Məhkəmə qərarları › İş №1(103)-1106/2022

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №1(103)-1106/2022

09.12.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(103)-1106/2022 09.12.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məmmədov Habil Çingiz oğlunun sədrliyi və məruzəsi ilə, Murquzov İlqar Mustafa oğlu və Əhmədov Həsən Hüseyn oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X2, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya instansiya məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı3, müdafiəçilər fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi2 və Bakı şəhəri 2 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi5 Çərkəz oğlunun, məhkum olunmuş Təqsirləndirilən şəxs2, zərərçəkmiş şəxsin hüquqi varisi X4 və onun nümayəndəsi Azadəliyev Elxan Cəbrayıl oğlunun iştirakları ilə, xx xxxxxxx 2001-ci ildə Lənkəran şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, hal-hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.1, 120.2.4, 120.2.9, 120.2.11 və 181.3.3-cü maddələri ilə məhkum olunmasına dair Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-155/2021 saylı, 19 mart 2021-ci il tarixli hökmündən məhkum olunmuş Təqsirləndirilən şəxs2 müdafiəçisi Müdafiəçi2 tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Bakı Ağır Cinayətlər Məhkəməsinin (sədrlik edən hakim X1, hakimlər X3 və X5 ibarət tərkibdə) 19 mart 2021-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.1, 120.2.4, 120.2.9, 120.2.11, 181.3.3 və 170.3-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinmiş və ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.1, 120.2.4, 120.2.9, 120.2.11-ci maddələri ilə 17 (on yeddi) il 06 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 170.3-cü maddəsi ilə 06 (altı) il müddətə azadlıqdan məhrumetmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.3.3-cü maddəsi ilə 12 (on iki) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən ona təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs1 qəti olaraq 18 (on səkkiz) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilmiş, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.1, 120.2.4, 120.2.9, 120.2.11 və 181.3.3-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinmiş və ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.1, 120.2.4, 120.2.9, 120.2.11-ci maddələri ilə 10 (on) il müddətə azadlıqdan məhrumetmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.3.3-cü maddəsi ilə 10 (on) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinin tələbləri nəzərə alınmaqla ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 85.5-ci maddəsinə əsasən qəti olaraq 10 (on) il müddətə azadlıqdan məhrumetmə cəzası, Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.1, 120.2.4, 120.2.9, 120.2.11 və 181.3.3-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinmiş və ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.1, 120.2.4, 120.2.9, 120.2.11-ci maddələri ilə 10 (on) il müddətə azadlıqdan məhrumetmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.3.3-cü maddəsi ilə 10 (on) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinin tələbləri nəzərə alınmaqla ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 85.5-ci maddəsinə əsasən qəti olaraq 10 (on) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilmişdir. Məhkəmənin hökmünə görə, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 23 sentyabr 2019-cu il tarixdə saat 01:15 radələrində qabaqcadan əlbir olan bir qrup şəxs halında quldurluqla əlaqədar onlar üçün aşkar surətdə köməksiz vəziyyətində olan Zərərçəkmiş şəxs sonuncunun yaşadığı ünvan 2 ünvanında yatarkən ona basqın edərək onun bədən səthinə bıçaqla ardıcıl zərbələr vuraraq sağlamlığa zərər vurmayan sifətin sağ yarısında, sağ çənəaltı nahiyədə və sağ əldə yerləşən qançır, sağlamlığa yüngül zərərvurmaya aid qarının sol yan səthində olan qarın boşluğuna nüfuz etməyən 3 (üç) ədəd, həyat üçün təhlükəli olan və sağlamlığa ağır zərər vuran qarının sol yan səthində olan qarın boşluğuna nüfuz edən böyük piyliyin zədələnməsi ilə müşayiət olunan 1 (bir) ədəd, qarının sol yan səthində olan qarın boşluğuna nüfuz edən və daxili üzvlərin zədələnməməsi ilə müşayiət olunan 1 (bir) ədəd deşilmişkəsilmiş yara, ölümünə səbəb olmuş döş qəfəsinin sol yan səthində olan döş boşluğuna nüfuz edən və sol ağciyərin yaralanması ilə müşayiət olunan 1 (bir) ədəd, ümumilikdə 6 ədəd deşilmişkəsilmiş xəsarətlər yetirib zərərçəkmiş şəxsi xüsusi amansızlıqla öldürmüş, yəni Zərərçəkmiş şəxs qəsdən həyatdan məhrum etmiş, mənzildə axtarış apararaq həmin tarixə olan məzənnə ilə 18739 manat təşkil edən 10.000 AVRO, 10 200 manat təşkil edən 6.000 ABŞ dolları və ümumilikdə 10,219 manat (on min iki yüz on doqquz) manat dəyərində qızıl-zinət əşyalarını, həmçinin içərisində 10 manat dəyərində SİM-kart olan 665 manat dəyərində “Honor 5x” markalı mobil telefon, içərisində 10 manat dəyərində SİMkart olan 350 manat dəyərində “Hoffmann X-PLAY” markalı mobil telefon, 35 manat dəyərində bir ədəd qara rəngli pul kisəsini ələ keçirib hadisə yerini tərk etmiş, bu hərəkətləri ilə onlar qabaqcadan əlbir olan bir qrup şəxs halında silah qismində istifadə edilən əşya tətbiq etməklə və Zərərçəkmiş şəxs sağlamlığına ağır zərər vurulmaqla hücuma məruz qalmış şəxsin həyatı üçün təhlükəli zorakılıqla bağlı olan basqın etmiş, qabaqcadan əlbir olan bir qrup şəxs halında quldurluqla əlaqədar onun üçün aşkar surətdə köməksiz vəziyyətdə olan şəxsi, yəni Zərərçəkmiş şəxs xüsusi amansızlıqla qəsdən öldürmüş, yəni digər şəxsi qəsdən həyatdan məhrum etmişlər. Bundan başqa, Təqsirləndirilən şəxs1 23 sentyabr 2019-cu il tarixdə saat 01:00 radələrində ünvan 3 ünvanında bir qrup şəxs halında Zərərçəkmiş şəxs quldurluqla əlaqədar qəsdən öldürərək mənzildən götürüləcək pulun bir hissəsini yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs3 verəcəyini vəd etməklə sonuncunu xüsusilə ağır cinayətin törədilməsinə cəlb etmişdir. Hökmdən zərərçəkmiş şəxsin hüquqi varisinin nümayəndəsi, vəkil Azadəliyev Elxan Cəbrayıl oğlu apellyasiya şikayəti verib Təqsirləndirilən şəxs1 təyin edilmiş cəza həddi hissəsində hökmün qanunsuz və əsassız olduğunu, həmçinin ona ən ağır cəza olan ömürlük azadlıqdan məhrumetmə cəzasının təyin olunmasını qeyd edərək, Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-155/2021 saylı 19 mart 2021-ci il tarixli hökmünün dəyişdirilməsini xahiş etmişdir. Hökmdən məhkum Təqsirləndirilən şəxs1 müdafiəçisi Müdafiəçi3 apellyasiya şikayəti verərək, Təqsirləndirilən şəxs1 niyyətinin mərhum Zərərçəkmiş şəxs həyatdan qəsdən məhrum etmək deyil, narkotik vasitələrin təsiri altında ehtiyatsızlıqdan zərərəçəkmişin ölümünə səbəbə olduğunu, əslində Təqsirləndirilən şəxs1 belə bir niyyətinin olmadığını və onunla mərhum Zərərçəkmiş şəxs arasında xoş münasibətlərin olduğunu qeyd edərək Təqsirləndirilən şəxs1 törətdiyi əmlini etiraf etməsini, həmin əməlindən peşman olduğunu və mərhumun yaxınlarınlan üzrxahlıq etdiyini göstərərək hökmün dəyişdirilməsini, Təqsirləndirilən şəxs1 əməlinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.3-cü maddəsinə tövsif olunmasını və ona yüngülləşdirici hallar nəzərə alınmaqla yüngül cəza verilməsini xahiş etmişdir. Hökmdən məhkum Təqsirləndirilən şəxs1 apellyasiya şikayəti verərək hökmün dəyişdirilərək cəzasının yüngülləşdirilməsini xahiş etmişdir. Hökmdən məhkum Təqsirləndirilən şəxs3 müdafiəçisi Müdafiəçi4 apellyasiya şikayəti verərək, Təqsirləndirilən şəxs3 mərhum Zərərçəkmiş şəxs qətlində iştirakına dair kifayət qədər sübutlar olmadığını qeyd edərək hökmün ona aid hissədə ləğv edilməsini və onun əməlinin Cinayət Məcəlləsinin 177.2.1,177.2.3 və 307.1 maddələrə tövsüf edilərək həmin maddələrin sanksiyası həddində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəzasının təyin edilməsini xahiş etmişdir. Hökmdən məhkum Təqsirləndirilən şəxs2 müdafiəçisi Müdafiəçi2 apellyasiya şikayəti verərək, Təqsirləndirilən şəxs2 münasibədə təqsirsizlik prezumpsiyasının pozulmasını, onun təqsirinin Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsində nəzərdə tutulmuş qaydada sübuta yetirilməməsini, məhkəmənin araşdırdığı dəlillər yalnız digər iki təqsirləndiriən şəxsin əməllərinin sübuta yetirilməsinə yönəlməsini göstərərək, onun Zərərçəkmiş şəxs yaşadığı və qətlə yetirildiyi evdə olmamasını, habelə zərərçəkmişə qarşı quldurluq etməməsini qeyd edərək, barəsində çıxarılmış hökmün ləğv edilib bəraət hökmü çıxarılmasını xahiş etmişdir. Məhkəmənin hökmündən dövlət ittihamçısı tərəfindən apellyasiya protesti verilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin (sədrlik edən hakim Kamran Əkbərov, hakimlər Faiq Qasımov və Elmar Rəhimovdan ibarət tərkibdə) 28 iyul 2021-ci il tarixli, 1(103)-951/2021 saylı qərarı ilə apellyasiya şikayətləri təmin edilməmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 19 mart 2021-ci il tarixli hökmü məhkum Təqsirləndirilən şəxs2 münasibətdə dəyişdirilmiş, Təqsirləndirilən şəxs2 əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.1, 120.2.4, 120.2.9, 120.2.11-ci maddələrindən həmin Məcəllənin 307.1-ci maddəsinə tövsif edilmiş, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 307.1-ci maddəsi ilə 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinin tələbləri nəzərə alınmaqla ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 85.5-ci maddəsinə əsasən qəti olaraq 10 (on) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilmiş, hökm qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Ali Məhkəmənin 06 aprel 2022-ci il tarixli, 1(102)-240/2022 nömrəli qərarı ilə Dövlət ittihamçısı2 kassasiya protesti və zərərçəkmiş şəxsin hüquqi varisi X4 nümayəndəsi Azadəliyev Elxan Cəbrayıl oğlunun kassasiya şikayətinin təmin edilməməsi, Müdafiəçi2 tərəfindən verilmiş kassasiya şikayəti və Müdafiəçi5 Çərkəz oğlunun Müdafiəçi2 ilə birlikdə verdikləri kassasiya şikayətinə əlavənin qismən təmin edilməsi, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 28 iyul 2021-ci il tarixli qərarı Təqsirləndirilən şəxs2 məhkum olunması hissəsində ləğv edilməsi və cinayət işi apellyasiya instansiyası məhkəməsində həmin hissədə yeni məhkəmə baxışına təyin edilməsi qərara alınmışdır. Məhkəmə iclasında çıxış edən məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs2 və müdafiəçiləri verilmiş apellyasiya şikayətini müdafiə edərək, məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin edilməsini, əməldə cinayət tərkibi olmadığı və təqsirliliyi sübuta yetirilmədiyinə görə şəxsin barəsində bəraət hökmü çıxarılmasını xahiş etdilər. Məhkəmə iclasında çıxış edən zərərçəkmiş şəxsin hüquqi varisi X6 və onun nümayəndəsi Azadəliyev Elxan Cəbrayıl oğlu verilmiş apellyasiya şikayətinin təmin edilmədən, birinci instansiya məhkəməsinin hökmünün dəyişdirilmədən saxlanmasını xahiş etdilər. Məhkəmə iclasında çıxış edən dövlət ittihamçısı verilmiş apellyasiya şikayətinin təmin edilmədən, birinci instansiya məhkəməsinin hökmünün dəyişdirilmədən saxlanmasını xahiş etdi. Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyası məhkəmə baxışını qismən məhkəmə istintaqı ilə keçirməklə cinayət işinin materiallarını tam, hərtərəfli araşdırıb, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, cinayət prosesi tərəflərinin çıxışlarını dinləyərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Bakı Ağır Cinayətlər Məhkəməsinin 19 mart 2021-ci il tarixli, 1(101)-155/2021 saylı hökmü Təqsirləndirilən şəxs2 aid hissədə ləğv edilməklə, Təqsirləndirilən şəxs2 əməli Cinayət Məcəlləsinin 120.2.1, 120.2.4, 120.2.9, 120.2.11-ci maddələrindən 307.1-ci maddəyə tövsif edilməli və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.3.3-cü maddəsi ilə əməlində cinayət tərkibinin olmaması əsası ilə bəraət verilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 397.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsinin tələbinə görə isə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Ali Məhkəmənin məhkəmə kollegiyası Təqsirləndirilən şəxs2 apellyasiya məhkəməsi tərəfindən məhkum olunduğu Cinayət Məcəlləsinin 307.1 və 181.3.3-cü maddələr üzrə işi yeni baxışa göndərməsinə baxmayaraq, hesab etmişdir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən Təqsirləndirilən şəxs2 Cinayət Məcəlləsinin 120.2.1, 120.2.4, 120.2.9, 120.2.11-ci maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli olmaması barədə nəticəyə gələrkən cinayət təqibi üzrə toplanmış sübutların tədqiq edilməsinə dair Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 143-146-cı maddələrinin tələbləri pozulmamış, qeyd edilən cinayəti törətməməsi ilə bağlı yekun nəticəyə gələrkən ibtidai araşdırma orqanları tərəfindən toplanmış və məhkəmə iclasında araşdırılan sübutları yenidən qiymətləndirərək düzgün istinad etmişdir. Cinayət işində olan sübutlardan – məhkumların ibtidai istintaqda və məhkəmədə verdiyi ifadələrindən, məhkəmənin sübut olaraq istinad etdiyi hadisə yerinin videogörüntülərindən, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 istifadə olan mobil telefon nömrələrindən çıxan və gələn zənglərin anten dairəsi barədə məlumatlardan görünür ki, Təqsirləndirilən şəxs2 zərərçəkən şəxs Zərərçəkmiş şəxsnm yaşadığı və qətlə yetirildiyi evdə olmamış, hər hansı şəkildə zərərçəkmiş Zərərçəkmiş şəxs qarşı quldurluq əməllərinin törədilməsində iştirak etməmişdir. Ali Məhkəmənin məhkəmə kollegiyası həmçinin hesab etmişdir ki, apellyasiya məhkəməsində aparılmış araşdırmanın keyfiyyətli və onun nəticələrinin inandırıcı olması üçün isə belə araşdırma zamanı sübutların bilavasitə tədqiq edilməsi və faktların bir daha araşdırılması tələb olunur ki, bunu da məhkəmə istintaqı aparmadan həyata keçirmək mümkün deyil. Məhkəmə kollegiyası iş üzrə yuxarı instansiya məhkəməsinin məhkəmə istintaqı aparılması mövqeyi ilə razılaşaraq məhkəmə baxışını qismən məhkəmə istintaqı ilə aparmış, məhkum edilmiş şəxslər Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs1 yenidən ifadələri alınmışdır. Belə ki, apellyasiya icraatı zamanı Təqsirləndirilən şəxs3 ifadəsində göstərmişdir ki, o, 07 sentyabr 2019-cu ildə Bakıya gəlmiş, 18 sentyabrda Heydərlə ikisi görüşmüşlər. Hadisə günü onunla Farid də olmuş və məqsədləri maşınla gəzmək olmuşdur. Axşam saat 21 radələrində onlar hadisə yerinə gəlmiş, Faridi orda qoymuş, daha sonra gedib 22:30 radələrində geri qayıtmışlar. Hadisə barədə Heydərdən xəbərsiz söhbət etmişlər. Kompotu da Faridlə ikisi almış və Heydərin xəbəri olmamışdır. Hadisə günü Heydəri onun telefonu olmadığı üçün və Faridlə əlaqə saxlaya bilməsi üçün yanında tutmuşdur. Hadisə zamanı da Heydər aşağıda maşında onları heç nədən xəbərsiz gözləmişdir. Maşın da binanın blokunun girişindən çox uzaq olmuş və onlara xəbər vermək kimi bir köməklik göstərilə bilməzdi. Hadisədən sonra onlar maşına minib getmiş və bir az sonra Heydəri evinə düşürtmüşlər. O, ən son hadisənin sabahı gün Heydərlə görüşmüşdür. Apellyasiya icraatı zamanı Təqsirləndirilən şəxs2 ifadəsində göstərmişdir ki, o, ali məktəbə yenicə qəbul olmuşdur. Hadisə günündən 15-20 gün öncə Bakıya gəlmişdir. Həmin gün Lənkərandakı məktəb yoldaşı Rəsul Faridin telefonu ilə ona zəng edərək, Bakıya gəldiyini və onunla görüşmək istədiyini bildirmişdir. Rəsulun ona borcu olmuş, onlar Faridin maşını ilə onu gəlib götürmüş, o, Faridi orada tanımışdır. Onlar maşınla hadisənin baş verdiyi evə gəlmişlər. Farid onlara yuxarı qalxıb bir azdan düşəcəyini bildirmiş, onlar isə həmin vaxt maşında qalmışlar. Bir az gözlədikdən sonra ürəkləri sıxıldığından maşınla bir az ətrafı gəzmişlər. Farid onun nömrəsinə zəng edib Rəsuldan hara getdiklərini soruşmuşdur. Onlar yenidən oraya qayıtmışlar. Həyətdə yer olmadığı üçün maşını bir az kənarda saxlamışlar. Daha sonra Farid maşını daha yaxın yerdə saxlamışdır. Həmin anlarda Faridlə aralarında heç bir söhbət olmamışdır. Əvvəlcə Farid, 15-20 dəqiqə sonra da Rəsul evə qalxmışlar. Daha sonra onlar qayıdıb maşına minəndə Farid adam öldürdüyünü bildirmişdir. Apellyasiya icraatı zamanı Təqsirləndirilən şəxs1 ifadəsində göstərmişdir ki, bu əməli o və Rəsul törətmişlər. Heydərin bu işlə heç bir əlaqəsi olmamışdır. Onlar hadisəni törədib maşına minmiş və yolla gedərkən Rəsulla onun söhbətindən artıq Heydər hadisədən xəbər tutmuşdur. Biz az sonra Heydəri evinə düşürtmuşlər. O, Heydəri həmin gün tanımışdır. O, heç vaxt tanımadığı şəxslə adam öldürməyə getməzdi. Heydərlə bağlı heç bir rol bölgüsü olmamışdır. Məhkəmə kollegiyası əvvəlcə Təqsirləndirilən şəxs2 ittiham olunduğu Cinayət Məcəlləsinin 120.2.1, 120.2.4, 120.2.9, 120.2.11-ci maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməsinə, sonra isə quldurluq cinayətinin, yəni Cinayət Məcəlləsinin 181.3.3-cü maddə ilə nəzərdə tutulan əməlin törədilməsinə hüquqi qiymət verilməsinin zəruri olduğunu qeyd edir. "Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 dekabr 2002-ci il tarixli qərarının 8-ci bəndinə əsasən qəsdən adam öldürmə o vaxt Cinayət Məcəlləsinin 120.2.4-ci maddəsi ilə (xüsusi amansızlıqla adam öldürmə) tövsif olunmalıdır ki, xüsusi amansızlığın əlamətləri həyatdan məhrumetmə ərəfəsində və ya adam öldürmə prosesində zərərçəkmiş şəxsə əzab, işgəncə verilməsi, onun şəxsiyyətinin ələ salınması, təqsirkar üçün aşkar surətdə zərərçəkmişə xüsusi ağrılar (çoxlu miqdarda xəsarətlər yetirmə, şiddətli ağrı verən zəhərdən istifadə edilməsi, diri-diri yandırılması, uzun müddət ac-susuz saxlanması və s.) yetirilməsi ilə cinayət törədir. "Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 dekabr 2002-ci il tarixli qərarının 13-ci bəndinə əsasən qəsdən adam öldürmə o vaxt CM-nin 120.2.9-ci maddəsi ilə (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürmə) o vaxt yaranır ki, zərərçəkmiş şəxs özünün fiziki və ya psixi qüsurlarına görə təqsirkara müqavimət göstərmək imkanına malik olmur və cinayət törədən şəxs zərərçəkmişin köməksiz vəziyyətdə olduğunu dərk edir. Köməksiz vəziyyətdə olmaq dedikdə zərərçəkmişin qoca, xəstə, azyaşlı,bəzi hallarda yetkinlik yaşına çatmamış olması, özündən getmə, huşsuz, yatmış, bərk sərxoş vəziyyətdə olması kimi hallar başa düşülür. "Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 dekabr 2002-ci il tarixli qərarının 15-ci bəndinə əsasən qəsdən adam öldürmə o vaxt CM-nin 120.2.11-ci maddəsi ilə tövsif edilir ki , təqsirləndirilən şəxs quldurluq, hədəqorxu ilə tələb etmə, banditizm və terrorçuluq cinayətləri törədilərkən zərərçəkmişin həyatına da qəsd edir və bu hal cinayətlərin məcmusunu təşkil edir. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 mart 2005-ci il tarixli qərarının 5-ci və 7 ci bəndlərində qeyd edilir ki, özgə əmlakının əldə edilməsinə yünəlmiş hərəkətlər həyat və ya sağlamlıq üçün təhlükəli zorakılıqla, yaxud da belə zorakılıq tətbiq ediləcəyi hədəsi ilə müşayət edildiyi hallarda quldurluq kimi tövsif edilməlidir və quldurluq cinayəti özgənin əmlakını talamaq məqsədilə, həyat və ya sağlamlıq üçün təhlükəli zorakılıqla, yaxud da belə zorakılıq tətbiq ediləcəyi hədəsi ilə edilmiş basqın anından bitmiş sayılır. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 mart 2005-ci il tarixli qərarının 24 bəndinə əsasən şəxs quldurluq basqını zamanı zərərçəkmişi öldürərsə, onun əməli Cinayət Məcəlləsinin 120.2.11 və 181.3.3-cü maddələri ilə tövsif edilməlidir. Birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs2 haqqında ittiham hökmü çıxararkən məhkum edilmiş şəxslərin, zərərçəkmiş şəxsin hüquqi varisinin, şahidlərin ifadələrinə, istintaq hərəkətlərinə dair protokollara və digər sənədlərə istinad etmişdir. Məhkum edilmiş Təqsirləndirilən şəxs2 barəsində verilmiş apellyasiya şikayətinə münasibətdə məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.1, 120.2.4, 120.2.9, 120.2.11-ci maddələri ilə təqsirli bilməkdə düzgün nəticəyə gəlməmişdir. Belə ki, məhkum Təqsirləndirilən şəxs2 əməli Cinayət Məcəlləsinin 120.2.1, 120.2.4, 120.2.9, 120.2.11-ci maddələrinə tövsif edilərkən həm ibtidai istintaq orqanı, həm də birinci instansiya məhkəməsi onun ibtidai araşdırma zamanı vermiş olduğu ifadələrinə əsaslanmışlar. Təqsirləndirilən şəxs2 həmin ifadələrində göstərmişdir ki, “onlar kasıbçılıq olduğunu Rəsul ilə birlikdə köməkləşib qadını öldürərək evində olan pulları oğurlamağı planlaşdırmışlar. Həmin söhbəti eşitdikdən sonra o, öz etirazını bildirmiş və onun telefonuna zəng etməməsini tələb etmişdir. Rəsul isə oturub gözləməyini, bir işi axıra kimi görməyini tələb etmişdir”. Lakin iş materilarından görünür ki, nə ibtidai araşdırma zamanı, nə də birinci instansiya məhkəməsində digər məhkum Təqsirləndirilən şəxs1 bunu təsdiq etməmişlər. Məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs1 həm birinci instansiya məhkəməsində verdiyi, həm istintaq zamanı verdiyi, həm də apellyasiya məhkəməsində verdiyi ifadədə Heydərə Mayanı öldürməklərini deməmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs2 ilə Təqsirləndirilən şəxs3 üzləşdirmə zamanı "Heydər bildirmişdir ki, o, 22 sentyabr 2019-cu il tarixdə saat 23:00 radələrində Zərərçəkmiş şəxs yaşadığı evin yaxınlığında olan zaman Farid kasıbçılıq olduğunu bildirib Rəsul ilə birlikdə köməkləşib qadını öldürərək evində olan pulları oğurlamağı planlaşdırmışlar. Rəsulun ona oturub gözləməyini, bir işi axıra kimi görməyini tələb etdiyiyni Rəsulun qadının yaşadığı evə qalxandan təxminən 15-20 dəqiqə sonra Farid və Rəsul gələrək maşına minib Faridin həyəcanlı şəkildə arvadı öldürdüklərini, bir neçə bıçaq xəsarətləri yetirdiklərini bildirdiklərini göstərmişdir. Göstərilən bu xüsusat da iş materialları ilə öz əksini tapmamışdır. Belə ki, iş materiallarıdan görünür ki, məhkum Təqsirləndirilən şəxs1 vermiş ifadələrində bildirmişdir ki, “Heydərə mənzili göstərməmiş, onun mənzili görüb-görməməsini bilməmişdir”. Həmçinin göstərmişdir ki, “23 sentyabr 2019-cu il tarixdə saat təxminən 01:00 radələrində o, Mayanın yatdığını görmüşdür. Evdə gəzməyə və siqaret çəkməyə başlamışdır. Mayaya qəti olaraq nə edəcəyini tam qətiləşdirməmişdir. Evin qapısını da açmışdır ki, Rəsul gələndə rahat girsin. Narkotik maddənin təsiri altında olduğundan tam da özündə olmamışdır. Mətbəxdən dəstəyi açıq qəhvəyi rəngli olan və tiyəsi gümüşü rəngli olan bıçağı götürmüşdür. Mayanın sol tərəfində uzanmışdır. Həmin vaxt əynində yalnız alt paltarı olmuşdur. Heydərə bir dəfə zəng vurub telefonu keçirtmişdir. Bir qədər sonra Rəsulun evə girdiyini görmüş, bu zaman Mayanı öldürmək fikri qətiləşmişdir. Rəsul yataq otağına girdikdə bıçağı sağ əli ilə arxası ona uzanan Mayanın kürəyinə iki dəfə vurmuşdur. Bu zaman Maya qışqırdı. O, tez onun üzərinə çıxmışdır. Mayanın boğazından tutub boğduqda o, ayılaraq ona “oturaq söhbət edək” demişdir. Rəsul artıq otaqda olmuşdur. O, Mayaya “bağışla məni deyib” bıçaqla vurmağa başlamış, sağ əlində olan bıçaqla onun kürəyinə və qarnına tərəf vurmuşdur”. Bundan sonra o niyyətini həyata keçirmiş, Mayanı öldürmüşdür. Həmin vaxt bundan Təqsirləndirilən şəxs2 xəbəri ola bilməzdi. Lakin sonradan xəbəri olsa da xəbər verməmişdir. Təqsirləndirilən şəxs2 ilə Təqsirləndirilən şəxs3 üzləşdirmə zamanı vermiş olduqları ifadələrə inanılsa belə məhkum Təqsirləndirilən şəxs2 ağır və ya xüsusilə ağır cinayətin hazırlanmasını və ya törədilməsini bilərək həmin cinayət barəsində xəbər verməmişdir. İş materiallarında olan Yasamal Rayon Polis İdarəsinin 29-cu Polis Şöbəsindən daxil olmuş 1 ədəd DVD diskə baxış keçirilməsi haqqında 28 sentyabr 2019-cu il tarixli protokoldan görünür ki, təqdim edilmiş 1-ci DVD diskə keçirilmiş baxış zamanı aşağıdakılar müəyyən edilmişdir: DVD diski açdıqda 1 ədəd VİD20190926-WA0002 adlı 16 saniyəlik videogörüntü olduğu müəyyən edildi. Həmin videogörüntüyə baxdıqda 23 sentyabr 2019-cu il tarix saat 08:00-a olan dövrü əhatə edir. Videogörüntü Bakı şəhəri Xətai rayonu Nəcəfqulu Rəfiyev küçəsi ev 14-ün qarşısını əks etdirir. Baxış zamanı ev 14-dən bir nəfər əynində qara rəngli köynək və gödəkçə, göy rəngli şalvar olan oğlan və yanında nisbətən balaca boy, əynində qara rəngli gödəkçə, sarı rəngli şalvar və ağ rəngli köynək olan oğlan çıxaraq binanın çıxışına doğru irəliləməkləri müşahidə olunur. Baxış zamanı əynində qara rəngli köynək və gödəkçə, göy rəngli şalvar olan oğlanın cinayət iş üzrə şübhəli şəxs Təqsirləndirilən şəxs1 olduğu müəyyən olundu. Onun yanında olan oğlanın isə Təqsirləndirilən şəxs3 olduğu müəyyən edildi. 2-ci DVD disk açdıqda 3 ədəd ch14- 201909 adlı videogörüntülər olduğu müəyyən edildi. Həmin videogörüntülərə baxdıqda 22 sentyabr 2019-cu il tarix saat 22:50dən 23 sentyabr 2019-cu il tarix saat 02:00-a qədər dövrü əhatə edir. Videogörüntülərdə Zərərçəkmiş şəxs öldürüldüyü Bakı şəhəri Yasamal rayonu, Y.Yasamal - 1, bina 2-nin sağ tərəfində, avtomobil yolunun yanında olan yeri yeri əhatə edir. Saat 22:57-də dövlət qeydiyyat nişanı görünməyən ağ rəngli “Khazar” SD markalı avtomobilinin dayandığı, avtomobilin sürücü tərəfindən bir nəfər əynində açıq rəngli geyimlər olan şəxsin düşdüyü, həmin vaxt ona əlində torba olan açıq rəngli geyimdə olan bir nəfər cavan oğlanın bina tərəfdən yaxınlaşması, birlikdə əl hərəkətləri ilə nəyisə müzakirə etmələri, sonradan torbanı divarın künc tərəfinə atmaları, sonradan isə avtomobildən düşən əynində qara rəngli şalvar və açıq rəngli köynək olan oğlana yaxınlaşaraq birlikdə “Khazar” SD markalı avtomobilə əyləşmələri, bina tərəfdən yaxınlaşmış oğlanın avtomobili idarə edərək yolun sol tərəfində saxlayıb işıqları söndürməsi müşahidə olundu. Baxış zamanı bina tərəfdən yaxınlaşmış oğlanın Təqsirləndirilən şəxs1 olduğu müəyyən edildi. Digər iki oğlanın isə sifət nahiyəri aydın olmadığından şəxsiyyətlərini müəyyən etmək mümkün olmadı. Həmin şəxslərin birlikdə saat 23:03-ə qədər avtomobildə əyləşmələri, sonradan hər üçü avtomobildən düşərək birlikdə 40 saniyə ərzində nəyisə müzakirə etmələri müəyyən olundu. Bundan sonra hər üç şəxsin birlikdə Yasamal rayonu, Y.Yasamal - 1, bina 2 istiqamətində getmələri müşahidə olundu. Saat 23:09-da Təqsirləndirilən şəxs1 istisna olmaqla onunla birlikdə getmiş iki nəfər oğlanın yenidən avtomobilə qayıdaraq əynində açıq rəngli geyimlər olan şəxsin sürücü tərəfdə, digər şəxsin isə sərnişin tərəfdə əyləşməkləri aşkar olundu. Bundan sonra isə həmin şəxslər saat 23:38-də avtomobili idarə edərək maşın yoluna çıxır və saat 23:48-da yenidən əvvəlki yerlərinə qayıdırlar. Bu müddət ərzində hər iki şəxs avtomobildən düşüb onun qabaq tərəfinə baxdıqdan sonra yenidən əyləşirlər və hansı hərəkət etmədən avtomobildə olurlar. 23 sentyabr 2019-cu il tarixdə saat 00:09da yenidən avtomobili idarə edərək maşın yoluna çıxır və saat 00:29-da yenidən əvvəlki yerlərinə qayıdırlar. Saat 00:51-də yenidən avtomobili idarə edərək maşın yoluna çıxır və saat 00:55-də yenidən əvvəlki yerlərinə qayıdırlar. 23 sentyabr 2019-cu il tarixdə saat 01:15-də avtomobilin sürücü tərəfində əyləşmiş, əynində açıq rəngli geyimləri olan şəxsin avtomobildən düşərək tək Zərərçəkmiş şəxs öldürüldüyü Bakı şəhəri Yasamal rayonu, Y.Yasamal - 1, bina 2-ə tərəf getməsi müşahidə olunur, digər şəxsin isə avtomobildə qalması müəyyən olundu. Bundan sonra isə saat 01:53-də Təqsirləndirilən şəxs1 qoltuğunda qara rəngli əşya ola-ola saat 01:15-də avtomobildən düşərək Yasamal rayonu, Yasamal - 1, bina 2-ə tərəf getmiş əynində açıq rəngli geyimləri olan şəxslə birlikdə qayıtmaları, “Khazar” SD markalı avtomobilə əyləşmələri, Təqsirləndirilən şəxs1 avtomobili idarə edərək həmin yerdən uzaqlaşmaları müəyyən olunmuşdur. Azərbaycan Respublikası Konstitusiyasının 60 maddəsinin İ hissəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafisinə təminat verilir. Konstitusiyanın 127-ci maddəsinin İİ hissəsi nəzərdə tutur ki, hakimlər işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxırlar. Hər hansı cinayətin əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmaması, cinayəti törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törətməkdə şübhəli və ya təqsirləndirilən şəxsin cinayət təqibinin və ya müdafiəsinin hüquqi prosedurlarını Azərbaycan Respublikasının cinayət prosessual qanunvericiliyi müəyyən edir (Cinayət Prosessual Məcəlləsinin 1.1-ci maddəsi). Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 10-36-cı maddələrində göstərilmiş cinayət mühakimə icraatının əsas prinsipləri və şərtləri: Cinayət təqibinin həyata keçirilməsinin əsasını təşkil edən qaydaları müəyyən edir; İnsan və vətəndaş hüquq və azadlıqlarının qanunsuz məhdudlaşdırılması hallarından onun müdafiəsini təmin edir; Hər bir cinayət təqibinin qanuniliyini və əsaslılığını müəyyən edir. Konstitusiya Məhkəməsinin Plenumunun "Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair" 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayəthüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafıq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir.Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfındən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymətin verilməsidir.Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Həmin qərarda həmçinin nəzərə çatdırılmışdır ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olubolmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olubolmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəllsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm, həmçinin yuxarıda göstərilən konstitusion prinsiplərin pozulmasına gətirib çıxara bilər. Hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər (Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2011-ci il tarixli qərarı). Bununla da məhkəmə kollegiyası belə qənaətə gəlir ki, ittiham tərəfindən sübuta yetirilmədiyindən Təqsirləndirilən şəxs2 əməli Cinayət Məcəlləsinin 120.2.1, 120.2.4, 120.2.9, 120.2.11-ci maddələrindən həmin Məcəllənin 307.1-ci maddəsinə tövsif olunmalı və o, Cinayət Məcəlləsinin 307.1-ci maddəsi ilə təqsirli bilinməlidir. Məhkəmə kollegiyası qeyd edir ki, işin faktiki hallarından müəyyən edilir ki, hadisə 23 sentyabr 2019-cu il tarixdə baş vermişdir. Belə ki, Cinayət Məcəlləsinin 15.2-ci maddəsinə əsasən qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə bu Məcəllə ilə azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza nəzərdə tutulmuş əməllər, yaxud qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə bu Məcəllə ilə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi iki ildən artıq olmayan əməllər böyük ictimai təhlükə törətməyən cinayətlər hesab olunur. Həmin məcəllənin: 75.1-ci maddəsinə əsasən cinayət törətdiyi gündən aşağıda müəyyən edilən müddətlər keçdikdə, şəxs cinayət məsuliyyətinə cəlb edilə bilməz: 75.1.1. böyük ictimai təhlükə törətməyən cinayətin törədildiyi gündən iki il keçdikdə; Cinayət Məcəlləsinin ağır və ya xüsusilə ağır cinayətin hazırlanmasını və ya törədilməsini bilərək həmin cinayət barəsində xəbər verməmə maddəsi, yəni 307.1-ci maddəsinin sanksiyasında min beş yüz manatdan iki min beş yüz manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.2.1. maddəsinə əsasən bəraət hökmü və ya cinayət təqibinə xitam verilməsi barədə qərar çıxarılması üçün müvafiq olaraq bu Məcəllənin 42 və 43-cü maddələrində göstərilən əsaslar mövcud olmadıqda, məhkəmə bu Məcəllənin 39.1.3-cü maddəsində nəzərdə tutulmuş halda — təqsirləndirilən şəxsə cəza təyin etməməklə ittiham hökmü çıxarır. Həmin Məcəllənin 39.1.3. maddəsinə əsasən cinayət məsuliyyətinə cəlbetmə müddətləri keçdikdə (cinayət məsuliyyətinə cəlbetmə müddətinin dayandırılması halları istisna edilməklə) cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Beləliklə məhkəmə kollegiyası hesab edir ki, bu cinayət əməli böyük ictimai təhlükə törətməyən cinayətlər kateqoriyasına aid olduğundan, Cinayət Məcəlləsinin 75.1.1-ci maddəsinə əsasən, törədildiyi gündən iki ildən artıq müddətin keçməsi ilə əlaqədar Cinayət Prosessual Məcəlləsinin 44.2.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 cəza təyin edilməməlidir. Məhkəmə kollegiyası hesab edir ki, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş sübutlar, təqsirləndirilən şəxslərin məhkəmə istintaqı zamanı verdiyi ifadələri, şahidlərin iş üzrə verdikləri ifadələri və digər işdə olan sübutlarla Təqsirləndirilən şəxs2 tərəfindən Cinayət Məcəlləsinin 181.3.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlinin törədilməsini ittiham tərəfi sübuta yetirə bilməmiş, əksinə onun bu əməli törətməməsi təsdiq edilmişdir. Məhkəmə kollegiyası qənaətini əsaslandırmaq üçün aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli Qərarının 33-cü bəndinə əsasən, cinayət prosesinin çəkişmə xarakterinin təmin olunduğu məhkəmə baxışı və təqsirləndirilən şəxsin bilavasitə dinlənilməsi məhkəməyə onun verdiyi məlumatlar üzrə qənaətə gəlmək üçün daha yaxşı imkan yaratdığından, məhkəmə sübut etmə predmetinə aid olan məsələyə dair nəticəyə gələrkən ilk növbədə təqsirləndirilən şəxsin məhkəmədə verdiyi ifadəsinə əsaslanmalı, onun ibtidai istintaq zamanı verdiyi ifadəsini əsas götürdükdə isə, bunun motivlərini göstərməli və hansı səbəblərə görə ibtidai istintaqda əldə olunmuş ifadəyə üstünlük verdiyini müxtəlif məzmunlu ifadələrin digər sübutlarla əlaqəli şəkildə təhlilini aparmaqla əsaslandırmalıdır. Belə ki, Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 126.6-cı maddəsinə əsasən, təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bilər. Belə olduğu təqdirdə Təqsirləndirilən şəxs2 birinci instansiya və apellyasiya icraatlarında verdiyi inkaredici ifadələri, ibtidai istintaq zamanı verdiyi etirafedici ifadəni yeganə sübut kimi qəbul etmək və barəsində ittiham hökmü çıxarmaq istər ağlabatan mühakimə, istərsə də qanun baxımından yolverilməzdir. Həmçinin Avropa Məhkəməsinin presedent qərarlarında təqsirləndirilən şəxsin məhkəmə və ibtidai istintaq zamanı verdiyi ifadələr arasında ziddiyyət olduqda məhkəmədə verdiyi ifadəyə üstünlük verilməsi mövqeyi təsbit edilmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi qənaətə görə məhkum Təqsirləndirilən şəxs2 Cinayət Məcəlləsinin 181.3.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayəti törətməsi ibtidai istintaq və məhkmə baxışı zamanı verdiyi ifadələrlə, həmçinin Təqsirləndirilən şəxs1 məxsus 055 *** ** ** mobil nömrə ilə iş üzrə digər təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs2 hadisə baş verən vaxt istifadəsində olmuş 051 *** ** ** mobil nömrə arasında 20 sentyabr 2019, 21 sentyabr 2019 və 22 sentyabr 2019-cu il tarixdə müxtlif saatlarda telefon danışıqları olmuşdur. Sonuncu danışıq 22 sentyabr 2019-cu il tarixdə saat 23:01-də olmuş və 18 saniyə çəkmişdir. Həmin vaxt hər iki mobil nömrə “Bakı şəhəri Yasamal rayonu D.Bünyadzadə küçəsi 230E” anten dairəsində olması ilə sübut olunmuşdur. Beləliklə məhkəmə kollegiyası aparılmış qismən məhkəmə istintaqı zamanı tədqiq olunan sübutlardan belə qənaətə gəlmişdir ki, birinci instansiya məhkəməsinin mövqeyi əsassızdır, iş materialları və verilən ifadələrlə ilə təsdiq edilmir. Belə ki, işin mübahisəsiz hallarına görə Təqsirləndirilən şəxs2 hadisə olan zaman maşında olmuş və cinayət hadisəsinin törədilməsini görməmişdir. O, maşında olmasını inkar etməmişdir. Ona görə anten məlumatlarının onun ifadəsi ilə heç bir ziddiyyəti yoxdur. Təqsirləndirilən şəxs3 ifadəsində “Hadisə günü Heydəri mənim telefonum olmadığı üçün və Faridlə əlaqə saxlaya bilməyim üçün yanımda tuturdum” qeyd etməsi və bunu digər məhkum edilmiş şəxslərin də təsdiq etməsi işin mübahisəsiz halıdır. Təqsirləndirilən şəxs2 ittihamda deyildi kimi cinayətdə hər hansı iştirakı sübut olunmur və yalnız ibtidai istintaq zamanı verilən etirafedici ifadə ittihamın əsasını təşkil edə bilməz. “Sakit Zayidov Azərbaycana qarşı” olan iş üzrə Avropa Məhkəməsinin qərarının məzmununa əsasən, məhkəmələr ilk növbədə sübutun keyfiyyətini, o cümlədən sübutun əldə edilmə şəraitinin, onun mötəbərliyi və düzgünlüyünü şübhə altına alıb-almadığını, sonra isə sübutun mötəbərliyini təkzib etmək və cinayət işi üzrə icraat zamanı ondan istifadəyə etiraz etmək üçün ərizəçiyə imkan verilib-verilmədiyini araşdırmalıdır. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 21.2-ci maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da, onun təqsirli bilinməsinə yol verilmir. Həmin Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət-prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 145.3-cü maddəsinə əsasən ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 138.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb olunması əsaslarını və onun təqsirli olubolmamasını sübutetmə vəzifəsi ittihamçının üzərinə düşür. Məhkəmə kollegiyası xüsusi ilə vurğulayır ki, təqsirsizlik prezumpsiyası ədalətli məhkəmə araşdırmasının ən fundamental aspektlərindən biridir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış cinayət təqibinə, həmçinin onun cinayət törədilməsinə aidiyyəti və ya təqsirliyi sübuta yetirilmədikdə xitam verilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 42.1.4-cü maddəsinə əsasən, məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən hallar olduqda, digər hallarla bərabər təqsirliliyi sübuta yetirilmədikdə bəraət hökmü çıxarır. Məhkəmə kollegiyası hesab edir ki, cinayət işinin materialların və toplanmış sübutlara əsasən Təqsirləndirilən şəxs2 təqsirliliyi sübuta yetirilməmiş sayılmalı və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.3.3-cü maddəsi ilə ona bəraət verilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 125, 143-145-ci maddələrində sübutların toplanılması, yoxlanılması və qiymətləndirilməsinin əsasları öz əksini tapmışdır. Qeyd olunan normaların mənasına əsasən, cinayət təqibi üzrə toplanmış sübutlar qanuni yolla əldə edilməli, tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yəni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Həmçinin, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. İttihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Habelə, həmin Məcəllənin 44.1-ci maddəsində göstərilmişdir ki, yalnız məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Barbara, Messege və Habordo İspaniyaya qarşı işində qeyd etmişdir ki, təqsirsizlik prezumpsiyası prinsipi digər məsələlərlə yanaşı tələb edir ki, öz vəzifəsini yerinə yetirərkən məhkəmə üzvləri təqsirləndirilən şəxsin ittiham edildiyi cinayəti həqiqətən törətməsinə dair qərəzli fıkirdə olmasınlar, sübutetmə yükü ittiham tərəfınin üzərinə düşür və hər hansı şübhə təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 146.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.3-cü maddəsinə əsasən bu Məcəllənin 39.1.1, 39.1.2. və 39.2-ci maddələrində nəzərdə tutulmuş hallarda cinayət təqibi bəraətverici əsaslarla xitam verilmiş hesab olunur. Həmin Məcəllənin 42.1.4-cü maddəsinə əsasən təqsirliliyi sübuta yetirilmədikdə məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü çıxarılır. Bu Məcəllənin 42.2.4-cü maddəsinə əsasən bu Məcəllənin 42.1.4-cü maddəsində nəzərdə tutulmuş əsaslara görə şəxsin təqsirliliyini təsdiq edən kifayət qədər sübutlar toplanmadıqda və ya toplanmış sübutlar onun təqsirsizliyini təsdiq etdikdə bəraət hökmü çıxarılır. Eyni Məcəllənin 350.2-ci maddəsinə əsasən bu Məcəllənin 42.1-ci maddəsində nəzərdə tutulmuş hallardan biri olduqda, aparılmış məhkəmə baxışının nəticələrinə dair məhkəmə bəraət hökmü çıxarmalıdır. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-145-ci maddələrini rəhbər tutaraq iş üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv yoxlamış, müqayisəli şəkildə təhlil etmiş, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə Təqsirləndirilən şəxs2 ona qarşı irəli sürülmüş ittiham üzrə təqsirliliyinin sübuta yetirilməməsi nəticəsinə gəlmişdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin məhkəmələrin yekun qərarların hüquqiliyi ilə bağlı "Bratyakin Rusiyaya qarşı" iş üzrə 09 mart 2006, "Fadin Rusiyaya qarşı" iş üzrə 27 iyul 2006, "Lenskaya Rusiyaya qarşı" iş üzrə 29 yanvar 2009-cu il, “Radçikov Rusiyaya qarşı” iş üzrə 24 may 2007-ci il tarixli qərarlarına əsasən, hüquqi dövlətin ən mühüm prinsiplərindən biri digər hallarla yanaşı, məhkəmənin yekun qərarlarının sual doğurmamalı olmasını nəzərdə tutan hüquqi müəyyənlikdir. Yuxarı məhkəmələrin hüquqi qərarları ləğv etmə gücü məhz ciddi səhvlərin düzəldilməsində özünü göstərməlidir. Bu güc elə tətbiq edilməlidir ki, fərdi maraqlarla mühakimə sisteminin effektivliyinin təmin edilməsi arasında ədalətli balans yaratmaq maksimal dərəcədə mümkün olsun. Bir sıra məhkəmə qərarlarında "ciddi səhv" anlayışının təhlili zamanı Məhkəmə vurğulamışdır ki, işin "natamam və qərəzli" olması, yanlış nəticəyə səbəb olması, məhkəmə prosesinin ciddi pozuntuları, hakimiyyətdən sui-istifadə, hüququn tətbiqi dairəsindəki səhvlər və ədalət mühakiməsi maraqlarına təsir edən digər ağır nöqsanlar ciddi səhvin mövcudluğu kimi göstərilir. Göstərilənlərlə bağlı Konvensiya prinsipial olaraq dövlətin cinayət mühakimə icraatı zamanı səhvlərin aradan qaldırılması imkanına malik olması üçün yekun məhkəmə qərarlarının yenidən baxılmağa açılmasına icazə verir.Belə səhvlərin aradan qaldırılmadan qalması ədalət mühakiməsinin ədalətliliyinə, obyektivliyinə və ictimai nüfuzuna ciddi təsir edir. Cinayət-prosessual qanunvericiliyə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmə hökmü Azərbaycan Respublikası Konstitusiyasının, Cinayət Prosessual Məcəlləsinin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Hökmün əsaslı olması üçün isə, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalı, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlməlidir (CPM-in 349.3, 349.4 və 349.5-ci maddələri). “Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında” Azərbaycan Respublikasının xx.xx.1998-ci il tarixli qanunun müddəalarına əsasən, vurulmuş fiziki və mənəvi ziyan ödənilməli, bu isə mülki qanunvericiliklə nəzərdə tutulmuş qaydada həyata keçirilməlidir. Beləliklə, Təqsirləndirilən şəxs2 cinayət prosesini həyata keçirən orqanın səhvini və ya sui-istifadəni mübahisələndirdiyi təqdirdə, vurulmuş ziyanın ödənilməsi hüququnu qazanmış olur. Məhkəmə kollegiyası bildirir ki, tutulması, təqsirləndirilən şəxs qismində cəlb edilməsi, qətimkan tədbirinin tətbiqi və məhkəməyə verilməsi nəticəsində vurulmuş ziyanın ödənilməsi hüququ və həmin hüququn həyata keçirilməsi qaydası Təqsirləndirilən şəxs2 izah edilməlidir. Beləliklə məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, məhkum olunmuş Təqsirləndirilən şəxs2 müdafiəçisi Müdafiəçi2 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.1, 120.2.4, 120.2.9, 120.2.11 və 181.3.3-cü maddələri ilə məhkum olunmasına dair Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-155/2021 saylı, 19 mart 2021-ci il tarixli hökmü dəyişdirilməli, Təqsirləndirilən şəxs2 əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.1, 120.2.4, 120.2.9, 120.2.11-ci maddələrindən həmin Məcəllənin 307.1-ci maddəsinə tövsif edilməli, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 307.1-ci maddəsi ilə təqsirli bilinməli və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.2.1-ci maddəsinin tələbinə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 75.1, 75.1.1-ci maddələri ilə müəyyən edilmiş cinayət məsuliyyətinə cəlb etmə müddətləri keçdiyindən Təqsirləndirilən şəxs2 cəza təyin edilməməli, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.3.3-cü maddəsi ilə əməlində cinayət tərkibinin olmaması əsası ilə bəraət verilməli, Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilməli və o, məhkəmə iclas zalında həbsdən azad edilməli, hökm qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 398.1.2-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarını ləğv edərək yeni hökm və ya qərarı çıxarmağa, həmin Məcəllənin 398.1.4. maddəsinə əsasən isə birinci instansiya məhkəməsinin hökm və ya qərarının dəyişdirilməsi barədə qərar qəbul etməyə haqlıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 402-ci maddəsinə görə, irəli sürülmüş ittihama baxılması üçün mühüm əhəmiyyətə malik olan hallar birinci instansiya məhkəməsinin hökm və ya qərarında mötəbər olmayan, ziddiyyətli, yolverilməz və ya aid olmayan sübutlarla təsdiq edildikdə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş hallar sübuta yetirilməmiş hesab edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 399-cu maddəsinə əsasən, birinci instansiya məhkəməsinin gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması və birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi məhkəmənin həmin hökmünün ləğv edilməsi üçün əsasdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.2, 39.3, 42.1.2, 40.3, 43.1.2, 347, 349-353, 356, 397.1, 397.2, 398.1.2, 401 və 407-ci maddələrini rəhbər tutaraq, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyası Q Ə R A R A A L D İ: Məhkum olunmuş Təqsirləndirilən şəxs2 müdafiəçisi Müdafiəçi2 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.1, 120.2.4, 120.2.9, 120.2.11 və 181.3.3-cü maddələri ilə məhkum olunmasına dair Bakı Ağır Citnayətlər Məhkəməsinin 1(101)-155/2021 saylı, 19 mart 2021-ci il tarixli hökmü dəyişdirilsin. Təqsirləndirilən şəxs2 əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.1, 120.2.4, 120.2.9, 120.2.11-ci maddələrindən həmin Məcəllənin 307.1-ci maddəsinə tövsif edilsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 307.1-ci maddəsi ilə təqsirli bilinsin və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.2.1-ci maddəsinin tələbinə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 75.1, 75.1.1-ci maddələri ilə müəyyən edilmiş cinayət məsuliyyətinə cəlb etmə müddətləri keçdiyindən Təqsirləndirilən şəxs2 cəza təyin edilməsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.3.3-cü maddəsi ilə əməlində cinayət tərkibinin olmaması əsası ilə bəraət verilsin. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilsin və o, dərhal məhkəmə iclas zalında həbsdən azad edilsin. Hökm qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qərardan, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 410-cu maddəsində müəyyən edilmiş müddətlərdə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına kassasiya şikayəti və kassasiya protesti verilə bilər. Sədrlik edən: Habil Məmmədov Hakimlər: İlqar Murquzov Həsən Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar