Məhkəmə qərarları › İş №1(103)-110/2022

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №1(103)-110/2022

16.03.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(103)-110/2022 16.03.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X7 Əkbərovun sədrliyi və məruzəsi ilə, Elmar Eldar oğlu Rəhimov və Faiq Adil oğlu Qasımovdan ibarət tərkibdə, Fəxri Vidadi oğlu Qasımovun katibliyi ilə, Dövlət ittihamçısı X6, Məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs1 və müdafiəçisi X3, Məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs2 və müdafiəçisi Müdafiəçi5 Binyamin oğlunun, Məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs3 və onun müdafiəçisi Müdafiəçi7 iştirakları ilə xx xxxx 1980-cı il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, əvvəllər məhkum olunmamış, Zərərçəkmiş şəxs MMC-də təchizat departamentinin müdiri vəzifəsində işləmiş, ünvan 1 ünvanda yaşamış Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 178.3.2, 193.2.1, 193.2.2 və 193-1.3.2-ci maddələri ilə, xx xxxxxx 1981-ci il tarixdə Lənkəran rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ali təhsilli, əvvəllər məhkum olunmuş, işləməyən, ünvan 2 ünvanda yaşamış Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 178.3.2 və 193-1.3.2-ci maddələri ilə, xx xxxx 1959-cu il tarixdə Neftçala rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ali təhsilli, məhkumluğu olmayan, işləməyən, ünvan 3 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşamış Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-nin 32.5, 178.3.2 və 32.5, 193-1.3.2-ci maddələri ilə məhkum edilmələrinə dair Bakı Ağır Cinayətlər Məhkəməsinin 16 sentyabr 2021-ci il tarixli hökmündən dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protesti və məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs3 tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ : Bakı Ağır Cinayətlər Məhkəməsinin (sədrlik edən hakim Əhməd Quliyev, hakimlər Azər Paşayev və İradə Həsənzadə) 16 sentyabr 2021-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2, 193.2.1, 193.2.2, 193-1.3.2, 313-cü maddələri ilə təqsirli bilinərək ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə AR CM-in 62-ci maddəsi tətbiq olunmaqla 03 il müddətə azadlığın məhdudlaşdırılması cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 193.2.1, 193.2.2-ci maddələri ilə 02 il müddətə azadlığın məhdudlaşdırılması cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 193-1.3.2-ci maddəsi ilə AR CM-in 62-ci maddəsi tətbiq olunmaqla, 03 il müddətə dövlət və yerli özünüidarəetmə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 03 il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 təyin edilmiş cəzalar qismən toplanılmaqla həmin Məcəllənin 66.4-cü maddəsinə əsasən əlavə cəza əsas cəzaya birləşdirilməklə ona 03 il müddətə dövlət və yerli özünüidarəetmə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə, 05 il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 75.1.1ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs1 CM-nin 313-cü maddəsi ilə cəza təyin edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs1 04 aprel 2019-cu il tarixdən 29 iyul 2020-ci il tarixədək və 08 mart 2021-ci il tarixdən hökm elan olunduğu vaxta, yəni 16 sentyabr 2021-ci il tarixədək həbsdə saxlanıldığı müddət, ümumilikdə 01 il 09 ay 07 gün həbs müddəti 03 il 08 ay 06 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına bərabər tutularaq ona təyin edilmiş 05 il müddətə azadlığın məhdudlaşdırılması cəzasından çıxılmaqla üzərində qəti olaraq 03 il müddətə dövlət və yerli özünüidarəetmə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə, 01 il 03 ay 24 gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır. Həmin hökmlə Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2, 193-1.3.2, 313-cü maddələri ilə təqsirli bilinərək ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə 05 il müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 193-1.3.2 maddəsi ilə 02 il müddətə dövlət və yerli özünüidarəetmə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 07 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən, X4 təyin edilmiş cəzalar qismən toplanılmaqla həmin Məcəllənin 66.4-cü maddəsinə əsasən əlavə cəza əsas cəzaya birləşdirilməklə və X4 qəti olaraq 02 il müddətə dövlət və yerli özünüidarəetmə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 07 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 03 aprel 2019-cu il tarixli 1(004)-13/2019 nömrəli hökmü ilə təyin edilmiş 02 il, 06 ay müddətinə əlavə cəzasının bu günə qədər qalan hissəsi, hökmlə təyin edilmiş əlavə cəzaya qismən birləşdirilməklə ona qəti olaraq 02 il 06 ay müddətinə dövlət və yerli özünüidarəetmə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 07 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 75.1.1-ci maddəsinə əsasən, X4 CM-nin 313-cü maddəsi ilə cəza təyin edilməmişdir. X1 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilməklə, ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzası 02 il sınaq müddəti müəyyən edilməklə şərti hesab edilməsi müəyyən edilmişdir. Həmin hökmlə Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5, 178.3.2, 32.5, 193-1.3.2-ci maddələri ilə təqsirli bilinərək ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5, 178.3.2-ci maddəsi ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 62-ci maddəsi tətbiq olunmaqla 7000 (yeddi min) manat məbləğində cərimə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5, 193-1.3.2-ci maddələri ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 62-ci maddəsi tətbiq olunmaqla 02 il dövlət və yerli özünüidarəetmə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 7500 (yeddi min beş yüz) manat cərimə cəzası təyin edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs3 təyin edilmiş cəzalar qismən toplanılmaqla həmin Məcəllənin 66.4-cü maddəsinə əsasən əlavə cəza əsas cəzaya birləşdirilsin və Təqsirləndirilən şəxs3 qəti olaraq 02 il dövlət və yerli özünüidarəetmə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 8000 (səkkiz min) manat məbləğində cərimə cəzası təyin edilmişdir. Birinci instansiya məhkəməsinin hökmünə görə Təqsirləndirilən şəxs1 əmlak mənfəəti əldə etmək məqsədi ilə sahibkarlıq fəaliyyətini həyata keçirmək niyyəti olmadan hüquqi şəxs yaradıb külli miqdarda ziyan vurmaqla və külli miqdarda gəlir əldə etməklə yalançı sahibkarlıq fəaliyyəti ilə məşğul olmuş, öz qulluq mövqeyindən istifadə etməklə qeyriləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında və qeyrisinin məsləhətləri, məlumatları, habelə maneələri aradan qaldırıb yardım etməklə, qanunsuz köçürülmüş pul vəsaitlərini əldə edib, onlara sahiblik və onlardan istifadə etməyi, o cümlədən, həmin pul vəsaitləri üzərində sərəncam verməyi qabaqcadan vəd etmədə ifadə olunan köməkçiliyi ilə aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgəyə məxsus külli miqdarda əmlakı vahid niyyətlə ələ keçirib talamaqla dələduzluq etmiş, öz qulluq mövqeyindən istifadə etməklə qeyriləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində və qeyrisinin məsləhətləri, məlumatları, habelə maneələri aradan qaldırıb yardım etməklə, qanunsuz əldə olunmuş əmlak üzərində sərəncam verməyi qabaqcadan vəd etmədə ifadə olunan köməkçiliyi ilə cinayət yolu ilə əldə edildiyini bilə-bilə pul vəsaitinin əldə edilməsinin həqiqi mənbəyini gizlətmək məqsədilə həmin pul vəsaitlərindən istifadə etməklə maliyyə əməliyyatları həyata keçirmə və əqdlər bağlama yolu ilə külli miqdarda pul vəsaitini vahid niyyətlə leqallaşdırmış, vəzifəli şəxs kimi qeyriləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində tamah niyyəti ilə və qeyrisinin məsləhətləri, məlumatları, habelə maneələri aradan qaldırıb yardım etməklə, qanunsuz əldə olunmuş əmlak üzərində sərəncam verməyi qabaqcadan vəd etmədə ifadə olunan köməkçiliyi ilə rəsmi sənədlərə və informasiya resurslarına bilə-bilə yalan məlumatlar daxil edib, informasiya resurslarında onun həqiqi məzmununu təhrif edən düzəlişlər edərək vahid niyyətlə vəzifə saxtakarlığı törətmişdir. Belə ki, o, əvvəlcədən tanıdığı Şahid1 və sonuncunun biznes ortağı Şahid2 təsisçilikləri ilə Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Milli Gəlirlər Departamentinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsində 02 mart 2017-ci il tarixdə qeydiyyatdan keçməklə yaradılmış "xxxx" MMC-nin (VÖEN: **********) faktiki olaraq yarandığı 02 mart 2017-ci il tarixdən, rəsmi olaraq isə 05 aprel 2017-ci il tarixdən 06 iyul 2017-ci il tarixədək olan müddət ərzində 01 nömrəli əmək müqaviləsi ilə təchizat departamentinin müdiri vəzifəsində işlədiyi müddət ərzində 05 aprel 2017-ci il tarixli nömrəsiz tam maddi məsuliyyət haqqında müqavilədə və əmək müqaviləsində nəzərdə tutulmuş əmək funksiyalarına əsasən, səlahiyyətlərinə müvafiq olaraq qərarların qəbul edilməsi, şirkətin təchizat fəaliyyətinin müqavilə və hesabat sənədlərində əks etdirilməsi üzrə fəaliyyəti təşkil etmə və nəzarət etmə, şirkət tərəfindən həyata keçirilən bütün satınalma əməliyyatlarının qeydiyyatının düzgün əks etdirilməsini və müəyyən edilmiş müddətdə tərtib və təqdim edilməsini təşkil etmək, buna nəzarət etmək, prosedurlar, normalar və təlimatlara uyğun olaraq təchizat prosesi üçün risk qiymətləndirməsi aparmaq, biznes planın tələblərinə, qanunvericiliyə, siyasət və prosedurlara uyğun olaraq müvafiq mal və xidmətləri satın almaq məqsədi ilə seçimləri müəyyən etmək, qiymətləndirmək və təyin etmək üçün bazarı araşdırmaq, təchizat prosesinin məqsədlərindən kənarlaşmaları və ya nöqsanları müəyyən etmək, təşkilatın tələblərinə uyğun olaraq operativ şəkildə təkmilləşdirmə tədbirləri görmək və digər səlahiyyətlərə malik vəzifəli şəxs kimi qanunsuz olaraq əmlak mənfəəti əldə etmək məqsədi ilə sahibkarlıq fəaliyyətini həyata keçirmək niyyəti olmadan Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Milli Gəlirlər Departamentinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsində 27 yanvar 2017-ci il tarixdə qeydiyyatdan keçirməklə cinayətdən xəbərsiz olan Şahid5 adına təsis etdiyi və faktiki olaraq özünün rəhbərliyi ilə həyata keçirdiyi "X17" MMC-ni (VÖEN: **********) yaradıb külli miqdarda ziyan vurmaqla və külli miqdarda gəlir əldə etmək məqsədi ilə yalançı sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq "xxxx" MMC-də təchizat departamentinin rəhbəri kimi öz qulluq mövqeyindən istifadə etməklə tanışları Təqsirləndirilən şəxs2 və qeyrisi ilə (X10) qabaqcadan əlbir olan bir qrup şəxs qismində birləşərək özünə etibar edilmiş özgə əmlakını vahid niyyətlə ələ keçirmək məqsədilə qanunsuz köçürüləcək pul vəsaitlərini əldə etməyi, onlara sahiblik və onlardan istifadə etməyi, həmin pul vəsaitləri üzərində sərəncam verməyi qabaqcadan vəd etmiş Təqsirləndirilən şəxs3 köməkliyi ilə əvvəldən planlaşdırdıqları cinayətkar niyyətə uyğun olaraq hərəkət etmək qərarına gəlmişlər. Belə ki, 2017-ci ilin mart ayının istintaqla müəyyən edilməyən günündə ünvan 5 ünvanında yerləşən "xxxx" MMC-nin inzibati binasında həmin cəmiyyətin direktoru Nümayəndə və təsisçisi Şahid1 qabaqcadan əlbir olduğu qeyrisini "X17" MMC-nin səlahiyyətli nümayəndəsi kimi təqdim edərək onun təmsil etdiyi şirkətin guya neft avadanlıqları və neft məhsulları satmaqla məşğul olması və bu sahədə tanınmış "AZFEN" BM, "BP" və "Standart Oil" kimi iri şirkətlərlə əlaqəli işlər görməsi, "X17" MMC ilə əməkdaşlıq etdikləri, yəni həmin şirkətə lazım olan avadanlıqların digər şirkətlərdən alınıb sonuncu şirkətə satılacağı halda böyük məbləğdə qazanc əldə edəcəklərinə sonuncu ilə birlikdə yalan vədlər verərək aldatmaqla inandırıb, Zərərçəkmiş şəxs MMC ilə “X17” MMC arasında cinayətdən xəbərsiz olan faktiki olaraq sonuncu cəmiyyətin təsisçisi və direktoru Şahid5 məlumatı olmadığı halda, qeyrisinin məsləhətləri, məlumatları, habelə maneələri aradan qaldırıb yardım etməklə, qanunsuz əldə olunmuş əmlak üzərində sərəncam verməyi qabaqcadan vəd etmədə ifadə olunan köməkliyi ilə tamah niyyəti ilə rəsmi sənəd hesab edilən malların alqı-satqısına dair 17.03.2017-ci il tarixli, 01 nömrəli müqaviləyə istintaqla müəyyən edilməyən ünvanda biləbilə yalan, yəni guya Zərərçəkmiş şəxs MMC-nin “X17” MMC-yə mallar satacağı ilə bağlı məlumatlar daxil edərək, Şahid5 əvəzindən saxta imza çəkərək və üzərində “X17” MMC ifadəsi olan dairəvi möhürlə müqaviləni təsdiq etməklə, habelə törədəcəkləri cinayətlə bağlı qarşı tərəfdə əminlik yaratmaq üçün qeyrisinin köməkliyi və tamah niyyəti ilə informasiya resurslarına bilə-bilə yalan məlumatlar daxil etmişdir. O cümlədən 16 mart 2017-ci il tarixli 42719,73 ABŞ dolları (həmin günün məzənnəsinə uyğun olaraq 73828,24 manat), 29 mart 2017-ci il tarixli 40147,20 ABŞ dolları (həmin günün məzənnəsinə uyğun olaraq 69133,13 manat), 11 aprel 2017-ci il tarixli 12700 ABŞ dolları (həmin günün məzənnəsinə uyğun olaraq 21629,37 manat), 25 aprel 2017-ci il tarixli 1990,12 ABŞ dolları (həmin günün məzənnəsinə uyğun olaraq 3387,60 manat) və həmin tarixli 43.937,12 ABŞ dolları (həmin günün məzənnəsinə uyğun olaraq 74789,76 manat), 10 may 2017-ci il tarixli 87996,34 ABŞ dolları (həmin günün məzənnəsinə uyğun olaraq 149822,56 manat) və 22 may 2017-ci il tarixli 66480 ABŞ dolları (həmin günün məzənnəsinə uyğun olaraq 113168,90 manat), ümumilikdə 295.970,51 ABŞ dolları (həmin dövrün məzənnələrinə uyğun olaraq 505759,56 manat) dəyərində nömrəsiz, guya malların “X17” MMC-yə zəruri olması ilə bağlı cəmi yeddi sayda sifarişləri Elvin Əliyevə məxsus olduğunu bildirdiyi elvin.jabrailov@chainsupplygroup elektron poçt ünvanı vasitəsilə Zərərçəkmiş şəxs MMC-nin direktoru Nümayəndə aid Elektron ünvan 1 və cəmiyyətə aid Elektron ünvan 2 elektron poçt ünvanlarına göndərməklə, həmçinin qabaqcadan əlbir olduğu Təqsirləndirilən şəxs2 Zərərçəkmiş şəxs MMC-nin direktoru Nümayəndə və cəmiyyətin digər vəzifəli şəxslərinə təqdim edərək sonuncunun “X17” MMC-dən daxil olmuş sifarişlərdə qeyd olunan müxtəlif adlı və ölçülü avadanlıqları Təqsirləndirilən şəxs2 məxsus müxtəlif cəmiyyətlər vasitəsilə Zərərçəkmiş şəxs MMC-ə satacağına dair yalandan vədlər verərək inandırmasından sonra planlaşdırdıqları cinayətkar niyyətlərə uyğun hərəkətlərini davam etdirib Təqsirləndirilən şəxs2 və qeyd olunan cinayətlərdən xəbərsiz olan qeyriləri ilə rəsmi sənədlərə bilə-bilə yalan məlumatlar daxil etməklə vəzifə saxtakarlığı cinayət əməlinin törədilməsində qabaqcadan əlbir olaraq və qeyrisinin köməkliyi ilə əvvəlcədən müxtəlif müqavilələr bağlamaqla Təqsirləndirilən şəxs2, Şahid10 və Şahid9 rəhbərlik etdikləri cəmiyyətlərə pullar köçürəcəyi, həmin pulların qabaqcadan əlbir olduğu cinayətkar qrupun üzvü Təqsirləndirilən şəxs2 rəhbərlik etdiyi şirkətlərin bank hesablarından birbaşa, rəhbərlik etmədiyi şirkətlərin bank hesablarından isə cinayətlərdən xəbərsiz olan Şahid10 və Şahid9 vasitəsilə çıxarılmasının təmin edilməsi, habelə nağdılaşdırılmış pul vəsaitlərinin birbaşa və ya cinayətkar qrupun üzvü Təqsirləndirilən şəxs3 vasitəsilə ona verilməsi, yəni sonuncunun məsləhətləri və məlumatları, habelə pulun çatdırılmasını həyata keçirib maneələri aradan qaldırmaqla yardım etməsinə, qanunsuz olaraq əldə etdiyi pul vəsaitləri üzərində sərəncam verib sahiblik etməklə gətirib onun özünə təqdim edəcəyinə dair razılaşdırmışlar. Daha sonra Təqsirləndirilən şəxs2 rəhbərlik etdiyi "xxxx" MMC (VÖEN: **********) ilə Zərərçəkmiş şəxs MMC arasında bağlanmış 03.03.2017-ci il tarixli alqı-satqı müqaviləsi, həmin tarixli müqaviləyə “qiymətin razılaşdırılması haqqında 1 saylı əlavə protokol”la alınması razılaşdırılmış 16 mart 2017-ci il tarixli təhvil-qəbul aktı əsasında guya qəbul etdiyi müxtəlif adlı və ölçülü avadanlıqların alınması məqsədi ilə 16 mart 2017-ci il tarixli 07/17 nömrəli, 511298 kodlu elektron hesab faktura və həmin tarixli 023056 nömrəli qaimə faktura ilə "xxxx" MMC-nin “NİKOİL İKB” bankın 12 saylı filialında olan AZ10NİCB**********0001A40060 saylı bank hesabına 60.120 (altmış min yüz iyirmi) manat, Təqsirləndirilən şəxs2 rəhbərlik etdiyi "xxxx" MMC (VÖEN: **********) ilə Zərərçəkmiş şəxs MMC arasında bağlanmış 27.03.2017-ci il tarixli alqı-satqı müqaviləsi, həmin tarixli müqaviləyə “qiymətin razılaşdırılması haqqında 1 saylı əlavə protokollarla” alınması razılaşdırılmış 30 mart 2017-ci il tarixli və 19 may 2017-ci il tarixli təhvil-qəbul aktı əsasında guya qəbul etdiyi müxtəlif adlı və ölçülü avadanlıqların alınması məqsədi ilə tarixsiz və nömrəsiz 511298 kodlu elektron hesab faktura və 30 mart 2017-ci il tarixli 020109 nömrəli qaimə faktura ilə 58046 (əlli səkkiz min qırx altı) manat, 27 aprel 2017-ci il tarixli 020110 nömrəli qaimə-faktura ilə 4000 (dörd min) manat, 19 may 2017-ci il tarixli 054 nömrəli hesab-faktura ilə 17019,52 (on yeddi min on doqquz manat əlli iki qəpik) manat və 31 may 2017-ci il tarixli ödənişlə 35080 (otuz beş min səksən) manat olmaqla cəmi 114145,52 (yüz on dörd min yüz qırx beş manat əlli iki qəpik) manat məbləğində pul vəsaitlərini "xxxx" MMCnin “NİKOİL İKB” bankın 12 saylı filialında olan AZ15NİCB**********0001A40060 saylı bank hesabına, Təqsirləndirilən şəxs2 rəhbərlik etdiyi "xxxx" MMC (VÖEN: **********) ilə Zərərçəkmiş şəxs MMC arasında bağlanmış 10.04.2017-ci il tarixli alqı-satqı müqaviləsi, həmin tarixli müqaviləyə “qiymətin razılaşdırılması haqqında 1 saylı əlavə protokol”la alınması razılaşdırılmış 13 aprel 2017-ci il tarixli 01 (bir) ədəd, 27 aprel 2017-ci il tarixli 03 (üç) ədəd təhvil-qəbul aktları əsasında guya qəbul etdiyi müxtəlif adlı və ölçülü avadanlıqların alınması məqsədi ilə 11 aprel 2017- ci il tarixli 007 nömrəli hesab faktura və 13 aprel 2017-ci il tarixli 022551 nömrəli qaimə faktura ilə 37.820 (otuz yeddi min səkkiz yüz iyirmi) manat məbləğində pul vəsaitlərini "xxxx" MMCnin “NİKOİL İKB” bankın 12 saylı filialında olan AZ64NİCB**********0001A40060 saylı bank hesabına, 26 aprel 2017-ci il tarixli 013 nömrəli hesab faktura və tarixi qeyd olunmayan 022554 nömrəli qaimə faktura ilə 63840 (altmış üç min səkkiz yüz qırx) manat, tarixi qeyd olunmayan 022555 nömrəli qaimə faktura ilə 20,5 (iyirmi manat əlli qəpik) manat, tarixi qeyd olunmayan 022561 nömrəli qaimə faktura ilə 1420,50 (min dörd yüz iyirmi manat əlli qəpik) manat və tarixi qeyd olunmayan 022562 nömrəli qaimə faktura ilə 1396 (min üç yüz doxsan altı) manat, cəmi 66.677 (altmış altı min altı yüz yetmiş yeddi) manat məbləğində pul vəsaitlərini "xxxx" MMC-nin "xxxx" ASC-nin “28 May” filialında olan AZ69AMRA******************** saylı bank hesabına, Təqsirləndirilən şəxs2 faktiki rəhbərlik etdiyi, lakin Şahid10 direktoru olduğu "xxxx" MMC (VÖEN: **********) ilə Zərərçəkmiş şəxs MMC arasında bağlanmış 10.04.2017-ci il tarixli alqı-satqı müqaviləsi, həmin tarixli müqaviləyə “qiymətin razılaşdırılması haqqında 1 saylı əlavə protokol”la alınması razılaşdırılmış 13 aprel 2017-ci il tarixli təhvil-qəbul aktı əsasında guya qəbul etdiyi müxtəlif adlı və ölçülü avadanlıqların alınması məqsədi ilə 11 aprel 2017- ci il tarixli 012 nömrəli hesab faktura və günü qeyd olunmayan aprel 2017-ci il tarixli 208542 nömrəli qaimə faktura ilə 14.960 (on dörd min doqquz yüz altmış) manat məbləğində pul vəsaitlərini "xxxx" MMC-nin “NİKOİL İKB” bankın 12 saylı filialında olan AZ18NİCB**********0001A40060 saylı bank hesabına, Təqsirləndirilən şəxs2 faktiki rəhbərlik etdiyi, lakin Şahid9 direktoru olduğu "xxxx" MMC (VÖEN: **********) ilə Zərərçəkmiş şəxs MMC arasında bağlanmış 10.04.2017-ci il tarixli alqı-satqı müqaviləsi, həmin tarixli müqaviləyə “qiymətin razılaşdırılması haqqında 1 saylı əlavə protokol”la alınması razılaşdırılmış 13 aprel 2017-ci il tarixli təhvil-qəbul aktı əsasında guya qəbul etdiyi müxtəlif adlı və ölçülü avadanlıqların alınması məqsədi ilə 11 aprel 2017-ci il tarixli 017/007 nömrəli hesab faktura və 13 aprel 2017-ci il tarixli 152102 nömrəli qaimə faktura ilə 14.940 (on dörd min doqquz yüz qırx) manat məbləğində pul vəsaitlərini "xxxx" MMC-nin “NİKOİL İKB” bankın 12 saylı filialında olan AZ09NİCB**********0001A40060 saylı bank hesabına, Təqsirləndirilən şəxs2 faktiki rəhbərlik etdiyi, lakin Şahid9 direktoru olduğu "xxxx" MMC (VÖEN: **********) ilə Zərərçəkmiş şəxs MMC arasında bağlanmış 10.04.2017-ci il tarixli alqı-satqı müqaviləsi, həmin tarixli müqaviləyə “qiymətin razılaşdırılması haqqında 1 saylı əlavə protokol”la alınması razılaşdırılmış 13 aprel 2017ci il tarixli təhvil-qəbul aktı əsasında guya qəbul etdiyi müxtəlif adlı və ölçülü avadanlıqların alınması məqsədi ilə 11 aprel 2017-ci il tarixli 007 nömrəli hesab faktura və 13 aprel 2017-ci il tarixli 108803 nömrəli qaimə faktura ilə 14.030 (on dörd min otuz) manat məbləğində pul vəsaitlərini "xxxx" MMC-nin “NİKOİL İKB” bankın 12 saylı filialında olan AZ13NİCB**********0001A40060 saylı bank hesabına, Təqsirləndirilən şəxs2 rəhbərlik etdiyi "xxxx" MMC (VÖEN: **********) ilə Zərərçəkmiş şəxs MMC arasında bağlanmış 11.05.2017-ci il tarixli alqı-satqı müqaviləsi, həmin tarixli müqaviləyə “qiymətin razılaşdırılması haqqında 1 saylı əlavə protokol”la alınması razılaşdırılmış 11 may 2017-ci il tarixli təhvil-qəbul aktı əsasında guya qəbul etdiyi müxtəlif adlı və ölçülü avadanlıqların alınması məqsədi ilə 11 may 2017-ci il tarixli 034401 nömrəli qaimə faktura ilə 28208,75 (iyirmi səkkiz min iki yüz səkkiz manat yetmiş beş qəpik) manat, 11 may 2017-ci il tarixli 034402 nömrəli qaimə faktura ilə 15269,12 (on beş min iki yüz altmış doqquz manat on iki qəpik) manat olmaqla cəmi 43.477,87 (qırx üç min dörd yüz yetmiş yeddi manat səksən yeddi qəpik) manat məbləğində pul vəsaitlərini "xxxx" MMC-nin "xxxx" ASC-nin “28 May” filialında olan AZ46AMRA******************** saylı bank hesabına, Təqsirləndirilən şəxs2 rəhbərlik etdiyi "xxxx" MMC (VÖEN: **********) ilə Zərərçəkmiş şəxs MMC arasında bağlanmış 11.05.2017-ci il tarixli alqısatqı müqaviləsi, həmin tarixli müqaviləyə “qiymətin razılaşdırılması haqqında 1 saylı əlavə protokol”la alınması razılaşdırılmış 11 may 2017-ci il tarixli təhvil-qəbul aktı əsasında guya qəbul etdiyi müxtəlif adlı və ölçülü avadanlıqların alınması məqsədi ilə 11 may 2017-ci il tarixli 021171 nömrəli qaimə faktura ilə 42.224 (qırx iki min iki yüz iyirmi dörd) manat məbləğində pul vəsaitlərini "xxxx" MMC-nin "xxxx" ASC-nin “28 May” filialında olan AZ17AMRA******************** saylı bank hesabına, Təqsirləndirilən şəxs2 rəhbərlik etdiyi "xxxx" MMC (VÖEN: **********) ilə Zərərçəkmiş şəxs MMC arasında bağlanmış 11.05.2017-ci il tarixli alqı-satqı müqaviləsi, həmin tarixli müqaviləyə “qiymətin razılaşdırılması haqqında 1 saylı əlavə protokol”la alınması razılaşdırılmış 11 may 2017-ci il tarixli təhvil-qəbul aktı əsasında guya qəbul etdiyi müxtəlif adlı və ölçülü avadanlıqların alınması məqsədi ilə 11 may 2017-ci il tarixli 022679 nömrəli qaimə faktura ilə 40.991,50 (qırx min doqquz yüz doxsan bir manat əlli qəpik) manat məbləğində pul vəsaitlərini "xxxx" MMC-nin "xxxx" ASC-nin “28 May” filialında olan AZ16AMRA******************** saylı bank hesabına, Təqsirləndirilən şəxs2 rəhbərlik etdiyi "xxxx" MMC (VÖEN: **********) ilə Zərərçəkmiş şəxs MMC arasında bağlanmış 22.05.2017-ci il tarixli alqı-satqı müqaviləsi, tarixi qeyd olunmayan müqaviləyə “qiymətin razılaşdırılması haqqında 1 saylı əlavə protokol”la alınması razılaşdırılmış 23 may 2017-ci il tarixli təhvil-qəbul aktı əsasında guya qəbul etdiyi müxtəlif adlı və ölçülü avadanlıqların alınması məqsədi ilə 23 may 2017-ci il tarixli 065 nömrəli hesab faktura ilə 59.400 (əlli doqquz min dörd yüz) manat, 31 may 2017-ci il tarixli ödənişlə isə 34.920 (otuz dörd min doqquz yüz iyirmi) manat olmaqla cəmi 94.320 (doxsan dörd min üç yüz iyirmi) manat məbləğində pul vəsaitlərini "xxxx" MMC-nin "xxxx" ASC-nin “28 May” filialında olan AZ83AMRA******************** saylı bank hesabına, ümumilikdə 10 cəmiyyətin bank hesablarına Zərərçəkmiş şəxs MMC-ə məxsus olan "xxxx" ASC-də olan AZ12BRES******************** saylı və "xxxx" ASC-də olan AZ37PAHA40060AZNHC********** saylı bank hesablarından 543.705.89 (beş yüz qırx üç min yeddi yüz beş manat səksən doqquz qəpik) manat məbləğində pul vəsaitinin köçürülməsini təmin etməklə Təqsirləndirilən şəxs2 və qeyriləri ilə yuxarıda qeyd olunmuş bank hesablarından Bakı şəhəri Nəsimi rayonu 28 May küçəsi 717-ci məhəllədə yerləşən "xxxx" ASCnin “28 May” filialından və ünvan 6 ünvanında yerləşən “NİKOİL İKB” bankın 12 saylı filialından müxtəlif vaxtlarda müxtəlif məxaric çekləri və məxaric orderləri əsasında nağdılaşdırma və digər üsullarla Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 tərəfindən müxtəlif vaxtlarda özünə çatdırılması ilə Zərərçəkmiş şəxs MMC-nin direktoru Nümayəndə yuxarıda qeyd olunan müqavilələr əsasında adları göstərilən ümumilikdə 10 cəmiyyətdən alınmış müxtəlif ölçülü və adlı avadanlıqların guya “X17” MMC-ni təmsil edən, faktiki olaraq isə həmin soyad, ad və ata adında mövcud olmayan X5 17 mart 2017-ci il tarixli, 30 mart 2017-ci il tarixli, 13 aprel 2017-ci il tarixli, 14 aprel 2017-ci il tarixli, 27 aprel 2017-ci il tarixli nömrəsiz təhvil-qəbul aktlarına saxta imzalar etməklə faktiki heç bir məhsulu təhvil vermədən rəsmi sənədlərə bilə-bilə yalan məlumatlar daxil edərək özünün hazırladığı həqiqətdə mövcud olmayan X2 adı və imzası ilə istintaqa məlum olmayan şəraitdə, yerdə və tarixdə imzalayaraq “X17” MMC-nin möhürü ilə təsdiq edib Zərərçəkmiş şəxs MMC-nin direktoru Nümayəndə təhvil verdiyi 05 (beş) ədəd saxta təhvil-qəbul aktlarını vəzifəli şəxs qismində qrupun üzvü olan qeyrisinin köməkçiliyi ilə hazırlayıb tamah niyyəti ilə rəsmi sənədlərə və informasiya resurslarına biləbilə yalan məlumatlar daxil edib, informasiya resurslarında onun həqiqi məzmununu təhrif edən düzəlişlər edərək vahid niyyətlə vəzifə saxtakarlığı törətmişdir. O, həmçinin qrupun üzvü olan qeyrisinə guya təmsil etdiyi “X17” MMC-nin nümayəndəsi qismində malların təhvil alınmasına dair Nümayəndə sorğularına müsbət cavab verməsini bildirib əvvəlcədən razılaşdıqları cinayətkar niyyəti davam etdirərək gördükləri işdə formalaşan etibarı daha da möhkəmləndirmək məqsədi ilə ələ keçirtdikləri əmlak üzərində sərəncam vermək hüququ yarandıqdan sonra guya satılmış malların bir hissəsinin ödənişi kimi 83.091,46 (səksən üç min doxsan bir manat qırx altı qəpik) manat məbləğində pul vəsaitini görüntü yaratmaq və törətmiş olduqları cinayət əməlini pərdələmək niyyəti ilə 30 may 2017-ci il tarixdə “X17” MMC-nin "xxxx" ASC-də olan AZ12BRES******************** saylı bank hesabından Zərərçəkmiş şəxs MMC-nin "xxxx" ASC-də olan AZ63BRES******************** saylı bank hesabına köçürərək Təqsirləndirilən şəxs2 və qeyrisi ilə öz qulluq mövqeyindən istifadə etməklə qabaqcadan əlbir olan bir qrup şəxs halında, habelə Təqsirləndirilən şəxs3 məsləhətləri, məlumatları, qanunsuz köçürülmüş pul vəsaitlərini əldə etməyi, onlara sahiblik və onlardan istifadə etməyi, o cümlədən, həmin pul vəsaitləri üzərində sərəncam verməyi qabaqcadan vəd etmədə ifadə olunan köməkçiliyi ilə Zərərçəkmiş şəxs MMC-nin təsisçisi Şahid1 və cəmiyyətin direktoru Nümayəndə aldatma və etibarlarından sui-istifadə etmə yolu ilə özgəyə, Zərərçəkmiş şəxs MMC-ə məxsus külli miqdarda, yəni ümumilikdə 543.705.89 (beş yüz qırx üç min yeddi yüz beş manat səksən doqquz qəpik) manat məbləğində pul vəsaitlərini vahid niyyətlə ələ keçirib talayaraq dələduzluq etmiş, öz qulluq mövqeyindən istifadə etməklə Təqsirləndirilən şəxs2 və qeyrisi ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində Təqsirləndirilən şəxs3 məsləhətləri, məlumatları, habelə maneələri aradan qaldırıb yardım etməklə, qanunsuz əldə olunmuş əmlak üzərində sərəncam verməyi qabaqcadan vəd etmədə ifadə olunan köməkçiliyi ilə cinayət yolu ilə əldə edildiyini bilə-bilə pul vəsaitinin əldə edilməsinin həqiqi mənbəyini gizlətmək məqsədilə həmin pul vəsaitlərindən istifadə etməklə maliyyə əməliyyatları həyata keçirmə və əqdlər bağlama yolu ilə külli miqdarda, yəni 543.705.89 (beş yüz qırx üç min yeddi yüz beş manat səksən doqquz qəpik) manat məbləğində pul vəsaitlərini vahid niyyətlə leqallaşdırmış, əmlak mənfəəti əldə etmək məqsədi ilə sahibkarlıq fəaliyyətini həyata keçirmək niyyəti olmadan “X17” MMC-nin yaradılması ilə Zərərçəkmiş şəxs MMC-yə külli miqdarda, yəni 543.705.89 (beş yüz qırx üç min yeddi yüz beş manat səksən doqquz qəpik) manat məbləğində maddi ziyan vurmuş və külli miqdarda, yəni sonuncu məbləğdə gəlir əldə edərək yalançı sahibkarlıq etmiş və vəzifəli şəxs kimi tamah niyyəti ilə qeyrisinin məsləhətləri, məlumatları, habelə maneələri aradan qaldırıb yardım etməklə, qanunsuz əldə olunmuş əmlak üzərində sərəncam verməyi qabaqcadan vəd etmədə ifadə olunan köməkçiliyi ilə rəsmi sənədlərə və informasiya resurslarına bilə-bilə yalan məlumatlar daxil edib, informasiya resurslarında onun həqiqi məzmununu təhrif edən düzəlişlər etməklə, habelə vəzifəli şəxs kimi Təqsirləndirilən şəxs2 və qeyriləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində tamah niyyəti ilə rəsmi sənədlərə biləbilə yalan məlumatlar daxil edərək vahid niyyətlə vəzifə saxtakarlığı törətmişdir. Təqsirləndirilən şəxs2 öz qulluq mövqeyindən istifadə etməklə qeyriləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında və qeyrisinin məsləhətləri, məlumatları, habelə maneələri aradan qaldırıb yardım etməklə, qanunsuz köçürülmüş pul vəsaitlərini əldə edib, onlara sahiblik və onlardan istifadə etməyi, o cümlədən, həmin pul vəsaitləri üzərində sərəncam verməyi qabaqcadan vəd etmədə ifadə olunan köməkliyi ilə aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgəyə məxsus külli miqdarda əmlakı vahid niyyətlə ələ keçirib talamaqla dələduzluq etmiş, öz qulluq mövqeyindən istifadə etməklə qeyriləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində və qeyrisinin məsləhətləri, məlumatları, habelə maneələri aradan qaldırıb yardım etməklə, qanunsuz əldə olunmuş əmlak üzərində sərəncam verməyi qabaqcadan vəd etmədə ifadə olunan köməkçiliyi ilə cinayət yolu ilə əldə edildiyini bilə-bilə pul vəsaitinin əldə edilməsinin həqiqi mənbəyini gizlətmək məqsədilə həmin pul vəsaitlərindən istifadə etməklə maliyyə əməliyyatları həyata keçirmə və əqdlər bağlama yolu ilə külli miqdarda pul vəsaitini vahid niyyətlə leqallaşdırmış, vəzifəli şəxs kimi qeyriləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində tamah niyyəti ilə rəsmi sənədlərə bilə-bilə yalan məlumatlar daxil edərək vahid niyyətlə vəzifə saxtakarlığı törətmişdir. Belə ki, o, cinayətdən xəbərsiz olan Şahid1 və sonuncunun biznes ortağı Şahid2 təsisçilikləri ilə Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Milli Gəlirlər Departamentinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsində 02 mart 2017-ci il tarixdə qeydiyyatdan keçməklə yaradılmış "xxxx" MMC-nin (VÖEN: **********) faktiki olaraq yarandığı 02 mart 2017-ci il tarixdən, rəsmi olaraq isə 05 aprel 2017-ci il tarixdən 06 iyul 2017-ci il tarixədək olan müddət ərzində 01 nömrəli əmək müqaviləsi ilə təchizat departamentinin müdiri vəzifəsində işləyən Təqsirləndirilən şəxs1 və sonuncunun tanışı olan qeyrisi ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində birləşərək Təqsirləndirilən şəxs1 öz qulluq mövqeyindən istifadə etməsi ilə etibar edilmiş özgə əmlakını vahid niyyətlə aldatma və etibardan sui istifadə etməklə ələ keçirmək məqsədilə qanunsuz köçürüləcək pul vəsaitlərini əldə etməyi, onlara sahiblik və onlardan istifadə etməyi, həmin pul vəsaitləri üzərində sərəncam verməyi qabaqcadan vəd etmiş Təqsirləndirilən şəxs3 köməkliyi ilə əvvəldən planlaşdırdıqları cinayətkar niyyətə uyğun olaraq hərəkət etməklə cinayətkar qrupun üzvü olan qeyrisi ilə 2017-ci ilin mart ayının istintaqla müəyyən edilməyən günündə ünvan 5 ünvanında yerləşən "xxxx" MMC-nin inzibati binasında həmin cəmiyyətin direktoru Nümayəndə və təsisçisi Şahid1 Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Milli Gəlirlər Departamentinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsində 27 yanvar 2017-ci il tarixdə qeydiyyatdan keçirməklə qabaqcadan əlbir olduqları Təqsirləndirilən şəxs1 tərəfindən cinayətdən xəbərsiz olan Şahid5 adına təsis edilmiş və faktiki olaraq Təqsirləndirilən şəxs1 rəhbərlik etdiyi "X17" MMC-in guya (VÖEN: **********) səlahiyyətli nümayəndəsi kimi özünü təqdim edərək təmsil etdiyi şirkətin neft avadanlıqları və neft məhsulları satmaqla məşğul olması və bu sahədə tanınmış "AZFEN" BM, "BP" və "Standart Oil" kimi iri şirkətlərlə əlaqəli işlər görməsi, "X17" MMC ilə əməkdaşlıq etdikləri, yəni həmin şirkətə lazım olan avadanlıqların digər şirkətlərdən alınıb sonuncu şirkətə satılacağı halda böyük məbləğdə qazanc əldə edəcəklərinə Təqsirləndirilən şəxs1lə birlikdə yalan vədlər verərək aldatmaqla inandırıb, Zərərçəkmiş şəxs MMC ilə “X17” MMC arasında cinayətdən xəbərsiz olan faktiki olaraq sonuncu cəmiyyətin təsisçisi və direktoru Şahid5 məlumatı olmadığı halda, qeyrisinin məsləhətləri, məlumatları, habelə maneələri aradan qaldırıb yardım etməklə, qanunsuz əldə olunmuş əmlak üzərində sərəncam verməyi qabaqcadan vəd etmədə ifadə olunan köməkçiliyi və tamah niyyəti ilə rəsmi sənəd hesab edilən malların alqı-satqısına dair 17.03.2017-ci il tarixli, 01 nömrəli müqaviləyə Təqsirləndirilən şəxs1 tərəfindən istintaqla müəyyən edilməyən ünvanda biləbilə yalan, guya Zərərçəkmiş şəxs MMC-nin “X17” MMC-yə mallar satacağı ilə bağlı məlumatlar daxil edilərək Şahid5 əvəzindən müqaviləni imzalanmasından, habelə törədəcəkləri cinayətlə bağlı qarşı tərəfdə əminlik yaratmaq üçün qeyrisinin köməkçiliyi ilə tamah niyyəti ilə informasiya resursuna bilə-bilə yalan məlumatlar daxil etməklə, o cümlədən 16 mart 2017-ci il tarixli 42719,73 ABŞ dolları (həmin günün məzənnəsinə uyğun olaraq 73828,24 manat), 29 mart 2017-ci il tarixli 40147,20 ABŞ dolları (həmin günün məzənnəsinə uyğun olaraq 69133,13 manat), 11 aprel 2017-ci il tarixli 12700 ABŞ dolları (həmin günün məzənnəsinə uyğun olaraq 21629,37 manat), 25 aprel 2017-ci il tarixli 1990,12 ABŞ dolları (həmin günün məzənnəsinə uyğun olaraq 3387,60 manat) və həmin tarixli 43.937,12 ABŞ dolları (həmin günün məzənnəsinə uyğun olaraq 74789,76 manat), 10 may 2017-ci il tarixli 87996,34 ABŞ dolları (həmin günün məzənnəsinə uyğun olaraq 149822,56 manat) və 22 may 2017-ci il tarixli 66480 ABŞ dolları (həmin günün məzənnəsinə uyğun olaraq 113168,90 manat), ümumilikdə 295.970,51 ABŞ dolları (həmin dövrün məzənnələrinə uyğun olaraq 505759,56 manat) dəyərində nömrəsiz, guya malların “X17” MMC-yə lazım olması ilə bağlı cəmi yeddi sayda sifarişləri özünə məxsus olmasını bildirdiyi elvin.jabrailov@chainsupplygroup elektron poçt ünvanı vasitəsilə Zərərçəkmiş şəxs MMC-nin direktoru Nümayəndə aid Elektron ünvan 1 və cəmiyyətə aid Elektron ünvan 2 elektron poçt ünvanlarına göndərmələrindən sonra Təqsirləndirilən şəxs1 tərəfindən Zərərçəkmiş şəxs MMC-nin direktoru Nümayəndə və cəmiyyətin digər vəzifəli şəxslərinə təqdim edilməsi ilə “X17” MMC-dən daxil olmuş sifarişlərdə qeyd olunan müxtəlif adlı və ölçülü avadanlıqları özünə məxsus müxtəlif cəmiyyətlər vasitəsilə Zərərçəkmiş şəxs MMC-ə satacağına dair yalandan vədlər verərək inandırmasından sonra planlaşdırdıqları cinayətkar niyyətlərinə uyğun hərəkətlərini davam etdirib Təqsirləndirilən şəxs1 və qeyd olunan cinayətlərdən xəbərsiz olan qeyriləri ilə rəsmi sənədlərə bilə-bilə yalan məlumatlar daxil etməklə vəzifə saxtakarlığı cinayət əməlinin törədilməsində qabaqcadan əlbir olaraq və qeyrisinin köməkçiliyi ilə əvvəlcədən müxtəlif müqavilələr bağlamaqla faktiki rəhbərlik etdikləri cəmiyyətlərə Təqsirləndirilən şəxs1 tərəfindən köçürüləcək pulların rəhbərlik etdiyi şirkətlərin bank hesablarından özü tərəfindən birbaşa, rəhbərlik etmədiyi şirkətlərin bank hesablarından isə cinayətlərdən xəbərsiz olan Şahid10 və Şahid9 vasitəsilə çıxarılmasının təmin edilməsi, habelə nağdılaşdırılmış pul vəsaitlərinin birbaşa və ya cinayətkar qrupun üzvü Təqsirləndirilən şəxs3 vasitəsilə, yəni sonuncunun məsləhətləri və məlumatları, habelə pulun çatdırılmasını həyata keçirib maneələri aradan qaldırmaqla yardım etməsinə, qanunsuz olaraq əldə etdiyi pul vəsaitləri üzərində sərəncam verib sahiblik etməklə gətirib Təqsirləndirilən şəxs1 təqdim edəcəyinə dair razılaşdıqdan sonra özünün rəhbərlik etdiyi "xxxx" MMC (VÖEN: **********) ilə Zərərçəkmiş şəxs MMC arasında bağlanmış 03.03.2017-ci il tarixli alqı-satqı müqaviləsi, həmin tarixli müqaviləyə “qiymətin razılaşdırılması haqqında 1 saylı əlavə protokol”la alınması razılaşdırılmış 16 mart 2017-ci il tarixli təhvil-qəbul aktı əsasında guya qəbul etdiyi müxtəlif adlı və ölçülü avadanlıqların alınması məqsədi ilə 16 mart 2017-ci il tarixli 07/17 nömrəli, 511298 kodlu elektron hesab faktura və həmin tarixli 023056 nömrəli qaimə faktura ilə "xxxx" MMC-nin “NİKOİL İKB” bankın 12 saylı filialında olan AZ10NİCB**********0001A40060 saylı bank hesabına 60.120 (altmış min yüz iyirmi) manat, özünün rəhbərlik etdiyi "xxxx" MMC (VÖEN: **********) ilə Zərərçəkmiş şəxs MMC arasında bağlanmış 27.03.2017-ci il tarixli alqı-satqı müqaviləsi, həmin tarixli müqaviləyə “qiymətin razılaşdırılması haqqında 1 saylı əlavə protokol”larla alınması razılaşdırılmış 30 mart 2017-ci il tarixli və 19 may 2017-ci il tarixli təhvil-qəbul aktı əsasında guya qəbul etdiyi müxtəlif adlı və ölçülü avadanlıqların alınması məqsədi ilə tarixsiz və nömrəsiz 511298 kodlu elektron hesab faktura və 30 mart 2017-ci il tarixli 020109 nömrəli qaiməfaktura ilə 58046 (əlli səkkiz min qırx altı) manat, 27 aprel 2017-ci il tarixli 020110 nömrəli qaiməfaktura ilə 4000 (dörd min) manat, 19 may 2017-ci il tarixli 054 nömrəli hesab-faktura ilə 17019,52 (on yeddi min on doqquz manat əlli iki qəpik) manat və 31 may 2017-ci il tarixli ödənişlə 35080 (otuz beş min səksən) manat olmaqla cəmi 114145,52 (yüz on dörd min yüz qırx beş manat əlli iki qəpik) manat məbləğində pul vəsaitlərini "xxxx" MMC-nin “NİKOİL İKB” bankın 12 saylı filialında olan AZ15NİCB**********0001A40060 saylı bank hesabına, özünün rəhbərlik etdiyi "xxxx" MMC (VÖEN: **********) ilə Zərərçəkmiş şəxs MMC arasında bağlanmış 10.04.2017-ci il tarixli alqı-satqı müqaviləsi, həmin tarixli müqaviləyə “qiymətin razılaşdırılması haqqında 1 saylı əlavə protokol”la alınması razılaşdırılmış 13 aprel 2017-ci il tarixli 01 (bir) ədəd, 27 aprel 2017-ci il tarixli 03 (üç) ədəd təhvil-qəbul aktları əsasında guya qəbul etdiyi müxtəlif adlı və ölçülü avadanlıqların alınması məqsədi ilə 11 aprel 2017- ci il tarixli 007 nömrəli hesab faktura və 13 aprel 2017-ci il tarixli 022551 nömrəli qaimə faktura ilə 37.820 (otuz yeddi min səkkiz yüz iyirmi) manat məbləğində pul vəsaitlərini "xxxx" MMC-nin “NİKOİL İKB” bankın 12 saylı filialında olan AZ64NİCB**********0001A40060 saylı bank hesabına, 26 aprel 2017-ci il tarixli 013 nömrəli hesab faktura və tarixi qeyd olunmayan 022554 nömrəli qaimə faktura ilə 63840 (altmış üç min səkkiz yüz qırx) manat, tarixi qeyd olunmayan 022555 nömrəli qaimə faktura ilə 20,5 (iyirmi manat əlli qəpik) manat, tarixi qeyd olunmayan 022561 nömrəli qaimə faktura ilə 1420,50 (min dörd yüz iyirmi manat əlli qəpik) manat və tarixi qeyd olunmayan 022562 nömrəli qaimə faktura ilə 1396 (min üç yüz doxsan altı) manat, cəmi 66.677 (altmış altı min altı yüz yetmiş yeddi) manat məbləğində pul vəsaitlərini "xxxx" MMC-nin "xxxx" ASC-nin “28 May” filialında olan AZ69AMRA******************** saylı bank hesabına, özünün faktiki rəhbərlik etdiyi, lakin Şahid10 direktoru olduğu "xxxx" MMC (VÖEN: **********) ilə Zərərçəkmiş şəxs MMC arasında bağlanmış 10.04.2017-ci il tarixli alqı-satqı müqaviləsi, həmin tarixli müqaviləyə “qiymətin razılaşdırılması haqqında 1 saylı əlavə protokol”la alınması razılaşdırılmış 13 aprel 2017-ci il tarixli təhvil-qəbul aktı əsasında guya qəbul etdiyi müxtəlif adlı və ölçülü avadanlıqların alınması məqsədi ilə 11 aprel 2017-ci il tarixli 012 nömrəli hesab faktura və günü qeyd olunmayan aprel 2017-ci il tarixli 208542 nömrəli qaimə faktura ilə 14.960 (on dörd min doqquz yüz altmış) manat məbləğində pul vəsaitlərini "xxxx" MMC-nin “NİKOİL İKB” bankın 12 saylı filialında olan AZ18NİCB**********0001A40060 saylı bank hesabına, özünün faktiki rəhbərlik etdiyi, lakin Şahid9 direktoru olduğu "xxxx" MMC (VÖEN: **********) ilə Zərərçəkmiş şəxs MMC arasında bağlanmış 10.04.2017-ci il tarixli alqı-satqı müqaviləsi, həmin tarixli müqaviləyə “qiymətin razılaşdırılması haqqında 1 saylı əlavə protokol”la alınması razılaşdırılmış 13 aprel 2017-ci il tarixli təhvil-qəbul aktı əsasında guya qəbul etdiyi müxtəlif adlı və ölçülü avadanlıqların alınması məqsədi ilə 11 aprel 2017-ci il tarixli 017/007 nömrəli hesab faktura və 13 aprel 2017-ci il tarixli 152102 nömrəli qaimə faktura ilə 14.940 (on dörd min doqquz yüz qırx) manat məbləğində pul vəsaitlərini "xxxx" MMC-nin “NİKOİL İKB” bankın 12 saylı filialında olan AZ09NİCB**********0001A40060 saylı bank hesabına, özünün faktiki rəhbərlik etdiyi, lakin Şahid9 direktoru olduğu "xxxx" MMC (VÖEN: **********) ilə Zərərçəkmiş şəxs MMC arasında bağlanmış 10.04.2017-ci il tarixli alqı-satqı müqaviləsi, həmin tarixli müqaviləyə “qiymətin razılaşdırılması haqqında 1 saylı əlavə protokol”la alınması razılaşdırılmış 13 aprel 2017-ci il tarixli təhvil-qəbul aktı əsasında guya qəbul etdiyi müxtəlif adlı və ölçülü avadanlıqların alınması məqsədi ilə 11 aprel 2017-ci il tarixli 007 nömrəli hesab faktura və 13 aprel 2017-ci il tarixli 108803 nömrəli qaimə faktura ilə 14.030 (on dörd min otuz) manat məbləğində pul vəsaitlərini "xxxx" MMC-nin “NİKOİL İKB” bankın 12 saylı filialında olan AZ13NİCB**********0001A40060 saylı bank hesabına, özünün rəhbərlik etdiyi "xxxx" MMC (VÖEN: **********) ilə Zərərçəkmiş şəxs MMC arasında bağlanmış 11.05.2017-ci il tarixli alqı-satqı müqaviləsi, həmin tarixli müqaviləyə “qiymətin razılaşdırılması haqqında 1 saylı əlavə protokol”la alınması razılaşdırılmış 11 may 2017-ci il tarixli təhvil-qəbul aktı əsasında guya qəbul etdiyi müxtəlif adlı və ölçülü avadanlıqların alınması məqsədi ilə 11 may 2017-ci il tarixli 034401 nömrəli qaimə faktura ilə 28208,75 (iyirmi səkkiz min iki yüz səkkiz manat yetmiş beş qəpik) manat, 11 may 2017-ci il tarixli 034402 nömrəli qaimə faktura ilə 15269,12 (on beş min iki yüz altmış doqquz manat on iki qəpik) manat olmaqla cəmi 43.477,87 (qırx üç min dörd yüz yetmiş yeddi manat səksən yeddi qəpik) manat məbləğində pul vəsaitlərini "xxxx" MMC-nin "xxxx" ASC-nin “28 May” filialında olan AZ46AMRA******************** saylı bank hesabına, özünün rəhbərlik etdiyi "xxxx" MMC (VÖEN: **********) ilə Zərərçəkmiş şəxs MMC arasında bağlanmış 11.05.2017-ci il tarixli alqı-satqı müqaviləsi, həmin tarixli müqaviləyə “qiymətin razılaşdırılması haqqında 1 saylı əlavə protokol”la alınması razılaşdırılmış 11 may 2017-ci il tarixli təhvil-qəbul aktı əsasında guya qəbul etdiyi müxtəlif adlı və ölçülü avadanlıqların alınması məqsədi ilə 11 may 2017-ci il tarixli 021171 nömrəli qaimə faktura ilə 42.224 (qırx iki min iki yüz iyirmi dörd) manat məbləğində pul vəsaitlərini "xxxx" MMC-nin "xxxx" ASC-nin “28 May” filialında olan AZ17AMRA******************** saylı bank hesabına, özünün rəhbərlik etdiyi "xxxx" MMC (VÖEN: **********) ilə Zərərçəkmiş şəxs MMC arasında bağlanmış 11.05.2017-ci il tarixli alqı-satqı müqaviləsi, həmin tarixli müqaviləyə “qiymətin razılaşdırılması haqqında 1 saylı əlavə protokol”la alınması razılaşdırılmış 11 may 2017-ci il tarixli təhvil-qəbul aktı əsasında guya qəbul etdiyi müxtəlif adlı və ölçülü avadanlıqların alınması məqsədi ilə 11 may 2017-ci il tarixli 022679 nömrəli qaimə faktura ilə 40.991,50 (qırx min doqquz yüz doxsan bir manat əlli qəpik) manat məbləğində pul vəsaitlərini "xxxx" MMC-nin "xxxx" ASC-nin “28 May” filialında olan AZ16AMRA******************** saylı bank hesabına, özünün rəhbərlik etdiyi "xxxx" MMC (VÖEN: **********) ilə Zərərçəkmiş şəxs MMC arasında bağlanmış 22.05.2017-ci il tarixli alqı-satqı müqaviləsi, tarixi qeyd olunmayan müqaviləyə “qiymətin razılaşdırılması haqqında 1 saylı əlavə protokol”la alınması razılaşdırılmış 23 may 2017-ci il tarixli təhvil-qəbul aktı əsasında guya qəbul etdiyi müxtəlif adlı və ölçülü avadanlıqların alınması məqsədi ilə 23 may 2017-ci il tarixli 065 nömrəli hesab faktura ilə 59.400 (əlli doqquz min dörd yüz) manat, 31 may 2017-ci il tarixli ödənişlə isə 34.920 (otuz dörd min doqquz yüz iyirmi) manat olmaqla cəmi 94.320 (doxsan dörd min üç yüz iyirmi) manat məbləğində pul vəsaitlərini "xxxx" MMC-nin "xxxx" ASC-nin “28 May” filialında olan AZ83AMRA******************** bank hesabına, ümumilikdə 10 cəmiyyətin bank hesablarına Zərərçəkmiş şəxs MMC-ə məxsus olan "xxxx" ASC-də olan AZ12BRES******************** saylı və "xxxx" ASC-də olan AZ37PAHA40060AZNHC********** saylı bank hesablarından 543.705.89 (beş yüz qırx üç min yeddi yüz beş manat səksən doqquz qəpik) manat məbləğində pul vəsaitinin köçürülməsini qabaqcadan əlbir olduğu Təqsirləndirilən şəxs1 və qeyrisi ilə birlikdə təmin etməklə özü, Şahid10 və Şahid9 tərəfindən yuxarıda qeyd olunmuş bank hesablarından Bakı şəhəri Nəsimi rayonu 28 May küçəsi 717-ci məhəllədə yerləşən "xxxx" ASC-nin “28 May” filialından və ünvan 6 ünvanında yerləşən “NİKOİL İKB” bankın 12 saylı filialından müxtəlif vaxtlarda müxtəlif məxaric çekləri və məxaric orderləri əsasında nağdılaşdırma və digər üsullarla özü və Təqsirləndirilən şəxs3 tərəfindən müxtəlif vaxtlarda Təqsirləndirilən şəxs1 çatdırılması yolu ilə sonuncu tərəfindən Zərərçəkmiş şəxs MMC-nin direktoru Nümayəndə yuxarıda qeyd olunan müqavilələr əsasında adları göstərilən ümumilikdə 10 cəmiyyətdən alınmış müxtəlif ölçülü və adlı avadanlıqların guya “X17” MMC-ni təmsil edən faktiki olaraq isə həmin soyad, ad və ata adında mövcud olmayan X5 17 mart 2017-ci il tarixli, 30 mart 2017-ci il tarixli, 13 aprel 2017-ci il tarixli, 14 aprel 2017-ci il tarixli, 27 aprel 2017-ci il tarixli nömrəsiz təhvil-qəbul aktlarına saxta imzalar etməklə faktiki heç bir məhsulu təhvil vermədən rəsmi sənədlərə bilə-bilə yalan məlumatlar daxil edilərək, hazırlanmış həqiqətdə mövcud olmayan X2 adı və imzası ilə istintaqa məlum olmayan şəraitdə, yerdə və tarixdə Təqsirləndirilən şəxs1 tərəfindən imzalanması təmin edilməklə “X17” MMC-nin möhürü ilə təsdiq edilib Zərərçəkmiş şəxs MMC-nin direktoru Nümayəndə təhvil verilmiş 05 (beş) ədəd saxta təhvilqəbul aktlarını qrupun üzvü olan qeyrisinin köməkliyi ilə Təqsirləndirilən şəxs1 tərəfindən hazırlanıb tamah niyyəti ilə rəsmi sənədlərə və informasiya resurslarına bilə-bilə yalan məlumatlar daxil edib, informasiya resurslarında onun həqiqi məzmununu təhrif edən düzəlişlər edərək vahid niyyətlə vəzifə saxtakarlığı törətməklə qrupun üzvü olan qeyrisinə guya təmsil etdiyi “X17” MMC-in nümayəndəsi qismində malların təhvil alınmasına dair Nümayəndə sorğularına müsbət cavab verməsinə dair qabaqcadan əlbir olduğu cinayətkar qrupun üzvü olan Təqsirləndirilən şəxs1 bildirdiklərini Nümayəndə ilə aralarında müxtəlif tarixlərdə baş tutan telefon danışıqları zamanı icra edərək Təqsirləndirilən şəxs1 ilə əvvəlcədən razılaşdıqları cinayətkar niyyəti davam etdirib gördükləri işdə formalaşan etibarı daha da möhkəmləndirmək məqsədi ilə ələ keçirtdikləri əmlak üzərində sərəncam vermək hüququ yarandıqdan sonra guya satılmış malların bir hissəsinin ödənişi kimi 83.091,46 (səksən üç min doxsan bir manat qırx altı qəpik) manat məbləğində pul vəsaitinin görüntüsünü yaratmaq və törətmiş olduqları cinayət əməlini pərdələmək niyyəti ilə 30 may 2017-ci il tarixdə “X17” MMC-nin "xxxx" ASC-də olan AZ12BRES******************** saylı bank hesabından Zərərçəkmiş şəxs MMC-nin "xxxx" ASC-də olan AZ63BRES******************** saylı bank hesabına köçürərək öz qulluq mövqeyindən istifadə etməklə Təqsirləndirilən şəxs1 və qeyrisi ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında, habelə Təqsirləndirilən şəxs3 məsləhətləri, məlumatları, qanunsuz köçürülmüş pul vəsaitlərini əldə etməyi, onlara sahiblik və onlardan istifadə etməyi, o cümlədən, həmin pul vəsaitləri üzərində sərəncam verməyi qabaqcadan vəd etmədə ifadə olunan köməkçiliyi ilə Zərərçəkmiş şəxs MMC-nin təsisçisi Şahid1 və cəmiyyətin direktoru Nümayəndə aldatma və etibarlarından sui-istifadə etmə yolu ilə özgəyə, Zərərçəkmiş şəxs MMC-ə məxsus külli miqdarda, yəni ümumilikdə 543.705.89 (beş yüz qırx üç min yeddi yüz beş manat səksən doqquz qəpik) manat məbləğində pul vəsaitlərini vahid niyyətlə ələ keçirib talayaraq dələduzluq etmiş, öz qulluq mövqeyindən istifadə etməklə Təqsirləndirilən şəxs1 və qeyrisi ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində Təqsirləndirilən şəxs3 məsləhətləri, məlumatları, habelə maneələri aradan qaldırıb yardım etməklə, qanunsuz əldə olunmuş əmlak üzərində sərəncam verməyi qabaqcadan vəd etmədə ifadə olunan köməkçiliyi ilə cinayət yolu ilə əldə edildiyini bilə-bilə pul vəsaitinin əldə edilməsinin həqiqi mənbəyini gizlətmək məqsədilə həmin pul vəsaitlərindən istifadə etməklə maliyyə əməliyyatları həyata keçirmə və əqdlər bağlama yolu ilə külli miqdarda, yəni 543.705.89 (beş yüz qırx üç min yeddi yüz beş manat səksən doqquz qəpik) manat məbləğində pul vəsaitlərini vahid niyyətlə leqallaşdırmış və vəzifəli şəxs kimi tamah niyyəti ilə Təqsirləndirilən şəxs1 və qeyriləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində rəsmi sənədlərə bilə-bilə yalan məlumatlar daxil edərək vahid niyyətlə vəzifə saxtakarlığı törətmişdir. Təqsirləndirilən şəxs3 qabaqcadan əlbir olan bir qrup şəxsin öz qulluq mövqeyindən istifadə etməklə aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgəyə məxsus əmlakın vahid niyyətlə ələ keçirilib külli miqdarda ziyan vurulmaqla dələduzluq edilməsində və qabaqcadan əlbir olan bir qrup şəxsin cinayət yolu ilə əldə etdiyini bilə-bilə pul vəsaitinin əldə edilməsinin həqiqi mənbəyinin gizlədilməsi məqsədilə həmin pul vəsaitlərindən istifadə edilməklə maliyyə əməliyyatlarının həyata keçirilməsi və əqdlər bağlanılması yolu ilə külli miqdarda pul vəsaitinin vahid niyyətlə leqallaşdırılması cinayətinin törədilməsində məsləhətləri, məlumatları, habelə maneələri aradan qaldırıb yardım etməklə, qanunsuz əldə olunmuş əmlak üzərində sərəncam verməyi qabaqcadan vəd verib köməkçi qismində iştirak etmişdir. Belə ki, o, cinayətdən xəbərsiz olan Şahid1 və sonuncunun biznes ortağı Şahid2 təsisçilikləri ilə Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Milli Gəlirlər Departamentinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsində 02 mart 2017-ci il tarixdə qeydiyyatdan keçməklə yaradılmış "xxxx" MMC-nin (VÖEN: **********) faktiki olaraq yarandığı 02 mart 2017-ci il tarixdən, rəsmi olaraq isə 05 aprel 2017-ci il tarixdən 06 iyul 2017-ci il tarixədək olan müddət ərzində 01 nömrəli əmək müqaviləsi ilə təchizat departamentinin müdiri vəzifəsində işləyən əvvəlcədən tanıdığı Təqsirləndirilən şəxs1 öz qulluq mövqeyindən istifadə etməklə sonuncunun tanışı olan qeyrisi ilə və tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində birləşərək Təqsirləndirilən şəxs1 etibar edilmiş "xxxx" MMC-in külli miqdarda əmlakını aldatma və etibardan suiistifadə etməklə vahid niyyətlə ələ keçirmək niyyətlərində olduqlarından məlumatlı olub, bu məqsədlə, yəni dələduzluq yolu ilə ələ keçirilməsi planlaşdırılan həmin pul vəsaitlərini tapacağı müxtəlif şirkətlərin hesablarına qanunsuz köçürülərək əldə etməyi, onlara sahiblik və onlardan istifadə etməyi, həmin pul vəsaitləri üzərində sərəncam verməyi qabaqcadan vəd etməkdə ifadə olunan köməkliyi ilə Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və qeyrisinin əvvəldən planlaşdırdıqları cinayətkar niyyətlərinə uyğun olaraq hərəkət etməklə istəklərinə nail olmaları üçün cinayətkar qrupun üzvləri olan Təqsirləndirilən şəxs2 ilə Təqsirləndirilən şəxs1 əvvəlcədən müxtəlif müqavilələr bağlamaqla Cavid Baxşıyevin faktiki rəhbərlik etdiyi cəmiyyətlərin bankda olan hesablarına Təqsirləndirilən şəxs1 işlədiyi şirkətdən pul köçürtdükdən sonra, həmin pulu Təqsirləndirilən şəxs2 məxaric edərək özünə verməsi və cinayətkar qrupun üzvü kimi özü qanunsuz olaraq əldə etdiyi həmin pul vəsaitləri üzərində sərəncam verib sahiblik etməklə gətirib Təqsirləndirilən şəxs1 təqdim edəcəyinə dair razılaşdıqdan sonra Təqsirləndirilən şəxs2 rəhbərlik etdiyi "xxxx" MMC (VÖEN: **********) ilə Zərərçəkmiş şəxs MMC arasında bağlanmış 03.03.2017-ci il tarixli alqısatqı müqaviləsi, həmin tarixli müqaviləyə “qiymətin razılaşdırılması haqqında 1 saylı əlavə protokol”la alınması razılaşdırılmış 16 mart 2017-ci il tarixli təhvil-qəbul aktı əsasında guya qəbul etdiyi müxtəlif adlı və ölçülü avadanlıqların alınması məqsədi ilə 16 mart 2017-ci il tarixli 07/17 nömrəli, 511298 kodlu elektron hesab faktura və həmin tarixli 023056 nömrəli qaimə faktura ilə "xxxx" MMC-nin “NİKOİL İKB” bankın 12 saylı filialında olan AZ10NİCB**********0001A40060 saylı bank hesabına 60.120 (altmış min yüz iyirmi) manat, Təqsirləndirilən şəxs2 rəhbərlik etdiyi "xxxx" MMC (VÖEN: **********) ilə Zərərçəkmiş şəxs MMC arasında bağlanmış 27.03.2017-ci il tarixli alqı-satqı müqaviləsi, həmin tarixli müqaviləyə “qiymətin razılaşdırılması haqqında 1 saylı əlavə protokol”larla alınması razılaşdırılmış 30 mart 2017-ci il tarixli və 19 may 2017-ci il tarixli təhvil-qəbul aktı əsasında guya qəbul etdiyi müxtəlif adlı və ölçülü avadanlıqların alınması məqsədi ilə tarixsiz və nömrəsiz 511298 kodlu elektron hesab faktura və 30 mart 2017-ci il tarixli 020109 nömrəli qaimə faktura ilə 58046 (əlli səkkiz min qırx altı) manat, 27 aprel 2017-ci il tarixli 020110 nömrəli qaimə-faktura ilə 4000 (dörd min) manat, 19 may 2017-ci il tarixli 054 nömrəli hesabfaktura ilə 17019,52 (on yeddi min on doqquz manat əlli iki qəpik) manat və 31 may 2017-ci il tarixli ödənişlə 35080 (otuz beş min səksən) manat olmaqla cəmi 114145,52 (yüz on dörd min yüz qırx beş manat əlli iki qəpik) manat məbləğində pul vəsaitlərini "xxxx" MMC-nin “NİKOİL İKB” bankın 12 saylı filialında olan AZ15NİCB**********0001A40060 saylı bank hesabına, Təqsirləndirilən şəxs2 rəhbərlik etdiyi "xxxx" MMC (VÖEN: **********) ilə Zərərçəkmiş şəxs MMC arasında bağlanmış 10.04.2017-ci il tarixli alqı-satqı müqaviləsi, həmin tarixli müqaviləyə “qiymətin razılaşdırılması haqqında 1 saylı əlavə protokol”la alınması razılaşdırılmış 13 aprel 2017-ci il tarixli 01 (bir) ədəd, 27 aprel 2017-ci il tarixli 03 (üç) ədəd təhvil-qəbul aktları əsasında guya qəbul etdiyi müxtəlif adlı və ölçülü avadanlıqların alınması məqsədi ilə 11 aprel 2017- ci il tarixli 007 nömrəli hesab faktura və 13 aprel 2017-ci il tarixli 022551 nömrəli qaimə faktura ilə 37.820 (otuz yeddi min səkkiz yüz iyirmi) manat məbləğində pul vəsaitlərini "xxxx" MMC-nin “NİKOİL İKB” bankın 12 saylı filialında olan AZ64NİCB**********0001A40060 saylı bank hesabına, 26 aprel 2017-ci il tarixli 013 nömrəli hesab faktura və tarixi qeyd olunmayan 022554 nömrəli qaimə faktura ilə 63840 (altmış üç min səkkiz yüz qırx) manat, tarixi qeyd olunmayan 022555 nömrəli qaimə faktura ilə 20,5 (iyirmi manat əlli qəpik) manat, tarixi qeyd olunmayan 022561 nömrəli qaimə faktura ilə 1420,50 (min dörd yüz iyirmi manat əlli qəpik) manat və tarixi qeyd olunmayan 022562 nömrəli qaimə faktura ilə 1396 (min üç yüz doxsan altı) manat, cəmi 66.677 (altmış altı min altı yüz yetmiş yeddi) manat məbləğində pul vəsaitlərini "xxxx" MMC-nin "xxxx" ASC-nin “28 May” filialında olan AZ69AMRA******************** saylı bank hesabına, Təqsirləndirilən şəxs2 faktiki rəhbərlik etdiyi, lakin Şahid10 direktoru olduğu "xxxx" MMC (VÖEN: **********) ilə Zərərçəkmiş şəxs MMC arasında bağlanmış 10.04.2017-ci il tarixli alqı-satqı müqaviləsi, həmin tarixli müqaviləyə “qiymətin razılaşdırılması haqqında 1 saylı əlavə protokol”la alınması razılaşdırılmış 13 aprel 2017-ci il tarixli təhvil-qəbul aktı əsasında guya qəbul etdiyi müxtəlif adlı və ölçülü avadanlıqların alınması məqsədi ilə 11 aprel 2017- ci il tarixli 012 nömrəli hesab faktura və günü qeyd olunmayan aprel 2017-ci il tarixli 208542 nömrəli qaimə faktura ilə 14.960 (on dörd min doqquz yüz altmış) manat məbləğində pul vəsaitlərini "xxxx" MMCnin “NİKOİL İKB” bankın 12 saylı filialında olan AZ18NİCB**********0001A40060 saylı bank hesabına, Təqsirləndirilən şəxs2 faktiki rəhbərlik etdiyi, lakin Şahid9 direktoru olduğu "xxxx" MMC (VÖEN: **********) ilə Zərərçəkmiş şəxs MMC arasında bağlanmış 10.04.2017-ci il tarixli alqı-satqı müqaviləsi, həmin tarixli müqaviləyə “qiymətin razılaşdırılması haqqında 1 saylı əlavə protokol”la alınması razılaşdırılmış 13 aprel 2017-ci il tarixli təhvil-qəbul aktı əsasında guya qəbul etdiyi müxtəlif adlı və ölçülü avadanlıqların alınması məqsədi ilə 11 aprel 2017-ci il tarixli 017/007 nömrəli hesab faktura və 13 aprel 2017-ci il tarixli 152102 nömrəli qaimə faktura ilə 14.940 (on dörd min doqquz yüz qırx) manat məbləğində pul vəsaitlərini "xxxx" MMC-nin “NİKOİL İKB” bankın 12 saylı filialında olan AZ09NİCB**********0001A40060 saylı bank hesabına, Təqsirləndirilən şəxs2 faktiki rəhbərlik etdiyi, lakin Şahid9 direktoru olduğu "xxxx" MMC (VÖEN: **********) ilə Zərərçəkmiş şəxs MMC arasında bağlanmış 10.04.2017-ci il tarixli alqı-satqı müqaviləsi, həmin tarixli müqaviləyə “qiymətin razılaşdırılması haqqında 1 saylı əlavə protokol”la alınması razılaşdırılmış 13 aprel 2017ci il tarixli təhvil-qəbul aktı əsasında guya qəbul etdiyi müxtəlif adlı və ölçülü avadanlıqların alınması məqsədi ilə 11 aprel 2017-ci il tarixli 007 nömrəli hesab faktura və 13 aprel 2017-ci il tarixli 108803 nömrəli qaimə faktura ilə 14.030 (on dörd min otuz) manat məbləğində pul vəsaitlərini "xxxx" MMC-nin “NİKOİL İKB” bankın 12 saylı filialında olan AZ13NİCB**********0001A40060 saylı bank hesabına, Təqsirləndirilən şəxs2 rəhbərlik etdiyi "xxxx" MMC (VÖEN: **********) ilə Zərərçəkmiş şəxs MMC arasında bağlanmış 11.05.2017-ci il tarixli alqı-satqı müqaviləsi, həmin tarixli müqaviləyə “qiymətin razılaşdırılması haqqında 1 saylı əlavə protokol”la alınması razılaşdırılmış 11 may 2017-ci il tarixli təhvil-qəbul aktı əsasında guya qəbul etdiyi müxtəlif adlı və ölçülü avadanlıqların alınması məqsədi ilə 11 may 2017-ci il tarixli 034401 nömrəli qaimə faktura ilə 28208,75 (iyirmi səkkiz min iki yüz səkkiz manat yetmiş beş qəpik) manat, 11 may 2017-ci il tarixli 034402 nömrəli qaimə faktura ilə 15269,12 (on beş min iki yüz altmış doqquz manat on iki qəpik) manat olmaqla cəmi 43.477,87 (qırx üç min dörd yüz yetmiş yeddi manat səksən yeddi qəpik) manat məbləğində pul vəsaitlərini "xxxx" MMC-nin "xxxx" ASC-nin “28 May” filialında olan AZ46AMRA******************** saylı bank hesabına, Təqsirləndirilən şəxs2 rəhbərlik etdiyi "xxxx" MMC (VÖEN: **********) ilə Zərərçəkmiş şəxs MMC arasında bağlanmış 11.05.2017-ci il tarixli alqısatqı müqaviləsi, həmin tarixli müqaviləyə “qiymətin razılaşdırılması haqqında 1 saylı əlavə protokol”la alınması razılaşdırılmış 11 may 2017-ci il tarixli təhvil-qəbul aktı əsasında guya qəbul etdiyi müxtəlif adlı və ölçülü avadanlıqların alınması məqsədi ilə 11 may 2017-ci il tarixli 021171 nömrəli qaimə faktura ilə 42.224 (qırx iki min iki yüz iyirmi dörd) manat məbləğində pul vəsaitlərini "xxxx" MMC-nin "xxxx" ASC-nin “28 May” filialında olan AZ17AMRA******************** saylı bank hesabına, Təqsirləndirilən şəxs2 rəhbərlik etdiyi "xxxx" MMC (VÖEN: **********) ilə Zərərçəkmiş şəxs MMC arasında bağlanmış 11.05.2017-ci il tarixli alqı-satqı müqaviləsi, həmin tarixli müqaviləyə “qiymətin razılaşdırılması haqqında 1 saylı əlavə protokol”la alınması razılaşdırılmış 11 may 2017-ci il tarixli təhvil-qəbul aktı əsasında guya qəbul etdiyi müxtəlif adlı və ölçülü avadanlıqların alınması məqsədi ilə 11 may 2017-ci il tarixli 022679 nömrəli qaimə faktura ilə 40.991,50 (qırx min doqquz yüz doxsan bir manat əlli qəpik) manat məbləğində pul vəsaitlərini "xxxx" MMC-nin "xxxx" ASC-nin “28 May” filialında olan AZ16AMRA******************** saylı bank hesabına, Təqsirləndirilən şəxs2 rəhbərlik etdiyi "xxxx" MMC (VÖEN: **********) ilə Zərərçəkmiş şəxs MMC arasında bağlanmış 22.05.2017-ci il tarixli alqı-satqı müqaviləsi, tarixi qeyd olunmayan müqaviləyə “qiymətin razılaşdırılması haqqında 1 saylı əlavə protokol”la alınması razılaşdırılmış 23 may 2017-ci il tarixli təhvil-qəbul aktı əsasında guya qəbul etdiyi müxtəlif adlı və ölçülü avadanlıqların alınması məqsədi ilə 23 may 2017-ci il tarixli 065 nömrəli hesab faktura ilə 59.400 (əlli doqquz min dörd yüz) manat, 31 may 2017-ci il tarixli ödənişlə isə 34.920 (otuz dörd min doqquz yüz iyirmi) manat olmaqla cəmi 94.320 (doxsan dörd min üç yüz iyirmi) manat məbləğində pul vəsaitlərini "xxxx" MMC-nin "xxxx" ASC-nin “28 May” filialında olan AZ83AMRA******************** saylı bank hesabına, ümumilikdə 10 cəmiyyətin bank hesablarına Zərərçəkmiş şəxs MMC-ə məxsus olan "xxxx" ASC-də olan AZ12BRES******************** saylı və "xxxx" ASC-də olan AZ37PAHA40060AZNHC********** saylı bank hesablarından 543.705.89 (beş yüz qırx üç min yeddi yüz beş manat səksən doqquz qəpik) manat məbləğində pul vəsaitinin Təqsirləndirilən şəxs2 tərəfindən yuxarıda qeyd olunmuş bank hesablarından Bakı şəhəri Nəsimi rayonu 28 May küçəsi 717-ci məhəllədə yerləşən "xxxx" ASC-nin “28 May” filialından və ünvan 6 ünvanında yerləşən “NİKOİL İKB” bankın 12 saylı filialından müxtəlif vaxtlarda müxtəlif məxaric çekləri və məxaric orderləri əsasında nağdılaşdırma və digər üsullarla ona çatdırılması, daha sonra isə Təqsirləndirilən şəxs1 ilə razılaşdıqları şəkildə, yəni həmin pul vəsaitlərindən müəyyən hissəsini özünə götürməklə qalan hissəsini nağdılaşdırılmış pul vəsaitlərini şəxsən sonuncuya çatdırmaqla Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 və qeyrisi ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində və Təqsirləndirilən şəxs2 ilə Təqsirləndirilən şəxs1 öz qulluq mövqelərindən istifadə etmələri ilə Zərərçəkmiş şəxs MMC-nin təsisçisi Şahid1 və cəmiyyətin direktoru Nümayəndə aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgəyə, Zərərçəkmiş şəxs MMC-ə məxsus əmlakın vahid niyyətlə ələ keçirilib külli miqdarda, yəni ümumilikdə 543.705.89 (beş yüz qırx üç min yeddi yüz beş manat səksən doqquz qəpik) manat məbləğində ziyan vurulmaqla dələduzluq edilməsində və Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 və qeyrisi ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində birləşdiyi və Təqsirləndirilən şəxs2 ilə Təqsirləndirilən şəxs1 öz qulluq mövqelərindən istifadə etməklə cinayət yolu ilə əldə etdiyini bilə-bilə pul vəsaitinin əldə edilməsinin həqiqi mənbəyinin gizlədilməsi məqsədilə həmin pul vəsaitlərindən istifadə edilməklə maliyyə əməliyyatlarının həyata keçirilməsi və əqdlər bağlanılmsı yolu ilə külli miqdarda 543.705.89 (beş yüz qırx üç min yeddi yüz beş manat səksən doqquz qəpik) manat məbləğində pul vəsaitinin vahid niyyətlə leqallaşdırılması cinayətinin törədilməsində Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və qeyrisinə məsləhətləri, məlumatları, habelə maneələri aradan qaldırıb yardım etməklə, qanunsuz əldə olunmuş əmlak üzərində sərəncam verməyi qabaqcadan vəd verib köməkçi qismində iştirak etmişdir. Məhkəmənin hökmündən dövlət ittihamçısı apellyasiya protesti verib təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 barəsində onların şəxsiyyətinə, törətdikləri cinayətlərin ağırlığına və ictimai təhlükəliliyinə uyğun olmayan həddə yüngül cəza təyin edildiyini qeyd edərək Bakı Ağır Cinayətlər Məhkəməsinin 16 sentyabr 2021-ci il tarixli hökmü məhkumlar Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 münasibətdə CM-nin 62ci maddəsinin tətbiqinə dair müddəa xaric edilməklə onlara təqsirli bilindikləri maddələrin sanksiyasi həddində azadlıqdan məhrum etmə cəzası təyin edilməklə və Təqsirləndirilən şəxs2 barəsində Azərbaycan Respublikası CM-nin 70-ci maddəsinin tətbiqinə dair müddəa xaric edilməklə dəyişdirilməsini xahiş etmişdir. Hökmdən məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs3 apellyasiya şikayəti verib Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 32.5,178.3.2 və 32.5,193-1.3.2-ci maddələri ilə nəzərdə tutulan cinayət tərkiblərini törətməkdə təqsirləndirilməyinin əsassız olduğunu, onun əməlinin cinayət qanununun norması ilə düzgün töfsiv edilmədiyini, həmin cinayət əməllərini törətmədiyini, əsassız olaraq cinayət məsuliyyətinə cəlb olunduğunu, onun əməlində ittiham edilən cinayət tərkiblərinin olmadığını, cinayətin törədilməsində iştirakını təsdiq edən hər hansı sübut olmadığını, barəsindəki cinayət işi üzrə cinayət təqibinə Azərbaycan Respublikası CPM-nin 39,1.2, 39.2 və 41.1-ci maddələrinə əsasən xitam verilməli olduğunu qeyd edərək hökmün ləğv edilərək barəsində bəraət hökmü çıxarılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası apellyasiya protestinin və apellyasiya şikayətinin dəlillərini cinayət işinin materialları ilə əlaqəli surətdə araşdırıb, dövlət ittihamçısının apellyasiya şikayətinin təmin edilməməsi, apellyasiya protestinin təmin edilməsi, hökmün dəyişdirilməsi, məhkum edilmiş şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 münasibətdə CM-nin 62-ci maddəsinin tətbiqinə dair müddəa xaric edilməklə onlara təqsirli bilindikləri maddələrin sanksiyasi həddində azadlıqdan məhrum etmə cəzası təyin edilməklə və Təqsirləndirilən şəxs2 barəsində Azərbaycan Respublikası CM-nin 70-ci maddəsinin tətbiqinə dair müddəa xaric edilməklə dəyişdirilməsini, məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs3 və müdafiəçisinin isə apellyasiya şikayətinin təmin edilməsi, apellyasiya protestinin təmin edilməməsi, digər məhkum edilmiş şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 və müdafiəçilərinin apellyasiya protestinin təmin edilməməsi, birinci instansiya məhkəməsinin hökmünün dəyişdirilmədən saxlanılması barədə qərar çıxarılması barədə çıxışlarını dinləyərək hesab edir ki, apellyasiya protesti təmin edilməli, hökm dəyişdirilməli, məhkum edilmiş şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 münasibətdə CM-nin 62-ci maddəsinin tətbiqinə dair müddəa xaric edilərək onlara təqsirli bilindikləri maddələrin sanksiyasi həddində azadlıqdan məhrum etmə cəzası təyin edilməli və Təqsirləndirilən şəxs2 barəsində Azərbaycan Respublikası CM-nin 70-ci maddəsinin tətbiqinə dair müddəa xaric edilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsinin tələbinə görə isə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protestində məhkum edilmiş şəxslər tərəfindən cinayət əməlinin hüquqi tövsifi, onun cinayət əməlində təqsirlilik məsələsi mübahisələndirilməsə də Təqsirləndirilən şəxs3 tərəfindən verilmiş apellyasiya şikayətindən görünür ki, cinayət əməlinin hüquqi tövsifi, onun cinayət əməlində təqsirlilik məsələsi mübahisələndirilmişdir. İş materialları ilə müəyyən edilir ki, Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5, 178.3.2 və 32.5, 193-1.3.2-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi şahid ifadələri, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin məhkəmə-fonoskopik ekspertizasının 09.09.2020-ci il tarixli 4/314- 4/452 saylı rəyi, üzləşdirmə protokolları, "Azercell" mobil operatorundan götürülmüş Təqsirləndirilən şəxs3 istifadəsində olmuş ***-***-**-** mobil telefon nömrəsindən 01 yanvar 2017-ci il tarixdən 01 avqust 2017-ci il tarixədək daxil olan danışıq məlumatlarını əks etdirən 28 fevral 2020-ci il tarixli “5047” nömrəli məktubla göndərilmiş 01 (bir) ədəd diskə baxış keçirilməsi haqqında protokol, baxış keçirilməsi və sair istintaq hərəkətlərinin aparılması haqqında protokollarla, həmçinin iş üzrə toplanmış digər sübutlarla tam təsdiq edilir. Məhkəmə kollegiyası hesab edir ki, ibtidai araşdırma zamanı qanuni üsullarla toplanmış və birinci instansiya məhkəməsində məhkəmə iclasında tam, hərtərəfli və obyektiv araşdırılmış mötəbər sübutlara birgə qiymət verən və həmin sübutlara əsaslanan birinci instansiya məhkəməsi iş üçün mühüm əhəmiyyət kəsb edən bütün halları aydınlaşdırmaqla Təqsirləndirilən şəxs1 əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2, 193.2.1, 193.2.2 və 193-1.3.2 və 313-cü maddələri ilə, Təqsirləndirilən şəxs2 əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2, 193-1.3.2 və 313-cü maddələri ilə, Təqsirləndirilən şəxs3 əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5, 178.3.2, 32.5, 193-1.3.2-ci maddələri ilə düzgün tövsif etmişdir. Göründüyü kimi, Təqsirləndirilən şəxs3 AR CM-nin 32.5, 178.3.2, 32.5, 193-1.3.2-ci maddələri ilə təqsirli olması iş materialları ilə tam sübuta yetirilmişdir ki, apellyasiya baxışı zamanı onun özünü təqsirli bilməməsinə dair ifadəsini məhkəmə kollegiyası özünümüdafiə xarakterli və cinayət məsuliyyətindən yayınmağa yönələn ifadələr kimi qiymətləndirir Məhkum edilmiş şəxslərə təyin edilmiş cəzaya gəlincə məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzası, X4 tətbiq edilmiş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsi onlar tərəfindən törədilmiş cinayətlərin xarakterinə, ictimai təhlükəlilik dərəcəsinə, məhkumların şəxsiyyətinə açıq-aşkar uyğun olmamaqla ədalətsiz cəzadır. Belə ki, dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protestində məhkəmnin əsassız olaraq Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 barəsində CM-nin 62-ci maddəsini tətbiq etməsi qeyd edilmişdir. Məhkəmə kollegiyası protestin həmin dəlilini əsaslı hesab edir. İşə baxan birinci instansiya məhkəməsi göstərilən xüsusatı hökmdə göstərsə də, Təqsirləndirilən şəxs1 ilk dəfə olaraq cinayət əməli törətməsini, himayəsində iki azyaşlı uşağının olmasını, müsbət xarakterizə olunmasını, zərərçəkmiş hüquqi şəxsin ona qarşı şikayətinin olmamasını, zərərçəkmiş hüquqi şəxsin onun barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növünün seçilməsini məhkəmədən xahiş etməsini onun cəzanı yüngülləşdirən hallar kimi, cinayətin qabaqcadan əlbir olan bir qrup şəxs qismində törədilməsini isə onun cəzasını ağırlaşdıran hal kimi nəzərə alaraq, Təqsirləndirilən şəxs3 ilk dəfə olaraq cinayət əməli törətməsini, yaşlı olmasını, səhhətini, İİİ qrup əlil olmasını, müsbət xarakterizə olunmasını, zərərçəkmiş hüquqi şəxsin ona qarşı şikayət, tələbinin olmamasını, ailənin yeganə qazanc gətirəni olmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alaraq, ona münasibətdə cəzanı ağırlaşdıran halların olmadığına istinad etməklə kifayətlənmiş, lakin hökmün təsviri-əsaslandırıcı hissəsində formal əsaslı sənədlərə istinad edərək, həmçinin vurulmuş ziyanın ödənilmədiyini (cinayət nəticəsində dəymiş 543.705.89 manat ziyanın 83.091,46 manat hissəsi ödənilmiş, qalan hissəsi isə ödənilməmişdir) nəzərə almadan onların cəmiyyətdən tam təcrid edilmədən islah olunmasını mümkün hesab etmiş, lakin gəldiyi bu qənaəti əsaslandıra bilməmişdir. Məhkəmə kollegiyası Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 tərəfindən törədilmiş cinayətlərin ictimai təhlükəli xarakterini, cəmiyyətin iqtisadi özülünü təşkil edən mülkiyyət münasibətlərinə qarşı törədilməsini, cinayətin qəsdən törədilməsini, cinayətin ağır cinayətlər kateqoriyasına aid olmasını, ictimai təhlükəliyini nəzərə alaraq Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəmiyyətdən tam təcrid edilmədən islah olunmalarını mümkün hesab etmir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yənicinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının almaq məqsədi ilə tətbiq olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyatı, o cümlədən cəzanı yüngülləşdirən və ağılaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Odur ki, məhkum edilmiş şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 cəmiyyətdən təcrid edilmədən onların islah olunmasının mümkün olmadığından, məhkumların islah olunması, sosial ədalətin bərpası, həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətin törədilməsinin qarşısının alınması məqsədi ilə məhkum edilmiş şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzası ağırlaşdırılaraq onlara azadlıqdan məhrum etmə cəzası təyin edilməli, cəzalarını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidirlər. Bununla yanaşı dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protestində məhkəmnin əsassız olaraq Təqsirləndirilən şəxs2 barəsində CM-nin 70-ci maddəsini tətbiq etməsi qeyd edilmişdir. Məhkəmə kollegiyası protestin həmin dəlilini əsaslı hesab edir. Azərbaycan Respublikası CM-nin 70.1-ci maddəsinə əsasən İslah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama və ya müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Həmin Məcəllənin 70.2-ci maddəsinə əsasən Məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Birinci instansiya məhkəməsi hökmdə Təqsirləndirilən şəxs2 himayəsində bir yetkinlik yaşına çatmayan uşağının olmasını, zərərçəkmiş hüquqi şəxsin ona qarşı şikayətinin olmamasını, müsbət xarakterizə olunmasını, zərərçəkmiş hüquqi şəxsin onun barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növünün seçilməsini məhkəmədən xahiş etməsini cəzanı yüngülləşdirən hallar kimi, cinayətin qabaqcadan əlbir olan bir qrup şəxs qismində törədilməsini isə onun cəzasını ağırlaşdıran hal kimi nəzərə alaraq onun təqsirli bilindiyi 178.3.2, 193-1.3.2 və 313cü maddələri ilə təyin edilmiş cəzanı çəkmədən də islah olunmasının mümkün olmasını qeyd edib, barəsində cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar qəbul etməklə düzgün nəticəyə gəlməmişdir. Belə ki, məhkəmə mücərrəd formada qeyd olunan cəzanı yüngülləşdirən halları nəzərə alaraq Təqsirləndirilən şəxs2 ona təyin edilmiş cəzanı çəkmədən də islah olunmasını mümkün hesab edib, barəsində cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar qəbul etsə də, məhkəmə kollegiyası hesab edir ki, məhkəmənin Təqsirləndirilən şəxs2 cəmiyyətdən təcrid edilmədən islah olunmasının mümkünlüyü və barəsində cəzanın şərti olaraq tətbiq edilməsi barədə gəldiyi nəticə əsaslı deyil. Birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs2 tərəfindən törədilmiş cinayətlərin ictimai təhlükəli xarakterini, cəmiyyətin iqtisadi özülünü təşkil edən mülkiyyət münasibətlərinə qarşı törədilməsini, cinayətin qəsdən törədilməsini, cinayətin ağır cinayətlər kateqoriyasına aid olmasını, ictimai təhlükəliyini nəzərə almamış, hökmdə Təqsirləndirilən şəxs2 barəsində şərti məhkumetmə tətbiq edərkən məhz hansı halların onun cəza çəkməkdən islah oluna biləcəyinə güman etməyə əsas verdiyini göstərməmiş, işin materiallarında da belə bir hal yoxdur. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs2 cəza çəkməkdən islah olunması nəticəsinə gəlsə də, hökmdə həmin nəticəni əsaslandırmamış, məhkum barəsində Azərbaycan Respublikası CM-nin 70-ci maddəsi əsassız olaraq tətbiq edildiyindən hökmdən həmin müddəalar xaric edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən azadlıqdan məhrum etmə növündə cəzanın qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Azərbaycan Respublikası CPM-nin 405.1.4-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hökmünü hökmün dəyişdirilməsi ittihamın həcmini və məhkumun əməllərinin hüquqi tövsifini dəyişdirmədiyi, lakin birinci instansiya məhkəməsi tərəfindən ona təyin edilmiş cəzanı ağırlaşdırdığı digər hallarda dəyişdirir. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, apellyasiya protesti qismən təmin edilməli, hökm dəyişdirilməli, məhkum edilmiş şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzası ağırlaşdırılaraq onlara azadlıqdan məhrum etmə cəzası təyin edilməli, məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs2 tətbiq edilmiş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsinin müddəaları xaric edilməli, cəzalarını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidirlər. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, məhkumun hüquqlarının məhkəmə iclaslarında müdafiə xərcləri Azərbaycan Respublikası CPM-in 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli, 31 saylı qərarına əsasən (həmin qərara 03 may 2018-ci il tarixli, 202 saylı dəyişikliklər nəzərə alınmaqla) dövlət büdcəsindən ödənilməlidir. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 398.1.4, 405.1.4-cü və 407.2-ci maddələrini rəhbər tutaraq Q Ə R A R A A L İ R : Apellyasiya şikayəti təmin edilməsin. Apellyasiya protesti qismən təmin edilsin. Bakı Ağır Cinayətlər Məhkəməsinin Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 178.3.2, 193.2.1, 193.2.2, 193-1.3.2 və 313-cü maddələri ilə, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 178.3.2, 193-1.3.2 və 313-cü maddələri ilə, Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-nin 32.5, 178.3.2 və 32.5, 193-1.3.2-ci maddələri ilə məhkum edilmələrinə dair 16 sentyabr 2021-ci il tarixli hökmü dəyişdirilsin. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə AR CM-in 62-ci maddəsi tətbiq olunmaqla 03 il müddətə azadlığın məhdudlaşdırılması cəzası ağırlaşdırılaraq 06 il müddətə azadlıqdan məhrum etmə cəzası, həmin Məcəllənin 193.2.1, 193.2.2-ci maddələri ilə 02 il müddətə azadlığın məhdudlaşdırılması cəzası ağırlaşdırılaraq 02 il müddətə azadlıqdan məhrum etmə cəzası, həmin Məcəllənin 193-1.3.2-ci maddəsi ilə AR CM-in 62-ci maddəsi tətbiq olunmaqla, 03 il müddətə dövlət və yerli özünüidarəetmə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 03 il müddətə azadlığın məhdudlaşdırılması cəzası ağırlaşdırılaraq 03 il müddətə dövlət və yerli özünüidarəetmə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 07 il 10 ay müddətə azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 təyin edilmiş cəzalar qismən toplanılmaqla həmin Məcəllənin 66.4-cü maddəsinə əsasən əlavə cəza əsas cəzaya birləşdirilməklə və ona 03 il müddətə dövlət və yerli özünüidarəetmə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə, 08 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 həbsdə saxlanıldığı 01 il 09 ay 07 gün ona təyin edilmiş qəti cəzadan çıxılmaqla üzərində qəti olaraq 03 il müddətə dövlət və yerli özünüidarəetmə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 06 il 02 ay 23 gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasının əvvəli 16 mart 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 məhkəmə iclas zalından həbsə alınsın. Təqsirləndirilən şəxs1 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. X4 tətbiq edilmiş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsinin müddəaları xaric edilsin. X8 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli 16 mart 2022-ci il tarixdən hesablansın. X8 məhkəmə iclas zalından həbsə alınsın. Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5, 178.3.2-ci maddəsi ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 62-ci maddəsi tətbiq olunmaqla 7000 (yeddi min) manat məbləğində cərimə cəzası ağırlaşdırılaraq 05 il müddətə azadlıqdan məhrum etmə cəzası, həmin Məcəllənin 32.5, 193-1.3.2-ci maddələri ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 62-ci maddəsi tətbiq olunmaqla 02 il dövlət və yerli özünüidarəetmə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 7500 (yeddi min beş yüz) manat cərimə cəzası ağırlaşdırılaraq 03 il müddətə dövlət və yerli özünüidarəetmə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 07 il müddətə azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs3 təyin edilmiş cəzalar qismən toplanılmaqla həmin Məcəllənin 66.4-cü maddəsinə əsasən əlavə cəza əsas cəzaya birləşdirilməklə Təqsirləndirilən şəxs3 qəti olaraq 02 il dövlət və yerli özünüidarəetmə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə, 07 il 03 ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasının əvvəli 16 mart 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs3 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs3 məhkəmə iclas zalından həbsə alınsın. Qərarın icrası Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasına həvalə edilsin. Hökm qalan hissədə dəyişdirilmədən saxlanılsın. Bakı şəhəri 12 saylı Vəkil Bürosunun vəkili X9 tərəfindən məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs1 hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə, Bakı şəhəri 12 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi5 Binyamin oğlu tərəfindən məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs2 hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə sərf etdikləri hər iş saatına görə 06 manat hesab edilməklə, hər birinə 40 saat üçün cəmi 240 manat dövlət büdcəsindən tutularaq Bakı şəhəri 12 saylı Vəkil Bürosunun vəkilləri X9 və Müdafiəçi5 Binyamin oğluna dövlət büdcə vəsaiti hesabına hər birinə 240 manat işlədikləri Bakı şəhəri 12 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Qərar qəbul olunduğu andan qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri üzrə məhkəmə kollegiyasına kassasiya şikayəti və protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar