Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(103)-110/2023 24.01.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər – Əyyubov Fərid İlham oğlunun sədrliyi və məruzəsilə, Mehdiyev Emin Əlixan oğlu və Rəhimov Elmar Eldar oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi – X5, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarənin apellyasiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X4, Məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi2 iştirakları ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1 və 234.2-ci maddələri ilə məhkum edilməsinə dair Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 23 sentyabr 2022-ci il tarixli hökmündən məhkum və onun müdafiəçisi Müdafiəçi2 tərəfindən verilmiş apellyasiya şikayətlərinə açıq məhkəmə iclasında baxaraq məhkəmə kollegiyası, Müəyyən etdi: Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 23 sentyabr 2022-ci il tarixli hökmü ilə (sədrlik edən hakim Sülhanə Hacıyeva) xx.xx.1994-cü ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, ünvan 1 ünvanında qeydiyyatda olan, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 18 aprel 2022-ci il tarixli 1(011)-189/2022 saylı hökmü ilə 02 (iki) il 02 (iki) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1 və 234.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək ona Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə 01 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikasının CM-nin 234.2-ci maddəsi ilə 04 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən ona təyin olunmuş cəzalar qismən toplanılmaqla Təqsirləndirilən şəxs qəti olaraq 05 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edimiş, Azərbaycan Respublikası CM-nin 68.1.1-1-ci maddəsinə əsasən Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 18 aprel 2022-ci il tarixli 1(011)-189/2022 saylı hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş və çəkilməmiş qalan 02 (iki) il 02 (iki) ay 26 (iyirmi altı) gün azadlığın məhdudlaşdırılması cəzasının iki günü azadlıqdan məhrum etmənin bir gününə hesabı ilə hesablanmaqla 01 (bir) il 01 (bir) ay 13 (on üç) gün azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən hazırkı hökm üzrə təyin edilmiş 05 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanılmaqla ona qəti olaraq 05 (beş) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Hökmə əsasən, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən qanunsuz olaraq satış məqsədilə xarici görünüş əlamətlərinə və kimyəvi komponent tərkibinə görə eynilik təşkil edən üç büküm ümumi təmiz çəkisi 1,515 qram psixotrop maddə metamfetamin və üç büküm narkotik vasitə heroin əldə etikdən sonra heroinin bir bükümünü istifadə etmiş, ümumi təmiz çəkisi 1,14 qram qalan iki büküm heroini üzərində saxlamaqla daşımış, 30 aprel 2022-ci il tarixdə bir büküm 0,747 qram psixotrop maddə metamfetamini 10 manat pul müqabilində tanışı Şahid2, bir büküm 0,775 qram heroini isə 20 manat pul müqabilində tanışı Şahid1 satmış, narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı daxil olmuş əməliyyat məlumatı əsasında Bakı şəhəri Xətai RPİ-nin 34-cü Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində 30 aprel 2022ci il tarixdə, saat 14:10 radələrində Xətai rayonu, 5-ci Rezervuar küçəsi yaxınlığında saxlanılıb Xətai RPİ-nin 34-cü PŞ-nin inzibati binasına gətirilərək orada videoçəkilişdən istifadə edilməklə polis əməkdaşları və müdafiəçisinin iştirakı ilə üzərində şəxsi axtarış və götürmə aparılan zaman onun üzərindən satış məqsədi olmadan istintaqa məlum olmayan mənbədən qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib, üzərində saxlamaqla daşıdığı bir ədəd şəffaf rəngli sellofan bükümdə təmiz çəkisi 0,365 qram olan qəhvəyi rəngli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə heroin və iki ədəd ağ rəngli sellofan torbada ayrı-ayrılıqda təmiz çəkiləri 0,377 qram və 0,391 qram olmaqla ümumi təmiz çəkisi 0,768 qram olan ağ rəngli kristallik madə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin əynindəki göy rəngli cins şalvarın sol yan cibindən aşkar edilərək götürülmüşdür. Həmin hökmdən məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs apellyasiya şikayəti verərək Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 23 sentyabr 2022-ci il tarixli hökmünün ləğv edilməsi, əməlinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif edilərək barəsində daha az cəza təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, ona təyin edilmiş cəza ilə razı deyil. Birinci instansiya məhkəməsi kifayət qədər araşdırma aparmadan ona ağır cəza təyin etmişdir. O, özünü nakotik maddələrin istifadəçisi kimi bilir. İbtidai istintaq zamanı saxtakarlığa yol verilmişdir. O, fiziki təsirlər altında ifadələr vermişdir. Həmin hökmdən məhkumun müdafiəçisi Müdafiəçi2 apellyasiya şikayəti verərək Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 23 sentyabr 2022-ci il tarixli hökmünün ləğv edilməsi və Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə bəraət verilməsi haqqında hökm çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, təyin edilən cəzanın ağırlığı ilə razı deyil. Belə ki, məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası CM-nin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilin dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları və ağırlaşdıran halların olmamasını, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasını və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq onun cəmiyyətdən təcrid edilmədən islah olunacağını mümkün hesab edərək, yuxarıda qeyd olunan cəza növünün tətbiq edilməsini guya qanuni, ədalətli və əsaslı hesab etmişdir. Təqsirləndirilən şəxs narkotik vasitə istifadə etdiyi üçün peşmandır, bir daha belə hallara yol verməyəcək. Qeyd edilənləri nəzərə alaraq ona yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Lakin məhkəmə onun əməlindən səmimi peşmançılıq çəkməsini, gənc olmasını və himayəsində qazancına ehtiyacı olan xəstə anasının olmasını nəzərə almamışdır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə törətdiyi cinayəti səmimi etiraf edir, əməlindən çox peşmandır. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş hallar yoxdur. İttiham aktında şəxsə istinad edilən cinayət əməlinin baş vermə şəraitinə dair şübhəli nəticələr və faktlar şəxsin ziyanına, onun vəziyyətinin digər hər hansı formada ağırlaşdıran formada qəbul edilə bilməz. İş üzrə əldə olunmuş sübutlar məcmusuna hərtərəfli və obyektiv qiymət verərək ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələrin təqsirləndirilən şəxsin xeyrinə həll edilməli, təfsir edilməli və şərh edilməli olmasını rəhbər tutaraq hesab edir ki, Təqsirləndirilən şəxs verilmiş ittiham üzrə cinayətin törədilməsində təqsirliliyi sübuta yetirilmir. Apellyasiya baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə elan edilmiş ittihamda qismən təqsirli bilməsini, narkotik vasitələrin satışı ilə məşğul olmamasını, narkotik vasitəsini yalnız öz istifadəsi üçün əldə etdiyini, xx.xx.2022-ci il tarixdə polis əməkdaşları onun mənzilinə gələrək onu polis şöbəsinə gətirilməsini, narkotik vasitə və psixotrop maddələrdən istifadə etməsini, narkotik vasitəni tanımadığı şəxslərdən Bakı şəhərinin müxtəlif yerlərdindən pulla alaraq qəbul etməsini, narkotik vasitə asılılığında olmasını, buna görə də əziyyət çəkməsini və bədənində ağrılar olduğuna görə qarşısını almaq üçün narkotik vasitədən istifadə etməsini, ona görə də ona elan olunmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə özünü təqsirli bilməməsini bildirmişdir. Əməlin Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə düzgün tövsif olunmamasını bildirmiş, onun və müdafiəçisinin apellyasiya şikayətlərinin təmin edilməsini, Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 23 sentyabr 2022-ci il tarixli hökmünün ləğv edilməsini və Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə bəraət verilməsini xahiş etmişdir. Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin apellyasiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X10 məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayətlərinin dəlillərinin əsassız olduğunu, birinci instansiya məhkəməsi tərəfindən Təqsirləndirilən şəxs əməlinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 234.2-ci maddələri ilə düzgün tövsif olunduğunu, məhkum edilmiş şəxsin cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmaqla, şəxsiyyəti, törətdiyi cinayətin ictimai təhlükəliliyi və xarakteri, təyin edilmiş cəzanın ailəsinə təsiri nəzərə alınmaqla ona ədalətli cəza təyin olunduğunu, məhkəmənin hökmünün apellyasiya şikayətlərinə əsasən dəyişdirilməsi üçün əsasların olmadığını göstərərək apellyasiya şikayətlərinin təmin edilmədən, Bakı şəhəri Xətai Rayon 23 sentyabr 2022-ci il tarixli hökmünün dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Apellyasiya şikayətlərinin dəlilləri ilə əlaqədar olaraq məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası CPM-nin 397.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsində göstərilir ki, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Birinci intansiya məhkəməsinin hökmü ilə razılaşmayan Təqsirləndirilən şəxs və onun müdafiəçisinin apellyasiya şikayətlərinin əsas dəlili Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 23 sentyabr 2022-ci il tarixli hökmünün ləğv edilməsindən, əməlinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif edilməsindən, ona daha aşağı həddə və yüngül cəza təyin edilməsindən ibarətdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini, həmçinin məhkum edilmiş şəxsin və onun müdafiəçisinin apellyasiya məhkəməsinin iclasında əməlin hüquqi tövsifi və işin faktiki hallarını mübahisələndirdikləri hissəsində yoxlanılmasını, eyni zamanda hökmün qanuni və əsaslı olmasını apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlanılmasını məqsədəuyğun hesab edir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları ilə müqayisəli şəkildə təhlil edərək hesab edir ki, apellyasiya şikayətləri təmin edilməməli, Xətai Rayon Məhkəməsinin 23 sentyabr 2022-ci il tarixli hökmü ləğv edilməli, iş üzrə yeni hökm çıxarılmalı, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə əməlində həmin maddə ilə cinayət tərkibi olmadığına görə slanov Ruslan Xanlar oğluna bəraət verilməli, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə tövsif edilməlidir. Məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməllərini törətməsi ibtidai istintaq zamanı və birinci instansiya məhkəməsində işə baxılarkən tam sübuta yetirilmişdir. Belə ki, birinci instansiya məhkəməsində təqsirləndirilən şəxs qismində dindirilərkən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 234.2-ci maddələri ilə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs özünü ona CM-nin 234.1 və 234.2-ci maddəsi ilə elan edilmiş ittihamda qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, narkotik vasitələrin satışı ilə məşğul olmur. Narkotik vasitəsini yalnız öz istifadəsi üçün əldə edir. xx.xx.2022-ci il tarixdə polis əməkdaşları tərəfindən tutulmuş və polis şöbəsinə gətirilmişdir. Narkotik vasitə və psixotrop maddələrdən istifadə etsə də heç kimə narkotik vasitə və psixotrop maddə satmamışdır. Şahid2 və Şahid1 tanıyır. Onların narkotik vasitə və psixotrop maddələrdən istifadə etməsini bilir. Lakin, o, Samir və Fəridə heç vaxt narkotik vasitə və psixotrop maddə satmamışdır. Polis şöbəsində olan vaxt polis əməkdaşlarının təzyiqi ilə üzərində narkotik vasitə və psixotrop maddə olması, Şahid2 və Şahid1 narkotik vasitə və psixotrop maddə satması barədə etirafedici ifadələr verməyə məcbur olmuşdur. Lakin şöbədə olarkən polislər tərəfindən ona heç bir fiziki güc, şiddət tətbiq edilməmişdir. Narkotik vasitə istifadə etdiyi üçün peşmandır, bir daha belə hallara yol verməyəcək. Qeyd edilənləri nəzərə alaraq ona yüngül cəza verilməsini məhkəmədən xahiş etdi. Həmçinin təqsirləndirilən şəxsin əvvəllər vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğundan təqsirləndirilən şəxs ifadə verdikdən və verilmiş suallara cavab verdikdən sonra onun məhkəməyədək icraat zamanı vermiş olduğu ifadəsi elan edilmişdir. Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı vermiş olduğu ifadəsində bildirmişdir ki, 4-5 il müddətdə narkotik vasitələrdən istifadə etmişdir. Belə ki, narkotik vasitənin əsasən “kakos” və “şüşə” kimi tanıdığı növlərdindən almışdır. Narkotik vasitəni tanımadığı şəxslərdən Bakı şəhərinin müxtəlif yerlərdindən pulla alaraq müxtəlif yolla qəbul etmişdir. Narkotik vasitə asılılığında olmuş, buna görə də əziyyət çəkmiş və bədənində ağrılar olduğuna görə qarşısını almaq üçün narkotik vasitədən istifadə etmişdir. Narkotik vasitəni doldurma yolu ilə qəbul etmişdir. Bundan başqa bir neçə dəfə üzdən tanıdığı şəxslərə narkotik vasitə satmışdır. Bir ay əvvəl internet sosial şəbəkəsində özünü İran İslam Respublikası vətəndaşı kimi təqdim edən şəxslə tanış olmuşdur. Həmin şəxs ilə danışan zaman sonuncu bildirmişdir ki, pul qarşılığında Bakı şəhərinə narkotik vasitələr göndərir. Həmin şəxslə sonuncu dəfə xatırlamadığı tarixdə telefonda danışan zaman narkotik vasitə lazım olacağını bildirib lazım olduqda narkotik vasitə göndərə biləcəyini soruşmuş, həmin şəxs də demişdir ki, pulunu əvvəlcədən deyəcəyi hesaba ödədikdən sonra istənilən qədər müxtəlif növ narkotik maddələr göndərə bilər. Həmin şəxsdən narkotik vasitə heroin və psixotrop maddə metamfetamin göndərməsini xahiş etmiş, sonuncu da bildirdiyi hesaba pul köçürdükdən sonra deyəcəyi ünvana getdikdə narkotik maddələrin fotoşəkillərini göndərəcəyini bildirmişdir. 28 və yaxud 29 aprel 2022-ci il tarixdə səhər saatlarında İran İslam Respublikası vətəndaşı ilə danışan zaman sonuncu demişdir ki, hesab deyəcək və həmin hesaba 100 manat pul ödəyəcək. Həmin günü xatırlamadığı ünvanda yerləşən dayanacaqda olan terminalın yanında həmin şəxs ilə əlaqə saxlamış və bildirdiyi hesaba 100 manat pul ödəmişdir. Terminaldan ödədiyi qəbzin fotoşəklini çəkib həmin şəxsə göndərmiş, sonra isə izi itirmək üçün qəbzi hissələrə bölərək zibil qabına atmışdır. Bundan sonra həmin şəxsin deməsi əsasında Bakı Metropoliteninin “Həzi Aslanov’' stansiyası yaxınlığına gəlmiş və gözləmişdir. Bir saat gözlədikdən sonra həmin şəxs narkotik maddələrin qoyulduğu yerin fotoşəklini atmışdır. Həmin yeri bir neçə dəqiqə ərzində metronun ətrafında gəzərək tapmış və həmin yerdən bir ədəd ağ rəngli sellofan büküm götürmüşdür. Həmin bükümü əynində olan şalvarının cibinə qoyaraq oradan uzaqlaşıb yaşadığı evə gəlmişdir. Yaşadığı evdə bükümü açmış və içərisinə baxmışdır. Bükümdə ümumilikdə 06 ədəd xırda-xırda bükümlər olmuşdur. Bükümləri açmış və içərisinə baxmışdır. Bükümlərdə narkotik vasitə heroin və psixotrop maddə metamfetamin olmasını gördükdən sonra yenidən qablaşdırmışdır. Narkotik vasitənin bir bükümünü evdə istifadə etmiş, qalan 05 ədəd bükümləri isə yenidən cibinə qoymuşdur. Gecəni evdə yatmış və səhər yuxudan oyanıb küçəyə çıxmışdır. Narkotik vasitələr şalvarının cibində olmuşdur. Kənd Əhmədli qəsəbəsində piyada yolla gedən zaman səhər saatlarında küçədə tanışı Şahid2 ilə qarşılaşmışdır. Samir ilə söhbət edən zaman sonuncuya narkotik vasitə lazım olub-olmamasını soruşmuş, Samir də istədiyini bildirdikdən sonra 10 manat pul alıb bir büküm psixotrop maddə metamfetamini Samirə satmışdır. Samir başqa pulu olmadığını bildirdiyi üçün narkotik maddəni 10 manata sonuncuya satmışdır. Bundan sonra isə oradan uzaqlaşmışdır. Yolla gələn zaman tanıdığı Şahid1 ilə rastlaşmışdır. Fərid ilə söhbət edən zaman sonuncu narkotik vasitə olubolmamasını soruşmuş, Fəridə narkotik vasitə olmasını bildirib 20 manat pul istəmişdir. Fərid 20 manat pul vermiş və sonuncuya üzərində olan narkotik vasitə bükümlərindən birini çıxarıb vermişdir. Fəridə verdiyi bükümdə narkotik vasitə heroin olmuşdur. Fərid bükümü götürüb getmişdir. Oradan uzaqlaşıb yaşadığı evə gəlməyə başlamışdır. Həmin günü saat 14:10 dəqiqədə 5-ci Rezervuar küçəsinin yaxınlığına çatdıqda iki nəfər mülki geyimli şəxslər yaxınlaşaraq xidməti vəsiqələrini göstərib Xətai RPİ-nin 34-cü PŞ-nin əməkdaşları olmasını bildirmişlər. Polis əməkdaşlarına özünü təqdim etdikdən sonra onlar narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olmağını bildirib 34-cü PŞ-nə dəvət etmişlər. Heç bir etiraz etməmiş və polis şöbəsinə gətirmişlər. Polis şöbəsində xidməti otaqların birinə vəkil dəvət edilmiş, hüquq və vəzifələri izah olunmuşdur. Sonra vəkilin və polis əməkdaşlarının iştirakı ilə videoçəkilişdən istifadə olunmaqla üzərində şəxsi axtarış aparılmışdır. Üzərində qanunsuz əşya olub-olmaması barədə sual verilmiş və olduğu halda təqdim etməyi təklif olunmuşdur. Bundan sonra əynində olan göy rəngli cins şalvarın sol yan cibindən bir ədəd ağ rəngli sellofan torbaya bükülmüş narkotik vasitə heroini və iki ədəd ağ rəngli sellofan torbada olan psixotrop maddə metamfetamini çıxarıb təqdim etmişdir. Həmin bükümlərdə nə olması və haradan əldə etməyi barədə sual verilmişdir. Bildirmişdir ki, həmin bükümlərdə narkotik vasitə heroin və psixotrop maddə metamfetamin vardır, narkotik maddələri İran İslam Respublikası vətəndaşından onlayn vasitəsilə almışdır. Narkotik maddələr satıb-satmamağı barədə sual verilmiş, bildirmişdir ki, Samir və Fərid adlı şəxslərə 20 manata narkotik vasitələr satmışdır. Üzərindən aşkar edilmiş bükümlər açılaraq baxış keçirilmişdir. Bundan sonra aşkar edilmiş narkotik vasitə elektron tərəzi ilə çəkilmiş, narkotik vasitə heroinin çəkisi 0.46 qram, metamfetaminin çəkisi isə 0.98 qram müəyyən edilmişdir. Bundan başqa üzərindən heç bir qanunsuz əşya aşkar edilməmişdir. Üzərindən aşkar edilmiş maddələr polis əməkdaşı tərəfindən zərfə qoyularaq qablaşdırılmış və möhürlənmişdir. Sonra protokol tərtib olunmuş, protokol ucadan oxunmuş, doğruluğunu o və axtarışda iştirak edən şəxslər imza edərək təsdiq etmişlər. Birinci instansiya məhkəməsində şahid qismində dindirilən Şahid1 ifadəsində göstərmişdir ki, o, tutulmamışdan təxminən iki il əvvəl narkotik vasitənin “kakos” kimi tanıdığı heroin növündən istifadə etməyə başlamış, narkotik vasitəni daima olaraq istifadə etmişdir. Yalnız əhval-ruhiyyəsi yaxşı olsun deyə narkotik vasitə əldə edərək vaxtaşırı qəbul etmişdir. Narkotik vasitəni Bakı şəhərinin müxtəlif yerlərdindən pulla alaraq doldurma yolu ilə qəbul etmişdir. Təqsirləndirilən şəxs tanıyır və sonuncu ilə mütəmadi olaraq Kənd Əhmədli qəsəbəsində görüşüb söhbət etmişlər. Ruslan da narkotik vasitə istifadə etmişdir. Onunla söhbət edən zaman biri-birilərinə narkotik vasitə istifadə etdiklərini demişlər. 30 aprel 2022-ci il tarixdə səhər saatlarında yuxudan oyanıb narkotik maddə əldə etmək üçün Kənd Əhmədli qəsəbəsi ilə piyada gedən zaman təsadüfən küçədə Ruslan ilə rastlaşmışdır. Söhbət zamanı Ruslanda narkotik vasitə olmasını öyrənib istəmişdir. Ruslan ilə bir kənara çəkilib ona 20 manat pul vermişdir. Ruslan da bir ədəd büküm vermiş və içərisində “kakos” olmasını demişdir. Bükümü açıb baxdıqda “kakos” kimi tanıdığı heroin olmasını görmüşdür. Narkotik vasitəni cibinə qoyub çıxıb getmişdir. Saat təxminən 12:35 radələrində yaşadığı ünvan 3 ünvanda yerləşən evin qarşısına çatdıqda iki nəfər mülki geyimli şəxslər yaxınlaşaraq xidməti vəsiqələrini göstərib Xətai RPİ-nin 34-cü PŞ-nin əməkdaşları olmalarını bildirmişlər. Polis əməkdaşlarına özünü təqdim etdikdən sonra narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olmağı bildirilmiş və 34-cü PŞnə dəvət edilmiş, onlara etiraz etməmiş və polis şöbəsinə gətirilmişdir. Polis şöbəsində xidməti otaqların birinə vəkil dəvət edilmiş, hüquq və vəzifələri izah olunmuşdur. Sonra vəkilin və polis əməkdaşlarının iştirakı ilə videoçəkilişdən istifadə olunmaqla üzərində şəxsi axtarış aparılmışdır. Üzərində qanunsuz əşya olub-olmaması barədə sual verilmiş və olduğu halda təqdim etməyi təklif olunmuşdur. Bundan sonra əynində olan tünd göy rəngli şalvarının sol yan cibindən bir ədəd şəffaf rəngli sellofan bükümü çıxarıb təqdim etmişdir. Həmin bükümdə nə olması barədə sual verilmiş, bu zaman o da bildirmişdir ki, həmin bükümdə narkotik vasitə heroin vardır. Həmin büküm açılaraq içərisinə baxış keçirilmiş və çərisində qara rəngli qatı halında toz şəkilində maddə olması müəyyən edilmişdir. Polis əməkdaşı tərəfindən narkotik vasitə elektron tərəzi ilə çəkilmiş və çəkisi 0.98 qram olması müəyyən edilmişdir. Həmin maddəni nə vaxt və haradan əldə etməyi barədə sual verilmişdir. O da həmin maddəni xx.xx.2022-ci il tarixdə saat 12 radələrində tanıdığı Ruslan adlı şəxsdən Əhmədli qəsəbəsində şəxsi istifadəsi üçün 20 manata aldığını bildirmişdir. Üzərindən aşkar edilmiş narkotik vasitə polis əməkdaşı tərəfindən zərfə qoyularaq qablaşdırılmış və möhürlənmişdir. Sonra protokol tərtib olunmuş, protokol ucadan oxunmuş, doğruluğunu axtarışda iştirak edən şəxslər imza edərək təsdiq etmişdir. Üzərindən aşkar edilmiş narkotik vasitəni şəxsi istifadəsi üçün əldə etmişdir. Həmin narkotik vasitədən başqa heç bir yerdə hər hansı bir növ narkotik maddə saxlamamışdır. Üzərində narkotik maddələr olmağı və gəzdirməyi barədə heç kimin məlumatı olmamışdır. Ruslanın narkotik vasitəni haradan və hansı yolla əldə etməsini bilməmişdir. Birinci instansiya məhkəməsində şahid qismində dindirilən Şahid2 ifadəsində göstərmişdir ki, o, tutulmamışdan bir neçə ay əvvəl narkotik vasitənin “kakos” və “şüşə” kimi tanıdığı növündən istifadə etmişdir. Narkotik vasitəni mütəmadi olaraq tanımadığı şəxslərdən Bakı şəhərinin müxtəlif yerlərindən pulla alaraq doldurma yolu ilə qəbul etmişdir. Narkotik vasitələrin asılılığında olmamış, yalnız əhval-ruhiyyəsi yaxşı olsun deyə narkotik vasitədən vaxtaşırı qəbul etmişdir. X6 tanıyır və onu çox nadir hallarda görüşmüşdür. 30 aprel 2022-ci il tarixdə səhər saatlarında yuxudan oyanıb narkotik maddə əldə etmək üçün Kənd Əhmədli qəsəbəsinə gəlmiş, piyada “Əhmədli” metrostansiyası yaxınlığına gedən zaman Təqsirləndirilən şəxs görmüş, söhbət zamanı Ruslanda narkotik vasitə olmasını bilib ondan 10 manata bir büküm “şüşə” kimi tanıdığı metamfetamin almışdır. Ruslandan narkotiki haradan almasını soruşmamış və oradan çıxıb getmişdir. Saat 14:30 radələrində Xətai rayonu, 3-cü Əhmədli küçəsinin yaxınlığında olan zaman iki nələr mülki geyimli şəxslər ona yaxınlaşaraq xidməti vəsiqələrini göstərib Xətai RPİ-nin 34cü PŞ-nin əməkdaşları olmasını, onun narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olmasını bildirib 34-cü PŞ-yə dəvət etmişlər. Polis şöbəsində vəkil dəvət edilmiş, ona hüquq və vəzifələri izah olunmuş, xidməti otaqların birində vəkilin və polis əməkdaşlarının iştirakı ilə videoçəkilişdən istifadə olunmaqla üzərində şəxsi axtarış aparılmış, üzərində qanunsuz əşya olub-olmaması barədə sual verilmiş və olduğu halda təqdim etməyi təklif olunmuşdur. Bundan sonra əynində olan tünd göy rəngli cins şalvarının sağ yan cibindən bir ədəd şəffaf rəngli sellofana bükülmüş bükülünü çıxarıb təqdim etmişdir. Həmin bükümdə nə olması və haradan əldə edilməsi barədə sual verilmiş, bu zaman o da bildirmişdir ki, həmin bükümdə metamfetamin vardır. Həmin büküm açılaraq içərisinə baxış keçirilmiş və içərisində ağ rəngli kristal şəkilli maddə olması müəyyən edilmişdir. Polis əməkdaşı tərəfindən aşkar edilmiş maddə elektron tərəzi ilə çəkilmiş və çəkisinin 0.85 qram olması müəyyən edilmişdir. Həmin maddəni nə vaxt və haradan əldə etməyi barədə sual verilmişdir. O da həmin maddəni xx.xx.2022-ci il tarixdə saat 11 radələrində tanıdığı Ruslan adlı şəxsdən Əhmədli qəsəbəsində şəxsi istifadəsi üçün 10 manata aldığını bildirmişdir. Üzərindən aşkar edilmiş psixotrop maddə polis əməkdaşı tərəfindən zərfə qoyularaq qablaşdırılmış və möhürlənmişdir. Sonra protokol tərtib olunmuş, protokol ucadan oxunmuş, doğruluğunu axtarışda iştirak edən şəxslər imza edərək təsdiq etmişdir. Üzərindən aşkar edilmiş metamfetamini şəxsi istifadəsi üçün əldə etmiş, həmin psixotrop maddədən başqa heç bir yerdə hər hansı növ narkotik vasitə və ya psixotrop maddə saxlamamışdır. Ruslanın narkotik vasitəni haradan və hansı yolla əldə etməsini, onun başqa şəxslərə narkotik satıb-satmamasını bilməmiş və görməmişdir Birinci instansiya məhkəməsində şahid qismində dindirilən Şahid3 ifadəsində göstərmişdir ki, Xətai RPİ-nin 34-cü Polis Şöbəsinin Cinayət Axtarış Üzrə əməliyyat müvəkkili vəzifəsində işləyir və polis mayoru rütbəsindədir. 30 aprel 2022-ci il tarixdə Ruslan adlı şəxsin qanunsuz olaraq narkotik vasitələrin qəbulu, üzərində daşıması və satması barədə etimad doğuran məlum və qərəzsiz mənbədən polis şöbəsinə məlumat daxil olmuşdur. Həmin məlumatın yoxlanılması və Ruslan adlı şəxsin ətrafında əməliyyat tədbirlərinin keçirilməsi barədə polis şöbəsinin rəisinə raportla məruzə edilmiş, rəis tərəfindən həmin məlumatın qanuna uyğun formada yoxlanılmasına icazə verilmişdir. Ruslan adlı şəxsin qanunsuz olaraq narkotik vasitə saxlamasına və satmasına görə onun ifşa edilməsi məqsədi ilə ətrafında əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərar qəbul edilmiş, qərarın icrası məqsədilə əməliyyat qrupu yaradılmış, Ruslan adlı şəxsin ətrafında əməliyyat tədbirləri keçirilməyə başlanılmış, həmin qrupun rəhbəri özü, üzvü isə şöbənin Cinayət Axtarış üzrə əməliyyat müvəkkili, polis leytenantı Şahid4 təyin olunmuşdur. Həmin gün Şahid4 ilə birlikdə məlumata əsasən Xətai rayonu, 5-ci Rezervuar küçəsinin yaxınlığına gəlmiş, saat 14:10 radələrində şəxsi əlamətlərinə görə Ruslan oxşatdıqları şəxsə yaxınlaşmışlar. Ona xidməti vəqisələrini göstərib özlərini təqdim etmiş, ondan da özünü təqdim etməsini xahiş etmişlər. Həmin şəxs də adının Ruslan oğlunu bildirmiş, onlar da Ruslana narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olmasını bildirib onu Xətai RPİ-nin 34-cü PŞ-nə dəvət etmiş, birlikdə polis şöbəsinə gəldikdən sonra şöbədə “Ruslan” adlı şəxsin şəxsiyyətini dəqiqləşdirmiş, daha sonra xidməti otaqların birində ona hüquq və vəzifələri izah edilmiş, vəkil dəvət edilmiş və vəkilin iştirakı ilə videoçəkilişdən istifadə edilməklə üzərində şəxsi axtarış aparılmağa başlanılmışdır. Şəxsi axtarışdan öncə Təqsirləndirilən şəxs üzərində dövriyyəsi qanunla qadağan olunmuş əşyalar olduğu halda onları təqdim etməsi təklif etmiş, bu təklifdən sonra o, əynində olan göy rəngli cins şalvarının sol yan cibindən üç ədəd ağ rəngli sellofan bükümü çıxarıb masanın üzərinə qoymuş, bükümlərdən birinin içərisində heroin, digərlərində isə metamfetamin olduğunu, onları həm şəxsi istifadə, həm də satış məqsədilə “Həzi Aslanov” metrostansiyası yaxınlığında İran İslam Respublikası vətəndaşı kimi bildiyi tanımadığı şəxsdən aldığını bildirmişdir. Sonuncu dəfə kimlərə narkotik vasitə satdığı soruşulduqda isə həmin günü günorta saatlarında Fərid və Samir adlı şəxslərə satdığını qeyd etmişdir. Aşkar edilmiş sellofan maddələr elektron tərəzi ilə çəkilmiş, qəhvəyi rəngli tozşəkilli maddənin çəkisinin 0.45 qram, ağ rəngli kristal şəkilli madənin çəkisinin isə 0.98 qram olması müəyyən edilmiş, həmin maddələr kağız zərfə qoyulub qablaşdırılmış, zərfin üzəri möhür ilə möhürlənmiş, iştirakçılar tərəfindən imzalanmışdır. Birinci instansiya məhkəməsində şahid qismində dindirilən Şahid4 digər Şahid3 ifadəsi ilə oxşar məzmunlu ifadə verərək onun qeyd etdiyi xüsusatları bir daha təsdiq etmişdir. İş materiallarında olan cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında 01 may 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-in 234.1 və 234.2-ci maddələri, Şahid1 və Şahid2 barəsində isə Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanılmış və icraata qəbul edilmişdir. İş materiallarında olan şübhəli şəxsin tutulması haqqında 30 aprel 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində xx.xx.2022ci il tarixdə tutulmuş, azadlığı faktiki olaraq həmin tarixdə saat 14:10-dan məhdudlaşdırılmışdır İş materiallarında olan şəxsi axtarış və götürmə aparılması haqqında 30 aprel 2022ci il tarixli protokoldan görünür ki, Bakı şəhəri Xətai RPİ-nin 34-cü PŞ-in təhqiqatçısı, polis baş leytenantı X8, Bakı şəhəri Xətai RPİ-nin 34-cü PŞ-in əməliyyat müvəkkili, polis mayoru Şahid3, Bakı şəhəri Xətai RPİ-nin 34-cü PŞ-in əməliyyat müvəkkili, polis leytenantı Şahid4, barəsində şəxsi axtarış və götürmə aparılan şübhəli şəxs Təqsirləndirilən şəxs, müdafiəçi Bakı şəhəri 13 saylı vəkil bürosunun vəkili X9 iştirakları ilə şəxsi axtarış və götürülmə aparılmış, bu barədə müvafiq protokol tərtib olunmuşdur. Şəxsi axtarış və götürmə başlamazdan əvvəl bütün iştirakçılar bu prosessual hərəkətin aparılması zamanı “İphone” markalı mobil telefondan istifadə olunmaqla video çəkilişin həyata keçirilməsi barədə xəbərdar edilmişdir. Şəxsi axtarış və götürmə aparılmasından əvvəl barəsində axtarış və götürmənin aparıldığı şübhəli şəxs Təqsirləndirilən şəxs bu barədə qərarla tanış edərək paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri təqdim edilməsi təklif edilmiş, bu təklifdən sonra Təqsirləndirilən şəxs əynindəki göy rəngli cins şalvarının sol yan cibindən 1 ədəd ağ rəngli sellofan torbaya bükülmüş qəhvəyi rəngli, toz şəkilli, narkotik vasitə heroinə bənzər maddə və 2 ədəd ağ rəngli sellofan torbaya bükülmüş, ağ rəngli, kristal formalı psixotrop maddə metamfetaminə bənzər maddələri təqdim etmişdir. Təqsirləndirilən şəxs həmin maddələrin nə olması soruşulduqda, o, 1 ədəd ağ rəngli sellofan torbaya bükülmüş qəhvəyi rəngli kütlənin heroin, digərlərinin isə metamfetamin olmasını bildirmiş, onları tanımadığı İran İslam Respublikasının vətəndaşından online yolla həm şəxsi istifadəsi üçün, həm də satış məqsədi ilə əldə etdiyini qeyd etmişdir. Götürülmüş maddələr elektron tərəzidə çəkilmiş, müəyyən edilmişdir ki, həmin kütlələrdən ağ rəngli sellofan torbaya bükülmüş qəhvəyi rəngli maddənin çəkisi 0,46 qram, iki bükümdə olan sellofan torbalara bükülmüş ağ rəngli kristal formalı maddələrin çəkisi 0,98 qramdır. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 1 may 2022-ci il tarixli, 6/2525 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Zərflər üçün №152” dairəvi möhür əksi olan “Təqsirləndirilən şəxs” sözləri, ad soyad və imzalar qeyd edilmiş bir ədəd zərfdə bir ədəd bükümdə təmiz çəkisi 0,365 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Digər iki bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 0,377 qram; 0,391 qram ümumi təmiz çəkisi 0,768 qram olan ağ rəngli kristallik maddə xarici görünür əlamətlərinə və kimyəvi komponent tərkibinə görə eyni olub, kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamindir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in siyahısına (Siyahı İ) daxildir. Metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələri”-in siyahısına (Siyahı İİ) daxildir. Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında 02 may 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1 və 234.2-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və həmin maddələrlə ona ittiham elan edilmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 4(011)-234/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş, həbsdə saxlama müddəti 03 (üç) ay həddində müəyyən edilmiş, həsb etmənin əvvəli 30 aprel 2022-ci il tarixdən hesablanmışdır. Axtarış aparılması haqqında 02 may 2022-ci il tarixli protokoldan görünür ki, Xətai RPİ-nin İŞ-in baş müstəntiqi, polis polkovnik leytenantı X1, Təqsirləndirilən şəxs, müdafiəçi-Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili X9, hal şahidləri X2,X3 iştirakları ilə ünvan 4 ünvanda yerləşən mənzildə axtarış aparılmış, axtarış zamanı sözügedən mənzildə qanunsuz heç bir əşya müəyyən edilməmişdir. Keçirilmiş istintaq hərəkəti protokollaşdırılmış və proses iştirakçılarının imzaları ilə düzgünlüyü təsdiq edilmiş, axtarış zamanı çəkilər fotoşəkillər protokola əlavə edilmişdir. Diskə baxış keçirilməsi haqqında 02 may 2022-ci il tarixli protokoldan görünür ki, Xətai RPİ-nin istintaq şöbəsinin müstəntiqi, polis polkovnik leytenantı X7 tərəfindən Təqsirləndirilən şəxs və müdafiəçi X9 iştirakları ilə “CD” diskə baxış keçirilmişdir. Baxış zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarının sol yan cibindən 1 ədəd ağ rəngli sellofan torbaya bükülmüş qəhvəyi rəngli, toz şəkilli, narkotik vasitə heroinə bənzər maddə və 2 ədəd ağ rəngli sellofan torbaya bükülmüş, ağ rəngli, kristal formalı psixotrop maddə metamfetaminə bənzər maddələri təqdim edərək 1 ədəd ağ rəngli sellofan torbaya bükülmüş qəhvəyi rəngli kütlənin heroin, digərlərinin isə metamfetamin olmasını bildirmiş, onları tanımadığı İran İslam Respublikasının vətəndaşından online yolla həm şəxsi istifadəsi üçün, həm də satış məqsədi ilə əldə etdiyini qeyd etmişdir. Götürülmüş kütlə elektron tərəzidə çəkilmiş və həmin kütlələrdən ağ rəngli sellofan torbaya bükülmüş qəhvəyi rəngli maddənin çəkisinin 0,46 qram, iki bükümdə olan sellofan torbalara bükülmüş ağ rəngli kristal formalı maddələrin çəkisinin 0,98 qram olması müəyyən edilmişdir Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X17 Şəxsi ambulator məcburi-narkoloji tibbi yoxlamanın xx.xx.2022-ci il tarixli, 2476 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs Opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserdə qeydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat Statistika və İnformasiya İdarəsindən alınmış xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu barədə məlumat yoxdur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 6 iyun 2022-ci il tarixli, 6/2686 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi №65” dairəvi möhür əksləri olan “6/2521... 1 may 2022-ci il...” sözləri soyad və imza qeyd edilmiş, “6/2524... 1 may 2022-ci il...” sözləri soyadlar və imzalar qeyd edilmiş və “6/2525...1 may 2022-ci il...” sözləri soyadlar və imzalar qeyd edilmiş üç ədəd kağız paketdə olan; bir ədəd bükümdə təmiz çəkisi 0,725 qram olan heroin ilə bir ədəd bükümdə təmiz çəkisi 0,315 qram olan heroin xarici görünüş əlamətlərinə və kimyəvi komponent tərkibinə görə eynilik təşkil edir. Bir ədəd bükümdə təmiz çəkisi 0,697 qram olan metamfetamin ilə iki ədəd bükümdə ümumi təmiz çəkisi 0,668 qram olan metamfetaminlər xarici görünüş əlamətlərinə və kimyəvi komponent tərkibinə görə eynilik təşkil edir. Cinayət işinin ayrılması və icraata qəbul edilməsi haqqında 16 iyun 2022-ci il tarixli qərardan görünür ki, cinayət işinin materiallarından Şahid1 barəsində Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə ayrıca icraata cinayət işi ayrılmış, ayrılmış cinayət işinə ********* nömrəsi verilmişdir. Cinayət işinin ayrılması və icraata qəbul edilməsi haqqında 16 iyun 2022-ci il tarixli qərardan görünür ki, cinayət işinin materiallarından Şahid2 barəsində Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə ayrıca icraata cinayət işi ayrılmış, ayrılmış cinayət işinə ********* nömrəsi verilmişdir. Təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi haqqında 16 iyun 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs elan edilmiş ittihamın məzmununa əlavələr və dəyişikliklər edilmiş, Azərbaycan Respublikası CM-in 234.1 və 234.2-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə yenidən ittiham elan edilmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 1(011)-189/2022 saylı, xx.xx.2022-ci il tarixli hökmdən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.1- ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinmiş və ona 02 (iki) il 03 (üç) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 17 yanvar 2022-ci il tarixdən 19 yanvar 2022-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla 04 (dörd) gün azadlığın məhdudlaşdırılması cəzası ona təyin edilmiş 02 (iki) il 03 (üç) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasından çıxılmış və üzərində 02 (iki) il 02 (iki) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır. Hökm 10 may 2022-ci il tarixdə qanuni qüvvəsini almış, icra olunması üçün Bakı şəhər Probasiya İdarəsinə həvalə edilmişdir. Məhkəmə iclasında tərəflərin iştirakı ilə videogörüntülər tədqiq edilmiş, videogörüntülərdə Təqsirləndirilən şəxs barəsində şəxsi axtarış aparıldığı, hüquq və vəzifələri izah edildiyi, üzərində hər hansı qanunsuz əşya olduğu təqdirdə həmin əşyanı təqdim etməsinin təklif edildiyi, Təqsirləndirilən şəxs əynindəki göy rəngli cins şalvarının sol yan cibindən 1 ədəd ağ rəngli sellofan torbaya bükülmüş qəhvəyi rəngli, toz şəkilli, narkotik vasitə heroinə bənzər maddə və 2 ədəd ağ rəngli sellofan torbaya bükülmüş, ağ rəngli, kristal formalı psixotrop maddə metamfetaminə bənzər maddələri təqdim edərək 1 ədəd ağ rəngli sellofan torbaya bükülmüş qəhvəyi rəngli kütlənin heroin, digərlərinin isə metamfetamin olmasını bildirməsi, həmin bükümlərin elektron tərəziyə qoyularaq çəkisinin müəyyən edilməsi, həmin bükümlərin zərfə qoyularaq möhürlənməsi müəyyən edilmişdir. Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.2-ci maddəsində nəzərdə tutulan cinayətləri törətməkdə ittiham olunaraq təqsirli bilindiyi əməli törətməsi ibtidai istintaq zamanı verdiyi öz ifadələri, şahidlərin ifadələri, iş üzrə toplanmış digər sübutlarla, o cümlədən onun üzərinə baxış keçirilməsinə, baxış zamanı Təqsirləndirilən şəxs əynindəki göy rəngli cins şalvarının sol yan cibindən 1 ədəd ağ rəngli sellofan torbaya bükülmüş qəhvəyi rəngli, toz şəkilli, narkotik vasitə heroinə bənzər maddə və 2 ədəd ağ rəngli sellofan torbaya bükülmüş, ağ rəngli, kristal formalı psixotrop maddə metamfetaminə bənzər maddələri təqdim etməsinə, ondan həmin maddələrin nə olması soruşulduqda, onun 1 ədəd ağ rəngli sellofan torbaya bükülmüş qəhvəyi rəngli kütlənin heroin, digərlərinin isə metamfetamin olmasını bildirməsinə, onları tanımadığı İran İslam Respublikasının vətəndaşından online yolla həm şəxsi istifadəsi üçün, həm də satış məqsədi ilə əldə etdiyini qeyd etməsinə, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş maddələrin zərfə qoyularaq qablaşdırılması, möhürlənməsi və zərfin bütün iştirakçılar tərəfindən imzalanmasına dair şəxsi axtarış və götürmə haqqında 30 aprel 2022-ci i il tarixli protokol; Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 1 may 2022-ci il tarixli, 6/2525 nömrəli ekspert rəyi və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 06 iyun 2022-ci il tarixli, 6/2686 nömrəli ekspert rəyi ilə və digər sübutlarla da tam təsdiq olunur. Məhkəmə kollegiyasının gəldiyi qənaətə görə ibtidai istintaq orqanı tərəfindən toplanmış və birinci instansiya məhkəməsi tərəfindən tədqiq edilmiş yuxarıda sadalanan sübutların şübhə altına alınması üçün hər hansı əsas mövcud deyildir və həmin sübutlar əsaslı olaraq birinci instansiya məhkəməsi tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsini təsdiq edən mötəbər sübutlar kimi qəbul edilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi ilə bağlı yekun nəticəyə gələrkən ibtidai istintaq orqanı tərəfindən toplanmış və məhkəmə iclasında araşdırılıb qiymətləndirilən sübutlara düzgün istinad etmişdir. Bu barədə məhkəmənin hökmündə təqdim olunan sübutlar tədqiq edilmiş, sübutlara hüquqi qiymət verilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234-cü maddəsindən görünür ki, satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma həmin maddədə nəzərdə tutulmuş cinayətin tərkibini yaradır. Apellyasiya instansiya məhkəməsində məhkəmə baxışı zamanı məhkəmə kollegiyası cinayət işinin materiallarını bir daha təhlil edərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə elan edilmiş ittihamla bağlı istər ibtidai araşdırma orqanı, istərsə də işə baxmış birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 143-146-cı maddələrinin tələblərinə əməl edərək onun ittiham olunduğu cinayətin törədilməsində təqsirli bilinməsi haqda mötəbər nəticəyə gəlmək üçün kifayət qədər sübutlar toplamış və bu sübutların hər birinin mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi qiymətləndirilərək işin faktiki hallarına uyğun olan yekun məhkəmə qərarı qəbul edilmişdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il tarixli qərarının 9-cu bəndində tövsiyə edilir ki, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Göründüyü kimi, Ali Məhkəmə Plenumunun qərarında təqsirkarın narkotik vasitələri satmaq niyyətində olmasını müəyyən etmək üçün təkcə narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi deyil, bununla yanaşı, digər, yəni istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, onların hazırlanması üçün avadanlığın olması və s. halların da nəzərə alınması tövsiyə edilir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.11-ci maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması dedikdə, miqdarından asılı olmayaraq, Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər başa düşülür. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Qeyd olunan maddəyə münasibətdə işin faktiki halları və əməlin hüquqi tövsifi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsində nəzərdə tutulmuş əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs həmin maddəyə münasibətdə cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar mövcud deyildir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs özünü Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirli bilməməsi, əməlinin Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə tövsif edilməsi, Şahid2 və Şahid1 psixotrop maddə satmaması, ona fiziki təzyiqlər edilməsi barədə apellyasiya şikayətinin dəlillərini, həmçinin işin hallarını şübhə altına alan digər fikirlərini onun cinayət məsuliyyətindən yayınmaq, işin hallarını təhrif etməyə cəhd etmək məqsədi ilə göstərdiyi fikirləri kimi qiymətləndirir. Məhkəmə kollegiyası həmçinin birinci instansiya məhkəməsinin bununla bağlı gəldiyi nəticəni əsaslı hesab edir. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ittiham irəli sürülmüş və birinci instansiya məhkəməsi tərəfindən o, həmin maddə ilə də təqsirli bilinərək məhkum edilmişdir ona görə ki, Bakı şəhəri Xətai RPİ-nin 34-cü Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində 30 aprel 2022ci il tarixdə, saat 14:10 radələrində Təqsirləndirilən şəxs Xətai rayonu, 5-ci Rezervuar küçəsi yaxınlığında saxlanılıb Xətai RPİ-nin 34-cü PŞ-nin inzibati binasına gətirilərək orada videoçəkilişdən istifadə edilməklə polis əməkdaşları və müdafiəçisinin iştirakı ilə üzərində şəxsi axtarış və götürmə aparılan zaman onun üzərindən satış məqsədi olmadan istintaqa məlum olmayan mənbədən qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib, üzərində saxlamaqla daşıdığı bir ədəd şəffaf rəngli sellofan bükümdə təmiz çəkisi 0,365 qram olan qəhvəyi rəngli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə heroin və iki ədəd ağ rəngli sellofan torbada ayrı-ayrılıqda təmiz çəkiləri 0,377 qram və 0,391 qram olmaqla ümumi təmiz çəkisi 0,768 qram olan ağ rəngli kristallik madə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin əynindəki göy rəngli cins şalvarın sol yan cibindən aşkar edilərək götürülmüşdür. İşin faktiki hallarından göründüyü kimi Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən qanunsuz olaraq satış məqsədilə xarici görünüş əlamətlərinə və kimyəvi komponent tərkibinə görə eynilik təşkil edən üç büküm ümumi təmiz çəkisi 1,515 qram psixotrop maddə metamfetamin və üç büküm narkotik vasitə heroin əldə etikdən sonra heroinin bir bükümünü istifadə etmiş, ümumi təmiz çəkisi 1,14 qram qalan iki büküm heroini üzərində saxlamaqla daşımış, 30 aprel 2022-ci il tarixdə bir büküm 0,747 qram psixotrop maddə metamfetamini 10 manat pul müqabilində tanışı Şahid2, bir büküm 0,775 qram heroini isə 20 manat pul müqabilində tanışı Şahid1 satmış, narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı daxil olmuş əməliyyat məlumatı əsasında Bakı şəhəri Xətai RPİ-nin 34-cü Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində 30 aprel 2022-ci il tarixdə, saat 14:10 radələrində Xətai rayonu, 5-ci Rezervuar küçəsi yaxınlığında saxlanılıb Xətai RPİ-nin 34-cü PŞ-nin inzibati binasına gətirilərək orada videoçəkilişdən istifadə edilməklə polis əməkdaşları və müdafiəçisinin iştirakı ilə üzərində şəxsi axtarış və götürmə aparılan zaman onun üzərindən bir ədəd şəffaf rəngli sellofan bükümdə təmiz çəkisi 0,365 qram olan qəhvəyi rəngli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə heroin və iki ədəd ağ rəngli sellofan torbada ayrı-ayrılıqda təmiz çəkiləri 0,377 qram və 0,391 qram olmaqla ümumi təmiz çəkisi 0,768 qram olan ağ rəngli kristallik madə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin əynindəki göy rəngli cins şalvarın sol yan cibindən aşkar edilərək götürülmüşdür. İşin faktki hallarından da göründüyü kimi Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən, 30 aprel 2022-ci il tarixdə, 1,515 qram psixotrop maddə metamfetamin və üç büküm narkotik vasitə heroin ədlə etmişdir. Təqsirləndirilən şəxs qeyd edilən qanunsuz hərəkətə yol verdiyi andan onun AR CM-nin 234.2-ci maddəsi ilə nəzərədə tutulan cinayət tərkibi yaranmışdır.CM-nin 234.2-ci maddəsi alternativ tərkibli cinayət tərkiblərinə aiddir. Yəni həmin maddədə satış məqsədiylə əldə etmə, daşıma, gəzdirəmə, emal etmə, hazırlama ilə yanaşı satış kimi alternativ tərkib də nəzərdə tutulmuşdur. İşin faktiki halları ilə cinayət tərkibinin əlamətlərinin uyğunlaşdırılması zamanı məhkəmə qeyd edir ki, bu halda Təqsirləndirilən şəxs 06 bükümü əldə etdiyi andan onun 234.2-ci maddəsi ilə nəzərdə tutulan cinayəti başa çatmışdır. Qeyd edilən tərkibdəki satış məqsədi ilə əldə etməni Təqsirləndirilən şəxs sonrakı iki hərəkəti ilə satışı həyata keçirməsi də təsdiq edir. Lakin bu hərəkətlərin davamı olaraq onun üzərindən 06 bükümdən yerdə qalan 03 bükümün aşkar edilməsi cinayətlərin məcmusnu yaratmır və 234.2-ci maddənin tərkibi ilə əhatə olunur. Məhkəmə qeyd edilən hala davam edən cinayət kimi qiymət verir. Yəni Təqsirləndirilən şəxs vahid niyyətlə, yəni satış məqsədi ilə 03 büküm herion və 03 büküm metamfitamini əldə etmiş, onun birini istifadə etmiş, niyyətini həyata keçirmək üçün 2 bükümünü satmiş, 03 bükümü isə üzərində aşkar edilmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs narkotik və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə bağlı əməlləri AR CM-nin 234.2-ci maddəsi ilə tam əhatə olunduğundan ona Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə əlavə ittiham verilməsinə və təqsirli bilinməsinə heç bir əsas olmamışdır. Məhkəmə tərkibi qeyd edir ki, Cinayət qanunun tətbiqi zamanı onun prinsiplərinin pozulması yolverilməzdir. CM-nin 8.2-ci maddəsinə görə heç kəs eyni bir cinayətə görə 2 dəfə cinayət məsuliyyətinə cəlb edilə bilməz. 1-ci instansiya məhkəməsinin hökmündən görünür ki Təqsirləndirilən şəxs eyni, davam edən cinayətə görə, (cinayətlərin ideal məcmusunu yaratmadan) təkrar məsuliyyətə cəlb edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən, satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma həmin cinayətin tərkibini yaradır. Göstərilənləri nəzərə alaraq məhkəmə kollegiyası belə qənaətə gəlir ki, axtarış zamanı məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs üzərində aşkar olunaraq götürülmüş narkotik və psixotrop maddələrin satış məqsədi ilə əldə etməsi və saxlaması ilə bağlı əməli Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə tam əhatə olunduğundan, üzərindən tapılmış narkotik və psixotrop maddələrin satış məqsədi olmadan saxlaması ilə bağlı onun əməlində Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin tərkibi yoxdur. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirli bilinməsinə dair iş üzrə toplanmış sübutların məcmusuna düzgün istinad etməklə obyektiv, əsaslı hüquqi nəticəyə gəlsə də, onu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilməkdə səhvə yol vermişdir. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» Qanunla təsdiq edilmiş “Narkotik vasitələr” adlı İ siyahının 5-ci qrafasına əsasən təmiz çəkisi 0,365 qram olan heroin və «Psixotrop maddələr» adlı İİ siyahının 67-ci qrafasına əsasən ümumi təmiz çəkisi 0,768 qram olan metamfetamin şəxsi istehlak miqdarından artıq miqdar hesab olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin cinayət məsuliyyətinin əsaslarını müəyyən edən 3-cü maddəsində deyilir ki, yalnız Azərbaycan Respublikasının CM ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyətini yaradır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquqi normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir.Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyətli olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Odur ki, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə məhkum olunmasını, cinayət qanunun düzgün tətbiq edilməməsi kimi qiymətləndirir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 42.1-ci maddəsinin tələbinə görə cinayət hadisəsi olmadıqda, əməldə cinayət tərkibi olmadıqda, cinayətin törədilməsinə aidiyyəti olmadıqda, həmçinin təqsirliliyi sübuta yetirilmədikdə məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü çıxarılır. Həmin Məcəllənin 42.2.2-ci maddəsinə əsasən bu məcəllənin 42.1.2-ci maddəsində nəzərdə tutulmuş əsaslara görə təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi olmadıqda və ya əməlin cinayət olmasını aradan qaldıran hallar mövcud olduqda məhkəmə bəraət hökmü çıxarır. Məhkəmə kollegiyası hesab edir ki, Azərbaycan Respublikası Cinayət Prossesual Məcəlləsinin 42.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi olmadığına görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ona bəraət verilməli və Təqsirləndirilən şəxs apellyasiya şikayətləri təmin edilməməli, iş üzrə yeni hökm çıxarılmalıdır. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətlərində qeyd olunan hallar onun cəzasının daha aşağı həddə yüngülləşdirilməsi, barəsində təyin edilmiş cəzanın azaldılması, azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan cəza növü ilə əvəz edilməsi və cəza çəkməkdən azad olunması üçün əsas ola bilməz. Lakin 1-ci instansiya məhkəməsi əməlin tövsifinə düzgün hüquqi qiymət vermədiyindən, təqsirləndirilən şəxsə bunun nəticəsində səhvən CM-nin 66-cı maddəsinə istinad edərək cinayətlərin məcmusu qaydasında cəza təyin etmişdir ki, məhkəmə qeyd edilən halı düzgün hesab etmir və qeyd edir ki, yeni hökm çıxarıldığından Təqsirləndirilən şəxs təqsirli bilindiyi 234.2-ci maddəsi ilə cəza təyin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsinin sanksiyasından görünür ki, həmin cinayət əməllərini törətməyə görə üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə görə isə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsinin sanksiyasından görünür ki, həmin cinayət əməlini törətməyə görə üç ildən yeddi ilədək müddətə müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Həmin Məcəllənin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Həmin Məcəllənin 68.1.1-1-ci maddəsinə əsasən cinayətlərin məcmusu və hökmlərin məcmusu üzrə cəzalar qismən və ya tamamilə toplanılarkən azadlıqdan məhrum etmənin bir gününə azadlığın məhdudlaşdırılmasının iki günü bərabər tutulur. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 saylı, 25 iyun 2003-cü il tarixli qərarının 2-ci bəndində həmçinin göstərilir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Təqsirləndirilən şəxs əməlində cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsiri nəzərə alınmalıdır. Məhkəmə kollegiyası Təqsirləndirilən şəxs əvvəllər də oxşar məzmunlu cinayət törətməsini, həmin cinayətə görə barəsində ittiham hökmü çıxıb cəza təyin edilsə belə yenidən qəsdən cinayət törətməsini, digər cəza ilə cəzanın məqsədinə nail olunmamasını, təqsirkarın şəxsiyyətini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsin islah olunması yalnız onun cəmiyyətdən təcrid edilməsi yolu ilə mümkün olduğuna görə ona müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri az ciddi cəza növünün cəzanın məqsədlərini təmin edə bilməməsi nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan daha ciddi cəza növü olan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu tarixindən hesablanmalı, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, barəsində narkomaniyadan məcburi müalicə təyin edilməli, ərazi narkoloji dispanserdə qeydiyyata alınmalı, iş üzrə maddi sübut kimi tanınan narkotik vasitə və psixotrop maddə hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, iş üzrə maddi sübut - 01 (bir) ədəd disk iş materiallarında saxlanılmalı, ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə kollegiyası hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 399.1.4-cü maddəsinə əsasən cinayət qanunu normasının düzgün tətbiq edilməməsi, birinci instansiya məhkəməsinin hökm və ya qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Məhkəmə kollegiyası eyni zamanda hesab edir ki, açıq, qərəzsiz, obyektiv və ədalət mühakiməsinin başqa prinsiplərinə əməl edilməklə keçirilmiş məhkəmə istintaqında məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs müdafiə hüquqları, həm də Azərbaycan Respublikasının Konstitusiyasında, beynəlxalq müqavilələrdə və Azərbaycan Respublikasının Cinayət-Prosessual Qanunvericiliyində, o cümlədən CPM-nin 91-ci maddəsində nəzərdə tutulmuş digər hüquqları tam həcmdə təmin edilmiş və məhkəmə baxışı zamanı hər hansı kobud prosessual qanun pozuntusuna yol verilməmişdir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 42.1.4, 397, 398, 399.1.4, 401.1.2, 407 və 410-cu maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası, Hökm etdi: Məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi2 tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1 və 234.2-ci maddələri ilə məhkum edilməsinə dair Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 23 sentyabr 2022-ci il tarixli hökmü ləğv edilsin. Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi olmadığına görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ona bəraət verilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona Azərbaycan Respublikasının CM-nin 234.2-ci maddəsi ilə 04 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 68.1.1-1-ci maddəsinə əsasən Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 18 aprel 2022-ci il tarixli 1(011)-189/2022 saylı hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş və çəkilməmiş qalan 02 (iki) il 02 (iki) ay 26 (iyirmi altı) gün azadlığın məhdudlaşdırılması cəzasının iki günü azadlıqdan məhrum etmənin bir gününə hesabı ilə hesablanmaqla 01 (bir) il 01 (bir) ay 13 (on üç) gün azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən hazırkı hökm üzrə təyin edilmiş 04 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanılmaqla ona qəti olaraq 04 (dörd) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəza çəkmə müddətinin əvvəli 30 aprel 2022-ci il tarixdən hesablansın. İş üzrə maddi sübut ekspertiza tədqiqatından sonra qalan Bakı şəhəri Xətai Rayon Polis İdarəsində saxlanılan 0.285 qram narkotik vasitə heroin və 0,608 qram psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Ekspertiza tədqiqatının dəyəri 130 (yüz otuz) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübut– 01 ədəd disk iş materiallarında saxlanılsın. Hökm qəbul edildiyi andan dərhal sonra qanuni qüvvəyə minir. Hökmdən Azərbaycan Respublikası CPM-nin 410-cu maddəsində nəzərdə tutulmuş müddətdə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər. Sədrlik edən: Fərid Əyyubov Hakimlər: Emin Mehdiyev Elmar Rəhimov
Məhkəmə qərarları › İş №1(103)-110/2023
Bakı Apellyasiya Məhkəməsi Hökm — İş №1(103)-110/2023
24.01.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver