Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(103)-1086/2022 22.08.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X3 Əkbərovun sədrliyi və məruzəsilə, Elmar Eldar oğlu Rəhimov və Faiq Adil oğlu Qasımovdan ibarət tərkibdə, Məhkəmə iclas katibi Qasımov Fəxri Vidadi oğlunun katibliyi, Dövlət ittihamçısı X4, Mülki iddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin etibarnamə üzrə nümayəndəsi X1, Bəraət almış şəxs Təqsirləndirilən şəxs və müdafiəçisi X2 iştirakları ilə xx.xx.1976-cı il tarixdə Rusiya Federasiyası, Maxaçqala şəhərində anadan olmuş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, Azərbaycan Respublikası vətəndaşı, evli, ali təhsilli, əvvəllər məhkum olunmamış Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi olmadığına görə, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 213.1-ci maddəsi ilə bəraət verilməsinə dair Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 04 aprel 2022-ci il tarixli hökmündən zərərçəkmiş şəxs tərəfindən verilmiş apelyasiya şikayəti və dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protestinə Bakı Apellyasiya Məhkəməsinin binasında qapalı məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Xətai Rayon Məhkəməsinin (hakim Fuad Axundov) 04 aprel 2022-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi olmadığına görə, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 213.1-ci maddəsi ilə bəraət verilmişdir. İbtidai istintaq orqanı tərəfindən verilmiş ittihama əsasən Təqsirləndirilən şəxs "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN: **********) (MMC) fəaliyyətinə rəhbərlik edərək, müəssisənin nizamnaməsində nəzərdə tutulmuş funksiyaları tam yerinə yetirib, sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq, vergitutma obyekti olan və vergilərin hesablanması və dövlət büdcəsinə ödənilməsi vəzifəsini nəzərdə tutan əməliyyatlar aparmaqla, rəsmiləşdirmiş və bununla əlaqədar vergi ödəyicisinin fəaliyyətinə məsuliyyət daşıyan və müvafiq vergilərin ödənilməsinə cavabdeh şəxs olduğu halda, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 16.1.1, 16.1.4, 45, 67, 72, 77, 78.1, 83.2, 103, 104.1, 105.1, 154, 159.1, 173, 174.1, 175.1, 176.4, 177.1, 177.6, 180.1, 198, 201 və 202-ci maddələrinin tələblərini pozaraq, müəssisənin qeydiyyatda olduğu vergi orqanına müvafiq dövrlər üzrə təqdim etdiyi bəyannamələrə təhrif edilmiş məlumatlar daxil edərək, ümumilikdə xeyli miqdar təşkil edən, 165231,41 manat məbləğində vergiləri dövlət büdcəsinə ödəməkdən yayınmışdır. Belə ki, Təqsirləndirilən şəxs hüquqi ünvanı ünvan 2darəsində vergi ödəyicisi kimi qeydiyyata alınmış, Bakı şəhərində fəaliyyət göstərən "xxxx" MMC-nin adından həyata keçirdiyi sahibkarlıq fəaliyyətindən vergi orqanına təqdim etdiyi əlavə dəyər vergisi (ƏDV) bəyannamələrində 2016-cı ilin fevral-dekabr ayları üzrə əlavə dəyər vergisi tutulan dövriyyənin 691855,94 manat, büdcəyə ödənilməli olan ƏDV-nin 124534,06 manat büdcədən qaytarılan ƏDV-nin 1870,23 manat olduğunu göstərməli olduğu halda, həmin dövr üzrə əlavə dəyər vergisi tutulan dövriyyənin 97087,72 manat, büdcəyə ödənilməli olan ƏDV-nin 17475,79 manat, büdcədən qaytarılan ƏDV-nin olmadığını göstərməklə, 105188,04 manat ƏDV-ni az; 2017-ci ilin fevral-iyun ayları üzrə əlavə dəyər vergisi tutulan dövriyyənin 313254,94 manat, büdcəyə ödənilməli olan ƏDV-nin 56385,84 manat büdcədən qaytarılan ƏDV-nin 4961,03 manat olduğunu göstərməli olduğu halda, həmin dövr üzrə əlavə dəyər vergisi tutulan dövriyyənin 83326,72 manat, büdcəyə ödənilməli olan ƏDV-nin 14998,81 manat, büdcədən qaytarılan ƏDV-nin olmadığını göstərməklə, 36426,0 manat ƏDV-ni az hesablamaqla, cəmi 141614,04 manat ƏDV-ni dövlət büdcəsinə ödəməkdən yayındırmışdır. Bundan başqa, Təqsirləndirilən şəxs müəssisənin fəaliyyətinə rəhbərlik edərək, "xxxx" MMC-nin adından həyata keçirdiyi sahibkarlıq fəaliyyətindən 2017-ci il ərzində əldə etdiyi gəlirləri 691855,94 manat, gəlirin əldə edilməsi ilə bağlı çəkilmiş xərcləri 576546,62 manat, vergiyə cəlb olunan mənfəəti 115309,32 manat, həmin mənfəətdən 20 faiz dərəcə ilə büdcəyə ödənilməli olan mənfəət vergisini 23061,86 manat göstərməli olduğu halda, cəmiyyətin qeydiyyatda olduğu vergi orqanına həmin dövr üzrə təqdim etdiyi mənfəət vergisi bəyannaməsində əldə etdiyi gəlirləri 10277,4 manat, gəlirin əldə edilməsi ilə bağlı çəkilmiş xərcləri 8564,5 manat, vergiyə cəlb olunan mənfəəti 1712,9 manat, həmin mənfəətdən 20 faiz dərəcə ilə büdcəyə ödənilməli olan mənfəət vergisini 342,58 manat göstərməklə, 22719,28 manat məbləğində mənfəət vergisini və həmin il üzrə 898,09 manat əmlak vergisini az hesablamaqla, cəmi 165231,41 manat məbləğində vergiləri dövlət büdcəsinə ödəməkdən yayındırmışdır. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 213.1-ci maddəsi ilə ittiham olunaraq məhkəməyə verilmişdir. Birinci instansiya məhkəməsi toplanmış sübutları qiymətləndirilməklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 213.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsi ilə bağlı ibtidai araşdırma orqanın gəldiyi nəticənin əsassız olması qənaətinə gəlmiş və hesab etmişdir ki, onun qeyd olunan cinayət əməlini törətməsi sübuta yetirilməmişdir. Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi olmadığına görə, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 213.1-ci maddəsi ilə bəraət verilmişdir. Hökmdən birinci instansiya məhkəməsində icraatda iştirak etmiş dövlət ittihamçısı apellyasiya protesti və mülki iddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bak şəhəri Lokal Gəlirlər Baş İdarəsinin səlahiyyətli şəxsləri tərəfindən apellyasiya şikayəti verilmişdir. Dövlət ittihamçısı apellyasiya protestində Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi olmadığına görə, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 213.1-ci maddəsi ilə bəraət verilməsinə dair Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 04 aprel 2022-ci il tarixli hökmünün ləğv edilib, onun CM-nin 213.1-ci maddəsi ilə təqsirli bilinib cəzanın həddi ilə bağlı etdiyi təklifə uyğun hədlərdə qəti əsas və əlavə cəzaya məhkum edilməsi, həmçinin mülki iddianın tam təmin olunması barədə yeni ittiham hökmü çıxarılmasını xahiş etmişdir. Mülki iddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhər Lokal Gəlirlər Baş İdarəsinin səlahiyyətli nümayəndəsi apellyasiya şikayətində Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 04 aprel 2022-ci il tarixli hökmünün ləğv edilərək, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən verilmiş mülki iddianın tam təmin edilməsini, Təqsirləndirilən şəxs tərəfindən 165231,41 manat məbləğində vergilərin dövlət büdcəsinə ödəməkdən yayındırması nəticəsində vurulan həmin məbləğdə ziyanın (verginin) ondan tutularaq dövlət büdcəsinə ödənilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iş üzrə birinci instansiya məhkəməsinin istintaqı zamanı araşdırma tam, hərtərəfli və obyektiv aparılmamış, məhkəmə həqiqətin müəyyən olunması üçün bütün mümkün hüquqi imkan, təminat və vasitələrdən istifadə üzrə vəzifələrini yerinə yetirməmiş, mübahisənin ədalətli həlli üçün zəruri olan mühüm xüsusatlarl nəzərdən qaçırmış, məhkəmə baxışı zamanı qanunvericiliyin tələblərini tam araşdırmamış, Cinayət-Prosessual Məcəllənin 125, 127.3, 144 və 145-ci maddəlarinin tələbləri pozulmaqla cinayət işi üzrə yanlış nəticəyə gəlmişdir. Belə ki, məhkəmə tərəfindən qərar qəbul edilərkən iş üzrə məhkəmə istintaqi döründə keçirilmiş Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2021-ci il tarixli 9/8078 nömrəli əlavə məhkəmə-muhasibatlıq ekspertizasinın və xx.xx.2022-ci il tarixli 9/357 nömrəli komisyon məhkəmə-muhasibatlıq ekspertizasinın rəylərini mötəbər sübut kimi qəbul etmişdir. Lakin əsassız və prosessual pozuntularla verilmiş rəylər mötəbər sübut kimi qəbul edilə bilməz və belə sübutlar əsasında verilmiş qərarlar da tam qanuni və əsaslı hesab oluna bilməz. Rəydən də göründüyü kimi mütəxəssis tərəfindən müəssisəyə baxış 2021-ci il tarixdə həyata keçirilmiş va həmin vaxt qoşulmaların olduğu müəyyən edilmişdir. Lakin, faktiki olaraq yoxlamanın aparıldığı dövrdə 2014-2017-ci illərdə əlavə qoşulmanın olubolmamasının mütəxəssis necə müəyyən edildiyi məlum deyil. Bu onu göstərir ki, mütəxəssis tərəfindən rəy ehtimallar əsasında verilmişdir. Mütəxəssis özü də rəydə qeyd etmişdir ki, elektrik xətlərinə əlava qoşulmalar aşkar edilsə də, əlavə qoşulmaların nə zamandan baş verməsi barədə hər hansı məlumat mövcud deyil. Belə olduqda mütəxəssisin hansı əsasla əlavə qoşulmaların nə zamandan baş verməsi qeyri-müəyyən olduğu halda yoxlama dövründəki qoşulmalar nəzərə alınmaqla yoxlama dövründə istifadə olunmuş elektrik enerjisi sərfiyyatının ümumi sərfiyyatın 43,46%-ni təşkil etməsi qənaətinə gəlməsi anlaşılan deyil. Bütün bunlar onu göstərir ki, ehtimallara asaslanaraq verilmiş rəy qanunsuz olaraq ekspertiza tərəfindən rəy verilərkan nəzərə alınmamış və məhkəmə tərəfindən mötəbər sübut kimi qəbul edilmişdir. Bundan başqa, mütəxəssis tərəfindən 2021-ci il tarixdə müəssisəyə baxış küçirilən zaman 6 sm-lik döşəmə daşlarının istehsal olunduğunu rəydə bildirmişdir. Lakin, 2017-ci il tarixli mütəxəssis rəyinda 6 sm-lik və 8 sm-lik döşəmə daşlarının istehsal olunduğu qeyd edilmişdir. Belə olan halda faktiki baxışın aparıldığı vaxt deyil, səyyar vergi yoxlamasının keçirildiyi dövrü əhatə edən istehsal olunmuş döşəmə daşları barədə məlumatlar əsas götürülməli idi. Çünki, yoxlama zamanı müəssisə tərəfindən faktiki olaraq 8 sm-lik döşəmə daşları istehsal edilmiş və bu barədə məlumatlar mötəbər sübut kimi qəbul edilmiş xx.xx.2019-cu il tarixli əmtəəşünaslıq ekspertizasının rəyində öz əksini tapmışdır. Odur ki, mütəxəssis tərəfindən yalnız faktiki baxiş keçirdiyi dövrdəki 6 smlik qalınlığında olan döşəmə daşları barədə rəy verməsi və yoxlanılan dövrdə 8 sm-lik döşəmə daşları istehsal olunmasına baxmayaraq bu barədə məlumatların rəydə öz əksini tapmaması həmin rəyin əsassız, qərəzli və şübhəli olduğunu bir daha subut edir. Həmçinin qeyd etməyi zəruri hesab edirik ki, məhkəmə tərəfindən təyin edilmiş və xx.xx.2021-ci il tarixdə verilmiş mütəxəssis rəyində döşəmə daşının istehsal həcmi və orta bazar qiyməti barədə rəy verilmişdir. Amma nədənsə istehsal həcmi ekspertlər tərəfindən rəyin verilməsi uçun istifadə edilmiş, lakin döşəmə daşının orta bazar qiyməti barədə mütəxəssisin gəldiyi nəticə (9,65 manat) rəyin verilməsi uçun istifadə edilməmiş və məhkəmə-əmtəəşünaslıq ekspertizasında daha aşağı qeyd edilən qiymət (7,0 manat) əsas götürülmüşdür. Lakin ekspertlər tərəfindən bu cür yanaşma əsaslandırılmamışdır. Hansı əsasla mütəxəssis rəyində qeyd edilmiş daha az istehsal həcminin va əmtəəşünaslıq ekspertizası rəyinda qeyd edilmiş daha aşağı qiymətin rəyin verilməsində əsas kimi götürülməsi başa düşülən deyil. Verilmiş rəylərdə ekspertlər tərəfindən bu hal əsaslandırılmamış, sanki, bu cür yanaşma ilə mülki cavabdehin əsassız olaraq vəziyyətinin yüngülləşdirilməsinə cəhd edilmiş, onun vergidən yayınmasına şəraət yaradılmışdır. Göründüyü kimi "xxxx" MMC-dən döşəmə və səki daşları alan 4 müəssisədən ("xxxx" MMC, “X10” MMC, "xxxx" MMC va “X8” MMC) 2-si ("xxxx" MMC va “X8” MMC) konkret olaraq döşəmə daşlarının bir kvadratmetrini 8 manata aldığını qeyd etsə də və iş materiallarında bu hal öz təsdiqini tapsa da, məhkəmə istintaqı zamanı verilmiş ekspert rəylərində yalmz 1 kvadrat metr döşəmə daşı üçün orta bazar qiyməti 7 manat əsas götürülərək hesablamalar aparılmışdır. Beləliklə, məhkəmə tərəfindən özünün təyin etdiyi və mütəxəssis rəyi ilə döşəmə daşının 1 kvadratmetri 9,65 manat müəyyən edilmiş, ibtidai istintaqda və məhkəmədə şahid ifadələri ilə döşəmə daşının 1 kvadratmetrinin 8 manata alındığı öz təsdiqini tapsa da, bu sübutlara qiymət verilməmiş, bu subutların nə üçün qəbul edilməməsi hökmdə əsaslandırılmamış, nəticədə işin faktiki hallarına uyğun olmayan yanliş qərar verilmişdir. Məhkəmə kollegiyasının iclasında dövlət ittihamçısı verilmiş apellyasiya protestinin dəlilərinə uyğun çıxış edərək apelyasiya protestinin və Dövlət Vergi Xidmətinin Bakı şəhəri X9 üzrə Baş İdarəsi tərəfindən verilmiş apellyasiya şikayətinin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında Bakı şəhəri X9 üzrə Baş İdarəsinin nümayəndəsi (mülki iddiaçının nümayəndəsi) X5 verilmiş apelyasiya şikayətinin dəlilərinə uyğun çıxış edərək apelyasiya şikayətinin və dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protestinin təmin olunmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasında ayrı-ayrılıqda çıxış edən Təqsirləndirilən şəxs və müdafiəçisi X6 apellyasiya protestinin və mülki iddiaçının nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməsi üçün heç bir əsasın olmadığını bildirib, qeyd olunan protest və şikayətin təmin edilmədən saxlanmasını xahiş etdilər. Məhkəmə kollegiyası apellyasiya şikayətinin və apellyasiya protestinin dəlillərini cinayət işinin materialları ilə əlaqəli surətdə araşdırıb, tərəflərin çıxışlarını dinləyərək hesab edir ki, apellyasiya şikayəti (əlavə) və apellyasiya protesti təmin edilməməli, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 04 aprel 2022-ci il tarixli hökmü qanuni və əsaslı olduğundan mülki iddiaçının verdiyi apellyasiya şikayətinə və dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 397.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya protestinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Məhkəmə kollegiyası qeyd edir ki, verilmiş apellyasiya şikayəti və protestində Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi olmadığına görə, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 213.1-ci maddəsi ilə bəraət verilməsinə dair Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 04 aprel 2022-ci il tarixli hökmünün ləğv edilməsi xahiş edilsə də, birinci instansiya məhkəməsi cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdıraraq, Azərbaycan Respublikası CPM-in 124, 143 və 145-ci maddələrinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin və şahidlərin ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, ibtidai istintaq və məhkəmə istintaqı zamanı əldə edilmiş ekspertiza rəylərinin, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə düzgün qiymətləndirmiş və şəxsin təqsirləndirildiyi cinayət əməli üzrə təqsirinin sübuta yetirilməməsi qənaətinə gələrək Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 213.1-ci maddəsi ilə bəraət hökmü çıxarmışdır. Məhkəmə kollegiyası göstərilən qənaətə gələrkən, məhkəmənin hökmündən verilmiş apellyasiya şikayətinin və protestinin əsaslandığı və özlüyündə yalnız məhkəmə istintaqı zamanı təyin edilməklə keçirilmiş məhkəmə ekspertizalarına münasibətdə ibtidai istintaq zamanı keçirilmiş ekspertiza tədqiqatları nəticəsində əldə edilmiş ekspertiza rəylərinin (o cümlədən müvafiq mütəxəssis rəyinin) daha mötəbər olmasına dəlalət edən dəlillərinin artıq birinci instansiya məhkəməsi tərəfindən məhkəmə istintaqı zamanı tam, hərtərəfli və dolğun şəkildə və bir-biri ilə qarşılıqlı əlaqədə tədqiq edilməklə, cinayət və cinayət-prosessual qanunvericiliyin tələblərinə əsasən araşdırılmaqla yekun nəticəyə gəlindiyini qeyd edir və bu səbəbdən hesab edir ki, hazırda hökmün məzmununda göstərilən sübutların təkrarən geniş şəkildə sadalanmasına lüzum olmadığından yalnız verilmiş şikayət və protestin dəlilərinə münasibətdə qiymətləndirilməlidir. Apellyasiya şikayəti və apellyasiya protestində qeyd edilən ümumi dəlil və ifadələrə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 33.3-cü maddəsinə əsasən cinayət prosesində heç bir sübutun və digər materialın qabaqcadan müəyyən edilmiş qüvvəsi olmamaqla, sübutlar özlüyündə digər sübutlarla qarşılıqlı şəkildə tədqiq edilərək təsdiq edildikdə mötəbər sübut kimi qəbul oluna bilər. Həm apellyasiya şikayətinin, həm də apellyasiya protestinin dəlillərindən göründüyü kimi məhkəmənin hökmünün əsassız olması məhkəmə ekspertiza rəylərinin sübut kimi mötəbərliyinin mübahisələndirilməsi, yəni istintaq zamanı keçirilmiş və ittihamın əsasına qoyulmuş xx.xx.2021-ci il tarixli 9/5476 nömrəli ekspert rəyinin daha mötəbər olması və məhkəmə tərəfindən bu halın düzgün qiymətləndirilməməsi və bunun əsasında da birinci instansiya məhkəməsi tərəfindən yekunda düzgün nəticəyə gəlinməməsi qeyd olunmuşdur. Bununla bağlı məhkəmə ilk növbədə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 213.1-ci maddəsinin dispozisiyasından göründüyü kimi qanunverici tərəfindən xeyli miqdarda vergiləri, işsizlikdən sığorta, icbari tibbi sığorta və ya məcburi dövlət sosial sığorta haqlarını ödəməkdən yayınma cinayət əməli olaraq təsbit edilməklə cəza təhdidi altında qadağan edilmişdir. Göründüyü kimi qeyd edilən cinayətin tərkib əlaməti olaraq müvafiq ödənişləri ödəmə öhdəliyi olan şəxs tərəfindən həmin ödənişlərin ödənilməməsi obyektiv cəhət olaraq təsbit edilmişdir ki, həmin “yayınma” əməli 2 üsulla törədilə bilər. Bunlardan birincisi aktiv hərəkətlər fonunda vergi orqanına təqdim olunan hesabat sənədlərində həmin verginin ödənilməməli olması görüntüsü yaratmaqla yayınma, digəri isə şəxsin həmin vergi ödənişlərini etməli olduğu halda hərəkətsizliklə bunu etməməsidir. Beləliklə, birinci instansiya məhkəməsində keçirilən istintaq zamanı müəyyən edilir ki, Təqsirləndirilən şəxs elan edilmiş ittiham xx.xx.2021-ci il tarixli, 9/5476 nömrəli ekspert rəyi üzərində qurulmuşdur. Birinci instansiya məhkəməsi haqlı olaraq ibtidai istintaq zamanı əldə edilmiş və məhkəmə baxışında təyin edilmiş ekspertizalar üzrə ekspert rəylərini müqayisəli qaydada tədqiq edərkən belə qənaətə gəlmişdir ki, məhkəmə istintaqı zamanı keçirilmiş əlavə və komisyon məhkəmə mühasibatlıq ekspertizaları vergi ödəyicisinin bilavasitə istifadə etdiyi elektrik enerjisi sərfiyyatı əlavə qoşulmalar nəzərə alınmaqla müəyyən edilmiş istehsal həcminə əsasən aparılmışdır. Beləliklə Təqsirləndirilən şəxs istintaq orqanın qeyrı-müəyyən olan sübutları və mülahizələri əsasında ittiham verilmişdir. Birinci instansiya məhkəməsində keçirilən istintaq zamanı müdafiə tərəfinin təqdim etdiyi sənədlər, mütəxəssis rəyi əsasında ekspertizalar keçirilmiş və rəylər verildikdən sonra tərəflər əlavə sübut təqdim edilməsinə dair vəsatətlərinin olmadığını məhkəməyə bildirmişlər. Bu səbəbdən məhkəmə mövcud şübhələri təqsirləndirilən şəxsin xeyrinə həll edərək, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 06 dekabr 2021-ci il tarixli 9/8078 saylı və xx.xx.2022-ci il tarixli 9/357 nömrəli ekspert rəylərini daha mötəbər sübut kimi qəbul edir və Təqsirləndirilən şəxs 33.120,01 manat məbləğində vergi borcunun dövlət büdcəsinə ödənilməli olduğunu müəyyən edir. Azərbaycan Respublikası CM-nin 213.1-ci maddəsinə əsasən xeyli miqdarda vergiləri və ya məcburi dövlət sosial sığorta haqlarını ödəməkdən yayınma – cinayət nəticəsində vurulmuş ziyanın iki mislindən üç mislinədək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Həmin maddəyə edilmiş qeydə əsasən bu maddədə "xeyli miqdar” dedikdə, əlli min manatdan yuxarı, lakin iki yüz min manatdan artıq olmayan məbləğ, “külli miqdar” dedikdə iki yüz min manatdan yuxarı, lakin beş yüz min manatdan artıq olmayan məbləğ, “xüsusilə külli miqdar” dedikdə beş yüz min manatdan yuxarı olan məbləğ başa düşülür. Görünüdüyü kimi, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə əsasən Təqsirləndirilən şəxstərəfindən 33.120,01 manat məbləğində pul vəsaitinin dövlət büdcəsinə ödənilməkdən yayındırılması cinayət tərkibi yaratmır. Məhkəmə kollegiyası yuxarıda qeyd edilənləri, həmçinin iş üzrə müvafiq ekspertiza tədqiqatlarını aparmış hər bir ekspertin birinci instansiya məhkəməsində şahid qismində ətraflı şəkildə dindirilməklə sonuncuların ifadələrində göstərdikləri halları qarşılıqlı şəkildə qiymətləndirərək hesab edir ki, mötəbərliyinə heç bir şübhə doğurmayan xx.xx.2021-ci il tarixli, 9/8078 saylı və xx.xx.2022-ci il tarixli 9/357 nömrəli ekspert rəyləri iş üzrə düzgün nəticəyə gəlinməsi üçün kifayət edir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən ibtidai istintaq zamanı əldə olunmuş mütəxəssis rəyi və ekspert rəylərinin ittihamın əsasını təşkil edən sübut kimi qəbul edilməməsi barədə gəldiyi qənaət cinayət və cinayət prosessual qanunvericiliyin prinsip və normalarına uyğun olmuşdur. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-cı il tarixli 15 saylı qərarı qərarının 23-cü bəndində göstərilmişdir ki, məhkəmələr nəzərə almalıdır ki, CPM-in 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Avropa Məhkəməsi “Radçikov Rusiya Federasiyasına qarşı” qərarında istintaqın natamamlığı və birtərəfli aparılmasına istinad edərək təqsirləndirilən şəxs haqqında çıxarılmış bəraət hökmünün yuxarı məhkəmə instansiyasında ləğv edilməsinə nail olan prokurorluq orqanlarının hərəkətləri ilə bağlı bildirmişdir ki, şikayətçinin işi üzrə “istintaqın natamam və birtərəfli olması və səhvən bəraətə gətirib çıxarması” haqqında bəyanat mahiyyət etibarilə – məhkəmə səhvləri olmadığı, səlahiyyətlərdən sui-istifadə edilmədiyi, maddi hüququn tətbiqində səhvlər olmadığı təqdirdə - məhkəmə araşdırmasında əhəmiyyətli pozuntunun mövcudluğunu göstərmir (“Bratyakin Rusiya Federasiyasına qarşı” şikayətlə bağlı qərar). Əks təqdirdə istintaq orqanları tərəfindən ibtidai istintaqın lazımi səviyyədə keçirilməməsinin nəticələrinin yükü tamamilə şikayətçinin üzərinə qoyulardı və ən əhəmiyyətlisi odur ki, yalnız istintaq prosedurunda qüsurların və ya səhvlərin olması ilə bağlı təkcə mülahizə, onların kiçik və əhəmiyyətsiz olduğundan asılı olmayaraq, ittiham orqanları üçün artıq baxılmış və yekun qərar çıxarılmış işlər üzrə icraatın təzələnməsi haqqında vəsatətlər verməklə səlahiyyətlərindən sui-istifadə üçün sərhədsiz imkanlar yaradardı. Bu prosedurdan sui-istifadə imkanının təhlükəli olması hazırkı şikayətə əsas olan işlər kimi işlərdə xüsusilə ciddidir, çünki ittiham tərəfi istintaqın qüsurlarını görərək və məhkəmədən həmin işin əlavə istintaq edilməsi üçün qaytarılması haqqında vəsatət vermək imkanına malik olduqları halda bu imkandan istifadə etməməyə üstünlük vermiş, bunun əvəzinə (kassasiya) nəzarət qaydasında hüquqi müdafiə vasitəsinə müraciət etmişlər. Bu işlə bağlı Avropa Məhkəməsi hesab etmişdir ki, dövlət hakimiyyət orqanlarının səhvləri və ya qüsurları təqsirləndirilən şəxsin xeyrinə həll olunmalıdır. Başqa sözlə, istintaq orqanlarının və ya hətta məhkəmələrin səhvləri ilə bağlı riskləri dövlət daşımalıdır və belə səhvlər maraqlı şəxsin (təqsirləndirilən şəxsin) hesabına aradan qaldırıla bilməz. “İnsan hüquqları haqqında Ümumi Bəyannamə”nin 11-ci maddəsində, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində, “Mülki və siyasi hüquqlar haqqında” Beynəlxalq Paktın 14-cü maddəsində öz əksini tapan, Azərbaycan Respublikasının Konstitusiyasında və Cinayət-Prosessual Məcəlləsində təsbit edilmiş təqsirsizlik prezumpsiyası nəzərdə tutur ki, cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs onun təqsiri qanunvericilikdə nəzərdə tutulmuş qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxs ,yalnız, o halda cinayəti törətməkdə təqsirli hesab edilə bilər ki, onun konkret əməli törətməkdə təqsiri səlahiyyətli subyektlər tərəfindən qanunla müəyyən edilmiş prosessual qaydada toplanmış və məhkəmədə qiymətləndirilmiş sübutlar əsasında məhkəmənin müvafiq ittiham hökmü ilə təsdiq edilsin və bu hökm qanuni qüvvəyə minmiş olsun. Beləliklə, məhkəmə kollegiyası birinci instansiya məhkəməsi ilə razılaşaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CMnin 213.1-ci maddəsi ilə ittiham olunduğu cinayətin törədilməsində təqsirliliyi sübuta yetirilməmiş, eləcə də ittiham olunduğu cinayətin törədilməsində onun təqsirliliyini təsdiq edən kifayət qədər sübutlar toplanılmamışdır. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinə əsasən 1-ci hissəsinə əsasən hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. Ali Qanunun 63-cü maddəsinin 2-ci hissəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 21-ci maddəsinə əsasən cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs onun təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetirilməyibsə və bu barədə qanun qüvvəyə minmiş məhkəmənin hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedura daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 145.3-cü maddəsinə əsasən ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Həmin Məcəllənin 146.1-ci maddəsinə görə, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 7.1-ci maddəsinə əsasən yalnız törətdiyi ictimai təhlükəli əmələ görə (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları Üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Kovnensiya araşdırmalarında sübutları qiymətləndirilərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) Prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qətnəmələrin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana qarşı” 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Azərbaycan Respublikası CPM-in 42.1.4-cü maddəsinə əsasən məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü təqsirliliyi sübuta yetirilmədikdə çıxarılır. Həmin Məcəllənin 42.2-ci maddəsinə əsasən bu Məcəllənin 42.1.4-cü maddəsində nəzərdə tutulmuş əsaslara görə şəxsin təqsirliliyini təsdiq edən kifayət qədər sübutlar toplanılmadıqda və ya toplanmış sübutlar onun təqsirsizliyini təsdiq etdikdə bəraət hökmü çıxarılır. Həmin Məcəllənin 55.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı təqsiri sübuta yetirilməmiş şəxs həmin məhkəmə baxışında aşkar və təxirə salınmadan Azərbaycan Respublikasının adından təqsirsiz elan edilməli və ona məhkəmənin hökmü ilə bəraət verilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 350.1 və 350.2-ci maddələrinə əsasən məhkəmənin bəraət hökmü təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb edildiyi və məhkəməyə verildiyi ittiham üzrə cinayətin törədilməsində onun təqsirli olmaması haqqında məhkəmə baxışının nəticələrinə dair yekun məhkəmə qərarını əks etdirir. Bu Məcəllənin 42.1-ci maddəsində nəzərdə tutulmuş hallardan biri olduqda, aparılmış məhkəmə baxışının nəticələrinə dair məhkəmə bəraət hökmü çıxarmalıdır. Beləliklə, məhkəmə kollegiyası göstərilənlərə əsasən hesab edir ki, birinci instansiya məhkəməsi haqlı və düzgün olaraq iş materiallarında olan sübutların Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 213.1-ci maddəsi ilə təqsirli bilinməsi üçün kifayət etmədiyinə, istintaq orqanı tərəfindən toplanmış sübutların mötəbərliyinin şübhə doğurmasına və ittihamın qeyri-müəyyən sübutlar və mülahizələr əsasında verilməsinə əsaslanaraq, iş üzrə əldə olunmuş sübutların məcmusuna hərtərəfli və obyektiv qiymət verərək ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələrin təqsirləndirilən şəxsin xeyrinə həll edilməli, təfsir edilməli və şərh edilməli olmasını və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.2, 42.1.4 və 42.2.4-cü maddələrini rəhbər tutaraq təqsirləndirilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 213.1-ci maddəsi ilə bəraət verilməsi qənaətinə gəlmişdir. Mülki iddiaçının apellyasiya şikayətinə, həmçinin dövlət ittihamçısının protestinin mülki iddia ilə bağlı hissəsinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, yuxarıda qeyd edildiyi kimi Təqsirləndirilən şəxs bəraət verilməsinə dair birinci instansiya məhkəməsinin gəldiyi qənaət qanuni və ədalətli nəticə olduğundan, verilmiş ittihamla birbaşa bağlı olan mülki iddianın da təmin edilməsi üçün əsaslar yoxdur, birinci instansiya məhkəməsinin mülki iddianın rədd edilməsinə dair gəldiyi qənaət tam olaraq düzgündür. Odur ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi olmadığına görə, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 213.1-ci maddəsi ilə bəraət verilməsinə dair Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 04 aprel 2022-ci il tarixli hökmü mülki iddiaçının nümayəndələri tərəfindən verilmiş apelyasiya şikayəti və dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası CPM-in 398.1.1-ci maddəsinə əsasən, apellyasiya şikayətinin və ya apellyasiya protestinin baxışı nəticəsində apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarını dəyişdirmədən, apellyasiya şikayətini və ya apellyasiya protestini isə təmin etmədən saxlanılması haqqında qərar qəbul etmək səlahiyyətinə malikdir. Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyası şərh olunanları və Azərbaycan Respublikası CPM-in 397.1, 397.2, 398.1.1 və 410-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Apellyasiya protesti və apellyasiya şikayəti təmin edilməsin. Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi olmadığına görə, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 213.1-ci maddəsi ilə bəraət verilməsinə dair Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 04 aprel 2022-ci il tarixli hökmü mülki iddiaçının səlahiyyətli nümayəndəsi tərəfindən verilmiş apelyasiya şikayəti və dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılsın.. Qərar qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 408-412-ci maddələrinə uyğun olaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına kassasiya şikayəti və kassasiya protesti verilə bilər.
Məhkəmə qərarları › İş №1(103)-1086/2022
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №1(103)-1086/2022
22.08.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver