Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(103)-1100/2023 16.05.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Tanrıverdiyev Anar Vəzir oğlunun sədrliyi və məruzəsi ilə, Murquzov İlqar Mustafa oğlu və Babayev Qədim Xalid oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X1, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Apellyasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X2, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs, Müdafiəçi – Müdafiəçi iştirakları ilə, xx xxxx 1994-cü il tarixdə Cəlilabad rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilməmiş (və ya götürülməmiş), ünvan 1 ünvanında qeydiyyatda olan, ünvan 2anında yaşamış, barəsində ünvan 3oyabr 2022-ci il tarixli qərarı ilə həbs qətimkan tədbiri seçilmiş,
1. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinməsinə dair Pirallahı Rayon Məhkəməsinin 1(094)- 14/2023 nömrəli, xx.xx.2023-cü il tarixli hökmündən təqsirləndirilən şəxsin müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ:
2. Təqsirləndirilən şəxs yaşayış sahəsinə qanunsuz daxil olmaqla, özgənin əmlakını gizli olaraq talayıb təkrarən oğurluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs tamah niyyəti ilə qəsdən özgənin əmlakını ələ keçirmək məqsədi ilə 23 oktyabr 2022-ci il tarixdə saat 12 radələrində, ünvan 4 ünvanında yaşayan Zərərçəkmiş şəxs1 məxsus, Bakı şəhəri Pirallahı rayonu Dübəndi bağları yaşayış massivi, Qaya restoranının yaxınlığında yerləşən, mişar daşı ilə hasara alınmış, eləcə də dəmir darvazası olan fərdi yaşayış evinin həyətinə, darvazanın qapısının açarını sındırmaq yolu ilə qanunsuz olaraq gizli yolla daxil olaraq, oradan 100 manat qiymətində 01 ədəd laqondanı, 100 manat qiymətində 70 metr uzunluğunda mis kabeli, 650 manat qiymətində 12 ədəd 3 metrlik və 2 ədəd 3,70 metrlik şvelleri, ümumi qiyməti 400 manat olan 12 ədəd 3 metrlik üçbucaq, 7 ədəd 2,60 metrlik və 3 ədəd 3 metrlik dördbucaq profili, ümumi qiyməti 225 manat olan 1,50x0,55 metr ölçüdə 3 ədəd dəmir listi, 2 x 0,25 metr ölçüdə dəmir listləri və 10 ədəd nazik dəmiri talayaraq, Zərərçəkmiş şəxs1 1475 manat məbləğində ziyan vurmaqla, oğurluq etmişdir. Bundan başqa, o, təkrarən, özgənin əmlakını talamaq qərarına gəlib, bu məqsədlə, 05 noyabr 2022ci il tarixdə saat 11 radələrində, ünvan 6 ünvanında yaşayan Zərərçəkmiş şəxs2 məxsus, Bakı şəhəri Pirallahı rayonu Dübəndi bağları yaşayış massivində yerləşən, mişar daşı ilə hasara alınmış, eləcə də dəmir darvazası olan fərdi yaşayış evinin həyətinə qanunsuz olaraq gizli yolla daxil olub, orada olan bir ədəd 10 tonluq dəmir konstruksiyalı su çənini və bir ədəd 6 tonluq dəmir konstruksiyalı su çənini talayaraq, Zərərçəkmiş şəxs2 ümumilikdə 5000 manat ziyan vurmaqla, oğurluq etmişdir.
3. Pirallahı Rayon Məhkəməsinin 1(094)-14/2023 nömrəli, xx.xx.2023-cü il tarixli hökmünə (Hakim: F.Qasımov) əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CMnin 177.2.2 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, Təqsirləndirilən şəxs Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 31 avqust 2022-ci il tarixli 1(003)-201/2022 saylı hökmü ilə təyin edilmiş və çəkilməmiş qalan 02 (iki) il 04 (dörd) ay 14 (on dörd) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasının Cinayət Məcəlləsinin 68.1.1- 1-ci maddəsinə əsasən 02 (iki) gün azadlığın məhdudlaşdırılması cəzasına 01 (bir) gün azadlıqdan məhrum etmə hesabı ilə hesablanmaqla əvəz edilərək 01 il 02 (iki) ay 07 ( yeddi) gün müddətə azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən hazırkı hökmlə təyin olunmuş 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası ilə qismən birləşdirilməklə onun qəti olaraq 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin əvvəlinin tutulduğu 12 noyabr 2022-ci il tarixdən hesablanması, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması hökm edilmişdir.
4. Hökmdə həmçinin məhkəmə məsrəfləri məsələsi də öz həllini tapmışdır.
Apellyasiya şikayəti və dəlilləri:
5. Pirallahı Rayon Məhkəməsinin 1(094)-14/2023 nömrəli, xx.xx.2023-cü il tarixli hökmündən təqsirləndirilən şəxsin müdafiəçisi apellyasiya şikayəti verib hökmün cəza hissəsində dəyişdirilərək onun barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan daha yüngül cəza təyin edilməsini xahiş etmişdir.
6. Hökmdən dövlət ittihamçısı apellyasiya protesti verməmişdir.
7. Apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir.
Tərəflərin çıxışları:
8. Məhkəmə kollegiyasının iclasında çıxış edən Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi apellyasiya şikayətinin təmin edilməsini xahiş etdilər.
9. Məhkəmə kollegiyasının iclasında çıxış edən dövlət ittihamçısı T.Qəhrəmanov apellyasiya şikayətinin təmin edilməməsini və hökmün dəyişdirilmədən saxlanılmasını xahiş etdi. İşin hüquqi məsələləri:
10. Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyası cinayət işinin materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə əlaqəli şəkildə müzakirə edərək, cinayət prosesi tərəflərinin çıxışlarını dinləyərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Pirallahı Rayon Məhkəməsinin 1(094)-14/2023 nömrəli, xx.xx.2023-cü il tarixli hökmü təqsirləndirilən şəxsə cəza təyin edilməsi hissəsində dəyişdirilməlidir.
11. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır.
12. Həmin Məcəllənin 397.2-ci maddəsinin tələbinə görə isə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır.
13. Qeyd edilən prosessual normaların mənasına görə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılmalıdır. Başqa sözlə, işin faktiki halları yalnız apellyasiya tələbi ilə bağlı olan hissədə yəni apellyasiya tələbinin təsdiq və ya təkzib edilməsi zərurəti ilə əlaqədar yoxlanılır. Burada işin faktiki halları dedikdə, konkret cinayət əməli üzrə sübut edilməli olan və məhkəmənin hökmünün və ya başqa qərarının qəbul edilməsi üçün mühüm əhəmiyyət kəsb edən xüsusatların məcmusu başa düşülməlidir.
14. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununun və CPM-nin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılması o deməkdir ki, hökmün və ya qərarın qanuni və əsaslı olmasını yoxlayarkən apellyasiya instansiya məhkəməsi qanunla müəyyən edilmiş hüquqları həddində apellyasiya şikayəti və apellyasiya protestində göstərilib-göstərilməməsindən asılı olmayaraq, birinci instansiya məhkəməsinin tətbiq etdiyi cinayət və cinayət-prosessual hüquq normalarının, habelə bu normalarla bağlı olaraq başqa hüquq sahələrinə aid normaların düzgün tətbiq edilib edilməməsini yoxlamalıdır. Başqa sözlə apellyasiya instansiya məhkəməsi məhkəmə baxışı zamanı hüquq məsələsini hər bir halda və tam həcmdə yoxlamalıdır.
15. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndinə əsasən isə məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir.
16. Həmçinin Azərbaycan Respublikası CPM-nin 8-ci maddəsinə görə cinayət mühakimə icraatının vəzifələri - cinayətləri tezliklə açmaq, cinayət təqibi ilə bağlı bütün halları hərtərəfli, tam və obyektiv araşdırmaq; cinayət törətmiş şəxsləri ifşa və cinayət məsuliyyətinə cəlb etmək; cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirməkdən ibarətdir.
17. Kollegiya qeyd edir ki, təqsirləndirilən şəxsə istinad edilən əməlin törədilməsi təqsirləndirilən şəxsin etirafedici ifadəsi ilə yanaşı, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən istintaq hərəkətlərinin aparılması haqqında protokolları və iş üçün mühüm əhəmiyyət kəsb edən digər dəlillərlə təsdiq edilərək sübuta yetirilmişdir.
18. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı, birinci instansiya və apellyasiya instansiyası məhkəməsinin məhkəmə iclaslarında özünü elan olunmuş ittiham üzrə təqsirli bilərək, onun tərəfindən törədilmiş cinayətin halları ilə bağlı hökmün təsviri hissəsinə uyğun ifadə vermişdir.
19. Birinci instansiya məhkəməsinin hökmündən görünür ki, Təqsirləndirilən şəxs əməlləri özünün hadisələrin baş vermə yeri, vaxtı və ardıcıllığına uyğun etirafedici ifadəsi ilə yanaşı, şahid ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokolları və iş üzrə toplanmış digər sübutlarla tam təsdiq edilir.
20. Məhkəmə kollegiyası hesab edir ki, ibtidai araşdırma zamanı qanuni üsullarla toplanmış və birinci instansiya məhkəməsində məhkəmə iclasında tam, hərtərəfli və obyektiv araşdırılmış mötəbər sübutlara birgə qiymət verən və həmin sübutlara əsaslanan birinci instansiya məhkəməsi iş üçün mühüm əhəmiyyət kəsb edən bütün halları aydınlaşdırmaqla Təqsirləndirilən şəxs ona ittiham olunmuş cinayət əməlini törətməsi haqda işin faktiki hallarına uyğun olan nəticəyə gəlmiş və onun həmin əməlini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə düzgün tövsif etmişdir.
21. Təqsirləndirilən şəxsin əməlinin cinayət olmasını aradan qaldıran hallar, habelə onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir.
22. Birinci instansiya məhkəməsinin hökmü ilə razılaşmayan Təqsirləndirilən şəxs apellyasiya şikayətinin əsas dəlili təqsirləndirilən şəxs barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilməsindən ibarətdir.
23. Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayətindən göründüyü kimi onun tərəfindən törədilən cinayətin hüquqi tövsifi mübahisələndirilməmişdir.
24. Məhkəmə kollegiyası hesab edir ki, təqsirləndirilən şəxsə təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəzanın, yəni azadlığın məhdudlaşdırılması cəzasının təyin edilə bilməsə də, ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının həddi azaldıla bilər.
25. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən verilmiş 16 dekabr 2022-ci il tarixli Tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 31 avqust 2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 69.3 və 177.2.3-1-ci maddələri ilə təqsirli bilinərək 02 (iki) il 05 (beş) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir.
26. Göründüyü kimi, Azərbaycan Respublikası CM-nin 83-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkumluğu ödənilməmişdir (götürülməmişdir).
27. Azərbaycan Respublikası CM-nin 18.4.4-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar residivin müəyyən edilməsi zamanı nəzərə alınmır.
28. Kollegiya qeyd edir ki, Təqsirləndirilən şəxs sonuncu cinayəti törətdiyi zaman ödənilməmiş (götürülməmiş) məhkumluğunun olması cinayətlərin residivini yaratmasa da, onun şəxsiyyətini mənfi səciyyələndirən hal kimi qiymətləndirilir. Belə olan halda, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəzanın təyin edilməsi cəzanın fərdiləşdirilməsi prinsipinin şərtlərinə uyğun deyildir.
29. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi təqsirləndirilən şəxsə cəza təyini zamanı cəzanın fərdiləşdirilməsi prinsipini, yəni təqsirləndirilən şəxsin şəxsiyyətini, o cümlədən, barəsində cəzanın yüngülləşdirici və ağırlaşdırıcı halları, həmçinin Təqsirləndirilən şəxs təyin edilən azadlıqdan məhrumetmə cəzasının həddinin diferensiallaşdırılmasını kifayət qədər nəzərə almamışdır.
30. Belə ki, birinci instansiya məhkəməsi cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1, 41.2 və 58.3-cü maddələrinin müddəalarını, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları (müəyyən edilmədi) nəzərə alaraq, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə 2 (iki) il 6 (altı) ay müddətinə müddətinə azadlıqdan məhrum etmə cəzası təyin etmişdir.
31. Məhkəmə kollegiyası hesab edir ki, məhkum edilmiş şəxsə təyin edilən cəza, cəza təyin edilmənin ümumi prinsiplərinə uyğun olmamışdır.
32. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarına görə cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Habelə cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin CM-nin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir.
33. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2003-cü il tarixli 4-№-li Qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, hər bir halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsi sözsüz təmin edilməlidir.
34. Məhkəmə kollegiyası yuxarıda sadalananları, həmçinin “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2003-cü il tarixli qərarında göstərilmiş hüquqi mövqeyi hazırki iş üzrə müəyyən edilmiş hallara tətbiq edərək Təqsirləndirilən şəxs şəxsiyyətini, təyin ediləcək cəzanın onun ailəsinin həyat şəraitinə və islah olunmasına təsirini, həmçinin cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs hökmlə müəyyən edilmiş həddən daha az müddətə azadlıqdan məhrum etmə cəzası çəkməklə də islah olunması mümkündür.
35. Məhkəmə kollegiyası eyni zamanda hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs törətdiyi əməldən peşman olmasını, zərərçəkmiş şəxslərin ondan heç bir şikayətinin olmamasını və ona yüngül cəza təyin edilməsini xahiş etmələri ilə yanaşı, təqsirləndirilən şəxsin anasının xəstəlikdən əziyyət çəkməsi (i.v. 78), özünün görmə qüsurlu olması (i.v. 79-80), atasının vəfat etməsi (i.v. 81) də onun barəsində cəzanı yüngülləşdirən hallar qismində nəzərə alınmalıdır.
36. Belə ki, cəzanın məqsədi şəxsə təqsirli bilindiyi cinayət əməlinə münasibətdə daha ağır cəza təyin etmək deyil, əksinə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən sosial ədaləti bərpa etmək, məhkumu islah etmək və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaqdır ki, məhkəmə kollegiyası məhkuma təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının həddini endirməklə də həmin cəzanın məqsədlərinə nail olunmasını mümkün hesab edir.
37. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında eyni mövqe nümayiş etdirilərək qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır.
38. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 399.1.5-ci maddəsinə əsasən təyin edilmiş cəzanın cinayətin ağırlığına və ya məhkumun şəxsiyyətinə uyğun olmaması birinci instansiya məhkəməsinin hökmünün dəyişdirilməsi əsaslarından biridir.
39. Həmin Məcəllənin 404-cü maddəsinə əsasən isə məhkəmə cinayət qanunun müvafiq maddəsi ilə müəyyən edilmiş hüdudlardan kənara çıxmasa da həm sərtliyinə, həm də yüngüllüyünə görə açıq aydın ədalətsiz olan cəza cinayətin ağırlığına və məhkumun şəxsiyyətinə uyğun olmayan cəza hesab edilir.
40. Qeyd olunan Məcəllənin 405.1.1-ci maddəsinə görə cəzanın öz sərtliyinə görə cinayətin ağırlığına və məhkumun şəxsiyyətinə uyğun olmadığını hesab edərək təyin edilmiş cəzanı yüngülləşdirdikdə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hökmünü dəyişir.
41. Beləliklə, məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya şikayəti təmin edilməli, Pirallahı Rayon Məhkəməsinin Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinməsinə dair 1(094)- 14/2023 nömrəli, xx.xx.2023-cü il tarixli hökmü təqsirləndirilən şəxsə cəza təyini hissəsində dəyişdirilməli, təqsirləndirilən şəxsə təyin edilmiş 2 (iki) il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzası 2 (iki) ilə endirilməlidir.
42. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193, 397.1, 397.2, 398.1.4, 399.1.4, 399.1.5, 403.0.2 və 405.1.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, QƏRARA ALDİ:
Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Pirallahı Rayon Məhkəməsinin 1(094)-14/2023 nömrəli, xx.xx.2023-cü il tarixli hökmü cəza hissəsində dəyişdirilsin. Pirallahı Rayon Məhkəməsinin 1(094)-14/2023 nömrəli, xx.xx.2023-cü il tarixli hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, barəsində təyin edilmiş 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası, 02 (iki) ilə endirilsin. Təqsirləndirilən şəxs Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 31 avqust 2022-ci il tarixli 1(003)-201/2022 saylı hökmü ilə təyin edilmiş və çəkilməmiş qalan 02 (iki) il 04 (dörd) ay 14 (on dörd) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası CMnin 68.1.1-1-ci maddəsinə əsasən 02 (iki) gün azadlığın məhdudlaşdırılması cəzasına 01 (bir) gün azadlıqdan məhrum etmə hesabı ilə hesablanmaqla əvəz edilərək, 01 il 02 (iki) ay 07 (yeddi) gün müddətə azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən hazırkı hökmlə təyin olunmuş 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası ilə qismən birləşdirilməklə o qəti olaraq 02 (iki) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Hökm qalan hissələrdə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 410-cu maddəsində nəzərdə tutulmuş müddətdə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər.
Sədrlik edən Anar Tanrıverdiyev
Hakimlər Qədim Babayev
İlqar Murquzov