Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(103)-103/2021 16.03.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər - Faiq Adil oğlu Qasımovun sədrliyi və məruzəsilə, Elmar Eldar oğlu Rəhimov və Kamran Hüseyn oğlu Əkbərovdan ibarət tərkibdə, Məhkəmə iclas katibi – X1, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apelyasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X4, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs2 və onun müdafiəçisi X3 iştirakları ilə, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinib məhkum edilməsinə dair Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 1(009)-99/2020 saylı hökmündən Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbənin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protestinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 1(009)-99/2020 saylı hökmü ilə (hakim A.Zərərçəkmiş şəxs3) xx xxx 1984-cü ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, subay, ali təhsilli, əvvəllər məhkum olunmamış, Bakı şəhəri Səbail rayonu, ünvan 1 mənzil 34-də qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli qərarı ilə barəsində həbsliaxtarış elan edilməklə xx xxxxxx 2021-ci il tarixdən Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1,177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinib 3 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 xx xxxxxx 2019-cu il tarixdən xx xxxxxx 2020-ci il tarixədək həbsdə saxlanıldığı 07 (yeddi) ay 14 (on dörd) gün müddət nəzərə alınmaqla həmin müddət hökmlə təyin edilmiş cəza müddətindən çıxılmış və üzərində qəti olaraq 01 (bir) il 09 ay 02 (iki) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır. Hökmlə həmçinin Təqsirləndirilən şəxs1 da, Azərbaycan Respublikası CM-nin 177.2.1,177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinib 2 il 9 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Təqsirləndirilən şəxs2 ibtidai istintaq orqanı tərəfindən elan edilmiş ittihama və birinci instansiya məhkəməsinin hökmünə əsasən, o, özgənin əmlakını gizli olaraq talama məqsədilə xx xxxxxx 2019-cu il tarixdə saat 17:00 radələrində X2 yaşadığı Bakı şəhəri Yasamal rayonu, Ə.Ələkbərov küçəsi 528-ci məhəllə, ev “D”, mənzil 21 -in giriş qapısının açıq olmasından istifadə edərək yaşayış sahəsi hesab edilən mənzilə qanunsuz daxil olaraq mənzilin yataq otağında çarpayının üzərində olan Minəxanım Sərdarlıya məxsus üzərində 10,0 manat dəyərində “Bakcell” mobil opertoruna məxsus ***-***-**-** cin və 3,0 manat dəyərində “Azerfon” mobil operatoruna məxsus ***-***-**-** nar mobil nömrələri olan 350 manat dəyərində “Xiomi” markalı mobil telefon aparatını, həmin otaqda stulun üzərində olan və sonuncuya məxsus əl çantasından içərsində 600 manat nəğd pul vəsaiti, 10,0 manat manat dəyərində olan “Pasha Bank”a aid **********079327 nömrəli bank kartı, 10,0 manat dəyərində olan ”Bank of Baku”-ya aid “Bolkart” adlı **********804642 nömrəli bank kartı, 10,0 manat dəyərində “Bank of Baku”-ya aid “Briliant” adlı **********172850 nömrəli bank kartı olan 339 manat dəyərində İspaniya Respublikasında istehsal olunmuş “Alexandra Coleccion” markalı qadın pul kisəsini gizli olaraq talayaraq Minəxanım Sərdarlıya ümumilikdə 1332 manat dəyərində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs2 təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədilə tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olub bir qrup şəxs halında birləşib xx xxxxxx 2019-cu il tarixdə saat 21:00 radələrində Zərərçəkmiş şəxs1 yaşadığı Bakı şəhəri, Səbail rayonu, Salyan yolu, dalan 3, ev 6, mənzil 12-nin giriş qapısını əvvəlcədən əldə etdiyi həmin mənzilin giriş qapısına aid açarla açıb həmin mənzilə qanunsuz daxil olaraq mənzildən 1 dəst 1200 manat dəyərində üzərində markalanmasına dair heç bir məlumat olmayan, qolsuz, təbii xəz materialdan hazırlanmış gödəkcəni, 1 dəst 50 manat dəyərində yaşıl rəngli gödəkcəni və həmin gödəkcənin cibində olan həmin dövrün məzənnəsi ilə 1700 manat təşkil edən 1000 ABŞ dolları nəğd pul vəsaitini, 1 ədəd 50 manat dəyərində qolbaq və üzükdən ibarət olan bujiteriya dəstini, 1 dəst 200 manat dəyərində qadın paltarını, 1 dəst 30 manat dəyərində qadın şalvarını, 1 dəst 25 manat dəyərində kişi köynəyini, 1 ədəd 20 manat dəyərində kişi bel kəməri, 1 ədəd 80 manat dəyərində üstü qaşlı qadın əl çantasını, 1 dəst 15 manat dəyərində lasin formalı qadın şalvarını, 60 manat dəyərində müxtəlif qolbaq, üzük, klonlardan ibarət gümüş bujiteriyaları, 1 ədəd 200 manat dəyərində “FUA Spitenr” markalı su dispenserini, 1 ədəd 30 manat dəyərində “LG markalı” kompyuter monitorunu, 1 ədəd 200 manat dəyərində “Toshiba” markalı 24HV10E modelli 24 düyümlü televizoru, 1 ədəd 15 manat dəyərində “TPlink” markalı TD-W8151N modelli modemi, 1 ədəd 20 manat dəyərində “Airpod” qulaqcıqları gizli olaraq talayıb, zərərçəkmiş şəxs Könül Qafaraovaya ümumilikdə 3895 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Hökmdən narazı qalan Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbənin prokuroru, 1 dərəcəli hüquqşünas Dövlət ittihamçısı apelyasiya protesti verərək Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə məhkum olunmalarına dair Bakı şəhəri Səbail rayon məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli hökmü Təqsirləndirilən şəxs2 aid hissədə ona təqsirli bilindiyi maddələrin sanksiyası həddində azadlıqdan məhrum etmə cəzası təyin edilməklə yanaşı, cinayət qanununun norması düzgün tətbiq olunmaqla dəyişdirilməsini xahiş etmişdir. Apellyasiya protesti onunla əsaslandırılmışdır ki, dövlət ittihamçısı məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinib 2 il 6 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsini və cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsini təklif etmişdir. Məhkəmə Təqsirləndirilən şəxs2 cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla onun əvvəllər məhkum olunmamasını, əməlindən səmimi peşman olmasını, təqsirini boynuna almasını və cinayətin açılmasına kömək etməsini cəzanı yüngülləşdirən hallar kimi nəzərə almışdır. Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmamasının cəzanı yüngülləşdirən hal qismində nəzərə alınması barədə qeyd etmək lazımdır ki, şəxsin cinayət qanunu ilə qadağan olunmuş ictimai təhlükəli əməli törətməmək vəzifəsi konstitusion vəzifədir və bu vəzifə şəxslər üzərində cinayət əməllərinin törədilməsindən çəkinmək öhdəliyi yaradır. Şəxsin əməlində hansısa cəzanı ağırlaşdıran halın olmaması onun cəzasını yüngülləşdirən hal qismində nəzərə alına bilməz. Bu mənada məhkəmə şəxsin əvvəllər cinayət törətməyə görə məhkumluğunun olmamasını, yəni ictimai təhlükəli əməli törətməkdən və vətəndaşların hüquqlarına qəsd etməkdən çəkinməsini onun vəziyyətini və təyin olunan cəzanı yüngülləşdirən hal qismində nəzərə almaqda haqlı olmamışdır.. Təqsirləndirilən şəxs2 tırətdiyi bu kimi cinayətlər digər cinayətlərdən törədilməsi üsulu, xarakteri və ictimai təhlükəlilik dərəcəsinə görə fərqləndirilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs2 cəza təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini və təqsirkarın şəxsiyyətini nəzərə almayaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzası təyin etmişdir. Qeyd olunmalıdır ki, Təqsirləndirilən şəxs2 törətdiyi əməlin ictimai təhlükəliliyi onun həmin əməli yaşayış sahəsinə qanunsuz daxil olmaqla törətməsidir. Belə ki, oğurluq etmək məqsədi ilə qanunsuz olaraq mənzilə daxil olan şəxs qarşısına çıxa biləcək insanların həyatı üçün real təhlükəli olur və mənzilə daxil olmamışdan əvvəl bu təhlükəni dərk edərək şüurlu surətdə buna yol verməklə öz şəxsiyyətinin təhlükəliliyini nümayiş etdirmiş olur. Məhkəmə-istintaq təcrübəsindən məlum olduğu kimi bir çox hallarda evdə heç kimin olmadığını düşünərək yaşayış sahəsinə sadəcə oğurluq məqsədi ilə girən şəxslər qarşılarına çıxan ev sahiblərini ya öldürür, ya da onlara ağır xəsarətlər yetirir, yəni həmin hərəkətlər sonradan başqa cinayətin (talama və ya şəxsiyyət əleyhinə olan cinayətlərdən hər hansı biri) baş verməsi ilə nəticələnir. Qanunvericilik məhz bu səbəbdən “yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədildikdə” tövsifedici əlamətini sadə oğurluq əməlindən fərqləndirmişdir. Məhkəmə hökm çıxardarkən qeyd olunan halı nəzərə almadan təqsirləndirilən şəxsə yüngül cəza təyin etməkdə haqlı olmamışdır. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs2 xx xxxxxx 2019-cu il tarixdə CM-nin 177.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli bilindiyi üçün şübhəli şəxs qismində tutulmuş, xx xxxxxx 2019-cu il tarixdə həmin maddə ilə ona ittiham elan edilmiş və barəsində polisin nəzarəti gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanır. Göründüyü kimi, məhkəmə CM-nin 69.3-cü maddəsinin tələblərini pozaraq, Təqsirləndirilən şəxs2 şübhəli şəxs kimi saxlanıldığı xx xxxxxx 2019-cu il tarixdən xx xxxxxx 2019-cu il tarixədək olan 2 gün müddəti hazırkı iş üzrə cəza təyini zamanı nəzərə almayaraq qəti cəzadan çıxmamışdır. Beləliklə, məhkəmə məhkum Təqsirləndirilən şəxs2 barəsində yüngül cəza təyin etməklə yanaşı, cəza təyini zamanı cinayət qanunu normasını da düzgün tətbiq etməmişdir. Hökmdən cinayət-prossesual qanunvericiliyində nəzərdə tutulmuş qaydada təqsirləndirilən şəxslər və zərərçəkmiş şəxslər tərəfindən apellyasiya şikayətləri verilməmişdir. Məhkəmə kollegiyası cinayət işinin materiallarını öyrənib, apellyasiya protestinin dəlillərini müzakirə edib, ittiham və müdafiə tərəflərinin çıxışlarını dinləyərək hesab edir ki, aşağıda göstərilən əsaslara görə apellyasiya protesti təmin edilməli, birinci instanisya məhkəməsinin hökmü Təqsirləndirilən şəxs2 təyin edilmiş cəzaya dair hissədə dəyişdirilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 397-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs2 ona elan edilmiş ittihamlarda özünü təqsirli bilmişdir. Onun əməli səmimi etirafından başqa, iş üzrə dindirilmiş zərərçəkmiş şəxsin, şahidlərin ifadələri, eləcə də, birinci instansiya məhkəməsində tədqiq olunmuş digər mötəbər sübutlarda da öz əksini tapmış və bu hissə üzrə hökmün əsaslılığı apellyasiya protestində də mübahisələndirilmir. Apellyasiya protestinin dəlillərini müzakirə edən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs2 təqsirli bilindiyi cinayət əməlinə görə azadlığın məhdudlaşdırılması növündə cəza təyin etməklə düzgün olmayan nəticəyə gəlmişdir. Belə ki, Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Hazırki işin konkret hallarına gəldikdə isə məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs2 cəza təyin edərkən cinayət qanununun normalarına kifayət qədər əməl etməmiş, cəza tədbirinin seçilməsinə təsir göstərə bilən işin hallarını tam araşdırmamış, bu hallara, məhkumun şəxsiyyətinə, törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsini əks etdirən hallara düzgün qiymət verməmişdir. Belə ki, cəza təyini zamanı birinci instansiya məhkəməsi belə nəticəyə gəlmişdir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.1.-ci, 59.1.4-cü, 59.1.10-cu, 59.1.12-ci, 59.1.13cü və 59.2-ci maddələrinə əsasən Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmamasını, ilk dəfə olaraq az ağır cinayət törətməsini, himayəsində üç az yaşlı uşağın olmasını, zərərçəkmiş şəxslərlə barışmasını, cinayət nəticəsində dəymiş ziyanın ödənilməsini, hazırki cinayət əməllərini ehtiyacdan törətdiyini, əməlindən səmimi peşman olmasını, gənc olmasını, ali təhsilli olmasını, hərbi xidmət üzrə müsbət xarakterizə olunmasını, təqsirini boynuna almasını və cinayətin açılmasına kömək etməsini nəzərə alaraq, ona azadlıqdan məhrum etmə növündə cəza təyin edilmədən islah olunmasını mümkündür və təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələrinin sanksiyasında nəzərdə tutulan müəyyən müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməklə islah olunması məqsədə müvafiqdir. Lakin məhkəmə kollegiyası Təqsirləndirilən şəxs2 təyin olunmuş cəzanı onun törətdiyi cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, bu cinayətin yüngüllüyünə və məhkumun şəxsiyyətinə uyğun olmayan cəza hesab edərək, apellyasiya protestini təmin edərək Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin edilməsini məqsədə müvafiq hesab edir. Belə ki, birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs2 cəza təyin edərkən törətdiyi cinayət əməllərini etiraf etməsinə istinad etsədə, onun şəxsiyyətini, törətdiyi cinayət əməlinin ictimai təhlükəliliyini nəzərə almamışdır. Birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs2 təqsirini boynuna alması və cinayətin açılmasına köməklik göstərməsini yüngülləşdirici hal kimi nəzərə alsa da, cinayət işinin materiallarından görünür ki, o, törətdiyi əmələ görə könüllü sürətdə dövlət orqanına gələrək yazılı və ya şifahi formada məlumat verməmiş, onun istintaqa cəlb edilməsi əməliyyat-axtarış tədbirləri nəticəsində mümkün olmuşdur. Bu hal bir daha apellyasiya baxışı zamanı öz təsdiqini tapmışdır. Belə ki, apellyasiya baxışı zamanı məhkəmə iclaslarının keçirilmə vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq təqsirləndirilən şəxs məhkəmə proseslərindən yayındığı üçün barəsində Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli qərarı ilə həbs qətimkan tədbiri seçilməklə axtarış elan edilmiş, qeyd olunan qərarın icrasıilə əlaqədar olaraq, o, Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləti nəticəsində xx xxxxxx 2021-ci il tarixdə tutulmuş və Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin Mərkəzi Saxlanılma yerinə, daha sonra Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bakı İstintaq Təcridxanasına təhvil verilmişdir. Məhkəmə kollegiyası qeyd olunan halı məhkumun şəxsiyyətini mənfi xarakterizə edən halkimi nəzərə alır. Cinayətin xarakterini, məqsəd və motivini, baş vermə səbəb və şəraitini, Təqsirləndirilən şəxs2 hərəkətlərinin məzmununu və bu hərəkətlər zəmnində zərərçəkmişlərə dəyən zərəri nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, onun cəzaçəkmə müəssisəsinə yerləşdirilməklə islah olunması mümkündür və bu sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasında daha səmərəli hesab edilə bilər. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» xx xxxx 2003-cüil tarixli qərarına əsasən məhkəmələrə böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin kokret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla cəza təyin edilməsi məsələsinin müzakirə edilməsi tövsiyyə edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cəza ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqaşəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Göründüyü kimi, birinci instansiya məhkəməsi tərəfindən təyin edilmiş cəza Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinin tələblərinə uyğun olmayaraq sosial ədalətin bərpası və yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədinə xidmət etməmiş, cinayətin ağırlığına və məhkumun şəxsiyyətinə uyğun deyildir. Məhkəmə, Təqsirləndirilən şəxs2 cəzanın təyin edilməsi məsələsinə baxaraq, onun cəzasını yüngülləşdirən hallarla yanaşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58-ci maddəsinin tələbinə uyğun olaraq törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini (az ağır cinayət olmasını), təqsirkarın şəxsiyyətini, təyin olunan cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Bundan başqa cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs2 ********* nömrəli cinayət işi üzrə xx.xx.2019-cu il tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli bilindiyinə görə şübhəli şəxs qismində tutulmuş, xx xxxxxx 2019-cu il tarixdə Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmiş və barəsində “polisin nəzarəti altına vermə” haqqında qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan xx.xx.2020-ci il tarixli qərardan görünüdüyü kimi Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair ********* nömrəli cinayət işi hazırki ********* nömrəli cinayət işinə birləşdirilmişdir. İş materialları ilə müəyyən olunur ki, Təqsirləndirilən şəxs2 hazırki ********* nömrəli cinayət işi üzrə xx.xx.2019-cu il tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli bilindiyinə görə o, şübhəli şəxs qismində tutulmuşdur Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələrinin sanksiyası həddində azadlıqdan məhrum etmə cəzası təyin edilməli və Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs2 ********* nömrəli cinayət işi üzrə xx xxxxxx 2019-cu il tarixdən xx xxxxxx 2019-cu il tarixədək şübhəli şəxs qismində tutulduğu 2 (iki) gün və hazırki ********* nömrəli cinayət işi üzrə xx xxxxxx 2019-cu il tarixdən xx xxxxxx 2020-ci il tarixədək həbsdə saxlanıldığı 07 (yeddi) ay 14 (on dörd) gün, cəmi 07 (yeddi) ay 16 (on altı) gün müddət hazırki qərarla ona təyin edilmiş cəza müddətindən çıxılaraq, üzərində qəti olaraq 01 (bir) il 04 (dörd) ay 14 (on dörd) gün azadlıqdan məhrumetmə cəzası saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinin tələblərinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 399.1.5-ci maddəsinə əsasən təyin edilmiş cəzanın cinayətin ağırlığına və ya məhkumun şəxsiyyətinə uyğun olmaması birinci instansiya məhkəməsinin hökm və ya qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 349.3-cü maddəsinə əsasən, məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 349.4-cü maddəsinə əsasən məhkəmənin hökmü Azərbaycan Respublikası Konstitusiyasının, Cinayət-Prosessual Məcəlləsinin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Həmin Məcəllənin 399.1.4-cü maddəsinə əsasən cinayət qanunu normasının düzgün tətbiq edilməməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 403.0.1-ci maddəsinə əsasən tətbiq edilməli olan cinayət qanunu normasının məhkəmə tərəfindən tətbiq edilməməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarının ləğv edilməsinə, yaxud dəyişdirilməsinə səbəb olan cinayət qanunun normasının düzgün tətbiq edilməməsi hesab edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 404-cü maddəsinə əsasən cinayət qanunun müvafiq maddəsi ilə müəyyən edilmiş hüdudlardan kənara çıxmasa da, həm sərtliyinə, həm də yüngüllüyünə görə açıq-aydın ədalətsiz olan cəza cinayətin ağırlığına və məhkumun şəxsiyyətinə uyğun olmayan cəza hesab edilir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya protesti təmin edilməli, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 1(009)-99/2020 saylı hökmü apellyasiya protestinə münasibətdə Təqsirləndirilən şəxs2 aid hissədə dəyişdirilməli, ona təqsirli bilindiyi maddələrin sanksiyası həddində azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Yuxarıda göstərilənləri, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 397.1, 397.2, 398.1.4 və 407-ci maddələrini rəhbər tutaraq Bakı Apelyasiya Məhkəməsinin Cinayət kollegiyası QƏRARA ALDİ: Apellyasiya protesti təmin edilsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə məhkum edilməsinə dair Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 1(009)-99/2020 saylı hökmü apellyasiya protestinə münasibətdə dəyişdirilsin. Təqsirləndirilən şəxs2 təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə 2 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs2 ********* nömrəli cinayət işi üzrə xx xxxxxx 2019-cu il tarixdən xx xxxxxx 2019-cu il tarixədək şübhəli şəxs qismində tutulduğu 2 (iki) gün və hazırki cinayət işi üzrə xx xxxxxx 2019-cu il tarixdən xx xxxxxx 2020-ci il tarixədək həbsdə saxlanıldığı 07 (yeddi) ay 14 (on dörd) gün, cəmi 07 (yeddi) ay 16 (on altı) gün ona təyin edilmiş cəza müddətindən çıxılaraq üzərində qəti olaraq 01 (bir) il 04 (dörd) ay 14 (on dörd) gün azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzasının əvvəli xx xxxxxx 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 həbsdə olması nəzərə alınsın. Yekun qərar qəbul edildiyi andan qüvvəyə minir. Yekun qərardan Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 408-410-cu maddələrində nəzərdə tutulmuş qaydada və müddətlərdə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər. Sədrlik edən: Faiq Qasımov Hakimlər: Elmar Rəhimov Kamran Əkbərov
Məhkəmə qərarları › İş №1(103)-103/2021
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №1(103)-103/2021
16.03.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver