Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(103)-1043/2024 11.06.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının hakimləri: Bəhrəmzadə Sabit Xanlar oğlunun sədrliyi və məruzəsi ilə, Babayev Qədim Xalid oğlu və Məmmədov Murad Akif oğlundan ibarət tərkibdə, Məhkəmə iclasının katibi X4, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı2, Müdafiəçi- Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2, Məhkum Təqsirləndirilən şəxs iştirakları ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli bilinərək 07 (yeddi) il müddətinə azadlıqdan məhrum edilməsinə dair Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-458/2024 nömrəli, 19 mart 2024-cü il tarixli hökmündən Müdafiəçi2 tərəfindən verilmiş apellyasiya şikayətinə apellyasiya icraatı qaydasında, Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-458/2024 nömrəli, 19 mart 2024-cü il tarixli hökmü ilə (hakimlər X6 (sədrlik edən), X3 və X1 qızından ibarət tərkibdə) xx xxxxxxx 1983-cü ildə Naxçıvan Muxtar Respublikasının Şərur şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, himayəsində az yaşlı uşağı olan, məhkumluğu olan, fərdi əməklə məşğul olmuş, Naxçıvan MR, ünvan 1 ünvanında qeydiyyatda olmaqla Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, X9, nömrəsiz fərdi evdə yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Umbakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.1, 234.4.3 və 234.4.4cü maddələri ilə nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli bilinib 07 (yeddi) il müddətinə azadlıqdan məhrum edilməsi, cəzasının ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin əvvəlinin 20 dekabr 2022-ci il tarixdən hesablanması, barəsində seçilmiş “həbs” qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması, Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.4-cü maddəsi üzrə Azərbaycan Respublikası CPM-nin 43.1.1-ci maddəsinə əsasən cinayət təqibinə xitam verilməsi, iş üzrə maddi sübut olan və Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin saxlanc anbarına təhvil verilmiş tədqiqatdan sonra qalıq çəkisi 3014,8 qram qalmış narkotik vasitə qurudulmuş marixuananın məhv edilməsi, şəxsi axtarışı və götürməni özündə əks etdirən 01 ədəd və "xxxx" MMC-dən daxil olmuş 01 ədəd CD disklər cinayət işinin materiallarında saxlanılması, Təqsirləndirilən şəxs məxsus 01 ədəd “Samsung” markalı mobil telefonun hökm qanuni qüvvəyə mindikdən sonra Təqsirləndirilən şəxs qohumlarına təhvil verilməsi üçün Müdafiəçi1 Aydın oğluna qaytarılması, narkotik vasitələrinin məhv edilməsi “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Qanunun 32-ci maddəsinin tələblərinə uyğun olaraq yaradılmış dövlət komissiyası tərəfindən həyata keçirilməsi, iş üzrə ekspertiza xərci 78,82 (yetmiş səkkiz manat səksən iki qəpik) məbləğində pulun Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublkasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Azərbaycan Beynəlxalq Bankdakı Az MEM, VÖEN **********, H/h ******************** ABB mərkəzi filialı, VÖİN **********, Kod 805250, m/h **********944, S.W.İ.F.T. Bik: İBAZAZ 2X hesabına keçirilməsi hökm edilmişdir. Hökmlə həmçinin, məhkəmə məsrəfləri və maddi sübut məsələləri də həll edilmişdir. İŞİN HALLARİ: Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, o, qabaqcadan əlbir olan bir qrup şəxs halında informasiya-telekommunikasiya şəbəkəsindən istifadə etməklə satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə əldə etmiş, saxlamış və daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 11 fevral 2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 2 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilməsinə, Bakı Apellyasiya Məhkəməsinin 17 noyabr 2021-ci il tarixli qərarı ilə cəzası 06 ay azaldılaraq 21 fevral 2022-ci tarixdə cəzasının sonu ilə azad olunmasına baxmayaraq məhkumluğu qanunla müəyyən edilmiş qaydada ödənilmədiyi və ya götürülmədiyi halda, 19 dekabr 2022-ci il tarixdə istifadəsində olan, "xxxx" MMC-yə məxsus ***-***-**-** mobil telefon nömrəsi quraşdırılmış “Samsung” markalı mobil telefonda olan “Whatsapp” mobil tətbiqi proqramından istifadə edərək xarici ölkəyə məxsus olan +98-***-***-**-** mobil nömrənin istifadəçisi ilə əlaqə saxlayıb satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitənin əldə edilməsi, saxlanılması, daşınması və satışının təşkil edilməsi barədə şəxsiyyəti istintaqla araşdırılan İran İslam Respublikasının vətəndaşı “Əlirza” adlı şəxs və qeyriləri ilə əvvəlcədən razılaşıb cinayət əlaqəsinə girərək informasiya-telekommunikasiya şəbəkəsindən istifadə etməklə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşmiş, bu məqsədlə aralarında olan cinayətkar razılaşmaya əsasən şəxsiyyəti istintaqla araşdırılan “Əlirza” adlı şəxs və qeyriləri naməlum vaxtda və şəraitdə külli miqdarda “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in İ siyahısına daxil edilən 3015 qram çəkidə narkotik vasitə qurudulmuş marixuananı Bakı şəhəri, Yasamal rayonu, A.Salamzadə küçəsində dəqiq məlum olmayan ünvanda bir ədəd qara rəngli sellofan bağlamada olmaqla qaz sayğac yeşiyinin içərisində gizlədib həmin yerin fotoşəklini və koordinatlarını Təqsirləndirilən şəxs istifadəsində olan “Samsung” markalı mobil telefonda quraşdırılmış “Whatsapp” proqram təminatına göndərdikdən sonra o, həmin gün axşam saatlarında cinayətkar qrupun İran İslam Respublikasında olan üzvünün təlimatı və göstərişləri əsasında həmin yerə gedərək qeyd edilən külli miqdarda narkotik vasitəni qoyulduğu yerdən satış məqsədi ilə qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşımış, bu barədə daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən 19 dekabr 2022-ci il tarixdə keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs həmin gün saat 23:50-də ünvan 4 ünvanın yaxınlığında əlində olan bir ədəd qara rəngli sellofan bağlama ilə saxlanılaraq ünvan 5 ünvanında yerləşən Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə aparılıb 20 dekabr 2022-ci il tarixdə saat 01:54-dən etibarən üzərində şəxsi axtarış keçirilən zaman onun qabaqcadan əlbir olan bir qrup şəxs halında informasiya-telekommunikasiya şəbəkəsindən istifadə etməklə satış məqsədi ilə qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşıdığı külli miqdarda 3015 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana sağ əlində olan bir ədəd qara rəngli sellofan bağlamadan aşkar edilərək götürülmüşdür. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-458/2024 nömrəli, 19 mart 2024-cü il tarixli hökmündən məhkum edilmiş şəxsin müdafiəçisi Müdafiəçi2 apellyasiya şikayəti verərək birinci instanisya məhkəməsinin hökmünün ləğv edilərək Təqsirləndirilən şəxs bəraət verməklə onun təqsirsiz elan edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri qismində göstərilmişdir ki, o, cəmi 100 qram nəşə əldə etməli idi. Onun üzərinə 3 kq-dan çox nəşənin yüklənməsinə etiraz edir. O, heç vaxt heç kimə narkotik vasitə satmamış, yalnız özü istifadə etmişdir. Hökmdən cinayət-prossesual qanunvericiliyində nəzərdə tutulmuş qaydada dövlət ittihamçısı tərəfindən apellyasiya protesti verilməmişdir. PROSES İŞTİRAKÇİLARİNİN ÇİXİŞLARİ: Məhkəmə iclasında çıxış edən Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi2 verilmiş apellyasiya şikayətini müdafiə etmiş, orada göstərilən dəlillərə uyğun çıxış edərək, məhkəmə kollegiyasından Təqsirləndirilən şəxs barəsində olan Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-458/2024 nömrəli, 19 mart 2024-cü il tarixli hökmünün ləğv edilməsi və ona bəraət verilməsini xahiş etmişlər. Məhkəmə iclasında çıxış edən dövlət ittihamçısı verilmiş apellyasiya şikayətinin dəlillərinə etiraz edərək, məhkəmə kollegiyasından şikayətin təmin edilmədən, birinci instansiya məhkəməsinin hökmünün dəyişdirilmədən saxlanmasını xahiş etdi. Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyası cinayət işinin materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, apellyasiya şikayətinin təmin olunması barədə məhkum edilmiş şəxs və onun müdafiəçisinin, həmçinin apellyasiya şikayətinin təmin edilməməsi haqqında dövlət ittihamçısının çıxışını dinləyərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, hökm verilmiş apellyasiya şikayətinə münasibətdə cəza hissəsində yüngülləşdirilməklə dəyişdirilməlidir. İŞİN HÜQUQİ MƏSƏLƏLƏRİ: Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsinin tələbinə görə isə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətlərinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətlərinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Belə ki, birinci instansiya məhkəməsində məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o, əvvəllər Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə Sabunçu Rayon Məhkəməsi tərəfindən 02 il azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. 2022-ci ilin əvvəllərində azadlığa buraxılmışdır. Narkotik aludəçisi olduğu üçün dəfələrlə müalicə almış, İranın Xoy şəhərində, Türkiyədə və Azərbaycanda müalicə almış, lakin bir xeyri olmamışdır. Bakıda narkoloji dispanserdə metadon mayesi qəbul etməklə müalicə almışdır. Belə isə nəşə və kakosdan istifadə etmişdir. Artıq rəhmətə getmiş gürcüstanlı dostu olmuş Raulun ona verdiyi telefon vasitəsi iə Əlirza adlı iranlı ilə əlaqə saxlayıb 2-3 dəfə ona karta 50 və 100 manat məbləğlərində pul köçürməklə Əlirzanın telefonuna atdığı ünvanlardan öz istifadəsi üçün nəşə, yəni marixuana əldə etmişdir. Həmin telefonda başqa bir Həmid adlı iranlının da nömrəsi var, lakin Həmidlə əlaqə saxlayan dostu Raul olmuşdur. O, Həmidlə əlaqə saxlamamışdır. Təxminən tutulmamışdan 20 gün əvvəl Əlirza ilə əlaqə saxlayaraq ondan öz istifadəsi üçün 100 qram nəşə istəmiş, bunun üçün Əlirzanın bildirdiyi karta 400 manat pul köçürsə də Əlirza ona nəşə göndərməmişdir. Bu səbəbdən aralarında mübahisə olmuş, o, Əlirzadan ya pulunu geri qaytarmasını, ya da ki, nəşəni göndərməsini tələb etmişdir. Bundan sonra xx.xx.2022-ci il tarixdə axşam üstü öz maşını ilə həyat yoldaşı Elnarə Musayeva və 7 yaşlı oğlu ilə qohumlarıgildən qayıdarkən Əlirza onun telefonuna nəşənin qoyulduğu Bakı şəhəri Yasamal rayonu, A.Salamzadə küçəsində bir ünvanda olan qaz sayğacının görüntüsünü göndərmi, ona həmin yerə gedib nəşəni götürməyi bildirmişdir. O, həmin ünvana getmiş, lakin qaz sayğacı olan yeri tapa bilmədiyi üçün Vatsapla Əlirzaya zəng etmiş, lakin sonuncu cavab verməmişdir. Bu zaman onun telefonuna başqa bir nömrədən bir nəfər şəxs zəng edərək sayğacın tikinti kranının yanında olduğunu bildirmiş, o, maşından çıxıb sayğacın yanına çatmış, lakin orada nəşə görməmişdir. Elə bu zama nonu mülki geyimdə olan polis əməkdaşları saxlamış, ailəsi ilə birlikdə polisə, yəni BMCMİ-yə aparmışlar. Orada ondan tələb etmişlər ki, ona təqdim etdikləri içində nəşə olan torbanın özünə məxsus olmasını etiraf etsin, əks halda ailəsini buraxmayacaqları ilə hədələmişlər. O da razılaşaraq üzərinə baxış zamanı ona polislər tərəfindən təqdim edilmiş bir ədəd qara rəngli sellofan bağlamanı təqdim etmişdir. O, cəmi 100 qram nəşə əldə etməli idi. Onun üzərinə 3 kq-dan çox nəşənin yüklənməsinə etiraz edir. O, heç vaxt heç kimə narkotik vasitə satmamış, yalnız özü istifadə etmişdir. Təqsirləndirilən şəxs ittiham olunduğu Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulumuş cinayət əməlləri üzrə təqsirli olması qismən özünün və şahidlərin ifadələri ilə yanaşı, məhkəmədə tədqiq edilmiş cinayət işinin digər materialları ilə də tam sübuta yetirilmiş, lakin onun əməlində CMnin 234.4.4-cü madəsinin tərkibi müəyyən edilməmişdir. Məhkumun müdafiəçisinin apellyasiya şikayətində birinci instansiya məhkəməsinin ətraflı araşdırma aparmadan Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməlini düzgün olmayaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə tövsif etməsinə dair göstərdiyi dəlilini müzakirə edərək məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi öz hökmündə bu məsələnin həlli zamanı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin tələblərinə uyğun olaraq məhkumun əməlini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə düzgün tövsif etmişdir. Belə ki, məhkəmədə elan edilib araşdırılmış Azərbaycan Respublikası DİN-nin BMCMİ-nin baş əməliyyat müvəkkili, polis mayoru Şahid2 19 dekabr 2022-ci il tarixli raportundan müəyyən olunur ki, qərəzsiz mənbədən daxil olmuş məlumatda “Habil” adlı şəxsin qanunsuz olaraq külli miqdarda narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olması, satış məqsədi ilə külli miqdarda narkotik vasitələr və psixtrop maddələr əldə edərək üzərində saxlaması, eləcə də daşıması bildirilmişdir. Məhkəmədə elan edilib araşdırılmış Azərbaycan Respublikası DİN-nin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin rəisi, polis general-mayoru Əbülfət Rzayevin 19 dekabr 2022-ci il tarixli Ə354-007-22 saylı əmri ilə idarənin əməkdaşları, polis mayoru Şahid2, polis leytenantı Şahid3, polis kapitanı Şahid1 ibarət əməliyyat qrupu yaradılmışdır. Məhkəmədə elan edilib araşdırılmış BMCMİ-nin baş əməliyyat müvəkkili, polis mayoru Şahid2 20 dekabr 2022-ci il tarixli raportundan müəyyən olunur ki, Təqsirləndirilən şəxs 20 dekabr saat 23:50-də ünvan 4 ünvanın yaxınlığında olduğu zaman saxlanılmış, saxlanılarkən üzərində şəxsi axtarış aparılmasına yerində şərait olmadığına görə Təqsirləndirilən şəxs ilə bağlı prossesual hərəkətlərin aparılmasında ötrü o, əlində saxladığı 01 ədəd sellofan bağlama ilə birlikdə saxlanıldığı yerdən Baş İdarəyə gətirilmişdir. Məhkəmədə elan edilib araşdırılmış “Şübhəli şəxsin tutulması haqqında” 20 dekabr 2022-ci il tarixli raportdan müəyyən olunur ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 01:21-də müdafiəçi, 22 saylı Vəkil Bürosunun vəkili X5 iştirakı ilə Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. Məhkəmədə elan edilib araşdırılmış 20 dekabr 2022-ci il tarixli “şəxsi axtarış və götürmə aparılması haqqında” protokoldan müəyyən olunur ki, 20 dekabr 2022-ci il tarixdə Təqsirləndirilən şəxs üzərinə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində video çəkilişdən istifadə edilməklə vəkilin iştirakı ilə şəxsi axtarış keçirilən zaman Təqsirləndirilən şəxs əlində saxladığı 01 ədəd qara rəngli sellofan paketin içərisində “nəşə” adlı tanıdığı narkotik vasitə olduğunu bildirib, həmin sellofan paketi masanın üzərinə qoymuşdur. Bundan sonra Təqsirləndirilən şəxs Əynində olan boz rəngli qış gödəkçəsinin sağ yan cibindən 01 ədəd qara rəngli “Samsung” markalı mobil telefonu, eləcə də, əynində olan qara rəngli cins şalvarının sağ yan cibindən 2 manat pul əskinazını çıxardıb masanın üzərinə qoymaqla təqdim etmişdir. Habil Seyidobun təqdim etdiyi qara rəngli sellofan paketin içərisinə baxış keçirilən zaman içərisində yaşıl rəngli, spesifik iyə malik, narkotik vasitə marixuanaya oxşar maddələr olması müşahidə edilmişdir. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs təqdim etdiyi qara sellofan bağlamada olan narkotik vasitə marixuanaya oxşar maddələri 19 dekabr 2022-ci il tarixdə Bakı şəhəri, Yasamal rayon inzibati ərazisində olarkən əvvəlcədən razılaşdırılmış qaydada İran İslam Respublikası vətəndaşı kimi tanıdığı “Əlirıza” adlı şəxsdən əldə etdiyini, belə ki, həmin şəxsi qohumu “Kərim” vasitəsilə tanımasını həmin şəxsdən bir neçə dəfə onlayn yolla narkotik vasitə əldə etdiyini, həmin şəxsə məxsus olan bank kartına pul vasitələri göndərilməsini, bundan sonra həmin şəxsin Bakı şəhərində yerləşən müxtəlif yerlərə yerləşdirdiyi narkotik vasitələrin şəkillərini ona göndərməsini, daha sonra isə onun bu yerlərdən həmin narkotik vasitələri əld edərəl şəxsi istifadəsi üçün üzərində saxlayıb daşımasını, 19 dekabr 2022-ci il tarixdə “Vhatsapp” anı mesajlaşma tətbiqindən “Əlirza” adlı şəxslə əlaqə saxladığını, “Əlirza”-nın narkotik vasitəni yerləşdirdiyi ünvanın şəkilini göndərməsini və bunun müqabilindı Təqsirləndirilən şəxs 400 manat pul istəməsini, həmin narkotik vastiəni götürməsini və daha sonra polis əməkdaşları tərəfindən saxlanılmasını bildirmişdir. Qeyd olunan 01 ədəd qara sellofan bağlama cinayət təqibi üzər sübuti əhəmiyyətə malik olduğundan qablaşdırılaraq “zərflər üçün” 06 saylı möhürü ilə möhürlənərək iştirakçılar tərəfindən imzalanmışdır. Eyni zamanda “Samsung” markalı mobl telefon iş üzrə əhəmiyyət kəsb etdiyindən götürülmüşdür. Məhkəmədə elan edilib araşdırılmış Bakı şəhər Nərimanov rayon məhkəməsinin xx.xx.2022-ci il tarxili qərarından müəyyən olunur ki, əvvəli 19 dekabr 2022-ci ildən hesablanmaqla Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə təqsrləndirilən Təqsirləndirilən şəxs barəsində 04 (dörd) ay həbs qətimkan tədbiri seçilmişdir. Məhkəmədə elan edilib araşdırılmış məhkəmə-bioloji ekspertizasının 20 dekabr 2022-ci il tarixli 7/1422 nömrəli rəyindən müəyyən olunur ki, tədqıqata təqdim edilmiş üzərində “Şübhəli şəxs Təqsirləndirilən şəxs aşkar edilmiş...” yazıları və imzalar qara rəngli polietilen bağlamadaki 01(bir) ədəd qara rəngli polietilen bağlamada təmiz çəkisi 3015 qram (3 kq 15 qram), olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Məhkəmədə elan edilib araşdırılmış məhkəmə-narkoloji ekspertizasının 11 fevral 2023-cü il tarixli 767 nömrəli rəyindən müəyyən olunur ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Məhkəmədə elan edilib araşdırılmış ambulator məhkəmə-psixiatrik eksperizasının 20 fevral 2023-cü il tarixli 463 nömrəli rəyindən müəyyən olunur ki, Təqsirləndirilən şəxs hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir. Onda xasiyyətin psixopatik cizgiləri müəyyən edilir. Təqsirləndirilən şəxs həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması, kamağıllıq və ya sair psixi xəstəlik əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində alnaqlı hesab olunmalıdır. Məhkəmədə elan edilib araşdırılmış BMCMİ-nin İstintaq və Təhqiqat İdarəsinin rəisinə ünvanlanan xx.xx.2023-cü il tarixli məktubdan müəyyən olunur ki, Təqsirləndirilən şəxs üəzrindən aşkarlanan qurudulmuş marixuannanın kimdən və haradan əldə etməsini, İran İslam Respublikasının “Əlirıza” adlı şəxsin müəyyən edilməsi istiqamətində keçirilmiş tədbirlərdən müsbət nəticə əldə olunmamışdır. Məhkəmədə elan edilib araşdırılmış “Respublika Psixiatriya Xəstəxanası” X10 958 saylı xx.xx.2023-cü il tarixli məktubundan müəyyən olunur ki, Təqsirləndirilən şəxs yuxarıda adı qeyd olunan xəstəxananın arxiv məlumatlarına əsasən müalicədə olmayıb. Məhkəmədə elan edilib araşdırılmış “Cinayət işinin başlanılmasının rədd edilməsi haqqında” 27 mart 2023-cü il tarixli qərardan müəyyən olunur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası DİN-nin BMCMİ-nin əməkdaşları tərəfindən qanunsuz hərəkətlərə məruz qalması barədə ərizəsi əsasında toplanmış 127-C-23 saylı material üzrə cinayət işinin başlanılması rədd edilmişdir. Məhkəmədə elan edilib araşdırılmış “mobil telefona baxış keçirilməsi barədə” 07 aprel 2023-cü il tarixli protokoldan müəyyən olunur ki, Təqsirləndirilən şəxs üzərinə keçirilmiş şəxsi axtarış zamanı götürülmüş 01 ədəd “Samsung” markalı mobil telefona baxış keçirilərkən müəyyən edilmişdir ki, mobil telefonda olan “Vatsap” mobil tətbiqində “Hemit” adı ilə qeydə alınmış İran İslam Respublikasına aid +98 914 452 1701 nömrəli abunəçi 29 oktyabr 2022-ci il tarixdə saat 15:44-də “Salam qardaş kefin əhvalın, neynirsən, yoxsan çoxdan, nə iş görürsən, qəşəng məhsul var, imkan yarad, pul yarad, koladı, patıdı, güldü, super bir şey, keyfiyyətdi maldı, bunlardan götür işlə”. Deyə səsli mesaj göndərmişdir. Təqsirləndirilən şəxs həmin gün saat 21:32-də cavab olaraq “Salam əziz qardaş, zəng edəcəm sənə görüntülü danışarıq” deyə səsli ismarıc göndərmişdir. “Hemit” adı ilə qeydə alınmış abunəçi 2 noyabr 2022-ci il tarixdə saat 20:10-da “Qardaş qəşəng gül var, başına dolanım, çox qəşəng gül var, bu güldən hələ Bakıya gəlməyibdi. Kimə verirəm deyir sən Allah saxla, qoy özümüz götürək. Gəncədə, Kürdəmirdə bir iki nəfər götürübdü deyir bombadı. Bunu maraqlan əgər imkanın olsa bundan 100 200 dənə götür, dosta verilməli güldü. Təqsirləndirilən şəxs 3 noyabr 2022-ci il tarixdə saat 20:36- da Həmit adlı abunəçiyə “Həmit bu evimi istiyirlər, başım qarışıb evə,indi evi satdım, mənə başqa ev lazımdır, ev üçün ora bura baxıram ki, tez bazar bu evi hell edim, bir iş görək. Əldə indi pul olure, xırda-xuruş olur, 50 manat, 200 manat, 300 manat. Sən də vermirsən, qardaşlıq etmirsən. Demirəm ki, mənə 50 dənə, 100 dənə ver, 100 manatlıq, 200 manatlıq daş torpaq nə qədər düşür, o qədər verdə. 1-2 dənə artıq verərsən onun da pulunu verərəm. Köməklik etmirsən, elə köməklik xırda-xırda qalxaq. Mənim evimi satmalı 2-3 ay çəkəcək. Çünki, mən özümdə ev tapmalıyam axı. Danışıb razılaşdım 2 ay vaxt verdilər, iki ay ərzində mən gərək evi boşaldım. Onda əlimdə pulum olacaq, onda rahat iş görəcəyik. Ona qədər mən indi deyirəm sənə pul tapım atım, 150 manat, 200 manat, 300 manat. Qardaşlıq elə də yəni bilirəm sən belə iş görmürsən pula nə düşür onu elə. 5 dənə düşür 5 dənə at, 10 dənə düşür 10 dənə at, at ki, qardaşın onu yavaş yavaş qaldırsında. Sən görəcəksən də qardaşa yaxşılıq elədin heç vaxt bunu itirmərəm mən. Azərbaycana da gələndə görəcəksən ki, bunu eləmək həqiqətən düşür. Sənin əlində 2 vur iki di qardaş. 100 dənə, 50 dənə bilirəm atırsan. O qədər atma yəni məsəlçün 150 manat vurdum, 150 manatlıq at, 200 manat vurdum 200 manatlıq at. Nə edək qardaşlıq elə, mən xırda xırda qaldırımda” deyə səsli ismarıc göndərmişdir. Həmin gün saat 20:38-də “Gül işini də maraqlanıram. Gül biraz zəifdi deyə, daş torpaqdı burda gedən, gül çətin tapılır. İnan Allaha gül istəyən olsa birinci adam sənsən. Sən indi qardaşına nə olar belə köməklik eləgör mən onun altında qalıram ya-yox. Köməklik elə qardaşın xırda-xırda artırsında qardaş. Bu gün yəni mənə 150 manatlıq, 200 manatlıq atdın pulun vurum atda. Atdım məsəl üçün o birisinə görəcəksən ki, 300 vurdum, 500, 1000, 2000. Evimi də satıldı yəni konkret iş görəciyik. İndi çətinlikdə biraz hər şey yaxşı olmur da, indi özün bilirsən təzə buraxılmışam”. Deyə səsli ismarıc göndərmişdir. Hamlet isə həmin gün saat 20:57-də “ İndi bizim burda çətinlik çoxdu. İndi mal burda çox az gəlib gedir. Kim gedir orada yanır. İranda mal bahalaşıb. Orada da çətinlik var, burda da çətinlik var. Sən əgər 600 manat düzəldə bilsən mən belə iş görə bilərəm. 20 dənə torpaq, 10 dənə də torpaq. Oradan alındıraram. 900 manat edər. 600 atarsan, qalan 300 də satıb düz qoş edərsən. Gör bünə əgər qüvvən çatır. Bunu dəqiqləşdir de, problem yoxdur, sənə hərəkət verim. Gül var gül də probelm yoxdu. 4 kq qədər varımdı” deyə səsli ismarıc göndərmişdir. Təqsirləndirilən şəxs 17 dekabr 2022-ci il tarixdə saat 18:14-də “Hemit” adlı şəxsə “Bir maşın götürmüşəm.yüngülvarı başımı qatıram. Həmit o gül məsələsi nətərdi, durur, gül məsələsi qüvvədədi” deyə səsli ismarıc göndərmişdir. Bundan sonra saat 18:15-də “Bu daşnan torpaq da ki, 200 manat düzəldə bilərəm. Mən sənə 200 manat atardım, mənə biraz köməklik edərdin. Yavaş-yavaş qalxardıqda. Maşın da götürmüşəm, tərpənməyə. Bax gör neynirsən. Gül istəyənlər var. Düzüb qoşacam gülü də, verəcəksən” deyə səsli ismrıc göndərmişdir. Təqsirləndirilən şəxs 19 dekabr 2022-ci il tarixdə saat 18:13-də Həmit adlı şəxsə” Sənə dediyim vaxtda pul var idi məndə. Dedim vurum sənə 200 manat. Sən dedin alınmır. Başqa bir uşaq var idi. O dedi onunla alındıra bilərəm. Ta səninlə edəndən sonra pulu vermişdim ona. O dedi ki, gülə pulu vurmuşam. Ona görə qaldı eləncik. Ona görə pulu da göndərə bilmədim sənə. Sən demədin deyə məcbur başqa yerdən atxardım” deyə səsli ismarıc göndərmişdir. Bundan başqa “WhatsApp” mobil tətbiqində “Dosdu İfan” adı ilə qeydə alınmış İran İslam Respublikasına aid +98 914 953 9024 nömrəli abunəçiyə Təqsirləndirilən şəxs 7 dekabr 2022-ci il tarixdə saat 18:07-də “Sən 400 manat götürüb mal göndərməməyin mənim işlərimi təmiz pozdu. Mən gül kimi işimi gücləndirirdim qaldırırdım. Belə başa düşdüm ki, sən mənə heçnə göndərmiyəcəksən, iş görmürsənsə dayandıraq, iş görməyək” deyə səsli ismarıc göndərmişdir. 19 dekabr 2022-ci il tarixdə saat 13:49-da həmin şəxs Təqsirləndirilən şəxs “Qardaş necəsən, nə var nə yox, saat yarıma iki saata telefonda ol deyirəm hara çıx bildin”. Deyə səsli ismarıc göndərmişdir. Saat 18:48-də Təqsirləndirilən şəxs həmin şəxsə “ dedim görüm 2 saat çəkər, yoxsa axşam 12-dən sonraya qaldı?. Mənim başqa işlərim də var idi. Taz bezdirməyim səni” deyə səsli ismarıc göndərmişdir. Həmin şəxs isə cavabında “Yox e qardaş, yəni 12-yə çəkməz. 12-dən sonra olmaz. Ola bilər yarım saatdan, ola bilər iki saatdan sonra. Ola bilər 10 dəqiqədən sonra. Ama yox 2 saatdan çox çəkməz. İki saat, iki saat yarım. Gedib götürərsən”. Saat 21:51-də Təqsirləndirilən şəxs “qaqaş çıxım mən, yoxsa yox” deyə səsli ismarıc göndərmişdir. Həmin şəxs cavab olaraq “Qardaş səbirli ol, 5-10 dəqiqə səbrli ol deyirəm” deyə səsli ismarıc göndərmişdir. Daha sonra həmin şəxs Təqsirləndirilən şəxs 4 ədəd fotoşəkil və bir ədəd xəritə üzərində məkan göndərmişdir. Fotoşəkillərinin ikisində divarda bərkidilmiş sayğac yeşiyinin şəkili və qalan iki ədəd şəkildə həmin yerə gedən yol göstərilmişdir. Daha sonra saat 23:31-də həmin şəxs Təqsirləndirilən şəxs “Hə nömrə istəyirsənsə atım ota göstərsin götür get” deyə səsli ismarıc göndərmişdir. Daha sonra saat 23:37-də həmin şəxs ünvan izah etməsi barədə sms göndərmişdir. Məhkəmədə elan edilib araşdırılmış “telefon danışıq məlumatlarına baxış keçirilməsi haqqında” 07 aprel 2023-cü il tarixli protokoldan müəyyən olunur ki, "xxxx" MMC-dən daxil olmuş 01 ədəd “CD” diskə baxış keçirilərkən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs ***-***-**-** saylı mobil telefon nömrəsi istifadə etmişdir. Keçirilən baxış zamanı müxtəlif mobil telefon nömrələrindən Təqsirləndirilən şəxs istifadə etdiyi ***-***-**-** saylı mobil telefon nömrəsinə, eləcə də onun tərəfindən digər mobil nömrələrə “Qaga 5 manatliqda kola de 15 vererem”, “Arif habildi qagam dosdum gelim 10 manatim var, pati lazimiydi”, “Qaga patı yoxdu ancaq koladı”, “Qardaş bu cıxıb gedir ha sora kolada olmayacaq qalacaq geciyə”, “Habil salam mənəm Eliş qardaş pırablemdəyəm 2 .3 günə qaydasına düşəçək nəyi deyirəm bu gün enuş gilin bulokuna daş qoyacam yerin de”, “Tema istesen axtarma səbir elə kola yox pat var gret edəcəm”, “Qara var istəsən brat 5 q verillə 70m .ama sənə istəsən 50m dan dey.” sözləri yazılmış SMS mesajları daxil olmuşdur. Məhkəmədə elan edilib araşdırılmış «sübutların qiymətləndirilməsi və cinayət əməlinin tövsif edilməsi haqqında» 04 may 2023-cü il tarixli qərardan müəyyən olunur ki Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş ekspertiza tədqiqatından sonra qalıq qalmış 3014,8 qram qalmış narkotik vasitə qurudulmuş marixuana və 01 ədəd “Samsung” markalı mobil telefon saxlanması üçün DİN-nin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin maddi sübutları saxlama kamerasına təhvil verilmiş, 01 ədəd CD disk cinayət işinin materiallarına əlavə edlmişdir. Məhkəmədə elan edilib araşdırılmış Azərbaycan Respublikası DİN BƏSİİ-dən alınmış tələbnamə və məhkəmənin hökmündən görünür ki, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 11 fevral 2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 2 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Bakı Apellyasiya Məhkəməsinin 17 noyabr 2021-ci il tarixli qərarı ilə cəzası 06 ay azaldılaraq 21 fevral 2022-ci tarixdə cəzasının sonu ilə azad olunmuşdur. Məhkumluğu ödənilməmişdir. Göründüyü kimi ibtidai araşdırma zamanı qanuni üsullarla toplanmış sübutları məhkəmə iclasında tam, hərtərəfli və obyektiv araşdırmış birinci instansiya məhkəməsi iş üçün əhəmiyyət kəsb edən bütün halları tam aydınlaşdırmış, təqsirləndirilən şəxsin ittiham olunduğu cinayət əməlinin onun tərəfindən törədilməsi şahidlərin ifadələri, istintaq və məhkəmə hərəkətlərinin protokolları, ekspert rəyi və işin digər obyektiv halları ilə tam təsdiq olunmuş, həmin sübutlara əsasən Təqsirləndirilən şəxsnın ittiham olunduğu cinayət əməlini törətməsi haqda işin faktiki hallarına uyğun olan əsaslı və qanuni nəticəyə gəlmiş Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Məhkəmə kollegiyası məhkum Təqsirləndirilən şəxs müdafiəçinin apellyasiya şikayətinin dəlilləri qismində qeyd etdiyi hallar və məhkum Təqsirləndirilən şəxs özünü qismən təqsirli bilməsinə dair vermiş olduğu ifadəsinə tənqidi yanaşır və onların dediklərini məhkumun müdafiəsinə yönələn cəhd kimi qiymətləndirir. Belə ki, 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının qanunu ilə təsdiq olunmuş siyahıya əsasən metamfetamin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”in İ siyahısına daxildir. Həmin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in qanunun İ və İİ siyalarını əsas tutaraq Təqsirləndirilən şəxsnın üzərində aşkar olunan külli miqdarda, yəni şəxsi istehlak miqdarından artıq miqdarda metamfetaminin iş materiallarında olan sübutlarla təsdiq edilir və bu hal Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməlini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə tövsif edilməsi üçün əsasdır. Bundan əlavə "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il 2 nömrəli qərarının 4-cü bəndinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi anlayışının şərhi “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Qanunun 1.0.9-cu maddəsində verilmişdir. Qanunun 21.1-ci maddəsinə görə narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlak həcminə əsasən müəyyən edilir. Şəxsi istehlak üçün nəzərdə tutulan narkotik vasitələrin və psixotrop maddələrin miqdarı onların təmiz və qarışıq vəziyyətində ayrılıqda müəyyən olunur. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Qanunun 1.0.11-maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması - miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir. Qanunvericiliyin qeyd edilən normasını əsas tutaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məqsədi təmiz çəkiləri 3015 qram narkotik vasitə olan marixuana başqa şəxsə çatdıraraq qazanc əldə etmək olmuşdur. Beləliklə də, məhkəmə kollegiyası belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticələr yalnız məhkəmə baxışında tədqiq edilmiş sənədlərə əsaslanmış, iş üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmış, məhkəmənin gəldiyi nəticələr isə işin faktiki hallarına uyğun olmaqla yanaşı, məhkum Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə cinayəti törətməsi toplanmış və tədqiq edilmiş mötəbər sübutlarla təsdiqini tapdığından, verilmiş apellyasiya şikayəti yalnız cəza hissəsində qismən təmin edilməlidir. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi toplanmış sübutları tam, hərtərəfli və obyektiv araşdırmış və bu sübutlar əsasında məhkəmə məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs ittiham olunan əməli törətməsi barədə işin faktiki hallarına uyğun olan qanuni və əsaslı nəticəyə gəlmiş və onların əməlini Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə düzgün tövsif etmişdir. Eyni zamanda hökmdən görünür ki, birinci instansiya məhkəməsi məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs cəza təyin edərkən, cəzanın təyin etmənin ümumi əsaslarını özündə əks etdirən Azərbaycan Respublikası CM-nin 8, 41.2 və 58.3-cü maddəsinin tələblərinə əməl etmiş və törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, həmçinin təyin edilən cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almış, cəzasını ağırlaşdıran və yüngülləşdirən halları müzakirə etmişdir. Həmçinin məhkəmə kollegiyası apellyasiya icraatında məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs evli olduğunu, himayəsində bir az yaşlı övladının olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunduğunu yüngülləşdirən hal qismində nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrinin sanksiyasında beş ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Məhkəmə kollegiyası qeyd edir ki, əsaslandırılmış və ədalətli cəza təyin edilməsi ilk olaraq cinayətkarlıqla mübarizə aparılması üçün vacib vasitə olmaqla lazımi cəzalandırma tədbirini təmin edir, məhkumun islah və tərbiyə edilməsinə köməklik göstərir, onun və başqa şəxsin yeni cinayət törətməsinin qarşısını alır. Qanuni cəzanın təyin edilməsi isə ilk növbədə cəzanın məqsədinə, yəni ədalətin bərpasına və məhkumun islah olunmasına nail olmaq sahəsində mühüm vasitədir. Beləliklədə, məhkəmə kollegiyası hesab edirki, birinci instansiya məhkəməsi tərəfindən Təqsirləndirilən şəxs cəza təyin olunarkən, ədalət prinsipinin tələblərini pozmuşdur. Məhkəmə kollegiyası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 5, 7, 8 və 9-cu maddələrində nəzərdə tutulmuş qanunvericiliyinin əsas prinsiplərinin tələblərini rəhbər tutaraq, hesab edir ki, məhkum Təqsirləndirilən şəxs birinci instansiya məhkəməsinin təyin etdiyi azadlıqdan məhrum etmə cəzasının müddəti ədalət prinsipi naminə azaldılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 404-cü maddəsinin tələbinə əsasən, cinayət qanununun müvafiq maddəsi ilə müəyyən edilmiş hüdudlardan kənara çıxmasa da, həm sərtliyinə və həm də yüngüllüyünə görə açıq-aydın ədalətsiz cəza cinayətin ağırlığına və məhkumun şəxsiyyətinə uyğun olmayan cəza hesab edilir. Həmin Məcəllənin 405.1.1-ci maddəsinə əsasən, cəzanın sərtliyinə görə cinayətin ağırlığı və məhkumun şəxsiyyətinə uyğun olmadığını hesab edərək, cəza yüngülləşdirdikdə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hökmünü dəyişdirir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 399.1.5-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsə təyin edilən cəza cinayətin ağırlığına və ya məhkumun şəxsiyyətinə uyğun olmadığı halda, apellyasiya instansiya məhkəməsi tərəfindən birinci instansiya məhkəməsinin hökmünün və ya qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Göstərilənləri nəzərə alaraq, məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs bəraət verilərək onun təqsirsiz elan edilməsinə dair verilmiş apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, lakin birinci instansiya məhkəməsinin hökmü cəza hissəsində dəyişdirilməli, ona təqsirli bilindiyi Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təyin olunmuş 7 (yeddi) il müddətinə azadlıqdan məhrum etmə cəzasının müddəti bir il endirilməklə 6 (altı) il müddətinə endirilməli, birinci instansiya məhkəməsinin hökmü qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyası şərh olunanları və Azərbaycan Respublikası CPM-in 398.1.4-cü maddəsini rəhbər tutaraq, QƏRARA ALDİ: Məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-458/2024 nömrəli, 19 mart 2024-cü il tarixli hökmü verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilsin. Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təyin edilmiş 7 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzasının müddəti 6 (altı) il azadlıqdan məhrumetmə cəzasına endirilsin. Hökm qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 408-410-cu maddələrində nəzərdə tutulmuş müddətdə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər.
Məhkəmə qərarları › İş №1(103)-1043/2024
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №1(103)-1043/2024
11.06.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver