Məhkəmə qərarları › İş №1(103)-102/2022

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №1(103)-102/2022

19.01.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(103)-102/2022 19.01.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Abdulov Rəşad Məhərrəm oğlunun sədrliyi və məruzəsi ilə, Seyfəliyev Əli Səlim oğlu və Babayev Qədim Xalid oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X5, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Apellyasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin böyük prokuroru Dövlət ittihamçısı2, müdafiəçilər – Təqsirləndirilən şəxs7 müdafiəçisi Müdafiəçi1, Təqsirləndirilən şəxs4 müdafiəçisi Müdafiəçi11, Təqsirləndirilən şəxs6 müdafiəçisi Müdafiəçi9, Təqsirləndirilən şəxs5 müdafiəçisi Müdafiəçi10, N.N.Nübarinin müdafiəçisi Müdafiəçi4, Məhkum edilmiş şəxslər – Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs7, Təqsirləndirilən şəxs5, Təqsirləndirilən şəxs4 və X2 iştirakları ilə, xx xxxx 1962-ci ildə Şamaxı rayonunun Şəhriyar qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, ailəli, işsiz, əvvəllər məhkum olunmamış, Şamaxı rayonu Şəhriyar qəsəbəsində qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, barəsində «həbs» qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 204.1, 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə, xx xxxx 1964-cü ildə Şirvan şəhərində anadan olmuş, evli, ali təhsilli, hazırda işsiz, məhkum olunmayan, ünvan 2 ünvanında qeydiyyatda olan və yaşamış, barəsində «həbs» qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs7 Azərbaycan Respublikası CM-nin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə, xx xxxxxx 1963-cü ildə Şirvan şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, Şirvan şəhərində fəaliyyət göstərən 10 №-li sərnişin avtobusunun sürücüsü işləyən, əvvəllər məhkum olunmuş, ünvan 3 ünvanında qeydiyyatda olan və yaşamış barəsində «həbs» qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs4 Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə, xx xxxxxxxx 1983-cü ildə Şirvan şəhərində anadan olmuş, evli, orta təhsilli, taksi fəaliyyəti ilə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 4 ünvanında qeydiyyatda olan və yaşamış, barəsində «həbs » qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs5 Azərbaycan Respublikası CM-nin 234.1 və 234.4.3-cü maddələri ilə, xx xxxx 1980-cı ildə Şirvan şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, subay, sözlərindən əvvəllər məhkum olmayan, ünvan 5 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində “başqa yerə getməmə haqqında iltizam” qətimkan tədbiri seçilmiş, X2 Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə məhkum olunmalarına dair Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-138/2021 saylı, 25 iyun 2021-ci il tarixli hökmündən məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs5, məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs7 müdafiəçisi Müdafiəçi1 və məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs1 müdafiəçisi Müdafiəçi4 tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətləri və dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protestinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı Ağır Cinayətlər Məhkəməsinin (hakim E.Ə.Mikayılovun sədrliyi, hakimlər Ə.M.Abasov və M.M.Ağalarovdan ibarət tərkibdə) 25 iyun 2021-ci il tarixli hökmü ilə X9 Azərbaycan Respublikası CM-nin 204.1, 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, CM-in 204.1-ci maddəsi ilə 06 (altı) il müddətinə, CM-in 206.3.2-ci maddəsi ilə 06 (altı) il müddətinə, CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə 08 (səkkiz) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-in 66.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə onun üzərində qəti olaraq 10 (on) il müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, Təqsirləndirilən şəxs1 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzaçəkmə müddətinin əvvəli 27.08.2019-cu il tarixdən hesablanmış və barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmışdır. Təqsirləndirilən şəxs7 Azərbaycan Respublikası CM-nin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, CM-in 206.3.2-ci maddəsi ilə 06 (altı) il müddətinə, CM-in 234.4.1 və 234.4.3-cü maddələri 07 (yeddi) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-in 66.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs7 təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə onun üzərində qəti olaraq 08 (səkkiz) il müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzaçəkmə müddətinin əvvəli 27.08.2019-cu il tarixdən hesablanmış və barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmışdır. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, CM-in 206.3.2-ci maddəsi ilə 06 (altı) il müddətinə, CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə 08 (səkkiz) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-in 66.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə onun üzərində qəti olaraq 09 (doqquz) il müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzaçəkmə müddətinin əvvəli 28.08.2019-cu il tarixdən hesablanmış və barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmışdır. Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-nin 204.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 06 (altı) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Şamaxı Rayon Məhkəməsinin 10.10.2018-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs3 təyin olunmuş 1 il, 11 ay, 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş qalan hissəsi,- 1 il 2 ay müddətə azadlığın məhdudlaşdırılması cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən iki günə bir gün hesabı ilə hesablanaraq 07 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına bərabər tutulmuş və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsində əsasən hökm üzrə təyin edilmiş cəzaya qismən birləşdirilməklə Təqsirləndirilən şəxs3 üzərində qəti olaraq 06 (altı) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzaçəkmə müddətinin əvvəli 27.08.2019-cu il tarixdən hesablanmış və barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmışdır. Təqsirləndirilən şəxs4 Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 06 (altı) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzaçəkmə müddətinin əvvəli 09.09.2019-cu il tarixdən hesablanmış və barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmışdır. Təqsirləndirilən şəxs5 Azərbaycan Respublikası CM-nin 234.1 və 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, CM-in 234.1-ci maddəsi ilə 02 (iki) il müddətinə, CM-in 234.4.3-cü maddəsi ilə 06 (altı) il azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-in 66.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs5 təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə onun üzərində qəti olaraq 06 (altı) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzaçəkmə müddətinin əvvəli 04.10.2019-cu il tarixdən hesablanmış və barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmışdır. Təqsirləndirilən şəxs6 Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 02 (iki) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuş, barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmış və onun üzərinə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə əsasən gün ərzində saat 23:00-dan 06:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Şirvan şəhərinin ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmuşdur. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti Təqsirləndirilən şəxs6 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmaqla, təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasının icrası daimi yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Şirvan şəhəri üzrə İcra və Probasiya Şöbəsinə həvalə edilmişdir. Hökmlə həmçinin Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsəsən Təqsirləndirilən şəxs7, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs5 barəsində narkomaniyadan məcburi müalicə təyin edilmiş onların ərazi narkoloji dispanserində qeydiyyata alınmaları təsbit edilmişdir. Eyni zamanda məhkəmənin hökmü ilə maddi sübut və məhkəmə məsrəfləri məsələləri də həll edilmişdir. Məhkəmənin hökmünə əsasən Təqsirləndirilən şəxs1 Nübarəli oğlu 2019-cu ilin avqust ayında tanışları Şirvan şəhər sakini Təqsirləndirilən şəxs7, Astara rayon sakini Təqsirləndirilən şəxs2 və şəxsiyyəti istintaqa məlum olmayan Səccad adlı İran İslam Respublikasının sakini ilə külli miqdarda – 400 qram çəkidə narkotik vasitə olan heroinin satış məqsədilə qanunsuz əldə edilərək qaçaqmalçılıq yolu ilə İran İslam Respublikasından Azərbaycan Respublikasına gətirilməsinə dair qabaqcadan razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşmiş, bu məqsədlə Səccad adlı İran İslam Respublikasının sakininin tapşırığı ilə şəxsiyyəti istintaqa məlum olmayan şəxs 22-23 avqust 2019-cu il tarixlərində Təqsirləndirilən şəxs1 sifariş verdiyi faktiki təmiz çəkisi 253,07 qram heroini, əlavə olaraq külli miqdarda təmiz çəkisi 1164,85 qram olan tünd qəhvəyi rəngli maddə xaş-xaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - tiryək, külli miqdarda təmiz çəkisi 962,35 qram olan tünd qəhvəyi rəngli kütlə çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - həşiş qətranı, külli miqdarda quru halda təmiz çəkisi 60,11 qram olan tünd bej rəngli nəm maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin, külli miqdarda 69 ədəd bej rəngli və 10 ədəd ağ rəngli həblərin tərkibindəki ümumi təmiz çəkisi 3,16 qram (79 həbdə) olan əsas komponent narkotik vasitə - metodonu qabaqcadan əlbir olan bir qrup şəxs halında qaçaqmalçılıq yolu ilə, yəni Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar Astara rayonu istiqamətində keçirərək həmin rayonun ərazisində Lənkəran-Astara yolunun kənarındakı yol nişanının altında yerləşdirmiş və İrana qayıtmışdır. Bundan sonra Səccad adlı İran İslam Respublikasının sakini sifariş edilmiş narkotik vasitələrin İrandan Azərbaycana qaçaqmalçılıq yolu ilə keçirilməsi barədə mobil telefon vasitəsilə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 məlumat vermiş, sonrasında Təqsirləndirilən şəxs2 ümumi cinayətkar niyyətə uyğun olaraq narkotik vasitələrin gizlədildiyi həmin yerə gedib onları götürməklə qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədilə əldə edib, qanunsuz daşıyaraq yaşadığı Astara rayonunun Kakalos kəndindəki evində gizlətməklə saxlamış və bu barədə Təqsirləndirilən şəxs1 mobil telefonla məlumat vermişdir. Həmin gün Təqsirləndirilən şəxs1 narkotik vasitə əldə etmək üçün qabaqcadan əldə olunmuş razılığa əsasən Şirvan şəhərinə gələrək, Təqsirləndirilən şəxs7 7.000 manat pul götürmüş, sonuncu ona başqa narkotik olarsa alması üçün əlavə 600 manat pul verdikdən sonra X21 Əliyevdən aldığı 7.600 manat pul vəsaiti ilə birlikdə Astara şəhərinə gələrək, Təqsirləndirilən şəxs2la görüşmüş və sonuncudan 26 avqust 2019-cu il tarixdə İrandan Səccad adlı şəxs tərəfindən qaçaqmalçılıq yolu ilə göndərilmiş külli miqdarda narkotik vasitə sayılan quru halda təmiz çəkisi 253,07 qram heroini götürməklə qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədilə qanunsuz əldə etmiş, çatdırılması üçün 7000 manatı pulu Səccadın tapşırığı ilə Astara rayonunda fəaliyyət göstərən dükanlardan birində çalışan Şahid1 vermiş, daha sonra Təqsirləndirilən şəxs1 qanunsuz əldə etdiyi külli miqdarda narkotik vasitə sayılan quru halda təmiz çəkisi 253,07 qram heroini yolüstü taksi ilə qanunsuz daşıyaraq ünvan 6 ünvanında gizlətməklə satış məqsədilə qanunsuz saxlamışdır. Bundan sonra Təqsirləndirilən şəxs1 27 avqust 2019-cu il tarixdə Təqsirləndirilən şəxs7lə əlaqə saxlayaraq sifariş edilmiş narkotik vasitənin ona təhvil verilməsinə dair razılıq əldə etmiş, Təqsirləndirilən şəxs7 əlavə narkotik vasitə alması üçün və xidmət haqqı olaraq verdiyi 600 manat müqabilində isə özündə olan şəxsi istehlak miqdarından artıq 0,9 qram tiryəki satış məqsədilə külli miqdarda narkotik vasitə sayılan quru halda təmiz çəkisi 253,07 qram heroinlə birlikdə özü ilə götürərək kirayədə yaşadığı evdən çıxıb Təqsirləndirilən şəxs7 təhvil verməsi üçün gedərkən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı DTX əməkdaşları tərəfindən saxlanılmışdır. Həmin tarixdə Təqsirləndirilən şəxs1 üzərinə keçirilmiş baxış zamanı İrandan Səccad adlı şəxs tərəfindən qaçaqmalçılıq yolu ilə göndərilmiş külli miqdarda narkotik vasitə sayılan quru halda təmiz çəkisi 253,07 qram heroin, habelə Bakı şəhərində xatırlamadığı şəxsdən əldə edərək evində saxladığı və Təqsirləndirilən şəxs7 satmaq məqsədi ilə üzərində daşıdığı 0,9 qram tiryək, habelə 1 ədəd elektron tərəzi aşkar edilərək götürülmüşdür. Bundan başqa, davam etdirilmiş əməliyyat tədbirləri nəticəsində DTX əməkdaşları tərəfindən həmin gün Təqsirləndirilən şəxs2 yaşadığı Astara rayonunun Kakalos kəndindəki evinə keçirilmiş baxış zamanı İrandan Səccad adlı şəxs tərəfindən satış məqsədilə istintaqla müəyyən edilməmiş şəxs(şəxslər) üçün qaçaqmalçılıq yolu ilə göndərilmiş külli miqdarda narkotik vasitələrin qalan hissəsi, yəni külli miqdarda narkotik vasitə sayılan quru halda təmiz çəkisi 60,11 qram heroin, 1 kq 164,85 qram tiryək, 962,35 qram həşiş qatranı, ümumilikdə 3,16 qram çəkidə olan 79 ədəd metadon həbi aşkar edilərək götürülmüşdür. Bundan başqa, 2019-cu ilin təxminən may ayında Təqsirləndirilən şəxs1 tanışı Şamaxı rayon sakini Təqsirləndirilən şəxs3 ilə qabaqcadan əldə edilmiş razılığa əsasən satış məqsədilə 50.000 (əlli min) manat saxta pul hazırlamaq üçün 1 ədəd masaüstü kompüter dəsti, 1 ədəd “HP Deskjet 1220C” markalı rəngli printeri, 1 ədəd “HP Laserjet 6L” markalı ağ-qara printeri, A4 formatlı kağızları, 1, 5, 10, 20, 50 və 100 Azərbaycan manatı əsginazlarının suvenir maketlərini əldə etmiş, Təqsirləndirilən şəxs3 bu məqsədlə Nazir Nübarinin aldığı printer və maketlərdən istifadə edərək 100(yüz) manatlıq əsginazlardan ibarət 21100 (iyirmi bir min yüz) manat məbləğində saxta pulu hazırladıqdan sonra, Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs3 hazırladığı 100(yüz) manatlıq əsginazlardan ibarət 21100 (iyirmi bir min yüz) manat məbləğində saxta pulun 20000 (iyirmi min) manatını sonuncudan götürərək 11 avqust 2019-cu il tarixdə İran İslam Respublikasının Səccad adlı sakininə çatdırılması üçün sonuncunun tapşırığı ilə tanımadığı şəxsə vermişdir. Hazırlanmış saxta puldan qalan 11 ədəd 100 (yüz) manatlıq əsginaz və saxta pulun hazırlanması üçün istifadə olunan avadanlıqlar 27 avqust 2019-cu ildə Təqsirləndirilən şəxs3 yaşadığı Şamaxı rayonunun Şəhriyar qəsəbəsindəki evinə keçirilmiş baxış zamanı aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs5 istintaqa məlum olmayan vaxtda və şəraitdə, şəxsiyyəti istintaqa məlum olmayan şəxsdən külli miqdarda, yəni çəkisi 20 qram təşkil edən narkotik vasitə olan heroini satış məqsədilə qanunsuz olaraq əldə etmiş, daşıyaraq yaşadığı ünvan 7 ünvanında gizlətməklə satış məqsədilə qanunsuz saxlamış və külli miqdarda narkotik vasitə olan heroini 500 (beş yüz) manat müqabilində 2019-cu ilin avqust ayının ortalarında həmyerlisi Təqsirləndirilən şəxs4 sataraq narkotik vasitəni sonuncuya çatdırmaq məqsədi ilə tanışı, cinayət törətməkdə hər hansı maddi və sair nemətlər qarşılığında marağı olmayan Təqsirləndirilən şəxs4 qardaşı oğlu Təqsirləndirilən şəxs6 vermişdir. 09 sentyabr 2019-cu il tarixdə DTX əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs4 yaşadığı ünvan 3 ünvanında keçirilmiş axtarış zamanı evin yataq otağından 2019-cu ilin avqust ayının təxminən ortalarında Təqsirləndirilən şəxs5 qanunsuz olaraq əldə edib saxladığı narkotik vasitə 20 qram heroinin tərkib hissəsi olan külli miqdarda, yəni çəkisi 4.25 qram təşkil edən narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. 04 oktyabr 2019-cu il tarixdə DTX əməkdaşları tərəfindən keçirilmiş axtarış zamanı Təqsirləndirilən şəxs5 yaşadığı ünvan 7 ünvanından sonuncunun istintaqa məlum olmayan vaxtda və şəraitdə istifadəsi üçün satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq qanunsuz əldə edərək saxladığı təmiz çəkisi 1,00 qram olan kristallardan ibarət kustar üsulla hazırlanmış psixotrop maddə metafetamin və şəxsi istehlak miqdarından artıq olmayan 2,95 qram qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs4 2019-cu ilin avqust ayının ortalarında qardaşı oğlu cinayət törətməkdə hər hansı maddi və sair nemətlər qarşılığında marağı olmayan Təqsirləndirilən şəxs6 xahişdən və təkidindən sonra Şirvan şəhər sakini Təqsirləndirilən şəxs5 500 manat müqabilində külli miqdarda narkotik vasitə olan heroin və özü tərəfindən şəxsiyyəti istintaqa məlum olmayan digər şəxslərdən külli miqdarda narkotik vasitə olan metodonu, eləcə də şəxsi istehlak miqdarından artıq miqdarda olan qurudulmuş marixuananı və şəxsi istehlak miqdarından artıq miqdarda olan psixotrop maddə metafetamini satış məqsədilə qəsdən qanunsuz olaraq əldə etmiş daşıyaraq yaşadığı ünvan 3 ünvanında gizlətməklə satış məqsədilə qanunsuz saxlamışdır. 09 sentyabr 2019-cu il tarixdə DTX əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs4 yaşadığı ünvan 3 ünvanında keçirilmiş axtarış zamanı evin yataq otağından külli miqdarda, yəni çəkisi 4.25 qram olan narkotik vasitə heroin, eləcə də külli miqdarda, yəni 3 ədəd həblərdən ibarət ümumi çəkisi 1.20 qram olan və kristallardan ibarət ümumi çəkisi 0.68 qram olan, ümumilikdə çəkisi 1.88 qram təşkil edən narkotik vasitə metodon aşkar edilərək götürülmüşdür. Habelə həmin ünvanda keçirilmiş axtarış zamanı evin yataq otağından şəxsi istehlak miqdarından artıq miqdarda olan ümumi çəkisi 6.2 qram təşkil edən narkotik vasitə qurudulmuş marixuana və şəxsi istehlak miqdarından artıq miqdarda çəkisi 1.20 qram olan psixotrop maddə metafetamin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs6 əmisi Təqsirləndirilən şəxs4 narkotik vasitələrin istifadəçisi olduğundan və narkomaniya xəstəliyindən əziyyət çəkdiyi üçün ondan Şirvan şəhər sakini, narkotik vasitələrin alqı-satqısı ilə məşğul olan Təqsirləndirilən şəxs5 tanıdığını soruşmuş, müsbət cavab aldıqdan sonra tanımadığı üçün Təqsirləndirilən şəxs5 onun öz istifadəsi üçün narkotik vasitə olan heroin almasını xahiş etmiş, Təqsirləndirilən şəxs6 onunla birlikdə Şirvan şəhərində taksi fəaliyyəti ilə məşğul olan Təqsirləndirilən şəxs5la görüşmüş əmisi Təqsirləndirilən şəxs4 ağrıları olduğu üçün ona narkotik vasitə olan heroin lazım olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs5 Təqsirləndirilən şəxs4 üçün narkotik vasitə olan heroinin tapılmasının problem olmadığını Səyavuşa bildirmiş və həmin gün axşam saatlarında istintaqa məlum olmayan mənbədən əldə edərək yaşadığı ünvanda gizlətdiyi 20 qram heroini 500 (beş yüz) manat müqabilində Təqsirləndirilən şəxs4 çatdırılması üçün Təqsirləndirilən şəxs6 sonuncuların evlərinin qarşısında vermiş, Təqsirləndirilən şəxs6 satış məqsədi olmadan qəsdən qanunsuz olaraq əldə etdiyi heroini qanunsuz daşıyaraq əmisi Təqsirləndirilən şəxs4 çatdırmışdır. 09 sentyabr 2019-cu il tarixdə DTX əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs4 yaşadığı ünvan 3 ünvanında keçirilmiş axtarış zamanı evin yataq otağından 2019-cu ilin avqust ayının təxminən ortalarında Təqsirləndirilən şəxs5 qanunsuz olaraq əldə etdiyi narkotik vasitə 20 qram heroinin tərkib hissəsi olan külli miqdarda, yəni çəkisi 4.25 qram təşkil edən narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Bakı Ağır Cinayətlər Məhkəməsinin 25 iyun 2021-ci il tarixli hökmündən məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs5 apellyasiya şikayəti verərək, məhkəmənin hökmü ilə ona təyin olunmuş cəzanın ağır olduğunu, birinci instansiya məhkəməsinin ona cəza təyin edərkən himayənəsində 2 azyaşlı uşağının və yaşlı atasının olması kimi yüngülləşdirici halların nəzərə alınmadığını qeyd edərək, birinci instansiya məhkəməsinin hökmünün ona daha yüngül cəza təyin edilməsi ilə bağlı dəyişdirilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsinin hökmündən məhkum edilmiş məhkum edilmiş Təqsirləndirilən şəxs1 müdafiəçisi Müdafiəçi4 apellyasiya şikayəti verərək, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 204,1, 206.3.2, 234.4.1, 234.4.3-cü maddələri ilə məhkum olunmasına dair Bakı Ağır Cinayətlər Məhkəməsinin 25 iyun 2021-ci il tarixli hökmünün Təqsirləndirilən şəxs1 münasibətdə Azərbaycan Respublikası CM-nin 206.3.2-ci maddəsi hissəsində ləğv edilməsini, təqsirli bilindiyi digər maddələrlə isə sanksiyanın aşağı həddində cəza təyin edilməklə hökmün dəyişdirilməsini xahiş etmişdir. Müdafiəçi apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmiş və cinayət qanunvericiliyinin normaları düzgün tətbiq olunmamaqla Təqsirləndirilən şəxs1 törətmədiyi cinayət əməlinə görə məsuliyyətə cəlb olunaraq məhkum edilmişdir. Nə ibtidai araşdırma dövründə, nə də ki məhkəmə araşdırması zamanı Təqsirləndirilən şəxs1 şəxsiyyəti istintaqa məlum olmayan Səccad adlı İran İslam Respublikasının sakini ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında külli miqdarda narkotik vasitəni qaçaqmalçılıq yolu ilə, yəni Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar keçirərək İran İslam Respublikasından Azərbaycan Respublikasına gətirməsini təsdiq edən heç bir sübut növü müəyyən olunmamışdır. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs1 bildirdi ki, o İran İslam Respublikasından Azərbaycan Respublikasına narkotik vasitə gətirməyib. O, narkotik vasitəni Azərbaycan Respublikası ərazisində alıb və narkotik vasitənin Azərbaycan Respublikası ərazisinə necə gətirilməsini bilmir. Özünü Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsi ilə təqsirli bilmir, digər maddələrlə isə özünü təqsirli bilir və törətdiyi əməllərə görə peşmançılıq çəkir. Barəsində yüngülləşdirici halları nəzərə almaqla yüngül cəza təyin edilməsini məhkəmədən xahiş edir. İş üzrə araşdırılan hallardan da görünür ki, Təqsirləndirilən şəxs1 narkotik vasitələrin Azərbaycan Respublikasına gətirilməsində hər hansı bir rolu olmayıb. Lakin bu hallara baxmayaraq istintaq orqanı Təqsirləndirilən şəxs1 qarşı külli miqdarda narkotik vasitəni qaçaqmalçılıq yolu ilə, yəni Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar keçirərək İran İslam Respublikasından Azərbaycan Respublikasına gətirməsi ittihamını vermiş və məhkəmə də bu ittihamı təsdiq edərək hökm çıxarmışdır. Məhkəmə araşdırmasından da açıq-aşkar göründü ki, Təqsirləndirilən şəxs1 narkotik vasitələrin Azərbaycan Respublikasına gətirilməsi ilə heç bir əlaqəsi yoxdur və həmin narkotik vasitənin onun tərəfindən Azərbaycan Respublikasına gətirilməsini təsdiq edən heç bir sübut növü müəyyən olunmur. Ona görə də hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsi ilə əlaqəli məhkəmənin gəldiyi hüquqi nəticə işin fakti halları ilə qətiyyən uzlaşmır. Bakı Ağır Cinayətlər Məhkəməsinin 25 iyun 2021-ci il tarixli hökmündən məhkum edilmiş məhkum edilmiş Təqsirləndirilən şəxs7 müdafiəçisi Müdafiəçi1 apellyasiya şikayəti verərək, Təqsirləndirilən şəxs7in Azərbaycan Respublikası CM-nin 206.3.2, 234.4.1, 234.4.3-cü maddələri ilə məhkum olunmasına dair Bakı Ağır Cinayətlər Məhkəməsinin 25 iyun 2021-ci il tarixli hökmünü hissəvi ləğv edərək, Təqsirləndirilən şəxs7 CM-in 206.3.2-ci maddəsi ilə bəraət verilməsi, CM-in 234.4.1-ci və 234.4.3-cü maddələri ilə yüngül cəza verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Müdafiəçi apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Təqsirləndirilən şəxs7 əməlində Cinayət Məcəlləsinin 206-ci maddəsinin bütün tərkib əlamətləri olmadığı üçün ona həmin maddə ilə bəraət verilməlidir. Belə ki, həm Təqsirləndirilən şəxs7, həm də digər təqsirləndirilən şəxslər məhkəmə baxışı zamanı ibtidai istintaqda verdiyi ifadələrdən fərqli ifadələr vermişdir. Məhkəmə ilk öncə Təqsirləndirilən şəxs7 və onunla bağlı ifadə verən digər təqsirləndirilən şəxslərin məhkəmə baxışı zamanı ibtidai istintaqda verdiyi ifadələrdən fərqli ifadə verməsinə hüquqi qiymət verməlidir. İşin bu halı ilə bağlı bildirilməlidir ki, Təqsirləndirilən şəxs7 təqsirləndirilən şəxs qismində ifadə verdiyi üçün ona yalan ifadə verməyə görə cinayət məsuliyyətinə cəlb edilmə barədə xəbərdarlıq edilməmişdir. Ona görə də Təqsirləndirilən şəxs7 ibtidai istintaqda verdiyi ifadə mötəbər sübut hesab edilə bilməz. Məhkəmədə verilmiş ifadə daha mötəbər sübut kimi qiymətləndirilməlidr. Mövcud qanunvericiliyin tələblərinə əsasən ibtidai istintaq materialları məhkəmənin düzgün qərar qəbul etməsi üçün lazımdır. Habelə, Azərbaycan məhkəmə sistemində qərarlar qəbul edilərkən Avropa Məhkəməsinin qərarlarına tez-tez istinad edilir. Həmin qərarlardan biri də ədalətli məhkəmə araşdırılması hüququnun həyata keçirilməsi ilə bağlı qəbul edilmiş Erkaris Xorvatiyaya qarşı Avropa Məhkəməsinin 25 aprel 2013-cü il tarixli 51198/08 saylı qərarıdır. Həmin qərarda deyilir ki, ədalətli məhkəmə araşdırılması anlayışı tələb edir ki, ibtidai araşdırmada verilmiş ifadə protokollarından daha çox məhkəmədə verilmiş ifadəyə üstünlük verilsin ona görə ki, həmin protokollarda cinayət təqibi orqanı öz işini formalaşdırmaq üçün sənədlər toplamağı barədə məlumat verir. Təqsirləndirilən şəxs7 məhkəmə baxışı zamanı verdiyi ifadəsində bildirmişdir ki, narkotik maddənin haradan gətirilməsində onun məlumatı olmamışdır. Habelə, işin bu halı ilə bağlı ifadə verən Təqsirləndirilən şəxs1 məhkəmə baxışı zamanı verdiyi ifadəsində bildirmişdir ki, o Təqsirləndirilən şəxs7 narkotik maddənin haradan gətirməsini deməmişdir. Təqsirləndirilən şəxs7 narkotik maddənin İran İslan Respublikasından gətirilməsindən məlumatı olmamışdır. Habelə, iş materialları ilə tam təsdiq edilir ki, Təqsirləndirilən şəxs7 narkotik maddənin haradan gətirilməsində heç bir marağı olmamışdır. Məntiqlə düşündükdə narkotik maddənin haradan gətirilməsində onun heç bir marağı olmamışdır. Beləliklə, Təqsirləndirilən şəxs7 narkotik maddənin xaricdən (İran İslam Respublikasından) gətirlməsindən məlumatsız olduğu üçün onun əməlində Cinayət Məcəlləsinin 206-cı maddəsinin tərkib əlamətləri yoxdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206-cı maddəsində göstərilir ki, qaçaqmalçılıq, yəni Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli, yaxud sənədlərdən və ya gömrük eyniləşdirilməsi vasitələrindən aldatma yolu ilə istifadə etməklə, yaxud bəyan etməməklə və ya düzgün bəyan etməməklə bu Məcəllənin 206.2-ci maddəsində qeyd edilənlər istisna olmaqla malların və digər əşyaların külli miqdarda keçirilməsi... cəzalandırılır. Təqsirləndirilən şəxs7 Cinayət Məcəlləsinin 206-cı maddəsinin dispozisiyasında nəzərdə tutulan cinayətin obyektiv cəhətinə aid oaln hər hansı hərəkəti icra etməmişdir. “Qaçaqmalçılıq işləri üzə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenum qərarında göstərilən halların heç biri Təqsirləndirilən şəxs7 aid olmadığı üçün onun əməlini Cinayət Məclləsinin 206.3.2-ci maddəsi ilə tövsif edilməsi düzgün deyildir. Cinayət Məcəlləsinin 3-cü maddəsində deyilir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Həmin Məcəllənin 7.1-ci maddəsində göstərilir ki, yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə bilər. Cinayət Prosessual Məcəllənin 42.1.2-ci maddəsinin tələblərinə müvafiq olaraq şəxsin əməlində cinayət tərkibi omadıqda şəxsə bəraət verilməlidir. Hökm həm də cəzanın hədsiz sərt olduğu üçün ədalətsizdir. Belə ki, Təqsirləndirilən şəxs7 təqsirli bilindiyi Cinayət Məcəlləsinin 234.4.1-ci və 234.4.3-cü maddələrlə cəza təyin edərkən işin faktiki hallan və cəzam yüngülləşdirən hallar nəzərə alınmalıdır. İş materialları ilə təsdiq edilir ki, Nubari X15 İslam Respublikasından narkotik maddəni əldə etdikdən sonra həmin narkotik maddəni Təqsirləndirilən şəxs7 vermədən MTX-nın əməkdaşları tərəfindən tutulmuşdur. Cəza təyin edilərkən şəxsin cinayətdə iştirakı və İşin nəticəsi nəzərə alınmalıdır. İş materiallarından və hökmdən də göründüyü kimi Təqsirləndirilən şəxs7 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulan ağırlaşdırıcı hallar müəyyən edilməmişdir. Hökmdə Təqsirləndirilən şəxs7 ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini, yaşadığı yer üzrə müsbət xarakterizə edilməsini, törətdiyi cinayət əməllərinin mahiyyət etibarilə etiraf edib, peşman olduğunu bildirməsini və oğulları X10 və X6 “44 günlük Vətən müharibəsində” iştirak etməsini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi nəzərə alınmışdır. Hesab edir ki, cəza təyin edilərkən göstərilən cəzanı yüngülləşdirən hallar kifayət qədər nəzərə alınmamışdır. Bakı Ağır Cinayətlər Məhkəməsinin 25 iyun 2021-ci il tarixli hökmündən məhkum edilmiş Dövlət ittihamçısı1 apellyasiya protesti verərək, Bakı Ağır Cinayətlər Məhkəməsinin 25 iyun 2021-ci il tarixli hökmünün Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs6 aid hissədə cinayət qanununun norması düzgün tətbiq olunmaqla təqsirli bilindikləri maddələrin sanksiyasında nəzərdə tutulan daha ağır həddə azadlıqdan məhrum etmə cəzası təyin edilməklə dəyişdirilməsini xahiş etmişdir. Dövlət ittihamçısı apellyasiya protestini onunla əsaslandırmışdır ki, Məhkəmə Təqsirləndirilən şəxs4 yaşının 50-dən çox olmasını cəzanı yüngülləşdirici hal kimi qəbul etmişdir. Belə ki təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs4 58 yaşında olmasında hansı xüsusi əlamətlərin olması, bunun hansı cəhətlərinə görə həmin şəxsə başqa yaşda olanlara münasibətdə üstünlük verməsi və məsuliyyətini yüngülləşdirməsi hökmdən aydın deyildir. Həmçinin, yaş əlamətinə görə bu formada şəxslər arasında diskriminasiyaya yol vermək cinayət qanununun 6-cı maddəsində təsbit olunan qanun qarşısında bərabərlik prinsipinə də ziddir. Bununla da. məhkəmə məntiqi olaraq həmin halı cəzanı yüngülləşdirici hal kimi nəzərə alması düzgün mövqe olmamışdır. Məhkəmə Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs6 yaşadıqları yer üzrə müsbət xarakterizə edildiyini yüngülləşdirici hal kimi göstərməklə haqlı olmamışdır. Şəxsin müsbət xarakterizə olunması cəmiyyətdə qəbul edilmiş ümumi davranış qaydasına əməl olunmasının nəticəsidir və məhkəmə Cinayət Məcəlləsinin 59.2-ci maddəsinin tələbini pozaraq həmin halı məhz nəyə görə cəzanı yüngülləşdirən hal kimi qəbul etməsini hökmdə əsaslandırmamışdır. Məhkəmə yalnız təqsirləndirilən şəxslərin müsbət xarakterizə olunmasını göstərməklə kifayətlənmiş, lakin bunun nədə ifadə olunmasını, şəxsiyyətini əhəmiyyətli dərəcədə müsbət mənada ehtiva edən hansı cəhətlərin olmasını məhkəmə hökmünün təsviri- əsaslandırıcı hissəsində göstərməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs6 ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini cəzanı yüngülləşdirən hal kimi qəbul etmişdir. CM-in 59.1.1-ci maddəsinə əsasən hadisələrin təsadüfi axarı zəminində ilk dəfə olaraq böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətin törədilməsi cəzanı yüngülləşdirən haldır. Lakin məhkəmə Təqsirləndirilən şəxs6 tərəfindən cinayət əməlinin hadisələrin təsadüfi axarı zəminində törədilməsini məntiqi olaraq əsaslandıra bilməmişdir. "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cti il tarixli. 4 saylı qərarında məhkəmələrə hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılması, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etmələri tövsiyə edilmişdir. İşin hallan ilə müəyyən edildiyi kimi. Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs6 törətdikləri CM-nin 234-cü maddəsi ilə olan cinayət əməlinin bilavasitə obyektini əhalinin sağlamlığının təhlükəsizliyini təmin edən ictimai münasibətlər təşkil edir. Göründüyü kimi Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs6 tərəfindən törədilən cinayətin ictimai təhlükəliyinin xarakteri ağır və az ağır cinayətlər kateqoriyasına aid olmaqla, qəsdən törədilməsində, cinayətlərin ictimai təhlükəliliyinin dərəcəsi isə dövriyyəsi qadağan olunmuş narkotik vasitələrin əldə edilib saxlanılmasında ifadə olunmuşdur. Qeyd etdiyim halların mövcudluğu şəraitində belə məhkəmənin Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs6 şəxsiyyətinə, törətdiyi cinayətin xarakterinə və ictimai təhlükəliliyinə əhəmiyyət vermədən onları əsassız olaraq yüngül cəzaya məhkum etməsi anlaşılan deyildir. Azərbaycan Respublikası CPM-nin 399,1.5-ci bəndinə göstərilmişdir ki, təyin edilmiş cəzanın cinayətin ağırlığına və ya məhkumun şəxsiyyətinə uyğun olmaması apelyasiya şikayətinin və ya apelyasiya protestinin baxışının nəticələri üzrə birinci instansiya məhkəməsinin hökm və ya qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Azərbaycan Respublikası CPMnin 404-cü maddəsinə əsasən cinayət qanunun müvafiq maddəsi ilə müəyyən edilmiş hüdudlardan kənara çıxmasa da, həm sərtliyinə, həm də yüngüllüyünə görə açıq-aydın ədalətsiz olan cəza cinayətin ağırlığına və məhkumun şəxsiyyətinə uyğun olmayan cəza hesab edilir. Beləliklə də, məhkəmə Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs6 cəza təyin edərkən onların törətdiyi cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, törədilməsi hallarına və cinayətin yüngüllüyünə uyğun olmayan cəza təyin etmişdir. Hökmdən digər məhkum edilmiş şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 tərəfindən apellyasiya şikayəti verilməmiş, məhkum edilmiş şəxslər Təqsirləndirilən şəxs4 və X7 tərəfindən apellyasiya şikayətləri verilməsə də, dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protestində hər iki şəxsə münasibətdə təyin edilmiş cəzanın həddi mübahisələndirilmişdir. Məhkəmə kollegiyasının iclasında çıxış edən məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs1 və Müdafiəçi4 verilmiş apellyasiya şikayətinin müdafiə edərək, şikayətin təmin edilməsini və N.Nübarinin barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsi ilə bəraət hökmünün çıxarılması, təqsirli bilindiyi qalan maddələrlə aşağı həddə cəza təyin edilməsini, həmçinin digər apellyasiya şikayətlərinin təmin, dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protestinin rədd edilməsini xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında çıxış edən məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs7 və Müdafiəçi1 verilmiş apellyasiya şikayətinin müdafiə edərək, şikayətin təmin edilməsini və Təqsirləndirilən şəxs7 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2ci maddəsi ilə hər hansı cinayətin törədilməsinə aidiyyəti olmadığından ona həmin maddə ilə bəraət hökmünün çıxarılması, təqsirli bilindiyi qalan maddələrlə aşağı həddə cəza təyin edilməsini, həmçinin digər apellyasiya şikayətlərinin təmin, dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protestinin rədd edilməsini xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında çıxış edən məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs5 və Müdafiəçi10 məhkum edilmiş şəxs tərəfindən verilmiş verilmiş apellyasiya şikayətinin müdafiə edərək, şikayətin təmin edilməsini və Təqsirləndirilən şəxs5 təqsirli bilindiyi maddələrlə ən aşağı həddə cəza təyin edilməsini, həmçinin digər apellyasiya şikayətlərinin təmin, dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protestinin rədd edilməsini xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında çıxış edən digər məhkum edilmiş şəxslər Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs6 və onların müdafiəçiləri Müdafiəçi11 və Müdafiəçi9 dövlət ittihamçısı tərəfindən məhkum edilmiş şəxslərin cəzalarının ağırlaşdırılması ilə bağlı vermiş olduğu apellyasiya protestinin təmin edilmədən saxlanılmasını xahiş etdilər. Əlavə olaraq digər məhkum edilmiş şəxslərə münasibətdə verilmiş apellyasiya şikayətlərinin təmin edilməsinə etirazlarının olmadığını bildirmişlər. Məhkəmə kollegiyasının iclasında çıxış edən Dövlət ittihamçısı2 apellyasiya şikayətlərinin təmin edilmədən, apellyasiya protestinin isə təmin edilərək Təqsirləndirilən şəxs4 və X3 aid hissədə təqsirli bilindikləri maddələrin sanksiyasında nəzərdə tutulan daha ağır həddə azadlıqdan məhrum etmə cəzası təyin edilməklə birinci instansiya məhkəməsinin hökmünün dəyişdirilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyası cinayət işinin materiallarını araşdırıb, apellyasiya şikayətlərinin və protestinin dəlillərini müzakirə edərək, tərəflərin çıxışlarını dinləyərək hesab edir ki, Təqsirləndirilən şəxs5 apellyasiya şikayəti təmin edilməməli, Təqsirləndirilən şəxs1 müdafiəçisi Müdafiəçi4 və Təqsirləndirilən şəxs7 müdafiəçisi Müdafiəçi1 tərəfindən verilmiş apellyasiya şikayətləri, həmçinin dövlət ittihamçı tərəfindən verilmiş apellyasiya protesti qismən təmin edilməli, Bakı Ağır Cinayətlər Məhkəməsinin 25 iyun 2021-ci il tarixli hökmü dəyişdirilməli Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs7 əməlləri CM-in 206.3.2-ci maddəsindən həmin Məcəllənin 32.5,206.2ci maddəsinə tövsif edilməli, eyni zamanda Təqsirləndirilən şəxs6 təyin edilmiş cəzanın növü verilmiş apellyasiya protestinə münasibətdə dəyişdirilməklə təyin edilmiş cəza ağırlaşdırılmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsinin tələbinə görə isə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, həm Təqsirləndirilən şəxs1, həm də Təqsirləndirilən şəxs7 müdafiəçiləri tərəfindən verilmiş apellyasiya şikayətlərində sonuncuların təqsirli bilindikləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməmələri, həmin cinayətə aidiyyətlərinin olmaması və təqsirlərinin sübuta yetirilməməsi mübahisələndirilməklə yanaşı, məhkum edilmiş şəxslərin digər təqsirli bilindikləri maddələrlə isə onlara aşağı həddə cəza təyin edilməsi xahiş edilmişdir. Həmçinin nə dövlət ittihamçısı vermiş olduğu apellyasiya protestində, nə də ki məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs5 vermiş olduğu apellyasiya şikayətində məhkum edilmiş şəxslər tərəfindən törədilmiş cinayətin sübuta yetirilibyetirilməməsi və cinayətin hüquqi tövsifini mübahisələndirməmişlər. Cinayət işinin materiallarından görünür ki, istər ibtidai araşdırma zamanı, istərsə də birinci instansiya məhkəməsinin məhkəmə iclasında məhkum edilmiş şəxslər Təqsirləndirilən şəxs1 özünü Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 204.1, 234.4.1 və 234.4.3-cü maddələri ilə, Təqsirləndirilən şəxs7 özünü Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə, Təqsirləndirilən şəxs4 özünü Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə, Təqsirləndirilən şəxs5 özünü Azərbaycan Respublikası CMnin 234.1 və 234.4.3-cü maddələrilə və Təqsirləndirilən şəxs6 özünü Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə tam təqsirli bilərək törətdikləri cinayətin halları haqda hökmün təsviri hissəsinə uyğun ifadələr vermişlər. Məhkum edilmiş şəxslərin sadalanmış maddələrlə törətmiş olduqları cinayət əməlləri məhkum edilmiş şəxslərin etirafedici ifadələri ilə yanaşı, şahidlərin ifadələri, ekspertiza rəyləri və iş üzrə toplanmış digər sübutlarla tam təsdiq edilir. Məhkəmə kollegiyası hesab edir ki, ibtidai araşdırma zamanı qanuni üsullarla toplanmış və birinci instansiya məhkəməsində məhkəmə iclasında tam, hərtərəfli və obyektiv araşdırılmış mötəbər sübutlara birgə qiymət verən və həmin sübutlara əsaslanan birinci instansiya məhkəməsi iş üçün mühüm əhəmiyyət kəsb edən bütün halları aydınlaşdırmaqla məhkum edilmiş şəxsləri ittiham olunduqları cinayət əməllərini törətmələri haqda işin faktiki hallarına uyğun olan nəticəyə gəlmiş və sonuncuların əməllərini müvafiq olaraq Təqsirləndirilən şəxs1 münasibətdə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 204.1, 234.4.1 və 234.4.3-cü maddələri, Təqsirləndirilən şəxs7 CM-nin 234.4.1 və 234.4.3-cü maddələri, Təqsirləndirilən şəxs5 Həmin Məcəllənin 234.1 və 234.4.3-cü maddələri, Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs6 münasibətdə isə müvafiq olaraq CM-nin 234.4.3-cü və 234.1-ci maddəsi ilə düzgün tövsif etmişdir. Məhkum edilmiş şəxslərin əməlinin cinayət olmasını aradan qaldıran hallar, habelə onların cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Müdafiəçilərin apellyasiya şikayətlərində mübahisələndirdikləri hissə ilə bağlı qeyd olunmalıdır ki, birinci instansiya məhkəməsi toplanmış və tədqiq olunmuş sübutları məcmu halında qiymətləndirərək hesab etmişdir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs7 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsi ilə nəzərdə tutulan cinayətləri törətməkdə təqsirli olmaları mötəbər sübutlarla təsdiqini tapmışdır. Lakin, məhkəmə kollegiyası ibtidai istintaq orqanının və birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır və qeyd edir ki, iş materiallarında olan sübutlarla Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs7 əməllərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsi maddəsinin tərkibinin olmadığı, onların əməllərində yalnız Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5,206.2-ci maddəsinin tərkibinin aşkar müəyyən edildiyi halda, həm ibtidai istintaq, həm də işə baxan birinci instansiya məhkəməsi yalnız qaçaqmalçılıq cinayətinin törədilmiş olması halına qiymət verməklə kifayətlənmiş və iş üzrə düzgün nəticəyə gəlinməsi və məhkum edilmiş şəxslərin əməllərinə düzgün hüquqi qiymət verilməsi üçün mühüm əhəmiyyət kəsb edən halları ümumiyyətlə nəzərə almadan onların Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsi ilə təqsirli olmaları qənaətinə gəlmişdir. Belə ki, “Qaçaqmalçılıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenum qərarına ilkin nəzər saldıqda müəyyən olunur ki, Plenum tərəfindən müvafiq qərarın qəbul edilməsini şərtləndirən əsas amillərdən biri olaraq qaçaqmalçılıqla bağlı baxılmış cinayət işləri üzrə ümumiləşdirmənin aparılması zamanı məhkəmələr tərəfindən qaçaqmalçılığın predmetini təşkil edən malların və digər əşyaların qaçaqmalçılıq yolu ilə keçirilməsində bilavasitə iştirak etməmiş şəxslərin buna kifayət qədər əsaslar olmadan həmin cinayətin icraçısı kimi cinayət məsuliyyətinə cəlb edilərək məhkum olunması halı çıxış etmişdir ki, məhkəmə kollegiyası iş materiallarını ətraflı şəkildə tədqiq edərək belə hesab edir ki, hazırki iş üzrə də birinci instansiya məhkəməsi tərəfindən göstərilən hala yol verilməklə, iş üzrə qaçaqmalçılıq cinayətinin qabaqcadan əlbir olan bir qrup şəxs halında törədilməsinə dair düzgün olmayan nəticəyə gəlinmişdir. Məhkəmə kollegiyası hesab edir ki, həm hazırki apellyasiya baxışı üzrə sübutlara tam, hərtərəfli və obyektiv qiymət verilməsinin, həm də müdafiəçilərin apellyasiya şikayətlərində əks olunan dəlillərin düzgün qiymətləndirilməsi üçün, hazırki cinayət işi üzrə ilk növbədə qaçaqmalçılıq cinayətinin törədilib-tördilməməsinin, törədildiyi təqdirdə həmin cinayətin törədilmə tarixi, cinayətin törədilib bitmə anı və yeri, cinayətin tək icraçı tərəfindən, yoxsa qabaqcadan əlbir olan bir qrup şəxs halında törədilməsinin (birgə icraçılıq şəklində), yalnız bundan sonra həmin cinayətin törədilməsində Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs7 iştiraklarının formasının müəyyən edilməsi və sübutlara bu istiqamətdə qiymət verilməsi zəruridir. Məhkəmə kollegiyası hazırki cinayət işi üzrə mübahisələndirilən hissədə qaçaqmalçılıq cinayəti ilə bağlı qeyd edir ki, qaçaqmalçılıq cinayəti özlüyündə spesifik xüsusiyyətlərə malik olmaqla, cinayətin törədilməsinin mümkün olduğu yerlər konkret lokal ərazilərlə (gömrük sərhəddi ilə bağlı sahələr) məhdudlaşır və onun törədilmə üsulları qanunvericilikdə dəqiq təsbit edilməklə, belə törədilmə üsullarından asılı olaraq cinayətin başa çatma anı da “Qaçaqmalçılıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenum qərarında geniş olaraq sadalanmışdır. Belə ki, qeyd edilən Plenum qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM-nin) 206-cı maddəsi ilə məsuliyyət Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli, yaxud sənədlərdən və ya gömrük eyniləşdirilməsi vasitələrindən aldatma yolu ilə istifadə etməklə, yaxud bəyan etməməklə və ya düzgün bəyan etməməklə malların və ya digər əşyaların yalnız külli miqdarda (CM-nin 206-cı maddəsinin “Qeyd”inin 1-ci bəndində göstərilən məbləğdə), yaxud dəyəri və ya miqdarından asılı olmayaraq, CM-nin 206.2-ci maddəsində sadalanan predmetlərin qeyri-qanuni keçirilməsi hallarında yaranır. Məhkəmə kollegiyası hazırki cinayət işi üzrə qaçaqmalçılıq cinayətinin törədilibtörədilməmiş olmasına münasibətdə qeyd edir ki, həm ibtidai istintaq zamanı, həm də birinci instansiya məhkəməsində dindirilmiş məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs7 və Təqsirləndirilən şəxs2 ifadələrindən, həmçinin həmin şəxslərin telefon danışıqları ilə bağlı əldə olunmuş məlumatların, həmçinin keçirilmiş digər əməliyyat və istintaq hərəkətləri üzrə tərtib olunmuş protokollarda qeyd olunan mötəbər sübutların qarşılıqlı xarakterizə edilməklə qiymətləndirilməsi hazırki cinayət işi üzrə ibtidai istintaq zamanı aşkar olunmuş müxtəlif çeşidli narkotik vasitələrin məhz ittihamda qeyd olunmuş 22- 23 avqust 2019-cu il tarixlərində şəxsiyyəti istintaqa məlum olmayan şəxs tərəfindən qaçaqmalçılıq yolu ilə, yəni Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar Astara rayonu istiqamətində keçirildiyi, bundan sonra həmin şəxsin qeyd olunan dövriyyəsi qadağan edilmiş vasitələri Astara rayonun ərazisində Lənkəran- Astara yolunun kənarındakı yol nişanının altında yerləşdirib, İrana qayıtdığı, həmçinin sonuncunun bu hərəkətləri məhz Səccad adlı İran İslam Respublikasının sakininin tapşırığı ilə icra etmiş olması mübahisəsiz şəkildə müəyyən edilir. Belə ki, “CD-yə baxış keçirilməsi barədə” 07 sentyabr 2019-cu il tarixli protokoldan görünür ki, baxışı keçirilən bir ədəd CD «LG» markalı kompüterə yerləşdirilərək orada yazılmış danışıqlar dinlənildi. Baxış zamanı CD-dəki səslər izahedici qeydlərə əsasən iş üzrə keçən şəxslərin adları göstərilməklə qeyd olundu. Diskə baxış zamanı orada 4 qovluq müəyyən edildi. 1-ci qovluq açılarkən onun içərisində aşkar edilmiş səs yazıları. 2-ci qovluq: 1-ci danışıq 26.08.2019-cu iİ, 23:08 - 23:09, ***-***-**-**; ***-***-**-**: Nazir: Bəli mənim qardaşım. Elvin: Ağsaqqal necəsən? Nazir: Necəsən? Elvin: Sag ol siz necəsiz? Nazir: Sağ ol kefin yaxşı olsun. Elvin: Minin bir taksiyə gəlin Pensərə də Pensərə. Nazir: Gəlim ora? Elvin: Hə gəl böyük yola da. Nazir. Hə hə. Zapravkanın yanına? Elvin: Həri həri. Nazir: Hə yaxşı oldu. 3-cü qovluq: 1-ci danışıq 20.08.2019-cu il, 20:37 - 20:41, ***-***-**-**; ***-***-**-**: Nazir: Alyo salammeleykim. Elvin: Salam. Nazir: Elvin necəsən? Elvin: Sağlığın. Nazir: Nazir əmindi. O gün yola saldığın Nazir əmin. Üş-dörd gün bundan qabaq yola saldın e məni mersedeslə. Gecə. Elvin: Necəsiz yaxşısız? Nazir: Yaxşıyam mənim qardaşım. Allah sənin kefini yaxşı eləsin. Sağ ol. Allah qoysa sənin toyunda allah mənə qismət eləsin Elvin sən yaxşı oğlansan, sən yaxşı qardaşsan. Mən gəlmişəm keçmişəm bu tərəfə. Qayıtmışam dala. Sacəd dedi ki, get Elvinə şey eləmişəm Elvin səni salsın yola. Elvin: Ay qardaş sənin başına dönüm. Bunu əvvəlcədən xəbər edərlər də. Mən rayonda deyiləm. Nazir: Vay dədəm vay. Elvin: Bunu mənə əvvəlcədən denən də. Nazir: Vay dədə mən neyniyim. Başıma haranın daşın töküm Elvin? Elvin: Keçmisən bu taydasan? Nazir: Bu taydayam hə keçmişəm bu tərəfə. Sacəd mənə dedi ki, Elvin dünən toya getmişdi, amma bu gün gəlməlidi. Elvin: Mən dünəndən möhkəm zəhərlənmişəm. Heç telefona cavab verməli deyildim e. Ordan bir taksiyə min gəl. Nazir: Hara gəlim? Elvin: Sür Bakıya da Nazir: Yox e bəs mən Bakıya boş qayıdım? Elvin: Sənə yük verilməlidi ordan? Nazir: Yüz dene şüşə verilmelidi yüz dene. Elvin: Ay blaaa belə şey eleməzler e. Bunu qabaqcadan deyerlər. Nazir: O bu gecə çatmalıdı. Elə bil qandan qutaracam, xətadan qurtaracam. Onu mən gecə ilə çatdırmalıyam, ölüm ayağının altında Elvin. Elvin: Mən burda yoxam e. Mən rayonda deyiləm. Nazir: Bilirəm rayonda deyilsən. Men neyniylm Elvin. Bir şey fikirləş də. Elvin: Səhər gözlə gelərəm. Nazir: Səhərə qədər qalım mən burda. Sabah mütləq görüşə bilərik? Elvin: Hə. Mütləq. Nazir: Yaxşı menim qardaşım. Elvin: Sağ ol. Nazir: Sağ ol menim qardaşım. 2-ci danışıq 25.08.2019-cu il, 11:45 -11:50, ***-***-**-**; ***-***-**-**: Nazir: Alyo. Əlizamin: Hə qağa. Nazir: Sabahın xeyir. Nətərsən? Səsin maşallah yaxşı gəlir. Əlizamin: Hə. Nazir: Sabaha o söhbət nağd söhbətdi yoxsa? Mənə zəng eləmişdilər ki, dəqiq söhbətdi yoxsa yox? Əlizamin: Milyon faiz. Ola bilər on götürə bilməz bir az aşağı götürər. Amma milyon faiz pul götürəcək. Beş minə, altı minə söhbət yoxdu. Nazir: Beş minə, altı minə heç nə verməyəcək o. O mənə dedi ki yarım dənədən aşağı olsa gəlmə bura. Əlizamin: Dünən zərgər qızıllara baxdı dedi bank buna on min verməyəcək. Nazir: Nəbilim qardaş elə deyir də. Məndəm asılı deyil axı o. Əlizamin: De verərik də. De istəyirdik bir kilo alaq. Nazir: Zəng vurub deyərəm də. 3-cü danışıq 26.08.2019-cu il, 00:42 - 00:43, ***-***-**-**; ***-***-**-**: Əlizamin: Axşamın xeyir. Nazir: Axşamın xeyir. Əlizamin: Qardaş sənin başına dönüm elə elə sulu olmasın da quru olsun. Ziyan eləmiyək. Nazir: Ona söhbət yoxdu. Qupquru. Özü ilə danışmışam. O nə deməkdi. O mənə neçə vaxtdı deyirdi ki, bir dənə fərri adam tap fərri iş gözləyir bizi. İndi bu işi həll edəndən sonra ayda bir dəfə belə iş görmək olacaq? Əlizamin: İnanmıram ayda bir dəfə. Nazir: İki ayda bir dəfə olsun. Əlizamin: Çünki qorxuram e. Nazir: Ayda bir dəfə olsun. Zato bir dəfə edirsən çəkilirsən qırağa da. Yoxsa həftədə bir dəfə get gəl. Əmələ gələn şey deyil e o. Əlizamin: Yox yox yox. Nazir: Problem yoxdu qardaş. Əlizamin: Oldu. 4-cü qovluq: 1-ci danışıq 26.08.2019-cu il, 17:45 -17:46, ***-***-**-**; ***-***-**-**: Əlizamin: Neynirsən Alike? Mübariz: Heçne. Əlizamin: O şeyin pulun verərdin. Dərman da var e. Dərman istəmirsən? Mübariz: Yox. Əlizamin: Pulun ver göndərim gətirsin də. Mübariz: 300? Əlizamin: Əlli qram istəyisən? Yüz demirdin? Mübariz: Yox yox yüz yox əlli. Əlizamin: Əlli yaxşı. Yüz demişdin e. Mübariz: Ayə yox. əlli demişim 300 manat verərəm də. Əlizamin: Dərman istəmirsən? Mübariz: Necəyədi ki o? Əlizamin: Doqquz manat. Mübariz: Yox istəmirəm adamım yoxdu. Əlizamin: O pulu gəlim götürüm də. Mübariz: Gəl. 2-ci danışıq 26.08.2019-cu il, 18:25 -18:26, ***-***-**-**; ***-***-**-**: Əlizamin: Alik. Mübariz: Hə. Əlizamin: Onda telefonu yanına qoy ki, saat 4-5 də gələcək. Mübariz: Səhərsəhər? Əlizamin: Day sənə arxayın olumda. Mübariz: Saat4-5-də. Gecə vaxtı. Ayə it-qurd. Kim gələcək? Əlizamin: Mən gələcəm. Mübariz: Ayə neyniriy e. Ayə poxa düşmüşük e. Əlizamin: Mən sənə görə deyirəm. Mübariz: Sənə verib qoy qalsın da. Mənə vacibdi indi bu dəqiqə? Əlizamin: Mən sənə görə deyirdim. Dedib yoxumdu. Yaxşı səhər eyiyətik. Mübariz: Oldu. (cild 02, iş vər. 75-82) İş üzrə məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs2 ibtidai istintaq və birinci instansiya məhkəməsindəki ifadələrində tanışı Məhəmməd adlı bir İran İslam Respublikasının vətəndaşı vasitəsilə ilə Səccad adlı bir şəxslə tanış olduğunu, Səccadla bir neçə dəfə telefon əlaqəsi saxladığını, telefon danışıqlarından birində Səccadın ona,- “sənə narkotik maddələr göndərim sən həmin narkotik maddələri sənə deyilən yerdən götürüb rayon ərazisində özünə uyğun bir yerlərə qoy və mənə qoyduğun yerin şəklin at mən lazım olan adamlara deyim gedib götürsünlər” deyə bir təklif etdiyini, eyni zamanda bunun əvəzində Səccadın ona hörmət də edəcəyini bildirdiyini, Səccadın təklifi ilə razılaşdıqdan sonra təxminən 2-3 dəfə Səccad onun bilmədiyi yollarla ona narkotik maddə göndərdiyini, onun da Səccadın dediyi kimi edərək gələn narkotik maddələri müvafiq yerlərdə gizlədərək həmin yerlərin şəkillərini Səccada göndərdiyini, bunun müqabilində Səccadın ona bir dəfə 4000 (dörd min) AZN məbləğində pulun onun narkotik maddəni gizlətdiyi yerdə olduğunu, pulu həmin yerdən götürüb başqa bir yerə qoymasını, həmin yerin şəklini ona atmasını və həmin pulun üstündən özü üçün 1000 (min) AZN götürməsini tapşırdığını, onun da belə edib, nəticədə 1000 manat pul qazandığını bildirmişdir. Təqsirləndirilən şəxs2 həmçinin ifadəsində göstərmişdir ki, 26 avqust 2019-cu il tarixdə Səccad ona zəng vuraraq,- “keçən dəfə şüşə verdiyin Nazir adlı şəxs gələcək ona narkotik maddə ver” deyə bildirmiş, belə ki, Səccadın dediyi kimi Nazirə verəcəyi narkotik maddəni Səccad təxminən 23-24 avqust tarixlərində İrandan artıq göndərmişdir. 26 avqust 2019-cu il tarixdə Təqsirləndirilən şəxs1 ilə Pensər kəndində yanacaqdoldurma məntəqəsinin yaxınlığında görüşmüş, təxminən 253.07 qram çəkidə narkotik vasitə heroini Nazirə vermiş və onlar ayrılmışlar. Həmin vaxt onun verdiyi narkotik vasitə müqabilində Nazir ona pul verməmiş, sonrasında isə o, Naziri tanımadığı bir taksiyə otuzduraraq gedəcəyi yerə yola salmışdır. 27 avqust 2019-cu il tarixdə axşam saatlarında Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları onun yaşadığı evə gəlmiş, evdə baxış və axtarış aparılmış, bu zaman Səccadın İrandan qaçaqmalçılıq yolu ilə ona göndərdiyi külli miqdarda müxtəlif çəkidə tiryək, həşiş qətranı, heroin və metodon həbləri müəyyən edilərək götürülmüşdür. Həmin narkotik vasitələri Səccad ona həmin narkotik vasitələri müxtəlif yerlərə qoyması və oradan gəlib kimlərinsə götürməsi üçün əvvəlcədən göndərmişdir. O, Təqsirləndirilən şəxs1 başqa heç kimə bir başa narkotik vasitə verməmiş, narkotik vasitəni Səccadın ona deyilən yerlərə kimin vasitəsilə göndərdiyini bilməmişdir. Qeyd edilən hissədə məhkum edilmiş digər şəxs Təqsirləndirilən şəxs1 də ifadəsinə nəzər saldıqda müəyyən olunur ki, sonuncu birinci instansiya məhkəməsində dindirilərkən ifadəsində göstərmişdir ki, 1985-ci ildə ailə həyatı qurmuş, üç övladı var, Şamaxı rayonu Şəhriyar qəsəbəsində qeydiyyatda olmaqla həmin qəsəbədə ailəsi ilə birlikdə yaşayır, təxminən iyirmi ilə yaxındır ki, ticarət məqsədilə İran İslam Respublikasına gedib-gəlir. Təxminən il yarım olar ki, yenə də İran İslam Respublikasının Astara şəhərinə ticarət məqsədi ilə gedərkən orada “Səccad” adlı bir şəxslə tanış olmuş, Astara şəhərində yerləşən parkda oturduğu zaman “Səccad” adlı bir şəxs ona yaxınlaşmış, haradan gəldiyini soruşmuş və onlar beləcə tanış olmuşlar. Səccadın deməsindən sonuncunun Astara şəhərində çayxanası işlətməklə fərdi sahibkarlıqla məşğul olduğunu bilmişdir. Bundan sonra Səccadla tez-tez əlaqə saxlamış, hər İran İslam Respublikasına gedişi zamanı onunla görüşmüşdür. Təxminən 2019-cu ilin may-aprel aylarında o, İran İslam Respublikasına gedən zaman orada görüş zamanı Səccad ona təklif etmişdir ki, “sənə narkotik maddə tapım al apar Azərbaycanda sat pul qazanaq”. Səccadın belə təklifini o, qəbul etmiş, bundan iki-üç ay sonra isə bir neçə dəfə Səccad adlı İran İslam Respublikası sakinindən narkotik vasitələr alaraq satışını təşkil etmişdir. Təxminən 2019-cu il avqust ayının 21-22-si tarixlərində Şirvan şəhər sakini Əlizamin adlı tanışı ona zəng vuraraq narkotik vasitə heroin almaq istədiyini bildirmiş, bundan sonra Səccadla danışmış və sonuncuda 400 qram çəkidə narkotik vasitə heroin olduğunu dəqiqləşdirmişdir. Daha sonra Əlizaminə zəng vuraraq bildirmişdir ki, satılıq heroin var, 400 qramdır pulu isə 7000 (yeddi min) AZN edir. Əlizamin isə ona,- “gəl Şirvan şəhərinə sənə pul verim get gətir, sənin özünə də hörmət edəcəyəm” deyə bildirmişdir. Avqust ayının 26-sı Şirvan şəhərinə gedərək orada Əlizaminlə görüşüb sonuncudan 7600 (yeddi min altı yüz) AZN məbləğində pulu götürdükdən sonra Astara rayonuna getmişdir. Əlzamin ona əlavə olaraq 600 (altı yüz) AZN verməsinin səbəbini, əgər artıq narkotik vasitə olarsa həmin 600 (altı yüz) manata da alması üçün verməsi ilə izah etmişdir. Bundan sonra o, Səccada zəng vuraraq Astara rayonunda olduğunu bildirib, pulu kimə verəcəyini soruşmuş, Səccad isə Astara rayonunun Lənkəran şəhəri istiqamətində yerləşən yanacaqdoldurma məntəqəsində gözləməsini, ona Elvin adlı şəxsin yaxınlaşacağını, pulu ona verməli olduğunu bildirmişdir. Bir qədər sonra Səccad təkrar ona zəng vuraraq, pulu Elvinə yox, sərhəd keçid məntəqəsində olan bir nəfər şəxsə verməsini və yalnız 7000 (yeddi min) manatlıq narkotik vasitə verə biləcəyini bildirmişdir. Təxminən 10-15 dəqiqə həmin yanacaqdoldurma məntəqəsində gözləyəndən sonra, Elvin ona yaxınlaşaraq, gətirdiyi heroini ona vermişdir. Bundan sonra o, Elvindən ayrılaraq sərhəd keçid məntəqəsi tərəfə gedib, orada Səccadın verdiyi nömrəyə zəng vuraraq həmin adamla danışmış, sonra sərhəd keçid məntəqəsində yerləşən bir mağazaya yaxınlaşmış, X4 SNBM yaxınlığında sahibi olduğu mağazada olmadığı üçün gətirdiyi 7600 (yeddi min altı yüz) AZN-dən 7000 (yeddi min) AZN-i həmin adamın qardaşı Eldənizə vermiş və Səccada yenidən zəng vuraraq vəziyyəti ona başa salmış və bundan sonra yol maşını ilə Bakıya şəhərinə qayıdaraq, kirayə tutduğu evdə gətirdiyi heroini gizlətmişdir. 27 avqust 2019-cu il tarixdə Təqsirləndirilən şəxs7lə əlaqə saxlayaraq sonuncunun sifariş etdiyi narkotik vasitəni təhvil verməsi üçün razılıq əldə etmiş, Təqsirləndirilən şəxs7 7000 manatdan əlavə narkotik vasitə alması və xidmət haqqı olaraq verdiyi 600 manat müqabilində isə özündə olan şəxsi istehlak miqdarından artıq təxminən 1 qram çəkidə tiryəki, sifariş edilmiş heroinlə birlikdə özü ilə götürərək kirayədə yaşadığı evdən çıxıb Təqsirləndirilən şəxs7 təhvil verməsi üçün gedərkən DTX əməkdaşları tərəfindən saxlanılmışdır. Həmin tarixdə üzərinə keçirilmiş baxış zamanı İran İslam Respublikasından Səccad adlı şəxs tərəfindən qaçaqmalçılıq yolu ilə göndərilmiş külli miqdarda narkotik vasitə sayılan quru halda təmiz çəkisi 253,07 qram heroin, habelə Bakı şəhərində xatırlamadığı şəxsdən əldə edərək evində saxladığı və Təqsirləndirilən şəxs7 satmaq məqsədi ilə üzərində daşıdığı 0,9 qram çəkidə tiryək, habelə 1 ədəd elektron tərəzi aşkar edilərək götürülmüşdür. Həmçinin digər məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs7 də ifadələrinə nəzər saldıqda müəyyən olunur ki, o, 2019-cu ilin avqust ayında Nazirlə telefonla əlaqə saxlayıb danışmışdır. Danışıq zamanı Nazirə narkotik maddə tapa bilib-bilməyəcəyini soruşmuş, Nazir bir neçə saat sonra ona zəng vuraraq təxminən 400 qram çəkidə narkotik vasitə heroin olduğunu, amma həmin narkotik vasitəni almağa pulunun olmadığını, həmin narkotik vasitəni Astara rayonunda kimdənsə alacağını demişdir. O isə Təqsirləndirilən şəxs1 narkotik vasitə heroini gətizdirməsini, özünün həmin narkotik vasitəni almağa pul tapacağına söz vermişdir. O, Təqsirləndirilən şəxs1 narkotik vasini alacağı şəxslərin adını bilməmiş və onları şəxsən tanımamışdır. Bu zaman Nazir ona 400 qram çəkidə narkotik vasitə heroinin təxminən 7000 (yeddi min) manat edəcəyini demişdir. O, bundan sonra avqust ayının 25-də “Parabank”-ın Şirvan şəhərində yerləşən filialına yaxınlaşmış, oraya evdəki qızılını girov qoyaraq bankdan 8000 (səkkiz min) manat məbləğində kreditə pul götürmüşdür. Sabahı gün, yəni avqust ayının 26-sı Nazirə zəng vuraraq, pulu hazırladığını gəlib götürə biləcəyini demişdir. Həmin gün Nazir Şamaxı rayonundan Şirvana gələrək ondan 7600 (yeddi min altı yüz) manat məbləğində pulu götürərək Astara rayonuna getmişdir. Həmin gün gecə təxminən saat 3-4 radələrində Nazir ona zəng vuraraq, ona,- “malı götürmüşəm Bakıdayam sabah gələcəyəm Şirvana” demişdir. O, narkotik vasitə sifariş verdiyi zaman, gələn maddədən 50 qram hissəsini Şirvan şəhər sakini, narkotik maddələrin alış-verişini edən Təqsirləndirilən şəxs4, qalan hissəsini isə müəyyən vaxt ərzində müxtəlif adamlara, yəni narkotik istəyənlərə satmağı planlaşdırmışdır. Narkotik vasitəni satdıqdan sonra isə əldə olunan pulu Nazirlə aralarında bölməyi düşünmüşdür. 27 avqust 2019-cu il tarixdə DTX əməkdaşları tərəfindən evinə baxış keçirilərkən yaşadığı ünvandan 1 ədəd elektron tərəzi, ümumi təmiz çəkisi 0,74 qram çəkidə narkotik vasitə marixuana, 3 ədəd göy-ağ rəngli kapsulların tərkibində ümumi təmiz çəkisi 0,15 qram olan tramadol aşkar edilmişdir. Həmin şəxsi istehlak miqdarından az olan maddələri öz istifadəsi üçün əldə edib evində saxlamışdır. Məhkəmə kollegiyası qabaqcadan əlbir olan bir qrup şəxs halında qaçaqmalçılıq cinayətinin obyektiv cəhətini təşkil edən hərəkətlərin törədilib-törədilməməsinin müəyyən edilməsi məqsədilə qeyd edir ki, yuxarıda adı çəkilən Plenum qərarında cinayətin qabaqcadan əlbir olan bir qrup şəxs halında törədilməsi kimi tövsif edilməsi əsasları olaraq qeyd edilmişdir ki, əməli qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilmiş qaçaqmalçılıq (CM-nin 206.3.2-ci maddəsi) kimi qiymətləndirərkən bu tövsifedici əlamətin anlayışı verilmiş CM-nin 34.2-ci maddəsinin tələblərinə əsaslansınlar. Bu zaman nəzərə alınmalıdır ki, iki və ya daha çox şəxsin qabaqcadan razılaşmaqla qaçaqmalçılıq cinayətinin obyektiv cəhətini təşkil edən, CM-nin 206.1-ci maddəsinin dispozisiyasında nəzərdə tutulmuş hərəkətlərdən hər hansı birinin və ya bir neçəsinin edilməsi qabaqcadan əlbir olmuş bir qrup şəxs tərəfindən törədilmiş qaçaqmalçılıq hesab edilir. Sadalanan hallardan isə göründüyü kimi, Təqsirləndirilən şəxs7 narkotik vasitəni əldə etmələri üçün ödəməli olduqları (Təqsirləndirilən şəxs1 çatdırması yolu ilə) pul məbləğini 22- 23 avqust 2019-cu il tarixdə qaçaqmalçılıq cinayətinin törədilməsindən sonra, yalnız 25.08.2019-cu il tarixdə bankdan əldə edərək, 26.08.2019-cu il tarixdə Təqsirləndirilən şəxs1 vermiş, bundan sonra sonuncu həmin narkotik vasitəni Azərbaycan Respublikasının Astara rayonunun Pensər kəndində yanacaqdoldurma məntəqəsinin yaxınlığında Təqsirləndirilən şəxs2 təhvil almış, bundan sonra Təqsirləndirilən şəxs1 7000 manat məbləğində pulu Səccadın tapşırığı ilə Astara rayonunda fəaliyyət göstərən dükanlardan birində çalışan Şahid1 vermiş və əldə etdiyi narkotik vasitəni Bakı şəhərinə daşımış, daha sonra isə Təqsirləndirilən şəxs7lə görüşmüşdür. Həmçinin qeyd edilməlidir ki, Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidməti “Giriş-çıxış və qeydiyyat” İAMAS üzrə tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 11 fevral 2017-ci ildə Astara gömrük məntəqəsindən İran İslam Respublikası ərazinə keçmiş və geri qayıtmış, bundan əlavə olaraq Rusiya Federasiyası və Gürcüstan Respublikasına da səfərlər etmişdir. Təqsirləndirilən şəxs2 sonuncu dəfə 07 fevral 2018-ci ildə Şıxlı SNBM-dən Azərbaycan sərhədini keçərək Gürcüstan Respublikasına getmiş, həmin tarixdə də eyni qaydada geri qayıtmışdır. (cild 01, iş vər. 179) Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidməti “Giriş-çıxış və qeydiyyat” İAMAS üzrə tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 dəfələrlə Astara gömrük məntəqəsindən İran İslam Respublikası ərazisinə keçib, geri qayıtmışdır. Təqsirləndirilən şəxs1 sonuncu dəfə 20 avqust 2019-cu il tarixdə qanuni yolla Astara SNBM-dən Azərbaycan sərhədini keçərək İrana getmiş, həmin tarixdə də eyni qaydada geri qayıtmışdır. (cild 01, iş vər. 180-181) Göründüyü kimi Təqsirləndirilən şəxs7 Azərbaycan Respublikası sərhədlərini keçməsi barədə ümumiyyətlə məlumat olmamaqla, Təqsirləndirilən şəxs2 ölkə hüdudlarını sonuncu dəfə tərk etməsi 07 fevral 2018-ci il tarixə təsadüf etməklə, Gürcüstan Respublikasına olmuş, Təqsirləndirilən şəxs1 isə 20 avqust 2019-cu il tarixdə qanuni yolla Astara SNBMdən Azərbaycan sərhədini keçərək İrana getmiş, həmin tarixdə də eyni qaydada geri qayıtmış, yəni hazırki iş üzrə qaçaqmalçılıq cinayətinin törədilməsinə görə məhkum edilmiş şəxslərin hər üçü cinayət hadisəsinin baş verdiyi müddətdə Azərbaycan Respublikasının hüdudları daxilində olmuşlar. Məhkəmə kollegiyası hazırki iş üzrə qeyd edilən qaçaqmalçılıq cinayətinin 22-23 avqust 2019-cu il tarixdə törədilmiş olması faktını yuxarıda qeyd edilən sərhədkeçmə məlumatları ilə qarşılıqlı tədqiq edərək qeyd edir ki, ittihamda qeyd edilən qaçaqmalçılıq cinayətinin birbaşa icra olunmasında nə Təqsirləndirilən şəxs7, nə Təqsirləndirilən şəxs1, nə də ki Təqsirləndirilən şəxs2 iştirak etməsi qeyri-mümkün olmuşdur. Məhkəmə kollegiyası qeyd edilən şəxslərin əməllərinin tədqiqi ilə bağlı həmçinin qeyd edir ki, yuxarıda göstərilən Plenum qərarında qabaqcadan əlbir olan bir qrup şəxs halında qaçaqmalçılıq cinayətinin obyektiv cəhətini təşkil edən hərəkətlərin törədilməsi halı ilə yanaşı, cinayətin obyektiv cəhətinin qabaqcadan razılaşmış qrup tərkibində bir şəxs tərəfindən icra edildiyi, qrupun digər üzvü (üzvləri) tərəfindən isə bir sıra digər hərəkətlərin edildiyi halda da təqsirkarların hamısının əməllərinin CM-nin 206.3.2-ci maddəsi ilə tövsif edilməsi halları aşağıdakılar kimi sadalanmışdır:

1. qaçaqmalçılığın törədilməsi barədə qabaqcadan razılaşmış şəxslərdən biri (bir neçəsi) bu cinayətin bilavasitə icrası ilə bağlı əlverişli şəraitin yaradılması istiqamətində müəyyən hərəkətlər etdikdə (məsələn, qaçaqmalçılığın predmeti olan mal və ya digər əşyaları gömrük sərhədinədək müşayiət etdikdə,

2. malların və ya digər əşyaların gömrük sərhədindən qanunsuz, o cümlədən gizli keçirilməsinin təmin edilməsi məqsədilə bilavasitə icraçını xüsusi avadanlıqla və ya nəqliyyat vasitələri ilə təmin etdikdə,

3. gömrük nəzarətindən kənar yerlərdə gömrük sərhədini maneəsiz keçmək üçün şərait yaratdıqda,

4. qeyd olunan əşyaların bilavasitə keçirildiyi yerlərdə onları qəbul etdikdə və sair, Məhkəmə kollegiyası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsi ilə məhkum edilmiş şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs7 və Təqsirləndirilən şəxs2 əməllərinə, sonuncuların hərəkətlərini yuxarıda sadalanan şərtlər kontekstindən yanaşmaqla tədqiq edərək hesab edir ki, cinayətin obyektiv cəhətinin şəxsiyyəti istintaqa məlum olmayan şəxs tərəfindən törədilməsinin mübahisəsiz şəkildə müəyyən edildiyi şəraitdə, qeyd edilən şəxslərin hərəkətlərində onların da Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsi ilə təqsirli bilinməsini şərtləndirən yuxarıda sadalanan və ya o qəbildən hallar olmamışdır. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, hazırki cinayət işi üzrə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs7 qabaqcadan əlbir olan bir qrup şəxs tərkibində qaçaqmalçılıq cinayətinin nə obyektiv cəhətini icra etmələri, nə də onların birgə icraçı qismində çıxış etmələri üçün zəruri olan hərəkətləri törətmələri sübuta yetirilməmişdir. Bundan başqa qeyd olunmalıdır ki, sözügedən Plenum qərarında həmçinin göstərilmişdir ki, qaçaqmalçılıq cinayətinin törədilməsində iştirak edən şəxslərdən yalnız biri (bir neçəsi) malları və ya digər əşyaları Azərbaycan Respublikasının gömrük sərhədindən qeyri-qanuni üsullarla bilavasitə keçirdikdə və ya qaçaqmalçılığın bilavasitə icrası ilə bağlı əlverişli şəraitin yaradılması üçün başqa hərəkətlər etdikdə, digəri (digərləri) isə bu əməllərin törədilməsini təşkil etdikdə və ya həmin əməllərin törədilməsinə icraçını təhrik etdikdə, yaxud da CM-nin 32.5-ci maddəsində nəzərdə tutulmuş hərəkətləri etməklə cinayətin törədilməsinə köməklik göstərdikdə, icraçının (icraçıların) əməlləri qaçaqmalçılıq predmetinin mənsubiyyətindən və başqa tövsifedici əlamətlərdən asılı olaraq CM-nin 206.1 və ya 206.2, yaxud 206.3.1, 206.3.2 və ya 206.3.3-cü maddələri ilə, digər iştirakçıların əməlləri isə (onların eyni vaxtda birgə icraçı kimi cinayətin törədilməsində iştirak etdikləri hallar istisna olunmaqla) iştirakçılığın növündən asılı olaraq CM-nin 32.3, 32.4 və ya 32.5-ci maddələrinə istinad edilməklə icraçının (icraçıların) əməllərinə uyğun olaraq CM-nin 206.1, 206.2, 206.3.1, 206.3.2 və ya 206.3.3-cü maddələri ilə tövsif edilir. Məhkəmə kollegiyası da hazırki mərhələdə həm Təqsirləndirilən şəxs7, həm də Təqsirləndirilən şəxs1 qaçaqmalçılıq cinayətinin icrası ilə bağlı hərəkətlərinin xarakterizə edilməsinə münasibətdə qeyd edir ki, Təqsirləndirilən şəxs7 və Təqsirləndirilən şəxs1 ifadələrindən, eyni zamanda sonuncular arasında baş tutmuş telefon danışıqlarından müəyyən edildiyi kimi hər iki şəxs əldə etməyi arzuladıqları narkotik vasitənin qaçaqmalçılıq yolu ilə Azərbaycan Respublikasına keçiriləcəyindən əvvəlcədən xəbərdar olmuşlar. Təqsirləndirilən şəxs7 narkotik vasitənin əldə olunması üçün müəyyən pul məbləğini təşkil edib, Təqsirləndirilən şəxs1 verməklə faktiki olaraq qaçaqmalçılıq yolu ilə keçiriləcək narkotik vasitəni əldə etmə iradəsini, Təqsirləndirilən şəxs1 də özlüyündə həmin narkotik vasitənin qaçaqmalçılıq yolu ilə ölkəyə gətirilməsini tapşıran Səccad adlı şəxslə əlaqəyə keçərək digər şəxs tərəfindən narkotik vasitə qaçaqmalçılıqla Azərbaycan Respublikasına keçirildikdən sonra həmin vasitəni götürəcəyini ona qabaqcadan vəd etmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5-ci maddəsinə əsasən cinayətin törədilməsinə məsləhətləri, göstərişləri və məlumatları ilə, cinayət törədilməsi üçün alət və ya vasitələr vermək və ya maneələri aradan qaldırmaqla yardım etmiş şəxs, habelə cinayət törətmiş şəxsi, cinayət alətlərini və ya vasitələrini, cinayətin izlərini, yaxud cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini və ya digər əmlakı gizlətməyi, belə pul vəsaitlərini və ya digər əmlakı əldə etməyi, onlara sahiblik və ya onlardan istifadə etməyi, yaxud sərəncam verməyi qabaqcadan vəd etmiş şəxs köməkçi sayılır. Məhkəmə kollegiyası hesab edir ki, göstərilən əməlləri ilə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs7 22-23 avqust 2019-cu il tarixdə şəxsiyyəti istintaqa məlum olmayan şəxs tərəfindən külli miqdarda narkotik vasitələrin qaçaqmalçılıq yolu ilə, yəni Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar keçirilməsinə kömək etmişlər. Bu səbəbdən məhkəmə kollegiyası məhkum edilmiş şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs7 müdafiəçiləri tərəfindən verilmiş, sonunculara Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsi ilə bəraət verilməli olmasına dair hissədə apellyasiya şikayətlərinin dəlilləri ilə razılaşmır. Belə ki, adı çəkilən Plenum qərarında şəxsin qaçaqmalçılıq cinayətini törətməsinə görə məsuliyyəti istisna olunduğu hal olaraq, həmin şəxsin bu cinayətin törədilməsində iştirakının müəyyən edilməməsi halı ilə yanaşı, zəruri amil kimi həmçinin şəxsin mal və ya digər əşyalar qaçaqmalçılıq yolu ilə gömrük sərhədindən keçirildikdən sonra bu barədə məlumat alaraq onları qəbul etmiş olması ilə şərtləndirilmişdir. Lakin yuxarıda sadalanan halların məcmusu, yəni Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs7 qaçaqmalçılıq cinayətinin məhz onların köməkçiliyi ilə törədiləcəyindən xəbərdar olduqlarının, sonuncuların bu kimi iradələrini müxtəlif formada ifadə etməklə, bu iradələrinin cinayətin icraçısına tapşırıq verən şəxsə çatdırılmasının müəyyən edilməsi və yekunda da qaçaqmalçılıq cinayətinin törədilməsi nəticəsində ölkəyə gətirilmiş narkotik vasitənin əldə edilmiş olması Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenum qərarında məsuliyyəti istisna edən halların mövcud olmadığının sübutudur. Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli Qərarında vurğulamışdır ki, hər bir cinayət, habelə onun törədilməsinə görə cinayət məsuliyyəti qanunda dəqiq müəyyən olunmalıdır. Hər kəs müvafiq normanın məzmunundan çıxış edərək öz hərəkətlərinin (hərəkətsizliyinin) cinayət hüquqi nəticələrini qabaqcadan görmək imkanına malik olmalıdır. Hüquq normalarının dəqiq, aydın, birmənalı və müəyyən olması, hüquqtənzimetmə sistemində onların bir-birinə uyğunluğu tələbi konstitusion prinsiplərdən irəli gəlir. Əks təqdirdə, vətəndaşların hüquq və azadlıqlarının, qanuni mənafelərinin müdafiəsinin dövlət təminatını zəiflədən ziddiyyətli hüquqtətbiqetmə təcrübəsi yaranar. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011ci il tarixli qərarına əsasən cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə müvafiq prosessual sənəddə öz əksini tapan və cinayəthüquqi nəticələrə səbəb olan əmələ verilən hüquqi qiymətdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 399.1.2-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması birinci instansiya məhkəməsinin hökm və ya qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardan biridir. Həmin Məcəllənin 401.2.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsi onun tərəfindən məhkəmə iclasında tədqiq edilmiş və özünün gəldiyi nəticələrin düzgünlüyünə əhəmiyyətli təsir göstərən sübutları nəzərə almadıqda məhkəmənin gəldiyi nəticələr işin faktiki hallarına uyğun olmayan hesab edilir. Adıçəkilən Məcəllənin 405.1.2-ci maddəsinə görə cinayətin tövsifini dəyişdirdiyi və az ağır cinayət qanunvericiliyinin tətbiq etdiyi hallarda apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hökmünü dəyişir. Belə olan halda məhkəmə kollegiyası, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxslərin və şahidlərin ifadələrinin, istintaq hərəkətlərinin protokollarının və digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxslərin təqsiri və cinayət əməlinin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs7 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsi ilə təqsirli bilindikləri əməlləri həmin Məcəllənin 32.5, 206.2-ci maddəsinə tövsif edilməli və onlar bu maddə ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək həmin maddənin sanksiyası həddində cəzalandırılmalı, həmçinin təqsirli bilindikləri digər cinayət əməlləri üzrə təyin edilmiş cəzalarla qismən toplanmaqla onların üzərində qəti cəzanın həddi müəyyənləşdirilməlidir. Məhkəmə kollegiyası məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs1 müdafiəçisi və Təqsirləndirilən şəxs7 müdafiəçisi Müdafiəçi1, məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs5 tərəfindən verilmiş apellyasiya şikayətləri və dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protestində mübahisələndirilən məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs6 təyin edilmiş cəzalar və onların həddinə münasibətdə aşağıdakıları qeyd edir. Belə ki, Təqsirləndirilən şəxs1 təyin edilmiş cəza ilə bağlı qeyd edilməlidir ki, müdafiəçi apellyasiya şikayətində yalnız Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsi ilə təqsirli bilinməsi hissəsində mübahisələndirmiş, apellyasiya şikayətinin sonunda Təqsirləndirilən şəxs1 təqsirli bilindiyi digər maddələrlə sanksiyanın aşağı həddində cəza təyin edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsinin hökmündən göründüyü kimi, cəza təyini məsələsi müzakirə edilərkən Təqsirləndirilən şəxs1 ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini, yaşadığı yer üzrə müsbət xarakterizə edilməsini, törətdiyi cinayət əməllərini mahiyyət etibarı ilə etiraf edib peşman olmasını və eləcə də 50-dən çox yaşının olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hal kimi nəzərə almış, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən isə Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 204.1-ci maddəsində göstərilmiş cinayəti qabaqcadan əlbir olan bir qrup şəxs halında törətməsini onun cəzasını ağırlaşdıran hal kimi nəzərə almışdır . Məhkəmə kollegiyası Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 204.1, 234.4.1 və 234.4.3-cü maddələri ilə təyin edilmiş qanuni və ədalətli cəzanın yüngülləşdirilməsi üçün əlavə bir əsas müəyyən etmədiyindən apellyasiya şikayətini hazırki hissədə əsassız hesab edir. Təqsirləndirilən şəxs7 təyin edilmiş cəzanı mübahisələndirən müdafiəçisi Müdafiəçi1 isə faktiki olaraq birinci instansiya məhkəməsi tərəfindən məhkum edilmiş şəxsə cəza təyin edilərkən müəyyən edilərkən cəzanı yüngülləşdirən hallar eynilə təkrarlanmış və heç bir əlavə hal qeyd edilmədən sadəcə olaraq cəzanı yüngülləşdirən halların kifayət qədər nəzərə alınmadığını qeyd etmişdir. Belə ki, birinci instansiya məhkəməsinin hökmündən göründüyü kimi, məhkəmə tərəfindən Təqsirləndirilən şəxs7un ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini, yaşadığı yer üzrə müsbət xarakterizə edilməsini, törətdiyi cinayət əməllərini mahiyyət etibarı ilə etiraf edib, peşman olduğunu bildirməsini və oğulları X10 və X6 “44 günlük Vətən Müharibəsində” iştirak etməsini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzərə almış, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs7 cəzasını ağırlaşdıran hal isə müəyyən etməmişdir. Məhkəmə kollegiyası hazırki apellyasiya baxışı zamanı Təqsirləndirilən şəxs7 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təyin edilmiş qanuni və ədalətli cəzanın yüngülləşdirilməsi üçün əlavə bir əsas müəyyən etmədiyindən hesab edir ki, müdafiəçinin apellyasiya şikayəti bu hissədə əsassızdır. Digər məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs5 da özünün verdiyi apellyasiya şikayətində himayəsində iki azyaşlı uşağının və xəstə atasının olduğunu qeyd etməklə ona təyin edilmiş cəzanın yüngülləşdirilməsini xahiş etsə də, birinci instansiya məhkəməsinin hökmündən göründüyü kimi məhkəmə Təqsirləndirilən şəxs5un əvvəllər məhkum olunmaması, yaşadığı yer üzrə müsbət xarakterizə edilməsini və himayəsində iki azyaşlı uşağının olması Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hal kimi nəzərə almış, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs5 cəzasını ağırlaşdıran hal isə müəyyən etməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs5 təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 234.4.3-cü maddələri ilə təyin edilmiş cəzanın həddi və növü cəzanın təyin etmənin ümumi əsasları və cəza təyin edilərkən nəzərə alınmalı hallar baxımından qanunidir və cəzanın məqsədlərinə nail olmaq üçün ədalətli həddədir. Bu səbəbdən Təqsirləndirilən şəxs5 apellyasiya şikayəti əsassız hesab edilməklə təmin edilməməlidir. Bununla yanaşı məhkəmə kollegiyası qeyd edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs7 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsi ilə təqsirli bilindikləri əməlləri həmin Məcəllənin 32.5, 206.2-ci maddəsinə tövsif edildiyindən, göstərilən bu hal hər iki məhkum edilmiş şəxsə cinayətlərin məcmusu üzrə təyin ediləcək yekun cəza həddinin yüngülləşdirilməsinə əsas olmalıdır. Dövlət ittihamçısının apellyasiya protestində qeyd olunan dəlillərə gəldikdə məhkəmə kollegiyası qeyd edir ki, təyin edilmiş cəzanın ağırlaşdırılması xahiş olunan ilk məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs4 olmaqla, birinci instansiya məhkəməsi tərəfindən sonuncuya münasibətdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən yaşadığı yer üzrə müsbət xarakterizə olunması, törətdiyi cinayət əməllərini mahiyyət etibarı ilə etiraf edib, peşman olduğunu bildirməsi və 50-dən çox yaşının olması onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alınmış, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs4 oğlunun cəzasını ağırlaşdıran hal isə müəyyən edilməmişdir. Dövlət ittihamçısı öz apellyasiya protestində birinci instansiya məhkəməsinin Təqsirləndirilən şəxs4 yaşadığı yer üzrə müsbət xarakterizə edilməsini və yaşının 50-dən çox olmasını əsassız olaraq yüngülləşdirici hal kimi nəzərə almasını, Təqsirləndirilən şəxs4 58 yaşında olmasında hansı xüsusi əlamətlərin olması, bunun hansı cəhətlərinə görə həmin şəxsə başqa yaşda olanlara münasibətdə üstünlük verməsi və məsuliyyətini yüngülləşdirməsinin hökmdən aydın olmamasını, yaş əlamətinə görə bu formada şəxslər arasında diskriminasiyaya yol verməyin cinayət qanununun 6-cı maddəsində təsbit olunan qanun qarşısında bərabərlik prinsipinə də zidd olmasını qeyd etmişdir. Məhkəmə kollegiyası dövlət ittihamçısının apellyasiya protestinə münasibətdə ilk növbədə qeyd edir ki, qanun qarşısında bərabərlik prinsipindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 6-cı maddəsi özlüyündə cinayət törətmiş şəxslər qanun qarşısında bərabərliklərindən bəhs etməklə, mahiyyət etibarı ilə irqindən, milliyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, siyasi partiyalara, həmkarlar ittifaqlarına və digər ictimai birliklərə mənsubiyyətindən və digər hallardan asılı olmayaraq cinayət törətmiş şəxslərin cinayət məsuliyyətinə cəlb olunduqlarını özündə ehtiva edir ki, birinci instansiya məhkəməsi tərəfindən bu prinsipin pozulması yalnız o halda ola bilərdi ki, məhkəmə tərəfindən Təqsirləndirilən şəxs4 58 yaşında olması halı onun məsuliyyətdən azad olunması əsası olaraq qəbul edilərdi. Lakin hökmdən göründüyü kimi belə bir pozuntuya məhkəmə tərəfindən yol verilməməklə, əksinə cinayət qanunun bir sıra normalarında yetkinlik yaşına çatmayan şəxslərə münasibətdə müvafiq cəza növlərinin yuxarı həddi müəyyən edilməklə, eyni zamanda 65 yaşına çatmış şəxslərə münasibətdə ömürlük azadlıqdan məhrumetmə cəzasının təyin edilməsinin yol verilməz olması təsbit edilməklə, qanunvericinin özü tərəfindən bu kimi xüsusi hallar müəyyən edilməklə humanizm prinsipinin prizmasından çıxış edilmişdir. Birinci instansiya məhkəməsinin hökmündə qeyd edilən bu cəzanı yüngülləşdirən hal da özlüyündə humanizm prinsipinin tələblərinə tam riayət etməklə, eyni zamanda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsində təsbit edilmiş “Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirinin nəzərə alınması” qaydasına da tam olaraq uyğundur. Təqsirləndirilən şəxs4 yaşayış yeri üzrə müsbət xarakterizə edilməsi kimi cəzanı yüngülləşdirən halın birinci instansiya məhkəməsi tərəfindən nəzərə alınmasına münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarında olan, eyni zamanda birinci instansiya məhkəməsinin hökmündən göründüyü kimi Şirvan şəhər İcra başçısının 1 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 23 sentyabr 2019-cu il tarixli arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs4 barəsində Şirvan şəhər İcra Hakimiyyəti Başçısının 1 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinə yazılı və ya şifahi olaraq heç bir şikayət daxil olmamışdır. Ailə tərkibi həyat yoldaşı X8 və 1988-ci il təvəllüdlü X1 ibarətdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəza təyin edilərkən Məcəllənin 59.1.1—59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Göründüyü kimi birinci instansiya məhkəməsi tərəfindən cəzanı yüngülləşdirən hal kimi müəyyən edilmiş halın istinad olunduğu müvafiq arayış və xasiyyətnamə hökmdə sadalanmışdır ki, Təqsirləndirilən şəxs4 yaşadığı yer üzrə İcra Hakimiyyəti Başçısının Ərazi Dairəsi üzrə Nümayəndəliyinə yazılı və ya şifahi olaraq heç bir şikayət daxil olmadığı yüngülləşdirici halın həqiqiliyinə dəlalət edir. Məhkəmə kollegiyası Təqsirləndirilən şəxs4 təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinin sanksiyasında beş ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə cəzasının təsbit edildiyini, cəzanın təyin etmənin ümumi əsaslarını özündə əks etdirən Azərbaycan Respublikası CM-nin 8, 41.2 və 58.3-cü maddəsinin tələbləri, Təqsirləndirilən şəxs4 tərəfindən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri, yuxarıda sadalanan cəzanı yüngülləşdirən halları və ağırlaşdıran halların olmamasını qarşılıqlı şəkildə bir daha və apellyasiya protestinin dəlillərinə münasibətdə tədqiq etməklə hesab edir ki, hazırki iş üzrə birinci instansiya məhkəməsi tərəfindən Təqsirləndirilən şəxs4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təyin edilmiş 06 il müddətinə azadlıqdan məhrumetmə cəzasının həddi cəzanın təyin etmənin ümumi əsasları və cəza təyin edilərkən nəzərə alınmalı hallar baxımından qanunidir və cəzanın məqsədlərinə nail olmaq üçün ədalətli həddədir. Bu səbəbdən dövlət ittihamçısının bu hissədə apellyasiya protesti əsassız hesab edilməklə təmin edilməməlidir. Dövlət ittihamçısı tərəfindən apellyasiya protestində mübahisələndirilən digər bir məsələ Təqsirləndirilən şəxs6 birinci instansiya məhkəməsi tərəfindən əsassız olaraq təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə yüngül növdə və həddə, yəni 02 (iki) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edildiyidir. Məhkəmə kollegiyası məhkum edilmiş Təqsirləndirilən şəxs6 təyin edilən cəza məsələsinə münasibətdə apellyasiya protestinin dəlillərini və hazırki iş üzrə müəyyən edilmiş halları nəzərə alaraq qeyd edir ki, apellyasiya protesti qismən təmin edilərək Bakı Ağır Cinayətlər Məhkəməsinin 25 iyun 2021-ci il tarixli hökmü məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs6 təyin edilmiş cəzanın növü və həddi hissəsində dəyişdirilməlidir. Belə ki, birinci instansiya məhkəməsi cəza təyin edərkən Azərbaycan Respublikası CM-in 8.1, 41.2 və 58.3-cü maddələrinin müddəalarını nəzərə alaraq, məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs6 ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini, törətdiyi cinayət əməlini etiraf edib, peşman olmasını və yaşadığı yer üzrə müsbət xarakterizə edilməsini nəzərə alaraq ona CM-in müvafiq maddəsi ilə 02 (iki) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması növündə cəza təyin etmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs6 təqsirli bilindiyi cinayət əməli üzrə maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin edən zaman törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsi ilə yanaşı, cinayətin xarakteri və törədilmə halını nəzərə almamış və sonuncuya islah edilməsi və cəzanın məqsədlərinə nail olunması yetərli hesab edilməyən həddə cəza təyin etmişdir. Halbuki "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli qərarında məhkəmələrə baş vermiş cinayətin ictimai təhlükəlilik dərəcəsi və xarakteri, təqsirkarın şəxsiyyəti və işin halları, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmaqla cəzanın təyin olunmmasını fərdi yanaşmaq haqqında qanunun tələblərinə dönmədən əməl edilməsini, həmçinin məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları aydınlaşdırmağa borclu olmaqla, təqsirkara cəza təyin edilərkən nəzərə alınmasının hökmdə göstərilməsi tövsiyə edilmişdir. Birinci instansiya məhkəməsinin hökmündən görünür ki, Təqsirləndirilən şəxs6 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində ona görə təqsirli bilinmişdir ki, o, əmisi Təqsirləndirilən şəxs4 narkotik vasitələrin istifadəçisi olduğundan və narkomaniya xəstəliyindən əziyyət çəkdiyi üçün ondan Şirvan şəhər sakini, narkotik vasitələrin alqı-satqısı ilə məşğul olan Təqsirləndirilən şəxs5 tanıdığını soruşmuş, müsbət cavab aldıqdan sonra tanımadığı üçün Təqsirləndirilən şəxs5 onun öz istifadəsi üçün narkotik vasitə olan heroin almasını xahiş etmiş, Təqsirləndirilən şəxs6 onunla birlikdə Şirvan şəhərində taksi fəaliyyəti ilə məşğul olan Təqsirləndirilən şəxs5la görüşmüş əmisi Təqsirləndirilən şəxs4 ağrıları olduğu üçün ona narkotik vasitə olan heroin lazım olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs5 Təqsirləndirilən şəxs4 üçün narkotik vasitə olan heroinin tapılmasının problem olmadığını Səyavuşa bildirmiş və həmin gün axşam saatlarında istintaqa məlum olmayan mənbədən əldə edərək yaşadığı ünvanda gizlətdiyi 20 qram heroini 500 (beş yüz) manat müqabilində Təqsirləndirilən şəxs4 çatdırılması üçün Təqsirləndirilən şəxs6 sonuncuların evlərinin qarşısında vermiş, Təqsirləndirilən şəxs6 satış məqsədi olmadan qəsdən qanunsuz olaraq əldə etdiyi heroini qanunsuz daşıyaraq əmisi Təqsirləndirilən şəxs4 çatdırmışdır. 09 sentyabr 2019-cu il tarixdə DTX əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs4 yaşadığı ünvan 3 ünvanında keçirilmiş axtarış zamanı evin yataq otağından 2019-cu ilin avqust ayının təxminən ortalarında Təqsirləndirilən şəxs5 qanunsuz olaraq əldə etdiyi narkotik vasitə 20 qram heroinin tərkib hissəsi olan külli miqdarda, yəni çəkisi 4.25 qram təşkil edən narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Qeyd edilənlərdən göründüyü kimi Təqsirləndirilən şəxs6 hüquqi tövsif baxımından Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə əhatə olunan cinayət əməlini törətmiş olmasına baxmayaraq, iş materiallarından müəyyən edilir ki, Təqsirləndirilən şəxs6 Təqsirləndirilən şəxs5 əldə etdiyi narkotik vasitə şəxsi istehlak miqdarından artıq miqdarda olmaqla yanaşı, həmçinin külli miqdarda olmuş, həmçinin Təqsirləndirilən şəxs6 əldə etdiyi həmin narkotik vasitəni yekunda özü istifadə etməyərək, həmin narkotik vasitəni əmisi Təqsirləndirilən şəxs4 vermiş və sonuncu da sonradan həmin narkotik vasitənin satışını həyata keçirərək daha ictimai təhlükəli cinayəti törətməsi ilə nəticələnmişdir. Məhkəmə kollegiyası qeyd edilənlərə əsasən hazırki iş üzrə Təqsirləndirilən şəxs6 törətmiş olduğu cinayət əməlinin, şəxsi istifadəsi üçün narkotik vasitə əldə edən şəxslərin yekunda özlərinin istifadə etməsi ilə nəticələnən cinayət əməllərinə (klassik 234.1) nisbətən daha ictimai təhlükəli xarakter daşıdığı qənaətinə gəlir və təyin edilmiş cəzanın məhkumun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs6 təyin edilmiş cəzanın həddi ilə sonuncunun islah edilməsi və cəzanın məqsədlərinə nail olunması mümkün olmadığından, dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protesti bu hissədə təmin edilməli, Təqsirləndirilən şəxs6 təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təyin edilmiş 02 (iki) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasının növü ağırlaşdırılmaqla dəyişdirilməli, Təqsirləndirilən şəxs6 01 il 06 ay müddətinə azadlıqdan həddində azadlıqdan məhrumetmə növündə cəza təyin edilməlidir. Bundan əlavə məhkəmə kollegiyası qeyd edir ki, “8 Noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarının 4-cü bəndinə əsasən Bu Qərarın 1-ci və 2-ci hissələrində nəzərdə tutulan şəxslərdən başqa, 3 ildən artıq olmayan müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxslərin cəzalarının bu Qərar qüvvəyə mindiyi günədək çəkilməmiş hissəsi 6 aydan artıq olduqda, çəkilməmiş cəza 6 ay azaldılmalıdır (bu Qərarın 10-cu hissəsində nəzərdə tutulmuş məhdudiyyətlər nəzərə alınmaqla). Həmin qərarın 9.2.3-cü bəndinə əsasən bu Qərar qüvvəyə mindiyi günədək çıxarılaraq amnistiyanın tətbiq edildiyi günədək apellyasiya qaydasında mübahisələndirilməyən qanuni qüvvəyə minməmiş hökmlər üzrə bu Qərarın 4-cü və 5-ci hissələrində nəzərdə tutulmuş şəxslərin cəzalarını azaldır (bu Qərarın 10-cu hissəsində nəzərdə tutulmuş məhdudiyyətlər nəzərə alınmaqla); Həmin qərarın 9.3-cü bəndinə əsasən icraatlarında olan apellyasiya və ya kassasiya şikayətləri (protestləri) üzrə işlərə baxarkən bu Qərarın 9.1-ci və 9.2-ci bəndlərinin müddəalarına müvafiq olaraq amnistiya tətbiq edir Göründüyü kimi Təqsirləndirilən şəxs6 birinci instansiya məhkəməsinin hökmü ilə 02 (iki) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsə də, apellyasiya instansiya məhkəməsi həmin cəzanın növünü və həddini ağırlaşdırmaqla 01 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi qənaətinə gəlir ki, belə olduğu təqdirdə Təqsirləndirilən şəxs6 təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının 3 ildən artıq olmayan müddətə olmasını, cəzasının çəkilməmiş müddətinin 06 aydan çox olmasını nəzərə alan məhkəmə kollegiyası, yuxarıda qeyd edilən Amnistiya aktının 4-cü bəndini məhkum edilmiş şəxs münasibətdə də tətbiq olunmasını əsaslı sayır. Azərbaycan Respublikası CPM-nin 399.1.5-ci maddəsinə əsasən təyin edilmiş cəzanın cinayətin ağırlığına və ya məhkumun şəxsiyyətinə uyğun olmaması birinci instansiya məhkəməsinin hökmünün dəyişdirilməsi əsaslarından biridir. Həmin Məcəllənin 405.1.4-cü maddəsinə əsasən hökmün dəyişdirilməsi ittihamın həcmini və məhkumun əməllərinin hüquqi tövsifini dəyişdirmədiyi, lakin birinci instansiya məhkəməsi tərəfindən ona təyin edilmiş cəzanı ağırlaşdırdığı digər hallarda Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hökmünü dəyişdirir. Həmçinin qeyd olunmalıdır ki, məhkəmə kollegiyası tərəfindən birinci instansiya məhkəməsinin maddi və prosessual qanunvericiliyin normalarının tətbiqi ilə bağlı digər pozuntulara yol verməsi halları müəyyən edilməmişdir. Göstərilənləri nəzərə alaraq məhkəmə kollegiyası belə qənaətə gəlir ki, məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs7 müdafiəçisi Müdafiəçi1 və məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs1 müdafiəçisi Müdafiəçi4 verilmiş apellyasiya şikayətləri qismən təmin edilməli, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs7 əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsindən həmin Məcəllənin 32.5, 206.2-ci maddəsinə tövsif edilməli, məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs5 apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, Dövlət ittihamçısı1 tərəfindən verilmiş apellyasiya protesti qismən təmin edilməli və Təqsirləndirilən şəxs6 təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə cəza təyini hissəsində, ona təyin edilmiş azadlığın məhdudlaşdırılması növündə cəzaya münasibətdə daha ağır cəza olan azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi ilə dəyişdirilməlidir. Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyası şərh olunanları və Azərbaycan Respublikası CPM-in 397.1, 397.2, 399.1.2, 399.1.5, 401.2.2, 405.1.2, 405.1.4 və 410-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Dövlət ittihamçısı1 tərəfindən verilmiş apellyasiya protesti, həmçinin məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs7 müdafiəçisi Müdafiəçi1 və məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs1 müdafiəçisi Müdafiəçi4 tərəfindən verilmiş apellyasiya şikayətləri qismən təmin edilsin. Məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs5 tərəfindən verilmiş apellyasiya şikayəti əsasız olduğundan təmin edilməsin. Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-138/2021 saylı, 25 iyun 2021-ci il tarixli hökmü Dövlət ittihamçısı1 tərəfindən verilmiş apellyasiya protestinə, həmçinin məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs7 müdafiəçisi Müdafiəçi1 və məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs1 müdafiəçisi Müdafiəçi4 tərəfindən verilmiş apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilsin. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2, maddəsi ilə ittiham olunduğu əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5, 206.2-ci maddəsinə tövsif edilsin. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5, 206.2-ci maddəsi ilə 04 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 66.3-cü maddəsinə əsasən həmin cəza Təqsirləndirilən şəxs1 Bakı Ağır Cinayətlər Məhkəməsinin 25 iyun 2021-ci il tarixli hökmü ilə təyin edilmiş Azərbaycan Respublikası Cinayət Məcəlləsi 204.1-ci maddəsi ilə 06 il müddətinə, Azərbaycan Respublikası Cinayət Məcəlləsi 234.4.1 və 234.4.3-cü maddələri ilə 08 il müddətinə azadlıqdan məhrum etmə cəzaları ilə qismən toplanılsın, onun üzərində qəti olaraq 09 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs7 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2, maddəsi ilə ittiham olunduğu əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5, 206.2-ci maddəsinə tövsif edilsin. Təqsirləndirilən şəxs7 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5, 206.2-ci maddəsi ilə 04 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 66.3-cü maddəsinə əsasən həmin cəza Təqsirləndirilən şəxs7 Bakı Ağır Cinayətlər Məhkəməsinin 25 iyun 2021-ci il tarixli hökmü ilə təyin edilmiş Azərbaycan Respublikası Cinayət Məcəlləsi 234.4.1 və 234.4.3-cü maddələri ilə 07 il müddətinə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanılsın, onun üzərində qəti olaraq 07 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs6 həmin hökmə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təyin edilmiş 02 il 06 ay müddətə azadlığın məhdudlaşdırılması cəzası 01 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilsin. “8 Noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarının 4, 9.2 və 9.3-cü bəndləri tətbiq olunsun və Təqsirləndirilən şəxs6 təyin edilmiş 01 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzası 06 ay azaldılmaqla, üzərində qəti olaraq 01 il müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs6 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilsin, barəsində “həbs” qismində qətimkan tədbiri seçilsin və o, məhkəmə iclas zalından dərhal həbs edilsin və onun cəzaçəkmə müəssisəsinə göndərilənədək həbsdə saxlanılması Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasına həvalə edilsin. Təqsirləndirilən şəxs6 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzasının əvvəli qərar elan edildiyi gündən, yəni 19 yanvar 2022-ci il tarixdən hesablansın. Hökm qalan hissələrdə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 408-412 maddəsində nəzərdə tutulmuş müddətdə Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər.

Sədrlik edən: Rəşad Abdulov

Hakimlər: Qədim Babayev

Əli Seyfəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar