Məhkəmə qərarları › İş №1(103)-1073/2022

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №1(103)-1073/2022

02.06.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(103)-1073/2022 02.06.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Şirinov Ziya Allahverdi oğlunun sədrliyi və məruzəsi ilə, İbrahimli İbrahim Adil oğlu və Babayev Zəki Baba oğlundan ibarət tərkibdə, Hacıyev Elvin Ramiz oğlunun katibliyi, X2 iştirakı ilə, X5 Azərbaycan Respublikası CM-nin 147.1 və 148-ci maddələri ilə təqsirli bilinərək cərimə cəzasına məhkum edilməsinə dair Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 21 aprel 2022-ci il tarixli, 1(007)-8/2022 saylı hökmündən məhkum edilmiş şəxs X7 tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında ilkin baxış iclasında baxaraq MÜƏYYƏN ETDİ: X5 Azərbaycan Respublikası CM-nin 147.1 və 148-ci maddələri ilə məhkum edilməsinə dair Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 21 aprel 2022-ci il tarixli, 1(007)-8/2022 saylı hökmündən məhkum edilmiş şəxs X7 tərəfindən verilmiş apellyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsinə aiddir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 21 aprel 2022-ci il tarixli, 1(007)-8/2022 saylı hökmü ilə X5 Azərbaycan Respublikası CM-nin 147.1 və 148-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinib, CM-nin 147.1-ci maddəsi ilə 1000 (bir min) manat məbləğində cərimə cəzasına, CM-nin 148-ci maddəsi ilə 1000 (bir min) manat məbləğində cərimə cəzasına məhkum edilməsi, Azərbaycan Respublikası CMnin 66.2-ci maddəsinə əsasən təyin edilmiş həmin cəzaları qismən toplamaq yolu ilə X6 qəti olaraq 1500 (bir min beş yüz) manat məbləğində cərimə cəzasının təyin edilməsi, cərimənin hökm qanuni qüvvəyə mindiyi gündən bir aydan gec olmayaraq müvafiq bank hesabına köçürülməklə ödənilməsi hökm edilmişdir. Həmin hökmdən narazı olan məhkum edilmiş şəxs X7 apellyasiya şikayəti verərək, Bakı şəhər Nizami rayon Məhkəməsinin 21 aprel 2022-ci il tarixli nömrəli hökmünün tamamilə ləğv edilməsini, xüsusi ittiham qaydasında cinayət təqibinə AR CPM-nin 43.2 və 315.5-ci maddələrinə əsasən xitam verilməsini, ərazi və səlahiyyət aiddiyyatını pozan hakim Nəriman Mehdiyev barəsində xüsusi qərardad çıxarılmasını, 17 mart 2022-ci il tarixindən etibarən hakim Nəriman Mehdiyevin qərəzi və səhvi ucbatından cinayət təqibinə məruz qaldığı üçün Avropa İnsan Hüquqları Konvensiyasının 6.2-ci maddəsinin və 7-ci maddəsinin, eyni zamanda 6-cı maddəsinin pozuntusunun tanınmasını xahiş etmişdir. Verilmiş apellyasiya şikayəti üzrə keçirilmiş ilkin baxış iclasına xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X3 məhkəmə kollegiyasına ərizə ilə müraciət edərək, bildirmişdir ki, X7 barəsində Bakı şəhəri Nizami Rayon Məhkəməsində AR CM-in 147.1 və 148-ci maddələri ilə məsuliyyətə cəlb edilməsinə dair ərizə ilə müraciət etmişdir. Məhkəməyə müraciət etdikdən sonra şəxsən bir-birlərini tanımaq imkanları olmuş və nəticədə onunla barışmış, hazırda ona qarşı heç bir tələbi, ərizəsi, iddiası yoxdur, əksinə bu hadisə onları yaxın dost etmişdir. Bu səbəbdən, məhkəmə kollegiyasından barışıq ərizəsinin qəbul edilməsini və cinayət təqibi üzrə işin icraatına xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə xüsusi ittiham qaydasında şikayət vermiş şəxsə qanunvericiliklə müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən məhkum edilmiş şəxs X7 xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X1 barışıq ərizəsi təqdim etməsi səbəbindən cinayət təqibi üzrə işin icraatına xitam verilməsinə etirazının olmadığını bildirdi. Məhkəmə kollegiyası, xüsusi ittiham qaydasında şikayət vermiş şəxsin cinayət təqibi üzrə işin icraatına xitam verilməsi barədə yazılı müraciətini, məhkum edilmiş şəxsi ifadəsini nəzərə alıb hesab edir ki, xüsusi ittiham qaydasında şikayət vermiş şəxsin yazılı müraciəti təmin edilərək, xüsusi ittiham qaydasında şikayət üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 41.7-ci maddəsinə əsasən xüsusi ittiham qaydasında cinayət təqibindən imtina edilməsi yalnız zərərçəkmiş şəxsin iradəsindən asılıdır. Bu halda xüsusi ittiham qaydasında şikayət üzrə icraata məhkəmə tərəfindən xitam verilməlidir. Həmin Məcəllənin 391.3.9-cu maddəsinə əsasən apellyasiya şikayətinə və ya apellyasiya protestinə ilkin baxılması zamanı apellyasiya instansiyası məhkəməsi bu Məcəllənin müddəalarına müvafiq olaraq cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materiallarına və ya xüsusi ittiham qaydasında şikayət üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edir. Həmin Məcəllənin 391.12-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin apellyasiya şikayətinə və ya apellyasiya protestinə ilkin baxılması nəticələrinə dair çıxarılmış qərarlarından (bu Məcəllənin 391.3.4-cü maddəsində nəzərdə tutulmuş qərar istisna olmaqla) kassasiya instansiyası məhkəməsinə şikayət və ya protest verilə bilər. X5 ərazi və səlahiyyət aiddiyyatını pozan hakim Nəriman Mehdiyev barəsində xüsusi qərardad çıxarılmasını, 17 mart 2022-ci il tarixindən etibarən hakim Nəriman Mehdiyevin qərəzi və səhvi ucbatından cinayət təqibinə məruz qaldığı üçün Avropa İnsan Hüquqları Konvensiyasının 6.2-ci maddəsinin və 7-ci maddəsinin, eyni zamanda 6-cı maddəsinin pozuntusunun tanınmasına münasibətdə məhkəmə kollegiyası hesab edir ki, ərazi və səlahiyyət aiddiyyatı ilə bağlı məsələyə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 29 yanvar 2021-ci il tarixli, 1(007)-79/2021 saylı qərarı ilə hüquqi qiymət verilmiş və həmin qərarda əks olunan ərazi və səlahiyyət aiddiyyatı ilə bağlı məsələ Bakı Apellyasiya Məhkəməsinin 16 mart 2021-ci il tarixli, 1(103)-532/2021 saylı və Azərbaycan Respublikası Ali Məhkəməsinin 29 oktyabr 2021-ci il tarixli, 1(102)-1387/2021 saylı qərarı ilə heç bir pozuntu faktı aşkar edilmədiyindən dəyişdirilmədən qüvvəsində saxlanılmışdır. Bu səbəbdən məhkəmə kollegiyası hesab edir ki, hakim Nəriman Mehdiyev barəsində xüsusi qərardad çıxarılmasına zərurət yoxdur. Beləliklə, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası göstərilənlərə əsaslanıb Azərbaycan Respublikası CPM-nin 391.3.9-cu məddəsini rəhbər tutaraq, QƏRARA ALDİ Apellyasiya şikayəti qismən təmin edilsin. X5 Azərbaycan Respublikası CM-nin 147.1 və 148-ci maddələri ilə təqsirli bilinərək cərimə cəzasına məhkum edilməsinə dair Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 21 aprel 2022-ci il tarixli, 1(007)-8/2022 saylı hökmü ləğv edilsin, xüsusi ittiham qaydasında şikayət vermiş şəxsin yazılı müraciəti təmin edilərək, xüsusi ittiham qaydasında şikayət üzrə icraata xitam verilsin. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası CPM-nin 410-cu maddəsində nəzərdə tutulmuş müddətdə apelyasiya instansiyası vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar