Məhkəmə qərarları › İş №1(103)-1072/2021

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №1(103)-1072/2021

01.07.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(103)-1072/2021 01.07.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər - Vaqif Ənvər oğlu Mursaqulovun sədrliyi və məruzəsi ilə, X6 və X9 ibarət tərkibdə, Məhkəmə iclas katibi - X3, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin prokuroru X5, Məhkum - Təqsirləndirilən şəxs1 Allahverdi oğlunun və onun müdafiəçisi Müdafiəçi6, Məhkum - X2 və onun müdafiəçisi Müdafiəçi5 iştirakları ilə, xx xxxx 1994-cü il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, himayəsində 2 (iki) azyaşlı uşağı olan, həbs olunanadək fərdi əməklə məşğul olmuş, əvvəllər məhkum olunmayan, Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, M.Hüseyinzadə küçəsi, döngə 8, keçid 7, ev 5-də qeydiyyatda olan, həbs olunanadək həmin ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs1 Allahverdi oğlunun və 21 avqust 1981-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli, himayəsində 2 (iki) azyaşlı uşağı olan, həbs olunanadək fərdi əməklə məşğul olmuş, əvvəllər məhkum olunmayan, Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, M.Hüseyinzadə küçəsi, döngə 8, ev 22-də qeydiyyatda olan, həbs olunanadək həmin ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan X2 barələrində olan Bakı Ağır Cinayətlər Məhkəməsinin 03 may 2021-ci il tarixli, 1(101)-501/2021 saylı hökmündən məhkum Təqsirləndirilən şəxs1 Allahverdi oğlunun müdafiəçisi Müdafiəçi4 və məhkum X2 müdafiəçisi Müdafiəçi5 tərəfindən verilmiş apellyasiya şikayətlərinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ : Bakı Ağır Cinayətlər Məhkəməsinin 03 may 2021-ci il tarixli, 1(101)-501/2021 saylı hökmü ilə Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayətlərin törədilməsində təqsirli bilinmiş, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsi üzrə 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri üzrə 10 (on) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs1 qəti olaraq 13 (on üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Təqsirləndirilən şəxs1 həbsdə saxlanıldığı müddət cəza müddətinə daxil edilmiş və cəzanın əvvəli onun tutulduğu vaxtdan, yəni 17 iyun 2020-ci il tarixdən hesablanmış, Təqsirləndirilən şəxs1 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması, Təqsirləndirilən şəxs1 ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayətlərin törədilməsində təqsirli bilinməsi, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsi üzrə 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri üzrə 10 (on) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməsi, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs2 qəti olaraq 13 (on üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilməsi, Təqsirləndirilən şəxs2 həbsdə saxlanıldığı müddət cəza müddətinə daxil edilməsi və cəzanın əvvəli onun tutulduğu vaxtdan, yəni 17 iyun 2020-ci il tarixdən hesablanması, Təqsirləndirilən şəxs2 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması, Təqsirləndirilən şəxs2 ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması, Hökm qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut olub Azərbaycan Respublikası DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin maddi sübutların saxlanma kamerasında saxlanılan və ekspertiza tədqiqatında sonra qalıq çəkiləri 3.125,175 qram təşkil edən narkotik vasitə heroin, 1.079,85 qram təşkil edən psixotrop maddə metamfetamin, 1.024,9 qram təşkil edən narkotik vasitə heroin, 499,9 qram təşkil edən psixotrop maddə metamfetamin, 0,121 qram təşkil edən psixotrop maddə metamfetamin və Təqsirləndirilən şəxs1 yaşadığı evdən aşkar edilmiş 5.009,8 qram narkotik vasitə qurudulmuş marixuana hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməsi, şəxsi axtarış və evə baxış keçirilməsini özündə əks etdirən 2 (iki) ədəd diskin cinayət işinin materiallarında saxlanılması, iş üzrə ekspertiza tədqiqatının dəyəri olan 114 (yüz on dörd) manat məbləğində pul vəsaiti təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin bank hesabına köçürülməsi, iş üzrə mülki iddia və xüsusi müsadirə edilməli olan digər əmlak olmaması hökm edilmişdir. Məhkəmə hökmünə əsasən Təqsirləndirilən şəxs1 təqsirləndirilir ondan ötrü ki, o, qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi və tamah niyyəti ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddələri Azərbaycan Respublikasının gömrük sərhədindən, gömrük nəzarətindən kənar və ya ondan gizli qaçaqmalçılıq yolu ilə keçirməklə qanunsuz olaraq əldə etmiş, saxlamış və daşımışdır. Həmçinin, Təqsirləndirilən şəxs2 təqsirləndirilir ondan ötrü ki, o, qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi və tamah niyyəti ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddələri Azərbaycan Respublikasının gömrük sərhədindən, gömrük nəzarətindən kənar və ya ondan gizli qaçaqmalçılıq yolu ilə keçirməklə qanunsuz olaraq əldə etmiş, saxlamış və daşımışdır. Təqsirləndirilən şəxs1, satış məqsədi və tamah niyyəti ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddələri əldə etmək, qaçaqmalçılıq yolu ilə keçirmək, saxlamaq, daşımaq və satmaq barədə tanışı Təqsirləndirilən şəxs2, şəxsiyyəti istintaqa məlum olmayan İran İslam Respublikasının vətəndaşı «Şəhram» adlı şəxs və qeyriləri ilə əvvəlcədən razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs təşkil etmiş, bu məqsədlə aralarında olan cinayətkar razılaşmaya əsasən şəxsiyyəti istintaqa məlum olmayan İran İslam Respublikasının vətəndaşı «Şəhram» adlı şəxsin qanunsuz olaraq əldə etdiyi külli miqdarda, ümumi təmiz çəkisi 4.150,375 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroini, külli miqdarda, ümumi təmiz çəkisi 1.580.171 qram olan psixotrop maddə metamfetamini və külli miqdarda, ümumi təmiz çəkisi 5.010 qram çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı satıb qazanc əldə etmək məqsədi ilə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 təhvil vermək üçün istintaqa məlum olmayan vaxtda və şəraitdə İran İslam Respublikasından Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli qaçaqmalçılıq yolu ilə keçirərək 16 iyun 2020-ci il tarixdə əvvəlcədən əldə edilmiş razılığa əsasən Biləsuvar rayonunun 141-ci kilometrliyində yerləşən yol hərəkəti nişanının yaxınlığına 01 ədəd karton qutuda qoyaraq bu barədə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 məlumatlandırmış, bundan sonra sonuncular həmin tarixdə qabaqcadan əlbir olan bir qrup şəxs halında qaçaqmalçılıqla keçirdikləri qeyd olunan külli miqdarda narkotik vasitələri və psixotrop maddələri gələcəkdə satışını həyata keçirmək məqsədi ilə həmin bir ədəd karton qutunu götürərək satış məqsədi ilə qanunsuz olaraq əldə edib daşıyaraq bir hissəsini, yəni iki ədəd sellofan bükümü bir ədəd narıncı rəngli torbanın içərisinə qoyaraq Təqsirləndirilən şəxs2 saxlaması üçün verərək, bir hissəsini əynində olan açıq göy rəngli şalvarının sol yan cibinə, qalan hissəsini isə yaşadığı Bakı şəhəri, ünvan 1 ünvanında qonaq otağında sol tərəfdə yerləşən divanın alt hissəsində saxlamışdır. 17 iyun 2020-ci il tarixdə Təqsirləndirilən şəxs1 qanunsuz olaraq narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olması, satış məqsədi ilə külli miqdarda narkotik vasitələr və psixotrop maddələr əldə edərək üzərində saxlamaqla daşıması barədə daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 həmin tarixdə saat 06:00 radələrində Bakı şəhəri, ünvan 1 ünvanının yaxınlığında saxlanılaraq Baş Narkotiklərlə Mübarizə İdarəsinin inzibati binasına gətirilmiş, orada üzərilərində şəxsi axtarış aparılan zaman Təqsirləndirilən şəxs1 əynindəki açıq göy rəngli cins şalvarının sol yan cibindən 01 ədəd şəffaf rəngli sellofan bükümdə külli miqdarda təmiz çəkisi 50,375 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin, Təqsirləndirilən şəxs2 sağ əlində olan bir ədəd narıncı rəngli torbanın içərisində olan iki ədəd sellofan bükümün bir ədəd şəffaf rəngli sellofan bükümdə külli miqdarda, təmiz çəkisi 1.025 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin, bir ədəd şəffaf rəngli sellofan bükümdə isə külli miqdarda, təmiz çəkisi 500 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin, həmin narıncı rəngli polietilen torbanın dibində təmiz çəkisi 0,171 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüş, əməliyyat axtarış tədbirlərinin davamı olaraq Təqsirləndirilən şəxs1 razılıq ərizəsi ilə yaşadığı Bakı şəhəri, ünvan 1 ünvanına baxış keçirilən zaman yaşadığı evin qonaq otağında sol tərəfdə yerləşən divanın alt hissəsindən bir ədəd boz rəngli damalı çantanın içərisində külli miqdarda, təmiz çəkisi 5.010 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana, bir ədəd ağ rəngli sellofan paketdə olan üç ədəd sellofan bükümün iki ədəd sellofan bükümündə külli miqdarda, ayrı-ayrılıqda təmiz çəkiləri 1.595 qram və 1.480 qram olmaqla, ümumi təmiz çəkisi 3.075 qram olan sol yan cibindən aşkar edilmiş bir ədəd şəffaf rəngli sellofan bükümdə və Təqsirləndirilən şəxs2 əlində olan narıncı rəngli torbanın içərisindəki bükümdə olan heroin ilə xarici əlamətlərinə və kimyəvi tərkiblərinə görə eynilik təşkil edən kustar üsulla hazırlanmış narkotik vasitə heroin və bir ədəd sellofan bükümdə isə külli miqdarda, təmiz çəkisi 1.080 qram olmaqla Təqsirləndirilən şəxs2 əlində olan narıncı rəngli torbanın dibində və içərisindəki bir ədəd şəffaf rəngli sellofan bükümdə olan psixotrop maddə metamfetamin ilə xarici əlamətlərinə və kimyəvi tərkiblərinə görə eynilik təşkil edən kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə hökmünə əsasən Təqsirləndirilən şəxs2 satış məqsədi və tamah niyyəti ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddələri əldə etmək, qaçaqmalçılıq yolu ilə keçirmək, saxlamaq, daşımaq və satmaq barədə tanışı Təqsirləndirilən şəxs1, şəxsiyyəti istintaqa məlum olmayan İran İslam Respublikasının vətəndaşı «Şəhram» adlı şəxs və qeyriləri ilə əvvəlcədən razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs təşkil etmiş, bu məqsədlə aralarında olan cinayətkar razılaşmaya əsasən şəxsiyyəti istintaqa məlum olmayan İran İslam Respublikası vətəndaşı «Şəhram» adlı şəxsin qanunsuz olaraq əldə etdiyi külli miqdarda ümumi təmiz çəkisi 4.150,375 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini, külli miqdarda ümumi təmiz çəkisi 1.580,171 qram psixotrop maddə metamfetamini və külli miqdarda ümumi təmiz çəkisi 5.010 qram çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı satıb qazanc əldə etmək məqsədi ilə Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 təhvil vermək üçün istintaqa məlum olmayan vaxtda və şəraitdə İran İslam Respublikasından Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli qaçaqmalçılıq yolu ilə keçirərək 16 iyun 2020-ci il tarixdə əvvəlcədən əldə edilmiş razılığa əsasən Biləsuvar rayonunun 141-ci kilometrliyində yerləşən yol hərəkəti nişanının yaxınlığına 01 ədəd karton qutuda qoyaraq bu barədə Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 məlumatlandırmışdır. Bundan sonra sonuncular həmin tarixdə qabaqcadan əlbir olan bir qrup şəxs halında qaçaqmalçılıqla keçirdikləri qeyd olunan külli miqdarda narkotik vasitələri və psixotrop maddələri gələcəkdə satışını həyata keçirmək məqsədi ilə həmin bir ədəd karton qutunu götürərək satış məqsədi ilə qanunsuz olaraq əldə edib daşıyaraq bir hissəsini Təqsirləndirilən şəxs1 tərəfindən ona verilmiş narıncı rəngli torbanın içərisindəki iki ədəd sellofan bükümdə, bir hissəsini Təqsirləndirilən şəxs1 açıq göy rəngli şalvarının sol yan cibində, qalan hissəsini Təqsirləndirilən şəxs1 yaşadığı Bakı şəhəri, ünvan 1 ünvanında qonaq otağında sol tərəfdə yerləşən divanın altında saxlamışdır. 17 iyun 2020ci il tarixdə Təqsirləndirilən şəxs1 qanunsuz olaraq narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olması, satış məqsədi ilə külli miqdarda narkotik vasitələr və psixotrop maddələr əldə edərək üzərində saxlamaqla daşıması barədə daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 həmin tarixdə saat 06:00 radələrində Bakı şəhəri, ünvan 2 ünvanının yaxınlığında saxlanılaraq Baş Narkotiklərlə Mübarizə İdarəsinin inzibati binasına gətirilmişdir. Orada üzərilərində şəxsi axtarış aparılan zaman Təqsirləndirilən şəxs1 əynindəki açıq göy rəngli cins şalvarının sol yan cibindən 01 ədəd şəffaf rəngli sellofan bükümdə külli miqdarda, təmiz çəkisi 50,375 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin, Təqsirləndirilən şəxs2 sağ əlində olan bir ədəd narıncı rəngli torbanın içərisində olan iki ədəd sellofan bükümün bir ədəd şəffaf rəngli sellofan bükümündə külli miqdarda təmiz çəkisi 1.025 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin, bir ədəd şəffaf rəngli sellofan bükümdə isə külli miqdarda, təmiz çəkisi 500 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin, həmin narıncı rəngli polietilen torbanın dibində təmiz çəkisi 0,171 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Əməliyyat-axtarış tədbirlərinin davamı olaraq Təqsirləndirilən şəxs1 razılıq ərizəsi ilə yaşadığı Bakı şəhəri, ünvan 1 ünvanına baxış keçirilən zaman onun yaşadığı mənzilin qonaq otağında sol tərəfdə yerləşən divanın alt hissəsindən bir ədəd boz rəngli damalı çantanın içərisində külli miqdarda, təmiz çəkisi 5.010 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana, bir ədəd ağ rəngli sellofan paketdə olan üç ədəd sellofan bükümün iki ədəd sellofan bükümündə külli miqdarda, ayrı-ayrılıqda təmiz çəkiləri 1.595 qram və 1.480 qram olmaqla ümumi təmiz çəkisi 3.075 qram olan Təqsirləndirilən şəxs1 sol yan cibindən aşkar edilmiş bir ədəd şəffaf rəngli sellofan bükümdə və Təqsirləndirilən şəxs2 əlində olan narıncı rəngli torbanın içərisindəki bükümdə olan heroin ilə xarici əlamətlərinə və kimyəvi tərkiblərinə görə eynilik təşkil edən kustar üsulla hazırlanmış narkotik vasitə heroin və bir ədəd sellofan bükümdə isə külli miqdarda təmiz çəkisi 1.080 qram olmaqla Təqsirləndirilən şəxs2 əlində olan narıncı rəngli torbanın dibində və içərisindəki bir ədəd şəffaf rəngli sellofan bükümdə olan psixotrop maddə metamfetamin ilə xarici əlamətlərinə və kimyəvi tərkiblərinə görə eynilik təşkil edən kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Həmin hökmdən narazı qalan məhkum Təqsirləndirilən şəxs1 Allahverdi oğlunun müdafiəçisi Müdafiəçi4 apellyasiya şikayəti verərək Təqsirləndirilən şəxs1 Allahverdi oğlunun barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsi ilə verilmiş ittihamda cinayət tərkibi olmadığından AR CPM-nin 42.1.2-ci maddəsinə əsasən onun təqsirsizliyini təsdiq edən bəraət hökmünün çıxarılmasını, Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə AR CPM-nin 318-ci maddəsinə uyğun olaraq yüngül cinayətə tövsif edərək barəsində daha aşağı cəza təyin etməklə ittiham hökmünün çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Təqsirləndirilən şəxs1 narkotik vasitələrin və psixotrop maddələrin satışını deyil, sadəcə daşınmasını və çatdırılmasını icra etmişdir. Belə ki, ona həmin narkotik vasitələri və ya psixotrop maddələri əvvəlcədən deyilən ünvana qoymaq tapşırılmışdır. O isə bunu icra etmişdir. Narkotik vasitələrin və psixotrop maddələrin alıcısını bilmir, heç kimdən pul götürməmişdir, sadəcə deyilən ünvana qoyaraq çıxıb getmişdir. Ona görə də onun əməli narkotik vasitələrin və psixotrop maddələrin satışına köməkçi kimi tövsif olunmalı idi. Müdafiə etdiyi şəxs narkotik vasitənin istifadəçisi olmaqla özünü satış məqsədi olmadan narkotik vasitə və psixotrop maddənin istifadəçisi kimi təqsirli bilmir və bununla satış məqsədinin olmadığını məhkəmədə bildirmişdir. Müdafiə etdiyi şəxs Təqsirləndirilən şəxs1la istintaqa məlum olmayan vaxtda və şəraitdə “Şəhram” adlı şəxs tərəfindən narkotik vasitənin qaçaqmalçılıq yolu ilə İİR-dən Azərbaycan Respublikasına gətirilməsi haqqında qabacadan razılığını əldə olunması Təqsirləndirilən şəxs1 həmin cinayətin icraçısına çevirmir. Çünki bu razılıq Təqsirləndirilən şəxs1 də İİR-nin vətəndaşı ilə birgə narkotik vasitəni gömrük sərhədindən qanunsuz keçirməsini, yəni cinayətin birgə icra edilməsini nəzərdə tutmurdu. Belə olan halda Təqsirləndirilən şəxs1 hərəkətlərinin qaçaqmalçılıq cinayətin icraçısı kimi, Azərbaycan Respublikası CM-nin 206.3.2-ci maddəsi ilə tövsif olunması üçün əsas yaratmır. Həmin hökmdən narazı qalan məhkum X2 müdafiəçisi Müdafiəçi5 apellyasiya şikayəti verərək Bakı Ağır Cinayətlər Məhkəməsinin 03 may 2021-ci il tarixli, 1(101)- 501/2021 saylı hökmünü qismən ləğv edilməsi və Təqsirləndirilən şəxs2 barəsində Azərbaycan Respublikası CM-nin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə bəraət hökmünün çıxarılmasını, məhkum Təqsirləndirilən şəxs2 əməllərini Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələrindən AR CM-nin 234.1-ci maddəsinə tövsif etməklə ona sanksiya daxilində cəza təyin edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, narkotik vasitələrin İİR-dan Azərbaycan Respublikası gətirilməsini təsdiq edən sübut işin materiallarından olmadığından Təqsirləndirilən şəxs2 qarşı Azərbaycan Respublikası CM-nin 206.3.2-ci maddəsi ilə irəli sürülmüş ittiham öz təsdiqini tapmır və əsassızdır, ona görə də hesab edir ki, həmin maddə ilə ona bəraət verilməlidir. Bu barədə hökmün 13-cü vərəqinin 8-ci abzasında qeyd edilmişdir. Məhkum Təqsirləndirilən şəxs2 məhkəmə araşdırması zamanı ona qarşı irəli sürülmüş ittihamı qismən, yəni üzərindəki narkotik maddələrdən özünün istifadəsi üçün əldə edib saxladığını, həmin narkotik maddələri kimlərə isə satmaq niyyətinin olmadığını bildirməsi, habelə narkotik vasitələrin satışı zamanı saxlanmadığı, sonuncunun narkotik vasitələrin satışı ilə məşğul olması öz təsdiqini tapmadığı, üzərində baxış keçirən zaman ayrı-ayrı bükümlərdə narkotik vasitələrin olması onun narkotik vasitələrin satışı ilə məşğul olması qənaətinə gəlmək üçün əsas deyildir. İbtidai araşdırma zamanı Təqsirləndirilən şəxs2 etmədiyi cinayəti boynuna alması sübut növü kimi qəbul edilə bilməz, çünki bu işdəki digər sübutlarla təkzib olunur. Məhkum Təqsirləndirilən şəxs2 qarşı ibtidai araşdırma, həm də məhkəmə araşdırması zamanı qərəzli mövqe tutulmuş, onun barəsində etmədiyi cinayətə görə əsassız olaraq cinayətkar obrazı yaradılmışdır. Məhkəmə iclasında iştirak edən məhkum Təqsirləndirilən şəxs1 Allahverdi oğlu və onun müdafiəçisi Müdafiəçi6 apellyasiya şikayətinin dəlillərini müdafiə edərək Təqsirləndirilən şəxs1 Allahverdi oğlunun barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsi ilə verilmiş ittihamda cinayət tərkibi olmadığından AR CPM-nin 42.1.2-ci maddəsinə əsasən onun təqsirsizliyini təsdiq edən bəraət hökmünün çıxarılmasını, Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə CPMnin 318-ci maddəsinə uyğun olaraq yüngül cinayətə tövsif edərək barəsində daha aşağı cəza təyin etməklə ittiham hökmünün çıxarılmasını xahiş etmişlər. Məhkəmə iclasında iştirak edən məhkum X7 və onun müdafiəçisi Müdafiəçi5 apellyasiya şikayətinin dəlillərini müdafiə edərək Bakı Ağır Cinayətlər Məhkəməsinin 03 may 2021-ci il tarixli, 1(101)-501/2021 saylı hökmünü qismən ləğv edilməsi və Təqsirləndirilən şəxs2 barəsində Azərbaycan Respublikası CM-nin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə bəraət hökmünün çıxarılmasını, məhkum Təqsirləndirilən şəxs2 əməllərini Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələrindən CM-nin 234.1-ci maddəsinə tövsif etməklə ona sanksiya daxilində cəza təyin edilməsini xahiş etmişlər. Məhkəmə iclasında iştirak edən dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin prokuroru X9 çıxış edərək apellyasiya şikayətlərinin təmin edilməməsini, Bakı Ağır Cinayətlər Məhkəməsinin 03 may 2021-ci il tarixli, 1(101)- 501/2021 saylı hökmünün dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası cinayət işinin materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, proses iştirakçılarının fikirlərini dinləyərək hesab edir ki, aşağıdakı əsaslara görə apellyasiya şikayətləri təmin edilməməli, Bakı Ağır Cinayətlər Məhkəməsinin 03 may 2021-ci il tarixli, 1(101)-501/2021 saylı hökmü isə dəyişdirilməməlidir. Belə ki, Təqsirləndirilən şəxs1 Allahverdi oğlunun və X2 təqsiri şahidlərin ifadələri, ekspert rəyləri və tədqiq olunmuş sübutlarla təsdiq olunaraq, birinci instansiya məhkəməsində tam, hərtərəfli və obyektiv araşdırılmış və mənbəyinin mötəbərliyi məhkəmə kollegiyasında heç bir şübhə doğurmayan bu sübutlar əsasında birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs1 Allahverdi oğlu və X4, ona ittiham olunmuş cinayət əməlini törətməsi haqda işin faktiki hallarına uyğun olan qanuni və əsaslı nəticəyə gəlmiş və onun əməlini Azərbaycan Respublikası CM-nın 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə düzgün tövsif etmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 27 iyun 2020-ci il tarixli Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmamışdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs1 əvvəllər məhkum olunmamışdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq Təqsirləndirilən şəxs1 Allahverdi oğlunun və X2 cavan və evli olmalarını, hər birinin ayrıayrılıqda 2 (iki) azyaşlı uşağının olmasını, ilk dəfə cinayət məsuliyyətinə cəlb edilmələrini və yaşayış yeri üzrə müsbət xarakterizə olmalarını cəzasını yüngülləşdirən hallar kimi nəzərə almışdır. Həmçinin birinci instansiya məhkəməsi tərəfindən əməllərində cəzanı ağırlaşdıran hallar müəyyənləşdirilməmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi düzgün olaraq hesab etmişdir ki, Təqsirləndirilən şəxs1 Allahverdi oğlu və X7 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə görə, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai-təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə görə, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə kollegiyası, məhkumlar Təqsirləndirilən şəxs1 Allahverdi oğlu və X4 təyin edilmiş cəzanın qanuniliyi və ədalətliliyini müzakirə edərək hesab edir ki, birinci instansiya məhkəməsi Azərbaycan Respublikası CM-nın 8, 41, 58, 59 və 61-ci maddələrinin tələblərinə əməl etməklə, cəzasını yüngülləşdirən və ağırlaşdıran halların olmamasını, törədilmiş cinayətin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini düzgün olaraq nəzərə alıb, ona əməlinə və şəxsiyyətinə uyğun olan qanuni və ədalətli cəza təyin etmişdir. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, məhkum Təqsirləndirilən şəxs1 Allahverdi oğlunun müdafiəçisi Müdafiəçi4 və məhkum X2 müdafiəçisi Müdafiəçi5 tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətləri əsassız olduğundan təmin edilməməli və Bakı Ağır Cinayətlər Məhkəməsinin 03 may 2021-ci il tarixli, 1(101)- 501/2021 saylı hökmü məhkumlar Təqsirləndirilən şəxs1 Allahverdi oğlu və X2 barəsində qanuni, əsaslı və ədalətli olduğundan dəyişdirilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nın 397.1, 397.2 və 398.1.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ : Bakı Ağır Cinayətlər Məhkəməsinin 03 may 2021-ci il tarixli, 1(101)-501/2021 saylı hökmü Təqsirləndirilən şəxs1 Allahverdi oğlu və X2 barəsində onların müdafiəçilərinin apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Məhkum Təqsirləndirilən şəxs1 Allahverdi oğlunun müdafiəçisi Müdafiəçi4 və məhkum X2 müdafiəçisi Müdafiəçi5 tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətləri təmin edilməsin. Qərar elan edildiyi andan qanuni qüvvəyə minir. Qərardan, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 410-cu maddəsində göstərilən müddətlərdə, Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər. Sədrlik edən Vaqif Mursaqulov Hakimlər X6 X9

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar