Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(103)-1079/2025 06.05.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyası Hakimlər Əhmədov Zəfər Vahid oğlunun sədrliyi və məruzəsilə, Mehdiyev Emin Əlixan oğlu və X1 ibarət tərkibdə, Nəcəfova Lamiə Amil qızının katibliyi ilə, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Apellyasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı2, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı şəhəri «Alyans» vəkil bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263-1.1 və 264-cü maddələri ilə məhkum edilməsinə dair Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 06 iyul 2022-ci il tarixli 1(008)-76/2022 saylı hökmündən apellyasiya şikayəti verilməsi müddətinin bərpa edilməməsinə dair Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 19 mart 2025-ci il tarixli qərarından məhkum tərəfindən verilmiş apellyasiya şikayətinə məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 06 iyul 2022-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263-1.1-ci və 264-cü maddələri ilə təqsirli bilinərək CM-nin 263-1.1-ci maddəsinə əsasən 02 (iki) il müddətinə nəqliyyat vasitələrini idarə etmə hüququndan məhrum edilməklə, 02(iki) il müddətinə azadlıqdan məhrumetmə cəzasına, CM-nin 264-cü maddəsinə əsasən 02 (iki) il müddətinə nəqliyyat vasitələrini idarə etmə hüququndan məhrum edilməklə, 01(bir) il 06(altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, CM-nin 66.4- cü maddəsinə əsasən ona təyin olunmuş əlavə cəzaları və CM-nin 66.2-ci maddəsinə əsasən ona təyin olunmuş əsas cəzaları qismən toplamaq yolu ilə qəti cəza 03(üç) il müddətinə nəqliyyat vasitələrini idarə etmə hüququndan məhrum edilməklə, 03(üç) il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilmiş, CM-nin 66.4 və 66.5-ci maddələrinə əsasən onun Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 1(101)-1495/2021 saylı hökmü ilə Azərbaycan Respublikası CM-nin 126.2.4, 180.1, 221.3-cü maddələri ilə təqsirli bilinib məhkum olunduğu 09(doqquz) il müddətinə azadlıqdan məhrum etmə cəzası yeni cəza ilə əlavə cəza tam və əsas cəza qismən toplanaraq ona qəti cəza 03(üç) il müddətinə nəqliyyat vasitələrini idarə etmə hüququndan məhrum edilməklə, 10(on) il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzasının əvvəlinin 16 aprel 2021-ci il tarixdən hesablanması, barəsində “həbs” qətimkan tədbiri seçilməsi və hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılması hökm edilmişdir. Məhkum Təqsirləndirilən şəxs vəsatətlə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə müraciət edərək buraxılmış apellyasiya şikayəti vermə müddətinin bərpa edilməsini xahiş etmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 19 mart 2025-ci il tarixli, 1(008)-76/2025 nömrəli qərarı ilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 06 iyul 2022-ci il tarixli 1(008)-76/2022 saylı hökmündən apellyasiya şikayətinin verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsinə dair məhkum Təqsirləndirilən şəxs tərəfindən verilmiş vəsatətinin əsassız olduğundan təmin olunmaması qərara alınmışdır. Məhkum Təqsirləndirilən şəxs həmin qərardan apellyasiya şikayəti verərək Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 19 mart 2025-ci il tarixli qərarının ləğv edilməsi, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 06 iyul 2022-ci il tarixli 1(008)-76/2022 saylı hökmündən verdiyi apellyasiya şikayətinə baxılmasının təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında çıxış edən dövlət ittihamçısı təqsirləndirilən şəxsin bundan öncə də Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 06 iyul 2022-ci il tarixli 1(008)-76/2022 saylı hökmündən apellyasiya şikayəti verilməsi müddətinin bərpa edilməsi üçün vəsatət verdiyini, lakin məhkəmə tərəfindən vəsatət təmin edilmədiyini, daha sonra ikinci dəfə eyniməzmunlu vəsatət verildiyini və birinci instansiya məhkəməsinin qanunvericiliyin tələblərini pozaraq eyni məsələyə iki dəfə münasibət bildirdiyini, məhkəmədən birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və ərizənin geri qaytarılması barədə qərar qəbul edilməsini xahiş etdiyini bildirmişdir. Məhkəmə iclasında çıxış edən məhkum və onun müdafiəçisi apellyasiya şikayətinin təmin edilməsini xahiş etdilər. Məhkəmə cinayət işinin materiallarını, apellyasiya şikayətinin dəlillərini araşdırıb, proses iştirakçılarının çıxışlarını dinləyərək hesab edir ki, məhkum Təqsirləndirilən şəxs şikayəti təmin edilməməli, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 19 mart 2025-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. AR CPM-nin 384.1-ci maddəsinə görə apellyasiya şikayəti və ya apellyasiya protesti apellyasiya şikayəti və ya apellyasiya protesti vermək hüququna malik olan şəxslər tərəfindən hökm və ya məhkəmənin digər qərarının elan olunduğu, bu Məcəllənin 384.2-ci maddəsində nəzərdə tutulmuş halda isə həmin şəxsə verildiyi andan 20 (iyirmi) gün müddətində verilir. AR CPM-nin 386.1-ci maddəsinə görə apellyasiya şikayətinin və ya apellyasiya protestinin verilməsi müddəti üzrlü səbəblərə görə buraxıldıqda, bu Məcəllənin 383-cü maddəsində göstərilən şəxslər hökm və ya qərarı çıxarmış birinci instansiya məhkəməsi qarşısında buraxılmış müddətin bərpa edilməsi haqqında vəsatət qaldırmaq hüququna malikdirlər. AR CPM-nin 383.1.1-ci maddəsinə görə məhkum edilmiş şəxsin mənafeyinə aid hissədə məhkum edilmiş şəxs, onun qanuni nümayəndəsi və ya müdafiəçisi apellyasiya şikayəti vermək hüququna malikdirlər. Məhkəmə kollegiyası hesab edir ki, məhkum Təqsirləndirilən şəxs tərəfindən apellyasiya şikayətinin dəlilləri qismində göstərilən hallar buraxılmış prosessual müddətin bərpa edilməsi üçün əsas deyildir. Məhkəmə kollegiyası qeyd edir ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 06 iyul 2022-ci il tarixli 1(008)-76/2022 saylı hökmündən şikayət vermək hüququndan vaxtında istifadə etməmiş, hökm barədə məlumat əldə etdikdən təxminən üç yaxın vaxt keçdikdən sonra apellyasiya şikayəti vermişdir. Qeyd olunanlara əsasən, məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs hökmdən apellyasiya şikayəti vermə müddətini üzürsüz səbəbdən buraxmışdır. Ona görə də vəsatətin təmin edilməməsi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır. Odur ki, məhkəmə kollegiyası tərəfindən apellyasiya şikayəti verilməsi müddətinin bərpası üçün üzürlü səbəblər müəyyən edilmədiyindən, apellyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 19 mart 2025-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-in 386.3, 391.3.3-cü maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Apellyasiya şikayəti təmin edilməsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263-1.1 və 264-cü maddələri ilə məhkum edilməsinə dair Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 06 iyul 2022-ci il tarixli 1(008)-76/2022 saylı hökmündən apellyasiya şikayəti verilməsi müddətinin bərpa edilməməsinə dair Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 19 mart 2025-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul olunduğu andan qüvvəyə minir. Qərardan apellyasiya instansiyası məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və protesti verilə bilər.
Məhkəmə qərarları › İş №1(103)-1079/2025
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №1(103)-1079/2025
06.05.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver