli idman şalvarının sağ yan cibindən beş ədəd gümüşü rəngli kağıza bükülmüş qəhvəyi və şəffaf rəngli maddəni, sol yan cibində bir ədəd elektron tərəzini çıxarıb təqdim etmişdir. Təqsirləndirilən şəxs həmin bükümlərdə olan maddələrin nə olmasını və hansı yolla əldə etməsi barədə sual verilir, sonuncu da həmin bükümlərdə olan maddələrin heroin və metamfetamin olduğunu, tərəzini isə narkotik vasitələrin çəkisini müəyyənləşdirmək məqsədi idə daşıdığını bildirir. Ondan üzərindən aşkar edilmiş narkotik vasitələri haradan və hansı yolla əldə etməsi barədə sual verilmiş və sonuncu həmin narkotik vasitəni «WhatsApp» vasitəsi ilə tanış olduğu, lakin adını bilmədiyi şəxsdən 70 manata onlayn qaydada aldığını bildirir. Bükümlərdəki maddələr və elektron tərəzi baxışda iştirak edən şəxslərin iştirakı ilə qablaşdırılıb Suraxanı RPİ-nin 31-ci PB-nin 195 nömrəli möhürü ilə möhürlənərək götürülmüş, ərizə və şikayət daxil olmamışdır. Şəxsi axtarış və götürmə zamanı video çəkilişdən istifadə olunmuş, görüntü diskə köçürülərək protokola əlavə edilmişdir (iş vərəqə: 35-36). İşdə olan “diskə baxış keçirilməsi haqqında” 19 avqust 2021-ci il tarixli protokoldan görünür ki, həmin diskdə 01 ədəd fayl vardır, faylda olan videogörüntü 18 avqust 2021-ci tarixdə çəkilmişdir. Çəkilmiş videogörüntüdən görünür ki, polis əməkdaşlarının iştirakı ilə Suraxanı RPİ-nin 31-ci polis şöbəsinin inzibati binasının xidməti otağında Təqsirləndirilən şəxs üzərinə baxış keçirilir, baxış keçirilən zaman sonuncu əynindəki tünd göy rəngli idman şalvarının sağ yan cibindən beş ədəd gümüşü rəngli kağıza bükülmüş qəhvəyi və şəffaf rəngli maddəni, sol yan cibində bir ədəd elektron tərəzini çıxarıb təqdim etmişdir. Təqsirləndirilən şəxs həmin bükümlərdə olan maddələrin nə olmasını və hansı yolla əldə etməsi barədə sual verilir, sonuncu da həmin bükümlərdə də olan maddələrin heroin və metamfetamin olduğunu, tərəzini isə narkotik vasitələrin çəkisini müəyyənləşdirmək məqsədi idə daşıdığını bildirir. Ondan üzərindən aşkar edilmiş narkotik vasitələri haradan və hansı yolla əldə etməsi barədə sual verilmiş və sonuncu həmin narkotik vasitəni «WhatsApp» vasitəsi ilə tanış olduğu, lakin adını bilmədiyi şəxsdən 70 manata onlayn qaydada aldığını bildirir. Bükümlərdəki maddələr və elektron tərəzi baxışda iştirak edən şəxslərin iştirakı ilə qablaşdırılıb Suraxanı RPİ-nin 31- ci PB-nin 195 nömrəli möhürü ilə möhürlənərək götürülmüş, ərizə və şikayət daxil olmamışdır. Şəxsi axtarış və götürmə zamanı video çəkilmişdən istifadə olunmuş, görüntü diskə köçürülərək protokola əlavə edilmişdir. Baxışda iştirak edən Təqsirləndirilən şəxs bildirmişdir ki, narkotik vasitələri və elektron tərəzini təqdim edən şəxs o, özüdür, həmin vaxt ona heç bir təsir, təzyiq göstərilməmişdir (iş vərəqə: 56). İşdə olan «şəxsi axtarış və götürmə aparılması haqqında» 18 avqust 2021-ci il tarixli protokolun və “diskə baxış keçirilməsi haqqında” 19 avqust 2021-ci il tarixli protokolun məzmunu ilə eynilik təşkil edir. İşdə olan məhkəmə-kimyəvi ekspertizasının 19 avqust 2021-ci il tarixli, 6/3707 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində AR DİN «zərflər üçün №195» möhür əksi, «Vət. Təqsirləndirilən şəxs üzərindən…” yazılar, imzalar olan zərfdə, 4 ədəd bükümlərdə bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,616 qram, 0,724 qram, 0,941 qram və 0,543 qram, ümumi təmiz çəkisi 2,824 qram qəhvəyi rəngli təzşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin və 01 ədəd bükümdə təmiz çəkisi 1,315 qram ağ rəngli kristalşəkilli maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Tədqiqata təqdim edilmiş «Vət. Təqsirləndirilən şəxs üzərindən…” yazılar, imzalar olan zərfdə içərisində 1 ədəd 9*12 sm ölçüdə qara rəngli elektron tərəzinin üzərində narkotik vasitə heroinin izləri vardır. Heroin iz şəklində olduğundan onun çəkisini müəyyən etmək və eynilik tədqiqatı aparmaq mümkün deyildir (iş vərəqə: 42-45). İbtidai istintaq orqanının işdə olan və məhkəmə baxışı zamanı tədqiq olunan sübutların qiymətləndirilməsi haqqında 18 noyabr 2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş və ekspertiza tədqiqatlarından sonra qalıq qalmış 04 ədəd bükümdə 2,744 (ilkin çəki 2,824 qr.) qram heroin narkotik vasitəsi və 01 ədəd bükümdə 1,265 (ilkin çəki 1,315 qr.) qram metamfetamin psixotrop maddəsi, həmçinin 01 ədəd 9*12 sm ölçüdə, üzərində narkotik vasitə heroinin izləri olan elektron tərəzi iş üzrə maddi sübut kimi tanınaraq saxlanması üçün Suraxanı RPİ-nin saxlanc anbarına təhvil verilmişdir. Tədqiq olunan həmin qərarla Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsinin görüntüləri yüklənmiş 01 ədəd DVD formatlı disk də iş üzrə maddi sübut kimi tanınmış və cinayət işinə əlavə edilmişdir (iş vərəqə: 129-134) İşdə olan məhkəmə-narkoloji ekspertizasının 14 oktyabr 2021-ci il tarixli, 3955 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixotrop maddə olan metamfetaminin qəbulu nəticəsində yaranın asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (iş vərəqə: 122-123). İşdə olan ambulator məhkəmə-psixiatrik ekspertizasının 23 oktyabr 2021-ci il tarixli, 2490 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs hər hansı psixi xəstəlik aşkar olunmur, törətdiyi əməl barəsində anlaqlı hesab olunur. Onun hərəkətləri Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda öz hərəkətlərini dərk etmək və idarə etmək iqtidarındadır, məcburi müalicəyə ehtiyacı yoxdur (iş vərəqə: 125- 126). İşdə olan, istintaq orqanı tərəfindən verilmiş 25 avqust 2021-ci il tarixli əməliyyat tapşırığına Bakı şəhəri Suraxanı RPİ-nin 30-cu PB-si tərəfindən verilən 25 sentyabr 2021ci il tarixli cavab məktubunun məzmunundan görünür ki, məktubun məzmununda keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs narkotik vasitələrin qəbulu ilə yanaşı satışı ilə də məşğul olmasının müəyyən edildiyi göstərilmişdir. Tədqiq olunan məktubun məzmunundan daha sonra görünür ki, əməliyyat xidməti həmin məktubla istintaq orqanına «Belə ki, əldə etdiyi narkotik vasitənin bir hissəsini satıb pul əldə edir ki, yenidən həm özünün istifadəsi üçün, həm də yenidən bir hissəsini satmaq üçün vəsaiti olsun. Lakin konkret olaraq kimlərə satması müəyyən edilməmişdir. Həmçinin Təqsirləndirilən şəxs aşkar edilmiş narkotik vasitənin mənbəyini müəyyən etmək mümkün olmamışdır. Bu istiqamətdə əməliyyat tədbirlərimiz davam etdirilir» kimi bir məlumat vermişdir (iş vərəqə: 94; 115). Məhkəmə kollegiyası cinayət işində olan materialları nəzərdən keçirərək, şahidlərin ifadələrinə qiymət verərək, toplanılmış sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq, məhkəmə istintaqında tədqiq edilmiş sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etmədiyini və birinci instansiya məhkəməsinin müəyyən etdiyi halların onun tədqiq etdiyi sübutlara uyğun gəlmədiyini, habelə ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda onların şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilməli olduğunu nəzərə alaraq, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş əməli törətməsinə dair ittihamın əsasını ancaq istintaq orqanının qeyri-mötəbər, ziddiyyətli və işin faktiki halları ilə uzlaşmayan sübutlar təşkil etdiyindən, habelə ilkin sübutlar qanunsuz yolla və müdafiə hüququ pozularaq əldə edilməklə ittiham tərəfinin təqdim etdiyi sübutların mötəbərliyinə kifayət qədər şübhələr olduğundan və onun təqsirliliyinə dair heç bir başqa sübutlar aşkar olunmadığından Təqsirləndirilən şəxs bəraət verilməlidir. Belə ki, cinayət işinin materiallarından görünən iş üzrə əhəmiyyətli və mübahisəsiz məqam odur ki, Təqsirləndirilən şəxs cinayət işi üzrə ifadələrində özünü təqsir bilməyərək göstərmişdir ki, əvvəllər narkotik vasitə itifadə etmiş olsa da, heç vaxt narkotik vasitələrin satışı ilə məşğul olmamış, əməliyyatçılar tərəfindən saxlanılarkən üzərindən və yaşadığı evdən ümumiyyətlə narkotik vasitə aşkar olunmamış, döyülərək və işgəncələrə məruz qalaraq ondan etirafedici ifadələr alınmışdır. Halbuki, Təqsirləndirilən şəxs Polis Bölməsində aparılan ibtidai araşdırma zamanı ona təzyiqlər edilərək işgəncə verilməsi və döyülməsi, təzyiq altında olduğu üçün videoçəkiliş zamanı həmin narkotik vasitələrin ona məxsus olduğunu bildirməsi barədə ifadəsinin dəlilləri, habelə ibtidai araşdırmanın aparılması zamanı kobud qanun pozuntularına yol verilməsi halları birinci instansiya məhkəməsi tərəfindən araşdırılmamışdır. Belə ki, məhkəmə kollegiyasının sorğusuna əsasən Bakı şəhəri Suraxanı Rayon Prokurorluğu tərəfindən təqdim edilmiş materialdan görünür ki, Təqsirləndirilən şəxs 18 avqust 2021-ci il tarixdə “İzzət” və adını bilmədiyi polis əməkdaşları tərəfindən döyülməsi və işgəncələrə məruz qalması barədə şikayəti üzrə cinayət işinin başlanılması rədd edilmişdir (xx.xx.2021-ci il tarixli qərar). Təqsirləndirilən şəxs 18 avqust 2021-ci il tarixdə “İzzət“ və adını bilmədiyi polis əməkdaşları tərəfindən döyülməsi və işgəncələrə məruz qalması barədə şikayəti üzrə araşdırma zamanı dindirilmiş əməliyyat müvəkilləri X11, X9 və Şahid1 sözbəsöz eyni izahatlar verməklə “əməliyyat tədbiri zamanı Təqsirləndirilən şəxs qarşı heç bir zorakılığın olmadığını” bildirmişlər. Halbuki, Təqsirləndirilən şəxs 18 avqust 2021-ci il tarixdə “İzzət” və adını bilmədiyi polis əməkdaşları tərəfindən döyülməsi və işgəncələrə məruz qalması barədə şikayəti üzrə araşdırma zamanı keçirilmiş məhkəmə-tibbi ekspertizasının xx.xx.2021-ci il tarixli rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədən səthində sol bazunun, sağ kürək nahiyyəsinin depiqmentasiya sahələri aşkar olunmuş, qeyd edilən depiqmentasiya sahələri sıyrıq izləri olub bərk küt əşyanın təsirindən törənmişlər, alınma müddətləri şəxsin özünün göstərdiyi şəraitdə və müddətdə, yəni 18 avqust 2021-ci il tarixdə əmələ gələ bilər. Bundan başqa, Penitensiar Xidmətin 3 X2 tibb sanitar hissəsinin rəisi, tibb xidməti mayoru Umud Abdullayev tərəfindən Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 sorğusuna əsasən verilmiş 20 dekabr 2021-ci il tarixli, 20-12/551 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs ilkin tibbi müayinəsi zamanı dəri səthində aşkar edilmiş çapıqların və zədələrin təsvirində sol qoltuqaltı nahiyyədə çapıq toxuma, sağ əlində bir ədəd çapıq toxuma, sağ qalça nahiyyəsində bir ədəd çapıq toxuma aşkar olunmuşdur. Bundan başqa, apellyasiya icraatı zamanı məhkəmə kollegiyasının sorğusuna əsasən Penitensiar Xidmətin 3 X6 tərəfindən verilmiş 04 iyun 2022-ci il tarixli, 20-12/279 nömrəli məktuba əlavə edilmiş tibbi kitabçadan görünür ki, sol qoltuqaltı nahiyyədə çapıq toxuma, sağ əlində bir ədəd çapıq toxuma, sağ qalça nahiyyəsində bir ədəd çapıq toxuma aşkar olunmuşdur. Bundan başqa, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 20 avqust 2021-ci il tarixli qərarından görünür ki, Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinin 31-ci polis bölməsinin əməliyyat müvəkkili Şahid1 “əməliyyat tədbirinin keçirilməsi haqqında” 18 avqust 2021-ci il tarixli qərarının qanuniliyi yoxlanılmadan geri qaytarılmışdır. Bundan başqa, 21 avqust 2021-ci il tarixdə Bakı şəhəri Suraxanı rayon Məhkəməsində Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair istintaq orqanının təqdimatında baxılarkən o, Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 31 və 33-cü polis bölmələrinin əməkdaşları tərəfindən ona zor tətbiq edilərək ondan etirafedici ifadələr aldıqlarını bildirmişdir. Lakin istintaq orqanı nədənsə bu xüsusat üzrə susqunluq və hərəkətsizlik nümayiş etdirmiş, Təqsirləndirilən şəxs döyülməsi və işgəncələrə məruz qalması faktı üzrə vaxtında (yəni xəsarət izləri əhəmiyyətli dərəcədə bilinən zaman) lazımi qaydada araşdırmanı təmin etməmişdir. Xəsarətlər üzrə araşdırmanın vaxtına aparılmaması ilə bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Məmmədov (Cəlaloğlu) Azərbaycana qarşı” qərarında qeyd etmişdir ki, döyülmədən sonrakı üç gün ərzində vəkili ilə görüşməyinə icazə verilmədiyindən ərizəçi pis rəftar barədə şikayətini dövlət orqanlarının nəzərinə təqdim etmək imkanında olmamışdır. Məsələ birinci dəfə dövlət orqanlarının diqqətinə 2003-cü il oktyabrın 22-də, ərizəçinin vəkili tibbi müayinənin keçirilməsi barədə vəsatəti qaldırdıqda çatdırılmışdır. Lakin onun vəsatətinə kifayət qədər səylərlə baxılmamışdır, çünki beş gündən sonra tibbi müayinənin keçirilmədiyi barədə şikayət vəkil tərəfindən prokurora verilənə qədər heç bir hərəkət yerinə yetirilməmişdir. Hətta bundan sonra tibbi müayinə iki gündən sonra keçirilmişdir. Bununla əlaqədar məhkəmə qeyd edir ki, polis orqanlarının müvəqqəti saxlanma yerlərində işgəncə qurbanı xarici aləmdən təcrid edildiyi, zəruri sübutları təsdiq və ya toplaya biləcək həkim, vəkil, ailə üzvləri və dostları ilə görüşmək imkanından məhrum edildiyi halda işgəncə barədə şikayətlərin əsaslandırılması xüsusilə çətindir. Məhkəmə-tibb ekspertizası rəyinin vaxtında təmin edilməməsi hazırkı işdə araşdırmanın effektsizliyinə gətirib çıxaran vacib amillərdən biri olmuşdur. Vaxtında keçirilmiş tibbi müayinə məhkəmə-tibb eksperti üçün xəsarətlərin səbəbləri və onların yetirilməsi vaxtı barədə daha dəqiq nəticələrə gəlmək imkanını yaradacaqdır. Düzdür, Təqsirləndirilən şəxs zor tətbiq edilməsi ilə bağlı Bakı şəhəri Suraxanı rayon Prokurorluğu tərəfindən aparılmış araşdırma nəticəsində 26 oktyabr 2021-ci il tarixli qərarla cinayət işinin başlanılması rədd edilmişdir. Lakin həmin rədd qərarından göründüyü kimi qərar yalnız təsviri hissədən ibarət olmuş, müstəntiq digər sübutları əldə etmədən, hər hansı əsaslandırma təqdim etmədən qərar qəbul etmiş, əldə etdiyi ekspert rəyin məzmununu yalnız təsvir etməklə kifayətlənmiş, rəyə və Təqsirləndirilən şəxs xəsarətlərin olmasını təsdiq edən digər sənədlərə ümumiyyətlə münasibət bildirməmişdir. Belə olan halda, belə araşdırma nəticəsində qəbul edilmiş cinayət işinin başlanılması rədd edilməsi 26 oktyabr 2021-ci il tarixli qərarını əsas götürməklə hazırda məhkəmə istintaqı tam, hərtərəfli və obyektiv aparılan məhkəmə araşdırmasının nəticələrinə uyğun olmayan qərarın qəbul edilməsi ədalət mühakiməsinin və ölkəmizdə aparılan məhkəmə-hüquq islahatlarının məqsədlərini şübhə altına almış olar. Bundan başqa, Təqsirləndirilən şəxs üzərinə axtarış keçirilməsi və götürmə aparılması istintaq hərəkəti zamanı qeydə alınmış video görüntülərə baxış keçirilərkən müəyyən olundu ki, “təhqiqatçı şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində narkotik vasitə varsa təqdim etməyi xahiş etmiş, sonuncu şalvarının sol yan cibindən elektron tərəzini, sağ yan cibindən isə ilk öncə 4 büküm, bir neçə saniyə sonra əlavə 1 büküm çıxardaraq stolun üstünə qoyur. Təhqiqatçı həmin narkotik vasitələrin adının nə olduğunu soruşduqda, Təqsirləndirilən şəxs “kokos” olduğunu bildirir. Təhqiqatçı “burda şüşə də var?” deyə sualla müraciət edir, Təqsirləndirilən şəxs isə “olmalıdır” deyə cavab verir. Həmin görüntülərdən baş vermiş dialoqdan belə daxili inam və təəsürat yaranır ki, təhiqatçı sanki Təqsirləndirilən şəxs üzərində neçə büküm və hansı növ narkotik vasitənin olduğunu öncədən bilmişdir. Təqsirləndirilən şəxs şalvarının sağ yan cibindən 4 büküm çıxardaraq təqdim edir, təhqiqatçı bununla kifayətlənməyərək gözləmə üz ifadəsini nümayiş etdirir və Təqsirləndirilən şəxs bir neçə saniyə sonra əlavə 1 büküm çıxardaraq stolun üstünə qoyur. Məhkəmə kollegiyası Təqsirləndirilən şəxs ibtidai araşdırma zamanı verdiyi “etirafedici” ifadəsinə münasibətdə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 126.6-cı maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bilər. Bundan başqa, iş materiallarından görünür ki, cinayət işi üzrə ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs müdafiə hüququ səmərəli və keyfiyyətli şəkildə təmin edilməmiş, cinayət işi üzrə ittihamın əsasına qoyulmuş sübutlar həm də müdafiə hüququ pozulmaqla və aldatma yolu ilə əldə edilmişdir. Belə ki, iş materiallarında dövlət hesabına müdafiəçi təyin edilməsi barədə xx.xx.2021-ci il tarixli qərardan və şübhəli şəxsə müdafiəçinin təqdim edilməsi barədə protokoldan görünür ki, Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili X10 şübhəli şəxs Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün ona təqdim edilmişdir. Bundan sonra ibtidai istintaq zamanı təqsirləndirilən şəxsin müdafiəçisi qismində X5 adı qeyd edilmişdir. Cinayət işinin materialları öyrənilərkən müəyyən olundu ki, Təqsirləndirilən şəxs 18 avqust 2021-ci il tarixdə, saat 22:45-də şübhəli şəxs qismində saxlanılması barədə həmin gün saat 22:55-də tərtib olunmuş protokolla o və müdafiəçisi X10 elə həmin tarixdə imzalamaqla tanış olmuşlar, müdafiəçi X5 həmin protokolda imzası olmuş, habelə müdafiəçinin təyin olunması ilə bağlı tərtib edilmiş digər sənədlərdə imzası olmuş, lakin cəmi 15 dəqiqə sonra şübhəli şəxsin üstünə axtarış keçirilməsi və götürmə aparılması zamanı müdafiəçi həmin istintaq hərəkətlərinin aparılmasında iştirak etməmişdir (işə əlavə edilmiş ərizəyə görə, Təqsirləndirilən şəxs özü müdafiəçinin iştirakı olmadan üstünə və avtomaşınına baxış keçirilməsini xahiş etmişdir). Həmin istintaq hərəkətləri aparıldıqdan sonra Təqsirləndirilən şəxs ilkin izahatı alınmış və izahatda vəkil X5 imzası da olmaqla iştirak etdiyi göstərilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, sanki müdafiəçi 18 avqust 2021-ci il tarixdə, saat 22:45-də Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinin 31-cü Polis Bölməsinə şübhəli şəxsi tutulması haqqında protokolu imzalamaq üçün gəlmiş, daha sonra video çəkilişlə aparılan istintaq hərəkətlərində “şübhəli şəxsin ərizəsinə” əsasən iştirak etməmiş (yoxa çıxmış), bundan sonra isə Təqsirləndirilən şəxs ilkin izahatı alınarkən qayıdaraq təkrarən iştirak etmişdir. Bütün istintaq hərəkətlərinə dair tərtib olunmuş protokollarda müdafiəçinin imzası olduğu halda, şübhəli şəxsin video çəkilişlə aparılan baxış və götürmə istintaq hərəkətlərinin müdafiəçinin iştirakı olmadan keçirilməsini xahiş etməsinin izahını “ağlabatan” mühakimə əsasında tapmaq mümkün deyildir. Müdafiə hüququ ilə bağlı yuxarıda qeyd edilən halların məcmusu onu düşünməyə əsas verir ki, 18 avqust 2021-ci il tarixdə Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutularkən və ilkin izahatı alınarkən müdafiəçi ümumiyyətlə Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin 31-ci Polis Bölməsində olmamış, onun iştirakı formal olaraq qeyd edilmiş, həmin istintaq hərəkətləri barədə tərtib edilmiş sənədləri tərtib olunan anda deyil, sonradan imzalamışdır. Bundan başqa, cinayət işinin başlanıldığı 19 avqust 2021-ci il tarixdən hökm çıxarıldığı tarixədək olan müddət ərzində cinayət prosesində adı təqsirləndirilən şəxsin müdafiəçisi qismində keçən, dövlət büdcəsi hesabına təyin olunmuş X3, daha sonra isə X17 qəzənən hüquqlarını müdafiə etdiyi Təqsirləndirilən şəxs xeyrinə hər hansı fəaliyyəti ümumiyyətlə olmamış (məsələn, hər hansı şəxsin şahid qismində dindirilməsi və başqa vəsatətləri olmamışdır), onların fəaliyyəti yalnız müstəntiq tərəfindən tərtib olunmuş sənədləri imzalamaqdan ibarət olmuşdur. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 92.10.1, 92.10.3 və 244.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 28 mart 2019-cu il tarixli qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası Konstitusiyasının 61-ci maddəsi baxımından və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 92.10.1-ci maddəsinin tələblərinə müvafiq olaraq, həmin Məcəllənin 244-cü maddəsində nəzərdə tutulmuş axtarış və ya götürmə istintaq hərəkətləri şübhəli və ya təqsirləndirilən şəxsin iştirakı ilə aparıldıqda, müdafiəçi müdafiə etdiyi şəxsin qanuni mənafeyini qorumaq məqsədi ilə həmin prosessual hərəkətlərdə iştirakdan imtina edə bilməz. Mübahisəsizdir ki, müdafiəçinin bu cür fəaliyyəti səmərəli və keyfiyyətli hüquqi yardım kimi qəbul oluna bilməz. Təqsirləndirilən şəxsin müdafiə hüququnun formal həyata keçirilməsi Azərbaycan Respublikası qanunverciliyinin tələblərinə və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinə ziddir, bu yolla əldə edilmiş sübutların isə mötəbər sübut kimi qəbul edilib ittihamın əsasına qoyulması yolverilməzdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 7.0.27-ci maddəsinə əsasən müdafiə-cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməsi istinad edilən şəxsə qarşı irəli sürülmüş ittihamın təkzibi və ya yüngülləşdirilməsi, onun hüquq və azadlıqlarının müdafiəsi, habelə cinayət təqibinə qanunsuz məruz qalmış şəxsin pozulmuş hüquq və azadlıqlarının bərpası məqsədi ilə həyata keçirilən prosessual fəaliyyətdir. Həmin Məcəllənin 19.4.1-ci maddsinə əsasən cinayət prosesini həyata keçirən orqan şübhəli və ya təqsirləndirilən şəxsin bu məcəllədə nəzərdə tutulmuş hallarda və qaydadatutulduğu, həbsə alındığı və ya müvafiq olaraq şübhəli şəxs qismində birinci dindirməyədək, yaxud təqsirləndirilən şəxsə ittiham elan edildiyi andan müdafiəçinin yardımından istifadə etmək hüququnu təmin etməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 125.2-ci maddəsinə əsasən aşağıdakı hallarda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir: 125.2.1. İnsan və vətəndaşların konstitusiya hüquqlarının və azadlıqlarının, yaxud bu Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrum etmə və ya onları məhdudlaşdırmaqla bu sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi halda; 125.2.2. zorakılıq, hədə-qorxu, aldatma, işgəncə və digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan hərəkətlərin tətbiq edilməsi ilə; 125.2.3. şübhəli və ya təqsirləndirilən şəxsin müdafiə hüquqlarının, cinayət mühakimə icraatının aparıldığı dili bilməyən şəxsin hüquqlarının pozulması ilə. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinin “c” bəndinə əsasən cinayət törətməkdə ittiham olunan hər kəs şəxsən və ya özünün seçdiyi müdafiəçi vasitəsilə özünü müdafiə etmək və ya müdafiəçinin xidmətini ödəmək üçün vəsaiti kifayət etmədiyi zaman, ədalət mühakiməsinin maraqları tələb etdikdə belə müdafiədən pulsuz istifadə etmək hüququna malikdir. Avropa Məhkəməsi “Artico İtaliyaya” qarşı işində qeyd etmişdir ki, Konvensiyanın 6cı maddəsinin 3(c) yarımbəndi "praktik və səmərəli" hüquqi yardım hüququnu əhatə edir. Aydındır ki, vəkilin təyin edilməsi öz-özlüyündə effektiv hüquqi yardımı təmin etmir, çünki vəkil vəfat edə, ciddi xəstəliyə tutula, yaxud uzun müddət fəaliyyət imkanından məhrum ola, yaxud vəzifələrini yerinə yetirməkdən yayına bilər. Bundan başqa, elan olunmuş ittihamın təsviri ilə əməliyyat müvəkkillərinin ifadələri arasında da əhəmiyyətli ziddiyyətlər olmuşdur. Belə ki, eyni məzmunlu ifadələr verən əməliyyat müvəkilləri Təqsirləndirilən şəxs əynindəki tünd göy rəngli idman şalvarının sol yan cibindən (habelə video görüntülərdə) 1 ədəd elektron tərəzini çıxarıb təqdim etdiyini göstərmişlər. İttihamın təsvirində isə elektron tərəzinin narkotik vasitə və psixotrop maddələrlə birlikdə onun əynindəki tünd göy rəngli idman şalvarının sağ yan cibindən aşkar olunduğu göstərilmişdir. Avropa İnsan Hüquqları Məhkəməsinin “Lahıcov Azərbaycana qarşı” şikayəti üzrə xx.xx.2014-cü il tarixli qərarında (həmin şikayətdə Lahıcov işgəncə və pis rəftarla yanaşı, narkotik vasitələrin onun üstünə və avtomobilinə qoyulması yolu ilə əldə olunmuş qanunsuz sübutlar əsasında məhkum edilməsi nəticəsində Konvensiyanın 6-cı maddəsinin pozulmasından şikayət etmişdir) Avropa Məhkəməsi qeyd etmişdir ki, Avropa Konvensiyasının 6-cı maddəsinin cinayət prosesi ilə bağlı əsas məqsədinin “cinayət işlərinə baxmaq səlahiyyəti olan hər hansı məhkəmə tərəfindən ədalətli məhkəmə araşdırmasının təmin olunmasından” ibarət olmasına baxmayaraq, bu, həmin maddənin “məhkəməyə qədər proseslərə” aidiyyətinin olmaması kimi təfsir edilməlidir. Belə ki, əgər həmin maddənin tələblərinə ilkin mərhələdən riayət olunmaması məhkəmənin ədalətliliyinə ciddi təsir göstərə bilərsə, 6-cı maddə cinayət işi məhkəməyə göndərilənədək olan dövrə də tətbiq edilə bilər. Həmin qərarda Avropa Məhkəməsi nəzərə almışdır ki, əməliyyat məlumatı əsasında saxlanılması iddia edilsə də, Lahıcovun üzərinə və avtomobilinə baxış saxlanıldığı kimi dərhal deyil, saxlanıldığı yerin yaxınlığında deyil, 30 dəqiqə sonra Zaqatala Rayon Polis Şöbəsində keçirilmişdir. Bununla bağlı məhkəmə qeyd etmişdir ki, Lahıcovun saxlanılması ilə baxışın keçirilməsi arasında 30 dəqiqə vaxtın keçməsi həmin sübutun “atılmasının” mümkünlüyü ilə bağlı əsaslı narahatlıq yaradır, çünki həmin müddət ərzində şikayətçi tamamilə polisin nəzarəti altında olmuşdur. Bu məsələ ilə bağlı məhkəmə nəzərə almışdır ki, şikayətçi həbs olunandan dərhal sonra onun üzərinə baxış keçirilməsinin mümkünsüzlüyü ilə bağlı hər hansı sübut mövcud deyil. Həmçinin məhkəmə nəzərə almışdır ki, onun üzərində və avtomobilində aşkar edilmiş maddi sübutun qanuniliyi ilə bağlı şikayətçi ibtidai istintaq və məhkəmə araşdırılması dövründə məsələ qaldırsa da, yerli məhkəmələr öz hökmlərində bu məsələyə münasibət bildirməmiş, həmin sübut əsasında onu məhkum etmişlər. Bununla bağlı Avropa Məhkəməsi belə nəticəyə gəlmişdir ki, bu məsələ ilə bağlı şikayətçinin şikayətləri yerli məhkəmələr tərəfindən əsassız olaraq baxılmadığı üçün şikayətçi sübutun qanuniliyini mübahisələndirmək və həmin sübutun yerli məhkəmə proseslərində istifadə edilməsinə etiraz etmək hüququndan məhrum edilmişdir. Nəzərə alaraq ki, şikayətçiyə qarşı ittiham yalnız Lahıcovun üzərində və avtomobilində aşkar edilmiş maddi sübutlara əsaslanmışdır, həmin qərarda Avropa Məhkəməsi şikayətçiyə qarşı isifadə edilmiş həmin maddi sübutların əldə olunması şəraitini nəzərə alaraq, eyni zamanda şikayətçinin həmin sübutların qanuniliyi ilə bağlı etirazlarına və əsaslı arqumentlərinə milli məhkəmələr tərəfindən baxılmaması və həmin sübutların ona qarşı istifadə edilməsinə əsaslanmaqla aparılmış məhkəmə araşdırmasını ümumilikdə ədalətsiz kimi qiymətləndirmiş və Konvensiyanın 6-cı maddəsinin pozulduğunu müəyyən etmişdir. Beləliklə, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs təqsirliliyinə dair ittiham tərəfinin təqdim etdiyi sübutların onu döyüb zor tətbiq etməklə, habelə müdafiə hüququ pozulmaqla və aldatma yolu ilə əldə edildiyini, bu yolla əldə edilmiş sübutların Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 125.2-ci madddəsinə əsasən sübut kimi qəbul edilməsinə yol verilmədiyini, şahid ifadələrində aradan qaldırılması mümkün olmayan ziddiyyətlər və şübhələrin mövcudluğunu, ittihamın sübut olunmasında yaranan bütün şübhələrin təqsirləndirilən şəxsin xeyrinə təfsir edilməli olduğunu, iş üzrə tərtib olunmuş prosessual sənədlərin kifayət qədər natamam olmasını və uzlaşmamasını nəzərə alaraq hesab edir ki, kifayət qədər ziddiyyətli və uzlaşmayan sübutlar əsasında Təqsirləndirilən şəxs cinayət törətməkdə ittiham olunaraq təqsirli bilinməsi cinayətprosessual qanunvericiliyin tələblərinin, eləcə də “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində nəzərdə tutulmuş təminatların pozulmasına səbəb olmuşdur. Konstitusiyanın və cinayət-prosessual qanunvericiliyinin müddəalarının mənasına görə, cinayət işinin həlli üzrə məhkəmənin və ittiham tərəfinin funksiyaları bir-birindən ciddi fərqlənir və onlardan hər biri müvafiq subyektin üzərinə düşür. Cinayət təqibinin başlanması, ittihamın irəli sürülməsi və məhkəmədə müdafiəsi qanunda müəyyən edilən orqanlar və vəzifəli şəxslər, qanunda nəzərdə tutulmuş hallarda isə, həmçinin zərərçəkmiş tərəfindən həyata keçirilir. Cinayət ədalət mühakiməsi vasitəsilə, çəkişmə və tərəflərin hüquq bərabərliyi əsasında məhkəmə hakimiyyətini həyata keçirən məhkəmə isə işin icraatı zamanı ittiham və ya müdafiə tərəfinin prosessual səlahiyyətlərini öz üzərinə götürərək onlardan hər hansı birinin tərəfində dayanmamalı, yaxud onları əvəz etməməli, bütün proses boyu obyektiv və qərəzsiz arbitr olaraq qalmalıdır. Cinayət Prosessual Məcəlləsinin sübutların qiymətləndirilməsinə dair normalarına görə cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Belə ki, təhqiqatçı, müstəntiq, prokuror, hakim və ya andlı iclasçılar qanunu və vicdanı rəhbər tutaraq, sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. İttihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkun olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir (Cinayət Prosessual Məcəlləsinin 145.2 və 145.3-cü maddələri). Bu maddələrin təhlili belə qənaətə gəlməyə əsas verir ki, dövlət ittihamçısı qismində prokurorun funksiyası yalnız ittihamın müdafiəsi ilə məhdudlaşmır. O, həmçinin təqsirləndirilən şəxsin kifayət qədər sübut olmadan təqsirləndirilərək cəzalandırılmasının qarşısının alınması ilə bağlı səlahiyyətə də malikdir. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsi və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 21.2-ci maddəsinin tələblərinə görə, bütün şübhələr təqsirləndirilən şəxsin xeyrinə həll olunmalıdır. Lakin birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi təqsirli bilərkən bütün şübhələri onun ziyanına təfsir etmiş və bununla da qeyd olunan konstitusion və prosessual təminatları kobud surətdə pozaraq qanunsuz və əsassız nəticəyə gəlmişdir. Xüsusi olaraq qeyd edilmişdir ki, hazırkı cinayət işinə baxan birinci instansiya məhkəməsi ibtidai istintaq orqanının səhvlərini təkrarlayaraq şahidlərin kifayət qədər ziddiyyətli və uzlaşmayan ifadələrini, eləcə də yuxarıda qeyd edilən şübhəli və ehtimal xarakterli digər sübutları Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittihamın əsası kimi qiymətləndirmişdir. Bu isə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 143- 146-cı maddələrinin tələblərinin kobud surətdə pozulması ilə yanaşı, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində nəzərdə tutulmuş təminatların pozulması deməkdir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinə əsasən hər kəs ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Avropa Konvensiyasının 6-cı maddəsinin 3-cü hissəsinə və Azərbaycan Respublikası cinayətprosessual qanunvericiliyinə görə, cinayət törətməkdə ittiham olunan hər kəs əleyhinə ifadə vermiş şahidləri dindirmək və ya bu şahidlərin dindirilməsinə nail olmaq və onun əleyhinə ifadə vermiş şahidlərlə eyni olan şərtlərlə lehinə olan şahidləri çağırması və dindirməsi hüququna malik olmalıdır. Məhkəmə kollegiyası qeyd edir ki, cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi prinsipini müəyyən edən Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 28.4-cü maddəsində cinayət mühakimə icraatını həyata keçirərkən məhkəmələrin vəzifələri sırasında cinayət prosesində tərəflərə cinayət təqibi ilə əlaqədar bütün halların hərtərəfli, tam və obyektiv tədqiq edilməsi üçün zəruri şəraiti təmin etmək və şübhəli və ya təqsirləndirilən şəxsi həm ifşa edən, həm də bəraət verən halları, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almaq vəzifələri təsbit edilmişdir. Həmin maddədə təsbit edilmiş digər vəzifə şübhəli və ya təqsirləndirilən şəxsin təqsirsizliyi, yaxud az təqsirliliyi barədə, habelə ona bəraət verən və ya məsuliyyətini yüngülləşdirən hallar üzrə sübutların olması barədə özü, yaxud müdafiəçisi tərəfindən irəli sürülən ərizə və vəsatətlərə baxmaq vəzifəsidir. “İnsan hüquqları haqqında Ümumi Bəyannamə”nin 11-ci maddəsində, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində, “Mülki və siyasi hüquqlar haqqında” Beynəlxalq Paktın 14-cü maddəsində öz əksini tapan, Azərbaycan Respublikasının Konstitusiyasında və Cinayət-Prosessual Məcəlləsində təsbit edilmiş təqsirsizlik prezumpsiyası nəzərdə tutur ki, cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs onun təqsiri qanunvericilikdə nəzərdə tutulmuş qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxs yalnız o halda cinayəti törətməkdə təqsirli hesab edilə bilər ki, onun konkret əməli törətməkdə təqsiri səlahiyyətli subyektlər tərəfindən qanunla müəyyən edilmiş prosessual qaydada toplanmış və məhkəmədə qiymətləndirilmiş sübutlar əsasında məhkəmənin müvafiq ittiham hökmü ilə təsdiq edilsin və bu hökm qanuni qüvvəyə minmiş olsun. Təqsirləndirilən şəxsin cinayət əməlini törətməkdə ittiham olunduğu bütün müddət ərzində “accusatio desiderat crimen” (“ittiham cinayətin mövcudluğunu ehtimal edir”) prinsipinə əməl olunmalı, bu məsələyə münasibətdə “in dubio pro reo” (“şübhə olduğu halda təqsirləndirilənin xeyrinə”) prinsipi hər zaman gözlənilməlidir. Adıçəkilən prinsiplər onu nəzərdə tutur ki, təqsirləndirilən şəxs şübhələrin onun xeyrinə həll olunması hüququna malikdir və hər hansı şübhəyə görə onun təqsirli bilinməsi yolverilməzdir. Sözügedən prinsip həm cinayət hüququ, həm də cinayət-prosessual hüquq nöqteyi-nəzərindən spesifik xarakterə malikdir. İstər təqsirləndirilən şəxsin təqsiri, istərsə də ona aid bir hərəkətin mövcudluğu ilə bağlı şübhə yaranarsa, ədalətli məhkəmə araşdırması hüququnun tələblərinə uyğun olan bir mühakimə həyata keçirilməli və buna uyğun hüquqi nəticələr əldə olunmalıdır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin təhlili göstərir ki, Avropa Məhkəməsinin təqsirsizlik prezumpsiyası ilə bağlı mövqeyinə görə “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinə əsasən cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsi üzrə şikayətlərlə bağlı xüsusilə qeyd etmişdir ki, Konvensiyaya uyğun olaraq Avropa Məhkəməsinin vəzifəsi ümumilikdə məhkəmə araşdırmasının ədalətli olub-olmamasından, o cümlədən sübutların əldə edilməsinin qanuni olub-olmamasından ibarətdir (“Dorson Niderlanda qarşı”, “Polufakin və Çernışov Rusiya Federasiyasına qarşı”, “Lüdi İsveçrəyə qarşı”, “Van Mexelen və digərləri Niderlanda qarşı” şikayətlərlə bağlı qərarlar). Məhkəmə hesab etmişdir ki, adətən, bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə açıq məhkəmə iclasında təqdim olunmalıdır. Bu prinsipdən istisnalar ola bilər, lakin bu istisnalar təqsirləndirilən şəxsin müdafiə hüququna xələl gətirməməli, eyni zamanda təqsirləndirilən şəxs ittiham tərəfinin şahidlərinin ifadələrini təkzib etmək imkanına malik olmalıdır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Barbara, Messege və Yabardo İspaniyaya qarşı” şikayətlə bağlı qərarında bildirmişdir ki, təqsirsizlik prezumpsiyası nəzərdə tutur ki, məhkəmənin tərkibi öz vəzifələrini icra edərkən təqsirləndirilən şəxsə istinad edilən cinayətin onun tərəfindən törədildiyi kimi qərəzli mövqedən çıxış etməməlidir, bunu sübut etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür və istənilən şübhə təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. Eyni zamanda, Azərbaycan Respublikasının Konstitusiyası və cinayət-prosessual qanunvericiliyində nəzərdə tutulmuşdur ki, ədalət mühakiməsi həyata keçirilərkən qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə oluna bilməz, şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir və ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Azərbaycan Respublikası CPM-nin 21-ci maddəsinə əsasən cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs onun təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetirilməyibsə və bu barədə qanuni qüvvəyə minmiş məhkəmənin hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da, onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayətprosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olduğunu sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 33-cü maddəsi müəyyən edir ki, hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər və cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 144, 145 və 146-cı maddələrinin müddəalarının pozulması yolverilməzdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144 və 145-ci maddələrinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur, bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır və əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. İttihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 146-cı maddəsinə əsasən cinayət təqibi üzrə toplanılmış sübutların kifayət etməsi dedikdə müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübutetmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Eyni zamanda, qeyd olunur ki, cinayət təqibi üzrə sübutların kifayət etməsi cinayət təqibi üzrə düzgün və əsaslı qərar qəbul edilməsinə kömək etməlidir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Karpenko Rusiya Federasiyasına qarşı”, “Vidal Belçikaya qarşı” və “Edvards İngiltərəyə qarşı” şikayətlərlə bağlı qərarlarında xüsusi qeyd etmişdir ki, milli məhkəmələrin üzərinə düşən əsas vəzifələrdən biri şahidlərin verdikləri ifadələrin doğrulugunu və mötəbərliyini düzgün yoxlamaq, sübutların işin hallarına uyğun olub-olmaması və həmin sübutların mümkünlüyünü qiymətləndirmək, habelə ziddiyyət təşkil edən sübutları sübutlar siyahısından xaric etməkdir. Eyni zamanda, İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Radçikov Rusiya Federasiyasına qarşı” qərarında istintaqın natamamlığı və birtərəfli aparılmasına istinad edərək təqsirləndirilən şəxs haqqında çıxarılmış bəraət hökmünün yuxarı məhkəmə instansiyasında ləğv edilməsinə nail olan prokurorluq orqanlarının hərəkətləri ilə bağlı bildirmişdir ki, şikayətçinin işi üzrə “istintaqın natamam və birtərəfli olması və səhvən bəraətə gətirib çıxarması” haqqında bəyanat mahiyyət etibarı ilə – məhkəmə səhvləri olmadığı, səlahiyyətlərdən sui-istifadə edilmədiyi, maddi hüququn tətbiqində səhvlər olmadığı təqdirdə – məhkəmə araşdırmasında əhəmiyyətli pozuntunun mövcudluğunu göstərmir (“Bratyakin Rusiya Federasiyasına qarşı” şikayətlə bağlı qərar). Əks təqdirdə istintaq orqanları tərəfindən ibtidai istintaqın lazımi səviyyədə keçirilməməsinin nəticələrinin yükü tamamilə şikayətçinin üzərinə qoyulardı və ən əhəmiyyətlisi odur ki, yalnız istintaq prosedurunda qüsurların və ya səhvlərin olması ilə bağlı təkcə mülahizə onların kiçik və əhəmiyyətsiz olduğundan asılı olmayaraq, ittiham orqanları üçün artıq baxılmış və yekun qərar çıxarılmış işlər üzrə icraatın təzələnməsi haqqında vəsatətlər verməklə səlahiyyətlərindən sui-istifadə üçün sərhədsiz imkanlar yaradardı. Bu prosedurdan sui-istifadə imkanının təhlükəli olması hazırkı şikayətə əsas olan işlər kimi işlərdə xüsusilə ciddidir, çünki ittiham tərəfi istintaqın qüsurlarını görərək və məhkəmədən həmin işin əlavə istintaq edilməsi üçün qaytarılması haqqında vəsatət vermək imkanına malik olduğu halda bu imkandan istifadə etməməyə üstünlük vermiş, bunun əvəzinə (kassasiya) nəzarət qaydasında hüquqi müdafiə vasitəsinə müraciət etmişdir. Bu işlə bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hesab etmişdir ki, dövlət hakimiyyət orqanlarının səhvləri və ya qüsurları təqsirləndirilən şəxsin xeyrinə həll olunmalıdır. Başqa sözlə, istintaq orqanlarının və ya hətta məhkəmələrin səhvləri ilə bağlı riskləri dövlət daşımalıdır və belə səhvlər maraqlı şəxsin (təqsirləndirilən şəxsin) hesabına aradan qaldırıla bilməz. Beləliklə, bu işdə İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hesab etmişdir ki, şikayətçinin işi üzrə bəraət hökmünün ləğv edilməsi məhkəmə səhvinin və ya ədalət mühakiməsinin həyata keçirilməsi zamanı yol verilən səhvin aradan qaldırılması məqsədini daşımamış, sadəcə, təkrar məhkəmə araşdırması və işin yenidən baxılması məqsədi üçün istifadə edilmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 401-ci maddəsinə əsasən, birinci instansiya məhkəməsi öz hökm və ya qərarında bir sübutun qəbul edilməsinin və digər sübutun rədd edilməsinin səbəbini göstərmədikdə həmin məhkəmənin gəldiyi nəticələr üçün mühüm əhəmiyyətə malik olan ziddiyyətli sübutlar olduqda, habelə birinci instansiya məhkəməsinin hökm və ya qərarında şərh edilmiş hallarla onun gəldiyi nəticələr arasında əhəmiyyətli ziddiyyətlər olduqda birinci instansiya məhkəməsinin gəldiyi nəticələr işin faktiki hallarına uyğun olmayan hesab edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 402-ci maddəsinə görə, irəli sürülmüş ittihama baxılması üçün mühüm əhəmiyyətə malik olan hallar birinci instansiya məhkəməsinin hökm və ya qərarında mötəbər olmayan, ziddiyyətli, yolverilməz və ya aid olmayan sübutlarla təsdiq edildikdə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş hallar sübuta yetirilməmiş hesab edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 399-cu maddəsinə əsasən, birinci instansiya məhkəməsinin gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması və birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi məhkəmənin həmin hökmünün ləğv edilməsi üçün əsasdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 349-cu maddəsinə görə, məhkəmənin hökmü Azərbaycan Respublikası adından çıxarılır, qanuni və əsaslı olmalıdır. Məhkəmənin hökmü Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə isə əsaslı hesab olunur. Qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 351.2-ci maddəsinə müvafiq olaraq məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Eyni zamanda, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 350.2-ci maddəsinə görə, bu Məcəllənin 42.1-ci maddəsində nəzərdə tutulmuş hallardan biri olduqda aparılmış məhkəmə baxışının nəticələrinə dair məhkəmə bəraət hökmü çıxarmalıdır. Həmin hallar arasında Cinayət Prosessual Məcəlləsinin 42.1-ci maddəsi məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirliliyinin sübuta yetirilmədiyini və cinayətin törədilməsinə aidiyyətinin olmamasını nəzərdə tutur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 55.1-ci maddəsinə əsasən, məhkəmə baxışı zamanı təqsiri sübuta yetirilməmiş şəxs həmin məhkəmə baxışında aşkar və təxirə salınmadan Azərbaycan Respublikası adından təqsirsiz elan edilməli və ona məhkəmənin hökmü ilə bəraət verilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu Cinayət Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair xx.xx.2009-cu il tarixli qərarında məhkəmə icraatının vəzifələri ilə bağlı hüquqi mövqeyini belə ifadə etmişdir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi hakimin həm vəzifə, həm də mənəvi borcudur. Məhkəmə kollegiyası ibtidai və məhkəmə istintaqı zamanı toplanmış və apellyasiya icraatında tam, hərtərəfli və obyektiv araşdırılmış sübutlara, cinayət işinin materiallarına qanunamüvafiq qaydada qiymət verərək hesab edir ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 145.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs təqsirləndirilməsinə dair cinayət işi üzrə sübutlar arasında aşkar edilmiş ziddiyyətlər və ittiham aktında irəli sürülən halların sübut olunmasında yaranan şübhələr təqsirləndirilən şəxsin xeyrinə təfsir edilməli, iş üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinin 11 mart 2022-ci il tarixli, 1(101)-403/2022 nömrəli hökmü hökmü ləğv edilməli və ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə elan olunan ittiham üzrə təqsirliliyi sübuta yetirilmədiyi və cinayətin törədilməsinə aidiyyəti olmadığı üçün bəraət verilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs bəraət verildiyi üçün onun haqqında seçilmiş həbs qətimkan tədbiri ləğv olunmalı və o, dərhal məhkəmə iclası zalında həbsdən azad edilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 56 və 62.1-ci maddələrinin tələblərinə görə, bəraət almış təqsirləndirilən şəxs cinayət prosesini həyata keçirən orqanın səhvi və ya sui-istifadəsi nəticəsində vurulmuş ziyanın ödənilməsi hüququna malikdir və vurulmuş ziyanın ödənilməsi cinayət təqibinin gedişində mümkün olmadıqda buna hüququ olan şəxsə cinayət təqibi üzrə icraat qurtardıqdan sonra ziyanın ödənilməsi qaydaları izah edilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 350.4-cü maddəsinə uyğun olaraq bəraət hökmü çıxarılarkən cinayəti törətmiş şəxs müəyyən edilməmiş qaldıqda hökm qanuni qüvvəyə mindikdən sonra bu Məcəllənin müddəaları ilə nəzərdə tutulmuş qaydada həmin şəxsin cinayət təqibi məsələsinin həll edilməsi üçün məhkəmə baxılmış cinayət işi üzrə materialları və ya məhkəməyədək sadələşdirilmiş icraatın materiallarını ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərir. Qeyd edilən maddəyə əsaslanmaqla məhkəmə kollegiyası hesab edir ki, hazırkı cinayət işi üzrə cinayəti törətmiş şəxs müəyyən edilməmiş qaldığı üçün hökm qanuni qüvvəyə mindikdən sonra həmin şəxsin cinayət təqibi məsələsinin həll edilməsi üçün baxılmış cinayət işi üzrə material ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilməli, bununla yanaşı, Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsində saxlanılan cinayət işi üzrə maddi sübut olan ekspertiza tədqiqatlarından sonra qalıq qalan narkotik vasitə 2,744 qram heroin, psixotrop maddə 1,265 qram metamfetamin və 1 ədəd elektron tərəzi materiala əlavə edilməlidir. İş üzrə ekspertiza tədqiqatının keçirilməsi ilə əlaqədar 88,70 (səksən səkkiz manat, 70 qəpik) manat dövlətə aid edilməlidir. Məhkəmə kollegiyası göstərilənlərə əsasən və Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin 21, 42, 55, 344-350, 352, 353, 356-358, 397-402 və 407ci maddələrini rəhbər tutaraq H Ö K M E T D İ: Dövlət ittihamçısı4 tərəfindən verilmiş apellyasiya protesti təmin edilməsin. Bakı Ağır Cinayətlər Məhkəməsinin Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə məhkum olunmasına dair 11 mart 2022-ci il tarixli, 1(101)-403/2022 nömrəli hökmü ləğv edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə elan olunmuş ittiham üzrə təqsirliliyi sübuta yetirilmədiyi və cinayətin törədilməsinə aidiyyəti olmadığı üçün bəraət verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilsin və o, məhkəmə iclası zalında dərhal həbsdən azad edilsin. Tutulması, təqsirləndirilən şəxs qismində cəlb edilməsi, qətimkan tədbirinin tətbiqi və məhkəməyə verilməsi nəticəsində vurulmuş ziyanın ödənilməsi hüququ və həmin hüququn həyata keçirilməsi qaydası Təqsirləndirilən şəxs izah edilsin. Hökm qanuni qüvvəyə mindikdən sonra baxılmış cinayət işi üzrə material narkotik vasitəyə və psixotrop maddəyə dair cinayət təqibi məsələsinin həll edilməsi üçün Bakı şəhəri Suraxanı Rayon Prokurorluğuna göndərilsin və Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsində saxlanılan cinayət işi üzrə maddi sübut olan ekspertiza tədqiqatlarından sonra qalıq qalan narkotik vasitə 2,744 qram heroin, psixotrop maddə 1,265 qram metamfetamin və 1 ədəd elektron tərəzi həmin materiala əlavə edilsin. İş üzrə məhkəmə məsrəfləri – 88,70 (səksən səkkiz manat, 70 qəpik) manat məbləğində ekspertiza xərci dövlətə aid edilsin. Hökm elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Hökmdən Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 408-412-ci maddələrində göstərilən müddətlərdə, Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər. Sədrlik edən İbrahim İbrahimli Hakimlər İkram Şirinov Ziya Şirinov
Məhkəmə qərarları › İş №1(103)-1017/2022
Bakı Apellyasiya Məhkəməsi Hökm — İş №1(103)-1017/2022
22.06.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver