Məhkəmə qərarları › İş №1(103)-1036/2022

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №1(103)-1036/2022

26.05.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(103)-1036/2022 26.05.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının hakimləri: Şirinov Ziya Allahverdi oğlu (sədrlik edən, məruzəçi hakim), Babayev Zəki Baba oğlu və İbrahimli İbrahim Adil oğlundan ibarət tərkibdə, Məhkəmə iclası katibi X2, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru X3, Məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs2 və onun müdafiəçisi Bakı şəhəri 28 saylı Vəkil Bürosunun vəkili X1 iştirakları ilə, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 185.2.1-ci maddəsi ilə və Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 185.2.1ci və 234.1-ci maddələri ilə təqsirli bilinərək məhkum olunmalarına dair Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 25 fevral 2022-ci il tarixli, 1(007)-53/2022 saylı hökmündən məhkum olunmuş şəxs Təqsirləndirilən şəxs2 tərəfindən verilmiş apellyasiya şikayətinə və onun müdafiəçisi X4 tərəfindən verilmiş apellyasiya şikayətinə əlavəyə apellyasiya icraatı qaydasında, Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında (Bakı şəhəri, Az1073, Zahid Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 25 fevral 2022-ci il tarixli, 1(007)-53/2022 saylı (sədrlik edən hakim: N.H.Mehdiyev) xx xxx 1980-ci il tarixdə Naxçıvan MR, Naxçıvan şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, Bakı şəhəri, Yasamal rayonu, İ.Qutqaşınlı küçəsi ev 125-də qeydiyyatda olan, Bakı şəhəri, Xətai rayonu, Zığ qəsəbəsi, Yeni yaşayış kompleksi, ev 3, mənzil 3-də yaşamış, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 18 iyul 2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirli bilinib, 03 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 14 oktyabr 2015-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 29,177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təyin edilmiş 04 il müddətinə azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş qalan 03 ay 05 gün hissəsi yeni hökmlə təyin olunmuş cəzaya Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən qismən birləşdirilib üzərində qəti olaraq 03 il 01 ay müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 05 aprel 2021-ci il tarixli qərarı ilə 01 ay 25 gün müddətinə cəzadan şərti olaraq vaxtından əvvəl azad edilmiş, 30 may 2021-ci il tarixdə cəza müddəti başa çatdığı üçün qeydiyyatdan çıxarılmış, məhkumluğu ödənilməmiş, 12 oktyabr 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, 13 oktyabr 2021-ci il tarixdə barəsində həbs qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı istintaq təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 185.2.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 03 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, Təqsirləndirilən şəxs2 cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi və cəzaçəkmə müddətinin başlanğıcının 12 oktyabr 2021-ci il tarixdən hesablanması, Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması hökm edilmişdir. Hökmlə həmçinin, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 185.2.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına, Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 01 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən təyin edilmiş həmin cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs1 03 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, Təqsirləndirilən şəxs1 hazırkı işlə bağlı 24 sentyabr 2021-ci il tarixdən 26 sentyabr 2021-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddətin, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanmaqla, təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının müddətindən çıxılıb, üzərində qəti olaraq 03 (üç) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzasının saxlanılması, Təqsirləndirilən şəxs1 cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi və cəzaçəkmə müddətinin başlanğıcının 27 sentyabr 2021-ci il tarixdən hesablanması, Təqsirləndirilən şəxs1 cəza çəkdiyi müddət ərzində narkomaniyadan məcburi müalicə olunması, onun ərazi narkoloji dispanserində qeydiyyata alınması, Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması, maddi sübut qismində tanınmış Bakı şəhəri Nizami RPİ-nin maddi sübutları saxlama kamerasına təhvil verilən, ekspertiza tədqiqatından sonra qalıq çəkisi 1,320 qram olan ağ rəngli kristallardan ibarət maddə kustar üsulla hazırlanmış alfa pirrolidinovalerofenonun (a-PVP) məhv edilməsi, iki ədəd DVD diskin cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılması, “Azsamand” markalı **-UU-*** dövlət qeydiyyat nişanlı avtomobilin məhkəməyədək icraat zamanı Zərərçəkmiş şəxs qaytarılmasının nəzərə alınması, məhkəmə məsrəfi olan 114 manat ekspertiza xərcinin Təqsirləndirilən şəxs1 tutulub dövlət xəzinədarlığı agentliyinin hesabına ödənilməsi, Təqsirləndirilən şəxs1 məhkəməyədək icraat zamanı və məhkəmə icraatı zamanı, iş materialları ilə tanış olmaqla birlikdə, ümumilikdə 120 saat göstərdiyi pulsuz hüquqi yardıma görə dəvət olunmuş Müdafiəçi2 720 manat əmək haqqı, Təqsirləndirilən şəxs2 məhkəməyədək icraat zamanı və məhkəmə icraatı zamanı, iş materialları ilə tanış olmaqla birlikdə, ümumilikdə 118 saat göstərdiyi pulsuz hüquqi yardıma görə dəvət olunmuş Müdafiəçi1 708 manat əmək haqqı "xxxx" ASC-nin hesablaşma hesabı üzərindən Bakı şəhəri 6 saylı vəkil bürosu vasitəsi ilə Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməsi, Zərərçəkmiş şəxs mülki mühakimə icraatı qaydasında mülki iddia verə bilmək hüququnun izah edilməsi hökm edilmişdir. İşin halları: İstintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 185.2.1-ci maddəsi ilə ittiham verilmiş və birinci instansiya məhkəməsinin hökmünə əsasən, həmin maddə ilə təqsirli bilinərək məhkum edilmişdir оna görə ki, o, qabaqcadan əlbir olan bir qrup şəxs halında avtomobili talama məqsədi olmadan, qanunsuz ələ keçirərək qaçırmışdır. Belə ki, Təqsirləndirilən şəxs2 14 avqust 2021-ci il tarixdə saat 15 radələrində tanışı Təqsirləndirilən şəxs1 ilə birgə Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti, 81 ünvanının qarşısında piyada keçərkən Zərərçəkmiş şəxs məxsus “Azsamand” markalı **-UU-*** dövlət nömrə nişanlı avtomobilin yolun kənarında qapısı açıq vəziyyətdə və açarı üzərində olmaqla dayanmasını görüb, Təqsirləndirilən şəxs1la qabaqcadan əlbir olub bir qrup şəxs halında özgə əmlakını talama məqsədi olmadan qaçırmaq qərarına gələrək sonuncu ilə birlikdə avtomobilə əyləşdikdən sonra Təqsirləndirilən şəxs1 avtomobilin üzərində olan açarla mühərrikini işə salmaqla hərəkətə gətirib avtomobili qanunsuz ələ keçirməklə qaçırmışdır. İstintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 185.2.1 və 234.1-ci maddələri ilə ittiham verilmiş və birinci instansiya məhkəməsinin hökmünə əsasən, həmin maddə ilə təqsirli bilinərək məhkum edilmişdir оna görə ki, o, qabaqcadan əlbir olan bir qrup şəxs halında avtomobili talama məqsədi olmadan, qanunsuz ələ keçirərək qaçırmış və satış məqsədi olmadan, qanunsuz olaraq, şəxsi istehlak miqdarından artıq miqdarda psixotrop maddə əldə edib, üzərində saxlamaqla daşımışdır. Belə ki, o, 14 avqust 2021-ci il tarixdə saat 15 radələrində tanışı Təqsirləndirilən şəxs2 ilə birgə Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti, 81 ünvanının qarşısında piyada keçərkən Zərərçəkmiş şəxs məxsus “Azsamand” markalı **-UU-*** dövlət nömrə nişanlı avtomobilin yolun kənarında qapısı açıq vəziyyətdə və açarı üzərində olmaqla dayanmasını görüb, Təqsirləndirilən şəxs2lə qabaqcadan əlbir olub bir qrup şəxs halında özgə əmlakını talama məqsədi olmadan qaçırmaq qərarına gələrək sonuncu ilə birlikdə avtomobilə əyləşdikdən sonra o, avtomobilin üzərində olan açarla mühərrikini işə salmaqla hərəkətə gətirib avtomobili qanunsuz ələ keçirməklə qaçırmışdır. Bundan başqa, o, istintaqa məlum olmayan mənbədən, satış məqsədi olmadan, qanunsuz olaraq, şəxsi istehlak miqdarından artıq miqdarda, bir ədəd gümüşü falqa bükümdə, 1,420 qram çəkidə, kustar üsulla hazırlanmış psixotrop maddə hesab edilən alfa pirrolidinovalerofenon (a- PVP) əldə etməklə üzərində saxlamaqla daşımış, 24 sentyabr 2021-ci il tarixdə saat 19:40 radələrində Bakı şəhəri Nizami RPİ-nin 24-cü polis şöbəsinin əməkdaşları tərəfindən Nizami rayonu, Babək prospekti, 65 ünvanının qarşısında şübhəli şəxs qismində saxlanılaraq Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti, 81 ünvanında yerləşən Nizami RPİ-nin 24-cü polis şöbəsinə gətirilmiş və orada üzərinə şəxsi axtarış keçirilən zaman əynindəki qara rəngli şalvarının sağ yan cibindən bir ədəd gümüşü falqa bükümdə 1,420 qram çəkidə ağ rəngli kristallardan ibarət kustar üsulla hazırlanmış psixotrop maddə hesab edilən alfa pirrolidinovalerofenon (a-PVP) aşkar edilərək götürülmüşdür. Apellyasiya şikayətinin dəlilləri: Həmin hökmdən məhkum olunmuş şəxs Təqsirləndirilən şəxs2 apellyasiya şikayəti və onun müdafiəçisi X4 apellyasiya şikayətinə əlavə vermişdir. Apellyasiya şikayəti və apellyasiya şikayətinə əlavə onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin hökmündə Təqsirləndirilən şəxs2 qəsdən birgə iştirak halı, həmçinin ibtidai istintaqda qəsdən birgə iştirak halı sübuta yetirilməmişdir. Belə ki, qəsd cinayətin subyektiv cəhəti olmaqla təqsirsizlik prezumpsiyası rəhbər tutulmaqla sübuta yetirilməli idi. Belə ki, ziddiyyətli ifadələr və videogörüntü Təqsirləndirilən şəxs2 törətdiyi əməldə qəsdi sübuta yetirmir. Təqsirləndirilən şəxs2 ilə Təqsirləndirilən şəxs1 ifadələrindəki ziddiyyət üzləşdirmə aparılmaqla aydınlaşdırılmamışdır, qeyd olunan iş üzrə Təqsirləndirilən şəxs2 əməlində subyektiv cəhət (qəsd halı) sübuta yetirilməmişdir. Sübut olunan hal Təqsirləndirilən şəxs2 qeyd olunan avtomobilə əyləşməsidir. Hökmdən digər məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs1 apellyasiya şikayəti və dövlət ittihamçısı apellyasiya protesti verməmişdir. Apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir. İşdə iştirak edən şəxslərin çıxışları: Məhkəmə iclasında çıxış edən məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs2 və onun müdafiəçisi X4 verilmiş apellyasiya şikayətini və apellyasiya şikayətinə əlavəni müdafiə edərək, məhkəmədən təmin edilməsini, cinayət işi üzrə materialların yenidən istintaqa qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişlər. Məhkəmə kollegiyasının iclasında dövlət ittihamçısı X5 verilmiş apellyasiya şikayətinin və apellyasiya şikayətinə əlavənin dəlillərini əsassız hesab edərək şikayətin təmin edilməməsini, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 25 fevral 2022-ci il tarixli, 1(007)- 53/2022 saylı hökmünün qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılmasını xahiş etdi. İşin hüquqi məsələləri: Apellyasiya şikayətinin və apellyasiya şikayətinə əlavənin dəlilləri ilə əlaqədar оlaraq məhkəmə kоllegiyası qeyd edir ki, Azərbaycan Respublikası CPM-nin 397.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin nоrmalarının tətbiq edilməsinin düzgünlüyünü yохlayır. Həmin Məcəllənin 397.2-ci maddəsində göstərilir ki, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya prоtestinin hüdudlarında yохlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin nоrmalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya prоtestinin dəlillərindən asılı оlmayaraq yохlanılır. Qeyd edilən prosessual normaların mənasına görə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılmalıdır. Başqa sözlə, işin faktiki halları yalnız apellyasiya tələbi ilə bağlı olan hissədə yəni apellyasiya tələbinin təsdiq və ya təkzib edilməsi zərurəti ilə əlaqədar yoxlanılır. Burada işin faktiki halları dedikdə, konkret cinayət əməli üzrə sübut edilməli olan və məhkəmənin hökmünün və ya başqa qərarının qəbul edilməsi üçün mühüm əhəmiyyət kəsb edən xüsusatların məcmusu başa düşülməlidir. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununun və CPM-in normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılması o deməkdir ki, hökmün və ya qərarın qanuni və əsaslı olmasını yoxlayarkən apellyasiya instansiya məhkəməsi qanunla müəyyən edilmiş hüquqları həddində apellyasiya şikayəti və apellyasiya protestində göstərilibgöstərilməməsindən asılı olmayaraq, birinci instansiya məhkəməsinin tətbiq etdiyi cinayət və cinayət-prosessual hüquq normalarının, habelə bu normalarla bağlı olaraq başqa hüquq sahələrinə aid normaların düzgün tətbiq edilib edilməməsini yoxlamalıdır. Başqa sözlə apellyasiya instansiya məhkəməsi məhkəmə baxışı zamanı hüquq məsələsini hər bir halda və tam həcmdə yoxlamalıdır. Həmçinin Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenimunun 12 may 2009-cu il tarixli Qərarına əsasən a) apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən cinayət və cinayət-prosessual qanunvericiliyinin normalarına riayət edilməsini hər bir halda, o cümlədən müvafiq olaraq apellyasiya şikayətinin və ya protestinin dəlillərində bu barədə tələb irəli sürülməsə də yoxlamalıdır; b) cinayət və cinayət-prosessual qanunvericiliyinin normalarına riayət edilməsinin yoxlanılmasından sonra Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 403-405-ci maddələrində nəzərdə tutulmuş hallar və səbəblər müəyyən edildikdə: - apellyasiya icraatı məhkum edilmiş və ya bəraət almış şəxsin və ya onun müdafiəçisinin verdiyi apellyasiya şikayəti və yaxud mahiyyətcə həmin şəxslərdən hər hansı birinin xeyrinə dövlət ittihamçısının verdiyi apellyasiya protesti üzrə keçirilərsə, apellyasiya instansiyası məhkəməsi göstərilən şəxsin vəziyyətini yaxşılaşdırmaqla birinci instansiya məhkəməsinin yekun qərarını dəyişdirə və ya ləğv edərək yeni qərar qəbul edə bilər; - apellyasiya icraatı mahiyyətcə məhkum edilmiş və ya bəraət almış şəxsin ziyanına dövlət ittihamçısının verdiyi apellyasiya protesti və ya xüsusi ittihamçının verdiyi apellyasiya şikayəti üzrə keçirilərsə, apellyasiya instansiyası məhkəməsi apellyasiya müraciətinin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin yekun qərarını məhkum edilmiş və ya bəraət almış şəxsin vəziyyətini ağırlaşdırmaqla da dəyişdirə və ya ləğv edərək yeni qərar qəbul edə bilər; lakin bunun üçün əsas apellyasiya müraciətinin dəlillərində göstərilməmişdirsə, qərar işə baxan apellyasiya instansiyası məhkəməsinin bütün hakimləri tərəfindən yalnız yekdilliklə qəbul oluna bilər. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndinə əsasən isə məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Həmçinin Azərbaycan Respublikası CPM-nin 8-ci maddəsinə görə cinayət mühakimə icraatının vəzifələri - cinayətləri tezliklə açmaq, cinayət təqibi ilə bağlı bütün halları hərtərəfli, tam və obyektiv araşdırmaq; cinayət törətmiş şəxsləri ifşa və cinayət məsuliyyətinə cəlb etmək; cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirməkdən ibarətdir. Birinci instansiya məhkəməsinin hökmü ilə razılaşmayan məhkum olunmuş şəxs Təqsirləndirilən şəxs2 apellyasiya şikayətinin və onun müdafiəçisi X1 apellyasiya şikayətinə əlavəsinin əsas dəlili məhkum olunmuş şəxs Təqsirləndirilən şəxs2 barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 185.2.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə materialların yenidən ibtidai istintaqa qaytarılmasından ibarətdir. Birinci instansiya məhkəməsinin hökmündən göründüyü kimi məhkəmə Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 185.2.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi barədə nəticəyə gələrək onu həmin maddə ilə məhkum edərkən konkret sübutlara və işin faktiki hallarına əsaslanmışdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquqi normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyətli olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi poroses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Cinayət işinin materiallarından görünür ki, məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs2 əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 185.2.1-ci maddəsində nəzərdə tutulmuş cinayətin əlamətlərinin mövcud olması, işin faktiki halları, birinci instansiya məhkəməsində tədqiq edilmiş sübütlar, o cümlədən onun ibtidai istintaq və birinci instansiya məhkəməsi zamanı verdiyi ifadələri ilə yanaşı, zərərçəkmiş şəxsin ifadəsi, şahidlərin ifadələri, müvafiq protokollar və iş üzrə toplanmış digər təkzib olunmaz sübutlarla təsdiq olunur. Məhkəmə kollegiyası xatırladır ki, birinci instansiya məhkəməsinin iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, 14 avqust 2021-ci il tarixdə əvvəldən tanıdığı Təqsirləndirilən şəxs1 ilə “Xalqlar Dostluğu” metrosunun yaxınlığında rastlaşmışdır. Söhbətləri zamanı Hafiz Zabrat qəsəbəsinə bacısıgilə getdiyini bildirmişdir. O da Maştağa qəsəbəsinə gedəcəyini bildirdikdə, Hafiz onunla birlikdə getməsini təklif etmişdir. O, dayanacaqda avtobusa minmələrini deyəndə, Hafiz avtobusa ehtiyac olmadığını, onun avtomobilində gedəcəklərini demişdir. “Diqlas” ticarət mərkəzinin yaxınlığında o, Hafizə məxsus olduğunu hesab etdiyi “Azsamand” markalı avtomobilə əyləşmiş, birlikdə yola düşmüşlər, avtomobili Hafiz idarə etmiş və onu getdiyi ünvana aparmışdır. Onun sualına cavab olaraq Hafiz avtomobili yeni aldığını bildirmişdir. 12 oktyabr 2021-ci il tarixdə polislər təəfindən saxlanılarkən bilmişdir ki, Hafiz həmin avtomobili qaçırıbmış. O, Hafizin bu əməlindən xəbərsiz olmuşdur. Lakin polislər ona təzyiq göstərərək avtomobili Hafizlə birlikdə qaçırdığını etiraf etməyə məcbur etmişlər. Barəsində bəraət hökmü çıxarılmasını məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs2 ibtidai istintaqda verdiyi ifadəsi ilə məhkəmə baxışında verdiyi ifadə arasında əhəmiyyətli ziddiyyət olduğundan, Azərbaycan Respublikası CPM-nin 327.1.3cü maddəsinə əsasən onun 06 noyabr 2021-ci il tarixdə müdafiəçisinin iştirakı ilə təqsirləndirilən şəxs qismində verdiyi ifadəsi elan edilmişdir. Təqsirləndirilən şəxs2 həmin ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs1 4-5 ildir ki, tanıyır. 14 avqust 2021 -ci ıl tarixdə saat 14 radələrində “Xalqlar Dostluğu” metrostansiyasının qarşısında Hafizlə rastlaşmışdır. Söhbət zamanı Hafiz ondan hara getdiyini soruşduqda o, işinin olmadığını və bekarçılıq olduğunu bildirmişdir. Hafiz ona bildirmişdir ki, Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsinə getməlidir və ondan taksiyə verməyə pulunun olub-olmadığını soruşmuş və o, pulunun olmadığını bildirmişdir. Hafizlə birlikdə piyada Zabrat qəsəbəsinə gedən kənd avtobuslarının dayandığı Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti, 81 ünvanında yerləşən “Lotos” və “Diqlas” ticarət mərkəzlərinin qarşısında olan avtobus dayanacağına doğru irəliləmişlər. Dayanacağa çatmağa az qalmış orada qapılarının şüşələri açıq vəziyyətdə olan metalik rəngli **-UU-*** dövlət qeydiyyat nişanlı “Azsamand”markalı avtomobil görmüşlər. Hafiz baxanda avtomobilin mühərrikini işə salmaq üçün açarın avtomobilin üstündə olduğunu görmüşdür. Hafiz ona demişdir ki, kəndə qədər yol uzaqdır və birlikdə həmin avtomobillə gedə bilərlər, o da razılaşmış və onlar birlikdə həmin avtomobillə gedəcəkləri ünvana çatmaq üçün avtomobilə əyləşmişlər. O, avtomobilin qabaq sağ tərəfində, Hafiz isə qabaq sol tərəfdə, yəni sürücü rulunda əyləşmişdir. Bundan sonra Hafiz avtomobilin mühərikini işə salıb idarə edərək oradan uzaqlaşmış, avtomobili idarə edərək Zabrat qəsəbəsinə doğru getmək üçün Q.Qarayev prospekti ilə hərəkət etmiş, Q.Qarayev prospektinin sonunda yerləşən “Ruslan 93” maqazinin qarşısından sağa doğru gedərək üzü hava limanına doğru gedən yolla Zabrat qəsəbəsinə getmək üçün sürmüşdür. Onlar avtomobillə Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, Babək küçəsi 96 ünvanında yerləşən “Ayxan” marketin qarşısında saxlayaraq çıxıb getmişlər. O, Hafizlə birlikdə həmin metallik rəngli **-UU-*** dövlət qeydiyyat nişanlı “Azsamand” markalı avtomobili idarə edərkən həmin avtomobili oğurlamaq məqsədləri olmamış, avtomobili qaçırdarkən və idarə edərkən tərəflərindən avtomobilə heç bir maddi ziyan vurulmamışdır. 11 oktyabr 2021-ci il tarixdə 22 radələrində polis əməkdaşları tərəfindən saxlanılan zaman idarə etdiyi “Renault Megane” markalı 90-NY626 dövlət qeydiyyat nişanlı avtomobillə səkini keçmək istəyərkən idarəetməni itirərək “Kia” markalı **-CE-*** dövlət qeydiyyat nişanlı və “Mercedes” markalı **-ZR-*** dövlət qeydiyyat nişanlı avtomobillərlə toqquşmuşdur. **-UU-*** dövlət qeydiyyat nişanlı “Azsamand” markalı avtomobili Hafizlə birlikdə qaçırtmışlar. Təqsirləndirilən şəxs2 məhkəmə iclasında elan olunmuş həmin ifadəsinin həmin hissələri ilə razılaşmayaraq, göstərmişdir ki, həmin ifadəni oxumadan imzalamışdır, lakin həmin ifadəsinə başqa əlavəsi yoxdur, məhkəmədə verdiyi ifadəni təsdiq edir. Birinci instansiya məhkəməsinin iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, ünvan 4 ünvanında ailəsi ilə birlikdə yaşayır. Təxminən 4-5 ildir ki, özünə məxsus avtomobillə taksi fəaliyyəti ilə məşğul olur. Etibarnamə ilə idarə etdiyi, özünə məxsus “AzSamand” markalı, **-UU-*** dövlət qeydiyyat nişanlı avtomobili olmuşdur. O, həmin avtomobili 14 avqust 2021-ci il tarixdə saat təxminən 14:50 radələrində Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti, 81 ünvanında yerləşən “Lotos” ticarət mərkəzinin qarşısında saxlamış, avtomobildən təxminən 10 metr kənarda dayanaraq orada olan tanışları ilə söhbət etmişdir. O, açarı avtomobilin üzərində saxlamış, avtomobilin qapıları və pəncərələri açıq vəziyyətdə olmuşdur. O, avtomobili saxladığı yerdə taksi fəaliyyəti ilə məşğul olan şəxslər sıra ilə düzülmüş və həmin vaxt onun avtomobilinin qarşısında iki avtomobil olmuşdur. Avtomobili həmin yerdə saxladıqdan təxminən 10-15 dəqiqə sonra ondan qabaqda olan iki avtomobil müştəri götürüb getmiş, bu zaman o, avtomobilinin saxladığı yerdə olmamasını görmüşdür. Hadisə ilə bağlı DİN- nin 102 xidmətinə zəng etməklə məlumat vermiş, polis şöbəsinə də ərizə yazmışdır. Həmin gün polis əməkdaşları ona avtomobilinin Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, ünvan 5 ünvanında yerləşən “Ayxan” marketin qarşısından tapılması barədə məlumat vermişlər. Sonradan avtomobili ona təhvil verilmişdir. Əvvəl elə bilmişdir ki, avtomobilin qaçırılması ilə bağlı ona maddi ziyan dəyməmişdir, lakin sonradan müəyyən etmişdir ki, avtomobilinin “qolovka”sı zədələnmişdir. Bunun nəticəsində ona 2000 manat məbləğində maddi ziyan dəymişdir. Həmin məbləğdə pulu təqsirləndirilən şəxslərdən tələb edir. Qanuna uyğun qərar qəbul olunmasını məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Nizami RPİ-nin 24-cü polis şöbəsinin cinayət axtarışı üzrə əməliyyat müvəkkili Şahid2 ifadəsində göstərmişdir ki, Nizami RPİ-nin istintaq şöbəsində istintaqı aparılan cinayət işi üzrə 14 avqust 2021-ci il tarixdə vətəndaş Zərərçəkmiş şəxs məxsus “Azsamand” markalı **-UU-*** dövlət qeydiyyat nişanlı avtomobili talama məqsədi olmadan qaçıran şəxslərin müəyyən edilməsi istiqamətində tərəflərindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş şəxslərdən birinin Təqsirləndirilən şəxs1 olduğu müəyyən edilmişdir. Keçirilmiş əməliyyat tədbirləri nəticəsində Təqsirləndirilən şəxs1 olduğu yer müəyyən edilmiş və 24 sentyabr 2021ci il tarixdə saat 19:40 radələrində 24-cü polis şöbəsinin baş əməliyyat müvəkkili Şahid1la birlikdə Bakı şəhəri, Nizami rayonu, Babək prospekti, 65 ünvanında Təqsirləndirilən şəxs1 yaxınlaşaraq özlərini təqdim edən zaman o, qaçmağa cəhd göstərmişdir. Təqsirləndirilən şəxs1 tərəflərindən saxlanılmış, ilkin sorğu-sual zamanı o, narkotik vasitələrin istifadəçisi olduğu üçün polis əməkdaşlarını gördükdə qaçmağa cəhd etdiyini bildirmişdir. Təqsirləndirilən şəxs1 narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilindiyi üçün tərəflərindən 24-cü polis şöbəsinə aparılmış, müvafiq prosedurlara əməl edildikdən sonra Təqsirləndirilən şəxs1 üzərində şəxsi axtarış keçirilməsinə başlanılmışdır. Bu zaman ona təklif edilmişdir ki, əgər üzərində qeyri-qanuni əşya varsa, könüllü təqdim etsin. Təqsirləndirilən şəxs1 könüllü olaraq əynindəki qara rəngli şalvarın sağ yan cibindən bir ədəd gümüşü rəngli siqaret falqasına bükülmüş, ağ rəngli, kristal formalı narkotik vasitəyə bənzər maddəni çıxarıb təqdim etmiş, bildirmişdir ki, həmin narkotik vasitəni 24 sentyabr 2021-ci il tarixdə saat 12 radələrində “Xətai” metrostansiyası yaxınlığında, tanımadığı şəxsdən 20 manat pula özü istifadə etmək üçün alaraq üzərində saxlamışdır. Bir ədəd gümüşü rəngli siqaret falqasına bükülmüş maddə zərfə qoyulub qablaşdırılmaqla götürülmüş, protokol tərtib edilərək imzalanmışdır. Baxış zamanı videoçəkilişdən də istifadə edilmişdir. Eyni zamanda, müəyyən edilmişdir ki, Zərərçəkmiş şəxs məxsus “Azsamand” markalı **-UU-*** dövlət qeydiyyat nişanlı avtomobilin qaçırılmasında Təqsirləndirilən şəxs1 ilə birlikdə Təqsirləndirilən şəxs2 da şübhəlidir. Tərəflərindən keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində 11 oktyabr 2021-ci il tarixdə saat 22 radələrində ünvan 6 ünvanında Təqsirləndirilən şəxs2 idarə etdiyi “Renault Megane” markalı **-NY-*** dövlət qeydiyyat nişanlı avtomobilə əyləşən zaman o, 24-cü polis şöbəsinin baş əməliyyat müvəkkili Şahid3la həmin şəxsə yaxınlaşaraq özlərini təqdim edib, onu 24-cü polis şöbəsinə dəvət etmişlər. Bu zaman ona məxsus “Hyundai Grandeur” markalı **-UF-*** dövlət qeydiyyat nişanlı avtomobil Təqsirləndirilən şəxs2 avtomobilinin arxa hissəsində dayanmış vəziyyətdə olmuşdur. Təqsirləndirilən şəxs2 avtomobilini qəflətən geriyə hərəkət etdirərək ona məxsus avtomobili əzmiş və idarə etdiyi avtomobili qarşıya doğru hərəkət etdirərək oradan uzaqlaşmışdır. Təqsirləndirilən şəxs2 bir qədər hərəkət etdikdən sonra ünvan 7 ünvanındakı yaşayış binasının qarşısında “Kia K5” markalı **-CE-*** dövlət qeydiyyat nişanlı avtomobil dayandığı üçün həmin yoldan keçə bilməmiş, idarə etdiyi avtomobili səkinin üzərinə çıxardaraq oradan getmək istəyəndə avtomobilin təkəri partladığı üçün avtomobil sürüşərək dayanmış vəziyyətdə olan “Kia K5” markalı avtomobilə çırpılmışdır. Bundan sonra Təqsirləndirilən şəxs2 avtomobili saxlamayaraq yüksək sürətlə oradan uzaqlaşmaq istəyəndə qarşıda olan döngədə idarəetməni itirərək həmin məhəllədə dayanmış vəziyyətdə olan “Mercedes” markalı, 99- ZR- 143 dövlət qeydiyyat nişanlı avtomobillə toqquşaraq dayanmışdır. Təqsirləndirilən şəxs2 avtomobildən enib qaçmaq istədiyi vaxt tərəflərindən saxlanılaraq 24-cü polis şöbəsinə aparılmışdır. Birinci instansiya məhkəməsinin iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Nizami RPİ-nin 24-cü polis şöbəsinin cinayət axtarışı üzrə əməliyyat müvəkkili Şahid3 Rafael oğlu, Şahid2 ifadəsi ilə oxşar məzmunlu ifadə vermişdir. Təqsirləndirilən şəxs2 ittiham olunaraq təqsirli bilindiyi əməli törətməsi ibtidai istintaq zamanı və birinci instansiya məhkəməsində verdiyi öz ifadələri, Zərərçəkmiş şəxs ifadəsi, şahidlər Şahid3 Rafael oğlunun, Şahid2 ifadələri və iş üzrə toplanmış digər sübutlarla tam təsdiq olunur. Məhkəmə kollegiyasının gəldiyi qənaətə görə ibtidai istintaq orqanı tərəfindən toplanmış və birinci instansiya məhkəməsi tərəfindən tədqiq edilmiş yuxarıda sadalanan sübutların şübhə altına alınması üçün hər hansı əsas mövcud deyildir və həmin sübutlar əsaslı olaraq birinci instansiya məhkəməsi tərəfindən əməlin baş verməsini təsdiq edən mötəbər sübutlar kimi qəbul edilmişdir. Odur ki, məhkəmə kollegiyası digər sübutların sadalanmasına zərurət görmür. Məhkəmə kollegiyası məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs2 özünü Cinayət Məcəlləsinin 185.2.1-ci maddəsi ilə təqsirli bilməməsi, ona həmin maddə ilə elan edilmiş ittiham üzrə cinayət işi materiallarının yenidən ibtidai istintaqa qaytarılması barədə apellyasiya şikayətinin dəlillərini, həmçinin işin hallarını şübhə altına alan digər fikirlərini onun cinayət məsuliyyətindən yayınmaq, işin hallarını təhrif etməyə cəhd etmək məqsədi ilə göstərdiyi fikirləri kimi qiymətləndirir. Məhkəmə kollegiyası həmçinin birinci instansiya məhkəməsinin bununla bağlı gəldiyi nəticəni əsaslı hesab edir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs2 qeyd edilən cinayət əməlini törətməsi ilə bağlı yekun nəticəyə gələrkən ibtidai istintaq orqanı tərəfindən toplanmış və məhkəmə iclasında araşdırılıb qiymətləndirilən sübutlara düzgün istinad etmişdir. Bu barədə məhkəmənin hökmündə təqdim olunan sübutlar tədqiq edilmiş, sübutlara hüquqi qiymət verilmişdir. Apellyasiya instansiya məhkəməsində məhkəmə baxışı zamanı məhkəmə kollegiyası cinayət işinin materiallarını bir daha təhlil edərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs2 əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 185.2.1-ci maddəsi ilə elan edilmiş ittihamla bağlı istər ibtidai araşdırma orqanı, istərsə də işə baxmış birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 143-146-cı maddələrinin tələblərinə əməl edərək məhkumun ittiham olunduğu cinayətin törədilməsində təqsirli bilinməsi haqda mötəbər nəticəyə gəlmək üçün kifayət qədər sübutlar toplamış və bu sübutların hər birinin mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi qiymətləndirilərək işin faktiki hallarına uyğun olan yekun məhkəmə qərarı qəbul edilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin “cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi” prinsipini təsbit edən 33.1-ci maddəsində qeyd olunur ki, hakimlər … cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Həmin Məcəllənin 33.2-ci maddəsinin tələbinə görə cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125, 144, 145-ci maddələrinin müddəalarının pozulması yolverilməzdir. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Qanun hər bir sübutun yuxarıda qeyd olunan 3 meyar (mənsubiyyəti, mümkünlüyü və mötəbərliliyi) əsasında qiymətləndirilməsini tələb edir. Sübutların mötəbərliyi anlayışı isə zəruri şərt kimi cinayət işi üzrə toplanmış və tədqiq edilmiş hər bir sübutun digərinə uyğun olmasını, onu təsdiq etməsini və antisübutlar tərəfindən təkzib edilə bilməməsini tələb edir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs2 əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 185.2.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. İşin faktiki halları və əməlin hüquqi tövsifi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır. Həmin əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs2 cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar mövcud deyildir. Həmçinin məhkəmə kollegiyası məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs2 məhkum edilməsinə dair cinayət işi materiallarının yenidən ibatidai istintaq mərhələsinə qaytarılması üçün əsaslar müəyyən etmir. Həmçinin, məhkəmə kollegiyası məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs2 ona istinad olunan Cinayət Məcəlləsinin 185.2.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsinə dair daxili inamı rəhbər tutaraq, məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs2 apellyasiya şikayətinin və onun müdafiəçisi Yusif Ağayevin apellyasiya şikayətinə əlavəsinin dəlillərinin cinayət işi üzrə məhkəmə istintaqı zamanı tədqiq olunmuş sübutlara düzgün hüquqi qiymət verməməsi, məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs2 təqsirləndirildiyi maddə üzrə cinayət işi materiallarının yenidən ibatidai istintaq mərhələsinə qaytarılması barədə dəlillərini təhlil edərək, həmin dəlillərin iş materiallarında olan və yuxarıda sadalanan sübutlarla təkzib olunmasını qeyd etməklə əsassız hesab edir. Məhkəmə kollegiyası Cinayət Məcəlləsinin 185.2.1-ci maddəsində nəzərdə tutulan əməlin Təqsirləndirilən şəxs2 tərəfindən törədilməsini iş materialları və işin obyektiv halları ilə tam sübut olunmuş hesab etdiyindən, məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs2 apellyasiya şikayətində və onun müdafiəçisi Yusif Ağayevin apellyasiya şikayətinə əlavəsində göstərilən dəlillərə ətraflı cavab verməyə lüzum görmür və apellyasiya şikayətinin və apellyasiya şikayətinə əlavənin təmin olunmaması nəticəsinə gəlməsini qeyd edir. “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” Azərbaycan Respkublikasının Ali Məhkəməsinin Plenumunun 30 mart 2006-cı il tarixli Qərarının 2-ci bəndində göstərilmişdir ki, insan hüquqlarinin və əsas azadliqlarin pozulması ilə bağlı məhkəmələr milli qanunvericilik ilə yanaşı Konvensiya müddəalarını da rəhbər tutmalı və bu zaman İnsan hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsinə istinad etməlidirlər. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Van de Hark Niderlanda qarşı (19 aprel 1994cü il) işində (51(b) bəndi) məhkəmə qeyd etmişdir ki, ədalətli məhkəmə araşdırması hüququ tələb edir ki, məhkəmə çıxardığı qərarları əsaslandırsın. Bu o demək deyil ki, tərəflərin irəli sürdüyü hər bir arqumentə ətraflı cavab verilməlidir. Məhkəmə kollegiyası həmçinin Təqsirləndirilən şəxs2 təyin olunmuş cəza ilə bağlı işin faktiki hallarını yoxlayaraq hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs2 əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 185.2.1-ci maddəsi ilə düzgün tövsüf edilmiş, törətmiş olduğu cinayət əməlinə görə cəza təyin edilərkən cəza təyin etmənin ümumi prinsiplərini özündə ehtiva edən Azərbaycan Respublikası CM-nin 8.1, 41.2, 58.1, 58.3, 59-cu maddələrinin tələbləri, habelə Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 2003-cü il 25 iyun tarixli 04 saylı qərarının tövsiyyələri, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, o cümlədən Təqsirləndirilən şəxs2 cəzasını yüngülləşdirən halların müəyyən edilməməsi və cinayətlərin təhlükəli residivini Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hall kimi nəzərə alaraq, onun şəxsiyyəti, təyin olunan cəzanın onun islah olmasına və ailəsinin həyat şəraitinə təsiri, habelə sosial ədalətin bərpası kimi hallar nəzərə alınaraq Cinayət Məcəlləsinin 185.2.1ci maddəsi ilə 03 (üç) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilərkən, qanuni və ədalətli cəza təyin edilmişdir. Belə ki, Azərbaycan Respublikası CM-nin 185.2.1-ci maddəsinə əsasən avtomobil və ya başqa nəqliyyat vasitəsini talama məqsədi olmadan qanunsuz ələ keçirmə (qaçırma) qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə - üç min manatdan altı min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Həmin Məcəllənin 41.1-ci maddəsinin məzmununa görə cəza sitəm olmayıb, cinayəthüquqi xarakterli tədbirdir. Məcəllənin 41.2-ci maddəsinə görə isə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Azərbaycan Respublikası Ali Məhkəmənin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 2003-cü il 25 iyun tarixli 4 saylı Qərarının 2-ci bəndinin 5-ci abzasında göstərilir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi yuxarıda şərh olunan halları, habelə Təqsirləndirilən şəxs2 şəxsiyyətini, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, habelə məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almaqla, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş həddə azadlıqdan məhrumetmə cəzası təyin edərkən düzgün olaraq onun həmin cəza ilə islah olunmasının mümkünlüyü qənaətinə gəlmişdir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən Təqsirləndirilən şəxs2 təqsirli bilindiyi cinayət əməli üzrə ədalətli cəza təyin edildiyindən, apellyasiya şikayətində qeyd olunan dəlillər cinayət işi materiallarını yenidən ibtidai istintaq mərhələsinə qayatarılması üçün əsas ola bilməz. Beləliklə, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası məhkəmə istintaqı aparmadan, cinayət işinin materiallarını araşdırıb apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, apellyasiya şikayətinin təmin edilməsinə dair məhkum edilmiş şəxsin müdafiəçisinin çıxışını, məhkəmə hökmünün dəyişdirilmədən, apellyasiya şikayətinin isə təmin edilmədən saxlanılması barədə dövlət ittihamçısının çıxışını dinləyib apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq şikayətin təmin olunması üçün əsaslar müəyyən etmir və ona görə də hesab edir ki, məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs2 tərəfindən verilmiş apellyasiya şikayəti və onun müdafiəçisi X4 tərəfindən verilmiş apellyasiya şikayətinə əlavə təmin edilməməli, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 185.2.1-ci maddəsi ilə təqsirli bilinərək məhkum edilməsinə dair Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 25 fevral 2022-ci il tarixli, 1(007)-53/2022 saylı hökmü apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası eyni zamanda hesab edir ki, açıq, qərəzsiz, obyektiv və ədalət mühakiməsinin başqa prinsiplərinə əməl edilməklə keçirilmiş məhkəmə istintaqında məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs2 müdafiə hüququ, həm də Azərbaycan Respublikasının Konstitusiyasında, beynəlxalq müqavilələrdə və Azərbaycan Respublikasının Cinayət Prosessual Qanunvericiliyində, o cümlədən CPM-nin 91-ci maddəsində nəzərdə tutulmuş bütün digər hüquqları tam həcmdə təmin edilmiş və məhkəmə baxışı zamanı hər hansı kobud prosessual qanun pozuntusuna yol verilməmişdir. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, məhkumun hüquqlarının məhkəmə iclaslarında müdafiə xərcləri Azərbaycan Respublikası CPM-in 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli, 31 saylı qərarına əsasən (həmin qərara 03 may 2018-ci il tarixli, 202 saylı dəyişikliklər nəzərə alınmaqla) dövlət büdcəsindən ödənilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 397, 398.1.4, 399.1.5, 405.1.1, 407 və 410-cu maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kоllegiyası, QƏRARA ALDİ: Məhkum olunmuş şəxs Təqsirləndirilən şəxs2 tərəfindən verilmiş apellyasiya şikayəti və onun müdafiəçisi X4 tərəfindən verilmiş apellyasiya şikayətinə əlavə təmin edilməsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 185.2.1-ci maddəsi ilə və Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 185.2.1ci və 234.1-ci maddələri ilə təqsirli bilinərək məhkum olunmalarına dair Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 25 fevral 2022-ci il tarixli, 1(007)-53/2022 saylı hökmü məhkum olunmuş şəxs Təqsirləndirilən şəxs2 tərəfindən verilmiş apellyasiya şikayətinə və onun müdafiəçisi X4 tərəfindən verilmiş apellyasiya şikayətinə əlavəyə münasibətdə dəyişdirilmədən saxlanılsın. Bakı şəhəri 28 saylı Vəkil Bürosunun vəkili X4 tərəfindən məhkum Təqsirləndirilən şəxs2 hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 06 (altı) manat hesab edilməklə, 10 (on) saat üçün cəmi 60 (altmış) manat dövlət büdcəsindən tutularaq Bakı şəhəri 28 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Qərar qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 408-412-ci maddələrinə uyğun olaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və kassasiya protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar