Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(103)-1084/2022 04.10.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının hakimləri: Babayev Zəki Baba oğlu (sədrlik edən, məruzəçi hakim), Şirinov Ziya Allahverdi oğlu və İbrahimli İbrahim Adil oğlundan ibarət tərkibdə, məhkəmə iclası katibi X4, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru X13, məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs1 və onun müdafiəçisi, Bakı şəhəri 2 saylı Vəkil Bürosunun vəkili X2 iştirakları ilə, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə, Təqsirləndirilən şəxs2 isə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək məhkum olunmalarına dair Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-331/2022 saylı, 29 mart 2022-ci il tarixli hökmündən məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs1 tərəfindən verilmiş apellyasiya şikayətinə apellyasiya icraatı qaydasında, Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında (Bakı şəhəri, Az1073, Zahid Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-331/2022 saylı, 29 mart 2022-ci il tarixli hökmü ilə (X16 (sədrlik edən və məruzəçi) Novruz Kərimov və Azər Paşayev) xx xxxx 1989-cu il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işləməyən, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamş, Masallı şəhəri, Digah küçəsi, ev 6-da qeydiyyatda olmaqla Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Albalı bağları nömrəsiz fərdi evdə yaşamış, 10 iyul 2021-ci il tarixdən həbsdə olan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli bilinib 07 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin əvvəlinin 10 iyul 2021-ci tarixdən hesablanması, barəsində seçilmiş “həbs” qətimkan tədbirinin hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılması hökm edilmişdir. Eyni zamanda həmin hökmlə Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli bilinməklə 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs2 xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci tarixədək həbsdə saxlanıldığı - 03 gün Cinayət Məcəlləsinin 69.3-cü maddəsinin tələbinə əsasən hesaba alınmaqla ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılmaqla üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 27 (iyirmi yeddi) gün müddətə azadlıqdan məhrum etmə cəzasının saxlanılması, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin əvvəlinin 22 sentyabr 2021-ci il tarixdən hesablanması, barəsində seçilmiş “həbs” qətimkan tədbirinin hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılması, Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslər kimi barələrində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilməsi və ərazi narkoloji dispanserində qeydiyyata alınmaları, iş üzrə maddi sübut olan və Bakı şəhəri Nərimanov RPİ-nin saxlanc anbarına təhvil verilmiş Təqsirləndirilən şəxs1 aşkar edilərək götürülmüş - 04 ədəd şəffaf sellofan bükümə bükülmüş bükümdə, ayrı-ayrılıqda təmiz çəkisi 0,362, 0,328, 0,341 və 0,189 qram, ümumi təmiz çəkisi - 1,220 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin, 01 ədəd şəffaf sellofan bükümdə, təmiz çəkisi - 3,035 qram kustar üsulla hazırlanmış narkotik vasitə tiryək, 01 ədəd şəffaf sellofan bükümdə, təmiz çəkisi - 0,414 qram kustar üsulla hazırlanmış psixotrop maddə metafetamin və Təqsirləndirilən şəxs2 üzərindən 0,765 qram və 0,281 qram çəkidə narkotik vasitə heroinin ekspertiza tədqiqatından sonra qalmış ümumi qalığı 0,181, 0,665, 0,638, 0,980 qram, psixotrop maddə-metafetaminin 0,364 qram və narkotik vasitə tiryəkin 2,986 qram qalıqlarının məhv edilməsi, cinayət işinin materiallarına əlavə edilmiş 3 CD disk cinayət işinin materiallarında saxlanılması, narkotik vasitələrinin məhv edilməsi “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Qanunun 32-ci maddəsinin tələblərinə uyğun olaraq yaradılmış dövlət komissiyası tərəfindən həyata keçirilməsi, iş üzrə ekspertiza xərci olan 276,82 (iki yüz yetmiş altı manat səksən iki qəpik) manat məbləğində pulun Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada tutularaq Azərbaycan Respublkasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməsi hökm edilmişdir. İşin halları: İstintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs1 оğluna Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə ittiham verilmiş və birinci instansiya məhkəməsinin hökmünə əsasən həmin maddələrlə təqsirli bilinərək məhkum edilmişdir ona görə ki, o, qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə və psixotrop maddə əldə edib üzərində saxlamaqla daşımış və satmışdır. Belə ki, Təqsirləndirilən şəxs1, haqqında icraat ayrılmış başqa şəxslə birlikdə satış məqsədilə 08 iyul 2021-ci il tarixdə istifadəsində olan ***-***-**-** mobil telefonun “votsap” proqramı ilə külli miqdarda narkotik vasitə və psixotrop maddələr sifariş verərək, “Milli Ön” ödəmə terminalı vasitəsi ilə onun bank kart hesabına 110 manat məbləğində pul ödədikdən sonra sonuncu Bakı şəhəri Nərimanov rayonu ərazisində naməlum mənbədən kustar üsulla hazırlanmış ümumi təmiz çəkisi 2,723 qram təşkil edən 06 ədəd bükümdə hər biri ayrı-ayrılıqda təmiz çəkisi 0,362, 0,328, 0,341, 0,189, 0,738 və 0,765 qram narkotik vasitə heroin, şəxsi istehlak miqdarından artıq miqdarda, yəni - 01 ədəd bükümdə, təmiz çəkisi - 0,414 qram psixotrop maddə metafetamin və 01 ədəd bükümdə təmiz çəkisi - 3,035 qram narkotik vasitə tiryəki əldə edib üzərində saxlamaqla daşımış və bundan sonra X14 ilə qabaqcadan əlbir olaraq bir qrup şəxs halında birləşərək, vahid niyyətlə əhatə olunmuş qəsdlə narkotik vasitə və psixotrop maddələrin ölkədə qanunsuz olaraq satışını təşkil etmək məqsədi ilə, 10 iyul 2021-ci il tarixdə təxminən saat 06 radələrində Samir Quliyevə iki ədəd sellofan bükümdə şəxsi istehlak miqdarından artıq miqdarda təmiz çəkiləri 0,765 qram və 0,738 qram narkotik vasitə heroin bükümlərini yaşadığı Bakı şəhəri Sabunçu rayonu, Maştağa qəsəbəsi Albalı bağları massivində yerləşən evdə vermiş, sonuncuya həmin bükümlərdən birini 0,765 qram heroini sifarişçi Təqsirləndirilən şəxs2 20 manat pul müqabilində satmasını, digər bir ədəd bükümü yəni, 0,738 qram heroini isə sonradan ona bildirəcəyi sifarişçiyə satmasını tapşırdıqdan sonra Samir Quliyev həmin gün saat 06-30 radələrində ünvan 1 ünvanda yerləşən “Araz” marketin yaxınlığında Təqsirləndirilən şəxs2lə görüşərək, ona 20 manata satdıqdan sonra, həmin gün saat 07 radələrində Nərimanov RPİ-nin NMB-nin və 17-ci PŞ-nin əməkdaşlarının xidməti ərazidə gəzintidə olarkən Təqsirləndirilən şəxs2 ünvan 2 ünvanda saxlanılaraq, Nərimanov RPİ-nin NMB-nə gətirilmiş və onun üzərinə şəxsi-axtarış keçirilərkən şəxsi istehlak miqdarından artıq miqdarda 0,765 qram çəkidə narkotik vasitə heroin aşkar edilərək götürülmüş, bundan sonra, həmin gün saat 11-10 radələrində keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində X1 rayonu A.Neymətulla küşəsi 22 saylı ünvanda Nərimanov RPİ-nin NMB-nə gətirilmiş və onun üzərinə şəxsi-axtarış keçirilərkən şəxsi istehlak miqdarından artıq miqdarda 0,738 qram çəkidə narkotik vasitə heroin ondan aşkar edilərək götürülmüş, daha sonra əməliyyat-axtarış tədbirləri davam etdirilərək həmin gün saat 14-25 radələrində Təqsirləndirilən şəxs1 ünvan 5 ünvanın yaxınlığında saxlanılaraq, ünvan 6manov RPİ-nin inzibati binasına gətirilmiş və orada xidməti otaqların birində həmin tarixdə saat 15-50-də üzərinə video çəkilişlə keçirilmiş şəxsi axtarış zamanı əynindəki tünd göy rəngli cins şalvarının sağ yan cibindən 04 ədəd şəffaf sellofan bükümə bükülmüş bükümdə, ayrı-ayrılıqda təmiz çəkisi 0,362, 0,328, 0,341 və 0,189 qram, ümumi təmiz çəkisi - 1,220 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin, 01 ədəd şəffaf sellofan bükümdə, təmiz çəkisi - 3,035 qram kustar üsulla hazırlanmış narkotik vasitə tiryək, 01 ədəd şəffaf sellofan bükümdə, təmiz çəkisi - 0,414 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Həmçinin Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ittiham verilmiş və və birinci instansiya məhkəməsinin hökmünə əsasən həmin maddə ilə təqsirli bilinərək məhkum edilmişdir ona görə ki, o, satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə əldə edib üzərində saxlamaqla daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs2 satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, bir ədəd sellofana bükülmüş içərisində təmiz çəkisi - 0,765 qram narkotik vasitə heroin olan bükümü 10 iyul 2021-ci il tarixdə saat 06-30 radələrində Təqsirləndirilən şəxs1 X5 vasitəsi ilə ünvan 8 ünvanda yerləşən “Araz” marketin yaxınlığında 20 manata pul müqabilində əldə edib üzərində saxlamaqla daşımış, həmin gün Nərimanov RPİ-nin NMB-nin və 17-ci PŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində o, saat 07:00 radələrində ünvan 9 ünvanın qarşısında saxlanılaraq ünvan 10nov RPİ-nin inzibati binasına gətirilmiş, orada xidməti otaqların birində üzərinə keçirilmiş şəxsi axtarış zamanı əynindəki tünd göy rəngli idman şalvarının sağ yan cibindən bir ədəd sellofana bükülmüş içərisində təmiz çəkisi - 0,765 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Bundan başqa, Təqsirləndirilən şəxs2 istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq 0,281 qram çəkidə şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə olan heroini əldə edib üzərində saxlamaqla daşımış və 22 sentyabr 2021-ci il tarixdə saat 17:40 radələrində ünvan 12 ünvanının qarşısında Nərimanov RPİ-nin 17-ci PŞ-nin əməkdaşları tərəfindən saxlanılaraq, ünvan 13 ünvanında yerləşən Nərimanov RPİ-nin 17-ci PŞ-nin inzibati binasına gətirilmiş, orada xidməti otaqların birində üzərinə keçirilən şəxsi axtarış və götürmə zamanı əynindəki qara rəngli cins şalvarın sol yan cibindən bir ədəd siqaretin gümüşü rəngli kağızına bükülmüş kustar üsulla hazırlanmış 0,281 qram çəkidə narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür. Apellyasiya şikayətinin dəlilləri: Hökmdən məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs1 apellyasiya şikayəti vermiş və apellyasiya şikayətini оnunla əsaslandırmışdır ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin 29 mart 2022-ci il tarixli hökmü ilə ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə 07 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Aşağıda göstərilənlərə əsasən məhkəmənin hökmü qanunsuz və ədalətsizdir. Belə ki, o, şəxsi istifadəsi üçün əldə etdiyi narkotik vasitəni başqa şəxslərə satmaqda ittiham olunmuşdur. Məhkəmə istintaqı vaxtı narkotik satdığı iddia olunan Təqsirləndirilən şəxs2 onu tanımadığını bildirmişdir. Digər narkotik satdığı iddia olunan şəxs Samir Quliyev isə hazırda işinin polisdə olduğundan onların göstərişlərini yerinə yetirərək məhkəmədə yalan ifadə verib. Bunu özü də etiraf edirdi. Bir daha qeyd olunmalıdır ki, o, heç kimə narkotik satmamışdır. Əldə etdiyi narkotik vasitəni özünün şəxsi istifadəsi üçün daşımışdır. Polisdə istintaq zamanı təzyiq və təhdid olunduğu üçün tərtib edilmiş protokola imza etmişdir. Bakı Ağır Cinayətlər Məhkəməsi işi obyektiv araşdırmamış, ifadələrdəki ziddiyyətlərə əhəmiyyət verməmiş, qanunsuz və ədalətsiz hökm çıxarmışdır. Apellyasiya şikayətində Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-331/2022 saylı, 29 mart 2022-ci il tarixli hökmünün ləğv edilməsi, qanuni və ədalətli hökm çıxarılması xahiş olunmuşdur. Apellyasiya şikayətinə qarşı yazılı etirazlar verilməmişdir. İşdə iştirak edən şəхslərin çıхışları: Apellyasiya məhkəməsinin iclasında, məhkum edilmiş şəхs Təqsirləndirilən şəxs1 оğlu apellyasiya şikayətini müdafiə etdi, apellyasiya şikayətinin dəlillərinə uyğun şəkildə çıхış etdi, əlavə olaraq bildirdi ki, apellyasiya şikayətində qanuni və ədalətli hökm çıxarılmasını xahiş edərkən, əməlinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3 maddələrindən həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif edilməsi və həmin maddə ilə ona aşağı həddə cəza təyin edilməsini nəzərdə tutmuşdur. Əməlindən peşiman olmasını, arvadından boşandığını, bununla belə himayəsində olan iki azyaşlı uşağına aliment verməsini, anasının xəstəliyinin, əməlindən səmimi peşiman olmasının nəzərə alınmasını qeyd edərək, apellyasiya şikayətinin təmin edilməsini, onun məhkum edilməsinə dair Bakı Ağır Cinayətlər Məhkəməsinin 29 mart 2022-ci il tarixli hökmünün dəyişdirilməsini, əməlinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrindən həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif edilməsi və həmin maddə ilə ona aşağı həddə cəza təyin olunmasını хahiş edir. Apellyasiya məhkəməsinin iclasında, məhkum edilmiş şəхs Təqsirləndirilən şəxs1 оğlunun müdafiəçisi, Bakı şəhəri 2 saylı Vəkil Bürosunun vəkili X3 apellyasiya şikayətini müdafiə etdiyini bildirdi, apellyasiya şikayətinin dəlillərinə uyğun şəkildə çıхış edərək, apellyasiya şikayətinin təmin edilməsini, Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)- 331/2022 saylı 29 mart 2022-ci il tarixli hökmünün dəyişdirilməsini, Təqsirləndirilən şəxs1 əməlinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrindən həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif edilməsi və həmin maddə ilə ona aşağı həddə cəza təyin olunmasını хahiş etdi. Apellyasiya məhkəməsinin iclasında, dövlət ittihamını müdafiə edən Azərbaycan Respublikası Baş Prоkurоrluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin prоkurоru X22 оğlu məhkum edilmiş şəхs Təqsirləndirilən şəxs1 apellyasiya şikayətinin dəlillərinin əsassız оlduğunu, birinci instansiya məhkəməsi tərəfindən Təqsirləndirilən şəxs1 əməlinin Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə düzgün tövsif оlunduğunu, məhkum edilmiş şəхsin cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmaqla, şəхsiyyəti, törətdiyi cinayətin ictimai təhlükəliliyi və хarakteri, təyin edilmiş cəzanın оnun ailəsinə təsiri nəzərə alınmaqla оna ədalətli cəza təyin оlunduğunu, məhkəmənin hökmünün apellyasiya şikayətinə əsasən dəyişdirilməsi üçün əsasların оlmadığını göstərərək apellyasiya şikayətinin təmin edilmədən, Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-331/2022 saylı, 29 mart 2022-ci il tariхli hökmünün dəyişdirilmədən saхlanılmasını хahiş etdi. İşin hüquqi məsələləri: Apellyasiya şikayətinin dəlilləri ilə əlaqədar olaraq məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası CPM-nin 397.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsində göstərilir ki, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Qeyd edilən prosessual normaların mənasına görə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılmalıdır. Başqa sözlə, işin faktiki halları yalnız apellyasiya tələbi ilə bağlı olan hissədə yəni apellyasiya tələbinin təsdiq və ya təkzib edilməsi zərurəti ilə əlaqədar yoxlanılır. Burada işin faktiki halları dedikdə, konkret cinayət əməli üzrə sübut edilməli olan və məhkəmənin hökmünün və ya başqa qərarının qəbul edilməsi üçün mühüm əhəmiyyət kəsb edən xüsusatların məcmusu başa düşülməlidir. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununun və CPM-nin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılması o deməkdir ki, hökmün və ya qərarın qanuni və əsaslı olmasını yoxlayarkən apellyasiya instansiya məhkəməsi qanunla müəyyən edilmiş hüquqları həddində apellyasiya şikayəti və apellyasiya protestində göstərilib-göstərilməməsindən asılı olmayaraq, birinci instansiya məhkəməsinin tətbiq etdiyi cinayət və cinayət-prosessual hüquq normalarının, habelə bu normalarla bağlı olaraq başqa hüquq sahələrinə aid normaların düzgün tətbiq edilib edilməməsini yoxlamalıdır. Başqa sözlə apellyasiya instansiya məhkəməsi məhkəmə baxışı zamanı hüquq məsələsini hər bir halda və tam həcmdə yoxlamalıdır. Həmçinin Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenimunun 12 may 2009-cu il tarixli Qərarına əsasən a) apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən cinayət və cinayət-prosessual qanunvericiliyinin normalarına riayət edilməsini hər bir halda, o cümlədən müvafiq olaraq apellyasiya şikayətinin və ya protestinin dəlillərində bu barədə tələb irəli sürülməsə də yoxlamalıdır; b) cinayət və cinayət-prosessual qanunvericiliyinin normalarına riayət edilməsinin yoxlanılmasından sonra Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 403-405-ci maddələrində nəzərdə tutulmuş hallar və səbəblər müəyyən edildikdə: - apellyasiya icraatı məhkum edilmiş və ya bəraət almış şəxsin və ya onun müdafiəçisinin verdiyi apellyasiya şikayəti və yaxud mahiyyətcə həmin şəxslərdən hər hansı birinin xeyrinə dövlət ittihamçısının verdiyi apellyasiya protesti üzrə keçirilərsə, apellyasiya instansiyası məhkəməsi göstərilən şəxsin vəziyyətini yaxşılaşdırmaqla birinci instansiya məhkəməsinin yekun qərarını dəyişdirə və ya ləğv edərək yeni qərar qəbul edə bilər; - apellyasiya icraatı mahiyyətcə məhkum edilmiş və ya bəraət almış şəxsin ziyanına dövlət ittihamçısının verdiyi apellyasiya protesti və ya xüsusi ittihamçının verdiyi apellyasiya şikayəti üzrə keçirilərsə, apellyasiya instansiyası məhkəməsi apellyasiya müraciətinin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin yekun qərarını məhkum edilmiş və ya bəraət almış şəxsin vəziyyətini ağırlaşdırmaqla da dəyişdirə və ya ləğv edərək yeni qərar qəbul edə bilər; lakin bunun üçün əsas apellyasiya müraciətinin dəlillərində göstərilməmişdirsə, qərar işə baxan apellyasiya instansiyası məhkəməsinin bütün hakimləri tərəfindən yalnız yekdilliklə qəbul oluna bilər. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndinə əsasən isə məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Həmçinin Azərbaycan Respublikası CPM-nin 8-ci maddəsinə görə cinayət mühakimə icraatının vəzifələri - cinayətləri tezliklə açmaq, cinayət təqibi ilə bağlı bütün halları hərtərəfli, tam və obyektiv araşdırmaq; cinayət törətmiş şəxsləri ifşa və cinayət məsuliyyətinə cəlb etmək; cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirməkdən ibarətdir. Birinci instansiya məhkəməsinin hökmü ilə razılaşmayan məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs1 apellyasiya şikayətinin əsas dəlili birinci instansiya məhkəməsinin hökmünün ləğv edilməsindən, qanuni və ədalətli hökm çıxarılmasından, yəni onun əməlinin Azərbaycan Respublikasının Cinayət Məcəlləcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrindən Cinayət Məcəlləcəlləsinin 234.1-ci maddəsinə tövsif edilməsindən və həmin maddə ilə ona aşağı həddə cəza təyin edilməsindən ibarətdir. Birinci instansiya məhkəməsinin hökmündən göründüyü kimi məhkəmə Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməsi barədə nəticəyə gələrək onu həmin maddələrlə məhkum edərkən konkret sübutlara və işin faktiki hallarına əsaslanmışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquqi normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir.Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyətli olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi poroses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Apellyasiya məhkəməsinin iclasında, məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs1 ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə elan edilmiş ittihamda təqsirli bilmədi, özünü Cinayət Məcəlləcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bildi, birinci instansiya məhkəməsində verdiyi ifadəsinə oxşar məzmunlu ifadə verərək göstərdi ki, o, narkotik vasitələrinin satışı ilə məşğul olmamış, yalnız istifadəçisi olmuşdur. Metamfetamindən istifadə etmişdir. Onu tək Şəfa stadiounun yanında tutublar. Polis əməkdaşları onu döyüb, fiziki və psixi təzyiqlər göstəriblər. İstintaq təcridxanasına qəbul olunarkən həkimlər tərəfindən müayinə olunmuş, ona nə xəsarət yeririlibsə qeyd edilib. Odur ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-331/2022 saylı, 29 mart 2022-ci il tarixli hökmünün dəyişdirilməsini, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrindən həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif edilməsini məhkəmə kollegiyasından xahiş edir. Məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs1 suallara cavab olaraq göstərdi ki, döyülməyi ilə bağlı şikayət etməmişdir. 2 aydan sonra Nərimanov rayon prokurorluğunun əməkdaşları gəlib izahatını alıblar. Lakin tibbi ekspertiza keçirilməyib. Çünki həmin vaxt xəsarətləri qalmamışdır. Təqsirləndirilən şəxs2 tanımamışdır. Zamin ona qarşı ifadə vermişdir. Zamini məcbur ediblər ki, elə ifadə versin. Samir Quliyevlə birlikdə işləmişdir. İki nəfərin ona qarşı ifadə verməsinin səbəbini bilmir. Düşünür ki, o, Samirin ailəsinə baxırdı deyə belə bir şey eləyib. Birinci instansiya məhkəməsində övladları haqqında məlumatları təqdim edib. Arvadından boşanmış, aliment ödəməsi barədə məhkəmənin qətnaməsi var. İstifadəsində ***-***-**-** və ***-***-**-** mobil nömrəsi olmuşdur. O, Samir Quliyevlə həmin nömrələrlə əlaqə saxlamış, lakin Təqsirləndirilən şəxs2lə isə mobil nömrələrlə əlaqə saxlamamışdır. Təqsirləndirilən şəxs2lə telefon əlaqələri varsa tutulmamışdan 10-15 gün əvvələ aid ola bilər. Zamini yalnız tutulmamışdan 10-15 gün əvvəl tanışışdır. Əməlindən peşimandır. Apellyasiya məhkəməsinin iclasında, şahid qismində dindirilmiş X14 ifadəsində göstərdi ki, məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs1 əvvəldən tanıyır. Belə ki, o, Sərdarla birlikdə ayrı-ayrı marşrutlarda avtobus sürücüsü işləmişlər və işlərinə görə birbirilərini tanımışlar. O, 165 saylı marşrut avtobusunda sürücü işləmişdir. O, narkotik vasitə istifadəçisi olmuşdur. Narkotik vasitəni tanımadığı şəxslərdən almışdır. Aldığı maddələrdən yalnız özü üçün istifadə etmişdir. Heç vaxt narkotik vasitələrin satışı ilə məşğul olmamış və Təqsirləndirilən şəxs1 narkotik vasitə almamışdır. Təqsirləndirilən şəxs2 isə tanımamışdır. O, 10 iyul 2021-ci-ci il tarixdə Təqsirləndirilən şəxs2 çatdırmaq üçün Sərdardan narkotik vasitə almayıb. İstintaq zamanı verdiyi ifadəsi ona təzyiq olunmaqla imzalatdırılıb. Məhkəmədə verdiyi ifadələrini isə həmin məzmunda verməsə də, onun sözlərinə əsasən yazılmayıb. O, Bakı Ağır Cinayətlər Məhkəməsinin 03 mart 2022-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinərək 6 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilib. Onun verdiyi apellyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 26 may 2022-ci il tarixli qərarı ilə təmin edilməyib. İstifadəsində ***-***-**-** mobil nömrə olmuş və həmin nömrə ilə Təqsirləndirilən şəxs1la telefon əlaqələri olmuş, lakin Təqsirləndirilən şəxs2lə telefonda danışmamışdır. Cinayət işinin materiallarından görünür ki, məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs1 əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayətin əlamətlərinin mövcud olması, işin faktiki halları, birinci instansiya məhkəməsində tədqiq edilmiş sübütlar, o cümlədən digər təqsirləndirilən şəxslərin və şahidlərin ifadələri, baxış və götürmə haqqında protokollar, ekspertiza rəyləri və iş üzrə toplanmış digər təkzibolunmaz sübutlarla təsdiq olunur. Belə ki, birinci instansiya məhkəməsində şahid qismində dindirilərkən X14 ifadəsində göstərmişdir ki, təqsirləndirilən şəxslərdən Təqsirləndirilən şəxs1 tanıyır, Təqsirləndirilən şəxs2 isə tanımır. Belə ki, o, Təqsirləndirilən şəxs1 narkotik vasitə olan heroin əldə etmişdir. Sərdarla birlikdə ayrı-ayrı marşrutlarda avtobus sürücüsü işləmişlər. Hər ikisi narkotik vasitə olan kakos, yəni heroindən istifadə edirdilər. 10 iyul 2021-ci il tarixdə, təxminən saat 06:30 radələrində Təqsirləndirilən şəxs1 ona öz istifadəsi üçün 01 ədəd şəffaf rəngli sellofana bükülmüş “kakos”, yəni heroin vermişdir. Lakin həmin kakosu ünvan 15 ünvanda yerləşən “Araz” marketin yaxınlığında Təqsirləndirilən şəxs2 verməsini deməmişdir. Zaminlə görüşməmiş, onu tanımır. Həmin gün, yəni 10 iyul 2021-ci il tarixdə ünvan 16 ünvanın yaxınlığında dayandığı zaman onu Bakı şəhəri, Nərimanov RPİ-nin əməkdaşları saxlayaraq Nərimanov RPİ-nə aparmışlar. Polis idarəsində təhqiqatçı ona narkotik maddə qəbul etməsində və saxlamasında şübhəli bilindiyini demiş, ona onun hüquqlarını müdafiə etmək üçün vəkil dəvət etmiş, sonuncunun iştirakı ilə üzərinə baxış keçirilmiş, axtarış aparılan zaman o, həmin gün, yəni 10 iyul 2021-ci il tarixdə Təqsirləndirilən şəxs1 ona verdiyi və əynində olan qara rəngli şalvarının sağ yan cibində saxladığı içərisində kakos adı ilə tanıdığı narkotik vasitə heroin olan 01 ədəd bükümü könüllü olaraq təqdim etmişdir. Polis əməkdaşları tərəfindən Nərimanov RPİ-nə gətirilərkən, eyni zamanda polis idarəsində olduğu müddətdə ona qarşı hər hansı bir qanunsuz hərəkətlər, eyni zamanda fiziki zor və ya təzyiqlər olmamışdır. Hal-hazırda onun barəsində bu məhkəmədə başqa tərkibdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə cinayət işinə baxılır. Həmin cinayət işi Təqsirləndirilən şəxs1 ona verdiyi narkotiklə bağlıdır. Onu da qeyd etmək istəyir ki, ibtidai istintaq zamanı, xx.xx.2021ci il tarixdə Təqsirləndirilən şəxs1 ona 2 büküm heroin verdiyini, bükümlərdən birinin Təqsirləndirilən şəxs2 ünvan 15 ünvanda yerləşən “Araz” marketin yaxınlığında verməyi tapşırdığını, Zamindən bunun müqabilində 20 manat almasını, Təqsirləndirilən şəxs1 tapşırığını yerinə yetirdiyini etiraf etmişdir. Lakin həqiqəti bu gün məhkəmədə bildirir. Lakin ibtidai istintaq zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş X14 ifadəsində göstərmişdir ki, təxminən 15-20 gün bundan əvvəlki dövrədək olan müddət ərzində 165 saylı marşrut avtobusunda sürücü işləmişdir. İşləməyinə baxmayaraq qazancı az olmuş, eyni zamanda marşrut sahibinə borcu olduğuna görə işdən çıxmışdır. Hazırda hər hansı bir işlə məşğul olmur. 165 saylı marşurut xəttində sürücü işləyəndən əvvəl isə 24 saylı marşrut avtobusunda sürücü işləmişdir. 24 saylı marşrut avtobusunda sürücü işləyən Təqsirləndirilən şəxs1la tanış olmuş, onunla aralarında ədavəti və düşmənçiliyi olmamışdır. Əksinə yaxın tanışlıq münasibətləri olmuşdur. 10 iyul 2021-ci il tarixdə, təxminən saat 06:30 radələrində Təqsirləndirilən şəxs1 ona 02 ədəd şəffaf rəngli sellofana bükülmüş, işərisində toz halında, qəhvəyi rəngli, spesifik iyə malik “kakos” adı ilə tanıdığı narkotik vasitə olan 02 (iki) ədəd büküm vermiş, həmin bükümlərdə olan narkotik vasitənin 01 (bir) ədədini ünvan 15 ünvanda yerləşən Araz marketin yaxınlığında Zamin adlı şəxslə görüşüb ona verməsini, 2-ci bükümü isə Sərdarın deyəcəyi şəxsə çatdırmalı olduğunu bildirmişdir. Zamin adlı şəxslə görüşüb 01 ədəd bükümü ona verdikdən 20 manat pul aldıqdan bir xeyli müddət keçmiş ünvan 16 ünvanın yaxınlığında dayandığı zaman ona iki nəfər mülki geyimdə olan şəxs yaxınlaşmış, özlərini təqdim edib Nərimanov RPİ-nin əməkdaşları olduqlarını bildirmişlər və onlarla Nərimanov RPİ-nə getməsini xahiş etmişlər. O, da onlarla Nərimanov RPİ-nə gəlmiş, polis idarəsinə çatandan sonra ona onun narkotik maddə qəbul etməsində və özündə saxlamasından şübhələndilkərini, ona görə də onun hüquqlarını müdafiə etmək üçün vəkil siyahısı təqdim etdiklərini, təqdim olunmuş siyahıdan Mirhikmət Bağırov adlı vəkilin onun hüquqlarının müdafiəsi üçün seçdiyini bildirmişlər. Polis əməkdaşları həmin vəkili Nərimanov RPİ-nə dəvət etmişlər. Vəkil gəldikdən sonra onun və onu Nərimanov RPİ-nə gətirmiş polis əməkdaşlarının iştirakları ilə video çəkilişlə üzərinə axtarış və götürmə aparmağa başlamışlar. Axtarış aparılan zaman ona, üzərində hər hansı bir qanunsuz əşya və ya maddə varsa könüllü təqdim edilməsi təklif edilmişdir. O, da bu gün, yəni 10 iyul 2021-cici il tarixdə Təqsirləndirilən şəxs1 ona verdiyi və əynində olan qara rəngli şalvarının sağ yan cibində saxladığı, işərisində kakos adı ilə tanıdığı narkotik vasitə heroin olan 01 ədəd bükümü könüllü olaraq təqdim etmişdir. Eyni zamanda həmin şalvarının sol yan cibində olan 01 (bir) ədəd “NOKİA” modelli mobil telefon cihazını və 01 (bir ədəd) C55187638 nömrəli 05 (beş) manatlıq, 01 (bir ədəd) A 22731222 nömrəli 05 (beş) manatlıq pul əskinaslarını da könüllü olaraq təqdim etmişdir. Polis əməkdaşı təqdim etdiyi, içərisində kakos adı ilə tanıdığı narkotik vasitə heroin olan şəffaf rəngli sellofana bükülmüş 01 ədəd bükülünü zərfə qoyub qablaşdıraraq möhrləmiş, o və hüquqlarını müdafiə edən vəkil, iştirakçılarla birlikdə zərfi imzalamışlar. Eyni zamanda bu barədə protokol tərtib etmişlər və onlar protokolu da imza etmişlər. O, əvvəllər narkotik vasitə və ya psixotrop maddələrin satışı ilə məşğul olmamışdır. Polis əməkdaşları tərəfindən Nərimanov RPİ-nə gətirilərkən, eyni zamanda polis idarəsində olduğu müddətdə ona qarşı hər hansı bir qanunsuz hərəkətlər, eyni zamanda fiziki və ya psixoloji hərəkətlər olmamışdır. X5 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilərək məhkum edilməsi haqqında Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-720/2022 saylı, 03 mart 2022-ci il tarixli hökmündən görünür ki, həmin işə baxılarkən Samir Quliyev təqsirləndirilən şəxs qismində dindirilərkən ifadəsində göstərmişdir ki, təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə özünü qismən təqsirli bilir. Tutulmazadan təxminən 15-20 gün əvvəlki dövrədək 165 saylı marşrut avtobusunda sürücü işləmişdir. İşləməyinə baxmayaraq qazancının az olması, eyni zamanda marşrut sahibinə borcu olduğuna görə işdən çıxmışdır. 165 saylı marşrut xəttində sürücü işləyəndən əvvəl isə 24 saylı marşrut avtobusunda sürücü işləmişdir. Həmin dövrdə 24 saylı marşrut avtobusunda sürücü işləmiş Təqsirləndirilən şəxs1la tanış olmuş, onunla arasında hər hansı ədavət və düşmənçilik olmamış, əksinə yaxın tanışlıq münasibətləri olmuşdur. Narkotik vasitə istifadəçisi olmuşdur. 10 iyul 2021-ci il tarixdə səhər saatlarında Maştağa qəsəbəsinə Albalı yaşayış massivinə gedib orada Sərdar ilə görüşmüş və Sərdardan ona narkotik vasitə verməsini istəmişdir. Sərdardan 20 manat müqabilində 1 büküm narkotik vasitə olan heroin götürdükdən sonra ondan ayrılmışdır. Həmin narkotik vasitəni şəxsi istifadəsi üçün almışdır. Heç vaxt narkotik vasitələrin satışı ilə məşğul olmamışdır. Sərdardan aldığı narkotik vasitəni heç kimə verməmiş, yalnız özü istifadə edəcəkmiş. Bundan sonra həmin gün ünvan 16 ünvanın yaxınlığında dayandığı zaman ona 2 nəfər mülki geyimdə olan şəxs yaxınlaşıb özlərini təqdim edib Nərimanov RPİ-nin əməkdaşları olduqlarını bildirmişlər. Bundan sonra onlarla birlikdə Nərimanov RPİ-nə getməyini xahiş etmişlər. O, da polis idarəsinə getmək üçün onların avtomobilinə əyləşdikdə orada adının sonradan Zamin oluğunu bildiyi şəxsi görmüşdür. Zamini əvvəllər heç vaxt görməmiş və tanımamışdır. Ola bilsin ki, Zaminə də narkotik vasitəni Sərdar satmışdır. Polis idarəsinə çatandan sonra ondan narkotik maddə qəbul etməkdə və özündə saxlamaqda şübhələndiklərini bildirmişlər. Bundan sonra Zaminin və onun üzərinə eyni vaxtda baxış keçirmişlər. Daha sonra üzərindən aşkar olunan “kakos” adı ilə tanıdığı narkotik vasitə 1 büküm heroin zərfə qoyulub qablaşdırlaraq möhürlənmişdir. Sərdarın narkotik vasitə heroini və psixotrop maddələri kimdən əldə etdiyini bilmir. Narkotik vasitənin yalnız heroin növündən istifadə etmişdir. Narkotik vasitəni heç vaxt inyeksiya yolu ilə qəbul etməmişdir. Üzərindən aşkar olunan narkotik vasitəni Sərdardan almışdır. Zamin adlı şəxsi ilk dəfə polis idarəsinə aparıldığı zaman avtomobildə görmüşdür. Sərdardan aldığı narkotik vasitəni Zaminə verməmişdir. Narkotik vasitəni yalnız şəxsi istifadəsi üçün əldə etmiş, heç vaxt satışı ilə məşğul olmamışdır. Narkotik vasitədən mütəmadi olaraq istifadə etməmişdir. Tutulan zaman üzərində 1 büküm narkotik vasitə heroin olmuşdur. İbtidai istintaq zamanı yazılan ifadələrə oxumadan imza etmişdir. Birinci instansiya məhkəməsinin iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, digər Təqsirləndirilən şəxs1 və Samir Quliyevi tanımır. O, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə 2019-cu ildə məhkum olunmuş, ona bir il altı ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş və o, bu ilin fevral ayında azad olunmuşdur. Bundan sonrakı dövrdən tutulana qədər 2-3 dəfə tanımadığı şəxslərdən heroin əldə edərək istifadə etmişdir. 10 iyul 2021-ci ildə polis əməkdaşları onu yaşadığı Nərimanov rayonu, Daş karxanası küçəsindəki evindən guya oğurluq etdiyinə görə idarəyə aparmışlar. Orada ona bildirmişlər ki, üzərinə külli miqdarda narkotik götürməli, ya da ki, bir büküm heroini üzərinə götürməlidir. O, da bir büküm heroinin üzərinə götürülməsinə razılıq vermişdir. Faktiki isə onun üzərində narkotik vasitə olmamışdır. Tərtib olunmuş protokol və çəkiliş həqiqətə uyğun deyildir. Lakin ibtidai istintaq zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ona elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilmiş və ifadəsində göstərmişdir ki, o, təxminən 2007-ci ildən kakos adı ilə tanıdığı narkotik vasitə olan heroin istifadə etmişdir. İstifadə etdiyi narkotik vasitələri müxtəlif adamlardan pul qarşılığında alaraq istifadə etmişdir. Sonuncu dəfə aldığı 01 ədəd şəffaf rəngli sellofana bükülmüş 01 bükümdən ibarət olan narkotik vasitəni isə 09 iyul 2021-ci il tarixdə, təxminən saat 22:30 radələrində ləqəbi Malış, həqiqi adı Sərdar olan şəxsin istifadəsində olan ***-***-**-** mobil nömrəsinə zəng edib 20 (iyirimi manat) manat pul müqabilində ona bir büküm kakos adı ilə tanıdığı narkotik vasitə satmasını xahiş etmişdir. O, da tanışı ilə ona bir büküm narkotik vasitə kakos göndərəcəyini bildirmişdir. 10 iyul 2021-ci il tarixdə, təxminən saat 07 radələrində Sərdarın onun üçün kakos göndərdiyi Samir adlı şəxslə ünvan 15 ünvanda yerləşən Araz marketin yaxınlığında görüşüb 20 (iyirimi) manat pul müqabilində ondan içərisində kakos adı ilə tanıdığı narkotik vasitə heroin olan 01 bir ədəd şəffaf rəngli sellofona bükülmüş 01 ədəd bükülünü götürüb əynindəki göy rəngli idman şalvarının sağ yan cibinə qoymuş, ehtiyacı olduğu zaman istifadə edəcəyini bildirmişdir. O, narkotik vasitəni Samirdən götürəndən sonra piyada yaşadığı evə gedərkən Şahin Mustafayev küçəsi 27 saylı ünvanın yaxınlığında ona mülkü geyimdə olan 2 nəfər yaxınlaşaraq özlərini təqdim edib Nərimanov RPİ-nin polis əməkdaşları olduqlarını bildirərək, adını, soyadını, hara getdiyini xəbər almışlar. O, da üzərində narkotik vasitə heroin olmasından narahat olduğu üçün onlardan uzaqlaşmağa çalışmış, lakin həmin şəxslər ondan bir daha adını, soyadını xəbər alıb onlarla Nərimanov RPİ-nə getməsini bildirmişlər. O, da həmin şəxslərlə Nərimanov RPİ-nə getmişdir. İdarədə digər polis əməkdaşı ona üzərində narkotik maddə olmasından şübhələndiklərinə görə üzərində axtarış və götürmə aparacaqlarını bildirmişlər. Ona görə də hüquqlarımı izah edib vəkil siyahısı təqdim etmişlər ki, istədiyi vəkili hüquqlarının müdafiəsi üçün seçə bilsin. O, da təqdim olunmuş siyahıdan hüquqlarının müdafiəsi üçün İlham Məmmədov adlı vəkili seçmişdir. Polis əməkdaşı vəkil İlham Məmmədovu polis idarəsinə dəvət etmiş, İlham Məmmədov gəldikdən sonra onu Nərimanov RPİ-nə gətinniş əməkdaşların iştirakları ilə üzərində axtarış və götürmə aparmağa başlamışlar. Polis əməkdaşı ona əgər üzərində saxlanılması və daşınması qanunla qadağan olunmuş əşya və ya maddə varsa könüllü olaraq təqdim etməsini təklif etmişdir. O, da 20 manat pul müqabilində Sərdar adlı şəxsdən aldığı 01 ədəd şəffaf rəngli sellefona bükülmüş “kakos” adı ilə tanıdığı narkotik vasitəni könüllü təqdim etmişdir. Bundan əlavə həmin şalvarımın sol yan cibində olan 02 ədəd bir manatlıq pullarımı da könüllü olaraq təqdim etmişdir. Polis əməkdaşı təqdim etdiyi içərisində narkotik vasitə “heroin” olan 01 (bir) ədəd bükülünü zərfə qoyaraq qablaşdırılmış və möhürlənərək götürülmüş, bu barədə protokol tərtib edilmişdir. O, hüquqlarını müdafiə edən vəkil, eyni zamanda iştirakçılar tərtib edilmiş protokolu imza etmişlər. Bundan sonra 02 manat pulunu özünə qaytarmışlar. O, ilk dəfə idi ki, X5 vasitəsi ilə Təqsirləndirilən şəxs1 narkotik vasitə heroin aldığını bildirmişdir. O, heç bir vaxt narkotik vasitə və ya psixotrop maddələrin satışı ilə məşğul olmadığını, üzərindən aşkar edilmiş narkotik vasitə heroinin şəxsi istifadəsi üçün alıb üzərində saxladığını bildirmişdir. Polis əməkdaşları tərəfindən Nərimanov RPİ-nə gətirilərkən, eyni zamanda polis idarəsində olduğu müddətdə ona qarşı hər hansı bir qanunsuz hərəkətlər, eyni zamanda fiziki və ya psixoloji hərəkətlər olunmadığını bildirmişdir. Bundan başqa o, müxtəlif vaxtlarda narkotik vasitə istifadə etdiyinə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə azadlıqdan məhrum etmə cəzasına məhkum olunduğunu, təyin olunmuş cəzadan azad olunduqdan sonra narkotik vasitə olan heroini ineksiya yolu ilə damarına vuraraq qəbul edərək istifadə etməyə başladığını bildirmişdir. Belə ki, xx.xx.2021-ci il tarixdə saat təxminən 17:40 radələri olardı o, ünvan 18 ünvanının qarşısında dayandığını, bu zaman iki nəfər mülkü geyimdə polis işçiləri ona yaxınlaşaraq Nərimanov Rayon Polis İdarəsinin 17-ci Polis Şöbəsinin gətirdiklərini, orada xidməti otaqda video kamera çəkilişi ilə onun üzərinə şəxsi axtarış keçirilməsi bildirilmiş və şəxsi axtarış keçirilməzdən əvvəl üzərində hər hansı qanunsuz əşya və ya maddə varsa onu könüllü təqdim edilməsi təklif olunmuşdur. Şəxsi axtarış zamanı o, əynindəki qara rəngli cins şalvarın sol yan cibindəki bir ədəd siqaretin gümüşü rəngli kağız bükümünə qoyulmuş narkotik vasitə olan heroini könüllü olaraq təqdim etmişdir. O, həmin şalvarının sol yan cibindən aşkar olunan heroinin ona məxsus olduğunu, sonra həmin narkotik vasitə polis əməkdaşları tərəfindən zərfə qoyularaq qablaşdırıldığını və möhürlə möhürləndiyini, bu barədə protokol tərtib olunaraq iştirakçılar tərəfindən imzalarla təstiq olunduğunu bildirmişdir. Narkotik vasitə aldığı həmin şəxs orta bədən qurluşlu təxminən 30-35 yaşlarında olmuşdur.Heç kimə narkotik vasitə vermədiyini, yalnız özü istifadə etmək üçün aldığım bildirmişdir. Narkotik maddə heroini ineksiya yolu ilə damarıma vuraraq qəbul etdiyini bildirmişdir. O, heç bir xəstəlikdən əziyyət çəkmədiyini və heç bir dispanserdə qeydiyyatda olmadığını bildirmişdir. O, polis əməkdaşları tərəfindən Nərimanov RPİ-nin 17-ci Polis Şöbəsinə gətirilən zaman və üzərində şəxsi axtarış keçirilən zaman hər hansı bir şəxs tərəfindən ona qarşı fiziki, psixi yaxud digər bir üsulla təsir göstərən olmadığını, əməlimdən peşman olmasını bildirmişdir. Birinci instansiya məhkəməsinin iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Nərimanov RPİ-nin 17-ci PŞ-də CA üzrə əməliyyat-müvəkkili Şahid1 ifadəsində göstərmişdir ki, təqsirləndirilən şəxslərdən Təqsirləndirilən şəxs2 tanıyır, digər Təqsirləndirilən şəxs1 isə tanımır. Belə ki, 22 sentyabr 2021-ci il tarixdə saat 17-40 radələrində Nərimanov RPİ-nin 17-ci PŞ-nin 17-ci PŞ-də YYCİ üzrə inspektor Şahid2 ilə birlikdə inzibati ərazidə xidmətdə olarkən Nərimanov rayonu Montin qəsəbəsi Daş Karxanası 518A saylı binanın qarşısında hal-hazırda məhkəmə zalında gördüyü Təqsirləndirilən şəxs2 davranışının və gözlərinin qızarmasından onun narkotik sərxoşluğu halında olduğundan şübhələnərək Şahid2la birlikdə ona yaxınlaşaraq özlərini ona təqdim edərək polis əməkdaşları olduğuqlarını bildirmişlər. Təqsirləndirilən şəxs2 açıq-aşkar narkotik sərxoşluğu vəziyyətində olduğu üçün onu polis şöbəsinə gətirib raportla şöbənin rəhbərliyinə məruzə etmişlər. Bundan sonra Təqsirləndirilən şəxs2lə bağlı araşdırma şöbənin təhqiqatçısı polis mayoru Seymur Poladov tərəfindən aparılmış, təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs2 şübhəli şəxs qismində saxlanılmış və sonra onun hüquqlarının müdafiəsi ilə bağlı müdafiəçi dəvət edilmiş, ona hüquq və vəzifələri izah olunmuşdur. Bundan sonra, təhqiqatçı Təqsirləndirilən şəxs2 üzərinə video çəkilişlə şəxsi axtarış keçiriləcəyi bildirilmiş və o, buna etiraz etmədikdən sonra müdafiəçinin və onların iştirakı ilə şəxsi axtarışa başlanılmışdır. Şəxsi axtarış zamanı üzərində olan əşyaları könüllü olaraq təqdim edilməsi təklif edilmişdir. Təqsirləndirilən şəxs2 əynindəki qara rəngli cins şalvarının sol cibindən bir ədəd siqaretin gümüşü kağızına bükülmüş qəhvəyi rəngli spesifik qoxuya malik bir büküm çıxardaraq təqdim etmiş və həmin bükümün içərisində narkotik vasitə heroin olduğunu, öz istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Həmin bükümdən savayı onda başqa heç nə aşkar olunmamışdır. Təhqiqatçının suallarına cavab olaraq Təqsirləndirilən şəxs2 həmin heroini 22 sentyabr 2021-ci ildə saat 17 radələrində “Papanin” adlanan ərazidə “Mamed” adlı şəxsdən 15 manata öz istifadəsi üçün aldığını bildirmişdir. Təqdim edilən həmin büküm qablaşdırılaraq götürülmüş və bu barədə təhqiqatçı tərəfindən protokol tərtib olunmuş, protokol oxunulduqdan sonra hamı tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs2 saxlanılarkən və onun iştirakı ilə şəxsi axtarış keçirilən vaxtı ona qarşı fiziki zor və təzyiq edilməmişdir. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş Bakı şəhəri Nərimanov RPİ-nin 17-ci PŞ-də YYCİ üzrə inspektoru Şahid2, Bakı şəhəri Nərimanov RPİ-nin 17-ci PŞ-nin kiçik inspektoru Şahid3 və Bakı şəhəri Nərimanov RPİ-nin NMB-də əməliyyat müvəkkili Şahid4 Şahid1 ifadəsinə oxşar məzmunlu ifadələr verərək onun göstərdiyi halları təsdiq etmişlər. Təqsirləndirilən şəxs1 ittiham olunaraq təqsirli bilindiyi əməli törətməsi, şahidlər Şahid1, Şahid2, Şahid3, Şahid4, X5, təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 ifadələri ilə yanaşı iş üzrə toplanmış digər sübutlarla, o cümlədən müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs2 üzərinə şəxsi axtarış və götürmə aparılması, baxış zamanı Təqsirləndirilən şəxs2 əynindəki göy rəngli idman şalvarının sağ yan cibindən 01 ədəd şəffaf rəngli sellofana bükülmüş 01 ədəd bükülünü könüllü çıxarıb təqdim edərək bükülünün içərisində “kakos” adı ilə tanıdığı narkotik vasitə heroin olduğunu, təqdim etdiyi narkotik vasitə heroini 10 iyul 2021-ci il tarixdə, təxminən saat 07 radələrində, ünvan 19 ünvanda yerləşən Araz marketin yaxınlığında, 10 gün bundan əvvəl tanış olduğu, ləqəbi “Malış” həqiqi adı isə Sərdar olan şəxsin Samir adlı şəxslə göndərdiyi şəxsdən 20 manat pul müqabilində alaraq əynindəki göy rəngli idman şalvarının sağ yan cibinə qoyub özündə saxladığını, ehtiyacı olduğu zaman istifadə etməsini göstərməsi, Təqsirləndirilən şəxs2 təqdim etdiyi 1 ədəd şəffaf rəngli sellofan parçasına bükülmüş bükülünün qablaşdırılaraq götürülməsi barədə “şübhəli şəxsin üzərində şəxsi axtarış və götürmə aparılması haqqında” 10 iyul 2021-ci il tarixli videoçəkilişlə aparılmış protokolla; müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs1 üzərinə şəxsi axtarış və götürmə aparılması, baxış zamanı Təqsirləndirilən şəxs1 əynindəki tünd göy rəngli cins şalvarının sağ yan cibindən, şəffaf rəngli sellofana bükülmüş, içərisində ağ rəngli kristallik hissəciklərdən ibarət olan 01 ədəd büküm, şəffaf rəngli sellofana bükülmüş, hər birinin içərisində toz halında, qəhvəyi rəngli, spesifik qoxuya malik maddə olan 04 ədəd büküm və şəffaf rəngli sellofana bükülmüş içərisində qara rəngli bərk maddə olan 01 ədəd bükümü təqdim etmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs1 təqdim etdiyi 01 ədəd bükümün içərisində psixotrop maddə metafetamin, 01 ədəd bükümün içərisində narkotik vasitə “tiryək” və 04 ədəd bükümün içərisində olanların isə “kakos” adı ilə tanıdığı narkotik vasitə heroin olduğunu bildirməsi, Təqsirləndirilən şəxs1 götürülmüş narkotik vasitələrin qablaşdırılaraq götürülməsi barədə “şübhəli şəxsin üzərində şəxsi axtarış və götürülmə aparılmasına dair” 10 iyul 2021-ci il tarixli videoçəkiliş aparılmaqla tərtib edilmiş protokolla; məhkəmə-kimyəvi ekspertizasının 11 iyul 2021-ci il tarixli, 6/2773, 6/2774, 6/2775 və 6/4325 saylı, 23 sentyabr 2021-ci il tarixli, 6/4215 saylı rəyləri; məhkəmə-psixiatrik ekspertizasının 15 sentyabr 2021-ci il tarixli, 2158 saylı rəyi; məhkəmə-narkoloji ekspertizasının 15 sentyabr 2021-ci il tarixli, 3439 saylı və 07 oktyabr 2021-ci il tarixli, 3832 saylı rəyləri; X5 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinərək 06 il müddətə azadlıqdan məhrum edilməsi, iş üzrə maddi sübüt 0,738 qram çəkidə narkotik vasitə heroinin məhv edilməsi barədə Bakı Ağır Cinayətlər Məhkəməsinin 03 mart 2022-ci il tarixli hökmü və digər sübutlarla tam təsdiq olunur. İş materiallarında olan, Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-720/2022 saylı, 03 mart 2022-ci il tarixli hökmünün surətindən görünür ki, X14 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirli bilinərək 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. İş materiallarında olan, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1(103)-919/2022 saylı, 26 may 2022-ci il tarixli qərarının surətindən görünür ki, X5 müdafiəçisi X10 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-720/2022 saylı, 03 mart 2022-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Cinatər-Prosessual Məcəlləsinin 142.1-ci maddəsinəəsasən cinayət təqibi üzrə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü cinayət təqibi üzrə icraatda həm müəyyən olunmuş hallara, həm də onların hüquqi qiymətinə görə təhqiqatçı, müstəntiq, prokuror və ya məhkəmə üçün məcburidir. Bundan başqa məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini yoxlamaq məqsədi ilə məhkəmə kollegiyasının 13 iyul 2022-ci il tarixli qərarı ilə ***-***-**-** mobil nömrəsinin kimin adına və harada qeydiyyatdan keçməsi, nömrənin sahibinin tam anket məlumatları barədə məlumatların, həmin mobil nömrələrinin 01 - 10 iyul 2021-ci il tarixlərdə zənglər və danışıqlar üzrə hansı anten dairəsində istifadə edilməsi barədə məlumatların, habelə 01 yanvar 2021-ci il tarixdən 10 iyul 2021-ci il tarixə kimi qeyd olunan mobil nömrələrə daxil olan və çıxan SMS yazışmalarının mətnlərinin haqqında məlumatların "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən götürülməsi, Həmçinin Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və X5 adlarına mobil telefon nömrəsinin olub olmaması barədə məlumatların, həmin şəxslərin adına mobil telefon nömrəsi varsa 01 - 10 iyul 2021-ci il tarixlərdə həmin nömrədən olan zənglər və danışıqlar üzrə hansı anten dairəsində istifadə edilməsi barədə məlumatlar, habelə 01 yanvar 2021-ci il tarixdən 10 iyul 2021-ci il tarixə mobil nömrəyə daxil olan və çıxan SMS yazışmalarının mətnləri haqqında məlumatların "xxxx" MMC-dən, "xxxx" MMC-dən və "xxxx" MMC-dən götürülməsi qərara almışdır. Eyni zamanda həmin məlumatların götürülməsində digər məqsəd Təqsirləndirilən şəxs1 10 iyul 2021-ci il tarixdə və əvvəlki günlərdə Təqsirləndirilən şəxs2 və X14 ilə telefon əlaqəsi saxlayıb saxlamamasının müəyyən edilməsi olmuşdur. Məhkəmə kollegiyası tərəfindən əldə edilmiş məlumatlardan müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs1 istifadəsində olan və onun adına olan ***-***-**-**, ***-***-**-** və ***-***-**-** mobil nömrələri, Təqsirləndirilən şəxs2 istifadəsində olan və onun adına olan ***-***-**-** mobil nömrəsi, X5 istifadəsində olan və onun adına olan ***-***-**-** mobil nömrəsi qeydə alınmışdır; -Təqsirləndirilən şəxs1 istifadəsində olmuş ***-***-**-** mobil nömrəsindən Təqsirləndirilən şəxs2 istifadəsində olmuş ***-***-**-** mobil nömrəsinə zənglər olunmuş, onların aralarında - xx.xx.2021-ci il tarixdə, saat 07:24-də 15 saniyə, xx.xx.2021-ci il tarixdə, saat 07:24-də 81 saniyə, xx.xx.2021-ci il tarixdə, saat 07:27-də 32 saniyə, xx.xx.2021-ci il tarixdə, saat 18:10-da 5 saniyə, xx.xx.2021-ci il tarixdə, saat 19:00-da 89 saniyə telefon danışıqları olmuşdur; -Təqsirləndirilən şəxs2 istifadəsində olmuş ***-***-**-** mobil nömrəsindən Təqsirləndirilən şəxs1 istifadəsində olmuş ***-***-**-** mobil nömrəsinə zənglər olunmuş, onların aralarında - xx.xx.2021-ci il tarixdə, saat 07:12-də 137 saniyə, xx.xx.2021-ci il tarixdə, saat 16:33-də saat 109 saniyə, xx.xx.2021-ci il tarixdə, saat 18:11-də 15 saniyə, xx.xx.2021-ci il tarixdə, saat 20:40-da 26 saniyə, xx.xx.2021-ci il tarixdə, saat 18:50-də 20 saniyə telefon danışıqları olmuşdur. -Təqsirləndirilən şəxs2 istifadəsində olmuş ***-***-**-** mobil nömrəsindən Təqsirləndirilən şəxs1 istifadəsində olmuş ***-***-**-** mobil nömrəsinə zənglər olunmuş, onların aralarında - xx.xx.2021-ci il tarixdə, saat 19:07-də 117 saniyə telefon danışığı olmuşdur; -Təqsirləndirilən şəxs1 istifadəsində olmuş ***-***-**-** mobil nömrəsindən Təqsirləndirilən şəxs2 istifadəsində olmuş ***-***-**-** mobil nömrəsinə zənglər olunmuş, onların aralarında - xx.xx.2021-ci il tarixdə, saat 03:58-də 29 saniyə telefon danışığı olmuşdur. Məhkəmə kollegiyası eyni zamanda qeyd edir ki, Təqsirləndirilən şəxs1 istifadəsində olmuş ***-***-**-** mobil nömrəsinə, ***-***-**-** mobil nömrəsindən xx.xx.2021-ci il tarixdə saat 21:44-də “Heci ........ hecne bawa duwmedim. Deyirem belke sene yaxin yerde goruwek o yarimcig kolani sennen goturum? Bawim xarab oldu”, ***-***-**-** mobil nömrəsindən xx.xx.2021-ci il tarixdə saat 10:50-də “Salam adam var 10 pati istir nağd pula”, ***-***-**-** mobil nömrəsindən xx.xx.2021-ci il tarixdə saat 20:58-də “Heci senin bawiva doner qardawim biraz tez gel nolar olurem agridan hemdeki berk acam pis tesir eliyir.”, ***-***-**-** mobil nömrəsindən xx.xx.2021-ci il tarixdə saat 22:43-də “Guzu keserem sene gagam menim sen Ramalin, Rasimin cani gardasiva pt payi getir yaxsi olsun gadan alaram senim Malis Resad cixdi evden”, ***-***-**-** mobil nömrəsindən xx.xx.2021-ci il tarixdə saat 14:37-də “Malis gadan alim senin tez ge cix sixiliram mohkem gagam”, ***-***-**-** mobil nömrəsindən xx.xx.2021-ci il tarixdə saat 16:52-də “Pati ne qeder sene lazimdir nece qram kola ne qeder”, ***-***-**-** mobil nömrəsindən xx.xx.2021ci il tarixdə saat 05:49-da “X23 05 Olsa 10-nux X24 Cavab Ver”, ***-***-**-** mobil nömrəsindən xx.xx.2021-ci il tarixdə saat 16:54-də “Patida var varsa de vurum pulu”, ***- ***-**-** mobil nömrəsindən xx.xx.2021-ci il tarixdə saat 07:46-da “Sabahin xeyir qaqa vasmoya gele bilersen 10 luq pati isdiyorem”, ***-***-**-** mobil nömrəsindən xx.xx.2021-ci il tarixdə saat 20:12-də “Sen ol Malis neter draznit olmusam cox berk gaga ona gore yjgiram seni dalbadal hec ne basiva donum gardasiva gelib yaxsi bir pay verersen ssn ol evezin cixacam Malish ureyim partdiyir Malish sen ol”, ***-***-**-** mobil nömrəsindən xx.xx.2021-ci il tarixdə saat 11:20-də “qaqa 1pati 1kola tez qelirrsen doqur bu sen canin teles neqedera catirsan”, ***-***-**-** mobil nömrəsindən xx.xx.2021-ci il tarixdə saat 22:59-da “Qaqam neynirsen vəziyət pati lazim 10 azen qaqam”, ***-***-**-** mobil nömrəsindən xx.xx.2021-ci il tarixdə saat 15:44-də “Gelib menədə verərdün kola” məzmunlu SMS yazışmalarının olması müəyyən edilmişdir. Eyni zamanda Təqsirləndirilən şəxs1 istifadəsində olmuş ***-***-**-** mobil nömrəsindən ona müxtəlif mobil nömrələrdən göndərilmiş SMS yazışmalarına SMS mətnləri ilə cavablar verilmişdir. Həmçinin məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs1 ona və ona qarşı ifadə vermiş Samir Quliyev və Təqsirləndirilən şəxs2 istintaq zamanı təzyiqlər edilməsi və döyülmələri barədə apellyasiya şikayətində və ifadəsində göstərilənləri yoxlamaq məqsədi ilə, məhkəmə kollegiyası tərəfindən Təqsirləndirilən şəxs1, X5 və Təqsirləndirilən şəxs2 barəsində olan şəxsi işlər və Tibb kitabçaları tələb edilərək baxış keçirilmişdir. Baxış zamanı X6 və Təqsirləndirilən şəxs2 Bakı İstintaq Təcridxanasına qəbul edilərkən hər hansı bir zorakılıq əlaməti və xəsarət aşkar olunması müəyyən edilməmişdir. Həmçinin məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs1 barəsində olan 604 saylı şəxsi işə 5527/2021 saylı Tibb kitabçasına baxış keçirilərək aşağıdakilər müəyyən edilmişdir: 604 saylı şəxsi işin materiallarında olan Nərimanov RPİ-nin MSY-nin rəhbəri Qurban Naibəli və MSY-nin əməkdaşı Sərxan Əliyev tərəfindən tərtib edilmiş xx.xx.2021-ci il tarixli Aktdan görünür ki, xx.xx.2021-ci il tarixdə Təqsirləndirilən şəxs1 üzərinə baxış keçirilən zaman onun sol çiyin nahiyyəsində göyərmə xəsarəti aşkar olunmuşdur. Təqsirləndirilən şəxs1 həmin xəsarətləri tutulmamışdan qabaq aldığını bildirmişdir. 604 saylı şəxsi işin materiallarından görünür ki, Təqsirləndirilən şəxs1 xx.xx.2021-ci il tarixdə BİT-nin müəssisəsinin tibb-sanitar hissəsində müayinədən keçirilən zaman sol qaşının yuxarı 1/3-də arxa bayır səthinin bənövşəyi qançır diqanozunun qoyulması barədə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasının TSH-nın rəisi Rəşad Hüseynov Bakı İstintaq Təcridxanasının rəisi Elnur İsmayılova məktubla ünvanlanmışdır. Təqsirləndirilən şəxs1 həmin xəsarətləri həbs olunan zaman aldığını bildirmişdir. 604 saylı şəxsi işin materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasının rəisi Elnur İsmayılovun xx/xx-4757 saylı, xx.xx.2021-ci il tarixli Azərbaycan Respublikası Ədliyyə Nazirliyinə və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinə ünvanlanmış xüsusi məlumatdan görünür ki, 13 iyul 2021-ci il tarixdə təxminən saat 13:30 radələrində DİN-nin Nərimanov RPİ-nin müvəqqəti saxlama yerinin əməkdaşları tərəfindən Bakı istintaq təcridxanasına təhvil verilmiş, xx.xx.1989-cu il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, hazırkı iş üzrə Nərimanov RPİ-nin İŞ-si tərəfindən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirli bilinərək cinayət məsuliyyətinə cəlb olunmuş və Nərimanov rayon məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə barəsində 03 (üç) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, hazırda Nərimanov RPİ-nin İŞ-nin hesabında olan həbs olunmuş şəxs Təqsirləndirilən şəxs1, xx.xx.2021-ci il tarixdə, saat 10:55 radələrində müəssisənin tibb-sanitar hissəsində müayinədən keçirilən zaman sol bazunun arxa və bayır tərəfində bənövşəyi rəngli qançır izləri olunmuşdur. Fakt ilə əlaqədar olaraq həbs olunmuş şəxs Təqsirləndirilən şəxs1 bildirmişdir ki, həmin xəsarətləri polis əməkdaşları tərəfindən saxlanılan zaman almışdır. 604 saylı şəxsi işin materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasının rəisi Elnur İsmayılovun xx/xx-4757 saylı, xx.xx.2021-ci il tarixli Bakı şəhər prokuroruna və Bakı şəhəri Nərimanov rayon prokuroruna ünvanlanmış məlumatdan görünür ki, 13 iyul 2021-ci il tarixdə təxminən saat 13:30 radələrində DİN-nin Nərimanov RPİ-nin müvəqqəti saxlama yerinin əməkdaşları tərəfindən Bakı istintaq təcridxanasına təhvil verilmiş, xx.xx.1989-cu il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, hazırkı iş üzrə Nərimanov RPİ-nin İŞ-si tərəfindən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirli bilinərək cinayət məsuliyyətinə cəlb olunmuş və Nərimanov rayon məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə barəsində 03 (üç) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, hazırda Nərimanov RPİ-nin İŞ-nin hesabında olan həbs olunmuş şəxs Təqsirləndirilən şəxs1, xx.xx.2021-ci il tarixdə, saat 10:55 radələrində müəssisənin tibb-sanitar hissəsində müayinədən keçirilən zaman sol bazunun arxa və bayır tərəfində bənövşəyi rəngli qançır izləri olunmuşdur. Fakt ilə əlaqədar olaraq həbs olunmuş şəxs Təqsirləndirilən şəxs1 bildirmişdir ki, həmin xəsarətləri polis əməkdaşları tərəfindən saxlanılan zaman almışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasının Tibb kitabçasının kserosurətindən görünür “həbs olunmadan əvvəl alınmış zədələr və bədən xəsarətləri barədə məlumatlar”ı əks etdirən 12-ci qrafasında “həbs zamanı zədə olduğunu bildirir” qeydi; 13-cü qrafasında “sol bazunun arxa və bayır tərəfində bənövşəyi rəngli qançır izləri, sağ diz qapağının çapıq toxumasındakı çapıq toxuması aşkar edildi”; “Obyektiv müayinə”ni əks etdirən 14-cü qrafasında “şikayəti yoxdur” qeydləri aparılmışdır. İş materiallarında olan, Bakı çəhəri Nərimanov rayon prokurorunun köməkçisi vəzifəsi üzrə stajor X7 13 avqust 2021-ci il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi barədə” qərarından görünür ki, Nərimanov RPİ-nin polis əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs1 qarşı qanunsuz hərəkətlər edilməsi, onun polis əməkdaşları tərəfindən fiziki zorakılığa məruz qalması yoxlama zamanı öz təsdiqini tapmadığından, Təqsirləndirilən şəxs1 sol bazunun arxa və bayır tərəfindən bənövşəyi rəngli qançır izlərinin aşkar olunmasında cinayət hadisəsi müəyyən edilmədiyindən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.1-ci maddəsinə əsasən material üzrə cinayət işi başlanması rədd edilmişdir. Qeyd olunmalıdır ki, “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24” dekabr 2021-ci il tarixli, 15 nömrəli qərarının 25-ci bəndində göstərilmişdir ki, təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadələrini məhkəmə iclasında dəyişdirdikdə məhkəmə bunun səbəblərini araşdırmalı, o cümlədən müdafiə tərəfi ifadələrin dəyişdirilməsini məhkəməyədək icraatda ifadələrin fiziki və ya psixi zorakılığın təsiri altında alınması ilə əlaqələndirdikdə onu nəzərə almalıdır ki, Azərbaycan Respublikası CPM-in 449.1, 449.1.1, 449.1.4, 449.2.1, 449.3.3 və 449.3.4-ci maddələrinin ümumi məzmununa görə, təqsirləndirilən (şübhəli) şəxs və onun müdafiəçisi cinayət prosesini həyata keçirən orqanın, o cümlədən təhqiqatçının (onun səlahiyyətlərini həyata keçirən şəxsin) və müstəntiqin prosessual hərəkətlərindən və ya qərarlarından, eləcə də işgəncə verilməsi və ya digər amansız rəftar edilməsi daxil olmaqla tutulmuş və həbs edilmiş şəxsin hüquqlarının pozulması barədə şikayətlə məhkəmə nəzarətini həyata keçirən məhkəməyə müraciət edə bilər. Odur ki, cinayət prosesi tərəflərinin məhkəməyədək icraatda təqsirləndirilən (şübhəli) şəxsin ifadəsinin fiziki və ya psixi zorakılığın təsiri ilə alınmasına dair məhkəmədə irəli sürdükləri dəlillərinə qiymət verilərkən bu məsələnin təqsirləndirilən şəxs, onun müdafiəçisi, digər şəxslər tərəfindən məhkəməyədək icraatı aparan orqan qarşısında qaldırılıb-qaldırılmaması, qaldırıldığı halda səlahiyyətli orqan tərəfindən yoxlanılıb-yoxlanılmaması, belə iddialar üzrə araşdırma aparılaraq fiziki və psixi zorakılığın tətbiq edilməsini inkar edən, məsələn, bəraətverici əsaslarla cinayət işinin başlanılmasının rədd edilməsinə dair qərar qəbul edilmişdirsə, təqsirləndirilən şəxsin və yaxud onun müdafiəçisinin həmin qərardan məhkəmə nəzarəti qaydasında şikayət verib-verməməsi, məhkəmə nəzarətini həyata keçirən məhkəmə tərəfindən baxılan məsələ üzrə hansı qərarın qəbul edildiyi nəzərə alınmalıdır. Həmin qərarının 25-ci bəndində qeyd olunmuşdur ki, məhkəmə baxışı nəticəsində məhkəməyədək icraatda ifadələrin zorakılıq, hədə-qorxu, aldatma, işgəncə və digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan hərəkətlərin tətbiq edilməsi, müdafiə hüququnun pozulması ilə və yaxud CPM-in 125.2-ci maddəsində göstərilən digər pozuntularla əldə edilməsi müəyyənləşdirilərsə, ittiham hökmü çıxarılarkən onlardan sübut kimi istifadə edilə bilməz. Bütün səylərə baxmayaraq, məhkəməyədək icraatda ifadənin, digər sübutun fiziki və yaxud psixi zorakılığın tətbiqi ilə əldə edilməsi haqqında əsaslı şübhə yaradan iddia üzrə qəti qənaətə gəlmək mümkün olmadıqda, məhkəmə həmin ifadənin, digər materialın sübut kimi qəbul edilməsi məsələsini CPM-in 125.1-ci maddəsi, eləcə də aradan qaldırıla bilməyən şübhələrin təqsirləndirilən şəxsin xeyrinə təfsir edilməsini tələb edən təqsirsizlik prezumpsiyası (CPM, maddə 21.2) əsasında həll etməlidir. İş materiallarına əsasən Bakı çəhəri Nərimanov rayon prokurorunun köməkçisi vəzifəsi üzrə stajor Elvin Məmmədliun 13 avqust 2021-ci il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi barədə” qərarının məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs1 və onun müdafiəçisi tərəfindən məhkəmə nəzarəti qaydasında mübahisələndirməsi barədə məlumatlar müəyyən edilməmişdir. Məhkəmə kollegiyasının gəldiyi qənaətə görə ibtidai istintaq orqanı tərəfindən toplanmış və birinci instansiya məhkəməsi tərəfindən tədqiq edilmiş yuxarıda sadalanan sübutların şübhə altına alınması üçün hər hansı əsas mövcud deyildir və həmin sübutlar əsaslı olaraq birinci instansiya məhkəməsi tərəfindən əməlin baş verməsini təsdiq edən mötəbər sübutlar kimi qəbul edilmişdir. Odur ki, məhkəmə kollegiyası digər sübutların sadalanmasına zərurət görmür. Məhkəmə kollegiyası məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs1 özünü Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilməməsi, Cinayət Məcəlləsinin234.1-ci maddəsi ilə təqsirli bilməsi barədə apellyasiya şikayətinin dəlillərini, həmçinin işin hallarını şübhə altına alan digər fikirlərini onun cinayət məsuliyyətindən yayınmaq, işin hallarını təhrif etməyə cəhd etmək məqsədi ilə göstərdiyi fikirləri kimi qiymətləndirir. Məhkəmə kollegiyası həmçinin birinci instansiya məhkəməsinin bununla bağlı gəldiyi nəticəni əsaslı hesab edir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs1 qeyd edilən cinayət əməlini törətməsi ilə bağlı yekun nəticəyə gələrkən ibtidai istintaq orqanı tərəfindən toplanmış və məhkəmə iclasında araşdırılıb qiymətləndirilən sübutlara düzgün istinad etmişdir. Bu barədə məhkəmənin hökmündə təqdim olunan sübutlar tədqiq edilmiş, sübutlara hüquqi qiymət verilmişdir. Apellyasiya instansiya məhkəməsində məhkəmə baxışı zamanı məhkəmə kollegiyası cinayət işinin materiallarını bir daha təhlil edərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1 əməlində Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə elan edilmiş ittihamla bağlı istər ibtidai araşdırma orqanı, istərsə də işə baxmış birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 143- 146-cı maddələrinin tələblərinə əməl edərək məhkumun ittiham olunduğu cinayətin törədilməsində təqsirli bilinməsi haqda mötəbər nəticəyə gəlmək üçün kifayət qədər sübutlar toplamış və bu sübutların hər birinin mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi qiymətləndirilərək işin faktiki hallarına uyğun olan yekun məhkəmə qərarı qəbul edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234-cü maddəsindən görünür ki, satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma Cinayət Məcəlləsinin 234.2-ci maddəsində nəzərdə tutulmuş cinayətin tərkibini; bu Məcəllənin 234.2, 234.3 və 234.3-1-ci maddəsində nəzərdə tutulmuş əməllər qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və ya mütəşəkkil dəstə tərəfindən törədildikdə Cinayət Məcəlləsinin 234.4.1-ci maddəsində nəzərdə tutulmuş cinayətin tərkibini, külli miqdarda törədildikdə isə Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayətin tərkibini yaradır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin “cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi” prinsipini təsbit edən 33.1-ci maddəsində qeyd olunur ki, hakimlər … cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Həmin Məcəllənin 33.2-ci maddəsinin tələbinə görə cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125, 144, 145-ci maddələrinin müddəalarının pozulması yolverilməzdir. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Qanun hər bir sübutun yuxarıda qeyd olunan 3 meyar (mənsubiyyəti, mümkünlüyü və mötəbərliliyi) əsasında qiymətləndirilməsini tələb edir. Sübutların mötəbərliyi anlayışı isə zəruri şərt kimi cinayət işi üzrə toplanmış və tədqiq edilmiş hər bir sübutun digərinə uyğun olmasını, onu təsdiq etməsini və antisübutlar tərəfindən təkzib edilə bilməməsini tələb edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “04” mart 2011-ci il tarixli qərarının 9-cu bəndində tövsiyə edilir ki, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Göründüyü kimi, Ali Məhkəmə Plenumunun qərarında təqsirkarın narkotik vasitələri satmaq niyyətində olmasını müəyyən etmək üçün təkcə narkotik vasitələrin miqdarı ilə yanaşı çəkilib xırda bağlamalara bükülməsi, digər, yəni istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, onların hazırlanması üçün avadanlığın olması və s. halların da nəzərə alınması tövsiyə edilir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.11-ci maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması dedikdə, miqdarından asılı olmayaraq, Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədiylə yayılmasına yönəldilmiş hərəkətlər başa düşülür. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli qərarının 8-ci bəndinə əsasən isə şəxsi maraq dedikdə şəxsin özünün və ya yaxınlarının maddi xarakterli müəyyən öhdəliklərdən azad olunmasına nail olunması, yaxud qeyri-əmlak xarakterli mənfəət əldə etmə başa düşülür. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs1 əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə düzgün tövsif olunmuşdur. İşin faktiki halları və əməlin hüquqi tövsifi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır. Həmin əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs1 cinayət məsuliyyətindən azad edilməsi, yaxud onun əməlinin Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə tövsif edilməsi üçün əsaslar mövcud deyildir. Məhkəmə kollegiyası məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs1 ona istinad olunan Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməsinə dair daxili inamı rəhbər tutaraq, məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs1 apellyasiya şikayətinin cinayət işi üzrə məhkəmə istintaqı zamanı tədqiq olunmuş sübutlara düzgün hüquqi qiymət verməməsi, Təqsirləndirilən şəxs2 əvvəllər tanımaması, əməlin Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif olunması barədə dəlillərini təhlil edərək, həmin dəlillərin iş materiallarında olan və yuxarıda sadalanan sübutlarla təkzib olunmasını qeyd etməklə əsassız hesab edir. Məhkəmə kollegiyası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulan əməlin Təqsirləndirilən şəxs1 tərəfindən törədilməsini iş materialları və işin obyektiv halları ilə tam sübut olunmuş hesab etdiyindən, məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs1 apellyasiya şikayətində göstərilən dəlillərə ətraflı cavab verməyə lüzum görmür və apellyasiya şikayətinin Təqsirləndirilən şəxs1 əməlinin Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif olunması hissəsində təmin olunmaması nəticəsinə gəlməsini qeyd edir. “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” Azərbaycan Respkublikasının Ali Məhkəməsinin Plenumunun 30 mart 2006-cı il tarixli Qərarının 2-ci bəndində göstərilmişdir ki, insan hüquqlarinin və əsas azadliqlarin pozulması ilə bağlı məhkəmələr milli qanunvericilik ilə yanaşı Konvensiya müddəalarını da rəhbər tutmalı və bu zaman İnsan hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsinə istinad etməlidirlər. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Van de Hark Niderlanda qarşı (19 aprel 1994-cü il) işində (51(b) bəndi) məhkəmə qeyd etmişdir ki, ədalətli məhkəmə araşdırması hüququ tələb edir ki, məhkəmə çıxardığı qərarları əsaslandırsın. Bu o demək deyil ki, tərəflərin irəli sürdüyü hər bir arqumentə ətraflı cavab verilməlidir. Məhkəmə kollegiyası həmçinin təyin olunmuş cəzanın sərt olması barədə apellyasiya şikayətinin dəlillərini, məhkum edilmiş şəxsin və onun müdafiəçisinin apelyasiya baxışı zamanı çıxışlarının dəlillərini işin faktiki halları ilə müqayisəli şəkildə yoxlayaraq hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən Təqsirləndirilən şəxs1 əməli Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə düzgün tövsüf edilmiş, törətmiş olduğu cinayət əməlinə görə cəza təyin edilərkən məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs1 əməlində cəzanı yüngülləşdirən və cəzanı ağırlaşdıran halların olmaması göstərilərək, ona Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə 07 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edərkən, cəzasını yüngülləşdirən hallar düzgün qiymətləndirilməmiş və onun barəsində sərtliyinə görə ədalətsiz hökm çıхarılmışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrinin sanksiyasından görünür ki, həmin cinayət əməllərini törətməyə görə beş ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzası nəzərdə tutulmuşdur. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır. Həmin Məcəllənin 41.1-ci maddəsinin məzmununa görə cəza sitəm olmayıb, cinayəthüquqi xarakterli tədbirdir. Məcəllənin 41.2-ci maddəsinə görə isə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsində göstərilir ki, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Həmin Məcəllənin 59.2-ci maddəsinə görə isə cəza təyin edərkən bu Məcəllənin 59.1.1-59.1.10-cu maddələrində göstərilməmiş hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Göründüyü kimi qanunvericilik Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.1-59.1.10-cu maddələrində göstərilməmiş başqa halların mövcud оlmasını da, cəza təyini zamanı yüngülləşdirici hal kimi nəzərə alınmasını müəyyən etmişdir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 saylı, 25 iyun 2003-cü il tariхli qərarının 2-ci bəndində həmçinin göstərilir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəхsin islah оlunmasına хidmət etməlidir. Ədalətli cəza təyin edilməsi hər şeydən əvvəl cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail olmaq sahəsində mühüm vasitədir. Təyin edilmiş cəzanın ədalətli olması dedikdə, həmin cəzanın törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olması başa düşülür. İşdən görünür ki, birinci instansiya məhkəməsi hazırki cinayəti törətməkdə təqsirli bilinən Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəalarına uyğun olaraq, təqsirləndirildiyi Cinayət Məcəllənin 234.4.1 və 234.4.3-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş həddə 07 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edərkən оnun cəzasını yüngülləşdirən və ağırlaşdıran halların olmamasını qeyd etsə də, təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının оnun ailəsinin həyat şəraitinə təsirini nəzərə almamış və cəzanı yüngülləşdirən hallara düzgün hüquqi qiymət verməmiş, cəza siyasəti ilə bağlı vahd məhkəmə təcrübəsinin tələblərini nəzərdən keçirməmiş, nəyə görə Təqsirləndirilən şəxs1 07 (yeddi) il müddətə azadlıqdan məhrum etmə həddində cəza təyin etməsini hökmdə əsaslandırmamışdır. İş materiallarinda olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən xx.xx.2021-ci il tarixdə tərtib edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs1 ilə X11 birgə nikahlarından xx.xx.20217-ci il tarixdə Zəhra, xx.xx.2015-ci il tarixdə isə Rasim adlı azyaşlı uşaqları vardır. İş materiallarında olan Ankara şəhər Xəstəxanasının 31 mart 2022-ci il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs1 anası X8 həmin xəstəxanada onkoloji xəstəlikdən müalicə olunmuşdur. Azərbaycan Respublikası Konstitusiyasının 65-ci maddəsinə əsasən məhkəmənin məhkum etdiyi hər bir şəxsin öz barəsində çıxarılmış hökmə qanunla nəzərdə tutulan qaydada yuxarı məhkəmədə yenidən baxılması, habelə özünün əfv edilməsi və cəzasının yüngülləşdirilməsi haqqında müraciət etmək hüququ vardır. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 13.3 və 13.4-cü bəndlərində məhkəmələrə tövsiyə edilmişdir ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar; cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirsinlər. Qeyd оlunanlara əsasən məhkəmə kоllegiyası cəza təyin etmənin ümumi prinsiplərini özündə ehtiva edən Azərbaycan Respublikası CM-nin 8.1, 41.2, 58.1, 58.3, 59-cu maddələrinin tələblərini, habelə Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 2003-cü il 25 iyun tarixli 04 saylı qərarının tövsiyyələrini, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən 2 azyaşlı uşağının olması, anası Həlimə Məmmədovanın onkoloji xəstə olması, əməlindən peşiman olması və əvvəllər məhkum olunmaması kimi cəzasını yüngülləşdirən halları, cəzasını ağırlaşdıran halın olmamasını, habelə təyin оlunmuş cəzanın şəхsin islah оlunmasına və оnun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq Təqsirləndirilən şəxs1 apellyasiya şikayətinin təyin olunmuş cəzanın cərt olmasına aid hissədə qismən təmin edilməsini və Təqsirləndirilən şəxs1 təyin edilmiş cəzanın azaldılmasını məqsədəuyğun hesab edir. Beləliklə, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası qismən məhkəmə istintaqı aparmaqla, cinayət işinin materiallarını araşdırıb apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, apellyasiya şikayətinin təmin edilməsinə dair məhkum edilmiş şəxsin və onun müdafiəçisinin çıxışlarını, apellyasiya şikayətinin təmin edilmədən məhkəmə hökmünün isə dəyişdirilmədən saxlanılması barədə dövlət ittihamçısının çıxışını dinləyib hesab edir ki, məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs1 apellyasiya şikayəti qismən təmin edilməli, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə, Təqsirləndirilən şəxs2 isə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək məhkum olunmalarına dair Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-331/2022 saylı, 29 mart 2022-ci il tarixli hökmü apellyasiya şikayətinə əsasən dəyişdirilməli, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə təyin edilmiş 07 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzası 6 (altı) ilə endirilməli, hökm apellyasiya şikayətinə əsasən qalan hissədə dəyişdirilmədən saхlanılmalıdır. Məhkəmə kollegiyası eyni zamanda hesab edir ki ibtidai araşdırma zamanı, həmçinin açıq, qərəzsiz, obyektiv və ədalət mühakiməsinin başqa prinsiplərinə əməl edilməklə keçirilmiş məhkəmə istintaqında məhkum edilmiş şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müdafiə hüququ, həm də Azərbaycan Respublikasının Konstitusiyasında, beynəlxalq müqavilələrdə və Azərbaycan Respublikasının Cinayət- Prosessual Qanunvericiliyində, o cümlədən CPM-nin 91-ci maddəsində nəzərdə tutulmuş digər hüquqları tam həcmdə təmin edilmiş və məhkəmə baxışı zamanı hər hansı kobud prosessual qanun pozuntusuna yol verilməmişdir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 397, 398.1.4, 399.1.5, 405.1.1, 407 və 410-cu maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kоllegiyası, Qərara aldı: Məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs1 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə, Təqsirləndirilən şəxs2 isə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək məhkum olunmalarına dair Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-331/2022 saylı, 29 mart 2022-ci il tarixli hökmü məhkum edilmiş şəхs Təqsirləndirilən şəxs1 apellyasiya şikayətinə əsasən dəyişdirilsin: Həmin hökmlə Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təyin edilmiş 07 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzası 6 (altı) ilə endirilsin. Hökm məhkum edilmiş şəхs Təqsirləndirilən şəxs1 apellyasiya şikayətinə əsasən qalan hissədə dəyişdirilməsin. Qərar qəbul edildiyi andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası CPM-nin 410-cu maddəsində nəzərdə tutulmuş müddətdə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər. Sədrlik еdən: Zəki Bаbаyеv Hаkimlər: Ziya Şirinov İbrahim İbrahimli
Məhkəmə qərarları › İş №1(103)-1084/2022
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №1(103)-1084/2022
04.10.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver