Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(103)-1071/2025 30.07.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının hakimləri X18 (sədrlik edən və məruzəçi), X35 oğlu və X3 ibarət tərkibdə, məhkəmə iclasının katibi X22 katibliyi, xüsusi ittihamçı X4 nümayəndəsi – Bakı şəhəri 22 saylı Vəkil Bürosunun vəkili Nümayəndə, bəraət almış şəxs X8, müdafiəçi – Bakı şəhəri 5 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, 18 aprel 1966-cı il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, təqaüdçü, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan X12 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra – Cinayət Məcəlləsi) 147.2 və 148-ci maddələri ilə bəraət verilməsinə dair Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 26 fevral 2025-ci il tarixli 1(009)-17/2025 saylı hökmündən xüsusi ittihamçı X9 və nümayəndəsi Nümayəndə tərəfindən verilmiş apellyasiya şikayətlərinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyənetdi: Xüsusi ittihamçı X9 xüsusi ittiham qaydasında şikayətlə məhkəməyə müraciət edərək barəsində xüsusi ittiham qaydasında şikayət verilən X8 Cinayət Məcəlləsinin 147.2 və 148ci maddəsi ilə cinayət məsuliyyətə cəlb edilməsini xahiş etmişdir. Xüsusi ittiham qaydasında şikayət onunla əsaslandırılmışdır ki, Bakı şəhəri 1 saylı Şəhər Poliklinikasında həkim-cərrah vəzifəsində işləyir. 02 fevral 2024-cü il tarixdə saat 14:30 radələrində X14 Bakı şəhəri, Səbail rayonu, Bül-bül prospekti 16 ünvanında yerləşən ünvan 3tmiş, böhtanla dolu məlumatları, rəhbərliyin, kolleqalarının və ictimaiyyət arasında nüfuzuna xələl gətirən, şər və böhtan xarakterli məlumatlar yaymış, o cümlədən ağır cinayət (Cinayət Məcəlləsinin 311.2-ci maddəsi - rüşvət alma) törətməkdə ittihamedici ifadələr söyləmişdir. Belə ki, barəsində şikayət olunan şəxsin həmin ifadələri işlətməsi onun tərəfindən onun bu ifadələri işlədən zaman Bakı şəhəri, Səbail rayonu, Bül-bül prospekti 16 ünvanında yerləşən ünvan 4əxsi mobil telefon vasitəsilə audioyazı aparılmaqla əldə edilmişdir. Qeyd edilən audioyazı 31 dəqiqə 07 saniyə olmaqla aparılmışdır. Həmin audioyazıda onu ifadələri aşağıdakı ardıcıllıqla öz əksini tapmışdır: 1) Səsyazmanın 05:45 dəqiqəsində ona böhtan ataraq “Siz mənim həyat yoldaşıma demisiniz ki, gedin barmağını kəsdir”, bundan əlavə həmin ifadələri audioyazının 06:00 və 06:38 dəqiqəsində də eyni ifadələri işlətmişdir. 2) Səsyazmanın 06:56 dəqiqəsində böhtan ataraq “Sənin ucbatından mənim yoldaşımın barmağı kəsilib” kimi ifadələr işlətmişdir (Cinayət Məcəlləsinin 147-ci maddəsi). 3) Səsyazmanın 07:24 dəqiqəsində böhtan ataraq yoldaşının 30 dekabr 2023-cü il tarixində onun qəbulunda olması, lakin onun qəbulunu qeydə almadığı barədə təkrar böhtan ataraq onu səhlənkarlıqda ittiham etmişdir. 4) Səsyazmanın 09:55 dəqiqəsində “bu həkim mənə dedi ki, günah İradə xanımdadır, gedin barmağını kəsdirin”, təkrar olaraq həmin ifadələri 10:40 dəqiqəsində işlədərək ona təkrar olaraq böhtan atmışdır. 5) Səsyazmanın 13:09 dəqiqəsində “sən axırıncı dəfə mənim yoldaşımdan pul almısan”, 13:43 “sən ondan 30 manat pul almısan” kimi ifadələr işlətmişdir. 6) Səsyazmanın 14:10 dəqiqəsində “sənin kimi savadsız həkimlərdən” kimi ifadələr işlətmişdir. 7) Səsyazmanın 14:32 dəqiqəsində “kül sənin kimi həkimin başına” kimi ifadələr işlətmişdir. 8) Səsyazmanın 15:25 dəqiqəsində “Sən bu torpaqda cərrah vəzifəsinə layiq deyilsən” kimi ifadələr işlətmişdir. 9) Səsyazmanın 21:12 dəqiqəsində “Sən mənim yoldaşımın barmağını kəsmisən” kimi ifadələr işlətmişdir. 10) Səsyazmanın 20:44 dəqiqəsində “Pul alıb, boynuna almır ki, pul almışam” kimi ifadələr işlətmişdir. 11) Səsyazmanın 23:49 dəqiqəsində “bu adam cərrah olmağa layiq deyil” kimi ifadələri onun ünvanına işlətmişdir. Bütün qeyd edilənlər tərəfindən 02 fevral 2024-cü il tarixində saat 14:30 radələrində Bakı şəhəri, Səbail rayonu, Bül-Bül prospekti 16 ünvanında yerləşən ünvan 4əxsi mobil telefon vasitəsilə audioyazı ilə qeydə alınmışdır. Məlumdur ki, hər kəsin şərəfi, ləyaqəti və nüfuzu bir-biri ilə sıx bağlı olan mənəvi-əxlaqi-sosial dəyərlər olduğuna görə, həm vətəndaşın mənsub olduğu dövlət, həm də beynəlxalq hüquqla müdafiə olunur. Belə ki, həm Azərbaycan Respublikası Konstitusiyasının 46-cı maddəsində; həm də 1948ci il Ümumdünya insan hüquqları Bəyamnaməsində, 1966-cı il mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Paktda deyilir ki, hər kəsin şərəf və ləyaqətini müdafiə etmək hüququ vardır, heç bir hal şəxsiyyətin ləyaqətinin alçaldılmasına əsas verə bilməz. Demokratik hüquqi dövlət olan Azərbaycan Respublikasında cəmiyyətin hərtərəfli inkişafı üçün əsas prisiplərdən biri də fikir və söz azadlığının təmin olunmasıdır. Belə bir hüquq Konstitusiyanın 47-ci maddəsində də təsbit olunmuşdur. Eyni zamanda, Konstitusiyanın 46-cı maddəsində şərəf və ləyaqətin müdafiəsi hüququ təsbit olunmaqla hər kəsin şərəf və ləyaqətinin müdafiəsinə dövlət təminat vermişdir. Bu mənada Konstitusiyanın 47-ci maddəsində təsbit olunan fikir və söz azadlığı hüququ həyata keçirilərkən, bu hüquqdan qərəzli sui-istifadə hallarına yol verilməməli, Konstitusiyanın 46-cı maddəsində nəzərdə tutulan şərəf və ləyaqətin müdaifəsi hüququna riayət olunmaqla hər iki hüquq arasında mütənasiblik təmin olunmalıdır. Nəzərə alınmalıdır ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 9-10-cu maddələrində də fikir və ifadə azadlığının həyata keçirilməsinə məhdudiyyətlər qoyan şərtlər göstərilmişdir. Belə məhdudiyyətlərin məqsədləri sırasına Konvensiya digər məqsədlərlə yanaşı, mənəviyyatın mühafizəsi, digər şəxslərin nüfuzu və ya hüquqlarının müdafiəsini də daxil etmişdir. Göründüyü kimi, istər milli hüquq, istərsə də beynəlxalq hüquq fikir və ifadə azadlığını heç də məhdudiyyətsiz hüquq hesab etmir və bu hüququ məhdudlaşdıran şərtlər ehtiva edir. Bu gün demokratik dövlət quruculuğu yolunda inkişaf edən dövlət də mənəviyyatın qorunması, hər kəsin şərəf və ləyaqətinin müdafiəsi məqsədilə demokratik cəmiyyətin tələblərinə cavab verən şəkildə bu hüquqları qanunla məhdudlaşdırmışdır. Qeyd edilməsi zəruridir ki, qanunvericiliyin tələbinə əsasən, təhqir cinayətinin bilavasitə obyekti şəxsiyyətin şərəf və ləyaqətidir. Təhqiredici ifadələrin nalayiq olması qiymətləndirilən anlayışdır və onun məzmununun nalayiq olub-olmaması cəmiyyətdə qəbul edilmiş mənəviəxlaqi dəyərlərə uyğun müəyyən edilir. Şərəf və ləyaqətin nalayiq formada alçaltma həmin şəxsin şəxsiyyətinə mənfi qiymət verməklə ona əhatəsinin (iş yoldaşlarının, dostlarının tanışlarının və s.) gözündə nüfuzdan salan hərəkətlərlə xarakterizə olunur. Qanunvericiliyə görə, şərəf və ləyaqətin nalayiq formada alçaldılması müxtəlif üsullarla, o cümlədən yazılı və şifahi hərəkətlərlə, həmçinin məktubda, müraciətdə, ərizə, şikayət və ya təklifdə ifadə edilməklə də törədilə bilər. Bildirir ki, sözügedən cinayət hadisəsi Bakı şəhəri, Səbail rayonu, Bül-bül prospekti 16 ünvanında yerləşən ünvan 7 Rayon Məhkəməsinin yurisdiksiyasındadır. Barəsində şikayət verilən şəxs X14 ünvan 8 ünvanında qeydiyyatdadır. X8 02 fevral 2024-cü il tarixində saat 14:30 radələrində Bakı şəhəri, Səbail rayonu, Bül-bül prospekti 16 ünvanında yerləşən Bakı şəhəri 1 saylı Şəhər Poliklinikasının Baş Həkimin otağında X4 ünvanına: “Siz mənim həyat yoldaşıma demisiniz ki, gedin barmağını kəsdir”, “Sənin ucbatından mənim yoldaşımın barmağı kəsilib”, “mənim həyat yoldaşım 30 dekabr 2023-cü il tarixində sənin qəbulunda olub dəftərə niyə işləməmisiniz”, “bu həkim mənə dedi ki, günah İradə xanımdadır gedin barmağını kəsdirin”, “Sən mənim yoldaşımın barmağını kəsmisən”, “Sənin kimi savadız həkimlər şəkər xəstələrinin başına bu oyunu açır”, kimi ifadələrinin Cinayət Məcəlləsinin 147.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini, “Pul alıb boynuna almır ki pul almışam”, “sən axırıncı dəfə mənim yoldaşımdan pul almısan”, “sən ondan 30 manat pul almısan” kimi ifadələrinin Cinayət Məcəlləsinin 147.2 və 148-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini, “Sənin kimi savadsız həkimlər şəkər xəstələrinin başına bu oyunu açır”, “kül sənin kimi həkimin başına”, “Sən bu torpaqda cərrah vəzifəsinə layiq deyilsən”, “bu adam cərrah olmağa layiq deyil” kimi ifadələrini Cinayət Məcəlləsinin 148-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilərək cinayət məsuliyyətinə cəlb edilməsini və azadlıqdan məhrum etmə cəzasına məhkum olunmasına dair müvafiq hökm çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 26 fevral 2025-ci il tarixli 1(009)-17/2025 saylı hökmü ilə X8 əməlində Cinayət Məcəlləsinin 147.2 və 148-ci maddələrində nəzərdə tutulmuş cinayətlərin tərkibi olmadığından ona həmin maddələrlə bəraət verilmişdir. Hökmdən xüsusi ittihamçı və onun nümayəndəsi tərəfindən bütün mətni etibarilə eyni məzmunlu apellyasiya şikayətləri verərək Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 26 fevral 2025-ci il tarixli 1(009)-17/2025 saylı hökmünün ləğv edilib X8 azadlıqdan məhrum etmə cəzasına məhkum olunması barədə ittiham hökmünün çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayətləri onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Səbail Rayon Məhkəməsi hazırki şikayətin baxılmasına bilərəkdən qərəzli olmuşdur. Belə ki, ilk öncə işin baxılması Səbail Rayon Məhkəməsinin hakimi Şəhla Süleymanovaya həvalə edilmişdir. Hakim işə baxaraq şikayətin Cinayət-Prosessual Məcəllənin 293-cü maddəsinə tam uyğun olduğu halda baxılmasından qərəzli olaraq 15 aprel 2024-cü il tarixli 1(009)-191/2024 saylı qərarı ilə imtina etmişdir. Həmin qərardan verilmiş apellyasiya şikayəti təmin edilmiş və iş yenidən Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Şəhla Süleymanovanın icraatında daxil olmuşdur. 09 dekabr 2024-cü il tarixli məhkəmə prosesində barəsində şikayət edilmiş şəxs X8 müdafiəçisi X10 tərəfindən sədrlik edənə etiraz verilmişdir, Şəhla Süleymanova barəsində şikayət edilmiş şəxs X7 etiraza münasibət bildirməsini soruşulanda o, etirazı müdafiə etmədiyini və hər hansı etiraz etmədiyini söyləmişdir, hakim bütün bunlara və etiraza (yəni barəsində şikayət edilmiş şəxs X8 etirazı müdafiə etməməsinə və hakimə etiraz etmədiyini deməsinə) baxmayaraq etirazı məhkəmənin sədrinə təqdim etmiş və 10 dekabr 2024-cü il tarixli 1(009)-191/2024 saylı qərarla etiraz təmin edilmişdir, qeyd edilənlər məhkəmə zalında aparılan audio-video yazılarda qeyd edilmişdir. Bütün bunlar və yekun hökm məhkəmənin bu işdə qərəzli olmasını sübut edir. Məhkəmə hesab etmişdir ki, əməlin özü mövcuddur, lakin şəxsin əməllərində cinayət tərkibi yoxdur. Məhkəmə şəxsin əməlində cinayət tərkibinin olub-olmamasının necə müəyyən etməsini hökmdə qeyd etməmişdir və buna dair hər hansı münasibət bildirməmişdir. Məhkəmə barəsində şikayət edilmiş şəxs X8 xüsusi ittihamçı X1 və iş yoldaşlarının, o cümlədən vəzifəcə ondan yüksək və kiçik olan heyətin yanında ünvanladığı sözlərin mahiyyətinə varmadan, onlara hər hansı formada izah vermədən belə qənaətə gəlməsi əsaslandırılmamışdır. Bundan əlavə, məhkəmə hesab etmişdir ki, barəsində şikayət edilmiş şəxs X8 xüsusi ittihamçı X6 təhqir etmək və ona böhtan atmaq niyyəti olmamış, o bunu sadəcə şikayət formasında bildirmişdir. Məhkəmə barəsində şikayət edilmiş şəxs X8 xüsusi ittihamçı X4 ünvanına işlətdiyi sözlərin hansı məna daşıdığını, həmin sözlərdə təhqir ifadəsi olub-olmamasını müəyyən etməmişdir, bundan əlavə barəsində şikayət edilmiş şəxs X8 xüsusi ittihamçı X4 ünvanına bir neçə dəfə fərqli sözlər işlətmiş, lakin məhkəmə onların hər hansı birisinə öz hökmündə qiymət verməmişdir. Göründüyü kimi, məhkəmə öz hökm qəbul edərkən “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 nömrəli qərarının tələblərini pozmuşdur, belə ki bəraət hökmünün nəticəvi hissəsində cinayət qanununun hər bir maddəsi üzrə təqsirləndirilən şəxsə cinayət-prosessual qanunla nəzərdə tutulan hansı əsaslarla bəraət verildiyi göstərilməmişdir. Bir neçə cinayət törətməkdə ittiham olunan və əməli cinayət qanununun bir və ya bir neçə maddəsi ilə tövsif edilən şəxs haqqında bəraət hökmü çıxarılarkən məhkəmə hökmün təsviri-əsaslandırıcı hissəsində hər bir maddə üzrə təqsirləndirilən şəxsin təqsirsiz olması barədə gəldiyi nəticəni əsaslandırmamış, nəticəvi hissəsində isə ona cinayət qanununun hansı maddəsilə və cinayət-prosessual qanunda nəzərdə tutulmuş hansı əsasla bəraət verildiyini göstərməmişdir. Bəraət hökmünün təsviri-əsaslandırıcı hissəsində ittihamın məzmunu göstərildikdən sonra işin faktiki halları, onların məhkəmə tərəfindən necə müəyyən edilməsi şərh edilməmiş, təqsirləndirilən şəxsin təqsirsiz olması barədə məhkəmənin gəldiyi nəticəni əsaslandıran sübutlar təhlil edilməmiş, ittihamın əsasını təşkil edən sübutların rədd edilməsinin motivləri göstərilməmişdir. Məhkəmə kollegiyasının iclasında çıxış edən xüsusi ittihamçının nümayəndəsi apellyasiya şikayətlərinin təmin edilməsini, birinci instansiya məhkəməsinin hökmünün ləğv edilməsini, X8 barəsində ittiham hökmünün çıxarılmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasında çıxış edən bəraət almış şəxs və müdafiəçisi bəraət almış şəxsin təhqir və ya böhtan niyyəti olmadığını, həyat yoldaşının yetərli hesab etmədiyi müalicəsi ilə əlaqədar xəstəxanaya baş həkimin qəbuluna gedərək şikayətini bildirdiyini, ifadələrin kütləvi yayımlanmadığını bildirərək birinci instansiya məhkəməsinin hökmünün tam qanuni və əsaslı olduğunu bildirib verilmiş apellyasiya şikayətlərinin təmin edilməməsini və hökmün dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. Məhkəmə kollegiyası apellyasiya şikayətlərinin dəlillərini işin materialları ilə əlaqəli surətdə araşdırıb, tərəflərin çıxışlarını dinləyərək hesab edir ki, şikayətlər təmin edilməməli, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 26 fevral 2025-ci il tarixli 1(009)-17/2025 saylı hökmü qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 397.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsinə əsasən, birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Məhkəmə kollegiyası qeyd edir ki, verilmiş apellyasiya şikayətlərində X12 bəraət verilməsinə dair hökmün ləğv edilməsi xahiş edilsə də, birinci instansiya məhkəməsi cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdıraraq, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124, 143 və 145-ci maddələrinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin, xüsusi ittihamçının, şahidlərin ifadələrinin, məhkəmə hərəkətlərinin protokollarının, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə düzgün qiymətləndirmiş, təqsirliliyi sübuta yetirilməməsi qənaətinə gələrək X14 barəsində Cinayət Məcəlləsinin 147.1 və 148-ci maddələri ilə bəraət hökmü çıxarmışdır. Məhkəmə kollegiyası göstərilən qənaətə gələrkən, məhkəmənin hökmündən verilmiş şikayətlərin əsaslandığı dəlillərinin artıq birinci instansiya məhkəməsi tərəfindən məhkəmə istintaqı zamanı tam, hərtərəfli və dolğun şəkildə və bir-biri ilə qarşılıqlı əlaqədə tədqiq edilməklə, cinayət və cinayət-prosessual qanunvericiliyin tələblərinə əsasən araşdırılmaqla yekun nəticəyə gəlindiyini qeyd edir. Belə ki, birinci instansiya məhkəməsində barəsində xüsusi ittiham qaydasında şikayət verilən X14 özünü təqsirli bilməyərək göstərmişdir ki, həmin ittiham işin həqiqi halları və qanunvericiliyin tələblərinə əsasən təmin edilməməlidir. İşin həqiqi halları ondan ibarətdir ki, həyat yoldaşı X13 şəkər xəstəsidir və bir müddət ayaq barmağında hiss etdiyi cüzi ağrılar və narahatçılıqlarla bağlı Bakı şəhəri 1 saylı şəhər Poliknikanın cərrah həkimi X5 müraciət etmiş, həkim həyat yoldaşını xeyli müddət barmağı sarğı etməklə müalicə etmiş, nəticədə də ayağın dördüncü barmağı tam qaralmış və barmaqda hissiyyat müəyyən etmək mümkün olmadığını görüb həkim Günay İsmayılova artıq müalicə və sarğılar barmağa kömək etməyəcəyini bildirərək barmağın əməliyyat yolu ilə götürülməsi üçün xəstəxanaya müraciət etmək lazım olduğunu həyat yoldaşına bildirmişdir. Bununla əlaqədar xəstəxanaya müraciət etdiklərində artıq onlara həmin barmağın və yanındakı barmağın yarısını amputasiya etmək yolu ilə götürmək lazım olduğu bildirilmiş və onlar həmin əməliyyatı etdirmək məcburiyyətində qalmışlar. Məlum məsələdir ki, həkim Günay İsmaylova müayinə və müalicəni düzgün aparıb vaxtında lazımi tibbi yardım göstərilmiş olsaydı, əməliyyat yolu ilə həyat yoldaşı ayaq barmaqlarını itirməzdi. O bununla əlaqədar iradını bildirmək məqsədi ilə 02 fevral 2023-cü il tarixdə Bakı şəhəri 1 saylı Şəhər Poliklinikasının Baş Həkiminin qəbuluna getmişdir. Baş Həkim qəbula gəlməyinin səbəbini bilmədən onu otağına dəvət etmiş, bu zaman otaqda iki nəfər əvvəllər görmədiyi və tanımadığı poliklinikanın işçiləri var idi. Baş Həkimə həkim Günay İsmayılova ilə bağlı iradını bildirmək istədiyində o, Günay İsmayılovanı da otağa dəvət etdikdən sonra onu dinləmiş, iradı isə ondan ibarət idi ki, həkim Günay İsmayılova həyat yoldaşının ayaq barmağını xeyli müddət tam müayinə və müalicə etməməsi səbəbindən həyat yoldaşı ayağının iki barmağını itirmiş, hətta Türkiyə Respublikasının ayağına sürtmək üçün bahalı krem sifariş etmək üçün ondan 30 manat pul aldığını, lakin kremi təqdim etmədiyini bildirmişdir. Baş Həkimin qəbulunda olarkən o, Günay İsmayılovanın şərəf və ləyaqətini ləkələyən böhtan xarakterli və təhqiredici ifadələr işlətməyib. İşlətmiş olsaydı belə, həmin hərəkətlər Cinayət Məcəlləsinin 147 və 148-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlinin tərkibini o halda yarada bilər ki, həmin hərəkətlər kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, mediada və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayma, yəni kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, mediada və ya kütləvi nümayiş etdirilmiş olsun. Sadəcə olaraq narazılığını həkim işlədiyi tibb müəssisəsinin Baş Həkiminə bildirib. Bu isə birbaşa qanunla nəzərdə tutulmuş haldır. “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında “Ali Məhkəmə Plenumunun qərarında deyilir: “böhtan və təhqir xarakterli məlumatlar mətbuatda dərc edilməklə, radio və televiziya verilişlərində səsləndirilməklə, elektron vasitələrlə yayınlanmaqla, kinoxronikal proqramlarda nümayiş etdirilməklə, əsərlərdə təsvir edilməklə, yığıncaq və toplantılarda deyilməklə, məktub, ərizə və şikayətlərdə göstərilməklə, idarə, müəssisə və təşkilatlardan çıxan sənədlərdə əks etdirilməklə və sair üsullarla yayıla bilər”. Lakin Cinayət Məcəlləsinin 147 və 148-ci maddələrinin mənasına görə, şəxs böhtana, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları yayma və təhqirə, yəni şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltmaya görə o halda cinayət məsuliyyətinə cəlb edilə bilər ki, təhqir və böhtan xarakterli məlumatlar onun tərəfindən kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayılmış olsun. Belə olduğu halda hesab edir ki, Günay İsmayılovanın ona qarşı irəli sürdüyü heç bir hüquqi və həqiqi əsası olmayan şikayət əsassız və qanunsuz hesab edilməklə rədd edilməlidir. Birinci instansiya məhkəməsində xüsusi ittihamçı X9 şikayət ərizəsinə uyğun izah verərək Cinayət Məcəlləsinin 147.2 və 148-ci maddələrində nəzərdə tutulmuş əməli törətdiyinə görə məhkəmədən X8 həmin maddələrlə cinayət məsuliyyətinə cəlb edilməklə barəsində müvafiq hökm çıxartmağı və qanun çərçivəsində tədbir görülməsini məhkəmədən xahiş etmişdir İş materiallarında olan diskə məhkəmə iclasında baxış keçirilərkən müəyyən olunmuşdur ki, X2 Günay Vəlihəd qızının ünvanına “savadsız həkim”, “bu torpaqda cərrah vəzifəsinə layiq olmayan”, “kül sənin kimi həkimin başına”, “sənin ucbatından mənim yoldaşımın barmağı kəsilib”, “bu adam cərrah olmağa layiq deyil” ifadələri demiş və həyat yoldaşına tətbiq etdiyi müalicəyə səhlankar yanaşdığını bildirmişdir. Cinayət məsuliyyətinin əsaslarına dair Cinayət Məcəlləsinin 3-cü maddəsində təsbit olunmuşdur ki, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Bu normanın mənasına görə şəxsin əməlində konkret cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə isnad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. Bu tələb Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarının müddəalarından da irəli gəlir. Belə ki, Konstitusiya Məhkəməsinin Plenumunun həmin Qərarına görə, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanılmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Həmin Məcəllənin 146.1-ci maddəsinə əsasən, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə isə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin (o cümlədən, əməldə cinayəti ağırlaşdıran bu və ya digər tövsifedici əlamətin olub-olmamasının) müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 21 fevral 2015-ci il tarixli 3 saylı Qərarının 2-ci bəndində göstərilir ki, cinayət qanunvericiliyində xüsusi ittiham qaydasında cinayət təqibinə səbəb olan əməllərin törədilməsinə görə cinayət məsuliyyətinin nəzərdə tutulması hər kəsin mənəvi dəyəri olan şərəf və ləyaqətini, nüfuzunu qeyri-qanuni qəsdlərdən qorumaq məqsədi daşıyır. Hər kəsin şərəfi dedikdə onun cəmiyyətin üzvü kimi əxlaqi, mənəvi keyfiyyətlərinə, digər insanlara, dövlətə, cəmiyyətə münasibətinə görə ona verilən qiymət, ləyaqəti dedikdə şəxsin öz mənəvi və əqli keyfiyyətlərini, cəmiyyətdəki mövqeyini və nüfuzunu dərk etməsi və özünün özünə verdiyi qiymət, nüfuzu dedikdə isə şəxsin cəmiyyətdə, kollektivdə, dostlarının əhatəsində, təşkilatda öz qabiliyyətinə görə tutduğu mövqe başa düşülür. Həmin Qərarın 5-ci bəndində qeyd edilir ki, böhtan və təhqir xarakterli məlumatlar mətbuatda dərc edilməklə, radio və televiziya verilişlərində səsləndirilməklə, elektron vasitələrlə yayınlanmaqla, kinoxronikal proqramlarda nümayiş etdirilməklə, əsərlərdə təsvir edilməklə, yığıncaq və toplantılarda deyilməklə, məktub, ərizə və şikayətlərdə göstərilməklə, idarə, müəssisə və təşkilatlardan çıxan sənədlərdə əks etdirilməklə və sair üsullarla yayıla bilər. Lakin Cinayət Məcəlləsinin 147 və 148-ci maddələrinin mənasına görə, şəxs böhtana, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları yaymaya və təhqirə, yəni şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltmaya görə o halda cinayət məsuliyyətinə cəlb edilə bilər ki, təhqir və böhtan xarakterli məlumatlar onun tərəfindən kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayılmış olsun. Kütləvi çıxış dedikdə, hər hansı şəxsin şərəf və ləyaqətini alçaldan və ya onu nüfuzdan salan məlumatları ən azı iki nəfər kənar şəxsin görə, eşidə və ya qavraya biləcəyi formada ifadə etmə başa düşülür. Kütləvi nümayiş etdirilən əsər dedikdə, ən azı iki nəfər kənar şəxsin görə və ya qavraya biləcəyi şəraitdə nümayiş etdirilən əsərlər (fotoşəkillər, rəsm əsərləri, kinematoqrafiya əsərləri, reklam və sair) başa düşülür. Kütləvi informasiya vasitəsi və kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatı dedikdə, dövri mətbu nəşrlər, teleradio proqramları, kinoxronika proqramları, sosial internet şəbəkələri, dövri mətbuatın və teleradio kanallarının internet saytları və digər yayım formaları başa düşülür. Böhtan və təhqir xarakterli məlumatların müxtəlif orqan və təşkilatlara ünvanlanmış ərizə və şikayətlərdə əks olunması və ya ona aid olan şəxsə təklikdə bildirilməsi həmin məlumatların kütləvi çıxış şəklində yayılması sayılmır və belə hallarda onları yaymış (bildirmiş) şəxsin hərəkətlərinin cinayət kimi qiymətləndirilməsi istisna edilir. Həmin Qərarın 6-cı bəndində göstərilir ki, məhkəmələrə izah edilsin ki, Avropa Məhkəməsinin presedent hüququna müvafiq olaraq barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs tərəfindən yayılmış məlumatlarda fikrin və ya faktın əks etdirilməsi fərqləndirilməli və bu hala əhəmiyyət verilməlidir. Faktların mövcudluğu nümayiş oluna bilsə də, fikirlərin həqiqiliyi sübut oluna bilən deyildir. Fikirlərin həqiqiliyini sübut etmək tələbinə riayət etmək mümkün deyil və bu tələb Konvensiyanın 10-cu maddəsi ilə təmin edilmiş hüququn əsas hissəsi olan fikir azadlığının özünü pozur (bax, yuxarıda qeyd olunan De Haes və Gijsels, § 42 və Lingens, § 46). Eyni zamanda, üçüncü tərəfin davranışı barədə iddialar irəli sürüldüyü hallarda bəzən faktın təqdimatı ilə fikirlər arasında fərqi müəyyən etmək çətin olur. Buna baxmayaraq, hətta fikirlər faktlara əsaslanmadıqda onlar olduqca əsassız ola bilər (bax, Jerusalem Avstriyaya qarşı, §43). Böhtan və təhqir hər hansı digər diffamasiya halları kimi (ləkələyici və ya təhqiredici xarakterli məlumatların yayılması və ya deyilməsi) həmişə şəxsi, mənəvi hüquqların toxunulduğu hallardır. Diffamasiya ümumi mənada böhtan və təhqir xarakterli məlumatların yayılması və deyilməsi deməkdir. Sonra isə onun müxtəlif konfiqurasiyaları olur: qeyridəqiq ləkələyici məlumatların yayılması, sadəcə olaraq qeyri-dəqiq və bilərəkdən yalan ləkələyici məlumatların yayılması, şərəf və ləyaqətin nalayiq formada qəsdən alçaldılması – məhz bu, böhtan və təhqirdir. Mülki-hüquqi diffamasiyanın klassik tərkibi böhtan və təhqir xarakterli qeyri-dəqiq məlumatdır, lakin onu yayan şəxs bu məlumatın yalan olduğunu bilməyə də, vicdanlı olaraq aldanmış və ya xətaya düşmüş ola bilər. Böhtan və təhqir diffamasiyaya dair mülki iddiadan fərqli olaraq cinayət əməlləridir. Və bu iki hüquq pozuntuları arasındakı fərq ondan ibarətdir ki, böhtan və təhqir həmişə bilərəkdən yalan olan faktoloji məlumatların yayılmasıdır və ya şərəf və ləyaqətin nalayiq formada qəsdən alçaldılmasıdır. Böhtan cinayətinin tərkibini yalnız təqsirləndirilən şəxsin konkret faktiki ifadəsi yarada bilər. Başqa sözlə, böhtan zamanı yayılan məlumatlar hər hansı bir konkret faktı və ya hadisəni xarakterizə etməlidir. Məhkəmə araşdırması nəticəsində ifadənin reallığa uyğunluğunu yoxlamaq və hüquqi mənada böhtan cinayətinin tərkibinin elementlərindən birinin — məlumatların yalan olduğunu müəyyən etmək mümkündür. Böhtanın atılması zamanı təqsirləndirilən şəxs tərəfindən zərərçəkmişin guya törətdiyi konkret əməllər və ya onun həyatındakı hadisələr barədə uydurma olan, cəmiyyət tərəfindən rüsvayçı, qınağa layiq kimi qəbul edilən məlumatlar ifadə olunur. Bu şərtlərdə, təqsirləndirilən şəxs yalnız yaydığı məlumatların heç bir əsasının olmadığını və qanunla qorunan hüquq və mənafeləri qorumaq niyyəti ilə deyil, yalnız başqa bir şəxsə zərər vermək niyyəti ilə diktə edildiyi təqdirdə məsuliyyətə cəlb edilə bilər. Başqa sözlə, təqsiləndirilən şəxs tərəfindən hüquqdan sui-istifadə etməsi halı mövcud olmalıdır. Təqsirləndirilən şəxsin böhtan cinayətini törətməsi qənaətinə gəlmək üçün onun yaydığı məlumatların özünün və ya kiminsə uydurması, yalan olduğunu etibarlı şəkildə bildiyini müəyyənləşdirmək lazımdır. Digər hallarda, əgər təqsirləndirilən şəxs hər hansı bir səbəbdən bu məlumatların yalan olduğunu bilmirdisə, onun hərəkətlərində böhtanın tərkibi yoxdur. Onun ifadə etdiyi hallarla bağlı qeyri-ixtiyari olaraq səhv etməsi nəticəsinə gəlinməsi və buna görə də böhtana görə cinayət məsuliyyətinə cəlb edilməməsi üçün, təqsirləndirilən şəxs bu ifadələrin hər hansı bir əsasına malik olmalıdır. Ləyaqət və şərəf bir çox hüquq sahələrinin normaları ilə qorunur. Lakin ictimai münasibətləri daha kobud və yolverilməz formada pozan hər hansı əməl, bir qayda olaraq, cinayət qanununda cinayət kimi nəzərdə tutulur. Şəxsin konstitusion dəyərləri olan ləyaqəti, şərəfi, nüfuzu, cinayət hüququnun müdafiə obyekti xassəsini itirməməlidir. Bununla yanaşı, məhkəmə, həmçinin hesab edir ki, öz fikirlərini açıq şəkildə ifadə etmək o halda cinayət məsuliyyətinə səbəb ola bilər ki, bu fikirləri qəbul edən insanları qanunsuz hərəkətlərə və ya zorakılığa sövq edə bilsin və yalnız bu şərtlə ki, əməl qəsdən, yüksək ehtimalla, bu kimi hərəkətlərə təhrik etmək niyyətilə edilsin. Şəxsin ictimai qiymətinin ədalətliliyinin hüquqi müdafiəsini yüksək sosial təhlükə törətməyən, əksər hallarda məişət və ya xidməti münaqişələr zəminində inzibati və ya mülki hüquq normaları ilə həyata keçirmək daha humanistcəsinədir. Bu cür hərəkətləri edən şəxs, bir qayda olaraq, məlumdur, bir şəxs haqqında ədalətsiz qiymətləndirmə nisbətən kiçik bir qrupda (kollektiv üzvləri, evin sakinləri, keçmiş ailə üzvləri arasında) yayılır, zərər isə yalnız müəyyən bir şəxsin mənafeyinə vurulur. Çətin ki, ibtidai istintaqa xas olan mürəkkəb və uzun prosedurlar burada özünü doğrultsun. Təsadüfi deyildir ki, Mülki və Siyasi Hüquqlar haqqında Beynəlxalq Paktın 19-cu maddəsi ilə bağlı BMT İnsan Haqları Komitəsi tərəfindən qəbul edilmiş 34 saylı Ümumi Şərhdə qeyd edilmişdir ki, “İştirakçı dövlətlər böhtanın və təhqirin cinayətlər kateqoriyasından çıxarılmasını nəzərdən keçirməlidirlər, lakin istənilən halda cinayət hüququ yalnız ən ağır işlərlə bağlı tətbiq olunmalı və azadlıqdan məhrum etmə heç bir halda adekvat cəza tədbiri sayılmamalıdır. İştirakçı dövlət şəxs böhtanda və təhqirdə ittiham edildikdən sonra həmin şəxsin dərhal mühakimə olunmaması hallarından çəkinməlidir, çünki bu təcrübə həmin şəxsin və ya başqalarının ifadə azadlığı hüququnun həyata keçirilməsini lazımsız şəkildə məhdudlaşdırıcı təsirə malikdir”. Böhtana və təhqirə məhkəmə-hüquqi qiymət verilməsi təkcə cinayət qanunu normalarının ifadəsini deyil, həm də onun əsaslandırılmasını nəzərdə tutur. Məhkəmə göstərməlidir ki, böhtanı və təhqiri niyə belə tövsif etmişdir. Məhz hökmün tərtib edilməsi mərhələsində məhkəmə təqsirləndirilən şəxsin niyyəti ilə bağlı nəticə çıxarmalıdır. Böhtan və təhqir yalnız birbaşa qəsdən törədildiyi üçün hökmdə müttəhimin bilavasitə niyyəti olduğunu göstərən halların məcmusuna istinad etmək lazımdır. Başqa sözlə, niyyət cinayətin baş verməsi hallarının məcmusu ilə sübuta yetirilir. Bütövlükdə təqsirləndirilən şəxsin təqsiri və ya irəli sürülən ittihamın ayrı-ayrı epizodları, təqsirinin forması, cinayətin törədilməsində iştirak dərəcəsi və xarakteri, vicdanlı yanılma da daxil olmaqla cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar və s. kimi aradan qaldırılması mümkün olmayan şübhələr yarandıqda, onlar müttəhimin lehinə şərh edilməlidir. İttihamın dəstəklənməsi təkcə məhkəmə iclasında iştirakla məhdudlaşmır, bütün məhkəmə prosesi boyu həyata keçirilir. Hüquq nəzəriyyəsində böhtan cinayətinin araşdırılması prosesi çərçivəsində kimin məhkəməyə dəlil təqdim etməsi, ifadə zamanı istinad edilmiş faktların sübutetmə yükünün kimin üzərinə düşməsi ilə bağlı konsensus mövcuddur. Roma hüququnda qeyd olunduğu kimi "sübut inkar edənin deyil, ifadə edənin üzərinə düşür, inkar edənin sübut etmək vəzifəsi yoxdur" (lat. ei incumbit probatio qui dicit, non qui negat, negantis nulla probatio est) prinsipi bu konsensusun əsasını təşkil edir. İşin faktiki hallarından göründüyü kimi, işin mübahisəsiz halı ondan ibarətdir ki, barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş X8 həyat yoldaşı X13 məhz xüsusi ittihamçı – Bakı şəhəri 1 saylı Şəhər Poliklinikasının həkim-cərrahı X9 tərəfindən müalicə edilirdi. Onun tərəfindən aparılmış müalicələrdən sonra xəstənin vəziyyəti ağırlaşmış, iki ayaq barmağının amputasiyası ilə nəticələnmişdir. Bəraət almış şəxs amputasiyanın müalicəni aparmış həkim tərəfindən səhlənkarlıq və düzgün müalicə aparılmaması ilə əlaqələndirmiş və bu məqsədlə şikayət və narazılığını bilavasitə həkimin rəhbərinə bildirmək üçün həkim-cərrahın işlədiyi Bakı şəhəri 1 saylı Şəhər Poliklinikasının baş həkiminin qəbuluna getmişdir. Bundan əlavə, iş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş X14 eyni məzmunlu şikayətlə hətta Bakı şəhəri Səbail rayon prokurorluğuna da müraciət etmiş, ərizə aidiyyəti üzrə baxılması üçün Səhiyyə Nazirliyinə göndərilmişdir. Məhkəmə hesab edir ki, bu kateqoriyalı mübahisələrin həllində aşağıdakı meyarlar nəzərə alınmalıdır. Bəzən vətəndaş dövlət orqanlarına ərizə ilə müraciət edərək, bu və ya digər məlumatları göstərir (məsələn, onun fikrincə törədilmiş və ya hazırlanan cinayət barəsində məlumatla hüquq-mühafizə orqanlarına müraciət edir), ancaq həmin məlumatlar yoxlanma zamanı öz təsdiqini tapmır. Bu hərəkət özü-özlüyündə həmin şəxsin cinayət məsuliyyətə cəlb edilməsi üçün əsas ola bilməz və cinayət əməli sayıla bilməz, çünki bu halda vətəndaş özünün Azərbaycan Respublikasının Konstitusiyasının 57-ci maddəsində əksini tapmış hüququndan istifadə edərək, həqiqətə uyğun olmayan ləkələyici məlumatların yayımlanmasını deyil, daxil olmuş informasiyanı yoxlamaq vəzifəsi daşıyan orqanlara müraciət etmiş olur. Beləliklə, bir şəxsin digər şəxs barəsində həqiqətə uyğun olmayan olsa belə daxil olmuş informasiyanı yoxlamaq vəzifəsi daşıyan orqanlara müraciət etməsi cinayət əməli sayılmır və cinayət məsuliyyətin yaranmasına səbəb olmur. Məhkəmə hesab edir ki, belə tələblər yalnız o halda mülki hüquqi delikt kimi qəbul edilərək, mülki icraat qaydasında təmin oluna bilər ki, məhkəmə işə baxarkən, həmin orqanlara müraciət olunmasının heç bir əsası olmadığı, hüququn və qanunla qorunan maraqların müdafiəsi məqsədi ilə deyil, yalnız başqa şəxsə ziyan vurmaq məqsədilə müraciət olunduğu, yəni hüquqdan sui-istifadə olunduğu müəyyən edilmiş olsun, çünki istənilən subyektiv hüququn hüdudları vardır. İstənilən subyektiv hüququn ayrılmaz xassəsi subyektiv hüququn məzmununa və onun həyata keçirilmə üsuluna aid olan müəyyən sərhədlərin olmasıdır. Subyektiv mülki hüququn xarici və daxili həyata keçirilmə sərhədlərinin yoxluğu obyektiv hüququ özbaşınalığa çevirir. Buna görə də hüquqdan suiistifadənin hüquqi mahiyyəti obyektiv olaraq subyektiv mülki hüququn özünün nəzəri konsepsiyasından birbaşa asılıdır. Çünki subyektiv mülki hüququn mövcud olduğu yerdə həmişə ondan sui-istifadə imkanı mövcud olacaq. Ona görə də subyektin öz subyektiv hüququnu həyata keçirərkən, həqiqi azadlığı hüdudsuz ola bilməz. İctimai münasibətlərin mülki-hüquqi tənzimlənməsinin əsas etibarilə dispozitiv təmayüllü olmasına baxmayaraq, belə azadlıq imperativ hüquq normalarının köməyi ilə əmlak dövriyyəsinin digər iştirakçılarının subyektiv maraqlarının sərhədini tanımalıdır. Azərbaycan Rkspublikasının Konstitusiyasının 24-cü maddəsində də təsbit edilmişdir ki, hüquqlar və azadlıqlar hər kəsin cəmiyyət və başqa şəxslər qarşısında məsuliyyətini və vəzifələrini də əhatə edir. Hüquqlardan sui-istifadəyə yol verilmir. Hüquqdan sui-istifadə (lat. aemulatio) vətəndaşların öz hüquqlarından hüququn təyinatına zidd şəkildə, yolverilməz üsullarla istifadə etməsi şəklində xüsusi hüquqi davranış növüdür ki, bunun da nəticəsində cəmiyyətə, dövlətə, konkret şəxsiyyətə zərər vurulur. Beləliklə, hüquqdan sui-istifadə olunması hüququn başqa şəxsə ziyan vuran yolverilməz konkret davranışda təzahür edən və yaxud özgəsinin hüququ üçün təhdid yaradan anormal (faydasız, qeyri-adi, zərərli,) həyata keçirilməsi deməkdir. Beləliklə, böhtan və təhqir xarakterli məlumatların müxtəlif orqan və təşkilatlara ünvanlanmış ərizə və şikayətlərdə əks olunması və ya ona aid olan şəxsə təklikdə bildirilməsi həmin məlumatların kütləvi çıxış şəklində yayılması sayılmır və belə hallarda onları yaymış (bildirmiş) şəxsin hərəkətlərinin cinayət kimi qiymətləndirilməsi istisna edilir. Belə ki, bəraət almış şəxs hüquq-mühafizə orqanlarına da müraciət etmiş, şikayətlərində istinad etdiyi hər bir halı prokurorluq orqanlarına ünvanladığı ərizələrdə də, hazırda məhkəmə istintaqı zamanı verdiyi ifadələrdə də göstərmişdir. Belə ki, o məhz ərizədə qeyd edilən məsələ ilə bağlı poliklinikaya getmişdir. Onun davranışları şikayətin araşdırılmasını ictimai qaydada tələb etməsinə, müvafiq orqanların diqqətini bu işin araşdırılmasına cəlb etmək istəməsinə dəlalət edir. “İnsan hüquqları və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 10-cu maddəsində göstərilmişdir ki, hər kəs öz fikrini ifadə etmək azadlığı hüququna öz rəyində qalmaq azadlığı, dövlət hakimiyyəti orqanları tərəfindən hər hansı maneçilik olmadan və dövlət sərhədlərindən asılı olmayaraq, məlumat və ideyaları almaq və yaymaq azadlığı daxildir. Avropa Məhkəməsinin presedent hüququna və yanaşmasına əsasən ifadə azadlığı Konvensiya ilə qorunan digər hüquqlarla, məsələn, ədalətli məhkəmə araşdırması hüququ ilə, şəxsi həyata hörmət hüququ ilə, vicdan və din azadlığı ilə ziddiyyətə girə bilər. Belə ziddiyyət baş verdikdə, məhkəmə bu hüquqlardan hansının digərinə nisbətən daha üstün olduğunu müəyyən etmək üçün balanslı yanaşma nümayiş etdirir. Digər hüquqların maraqları ilə onlarla ziddiyyətə girən ifadə azadlığının maraqları arasında balans axtarılarkən sonuncunun mühüm əhəmiyyət daşıması nəzərə alınır. Birinci instansiya məhkəməsi iş materiallarını tədqiq edərək, məhkəmə iclasında iştirak edən şəxslərin ifadələrini dinləyərək belə qənaətə gəlmişdir ki, X8 niyyəti şərəf və ləyaqəti ləkələmək və ya nüfuzdan salmaq deyil, həqiqət olduğuna inandığı və araşdırılmasını qanuni yollarla tələb etdiyi məsələnin həllini tapması, araşdırma aparılaraq obyektiv həqiqətin üzə çıxarılmasına çağırışlar etmək, səsinin müvafiq səlahiyyətli şəxs tərəfindən duyulması olmuşdur. Beləliklə, işdən müəyyən olunur ki, təqsirləndirilən şəxs tərəfindən səsləndirdiyi mülahizələr faktın əks etdirilməsi kimi deyil, onun fikrinin əks etdirilməsi kimi qiymətləndirilməlidir ki, bu da özü-özlüyündə cinayət-hüquqi qiymətləndirmə baxımından böhtan və ya təhqir sayıla bilməz. Təqsirləndirilən şəxsin hüququnun pozulmasına münasibətdə fikrini bildirməsi onun ifadə azadlığına hər hansı məhdudiyyət qoyulmasının zəruriliyini istisna edir. Belə bir məhdudiyyətin tətbiqi üçün ciddi ictimai tələbat mövcud deyildir. Məhkəmə kollegiyası müəyyən etmişdir ki, təqsirləndirilən şəxsin xüsusi ittihamçının hərəkətləri ilə bağlı dövlət orqanlarına da müraciətlər etmişdir. Kollegiya prosesdə müəyyən edilmiş faktiki halları nəzərə alaraq, belə qənaətə gəlir ki, təqsirləndirilən şəxs yayılmasında təqsirləndirildiyi informasiyanı səsləndirərkən onları bilə-bilə yalan hesab etməmişdir. Xüsusi ittihamçının nümayəndəsi ekspertiza rəyini təqdim edərək, xüsusi ittihamçının əslində təqsiri olmadığını qeyd etsə də, həmin rəy hazırkı iş üzrə hadisənin baş verməsindən təxminən altı ay sonra verilmişdir. Göründüyü kimi, uzun müddət ərzində həyat yoldaşının müalicəsi ilə məşğul olan həkimlə bağlı şikayətlər etməkdə bəraət almış şəxsin həmin məlumatların yalan olduğunu düşünməsi üçün yetəri əsaslar olmamışdır. Məhkəmə kollegiyası səsləndirilmiş ifadələrdə Cinayət Məcəlləsinin 147.1 və 148-ci maddələrinin subyektiv cəhətin olması ilə də razılaşmır və hesab edir ki, birinci instansiya məhkəməsinin mövqeyi əsaslı olmuşdur. Cinayət Məcəlləsinin 147.1-ci maddəsinə əsasən, böhtan, yəni yalan olduğunu biləbilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayma min manatdan min beş yüz manatadək miqdarda cərimə ilə və ya iki yüz qırx saatdan dörd yüz səksən saatadək müddətə ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya altı ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Cinayət Məcəlləsinin 148-ci maddəsinə əsasən, təhqir, yəni kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltma min manatdan min beş yüz manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan dörd yüz səksən saatadək müddətə ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya altı ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Böhtan maddəsi üzrə cinayət məsuliyyətinin yaranması üçün isə üç hal müəyyən edilməlidir: məlumatın hər hansı şəxsin şərəf və ləyaqətini ləkələməsi və ya onu nüfuzdan salması; həmin məlumatın doğru olmaması; belə məlumatların yayılması; Şərəf və ləyaqəti ləkələyən məlumatlar dedikdə əxlaqi prinsiplər, istehsal-təsərrüfat, xidmət və ictimai fəaliyyətlə əlaqədar cəmiyyət, kollektiv və yaxud ayrı-ayrı şəxslər arasında vətəndaş barədə mənfi rəy yaradan məlumatlar başa düşülür. Məlumatın yalan olması dedikdə onun həqiqətə uyğun olmaması başa düşülür. Məlumatı yayma dedikdə başqa şəxsi ləkələyən və ya nüfuzdan salan məlumatları kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayma başa düşülür. Cinayətin subyektiv cəhəti cinayət tərkibinin zəruri elementidir. Cinayətin subyektiv cəhətinin zəruri əlaməti kimi təqsir çıxış edir. Təqsir birbaşa və dolayı formalarda ola bilər. Təqsir yoxdursa deməli cinayətin subyektiv cəhəti olmamaqla cinayət tərkibi yaranmamışdır. Dolayı qəsdən fərqli olaraq birbaşa qəsd təqsirkarın əməlinin qabaqcadan gördüyü ictimai təhlükəli nəticələrinin baş verməsinin arzu etməsi ilə səciyyələnir. Bu zaman əldə olunan ictimai təhlükəli nəticə təqsirkarın çatmaq istədiyi əsas məqsəddir. Dolayı qəsd zamanı isə şəxs onun qabaqcadan gördüyü ictimai təhlükəli nəticələrin baş verməsini arzu etmir, lakin şüurlu surətdə buna yol verir və ya bu nəticələrə laqeyd münasibət bəsləyir. Cinayət Məcəlləsinin 147.1-ci maddəsində nəzərdə tutulmuş cinayətin subyektiv cəhəti birbaşa qəsdən ibarətdir. Avropa Məhkəməsinin qərarlarında qeyd edilmişdir ki, ifadə azadlığına hər hansı məhdudiyyətin “zəruriliyi” əsaslı qaydada müəyyən edilməlidir. İlk növbədə məhkəmələr məhdudiyyətin tətbiqi üçün “ciddi ictimai tələbatın” mövcud olub-olmadığını müəyyən etməlidirlər; bu halda onların müəyyən mülahizə hüdudları vardır. Mətbuat ilə bağlı işlərdə məhkəmələrin malik olduğu mülahizə hüdudları demokratik cəmiyyətin azad mətbuatı təmin etmək və qorumaq marağı ilə müəyyən edilir. Eynilə, Konvensiyanın 10-cu maddəsinin 2-ci bəndinə əsasən məhdudiyyətin qanuni məqsədə mütənasib olubolmamasının müəyyən edilməsində bu maraq daha ağır çəkiyə malikdir (bax, Fressoz və Ruar Fransaya qarşı (BP), § 45). Məhkəmə böhtan sayıla biləcək bəyanatların doğruluğunun sübut edilməsi məsələsi ətrafında geniş təcrübə formalaşdırmışdır. Diffamasiya ilə bağlı ilk Lingens Avstriyaya qarşı, 1986, Dyuldin və Kislov Rusiyaya qarşı, 2007, işində məhkəmə ərizəçi jurnalistin Federal Kansleri tənqid etmək üçün kobud ifadə istifadə etdiyi o cümlədən onu "rəzil opportunizm", "mənəviyyatsız" və "ləyaqətsiz" davranışda ittiham etdiyi vəziyyətlə üzləşmişdi. Avstriya məhkəmələri ərizəçini bəyanatlarının həqiqiliyini sübut edə bilmədiyi üçün təqsirli hesab etmişdir. Məhkəmə qeyd etmişdir ki, faktlarla bağlı bəyanatlar və rəylərlə bağlı bəyanatlar və ya subyektiv dəyərləndirmələrdə fərq mövcuddur: Məhkəmənin fikrincə faktlar və obyektiv qiymətləndirmələr diqqətli şəkildə fərqləndirilməlidir. Faktların mövcudluğu göstərilə bilər, halbuki obyektiv qiymətləndirilmələrin həqiqiliyi sübutetməyə həssas deyil. Subyektiv baxımdan bu tələbi yerinə yetirmək mümkün deyil və o, Konvensiyanın 10-cu maddəsi ilə təmin edilən (mad. 10) hüququn mühüm hissəsi olan fikir azadlığını pozur. Qeyd edilən sübutların mötəbərliyinin müəyyən olunması və qiymətləndirilməsi baxımından Avropa İnsan Hüquqları Məhkəməsi özünün bir çox qərarlarında uzun müddətdir formalaşmış yanaşma standartını müəyyən etmişdir. Məmmədov (Cəlaloğlu) Azərbaycana qarşı 11 yanvar 2007-ci il tarixli, 18 yanvar 1978-ci il tarixli məhkəmə qərarlarında, həmçinin bir sıra qərarlarda sübutları qiymətləndirərkən “əsaslı şübhə yerinin qalmaması” sübutetmə standartını tətbiq edir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vll hissəsinin tələbinə görə, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı, “Mülki və siyasi hüquqlara dair” Beynəlxalq Paktın 14-cü maddələrinə müvafiq olaraq, hər kəs ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz sayılır. Avropa İnsan Hüquqları Məhkəməsi Telfner Avstriyaya qarşı (2001) işində qeyd etmişdir ki, məhkəmə araşdırması gedişində təqsirsizlik prezumpsiyası prinsipinin əhəmiyyəti sübutetmə yükünün ittiham tərəfinin üzərinə düşməsi, irəli sürülən ittihamın əsaslılığına dair şübhələrin isə təqsirləndirilən şəxsin xeyrinə şərh olunmasıdır. Bundan əlavə, “Hoanq Fransaya qarşı” işində Avropa məhkəməsinin mövqeyinə əsasən bütün sübutlar diqqətlə qiymətləndirilmədən hüquq fərziyyəsinin tətbiq edilməsi təqsirsizlik prezumpsiyasını böyük ehtimalla pozmuş olur. Ehtimal və fərziyyə ilə ittiham irəli sürülə bilməz. Məhkəmə kollegiyası qeyd edir ki, ittiham irəli sürülən şəxs barəsində ittiham hökmü o zaman qəbul edilə bilər ki, ittiham üzrə göstərilən sübutlar məhkəmə istintaqı zamanı təkzib edilməməklə təsdiq olunsun, əgər ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilməlidir. Məhkəmə kollegiyası, həmçinin qeyd edir ki, təqsirsizlik prezumpsiyası cinayətin törədilməsində təqsirləndirilən şəxsin təqsirinin cinayət-prosessual qanunun müəyyən etdiyi qaydada sübuta yetirilməsini tələb edir. Cinayət mühakimə icraatının prinsiplərinə dair normalar cinayətdə təqsirləndirilən şəxsin təqsirinin sübuta yetirilməsində fundamental əhəmiyyət daşıyan ümumi qaydaları göstərir ki, onlara riayət edilməməsi bütövlükdə sübut etməni, onun nəticələrini əhəmiyyətsiz etmiş olar. Qiymətləndirmə zamanı hökmdə həm konkret məsələ üzrə gəlinən nəticəni təsdiqləyən, həm də onu təkzib edən sübutlara istinad etməlidir. Məhkəmə kollegiyası iş üzrə əldə olunmuş sübutlar məcmusuna hərtərəfli və obyektiv qiymət verərək belə nəticəyə gəlir ki, X8 ittiham üzrə cinayətin törədilməsinə təqsirliliyi sübuta yetirilmir. Aparılmış məhkəmə istintaqının nəticələrinə əsasən məhkəmə əsaslı olaraq belə qənaətə gəlmişdir ki, barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxsə qarşı Cinayət Məcəlləsinin 147.2 və 148-ci maddələri ilə cinayətlərin tərkibinin subyektiv cəhətin mövcud olmaması onun cinayət məsuliyyətini istisna edir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 21.2-ci maddəsinə əsasən, şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eynilə cinayət və cinayətprosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Həmin Məcəllənin 28-ci maddəsinə görə, məhkəmələr cinayət işlərinə və cinayət təqibi ilə bağlı digər materiallara məhkəmədə yalnız bu Məcəllə ilə müəyyən edilmiş hüquqi prosedurlara uyğun faktlar əsasında, qərəzsiz və ədalətlə baxmalıdırlar. Şəxsin cinayətdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq edilməlidir. Həmin Məcəllənin 33.2-ci maddəsində nəzərdə tutulmuşdur ki, cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125, 144-146-cı maddələrinin müddəalarının pozulması yolverilməzdir. Həmin Məcəllənin 42.1.2-ci maddəsinə əsasən, əməldə cinayət tərkibi olmadıqda məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü çıxarılır. Həmin Məcəllənin 42.2.4-cü maddəsinə əsasən, bu Məcəllənin 42.1.2-ci maddəsində nəzərdə tutulmuş əsaslara görə təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi olmadıqda və ya əməlin cinayət olmasını aradan qaldıran hallar mövcud olduqda bəraət hökmü çıxarılır. Həmin Məcəllənin 145.3-cü maddəsinə əsasən ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Həmin Məcəllənin 350.2-ci maddəsinə əsasən, həmin Məcəllənin 42.1-ci maddəsində nəzərdə tutulmuş hallardan biri olduqda, aparılmış məhkəmə baxışının nəticələrinə dair məhkəmə bəraət hökmü çıxarmalıdır. Bu hallar arasında məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirliliyinin sübuta yetirilməməsi göstərilmişdir. Cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilir. “Barbera, Messege və Yabardo İspaniyaya qarşı” şikayətlə bağlı qərarında Avropa Məhkəməsi bildirmişdir ki, təqsirsizlik prezumpsiyası nəzərdə tutur ki, məhkəmənin tərkibi öz vəzifələrini icra edərkən, təqsirləndirilən şəxsə istinad edilən cinayətin onun tərəfindən törədildiyi kimi qərəzli mövqedən çıxış etməməlidir və bunu sübut etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür, istənilən şübhə isə təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. Avropa İnsan Hüquqları Məhkəməsi təqsirsizlik prezumpsiyası ilə bağlı Avropa Konvensiyasının 6-cı maddəsi üzrə şikayətlərlə bağlı qərarlarında dəfələrlə vurğulamışdır ki, sübutların mümkünlüyü məsələsi əsasən milli qanunvericiliklə tənzimlənən məsələdir və ümumi qaydaya uyğun milli hakimlər məhz təqdim olunan sübutları qiymətləndirməlidir. Avropa Məhkəməsi xüsusilə qeyd etmişdir ki, Konvensiyaya uyğun Avropa Məhkəməsinin vəzifəsi ümumilikdə məhkəmə araşdırmasının ədalətli olub-olmamasından, o cümlədən sübutların əldə edilməsinin qanuni olub-olmamasından ibarətdir. Adətən, bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə açıq məhkəmə iclasında tədqiq edilməlidir. Bu prinsipdən istisna ola bilər, lakin istisnalar təqsirləndirilən şəxsin müdafiə hüququna xələl gətirməməli və o, ittiham tərəfinin şahidlərinin ifadələrini təkzib etmək imkanına malik olmalıdır. Göstərilənlərə əsasən, məhkəmə kollegiyası belə qənaətə gəlir ki, X8 əməllərində Cinayət Məcəlləsinin 147.1 və 148-ci maddəsinin tərkibinin olması ilə bağlı xüsusi ittihamçının gəldiyi nəticə məhkəmə istintaqı zamanı öz təsdiqini tapmadığından ittiham üzrə bəraət verilməli olması barədə birinci instansiya məhkəməsinin qənaəti əsaslıdır. Məhkəmə kollegiyası bu qərardan fərqli qərar qəbul etmək üçün hər hansı əsas görmür. Odur ki, apellyasiya şikayətləri əsassız olduğundan təmin edilməməli, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 26 fevral 2025-ci il tarixli 1(009)-17/2025 saylı hökmü dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 398.1.1-ci maddəsinə əsasən, apellyasiya protestinin və ya apellyasiya protestinin baxışı nəticəsində apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarını dəyişdirmədən, apellyasiya şikayətini və ya apellyasiya protestini isə təmin etmədən saxlanılması haqqında qərar qəbul etmək səlahiyyətinə malikdir. Məhkəmə kollegiyası şərh olunanları və Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 397.1, 397.2, 398.1.1 və410-cu maddələrini rəhbər tutaraq, qəraraaldİ: Apellyasiya şikayətləri təmin edilməsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 26 fevral 2025-ci il tarixli 1(009)-17/2025 saylı hökmü dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 408-412-ci maddələrinə uyğun olaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və kassasiya protesti verilə bilər.
Məhkəmə qərarları › İş №1(103)-1071/2025
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №1(103)-1071/2025
30.07.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver