Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(103)-1059/2023 19.07.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X6 Hidayət oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Hüseyn Cavid Vaqif oğlu və Məmmədov Habil Çingiz oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Mustafayeva Taclı Əbdüləhəd qızının katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Apellyasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X2, Təqsirləndirilən şəxs, Müdafiəçi – fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi2 iştirakları ilə, xx xxxxxx 1989-cu il tarixdə Ağdam şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, himayəsində üç azyaşlı uşağı olan, orta təhsilli, işləməyən, Bakı şəhəri, Xətai rayon məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (CM) 177.2.5, 69.3-cü maddələri ilə 2 (iki) il 5 (beş) ay 29 (iyirmi doqquz) gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri, Xəzər Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə 6 ay 2 gün vaxtından əvvəl şərti azad edilmiş, xx.xx.2022-ci il tarixdə cəzasının sonu ilə qeydiyyatdan çıxarılmış, məhkumluğu ödənilməmiş və ya götürülməmiş, ünvan 1 ünvanında qeydiyyatda olan, ünvan 29-da yaşamış, 24 fevral 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri, Suraxanı Rayon Məhkəməsinin 26 fevral 2022-ci il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs CM-nin 234.4.3-cü maddəsi ilə təqsirli bilinməsinə dair Bakı Ağır Cinayətlər Məhkəməsinin 08 fevral 2023-cü il tarixli, 1(101)-162/2023 nömrəli hökmündən təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayəti və təqsirləndrilən şəxsin müdafiəçisi Müdafiəçi2 tərəfindən verilmiş apellyasiya şikayətinə əlavəyə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı Ağır Cinayətlər Məhkəməsinin (hakimlər Eldar İsmayılov (sədrlik edən), Cavid Hüseynov, Samir Əliyev) 08 fevral 2023-cü il tarixli, 1(101)-162/2023 nömrəli hökmü ilə Təqsirləndirilən şəxs CM-in 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib, ona 8 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, cəzasının ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, ibtidai həbs müddətinin cəzaçəkmə müddətinə daxil edilməklə təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının başlanğıcının 24 fevral 2022-ci il tarixdən hesablanması, barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmasını, CM-nin 93.1.2-ci maddəsinə əsasən barəsində narkomaniyadan müalicə növündə tibbi xarakterli məcburi tədbir təyin edilməsi, ərazi narkoloji dispanserində qeydiyyata götürülməsi müəyyən edilmiş, hökmlə həmçinin maddi sübut və məhkəmə məsrəfi məsələləri də həll edilmişdir. Məhkəmənin hökmünə əsasən Təqsirləndirilən şəxs 23 fevral 2022-ci il tarixdə Abşeron rayonu, Mazasır qəsəbəsində 4000 manat müqabilində satış məqsədi ilə qanunsuz olaraq şəxsiyyəti məlum olmayan İran İslam Respublikasının vətəndaşı “Həsən” adlı şəxsdən külli miqdarda - ümumi təmiz şəkisi 136,250 qram qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə neroin, ümumi təmiz çəkisi 222,817 qram ağ rəngli kristallardan ibarət maddə kütləsi kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin, təmiz çəkisi 300,0 qram bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana alaraq əldə edib daşımaqla üzərində və yaşadığı ünvan 3 ünvanında saxlamış, Azərbaycan Respublikası DİN Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 24 fevral 2022-ci il tarixdə saat 17:40 dəqiqədə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddələri satış məqsədi ilə əldə edib dövriyyəsi ilə məşğul olmasında şübhəli bilinərək, ünvan 4 ünvanının yaxınlığında saxlanılaraq Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “Q" yaşayış massivi, 25 ünvanında yerləşən Suraxanı rayon Polis idarəsi 33-cü Polis bölməsinin inzibati binasına gətirilmiş, Polis bölməsində üzərində şəxsi axtarış və götürmə həyata keçirilən zaman əynində olan gödəkçənin sol yan cibindən 1 ədəd gümüşü rəngli üzərində heroin və metamfetamin izləri olan elektron tərəzi, 1 ədəd bükümdə təmiz çəkisi 11,825 qram qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin, 1 ədəd bükümdə təmiz çəkisi 13,087 qram ağ rəngli kristallardan ibarət maddə kütləsi kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Əməliyyat-axtarış tədbirlərinin davamı olaraq Təqsirləndirilən şəxs yaşadığı ünvan 3 ünvanında yerləşən mənzilə baxış və götürmə həyata keçirilən zaman mənzilə girişdən sol tərəfdə yerləşən yataq otağında çarpayının sol tərəfində olan taxta konstruksiyalı kiçik dolabdan içərisində 1 ədəd üzərində heron və metamfetamin izləri olan gümüşü rəngli elektron tərəzi, 1 ədəd sarı rəngli selofan torbada təmiz çəksi 300,0 qram bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana, 1 ədəd bükümdə təmiz çəkisi 124,425 qram olan qəhvəyi rəngli tozşəkilli maddə üzərindən aşkar edilərək götürülmüş narkotik vasitə heroinlə kimyəvi komponent tərkiblərinə və xarici əlamətlərinə görə eynilik təşkil edən kustar üsulla hazırlanmış narkotik vasitə heroin, 1 ədəd bükümdə təmiz çəkisi 209,730 qram ağ rəngli kristallardan ibarət maddə üzərindən aşkar edilərək götürülmüş psixotrop maddə metamfetaminlə kimyəvi komponent tərkiblərinə və xarici əlamətlərinə görə eynilik təşkil edən kütlə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Hökmdən Təqsirləndirilən şəxs apellyasiya şikayəti verib birinci instansiya məhkəməsi tərəfindən kifayət qədər araşdırma aparılmadığını qeyd edib işinə yenidən baxılmasını xahiş etmişdir. Hökmdən təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi2 apellyasiya şikayətinə əlavə verərək Bakı Ağır Cinayətlər Məhkəməsinin 08 fevral 2023-cü il tarixli, 1(101)-162/2023 nömrəli hökmünün ləğv edilərək Təqsirləndirilən şəxs ittiham edildiyi maddə üzrə bəraət verilməsini xahiş etmişdir. Apellyasiya şikayətinə əlavə olununla əsaslandırılmışdır ki, narkotik vasitələri və ya psixotrop maddələri satma cinayəti onları başqa şəxsdən alındığı andan başa çatmış hesab edilir. Məhkəmədə ittihamda olan narkotik vasitə və psixotrop maddələrin nə vaxt, harda, hansı qiymətə, kimdən, hansı məqsəd üçün alınmasına dair hissələrin yalnız Təqsirləndirilən şəxs istintaqda verdiyi ifadə əsasında formalaşdırıldığı iddia olunmuşdur. Nə ibtidai istintaq zamanı, nə də məhkəmə istintaqı dövründə Təqsirləndirilən şəxs sözügedən narkotik vasitəni hardan, necə, hansı üsulla və kimdən alması, onun satış niyyətinin olub olmaması, ümumiyyətlə satması barədə hər hansı bir istintaq hərəkətləri görülməmişdir. İbtidai istintaq orqanı qeyd etdikləri bu nüanslar barədə ümumiyyətlə istintaq hərəkətlərinin aparılmasına lüzum görməmişlər. Yalnız formal bir ad ortaya ataraq guya Təqsirləndirilən şəxs narkotik vasitələri həmin şəxsdən alması ilə, yəni olmayan bir faktla sənədləşmə aparmışlar. Halbuki istintaq orqanı tərəfindən həmin şəxsin tapılması heç də çətin bir məsələ deyildi. Bildirir ki, Təqsirləndirilən şəxs 1-ci instansiya məhkəməsində məhkəmə iclasında ittihamı qəbul etməmiş, istintaqda ona və ailə üzvlərinə qarşı törədilmiş fiziki və psixi zorakılıq nəticəsində iradəsinə zidd olaraq verdiyi ifadəni təsdiq etməmiş, narkotik vasitə və psixotrop maddələrin satışı ilə məşğul olmadığını, xx.xx.2022-ci il tarixdə ümumiyyətlə Abşeron rayonu Masazır qəsəbəsində olmadığını, İran İslam Respublikasının vətəndaşı “Həsən” adlı şəxsi tanımadığını və onunla ümumiyyətlə əlaqə yaratmadığını, ittihamda qeyd edilmiş narkotik vasitə və psixotrop maddələrin ona aid olmadığını, onları əldə etmək üçün 4000 manat və ya hər hansı bir məbləğdə pulu kiməsə vermədiyini, köçürmədiyini, narkotik vasitə istifadə etsə də, satışı ilə məğşul olmadığını, məcbur edildiyindən istintaq zamanı ilkin dindirmə zamanı fərqli məzmunda ifadə verdiyini bildirmişdir. Lakin işə baxan Bakı Ağır Cinayətlər Məhkəməsi bu halları nəzərə almayaraq, sözügedən cinayət işinin hərtərəfli, tam və obyektiv araşdırılaraq ədalətli hökm çıxarılmasına biganə yanaşmışdır. İşin faktiki hallarını, X4 AR CM-nin 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlinin törədilməsinə aidiyyətinin olmamasını görməmiş və ya görmək istəməmişdir. Məhkəmə gedişatı zamanı Təqsirləndirilən şəxs istifadə etdiyi ***-***-**-** və ***-***-**-** mobil nömrələrin telefonanten məlumatları götürülmüş, həmin məlumatlardan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixdək olan dövrdə, yəni xx.xx.2022-ci il tarixdə daxil olmaqla Abşeron rayonu, Masazır qəsəbəsində olmamışdır. Digər tərəfdən ittihamda qeyd edilmiş narkotik vasitələrin və psixotrop maddələrin kimdən və 4000 manat müqabilində alınması barədə cinayət işinin materialarında hər hansı bir sübut (çek, telefon danışıqları və ya yazışmaları və s.) yoxdur. Elə hər iki mobil operatorun verdiyi məlumatlar da təsdiq edir ki, Təqsirləndirilən şəxs tutulmamışdan bir neçə gün qabaq (xx.xx.2022-ci il tarixdə) Abşeron rayonu, Masazır qəsəbəsində 4000 manat müqabilində İran İslam Respublikası vətəndaşı “Həsən” adlı şəxsdən küllü miqdarda narkotik vasitələr və psixotrop maddələri əldə etməsi və həmin pulu köçürmə üsulu ilə etməsi barədə ibtidai istintaq zamanı verdiyi ifadə və irəli sürülmüş ittiham həqiqətə uyğun olmamışdır, öz təsdiqini tapmamışdır. İttihamda qeyd edilmiş narkotik vasitələrin və psixotrop maddələrin hər hansı bir yerdə (üzərində və ya evdə) saxlanılması üçün həmin vasitə və maddələr əldə edilməlidir, istehsal və ya emal edilməlidir ki, cinayət işinin materialları isə Təqsirləndirilən şəxs tərəfindən bu hərəkətlərin edilməsini təsdiq etmir. Mobil operatorun verdiyi məlumatlarda Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə əlaqə saxladığı şəxslər arasında Azərbaycan Respublikasına aid olan biri yerli hüquqi şəxsin mobil nömrəsinin olduğu, digər mobil nömrələrin sahiblərinin isə Azərbaycan Respublikasının vətəndaşları olan fiziki şəxslər olduqları görünür. Cinayət işinin materiallarında Təqsirləndirilən şəxs tərəfindən istehlakçı ilə əvvəlcədən razılıq əldə etməsini, əvvəllər başqa bir şəxsə narkotik vasitə və ya psixotrop maddə satmasını, sövdələşməsini təsdiq edən hər hansısa mötəbər bir sübut yoxdur. İttihamda qeyd edilmiş narkotik vasitə və psixotrop maddələr isə ümumiyyətlə xırda bağlamalara ayrılmış formada olmamışdır. İş üzrə müdafiə tərəfinin məhkəməyə təqdim etdiyi şahidlərin verdiyi ifadələrdə bildirmişlər ki, xx.xx.2022-ci il tarixdə təxminən günorta saatlarında 12:00 radəsində Təqsirləndirilən şəxs yaşadığı ünvan 7 ünvanına bir neçə mülki geyimli polis əməkdaşları qanunazidd olaraq zorla daxil olmuş, ona və ailə üzvlərinə fiziki və psixi zor tətbiq etmişlər, onun qardaşının, qonşusunun və arvadının qollarına qandal vurmuşlar. Xüsusi ilə də iş üzrə şahid qismində dindirilmiş Şahid5 və Şahid7 ifadələrində özlərinin Təqsirləndirilən şəxs yaşadığı ünvan 8 ünvanında olduqlarını, mənzilə bir neçə mülki geyimli şəxs daxil olduğunu, Təqsirləndirilən şəxs və onun həyat yoldaşı Jalə Babayevaya fiziki və psixi zor tətbiq etdiklərini, telefonlarının əllərindən aldığını, mənzilə baxış və götürmə keçirilərkən kameraya düşməmələri üçün onların mənzilin eyvanına çıxarıldığını bildirmişlər. İstintaq orqanı yuxarıdakı abzasda adı çəkilən şəxsləri, həmçinin mənzilə baxış və götürülməsi barədə video-görüntüdə olan Jalə Babayevanı şahid qismində dindirməkdə maraqlı olmamışdır. Çünki sözügedən cinayət işi öncədən planlaşdırılmış, qurma əməliyyat tədbiri həyata keçirilmiş, şablon protokollar, sənədlər və ittiham aktı tərtib edilərək, guya Təqsirləndirilən şəxs AR CM-nin 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlinin törədilməsi qeyd edilmişdir. Müdafiə tərəfi olaraq məhkəməyə təqdim etdikləri CD diskdən və məhkəmə iclasında videonun çəkildiyi “İphone” markalı telefona keçirilmiş baxışdan aydın olmuşdur ki, polis əməkdaşı Təqsirləndirilən şəxs saxlanmasında iştirak etmiş əməliyyat müvəkkili Şahid2 xx.xx.2022-ci il tarixdə saat 19:01 -də Təqsirləndirilən şəxs yaşadığı Bakı şəhəri, Suraxanı rayonu, AB yaşayış massivi, 42 saylı evin 49 saylı mənzilində olmuş və qapını o açır, çəkliş aparmamalarını tələb edir. Digər çəklişdə isə həmin mənzilin yataq otağında xx.xx.2022-ci il tarixdə saat 18:41-də başqa bir şəxs var. (müdafiə tərəfinə görə bu Şəhriyar adlı polis əməkdaşıdır) Həmin videodisk sübut kimi müdafiəçi tərəfindən məhkəməyə təqdim edilsə də, ona düzgün hüquqi qiymət verilməyib. Həmin ibtidai istintaq zamanı, həm də məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 xx.xx.2022-ci il tarixdə saat 19:01-də Təqsirləndirilən şəxs yaşadığı Bakı şəhəri, Suraxanı rayonu, AB yaşayış massivi, 42 saylı evin 49 saylı mənzilində ola ola, eyni bir zamanda həm də Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, Q yaşayış massivi 25 ünvanda yerləşən Suraxanı RPİ-nin 33-cü PB-nin inzibati binasında Təqsirləndirilən şəxs barəsində saat 19:00-dan saat 19:13-dək şəxsi axtarış və götürmə aparılmasında iştirak etməsi və həmin istintaq hərəkətini “Sony” markalı video kameradan istifadə edilməklə çəkiliş etməsi mümkün deyil. Bütün bunlar onu göstərir ki, Təqsirləndirilən şəxs barəsində xx.xx.2022-ci il tarixdə saat 19:00-dan saat 19:13-dək şəxsi axtarış və götürmə aparılmamış, üzərindən də hər hansı bir qanunsuz əşya, narkotik vasitə, psixotrop maddə aşkar edilməmişdir. Çəkliş zamanı Təqsirləndirilən şəxs tərəfindən verilmiş ifadə də daxil olmaqla, onun istintaq zamanı verdiyi ifadə, şahidlər Şahid2 və Şahid1 şəxsi axtarış və götürmədə iştirak etmələri barədə verdikləri ifadələr həqiqətə uyğun deyildir. Təqsirləndirilən şəxs barəsində şəxsi axtarış və götürmə aparılması, bu zaman istintaq hərəkətinin çəkilişlə aparılması, çəkiliş barədə CD disk, götürülmüş maddi sübutlar uydurma və saxtadır. Məhkəmənin nəzərini “mənzilə baxış və götürmə haqqında” protokolun əvvəlində həmin protokolun nədən ötəri tərtib edilməsi hissəsinə cəlb etməyi zəruri sayır. Protokolda qeyd edilmişdir ki, guya ki, Təqsirləndirilən şəxs xx.xx.2022-c ii İ tarixdə saat 17:40-da Bakı şəhəri, Suraxanı rayonu, AB yaşayış massivi, ev 42 ünvanın yaxınlığında piyada hərəkət edərkən saxlanılmış, Suraxanı RPİ-nin 33-cü PB- nin inzibati binasına gətirilmiş, şübhəli şəxs kimi tutulmuş, şəxsi axtarış zamanı yaşadığı mənzildə narkotik vasitələr saxladığını, mənzil baxış keçirilməsinə etiraz etmədəyini bildirmiş və bu barədə ərizə vermişdir. Şübhəli şəxs Təqsirləndirilən şəxs yaşadığı mənzildə narkotik vasitələrin, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə əhəmiyyət kəsb edən əşya və sənədlərin olmasını ehtimal etməyə kifayət qədər əsaslar olduğundan mənzilə baxış və götürülmə aparılması haqqında xx.xx.2022-ci il tarixli qərara əsasən mənzilə video çəkilişdən istifadə etməklə baxış və götürmə aparılmışdır. Sadalanan faktlardan aydın olur ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürülmə aparılması səhnələşdirilmişdir, saxtadır. Belə olan halda da Təqsirləndirilən şəxs şəxsi axtarış zamanı yaşadığı mənzildə narkotik vasitələr saxladığını və mənzilinə baxış keçirilməsinə etiraz etmədiyini deyə bilməsi mümkün deyildir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs və müdafiə tərəfinin təqdim etdiyi şahidlərin verdiyi ifadələrdən, müdafiə tərəfinin məhkəməyə təqdim etdiyi CD diskdən onun qeyd edilən saatda saxlanılmadığı, qeyd edilən saatda Suraxanı RPİ-nin 33-cü PB-nin inzibati binasına gətirilmədiyini, qeyd edilən saatda şəxsi axtarış aparılmadığı və şübhəli şəxs kimi tutulmadığı aydın olmaqdadır. Başqa sözlə mənzilə baxış və götürmə aparılması ibtidai istintaqın qanunvericiliyə uyğun olaraq aparılması təsürratı yaratmaq və əsassız olan ittihamı formalaşdırmaq niyyəti güdmüşdür. Məhkəmə kollegiyasının iclasında iştirak edən Təqsirləndirilən şəxs və müdafiəçisi Müdafiəçi2 apellyasiya şikayətinin və ona əlavənin məzmununa uyğun çıxış edərək şikayətin təmin edilməsi, hökmün ləğv edilməsi və Təqsirləndirilən şəxs barəsində bəraət hökmünün çıxarılmasını xahiş etmişlər. Məhkəmə kollegiyasının iclasında iştirak edən dövlət ittihamçısı X5 apellyasiya şikayətinin və ona əlavənin təmin edilmədən, birinci instansiya məhkəməsinin hazırki iş üzrə hökmünün dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyası cinayət işinin materiallarını araşdırıb, apellyasiya şikayətinin və ona əlavənin dəlillərini müzakirə edərək hesab edir ki, apellyasiya şikayəti və ona əlavə təmin edilməməli, Bakı Ağır Cinayətlər Məhkəməsinin 08 fevral 2023-cü il tarixli, 1(101)-162/2023 nömrəli hökmü dəyişdirilmədən saxlanılmalıdır Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (CPM) 397.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsinin tələbinə görə isə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Məhkəmə kollegiyası hesab edir ki, təqsirləndirilən şəxs və müdafiəçisi apellyasiya şikayəti və ona əlavə verərək təqsirləndirilən şəxs barəsində başlanmış cinayət işi üzrə bəraət hökmünün çıxarılmasını xahiş etsələr də, birinci instansiya məhkəməsi cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdıraraq, CPM-in 124,143 və 145-ci maddələrinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin, şahidlərin ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, ekspertiza rəylərinin, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirmiş və təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini ilə bağlı düzgün nəticəyə gələrək onun həmin əməlini CM-nin 234.4.3-cü maddəsi ilə düzgün tövsif etmişdir. Təqsirləndirilən şəxsin əməlində cinayət olmasını aradan qaldıran hallar, habelə onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs ibtidai istintaqın dövründə verdiyi ifadələrində əməlini faktiki olaraq etiraf edərək özünün narkotik vasitə istifadəçisi olduğunu, eyni zamanda narkotik vasitələri 4000 manat müqabilində “Həsən” adlı şəxsin vasitəsilə əldə etdiyini bildirmişdir. Təqsirləndirilən şəxs hadisələrin baş vermə ardıcıllığı, mexanizmi və yerinə uyğun səmimi ifadələr verərək, müdafiəçisinin iştirakı ilə də dindirilərkən eyni faktları təsdiq etsə də, məhkəmə istintaqı zamanı verdiyi ifadəsində elan olunmuş ittihamda özünü təqsirli bilməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli qərarının 33-cü bəndinə əsasən təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadəsini dəyişdikdə, məhkəmə onun bütün ifadələrini yoxlamalı, ifadəsini dəyişməsinin səbəbini aydınlaşdırmalı və onlara işdə toplanmış digər sübutlarla müqayisəli surətdə qiymət verməlidir. Cinayət prosesinin çəkişmə xarakterinin təmin olunduğu məhkəmə baxışı və təqsirləndirilən şəxsin bilavasitə dinlənilməsi məhkəməyə onun verdiyi məlumatlar üzrə qənaətə gəlmək üçün daha yaxşı imkan yaratdığından, məhkəmə sübut etmə predmetinə aid olan məsələyə dair nəticəyə gələrkən ilk növbədə təqsirləndirilən şəxsin məhkəmədə verdiyi ifadəsinə əsaslanmalı, onun ibtidai istintaq zamanı verdiyi ifadəsini əsas götürdükdə isə, bunun motivlərini göstərməli və hansı səbəblərə görə ibtidai istintaqda əldə olunmuş ifadəyə üstünlük verdiyini müxtəlif məzmunlu ifadələrin digər sübutlarla əlaqəli şəkildə təhlilini aparmaqla əsaslandırmalıdır. Hazırki halda məhkəmə kollegiyası Azərbaycan Respublikası Ali Məhkəməsinin göstərilən qərardakı müddəaları nəzərə alaraq təqsirləndirilən şəxsin birinci instansiya məhkəməsində verdiyi ifadəsini işdə toplanmış digər sübutlarla - ekspert rəyləri və istintaq hərəkətinin protokolları, o cümlədən, iş üzrə dindirilmiş şahid ifadələri ilə müqayisəli şəkildə tədqiq edərək Təqsirləndirilən şəxs ibtidai istintaqın dövründə verdiyi ifadələri inandırıcı hesab edir və onun məhkəmə istintaqı zamanı verdiyi ifadəni CM-in 234.4.3-cü ilə nəzərdə tutulmuş cinayət məsuliyyətindən yayınmağa cəhd kimi qiymətləndirir. Belə ki, iş materiallarında olan “şəxsi axtarış və götürmə aparılması haqqında” 24 fevral 2022-ci il tarixli protokoldan görünür ki, həmin tarixdə Azərbaycan Respublikası DİN Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən saxlanılaraq Suraxanı RPİ 33-cü Polis bölməsinə gətirilmiş Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilərkən, onun əynində olan gödəkçənin sol yan cibindən 1 ədəd gümüşü rəngli üzərində heroin və metamfetamin izləri olan elektron tərəzi, 1 ədəd bükümdə təmiz çəkisi 11,825 qram qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin, 1 ədəd bükümdə təmiz çəkisi 13,087 qram ağ rəngli kristallardan ibarət maddə kütləsi kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür (cild 1, iş vərəqi 28-29). Mənzilə baxış keçirilməsi haqqında 24 fevral 2022-ci il tarixli protokoldan görünür ki, həmin tarixdə Azərbaycan Respublikası DİN Baş Narkotiklərlə Mübarizə idarəsinin əməkdaşları Təqsirləndirilən şəxs yaşadığı Bakı şəhəri, Suraxanı rayonu, “AB" yaşayış massivi, 42 saylı evin, 49 saylı mənzilində baxış və götürmə həyata keçirilən zaman mənzilə girişdən sol tərəfdə yerləşən yataq otağında çarpayının sol tərəfində olan taxta konstruksiyalı kiçik dolabdan içərisində 1 ədəd üzərində heron və metamfetamin izləri olan gümüşü rəngli elektron tərəzi, 1 ədəd sarı rəngli selofan torbada təmiz çəkisi 300,0 qram bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana, 1 ədəd bükümdə təmiz çəkisi 124,425 qram olan qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin, 1 ədəd bükümdə təmiz çəkisi 209,730 qram ağ rəngli kristallardan ibarət maddə kütləsi kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür (cild 1, iş vərəqi 35-36) Bakı şəhəri, Suraxanı rayon məhkəməsinin 26 fevral 2022-ci il tarixli qərarına əsasən, Azərbaycan Respublikası DİN Baş Narkotiklərlə Mübarizə idarəsinin əməliyyat müvəkkili, polis mayoru Şahid1 tərəfindən qəbul edilmiş 24 fevral 2022-ci il tarixli qərar qanuni hesab edilmişdir (cild 1, iş vərəqi 61). 10 may 2022-ci il tarixli baxış protokoluna əsasən, şəxsi axtarış və götürmə, eləcə də evə baxış keçirilən zaman həmin hərəkətlərin BNMİ-nin əməkdaşları tərəfindən videoçəkiliş vasitəsi ilə qeydə alındığı 2 ədəd diskə baxış keçirilmişdir. Həmin videogörüntülərdən görünür ki, şəxsi axtarış və götürmə, eləcə də mənzilə baxışla bağlı tərtib edilmiş protokollarda qeyd edilən xüsusatlar həmin görüntülərdə öz təsdiqini tapmışdır. Qeyd olunan 2 ədəd DVD disk iş üzrə maddi sübut kimi tanınaraq iş materiallarına əlavə olunmuşdur (cild 1, iş vərəqi 30, 37, 156- 159). Məhkəmə-bioloji ekspertizasının xx.xx.2022-ci il tarixli 7/182 №-li rəyindən görünür ki, tədqiqata təqdim olunmuş, üzərində “Təqsirləndirilən şəxs baxış zamanı təqdim etdiyi...” sözləri yazılmış birinci kağız paketdə bir ədəd sarı rəngli selofan torbada təmiz çəkisi 300,0 qram bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanadır. Tədqiqata təqdim olunmuş iki ədəd elektron tərəzilərin üzərində narkotik vasitə marixuananın hissəcikləri yoxdur. Tərəzilərin üzərində marixuananın hissəcikləri olmadığına görə təqdim olunmuş marixuana ilə müqayisəli tədqiqat aparılmadı. Qeyd: marixuananın təmiz çəkisi - 300,0 qram, tədqiqata sərf edildi - 0,05 qram, qalıq qalan - 299,95 qramdır (cild 1, iş vərəqi 43-47). Məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2022- ci il tarixli 6/1166 №-li rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Təqsirləndirilən şəxs şəxsi axtarış zamanı tədqim etdiyi ...” yazısı və imzalar olan kağız paketdəki 1 (bir) ədəd bükümdə təmiz çəkisi 11,825 qram qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir, 1 (bir) ədəd bükümdə təmiz çəkisi 13,087 qram ağ rəngli kristallardan ibarət maddə kütləsi kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir və bir ədəd gümüşü rəngli elektron tərəzinin üzərində heroinin izləri vardır. Tədqiqata təqdim edilmiş üzərində: “Təqsirləndirilən şəxs baxış zamanı tədqim etdiyi.... ”. yazısı və imzalar olan kağız paketdəki 1 (bir) ədəd bükümdə təmiz çəkisi 124,425 qram qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir, 1 (bir) ədəd bükümdə təmiz çəkisi 209,730 qram ağ rəngli kristallardan ibarət maddə kütləsi kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir və bir ədəd gümüşü rəngli elektron tərəzinin üzərində heroinin və metamfetaminin izləri vardır. Vət.Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş heroinlərin ümumi təmiz çəkisi 136,250 qramdır və həmin heroinlər kimyəvi komponent tərkiblərinə və xarici əlamətlərinə görə eynidirlər. Vət.Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş metamfetaminin ümumi təmiz çəkisi 222,817 qramdır və həmin metamfetamin kimyəvi komponent tərkiblərinə və xarici əlamətlərinə görə eynidirlər. Vət.Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş tərəzilərin üzərindəki heroin və metamfetamin iz şəklində olduğu üçün heroinin və metamfetaminin təmiz çəkilərini və bükümlərdəki heroinlə və metamfetaminlə eyni kimyəvi tərkibli olub-olmamasını müəyyən etmək mümkün deyildir. 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının qanunu ilə təsdiq olunmuş siyahılara əsasən, heroin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr"in, metamfetamin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”in İ siyahısına daxildirlər. Qeyd: heroinin ümumi təmiz çəkisi 136,250 qr., tədqiqata sərf edildi: ümumi 0,20 qr, qalıq: 136,050 qr. metamfetamininin ümumi təmiz çəkiləri :222,817 qr., tədqiqata sərf edildi: ümumi 0,2 qr., qalıq: 222,617 qr. (cild 1, iş vərəqi 48-53). Ambulator məhkəmə psixiatrik ekspertizasının xx.xx.2022-ci il tarixli 649 №-li rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir. Onda xasiyyətin psixopatik cizgiləri müəyyən edilir. Təqsirləndirilən şəxs həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs hərəkətləri Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs əqli-intellektual imkanları normaya uyğundur. Onda xasiyyətin psixopatik cizgiləri müəyyən edilir. Əqli-intellektual imkanlara görə Təqsirləndirilən şəxs iş üçün əhəmiyyətli halları düzgün qavraya, təsvir edə və bu barədə düzgün məlumat verə bilər. Hadisə baş verən vaxt psixi-emosional vəziyyətində iş üçün əhəmiyyət kəsb edəcək hər hansı dəyişiklik yaranmamış, güclü ruhi həyəcan vəziyyətində olmamışdır. Emosional halından asılı olaraq öz hərəkətlərini tam dərk etmək, hərəkət və davranışını tənzimləmək və onlara iradi nəzarət etmək iqtidarında olmuşdur (cild 1, iş vərəqi 160- 163). Göründüyü kimi Təqsirləndirilən şəxs CM-in 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törətməsi təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi ifadələri, şahidlərin dolğun, ətraflı və biri-biri ilə uzlaşan ifadələri, maddi sübutlar, müvafiq ekspert rəyləri və toplanmış digər sübutlara öz təsdiqini tapmışdır. Göstərilənlərə əsasən məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi toplanmış sübutları tam, hərtərəfli və obyektiv araşdırmış və bu sübutlar əsasında məhkəmə Təqsirləndirilən şəxs ittiham olunduğu əməli törətməsi barədə işin faktiki hallarına uyğun olan qanuni və əsaslı nəticəyə gəlmiş və onun əməlini CM-nin 234.4.3-cü maddəsi ilə düzgün tövsif etmişdir. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, təqsirləndirilən şəxsin müdafiəçisinin apellyasiya şikayətinə əlavədə istinad etdiyi dəlillər birinci instansiya məhkəməsinin hökmündə ətraflı şəkildə şərh edildiyindən məhkəmə yenidən eyni dəlillərə münasibət bildirilməsinə zərurət görmür. Apellyasiya şikayətinə əlavədə göstərilən təqsirləndirilən şəxsin barəsində bəraət hökmü çıxarılması ilə bağlı məhkəmə kollegiyası həmçinin qeyd edir ki, CPM-nin 350.2-ci maddəsinə əsasən, bu Məcəllənin 42.1-ci maddəsində nəzərdə tutulmuş hallardan biri olduqda, aparılmış məhkəmə baxışının nəticələrinə dair məhkəmə bəraət hökmü çıxarmalıdır. Həmin Məcəllənin 42.1-ci maddəsində isə qeyd edilir ki, məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü cinayət hadisəsi olmadıqda, əməldə cinayət tərkibi olmadıqda, şəxsin cinayətin törədilməsinə aidiyyəti olmadıqda və təqsirliliyi sübuta yetirilmədikdə çıxarılır. Lakin yuxarıda qeyd edilən heç bir halın hazırki cinayət işində mövcud olmaması və apellyasiya şikayətinin formal mülahizələrə əsaslanması, Təqsirləndirilən şəxs barəsində bəraət hökmünün çıxarılmasını istisna edir. Təqsirləndirilən şəxsə təyin edilmiş cəza məsələsinə gəlincə məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs cəza təyin edərkən, cəzanın təyin etmənin ümumi əsaslarını özündə əks etdirən Azərbaycan Respublikası CM-nin 8, 41.2 və 58.3-cü maddəsinin tələblərinə əməl etmiş və törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, təyin ediləcək cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, cəzasını yüngülləşdirən hallar kimi himayəsində üç azyaşlı uşağın olmasını, cəzasını ağırlaşdıran hal kimi isə əməlində cinayətlərin residivinin olmasını, habelə CM-in 65.2-ci maddəsinin tələblərini nəzərə alaraq Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyası daxilində qanuni və ədalətli cəza təyin etmişdir. CPM-in 398.1.1-ci maddəsinə əsasən, apellyasiya şikayətinin və ya apellyasiya protestinin baxışı nəticəsində apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarını dəyişdirmədən, apellyasiya şikayətini və ya apellyasiya protestini isə təmin etmədən saxlanılması haqqında qərar qəbul etmək səlahiyyətinə malikdir. Göstərilənləri nəzərə alaraq məhkəmə kollegiyası belə qənaətə gəlir ki, verilmiş apellyasiya şikayəti və ona əlavə əsassız olduğundan təmin edilməməli, Bakı Ağır Cinayətlər Məhkəməsinin 08 fevral 2023-cü il tarixli, 1(101)-162/2023 hökmü qanuni və əsaslı olduğundan təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayəti və müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayətinə əlavəyə münasibətdə dəyişdirilmədən saxlanılmadır. Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyası şərh olunanları və CPM-in 397.1, 397.2, 398.1.1 və 410-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Apellyasiya şikayəti və ona əlavə təmin edilməsin. Bakı Ağır Cinayətlər Məhkəməsinin Təqsirləndirilən şəxs CM-in 234.4.3-cü maddəsi ilə təqsirli bilinməsinə dair 08 fevral 2023-cü il tarixli, 1(101)-162/2023 nömrəli hökmü təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayəti və müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayətinə əlavəyə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan CPM-in 408-412-ci maddələrinə uyğun olaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına kassasiya şikayəti və kassasiya protesti verilə bilər.. X3 (sədrlik edən), Cavid Hüseyn, Habil Məmmədov
Məhkəmə qərarları › İş №1(103)-1059/2023
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №1(103)-1059/2023
19.07.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver