Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(103)-104/2023 22.02.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasının hakimləri - Murquzov İlqar Mustafa oğlunun sədrliyi və məruzəsi ilə, Babayev Qədim Xalid oğlu və Tanrıverdiyev Anar Vəzir oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi–X1, Dövlət ittihamçısı-Azərbaycan Respublikasının Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin apellyasiya instansiyaları məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X2, təqsirləndirilən Təqsirləndirilən şəxs və müdafiəçisi-Bakı şəhəri Mərkəz bürosunun vəkili Müdafiəçi2 iştirakı ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin (sədrlik edən hakim: Əli Məmmədov) xx xxxx 1990-cı ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmayan, Bakı şəhəri Suraxanı rayonu Bülbülə qəsəbəsi S.Bəhlulzadə küçəsi ev 15-də qeydiyyatda olan və yaşamış, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Pentensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs barəsində olan 12 sentyabr 2022-ci il tarixli hökmündən təqsirləndirilən Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəmənin binasında açıq məhkəmə baxış iclasında baxaraq müəyyənetdi: Bakı Ağır Cinayətlər Məhkəməsinin 12 sentyabr 2022-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayəti törədilməsində təqsirli bilinib, cəzasının əvvəlinin 20 yanvar 2022-ci il tarixdən hesablanmaqla və cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 10 (on) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Eyni zamanda, təqsirləndirilən şəxsə narkomaniya xəstəliyindən məcburi müalicə təyin edilmişdir. Məhkəmə hökmünə əsasən, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən satış məqsədilə qanunsuz olaraq külli miqdarlarda narkotik vasitə heroini və psixotrop maddə metamfetamini əldə edib saxlamış və daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq, istintaqa məlum olmayan mənbədən təmiz çəkisi 2.875,394 qram qəhvəyi rəngli kustar üsulla hazırlanmış külli miqdarda narkotik vasitə heroini və təmiz çəkisi 152,653 qram olan ağ rəngli kristallardan ibarət kustar üsulla hazırlanmış külli miqdarda psixotrop maddə metamfetamini əldə edib daşımaqla üzərində və yaşadığı evdə saxlamış, narkotik vasitə heroindən xalis çəkiçi 0,662 qram qəhvəyi rəngli kustar üsulla hazırlanmış narkotik vasitə heroini atası X3 pay vermiş və 20 yanvar 2022-ci ildə saat 10:00-da Bakı şəhəri Suraxanı rayon polis idarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Bakı şəhəri Suraxanı rayonu Bülbülə qəsəbəsi Səttar Bəhlulzadə küçəsi 15 ünvanının yaxınlığında narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilindiyindən saxlanılıb Suraxanı rayon polis idarəsinə aparılmış və orada üzərində şəxsi axtarış keçirilərkən əynindəki qara rəngli gödəkçənin sol yan cibindən 02 ədəd şəffaf polietilen bükümdə, ayrıayrılıqda təmiz çəkiləri-2,396 qram və 1,219 qram, ümumi təmiz çəkisi 3,615 qram, şəffaf plastik qabda 02 ədəd bükümdə, ayrı-ayrılıqda təmiz çəkiləri 1,959 qram və 2,144 qram, ümumi təmiz çəksi 4,103 qram, 01 ədəd linza qabının “L” yazısı olan hissəsində təmiz çəkisi 1,080 qram, 06 ədəd şəffaf polietilen bükümdə, ayrı-ayrılıqda təmiz çəkiləri 1,993 qram, 2,303 qram, 2,055 qram, 0,987 qram, 3,251 qram və 01 ədəd bükümdə təmiz çəkisi 1,245 qram, ümumi təmiz çəkisi 11,834 qram açıq qəhvəyi rəngli toz şəkilli, öz aralarında kimyəvi komponent tərkiblərinə və xarici əlamətlərinə görə eynilik təşkil edən, kustar üsulla hazırlanmış narkotik vasitə heroin, 01 ədəd salfet kağıza bükülmüş şəffaf polietilen bükümdə təmiz çəkisi 141,722 qram, 01 ədəd linza qabında üzərində «R» yazısı olan hissəsində təmiz çəkisi 2,363 qram, 01 ədəd kağız bükümdə təmiz çəkisi 1,062 qram ağ rəngli kristallardan ibarət, aralarında kimyəvi komponent tərkiblərinə və xarici əlamətlərinə görə eynilik təşkil edən, kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilib götürülmüşdür. Əməliyyat-axtarış tədbirin davamı kimi yaşadığı ünvan 1 ünvanında olan fərdi yaşayış evində keçirilən axtarış və götürmə zamanı həmin evdən 01 ədəd bağlamada təmiz çəkisi 2815 qram və 12 ədəd şəffaf polietilen bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 3,146 qram, 2,257 qram, 3,585 qram, 4,060 qram, 3,149 qram, 4,261 qram, 2,606 qram, 2,640 qram, 4,044 qram, 3,424 qram, 3,024 qram və 2,904 qram olan, ümumi təmiz çəkisi 39,100 qram açıq qəhvəyi rəngli, öz aralarında üzərindən aşkar edilib götürülmüş narkotik vasitə heroinlərlə kimyəvi komponent tərkiblərinə və xarici əlamətlərinə görə eynilik təşkil edən kustar üsulla hazırlanmış narkotik vasitə heroin və 01 ədəd şəffaf polietilen bükümdə təmiz çəkiləri-0,042 qram və 04 ədəd bükümdə, ayrı-ayrılıqda təmiz çəkiləri 1,064 qram, 1,642 qram, 2,729 qram və 2,029 qram, ümumi təmiz çəkisi 7,464 qram, öz aralarında üzərindən aşkar olunaraq götürülmüş psixotrop maddə metamfetaminlərlə kimyəvi komponent tərkiblərinə və xarici əlamətlərinə görə eynilik təşkil edən kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin və 01 ədəd üzərində heroin və metamfetaminin izləri olan elektron tərəzi aşkar edilərək götürülmüşdür. Məhkəmənin hökmündən narazı qalan təqsirləndirilən Təqsirləndirilən şəxs apellyasiya şikayəti verərək, məhkəmə hökmündən narazı olduğunu göstərməklə, həmin hökmün ləğv olunmasını və barəsində bəraət hökmünün çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 397-ci maddəsinin tələblərinə əsasən, apellyasiya məhkəməsi birinci instansiya məhkəməsinin işin faktiki hallarının müəyyən edilməsi, cinayət qanunu və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Birinci instansiya məhkəməsinin müəyyən etdiyi faktiki hallar apellyasiya məhkəməsi tərəfindən yalnız apellyasiya şikayəti və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsinin cinayət qanunu və bu Məcəllənin normalarına əməl etməsi apellyasiya məhkəməsi tərəfindən apellyasiya şikayəti və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyası iş materiallarını verilmiş apellyasiya şikayətinin dəlilləri ilə birlikdə əlaqəli şəkildə araşdıraraq və cinayət prosesi iştirakçıların fikirlərini dinləməklə hesab edir ki, təqsrləndirilən şəxsin verdiyi apellyasiya şikayəti təmin edilməməli və məhkəmənin 12 sentyabr 2022-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmalıdır. Cinayət işinin materiallarından və məhkəmə iclasının protokollarından göründüyü kimi, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə özünü məhkəmədə təqsirli bilməməsinə baxmayaraq, onun tərəfindən cinayətin törədilməsi ibtidai istintaq dövründə özünün verdiyi etirafedici ifadələri ilə yanaşı; ibtidai istintaq zamanı və məhkəmədə dindirilmiş şahidlərin ifadələri ilə; keçirilmiş baxış, götürmə, müayinə, axtarış, üzləşdirmə, çarpaz dindirmələr və digər istintaq hərəkətlərinin protokolları ilə; keçirilmiş məhkəmə-kimyəvi və məhkəmə-narkoloji ekspertizalarının rəyləri ilə, toplanmış və tədqiq olunmuş digər sənədlərlə sübuta yetirilmişdir. Belə ki, birinci instansiya məhkəməsində dindirilmiş təqsirləndirilən Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilməmiş və verdiyi ifadəsində göstərmişdir ki, narkotik vasitə marixuanadan arabir istifadə etmiş, lakin mütəmadi narkotik vasitə istifadəçisi olmamışdır. Onun 60 yaşlı atası Rasib Süleymanov dörd ildir narkotik vasitə istifadəçisidir və ona görə də atası Rasib polislər tərəfindən saxlanılmış, atası ilə yanaşı polislər onu, yeznəsini, əmisi oğlu və evdə işləyən ustanı tutmuşlar. Atasının üzərindən az miqdar narkotik vasitə aşkar edilmiş, həmin narkotik vasitəni özü atasına vermişdir. Belə ki, atası narkotik vasitə istifadəçisi olduğundan ondan narkotik vasitə almağı xahiş etdiyindən, atasına narkotik vasitələrin satışı ilə məşğul olan tanımadığı şəxslərdən narkotik vasitə almış, polis əməkdaşlarından biri özünü təqsirli bildiyi halda atasını və saxlanılmış digər üç şəxsi, yəni yeznəsini, əmisi oğlu və ustanı buraxacaqlarını demiş, razılaşaraq ittiham aktında göstərilmiş növdə və çəkidə narkotik vasitələrin ona məxsus olduğunu bildirmişdir. Bundan sonra polislər onu və atasını tutmuşlar, yeznəsini, əmisi oğlunu və ustanı isə buraxmışlar. İstintaq dövründə qorxduğundan, hazırda verdiyi ifadəsindən fərqli məzmunda ifadə vermiş, lakin könüllü şəkildə ifadə verməmişdir. Polis əməkdaşları ona yazılı şəkildə çoxlu sayda sənədlər təqdim etmiş və oxumadan həmin sənədləri imzalamışdır. Polis əməkdaşları tərəfindən səhər vaxtı tutulsa da, axşam saatlarında videoçəkilişlə evinə baxış keçirmişlər və ittiham aktında göstərilmiş çəkidə və növdə narkotik vasitələr aşkar etmişlər. Halbuki həmin vaxt evdə narkotik vasitə aşkar edilməmiş, yalnız atasının üzərində az miqdarda narkotik vasitə olmuş, İstintaq vaxtı sənədləri imzalamaqla hansı məsuliyyətin altına girdiyini dərk etməmiş, məhkəmə tərəfindən ona hüquq və vəzifələri izah olunarkən, elan olunmuş ittihamın mahiyyətini başa düşmüşdür. İttiham aktında göstərilmiş heç bir hal həqiqət deyildir, dediklərinə dair onun əlində heç bir sübut yoxdur, lakin səmimi bildirir ki, onunla birlikdə tutulan şəxslərin buraxılması müqabildə məsuliyyəti üzərinə götürmüşdür. Həqiqətdə ittiham aktında göstərilmiş narkotik vasitələr ona məxsus olmamış, polis əməkdaşları tərəfindən saxlanıldığı və şöbədə dindirildiyi vaxt ona qarşı hər hansı zorakılıq tətbiq edilməmiş, habelə İstintaq təcridxanasına təhvil verilərkən və tibbi müayinədən keçirilərkən, onun üzərində heş bir xəsarət olmamışdır. Ona bəraət verilməsini məhkəmədən xahiş edir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsi ilə məhkəmədə verdiyi ifadəsi arasında əhəmiyyətli ziddiyətlər olduğundan, ibtidai istintaq zamanı verdiyi ifadələri məhkəmədə elan olunaraq tədqiq edilmiş və həmin ifadəsində bildirmişdir ki, Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə elan edilmiş ittihamda özünü təqsirli bilir, təxminən iki ildir narkotik vasitəni çəkmək yolu ilə istifadə edir. 20 yanvar 2022-ci ildə saat 10:00 radələrində yaşadığı evinin qarşısında olarkən, Bakı şəhəri Suraxanı rayonu Bülbülə qəsəbəsi S.Bəhlulzadə küçəsində mülki geyimdə olan şəxslər ona yaxınlaşaraq özlərini təqdim etməklə polis əməkdaşları olduqlarını deyib onun narkotik vasitənin əldə edilməsi, saxlaması, istifadəsində şübhəli olduğunu bildirməklə onu Suraxanı rayon polis idarəsinə dəvət etmişlər. Razılaşaraq polis əməkdaşları ilə birlikdə polis idarəsinə getmişdir. Polis idarəsində ona hüquq və vəzifələri izah olunduqdan sonra videoçəkilişlə üzərinə şəxsi axtarış və götürmə istintaq hərəkəti keçirilmişdir. Şəxsi axtarış zamanı üzərində saxlanılması, daşınması və ya gəzdirilməsi qadağan olunmuş hər hansı bir əşya və ya predmet varsa təqdim etməsi təklif edildikdə, etiraz etməyərək əynindəki qara rəngli gödəkçənin sol yan cibindən bir ədəd salfetin içərisində şəffaf rəngli bükümdə ağ rəngli metafetaminə bənzər maddə, bir ədəd qara rəngli plastik qabın içində iki ədəd şəffaf sellofanda qəhvəyi rəngli heroinə bənzər maddə, bir ədəd üzəri «Ç Çərşənbə Wednesday» həkk olunmuş şəffaf plastik qabın içində iki ədəd şəffaf sellofanda qəhvəyi rəngli heroinə bənzər maddə, bir ədəd plastik linza qapağının içərisində olan sol hissəsində ağ rəngli metafetaminə bənzər maddə və sağ hissəsində qəhvəyi rəngli heroinə bənzər maddə, bir ədəd siqaret kağızı bükümdə ağ rəngli metafetaminə bənzər maddə, altı ədəd şəffaf sellofanda qəhvəyi rəngli heroinə bənzər maddə, bir ədəd siqaret kağızı bükümdə qəhvəyi rəngli heroinə bənzər maddə olan narkotik vasitələri və həmin gödəkçənin sağ yan cibindən «Samsung» markalı mobil telefonu çıxarıb polis əməkdaşlarına təqdim etmiş, ondan həmin bükümlərin içində nə olması, nə vaxt, kimdən əldə etməyi barədə soruşulmuş, bükümlərin içində narkotik maddə “kakos” və “şüşə” olduğunu, onları ayrı-ayrılıqda bir qramını 15 manata İran vətəndaşı «İsi» adlı şəxsdən onlayn vasitəsilə əldə etdiyini bildirmişdir. Narkotik vasitələr və mobil telefon götürülüb ayrı-ayrılıqda zərflərə qoyulub qablaşdırılmış və üzəri digər iştirakçılar tərəfindən imzalarla təsdiq edilmiş, bundan sonra üzərində axtarış həyata keçirilmiş, lakin hər hansı bir əşya və ya predmet aşkar edilməmiş və götürülməmişdir. Ondan evə baxış keçirilməsi barədə polislər icazə istədikdə etiraz etməmiş və evinə baxış keçirilməsinə razılıq vermiş, yaşadığı evə, yəni ünvan 2 ünvanına polis əməkdaşları və vəkilin iştiraki ilə baxış keçirilmiş, yaşadığı evin qonaq otağında güzgülü dolabın içində dörd ədəd siqaret kağızı bükümdə narkotik vasitəyə bənzər ağ rəngli kristal şəkilli narkotik vasitələr, bir ədəd tərəzi və dolabın içindən göy rəngli sellofan torbadan üç ədəd kibrit qutusunun içərisində heroinə bənzər narkotik vasitə və qonaq otağında oturacaq kreslonun arxasındakı sarı rəngli şəffaf sellon torbada heroinə bənzər narkotik vasitə aşkar olunaraq götürülmüş, həmin narkotik vasitə heroinə bənzər maddələr və tərəzi qablaşdırılaraq, onun özü və digər iştrakçılar tərəfindən imzalanmışdır. Narkotik vasitə və psixotrop maddədən istifadə etmiş, lakin satışı ilə məşğul olmamış, öz istifadəsi üçün narkotik vasitə və psixotrop maddə əldə edib istifadə etmişdir. İran vətəndaşı olan «İsi» adlı şəxsdən bir qram «şüşə» və «kakos» ayrı-ayrılıqda 15 manata onlayn vasitəsi ilə əldə etmiş və şəxsən özü istifadə etmişdir. Polis əməkdaşları tərəfindən hər hansı təziqə məruz qalmamışdır. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsi məhkəmə istintaqında verdiyi ifadələri elan olunaraq araşdırıldıqdan sonra, bildirmişdir ki, ibtidai istintaq dövründə verdiyi ifadələri oxumadan imzalaması ilə əlaqədar həmin ifadələrini hal hazırda məhkəmədə təsdiq etmədiyini və məhkəmədə verdiyi ifadəsini təsdiq etdiyini bildirmişdir. İbtidai istintaq dövründə və məhkəmədə dindirilmiş Şahid3 məhkəmədə verdiyi ifadəsində göstərmişdir ki, 20 yanvar 2022-cidə Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz saxlaması, istifadəsi etməsi və satışı ilə məşğul olmasına dair əməliyyat müvəkkili işlədiyi Suraxanı rayon polis idarəsinə əməliyyat məlumatı daxil olmuş və daxil olmuş əməliyyat məlumatı idarənin rəisinə raportla məruzə edildikdən sonra, ondan, işlədiyi polis idarəsinin Narkotiklərlə Mübarizə bölməsinin əməliyyat müvəkkilləri-Şahid2 və Şahid1 ibarət əməliyyat qrupu yaradılmış və tədbir yalnız Təqsirləndirilən şəxs barəsində keçirilmiş, sonuncunu əvvəllər tanımamışdır. Həmin gün saat 10:00- radələrində onlar ünvan 1 ünvanın yaxınlığında xarici əlamətlərinə görə Təqsirləndirilən şəxs oxşar şəxsə yaxınlaşaraq özlərini təqdim etmiş və polis əməkdaşları olduqlarını deyib ondan özünü təqdim etməsini xahiş etdikdə, Təqsirləndirilən şəxs olduğunu bildirmiş, onlar Təqsirləndirilən şəxs narkotik vasitədən istifadəsi etməsi, üzərində saxlaması və satışı ilə məşğul olmaqda şübhəli olduğunu deyib məsələnin araşdırılması məqsədi ilə onu polis idarəsinə dəvət etmişlər. Təqsirləndirilən şəxs isə etiraz etməyərək onlarla birlikdə polis idarəsinə getmişdir. Polis idarəsinə Təqsirləndirilən şəxs başqa atası və ya digər qohumu dəvət olunmamışdır. Xidməti otaqların birində Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edildikdən sonra müdafiəçi dəvət edilmiş, videoçəkiliş vasitəsilə onun üzərində şəxsi axtarış keçirilməyə başlanmış, Təqsirləndirilən şəxs üzərində qanunsuz hər hansı əşya varsa könüllü təqdim etməsi təklif edildikdə, videoçəkiliş zamanı Təqsirləndirilən şəxs əynində olan qara rəngli gödəkçəsinin sol yan cibindən bir ədəd salfetka içində olan bükümü, bir ədəd qara rəngli plastik qabın içində olan iki ədəd bükümü, bir ədəd başqa plastik qabın içində olan iki ədəd bükümü, bir ədəd göz üçün istifadə edilən linza qapağın içində olan iki ədəd bükümü, bir ədəd siqaret kağızına bükülmüş bükümü, 6 ədəd şəffaf sellofana bükülmüş bükümü, bir ədəd siqaret kağızına bükülmüş bükümü və əynindəki qara rəngli gödəkçənin sağ yan cibindən bir ədəd «Samsung» markalı mobil telefonu çıxararaq təqdim etmişdir. Ona təqdim etdiyi bükümlərdə hansı vasitə olması və haradan əldə etməsi barədə suallar verildikdə, bükümlərin içində «kakos» kimi tanıdığı narkotik vasitə və «şüşə» kimi tanıdığı psixotrop maddələr olduğunu, narkotik vasitə və psixotrop maddələrinin bir qramını 15 manata adını xatırlamadığı İran vətəndaşından aldığını demiş, aşkar olunmuş həmin bükümlər təhqiqatçı tərəfindən götürülərək qablaşdırılmışdır. Sonra şəxsi axtarış davam etdirilmiş, lakin həmin vaxt Təqsirləndirilən şəxs üzərindən qanunsuz hər hansı bir əşya və ya predmet aşkar edilməmişdir. Keçirilmiş əməliyyat tədbirinin nəticəsinə dair protokol tərtib edilmiş və ucadan oxunduqdan sonra protokolu bütün iştirakçılar imzalamış, Təqsirləndirilən şəxs yaşadığı mənzildə narkotik vasitə olduğunu bildirdiyindən, ondan yaşadığı evə baxış keçirilməsinə dair etirazının olub-olmaması soruşulduqda, sonuncu etirazının olmadığını bildirmiş, habelə bu barədə ərizə də təqdim etmişdir. Bundan sonra onlar birlikdə Təqsirləndirilən şəxs yaşadığı Suraxanı rayonu Bülbülə qəsəbəsi S.Bəhlulzadə küçəsi 15 ünvanında yerləşən evə gedib orada baxış keçirmişlər. Baxış keçirilərkən, evin otağında dolabdan bir ədəd qara rəngli qutunun içindən bir ədəd büküm, digər bir qara rəngli qabın içindən 16 ədəd büküm, bir ədəd elektron tərəzi və otaqda yatağın altından bir ədəd böyük bağlama aşkar edilib götürülmüş, Təqsirləndirilən şəxs bükümlərin içində «kakos» və «şüşə» kimi tanıdığı narkotik vasitə və psixotrop maddələrin olduğunu, həmin narkotik vasitə və psixotrop maddələrin bir qramını 15 manata adını bilmədiyi İran vətəndaşından aldığını bildirmişdir. Təqsirləndirilən şəxs yaşadığı evə baxış keçirilməsi davam etdirilmiş, lakin başqa qanunsuz əşya və maddə aşkar edilməmiş, keçirilmiş əməliyyat tədbirinin nəticəsinə dair protokol tərtib edilmiş və protokol ucadan oxunmaqla iştirakçılar tərəfindən imzalarla təsdiq olunmuşdur. Şahid3 suallara cavab verməklə bildirmişdir ki, Təqsirləndirilən şəxs yaşadığı evdə deyil, yaşadığı evin yaxınlığındakı küçədə saxlanılmış, nə şəxsi axtarışa və nə də yaşadığı evə baxış keçirilməsinə dair protokola etirazı olmamış, üzərindən və yaşadığı evdən aşkar edilmiş vasitə və maddələrin özünə məxsus olduğu, onları iran vətəndaşından alaraq sonradan satdığını bildirmişdir. Süleyman Zülfüqarov üzərindən və evindən aşkar edilmiş narkotik vasitə və psixotrop maddələrin başqa şəxsə, o cümlədən atasına məxsus olmasını bildirməmişdir. Saxlanılarkən və Suraxanı rayon polis idarəsində olarkən ona qarşı polis əməkdaşları tərəfindən zorakılıq, fiziki və ya psixi təsir göstərilməmişdir. Atasına aid hər hansı miqdarda narkotik vasitə aşkar edilməmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 və Şahid2 eyni məzmunlu ifadələr verərək, öz ifadələrində məhkəmədə dindirilmiş Şahid3 ifadəsində göstərilənləri bir daha təsdiq etmişlər. Birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş təqsirləndirilən şəxs və şahidlərin ifadələri ilə yanaşı, keçirilmiş məhkəməekspertizasının rəylərini, maddi sübutları, aparılmış istintaq və məhkəmə hərəkətlərinin protokollarını da mötəbər sübut növləri kimi qəbul etmişdir. Belə ki, keçirilmiş əməliyyat tədbiri ilə bağlı məhkəmədə tədqiq edilmiş sənədlərə əsasən, Bakı şəhəri Suraxanı rayon polis idarəsinin Narkotiklərlə Mübarizə bölməsinin 20 yanvar 2022-ci il tarixli raportundan görünür ki, etimad doğuran, qərəzsiz mənbədən daxil olmuş məlumatda 15 mart 1990-cı ildə Bakı şəhərində anadan olmuş, ünvan 3 ünvanında qeydiyyatda olan və həmin ünvanda yaşayan Təqsirləndirilən şəxs qanunsuz narkotik vasitələrin satışı ilə məşğul olması, həmçinin həmin narkotik vasitə və psixotrop maddələri saxlaması və istifadə etməsi göstərilmişdir. Onun ətrafında təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri keçirilməklə yaxalanmasından ötrü əməliyyat qrupunun yaradılması qərara alınmış və əməliyyat tədbir keçirilmişdir. Keçirilmiş əməliyyat tədbiri zamanı Təqsirləndirilən şəxs həmin tarixdə saat 10:00 radələrində, ünvan 1 ünvanın yaxınlığında saxlanılaraq saat 10:15-də polis idarəsinə gətirilmiş və həmin tarixdə saat 10:00-da Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməklə əlaqədar şübhəli şəxs qismində tutulmuşdur (i.v. 04- 11, 21-22). Məhkəmədə tədqiq edilmiş Suraxanı rayon Polis idarəsinin Təhqiqat şöbəsinin 20 yanvar 2022-ci il tarixli qərarından və protokolundan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs üzərində videoçəkilişlə keçirilmiş şəxsi axtarış zamanı onun əynindəki qara rəngli gödəkçəsinin sol yan cibindən 01 (bir) ədəd salfetin içində olan büküm, 01 (bir) ədəd qara rəngli plastik qabın içində olan 2 (iki) ədəd büküm, 01 (bir) ədəd başqa plastik qabın içində olan 02 (iki) ədəd büküm, 01 (bir) ədəd linza qapağının içində olan 02 (iki) ədəd büküm, 01 (bir) ədəd siqaret kağızına bükülmüş büküm, 06 (altı) ədəd şəffaf sellofana bükülmüş büküm, 01 (bir) ədəd siqaret kağızında olan büküm və əynində olan həmin qara rəngli gödəkçəsinin sağ yan cibindən 01 (bir) ədəd «Samsung» markalı mobil telefon aşkar olunaraq götürülmüş, bununla bağlı protokol tərtib olunaraq oxunub imzalanmaqla cinayət işinin materiallarına əlavə edilmişdir (i.v. 31-34). Məhkəmədə tədqiq edilmiş Təqsirləndirilən şəxs 20 yanvar 2022-ci ildə yazdığı ərizəsinə əsasən, onun yaşadığı ünvan 4 ünvanında baxış və götürmə aparılmasına dair onun etirazı olmamışdır (i.v. 35). Məhkəmədə tədqiq edilmiş Bakı şəhəri Suraxanı rayon polis idarəsinin Təhqiqat şöbəsinin 20 yanvar 2022-ci il tarixli protokoluna əsasən, həmin tarixdə Təqsirləndirilən şəxs ünvan 1 ünvanında olan evinə keçirilmiş baxış zamanı evin otağında dolabdan bir ədəd qara rəngli qutunun içində olan bir ədəd büküm və digər bir qara rəngli qabın içində olan 16 ədəd büküm, bir ədəd elektron tərəzi və həmin otaqda yatağın altından bir ədəd iri ölçülü bağlama aşkar olunaraq götürülmüş, bu barədə protokol tərtib olunaraq imzalanmaqla cinayət işinin materiallarına əlavə edilmişdir (i.v. 36). Məhkəmədə tədqiq edilmiş məhkəmə-kimyəvi ekspertizasının 6\395 saylı 21 yanvar 2022-ci il tarixli rəyinə əsasən, tədqiqata təqdim edilmiş və üzərində «vət. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş» yazısı, imzalar olan 03 ədəd zərfdə bir ədəd salfetə bükülmüş şəffaf polietilen bükümdə təmiz çəkisi 141,722 qram ağ rəngli kristallardan ibarət maddə kütləsi kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir; qara rəngli plastik qabda iki ədəd şəffaf polietilen bükümdə ümumi təmiz çəkisi 3,615 qram açıq qəhvəyi rəngli tozşəkilli maddələr kustar üsulla hazırlanmış narkotik vasitə heroindir; üzərində «Çərşənb» yazısı olan şəffaf plastik qabda iki ədəd bükümdə və ümumi təmiz çəkisi 4,103 qram açıq qəhvəyi rəngli təzşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir; bir ədəd linza qabda, üzərində «L» yazısı olan hissəsində təmiz çəkisi 1,080 qram açıq qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir; üzərində «R» yazısı olan hissəsində və təmiz çəkisi 2,363 qram ağ rəngli kristallardan ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir; 06 ədəd şəffaf polietilen bükümdə, bir ədəd kağız bükümdə təmiz çəkisi 11,834 qram açıq qəhvəyi rəngli tozşəkilli maddələr kustar üsulla hazırlanmış narkotik vasitə heroindir; bir ədəd kağız bükümdə təmiz çəkisi 1,062 qram ağ rəngli kristallardan ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Üzərində «Təqsirləndirilən şəxs yaşadığı evdən aşkar edilmiş» yazısı və imzalar olan 03 ədəd zərfdəki, bir ədəd bağlamada təmiz çəkisi 2815 qram açıq qəhvəyi rəngli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə heroindir; 12 ədəd şəffaf polietilen bükümdə ümumi təmiz çəkisi 39,100 qram açıq qəhvəyi rəngli tozşəkilli maddələr kustar üsulla hazırlanmış narkotik vasitə heroindir; bir ədəd şəfaf polietilen bükümdə təmiz çəkisi 0,042 qram ağ rəngli kristaldan ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin; 4 ədəd bükümdə ümumi təmiz çəkisi 7,464 qram ağ rəngli kristallardan ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. bir ədəd elektron tərəzinin üzərində metamfetamin və heroinin izləri olmaqla, iz şəklində olduğundan, onların təmiz çəkisini müəyyən etmək mümkün deyil. Onun yaşadığı evdən və üzərindən aşkar edilib götürülmüş heroinin ümumi çəkisi 2.874,732 qram (2 kq, 874,732 qr) təşkil etmişdir və həmin heroinlər kimyəvi komponent tərkiblərinə və xarici əlamətlərinə görə eynidirlər; metamfetaminin ümumi çəkisi 152,653 qram təşkil edir və göstərilən maddəlr kimyəvi komponent tərkiblərinə və xarici əlamətlərinə görə eynidirlər (i.v. 44- 52). Məhkəmədə tədqiq edilmiş Bakı şəhəri Suraxanı rayon polis idarəsinin İstintaq şöbəsinin 11 mart 2022-ci il tarixli protokoluna əsasən, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilərkən çəkilmiş videogörüntüləri özündə əks etdirən DVD diskə keçirilmiş baxış zamanı Təqsirləndirilən şəxs əvvəlcə üzərində saxlaması, daşınması və gəzdirilməsi qadağan olunmuş hər hansı bir əşya və predmet varsa təqdim etməsinin təklif edilməsi, sonuncu əynindəki qara rəngli gödəkçənin sol yan cibindən 01 (bir) ədəd salfet içərisində olan bükümü, 01 (bir) ədəd qara rəngli palastik qabın içində olan 2 (iki) ədəd bükümü, 01 (bir) ədəd başqa plastik qabın içində olan 02 (iki) ədəd bükümü, 01 (bir) ədəd linz qapağının içində olan 02 (iki) ədəd bükümü, 01 (bir) ədəd siqaret kağızına bükülmüş bükümü, 6 (altı) ədəd şəffaf sellofana bükülmüş bükümü, 01 (bir) ədəd siqaret kağızında olan bükümü və həmin qara rəngli gödəkçəsinin sağ yan cibindən 01 (bir) ədəd «Samsung» markalı mobil telefonu çıxarıb təqdim etməsi, ondan təqdim etdiyi bükümlərin içində nə olması və nə vaxt, kimdən, hansı üsulla əldə etməsi barədə soruşulduqda onun həmin bükümlərin içində “kakos” və “şüşə” kimi tanıdığı narkotik vasitələr olduğu və narkotik vasitələrin hər bir qramını 15 manatdan «İsi» adlı İran İslam Respublikasının vətəndaşı olduğunu bidiyi, lakin ünvanını və digər məlumatlarını bilmədiyi şəxsdən aldığını bildirməsi, sonra aşkar edilmiş həmin bükümlərin götürülərək qablaşdırılması və daha sonra isə onun üzərində şəxsi axtarışın davam etdirilməsi və qanunsuz hər hansı bir əşya və ya predmet aşkar edilməməsi müəyyən olunmuş, bununla bağlı protokol tərtib edilərək imzalanmaqla cinayət işinə əlavə edilmişdir (i.v. 114). Məhkəmədə tədqiq edilmiş Bakı şəhəri Suraxanı rayon polis idarəsinin İstintaq şöbəsinin 11 mart 2022-ci il tarixli protokoluna əsasən, Təqsirləndirilən şəxs yaşadığı ünvana baxış keçirilərkən, çəkilmiş videogörüntüləri özündə əks etdirən DVD diskə keçirilən baxış zamanı yaşadığı mənzilə polis əməkdaşları tərəfindən baxış keçirilməsi, əvvəlcə ondan yaşadığı evdə saxlanması, daşınması və ya gəzdirilməsi qadağan olunmuş hər hansı əşya və ya predmet varsa təqdim etməsinin təklif edilməsi, onun yaşadığı həmin evin otağında dolabdan bir ədəd qara rəngli qutunun içində olan 1 (bir) ədəd büküm, digər bir qara rəngli qabın içində olan 16 (on altı) ədəd büküm, 01 (bir) ədəd elektron tərəzi və həmin otaqda yatağın altından 01 (bir) ədəd iri ölçülü bağlama aşkar edilib götürülməsi, onun bükümlərin içində “kakos” və “şüşə” kimi tanıdığı narkotik vasitələr olduğunu, narkotik vasitələrin hər bir qramını 15 manatdan «İsi» adlı İranlıdan aldığını bildirməsi, yaşadığı evə baxışın davam etdirilməsi, başqa hər hansı qanunsuz əşya və ya maddə aşkar edilməməsi müəyyən edilmiş, protokol tərtib edilib cinayət işinə əlavə edilmişdir (i.v. 115). Məhkəmədə tədqiq edilmiş Bakı şəhəri Suraxanı rayon Polis idarəsinin İstintaq şöbəsinin 05 aprel 2022-ci il tarixli protokoluna əsasən, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılarkən aşkar edilib götürülmüş bir ədəd «Samsung» markalı mobil telefona baxış keçirilərkən, mobil telefonda iş üçün əhəmiyyət kəsb edən hər hansı məlumat aşkar edilməmiş və bu barədə protokol tərtib olunaraq iş materiallarına əlavə edilmişdir (i.v. 122). İş materiallarında olan Bakı şəhəri Suraxanı rayon polis idarəsinin İstintaq şöbəsinin 07 aprel 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində olan ********* nömrəli cinayət işi üzrə onun əməlinə düzgün hüquqi qiymət verilməsindən ötrü ayrıca material ayrılaraq ********* nömrəli cinayət işinə əlavə edilmişdir (i.v. 124). Məhkəmədə tədqiq edilmiş Ambulator məhkəmə-narkoloji tibbi yoxlamanın 1669 saylı 07 aprel 2022-ci il tarixli rəyinə əsasən, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların qəbulu nəticəsində yaranmış asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar edildiyindən, onun narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı olduğu üçün, ona narkomaniya xəstəliyindən məcburi müalicə təyin edilməlidir (i.v. 145-146). İş materiallarında olan sübutların qiymətləndirilməsi haqqında Bakı şəhəri Suraxanı rayon polis idarəsinin İstintaq şöbəsinin 10 may 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs elan edilmiş ittihamın məzmununa əlavə və dəyişiklik edilib ona Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə yenidən ittiham elan edilməsi və barəsində seçilmiş həbs qətimkan tədbirinin nəzərə alınması, onun üzərindən və yaşadığı evdən aşkar edilib götürülmüş, barəsində məhkəmə-kimyəvi və başqa ekspertizaları təyin edilərək rəylər alınmış, ümumilikdə 2874,732 qram təşkil edən narkotik vasitə heroinin, 152,653 qram təşkil edən psixotrop maddə metamfetaminin və 01 (bir) ədəd elektron tərəzinin iş üzrə mühüm əhəmiyyət kəsb etdiyi üçün maddi sübut kimi tanınması və ekspertiza tədqiqatından sonra qalıq təmiz çəkisi 2873,852 qram təşkil edən narkotik vasitə heroinin, qalıq təmiz çəkisi 152,353 qram təşkil edən psixotrop maddə metamfetamin və 01 (bir) ədəd elektron tərəzinin Suraxanı rayon polis idarəsinin maddi sübutların saxlanc otağına təhvil verilməsi, istintaqda onun üzərində şəxsi axtarış və götürmə aparılması, habelə evə baxış zamanı çəkilmiş videogörüntüləri özündə əks etdirən 02 (iki) ədəd diskin iş üzrə mühüm əhəmiyyət kəsb etdiyindən maddi sübut qismində tanınaraq cinayət işinə əlavə olunması, onun təmiz çəkisi 2.874,732 qram narkotik vasitə heroini və təmiz çəkisi 152,653 qram psixotrop maddə metamfetamini əldə etdiyi naməlum şəxsin şəxsiyyətini müəyyən edərək istintaqa təqdim edilməsi üçün ********* saylı cinayət işindən ayrıca icraata Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə cinayət işinin ayrılması və istintaqının aparılması qərara alınmışdır (i.v. 151-162). İş materiallarında olan Bakı şəhəri Suraxanı rayon polis idarəsinin 31-ci polis bölməsinin 098- 1752-1222 nömrəli 29 mart 2022-ci il tarixli məktubundan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs külli miqdarda narkotik vasitə və psixotrop maddəni əldə etdiyi mənbəni müəyyən etmək mümkün olmamışdır (i.v. 120). İş materiallarında olan Səhiyyə Nazirliyi «Respublika Psixiatriya Xəstəxanası» PHŞ-nin 04 aprel 2022-ci il tarixli 2728 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs arxiv məlumatına görə həmin xəstəxanada müalicədə olmamışdır (i.v. 121). Göstərilənlərdən əlavə təqsirləndirilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayəti törətməsi toplanmış və məhkəmədə tədqiq edilmiş digər çoxsaylı və mötəbər sənədlərlə sübuta yetirilmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən, cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Həmin Məcəllənin 145.1, 145.2 və 145.3-cü maddələrinin tələblərinə müvafiq olaraq, hər bir sübut mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət işi üzrə toplanmış bütün sübutların məcmusuna ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq, toplanmış sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla, öz daxili inamına görə sübutları qiymətləndirməlidir. Həmin Məcəllənin 139-cu maddəsinə əsasən, iş üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibin əlamətləri, təqsirliliklə bağlı məsələ yalnız sübutlar əsasında müəyyən edilməlidir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında Konstitusiya Məhkəməsinin Plenumu cinayət əməlinin tövsifi ilə bağlı hüquqi mövqeyini belə ifadə etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən tərkibinin düzgün müəyyən edilməsi və tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə şəxsin təqsirli olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks halda təqsiri olmayan şəxsin məsuliyyətə cəlb edilməsinə və yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq və qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Eyni zamanda, Qərarda göstərilir ki, cinayətin tövsifi dedikdə törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından və cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən keçirilən mühüm məntiqi proses olan yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verir. Bu isə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və məzmununun izah olunmasını tələb edir. Digər tərəfdən birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxararkən “Narkotik vasitələr, psixotrop maddələr və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası 25 iyun 2005-ci il tarixli Qanunun, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04 mart 2011-ci il tarixli qərarının izah və tələblərini rəhbər tutmuşdur. Belə ki, “Narkotik vasitələrinin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası 25 iyun 2005-ci il tarixli Qanununa əsasən, məqsədindən asılı olmadan qanunvericiliklə müəyyən edilmiş qaydaları pozub şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanılmasına yönəldilmiş bütün hərəkətlər narkotik vasitələr və psixotrop maddələrin qanunsuz saxlanması (maddə 1.0.10) hesab edilir. Həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozub narkotik vasitələrin və psixotrop maddələrinin yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitə və psixotrop maddələrin qanunsuz daşınması (maddə 1.0.8) hesab edilir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 25 iyun 2005-ci il tarixli Qanununun 1.0.9 və 1.0.10-cu maddələrinə əsasən, həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələr və psixotrop maddələrin alınması, hədiyyələrin qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsi başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitə və psixotrop maddələrin qanunsuz əldə edilməsi; məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozub şəxsin idarəçiliyindəki narkotik vasitələr və psixotrop maddələrin özündə saxlanmasına yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması hesab edilir. Həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən «narkotik vasitələr və psixotrop maddələrin qanunsuz satılması-miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunmuş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, ya digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir». X4 11-ci bəndinə əsasən, cinayətin qabaqcadan əlbir olan bir qrup şəxs halında törədilməsi bu cinayətdə birgə törətmək haqqında qabaqcadan razılaşmaqla iki və daha çox şəxsin birlikdə iştirak etməsi başa düşülməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2 və 234.3-cü maddələri ilə nəzərdə tutulan cinayətlərin törədilməsinə yönəlmiş hərəkətlərin edilənədək, cinayətlərin iştirakçıları arasında qabaqcadan əlbirlik olması, cinayətkar niyyətin həyata keçirilməsi üçün razılıq əldə edilməsi müəyyən edildikdə, əməl həmin cinayətlərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi kimi qiymətləndirilməlidir. Qeyd edilən Plenum qərarının 14-cü bəndinin 2-ci abzasına görə, bir neçə növ narkotik vasitə və psixotrop maddənin satış məqsədilə əldə edilməsi, saxlanılması, hazırlanması, istehsal edilməsi, emal edilməsi, daşınması və göndərilməsi müəyyən edildikdə, külli miqdar tövsifedici əlamətinin olub-olmaması məsələsi həll edilərkən hər növ narkotikin miqdarı əsas götürülməli, hər hansı bir növ narkotikin miqdarı külli miqdar təşkil etdikdə əməl Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə tövsif edilməli, aşkar edilmiş narkotik vasitələrin və psixotrop maddələrin heç biri külli miqdar təşkil etmədikdə isə əməl (satış məqsədi ilə həmin maddələrin əldə edilməsi, saxlanılması və sair) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə tövsif edilməlidir. Eyni zamanda, “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə kifayət edən narkotik vasitə və psixotrop maddələrin miqdarına, həmçinin onların külli miqdarına görə» Siyahılarında narkotik vasitə sayılan heroinin və psixotrop maddə metamfetaminin 0,15 qramdan artıq hissəsi cinayət məsuliyyəti yaradır və narkotik vasitə hesab olunan heroinin və psixotrop maddə hesab olunan metamfetaminin xalis çəkisinin 02 qramdan yuxarı olması isə külli miqdar hesab edilir. Azərbaycan Respublikasının Cinayət Prosesual Məcəlləsinin 144-cü maddəsinin tələbinə əsasən, cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı toplanmış sübutlar əlaqəli şəkildə təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır və əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Birinci instansiya məhkəməsi təqsrləndirilən şəxs Təqsirləndirilən şəxs ibtidai istintaq dövründə özünü cinayət əməlinin törədilməsində təqsirli bilməklə verdiyi etirafedici ifadələrini, ibtidai istintaq dövründə və məhkəmədə dindirilmiş şahidlərin ifadələrini, keçirilmiş ekspertizalarının rəylərini, ibtidai istintaq zamanı və məhkəmədə aparılmış istintaq hərəkətlərinin protokollarını, toplanmış sübutların əsaslılığına hər hansı bir şübhələr doğurmayan digər mötəbər sübutları və əhəmiyyətli sənədləri ayrı-ayrılıqda tədqiq edərək belə nəticəyə gəlmişdir ki, bütün bu sübutlar bir-biri ilə vəhdət təşkil etməklə biri digərinə uyğunlaşdırılaraq elan edilmiş ittihama uyğun hadisənin ardıcıllığını və vahid mexanizmini tam və məntiqə uyğun təsvirini formalaşdırmışdır. Göstərilənləri nəzərə alaraq, birinci instansiya məhkəməsi təqsirləndirilən Təqsirləndirilən şəxs elan edilmiş ittiham üzrə nəzərdə tutulmuş cinayətinin onun tərəfindən anlaqlı vəziyyətdə törətməsinin cinayət işinin materialları ilə sübuta yetirildiyi qənaətinə gəlmişdir. Göstərilənlərə əsasən, birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş külli miqdarda narkotik vasitə və psixotrop maddənin satış məqsədi ilə qanunsuz əldə olunması, saxlanılması, daşınması və satılmasının müəyyən edilməsinin onun əməlinin Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə tövsif edilməsinə əsas verir və əməlinin başqa maddələrlə tövsifinə zərurət qalmır. Birinci instansiya məhkəməsi təqsirləndirilən Təqsirləndirilən şəxs məhkəmədə ifadəsində ondan aşkar edilmiş narkotik vasitə və psixotrop maddənin külli miqdar təşkil etməsinin ona aid olmaması barədə verdiyi ifadəsinin ağır cinayət törətməyə görə cinayət məsuliyyətdən və cəzadan azad olunmasına dair seçdiyi müdafiə üsülü kimi qiymətləndirmişdir. Lakin, Təqsirləndirilən şəxs özünün müdafiəsi üçün irəli sürdüyü dəlillər məhkəmə istintaqında araşdırılan çoxsaylı mötəbər və təkzibedilməz sübutlarla nəinki tam inkar edilir, hətta əksinə olaraq onun təqsirliliyini bir daha təsdiq etmişdir. Belə ki, məhkəmədə müəyyən edilmişdir ki, istintaq zamanı təqsirləndirilən Təqsirləndirilən şəxs ifadələrində bildirdiyi kimi ona zor tətbiq edilməmiş, işgəncə verilməmiş və təziq göstərilməmiş, ibtidai istintaq dövründə ona qarşı edilmiş qanunsuz hərəkətlərə görə ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror və digər müvafiq qurumlara polis əməkdaşlarının qanunsuz hərəkətləri barədə şikayətlərlə müraciət etməmiş və pozulmuş hüquqlarının bərpası ilə əlaqədar hər hansı bir Dövlət qurumlarına müraciətlər etməmişdir. Məhkəmədə tədqiq edilmiş Təqsirləndirilən şəxs üzərində və evində şəxsi axtarış aparılması prosesini özündə əks etdirən 02 ədəd diskdə olan videogörüntülərdən görünür ki, təqsirləndirilən şəxs videoçəkiliş müddətində özünü tam sərbəst aparmış, verilən suallara fasilə vermədən adekvat cavablar vermiş, ondan aşkar edilmiş narkotik vasitələri və psixotrop maddələri özünün şəxsi istifadəsi üçün almaqla əldə etdiyini bildirmişdir. Videoçəkilişlərin aparılması müddəti ərzində təqsirləndirilən şəxsin geyimi səliqəli olmuş, onun bədəninin görünən hissələrində hər hanası xəsarət və ya xəsarət izləri müşahidə edilməmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 90.7.10 və 91.5.10-cu maddələrinin tələblərinə əsasən, şübhəli və ya təqsirləndirilən şəxslər ifadə (izahat) vermək, özünə və yaxın qohumlarına qarşı ifadə (izahat) verməmək və ifadə (izahat) verməkdən imtina etmək, eyni ilə təqsirləndirilən şəxs onun haqqında irəli sürülən ittihamla bağlı izahat (ifadə) vermək, izahat (ifadə) verməkdən və ya sənədləri imzalamaqdan imtina etmək hüququna malikdir. Göstərilən normaların tələbləri isə birbaşa ona dəlalət edir ki, təqsirləndirilən və ya şübhəli şəxs istədiyi kimi özünün müdafiəsini mümkün olan və zəruri hesab etdiyi bütün vasitələrdən istifadə edib quraraq həyata keçirmək hüququna malikdir. Yəni ifadə vermək və ifadə verməkdən imtina etmək, hər hansı bir sənədə imza etmək və ya imza etməkdən imtina etmək onun vəzifəsi deyil, hüququdur və buna görə hər hansı bir məsuliyyət nəzərdə tutulmamışdır. Belə olan halda, onun ibtidai istintaqda və ya məhkəmədə hər hansı sənədi imzalamaqdan imtina etməsinə yalnız onun müdafiə hüququ kimi baxılıb qəbul edilərək qiymətləndirməklə nəzərə alınmalıdır. Məhkəmə kollegiyası Təqsirləndirilən şəxs özünü məhkəmədə təqsirli bilməməsi və ondan aşkar olunaraq götürülmüş külli miqdar narkotik vasitənin və psixotrop maddənin ona aid olmamasına dair verdiyi ziddiyyətli ifadəsinin ağır cinayət əməli törətdiyindən, onun bu yolla cinayət məsuliyyətindən və cəzadan azad edilə biləcəyini ehtimal etdiyini nəzərə alınaraq, həmin ifadəsində bildirdikləri müdafiə taktikası kimi qiymətləndirilməlidir. Belə ki, Təqsirləndirilən şəxs özünün müdafiəsinə məhkəmədə irəli sürdüyü dəlillər məhkəmə baxışı zamanı araşdırılan mötəbər və təkzibedilməz sübutlarla nəinki tam inkar olunmaqla, hətta əksinə onun təqsirliliyini bir daha təsdiq etmişdir. Eyni zamanda, istintaq zamanı və məhkəmədə dindirilmiş şahidlərin hər biri öz ifadələrini təqsirləndirilən Təqsirləndirilən şəxs üzünə qarşı bildirməklə təsdiq etmişlər və hətta məhkəmədə keçirilmiş çarpaz dindirmələr zamanı həmin şahidlər ifadələrini bir daha onun üzünə qarşı deyib təsdiq etməklə, onun Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə cinayəti törətməkdə təqsirli olmasını bildirməklə, həmin əməlin törədilməsində onu ifşa etmişlər. Digər tərəfdən, İbtidai istintaq zamanı və məhkəmədə polis əməkdaşları tərəfindən təsir və təziqə məruz qalması barədə Təqsirləndirilən şəxs özü və müdafiəçisi tərəfindən hər hansı bir dövlət qurumuna şikayət ərizələri ilə müraciət etməmişlər. Eyni zamanda, birinci instansiya məhkəməsində təqsirləndirilən Təqsirləndirilən şəxs öz ifadəsində irəli sürdüyü dəlillər tam və hərtərəfli araşdırılmış, həmin dəlillər iş üzrə toplanmış sübutlarla öz təsdiqini tapmadığından, nəticə etibarı ilə əsassız hesab edilmişdir. Belə ki, birinci instansiya məhkəməsi onun məhkəmədə verdiyi ifadəsində irəli sürdüyü dəlilləri araşdırmış, ibtidai istintaq zamanı özünün verdiyi etirafedici ifadələri ilə, şahidlərin ifadələri ilə; “şəxsi axtarış və götürmə aparılması barədə” protokollarla və həmin tədbirlərin videoçəkilişlə aparılmaqla disklərin üzərinə köçürülməsi və həmin videogörüntülərə baxış keçirilməsi barədə protokollarla; keçirilmiş məhkəmə ekspertizalarının rəyləri ilə, məhkəmədə tədqiq edilmiş digər çoxsaylı mötəbər sübutlarla yanaşı, cinayət işinin faktiki halları ilə təkzib edilmişdir. Bu səbəbdən, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs məhkəmədə verdiyi ifadəsini faktiki əsası olmayan və özünün müdafiəsinə yönələn ifadə kimi qiymətləndirməklə yanaşı, həmin ifadəsində irəli sürdüyü dəlilləri əsassız hesab etmişdir. Digər tərəfdən, birinci instansiya məhkəməsi cinayət təqibi üzrə toplanmış sübutları Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən tam, hərtərəfli və obyektiv yoxlayaraq təhlil etmiş, bir-biri ilə müqayisə edib hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, bütün sübutlara məcmu halda qiymət verərək Təqsirləndirilən şəxs əməlinin hüquqi tövsifi məsələsini də həll etmişdir. Belə ki, birinci instansiya məhkəməsində təqsirləndirilən Təqsirləndirilən şəxs kimdən, hansı qiymətə, ümumiyyətlə əvəzli və ya əvəzsiz şəkildə, habelə hansı şəraitdə, nə vaxt külli miqdarda narkotik vasitə heroini və külli miqdarda psixotrop maddə metamfetamini əldə etməsini və satmasını müəyyən etmək mümkün olmamışdır. İbtidai istintaq orqanı bununla bağlı faktiki olaraq heç bir araşdırma aparmamış, yəni onun kimdən, nə vaxt, hansı mənbədən və hansı şəraitdə külli miqdarda narkotik vasitəni və külli miqdarda psixotrop maddəni qanunsuz olaraq əldə etməsini müəyyən etməmişdir. Halbuki həmin məsələlərin ətraflı şəkildə araşdırılması qanunla müəyyən edilmiş qaydada istintaqı həyata keçirən səlahiyyətli şəxsin üzərinə qoyulmuş əsas vəzifələrdən birini təşkil edir və istintaq orqanının göstərilən halların ətraflı araşdırılması ölkədə real şəkildə narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərin ifşa olunaraq cinayət məsuliyyətinə cəlb edilməsində müstəsna rol oynayır. Ən vacib məsələ isə ondan ibarətdir ki, təqsirləndirilən şəxsə irəli sürülmüş ittiham, həmçinin onun satış məqsədi ilə qanunsuz külli miqdarda narkotik vasitəni və külli miqdarda psixotrop maddəni əldə etməsini ehtiva edir. Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı digər məsələlərlə yanaşı, cinayət hadisəsinin baş vermə vaxtının müəyyən edilməsi ən vacib vəzifələrdən biri kimi təsbit edilmiş, yəni ibtidai istintaq orqanı ona satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni və külli miqdarda psixotrop maddəni əldə etməsi ilə bağlı ittiham irəli sürdüyü halda, mütləq qaydada satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni və külli miqdarda psixotrop maddəni əldə etməsi vaxtını sübutlarla müəyyən etməlidir. Buna baxmayaraq, məhkəmə istintaqında Təqsirləndirilən şəxs 20 yanvar 2022-ci il tarixdə saat 10:00-da Bakı şəhəri Suraxanı rayon polis idarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində ünvan 5 ünvanın yaxınlığında saxlanılması öz təsdiqini tapmışdır. Daha sonra, Təqsirləndirilən şəxs Suraxanı rayon polis idarəsinə aparılmış və orada onun üzərində şəxsi axtarış keçirilmiş və həmin vaxt onun əynində olan qara rəngli gödəkçənin sol yan cibindən 02 ədəd bükümdə ümumi təmiz çəkisi 3,615 qram, digər 02 ədəd bükümdə, ümumi təmiz çəksi 4,103 qram, 01 ədəd linza qabında üzərində «L» yazısı olan hissəsində təmiz çəkisi 1,080 qram, 06 ədəd bükümdə və 01 ədəd kağız bükümdə, ümumi təmiz çəkisi 11,834 qram narkotik vasitə heroin və 01 ədəd bükümdə təmiz çəkisi 141,722 qram, 01 ədəd linza qabında üzərində “R” yazısı olan hissəsində təmiz çəkisi 2,363 qram, 01 ədəd bükümdə, təmiz çəkisi 1,062 qram psixotrop maddə metamfetamin və həmin tarixdə yaşadığı ünvan 1 ünvanında evinin qonaq otağından 01 ədəd bağlamada təmiz çəkisi 2815 qram, 12 ədəd bükümdə ümumi təmiz çəkisi 39,100 qram narkotik vasitə, 01 ədəd bükümdə təmiz çəkisi 0,042 qram, 4 ədəd büküm ümumi təmiz çəkisi 7,464 qram psixotrop maddə metamfetamin və 01 ədəd elektron tərəzi aşkar edilib götürülmüş və bunlar cinayət işinin mübahisəsiz hallarıdır. Göstərilən həmin hallar isə birinci instansiya məhkəməsində onun özünün ibtidai istintaq zamanı müdafiəçisinin iştirakı verdiyi və sübut növü kimi qəbul olunmuş tam etirafedici ifadələri ilə yanaşı, ibtidai istintaq zamanı və məhkəmədə dindirilmiş şahidlərin ifadələri ilə və prosessual hərəkətlərin nəticəsini əks etdirən protokollarla və videogörüntülərlə ilə tam şəkildə öz təsdiqini tapmışdır. Bundan başqa, Təqsirləndirilən şəxs külli miqdarda narkotik vasitə heroini və külli miqdarda psixotrop maddə metamfetamini qanunsuz əldə edərkən, bir hissəsini üzərində, qalan hissəsini isə yaşadığı evdə saxlayarkən, habelə bir hissəsini üzərində daşıyarkən məqsədi və niyyətinin nədən ibarət olmasının müəyyən edilməsidir. Məhz bu halların müəyyən edilməsi əməlin tövsifində mühüm və əsas rol oynayır. Bu səbəbdən, birinci instansiya məhkəməsi onun tutulmasından əvvəl hərəkətlərini və barəsində polis əməkdaşlarına daxil olmuş əməliyyat məlumatının mahiyyətini, tutulma şəraitini, tutulması üçün səbəbləri və işin materialında olan sənədlərin ayrı-ayrılıqda və məcmu halda təhlil olunmasını vacib hesab etmişdir. Məhkəmə təqsirləndirilən şəxsin ətrafında keçirilmiş əməliyyataxtarış tədbiri ilə bağlı belə nəticəyə gəlmişdir ki, barəsində əməliyyat orqanına daxil olmuş əməliyyat məlumatı kifayət qədər ciddi əhəmiyyətə malikdir. Məhkəmədə dindirilmiş və Təqsirləndirilən şəxs barəsində keçirilmiş əməliyyat-axtarış tədbirində iştirak etmiş polis əməkdaşları ifadələrində bildirmişlər ki, onlara daxil olmuş əməliyyat məlumatı təqsirləndirilən şəxsin qanunsuz olaraq narkotik vasitələr və psixotrop maddələrin satışı ilə məşğul olması, üzərində saxlaması, daşıması və istifadə etməsi ilə bağlı olmuşdur. Məhkəmə baxışında dindirilmiş təqsirləndirilən şəxs öz ifadəsində ondan və evindən aşkar olunmuş narkotik vasitələrin və psixotrop maddələrin ona məxsus olmamasını, həmçinin heç bir vaxt onun narkotik vasitələrin və psixotrop maddələrinin satışı ilə məşğul olmamasını bildirmişdir. Məhkəmə isə onun həmin hissədə məhkəmədə verdiyi ifadəsini inandırıcı saymamış və hesab etmişdir ki, onun belə məzmunda ifadə verməklə həqiqəti gizlətmək, cinayət məsuliyyətdən və cəzadan yaxa qurtarmaq məqsədi daşımış, belə olan halda isə ibtidai istintaq orqanı düzgün olaraq Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş ittiham irəli sürmüşdür. Bununla yanaşı, məhkəmə kollegiyası xüsusilə qeyd etməyi zəruri hesab edir ki, əməlin düzgün tövsif olunmasına əsas yalnız qanun əsasında toplanılmış sübutlardır. Birinci instansiya məhkəməsində tədqiq edilmiş və obyektiv araşdırılmış sübutlar əsasında Təqsirləndirilən şəxs üzərindən və yaşadığı evindən 03 kiloqrama yaxın narkotik vasitələr və psixotrop maddələrin aşkar olunması birbaşa onun satış məqsədilə narkotik vasitə və psixotrop maddələrin əldə etməsini, üzərində və evində saxlamasını, habelə daşımasını sübut etməklə təsdiq edir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışında şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Bu Məcəllənin 351.3.4-cü maddəsinə görə ittiham hökmü çıxarılarkən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələr onun xeyrinə şərh edilir. Bu səbəbdən, birinci instansiya məhkəməsi ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün hallara və sübutlara hüquqi qiymət verərək, həmin sübutların ittihamın qiymətləndirilməsinə kifayət etməsini nəzərə alaraq əsaslı olaraq hesab etmişdir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan əməlin bütün əlamətləri olduğundan, həmin maddə ilə cinayət əməli məhz Təqsirləndirilən şəxs törətmiş və cinayətin törədilməsində sonuncu təqsirli olmaqla, onun əməli ibtidai istintaq orqanı və məhkəmə tərəfindən həmin maddə ilə düzgün tövsif edilmişdir. Yuxarıda göstərilənləri nəzərə alaraq və cinayət işi üzrə mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, habelə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq, təqsirləndirilən şəxs və şahidlərin ifadələrini, istintaq və məhkəmə hərəkətinin protokollarını, ekspertizalarının rəylərini və digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunu tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, cinayət işi üzrə toplanmış hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə birinci instansiya məhkəməsi hesab etmişdir ki, Təqsirləndirilən şəxs elan edilmiş ittihamda cinayətin törətməsində təqsirli olması mötəbər sübutlarla təsdiq edildiyindən, onun cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə düzgün tövsif edildiyindən, həmin maddə ilə təqsirli bilinməklə cəzalandırılmalıdır. Göründüyü kimi, birinci instansiya məhkəməsi təqdim olunmuş sübutları hərtərəfli, tam və obyektiv tədqiq etməklə və sübutlar toplusuna məcmu halında qiymət verməklə hesab etmişdir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə heroini və külli miqdarda psixotrop maddə metafetamini əldə etməklə daşıması, saxlaması və satması Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayəti törətməsi tədqiq edilmiş mötəbər sübutlarla təsdiq edildiyindən, onun əməli istintaq orqanı tərəfindən Cinayət Məcəlləsinin həmin maddəsi ilə qanuni, əsaslı və düzgün tövsif edilmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq edilməlidir. Həmin Məcəllənin 44.1-ci maddəsində-məhkəmədə tədqiq edilmiş sübutların məcmusuna əsasən, təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə ittiham hökmü çıxarılır. Məhkəmə kollegiyası təqsirləndirilən Təqsirləndirilən şəxs üzərindən və yaşadığı evindən aşkar edilmiş narkotik vasitə heroin və psixotrop maddə metamfetaminin ona məxsus olmamasına dair birinci instansiya məhkəməsində verdiyi ifadəsini müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi kimi törətdiyi cinayət əməlinə görə onun cinayət məsuliyyətindən yayınmaqla və ya cinayət məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirməklə yanaşı, onun ittiham edildiyi cinayət əməlini törətməsini sübuta yetirilmiş hesab edir. Eyni zamanda, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs öz müdafiəsinə məhkəmədə irəli sürdüyü dəlillər toplanmış sübutlarla- ibtidai istintaqda verdiyi ifadələri ilə, şahidlərin ifadələri ilə, ekspertizaların rəyləri ilə, cinayət işi üzrə toplanmış və məhkəmədə tədqiq digər sübutların məcmusu və işin faktiki halları ilə tam təkzib edilmişdir. Beləliklə də, cinayət işi üzrə toplanmış və birinci instansiya məhkəməsində tədqiq olunmuş çoxsaylı mötəbər sübutlarla təqsirləndirilən Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə heroini və psixotrop maddə metamfetamini əldə etmə, saxlama, daşıma və satması cinayətini törətməsi, yəni Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə cinayəti törətməsi ibtidai istintaqın əvvəllindən onun verdiyi etirafedici ifadələri ilə yanaşı; ibtidai istintaq dövründə və məhkəmədə dindirilmiş şahidlərin ifadələri ilə; şəxsi axtarış və götürmə barədə protokollarla; əməliyyat tədbirlərinin videoçəkilişlə aparılmasına dair videogörüntü ilə; məhkəməkimyəvi və məhkəmə-narkoloji ekspertizalarının rəyləri ilə; tədqiq edilmiş çoxsaylı digər mötəbər və təkzibedilməz sənədlərlə kifayət qədər subuta yetirilmişdir. Göstərilənlərə əsasən, məhkəmə kollegiyası hesab edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməsi toplanmış sübutlarla öz təsdiqini tapmışdır. Bu səbəbdən, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs barəsində bəraət hökmünün çıxarılması barədə onun tərəfindən verilmiş apellyasiya şikayətində irəli sürülən dəlillərlə bağlı aşağıda göstərilənləri qeyd etməyi zəruri hesab edir. Belə ki, cinayət işinin materallarında olan sənədlərə əsasən, polis əməkdaşları verdikləri ifadələrində və idarənin rəisinə təqrirlə müraciət edərək, təqsirləndirilən Təqsirləndirilən şəxs tərəfindən narkotik vasitələrin və psixotrop maddələrin əldə edilməsi və saxlanılması, daşınması və satışı ilə məşğul olması barədə əməliyyat məlumatının daxil olmasını bildirilməklə, onun ifşa edilməsinə əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə icazə verilməsinin xahiş edilməsi təsdiq edilmiş əməliyyat-axtarış fəaliyyətinin keçirilməsinə dair qərar qəbul edilmişdir. Həmin sənədlərlə təqsirləndirilən Təqsirləndirilən şəxs yerinin müəyyən olunmaqla ifşa edilməsi məqsədilə əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi, onun yerinin müəyyən edildiyi halda, üzərinə şəxsi axtarış keçirilməsi və ifşa olunması üçün əməliyyat qrupu yaradılması qərara alınmış və qərarın surətləri məktublarla məhkəmə nəzarətini həyata keçirən məhkəməyə və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilmişdir. Göründüyü kimi, təqsirləndirilən Təqsirləndirilən şəxs özü tərəfindən verilmiş apellyasiya şikayəti onun saxlanılması və könüllü üzərindən və yaşadığı evindən təqdim etdiyi külli miqdarda narkotik vasitənin və külli miqdarda psixotrop maddənin götürülməsi zamanı qanunvericiliyin tələbinin pozulması, o cümlədən Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 125.2-ci maddəsində sadalanan pozuntulara yol verilməsi müəyyən edilməmişdir. Göstərilən normanın tələbindən və mənasından görünür ki, CPM-nin 148.1-ci maddəsinin tələblərinə əsasən, şəxsin cinayət törətməsinə şübhə yarandığına görə və ya cinayət qanunu ilə nəzərdə tutulan əməli törətməsindən şübhələnməyə əsas verən digər məlumatlar olduğu hallarda tutulduqda, baxışa və şəxsi axtarışa, həkim müayinəsinə, əl-barmaq izinin götürülməsinə, şəklinin çəkilməsinə, qan, bədən ifrazatı nümunəsinin götürülməsinə, müayinəyə, ekspertiza aparılmasına məruz qala bilər və bu hərəkətlərinin cinayət işi başlanana qədər aparılması qadağan deyildir. Bununla yanaşı, iş materiallarında olan sənədlərdən görünür ki, təhqiqat orqanı tərəfindən həmin tələblərə əməl edilmiş və təqsirləndirilən Təqsirləndirilən şəxs müdafiə hüququ pozulmamış, tutulması və sonrakı bütün hərəkətlər müdafiəçinin iştirakı ilə aparılmışdır. Digər tərəfdən, məhkəmə kollegiyası iş materiallarına və təhlil etdiyi məsələ ilə əlaqədar istintaq və məhkəmə təcrübəsinə əsaslanaraq narkotik vasitələrin və psixotrop maddələrin, habelə dövriyyəsi qadağan olunmuş digər əşyaların qanunsuz dövriyyəsi ilə bağlı cinayət işləri üzrə vahid məhkəmə təcrübəsinin formalaşdırılması üçün iki məsələyə münasibət bildirməyi zəruri sayır. Belə ki, narkotik vasitələr və psixotrop maddələrin, odlu silahın, döyüş sursatının, partlayıcı maddələrin, güclü təsir edən və ya zəhərli maddələrin, dövriyyəsi qadağan edilmiş və ya məhdudlaşdırılmış bu kimi əşyaların qanunsuz dövriyyəsinə dair cinayət işlərindən görünür ki, şəxsin belə əməllər törətməsi barədə təhqiqat və ya istintaq orqanına məlumat daxil olduqda qanunvericiliyin tələblərinə əsasən, həmin məlumatın yoxlanılması bu orqanların vəzifəsidir və onlar bunun üçün “Əməliyyat-axtarış fəaliyyəti haqqında” Qanunun və Cinayət-Prosessual Məcəlləsinin tələblərinə uyğun belə məlumatların yoxlanması üçün əməliyyat-axtarış tədbirini keçirməklə və zəruri istintaq hərəkəti aparmaqla həmin məlumatın təsdiq və ya təkzib edilməsi barədə nəticə əldə edə bilərlər. Həmin xarakterli işlər üzrə istintaq və məhkəmə təcrübəsinə görə, əməliyyat-axtarış tədbirlərindən ən çox yayılanları şəxsin güdülməsi və tutulmasıdır ki, bu tədbirlərdən sonra şəxsin yeri müəyyən edilərək tutulduqdan sonra, üzərində olan əşyaları könüllü təqdim etməkdən imtina etdikdə, onun üstünə baxış və ya axarışın aparılması kimi istintaq hərəkətinin aparılması zərurəti yaranır. Əksər hallarda şəxsin olduğu yerdə tutulmasına (saxlanılması və ya yaxalanmasına) və üzərinə axtarışın və ya baxışın keçirilməsinə qanunvericilikdə nəzərdə tutulmuş şəxslərlə yanaşı təhqiqatçının və ya müstəntiqin qərarı əsasında müdafiəçilər də cəlb edilirlər ki, bu halllarda da cinayət prosesində müdafiəçilərin iştirakı faktiki olaraq formal xarakter daşıyır və şübhəli və ya təqsirləndirilən şəxsin mənafeyi, habelə onun hüquqlarının səmərəli şəkildə müdafiə olunması tələbi ilə heçdə uzlaşmır. Təbii ki, bir çox bu kimi hallarda, tutulmanın rəsmiləşdirilməsinin, bunun üçün müdafiəçinin dəvət olunması üçün istintaq hərəkətinin keçirilməsinin təxirə salınması mümkün olmur ona görə ki, belə təxirə salma şəxsin qadağan edilmiş əşyanın qanunsuz dövriyyəsi ilə bağlı əməli törətməsi daha ağır nəticələrə səbəb ola bilər. Məsələn, üzərində şəxsi istehlak miqdarından artıq narkotik vasitə və psixotrop maddə gəzdirən şəxsin əməlinə görə cinayət məsuliyyətinə cəlb ediləcəyindən qorxaraq saxlanılarkən, bir dəfəyə həmin maddələri gizli qəbul etməsi onun sağlamlığına bu və ya digər zərərin vurulmasına, hətta ölümünə səbəb ola bilər. Digər misal: üzərində partlayıcı maddə, yəni qumbara gəzdirən şəxs saxlanılıb yenə eyni səbəbdən qumbaranı saxlanıldığı yerdə partlada bilər, bu da onun özünün deyil, həm də ətrafda olan şəxslərin həyatlarına və sağlamlıqlarına zərər yetirilməsi ilə nətiəcələnir. Bu kimi halların baş verməməsi üçün əməliyyat-axtarış fəaliyyətini və cinayət təqibini həyata keçirən orqanlardan tələb edilir ki, dövriyyəsi qadağan edilmiş və məhdud- laşdırılmış əşyaların dövriyyəsi ilə bağlı cinayət törətmiş şəxslər saxlanılarkən, üzərlərinə dərhal baxış və ya axtarış keçirilməli, əşyaları aşkar edib təxirə salmadan götürülməsini təmin edilməlidir. Bu halda şəxsin müdafiə hüququnun təmin edilməsinə keçirilən tədbirə əvvəlcədən müdafiəçinin cəlb edilməsi, ya da dəvət olunması üçün zəruri hərəkətlərin aparılması məqsədilə tədbirin təxirə salınması mümkün deyildir. Belə ki, şəxsin qadağan olunmuş əşyaların qanunsuz dövriyyəsi ilə məşğul olması barədə məlumat qısa zaman çərçivəsində, bilavasitə tədbir keçirilməzdən əvvəl də daxil ola bilər, digər tərəfdən təxirə salma daha ağır nəticələrin baş verməsinə zəmin yarada bilər. Bununla bağlı, məhkəmə kollegiyası qeyd edir ki, axtarışın və götürmənin aparılmasında iştirak edən şəxslərin dairəsini müəyyən edən və prosessual qanunvericilikdə ümumi norma kimi nəzərdə tutulan Cinayət Prosessual Məcəlləsinin 244.2-ci maddəsinə əsasən, təqsirləndirilən və ya şübhəli şəxs barədə axtarış və götürmənin aparılmasında müdafiəçisi iştirak etmək hüququna malikdir. İstintaq hərəkətinin aparılması barədə müstəntiq əvvəlcədən xəbərdar edilmiş müdafiəçi axtarış və götürmədə iştirak etmək arzusunu bildirdikdə, onun bu hüququnu təmin etməlidir. Həmin Məcəllənin 246.1 və 246.2.1-ci maddələrinin tələblərinə əsasən, müstəntiq iş üzrə sübut əhəmiyyətinə malik olan barəsində istintaq hərəkəti aparılan şəxsin paltarında, əşyalarında və ya bədənində ola bilən əşya və sənədləri bir qayda kimi məhkəmə qərarı əsasında götürə bilər. Şübhəli şəxs tutulduqda və polis və ya digər hüquq-mühafizə orqanına gətirildikdə, onun üzərində məhkəmənin qərarı alınmadan da şəxsi axtarış aparılması mümkün və məqsədə müvafiqdir. Göstərilən Məcəllənin 207.4-cü maddəsinə əsasən, cinayət törətməkdə şübhələnildiyinə görə tutulan şəxsə münasibətdə həmin şəxs tutularkən baxışa və şəxsi axtarışa məruz qala bilər. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 148.2, 148.2.1, 148.2.2 və 148.2.3-ci maddələrində təsbit edilmişdir ki, şəxsin cinayət törətməsinə birbaşa şübhə yarandıqda təhqiqatçı, təhqiqat orqanının digər əməkdaşı, müstəntiq və ya prokuror onun tutulmasını aşağıda göstərilən hallarda tətbiq edə bilər: şəxs cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törədərkən, ya bilavasitə bundan sonra cinayət başında yaxalandıqda; zərərçəkmiş, ya hadisəni görən digər şəxs cinayət qanunu ilə nəzərdə tutulan əməlin həmin şəxsin törətməsini birbaşa göstərdikdə; şəxsin bədənində, üstündə, paltarında, istifadə etdiyi digər əşyada, yaşayış yerində, nəqliyyat vasitədə cinayət qanunu ilə nəzərdə tutulan əməlin törədilməsini göstərən aşkar izlər müəyyən edildikdə. Həmin Məcəllənin 153.2.2-ci maddəsinə görə, tutulan şəxsin hüquqlarının təmin edilməsi üçün cinayət prosesini həyata keçirən orqan və müvəqqəti saxlama yerinin əməkdaşları tutulmuş şəxsi təxirə salınmadan polis və digər təhqiqat orqanın müvəqqəti saxlama yerinə gətirməli, tutulma faktını qeydə almalı, protokollaşdırmalı və şübhəli şəxsi tutulma protokolu ilə tanış etməlidirlər. Həmin normaların tələbləri baxımından məhkəmə kollegiyası qeyd edir ki, şəxs hər hansı cinayəti törətməkdə şübhəli bilindikdə barəsində “Əməliyyat-axtarış fəaliyyəti barədə” Azərbaycan Respublikası Qanununun 10-cu maddəsi ilə nəzərdə tutulan zəruri əməliyyat-axtarış tədbirlərinin (güdmə, telefon danışıqlarına qulaq asma və sairə) tətbiq edilməsi nəticəsində onun olduğu yer müəyyən edildikdən dərhal sonra, yəni təxirə salınmadan həmin yerdə tutula (saxlanıla, yaxalana) bilər və bu zaman onun üzərində qanunvericiliyin tələb etdiyi və imkan verdiyi kimi, məhkəmənin qərarı olmadan, baxış, axtarış və götürmə istintaq hərəkətləri aparıla bilər. Şəxsin tutulmasının rəsmiləşdirilməsi isə bundan sonra, yəni təxirə salınmadan polis və yaxud digər hüquq mühafizə orqanlarına gətirildikdən sonra həyata keçirilə bilər. Buna kimi şəxsin faktiki tutulduğu (saxlanıldığı və ya yaxalandığı) yerdə onun üzərində baxış və ya axtarış istintaq hərəkətinin aparılması zamanı mütləq qaydada müdafiəçi ilə təmin olunması prosessual qanunvericiliyinin şərh edilən, istərsə də digər normalarında nəzərdə tutulmamış, lakin bu şəxsin tutulmasının rəsmiləşdirilməsi zamanı müdafiəçinin iştirakı və onun bununla bağlı bütün digər hüquqlarının təmin edilməsi mütləqdir və bu tələb CPM-nin 90.7.5, 90.7.7, 90.7.9 və 92.3.9-cu maddələrinin müddəalarından irəli gəlir. Belə ki, qeyd olunan maddələrə əsasən, şübhəli şəxs tutulduğu və ya qətimkan tədbirinin seçilməsinə dair qərar elan olunduğu andan müdafiəçiyə malik olma, müstəqil müdafiəçi seçmək, onun səlahiyyətinə xitam vermək və müdafiəçidən imtina etdiyi halda özü özünü müdafiə etmək, müdafiəçinin yardımından pulsuz istifadə etmə, öz vəsatəti əsasında müdafiəçinin iştirakı ilə ifadə vermək hüquqlarını həyata keçirir, şübhəli və ya təqsirləndirilən şəxs tutulduqda, ya təqsirləndirilən şəxs haqqında qətimkan tədbiri kimi həbs qətimkan tədbiri tətbiq edildikdə müdafiəçinin iştirakı təmin olunmalıdır (CPM-nin 153.2.8-ci maddəsində nəzərdə tutulmuş hal istisna edilməklə). Digər tərəfdən CPM-in 244.2-ci maddəsinə görə müdafiəçinin şəxsi axtarış və götürmədə iştirak etməsi onun vəzifəsi yox, hüququ kimi təsbit edilmiş və bu hüquq cinayət təqibini aparan orqan tərəfindən o halda mütləq təmin edilməlidir ki, müdafiəçi əvvəlcədən istintaq hərəkətinin aparılmasında xəbərdar edilsin və həmin istintaq hərəkətində iştirak etmək arzusunu bildirsin. Qanunun həmin normasının tələbləri belə nəticəyə gəlməyə əsas verir ki, təhqiqatçı və ya müstəntiq axtarış və götürmə istintaq hərəkətini aparmazdan əvvəl mütləq müdafiəçinin istintaq hərəkətinin aparılmasında iştrakını təmin etmə vəzifəsi daşımır, lakin şübhəli və ya təqsirləndirilən şəxs artıq müdafiəçiyə malik olduqda, müstəntiqin və təhqiqatçının borcudur ki, bundan sonra bütün istintaq hərəkətlərinin, o cümlədən axtarışın və götürmənin aparılması barədə müdafiəçini xəbərdar edib onun cinayət prosesində iştirakını təmin etsin. Belə hallarda müdafiəçinin göstərilən istintaq hərəkətinin aparılmasında iştirak etməkdən imtina etmək hüququ isə yoxdur. “Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 92.10.1, 92.10.3 və 244.2-ci maddələrinin əlaqəli şəkildə şərh olunması barədə” Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumu 28 mart 2019-cu il tarixli Qərarında eyni yanaşmanı şərh vermişdir. Belə ki, axtarış və götürmə istintaq hərəkətləri şübhəli və ya təqsirləndirilən şəxsin həm iştirakı və həmdə iştirakı olmadan aparılan prosessual hərəkətlərə aiddir. Belə olan halda, həmin istintaq hərəkətlərində şübhəli və ya təqsirləndirilən şəxsin iştirak edib-etməməsindən asılı olaraq, müdafiəçinin iştirakı məsələsi CPM-nin 92.9.3, 92.10.1 və 92.10.3-cü maddələrinin tələbləri nəzərə alınmaqla həll edilməli, yəni həmin istintaq hərəkəti təqsirləndirilənin iştirakı ilə aparıldıqda CPM-nin imperativ norması olan 92.10.1-ci maddəsinə əsasən, müdafiəçiyə (artıq təyin edilmiş və ya müqavilə əsasında prosesə buraxılmış) müdafiə etdiyi şəxsin qanuni mənafeyinə zidd bu prosessual hərəkətdə iştirakdan imtina etmək qadağan olunur. Belə istintaq hərəkəti şübhəli və ya təqsirləndirilən şəxsin iştirakı olmadan aparıldıqda, müdafiəçinin həmin istintaq hərəkətində iştirak etməsini tələb edərsə, CPM-nin 92.10.3-cü maddəsinə əsasən, müdafiəçi belə iştirakdan imtina edə bilməz. Müdafiəçinin cinayət prosesində iştirakı bir qayda olaraq, şübhəli və ya təqsirləndirilən şəxsin iradəsindən asılı olduğundan, bu hüququ öz mülahizəsi əsasında müstəqil deyil, müdafiəni səmərəli təşkil etmək məqsədi ilə müdafiə etdiyi şəxslə razılaşdırmaqla həyata keçirməlidir. Məhkəmə kollegiyası xüsusilə qeyd etməyi zəruri hesab edir ki, Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda göstərilən Qərarına əsasən, istintaq və ya digər prosessual hərəkətlərdə müdafiəçinin mütləq iştirak etməli olduğu hallar mövcud olmadıqda, eləcə də şübhəli və yaxud təqsirləndirən şəxs bunu tələb etmədikdə, cinayət prosesini həyata keçirən orqan tərəfindən müdafiəçinin belə hərəkətlərin aparılmasında iştirakının tələb edilməsi yolverilməzdir. Bununla yanaşı, Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 137 və 445.2-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 12 fevral 2015-ci il tarixli Qərarında göstərilir ki, axtarış və ya götürmə istintaq hərəkətlərinin təxirə salınmadan aparılmasının zəruriliyi nəzərə alınaraq bu istintaq hərəkətlərinin müdafiəçinin iştirakı olmadan həyata keçirilməsi istisna edilməmişdir. Belə olan halda, müstəntiq axtarışın və ya götürmə istintaq hərəkətlərinin aparılması barədə əsaslandırılmış qərar çıxarmalıdır. Qeyd olunanları nəzərə alaraq, Konstitusiya Məhkəməsinin Plenumu təhlil etdiyi məsələ ilə bağlı aşağıda göstərilən nəticələrə gəlmiş: - CPM-nin 92.10.1 və 92.10.3-cü maddələri ilə həmin Məcəllənin 244.2-ci maddəsi arasında hər hansı ziddiyyət mövcud deyildir; - CPM-nin 244.2-ci maddəsində göstərilmiş axtarış və götürmənin aparılmasında müdafiəçinin iştirak etmək hüququ onun şübhəli və ya təqsirləndirilən şəxsin qanuni mənafeyini qorumaq üçün cinayət-prosessual funksiyalarını həyata keçirməsi üçün qanunvericiliklə nəzərdə tutulmuş imkanı ehtiva edir; -Konstitusiyanın 61-ci maddəsi və CPM-nin 92.10.1-ci maddəsinin tələblərinə görə bu Məcəllənin 244-cü maddəsində nəzərdə tutulmuş axtarış və ya götürmə istintaq hərəkətləri təqsirləndirilən və ya şübhəli şəxsin iştirakı ilə aparıldıqda, müdafiəçi müdafiə etdiyi şəxsin qanuni mənafeyini qorumaq məqsədi ilə həmin prosessual hərəkətlərdə iştirakdan imtina edə bilməz; - CPM-nin 92.10.3-cü maddəsinin “özbaşına müdafiədən imtina etmək” müddəası müdafiəçinin müdafiədən tam imtina etməsi ilə yanaşı, müdafiə prosesinin ayrı-ayrı mərhələlərindən, eləcə də üzrsüz səbəbdən hər hansı prosessual hərəkətlərdə iştirak etməkdən imtina etməsini də ehtiva edir; - CPM-nin 92.10.3-cü maddəsinin tələbləri baxımından, Məcəllənin 244-cü maddəsi ilə axtarış və yaxud götürmə istintaq hərəkətləri şübhəli və ya təqsirləndirilən şəxsin iştirakı olmadan aparıldıqda, müdafiəçi müdafiə etdiyi şəxsin razılığı olmadan, həmin istintaq hərəkətlərində iştirakdan imtina edə bilməz. Göründüyü kimi, Qanunvericiliyin normalarına göstərlən qaydada verilmiş təfsirdən və eyni ilə Konstitusya Məhkəməsi Plenumun hüququ mövqeyindən çıxış edərək məhkəmə kollegiyası Təqsirləndirilən şəxs saxlanılarkən, özünün könüllü olaraq narkotik vasitə heroini polis əməkdaşlarına təqdim etdikdən sonra şəxsi axtarış keçirilmişdir. Göstərilənlərlə yanaşı, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 246.1, 246.2, 246.2.1, 246.2.2 və 246.2.3-cü maddələrindən görünür ki, müstəntiq cinayət işi üzrə sübut əhəmiyyətinə malik ola biləcək, barəsində istintaq hərəkəti aparılan şəxsin paltarında, əşyalarında və ya bədənində ola bilən əşya və sənədləri, bir qayda olaraq məhkəmə qərarı əsasında götürə bilər; məhkəmənin qərarı alınmadan şəxsi axtarış aşağıdakı hallarda aparıla bilər - şübhəli şəxs tutulduqda, polis və ya digər mühafizə orqana gətirildikdə; təqsirləndirilən şəxs barədə həbs tətbiq edildikdə; axtarış və götürmənin aparıldığı binadakı şəxsin cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik ola biləcək əşya və sənədləri gizlətməsini güman etməyə kifayət qədər əsaslar olduqda. Qanunun mənasına görə bu istintaq hərəkətini təhqiqatçı da apara bilər, bu imkan cinayət işi başlanana qədər müstəntiqin cinayət təqibini keçirməyə başlayanadək şübhəli şəxsin şəxsi axtarışa və ya baxışa məruz qala bilməsi CPM-nin 207.4-ci maddəsində nəzərdə tutulmuşdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 445.2-ci maddəsində təsbit edilmişdir ki, «Əməliyyat-axtarış fəaliyyəti haqqında» Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinin dördüncü hissəsində nəzərdə tutulan hallarda bu Məcəllənin 445.1-ci maddəsi ilə göstərilən əməliyyat-axtarış tədbirləri (telefon danışıqlarına qulaqasma, poçt, teleqraf və digər göndərişlərin yoxlanılması, texniki rabitə kanallarından və digər texniki vasitələrdən məlumatının çıxarılması, binaya, o cümlədən yaşayış yerinə, hasarlanan tikinti obyektlərinə, qurğu və ya torpaq sahələrinə daxil olma və onlara baxış keçirilməsi, texniki vasitələrdən istifadə etməklə və ya səs yazan, video, foto, kino və digər çəkiliş cihazların quraşdırılması yolu ilə yaşayış yerinin müşahidə edilməsi, insanların güdülməsi) məhkəmənin qərarı olmadan, əməliyyat-axtarış fəaliyyətini keçirən orqanın səlahiyyətli şəxsinin əsaslandırılmış qərarı ilə həyata keçirilə bilər. Bu halda əməliyyat-axtarış fəaliyyətini keçirən orqanın səlahiyyətli şəxsi tədbir aparıldıqdan sonra 48 saat müddətində əməliyyat tədbirinin aparılması barədə əsaslandırılmış qərarı məhkəmə nəzarətini həyata keçirən məhkəməyə və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora təqdim etməlidir. Qeyd edildiyi kimi “Əməliyyat-axtarış fəaliyyəti barədə” Azərbaycan Respublikası Qanunun 10cu maddəsinin İV hissəsində məhkəmə qərarı tələb edilsə də belə qərar olmadan əməliyyat-axtarış fəaliyyətinin subyektləri aşağıda olan halarda həmin hissədə göstərilən tədbirləri tətbiq edə bilərlər: 1)şəxsiyyət əleyhinə ağır cinayətlərin və ya xüsusi təhlükəli dövlət cinayətlərinin qarşısının alınmasına telefon danışıqlarına qulaq asa, poçt, teleqraf və digər göndərişlərini yoxlaya, texniki rabitə kanallarından və digər texniki vasitələrdən informasiyanı çıxara, insanları güdə bilərlər; 2) cinayəti hazırlayan, törədən, törətmiş, azadlıqdan məhrum etmə, ya həbs yerindən və ya mühafizə altından qaçmış və gizlənən şəxslərin yaxalanması, yanğın, partlayış və ictimai təhlükəsizliyə qəsd edən və ya qəsd edə biləcək halların aradan qaldırılması üçün binalara, o cümlədən yaşayış yerlərinə, hasarlanmış tikinti obyektlərinə, qurğulara və torpaq sahələrinə baxış keçirə bilərlər. Eyni zamanda, məhkəmədə dindirilmiş təqsirləndirilən Təqsirləndirilən şəxs öz ifadələrində polis əməkdaşları tərəfindən təziq və zorakılığa məruz qalmamasını bildirmişdir. Göründüyü kimi, təqsirləndirilən Təqsirləndirilən şəxs ibtidai istintaqda narkotik vasitə heroinin və psixotrop maddə metamfetaminin satışı ilə məşğul olmamasına dair məhkəmədə öz ifadəsində və sonra öz apellyasiya şikayətində irəli sürülən dəlillər işin faktiki hallarına uyğun olmadığından və mötəbər sübutlarla təkzib edildiyindən təmin edilməməlidir. Beləliklə də, məhkəmə kollegiyası cinayət işi üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticənin yalnız məhkəmə baxışında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməsi toplanmış sənədlərlə tam sübuta yetirildiyindən, həmin cinayəti törətməkdə təqsirlidir. Bu səbəbdən, məhkəmə kollegiyası təqsirləndirilən Təqsirləndirilən şəxs elan edilmiş İttihamın sübuta yetirilmədiyindən, barəsində bəraət hökmün çıxarılması və Cinayət Prosessual Məcəlləsinin 355.1.2-ci maddəsinə əsasən, məhkəməyədək icraat zamanı Cinayət Prosessual Məcəlləsinin tələblərinin kobud pozulmasına yol verildiyindən, verilmiş apellyasiya şikayətində irəli sürülən dəlillərin işin faktiki hallarına uyğun olmaması və toplanmış sübutlarla təkzib olunduğunu nəzərə alaraq hesab edir ki, onun tərəfindən verilmiş apellyasiya şikayəti ona bəraət verilməsi barədə əsassız olduğundan təmin edilməməli və birinci instansiya məhkəməsinin 12 sentyabr 2022-ci il tarixli hökmü qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalıdır. Beləliklə də, məhkəmə kollegiyası toplanmış və məhkəmə baxış iclasında tətqiq edilmiş sübutların toplusuna məcmuyu halda qiymət verərək hesab edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayətində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə cinayəti törətmədiyindən, ona bəraət verilməsi barədə onun özü tərəfindən irəli sürülən dəlillər toplanmış çoxsaylı mötəbər sübutlarla təkzib edilmişdir. İş materialında olan sənədlərə əsasən təqsirləndirilən Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamış və valideynləri ilə birlikdə Bakı şəhərində yaşamışdır (i.v. 118-120). Birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs cəza təyin edərkən, onun cəzasını ağırlaşdıran halların olmaması ilə yanaşı; ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən, onun cəzasını yüngülləşdirən hal qismində qiymətləndirilməklə nəzərə almışdır. Eyni zamanda, keçirilmiş ambulator məhkəmə-narkoloji tibbi müayinənin rəyinə əsasən, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicəyə ehtiyacı olduğundan, ona narkomaniya xəstəliyindən məcburi müalicə təyin edilmişdir. Birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs təyin olunacaq cəza məsələsini müzakirə edərkən, onun şəxsiyyətini, onun üzərindən və yaşadığı evdən aşkar olunmuş narkotik vasitələrin və psixotrop maddələrin çəkisini və bükümlərin sayını, həmçinin onun yaşadığı evdən elektron tərəzinin aşkar olunmasını və işin digər hallarını nəzərə alaraq hesab etmişdir ki, onun qəsdən ağır cinayət əməli törətməsi, sosial ədalətin bərpası və onun islah olunması, özü və başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədi ilə ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinin sanksiyasının yuxarı həddində azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-ci maddələrinin sanksiyasında 05 ildən 12 ilədək müddətə azadlıqdan məhrum etmə cəzasının təyin olunması nəzərdə tutulduğu halda, birinci instansiya məhkəməsi tərəfindən maddənin sanksiyasının orta həddində ona azadlıqdan məhrum etmə cəzası təyin etməklə ədalət və humanizm prinsiplərinə əməl etmişdir. Göründüyü kimi Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməsi toplanmış və birinci instansiya məhkəməsində tədqiq olunmuş çoxsaylı mötəbər və təkzibedilməz sübutlarla öz təsdiqini tapdığından, məhkəmə kollegiyası hesab edir ki, ona bəraət verilməsinə dair özü tərəfindən verilmiş apellyasiya şikayətində irəli sürülən dəlillər cinayət işi üzrə toplanmış çoxsaylı mötəbər sübutlarla təkzib edildiyindən və işin faktiki hallarına uyğun olmadığından təmin edilməməli və birinci instansiya məhkəməsinin12 sentyabr 2022-ci il tarixli hökmü qanunun tələblərinə uyğun olmaqla, qanuni, əsaslı və ədalətli olduğundan dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənləri nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin hökmünün ləğv olunması və Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə bəraət verilməsi barədə onun özü tərəfindən verilmiş apellyasiya şikayətində irəli sürülən dəlillər cinayət işinin faktiki hallarına uyğun olmadığından və toplanmış çoxsaylı mötəbər sübutlarla təkzib edildiyindən əsassız olmaqla təmin edilməməli, birinci instansiya məhkəməsinin 12 sentyabr 2022-ci il tarixli hökmü isə qanuni, əsaslı və ədalətli olduğundan dəyişdirilmədən saxlanılmalıdır. Birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132-ci maddəsinin tələblərini rəhbər tutaraq, maddi sübutlar və digər məsələlərlə bağlı məsələni müzakirə edərkən hesab etmişdir ki, cinayət işi üzrə maddi subut kimi tanınmış və Bakı şəhəri Suraxanı rayon polis idarəsinin maddi sübutların saxlanılması yerində saxlanılan və keçirilmiş ekspertiza tədqiqatlarından sonra qalıq qalmış və xalis çəkisi 2.873,852 qram təşkil edən narkotik vasitə heroin və qalıq təmiz çəkisi 152,353 qram təşkil edən psixotrop maddə metamfetamin və bir ədəd elektron tərəzi məhkəmənin hökmü qanuni qüvvəyə mindikdən sonra məhv edilməli; maddi sübut kimi tanınmış 02 ədəd disk cinayət işinin materialında saxlanılmalı; 114 manat təşkil edən keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri isə Təqsirləndirilən şəxs tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməlidir. Beləliklə də, məhkəmə kollegiyası hesab edir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin 12 sentyabr 2022-ci il tarixli hökmü qanuni, əsaslı və eyni ilə ədalətli olduğundan dəyişdirilmədən saxlanılmalı və Təqsirləndirilən şəxs tərəfindən ona bəraət verilməsi barədə verilmiş apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməlidir. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, məhkumun hüquqlarının məhkəmə iclaslarında müdafiə xərcləri Azərbaycan Respublikası CPM-in 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli, 31 saylı qərarına əsasən (həmin qərara 03 may 2018-ci il tarixli, 202 saylı dəyişikliklər nəzərə alınmaqla) dövlət büdcəsindən ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 398.1.1-ci maddəsinin tələblərini rəhbər tutaraq, cinayət kollegiyası, q ə r a r a a l ı r: Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Ağır Cinayət Məhkəməsinin Təqsirləndirilən şəxs barəsində olan 12 sentyabr 2022-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılsın. Mərkəz Vəkil bürosunun vəkili Müdafiəçi2 tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə, işlə tanışlıqla bağlı, prosessual sənədlərin tərtib edilməsi ilə və məhkmə iclaslarında iştirakı ilə bağlı sərf etdiyi hər iş saatına görə 06 (altı) manat hesab edilməklə, ümumilikdə 30 saat üçün cəmi 180 ( yüz səksən ) manat dövlət büdcəsindən müvafiq hesaba ödənilsin. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 410-cu maddəsində göstərilən müddət ərzində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına kassasiya şikayəti və kassasiya protesti verilə bilər. Hakimlər: 1.(sədrlik edən) İlqar Murquzov
2. Qədim Babayev
3. Anar Tanrıverdiyev