Məhkəmə qərarları › İş №1(103)-1069/2022

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №1(103)-1069/2022

21.06.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(103)-1069/2022 21.06.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının hakimləri: Babayev Zəki Baba oğlu (sədrlik edən, məruzəçi hakim), İbrahimli İbrahim Adil oğlu və Şirinov Ziya Allahverdi oğlundan ibarət tərkibdə, məhkəmə iclası katibi X4, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru X11, məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisi, “MBM” Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.3.2, 308.2, 311.3.1, 311.3.2 və 311.3.3-cü maddələri ilə təqsirli bilinərək məhkum olunmasına dair Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-502/2022 saylı, 05 aprel 2022-ci il tarixli hökmündən məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs müdafiəçisi, “MBM” Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən verilmiş apellyasiya şikayətinə apellyasiya icraatı qaydasında, Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında (Bakı şəhəri, Az1073, Zahid Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-502/2022 saylı, 05 aprel 2022-ci il tarixli hökmü ilə (X18 (sədrlik edən və məruzəçi) Əli Məmmədov və Telman Hüseynov) 17 avqust 1958-ci il tarixdə Hacıqabul şəhərində (keçmiş Qazı-Məmməd) anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, ünvan 1 ünvanda yaşayan, 04 fevral 2021-ci il tarixdən həbsdə olan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.3.2, 308.2, 311.3.1, 311.3.2 və 311.3.3-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək, Cinayət Məcəlləsinin 179.3.2-ci maddəsi ilə Cinayət Məcəlləsinin 46-cı maddəsinə müvafiq olaraq 2 (iki) il dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 6 (altı) il azadlıqdan məhrumetmə cəzasına, Cinayət Məcəlləsinin 308.2-ci maddəsi ilə 2 (iki) il dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 4 (dörd) il azadlıqdan məhrumetmə cəzasına, Cinayət Məcəlləsinin 311.3.1, 311.3.2 və 311.3.3-cü maddələri ilə Cinayət Məcəlləsinin 46-cı maddəsinə müvafiq olaraq 2 (iki) il dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 8 (səkkiz) il azadlıqdan məhrumetmə cəzasına məhkum edilməsi, Cinayət Məcəlləsinin 66.3 və 66.4-cü maddəsinə əsasən təyin edilmiş əsas cəzaları əsas cəza ilə, əlavə cəzaları əlavə cəza ilə qismən toplamaq və əlavə cəzanı əsas cəzaya birləşdirmək yolu ilə qəti olaraq 3 (üç) il dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 8 (səkkiz) il 6 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin başlanğıcının 04 fevral 2021-ci il tarixdən hesablanması, barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsi, maddi sübut - 3 ədəd CD diskin cinayət işinin materiallarında saxlanılması, məhkəmə məsrəfi - əmlakların qiymətləndirmə işinə görə xidmət haqqının dəyəri 2.800 (iki min səkkiz yüz) manatın Təqsirləndirilən şəxs tutularaq "xxxx" MMC-nin hesabına ödənilməsi, maddi ziyanın ödənilməsinin təmin edilməsi məqsədi ilə DTX Maliyyə İdarəsinə təhvil verilmiş depozit hesabda olan 27 oktyabr 2021-ci il tarixdə 200.000 (iki yüz min) manat, 05 noyabr 2021-ci il tarixdə isə 389.760 (üç yüz səksən doqquz min yeddi yüz altmış) manat məbləğində pulun Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsinə əsasən xüsusi müsadirə edilməklə ziyanın ödənilməsinə yönəldilərək Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin hesabına keçirilməsi hökm edilmişdir.. İşin halları: İstintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.3.2, 308.2, 311.3.1, 311.3.2 və 311.3.3-cü maddələri ilə ittiham verilmiş və birinci instansiya məhkəməsinin hökmünə əsasən həmin maddələrlə təqsirli bilinərək məhkum edilmişdir ona görə ki, o, xx.xx.2004-cü il tarixdən xx.xx.2013-cü il tarixədək Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun, xx.xx.2013-cü il tarixdən xx.xx.2018-ci il tarixədək isə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Aparatının rəhbəri vəzifəsində işləyərkən təkrarən qabaqcadan əlbir olan bir qrup şəxs halında xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar edəcəyi hərəkətə (hərəkətsizliyə) görə, xidmət üzrə ümumi himayədarlıq və laqeydlik müqabilində külli miqdar təşkil edən maddi nemət qismində pul vəsaitini özü və ücünçü şəxs üçün istəyib birbaşa yolla şəxsən rüşvət olaraq almış, habelə xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədi ilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edib külli miqdarda dövlət vəsaitlərini, yəni ona etibar olunmuş dövlət əmlakını mənimsəmə yolu ilə talayaraq Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, habelə cəmiyyətin və dövlətin qanunla qorunan mənafelərinə ağır nəticələrə səbəb olan mühüm zərər vurmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə etmişdir. Belə ki, o, Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Aparatının rəhbəri vəzifəsində işləyərkən həmin müddətdə qeyrisi ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında kadr məsələləri ilə bağlı xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar hərəkətə (hərəkətsizliyə) görə, xidmət üzrə ümumi himayədarlıq və laqeydlik müqabilində Şahid1 Dövlət Sosial Müdafiə Fondunun İri Sığortaedənlərlə İş üzrə Departrmentin direktoru vəzifəsinə təyin edilməsi üçün 2009-cu ilin sonlarında Dövlət Sosial Müdafiə Fondunun inzibati binasındakı xidməti otağında üç dəfəyə olmaqla, vahid niyyətlə ümumilikdə külli miqdar təşkil edən 120.000 manat maddi nemət qismində pul vəsaitini özü və ücünçü şəxs üçün istəyib birbaşa yolla şəxsən rüşvət olaraq almışdır. Bundan başqa o, Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Aparatının rəhbəri vəzifəsində işləyərkən həmin müddətdə qeyrisi ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında kadr məsələləri ilə bağlı xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar hərəkətə (hərəkətsizliyə) görə, xidmət üzrə ümumi himayədarlıq və laqeydlik müqabilində təkrarən, 2012-ci ildə X3 Dövlət Sosial Müdafiə Fondunun Şəki şəhər şöbəsinin müdiri vəzifəsində saxlanılmaqla fəaliyyətini davam etdirməsi üçün Dövlət Sosial Müdafiə Fondunun inzibati binasındakı xidməti otağında külli miqdar təşkil edən 40.000 manat maddi nemət qismində pul vəsaitini özü və ücünçü şəxs üçün istəyib birbaşa yolla şəxsən rüşvət olaraq almışdır. Bundan başqa o, Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Aparatının rəhbəri vəzifəsində işləyərkən həmin müddətdə qeyrisi ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında kadr məsələləri ilə bağlı xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar hərəkətə (hərəkətsizliyə) görə, xidmət üzrə ümumi himayədarlıq və laqeydlik müqabilində təkrarən, 2012-ci ilin sentyabr ayında Şahid5 Dövlət Sosial Müdafiə Fondunun Neftçala rayon şöbəsinin müdiri vəzifəsinə təyin edilməsi üçün Dövlət Sosial Müdafiə Fondunun inzibati binasındakı xidməti otağında külli miqdar təşkil edən 10.000 manat maddi nemət qismində pul vəsaitini özü və ücünçü şəxs üçün istəyib birbaşa yolla şəxsən rüşvət olaraq almışdır. Bundan başqa o, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Aparatının rəhbəri vəzifəsində işləyərkən qeyrisi ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında kadr məsələləri ilə bağlı xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar hərəkətə (hərəkətsizliyə) görə, xidmət üzrə ümumi himayədarlıq və laqeydlik müqabilində təkrarən, 2013-cü ilin dekabr ayında Şahid5 Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət Sosial Təminat Xidmətinin Salyan rayon Əhalinin Sosial Müdafiə Mərkəzinin direktoru vəzifəsinə təyin edilməsi üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin inzibati binasındakı xidməti otağında külli miqdar təşkil edən 10.000 manat maddi nemət qismində pul vəsaitini özü və ücünçü şəxs üçün istəyib birbaşa yolla şəxsən rüşvət olaraq almışdır. Bundan başqa o, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Aparatının rəhbəri vəzifəsində işləyərkən qeyrisi ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar hərəkətə (hərəkətsizliyə) görə təkrarən, 2014-cü ilin yay aylarında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət Sosial Təminat Xidmətinin balansında olan Abşeron rayonu Masazır kəndi, Duz gölünün cənubunda, 0,65 ha ərazidə yerləşən Duz tədarükkü sahəsinin yarımçıq tikilisinin Şahid8 Əfrad oğluna satılmasına Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən etiraz edilməməsinə köməklik göstərəcəyi müqabilində Şahid10 Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin inzibati binasındakı xidməti otağında külli miqdar təşkil edən 50.000 manat maddi nemət qismində pul vəsaitini özü və ücünçü şəxs üçün istəyib birbaşa yolla şəxsən rüşvət olaraq almışdır. Bundan başqa o, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Aparatının rəhbəri vəzifəsində işləyərkən qeyrisi ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında kadr məsələləri ilə bağlı xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar hərəkətə (hərəkətsizliyə) görə, xidmət üzrə ümumi himayədarlıq və laqeydlik müqabilində təkrarən, 2014-cü ilin sentyabr ayında X3 Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X15 Xidmətinin 19 saylı region üzrə X7 rəisi vəzifəsində saxlanılmaqla fəaliyyətini davam etdirməsi üçün Bakı şəhəri, Yasamal rayonu, Həsən bəy ünvan 2 ünvanda külli miqdar təşkil edən 35.000 manat maddi nemət qismində pul vəsaitini özü və ücünçü şəxs üçün istəyib birbaşa yolla şəxsən rüşvət olaraq almışdır. Bundan başqa o, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Aparatının rəhbəri vəzifəsində işləyərkən qeyrisi ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında kadr məsələləri ilə bağlı xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar hərəkətə (hərəkətsizliyə) görə, xidmət üzrə ümumi himayədarlıq və laqeydlik müqabilində təkrarən, 2015-ci ilin mart ayında X3 Dövlət Sosial Müdafiə Fondu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin strukturuna daxil edildikdən sonra sonuncunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət Sosial Müdafiə Fondunun Şəki şəhər şöbəsinin müdiri vəzifəsinə təyin edilməsi üçün Bakı şəhəri Nərimanov rayonu, “Nərimanov Parkı”nda külli miqdar təşkil edən 40.000 manat maddi nemət qismində pul vəsaitini özü və ücünçü şəxs üçün istəyib birbaşa yolla şəxsən rüşvət olaraq almışdır. Bundan başqa o, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Aparatının rəhbəri vəzifəsində işləyərkən qeyrisi ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında kadr məsələləri ilə bağlı xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar hərəkətə (hərəkətsizliyə) görə, xidmət üzrə ümumi himayədarlıq və laqeydlik müqabilində təkrarən, 2016-cı ilin avqust ayında Şahid5 Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət Sosial Müdafiə Fondunun Neftçala rayon şöbəsinin müdiri vəzifəsinə təyin edilməsi üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin inzibati binasındakı xidməti otağında külli miqdar təşkil edən 20.000 manat maddi nemət qismində pul vəsaitini özü və ücünçü şəxs üçün istəyib birbaşa yolla şəxsən rüşvət olaraq almışdır. Bundan başqa o, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Aparatının rəhbəri vəzifəsində işləyərkən kadr məsələləri ilə bağlı xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar hərəkətə (hərəkətsizliyə) görə, xidmət üzrə ümumi himayədarlıq və laqeydlik müqabilində təkrarən, 2018-ci ilin mart ayında Dövlət Sosial Müdafiə Fondunun Saatlı rayon şöbəsinin müdiri vəzifəsini müvəqqəti icra edən X1 Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin inzibati binasındakı xidməti otağında 2.000 manat maddi nemət qismində pul vəsaitini istəyib birbaşa yolla şəxsən rüşvət olaraq almışdır. Bundan başqa o, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Aparatının rəhbəri vəzifəsində işləyərkən qeyrisi ilə və başqa şəxslərlə qabaqcadan əlbir olan bir qrup şəxs halında Nazirlik üzrə “Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi nazirinin, nazir müavinlərinin və Nazirliyin Aparatının rəhbərinin kurasiya bölgüsünün müəyyən edilməsi barədə” 28 fevral 2014-cü il tarixli 11/7- 32 №-li əmrə əsasən Nazirliyin nəzdində X8 Müdiriyyətinin işinin təşkili kurasiyasının ona həvalə edilməsi ilə bağlı xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədi ilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edib, Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılması üçün Gəncə və Mingəçevir şəhərlərində mənzillərin alınması ilə bağlı dövlət büdcəsindən ayrılmış külli miqdarda dövlət vəsaitlərini, yəni ona etibar olunmuş dövlət əmlakını mənimsəmə yolu ilə talama məqsədilə, mənzillərin alqı-satqısı zamanı satan şəxslərlə tələb etdikləri satış dəyərindən artıq vəsaitin köçürülərək həmin hissənin onlara çatdırılmasına dair razılıq əldə edib icrasını təmin etdikdən sonra Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən xx.xx.2017-ci il tarixli AN-İ ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən X12 məxsus Gəncə şəhəri, Nizami rayonu, Yeni Gəncə qəsəbəsi 2-ci m/r-n, bina 18, mənzil 19-un satınalınması ilə bağlı köçürülmüş 16.700 manat, xx.xx.2017-ci il tarixli AN-İ ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən X9 məxsus Gəncə şəhəri, Nizami rayonu, Yeni Gəncə qəsəbəsi, bina 35, mənzil 50-in satınalınması ilə bağlı köçürülmüş 21.600 manat, xx.xx.2017-ci il tarixli AN-İ ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən X10 məxsus Gəncə şəhəri, Nizami rayonu, Yeni Gəncə qəsəbəsi, 2-ci mikrorayon, bina 18, mənzil 21-in satınalınması ilə bağlı köçürülmüş 16.000 manat, xx.xx.2017-ci il tarixli AN-İ ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən Şahid14 məxsus Gəncə şəhəri, Nizami rayonu, M.Hacıyev kücəsi, bina 16, mənzil 34-ün satınalınması ilə bağlı köçürülmüş 14.500 manat, xx.xx.2017-ci il tarixli AN-İ ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən Şahid16 məxsus Gəncə şəhəri, Nizami rayonu, Gəncə qəsəbəsi, bina 58, mənzil 51-in satınalınması ilə bağlı köçürülmüş 21.700 manat, xx.xx.2017-ci il tarixli AN-İ ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən Şahid17 məxsus Gəncə şəhəri, Kəpəz rayonu, 3 m/r-n, ev 12 a, mənzil 9-un satınalınması ilə bağlı köçürülmüş 15.600 manat, xx.xx.2017-ci il tarixli AN-İ ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən Şahid19 məxsus Gəncə şəhəri, Nizami rayonu Gəncə qəsəbəsi, 2-ci m/r-n, ev 3 a, mənzil 47-in satınalınması ilə bağlı köçürülmüş 12.200 manat, xx.xx.2017-ci il tarixli AN-İ ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən X5 məxsus Gəncə şəhəri, Nizami rayonu, Yeni Gəncə qəsəbəsi, 2-ci m/r-n, bina 16, mənzil 46-ın satınalınması ilə bağlı köçürülmüş 13.200 manat, xx.xx.2017-ci il tarixli AN-İ ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən Şahid21 məxsus Gəncə şəhəri, Nizami rayonu, Yeni Gəncə qəsəbəsi, bina 60, mənzil 7-in satınalınması ilə bağlı köçürülmüş 17.160 manat, xx.xx.2017-ci il tarixli AN-İ ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən Şahid24 məxsus Gəncə şəhəri, Kəpəz rayonu, Xətai prospekti 237, bina 1, mənzil 24-ün satınalınması ilə bağlı köçürülmüş 6.000 manat, xx.xx.2017-ci il tarixli AN-İ ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən Şahid22 məxsus Gəncə şəhəri, Nizami rayonu, Yeni Gəncə qəsəbəsi, bina 52, mənzil 9-un satınalınması ilə bağlı köçürülmüş 8.100 manat, xx.xx.2017-ci il tarixli AN-İ ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən Şahid30 məxsus Mingəcevir şəhəri, Natəvan kücəsi ev 1, mənzil 20-in satınalınması ilə bağlı köçürülmüş 18.000 manat, xx.xx.2017-ci il tarixli AN-İ ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən X13 məxsus Mingəcevir şəhəri, Ərəş kücəsi, ev 1, mənzil 3-ün satınalınması ilə bağlı köçürülmüş 23.000 manat, xx.xx.2017-ci il tarixli AN-İ ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən X6 məxsus Mingəcevir şəhəri, N.Nərimanov kücəsi, ev 53, mənzil 18-in satınalınması ilə bağlı köçürülmüş 12.500 manat, xx.xx.2017-ci il tarixli AN-İ ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən X2 məxsus Mingəçevir şəhəri, Z.Həsənova kücəsi, bina 2, mənzil 50-in satınalınması ilə bağlı köçürülmüş 22.000 manat, xx.xx.2017-ci il tarixli AN-İ ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən Şahid29 məxsus Mingəçevir şəhəri, H.Əliyev kücəsi, ev 80/25, mənzil 35-in satınalınması ilə bağlı köçürülmüş 13.000 manat, xx.xx.2017-ci il tarixli AN-İ ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən Şahid31 məxsus Mingəçevir şəhəri, V.Abdullayev kücəsi ev 5, mənzil 37-in satınalınması ilə bağlı köçürülmüş 11.500 manat olmaqla, ümumilikdə həmin mənzillərin satınalınması ilə bağlı nəzərdə tutulmuş məbləğdən 262.760 manat artıq dövlət büdcəsi vəsaitlərinin köçürülməsinə nail olub nağdlaşdırılaraq onlara çatdırılmasını təmin etməklə, ona etibar olunmuş 262.760 manat məbləğində külli miqdarda dövlət əmlakını 2017-ci ilin sentyabr ayının sonunda Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin inzibati binasındakı xidməti otağında qeyrisinin göstərişlərini icra edən başqasının vasitəsilə öz qulluq mövqeyindən istifadə edərək vahid niyyətlə əldə edib mənimsəmə yolu ilə talamış, bununla da Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılması sahəsində dövlətin həyata keçirdiyi sistemli və davamlı fəaliyyətə xələl gətirən həmin əməlləri ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, habelə cəmiyyətin və dövlətin qanunla qorunan mənafelərinə ağır nəticələrə səbəb olan mühüm zərər vurmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Hökmdən məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs müdafiəçisi, “MBM” Vəkil Bürosunun vəkili Müdafiəçi apellyasiya şikayəti vermiş və şikayətini onunla əsaslandırmışdır ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin 05 aprel 2022-ci il tarixli hökmünə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.3.2, 308.2, 311.3.1, 311.3.2 və 311.3.3-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək, Cinayət Məcəlləsinin 66.3 və 66.4-cü maddəsinə əsasən təyin edilmiş əsas cəzaları əsas cəza ilə, əlavə cəzaları əlavə cəza ilə qismən toplamaq və əlavə cəzanı əsas cəzaya birləşdirmək yolu ilə qəti olaraq 3 (üç) il dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 8 (səkkiz) il 6 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin başlanğıcının 04 fevral 2021-ci il tarixdən hesablanması hökm edilmişdir. Təqsirləndirilən şəxs 6 şəxsdən 9 epizod üzrə cəmi 327 min manat pul vəsaitini rüşvət qismində almaqda və 262.760 manatı mənimsəmə yolu ilə talamaqda təqsirli bilinmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs verilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, rüşvət və mənimsəmə yolu ilə əldə edilmiş pul vəsaitini öz ehtiyaclarına, eləcə də müxtəlif tədbirlərə sərf etmiş, bu barədə nazirliyin rəhbərliyinə bildirməmiş, rüşvət kimi alınmış pul müqabilində həmin şəxslərin mənafeyi və maraqları naminə hər hansı bir məqsədyönlü hərəkət (hərəkətsizlik) etməmiş və belə bir niyyəti də olmamışdır. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı təqsirini etiraf etməsini və işin digər diqqətəlayiq hallarını nəzərə alaraq təqsirlə bağlı mübahisə olmasa da aşağıda gösterilənlərə əsasən hökmü ədalətli və qanuni hesab etmək olmaz. Hökmə əsasən, Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilərək məhkum olunmasına və ona cəza təyin edilməsinə əsas olmuş cinayət epizodlarından biri də odur ki, o, Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Aparatının rəhbəri vəzifəsində işləyərkən həmin müddətdə qeyrisi ilə qabaqcadan əlbir olan bir grup şəxs halında kadr məsələləri ilə bağlı xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar hərəkətə (hərəkətsizliyə) görə, xidmət üzrə ümumi himayədarlıq və laqeydlik müqabilində Şahid1 Dövlət Sosial Müdafiə Fondunun iri Sığortaedənlərlə iş üzrə Departamentinin direktoru vəzifəsinə təyin edilməsi üçün 2009-cu ilin sonlarında Dövlət Sosial Müdafiə Fondunun inzibati binasındaki xidməti otağında üç dəfəyə olmaqla, vahid niyyətlə ümumilikdə külli miqdar təşkil edən 120.000 manat maddi nemət qismində pul vəsaitini özü və ücünçü şəxs üçün istəyib birbaşa yolla şəxsən rüşvət almışdır. Halbuki, həmin epizod üzrə cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyi üçün Təqsirləndirilən şəxs barəsində icraata xitam verilməli idi. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 75.1.3-cü maddəsinə əsasən ağır cinayətin törədildiyi gündən on iki il keçdikdə şəxs cinayət məsuliyyətinə cəlb edilə bilməz. Cinayət Məcəlləsinin 75.2-ci maddəsinə əsasən müddətlər, cinayətin törədildiyi gündən ittiham hökmünün qanuni qüvvəyə mindiyi anadək hesablanır. Şəxs yeni cinayət törətdikdə, hər bir cinayətə görə müddət müstəqil hesablanır. Hökmdə Təqsirləndirilən şəxs istinad edilən həmin əməlin 13 il əvvəl törədildiyi iddia edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 39.1.3-cü maddəsinə əsasən cinayət məsuliyyətinə cəlbetmə müddətləri keçdikdə (cinayət məsuliyyətinə cəlbetmə müddətinin dayandırılması halları istisna edilməklə) başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir): Cinayət məsuliyyətinə cəlb etmə müddətinin keçməsinə görə cinayət işinin başlanması rədd edilərkən və ya başlanmış cinayət işinin icraatına xitam verilərkən CPMin 41.2-ci maddesinin tələbləri də nəzərə alınmalıdır. Belə ki, həmin maddəyə əsasən təhqiqatçı, müstəntiq və ya prokuror bəraətverici əsaslar olmadıqda təqsirləndirilən (şübhəli) şəxsin razılığı olmadan cinayət təqibinə xitam verilməsi baradə qərar çıxara bilməz. Bu halda cinayət təqibi üzrə icraat CPM ilə müəyyən edilmiş qaydada davam etdirilir və hökmün, məhkəmənin digər qərarının çıxarılması ilə başa çatdırılır. Müdafiə çıxışında sözü gedən cinayət epizodu üzrə təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə qərar çıxarılması tərəfindən xahiş edilsə də, hökmdə buna münasibət bildirilməmişdir. Bununla yanaşı, Təqsirləndirilən şəxs istinad edilən əməllərə görə ona təyin olunan cəza həddən artıq ağır, sərt və ədalətsizdir. Məhkəmə cəza təyin edərkən təqsirləndirilən Təqsirləndirilən şəxs şəxsiyyətini, onun cinayət yolu ilə əldə edilmiş vəsaiti qaytarmasını, zərərçəkənə vurulmuş ziyanın tam ödənilməsini kifayət qədər nəzərə almamışdır. Belə ki, istintaq zamanı Təqsirləndirilən şəxs əməlləri nəticəsində vurulmuş maddi ziyanın ödənilməsinin təmin edilməsi məqsədi ilə onun ərizəsi əsasında ailə üzvləri tərəfindən 27 oktyabr 2021-ci il tarixdə 200.000 (iki yüz min) manat, 05 noyabr 2021-ci il tarixdə isə 389.760 (üç yüz səksən doqquz min yeddi yüz altmış) manat məbləğində pul vəsaitinin dövlət bankında depozitə qoyulması üçün DTX Maliyyə İdarəsinə təhvil verilmişdir. Vurduğu maddi ziyanı tam olaraq könüllü ödəməsi, əvvəllər məhkum olunmaması, yaradıcılıq fəaliyyəti ilə məşğul olmaqla dəfələrlə təltif olunması Cinayət Məcəlləsinin 59.1.13 və 59.2-ci maddələrinə əsasən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallardır. Təqsirləndirilən şəxs əməlində Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran hal yoxdur. Təqsirləndirilən şəxs şəxsiyyəti ilə bağlı qeyd olunmalıdır ki, o, böyük yaradıcılıq və həyat yolu keçmiş insandır. Təkcə ədəbi ictimaiyət deyil, həm də xalq arasında böyük nüfuz sahibidir. Onun tərcümeyi halına nəzər salsaq görərik ki, həyatda hər şeyə, yalnız öz əməyi sayəsində nail olub. Ümumiyyətlə, Təqsirləndirilən şəxs bir şəxsiyyət kimi tanımaq və onun böyüklüyünü görmək üçün heç olmasa müəllifi olduğu kitablardan birini oxumaq yerinə düşərdi. Təqsirləndirilən şəxs dəyərli yazıçı və gözəl insan, Vətəninə, dövlətinə sədaqətli vətəndaşdır. Azərbaycan ədəbiyyatının sevilən qələm sahiblərindəndir. O, 70-ə qədər kitabın müəllifidir. Beynelxalq aləmdə tanınmış şəxsdir. Kitabları dünyanın 20 ölkəsinin dillərinə tərcümə edilərək çap olunmuşdur. Pyesləri Dövlət Milli Akademik Dram, Gənc Tamaşaçılar, Musiqi Teatrlarında tamaşaya qoyulmuş, ssenariləri əsasında filmlər çəkilmişdir. 2007-ci ildə Respublika Prezidentinin sərəncamı ilə “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif edilmişdir. 2012-ci ildə, Türk dünyasının dörd bir tərafindən insanların qatıldığı, Türksoyun təsis etdiyi “Mahmud Kaşğari” beynelxalq hekayə yarışmasında birinci yerə və digər respublika mükafatlarına, 2021-ci ilin noyabrında Türk ədəbiyyatı Vakfi tərəfindən “X25 Hizmet” ödülünə layiq görülmüşdür. Təqsirləndirilən şəxs bütün həyatı dövründə qanunlarımıza daim hörmətlə yanaşmış, məhkumluğu yoxdur. Ailəsi, 3 qız övladı, 3 nəvəsi vardır. 64 yaşı vardır. Ona istinad edilən əməllərin uzun illər bundan qabaq, 2009-2014-cü illərdə törədilməsini, Təqsirləndirilən şəxs 2018-ci ildən bəri heç bir dövlət qurumunda işləmədiyini, şəraitin dəyişməsini nəzərə alsaq, onun cəmiyyət üçün təhlükəli insan olmadığı üzə çıxır. İş materiallarında Təqsirləndirilən şəxs münasibətdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 62-ci, yəni CM-nin müfaviq maddəsinin sanksiyasının aşağı haddindən də aşağı cəzanın, eləcə də, cəzanın şərti hesab edilməsi ilə əlaqədar 70-ci maddəsinin tətbiqi üçün kifayət qədər əsaslar az deyil. Təqsirləndirilən şəxs barasində cəza təyin edilərkən işin halları və şəxsiyyəti nəzərə alınmaqla onun artıq bir ildən çoxdur ki, həbsdə saxlandığı da nəzərə alınmalıdır. Humanizm prinsiplərinə əsaslanaraq, Təqsirləndirilən şəxs onun cəmiyyətdən təcrid olunmasını nəzərdə tutmayan cəza təyin edilməsi ədalətli qərar olardı. Apellyasiya şikayətində Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.3.2, 308.2, 311.3.1, 311.3.2 və 311.3.3-cü maddələri ilə təqsirli bilinərək məhkum olunmasına dair Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-502/2022 saylı, 05 aprel 2022-ci il tarixli hökmünün dəyişdirilməsi, Təqsirləndirilən şəxs Şahid1 2009-cu ilin sonlarında külli miqdar təşkil edən 120.000 manatı rüşvət kimi almasına dair cinayət əməli üzrə cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyi üçün icraata xitam verilməsi, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsini tətbiq edərək Təqsirləndirilən şəxs təyin edilmiş cəzanın şərti hesab olunmasıi barədə qərar qəbul edilməsi xahiş olunmuşdur. Apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir. İşdə iştirak edən şəxslərin çıxışları: Apellyasiya məhkəməsinin iclasında, məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi apellyasiya şikayətini müdafiə etdilər, apellyasiya şikayətinin dəlillərinə uyğun çıxış edərək Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-502/2022 saylı, 05 aprel 2022-ci il tarixli hökmünün dəyişdirilməsini, Təqsirləndirilən şəxs Şahid1 2009-cu ilin sonlarında külli miqdar təşkil edən 120.000 manatı rüşvət kimi almasına dair cinayət əməli üzrə cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyi üçün icraata xitam verilməsini, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsini tətbiq edərək Təqsirləndirilən şəxs təyin edilmiş cəzanın şərti hesab edilməsi barədə qərar qəbul olunmasını xahiş etdilər. Apellyasiya məhkəməsinin iclasında dövlət ittihamını müdafiə edən Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru X17 məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi apellyasiya şikayətinin dəlillərinin qismən əsassız olduğunu, birinci instansiya məhkəməsi tərəfindən Təqsirləndirilən şəxs əməlinin Cinayət Məcəlləsinin 179.3.2, 308.2, 311.3.1, 311.3.2 və 311.3.3-cü maddələri ilə düzgün tövsif olunduğunu, məhkum edilmiş şəxsin cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmaqla, şəxsiyyəti, törətdiyi cinayətin ictimai təhlükəliliyi və xarakteri, təyin edilmiş cəzanın ailəsinə təsiri nəzərə alınmaqla ədalətli cəza təyin olunduğunu, məhkəmənin hökmünün apellyasiya şikayətinə əsasən dəyişdirilməsi üçün əsasların olmadığını göstərdi. Dövlət ittihamçısı həmçinin Təqsirləndirilən şəxs Şahid1 2009-cu ilin sonlarında külli miqdar təşkil edən 120.000 manatı rüşvət kimi almasına dair cinayət əməli üzrə cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyi üçün icraata xitam verilməsi, bu məqsədlə Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-502/2022 saylı, 05 aprel 2022-ci il tarixli hökmünün dəyişdirilməsi ilə bağlı qərar qəbul edilməsini məhkəmənin öhdəsinə buraxdığını qeyd etdi, lakin Təqsirləndirilən şəxs təyin edilmiş cəzasının dəyişdirilməməsi barədə qərar qəbul olunmasını xahiş etdi. Zərərçəkmiş şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nümayəndəsi Nümayəndə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsə də, məhkəmə iclasına gəlmədiyi üçün məhkəmə kollegiyası işə həmin şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İşin hüquqi məsələləri: Apellyasiya şikayətinin dəlilləri ilə əlaqədar olaraq məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası CPM-nin 397.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsində göstərilir ki, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Qeyd edilən prosessual normaların mənasına görə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılmalıdır. Başqa sözlə, işin faktiki halları yalnız apellyasiya tələbi ilə bağlı olan hissədə yəni apellyasiya tələbinin təsdiq və ya təkzib edilməsi zərurəti ilə əlaqədar yoxlanılır. Burada işin faktiki halları dedikdə, konkret cinayət əməli üzrə sübut edilməli olan və məhkəmənin hökmünün və ya başqa qərarının qəbul edilməsi üçün mühüm əhəmiyyət kəsb edən xüsusatların məcmusu başa düşülməlidir. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununun və CPM-nin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılması o deməkdir ki, hökmün və ya qərarın qanuni və əsaslı olmasını yoxlayarkən apellyasiya instansiya məhkəməsi qanunla müəyyən edilmiş hüquqları həddində apellyasiya şikayəti və apellyasiya protestində göstərilib-göstərilməməsindən asılı olmayaraq, birinci instansiya məhkəməsinin tətbiq etdiyi cinayət və cinayət-prosessual hüquq normalarının, habelə bu normalarla bağlı olaraq başqa hüquq sahələrinə aid normaların düzgün tətbiq edilib edilməməsini yoxlamalıdır. Başqa sözlə apellyasiya instansiya məhkəməsi məhkəmə baxışı zamanı hüquq məsələsini hər bir halda və tam həcmdə yoxlamalıdır. Həmçinin Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenimunun 12 may 2009-cu il tarixli Qərarına əsasən a) apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən cinayət və cinayət-prosessual qanunvericiliyinin normalarına riayət edilməsini hər bir halda, o cümlədən müvafiq olaraq apellyasiya şikayətinin və ya protestinin dəlillərində bu barədə tələb irəli sürülməsə də yoxlamalıdır; b) cinayət və cinayət-prosessual qanunvericiliyinin normalarına riayət edilməsinin yoxlanılmasından sonra Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 403-405-ci maddələrində nəzərdə tutulmuş hallar və səbəblər müəyyən edildikdə: - apellyasiya icraatı məhkum edilmiş və ya bəraət almış şəxsin və ya onun müdafiəçisinin verdiyi apellyasiya şikayəti və yaxud mahiyyətcə həmin şəxslərdən hər hansı birinin xeyrinə dövlət ittihamçısının verdiyi apellyasiya protesti üzrə keçirilərsə, apellyasiya instansiyası məhkəməsi göstərilən şəxsin vəziyyətini yaxşılaşdırmaqla birinci instansiya məhkəməsinin yekun qərarını dəyişdirə və ya ləğv edərək yeni qərar qəbul edə bilər; - apellyasiya icraatı mahiyyətcə məhkum edilmiş və ya bəraət almış şəxsin ziyanına dövlət ittihamçısının verdiyi apellyasiya protesti və ya xüsusi ittihamçının verdiyi apellyasiya şikayəti üzrə keçirilərsə, apellyasiya instansiyası məhkəməsi apellyasiya müraciətinin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin yekun qərarını məhkum edilmiş və ya bəraət almış şəxsin vəziyyətini ağırlaşdırmaqla da dəyişdirə və ya ləğv edərək yeni qərar qəbul edə bilər; lakin bunun üçün əsas apellyasiya müraciətinin dəlillərində göstərilməmişdirsə, qərar işə baxan apellyasiya instansiyası məhkəməsinin bütün hakimləri tərəfindən yalnız yekdilliklə qəbul oluna bilər. Birinci intansiya məhkəmənin hökmü ilə razılaşmayan məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi apellyasiya şikayətinin əsas dəlili Bakı Ağır Cinayətlər Məhkəməsinin 05 aprel 2022-ci il tarixli hökmünün dəyişdirilməsindən, Təqsirləndirilən şəxs Şahid1 2009-cu ilin sonlarında külli miqdar təşkil edən 120.000 manatı rüşvət kimi almasına dair cinayət əməli üzrə cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyi üçün icraata xitam verilməsi, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsini tətbiq edərək Təqsirləndirilən şəxs təyin edilmiş cəzanın şərti hesab edilməsi barədə qərar qəbul olunmasından ibarətdir. Cinayət işinin materiallarından görünür ki, məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs əməllərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.3.2, 308.2, 311.3.1, 311.3.2 və 311.3.3-cü maddələrində nəzərdə tutulmuş cinayətlərin əlamətlərinin mövcud olması, işin faktiki halları, birinci instansiya məhkəməsində tədqiq edilmiş sübütlar, o cümlədən onun ibtidai istintaq zamanı və birinci instansiya məhkəməsində verdiyi ifadələri, zərərçəkmiş şəxsin nümayəndəsinin, şahidlərin ifadələri, istintaq hərəkətlərinin protokolları, qiymətləndirmə rəyləri, tədqiq edilmiş sənədlər, habelə iş üzrə toplanmış digər təkzibolunmaz sübutlarla təsdiq olunur. Məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs qeyd olunan maddələrdə nəzərdə tutulmuş cinayət əməllərini törətməsi ibtidai istintaq zamanı və birinci instansiya məhkəməsində işə baxılarkən tam sübuta yetirilmişdir. Birinci instansiya məhkəməsinin hökmündən göründüyü kimi məhkəmə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.3.2, 308.2, 311.3.1, 311.3.2 və 311.3.3-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməsi barədə nəticəyə gələrək onu həmin maddələrlə məhkum edərkən konkret sübutlara və işin faktiki hallarına əsaslanmışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.3.2, 308.2, 311.3.1, 311.3.2 və 311.3.3-cü maddələrinin mənasından görünür ki, mənimsəmə və ya israf etmə, yəni təqsirkara etibar edilmiş özgə əmlakını talam Cinayət Məcəlləsinin 179.1-ci maddəsində nəzərdə tutulmuş cinayətin tərkibini, bu Məcəllənin 179.1 və ya 179.2-ci maddələrində nəzərdə tutulmuş əməllər külli miqdarda törədildikdə isə Cinayət Məcəlləsinin 179.3.2-ci maddəsində nəzərdə tutulmuş cinayətin tərkibini yaradır. Vəzifə səlahiyyətlərindən sui-istifadə, yəni vəzifəli şəxsin xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və ya üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə etməsi və ya qulluq mənafeyi tələb etdiyi halda istifadə etməməsi fiziki və ya hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə, yaxud cəmiyyətin və ya dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurduqda Cinayət Məcəlləsinin 308.1-ci maddəsində nəzərdə tutulmuş cinayətin tərkibini, bu Məcəllənin 308.1-ci maddəsi ilə nəzərdə tutulmuş əməllər ağır nəticələrə səbəb olduqda və ya seçkinin (referendumun) nəticələrinə təsir məqsədilə törədildikdə isə Cinayət Məcəlləsinin 308.2-ci maddəsində nəzərdə tutulmuş cinayətin tərkibini yaradır. Rüşvət alma, yəni vəzifəli şəxsin xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar hər hansı hərəkətə (hərəkətsizliyə) görə, eləcə də xidmət üzrə ümumi himayədarlıq və ya laqeydlik müqabilində özü və yaxud üçüncü şəxslər üçün birbaşa və ya dolayı yolla, şəxsən və ya vasitəçidən istifadə etməklə maddi və sair neməti, imtiyazı və ya güzəşti istəməsi və ya alması, yaxud bu barədə təklif və ya vədi qəbul etməsi Cinayət Məcəlləsinin 311.1-ci maddəsində nəzərdə tutulmuş cinayətin tərkibini, bu Məcəllənin 311.1 və ya 311.2-ci maddələri ilə nəzərdə tutulmuş əməllər qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən törədildikdə Cinayət Məcəlləsinin 311.3.1-ci maddəsində; təkrar törədildikdə Cinayət Məcəlləsinin 311.3.2-ci maddəsində; külli miqdarda törədildikdə isə Cinayət Məcəlləsinin 311.3.3-cü maddəsində nəzərdə tutulmuş cinayətin tərkibini yaradır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs qeyd edilən cinayət əməllərini törətməsi ilə bağlı yekun nəticəyə gələrkən ibtidai istintaq orqanı tərəfindən toplanmış və məhkəmə iclasında araşdırılıb qiymətləndirilən sübutlara düzgün istinad etmişdir. Bu barədə məhkəmənin hökmündə iş üzrə təqdim olunan sübutlar tədqiq edilmiş, sübutlara hüquqi qiymət verilmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası həmin sübutları hazırki qərarda təkrarlamağa zərurət görmür. Apellyasiya instansiya məhkəməsində məhkəmə baxışı zamanı məhkəmə kollegiyası cinayət işinin materiallarını təhlil edərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.3.2, 308.2, 311.3.1, 311.3.2 və 311.3.3-cü maddələri ilə elan edilmiş ittihamla bağlı istər ibtidai araşdırma orqanı, istərsə də işə baxmış birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 143-146-cı maddələrinin tələblərinə əməl edərək məhkum edilmiş şəxsin ittiham olunduğu cinayətlərin törədilməsində təqsirli bilinməsi haqda mötəbər nəticəyə gəlmək üçün kifayət qədər sübutlar toplamış və bu sübutların hər birinin mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi qiymətləndirilərək işin faktiki hallarına uyğun olan yekun məhkəmə qərarı qəbul edilmişdir. Həmçinin məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi verdiyi apellyasiya şikayətində işin faktiki hallarını və əməlin hüquqi tövsifini mübahisələndirməmişdir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.3.2, 308.2, 311.3.1, 311.3.2 və 311.3.3-cü maddələri ilə düzgün tövsif olunmşdur. İşin faktiki halları və əməlin hüquqi tövsifi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır. Həmin əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar mövcud deyildir. Məhkəmə kollegiyası eyni zamanda Təqsirləndirilən şəxs Şahid1 2009-cu ilin sonlarında külli miqdar təşkil edən 120.000 manatı rüşvət kimi almasına dair cinayət əməli üzrə cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyi üçün icraata xitam verilməsi barədə məhkum edilmiş şəxsin müdafiəçisi Müdafiəçi apellyasiya şikayətinin dəlillərini nəzərdən keçirərək qeyd edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.3.2, 308.2, 311.3.1, 311.3.2 və 311.3.3-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməsi tam sübuta yetirilsə də, “onun Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Aparatının rəhbəri vəzifəsində işləyərkən həmin müddətdə qeyrisi ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında kadr məsələləri ilə bağlı xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar hərəkətə (hərəkətsizliyə) görə, xidmət üzrə ümumi himayədarlıq və laqeydlik müqabilində Şahid1 Dövlət Sosial Müdafiə Fondunun İri Sığortaedənlərlə İş üzrə Departrmentin direktoru vəzifəsinə təyin edilməsi üçün 2009-cu ilin sonlarında Dövlət Sosial Müdafiə Fondunun inzibati binasındakı xidməti otağında üç dəfəyə olmaqla, vahid niyyətlə ümumilikdə külli miqdar təşkil edən 120.000 manat maddi nemət qismində pul vəsaitini özü və ücünçü şəxs üçün istəyib birbaşa yolla şəxsən rüşvət olaraq almasına dair”, ağır hesab edilən həmin cinayət əməlini törətməsindən hazırki vaxta kimi on iki ildən artıq müddətin keçməsi səbəbindən Təqsirləndirilən şəxs qeyd olunan epizod üzrə cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yaranmışdır. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.1-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əməllər (hərəkət və ya hərəkətsizliklər) xarakterindən və ictimai təhlükəlilik dərəcəsindən asılı olaraq böyük ictimai təhlükə törətməyən, az ağır, ağır və xüsusilə ağır cinayətlərə bölünür. Həmin Məcəllənin 15.4-cü maddəsinə əsasən bu Məcəllə ilə qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi on iki ildən artıq olmayan əməllər ağır cinayətlər hesab olunur. Həmin Məcəllənin 75.1.3-cü maddəsinə əsasən ağır cinayətin törədildiyi gündən on iki il keçdikdə, şəxs cinayət məsuliyyətinə cəlb edilə bilməz. Həmin Məcəllənin 75.2-ci maddəsinə əsasən müddətlər, cinayətin törədildiyi gündən ittiham hökmünün qanuni qüvvəyə mindiyi anadək hesablanır. Şəxs yeni cinayət törətdikdə, hər bir cinayətə görə müddət müstəqil hesablanır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 311.3.1, 311.3.2 və 311.3.3-cü maddələrinin sanksiyasından görünür ki, həmin maddədə nəzərdə tutulmuş cinayət əməlini törətmiş şəxs barəsində səkkiz ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Bu isə onu göstərir ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.3.2, 308.2, 311.3.1, 311.3.2 və 311.3.3-cü maddələri ilə çıxarılmış Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-502/2022 saylı, 05 aprel 2022-ci il tarixli ittiham hökmü, Təqsirləndirilən şəxs Şahid1 2009-cu ilin sonlarında külli miqdar təşkil edən 120.000 manatı rüşvət kimi almasına dair epizod üzrə, cinayətin törədildiyi 2009-cu ilin dekabr ayının sonundan etibarən bu günə kimi keçən 12 (iki) il 5 (beş) aya yaxın müddət ərzində qanuni qüvvəyə minmədiyindən, Təqsirləndirilən şəxs tərəfindən törədilmiş, qeyd olunan epizod üzrə cinayət əməli cinayət məsuliyyətinə cəlbetmə müddətinin keçməsi səbəbindən ictimai təhlükəli əhəmiyyətini itirmişdir. İş materiallarında olan, məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi tərəfindən Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-502/2022 saylı, 05 aprel 2022-ci il tarixli ittiham hökmündən verilmiş apellyasiya şikayətindən görünür ki, müdafiəçi apellyasiya şikayətində cinayət əməlinin 2009-cu ilin sonunda törədilməsindən on iki ildən artıq müddətin keçməsini nəzərə alaraq, Bakı Ağır Cinayətlər Məhkəməsinin 05 aprel 2022-ci il tarixli hökmünün dəyişdirilməsini, Təqsirləndirilən şəxs Şahid1 2009-cu ilin sonlarında külli miqdar təşkil edən 120.000 manatı rüşvət kimi almasına dair cinayət əməli üzrə cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyi üçün icraata xitam verilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs də apellyasiya məhkəməsinin iclasında qeyd olunan epizodla bağlı cinayət əməli üzrə cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyi üçün icraata xitam verilməsi barədə qərar qəbul olunmasını xahiş etdi. Həmçinin iş materialları ilə cinayət törətmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 75.3-cü maddəsində nəzərdə tutulmuş - istintaqdan və ya məhkəmədən gizlənməsi, bununla bağlı müddətin axımının dayanması halları müəyyən olunmur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.3-cü maddəsinə əsasən cinayət məsuliyyətinə cəlbetmə müddətləri keçdikdə (cinayət məsuliyyətinə cəlbetmə müddətinin dayandırılması halları istisna edilməklə) cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Həmin Məcəllənin 43.1.2-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində Bu Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Həmin Məcəllənin 43.3-cü maddəsinə əsasən məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 39.1.3, 39.1.12 və 40.2-ci maddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. Həmin Məcəllənin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. Həmin Məcəllənin 398.1.4-cü maddəsinə əsasən apellyasiya şikayətinin və ya apellyasiya protestinin baxışı nəticəsində apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarının dəyişdirilməsi barədə qərar qəbul etməyə haqlıdır. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” Azərbaycan Respkublikasının Ali Məhkəməsinin Plenumunun 30 mart 2006-cı il tarixli Qərarının 2-ci bəndində göstərilmişdir ki, insan hüquqlarinin və əsas azadliqlarin pozulması ilə bağlı məhkəmələr milli qanunvericilik ilə yanaşı Konvensiya müddəalarını da rəhbər tutmalı və bu zaman İnsan hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsinə istinad etməlidirlər. Avropa İnsan Hüquqları Məhkəməsinin “Coeme və başqalarının Belçikaya qarşı” (Coeme and others v. Belgium, §146) işi üzrə qərarında, “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Konvensiyanın “Qanunsuz cəzalandırılmamaq” adlanan 7-ci maddəsi ilə bağlı qeyd edilmişdir ki, cinayət məsuliyyətindən azad etmə müddəti cinayət törətmiş şəxsə əməlin törədilməsindən sonra təyin olunan dövr keçdikdə cinayət təqibinə və ya mühakiməyə məruz qalmamaq üçün verilən hüquq kimi müəyyən edilə bilər. Razılığa gələn Yüksək Tərəflərin daxili hüquq sistemlərinin ümumi cəhəti olan bu müddətlər bir neçə məqsədlərə, o cümlədən hüquqi müəyyənliyin və qətiliyin təmin olunmasına, eləcə də vaxtın keçməsinə görə natamam vəziyyətə düşə bilən sübutlar əsasında məhkəmələrdən qərar qəbul edilməsi tələb edildiyi halda, müdafiə olunanların zərər ala biləcək hüquqlarına yönələn qəsdlərin qarşısının alınmasına xidmət edir. Həmçinin Avropa Məhkəməsi “Kokkinakis Yunanıstana qarşı işində” (23 may 1993cü il) qeyd etmişdir ki, “Konvensiyanın 7-ci maddəsinin 1-ci bəndi təqsirləndirilən şəxsin xeyrinə olmayan qanunun geri qüvvəsinin qadağan olunması ilə məhdudlaşmır, həmçinin, “qanunla nəzərdə tutulmayan cinayət hadisəsi və cəza yoxdur” prinsipini geniş mənada təsdiq edir. Buradan belə nəticəyə gəlmək olar ki, cinayət qanunu geniş mənada analogiya tətbiq etməklə, təqsirləndirilən şəxsin ziyanına tətbiq edilə bilməz”. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi apellyasiya şikayətinin Təqsirləndirilən şəxs Şahid1 2009-cu ilin sonlarında külli miqdar təşkil edən 120.000 manatı rüşvət kimi almasına dair cinayət əməli üzrə cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyi üçün icraata xitam verilməsi barədə dəlilini əsaslı hesab edir. Məhkəmə kollegiyası həmçinin təyin оlunmuş cəzа məsələsini müzаkirə еdərək hesab edir ki, birinci instаnsiyа məhkəməsi tərəfindən məhkum еdilmiş şəхs Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.3.2, 308.2, 311.3.1, 311.3.2 və 311.3.3-cü maddələri ilə düzgün tövsif оlunmuş və оnа cəza təyin edilərkən birinci instаnsiyа məhkəməsi tərəfindən cəza təyin etmənin ümumi prinsiplərini özündə ehtiva edən Azərbaycan Respublikası CM-nin 8.1, 41.2, 58.1, 58.3, 59-cu maddələrinin tələbləri, habelə Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 2003-cü il 25 iyun tarixli 04 saylı qərarının tövsiyyələri, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, o cümlədən vurduğu maddi ziyanı tam olaraq könüllü ödəməsi, əvvəllər məhkum olunmaması, yaradıcılıq fəaliyyəti ilə məşğul olmaqla dəfələrlə təltif olunması kimi cəzаsını yüngülləşdirən hаllаr və cəzаsını аğırlаşdırаn hаllаrın оlmаmаsı, onun şəxsiyyəti, təyin оlunаn cəzаnın şəхsin islаh оlmаsınа və аiləsinin həyаt şərаitinə təsiri, hаbеlə sosial ədalətin bərpası kimi hallar nəzərə alınаraq, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 179.3.2-ci maddəsi ilə Cinayət Məcəlləsinin 46-cı maddəsinə müvafiq olaraq 2 (iki) il dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 6 (altı) il azadlıqdan məhrumetmə cəzası, Cinayət Məcəlləsinin 308.2-ci maddəsi ilə 2 (iki) il dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 4 (dörd) il azadlıqdan məhrumetmə cəzası, Cinayət Məcəlləsinin 311.3.1, 311.3.2 və 311.3.3-cü maddələri ilə Cinayət Məcəlləsinin 46-cı maddəsinə müvafiq olaraq 2 (iki) il dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 8 (səkkiz) il azadlıqdan məhrumetmə cəzası təyin edilməsi, Cinayət Məcəlləsinin 66.3 və 66.4-cü maddəsinə əsasən təyin edilmiş əsas cəzaları əsas cəza ilə, əlavə cəzaları əlavə cəza ilə qismən toplamaq və əlavə cəzanı əsas cəzaya birləşdirmək yolu ilə qəti olaraq 3 (üç) il dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 8 (səkkiz) il 6 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin еdilərkən, təqsirli bilindiyi mаddələrin sаnksiyаsındа nəzərdə tutulmuş aşağı həddə qаnuni və ədаlətli cəzа təyin еdilmişdir. Bеlə ki, Аzərbаycаn Rеspublikаsı Cinayət Məcəlləsinin 179.3.2-ci mаddəsinin sаnksiyаsındа beş ildən on ilədək müddətə azadlıqdan məhrum etmə cəzası, Cinayət Məcəlləsinin 308.2-ci mаddəsinin sаnksiyаsındа üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə cəzası, Cinayət Məcəlləsinin 311.3.1, 311.3.2 və 311.3.3-cü maddələrinin sаnksiyаsındа isə səkkiz ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Bununlа bеlə məhkəmə kоllеgiyаsı hеsаb еdir ki, Təqsirləndirilən şəxs Şahid1 2009cu ilin sonlarında külli miqdar təşkil edən 120.000 manatı rüşvət kimi almasına dair cinayət əməli üzrə cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyi üçün həmin epizod üzrə icraata xitam verilməli olduğundan, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin edilmiş əsas cəzası 8 (səkkiz) il 6 (altı) ay müddətə аzаdlıqdаn məhrum еtmə cəzаsı təqsirli bilindiyi mаddələrin sаnksiyаsı həddində аzаldılа bilər. Məhkəmə kollegiyası həmçinin məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi apellyasiya şikayətinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsini tətbiq edərək Təqsirləndirilən şəxs təyin edilmiş cəzanın şərti hesab edilməsi barədə dəlilinə münasibət bildirərək qeyd edir ki, cinayət əməllərinin xarakteri, ictimai təhlükəlilik dərəcəsi nəzərə alınaraq Təqsirləndirilən şəxs cəza çəkmədən islah olunması mümkün hesab edilə bilməz. Belə ki, məhkəmə kollegiyasi cinayət əməlinin xarakterini, ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq Təqsirləndirilən şəxs cəza çəkmədən islah olunmasını mümkün hesab etmir. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətində sadalanan hallar, o cümlədən vurduğu maddi ziyanı tam olaraq könüllü ödəməsi, əvvəllər məhkum olunmaması, yaradıcılıq fəaliyyəti ilə məşğul olmaqla dəfələrlə təltif olunması kimi cəzаsını yüngülləşdirən hаllаr və cəzаsını аğırlаşdırаn hаllаrın оlmаmаsı Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərdə tutulmuş daha aşağı həddə cəzanın təyin edilməsi, yaxud cəza çəkmədən islah olunması üçün əsas ola bilməz. Qeyd olunanlarla bağlı məhkəmə kollegiyası birinci instansiya məhkəməsi tərəfindən Təqsirləndirilən şəxs sərt cəza təyin edilməsi barədə apellyasya şikayətinin dəlillərini əsassız hesab edir. Bеləliklə, Bakı Аpеllyаsiyа Məhkəməsinin Cinаyət Kоllеgiyаsı məhkəmə istintаqı аpаrmаdan, cinаyət işinin mаtеriаllаrını аrаşdırıb аpеllyаsiyа şikаyətinin dəlillərini müzаkirə еdərək, аpеllyаsiyа şikayətinin təmin edilməsinə dair məhkum еdilmiş şəхsin və оnun müdаfiəçisinin, məhkəmə hökmün bir epizod üzrə cinаyət məsuliyyətinə cəlbetmə müddətinin keçməsi səbəbindən dəyişdirilməsini məhkəmənin mülahizəsinə buraxması, təyin edilmiş cəzanın isə dəyişdirilməməsi barədə dövlət ittihamçısının çıxışını dinləyib hеsаb еdir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.3.2, 308.2, 311.3.1, 311.3.2 və 311.3.3-cü maddələri ilə təqsirli bilinərək məhkum olunmasına dair Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-502/2022 saylı, 05 aprel 2022-ci il tarixli hökmü məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən dəyişdiriİərək, həmin hökm üzrə “Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Aparatının rəhbəri vəzifəsində işləyərkən həmin müddətdə qeyrisi ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında kadr məsələləri ilə bağlı xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar hərəkətə (hərəkətsizliyə) görə, xidmət üzrə ümumi himayədarlıq və laqeydlik müqabilində Şahid1 Dövlət Sosial Müdafiə Fondunun İri Sığortaedənlərlə İş üzrə Departamentin direktoru vəzifəsinə təyin edilməsi üçün 2009-cu ilin sonlarında Dövlət Sosial Müdafiə Fondunun inzibati binasındakı xidməti otağında üç dəfəyə olmaqla, vahid niyyətlə ümumilikdə külli miqdar təşkil edən 120.000 manat maddi nemət qismində pul vəsaitini özü və ücünçü şəxs üçün istəyib birbaşa yolla şəxsən rüşvət olaraq almasına dair” epizodla bağlı cinayət təqibinə Azərbaycan Respublikası Cinаyət-Prоsеssuаl Məcəlləsinin 39.1.3-cü maddəsinə əsasən cinayət məsuliyyətinə cəlbetmə müddəti keçdiyinə görə xitam verilməli, həmin hökmlə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.3.2, 308.2, 311.3.1, 311.3.2 və 311.3.3-cü maddələri ilə, Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin edilmiş 8 (səkkiz) il 6 (altı) ay müddətə аzаdlıqdаn məhrum еtmə ilə bağlı əsas cəza 8 (səkkiz) il 3 (üç) aya endirilməli, Təqsirləndirilən şəxs üzərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.3.2, 308.2, 311.3.1, 311.3.2 və 311.3.3-cü maddələri ilə, Cinayət Məcəlləsinin 66.3 və 66.4-cü maddəsinə əsasən, əsas cəzaları əsas cəza ilə, əlavə cəzaları əlavə cəza ilə qismən toplamaq və əlavə cəzanı əsas cəzaya birləşdirmək yolu ilə qəti olaraq təyin edilmiş 3 (üç) il dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 8 (səkkiz) il 3 (üç) ay müddətə azadlıqdan məhrumetmə cəzası saxlanılmalı, hökm apellyasiya şikаyətinə əsаsən qаlаn hissədə dəyişdirilmədən sахlаnılmаlıdır. Məhkəmə kоllеgiyаsı еyni zаmаndа hеsаb еdir ki ibtidаi аrаşdırmа zаmаnı, həmçinin аçıq, qərəzsiz, оbyеktiv və ədаlət mühаkiməsinin bаşqа prinsiplərinə əməl еdilməklə kеçirilmiş məhkəmə istintаqındа məhkum еdilmiş şəхs Təqsirləndirilən şəxs оğlunun müdаfiə hüququ, həm də Аzərbаycаn Rеspublikаsının Kоnstitusiyаsındа, bеynəlхаlq müqаvilələrdə və Аzərbаycаn Rеspublikаsının Cinаyət-Prоsеssuаl Qаnunvеriciliyində, о cümlədən CPM-nin 91-ci mаddəsində nəzərdə tutulmuş digər hüquqlаrı tаm həcmdə təmin еdilmiş və məhkəmə bахışı zаmаnı hər hаnsı kоbud prоsеssuаl qаnun pоzuntusunа yоl vеrilməmişdir. Şərh еdilənlərə əsаsən və Аzərbаycаn Rеspublikаsı Cinаyət-Prоsеssuаl Məcəlləsinin 397, 398.1.4, 399.1.5, 405.1.1, 407 və 410-cu mаddələrinin tələblərini rəhbər tutаrаq məhkəmə kоllеgiyаsı Qərаrа аldı: Məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs müdafiəçisi, “MBM” Vəkil Bürosunun vəkili Müdafiəçi apellyasiya şikayəti qismən təmin edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.3.2, 308.2, 311.3.1, 311.3.2 və 311.3.3-cü maddələri ilə təqsirli bilinərək məhkum olunmasına dair Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-502/2022 saylı, 05 aprel 2022-ci il tarixli hökmü məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən dəyişdiriİsin: Həmin hökm üzrə “Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Aparatının rəhbəri vəzifəsində işləyərkən həmin müddətdə qeyrisi ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında kadr məsələləri ilə bağlı xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar hərəkətə (hərəkətsizliyə) görə, xidmət üzrə ümumi himayədarlıq və laqeydlik müqabilində Şahid1 Dövlət Sosial Müdafiə Fondunun İri Sığortaedənlərlə İş üzrə Departamentin direktoru vəzifəsinə təyin edilməsi üçün 2009-cu ilin sonlarında Dövlət Sosial Müdafiə Fondunun inzibati binasındakı xidməti otağında üç dəfəyə olmaqla, vahid niyyətlə ümumilikdə külli miqdar təşkil edən 120.000 manat maddi nemət qismində pul vəsaitini özü və ücünçü şəxs üçün istəyib birbaşa yolla şəxsən rüşvət olaraq almasına dair” epizodla bağlı cinayət təqibinə Azərbaycan Respublikası Cinаyət- Prоsеssuаl Məcəlləsinin 39.1.3-cü maddəsinə əsasən cinayət məsuliyyətinə cəlbetmə müddəti keçdiyinə görə xitam verilsin. Hökmlə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.3.2, 308.2, 311.3.1, 311.3.2 və 311.3.3-cü maddələri ilə, Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin edilmiş 8 (səkkiz) il 6 (altı) ay müddətə аzаdlıqdаn məhrum еtmə ilə bağlı əsas cəza 8 (səkkiz) il 3 (üç) aya endirilsin. Təqsirləndirilən şəxs üzərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.3.2, 308.2, 311.3.1, 311.3.2 və 311.3.3-cü maddələri ilə, Cinayət Məcəlləsinin 66.3 və 66.4-cü maddəsinə əsasən, əsas cəzaları əsas cəza ilə, əlavə cəzaları əlavə cəza ilə qismən toplamaq və əlavə cəzanı əsas cəzaya birləşdirmək yolu ilə qəti olaraq təyin edilmiş 3 (üç) il dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 8 (səkkiz) il 3 (üç) ay müddətə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Hökm məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi apellyasiya şikayətinə əsasən qalan hissədə dəyişdirilməsin. Qərar qəbul edildiyi andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası CPM-nin 410-cu maddəsində nəzərdə tutulmuş müddətdə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər. Sədrlik еdən: Zəki Bаbаyеv Hаkimlər: Ziya Şirinov İbrahim İbrahimli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar