Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(103)-105/2023 03.02.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X5 İlham oğlunun sədrliyi və məruzəsi ilə, Mehdiyev Emin Əlixan oğlu və Rəhimov Elmar Eldar oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi – X2, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Apellyasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru – X1, Zərərçəkmiş şəxs - Zərərçəkmiş şəxs, Məhkum edilmiş şəxs – Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi iştirakları ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4 və 228.4-cü maddələri ilə məhkum edilməsinə dair Bakı Ağır Cinayətlər Məhkəməsinin 07 sentyabr 2022-ci il tarixli hökmündən məhkum edilmiş şəxsin müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: Bakı Ağır Cinayətlər Məhkəməsinin (Novruz Ağakərim oğlu Kərimovun sədrliyi ilə, hakimlər X3 və X4 ibarət tərkibdə) 07 sentyabr 2022-ci il tarixli hökmü ilə xx xxxxxx 1980-ci ildə Lənkəran şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, 16 sentyabr 2019-cu il tarixdə Bakı Ağır Cinayətlər Məhkəməsi tərəfindən Azərbaycan Respublikaası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, Bakı şəhəri, Xəzər rayon məhkəməsinin 29 dekabr 2020-ci il tarixli qərarı ilə 08 (səkkiz) ay 28 (iyirmi səkkiz) gün vaxtından əvvəl cəzadan şərti azad olunmuş, məhkumluğu ödənilməmiş, Lənkəran şəhəri, Şəhidlər Xiyabanı küçəsi, ev 25-də qeydiyyatda olub, Xəzər rayonu, Binə qəsəbəsi, Südçülük Sovxozu, ev 36-da yaşamış, 27 oktyabr 2021-ci il tarixdə barəsində Bakı şəhəri, Xəzər rayon məhkəməsi tərəfindən 04 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4 və 228.4-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək, ona Azərbaycan Respublikası CM-nin 126.2.4-cü maddəsi ilə 6 (altı) il 6 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası, Azərbaycan Respublikası CM-nin 228.4-cü maddəsi 1 (bir) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilmiş, Azərbaycan Respublikası CM-nin 66.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin olunmuş cəzaları qismən toplamaqla ona qəti olaraq 7 (yeddi) il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin təyin edilmişdir. Hökmə əsasən Təqsirləndirilən şəxs 22 oktyabr 2021-ci il tarixdə, təxminən saat 12 radələrində Xəzər rayonu, Binə qəsəbəsi, Südçülük Sovxozu ərazisində, yaşadığı evin yaxınlığında yerləşən bərbərxanaya telefonla danışa-danışa girərkən nalayiq ifadələr işlətməsinə, həmin vaxt bərbərxanada olan tanışı Zərərçəkmiş şəxs ona irad bildirdiyinə görə aralarında bu zəmində mübahisə yaranmış, bundan sonra, Təqsirləndirilən şəxs yaranmış mübahisəni davam etdirib sona çatdırmaq məqsədi ilə qanunsuz olaraq əldə edib üstündə gəzdirdiyi, soyuq silah hesab edilən, hər iki tərəfi deşici-kəsici xassəyə malik olan atipik formalı bıçağı əvvəlcədən evdən götürüb üstündə gəzdirərək təxminən saat 12:30 radələrində Binə qəsəbəsi, Südçülük Sovxozu ərazisində yerləşən “kanalüstü” adlanan yerə gələrək orada Zərərçəkmiş şəxs ilə əlbəyaxa olub dalaşarkən sonuncunu heç bir əsaslı səbəb olmadan, xuliqanlıq niyyətilə qəsdən beş dəfə həmin bıçaqla vuraraq ona sağ tərəfli hemopnevmatoraksla müşayiət olunan döş qəfəsinin sağ yarısının sağ plevra boşluğuna (daxilə) nüfuz edən 1 ədəd deşilmiş-kəsilmiş yarası ilə nəticələnən, sağlamlığa ağır dərəcəli zərər vurmaya aid xəsarət, sol saidin 1 ədəd, sağ baldırın 1 ədəd (cəmi 2 ədəd) deşilmiş-kəsilmiş yaraları ilə nəticələnən, sağlamlığın qısa müddətə pozulmasına səbəb olduqlarına görə sağlamlığa yüngül dərəcəli zərərvurmaya aid, döş qəfəsinin 1 ədəd, sol bazunun 1 ədəd səthi kəsilmiş yaraları ilə nəticələnən, sağlamlığa zərərvurmayan xəsarətlərə aid olduqlarına görə dərəcələri təyin edilməyən bədən xəsarətləri yetirmişdir. Bakı Ağır Cinayətlər Məhkəməsinin 07 sentyabr 2022-ci il tarixli hökmündən məhkum edilmiş şəxsin müdafiəçisi Müdafiəçi apellyasiya şikayəti verərək, Bakı Ağır Cinayətlər Məhkəməsinin 07 sentyabr 2022-ci il tarixli hökmünün ləğv edilərək, Təqsirləndirilən şəxs əməlinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsindən CM-nin 126.1-ci maddəsinə tövsif edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Hökmdən apellyasiya protesti, zərərçəkmiş şəxs tərəfindən apelyyasiya şikayəti verilməmişdir. Müdafiəçi apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Bakı Ağır Cinayətlər məhkəməsi təqsirləndirilən şəxsin Azərbaycan Respublikası CM-nin 126.2.4-cü maddəsində göstərilən təqsirini müəyyən etmədən və təqsirini müəyyən edəcək sübutlar olmadan baxdığından ittiham tərəfinin hüquqi mövqeyini təsdiq etdiyindən, yalnız ittiham tərəfinin şifahi mülhazilərəni nəzərə almaqla nəticə etibarı ilə qanunsuz və əsassız ittiham hökmü çıxarmışdır. İbtidai araşdırma orqanı təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 126.2.4-cü maddəsində nəzərdə tutulan ittihamı elan edərkən onu əsas götürmüşdür ki, o, xuliqanlıq niyyəti ilə öz şəxsiyyətini digərlərinin şəxsiyyətindən üstün tutmaqla heç bir əsaslı səbəb olmadan Zərərçəkmiş şəxs soyuq silah sayılmayan mətbəx bıçağı ilə iki dəfə qəsdən vurmuşdur, təqsirləndirilən şəxs sonuncunun sağlamlığına qəsdən zərər vurması cinayətini xuliqanlıq niyyəti ilə törədilən əməl kimi qiymətləndirib bunu ümumi fikirlə əsaslandırmış, xuliqanlıq niyyətinin nədə ifadə olunduğunu açıqlamayaraq təqsirləndirilən şəxsin törətmiş olduğu qəsdən sağlamlığa ağır zərər vurma ilə bağlı cinayət əməlini Azərbaycan Respublikasının CM-nin 126.2.4-cü maddəsi ilə tövsif etmişdir. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs qarşı cinayət əməlini xuliqanlıq niyyəti ilə törətməmişdir. Əksinə zərəçəkmiş şəxs özü məhkəmədə də bildirdiyi kimi mübahisəni özü başladıb onu təhqir etdiyinə görə təqsirləndirilən şəxs qəsdən sağlamlığa zərər vurma cinayətini törətmişdir. Təqsirləndirilən şəxsin xuliqanlıq niyyətilə cinayət əməlini törətməsi qənaətinə gəlmək mümkün deyil. Əks yanaşma təqsirləndirilən şəxsin hüquqlarının ciddi şəkildə pozulmasına, o cümlədən onun törətmədiyi cinayət əməlinə görə məsuliyyətə cəlb edilməsinə və daha ağır şəkildə cəzalanmasına yol aça bilər. Bu isə həm ədalətsiz, həm də yolverilməzdir. İbtidai istintaq orqanı təqsirləndirilən şəxsin əməlində Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlinin tərkibinin olması nəticəsinə gələrkən iş üzrə toplanmış mötəbər sübutlara deyil, öz şəxsi mülahizələrinə, ehtimal və şübhələrinə əsaslanmışdır. Həmin şübhələri isə iş üzrə toplanmış digər sübutlarla aradan qaldırmaq mümkün deyildir. Ona görə də, təqsirləndirilən şəxsin zərərçəkmiş şəxsə bıçaqla xəsarət yetirməsi ilə bağlı əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsindən həmin Məcəllənin 126.1-ci maddəsinə tövsif edilməlidir. Belə ki, ibtidai araşdırma orqanı cinayətkar davranışa sövq edən səbəb və niyyəti yəni cinayətin motivini düzgün müəyyən etməmişdir. Yəni cinayət edən şəxsin həmin cinayət hadisəsini törətməyə sövq edilmə səbəbi və niyyəti kifayət qədər araşdırılmamış və bu cinayət işində motiv müəyyən edilmədiyindən təqsirləndirilən şəxsin cinayət əməli düzgün müəyyənləşdirilməmişdir. Hər bir cinayət işində motiv müəyyən edilməlidir. Çünki bunsuz nəinki cinayətin düzgün ixtisaslaşdırılması, hətta cəzanın fərdiləşdirilməsi də mümkün deyildir. İbtidai istintaq orqanı yuxarıda qeyd edilən halları nəzərə almadan belə nəticəyə gəlmişdir ki, təqsirləndirilən şəxs zərərçəkmiş şəxsə qarşı xuliqanlıq niyyətilə qəsdən sağlamlığa ağır zərər vurma cinayət əməlini törətmişdir. İbtidai istintaq orqanı belə nəticəyə gəlsə də, gəldiyi nəticəni təsdiq edəcək heç bir sübut əldə etməmiş və həmin sübutları cinayət işinin materiallarına əlavə etməmişdir. İbtidai istintaq orqanı təqsirləndirilən şəxsin xuliqanlıq niyyətilə qəsdən sağlamlığa ağır zərər vurma cinayət əməlini törətməsini birbaşa təsdiq edən sübutları əldə etmədən, başqa sözlə, lazımı sübutları toplamadan ona daha ağır cinayətin törədilməsi ilə bağlı ittiham irəli sürmüşdür. Yuxarıda qeyd olunanları ümumiləşdirərək aşağıda qeyd olunan qənaətlərə gəlmək mümkündür: İttiham aktında istinad olunan sübutların (ifadələrin) heç birində belə bir məlumat yoxdur ki, təqsirləndirilən şəxs xuliqanlıq niyyəti ilə zərərçəkmiş şəxsin sağlamlığına zərər vurması qənaətinə gəlməyə əsas versin. Məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, təqsiləndirilən şəxs nə ibtidai istintaq zamanı, nə də məhkəmədə verdiyi ifadələrində xuliqanlıq niyyəti ilə zərərçəkmiş şəxsin sağlamlığına zərər vurmasını etiraf etməmişdir. Zərərçəkmiş şəxs 24 avqust 2022-ci il tarixində keçirilən məhkəmə iclası zamanı şəxsən etiraf etmişdir ki, mübahisəni başladan ilk dəfə o olmuşdur. Şahidlər verdikləri ifadələrində də göstərmişlər ki, tərəflər uzun müddətdir bir-birini tanıyır, normal münasibətləri var və aralarında mübahisəni ilk dəfə başladan zərəçəkmiş şəxs olmuşdur. Zərərçəkmiş şəxsin 31 avqust 2022-ci il tarixli məhkəməyə təqdim etdiyi ərizədə mübahisənin onun özü tərəfindən başladılmasını etiraf etmişdir. İbtidai istintaq orqanı nəyə əsaslanaraq təqsirləndirilən şəxsə məhz xuliqanlıq məqsədi ilə cinayəti törətməsini heç bir halda əsaslandıra bilməmişdir və iş materiallarından da görünür ki, belə nəticəyə gəlmək üçün hər hansı bir əsas da olmamışdır. İttiham aktında təqsirləndirilən şəxs barəsində yüngülləşdirici halların olmadığını qeyd etmişdir. İstintaq dövründə zərəçəkmiş şəxs təqsirləndirilən şəxslə barışmışdır və istintaq dövründə istintaq orqanına heç bir şikayətinin olmaması barədə ərizə təqdim olunmasına baxmayaraq bunu nəzərə almamışdır. Bundan başqa aşağıda qeyd olunan yüngülləşdirici hallar mövcuddur: Onun zərərçəkmiş şəxslə barışmasını, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbinin olmaması, təqsirləndirilən şəxsin səmimi peşmançılığı, təqsirləndirilən şəxslə zərərçəkmiş şəxsin yaxın qohumluğu, özünün vərəm xəstəsi olması, himayəsində 2 azyaşlı övladının olması, zərəçəkmiş şəxsə yardım etməsini, təqsirləndirilən şəxsin şəxsiyyətinin müsbət xarakterizə olunması, cinayəti zərərçəkmiş şəxsin qanunsuz hərəkətlərinin təsiri altında törətməsi. Təqsirləndirilən şəxsin apellyasiya şikayətinə etiraz verilməmişdir. Məhkəmə iclasında çıxış edən məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs və Müdafiəçi verilmiş apellyasiya şikayətinin təmin edilməsini, Təqsirləndirilən şəxs əməlinin CM-in 126.2.4-cü maddəsindən həmin məcəllənin 126.1-ci maddəsi ilə tövsif edilərək, barəsində yüngül cəza təyin edilməsini xahiş etdilər. Məhkəmə iclasında çıxış edən Zərərçəkmiş şəxs məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməsini, Təqsirləndirilən şəxs barəsində yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında çıxış edən dövlət ittihamçısı məhkum edilmiş şəxsin müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi. Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyası məhkəmə baxışını qismən məhkəmə istintaqı ilə aparmaqla cinayət işinin materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, cinayət prosesi tərəflərinin çıxışlarını dinləyərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı Ağır Cinayətlər Məhkəməsinin 07 sentyabr 2022-ci il tarixli hökmü qanuni və əsaslı olduğundan məhkum edilmiş şəxsin müdafiəçisinin verdiyi apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsinin tələbinə görə isə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Məhkəmə kollegiyası qeyd edir ki, təqsirləndirilən şəxsin müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayətində CM-nin 126.2.4-cü maddəsi ilə məhkum olunmuş təqsirləndirilən şəxsin əməlinin hüquqi tövsifi mübahisələndirilir. Məhkəmə kollegiyası qeyd edir ki, Müdafiəçi tərəfindən verilmiş apellyasiya şikayətində məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs əməlinin CM-nin 126.2.4-cü maddəsindən CM-nın 126.1-ci maddəsinə tövsif edilməsi xahiş edilsə də, birinci instansiya məhkəməsi cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdıraraq, Azərbaycan Respublikası CPM-in 124, 143 və 145-ci maddələrinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxs, zərərçəkmiş şəxs və şahidlərin ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirmiş və təqsirləndirilən şəxsin cinayət əməllərinin hüquqi tövsif məsələsi ilə bağlı düzgün nəticəyə gələrək Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 126.2.4 və 228.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayətlərin törədilməsində təqsirli bilmişdir. Məhkum edilmiş şəxsin əməlində cinayət olmasını aradan qaldıran hallar, habelə onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ifadəsində göstərmişdir ki, hadisə baş verən gün bərbərəxanada telefonla söyüşlə danışmışdır. Həmin vaxt Ülvi ona demişdir ki, “içəridə uşaq var, söyüş söymə”. Bundan sonra aralarında mübahisə yaranmış və onlar çölə çıxmışlar. O, Ülviyə baş qoşmamış və “cavan uşaqdı məndən kiçikdi” demiş və evə getmişdir. Sonra Ülvi ona zəng etmiş və gəlib söhbət etmək istədiyini demişdir. O da gedəndə Ülvinin anasını küçədə görmüşdür. O, Ülviyə ayıb olmasını, Ülvinin ondan kiçik olmasını, özünün də xəstə olmasını bildirərək, sonra söhbət davam etdirməyi bildirmişdir. Hadisə baş verən yerdə Ülvi ona “səndə bıçaq var vur məni” sözlərini demiş, o da Ülviyə “sənin nəslini də vuraram” demiş, daha sonra Ülvi ona “səndə o qeyrət yoxdur” sözlərini demiş, bundan sonra o, Ülvini bir neçə dəfə bıçaqla vurmuşdur. Apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışı zamanı dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, hadisənin üstündən bir il keçib və ola bilər ki hadisə ilə bağlı bəzi hissələr yaddından çıxıb. Hadisə baş verən gün o, bərbərxanaya gəlib, içəri girmiş və əsəbi olmuşdur. Həmin vaxt Samir telefonla danışmış və danışarkən söyüş söymüşdür. O, Samirə içəridə uşaq olduğuna görə söyüş söyməsin deyə irad bildirmişdir. Bundan sonra onlar çıxmış, çıxan zaman çöldə adamlar olmuşdur. O, Samirə gedib kənar bir yerdə söhbət etməyi demişdir. Samir ona evə gedəndən sonra söhbət etməyi təklif etmişdir. O, Samirlə razılaşmışdır. Sonra Samirlə görüşmüş və söhbət etməyə getmişlər. Bundan sonra görüşdükləri yerdə hadisə baş vermiş, Samir onu bıçaqlamışdır. Sədrlik edənin sualına cavab olaraq bildirmişdir ki, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edir. İbtidai istintaq zamanı ifadəsində qeyd etdiyi kimi hadisə baş vermişdir. Hadisə baş verməmişdən qabaq Samir onun evinin qarşısına gəlmiş, sonra o çıxmış və söhbət edə-edə kanala tərəf getmişdirlər. Hal-hazırda Samirlə barışmışdır, ondan heç bir şikayəti yoxdur. Birinci instansiya məhkəməsində məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ifadəsində göstərmişdir ki, 22 oktyabr 2021-ci il tarixdə təxminən saat 12:00 radələrində telefonla borcu olan şəxslə danışarkən pulunu vermədiyi üçün həmin şəxsi söyə-söyə məhəllədəki bərbərxanaya girmişdir. Bu zaman qonşuluqda yaşayan, bərbərxananın içərisində olan Ülvi adlı şəxs ona “söyüş söymə” demişdir. O da Ülviyə borcu olan şəxs pulunu vermədiyinə görə onu telefonda söydüyünü, bunun ona aidiyyatı olmadığını demişdir. Buna görə də Ülvi ilə aralarında mübahisə yaranmışdır. Ülvi onu söhbət etmək üçün çölə çıxmağı təklif etmişdir. O da Ülviyə evə gedim gəlirəm deyib evə gedib özünü müdafiə etmək üçün özünə məxsus əldə hazırlanmış bıçağını götürüb evdən çıxmışdır. Yolda gedərkən Ülviyə demişdir ki, “sənin ananı da gördüm, mənim sizə hörmətim var, mən xəstə adamam, sən isə məni dalaşmağa aparırsan, mən onsuzda sənə şillə təpik vuran deyiləm, məndə o hal yoxdur”. Belə söhbət edə-edə gedib Binə qəsəbəsindəki kanalı keçıb qaz borularına çatıb dayanmışlar. Orada Ülvi ona qəfildən yumruq atmış, əynindən kurtkasını çıxarıb yerə atmış və ona demişdir ki, “bilirəm ki, üstündə bıçaq var, ancaq sənin o duxun yoxdur ki, məni vurasan”. Bunu deyib Ülvi onu vurmaq üçün üstünə cummuş və söyüş söyərək yumruqla sol tərəfdən boynuna vurmuşdur. Ülvi yenə də ona yumruq atmış və təpiklə vurub yerə yıxmışdır. O da yerə yıxılanda bıçaqla Ülvinin sağ böyründən vurmuşdur. O, yerdə olanda Ülvi ikinci təpiyi ona atanda o, bıçaqla Ülvünün sağ ayağına vurmuşdur. Onu vurandan sonra ayağa qalxmışdır. Ülvi telefonu ilə Xəyal adlı tanışına zəng etdi, az sonra Xəyal özünü ora çatdırdı. Xəyal gəldikdən sonra Ülvi ona demişdir ki, “sən çıx get”. O da orada dayanmayıb çıxıb getmiş, bıçağı hadisə yerinin yaxınlığında yerləşən ev kimi olan yerin yanında daşın altında gizlətmişdır. Törətdiyi əməldən peşmandır. Aralarındakı mübahisəyə səbəb onun telefonla ona borcu olan adamla danışıb bərbərxanaya girəndə söydüyü söyüşü Ülvinin eşitməsi və bunu irad bildirməsi olmuşdur. Ülvi irad tutaraq ona bildirmişdir ki, «burda uşaq var», o da cavab vermişdir ki, “bura mədrəsə deyil, içəridə işləyən də uşaq deyil, işləyib evinə çörək qazanır”. Ülvi yenidən ona cavab qaytarmışdır ki, “sənə deyirəm söyüş söymə”, o da Ülviyə demişdir ki, “mən sənin üçün uşaq deyiləm, üstümə qışqırma” O Ülviyə demişdir ki, “15 yaş məndən balacasan, mən heç sənin atana belə hörmətsizlik eləmərəm, sən isə mənə qarşı eliyirsən”. Bu səbəbdən də aralarında sözlə mübahisə yaranmışdır. O, hadisə zamanı Ülvinin də onun boynuna, sinəsinə və qollarına vuraraq xəsarət yetirməsini göstərmişdir. Törətdiyi əməldən peşimandır. Birinci instansiya məhkəməsində məhkəmə baxışı zamanı dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, 22 oktyabr 2021-ci il tarixdə təxminən saat 12-13 radələrində yaşadığı evin yaxınlığında yerləşən Azər adlı şəxsin işlətdiyi bərbərxanada olduğu zaman qonşuluqda yaşayan Samir adlı şəxs telefonla kimləsə danışa-danışa bərbərxanaya girmiş, danışdığı şəxsi söyməyə başlamış, o isə Samirə irad tutaraq bildirmişdir ki, bərbər uşaqdır, onun yanında söyüş söymə ayıbdır, Samir isə ona demişdir ki, bunun nəyi uşaqdır, evinə çörək pulu qazanır, deməli uşaq deyil. Buna görə aralarında sözlə mübahisə yaranmış və Samir onu çölə çağırmışdır ki, gəl, səninlə söhbət eliyək. Bundan sonra o, bərbərxanadan bayırda da aralarındakı mübahisə davam etmişdir. Orada Samir dedi ki, “gözlə mən evə gedib gəlirəm. Samir getdikdən sonra o yenidən bərbərxanaya girmiş, təxminən yarım saat keçdikdən sonra Samir zəng vurub ona demişdir ki, gözlə gəlirəm, o, gözləsə də Samir gəlməmiş və evlərinə tərəf gedib qapılarının qarşısında bir az gözlədikdən sonra görmüşdür ki, Samir gəlmir və evə keçib, evdə yemək yeyən zaman təxminən saat yarımdan sonra Samir zəng vurub dedi ki, «səni Al marketin qarşısında gözləyirəm». O, Samirə demişdir ki, yemək yeyir, bir azdan gələr. Samirin danışıq səsini eşidib hiss etmişdir ki, Samir yaxındadır. Yeməyini yedikdən sonra qapıya çıxıb görmüşdür ki, Samir qapının qarşısındadır. Onlar az əvvəl aralarında baş vermiş mübahisə mövzusunda söhbət edə-edə Binə qəsəbəsində yerləşən kanal istiqamətinə getmiş, yol boyu Samir aqresiv formada ümumi dostluqdan, qardaşlıqdan ona danışmışdır. O ətrafa baxmışdır ki, ola bilər ki, tanışlarını çağırar, gədib “Göbələk” adlanan əraziyə çatdıqdan sonra orada yarımçıq bir köhnə tikilinin yanında Samir ona dedi ki, sən mənə niyə ağıl öyrədirsən? O da Samirə demişdir ki, “sən uşağın yanında söyüş söydüyünə görə mən sənə iradımı bildirdim. Bu zaman Samir ona yaxınlaşmışdır. O da Samiri itələmişdir. Samir əlini yan tərəfinə atanda o, hiss etmişdir ki, Samir onun üstünə bıçaq çıxardacaq. O Samiri yenidən əli ilə itələyəndə Samir bıçaqla onun sol dirsək nahiyyəsindən bıçaqla vurmuşdur. O da qolunda qanı görüb ona demişdir ki, məni bıçaqla qorxudursan? Samir də başını aşağı salıb əlindəki bıçaqla ona zərbələr endirmişdir. O da Samirin əlindən çıxıb qaçmışdır. Samir bir az aralaşdıqdan sonra o, orada olan boruya özünü söykəmiş, qolundan, döş qəfəsinin sağ nahiyyəsindən və sağ ayağından qan axdığını görmüşdür. Həmin qan axan yerlər Samirin bıçaqla vurduğu yerlər olmuşdur. Bu zaman o görmüşdür ki, üst-başı qan içindədir, o, qonşuluqda yaşayan Bəxtiyara zəng vuraraq bildirmişdir ki, belə bir hadisə baş verib və onlara kömək etsin. Bəxtiyar uzaqda olduğu üçün onun tanışı Xəyala zəng vurub bildirmişdir ki, tez onların yanına gəlsin. Təxminən bir saat sonra Xəyal onların yanına çatmış, lakin maşınsız olmuşdur, çatan kimi köynəyini cırıb onun yaralarına bağlamış, sonra atasına zəng vurub məlumat vermiş və atası da piyada gəlib özünü çatdırmışdır. O, özünü pis hiss etdiyinə görə yavaş-yavaş yeriməyə başlamışdır ki, evə çata bilsin. Bu zaman atası qonşuluqda yaşayan Əbülfəzə xəbər etmişdir ki, maşınla gəlsin. O vaxta kimi Bəxtiyar da gəlib çatmışdır. Əbülfəzin maşını ilə onu evlərinə aparmışlar və ev şəraitində qonşuluqda yaşayan təcili tibbi yardım stansiyaysında işləyən Nəriman adlı həkim tərəfindən ona ilkin tibbi yardım edilmişdir. Sonra atası təcili tibbi yardına zəng vurmuş və həkimlər gəlib onu Sabunçu rayonunda yerləşən 3 saylı xəstəxanaya aparmışlar və orada onun üzərində cərrahi əməliyyat aparılmışdır. Aralarındakı mübahisəyə səbəb isə Samirin bərbərxanaya söyüş söyərək girməyi və onun da uşağın yanında söyüş söydüyünə görə irad bildirməsi olmuşdur. O, Samirlə barışmışdır, ondan tələb və şikayəti yoxdur. İbtidai istintaq zamanı iş üzrə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 126.2.4 və 228.4-cü maddələri ilə elan edilmiş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, xx.xx.2021-ci il tarixdə təxminən saat 12:00 radələrində telefonla borcu olan şəxslə danışarkən pulunu vermədiyi üçün danışa-danışa həmin şəxsi söymüş və eyni zamanda məhəllədəki bərbərxanaya girmiş, bu zaman qonşuluqda yaşayan, bərbərxananın içərisində olan Ülvi adlı şəxs ona söyüş söyməməyi bildirmiş, cavabında Samir -«mənə borcu olan şəxs pulumu vermədiyinə görə onu telefonda söydüm, bunun sənə aidiyyatı yoxdur» Ülviyə demişdir. Buna görə də Ülvi ilə aralarında mübahisə yaranmış və Ülvi onu söhbət etmək üçün çölə çıxmağı təklif etmiş, o da Ülviyə demişdir ki, “qoy evə gedim gəlirəm”. Bundan sonra o, evə getmiş və təxminən yarım saat evdə yubanmışdır ki, bəlkə Ülvinin hirsi soyuyar, ondan əl çəkər, lakin Ülvi onun evinin qarşısında dayanaraq ona zəng edib güləgülə demişdir ki, “dostlarını köməyə çağırırsan?” və bunu deyib telefonu söndürmüşdür. O, evdən çıxarkən özünü müdafiə etmək üçün özünə məxsus əldə hazırlanmış bıçağını götürüb evdən çıxmış, Ülviyə çöldə demişdir ki, “sənin ailəni tanıyıram, ayıbdır”, ancaq Ülvi ona məhəl qoymadan onu təhqir edib demişdir ki, “gedək səni başa salaram". Yolda Ülviyə demişdir ki, “üç gündür telefonumu oğurlamısan, ancaq mən üzünə vurmuram, bu sənin mənə çox sağolundur”?. Ülvü Samirə demişdir ki, “əcəb eləmişəm sənə düşür, gedək bir də səndən alaram”, Əlavə etmişdir ki, bu mübahisədən üç gün əvvəl Samsung A12 markalı telefonu yoxa çıxmış, telefonu Ülvi tərəfindən götürülməsindən şübhələnmişdir. Yolda gedərkən Ülviyə demişdir ki, “sənin ananı da gördüm, mənim sizə hörmətim var, mən xəstə adamam, sən isə məni dalaşmağa aparırsan, mən onsuzda sənə şillə təpik vuran deyiləm, məndə o hal yoxdur”. Belə söhbət edə-edə gedib Binə qəsəbəsindəki kanalı keçib qaz borularına çatıb dayanmış və dayanan kimi Ülvi ona demişdir ki, “indi hər şeyini sənin əlindən alaram’’. Bunu deyən kimi Ülvi ona qəfildən yumruq atmış, əynindən kurtkasını çıxarıb yerə atmış və ona demişdir ki, “bilirəm ki, üstündə bıçaq var, ancaq sənin o duxun yoxdur ki, məni vurasan”. Bunu deyib Ülvi onu vurmaq üçün üstünə cummuş və söyüş söyərək yumruqla sol tərəfdən boynuna vurmuşdur. Sonra ona demişdir ki, “səni söyməliyəm ki, bıçağı çıxarıb məni vurasan”? Bunu deyib Ülvi yenə də ona yumruq atmış və təpiklə vurub yerə yıxmışdır. O, yerə yıxılanda bıçaqla Ülvinin sağ böyründən vurmuş, yerdə olanda Ülvi ikinci təpiyi ona atanda o, bıçaqla Ülvinin sağ ayağına vurmuşdur. Onu vurandan sonra ayağa qalxmış, fikirləşmişdir ki, bəlkə Ülvi ondan aralaşar. Lakin, Ülvi yerdən daş götürüb ona atmış, daş onun böyrünə dəymişdir. Sonra üstünə gedərək ayaqlarına girib onu yerə yıxmış və vurmağa başlayıb demişdir ki, “indi üstündə nə varsa hamısını çıxardacam”. O da xəstə olduğuna görə təngnəfəs olmuş, lakin özünü toplayıb fırlanıb onun altından çıxmışdır. Ülvi aralaşanda görmüşdür ki, Samir təngnəfəs olub boğulur, yaxınlaşıb onu yerdən qaldırıb daşın üstündə otuzdurmuş və köynəyini çıxarmışdır ki, o, rahat nəfəs ala bilsin. O, fikirləşmişdir ki, Ülvi həm qanı, həm də onun vəziyyətini, yəni təngnəfəs olduğunu və boğulduğunu görüb pis olmuşdur. Ülvi sonra onun telefonu ilə Xəyal adlı tanışına zəng etmiş və az sonra Xəyal özünü ora çatdırmışdır ki, Ülviyə kömək edib xəstəxanaya aparsın. Xəyal adlı tanışı gəldikdən sonra Ülvi ona demişdir ki, «sən çıx get». O da daha orada dayanmayıb çıxıb getmiş, bıçağı hadisə yerinin yaxınlığında yerləşən ev kimi olan yerin yanında daşın altında gizlətmişdir. Əlavə suallara cavab olaraq göstərmişdir ki, Ülvi ilə yaxınlıqda yaşayır, münasibəti də yaxşı olmuş, özü və ailə üzvləri əvvəllər Ülvi və onun ailəsi ilə ədavəti olumamışdır. Aralarındakı mübahisəyə səbəb onun telefonla ona borcu olan adamla danışıb bərbərxanaya girəndə söydüyü söyüşü Ülvinin eşitməsi və bunu irad bildirməsi olmuşdur. Ülvi irad tutaraq ona bildirmişdir ki, «burda uşaq var», o da cavab vermişdir ki, “bura mədrəsə deyil, içəridə işləyən də uşaq deyil, İşləyib evinəçörək qazanır”. Ülvi yenidən ona cavab qaytarmışdır ki, “sənə deyirəm söyüş söymə”, o da Ülviyə demişdir ki, “mən sənin üçün uşaq deyiləm, üstümə qışqırma”, Ülvi Samirə demişdir ki,“sən elə mənimçün uşaqsan”. O da Ülviyə demişdir ki, “15 yaş məndən balacasan, mən heç sənin atana belə hörmətsizlik eləmərəm, sən isə mənə qarşı eliyirsən”. Bu səbəbdən də aralarında sözlə mübahisə yaranmışdır. Ona verilən suallara cavab olaraq göstərmişdir ki, Ülvini öldürmək niyyəti olmamışdır. Hadisə baş verən yerdə özlərindən başqa heç kim olmamış, bıçaq onun əlində olmuş, onlara kənardan heç kim müdaxilə etməmişdir. Bıçağı üstündə gəzdirməsinin səbəbini belə izah etmişdir ki, birdən aralarında dava olsa özünü müdafiə edə bilsin, çünki həm fiziki cəhətdən həm də açıq vərəm xəstəsidir, buna görə bıçağı üstündən gəzdirmiş və məqsədi Ülvini öldürmək olmamışdır. Hadisə zamanı elə yadında qalmışdır ki, həmin vaxt Ülviyə üç dəfə bıçaq xəsarəti yetirmişdir. Lakin ekspertizanın rəyi ilə tanış oluqdan sonra bildirmişdirki, ola bilsin həmin vaxt mən həyəcanlı olmuşam və dəqiq xatırlaya bilmirəm, buna baxmayaraq ekspert məndən dəqiq bilir və ekspertin rəyi ilə razıyam. Təqsirləndirilən şəxs qeyd etmişdir ki, mübahisə zamanı Ülvini bıçaqla vurmağının səbəbi özünü müdafiə etmək olmuşdur, onu öldürmək fikri olmamışdır, evdən çıxanda heç o niyyətdə olmamışdır və mübahisə zamanı da bıçağı özü ilə götürməyinə baxmayaraq çıxartmaq fikri olmamışdır. Səhəti ilə əlaqədar spirtli işki və narkotik vasitə qəbul etmədiyini, heç bir ruhi əsəb xəstəliyi olmadığını, tam anlaqlı olduğunu və heç bir xəstəxanada qeydiyyatda olmadığını qeyd etmişdir. Aralarında baş vermiş mübahisə təxminən 15 dəqiqə davam etmişdir. Əvvəllər cəzaçəkmə müəssisəndə olduğu müddətdə onunla bir yerdə olan məhkumlarla birlikdə özləri üçün əşyalar düzəltmişlər. Həmin vaxtdan bacarığı olmuşdur. Ona görə də həbsdən çıxdıqdan sonra da ev şəraitində boş vaxtlarında özü üçün bıçaq hazırlamışdır. Həmin bıçağın hər iki ucu kəsici olmuşdur. Onu düzəldərkən iki ədəd mətbəxt bıçağının kəsici hissəsini kəsib birbirinə birləşdirmişvə orta hissəsini, yəni əl tutan hissəsini qara rəngli izolentlə sarımış və daha da möhkəm olması üçün qara rəngli şünürla sarımışdır. Ülvi ilə mübahisəsi olduğu üçün bilib ki, onunla görüşsə aralarında dava olacaq, özü də xəstə olduğundan özünü müdafiə etmək məqsədi ilə əvvəl hazırladığı bıçağı özü ilə götürmüşdür. O, hadisə zamanı Ülvinin də onun boynuna, sinəsinə və qollarına vuraraq xəsarət yetirməsini göstərmişdir. İbtidai istintaq zamanı iş üzrə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs Vüqar oğlu ifadəsində göstərmişdir ki, xx.xx.2021-ci il tarixdə təxminən saat 12-13 radələrində yaşadığı evin yaxınlığında yerləşən Azər adlı şəxsin işlətdiyi bərbərxanada olduğu zaman qonşuluqda yaşayan Samir adlı şəxs telefonla kimləsə danışa-danışa bərbərxanaya girmiş, danışdığı şəxsi söyməyə başlamış, o isə Samirə irad tutaraq bildirmişdir ki, bərbər uşaqdır, onun yanında söyüş söymə ayıbdır, Samir isə ona demişdir ki, bunun nəyi uşaqdır evinə çörək pulu qazanır deməli uşaq deyil. Buna görə aralarında sözlə mübahisə yaranmış və Samir onu çölə çağırmışdır ki, gəl, səninlə söhbət eliyək. Bundan sonra bərbərxanadan bayırda da aralarındakı mübahisə davam etmiş və Samir ona demişdir ki, “gözlə mən evə gedim gəlirəm”. Samir getdikdən sonra o yenidən bərbərxanaya girmiş, təxminəm yarım saat keçdikdən sonra Samir zəng vurub ona demişdir ki, gözlə gəlirəm, o, gözləsə də Samir gəlməmiş və evlərinə tərəf gedib qapılarının qarşısında bir az gözlədikdən sonra görmüşdür ki, Samir gəlmir və evə keçib, evdə yemək yeyən zaman təxminən saat yarımdan sonra Samir zəng vurub ki, «səni Al marketin qarşısında gözləyirəm». O, Samirə demişdir ki, yemək yeyir, bir azdan gəlir. Samirin danışıq səsini eşidib hiss etmişdir ki, Samir yaxındadır. Yeməyini yedikdən sonra qapıya çıxıb görmüşdür ki, Samir qapının qarşısında dayanmışdır. Onlar az əvvəl aralarında baş vermiş mübahisə mövzusunda söhbət edə-edə Binə qəsəbəsində yerləşən kanal istiqamətinə getmiş, yol boyu Samir aqresiv formada ümumi dostluqdan, qardaşlıqdan ona danışmışdır. O ətrafa baxmışdır ki, ola bilər ki, tanışlarını çağırar, gədib “Göbələk" adlanan əraziyə çatdıqdan sonra orada yarımçıq bir köhnə tikilinin yanında ona demişdir ki, “sən mənə niyə ağıl öyrədirsən”? Bu zaman mübahisə yenidən başlamış və o Samirə demişdir ki, “sən uşağın yanında söyüş söydüyünə görə mən sənə iradımı bildirdim”. Bu zaman Samir ona yaxınlaşanda o Samiri itələmiş və köynəyini çıxarıb daşın üstünə qoymuşdur. Samir əlini yan tərəfinə atanda o hiss etmişdir ki, Samir onun üstünə bıçaq çıxardacaq. O Samiri yenidən əli ilə itələyəndə Samir bıçağı çıxardıb sol dirsək nahiyyəsindən bıçaqla vurmuş, o, qolunda qanı görüb ona demişdir ki, “məni bıçaqla qorxudursan”?, bundan sonra, o, Samiri vurmağa başlamış, Samir başını aşağı salıb əlindəki bıçaqla ona zərbələr endirmiş və birdən onun əlindən çıxıb qaçmışdır. Samir bir az aralaşdıqdan sonra orada olan boruya özünü söykəmiş, acığını ondan çıxartmaq üçün onun ayağından tutub dartmış, yerə yıxıb bir neçə dəfə Samirə yumruqla vurmuş, halsız olduğunu görüb buraxmışdır. O birdən görmüşdür ki, qolundan, döş qəfəsinin sağ nahiyyəsindən və sağ ayağından qan axır, qan axan yerlər Samirin bıçaqla vurduğu yerlər olmuşdur. O sonra görmüşdür ki, Samirin nəfəsi çatmır və onu qaldırıb otuzdurmuş və ona kömək etməyə başlamışdır. Samir oturduğu yerdə danışmışdır ki, “Ülvi niyə belə oldu, niyə bu hadisə oldu”. O da Samirə demişdir ki, “biz qonşuyuq, sözümüz düz gəlmədi mübahisə elədik, dalaşdıq, sonra da barışardıq, sən nahaq bıçağa əl atdın və məni bıçaqladın”. Bu zaman o görmüşdür ki, üst-başı qan İçindədir, Samirin telefonunu əlindən alıb kiməsə zəng eləmək istəmişdir ki, gəlib onlara köməklik etsinlər, Samir ona demişdir ki, “konturum yoxdur, lakin meqabaytım var”. O tez votsapa girmiş və görmüşdür ki, qonşuluqda yaşayan Bəxtiyarın nömrəsi var və eyni zamanda xətdədir. O Bəxiyara zəng vuraraq bildirmişdir ki, belə bir hadisə baş verib və onlara kömək etsin, Bəxtiyar uzaqda olduğu üçün onun tanışı Xəyala zəng vurub bildirmişdir ki, tez onların yanına gəlsin. Təxminən bir saat sonra Xəyal onların yanına çatmış, lakin maşınsız olmuşdur, çatan kimi köynəyini cırıb onun yaralarına bağlamış, sonra atasına zəng vurub məlumat vermiş və atası da piyada gəlib özünü çatdırmışdır. O, özünü pis hiss etdiyinə görə yavaş-yavaş yeriməyə başlamışdır ki, evə çata bilsin. Bu zaman atası qonşuluqda yaşayan Əbülfəzə xəbər etmişdir ki, maşınla gəlsin. O vaxta kimi Bəxtiyar da gəlib çatmışdır. Əbülfəzin maşını ilə onu evlərinə aparmışlar və ev şəraitində qonşuluqda yaşayan təcili tibbi yardım stansiyaysında işləyən Nəriman adlı həkim tərəfindən ona ilkin tibbi yardım edilmişdir. Sonra atası təcili tibbi yardına zəng vurmuş və həkimlər gəlib onu Sabunçu rayonunda yerləşən 3 saylı xəstəxanaya aparmışlar və orada onun üzərində cərrahi əməliyyat aparılmışdır. O, əlavə suallara cavab olaraq göstərmişdir ki, Samiri tanıyır, qonşuluqda yaşayır, onunla və onun ailəsi ilə heç bir ədavəti yoxdur. Aralarındakı mübahisəyə səbəb İsə Samirin bərbərxanaya söyüş söyərək girməyi və onun da uşağın yanında söyüş söydüyünə görə irad bildirməsi olmuşdur. Hadisə baş verən zaman spirtli işki və ya narkotik vasitə istifadə etmədiyini, hadisənin təxminən 5-10 dəqiqə davam etdiyini, hadisə zamanı onların yanında heç kimin olmadığını bildirmişdir. Samir ifadəsində hadisədən bir neçə gün əvvəl telefonunun yoxa çıxamsı barədə ona məlumat verməyinə baxmayaraq o, telefonu oğurlamadığını, lakin Samir bir neçə gün sonra, yəni hadisədən üç gün əvvəl telefonunu hardansa tapdığını qeyd etmişdir. Mübahisə edə-edə hadisə baş vermiş yerə gedərkən Samir telefonunu oğurlanması barədə ona heç bir söz demədiyini və bunu Samirin özünü müdafiə etmək məqsədi ilə dediyini bildirmişdir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, Xəzər rayonu, Binə qəsəbəsi, Donuz kökəltmə Sovxozu, fərdi ev ailəsi ilə birlikdə yaşayır. Xəzər rayonu, Binə qəsəbəsində, Mehriban qonşular adlanan küçədə yerləşən bərbərxanada təxminən 4 aydır ki, bərbər işləyir. Həmin yeri icarəyə götürmüşdür. 2021-ci ilin oktyabr ayının təxminən axırlarında işlədiyi yerin yaxınlığında yaşayan həm də müştərisi olan Ülvi adlı şəxs saçını qırxdırmaq üçün onun yanına gəlmişdir. Azər onun saçını qırxırmış və işini bitirənə yaxın Ülvinin saçını fenləyərkən tanımadığı bir nəfər içəri, yəni bərbərxanaya telefonla danışa-danışa girmişdir. O, telefonda kimisə nalayiq ifadələrlə söymüşdür. Müştərisi olan Ülvi ona bildirmişdir ki, “burda uşaq var söyüş söymə”. Həmin şəxs telefonla danışığını davam etmişdir və Ülviyə fikir verməmişdir. Danışığını bitirdikdən sonra Ülvi ona yenə də irad bildirmişdir ki, “niyə uşağın yanında söyüş söyürsən?”. O, da cavab olaraq Ülviyə bildirmişdir ki, “mən telefonla danışdığım adamı söyürəm, ondan sənə nə dəxli var”. Bununla da aralarında sözlə mübahisə yaranmış və Azər Ülvinin saçını fenləyib bitirdikdən sonra onlar bərbərxanadan çıxıb bərbərxananın arxasına getmişlər. Ondan sonra nə baş verdiyini bilməmiş və onlardan xəbəri olmamışdır. Şahid5 bərbərxanaya girən şəxsi tanıyıb-tanımaması sualı verildikdə cavabında birinci dəfə gördüyünü bildirmişdir. İş materiallarında olan Zərərçəkmiş şəxs Vüqar oğlu tərəfindən verilmiş ərizədən görünür ki, o, hal-hazırda Təqsirləndirilən şəxs ilə barışmışdır və ona qarşı hər hansı şikayət və tələbi yoxdur. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya şikayətində əməlin tövsifinin subyektiv cəhəti mübahisələndirildiyindən məhkəmə kollegiyası cinayət işi üzrə digər sübutların sadalanmasına zəruriət görmür. Müdafiəçi tərəfindən verilmiş apellyasiya şikayətində, eləcə də Təqsirləndirilən şəxs həm birinci instansiya, həm də apellyasiya icraatı qaydasında işə baxılarkən məhkəmə istintaqı zamanı vermiş olduğu ifadələrində mübahisəni başladanın zərərçəkmiş şəxsin özü olmasını əsas gətirməklə, hadisələrin səbəbsiz yerə baş vermədiyini, təqsirləndirilən şəxsin əməlində xuliqanlıq niyyətinin olmadığı bildirilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, əməldə cinayət qanunu ilə nəzərədə tutulan cinayət tərkibinin bütün əlamətləri olmalıdır. Təqsirləndirilən şəxs təqsirləndirilildiyi AR CMnin 126.2.4-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin subyektiv cəhətinin motivi xuliqanlıq niyyətidir. Əməlin həmin maddə ilə tövsif edilməsi üçün şəxs ya heç bir səbəb olmadan digər şəxsin sağlamlığına xəsarət yetirməli, ya da cüzi səbəbdən bəhanə olaraq istifadə etməlidir. İşin faktiki hallarından da göründüyü kimi Təqsirləndirilən şəxs cəmiyyətdə bərqərar olmuş davranış qaydalarının ziddinə olaraq söyüş söyərək bərbərxanaya girmiş, zərərçəkmiş şəxsin ona söyüş soyməməsi ilə bağlı iradı onun xoşuna gəlməmiş, onun şəxsiyyəti bu haqlı iradı qəbul etməmiş, öz şəxsiyyətini digər şəxslərin şəxsiyyətindən üstün tutaraq ona irad bildirilməsinə görə zərərçəkmiş şəxsə xəsarət yetirmək istəyində olmuş, bu motivin təsiri altında soyuq silahı götürərək onun evinə getmiş, zərərçəkmiş şəxslə söhbətini davam etdirmək üçün onu çölə dəvət etmiş və nəticədə ona ağır bədən xəsarəti yetirmişdir. Qeyd edilən işin faktiki halları Təqsirləndirilən şəxs əməlinin subyektiv cəhətində xuliqanlıq niyyətinin olduğunu təsdiq edir. İş materialların təhlilindən də görünür ki, istər ibtidai istintaq, istərsə də 1-ci instansiya məhkəməsində məhkəmə istintaq zamanı təqsirləndirilən şəxs hadisənin səbəbkarının zərərçəkmiş şəxs olmasını bildirmiş, onun təqsirləndirilən şəxsə zəng vuraraq söhbətə çağırdığını bildirmiş, zərərçəkmiş şəxs isə əksinə olaraq bərbərxanadan çıxaraq evə getdiyini, Samirdən xəbər çıxmadığını, yemək yeyerkən Samirin ona zəng vuraraq onu söhbətə çağırdığını, onun artıq zərərçəkmiş şəxsin evinin yanında olduğunu bildirmişdirlər. Qeyd edilən mövqelərini ifadələrində istər təqsirləndirilən şəxs, istərsə də zərərçəmiş şəxs 1-ci instansiya məhkəməsində yekun məhkəmə qərarı çıxarılanadək dəyişməmişdirlər. Hadisənin əsas şahidlərindən biri olan Şahid5 da təqsirləndirilən şəxs və zərərçəkmiş şəxsin bərbərxanadan mübahisə edərək çıxdıqdan sonra hadisənin necə inkişaf etməsindən xəbəri olmadığını bildirmiş və sonradan belə bir hadisənin baş verdiyini eşitdiyini qeyd etmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, qeyd edilən cinayət hadisəsinə düzgün hüquqi qiymət vermək üçün, yəni Təqsirləndirilən şəxs əməlində xuliqanlıq niyyətinin olub-olmamasını müəyyən etmək üçün hadisənin təşəbbüskarının kim olmasının dəqiqləşdirilməsi vacibdir. Zərərçəkmiş şəxs 1-ci instansiya məhkəməsində ərizə verərək təqsirləndirilən şəxslə barışdığını bildirsə də, onların ifadələri arasında ziddiyət qalmaqda davam etmişdir. Bu səbəbdən qeyd edilən halın dəqiqləşdirilməsi üçün qismən məhkəmə istintaqı keçirilmiş, təqsirləndirilən şəxs və zərərçəkmiş şəxsin ifadələri yenidən alınmış və hadisənin təşəbbüskarının Təqsirləndirilən şəxs olduğu müəyyən edilmişdir. Zərərçəkmiş şəxs apellyasiya şikayətinə məhkəmə baxışı zamanı ifadəsində hadisənin onun tərəfindən başlanılmasını ilkin olaraq desə də, sonradan ifadəsində qeyd etmişdir ki Təqsirləndirilən şəxs onun evinin qarşısına gələrək onu evdən çağırmış, mübahisələrinin davam etdirilməsi üçün söhbətin davam etdirilməsinin zəruriliyini bildirmiş və o da evdən çıxaraq, birlikdə kanala doğru getmişdirlər. Təqsirləndirilən şəxs ifadəsində yenə də qeyd etmişdir ki, zərərçəkmiş şəxslə dava etmək istəməmiş, onun hirsinin soyumasını gözləmiş, ama zərərçəkmiş şəxs o evdə olarkən ona zəng vuraraq onu mübahisənin davam etdirməsinə səbəb olmuşdur. Bunu qeyd etməsinə baxmayaraq Təqsirləndirilən şəxs sədrlik edənin belə olduğu halda Zərərçəkmiş şəxs anasını harada görməsi sualına cavab verə bilməmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, təqsirləndirilən şəxs ibtidai istintaq zamanı ifadəsində zərərçəkmiş şəxsə onun mübahisədən öncə onun anasını da görməsini, onunla dalaşmaq istəməməsini qeyd etmişdir. Bütün qeyd edilən hallar hadisənin və dava-dalaşın Təqsirləndirilən şəxs tərəfindən başladılmasını təsdiq edir ki, bu halda da onun əməlinin subyektiv cəhətində xuliqanlıq niyyətinin olduğu bilavasitə görünür. Həmçinin məhkəmə kollegiyası zərərçəkmiş şəxsin təqsirləndirilən şəxslə barışması barədə məhkəməyə təqdim etdiyi ərizədə qeyd edilən halın, yəni hadisənin Zərərçəkmiş şəxs təşəbbüsü ilə başlanılması halının, zərərçəkmiş şəxsin təqsirləndirilən şəxslə barışdığından onun məsuliyyətinin yüngülləşdirilməsinə nail olmaq cəhdi kimi dəyərləndirirvə qeyd edir ki, barışıq halı cinayət törədəndən sonra baş verdiyindən əməlinin hüquqi tövsifinə təsir göstərmir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsində Təqsirləndirilən şəxs vermiş olduğu ifadəsində elan olunmuş ittihamda özünü qismən təqsirli bilməsinə baxmayaraq, məhkəmə Təqsirləndirilən şəxs dəlillərini ətraflı araşdırmış və sonuncunun Azərbaycan Respublikası CM-in 126.2.4 və 228.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməsi zərərçəkmiş şəxsin, şahidlərin ifadələri, istintaq hərəkətlərinin protokolları, maddi sübutlar, ekspert rəyləri və toplanmış digər sübutlarla öz təsdiqini tapmışdır. Məhkəmə kollegiyası qeyd edir ki, cinayət məsuliyyətinin əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsində təsbit olunmuşdur ki, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Bu normanın mənasına görə şəxsin əməlində konkret cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə isnad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. Bu tələb Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarının müddəalarından da irəli gəlir. Belə ki, Konstitusiya Məhkəməsinin Plenumunun həmin qərarına görə, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında üyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsinə əsasən “hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanılmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir”. Cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə isə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin (o cümlədən, əməldə cinayət tərkibinin əlamətlərinin olub-olmamasının) müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin (CPM, maddə 146.1). Mühəmməd Miriyevin təqsirli bilindiyi (əməlinə şamil olunmasını mübahisələndirdiyi) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsinin dispozisiyasına görə, həmin norma (baxılan işin kontekstində) xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa ağır zərər vurma əməlinə görə cinayət məsuliyyəti nəzərdə tutmuşdur. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” 23 mart 2004-cü il tarixli qərarında izah olunur ki, “məhkəmələr xuliqanlıq cinayətini xuliqanlıq niyyətilə törədilən qəsdən sağlamlığa ağır və ya az ağır zərər vurma cinayətlərindən fəqləndirərkən nəzərə almalıdırlar ki, xuliqanlıq niyyəti konkret cinayətin motivi kimi özünü birüzə verdiyi halda, xuliqanlıq əməli təqsirkarın təhlükəli davranışıdır” (qərarın 5-ci bəndi). Xuliqanlıq niyyətinin şərhini isə Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu “Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” 12 dekabr 2002-ci il tarixli qərarında vermişdir. Plenumun həmin qərarının 6-cı bəndində deyilir: “qəsdən adam öldürmə o vaxt CMin 120.2.2-ci maddəsi ilə (xuliqanlıq niyyəti ilə adam öldürmə) tövsif olunmalıdır ki, təqsirkar davranışı ilə ictimai qaydalara və hamı tərəfindən qəbul olunmuş əxlaq normalarına açıq etinasızlıq göstərməklə, özünü ətrafdakılara qarşı qoymaqla cinayət törədir (məsələn, heç bir səbəb olmadan, yaxud hər hansı bəhanə ilə başqasını həyatdan məhrum etmək)”. Yuxarıda gətirilən Plenumun hər iki qərarında ictimai qaydanın pozulması xuliqanlıq niyyəti ilə törədilən həyat və sağlamlıq əleyhinə cinayətlərin tərkibyaradıcı əlaməti (həmin cinayət tərkiblərinin yaranması üçün zəruri olan hal) kimi göstərilmir və belə cinayətlər ictimai qaydanın da kobud surətdə pozulması ilə müşayiət olunduqda, təqsirkarın əməllərinin cinayətlərinin məcmusu üzrə - həm xuliqanlıq niyyətilə sağlamlığa az ağır, və yaxud ağır zərər vurma və yaxud qəsdən adam öldürmə cinayətləri, həm də xuliqanlıq cinayəti kimi tövsif edilməsi tövsiyyə olunur. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, apellyasiya instansiyası məhkəməsinin də razılaşdığı Təqsirləndirilən şəxs zərərçəkmiş Zərərçəkmiş şəxs sağlamlığına qəsdən ağır zərər vurması ilə bağlı olan hərəkətlərini yuxarıda qeyd olunan Cinayət Məcəlləsinin xüsusi hissəsinin norması və Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun hüquqi mövqeyi ilə müqayisə etdikdə, məhkumun onun əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsində göstərilən cinayətin tərkibinin olmaması haqqında iddiasının əsassız olduğu, onun əməlində qeyd olunan cinayət tərkibini səciyyələndirən əlamətlərin olması səbəbindən həmin maddə ilə təqsirli bilinməsinin və cəzalandırılmasının əsaslı və qanuni olduğu müəyyən edilir. Məhkum edilmiş şəxsə təyin edilmiş cəza məsələsinə gəlincə məhkəmə kollegiyası həm məhkum edilmiş şəxsin apellyasiya şikayətində qeyd etdiyi dəlillərə, həm də işin halları ilə bağlı qeyd edir ki, birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs cəza təyin edərkən, cəzanın təyin etmənin ümumi əsaslarını özündə əks etdirən Azərbaycan Respublikası CMnin 8, 41.2 və 58.3-cü maddəsinin tələblərinə əməl etmiş və törədilmiş cinayətlərin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, təyin ediləcək cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, cəzasını yüngülləşdirən hallar kimi törətdiyi əməldən peşman olub cinayətin törədilməsi halları barəsində etirafedici ifadələr verməsi, himayəsində azyaşlı uşağının olmasını və zərərçəkmiş şəxslə barışmasını, o cümlədən, cəzasını ağırlaşdıran halların yəni onun əməlində cinayətlərin residivi olmasını nəzərə alaraq sonuncuya təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4 və 228.4-cü maddələrinin sanksiyası daxilində ədalətli və qanuni cəza təyin etmişdir. Bununla yanaşı qeyd olunmalıdır ki, apellyasiya məhkəmə baxışı zamanı məhkəmə iclasında iştirak edən Zərərçəkmiş şəxs təqsirləndirilən şəxsə qarşı şikayət və tələbinin olmadığını, onunla barışdığını qeyd etmişdir. məhkəmə kollegiyası qeyd edir ki, göstərilən halda Təqsirləndirilən şəxs münasibətdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.12-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hal kimi nəzərə alınmış, birinci instansiya məhkəməsi tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsi ilə maddənin sanksiyasının aşağı həddində cəza təyin edildiyindən, bu hal məhkəmənin hökmünün dəyişdirilməsi əsası olaraq hazırki halda çıxış etməməlidir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən təyin edilmiş cəza məhkumun şəxsiyyətinə, törətdiyi cinayətlərin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə uyğundur. Məhkəmə iclasında məhkum edilmiş şəxsin cəzasının nə ağırlaşdırılması (apellyasiya şikayətinə münasibətdə), nə də yüngülləşdirilməsi üçün əlavə əsaslar müəyyən edilməmişdir. Həmçinin qeyd olunmalıdır ki, məhkəmə kollegiyası tərəfindən birinci instansiya məhkəməsinin maddi və prosessual qanunvericiliyin normalarının tətbiqi ilə bağlı digər pozuntulara yol verməsi halları müəyyən edilməmişdir. Azərbaycan Respublikası CPM-in 398.1.1-ci maddəsinə əsasən, apellyasiya şikayətinin və ya apellyasiya protestinin baxışı nəticəsində apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarını dəyişdirmədən, apellyasiya şikayətini və ya apellyasiya protestini isə təmin etmədən saxlanılması haqqında qərar qəbul etmək səlahiyyətinə malikdir. Göstərilənləri nəzərə alaraq məhkəmə kollegiyası belə qənaətə gəlir ki, verilmiş apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, Bakı Ağır Cinayətlər Məhkəməsinin 07 sentyabr 2022-ci il tarixli hökmü qanuni və əsaslı olduğundan məhkum edilmiş şəxsin müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmadır. Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyası şərh olunanları və Azərbaycan Respublikası CPM-in 397.1, 397.2, 398.1.1 və 410-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Apellyasiya şikayəti təmin edilməsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4 və 228.4-cü maddələri ilə məhkum olunmasına dair Bakı Ağır Cinayətlər Məhkəməsinin 07 sentyabr 2022-ci il tarixli hökmü məhkum edilmiş şəxsin müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir, ondan Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 408-412-ci maddələrinə uyğun olaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına kassasiya şikayəti və kassasiya protesti verilə bilər. Sədrlik edən Fərid Əyyubov Hakimlər Emin Mehdiyev Elmar Rəhimov
Məhkəmə qərarları › İş №1(103)-105/2023
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №1(103)-105/2023
03.02.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver