Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(103)-1100/2021 09.07.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər İbrahimli İbrahim Adil oğlunun sədrliyi və məruzəsi ilə, Babayev Zəki Baba oğlu və Şirinov Ziya Allahverdi oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X3, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı Şöbəsinin apellyasiya məhkəməsində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X5, X2, Məhkum olunmuş şəxs Təqsirləndirilən şəxs oğlunun iştirakları ilə, Təqsirləndirilən şəxs oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1 və 228.4-cü maddələri ilə məhkum olunmasına Bakı Ağır Cinayətlər Məhkəməsinin 26 avqust 2015-ci il tarixli hökmündən onun apellyasiya şikayəti vermə müddətinin bərpa edilməməsinə dair həmin Məhkəmənin 08 may 2021-ci il tarixli, 1(101)-696/2015 nömrəli qərarından Təqsirləndirilən şəxs oğlu tərəfindən verilmiş apellyasiya şikayəti üzrə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında ilkin baxış keçirərək, müəyyən etdi: Bakı Ağır Cinayətlər Məhkəməsinin 26 avqust 2015-ci il tarixli, 1(101)-696/2015 nömrəli hökmü ilə Təqsirləndirilən şəxs oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə təqsirli bilinərk, 12 (on iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.4-cü maddələri ilə təqsirli bilinərək, 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs oğluna təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə ona qəti olaraq 12 (on iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzaçəkmə müddətinin əvvəli 09 noyabr 2014-cü il tarixdən hesablanmışdır. Təqsirləndirilən şəxs oğlu Bakı Ağır Cinayətlər Məhkəməsinin 26 avqust 2015-ci il tarixli, 1(101)-696/2015 nömrəli hökmündən apellyasiya şikayəti və apellyasiya şikayəti verilməsi üçün prosessual müddətin bərpası barədə vəsatət vermişdir. Vəsatət onunla əsaslandırılmışdır ki, o, əvvəllər hökmdən apellyasiya şikayəti vermiş, lakin sonradan əlavə sübutlar olduğundan şikayətini geri götürmüş və bu halı üzrlü səbəb kimi qəbul edilib müddətin bərpa edilməsini xahiş etmişdir. Bakı Ağır Cinayətlər Məhkəməsinin 08 may 2021-ci il tarixli, 1(101)-696/2015 nömrəli qərarı ilə Təqsirləndirilən şəxs oğlunun prosessual müddətin bərpası barədə vəsatəti təmin edilməmişdir. Bakı Ağır Cinayətlər Məhkəməsinin 08 may 2021-ci il tarixli, 1(101)-696/2015 nömrəli qərarından Təqsirləndirilən şəxs oğlu apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və prosessual müddətin bərpası barədə vəsatətinin təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, o, səhhətindəki ciddi narahatçılıqla, psixi ruhi xəstəliyi ilə əlaqədar hökmdən vaxtında apellyasiya şikayəti verə bilməmişdir. Məhkəmə kollegiyası vəsatətin və apellyasiya şikayətinin dəlillərini cinayət işinin materialları ilə müqayisəli şəkildə araşdırıb hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, müddətin bərpasına dair vəsatətin təmin olunmaması barədə məhkəmənin qərarı qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, hökmdə təsvir edilən Stasionar Məhkəmə-Psixiatrik və Məhkəmə Psixoloji Ekspertizasının 23.01.2015-ci il tarixli rəyindən görünür ki, Təqsirləndirilən şəxs oğlu cinayət əməlini törədərkən və cinayət əməlini törətdikdən sonra hər hansı ruhi xəstəlikdən əziyyət çəkməmiş, onun hərəkətləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21 və 23-cü maddələrinin təsiri altına düşməmiş, barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsinə ehtiyac olmamışdır. Cinayət işinin materiallarında olan qəbzdən görünür ki, Təqsirləndirilən şəxs oğlu hökmün surətini 31 avqust 2015-ci il tarixdə qəbul etmişdir. Cinayət işinin materiallarından görünür ki, məhkum Təqsirləndirilən şəxs oğlu əvvəllər də müddətin bərpa edilməsinə dair analoji vəsatətlə Bakı Ağır Cinayətlər Məhkəməsinə müraciə etmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 02 dekabr 2015-ci il tarixli, 1(101)- 696/2015 saylı qərarı ilə onun həmin vəsatəti təmin edilməmişdir. Məhkum Təqsirləndirilən şəxs oğlu həmin vaxt da vəsatətində xəstəliyi ilə əlaqədar vaxtında apellyaiya şikayəti verə bilmədiyini göstərmişdir. Halbuki, Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanası tərəfindən verilmiş 30.11.2015-ci il tarixli və Bakı İstintaq Təcridxanası tərəfindən verilmiş 03.12.2015-ci il tarixli arayışlarda da göstərilmişdir ki, məhkum Təqsirləndirilən şəxs oğlu həmin təcridxanalarda saxlanıldığı müddətlərdə onun səhhəti ilə əlaqədar Penitensiar Xidmətin Müalicə Müəssisəsinə və ya X1 göndərilməsinə zərurət yaranmamışdır. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, məhkum Təqsirləndirilən şəxs oğlunun apellyasiya şikayətində prosessual müddətin bərpasına dair üzrlü səbəb kimi təqdim etdiyi hal öz təsdiqini tapmadığından, eləcə də məhkəmə tərkibi tərəfindən hər hansı üzrlü hal müəyyən olunmadığından, apellyasiya şikayəti təmin olunmamalı, Bakı Ağır Cinayətlər Məhkəməsinin 08 may 2021-ci il tarixli, 1(101)-696/2015 nömrəli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 391.3.3-cü maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara a l ı r: Məhkum Təqsirləndirilən şəxs oğlunun apellyasiya şikayəti təmin edilməsin. Təqsirləndirilən şəxs oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1 və 228.4-cü maddələri ilə məhkum olunmasına Bakı Ağır Cinayətlər Məhkəməsinin 26 avqust 2015-ci il tarixli hökmündən onun apellyasiya şikayəti vermə müddətinin bərpa edilməməsinə dair həmin Məhkəmənin 08 may 2021-ci il tarixli, 1(101)-696/2015 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar elan edildiyi andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 410-cu maddəsində göstərilən müddətlərdə, Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər. Sədrlik edən: İbrahim İbrahimli Hakimlər: Zəki Babayev Ziya Şirinov
Məhkəmə qərarları › İş №1(103)-1100/2021
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №1(103)-1100/2021
09.07.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver