Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(103)-107/2024 26.04.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məmmədov Habil Çingiz oğlunun sədrliyi və məruzəsi ilə, X9 və X1 ibarət tərkibdə, məhkəmə iclas katibi X10, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarənin apellyasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı4, məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs2 və onun müdafiəçisi “Femida” Vəkil Bürosunun vəkili Müdafiəçi6 iştirakları ilə, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə məhkum olunmasına dair Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-1668/2021 saylı, 04 noyabr 2021-ci il tarixli hökmündən məhkum olunmuş Təqsirləndirilən şəxs2 müdafiəçisi Müdafiəçi2 tərəfindən verilmiş apellyasiya şikayətinə apellyasiya icraatı qaydasında, Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında (Bakı şəhəri, Az1073, Zahid Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-1668/2021 saylı, 04 noyabr 2021-ci il tarixli hökmü ilə (hakimlər X16 (sədrlik edən və məruzəçi hakim), X19, X17) xx xxx 1996-cı il tarixdə Quba rayonu, Qələdüz kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməmiş, əvvəllər məhkum olunmamış, Quba rayonu, Qırmızı Sloboda qəsəbəsi, Dağlı kəndində qeydiyyatda olmaqla Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Kirov küçəsi, nömrəsiz fərdi evdə yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinməsi və ona 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, Təqsirləndirilən şəxs2 18 iyun 2021-ci il tarixdən 19 iyun 2021-ci il tarixə kimi həbsdə saxlanıldığı 1 (bir) gün müddətin təyin edilmiş cəzadan çıxılaraq ona qəti olaraq 4 (dörd) il 11 (on bir) ay 29 (iyirmi doqquz) gün müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, Təqsirləndirilən şəxs2 ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, həbsdə saxlanıldığı müddətin cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin başlanğıcının həbs edildiyi 5 oktyabr 2021-ci il tarixdən hesablanması, Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinin tələbinə əsasən Təqsirləndirilən şəxs2 barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilərək ona narkomaniyadan məcburi müalicə təyin edilməsi və ərazi üzrə narkoloji dispanserində qeydiyyata alınması hökm edilmişdir. Hökmlə həmçinin, maddi sübutlar və məhkəmə məsrəfləri məsələləri də həll edilmişdir. Hökmlə həmçinin Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib məhkum edilmişdir. İşin halları: Birinci instansiya məhkəməsinin hökmü ilə Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinərək məhkum edilmişdir ona görə ki, o, qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni və şəxsi istehlak miqdarından artıq miqdarda psixotrop maddəni əldə edib üzərində daşıyaraq saxlamışdır. Belə ki, o, tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək qanunsuz olaraq istintaqa məlum olmayan mənbədən və istintaqa məlum olmayan vaxtda külli miqdarda 2,945 qram çəkidə narkotik vasitə olan heroini və 1,781 qram çəkidə psixotrop maddə olan metafetamini satışı məqsədi əldə edərək üzərilərində saxlamaqla daşımış, 18 iyun 2021-ci il tarixdə saat 3:30 radələrində Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Bakavtomat yolunda Təqsirləndirilən şəxs1 baş etibarnamə əsasında idarə etdiyi “Volkswagen” markalı **-TD-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobildə olan zaman Daxili İşlər Nazirliyinin X34 Alayının 11-ci Patrul Bölüyünün əməkdaşları tərəfindən saxlanılaraq Bakı şəhəri Xəzər Rayon Polis İdarəsinin 3-cü Polis Bölməsinə gətirilmiş və həmin gün saat 4:10 radələrində Bakı şəhəri Xəzər Rayon Polis İdarəsinin 3-cü Polis Bölməsinin inzibati binasında xidməti otaqların birində videoçəkilişlə üzərinə keçirilən şəxsi axtarış zamanı əynində olan qırmızı rəngli gödəkcəsinin sol qolunun alt hissəsində gizlətdiyi “Rotmans” siqaret qutusunun içindəki külli miqdarda 6 ədəd bükümdə hər birinin ayrı-ayrılıqda təmiz çəkisi 0,942 qram, 0,283 qram, 0,345 qram, 0,363 qram, 0,327 qram və 0,685 qram olmaqla ümumi təmiz çəkisi 2,945 qram olan qəhvəyi rəngli tozşəkilli maddə olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin və 4 ədəd sellofan bükümdə hər birinin ayrıayrılıqda təmiz çəkisi 0,492 qram, 0,387 qram, 0,354 qram və 0,548 qram olmaqla ümumi təmiz çəkisi 1,781 qram ağ rəngli kristalşəkilli maddə olan kustar üsulla hazırlanmış psixotrop maddə metafetamin aşkar edilərək götürülmüşdür. Apellyasiya şikayətinin dəlilləri: Həmin hökmdən məhkum edilmiş Təqsirləndirilən şəxs2 müdafiəçisi Müdafiəçi2 apellyasiya şikayəti verərək, hökmlə razı olmadığını, məhkum edilmiş Təqsirləndirilən şəxs2 əməlinə düzgün hüquqi qiymət verilmədiyini qeyd edib, Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-1668/2021 saylı, 04 noyabr 2021-ci il tarixli hökmünün dəyişdirilməsini, Təqsirləndirilən şəxs2 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə cinayət təqibi aparılmasına xitam verilməsi və əməllərinin Cinayət Məcəlləsinin 29, 234.1-ci maddəsi ilə tövsif edilərək ona həmin maddənin sanksiyası çərçivəsində azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan cəza təyin edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Təqsirləndirilən şəxs2 ifadəsinə əsasən o, həbs olunana qədər bir ildir ki, narkotik vasitə olan heroini müxtəlif yerlərdən tanımadığı şəxslərdən alıb istifadə (qəbul) edirmiş. Səyavuşu bir aydır ki tanıyırmış, ondan bir neçə dəfə 10 və ya 20 manata «kokos» adlandırılan narkotik vasitəni alırmış. 18 iyun 2021-ci il tarixdə saat 03 radələrində o, ağırları olduğundan narkotik vasitəni qəbul etmək istədiyi üçün Səyavuşa zəng vuraraq siqaret istəmiş, Səyavuş isə yaşadığı evə gələrək özünə məxsus «Volkswagen» markalı avtomobili ilə onu evindən götürmüşdür. Binə qəsəbəsində avtomobili bir yerdə saxlamış və narkotik vasitəni qəbul etmək üçün hazırlamağa başlamışdır. Saat 03:30 radələrində isə polis əməkdaşlarının onlara tərəf gəldiyini görəndə Səyavuş özündə olan narkotik vasitələrini ona vermişdir ki, qadın olduğundan ondan şübhələnməsinlər. O da narkotik vasitəni götürmüşdür. Polis bölməsinə aparılanda isə həmin narkotik vasitələrini polis əməkdaşlarına təhvil vermiş və işin faktiki halları barədə səmimi ifadə vermişdir. Təqsirləndirilən şəxs2 məhkəmə istintaqı zamanı eyni zamanda bildirmişdir ki, o, polis əməkdaşlarını görüb özünü itirdiyi üçün özündən asılı olmayaraq Səyavuşdan narkotik vasitələri götürmüş, çünki çox qorxmuşdur. Onun məqsədi narkotik vasitənin yalnız qəbul etməkdən ibarət olmuşdur. Külli miqdarda narkotik vasitələri almaq üçün isə onun pulu olmamışdır. Təqsirləndirilən şəxs1 ona verdiyi narkotik vasitələrinin miqdarı barədə məlumatlı deyildi. Şahid qismində dindirilmiş polis əməkdaşları da Təqsirləndirilən şəxs2 ifadəsinə uyğun ifadə vermişlər. Cinayət işin materiallarından göründüyü kimi Təqsirləndirilən şəxs2 barəsində narkotik vasitələri ilə bağlı hər hansı əməliyyat məlumatı olmamışdır. Cinayət işi üzrə Təqsirləndirilən şəxs2 digər Təqsirləndirilən şəxs1 ilə qabaqcadan hər hansı əlbirliyi faktiki olaraq müəyyən olunmamışdır. Göründüyü kimi Təqsirləndirilən şəxs2 əməllərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət tərkibi mövcud deyil. Narkotik vasitələri X2 məxsus olduğu halda isə Təqsirləndirilən şəxs2 irəli sürülmüş ittihamdan eyni zamanda Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi də xaric edilməlidir. Çünki Təqsirləndirilən şəxs2 yeganə niyyəti və məqsədi narkotik vasitənin bir doza həcmdə qəbul etməkdən ibarət olmuş, həmin niyyətini isə özündən asılı olmayan səbəblərə görə başa çatdıra bilməmiş, külli miqdarda narkotik vasitələrini almaq niyyəti isə olmamışdır. Bununla yanaşı aşağıdakı halları da diqqətə çatdırır ki, Təqsirləndirilən şəxs2 uzun müddət ərzində asma xəstəliyindən əziyyət çəkir, daimi müalicəyə və həkim nəzarətinə ehtiyacı vardır. Bakı İstintaq Təcridxanasında da bir neçə dəfə xəstəlyinin kəskin pisləşməsi nəticəsində nəfəs almaqda ciddi problemləri yaşamışdır. Ailə tərkibindən yeganə qohumu bir anası vardır ki, ona da maddi və mənəvi dayaq göstəriləsi başqa heç kəsi yoxdur. Təqsirləndirilən şəxs2 barəsində azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsi iki nəfərin həyatında faktiki olaraq faciənin yaşamasına səbəb olur. Hesab edir ki, Təqsirləndirilən şəxs2 cəmiyyətdən təcrid edilmədən də islah olunması mümkündür və ona şans verilməlidir ki, o, məcburi müalicəni keçəndən sonra həyatında müsbət dönüş yaratsın. Digər məhkum edilmiş şəxs tərəfindən apellyasiya şikayəti və dövlət ittihamçısı tərəfindən apellyasiya protesti verilməmişdir. Apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin 1(103)-408/2022 saylı, 6 aprel 2022-ci il tarixli hökmü ilə (hakimlər Abdulov Rəşad Məhərrəm oğlunun sədrliyi və məruzəsi ilə, Hüseyn Cavid Vaqif oğlu və X11 ibarət tərkibdə) Təqsirləndirilən şəxs2 müdafiəçisi tərəfindən verilmiş apelyasiya şikayəti qismən təmin edilmiş Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-1668/2021 saylı, 04 noyabr 2021ci il tarixli hökmü ləğv edilmiş və yeni hökm çıxarılmışdır. Bakı Apellyasiya Məhkəməsinin 1(103)-408/2022 saylı, 6 aprel 2022-ci il tarixli hökmündən dövlət ittihamçısı tərəfindən kassasiya protesti verilmiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin 1(102)-1749/2023 saylı, 20 sentyabr 2023-cü il tarixli qərarı ilə (hakimlər: Şahin Yusifov (sədrlik edən), Nazim Mövsümov və İlkin Rəcəbov) Bakı Apellyasiya Məhkəməsinin 1(103)- 408/2022 saylı, 6 aprel 2022-ci il tarixli hökmü ləğv edilmiş və cinayət işi apelyasiya instansiyası məhkəməsinin yeni baxışına təyin edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 1(103)-694/2023 saylı, 02 may 2023-cü il tarixli hökmü ilə (hakimlər: Ziya Şirinov (sədrlik edən), İbrahim İbrahimli və Həsən Əhmədov) Təqsirləndirilən şəxs2 müdafiəçisi tərəfindən verilmiş apelyasiya şikayəti qismən təmin edilmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-1668/2021 saylı, 04 noyabr 2021-ci il tarixli hökmü ləğv edilmiş və yeni hökm çıxarılmışdır. Bakı Apellyasiya Məhkəməsinin 1(103)-694/2023 saylı, 02 may 2023-cü il tarixli hökmündən dövlət ittihamçısı tərəfindən kassasiya protesti və məhkum X5 tərəfindən kassasiya şikayəti verilmiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin 1(102)-1749/2023 saylı, 20 sentyabr 2023-cü il tarixli qərarı ilə (hakimlər X15 (sədrlik edən və məruzəçi), X25 və X6 ibarət tərkibdə) kassasiya şikayəti təmin edilməmiş, kassasiya pprotesti qismən təmin edilmiş və Bakı Apellyasiya Məhkəməsinin 1(103)-694/2023 saylı, 02 may 2023-cü il tarixli hökmü məhkum Təqsirləndirilən şəxs2 aid hissədə ləğv edilmiş və cinayət işi həmin hissədə apelyasiya instansiyası məhkəməsinin yeni baxışına təyin edilmişdir. Proses iştirakçılarının çıxışları: Məhkəmə iclasında iştirak edən məhkum edilmiş Təqsirləndirilən şəxs2 və onun müdafiəçisi Müdafiəçi6 tərəflərindən verilmiş apellyasiya şikayətini müdafiə edərək, onun dəlillərinə uyğun qaydada çıxış edib, məhkəmə kollegiyasından Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)- 1668/2021 saylı, 04 noyabr 2021-ci il tarixli hökmünün dəyişdirilməsini, Təqsirləndirilən şəxs2 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə cinayət təqibi aparılmasına xitam verilməsi və əməlinin Cinayət Məcəlləsinin 29, 234.1-ci maddəsi ilə tövsif edilərək ona həmin maddənin sanksiyası çərçivəsində azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan cəza təyin edilməsini xahiş etdilər. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarənin apellyasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı4 məhkum edilmiş Təqsirləndirilən şəxs2 müdafiəçisi Müdafiəçi2 apellyasiya şikayətinin dəlillərinin əsassız olduğunu, onun apellyasiya şikayətinin təmin edilməsi üçün əsasların olmadığını bildirərək, məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi. İşin hüquqi məsələləri: Apellyasiya şikayətinin dəlilləri ilə əlaqədar оlaraq məhkəmə kоllegiyası qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 397.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin nоrmalarının tətbiq edilməsinin düzgünlüyünü yохlayır. Həmin Məcəllənin 397.2-ci maddəsində göstərilir ki, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya prоtestinin hüdudlarında yохlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin nоrmalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya prоtestinin dəlillərindən asılı оlmayaraq yохlanılır. Qeyd edilən prosessual normaların mənasına görə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılmalıdır. Başqa sözlə, işin faktiki halları yalnız apellyasiya tələbi ilə bağlı olan hissədə yəni apellyasiya tələbinin təsdiq və ya təkzib edilməsi zərurəti ilə əlaqədar yoxlanılır. Burada işin faktiki halları dedikdə, konkret cinayət əməli üzrə sübut edilməli olan və məhkəmənin hökmünün və ya başqa qərarının qəbul edilməsi üçün mühüm əhəmiyyət kəsb edən xüsusatların məcmusu başa düşülməlidir. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununun və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılması o deməkdir ki, hökmün və ya qərarın qanuni və əsaslı olmasını yoxlayarkən apellyasiya instansiya məhkəməsi qanunla müəyyən edilmiş hüquqları həddində apellyasiya şikayəti və apellyasiya protestində göstərilib-göstərilməməsindən asılı olmayaraq, birinci instansiya məhkəməsinin tətbiq etdiyi cinayət və cinayət-prosessual hüquq normalarının, habelə bu normalarla bağlı olaraq başqa hüquq sahələrinə aid normaların düzgün tətbiq edilib edilməməsini yoxlamalıdır. Başqa sözlə apellyasiya instansiya məhkəməsi məhkəmə baxışı zamanı hüquq məsələsini hər bir halda və tam həcmdə yoxlamalıdır. Həmçinin Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenimunun 12 may 2009-cu il tarixli Qərarına əsasən a) apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən cinayət və cinayət-prosessual qanunvericiliyinin normalarına riayət edilməsini hər bir halda, o cümlədən müvafiq olaraq apellyasiya şikayətinin və ya protestinin dəlillərində bu barədə tələb irəli sürülməsə də yoxlamalıdır; b) cinayət və cinayət-prosessual qanunvericiliyinin normalarına riayət edilməsinin yoxlanılmasından sonra Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 403-405-ci maddələrində nəzərdə tutulmuş hallar və səbəblər müəyyən edildikdə: - apellyasiya icraatı məhkum edilmiş və ya bəraət almış şəxsin və ya onun müdafiəçisinin verdiyi apellyasiya şikayəti və yaxud mahiyyətcə həmin şəxslərdən hər hansı birinin xeyrinə dövlət ittihamçısının verdiyi apellyasiya protesti üzrə keçirilərsə, apellyasiya instansiyası məhkəməsi göstərilən şəxsin vəziyyətini yaxşılaşdırmaqla birinci instansiya məhkəməsinin yekun qərarını dəyişdirə və ya ləğv edərək yeni qərar qəbul edə bilər; - apellyasiya icraatı mahiyyətcə məhkum edilmiş və ya bəraət almış şəxsin ziyanına dövlət ittihamçısının verdiyi apellyasiya protesti və ya xüsusi ittihamçının verdiyi apellyasiya şikayəti üzrə keçirilərsə, apellyasiya instansiyası məhkəməsi apellyasiya müraciətinin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin yekun qərarını məhkum edilmiş və ya bəraət almış şəxsin vəziyyətini ağırlaşdırmaqla da dəyişdirə və ya ləğv edərək yeni qərar qəbul edə bilər; lakin bunun üçün əsas apellyasiya müraciətinin dəlillərində göstərilməmişdirsə, qərar işə baxan apellyasiya instansiyası məhkəməsinin bütün hakimləri tərəfindən yalnız yekdilliklə qəbul oluna bilər. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndinə əsasən isə məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Həmçinin Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 8-ci maddəsinə görə cinayət mühakimə icraatının vəzifələri - cinayətləri tezliklə açmaq, cinayət təqibi ilə bağlı bütün halları hərtərəfli, tam və obyektiv araşdırmaq; cinayət törətmiş şəxsləri ifşa və cinayət məsuliyyətinə cəlb etmək; cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirməkdən ibarətdir. Bakı Apellyasiya Məhkəməsinin 1(103)-694/2023 saylı, 02 may 2023-cü il tarixli hökmü ilə (hakimlər X12 (sədrlik edən, məruzəçi hakim), X18 və X3 ibarət tərkib) məhkum edilmiş Təqsirləndirilən şəxs2 Müdafiəçi2 tərəfindən verilmiş apellyasiya şikayətinin qismən təmin edilməsi, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə məhkum olunmalarına dair Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-1668/2021 saylı, 04 noyabr 2021-ci il tarixli hökmünün ləğv edilməsi və yeni hökm çıxarılması, Təqsirləndirilən şəxs2 əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1-ci maddəsinin tərkibi olmadığından Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1-ci maddəsi ilə bəraət verilməsi, Təqsirləndirilən şəxs2 təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş əməlin həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif edilməsi, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib ona 01 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməsi, Təqsirləndirilən şəxs2 18 iyun 2021-ci il tarixdən 19 iyun 2021-ci il tarixə kimi həbsdə saxlanıldığı 1 (bir) gün müddət təyin edilmiş cəzadan çıxılaraq ona qəti olaraq 01 (bir) il 05 (beş) ay 29 (iyirmi doqquz) gün müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməsi, “8 Noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarının 4, 9.2 və 9.3-cü bəndləri tətbiq olunması və Təqsirləndirilən şəxs2 təyin edilmiş 01 (bir) il 05 (beş) ay 29 (iyirmi doqquz) gün müddətinə azadlıqdan məhrumetmə cəzasının 06 (altı) ay azaldılmaqla, üzərində qəti olaraq 11 (on bir) ay 29 (iyirmi doqquz) gün müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılması, Təqsirləndirilən şəxs2 həbsdə saxlanıldığı müddət hazırda təyin edilmiş cəza müddətinə hesablanmaqla cəzasını çəkmiş hesab edilməsi, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinin tələbinə əsasən Təqsirləndirilən şəxs2 barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilərək ona narkomaniyadan məcburi müalicə təyin edilməsi və ərazi üzrə narkoloji dispanserində qeydiyyata alınması; Təqsirləndirilən şəxs1 əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1ci maddəsinin tərkibi olmadığından Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1-ci maddəsi ilə bəraət verilməsi, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib ona 05 (beş) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, Təqsirləndirilən şəxs1 ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanın ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, Təqsirləndirilən şəxs1 tutulduğu və həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu 18 iyun 2021-ci il tarixdən hesablanması, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinin tələbinə əsasən Təqsirləndirilən şəxs1 barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilərək ona narkomaniyadan məcburi müalicə təyin edilməsi və ərazi üzrə narkoloji dispanserində qeydiyyata alınması hökm edilmiş, həmçinin hökmlə maddi sübutlar və məhkəmə məsrəfləri məsələləri də həll edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 1(103)-694/2023 saylı, 02 may 2023-cü il tarixli hökmündən narazı qalan Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya instansiyası məhkəmələrində Dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı3 tərəfindən kassasiya protesti, məhkum Təqsirləndirilən şəxs1 tərəfindən kassasiya şikayəti verilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 1(102)-1749/2023 saylı, 20 sentyabr 2023-cü il tarixli qərarı ilə kassasiya şikayəti təmin edilməmiş, kassasiya protesti qismən təmin edilmiş, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində Bakı Apellyasiya Məhkəməsinin 1(103)- 694/2023 saylı, 02 may 2023-cü il tarixli hökmü məhkum Təqsirləndirilən şəxs2 aid hissədə ləğv edilmiş, cinayət işi həmin hissədə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə yeni məhkəmə baxışına təyin edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 1(102)-1749/2023 saylı, 20 sentyabr 2023-cü il tarixli qərarında qeyd etmişdir ki, işin mübahisəsiz halı ondan ibarətdir ki, Təqsirləndirilən şəxs2 aşkar edilmiş narkotik vasitələr Təqsirləndirilən şəxs1 məxsus olmuş və polis işçiləri tərəfindən saxlanma təhlükəsi ilə əlaqədar olaraq həmin narkotik vasitələri cinayət məsuliyyətindən yayınmaq məqsədi ilə Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs2 gizlətmək məqsədi ilə vermişdir. Belə olan halda, satış məqsədilə narkotik vasitələri əldə etmiş və bir hissəsini Təqsirləndirilən şəxs2 satmış Təqsirləndirilən şəxs1 törətmiş olduğu cinayət əməli başa çatmış olmuşdur. Polis işçilərini gördükdən sonra Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 hərəkətləri törədilmiş ağır cinayət əməlinin gizlədilməsinə və Təqsirləndirilən şəxs1 məsuliyyətdən yayındırılmasına yönəlmişdir. Ona görə də məhkəmə kollegiyası hesab etmişdir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 hərəkətlərində satış məqsədi ilə qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən narkotik vasitələrin əldə edilməsinə görə cinayət məsuliyyətini nəzərdə tutan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1-ci maddəsinin tərkib əlamətləri yoxdur və Təqsirləndirilən şəxs1 ittihamından həmin maddə xaric edilməli idi və apellyasiya instansiya məhkəməsinin hökmü həmin hissədə əsaslı hesab edilməlidir. Eyni zamanda məhkəmə kollegiyası qeyd etmişdir ki, Təqsirləndirilən şəxs2 Təqsirləndirilən şəxs1 əldə etdiyi narkotik vasitələrini sonuncunun törətmiş olduğu cinayəti qizlətmək məqsədilə eldə etməsi və üzərində saxlaması işin mübahisəsiz halıdır. Belə ki, Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olan bir qrup şəxs halında Təqsirləndirilən şəxs1 ilə birlikdə satış məqsədi ilə narkotik vasitələrin əldə edilməsində, saxlanmasında və ya daşınmasında iştirak etməsə də, ağır cinayət törətmiş Təqsirləndirilən şəxs1 cinayət məsuliyyətindən yayınması məqsədi ilə maddi sübutlar olan külli miqdarda 6 ədəd bükümdə hər birinin ayrı-ayrılıqda təmiz çəkisi 0,942 qram, 0,283 qram,0,345 qram, 0,363 qram, 0,327 qram və 0,685 qram olmaqla ümumi təmiz çəkisi 2,945 qram olan qəhvəyi rəngli tozşəkilli maddə olan kustar üsulla hazırlanmış narkotik vasitə heroini gizlətmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 307-ci maddəsində “Cinayət barəsində xəbər verməmə və ya qabaqcadan vəd etmədən cinayəti gizlətmə”yə görə cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 307.2-ci maddəsində “Qabaqcadan vəd etmədən ağır cinayəti gizlətmə”yə görə cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiya məhkəməsi Təqsirləndirilən şəxs2 əməlini Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif edərkən, həmçinin, əməlində Cinayət Məcəlləsinin 307.2-ci maddəsində nəzərdə tutulan cinayətin tərkib əlamətlərinin olubolmamasını araşdırmamış və düzgün hüquqi qiymət verməmişdir. Göründüyü kimi kassasiya instansiyasının qərarı ilə Təqsirləndirilən şəxs1 Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə məhkum edilməsinə və Cinayət Məcəlləsinin 234.4.1-ci maddəsi ilə bəraət almasına dair Bakı Apellyasiya Məhkəməsinin 1(103)-694/2023 saylı, 02 may 2023-cü il tarixli hökmü qismən qüvvədə saxlanılmış, yalnız digər məhkum edilmiş Təqsirləndirilən şəxs2 aid hissədə hökm ləğv edilmiş və həmin hissədə yeni apellyasiya baxışına qaytarılmışdır. Ona görə apellyasiya məhkəməsinin indiki halda baxış predmeti Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-1668/2021 saylı, 04 noyabr 2021-ci il tarixli hökmünün Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə məhkum olunmasına dair hissəsidir. Bundan başqa qeyd edilməlidir ki, Təqsirləndirilən şəxs1 Cinayət Məcəlləsinin 234.4.1-ci maddəsi ilə bəraət verilməsi barədə hökm qanuni qüvvəyə mindiyi üçün hazırki apellyasiya baxışında Təqsirləndirilən şəxs2 Cinayət Məcəlləsinin 234.4.1-ci maddəsi ilə, yəni Təqsirləndirilən şəxs1 ilə əlbir olması barədə nəticəyə gəlinməsi istisna olunur. Ali Məhkəmənin iş üzrə sonuncu qərarında Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1-ci maddəsi ilə bəraət alması və əməlin 234.4.3-cü maddəsindən 234.1-ci maddəyə tövsif edilməsi barədə apellyasiya məhkəməsinin mövqeyi ilə razılaşmış, yalnız əməldə Cinayət Məcəlləsinin 307.2-ci maddəsinin tərkib əlamətlərinin olub-olmamasının yoxlanılmaması qeyd olunmuşdur. Odur ki, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs2 Cinayət Məcəlləsinin 307.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməllərinin törətməsini müəyyən etmək məqsədilə məhkəmə baxışını qismən məhkəmə istintaqı ilə keçirməklə, cinayət işinin materiallarını tam, hərtərəfli araşdırıb, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, Azərbaycan Respublikası Ali Məhkəmənin sadalanan mövqeyini araşdırıb hesab edir ki, Təqsirləndirilən şəxs2 müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, Bakı Ağır Cinayətlər Məhkəməsinin Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə məhkum olunmasına dair 1(101)-1668/2021 saylı, 04 noyabr 2021-ci il tarixli hökmü ona aid hissədə ləğv edilməli və yeni hökm çıxarılmalı, Təqsirləndirilən şəxs2 əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1-ci maddəsinin tərkibi olmadığından ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1-ci maddəsi ilə bəraət verilməli, Təqsirləndirilən şəxs2 təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş əməli həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif edilməlidir. Hazırda qismən məhkəmə istintaqı ilə keçirilən apellyasiya baxışı zamanı dindirilmiş məhkum olunmuş Təqsirləndirilən şəxs2 əvvəlki apellyasiya icraatı zamanı verdiyi ifadəsini təsdiq edərək bildirmişdir ki, o, axşam siqaret almağa dükana getmişdir. Səyavuş ilə eyni yerdə qaldıqları üçün onun maşını ilə geri qayıdırdılar. Həmin vaxt polislər onları saxladı, o anda Səyavuş siqaret paçkasını ona verib saxlamağını istədi. Polislər ondan onun nə olduğunu soruşanda demişdir ki, siqaretdir. Daha sonra suallara cavab olaraq məhkum olunmuş Təqsirləndirilən şəxs2 bildirmişdir ki, polis əməkdaşları dedilər ki, onlardan şübhələndikləri üçün saxlayıblar. Maşını Səyavuş sürürdü. Maşını hərəkət halında olarkən saxlayıblar. Səyavuş ona demişdir ki, paketi götürsün, ondan şübhələnməzlər. O da qorxub özünü itirdiyi üçün paketi alıb köynəyin qoluna salmışdır. Həmin anı polis əməkdaşları görmüşlər. Həmin vaxt maşında narkotik vasitə istifadə etməmişlər. Səvayuş ona paketdə nə olduğunu deməmişdir. Polislər onları saxlayıb maşından düşməklərini bildirən anda Səyavuş ona paketi verib demişdir ki, saxlasın, ondan şübhələnməzlər. Əvvəllər narkotik istifadə etmişdir. Səyavuşla eyni kənddə, qonşu məhəllələrdə qalmışlar. O, həmin paketin içində o qədər narkotik vasitə olduğunu bilsəydi, paketi götürməzdi. Polislər onları saxlamaq istədiyi anda maşınla artıq hərəkətə başlayırdılar. Səvayuşun ona verdiyi paketdə narkotik vasitə olduğunu bilirdi. Lakin bu qədər çox miqdarda olduğunu bilmirdi. Bilsəydi, paketi götürməzdi. Polis əməkdaşları onların maşında narkotik vasitə qəbul etdiklərindən şübhələndikləri üçün saxlamışlar. Məhkəmə istintaqı ilə keçirilən apellyasiya baxışı zamanı dindirilmiş digər məhkum edilmiş Təqsirləndirilən şəxs1 ifadəsində bildirmişdir ki, gecə saat 03 radələrində dükandan siqaret alıb Gülnurla birlikdə maşınla evə qayıdırdılar. Polislərin onların saxladıqlarını görüb içərisində narkotik olan paketi Gülnura verdi ki, polislər ondan şübhələnməz. Daha sonra suallara cavab olaraq Təqsirləndirilən şəxs1 ifadəsində bildirmişdir ki, paketdə narkotik vasitə olduğunu Gülnur bilmirdi. Heyfi gəldiyi üçün paketi başqa yerə atmadı, Gülnura verdi ki, saxlasın. Birinci instansiya məhkəməsində məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, 18 iyun 2021-ci il tarixdə 3:30 radələrində 9644 çağırış avtopatrul ilə Qala-Binə yolunda Bakavtomat yolu deyilən ərazidə xidmət aparan zaman dayanmış vəziyyətdə içərisində biri xanım, digəri oğlan olan qara rəngli “Volkswagen Golf” markalı **-TD-*** dövlət qeydiyyat nişanlı avtomaşını görüb yaxınlaşmışlar. Həmin vətəndaşlara özlərini təqdim etdikdən sonra verilmiş sorğu-sual zamanı həmin şəxslərin qeyri-səmimi cavab verməsi onlara şübhəli gəlmişdir. Onlar həmin vətəndaşları şübhəli şəxs qismində aidiyyəti üzrə Bakı şəhəri Xəzər Rayon Polis İdarəsinin 3-cü Polis Bölməsinə dəvət etmişlər. Bölmədə məlum olmuşdur ki, həmin şəxslər 1979-cu il təvəllüdlü Təqsirləndirilən şəxs1 və 1996-cı il təvəllüdlü Təqsirləndirilən şəxs2dır. Həmin vətəndaşların barəsində qanuni tədbir görülməsi üçün raportla Bakı şəhəri Xəzər Rayon Polis İdarəsinin 3-cü Polis Bölməsinin rəisinə müraciət etmişlər. Bununla bağlı araşdırma aparılması üçün material Bakı şəhəri Xəzər Rayon Polis İdarəsinin 3-cü Polis Bölməsinin təhqiqatçısı Vüsal Nəsirzadəyə həvalə edilmiş və Təqsirləndirilən şəxs1 ilə Təqsirləndirilən şəxs2 təhqiqatçıya təqdim olunmuşdur. Təhqiqatçı ilk əvvəl Təqsirləndirilən şəxs2 şübhəli şəxs qismində tutmuş, daha sonra şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs2 hüquqlarını müdafiə etmək üçün təyin olunmuş müdafiəçi Fərman Cəfərovun və onların iştirakı ilə videoçəkiliş vasitəsi ilə üzərinə şəxsi axtarış keçiriləcəyi bildirdilmişdir. Şəxsi axtarış keçirilməzdən əvvəl Təqsirləndirilən şəxs2 hüquq və vəzifələri izah edilib üzərində qeyri-qanuni əşya varsa təqdim etməsi təklif edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs2 əynindəki qırmızı rəngli gödəkcəsinin sol qolunun içəri hissəsinə qoyduğu üzərində “Rotmans” sözü yazılmış içərisində 10 ədəd şəffaf sellofan büküm olan siqaret qutusunu təqdim etmişdir. Sorğu zamanı həmin siqaret qutusundakı narkotk vasitə “kakos” və psixotrop maddə olan metafetaminlərin Təqsirləndirilən şəxs1 məxsus olduğunu, Səyavuşun saxlaması üçün ona verdiyini, buna görə də onları qolunda gizlətdiyini qeyd etmişdir. Bundan sonra şəffaf sellofanları açıb içərisinə baxan zaman müəyyən olunmuşdur ki, 6 ədədinin içərisində qəhvəyi rəngli tozşəkilli maddələr olan narkotik vasitə heroin, 4 ədədinin içərisində isə kristal formada olan psixotrop maddə metafetamindir. Aşkar olunmuş narkotik vasitə heroin və psixotrop maddə metafetamin qablaşdırılaraq möhürlənmiş, protokol tərtib edilib iştirakçılara ucadan oxunduqdan sonra heç bir şikayət və ərizə daxil olmadığı üçün doğruluğu imzalarla təsdiq olunmuşdur. Bundan sonra təhqiqatçı Təqsirləndirilən şəxs1 şübhəli şəxs qismində tutmuşdur. Daha sonra təhqiqatçı Vüsal Nəsirzadə şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs1 hüquqlarını müdafiə etmək üçün təyin olunmuş müdafiəçi Bəhruz Səfərovun və onların iştirakı ilə videoçəkiliş vasitəsi ilə üzərinə şəxsi axtarış keçiriləcəyini bildirmişdir. Şəxsi axtarış keçirilməzdən əvvəl Təqsirləndirilən şəxs1 hüquq və vəzifələri izah edilib üzərində qeyri-qanuni əşya varsa təqdim etməsi təklif edildikdə Təqsirləndirilən şəxs1 əynində olan qara rəngli cins şalvarının arxa sol yan cibindən 1 ədəd şəffaf sellofana bükülmüş bükülünü təqdim edərək həmin bükülünün içərisində narkotik vasitə heroin olduğunu bildirmişdir. Təhqiqatçı tərəfindən həmin maddəyə baxış keçirildikdə müəyyən olunmuşdur ki, həmin maddə qəhvəyi rəngli tozşəkilli spesifik iyə malik olan narkotik vasitə heroindir. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs1 üzərindən aşkar olunmuş 1 büküm heroini və Gülnür Nəmətovadan aşkar olunmuş narkotik vasitəni və psixotrop maddəni sosial şəbəkədə tanış olduğu Tahir adlı şəxsin ona dediyi Ramana qəsəbəsində körpünün yaxınlığında daşın altından götürdüyünü bildirmişdir. Bundan əlavə qeyd etmişdir ki, həmin bükümlərə görə ümumilikdə Tahir adlı şəxsə 400 manat verməli olduğu puldan 200 manatını vermiş, qalan 200 manatı isə verməmişdir. Həmçinin sonuncu dəfə 1 ay əvvəl tanımadığı şəxsə narkotik vasitə satdığını etiraf etmişdir. Aşkar olunmuş narkotik vasitə heroin qablaşdırılaraq möhürlənmiş, protokol tərtib edilib iştirakçılara ucadan oxunduqdan sonra heç bir şikayət və ərizə daxil olmadığı üçün doğruluğu imzalarla təsdiq olunmuşdur. Daha sonra isə təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs1 idarə etdiyi avtomobilə baxış keçirilmiş, lakin qeyri-qanuni əşya aşkar olunmamışdır. Təqsirləndirilən şəxs2 bükümləri gödəkcəsinin qoluna gizlətmişdir. Təqsirləndirilən şəxs2 üzərindən 6 ədəd bükümdə narkotik vasitə heroin və 4 ədəd bükümdə psixotrop maddə metafetamin aşkar olunmuşdur. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs2 üzərindən aşkar olunan bükümlərin Təqsirləndirilən şəxs1 məxsus olduğunu bildirmişdir. Şəxsi axtarış və baxış zamanı videoçəkilişdən istifadə edilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs1 1 büküm narkotik vasitə heroin aşkar olunmuşdur. Təqsirləndirilən şəxslər tutulan zaman onlara müqavimət göstərməmişlər. Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs2 üzərindən aşkar olunmuş bükümlərin ona məxsus olduğunu bildirmişdir. Təqsirləndirilən şəxslərə qarşı heç bir fiziki və psixi təsir göstərilməmişdir. Birinci instansiya məhkəməsində məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid3 Şahid1 ifadəsinə uyğun oxşar məzmunlu ifadə vermiş, həmçinin sübut kimi qəbul edilmiş Şahid2 ibtidai araşdırma orqanına verdiyi ifadəsindən görünür ki, o, Şahid1 ifadəsinə uyğun oxşar məzmunlu ifadə vermişdir. Cinayət işi materiallarında olan və qismən məhkəmə istintaqı keçirilməklə aparılan apellyasiya icraatı zamanı məhkəmə baxışında tədqiq edilmiş “ifadənin yerində yoxlanılması haqqında” protokoldan görünür ki, təqsirləndirilən şəxs X4 ifadəsi yerində yoxlanılarkən o, ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq etmişdir (cild 1, iş vərəqə 154-155). Cinayət işinin materiallarında olan “ifadənin yerində yoxlanılması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 ifadəsi yerində yoxlanılarkən o, ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq etmişdir (cild 1, iş vərəqə 178). Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 18 iyun 2021-ci il tarixli 6/2473 saylı rəyi ilə müəyyən edilmişdir ki, tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Zərflər üçün N 244” dairəvi möhür əksi olan “... saxlanılan şəxs Təqsirləndirilən şəxs1” yazı və imzalar olan zərfdə təmiz çəkisi 0,240 qram qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir və Təqsirləndirilən şəxs2 aşkar olunaraq götürülmüş 6 ədəd bükümdə olan heroinlə xarici görünüşünə və kimyəvi tərkib komponentlərinə görə eynilik təşkil edir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in siyahısına (Siyahı İ) daxildir. Qeyd: heroinin təmiz çəkisi 0,240 qram, tədqiqata sərf olundu 0,05 qram, qalıq 0,190 qram, cild 1, iş vərəqə 52-55). Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 18 iyun 2021-ci il tarixli 6/2474 saylı rəyi ilə müəyyən edilmişdir ki, tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Zərflər üçün N 244” dairəvi möhür əksi olan “şübhəli şəxs G.Nemətova” yazı və imzalar olan zərfdə 4 ədəd bükümdə hər birinin ayrı-ayrılıqda təmiz çəkisi 0,492 qram, 0,387 qram, 0,354 qram və 0,548 qram olmaqla ümumi çəkisi 1,781 qram ağ rəngli kristalşəkilli maddə kustar üsulla hazırlanmış psixotrop maddə metafetamin, 6 ədəd bükümdə hər birinin ayrı-ayrılıqda təmiz çəkisi 0,942 qram, 0,283 qram, 0,345 qram, 0,363 qram, 0,327 qram və 0,685 qram olmaqla ümumi çəkisi 2,945 qram qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir və Təqsirləndirilən şəxs1 aşkar olunaraq götürülmüş 1 ədəd bükümdə olan heroinlə xarici görünüşünə və kimyəvi tərkib komponentlərinə görə eynilik təşkil edir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in siyahısına (Siyahı İ), metafetamin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”in siyahısına (Siyahı İ) daxildir. Qeyd: heroinin təmiz çəkisi 2,945 qram, tədqiqata sərf olundu 0,12 qram, qalıq 2,825 qram, metafetaminin təmiz çəkisi 1,781 qram, tədqiqata sərf olundu 0,08 qram, qalıq 1,701 qram, cild 1, iş vərəqə 58-62). Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X30 X24 X8 14 avqust 2021-ci il tarixli 2877 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 opioidlərin və psixotrop maddə olan metafetaminin birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunmuşdur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülmüşdür (cild 1, iş vərəqə 166-167). Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X30 X24 X8 10 sentyabr 2021-ci il tarixli 3373 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs2 opioidlərin və psixotrop maddə olan metafetaminin birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunmuşdur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülmüşdür (cild 1, iş vərəqə 168-169). “Sübutların qiymətləndirilməsi haqqında” 13 sentyabr 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 götürülmüş ekspertiza tədqiqatından sonra qalıq çəkiləri 1,701 qram olan psixotrop maddə metafetamin və 2,825 qram narkotik vasitə heroin, Təqsirləndirilən şəxs1 götürülmüş ekspertiza tədqiqatından sonra qalıq çəkisi 0,190 qram narkotik vasitə heroin maddi sübut kimi tanınaraq saxlanılması üçün Xəzər RPİ-nin maddı sübutların saxlanılması kamerasına təhvil verilmiş, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 üzərinə şəxsi axtarış zamanı çəkilmiş videogörüntünü əks etdirən 2 ədəd disk maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə olunmuşdur (cild 1, iş vərəqə 181-191). Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmamışdır (cild 1, iş vərəqə 137). “Şübhəli şəxsin tutulması haqqında” 18 iyun 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 18 iyun 2021-ci il tarixdə saat 03:30-da şübhəli şəxs qismində tutulmuşdur (cild 1, iş vərəqə 13). “Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi barədə vəsatətə baxılması haqqında” 19 iyun 2021-ci il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə Təqsirləndirilən şəxs2 barəsində həbs qətimkan tədbirinin seçilməsi barədə Bakı şəhəri Xəzər Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin müstəntiqi, polis kapitanı Ruslan Məmmədovun 19 iyun 2021-ci il tarixli vəsatəti təmin edilməmiş, Təqsirləndirilən şəxs2 Bakı şəhəri Xəzər Rayon Polis İdarəsinin Müvəqqəti Saxlama Yerindən azad edilmişdir. (cild 1, iş vərəqə 123-127). “Qətimkan tədbiri seçmək haqqında” 19 iyun 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir (cild 1, iş vərəqə 125-126). Bakı Ağır Cinayətlər Məhkəməsinin 5 oktyabr 2021-ci il tarixli “Təqsirləndirilən şəxslərin məhkəməyə verilməsi və məhkəmə baxışının təyin edilməsi barədə məhkəmənin hazırlıq iclasının qərarı”-dan görünür ki, Təqsirləndirilən şəxs2 barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri ilə əvəz edilmişdir (cild 2, səh 20-22). “Şübhəli şəxsin tutulması haqqında” 18 iyun 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 18 iyun 2021-ci il tarixdə, saat 03:30-da şübhəli şəxs qismində tutulmuşdur (cild 1, iş vərəqə 31). Birinci instansiya məhkəməsi toplanmış və tədqiq olunmuş sübutları məcmu halında qiymətləndirərək hesab etmişdir ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayətləri törətməkdə təqsirli olmaları mötəbər sübutlarla təsdiqini tapmışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır və qeyd edir ki, iş materiallarında olan sübutlarla Təqsirləndirilən şəxs2 əməllərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1-ci maddələrinin tərkibinin olmadığı, Təqsirləndirilən şəxs2 əməllərində yalnız Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin tərkibinin aşkar müəyyən edildiyi halda həm ibtidai istintaq, həm də işə baxan birinci instansiya məhkəməsi məhkum edilmiş şəxslərin bir yerdə yaxalanmasını və üzərlərindən külli miqdarda- 2,945 qram çəkidə narkotik vasitə olan heroinin və 1,781 qram çəkidə psixotrop maddə olan metafetaminin aşkar olunmasını əsas götürüb iş üzrə düzgün nəticəyə gəlinməsi və məhkum edilmiş şəxsin əməllərinə düzgün hüquqi qiymət verilməsi üçün mühüm əhəmiyyət kəsb edən halları ümumiyyətlə nəzərə almadan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli olması qənaətinə gəlmişdir. Məhkəmə kollegiyası, məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs2 hökmlə təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinə münasibətdə, 18 iyun 2021ci il tarixdə baş vermiş hadisə zamanı məhkum edilmiş şəxsin əməlinin qanunsuz olaraq külli miqdarda narkotik vasitəni və şəxsi istehlak miqdarından artıq miqdarda psixotrop maddəni əldə edib üzərində daşıyaraq saxlaması ilə bağlı birinci instansiya məhkəməsinin qənaəti ilə razılaşsa da, məhkum edilmiş şəxsin həmin əməli satış məqsədi ilə törətməsinə dair gəldiyi nəticəni əsassız hesab edir. Belə ki, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs2 əməlinin hüquqi tövsifi ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq onun müvafiq cinayət əməlinin təqsirli bilindiyi cinayət-hüquq normasının (Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3cü maddəsi) dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri ilə uzlaşmadığını qeyd edir. Məhkəmə kollegiyasının qənaətinə görə işə mahiyyəti üzrə baxan birinci instansiya məhkəməsi məhkəmə istintaqı aparmaqla ittiham tərəfinin irəli sürdüyü sübutları araşdırmış, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə elan olunmuş ittiham üzrə onun əməlinin hüquqi tövsifinin əsassız sayılması üçün kifayət qədər dəlillər və sübutların olmasına baxmayaraq, işin faktiki hallarına, hadisənin baş vermə səbəbinə və törədilmə şəraitinə düzgün qiymət verməmiş və nəticədə mahiyyəti üzrə yanlış nəticəyə gələrək elan edilmiş ittihamla razılaşıb Təqsirləndirilən şəxs2 əsassız olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirli bilərək, nəticədə sonuncunun həmin maddə ilə təqsirli bilinməsinə dair yekun məhkəmə aktı qəbul etmişdir. Belə olan halda məhkəmə kollegiyası Təqsirləndirilən şəxs2 18 iyun 2021-ci il tarixdə törətmiş olduğu ictimai təhlükəli əmələ hüquqi qiymət verilməsi ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Belə ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 1.0.11-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması dedikdə: miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər başa düşülür. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahılarının təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahılarının 1-ci Siyahısının 5-ci bəndinə əsasən - 2 (iki) qramdan artıq çəkidə narkotik vasitə olan heroin külli miqdar təşkil edir, həmin siyahının psixotrop maddələr olan 2-ci Siyahısının 67-ci bəndinə əsasən 0,15 qramdan artıq çəkidə psixotrop maddə olan metamfetamin şəxsi istehlak miqdarından artıq miqdar hesab edilir. Cinayət işinin mübahisəsiz hallarına əsasən, ibtidai araşdırma zamanı toplanmış və birinci instansiya məhkəməsində məhkəmə istintaqı zamanı araşdırılmış mötəbər və obyektiv sübutlar əsasında müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs2 əldə etdiyi külli miqdarda, ümumi təmiz çəkisi 2,945 qram olan qəhvəyi rəngli tozşəkilli maddə olan kustar üsulla hazırlanmış narkotik vasitə heroini 06 (altı) ədəd bükümdə və ümumi təmiz çəkisi 1,781 qram ağ rəngli kristalşəkilli maddə olan kustar üsulla hazırlanmış psixotrop maddə metafetamini 4 (dörd) ədəd sellofan bükümdə olan kustar üsulla hazırlanmış psixotrop maddə metafetamin üzərində saxlayaraq daşımışdır. Lakin nə ibtidai araşdırma orqanı, nə də birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs2 aşkar edilərək götürülmüş külli miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini və metamfetamini əldə edərkən, üzərində saxlayarkən və daşıyarkən məqsədinin və niyyətinin nədən ibarət olmasını müəyyən etməmişlər. Halbuki, bu halların müəyyən edilməsi Təqsirləndirilən şəxs2 əməlinin tövsifində mühüm və başlıca rol oynayır. Məhkəmə kollegiyası sadalanan məsələləri araşdırıb və iş materiallarında öz əksini tapan sübutlarla birlikdə müqayisəli şəkildə qiymətləndirərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Belə ki, məhkəmə kollegiyası belə hesab edir ki, hər hansı şəxsin qanunsuz olaraq satış məqsədi ilə narkotik vasitə və psixotrop maddələri əldə etməsi, qeyd edilən vasitə və maddələrin satışı ilə məşğul olması mütləq qaydada mötəbər sübutlarla (məsələn, tərəzi, “müştəri” ilə telefon danışıqları, sms yazışmaları, “müştərilərin” narkotik vasitələrlə bağlı sifarişləri, “şərti alıcı” ilə bağlı hərəkətlər və sair) təsdiq olunmalıdır. İlk növbədə qeyd olunmalıdır ki, Təqsirləndirilən şəxs2 aşkar edilmiş narkotik və psixotrop maddələr polis əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirinin nəticəsində yox, məhz Daxili İşlər Nazirliyinin X34 Alayının 11-ci Patrul Bölüyünün əməkdaşlarının gecə reydi zamanı mümkün olmuşdur. Yəni, sonuncunun narkotik vasitələrin satışını həyata keçirməsi ilə bağlı polis əməkdaşlarında hər hansı mənbədən daxil olmuş məlumat olmamışdır. Belə ki, Daxili İşlər Nazirliyinin X34 Alayının 11-ci Patrul Bölüyünün əməkdaşları 18 iyun 2021-ci il tarixdə saat 03:30 radələrində Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Bakavtomat yolu deyilən ərazidən keçdikləri zaman “Volkswagen” markalı, **-TD-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobili ara məhəllədə görüb saxlamışlar və vətəndaşlar Təqsirləndirilən şəxs2, eləcə də Təqsirləndirilən şəxs1 qeyri-səmimi cavablar verməsi onları şübhələndirdiyindən vətəndaşlar polis bölməsinə dəvət edilmişlər. Daha sonra Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhəri Xəzər Rayon Polis İdarəsinin 3-cü Polis Bölməsinə aparılmış və idarədə onun üzərində video çəkiliş aparmaqla şəxsi axtarış və götürmə haqında 18 iyun 2021-ci il tarixdə müvafiq protokol tərtib olunmuşdur. Həmin protokola əsasən müəyyən olunur ki, vətəndaş Təqsirləndirilən şəxs2 əynində olan qırmızı rəngli gödəkcəsinin sol qolunun içəri hissəsində gizlətdiyi üzərində “Rotmans” sözləri yazılmış siqaret qutusunun içərisindən 10 ədəd şəffaf sellofana bükülmüş bükülünü təqdim edərək, həmin bükülülərin 06 ədədinin içərisində narkotik maddə “Kakos” olduğunu, 04 ədədinin içərisində isə “Metamfetaminin” olduğunu bildirib, onları Təqsirləndirilən şəxs1 ona verdiyini, həmçinin Təqsirləndirilən şəxs1 bir neçə dəfə narkotik maddə aldığını və onun online narkotik maddənin satışı ilə məşğul olduğunu bildirmişdir. Bundan başqa Bakı şəhəri Xəzər Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin müstəntiqi X7 19 iyun 2021-ci il tarixli təqsirləndirilən şəxs qismində cəlb edilmə haqqında qərarları ilə Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə, Təqsirləndirilən şəxs1 isə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. Həmçinin, həm ibtidai araşdırma dövründə və həm də məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş polis əməkdaşları – Şahid1 və Şahid3 vermiş olduqları ifadələrində Təqsirləndirilən şəxs2 üzərindən aşkar olunan bükümlərin Təqsirləndirilən şəxs1 məxsus olduğunu bildirdiyini qeyd etmişlər. Göründüyü kimi ittihamın əsasını təşkil edən göstərilən şahid ifadələrindən də Təqsirləndirilən şəxs2 satış məqsədi ilə külli miqdarda narkotik vasitə əldə etməsini müəyyən etmək mümkün olmamış, əksinə yuxarıda sadalanmış mötəbər sübutlardan da açıq-aşkar görünür ki, sonuncunun üzərindən aşkar edilmiş narkotik və psixotrop maddələr məhz Təqsirləndirilən şəxs1 aid olmaqla, polis əməkdaşlarından gizlədilməsi məqsədi ilə ona verilmişdir. Digər tərəfdən Azərbaycan Respublikası Daxtlt İşlər Nazirliyi Bakı şəhəri Xəzər Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin müstəntiqi Anar Bəxtiyarovun 10 sentyabr 2021-ci il tarixli əməliyyat tapşırığından görünür ki, sonuncu Təqsirləndirilən şəxs1 üzərindən aşkar olunaraq götürülmüş narkotik vasitə heroini, Təqsirləndirilən şəxs2 aşkar olunaraq götürülmüş narkotik vasitə heroini və psixotrop maddə olan metamfetamini aldığı sosial şəbəkədə tanış olduğu İran İslam Respublikasının vətəndaşı olan “Tahir” adlı şəxsin tam şəxsiyyətinin, olduğu yerin müəyyənləşdirilməsi məqsədi ilə Bakı şəhəri Xəzər Rayon Polis İdarəsinin 3-cü Polis Bölməsinə tapşırıq vermişdir. Lakin cinayət iş materaillarından müəyyən olunur ki, tədqiqat orqanı tərəfindən müstəntiqin tapşırığına ümumiyyətlə cavab verilməmişdir. Göründüyü kimi ibtidai istintaqı həyata keçirən müstəntiq məhkum edilmiş Təqsirləndirilən şəxs2 narkotik vasitənin və ya psixotrop maddənin satışını həyata keçirməsi ilə bağlı sübutların əldə edilməsi ilə bağlı heç bir addım atmamış, yalnız Bakı şəhəri Xəzər Rayon Polis İdarəsinin 3-cü Polis Bölməsinə tapşırığın verməklə kifayətlənmişdir. Sadalananlardan aydın olur ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs2 Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ağır cinayətin törədilməsi ilə bağlı ittihamın irəli sürülməsinə baxmayaraq, nə ibtidai istintaq dövründə, nə də ki birinci instansiya məhkəməsində onun narkotik vasitələrin satışı ilə məşğul olması, narkotik vasitələrin satışı ilə bağlı kiminləsə danışıq aparması və bu barədə sövdələşməsi, “müştərilərdən” narkotik vasitələrlə bağlı sifarişlər alması və həmin sifarişləri icra etməsi, narkotik vasitələri kiməsə əvəzli və ya əvəzsiz qaydada verməsi, “müştəri” çevrəsinə malik olması ilə əlaqədar hər hansı bir sübut əldə edilməmişdir. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, şəxsin üzərindən 06 bükümdə külli miqdarda narkotik vasitə olan heroinin və 04 bükümdə psixotrop maddənin aşkarlanması (hər iki məhkum edilmiş şəxs təsdiq edirlər ki, həmin 06 bükümdə heroin və 04 bükümdə psixotrop maddə Təqsirləndirilən şəxs2 Təqsirləndirilən şəxs1 tərəfindən verilmişdir) faktı yuxarıda sadalanan digər mühüm halların aşkarlanmadığı halda, yalnız özü-özlüyündə həmin şəxsin narkotik vasitələrin satışı ilə məşğul olmasını, eləcə də onun həmin vasitələri satış məqsədi ilə əldə etməsini təsdiq etmir və edə də bilməz. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il tarixli 2 saylı Qərarının 9-cu bəndində verilmiş izaha əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Təqsirləndirilən şəxs2 Təqsirləndirilən şəxs1 polis əməkdaşlarından gizlətmək məqsədilə verdiyi külli miqdarda 6 ədəd bükümdə hər birinin ayrı-ayrılıqda təmiz çəkisi 0,942 qram, 0,283 qram, 0,345 qram, 0,363 qram, 0,327 qram və 0,685 qram olmaqla ümumi təmiz çəkisi 2,945 qram olan qəhvəyi rəngli tozşəkilli maddə olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin və 4 ədəd sellofan bükümdə hər birinin ayrı-ayrılıqda təmiz çəkisi 0,492 qram, 0,387 qram, 0,354 qram və 0,548 qram olmaqla ümumi təmiz çəkisi 1,781 qram ağ rəngli kristalşəkilli maddə olan kustar üsulla hazırlanmış psixotrop maddə metafetamini (nəzərə alınmalıdır ki, həmin maddələrin Təqsirləndirilən şəxs1 məxsus olması yuxarıda sadalanan sübutlarla tam təsdiq olunur) əldə etməsi, üzərində saxlaması və gəzdirməsi öz təsdiqini tapsa belə, bu onun həmin narkotik vasitəni və psixotrop maddəni məhz satış məqsədi ilə əldə etməsinə dəlalət etmir. Məhkəmə kollegiyası yuxarıda sadalananları hazırkı iş üzrə tətbiq edərək belə hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticələr işin faktiki hallarına uyğun olmadığından, Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-1668/2021 saylı, 04 noyabr 2021-ci il tarixli hökmü Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə məhkum edilməsinə münasibətdə əməlinə düzgün hüquqi qiymət verilməli və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ittiham olunduğu əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif edilməlidir. Cinayət Məcəlləsinin 307.2-ci maddəsinə əsasən qabaqcadan vəd etmədən ağır cinayəti gizlətmə -üç min manatdan altı min manatadək miqdarda cərimə və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Cinayət Məcəlləsinin 307-ci maddəsində təsbit olunmuş cinayət barəsində xəbər verməmə və ya qabaqcadan vəd etmədən cinayəti gizlətmə əməllərinin ictimai təhlükəliliyi onunla səciyyələnir ki, həmin əməllər hazırlanan cinayətlərin qarşısının vaxtında alınmasına, törədilmiş cinayətlərə münasibətdə isə cinayətin açılmasına, cinayət törətmiş şəxsin yaxalanmasına və ifşa olunmasına maneə yaradır. Cinayət barəsində xəbər verməmə və ya qabaqcadan vəd etmədən cinayəti gizlətmə əməlləri, gizlədilən və ya barəsində xəbər verilməyən cinayətlə ayrı-ayrı əməllər olmaqla və fərqli subyektlər tərəfindən törədilməklə aralarında birbaşa əlaqə mövcud deyildir. Ağır və ya xüsusilə ağır cinayəti qabaqcadan vəd etmədən gizlətmə cinayəti isə obyektiv cəhətdən aktiv hərəkətlərlə müşayiət olunmaqla, qabaqcadan heç bir vəd verilmədən cinayət törətmiş şəxsin, cinayət törətmək üçün alət və vasitələrin, cinayətin izlərinin və cinayət yolu ilə əldə edilmiş əşyaların gizlədilməsi şəklində törədilir. Qeyd edilən maddənin dispozisiyasından görünür ki, əməldə cinayət tərkibinin olması üçün şəxsin qabaqcadan ağır cinayət törədən şəxsə vəd etmədən və qabaqcadan ağır cinayətin törədilməsi barədə məlumatlı olmasına baxmayaraq onu gizlətməyə yönələn hərəkət etməsi, yəni aşkar olunmasının, üzə çıxmasının qabağının alınması və sair hərəkətin edilməsi şərtdir. Apellyasiya baxışı zamanı Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 ifadələrindən, onlara verilmiş suallara cavablardan müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs2 ona siqaret qutusu gizlədilmək üçün verilərkən içində narkotik vasitənin olmasından xəbərsiz və məlumatsız olmuş, narkotik vasitələri gizlətmək niyyəti, yəni qabaqcadan vəd etmədən ağır cinayəti gizlətmək niyyəti olmamışdır. Çünki onun ağır cinayətin törədilməsindən məlumatı olmamışdır ki, onu gizlətsin. Gizlətmək üçün şəxsin əvvəl ağır cinayətin törədilməsi barədə məlumatı olmalıdır. Məlumat yoxdursa nəyisə gizlətməyə də əsas qalmır. Bundan başqa, kollegiya əməlin Cinayət Məcəlləsinin 307.2-ci maddəsinə tövsif edilməsinə maneə olması baxımından qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin cinayət təqibi üzrə icraatın birləşdirilməsi qaydalarını tənzimləyən 49.4.2-ci maddəsinə əsasən, cinayətin törədilməsi ilə onun gizlədilməsi və ya xəbər verilməməsinə dair ittihamlar bir icraatda birləşdirilə bilməz. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 307.2-ci maddəsi ilə məhkum edildiyi təqdirdə Cinayət Prosessual Məcəlləsinin bu maddəsi pozulacaq. Qeyd edilənləri nəzərə alan məhkəmə kollegiyası belə hesab edir ki, Təqsirləndirilən şəxs2 əməlində Cinayət Məcəlləsinin 307.2-ci maddəsinin tərkib əlamətləri mövcud deyildir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs2 əməllərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1-ci maddəsinin tərkibinin olması ilə bağlı ibtidai araşdırma orqanının və birinci instansiya məhkəməsinin gəldiyi nəticə öz təsdiqini tapmadığından əməldə cinayət tərkibinin olmaması əsası ilə ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1-ci maddəsi ilə istinad edilən ittiham üzrə bəraət verilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin: 39.1.2-ci maddəsinə əsasən əməldə cinayət tərkibi olmadıqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir); 39.3-cü maddəsinə əsasən bu Məcəllənin 39.1.1, 39.1.2 və 39.2-ci maddələrində nəzərdə tutulmuş hallarda cinayət təqibi bəraətverici əsaslarla xitam verilmiş hesab olunur. Həmin Məcəllənin 42.2.2-ci maddəsinə əsasən bu Məcəllənin 42.1.2-ci maddəsində nəzərdə tutulmuş əsaslara görə təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi olmadıqda və ya əməlin cinayət olmasını aradan qaldıran hallar mövcud olduqda bəraət hökmü çıxarılır; Həmin Məcəllənin 55.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı təqsiri sübuta yetirilməmiş şəxs həmin məhkəmə baxışında aşkar və təxirə salınmadan Azərbaycan Respublikasının adından təqsirsiz elan edilməli və ona məhkəmənin hökmü ilə bəraət verilməlidir; Həmin Məcəllənin 353.5.2-ci maddəsinə əsasən bəraət hökmünün nəticəvi hissəsində məhkəmə hökmü çıxarılanadək bəraət almış şəxs barəsində qətimkan tədbirlərinin seçildiyi halda onun dərhal ləğv edilməsi göstərilməlidir; Həmin Məcəllənin 350.2-ci maddəsinə əsasən Bu Məcəllənin 42.1-ci maddəsində nəzərdə tutulmuş hallardan biri olduqda, aparılmış məhkəmə baxışının nəticələrinə dair məhkəmə bəraət hökmü çıxarmalıdır. Məhkum edilmiş Təqsirləndirilən şəxs2 təyin ediləcək cəza məsələsinə gəldikdə isə məhkəmə kollegiyası aşağıdakılar qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə kollegiyası qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Məhkəmə kollegiyası Təqsirləndirilən şəxs2 ilk dəfə cinayət törətməsini, törətdiyi cinayət əməlini etiraf etməsini, əməlindən peşman olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi və cəzanı ağırlaşdıran halların olmadığını, Təqsirləndirilən şəxs1 münasibətdə isə onun cəzasını yüngülləşdirən və ağırlaşdıran halların olmadığını nəzərə alır. Məhkəmə kollegiyası qeyd olunanları, eləcə də Təqsirləndirilən şəxs2 tərəfindən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, törədilmə hallarını, şəxsiyyətini, təyin edilmiş cəzanın məhkumun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs2 təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə 01 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilməlidir. Bundan əlavə məhkəmə kollegiyası qeyd edir ki, “8 Noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarının 4-cü bəndinə əsasən Bu Qərarın 1-ci və 2-ci hissələrində nəzərdə tutulan şəxslərdən başqa, 3 ildən artıq olmayan müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxslərin cəzalarının bu Qərar qüvvəyə mindiyi günədək çəkilməmiş hissəsi 6 aydan artıq olduqda, çəkilməmiş cəza 6 (altı) ay azaldılmalıdır (bu Qərarın 10-cu hissəsində nəzərdə tutulmuş məhdudiyyətlər nəzərə alınmaqla). Həmin qərarın 9.2.3-cü bəndinə əsasən bu Qərar qüvvəyə mindiyi günədək çıxarılaraq amnistiyanın tətbiq edildiyi günədək apellyasiya qaydasında mübahisələndirilməyən qanuni qüvvəyə minməmiş hökmlər üzrə bu Qərarın 4-cü və 5-ci hissələrində nəzərdə tutulmuş şəxslərin cəzalarını azaldır (bu Qərarın 10-cu hissəsində nəzərdə tutulmuş məhdudiyyətlər nəzərə alınmaqla); Həmin qərarın 9.3-cü bəndinə əsasən icraatlarında olan apellyasiya və ya kassasiya şikayətləri (protestləri) üzrə işlərə baxarkən bu Qərarın 9.1-ci və 9.2-ci bəndlərinin müddəalarına müvafiq olaraq amnistiya tətbiq edir. Göründüyü kimi Təqsirləndirilən şəxs2 apellyasiya instansiya məhkəməsi tərəfindən 01 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilməsi qənaətinə gəlir ki, belə olduğu təqdirdə Təqsirləndirilən şəxs2 təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının 3 ildən artıq olmayan müddətə olmasını, cəzasının çəkilməmiş müddətinin 06 aydan çox olmasını nəzərə alan məhkəmə kollegiyası, yuxarıda qeyd edilən Amnistiya aktının 4-cü bəndi məhkum edilmiş şəxs münasibətdə də tətbiq olunmasını əsaslı sayır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə kollegiyası, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Beləliklə, məhkəmə kollegiyasının gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs2 müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-1668/2021 saylı, 04 noyabr 2021-ci il tarixli hökmü Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə məhkum olunmasına dair hissədə ləğv edilməli və həmin hissədə yeni hökm çıxarılmalı, Təqsirləndirilən şəxs2 əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1-ci maddəsinin tərkibi olmadığından ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1-ci maddəsi ilə bəraət verilməli, Təqsirləndirilən şəxs2 təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş əməli həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif edilməlidir. Həmçinin Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, Təqsirləndirilən şəxs2 cəzasını yüngülləşdirən hallar və cəzasını ağırlaşdıran halların olmaması, habelə təyin olunmuş cəzanın onların islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrumetmə növündə cəza təyin olunmalı, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 18 iyun 2021-ci il tarixdən 19 iyun 2021-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 01 gün müddət bir günə bir gün hesabı ilə nəzərə alınmalı və hazırki hökmlə ona təyin edilmiş cəzadan çıxılmalı, “8 Noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarının 4, 9.2 və 9.3-cü bəndləri tətbiq olunmaqla Təqsirləndirilən şəxs2 təyin edilmiş azadlıqdan məhrumetmə cəzası 06 ay azaldılmaqla, qəti cəza müəyyən edilməli, həbsdə saxlanıldığı müddət hazırda təyin edilmiş cəza müddətinə hesablanmaqla cəzasını çəkmiş hesab edilməli, Təqsirləndirilən şəxs2 barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilərək ona narkomaniyadan məcburi müalicə təyin edilməli və ərazi üzrə narkoloji dispanserində qeydiyyata alınmalı, iş üzrə maddi sübut kimi tanınan Xəzər rayon Polis İdarəsinin maddi sübutların saxlanılması kamerasında saxlanılan Təqsirləndirilən şəxs2 götürülmüş ekspertiza tədqiqatından sonra qalıq çəkiləri 1,701 qram olan psixotrop maddə metafetamin və 2,825 qram narkotik vasitə heroin, Təqsirləndirilən şəxs1 götürülmüş ekspertiza tədqiqatından sonra qalıq çəkisi 0,190 qram olan narkotik vasitə heroin məhv edilməli, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 üzərinə şəxsi axtarış zamanı çəkilmiş videogörüntünü əks etdirən 2 ədəd disk cinayət işinin materiallarında saxlanılmalı, iş üzrə ekspertiza tədqiqatının dəyəri 177,40 manata görə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 hər birindən 88,70 manat tutularaq dövlət nəfinə keçirilməlidir. İş üzrə mülki iddia yoxdur. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, məhkum edilmiş şəxsin hüquqlarının məhkəmə iclaslarında müdafiə xərcləri Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli, 31 saylı qərarına əsasən (həmin qərara 03 may 2018-ci il tarixli, 202 saylı dəyişikliklər nəzərə alınmaqla) dövlət büdcəsindən ödənilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193, 347, 349-353, 356, 397.1, 397.2, 398.1.2, 398.2, 399.1.2, 401 və 407-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası H Ö K M E T D İ: Məhkum edilmiş Təqsirləndirilən şəxs2 Müdafiəçi2 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-1668/2021 saylı, 04 noyabr 2021-ci il tarixli hökmü Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3cü maddələri ilə məhkum olunmasına dair hissədə ləğv edilsin və həmin hissədə yeni hökm çıxarılsın. Təqsirləndirilən şəxs2 əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1-ci maddəsinin tərkibi olmadığından Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1-ci maddəsi ilə bəraət verilsin. Təqsirləndirilən şəxs2 təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş əməli həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif edilsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 01 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs2 18 iyun 2021-ci il tarixdən 19 iyun 2021-ci il tarixə kimi həbsdə saxlanıldığı 1 (bir) gün müddət təyin edilmiş cəzadan çıxılaraq ona qəti olaraq 01 (bir) il 05 (beş) ay 29 (iyirmi doqquz) gün müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. “8 Noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarının 4, 9.2 və 9.3-cü bəndləri tətbiq olunsun və Təqsirləndirilən şəxs2 təyin edilmiş 01 (bir) il 05 (beş) ay 29 (iyirmi doqquz) gün müddətinə azadlıqdan məhrumetmə cəzası 06 ay azaldılmaqla, üzərində qəti olaraq 11 (on bir) ay 29 (iyirmi doqquz) gün müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs2 həbsdə saxlanıldığı müddət hazırda təyin edilmiş cəza müddətinə hesablanmaqla cəzasını çəkmiş hesab edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinin tələbinə əsasən Təqsirləndirilən şəxs2 barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilərək ona narkomaniyadan məcburi müalicə təyin edilsin və ərazi üzrə narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə keçirilmiş məhkəmə ekspertiza tədqiqatının dəyəri - 177,40 manata görə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 hər birindən 88,70 manat tutularaq dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübutlar - Xəzər rayon Polis İdarəsinin maddi sübutların saxlanılması kamerasında saxlanılan Təqsirləndirilən şəxs2 götürülmüş ekspertiza tədqiqatından sonra qalıq çəkiləri 1,701 qram olan psixotrop maddə metafetamin və 2,825 qram narkotik vasitə heroin, Təqsirləndirilən şəxs1 götürülmüş ekspertiza tədqiqatından sonra qalıq çəkisi 0,190 qram olan narkotik vasitə heroin məhv edilsin; Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 üzərinə şəxsi axtarış zamanı çəkilmiş videogörüntünü əks etdirən 2 ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Bakı şəhəri “Femida” Vəkil Bürosunun vəkili Müdafiəçi6 tərəfindən Təqsirləndirilən şəxs2 hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 06 manat hesab edilməklə, 20 saat üçün cəmi 120 manat dövlət büdcəsindən tutularaq Bakı şəhəri “Femida” Vəkil Bürosunun hesabına köçürülsün. Hökm qəbul edildiyi andan qanuni qüvvəyə minir. Hökmdən Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 408-412-ci maddələrinə uyğun olaraq Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına kassasiya şikayəti və kassasiya protesti verilə bilər. Sədrlik edən: Habil Məmmədov Hakimlər: Elbəy Allahverdiyev Anar İbrahimov
Məhkəmə qərarları › İş №1(103)-107/2024
Bakı Apellyasiya Məhkəməsi Hökm — İş №1(103)-107/2024
26.04.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver