Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(103)-1107/2022 10.11.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Abdulov Rəşad Məhərrəm oğlunun sədrliyi və məruzəsi ilə, Hüseyn Cavid Vaqif oğlu və Babayev Qədim Xalid oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X2, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Apellyasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X3, müdafiəçilər Müdafiəçi4 və Müdafiəçi1, məhkum edilmiş şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 iştirakları ilə, xx xxxxxx 1978-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli, əvvəllər məhkum edilməmiş, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X20 üzrə Baş İdarəsinin Operativ vergi nəzarəti İdarəsinin Monitorinq şöbəsinin böyük dövlət vergi müfəttişi vəzifəsində işləmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2 ünvanında yaşamış Təqsirləndirilən şəxs1, xx xxxxxx 1972-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli, əvvəllər məhkum edilməmiş, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X20 üzrə Baş İdarəsinin Operativ vergi f nəzarəti idarəsinin Nərimanov rayon şöbəsinin büdcədənkənar fond hesabına saxlanılan müfəttişi vəzifəsində işləmiş, Bakı şəhəri, Yasamal rayonu, X4, bina 27, mənzil 9 ünvanında yaşamış, barəsində həbs qətimkan tədbirləri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar xidmətinin Bakı istintaq təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 29,178.2.1, 29.178.2.2, 29,178.2.4-cü maddələri ilə məhkum olunmalarına dair Bakı Ağır Cinayətlər Məhkəməsinin 23 iyun 2021-ci il tarixli, 1(101)-262/2021 saylı hökmündən məhkum Təqsirləndirilən şəxs1 müdafiəçisi Müdafiəçi4 və məhkum Təqsirləndirilən şəxs2 müdafiəçisi Müdafiəçi1 tərəfindən verilmiş apellyasiya şikayətləri, dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protestinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs1 ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 311.3,1, 311.3.2 və 311.3.3-cü maddələri ilə məhkəməyə verilmişdir ondan ötrü ki, o, vəzifəli şəxs kimi digər vəzifəli şəxslə qabaqcadan əlbir olan bir qrup şəxs qismində xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar edəcəyi qanunsuz hərəkət və xidmət üzrə ümumi himayədarlıq müqabilində özü və qeyrisi üçün birbaşa yolla qeyrisi vasitəsilə maddi neməti rüşvət qismində istəməklə almış, təkrarən, vəzifəli şəxs kimi digər vəzifəli şəxslə qabaqcadan əlbir olan bir qrup şəxs qismində xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar edəcəyi qanunsuz hərəkət və xidmət üzrə ümumi himayədarlıq müqabilində özü və qeyrisi üçün birbaşa yolla qeyrisi vasitəsilə külli miqdarda maddi neməti rüşvət qismində istəməklə almışdır. Belə ki, verilmiş ittihama əsasən Təqsirləndirilən şəxs1 24 noyabr 2011-ci tarixdə Azərbaycan Respublikası Vergilər Nazirliyində işə qəbul olunmaqla həmin Nazirlik üzrə 20 yanvar 2019-cu il tarixdən Azərbaycan Respublikasının Vergilər Nazirliyi yanında Bakı şəhəri X20 Departamentinin (Azərbaycan Respublikası Prezidentinin 24 iyul 2019-cu il tarixli 1340 nömrəli Sərəncamına əsasən Azərbaycan Respublikası Vergilər Nazirinin 7 avqust 2019-cu il tarixli əmri ilə Vergilər Nazirliyinin bütün departamentlərinin baş idarə hesab edilməsi nəzərə alınmaqla) Vergi öhdəliklərinin icrasına nəzarət idarəsinin 1-ci şöbəsinin dövlət vergi müfəttişi vəzifəsində işləməklə, həmin Departamentin baş direktorunun birinci müavininin 24 may 2019-cu il tarixli “müvəqqəti cəlbetmə barədə” **********211600 nömrəli əmrinə əsasən Bakı şəhəri X20 Departamentinin Operativ vergi nəzarəti idarəsinin Monitorinq şöbəsinə 27 may 2019-cu il tarixdən 3 (üç) ay müddətə ezam edilib, Vergilər Nazirliyinin 26 iyul 2019-cu il tarixli “kadr yerdəyişməsi barədə” **********967300 nömrəli əmrinə əsasən isə həmin Departamentin Operativ vergi nəzarəti idarəsinin Monitorinq şöbəsinin böyük dövlət vergi müfəttişi vəzifəsinə keçirilməklə həmin vəzifədə işləyərkən qeyd edilən vəzifə üzrə təlimata, Azərbaycan Respublikası Vergilər nazirinin 11 iyun 2019cu il tarixli **********88100 nömrəli əmri ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Vergilər Nazirliyi yanında Bakı şəhəri X20 Departamentinin Əsasnaməsi”nin 7.3-cü və Azərbaycan Respublikası Vergilər nazirinin 26 avqust 2019-cu il tarixli **********083100 nömrəli əmri ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Vergilər Nazirliyinin Bakı şəhəri X20 üzrə Baş İdarənin Əsasnaməsi”nin 7.17-ci bəndinə əsasən, idarənin strukturları tərəfindən operativ vergi nəzarəti sahəsində onların fəaliyyətini tənzimləyən Azərbaycan Respublikasının qanunvericiliyi və Vergilər Nazirliyinin normativ sənədlərinin tələblərinə əməl olunmasına nəzarətin həyata keçirilməsi, İdarənin səlahiyyətlərinə aid olan nəzarət istiqamətləri üzrə müəyyən edilmiş forma və metodlarla monitorinq aparılması, İdarənin strukturları tərəfindən təhkimçilik bölgüsünə və qaydalarına riayət edilməsi vəziyyəti üzrə monitorinqin həyata keçirilməsi, aşkar edilmiş pozuntularla bağlı İdarənin rəhbərliyinə təqdim edilməsi üçün xidməti məruzə və digər zəruri sənədlərin tərtib edilməsi, aşkar edilmiş pozuntuların aradan qaldırılması vəziyyətinə dair monitorinq aparılması, Vergilər Nazirliyinin verdiyi göstəriş və tapşırıqların vaxtında və düzgün şəkildə icrasının təmin edilməsi üçün zəruri tədbirlərin görülməsi, səlahiyyətinə aid edilmiş məsələlər üzrə dövlət, yerli özünüidarəetmə orqanları, hüquqi və fiziki şəxslərdən, habelə Vergilər Nazirliyinin struktur vahid və bölmələrindən daxil olmuş məktub, sorğu, ərizə, şikayət, təklif və digər sənədlərə qanunvericiliklə müəyyən edilmiş müddətdə və qaydada baxılmasının, araşdırılmasının, cavablandırılması və göndərilməsinin (təqdim edilməsinin) təmin edilməsi və digər səlahiyyətlərə malik təşkilati-sərəncamverici və inzibati-təsərrüfat funksiyalarını yerinə yetirən vəzifəli şəxs kimi həmin Nazirliyin Bakı şəhəri X20 üzrə Baş İdarəsinin Operativ vergi nəzarəti idarəsinin Nərimanov rayon şöbəsinin büdcədənkənar fond hesabına saxlanılan müfəttişi vəzifəsində işləyən Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində birləşməklə cinayətkar əlaqəyə girib, aralarında olan ümumi cinayətkar sövdələşməyə uyğun olaraq xidməti vəzifələrinin icrası ilə əlaqədar edəcəkləri qanunsuz hərəkət və xidmət üzrə ümumi himayədarlıq müqabilində, yəni 2019-cu ilin iyul - avqust aylarında Təqsirləndirilən şəxs2la birlikdə Bakı şəhəri Xətai rayonu, Gəncə prospekti 109 ünvanında yerləşən qeyri-yaşayış sahəsində ********** nömrəli VÖEN əsasında sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi “X33” adlı çörək istehsalı sexinə faktiki rəhbərlik edən Şahid1 ilə həmin sexdə görüşərkən onun həmin sexdəki sahibkarlıq fəaliyyətini vergi qanunvericiliyinə uyğun həyata keçirib-keçirməməsinin yoxlanılmaması və digər vergi qurumu əməkdaşları tərəfindən də səlahiyyətləri çərçivəsində həmin sexdə nəzarət həyata keçirilərkən qanun pozuntusu aşkar edildiyi təqdirdə belə onun məsuliyyətə cəlb olunmasının qarşısını almağa görə Şahid1 özü və qabaqcadan əlbir olduğu Təqsirləndirilən şəxs2 üçün şəxsən birbaşa yolla maddi nemət olan 5.000 (beş min) manat məbləğində pul vəsaitini rüşvət qismində istəyib, Şahid1 həmin pulu verməyə maddi imkanının olmamasını bildirməsi ilə əlaqədar Təqsirləndirilən şəxs2la aralarındakı cinayətkar niyyətə uyğun olaraq, onunla 3.500 manata razılaşıb, yəni həmin məbləğdə pulu rüşvət qismində sonuncu və özü üçün şəxsən birbaşa yolla rüşvət qismində istəyib, həmin niyyətlə 2019-cu ilin iyul - avqust ayları ərzində ilkin olaraq 3.000 manat, bir neçə gündən sonra isə 500 manat olmaqla, cəmi 3.500 manat məbləğində maddi nemət olan pul vəsaitini Şahid1 qabaqcadan əlbir olan bir qrup şəxs qismində həmin çörək istehsalı sexinin yerləşdiyi Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti 109 ünvanında özü və qabaqcadan əlbir olduğu Təqsirləndirilən şəxs2 üçün birbaşa yolla şəxsən vahid niyyətlə rüşvət qismində almışdır. Bundan başqa, o, qeyd edilən səlahiyyətlərə malik təşkilati-sərəncamverici və inzibatitəsərrüfat funksiyalarını yerinə yetirən vəzifəli şəxs qismində, təkrarən, həmin Nazirliyin (Azərbaycan Respublikası Prezidentinin 23 oktyabr 2019-cu il tarixli Fərmanı ilə Azərbaycan Respublikasının Vergilər Nazirliyi dövlət xidməti statusunda Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin strukturuna daxil edilməsi nəzərə alınmaqla) Bakı şəhəri X20 üzrə Baş İdarəsinin Operativ vergi nəzarəti idarəsinin Nərimanov rayon şöbəsinin büdcədənkənar fond hesabına saxlanılan müfəttişi vəzifəsində işləyən Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində birləşməklə cinayətkar əlaqəyə girib, aralarında olan ümumi cinayətkar sövdələşməyə uyğun olaraq xidməti vəzifələrinin icrası ilə əlaqədar edəcəkləri qanunsuz hərəkət və xidmət üzrə ümumi himayədarlıq müqabilində, yəni 2020-ci ilin mart ayında Təqsirləndirilən şəxs2la birlikdə Bakı şəhəri Xətai rayonu, Gəncə prospekti 109 ünvanında yerləşən qeyri-yaşayış sahəsində ********** nömrəli VÖEN əsasında sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi “X33” adlı çörək istehsalı sexinə faktiki rəhbərlik edən Şahid1 ilə həmin sexdə görüşərkən onun həmin sexdəki sahibkarlıq fəaliyyətini vergi qanunvericiliyinə uyğun həyata keçirib-keçirməməsinin yoxlanılmaması və digər vergi qurumu əməkdaşları tərəfindən də səlahiyyətləri çərçivəsində həmin sexdə nəzarət həyata keçirilərkən qanun pozuntusu aşkar edildiyi təqdirdə belə onun məsuliyyətə cəlb olunmasının qarşısını almağa görə Şahid1 özü və qabaqcadan əlbir olduğu Təqsirləndirilən şəxs2 üçün şəxsən birbaşa yolla külli miqdarda maddi nemət olan 10.000 (on min) manat məbləğində pul vəsaitini təkrarən rüşvət qismində istəyib, Şahid1 həmin pulu verməyə maddi imkanının olmamasını bildirməsi ilə əlaqədar Təqsirləndirilən şəxs2la aralarındakı cinayətkar niyyətə uyğun olaraq, onunla 6.000 (altı min) manata razılaşıb, yəni həmin məbləğdə pulu rüşvət qismində sonuncu və özü üçün şəxsən birbaşa yolla rüşvət qismində istəyib, həmin niyyətlə 4 may 2020-ci il tarixdə, saat 15 radələrində Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti 109 ünvanında fəaliyyət göstərən həmin çörək istehsalı sexinin yaxınlığında Təqsirləndirilən şəxs2 idarə etdiyi “Kia Sorento” markalı, 90SS737 dövlət qeydiyyat nişanlı avtomobilin salonunda Şahid1 maddi nemət olan 3.000 (üç min) manat məbləğində pul vəsaitini özü və qabaqcadan əlbir olduğu Təqsirləndirilən şəxs2 üçün birbaşa yolla şəxsən rüşvət qismində təkrarən almışdır. Təqsirləndirilən şəxs2 ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 311.3,1, 311.3.2 və 311.3.3-cü maddələri ilə məhkəməyə verilmişdir ondan ötrü ki, o, vəzifəli şəxs kimi digər vəzifəli şəxslə qabaqcadan əlbir olan bir qrup şəxs qismində xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar edəcəyi qanunsuz hərəkət və xidmət üzrə ümumi himayədarlıq müqabilində özü və qeyrisi üçün birbaşa yolla qeyrisi vasitəsilə maddi neməti rüşvət qismində istəməklə almış, təkrarən, vəzifəli şəxs kimi digər vəzifəli şəxslə qabaqcadan əlbir olan bir qrup şəxs qismində xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar edəcəyi qanunsuz hərəkət və xidmət üzrə ümumi himayədarlıq müqabilində özü və qeyrisi üçün birbaşa yolla qeyrisi vasitəsilə külli miqdarda maddi neməti rüşvət qismində istəməklə almışdır. Belə ki, Təqsirləndirilən şəxs2 27 aprel 2011-ci il tarixdə Azərbaycan Respublikası Vergilər Nazirliyində işə qəbul olunmaqla həmin Nazirlik üzrə 06 mart 2019-cu il tarixli “kadr yerdəyişməsi barədə” **********235900 nömrəli əmrə əsasən Azərbaycan Respublikasının Vergilər Nazirliyi yanında Bakı şəhəri X20 Departamentinin (Azərbaycan Respublikası Prezidentinin 24 iyul 2019-cu il tarixli 1340 nömrəli Sərəncamına əsasən Azərbaycan Respublikası Vergilər Nazirinin 7 avqust 2019-cu il tarixli əmri ilə Vergilər Nazirliyinin bütün departamentlərinin baş idarə hesab edilməsi nəzərə alınmaqla) Operativ vergi nəzarəti idarəsinin Nərimanov rayonu üzrə şöbəsinin büdcədənkənar vəsait hesabına saxlanılan müfəttişi vəzifəsində işləməklə qeyriləri üçün hüquq münasibətlərin yaranması, dəyişməsi və xitamına səbəb olan hərəkətlər etmək hüququna malik inzibati-təsərrüfat funksiyalarını yerinə yetirən vəzifəli şəxs kimi həmin Nazirliyin Bakı şəhəri X20 üzrə Baş İdarəsinin Operativ vergi nəzarəti idarəsinin Monitorinq şöbəsinin böyük dövlət vergi müfəttişi vəzifəsində işləməklə vəzifə təlimatına, Azərbaycan Respublikası Vergilər nazirinin 11 iyun 2019-cu il tarixli **********88100 nömrəli əmri ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Vergilər Nazirliyi yanında Bakı şəhəri X20 Departamentinin Əsasnaməsi”nin 7.3-cü və Azərbaycan Respublikası Vergilər nazirinin 26 avqust 2019-cu il tarixli **********083100 nömrəli əmri ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Vergilər Nazirliyinin Bakı şəhəri X20 üzrə Baş İdarənin Əsasnaməsi”nin 7.17-ci bəndinə əsasən, idarənin strukturları tərəfindən operativ vergi nəzarəti sahəsində onların fəaliyyətini tənzimləyən Azərbaycan Respublikasının qanunvericiliyi və Vergilər Nazirliyinin normativ sənədlərinin tələblərinə əməl olunmasına nəzarətin həyata keçirilməsi, İdarənin səlahiyyətlərinə aid olan nəzarət istiqamətləri üzrə müəyyən edilmiş forma və metodlarla monitorinq aparılması, İdarənin strukturları tərəfindən təhkimçilik bölgüsünə və qaydalarına riayət edilməsi vəziyyəti üzrə monitorinqin həyata keçirilməsi, aşkar edilmiş pozuntularla bağlı İdarənin rəhbərliyinə təqdim edilməsi üçün xidməti məruzə və digər zəruri sənədlərin tərtib edilməsi, aşkar edilmiş pozuntuların aradan qaldırılması vəziyyətinə dair monitorinq aparılması, Vergilər Nazirliyinin verdiyi göstəriş və tapşırıqların vaxtında və düzgün şəkildə icrasının təmin edilməsi üçün zəruri tədbirlərin görülməsi, səlahiyyətinə aid edilmiş məsələlər üzrə dövlət, yerli özünüidarəetmə orqanları, hüquqi və fiziki şəxslərdən, habelə Vergilər Nazirliyinin struktur vahid və bölmələrindən daxil olmuş məktub, sorğu, ərizə, şikayət, təklif və digər sənədlərə qanunvericiliklə müəyyən edilmiş müddətdə və qaydada baxılmasının, araşdırılmasının, cavablandırılması və göndərilməsinin (təqdim edilməsinin) təmin edilməsi və digər səlahiyyətlərə malik təşkilati-sərəncamverici və inzibati-təsərrüfat funksiyalarını yerinə yetirən vəzifəli şəxs olan Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində birləşməklə cinayətkar əlaqəyə girib, aralarında olan ümumi cinayətkar sövdələşməyə uyğun olaraq xidməti vəzifələrinin icrası ilə əlaqədar edəcəkləri qanunsuz hərəkət və xidmət üzrə ümumi himayədarlıq müqabilində, yəni 2019-cu ilin iyul - avqust aylarında Təqsirləndirilən şəxs1lə birlikdə Bakı şəhəri Xətai rayonu, Gəncə prospekti 109 ünvanında yerləşən qeyri-yaşayış sahəsində ********** nömrəli VÖEN əsasında sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi “X33” adlı çörək istehsalı sexinə faktiki rəhbərlik edən Şahid1 ilə həmin sexdə görüşərkən onun həmin sexdəki sahibkarlıq fəaliyyətini vergi qanunvericiliyinə uyğun həyata keçirib-keçirməməsinin yoxlanılmaması və digər vergi qurumu əməkdaşları tərəfindən də səlahiyyətləri çərçivəsində həmin sexdə nəzarət həyata keçirilərkən qanun pozuntusu aşkar edildiyi təqdirdə belə onun məsuliyyətə cəlb olunmasının qarşısını almağa görə Şahid1 özü və qabaqcadan əlbir olduğu Təqsirləndirilən şəxs1 üçün sonuncu vasitəsilə birbaşa yolla maddi nemət olan 5.000 (beş min) manat məbləğində pul vəsaitini rüşvət qismində istəyib, Şahid1 həmin pulu verməyə maddi imkanının olmamasını bildirməsi ilə əlaqədar Təqsirləndirilən şəxs1lə aralarındakı cinayətkar niyyətə uyğun olaraq, onunla 3.500 manata razılaşıb, yəni həmin məbləğdə pulu rüşvət qismində sonuncu və özü üçün birbaşa yolla rüşvət qismində istəyib, həmin niyyətlə 2019-cu ilin iyul - avqust ayları ərzində ilkin olaraq 3.000 manat, bir neçə gündən sonra isə 500 manat olmaqla, cəmi 3.500 manat məbləğində maddi nemət olan pul vəsaitini Şahid1 qabaqcadan əlbir olan bir qrup şəxs qismində həmin çörək istehsalı sexinin yerləşdiyi Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti 109 ünvanında özü və qabaqcadan əlbir olduğu Təqsirləndirilən şəxs1 üçün birbaşa yolla sonuncu vasitəsilə vahid niyyətlə rüşvət qismində almışdır. Bundan başqa, o, həmin vəzifədə işləyərkən, inzibati-təsərrüfat funksiyalarını yerinə yetirən vəzifəli şəxs qismində, təkrarən, həmin Nazirliyin (Azərbaycan Respublikası Prezidentinin 23 oktyabr 2019-cu il tarixli Fərmanı ilə Azərbaycan Respublikasının Vergilər Nazirliyi dövlət xidməti statusunda Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin strukturuna daxil edilməsi nəzərə alınmaqla) Bakı şəhəri X20 üzrə Baş İdarəsinin Operativ vergi nəzarəti idarəsinin Monitorinq şöbəsinin böyük dövlət vergi müfəttişi vəzifəsində işləməklə qeyd edilən səlahiyyətlərə malik təşkilati-sərəncamverici və inzibati-təsərrüfat funksiyalarını yerinə yetirən vəzifəli şəxs olan Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində birləşməklə cinayətkar əlaqəyə girib, aralarında olan ümumi cinayətkar sövdələşməyə uyğun olaraq xidməti vəzifələrinin icrası ilə əlaqədar edəcəkləri qanunsuz hərəkət və xidmət üzrə ümumi himayədarlıq müqabilində, yəni 2020-ci ilin mart ayında Təqsirləndirilən şəxs1lə birlikdə Bakı şəhəri Xətai rayonu, Gəncə prospekti 109 ünvanında yerləşən qeyri-yaşayış sahəsində ********** nömrəli VÖEN əsasında sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi “X33” adlı çörək istehsalı sexinə faktiki rəhbərlik edən Şahid1 ilə həmin sexdə görüşərkən onun həmin sexdəki sahibkarlıq fəaliyyətini vergi qanunvericiliyinə uyğun həyata keçirib-keçirməməsinin yoxlanılmaması və digər vergi qurumu əməkdaşları tərəfindən də səlahiyyətləri çərçivəsində həmin sexdə nəzarət həyata keçirilərkən qanun pozuntusu aşkar edildiyi təqdirdə belə onun məsuliyyətə cəlb olunmasının qarşısını almağa görə Şahid1 özü və qabaqcadan əlbir olduğu Təqsirləndirilən şəxs1 üçün sonuncu vasitəsilə birbaşa yolla külli miqdarda maddi nemət olan 10.000 (on min) manat məbləğində pul vəsaitini təkrarən rüşvət qismində istəyib, Şahid1 həmin pulu verməyə maddi imkanının olmamasını bildirməsi ilə əlaqədar Təqsirləndirilən şəxs1lə aralarındakı cinayətkar niyyətə uyğun olaraq, onunla 6.000 (altı min) manata razılaşıb, yəni həmin məbləğdə pulu rüşvət qismində sonuncu və özü üçün birbaşa yolla rüşvət qismində istəyib, həmin niyyətlə 4 may 2020-ci il tarixdə, saat 15 radələrində Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti 109 ünvanında fəaliyyət göstərən həmin çörək istehsalı sexinin yaxınlığında şəxsən idarə etdiyi “Kia Sorento” markalı, 90SS737 dövlət qeydiyyat nişanlı avtomobilin salonunda Şahid1 maddi nemət olan 3.000 (üç min) manat məbləğində pul vəsaitini özü və qabaqcadan əlbir olduğu Təqsirləndirilən şəxs1 üçün birbaşa yolla sonuncu vasitəsilə rüşvət qismində təkrarən almışdır. Bakı Ağır Cinayətlər Məhkəməsinin (sədrlik edən X5, hakimlər X15 və X16) 23 iyun 2021-ci il tarixli, 1(101)-262/2021 nömrəli hökmü ilə Təqsirləndirilən şəxs1 elan edilmiş ittihamdan Azərbaycan Respublikası CM-nin 311.3.1, 311.3.2 və 311.3.3-cü maddələri xaric olunmuş və onun əməllərində bu cinayətlərin tərkibi olmadığından, yəni Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.2-ci maddəsində göstərilən əsaslarla həmin hissədə xitam edilmiş, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 178.2.1-ci, 29,178.2.1, 29,178.2.2, 29,178.2.4-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək, ona 3 (üç) il müddətə dövlət orqanlarında rəhbər, nəzarət və təftiş funksiyalarını həyata keçirmək səlahiyyətlərinə malik vəzifələr tutmaq hüququndan məhrum edilməklə 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Təqsirləndirilən şəxs1 təyin edilmiş cəzanın çəkilməsinin əvvəli 04 may 2020-ci il tarixdən hesablanmış, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi və Təqsirləndirilən şəxs1 barəsində qətimkan tədbiri qismində seçilmiş həbsin hökmün qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması müəyyən edilmişdir. Hökmlə Təqsirləndirilən şəxs2 elan edilmiş ittihamdan Azərbaycan Respublikası CM-nin 311.3,1, 311.3.2 və 311.3.3-cü maddələri xaric olunmuş və onun əməllərində bu cinayətlərin tərkibi olmadığından, yəni Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsində göstərilən əsaslarla həmin hissədə xitam edilmiş, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CMnin 178.2.1, 29,178.2.1, 29.178.2.2, 29,178.2.4-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək ona 3 (üç) il müddətə dövlət orqanlarında rəhbər, nəzarət və təftiş funksiyalarını həyata keçirmək səlahiyyətlərinə malik vəzifələr tutmaq hüququndan məhrum edilməklə 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Təqsirləndirilən şəxs2 təyin edilmiş cəzanın çəkilməsinin əvvəli 04 may 2020-ci il tarixdən hesablanmış, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, barəsində qətimkan tədbiri qismində seçilmiş həbsin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması müəyyən edilmiş, hökmlə həmçinin maddi sübut və məhkəmə məsrəfi məsələləri də həll edilmişdir. Məhkəmənin hökmünə əsasən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 29,178.2.1, 29.178.2.2, 29,178.2.4-cü maddələri ilə təqsirli bilinmişlər ondan ötrü ki, Təqsirləndirilən şəxs1 2019-cu ilin təxminən iyul ayının axırlarında Bakı şəhərində Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı şəhəri X20 Departamentinin Operativ vergi nəzarəti idarəsinin Monitorinq şöbəsinin böyük dövlət vergi müfəttişi vəzifəsində olarkən həmin Baş İdarənin Operativ vergi nəzarəti idarəsinin Nərimanov rayon şöbəsinin büdcədənkənar fond hesabına saxlanılan müfəttişi Təqsirləndirilən şəxs2 ilə aldatma yolu ilə özgənin əmlakını ələ keçirib öz aralarında bölmək barəsində razılığa gəlib cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs qismində 2019-cu ilin iyul-avqust aylarında Bakı şəhəri Xətai rayonu, Gəncə prospekti 109 ünvanında yerləşən “X33” adlı çörək bişirmə sexinə gəlib həmin sexə rəhbərliyi həyata keçirən Şahid1 onun sexdə sahibkarlıq fəaliyyətini vergi qanunvericiliyinə uyğun həyata keçirib-keçirməməsini yoxlanılmaması və digər vergi qurumunun əməkdaşları tərəfindən də həmin sexdə öz səlahiyyətləri çərçivəsində də nəzarət həyata keçirilərkən qanun pozuntusu aşkar edildiyi təqdirdə yoxlamaların qarşısını almaqda ona himayadarlıq etməyi yalandan vəd edib onu aldadaraq ondan 3.500 manat pul alıb öz aralarında bölüşdürmüşlər. Bundan sonra, yəni 2020-ci ilin mart ayında Bakı şəhərində Təqsirləndirilən şəxs1 yuxarıda göstərilən qaydada və üsulla yenidən Təqsirləndirilən şəxs2 ilə birlikdə təkrarən Bakı şəhəri Xətai rayonu, Gəncə prospekti 109 ünvanında yerləşən yuxarıda göstərilən çörək bişirmə sexinə gəlib sexə rəhbərliyi həyata keçirən Şahid1 aldadaraq onun xeyli miqdarda əmlakını ələ keçirib öz aralarında bölüşdürmək barəsində razılığa gəlib cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs qismində Şahid1 ilə yuxarıda göstərilən ünvanda görüşüb ona sexdəki sahibkarlıq fəaliyyətini vergi qanunvericiliyinə uyğun həyata keçirib-keçirməməsinin yoxlanılmaması və digər vergi qurumu əməkdaşları tərəfindən də sexdə öz səlahiyyətləri çərçivəsində nəzarət həyata keçirilərkən qanun pozuntusu aşkar edildiyi təqdirdə ona himayədarlıq edib yoxlamaların qarşısını almağı yalandan vəd edib onu aldadaraq sonuncunu onlara 6.000 (altı min) manat verməyə razı salıb 4 may 2020-ci il tarixdə, saat 15:00 radələrində həmin ünvanın yaxınlığında Təqsirləndirilən şəxs2 idarə etdiyi “Kia Sorento” markalı, Az ** SS *** dövlət qeydiyyat nişanlı avtomobilin salonunda Şahid1 verilməsi onlara vəd edilən 6000 (altı min) manatın, yəni xeyli miqdarda pulun 3.000 (üç min) manat hissəsini aldıqdan sonra onlar barəsində hüquq mühafizə orqanları tərəfindən həyata keçirilmiş tədbirlər nəticəsində onlar hadisə yerində tutulmuşlar. Bu səbəbdən də onlar əldə edib öz aralarında bölüşdürmək istədikləri 6000 (altı) min manat məbləğin qalan 3000 (üç min) manat hissəsini öz iradələrindən asılı olmayaraq ələ keçirə bilməmişlər. Hökmdən dövlət ittihamçısı apellyasiya protesti verərək Bakı Ağır Cinayətlər Məhkəməsinin 23 iyun 2021-ci il tarixli hökmünün ləğv edilib, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 311.3.1, 311.3.2 və 311.3.3-cü maddələri ilə təqsirli bilinərək onlara həmin maddənin sanksiyası həddində cəza təyin edilməklə yeni hökm çıxarılmasını xahiş etmişdir. Apellyasiya protestinin dəlilləri qismində göstərilmişdir ki, məhkəmənin qənaətinə əsasən təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ittiham olunduqları əməlləri törədərkən Azərbaycan Respublikasının CM-nin 311-ci maddəsində nəzərdə tutulan cinayətin subyektləri olmamış, onlara monitorinq aparmaq səlahiyyəti verilməmiş, monitorinq aparmaq səlahiyyəti verən qərar, əmr və başqa sərəncam olmamış, himayədarlıq etməyə səlahiyyətləri də olmamamışdır. Bundan başqa məhkəmə hökmündə qeyd etmişdir ki, Təqsirləndirilən şəxs2 büdəcədən kənar maliyyə ehtiyatları hesabına saxlanılan vergi xidmətində yardımçı fəaliyyətlə məşğul olmuş, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Şahid1 2019-cu ilin iyul-avqust aylarında ondan 3500 (üç min beş yüz) manat aldıqdan sonra onun istifadəsində olan sexə bir il müddətinə özlərinin və başqalarının vergi yoxlamalarına gəlməyəcəklərini vəd etdikləri halda özləri bu vədlərindən səkkiz ay sonra təkrar həmin sexə gəlmişlər. Belə olan halda məhkəmənin qənaətinə görə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Şahid1 verdikləri vədlərinin yalan olması dərk olunan olmuş və bu hərəkətlərini özgənin əmlakını ələ keçirmə üçün istifadə etdikləri aldatma üsulu kimi qiymətləndirilmişdir. Lakin birinci instansiya məhkəməsi tərəfindən hazırkı iş üzrə təqsirləndirilən şəxslərin əməllərinin tövsifi zamanı cinayətin obyektiv cəhəti və cinayətin subyekti dəqiq müəyyən edilməlidir. Belə ki, elan edilmiş ittihamın məzmunundan görünür ki, təqsirləndirilən şəxslər tərəfindən xidməti vəzifələrin icrası ilə əlaqədar ediləcək qanunsuz hərəkət və xidmət üzrə ümumi himayədarlıq müqabilində rüşvət istənilmiş və alınmışdır. İş üzrə tədqiq olunmuş sübutların məcmusundan tam aydın olur ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 rüşvətin predmetini vergi yoxlaması keçirilib-keçirilməməsi müqabilində deyil, keçirilmiş və ya gələcəkdə keçirilə biləcək vergi yoxlaması zamanı aşkar ediləcək pozuntular nəticəsində tətbiq edilə biləcək yüksək məbləğli sanksiyaların qarşısını almaq, bunu öz vəzifələrindən istifadə etməklə həyata keçirəcəklər. Həmçinin proses iştirakçılarının vermiş olduqları ifadələrdən müəyyən edilmişdir ki, ilk dəfə rüşvət aldıqdan sonra ümumi himayədarlığın həyata keçirilməsi fonunda sexə gəlmiş digər vergi işçilərinin yoxlamasının qarşısı Təqsirləndirilən şəxs1 tərəfindən alınmışdır. İş materiallarında olan sübutlardan görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Şahid1 nə vergi yoxlamasını keçirmək üçün gəldiklərini, nə də vergi yoxlamasının keçirilməməsi üçün pul tələb etdiklərini bildirməmişlər. Əksinə, təqsirləndirilən şəxslər ehtimal olunan vergi yoxlamalarının qarşısını ala bilmək iqtidarında olduqlarını bildirmişlər. Bu da istintaq orqanı tərəfindən düzgün olaraq ümumi himayədarlığın həyata keçirilməsi kimi qiymətləndirilmişdir. Belə ki, təqsirləndirilən şəxslər tərəfindən ümumi himayədarlığın yalnız sözlə deyil, həm də real olaraq da həyata keçirildiyi məhkəmə istintaqı zamanı öz təsdiqini tapmışdır. Lakin, birinci instansiya məhkəməsi həm ibtidai istintaq zamanı, həm məhkəmə istintaqı zamanı müəyyən edilmiş real faktı görməzdən gələrək həmin fakta təqsirləndirilən şəxslərin səlahiyyətli olmaması kimi əsassız hüquqi qiymət vermişlər. Bundan başqa, elan edilmiş ittihamın məzmunundan görünür ki, ümumi himayədarlıqla yanaşı təqsirləndirilən şəxslər qanunsuz hərəkətlərin həyata keçirilməsi müqabilində pul almışlar ki, bu da Şahid1 ifadəsi, Şahid1lə Təqsirləndirilən şəxs1 arasında və Şahid1lə Təqsirləndirilən şəxs2 arasında keçirilmiş üzləşdirmə prokolları, məhkəmə-fonoskopik ekspertizası, əməliyyat - axtarış tədbirlərinin keçirilməsi zamanı əldə edilmiş videogörüntüləri özündə əks etdirən iki ədəd “CD” diskə baxış keçirilməsinə dair 5 may 2020-ci il tarixli protokolla tam sübuta yetirilmişdir. Eyni zamanda hökmdən narazı qalan məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs1 müdafiəçisi Müdafiəçi4 apellyasiya şikayəti verib Bakı Ağır Cinayətlər Məhkəməsinin 23 iyun 2021-ci il tarixli hökmünün ləğv edilməsini, Təqsirləndirilən şəxs1 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsi tətbiq olunmaqla cinayət işinin icraatına xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri qismində göstərilmişdir ki, işə Bakı Ağır Cinayətlər məhkəməsi tərəfindən məhkəmə hökmü çıxarılarkən təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi və cəza təyin edilməsi İlə bağlı müddəaları düzgün və tam nəzərə alınmamışdır. Nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsinə əsasən həmin Məcəllənin 178.2-ci maddəsində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş, zərərçəkmiş şəxslə barışmış və dəymiş ziyanı tamamilə ödəmiş şəxs, cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdikdə cinayət məsuliyyətindən azad edilir. İş üzrə zərərçəkmiş şəxs kimi heç kim tanınmamışdır. Odur ki, təqsirləndirilən şəxs tərəfindən dəymiş ziyanın tamamilə ödənilməsi, cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş edilməsi nəzərə alınmaqla, iş üzrə zərərçəkmiş şəxs olmadığı üçün zərərçəkmiş şəxslə barışma tələb olunmadan Təqsirləndirilən şəxs1 cinayət məsuliyyətindən azad edilməsi zəruridir. Məhkəmə hökmünə əsasən Təqsirləndirilən şəxs1 himayəsində dörd nəfər yetkinlik yaşına çatmayan uşağının, müddətsiz 1-ci dərəcəli əlil olan həyat yoldaşının olması, əvvəllər məhkum olunmaması, yaşayış yerindən müsbət xarakterizə olunması, törətdiyi əməldən peşman olması və cinayətin açılmasında fəal iştirak etməsi yüngülləşdirici hallar kimi nəzərə alınmışdır. Məhkəmə hökmündən göründüyü kimi, Təqsirləndirilən şəxs1 barəsində heç bir ağırlaşdırıcı hal aşkar olunmasa da, çoxsaylı yüngülləşdirici hallar olsa da, lakin həmin yüngülləşdirici hallar real olaraq nəzərə alınmamış, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin və Cinayət Prosessual Məcəlləsinin tələbləri pozularaq birinci instansiya məhkəməsinin hökmündə nəyə görə məhkəmə tərəfindən kifayət qədər sərt cəzanın tətbiq edildiyi əsaslandırılmamışdır. Hökmdən narazı qalan digər məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs2 müdafiəçisi Müdafiəçi1 apellyasiya şikayəti verib, iş üzrə zərərçəkmiş şəxs kimi heç kimin tanınmadığını, təqsirləndirilən şəxs tərəfindən dəymiş ziyanın tamamilə ödənilməsini, cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş edilməsinin nəzərə alınmaqla, iş üzrə zərərçəkmiş şəxs olmadığı üçün zərərçəkmiş şəxslə barışma tələb olunmadan Təqsirləndirilən şəxs2 cinayət məsuliyyətindən azad edilməsinin zəruri olduğunu, bundan başqa onun himayəsində üç nəfər yetkinlik yaşına çatmayan uşağının, xəstə həyat yoldaşının olması və əvvəllər məhkum olunmamasının nəzərə alınaraq Bakı Ağır Cinayətlər Məhkəməsinin 23 iyun 2021-ci il tarixli hökmünün ləğv edilməsini, Təqsirləndirilən şəxs2 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsi tətbiq olunmaqla cinayət işinin icraatına xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 23 avqust 2021-ci il tarixli, 1(103)-1364/2021 saylı qərarı ilə (sədrlik edən X13, hakimlər X10 və X6) məhkum Təqsirləndirilən şəxs1 müdafiəçisi Müdafiəçi4 və məhkum Təqsirləndirilən şəxs2 müdafiəçisi Müdafiəçi1 tərəfindən verilmiş apellyasiya şikayətləri, dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protesti təmin edilməmiş, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.1-ci, 29,178.2.1. 29,178.2.2, 29,178.2.4-cü maddələri ilə məhkum olunmalarına dair Bakı Ağır Cinayətlər Məhkəməsinin 23 iyun 2021-ci il tarixli, 1(101)-262/2021 saylı hökmü dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya məhkəməsinin yuxarıda qeyd edilən qərarından dövlət ittihamçısı tərəfindən kassasiya protesti verilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının 30 mart 2022-ci il tarixli, 1(102)-432/2022 saylı qərarı ilə (sədrlik edən X1, hakimlər X7 və X11) kassasiya protesti təmin edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 29,178.2.1, 29,178.2.2, 29,178.2.4-cü maddələri ilə təqsirli bilinib məhkum olunmuş Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 23 avqust 2021-ci il tarixli qərarı dövlət ittihamçısının kassasiya protestinə əsasən ləğv edilərək cinayət işi apellyasiya instansiyası məhkəməsində yeni məhkəmə baxışına təyin edilmişdir. Məhkəmə kollegiyasının iclasında dövlət ittihamçısı X8 apellyasiya protestinin dəlilərinə uyğun çıxış edərək, verilmiş apellyasiya şikayətlərinin təmin edilməməsini, apellyasiya protestinin isə təmin olunaraq, birinci instansiya məhkəməsi tərəfindən qəbul edilmiş hökmün ləğv edilməsini, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 311.3.1, 311.3.2 və 311.3.3-cü maddələri ilə təqsirli bilinərək onlara həmin maddənin sanksiyası həddində cəza təyin edilməklə yeni hökm çıxarılmasını xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs1 və müdafiəçisi Müdafiəçi4 verilmiş apellyasiya şikayətinin dəlilərinə uyğun çıxış edərək apellyasiya şikayətlərinin təmin edilməsini, apellyasiya protestinin isə təmin edilməməsini xahiş etmişlər. Məhkəmə kollegiyasının iclasında məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs2 və müdafiəçisi X12 verilmiş apellyasiya şikayətlərinin dəlilərinə uyğun çıxış edərək apellyasiya şikayətinin təmin edilməsini, apellyasiya protestinin isə təmin edilməməsini xahiş etmişlər. Məhkəmə kollegiyası cinayət işinin materiallarını araşdırıb apellyasiya şikayətlərinin və protestinin dəlillərini müzakirə edərək, tərəflərin çıxışlarını dinləyib hesab edir ki, məhkum edilmiş şəxslərin müdafiəçiləri tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməməli, apellyasiya protesti isə təmin edilməklə, Bakı Ağır Cinayətlər Məhkəməsinin 23 iyun 2021-ci il tarixli, 1(101)-262/2021 nömrəli hökmü ləğv edilməli, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 311.3.1, 311.3.2 və 311.3.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməklə onlara həmin maddənin sanksiyası həddində ədalətli cəza təyin olunmalıdır. İlk növbədə qeyd olunmaldır ki, Azərbaycan Respublikası CPM-in 397.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Apellyasiya icraatı qaydasında işə baxılarkən müəyyən edilmişdir ki, birinci instansiya məhkəməsi müvafiq hökm çıxaran zaman işin faktiki hallarına düzgün qiymət verməmiş, məhkum edilmiş şəxslərin qəsdi ilə bağlı səhv qənaətə gəlmişdir. Belə ki, məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs1 birinci instansiya məhkəməsində verdiyi ifadəsində ona elan olunmuş ittihamda özünü təqsirli bilməyərək qeyd etmişdir ki, 2001-ci ildən etibarən Azərbaycan Respublikası Vergilər Nazirliyində müxtəlif vəzifələrdə xidmət etmişdir. 2019-cu ilin yayından etibarən isə Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında X20 üzrə Baş İdarənin operativ vergi nəzarəti idarəsinin Monitorinq şöbəsinin böyük dövlət vergi müfəttişi vəzifəsində işləyir. Xidməti üzrə vəzifəsinə rəhbərliyinin əmr və qərarları əsasında Vergi qanunvericiliynə uyğun olaraq qarar və əmrdə göstərilən ünvanlarda yerləşən müəssisələrdə monitorinq aparıb sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslərin vergi qanunvericiliyinə əməl edib-etməmələrini yoxlamaq, vergidən yayınan müəssisələr haqqında idarənin rəhbərliyinə məlumat vermək daxildir. Məlumat da yazlı olur. Onun hüquq və vəzifələri vergi qanunvericiliyi, daxili əsasnamə ilə tənzimlənir. Onun müstəqil şəkildə vergi subyektlərində monitorinq aparmaq və ya sahibkarlıqla məşğul olan şəxsləri vergiyə cəlb etmək, vergidən azad etmək, obyektlərdə monitorinq, yoxlama aparılması haqqında qərar vermək və ya belə qərarların icrasını dayandırmaq, ləğv etmək səlahiyyəti olmamışdır. O, Monitorinq şöbəsinin böyük dövlət vergi müfəttişi kimi şöbənin, idarənin və ondan yuxarı rəhbərliyin tabeçiliyində olmuşdur. Onun özünün tabeçiliyində heç bir vergi əməkdaşı və ya işçi olmamışdır. Onun şöbənin və ya vergi xidmətinin hər hansı əməkdaşını sahibkarlıqla məşğul olan şəxsləri vergi qanunvericiliyinin şərtlərinə əməl edib-etməmələrini yoxlamağa göndərmək və ya rəhbərliyin belə yoxlamalara göndərdiyi şəxslər tərəfindən yoxlamaların keçirilməsinin qarşısını almaq, yoxlamaların gedişinə, nəticələrinə təsir etmək imkanı və hüquqi olmamışdır. Təqsirləndirilən şəxs2 isə büdcədən kənar işçidir. O, vəzifəli şəxs deyil, nazirliyin fond işçisidir. Onun otaqdan çıxıb başqa yerdə yoxlama aparmaq və ya hər hansı vergi ilə bağlı iş aparmağa ixtiyarı, yəni səlahiyyəti yoxdur. Onun nə səlahiyyəti varsa, vəzifə təlimatında göstərilmişdir. Cahid yardımçı işlərlə məşğul olurdu. Onun özü isə Nərimanov rayonun vergi müfəttişliyinin əməkdaşıdır. Onun Xətai rayonunda yerləşən sahibkarlıq subyektlərində yoxlama aparması yalnız rəhbərliyin yazılı qərarı əsasında ola bilərdi. Qərarda hansı yerlərin yoxlanılacağı da göstərilir. Məsələn, Quliyev Etibarın beş obyekti var və filan ünvanlarda yerləşir. Qərarda göstərilir ki, həmin obyektlər yoxlanılsın. 0,2017-ci ildən sonra qərarla yoxlamalarda iştirak edib. 2019-cu ildə o, Dəməgül ərazisinə təhkim olunub. O, təhkim olunduğu ərazidən başqa ərazidə yoxlama apara bilməz. Yalnız Nazirliyin əmri əsasında o, başqa əraziyə gedə bilər. Qərar olmasa onun başqa ərazidə yerləşən obyektə yoxlamaya, monitorinq keçirməyə getməsi mümkün deyil. Xidməti ərazi bölgüsü xidmət rəisi tərəfindən müəyyən edilir və nazirliyə göndərilir. O, tutulana qədər Xətai rayonunda onun xidməti ərazisi olmayıb. Etibar Quliyevin də sexi Xətai ərazisində olub. X26 sexində monitorinq aparmağa səlahiyyət verən əmr və ya qərar olmayıb. Monitorinq əmr əsasında aparılır. 2020-ci ilin mart ayından etibarən, «Corona» ilə bağlı obyektlərdə monitorinq aparılması və vergi yoxlanılması dayandırılmışdı. Obyektlər də işləmirdi. Həmin dövrdə onun da maddi vəziyyəti çox pis olmuşdur. Bu barədə o, Cahidə demişdir. Cahid də özünün maddi vəziyyətinin pis olduğunu dedi. Bundan sonra onlar pandemiya ilə əlaqədar olaraq vergi yoxlamlarının, monitorinqlərinin aparılmasının dayandırılmasından istifadə edib Etibara onun sexində vergi orqanların tərəfindən aparılacaq yoxlamaların qarşısını almaq imkanları olduğunu deyib onu aldadaraq ondan pul istəmişlər. Etibar da onların onu adlatdıqlarını başa düşüb özünü onlara inanan kimi göstərib uzun-uzadı danışıqlardan sonra onlara 6000 (altı min) manat verməyə razılıq verib onlardan nazirliyə şikayət etmişdir. Nazirlik də ərizəni yoxlamaq üçün korrupsiya idarəsinə göndərmişdir. Etibar isə şikayət edəndən sonra onların istədikləri pulun 3000 manatını sonra verəcəyini bildirib, maşının içərisində onlara 3000 (üç min) manat verdi. Həmin vaxtda da onları tutmuşlar. Etibar özü savadlı adamdır. Başa düşüb pandemiya ilə əlaqədar heç yerdə yoxlama aparılmır, onu aldadırlar. Buna görə də onlardan nazirliyə şikayət etmişdir. Nazirlik də onların nazirliyin adından istifadə etdikləri üçün Etibarın ərizəsini yoxlamağa korrupsiya idarəsinə göndərmişdir. O, bu işi maddi vəziyyətlərinin ağırlığından edib. Onlar Xətai rayonu ərazisində çörək sexinə getmələri kiçik sahibkarlıqla əlaqəli olmayıb. Onların ora getmələrindən Xətai rayon vergi müfəttişlərinin də məlumatı olmayıb. Onu və Cahidi Etibarın sexinə Vergi xidmətindən heç kim göndərməyib. Onların ora getməyindən iş yerindən də heç kimin məlumatı olmayıb. Onlar ora özbaşına getmişlər. Məqsədləri də Etibarı aldadıb ondan pul alıb aralarında bölüşdürmək olub. O, rəhbərliyin qərarı əsasında qərarda göstərilmiş ünvanda monitorinq aparıb vergi qanunvericiliyinin pozulub-pozulmamasını yoxlaya bilər. Monitorinq nəticəsində vergi qanunvericiliyinin pozuntusu aşkar edilərsə bu barədə o, yoxlamanın nəticələri barədə xidmət etdiyi idarənin rəhbərliyinə yazılı şəkildə məlumat verir. Monitorinq aparan şəxsin vergi qanunvericiliyinin pozulması hallarını aşkar etdikdə özü vergi ödəyicisi barəsində tədbir görmək səlahiyyəti yoxdur. Onların əsas işi müəyyən edilmiş rəsmi qaydada monitorinq aparıb nəticələri barəsində yazılı məlumatı idarə rəhbərliyinə təqdim etməkdir. 2019-cu ilin yay aylarında, ayı və tarixi xatırlamır, Cahidlə birlikdə Etibar Quliyevin sexində olub, ondan vergiləri ödəyib-ödəməsini soruşub. Etibar da vergiləri ödədiyini dedi. Həmin vaxtda da onlar ora özbaşına getmişlər, onların ora getməsinə icazə verən qərar olmamışdır. Onlar həmin vaxtda Etibardən pul istəməyiblər və ondan pul almayıblar. Onların həmin dövrdə Etibardan 3500 manat pul almalarına dair Etibarın ifadələri yalandır. Onlar Etibardan bir dəfə pul almışlar. Onda da tutulmuşlar. 2019-cu ilin avqust ayından sonra nə Etibar ona sexə vergi əməkdaşları gəlməsi barəsində məlumat verməyib, nə də onun özünün ora vergi əməkdaşları gəlməsindən xəbəri olmayıb. Gəlibsə də onunla danışan olmayıb. Bunları Etibar deyir. Etibarın onlar barəsində niyə belə ifadə verdiyinin səbəbini bilmir. O, törətdiyi əməldən peşmandır. Onun himayəsində dörd nəfər azyaşlı uşağı və birinci dərəcəli əlil arvadı vardır. Bunları nəzərə alıb onu bağışlamağı xahiş edir. Birinci instansiya məhkəməsində elan edilib araşdırılmış ifadələrində Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 311.3.1, 311.3.2 və 311.3.3-cü maddələri ilə elan edilmiş ittihamla özünü təqsirli bilməyərək ifadələrində göstərmişdir: « ali təhsillidir, evlidir, 4 övladı var. 2001-ci ildən Azərbaycan Respublikası Vergilər Nazirliyində müxtəlif vəzifələrdə, 2019-cu ilin yay aylarından isə Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında X20 üzrə Baş İdarənin operativ vergi nəzarəti idarəsinin Monitorinq şöbəsinin böyük dövlət vergi müfəttişi vəzifəsində işləyir. Kiçik vergi xidməti müşaviridir. Xidməti üzrə vəzifəsi Bakı şəhəri ərazisində monitorinq aparıb sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxsləri vergiyə cəlb etməkdən ibarətdir. İşlədiyi idarədən təyin edilmiş iş qrafiki üzrə Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında X20 üzrə Baş İdarənin operativ vergi nəzarəti idarəsinin Monitorinq şöbəsinin fond hesablı müfəttişi vəzifəsində işləyən Təqsirləndirilən şəxs2 ilə birlikdə 2019cu ilin yay aylarında dəqiq xatırlamadığı tarixdə Bakı şəhəri, Xətai rayonu ərazisində monitorinq aparılması zamanı Şahid1 rəhbərliyi ilə fəaliyyət göstərən Gəncə prospekti 109 ünvanında yerləşən qeyri-yaşayış sahəsindəki “X33” adlı çörəkbişirmə sexinin fəaliyyət göstərdiyini aşkar edib sahibkar Şahid1 xəbərdarlıq etmişlər ki, vergisini ödəsin, sonuncu da həmin ərəfələrdə vergisini bank hesabına ödəmişdir. Ancaq Şahid1 həmin vaxt nə qədər məbləğdə vergi ödəməsini bilmir. 2020-ci ilin mart ayında yenə də növbəti dəfə Cahidlə birlikdə Bakı şəhəri ərazisində monitorinq apararkən Şahid1 qeyd olunan ünvandakı çörəkbişirmə sexinin fəaliyyətdə olmasını görüb ona vergi ödəməsinin zəruriliyini bildirmişlər. Şahid1 isə 2020-ci ilin aprel ayınadək sexin fəaliyyətini dayandıracağını, nə vaxt fəaliyyətə başlayarsa, vergisini də ödəyəcəyini bildirmişdir. 2 may 2020-ci il tarixdə Cahidlə birlikdə monitorinq zamanı Şahid1 sexinin fəaliyyətdə olduğunu görüb, hər ikisi sexə yaxınlaşıb Şahid1lə görüşərək sexin fəaliyyət göstərdiyinə görə vergi ödəməsinin zəruriliyini izah etmişlər. 4 may 2020-ci il tarixdə saat 13-radələrində Cahid istifadəsində olan ********** mobil nömrədən Şahid1 istifadəsində olan mobil nömrəyə zəng edib vergisini ödəməsinin zəruriliyini bildirmiş, sonuncu avtomobilinin olmadığına görə vergini ödəmək üçün gələ bilməyəcəyini deyib ödəməli olduğu vergi məbləğini qəbul etmək üçün sexə gəlmələrini xahiş etmişdir. Bundan sonra, saat 15 radələrində Cahidlə birlikdə sonuncunun istifadəsində olan “Kia-Sorento” markalı, 90SS737 dövlət qeydiyyat nişanlı avtomobillə Şahid1 çörəkbişirmə sexinin qarşısında getmişlər. Şahid1 gəlib avtomobilin arxa oturacağında əyləşib uca səslə sayaraq 3000 manat pul əskinaslarmı açıq şəkildə salona qoyaraq sağollaşıb getmişdir. Həmin anda hüquq mühafizə orqanları əməkdaşları gəlib onları Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə aparmışlar.» Məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs2 birinci instansiya məhkəməsində verdiyi ifadəsində ona elan olunmuş ittihamda özünü təqsirli bilməyərək qeyd etmişdir ki, 1996-cı ildən vergi orqanlarında işləmişdir. 2011-ci ilin aprel ayında isə Bakı şəhəri X20 üzrə Baş İdarəsinin Operativ vergi nəzarəti idarəsinin Nərimanov rayon şöbəsinin büdcədənkənar fond hesabına saxlanılan müfəttişi təyin olunmuşdur. Onun vergi yoxlamaları və ya monitorinq aparmağa səlahiyyəti yoxdur. O, yoxlamalara və monitorinq keçirilməsinə cəlb olunarsa belə o, yoxlama və monitorinqlərə müdaxilə edib nəyisə dəyişdirmək və düzəltmək səlahiyyətinə malik deyildir. Onun əsas iş yeri isə idarədədir. Köməkçi işlərlə məşğul olur. Məhkəmədə ona təqsirləndirilən şəxs qismində təqdim olunan Təqsirləndirilən şəxs1 tanıyır, aralarında normal münasibətləri vardır. Təqsirləndirilən şəxs1 Bakı şəhəri X20 üzrə Baş İdarənin Operativ vergi nəzarəti idarəsinin Monitorinq şöbəsinin böyük dövlət vergi müfəttişidir. Azərdən eşitdiyinə görə rəhbərliyinin qərarı əsasında Təqsirləndirilən şəxs1 onun təhkim olunduğu ərazidə monitorinq aparıb vergidən yayman sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxsləri vergiyə cəlb edilməsi üçün rəhbərliyə məlumat verir. O özü isə monitorinq aparılmasına, eləcə də, monitorinqin nəticəsinə dair hansısa sənəd tərtib olunduğunu bilmir. Şahid1 Bakı şəhər sakini kimi tanıyır. Şahid1 Bakı şəhəri Xətai rayonu, Gəncə prospekti ərazisində yerləşən çörək bişirmə sexini işlədir. O, həmin sexin Şahid1 məxsus olub-olmadığını bilmir. 2019-cu ilin yay aylarında, dəqiq xatırlamadığı tarixdə Təqsirləndirilən şəxs1 ilə birlikdə öz şəxsi işləri ilə birlikdə Əhmədlidə olarkən Şahid1 çörəkbişirmə sexi getmişlər. Azər Etibara vergiləri vaxtında ödəmək barəsində xəbərdar etdi. Etibar da bütün vergiləri vaxtında ödədiyini dedi. Həmin vaxtda Etibardan pul istənilməyib və ondan pul alınmayıb. Etibar bunu yalan deyir. Onun yalan deməsinin səbəbini bilmir. 2020-ci ilin mart ayında onun və Azərin maddi vəziyyətləri çətin olduğundan Azərlə məsləhətləşib Etibarın sexinə gedib ondan pul alıb öz aralarında bölüşdürməyi qərarlaşmışlar. Mart ayının sonunda da pandemiya başladı. Bütün yoxlamalar, monitorinqlər dayandırlı. Onlar da bundan istifadə edib Şahid1 pul almaq qərarına gəilb onun sexinə gedib ondan pul istəmişlər. Etibar 2020-ci ilin aprel aymadək fəaliyyətini dayandıracağını dedi. 02 may 2020ci il tarixdə o, Azərlə şəhərdə olarkən yenidən Etibarın sexinə gedib ondan pul istəmişlər. Etibar da uzun söz söhbətdən sonra onlara 6000 (altı min) manat verməyə razılaşdı, ancaq pulu olmadığını bildirib həmin məbləğin 3000 (üç min) manatını may ayının əvvəlində, qalan hissəsini isə ayın sonunda verməyə razılıq verdi. Onlar da maddi çətinlikləri olduğu üçün həmin məbləğlə də razılaşmışlar. Etibar isə özünün onlar tərəfindən aldadıldığını başa düşüb onlar barəsində nazirliyə şikayət etmişdir. Nazirlik də həmin ərizəni korrupsiya idarəsinə göndərmişdir. Onların bu hərəkətlərindən nə işlədiyi idarənin, nə də nazirliyin heç bir əməkdaşının məlumatı olmamışdır. Onlar 2019-cu ilin yay aylarında Etibardan pul almamışlar. Ondan sonra Etibar ona sexə vergi əməkdaşlarının gəlməsi haqqında heç nə deməyib. O, bu barədə Təqsirləndirilən şəxs1 də eşitməyib. Əgər sexə vergi yoxlaması gəlmiş olsaydı belə onun həmin yoxlamanı dayandırmaq, onun gedişinə, nəticələrinə təsir etmək imkanı olmazdı. Belə hal olmayıb. Bir səhvdir edib. Pula ehtiyacları olduqları üçün belə hərəkət ediblər. Onların Etibarın sexinə getməklərindən heç kimin xəbəri olmayıb. Onlar sexə öz başına gedib Etibardan pul istəyiblər. Etibar da savadlı adamdır. Hər şeyi başa düşüb nazirliyə şikayət edib. İbtidai istintaq zamanı bundan fərqli ifadə verməsinin səbəbi həyəcanlı olub müstəntiqin bütün suallarına müsbət cavab verməsi olub. Əslində o, Azərin Etibarla danışıqlarına müdaxilə etməyib, hərdən bir Etibara söz gəlişi nə isə deyib özünün də Azərlə birlikdə olduğuna işarə edib. Etibar onun büdcədən kənar işçi olmasını bilməyib. İndi hadisə necə olub onu danışır. Nə onun, nə də Azərin müstəqil şəkildə monitorinq aparmaq səlahiyyətləri olmayıb. O, Azərin tabeçiliyində olmayıb. Azər özü tabeçilikdə olub, həm o, həm də Azər ancaq tabe olduqları rəhbərlərinin tapşırıqları əsasında yoxlamalara qoşulurlar. Heç kim onu Azərlə həmin sexə göndərməyib. Törətdiyi əməldən peşimandır. Öz səhvini başa düşüb. Onun himayəsində üç nəfər azyaşlı uşağı vardır. Onun barəsində obyektiv qərar qəbul edilməsini xahiş edir. Birinci instansiya məhkəməsində elan edilib araşdırılmış ifadələrində Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 311.3.1, 311.3.2 və 311.3.3-cü maddələri ilə elan edilmiş ittihamla özünü təqsirli bilməyərək ifadələrində göstərmişdir ki, 1996-cı ildən vergi orqanlarında müxtəlif vəzifələrdə işləmişdir. 2011-ci ilin aprel ayında isə Bakı şəhəri X20 üzrə Baş İdarəsinin Operativ vergi nəzarəti idarəsinin Nərimanov rayon şöbəsinin büdcədənkənar fond hesabına saxlanılan müfəttişi vəzifəsinə təyin olunmuşdur. Həmin iş yeri üzrə əsas vəzifəsi vergi ödəyicilərindən qanunla nəzərdə tutulan vergi ödənişlərinin toplanmasına köməklik etməkdən ibarətdir. Bakı şəhəri X20 üzrə Baş İdarəsinin Operativ vergi nəzarəti idarəsinin Monitorinq şöbəsinin böyük dövlət vergi müfəttişi vəzifəsində İşləyən Təqsirləndirilən şəxs1 iş yoldaşı kimi tanıyır, münasibəti normaldır. O və Təqsirləndirilən şəxs1 Bakı şəhəri ərazisində monitorinq aparıb sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxsləri vergiyə cəlb edirlər. Ancaq monitorinq aparılmasına, eləcə də, monitorinqin nəticəsinə dair hansısa sənəd təyin olunmur. Şahid1 Bakı şəhər sakini kimi tanıyır. Şahid1 Bakı şəhəri Xətai rayonu, Gəncə prospekti ərazisində çörəkbişirmə sexinin fəaliyyətinə rəhbərlik etmişdir. Həmin sexin Şahid1 məxsus olub-olmadığını bilməmişdir. 2019-cu ilin yay aylarında, dəqiq xatırlamadığı tarixdə Təqsirləndirilən şəxs1 ilə birlikdə Bakı şəhəri ərazisində növbəti monitorinq aparılması zamanı Şahid1 rəhbərlik etdiyi Bakı şəhəri Xətai rayonu ərazisindəki çörəkbişirmə sexinin fəaliyyət göstərdiyini aşkar edib vergilərini ödəməsinə dair ona xəbərdarlıq etmişlər, sonuncu da həmin ərəfələrdə vergisini bank hesabına ödəmişdir. Ancaq Şahid1 nə qədər məbləğdə vergi ödəməsini bilmir. 2020-ci ilin mart ayında yenə də növbəti dəfə Təqsirləndirilən şəxs1lə birlikdə Bakı şəhəri ərazisində monitorinq apararkən Şahid1 qeyd olunan sexinin fəaliyyətdə olmasını görüb vergi ödəməsinin zəruriliyini bildirmişlər. Şahid1 isə 2020-ci ilin aprel ayınadək fəaliyyətini dayandıracağını, nə vaxt fəaliyyətə başlayarsa, vergisini də ödəyəcəyini bildirmişdir. 2 may 2020-ci il tarixdə Təqsirləndirilən şəxs1lə birlikdə monitorinq zamanı Şahid1 sexinin fəaliyyətdə olduğunu görüb Təqsirləndirilən şəxs1lə hər ikisi sexə yaxınlaşıb Şahid1lə görüşərək sexin fəaliyyət göstərdiyinə görə vergi ödəməsinin zəruriliyini izah etmişlər, Hansısa sahibkarın vergisini ödəyib-ödəmədiyini Təqsirləndirilən şəxs1 dövlət vergi müfəttişi kimi bilir, bundan məlumatlı olur. 4 may 2020-ci il tarixdə saat 13 radələrində Təqsirləndirilən şəxs1lə birlikdə idarədə olduqları vaxt istifadəsində olan ********** mobil nömrədən Şahid1 xatırlamadığı mobil nömrəsinə zəng edib vergisini ödəməsinin zəruriliyini bildirib, banka gedərək vergisini ödəyib kassa mədaxil qəbzini gətirib ona təqdim etməsini demiş, Şahid1 avtomobilinin olmadığına görə gələ bilməyəcəyini deyib ödəməli olduğu vergi məbləğini onların qəbul etməsini və bu məqsədlə sexə gəlmələrini xahiş etmişdir. Bundan sonra, saat 15 radələrində Təqsirləndirilən şəxs1lə birlikdə istifadəsində olan “Kia Sorento” markalı, 90SS737 dövlət qeydiyyat nişanlı avtomobillə Şahid1 çörəkbişirmə sexinin qarşısında getmişlər. Şahid1 gəlib avtomobilin arxa oturacağında əyləşib, hansısa pul əskinaslarını, güman ki, əvvəlcədən ona dedikləri kimi 3000 manat pul vəsaitini sayıb açıq şəkildə salona qoymuşdur. Həmin anda hüquq mühafizə orqanları əməkdaşları gəlib onları Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə aparmışlar.» Şahid1 birinci instansiya məhkəməsində verdiyi ifadəsində göstərmişdir ki, məhkəmədə təqsirləndirilən şəxslər kimi ona təqdim olunan Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 onun işlətdiyi çörək sexinə gələndə görüb tanımışdır. Özünün tanışı Şahid3 2016-cı ilin ilk aylarında Bakı şəhəri Xətai rayonu, Əhmədli qəsəbəsi Gəncə prospekti 109 ünvanında yerləşən 387,9 m2 qeyri yaşayış sahəsində fəaliyyət göstərən “X33” adlı çörək sexini icarəyə götürüb çörək bişirib satışı ilə məşğul olub fiziki şəxs kimi Azərbaycan Respublikasının Vergilər Nazirliyində qeydiyyatdan keçib ********** VÖEN almışdır, intiqamın bu sahədə təcrübəsi olmadığı üçün öz aralarında razılaşaraq sexi İntiqamla birgə işlətmək qərarına gəlmişlər. 2016-cı ilin aprel ayında İntiqam sexi idarə etmək üçün ona etibarnamə vermişdir. Həmin vaxtdan da İntiqam özü çörək sexinə gəlməmiş, sexlə əlaqəsi olmamışdır. Sexin bütün fəaliyyətinə özü rəhbərlik etmiş, icarə haqqım, vergiləri və sair ödənişləri özü etmişdir. İşlədiyi dövr ərzində sexdə yaranan bütün vergi öhdəliklərini vaxtlı-vaxtında ödəmişdir. 2019-cu ilin iyul-avqust aylarında özlərini Vergilər nazirliyinin əməkdaşları kimi təqdim edən Azər və Cahid sexə gəlib vergi yoxlaması təyin edəcəklərini dedilər. O da onlara işlədiyi dövr ərzində sexin bütün vergi öhdəliklərinin ödənildiyini, vergi yoxlaması təyin edilsə də, onun üçün fərqi olmadığını demişdir. Azər isə “sənə elə gəlir, vergi yoxlaması sənə 20.000-25.000 manat cərimə tətbiq edəcək” dedi. Cahid də bunu təsdiq etdi. Bundan sonra Azərlə Cahid əgər onun 5000 manat versə, bir il ərzində sexdə heç bir vergi yoxlaması olmayacağını, vergi qanunvericiliyinin tələblərini pozduğu halda belə səlahiyyətlərindən istifadə edərək köməklik edəcəklərini, hətta digər vergi orqanı əməkdaşları səlahiyyətləri çərçivəsində nəzarəti həyata keçirərkən qanun pozuntusu aşkar etsələr də onun məsuliyyətə cəlb olunmağının qarşısını alacaqlarına söz verdilər. O da buna maddi imkanının olmadığını bildirmişdir. Azər və Cahid isə “3500 manat ver, məsələ bağlansın” dedilər. O da onların təklifi ilə razı olmuş və onlara əvvəlcə pulun 3000 manatını, bir neçə gün sonra isə 500 manatını verə biləcəyini deyərək, pul tapmağı üçün ona 2-3 saat vaxt lazım olduğunu bildirmişdir. Həmin gün axşam saatlarında Azər ona zəng edərək pulun hazır olub-olmamasını soruşdu, O da pulun hazır olduğunu bildirmişdir. Az sonra Azərlə Cahid sexə gəldilər. O da 3000 manat pulu Azərlə Cahidə vermişdir. Razılaşdıqları kimi bir həftə sonra onlar yenidən sexə gələrək ondan 500 manatı da aldılar. Azərlə Cahidin deməsinə görə ondan aldıqları pulun 3000 manat onların rəhbərliyinə, 500 manat isə özlərinə çatmışdır. Azər və Cahid Vergilər nazirliyinin hər hansı əməkdaşı gəlib yoxlama aparmaq istəsə, onlara bu haqda məlumat verməyi dedilər. Bundan bir ay sonra tanımadığı iki nəfər vergi əməkdaşı sexə gəldi. O da Azərin ********** saylı mobil nömrəsinə zəng edərək bu barədə ona məlumat vermişdir, bundan sonra həmin şəxslər çıxıb getdilər. Həmin şəxslər haqında onun hər hansı məlumatı yoxdur. Onların Azərlə nə danışdıqlarını bilmir, onların telefon nömrələrini də bilmir. Gəldikləri ayı və tarixi xatırlamır, 2020-ci ilin mart ayının əvvəllərində yenə Azər ********** saylı mobil nömrədən onun istifadəsində olan ********** saylı mobil nömrəyə zəng edərək Cahidlə birlikdə sexə gəldiklərini bildirdilər. O da onlarla görüşüb söhbət edərkən onlara zərərlə işlədiyini və sexin fəaliyyətini dayandırmaq istədiyini demiş, Azər və Cahid fəaliyyətini bərpa etdikdən sonra gələcəklərini deyib getdilər. Həmin ilin aprel ayının əvvəllərində Azər ona zəng edərək Cahidlə birlikdə yenidən sexə gələcəklərini dedi. O da onlara sexdə olduğunu demişdir. Bundan sonra onların hər ikisi onun yanına gəlmişlər. O da onlara zərərlə işlədiyini bildirmişdir. Söhbət zamanı Azər növbəti bir il ərzində sexdə heç bir vergi yoxlanılması keçirilməməsi üçün 10.000 manat pul verməli olduğunu dedi. O da çörək sexini zərərlə işlətdiyini, qeyd edilən məbləğdə pulunun olmadığını, vergi öhdəliklərini isə tam yerinə yetirdiyini bildirmişdir. Azər və Cahid isə “vergi yoxlaması olsa, sənə azı 20.000-25.000 manat cərimə tətbiq ediləcəkdir” dedilər. Əgər 10.000 manat versə, vergi qanunvericiliyinin tələblərini pozsa belə, vəzifələrindən istifadə edərək köməklik edəcəklərini, hətta digər vergi orqanı əməkdaşları səlahiyyətləri çərçivəsində nəzarəti həyata keçirərkən qanun pozuntusu aşkar etsələr də, onun məsuliyyətə cəlb olunmağının qarşısını alacaqlarını bildirdilər. O isə maddi imkanının olmadığını, faktiki olaraq fəaliyyətinin dayandığını bildirib karantin rejimindən sonra, yəni 20 aprel tarixindən sonra gəlmələrini onlardan xahiş etmişdir. Azərlə Cahid də getdilər. O da 18 aprel 2020-ci il tarixdə Azər və Cahidin vergi işçiləri kimi ondan rüşvət almaları və istəmələri barədə Vergilər Nazirliyinə ərizə ilə müraciət etmişdir. 2020-ci ilin aprel ayının 20-25 aralığında Azər istifadəsində olan ********** saylı mobil nömrəyə zəng edərək Cahidlə birlikdə sexin qarşısında olduqlarını bildirib onu yanlarına çağırıb təkrarən dedilər ki, növbəti bir il ərzində sexdə heç bir vergi yoxlaması keçirilməməsi üçün 10.000 manat pul verməlidir. 2 may 2020-ci il tarixdə Azər və ya Cahid zəng-edərək nə kimi qərara gəldiyini deyib sexə gələcəkərini bildirdilər. Bundan sonra onun 18 aprel 2020-ci il tarixli şikayəti üzrə 2 may 2020-ci il tarixdə o, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə dəvət edilmiş və üzərinə müvafiq qurğu quraşdırılmışdır. Həmin tarixdə təxminən saat 16:00 radələrinə Azər və Cahid sexin həyətinə gəldilər. O, onlara 10.000 manat verə bilməyəcəyini dedikdə, onlar təklif etmişlər ki, son olaraq 7.000 manat versə, məsələ həll olunacaqdır. Həmin məbləği də verə bilməyəcəyini dedikdə, razılaşmışlar ki, ümumilikdə 6000 manat pul verilsin, 6000 manatın 3000 manatını may ayının 4-ü və ya 5-də, qalan 3000 manatı isə ayın sonunda verəcək. Bundan sonra o, 18 aprel 2020-ci il tarixli şikayəti üzrə o, 4 may 2020-ci il tarixdə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə dəvət edilmiş və üzərinə müvafiq qurğu quraşdırılaraq, ona 30 ədəd 100 manatlıq əskinas, yəni 3000 manat pul verilmişdir. Bundan sonra da o, çörək sexinə getmişdir. Saat 12:00 radələrində Cahid ********** saylı mobil nömrədən ona zəng edərək şəhərə gəlib onlarala görüşməyi təklif etdi. O, şəhərə gələ bilməyəcəyini dedikdə Cahid özlərinin sexə gələcəklərini dedi. Həmin tarixdə də saat 15:00 radələrində Cahid ********** saylı mobil nömrədən zəng edərək sexin həyətində olduqlarını dedi. X31 ** SS *** dövlət qeydiyyat nişanlı “Kia Sorento” markalı avtomobili ilə gəlmişdilər. Onların təklifi ilə o, arxa oturacaqda əyləşib onlara 3000 manatı indi, qalan 3000 manatı isə ayın sonu verəcəyini deyib ona verilən 3000 manat pulu Azərə verib, onlarla sağollaşıb avtomobildən düşmüşdür. Bundan sonra onları tutdular. Azər və Cahid onun sexinə gəldikdə ona sexdə yoxlama keçirilməsi barəsində hər hansı sənəd təqdim etməyiblər. Onlar ondan birinci dəfə pul alandan sonra da sexin yoxlanılması barəsində hər hansı sənəd tərtib etməmişdilər. O, sexi işlətdiyi dövrdə bütün vergilər və ödəmələr vaxtında ödənilib. Bu sahədə hər hansı problem olmayıb. Şahid2 birinci instansiya məhkəməsində verdiyi ifadəsində ifadələrində göstərmişdir ki, məhkəmədə təqsirləndirilən şəxs qismində ona təqdim olunan Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tanıyır. Aralarında xidməti münasibətləri olmuşdur. Onlarla yaxınlıqları və ədavətələri olmamışdır. X32 Xidmətinin Bakı şəhəri X20 üzrə Baş İdarəsinin Operativ vergi nəzarəti idarəsinin rəis müavini vəzifəsində işləyir. Struktur islahatları ilə bağlı Azərbaycan Respublikası Vergilər Nazirliyi ləğv edilmiş və onun əvəzinə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin tərkibində Dövlət Vergi Xidməti yaradılmışdır. Rəis müavini olduğu idarənin tərkibində Operativ vergi nəzarətinin təhlili və təşkili şöbəsi, Monitorinq şöbəsi, Nəsimi, Nizami, Yasamal, Səbail, Xətai, Nərimanov, Suraxanı-Sabunçu, Qaradağ, Binəqədi və Xəzər-Pirallahı rayonları üzrə şöbələri vardır. Təqsirləndirilən şəxs1 ştatda olan əməkdaşdır. O, baş idarə rəisinin 24 may 2019-cu il tarixli əmri ilə 27 may 2019cu ildən 3 ay müddətinə Monitorinq şöbəsinə ezam edilmiş, nazirin 26 iyul 2019-cu il tarixli əmrinə əsasən isə həmin şöbənin böyük dövlət vergi müfəttişi vəzifəsinə keçirilmişdir. Bu əsasla da Təqsirləndirilən şəxs1 27 may 2019-cu ildən tutulduğu 04 may 2020-ci il tarixədək həmin şöbənin əməkdaşı olmuşdur. Onun işlədiyi Monitorinq şöbəsinin vəzifələri İdarənin strukturları tərəfindən operativ vergi nəzarəti sahəsində onların fəaliyyətini tənzimləyən Azərbaycan Respublikasının qanunvericiliyi və Vergilər Nazirliyinin normativ sənədlərinin tələblərinə əməl olunmasına nəzarəti həyata keçirmək, idarənin səlahiyyətlərinə aid olan nəzarət istiqamətləri üzrə müəyyən edilmiş forma və metodlarla monitorinq aparmaq, idarənin strukturları tərəfindən təhkimçilik bölgüsünə və qaydalarına riayət edilməsi vəziyyəti üzrə monitorinq həyata keçirmək, aşkar edilmiş pozuntularla bağlı idarənin rəhbərliyinə öyrənilməsi üçün xidməti məruzə və digər zəruri sənədləri tərtib etmək, aşkar edilmiş pozuntuların aradan qaldırılması vəziyyətinə dair monitorinq aparmaq, idarənin əməkdaşları tərəfindən intizam pozuntusu hesab edilən nöqsanlar aşkar edildikdə daxili nəzarətin həyata keçirməsi məqsədilə aidiyyəti struktura müraciət edilməsi üçün idarənin rəhbərliyinə təkliflər vermək, idarənin əməkdaşlarının fəaliyyətində yol verilə biləcək nöqsan və çatışmazlıqların vaxtında müəyyənləşdirilməsi üçün elektron və kağız informasiya daşıyıcıları əsasında fəaliyyət göstəricilərinin ilkin təhlilini aparmaq, monitorinq hərəkətləri nəticəsində aşkar edilmiş pozuntuları təsnifləşdirmək, onlara yol verilməsinin səbəblərini təhlil etmək, bu halların qarşısının alınması üçün təkliflər hazırlamaq və bu barədə yarımilliklər üzrə, yəni hər ilin yanvar-iyun və iyul-dekabr ayları arayış tərtib edərək idarənin rəhbərliyinə təqdim etmək, idarənin sturkturlarının iş planlarında nəzərdə tutulmuş işlərin müəyyən edilmiş müddətlərdə icrasına monitorinqi həyata keçirmək, Vergi Xidmətinin verdiyi göstəriş və tapşırıqların vaxtında və düzgün şəkildə İcrasını təmin etmək üçün zəruri tədbirləri görmək, görülmüş işlərin nəticələri barədə Baş İdarənin rəhbərliyi tərəfindən müəyyən olunmuş formada hesabatları aidiyyəti üzrə təqdim etmək, səlahiyyətinə aid edilmiş məsələlər üzrə dövlət, yerli özünüidarəetmə orqanları, hüquqi və fiziki şəxslərdən, habelə Vergi Xidmətinin struktur vahid və bölmələrindən daxil olmuş, inzibati şikayətlər və korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı şikayətlər istisna olmaqla, məktub, sorğu, ərizə, şikayət, təklif və digər sənədlərə, qanunvericiliklə müəyyən edilmiş müddətdə və qaydada baxılmasını, araşdırılmasını, cavablandırılmasını və göndərilməsini təmin etmək, qanunvericiliyə uyğun olaraq kommersiya, vergi, bank sirrinin və xidməti məlumatların qorunmasını təmin etmək, səlahiyyətləri daxilində müvafiq sahədə normayaratma fəaliyyətindən irəli gələn vəzifələri həyata keçirmək, səlahiyyətləri daxilində insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini təmin etmək və onların pozulmasının qarşısını almaq, fəaliyyət istiqamətlərinə uyğun olaraq Azərbaycan Respublikasının qanunvericiliyi və Vergi Xidmətinin normativ sənədləri ilə müəyyən edilmiş digər vəzifələri həyata keçirməkdən ibarətdir. Təqsirləndirilən şəxs2 iş yükünün çoxluğu ilə əlaqədar büdcədənkənar fond hesabına İşə cəlb edilmişdir. O, xidmətini Operativ vergi nəzarəti idarəsinin Nərimanov rayon şöbəsinin əməkdaşları ilə birgə qurmaqla onlara cari fəaliyyətlərində yardımçı xarakterli İşlər görməklə xidmət göstərməlidir. Təqsirləndirilən şəxs2 buna baxmayaraq heç bir səlahiyyəti olmadan monitorinq şöbəsinin əməkdaşı ilə birlikdə qeyd edilən işləri görmüşdür. Təqsirləndirilən şəxs1 də monitorinqi əmr əsasında həyata keçirir. Onun özünün əmr olmadan monitorinq keçirmək səlahiyyəti olmayıb. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Bakı şəhəri Xətai rayonu, Gəncə prospekti 109 ünvanında yerləşən qeyri-yaşayış sahəsində ********** nömrəli VÖEN əsasında sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi “X33” adlı çörək istehsalı sexinə rəhbərlik edən Şahid1 2019-cu ilin yay aylarında və 2020-ci ilin may ayının 4-də hər hansı məbləğdə pul istəyib almalarından özünün və idarə rəhbərliyinin məlumatı olmamışdır. Vergi orqanı əməkdaşının vergi borcu şəklində və ya digər adla vergi ödəyicisindən pul qəbul etməsinə yol verilmir. Vergi Xidmətində Təqsirləndirilən şəxs2 montorinq aparmaq səlahiyyəti olmamışdır. Allahverdyiyev Azər isə monitorinqi vergi qanunvericiliyi və bu qanunvericilik əsasında hazırlanmış təlimatlara uyğun həyata keçirməlidir. Vergi əməkdaşının hər hansı müəssisəyə və idarəyə girmək və yoxlamaq üçün qərar olmalıdır. Qərarsız heç bir vergi əməkdaşı vergi ödəyicisi olan müəssisəyə və ya başqa obyektə daxil ola bilməz. Onun bildiyinə görə istər 2019-cu ilin iyulavqust aylarında, istərsə də 2020-ci ilin mart-may aylarında Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Bakı şəhəri Xətai rayonu, Gəncə prospekti 109 ünvanında yerləşən “X33” adlı çörək sexində monıtorinq keçirilməsi üçün qərar və ya əmr olmamışdır. Onların ora getməsinidən Vergi xidmətinin nə rəhbərliyinin, nə də başqa vergi əməkdaşlarının məlumatı olmamışdır. Onlar bunu etmişlərsə, onda bunu öz başına etmişlər. Şahid3 birinci instansiya məhkəməsində verdiyi ifadəsində ifadələrində göstərmişdir ki, o, məhkəmədə təqsirləndirilən şəxs qismində ona təqdim olunan Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tanımır. O, ünvan 10 ünvanında yerləşən “X33” adlı çörək istehsalı sexinin icarəyə götürüb çörək istehsalı məşğul olmaq qərarına gəlib həmin yerin sahibi Xalidə Məmmədova ilə razılaşıb 2016-cı ilin aprel ayının əvvəllərində onunla icarə müqaviləsi bağlamışdır. Bundan sonra da fiziki şəxs kimi Azərbaycan Respublikasının Vergilər Nazirliyində qeydiyyatdan keçib ********** VÖEN kodunu almışdır. Bir neçə gün sonra özünün çörək istehsalı və satışı işini qurmağı bacarmadığını başa düşüb həmin sahədə təcrübəsi olan tanışı Şahid1 bu haqda deyib, sonuncu ilə razılaşmışdır ki, Şahid1 adına etibarnamə versin və bundan sonra müəssisənin bütün fəaliyyətinə Etibar nəzarət etsin və vergi orqanlarında, digər dövlət qurumlarında Etibar təmsil olunsun. Bu məqsədlə də Etibara həmin müəssisəni idarə etmək üçün etibarnamə vermişdir. Həmin vaxtdan etibarən o, çörək sexinə getməmiş, sexlə heç bir əlaqəsi olmamışdır. Sexin bütün fəaliyyətinə Etibar rəhbərlik etmiş, vergiləri, icarə haqqını və digər ödənişləri də Etibar etmişdir. Etibarın deməsinə görə ********** VÖEN kodu üzrə heç bir vergi borcu olmamaqla bərabər, artıq vergi Ödəmələri də mövcuddur. Özü yerin icarəçisi kimi sexin sahibinə borcu yoxdur. Hazırkı işin mahiyyəti üzrə heç nə bilmir. Bu haqda ona Etibar da heç nə danışılmayıb, özü də hadisənin şahidi olmayıb. İş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: Şahid1 ilə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 arasında aparılmış üzləşdirmə protokollarından görünür ki, üzləşdirmə zamanı Şahid1 ifadələrində göstərdiyi halları, o cümlədən də, 2019-cu ilin iyul ayında onun Təqsirləndirilən şəxs2la birlikdə sexə gələrək ondan 2019-cu il ərzində sexdə heç bir vergi yoxlaması olmayacağı, vergi qanunvericiliyinin tələblərini pozduğu halda belə səlahiyyətlərindən istifadə edərək köməklik edəcəklərini, hətta digər vergi orqanı əməkdaşları səlahiyyətləri çərçivəsində nəzarəti həyata keçirərkən qanun pozuntusu aşkar etsələr də, məsuliyyətə cəlb olunmağının qarşısını alacaqlarını bildirib bunun üçün 5000 manat pul istəyib, nəticədə 3500 manat pul aldıqlarını, cari ilin mart-may aylarında olan görüşlər zamanı isə yenə eyni məqsədlə 10.000 manat istəyib, 6.000 manata razılaşdıqlarını, 4 may 2020-ci il tarixdə 3.000 manat pulu onlara verdiyini təsdiq etmişdir. 18 aprel 2020-ci il tarixli ərizədən görünür ki, sahibkar Şahid1 Azərbaycan Respublikası Vergilər Nazirliyinə müraciət edərək Bakı şəhəri X20 üzrə Baş İdarəsinin Operativ vergi nəzarəti idarəsinin Monitorinq şöbəsinin böyük dövlət vergi müfəttişi vəzifəsində işləyən Təqsirləndirilən şəxs1 və həmin İdarənin Nərimanov rayon şöbəsinin büdcədənkənar fond hesabına saxlanılan müfəttişi vəzifəsində işləyən Təqsirləndirilən şəxs2 2019-cu ilin avqust ayında fəaliyyətinə faktiki rəhbərlik etdiyi Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi Gəncə prospekti 109 ünvanında yerləşən “X33” adlı çörək istehsalı sexinə gəlib yoxlama təbdirlərinin keçirilməməsi müqabilində ondan 5000 manat pul istəyib, nəticədə iki dəfəyə 3500 manat pul aldıqlarını, 2020-ci ilin mart ayının əvvəllərin həmin vergi orqanı əməkdaşlarının yenidən qeyd edilən sexə gələrək ondan pul istədiklərini bildirmişdir. 22 aprel 2020-ci il tarixli 5(001)338/2020 nömrəli Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin qərarı ilə Təqsirləndirilən şəxs1 barəsində 6 ay müddətinə texniki vasitələrdən istifadə etməklə gizli video və foto çəkilişlərin aparılması, habelə yaşayış və gedib-gəldiyi əməliyyat marağı kəsb edən yerlərdə, zəruri halda binaya, o cümlədən yaşayış yerlərinə, hasarlanmış tikinti obyektlərinə, qurğu və ya torpaq sahələrinə daxil olma və onlara baxış əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə icazə verilmişdir. Məhkəmədə elan edilib araşdırılmış cinayət işinin materiallarına əlavə edilmiş baxış keçirilməsi haqqında 4 may 2020-ci il tarixli protokoldan görünür ki, həmin gün keçirilmiş əməliyyat tədbiri nəticəsində Bakı şəhəri, Xətai rayonu, Gəncə prospektində Bakı şəhəri X20 üzrə Baş İdarəsinin Operativ vergi nəzarəti idarəsinin Monitorinq şöbəsinin böyük dövlət vergi müfəttişi vəzifəsində işləyən Təqsirləndirilən şəxs1 və həmin İdarənin Nərimanov rayon şöbəsinin büdcədənkənar fond hesabına saxlanılan müfəttişi vəzifəsində işləyən Təqsirləndirilən şəxs2 saxlanılmış və onların üzərlərinə və saxlanıldıqları “Kia Sorento” markalı 90SS737 dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilmişdir. Baxış zamanı avtomobilin sükanı arxasında Təqsirləndirilən şəxs2, ön sərnişin yerində Təqsirləndirilən şəxs1 olduğu müəyyən olunmuşdur. Avtomobilin orta konsolunda 30 (otuz) ədəd, 100 (yüz) manatlıq pul əskinasları, ümumilikdə 3000 (üç min) manat pul aşkar edilmişdir. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 həmin vəsaitin Etibar adlı vergi ödəyicisi tərəfindən dövlət büdcəsinə olan vergi borcunu ödəmələri üçün verildiyini, vergi ödəyicisinin ümumilikdə 6000 (altı min) manat vergi borcunun yarandığını, həmin məbləğin iki dəfəyə olmaqla, hazırda 3000 manatını, qalan 3000 manatını isə may ayının sonunda ödənilməsini razılaşdıqlarını bildirmişlər. Aşkar edilmiş pul əskinasları ultrabənövşəyi şüalar altında xüsusi cihaz vasitəsilə işıqlandırılarkən üzərlərində limuniset qələmlə “Rüşvət 2020” sözlərinin yazıldığı müəyyən edilmişdir. Məhkəmənin 22 aprel 2020-ci il tarixli qərarı əsasında əməliyyat-axtarış tədbirlərinin keçirilməsi zamanı əldə edilmiş videogörüntüləri özündə əks etdirən iki ədəd “CD” diskə baxış keçirilməsinə dair 5 may 2020-ci il tarixli protokoldan görünür ki, üzü ağ rəngli olan hissəsində narıncı rəngli pasta ilə “Aşkar, gizli” sözləri yazılmış diskdə “iki qovluğun olduğu müəyyən edilmişdir. “Aşkar” adlı qovluqda “00002.MTS”, “00003.MTS”, “00004.MTS”, “00005.MTS”, “00006.MTS”, “00007.MTS”, “00009.MTS”, “000010.MTS”, “00001 l.MTS” və “000012.MTS” adlı fayllar vardır. Fayllardakı video görüntülərə baxış zamanı müəyyən olunmuşdur ki, həmin video görüntülər “baxış keçirilməsi haqqında” 4 may 2020-ci il tarixli protokolda göstərilənləri əks etdirir. Həmin diskdəki “Gizli” adlı qovluqda “2020_05_02_15_41_00_qisa.mp4” və “2020_05_02_16_41_00_qisa.mp4” adlı fayllar vardır. “2020_05_02_15_41_00_qisa.mp4” adlı qovluq açıldıqda ümumilikdə 5 dəqiqə 21 saniyə davam edən video görüntü aşkar edilmişdir. Həmin görüntülərə baxış zamanı hadisələrin hündürmərtəbəli yaşayış binalarının əhatəsində, açıq havada baş verdiyi müəyyən olunur. Görüntülərdəki şəxslərin Bakı şəhəri X20 üzrə Baş İdarəsinin Operativ vergi nəzarəti idarəsinin Monitorinq şöbəsinin böyük dövlət vergi müfəttişi vəzifəsində işləyən Təqsirləndirilən şəxs1 və həmin İdarənin Nərimanov rayon şöbəsi üzrə fond hesablı müfəttişi vəzifəsində işləyən Təqsirləndirilən şəxs2, görüntülərdə üzü görünməyən şəxsin isə Şahid1 olduğu müəyyən edilmişdir. Söhbət zamanı Şahid1 10.000 manat verməyə İmkanı olmadığını, keçən ilki kimi 3.500 manat verə biləcəyim deyir. Təqsirləndirilən şəxs1 isə keçən ilkini yaddan çıxarmasını, 10.000-9.000 manata razılaşaraq iki dəfəyə verməsini təklif edib, 3.500 manata mümkün olmadığını deyib qarşı tərəfdən fikrində nə tutduğunu soruşur. Şahid1 yenidən keçən ilki kimi 3.500 manat verə biləcəyini dedikdə Təqsirləndirilən şəxs1 mümkün olmadığını bildirir. Belə olduqda Təqsirləndirilən şəxs1 “gəl belə danışaq nə 10 olsun, nə 3 yarım olsun, 7 olacaq, amma onu bu gün aparaq verək də” deyir. Şahid1 isə bu gün verə bilməyəcəyini dedikdə A.Allahveriyev təklif edir ki, 5- ni bu günə-sabaha, 2-ni də ayın axırı versin. Şahid1 buna imkanı olmadığını dedikdə, Təqsirləndirilən şəxs1 “ver rahat işlə” deyir. Belə olduqda Təqsirləndirilən şəxs1 necə gedib deyək ki, yenə olmadı, boşuna gedib-gəldik, biz deməmiş heç bir yerə getmirik ki, onda 4-ü indi, 3-ü də ayın sonu ver deyir. Təqsirləndirilən şəxs2 “ay qohum dördüncü dəfədir gedib-gəlirik, orda deyir nə oldu, sabah da bazardı, ya sabah görüşək, tapa bilsən bir-iki saat fırlanaq gələk, nə bilim necə edək” deyir. “2020_05_02_16_41_00_qisa.mp4” adlı qovluqda içərisində ümumilikdə 3 dəqiqə 53 saniyə davam edən video görüntülərin olduğu aşkar edilmişdir. Söhbət zamanı Şahid1 3.000 manatı 1-ci və ya 2-ci gün verəcəyini, qalanını isə ayın sonu verə biləcəyini, keçən il isə cəmi 3.500 manat verdiyini deyir. Təqsirləndirilən şəxs2 “deyirəm danışmayım, sən canı sabah axşam görüşək, sən bilmirsən vəziyyəti, bazar günü axşam da olsa bizə zəng elə, birinci gün saat 10-da iclas olur hamısı dağılışandan sonra onunla məni saxlayacaq nə oldu” deyir. Üzü ağ rəngli olan hissəsində narıncı rəngli pasta ilə “gizli” sözləri yazılmış diskə baxış zamanı diskdə “2020_05_04_14_41_00(0) mpg” adlı qovluq müəyyən edilmişdi. Həmin qovluq açıldıqda içərisində ümumilikdə 3 dəqiqə 32 saniyə davam edən video görüntülərin olduğu aşkar edilir. Şahid1 hündür mərtəbəli yaşayış binalarının yaxınında olan avtomobilin arxa oturacağına əyləşib hal-əhval soruşur. Avtomobilin sükanı arxasında Təqsirləndirilən şəxs2, ön oturacaqda isə Təqsirləndirilən şəxs1 əyləşmişdir. Təqsirləndirilən şəxs2 avtomobili bir qədər idarə edib saxlayır. Şahid1 əlində pulları tutaraq 3000 manatdı burada deyib, o birisini ayın sonuna qədər istəməməsini bildirir və sayaraq pulu Təqsirləndirilən şəxs1 verir, sonuncu isə “Allah əvəzini versin” deyib pulu ondan götürüb avtomobilin orta konsoluna qoyur. Azərbaycan Respublikası Vergilər Nazirliyinin müvafiq internet səhifəsinə baxış keçirilməsinə dair 4 may 2020-ci il tarixli protokoldan görünür ki, Şahid3 vergi orqanında qeydiyyata alınmış və onun adına ********** VÖEN kodu verilmişdir. Vergilər Nazirliyinin Bakı şəhəri X20 üzrə Baş İdarəsində vergi uçotuna alınmışdır. 11 mart 2020-ci il tarixli, 009855 nömrəli eribamamədən görünür ki, Şahid3 bütün dövlət və qeyri-dövlət orqanlarında, idarə və təşkilatlarda, vergi orqanlarında, banklarda, sair idarə və təşkilatlarda onu təmsil etməyi Şahid1 etibar etmişdir. Şahid3 (VÖEN **********) Vergilər Nazirliyinin müvafiq məlumat portalından çıxarılmış şəxsi hesab vərəqəsindən görünür ki, 23 aprel 2020-ci il tarixə 6521,23 manat artıq ödəməsi var. 6 avqust 2020-ci il tarixli qərarından görünür ki, C80872041, A34226500, A 11141615, A58774557, B02901339, A40548855, C74944736, A17393976, C53772031, A43189181, A99570591, A65685116, A19492716, A44657998, A24094141, A09166885, A30794387, B09612154, A98227292, A50146702, A693220044, A47608851, A86445319, A31171763, A74919695, A69437260, C74034177, B08796680, C93278718 və A 17877397 seriya nömrəli olmaqla 30 ədəd 100 manatlıq pul əskinasları (Azərbaycan manatı), "xxxx" MMC-dən 10 iyun 2020-ci il tarixli BKC/LGL-6553/20 saylı məktubla daxil olmuş bir ədəd “CD” disk, "xxxx" MMC-dən 29 iyun 2020-ci il tarixli 9661 saylı məktubla daxil olmuş bir ədəd “CD” disk və Binəqədi rayon məhkəməsinin 22 aprel 2020-ci il tarixli qərarı əsasında əməliyyat-axtarış tədbirlərinin keçirilməsi zamanı əldə edilmiş videogörüntülərİ özündə əks etdirən iki ədəd “CD” diskin öz xüsusiyyətinə və əlamətlərinə görə cinayət təqibi üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsinə kömək etdiyi nəzərə alınaraq iş üzrə maddi sübut kimi tanınmışdır. Cinayət işinin materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, Təqsirləndirilən şəxs1 sonuncu dəfə 24 noyabr 2011-ci tarixdə Azərbaycan Respublikası Vergilər Nazirliyində işə qəbul olunmaqla həmin Nazirlik üzrə 20 yanvar 2019-cu il tarixdən Azərbaycan Respublikasının Vergilər Nazirliyi yanında Bakı şəhəri X20 Departamentinin (Azərbaycan Respublikası Prezidentinin 24 iyul 2019-cu il tarixli 1340 nömrəli Sərəncamına əsasən Azərbaycan Respublikası Vergilər Nazirinin 7 avqust 2019-cu il tarixli əmri ilə Vergilər Nazirliyinin bütün departamentlərinin baş idarə hesab edilməsi nəzərə alınmaqla) Vergi öhdəliklərinin icrasına nəzarət idarəsinin 1-ci şöbəsinin dövlət vergi müfəttişi vəzifəsində işləməklə, həmin Departamentin baş direktorunun birinci müavininin 24 may 2019-cu il tarixli “müvəqqəti cəlbetmə banxjfe” 193^^^TOp211600 nömrəlij əmrinə əsasən Bakı şəhəri X20 Departamentinin Operativ vergi nəzarəti idarəsinin Monitorinq şöbəsinə 27 may 2019-cu il tarixdən 3 (üç) ay müddətə ezam edilmiş və Vergilər Nazirliyinin 26 iyul 2019-cu il tarixli “kadr yerdəyişməsi barədə” **********967300 nömrəli əmrinə əsasən isə həmin Departamentin Operativ vergi nəzarəti idarəsinin Monitorinq şöbəsinin böyük dövlət vergi müfəttişi vəzifəsində olmuşdur. Cinayət işinin materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, Təqsirləndirilən şəxs2 sonuncu dəfə 27 aprel 2011-ci il tarixdə Azərbaycan Respublikası Vergilər Nazirliyində işə qəbul olunmaqla həmin Nazirlik üzrə 6 mart 2019-cu il tarixli “kadr yerdəyişməsi barədə” **********235900 nömrəli əmrə əsasən Azərbaycan Respublikasının Vergilər Nazirliyi yanında Bakı şəhəri X20 Departamentinin (Azərbaycan Respublikası Prezidentinin 24 iyul 2019-cu il tarixli 1340 nömrəli Sərəncamına əsasən Azərbaycan Respublikası Vergilər Nazirinin 7 avqust 2019-cu il tarixli əmri ilə Vergilər Nazirliyinin bütün departamentlərinin baş idarə hesab edilməsi nəzərə alınmaqla) Operativ vergi nəzarəti idarəsinin Nərimanov rayonu üzrə şöbəsinin büdcədənkənar vəsait hesabına saxlanılan müfəttişi vəzifəsində olmuşdur. Cinayət işinin materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Vergilər nazirinin 11 iyun 2019-cu il tarixli **********88100 nömrəli əmri ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Vergilər Nazirliyi yanında Bakı şəhəri X20 Departamentinin Əsasnaməsi”nin 7.3-cü və Azərbaycan Respublikası Vergilər nazirinin 26 avqust 2019-cu il tarixli **********083100 nömrəli əmri ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Vergilər Nazirliyinin Bakı şəhəri X20 üzrə Baş idarənin Əsasnaməsi”nin 7.17- ci bəndinə əsasən, iş üzrə təqsirləndirilən şəxslər qeyriləri üçün hüquq münasibətlərin yaranması, dəyişməsi və xitamına səbəb olan hərəkətlər etmək hüququna malik inzibatitəsərrüfat funksiyalarını yerinə yetirən vəzifəli şəxs olmaqla, onların idarənin strukturları tərəfindən operativ vergi nəzarəti sahəsində onların fəaliyyətini tənzimləyən Azərbaycan Respublikasının qanunvericiliyi və Vergilər Nazirliyinin normativ sənədlərinin tələblərinə əməl olunmasına nəzarətin həyata keçirilməsi, İdarənin səlahiyyətlərinə aid olan nəzarət istiqamətləri üzrə müəyyən edilmiş forma və metodlarla monitorinq aparılması, İdarənin strukturları tərəfindən təhkimçilik bölgüsünə və qaydalarına riayət edilməsi vəziyyəti üzrə monitorinqin həyata keçirilməsi, aşkar edilmiş pozuntularla bağlı İdarənin rəhbərliyinə təqdim edilməsi üçün xidməti məruzə və digər zəruri sənədlərin tərtib edilməsi, aşkar edilmiş pozuntuların aradan qaldırılması vəziyyətinə dair monitorinq aparılması, Vergilər Nazirliyinin verdiyi göstəriş və tapşırıqların vaxtında və düzgün şəkildə icrasının təmin edilməsi üçün zəruri tədbirlərin görülməsi, səlahiyyətinə aid edilmiş məsələlər üzrə dövlət, yerli özünü idarəetmə orqanları, hüquqi və fiziki şəxslərdən, habelə Vergilər Nazirliyinin struktur vahid və bölmələrindən daxil olmuş məktub, sorğu, ərizə, şikayət, təklif və digər sənədlərə qanunvericiliklə müəyyən edilmiş müddətdə və qayda baxılmasının, araşdırılmasının, cavablandırılması və göndərilməsinin (təqdim edilməsinin) təmin edilməsi və digər səlahiyyətləri vardır. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 06 may 2020-ci il tarixli, 4(001)-408/2020 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs1 barəsində 04 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli tutulduğu 04 may 2020-ci il tarixdən hesablanmışdır. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 06 may 2020-ci il tarixli, 4(001)-407/2020 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs2 barəsində 04 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli tutulduğu 04 may 2020-ci il tarixdən hesablanmışdır. Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin 17 sentyabr 2021-ci il tarixli, 7(003)- 871/2021 saylı qərarından görünür ki, məhkum Təqsirləndirilən şəxs2 barəsində “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 01 may 2020-ci il tarixli Qanunu tətbiq edilmiş, Təqsirləndirilən şəxs2 Bakı Ağır Cinayətlər Məhkəməsinin 23 iyun 2021-ci il tarixli hökmü ilə ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 29,178.2.1, 29.178.2.2, 29,178.2.4-cü maddələri ilə təyin edilmiş 03 il müddətə azadlıqdan məhrumetmə cəzasını çəkməkdən azad edilmiş, Təqsirləndirilən şəxs2 məhkəmə iclas zalından azad edilmişdir. Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin 17 sentyabr 2021-ci il tarixli, 7(003)- 870/2021 saylı qərarından görünür ki, məhkum Təqsirləndirilən şəxs1 barəsində “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 01 may 2020-ci il tarixli Qanunu tətbiq edilmiş, Təqsirləndirilən şəxs1 Bakı Ağır Cinayətlər Məhkəməsinin 23 iyun 2021-ci il tarixli hökmü ilə ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 29,178.2.1, 29.178.2.2, 29,178.2.4-cü maddələri ilə təyin edilmiş 03 il müddətə azadlıqdan məhrumetmə cəzasını çəkməkdən azad edilmiş, Təqsirləndirilən şəxs1 məhkəmə iclas zalından azad edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 17 avqust 2022-ci il tarixli, 1(103)-1107/2022 saylı qərarı ilə Təqsirləndirilən şəxs2 barəsində axtarış elan edilmiş, Təqsirləndirilən şəxs2 barəsində həbs qismində qətimkan tədbiri seçilmiş və tutularaq dərhal həbs edilməsi, həbsetmənin əvvəlinin tutulduğu tarixdən hesablanması, Təqsirləndirilən şəxs2 tutulduqda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına etap olunması müəyyən edilmişdir. Bakı İstintaq Təcridxanasının 15 sentyabr 2022-ci il tarixli, xx/xx-6485 saylı məktubundan görünür ki, Təqsirləndirilən şəxs2 12 sentyabr 2022-ci il tarixdə Yasamal RPİnin əməkdaşları tərəfindən tutularaq 14 sentyabr 2022-ci il tarixdə Bakı İstintaq Təcridxanasına gətirilmişdir. Apellyasiya protestinə və apellyasiya şikayətlərinə məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, birinci instansiya məhkəməsi tərəfindən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə və qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən, təkrarən, xeyli miqdarda ziyan vurmaqla dələduzluq və dələduzluğa cəhd olmasına dair gəldiyi nəticə əsassız olmaqla hər iki məhkum edilmiş şəxslərin törətmiş olduğu əməllərinə düzgün hüquqi qiymət verilməmişdir. Belə ki, birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 başqa şəxslərin tabeçiliyində olub xidməti vəzifələrini icra etdiklərinə, onların tabeçiliyində vergi əməkdaşlarının olmamasına, onların vergi qanunvericiliyini həyata keçirilməsi ilə əlaqədar yoxlamalar, monitorinqlər təyin edilib aparılmasına dair sərəncam vermək və ya başqaları tərəfindən təyin edilmiş, keçirilən, keçirilmiş monitorinqlərin gedişinə və nəticələrinə təsir edib vergi ödəyicisini məsuliyyətdən azad etmək səlahiyyətlərinin olmamalarına, həmçinin, onların Şahid1 himayədarlıq edəcəkləri barəsindəki vədlərinə münasibətdə onların belə himayədarlıq etməyə də səlahiyyətlərinin olmamalarına yəni Təqsirləndirilən şəxs1 vergi xidmətinin sıravi əməkdaşı olub onun vergi orqanının sərəncamverici səlahiyyətinə malik vəzifəli şəxslərinin müəssisələrdə yoxlama keçirilməsi məqsədi ilə təyin edən qərarların qəbul edilməsinə, belə qərarların qəbul edilməsinin qarşısını almağa və ya təyin edilmiş qərarların icrasına və nəticələrinə təsir edə biləcək subyektiv və obyektiv imkanlarının olmamasına, Təqsirləndirilən şəxs2 isə büdcədən kənar maliyyə ehtiyatları hesabına saxlanılan vergi xidmətində yardımçı fəaliyyətlə məşğul olmasına bununla da, sonuncunun Vergi xidmətinin rəhbəri və ya digər səlahiyyətli şəxsi tərəfindən təyin ediləcək vergi yoxlamalarının qarşını almaq üçün qərar qəbuledici vəzifəli şəxsə təsir etmək imkanının olması və ya yoxlamanın nəticələrinə görə vergi ödəyicisinin qanunla nəzərdə tutulmuş məsuliyyətlə cəlb edilmələrinin qarşısını ala bilməcəyi ilə bağlı səlahiyyətlərinin olmamasını istinad edərək sonuncuların əməllərini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 29,178.2.1, 29.178.2.2, 29,178.2.4-cü maddələri ilə tövsif etmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəlmiş olduğu qənaətlə razılaşmayaraq hesab edir ki, məhkəmədə istintaq orqanı tərəfindən toplanmış sübutları Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəllənin 143-146-cı maddələrinə uyğun şəkildə tədqiq edilməmiş, toplanmış sübutlar mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə yanlış qiymətləndirilmiş, bütün sübutlara həm məcmu halda, həm də ayrı-ayrılıqda düzgün hüquqi qiymət verilməmiş və bununla da işin tam, hərtərəfli və obyektiv araşdırılması təmin edilməmişdir. Halbuki Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 istintaq orqanı tərəfindən ittiham olunduqları Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 311-ci maddəsində rüşvət alma dedikdə vəzifəli şəxsin xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar hər hansı hərəkətə (hərəkətsizliyə) görə, eləcə də xidmət üzrə ümumi himayədarlıq və ya laqeydlik müqabilində özü və yaxud üçüncü şəxslər üçün birbaşa və ya dolayı yolla, şəxsən və ya vasitəçidən istifadə etməklə maddi və sair neməti, imtiyazı və ya güzəşti istəməsi və ya alması, yaxud bu barədə təklif və ya vədi qəbul etməsi cinayət tərkibi kimi nəzərdə tutulmuşdur. Məhkəmə kollegiyası törədilmiş cinayətin spesifik əlamətə malik olmasını və bu növ cinayətləri ancaq işinin xarakterinə və tutduğu vəzifəsinə görə xüsusi funksiyanı yerinə yetirən şəxslər tərəfindən törədilməsini nəzərə alaraq Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 törədilmiş cinayətin subyekti (xüsusi subyekti) qismində çıxış etmələrinə qiymət verilməsini zəruri hesab edir. Bununla bağlı qeyd olunmalıdır ki, cinayət işinin materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, Təqsirləndirilən şəxs1 sonuncu dəfə 24 noyabr 2011-ci tarixdə Azərbaycan Respublikası Vergilər Nazirliyində işə qəbul olunmaqla həmin Nazirlik üzrə 20 yanvar 2019-cu il tarixdən Azərbaycan Respublikasının Vergilər Nazirliyi yanında Bakı şəhəri X20 Departamentinin (Azərbaycan Respublikası Prezidentinin 24 iyul 2019-cu il tarixli 1340 nömrəli Sərəncamına əsasən Azərbaycan Respublikası Vergilər Nazirinin 7 avqust 2019-cu il tarixli əmri ilə Vergilər Nazirliyinin bütün departamentlərinin baş idarə hesab edilməsi nəzərə alınmaqla) Vergi öhdəliklərinin icrasına nəzarət idarəsinin 1-ci şöbəsinin dövlət vergi müfəttişi vəzifəsində işləməklə, həmin Departamentin baş direktorunun birinci müavininin 24 may 2019-cu il tarixli “müvəqqəti cəlbetmə barədə” **********211600 nömrəli əmrinə əsasən Bakı şəhəri X20 Departamentinin Operativ vergi nəzarəti idarəsinin Monitorinq şöbəsinə 27 may 2019-cu il tarixdən 3 (üç) ay müddətə ezam edilmiş və Vergilər Nazirliyinin 26 iyul 2019-cu il tarixli “kadr yerdəyişməsi barədə” **********967300 nömrəli əmrinə əsasən isə həmin Departamentin Operativ vergi nəzarəti idarəsinin Monitorinq şöbəsinin böyük dövlət vergi müfəttişi vəzifəsinə keçirilməklə vəzifəli şəxs olmuşdur. Həmçinin Təqsirləndirilən şəxs2 sonuncu dəfə 27 aprel 2011-ci il tarixdə Azərbaycan Respublikası Vergilər Nazirliyində işə qəbul olunmaqla həmin Nazirlik üzrə 6 mart 2019-cu il tarixli “kadr yerdəyişməsi barədə” **********235900 nömrəli əmrə əsasən Azərbaycan Respublikasının Vergilər Nazirliyi yanında Bakı şəhəri X20 Departamentinin (Azərbaycan Respublikası Prezidentinin 24 iyul 2019-cu il tarixli 1340 nömrəli Sərəncamına əsasən Azərbaycan Respublikası Vergilər Nazirinin 7 avqust 2019-cu il tarixli əmri ilə Vergilər Nazirliyinin bütün departamentlərinin baş idarə hesab edilməsi nəzərə alınmaqla) Operativ vergi nəzarəti idarəsinin Nərimanov rayonu üzrə şöbəsinin büdcədənkənar vəsait hesabına saxlanılan müfəttişi vəzifəsində işləməklə vəzifəli şəxs olmuşdur. Azərbaycan Respublikası CM-nin 308-ci maddəsinin “Qeyd” hissəsinə əsasən, dövlət və bələdiyyə müəssisə, idarə və təşkilatlarının, o cümlədən publik hüquqi şəxslərin, həmçinin kommersiya və qeyri-kommersiya təşkilatlarının rəhbərləri və işçiləri, dövlət və bələdiyyə müəssisə, idarə və təşkilatlarında, o cümlədən publik hüquqi şəxslərdə, həmçinin kommersiya və qeyri-kommersiya təşkilatlarında xüsusi səlahiyyət üzrə təşkilatisərəncamverici və ya inzibati-təsərrüfat funksiyalarını yerinə yetirən şəxslər vəzifəli şəxs hesab olunur. “Korrupsiyaya qarşı mübarizə haqqında” 13 yanvar 2004-cü il tarixli Azərbaycan Respublikası qanununun 2.1.4, 2.1.7-1 və 2.1.8-ci maddələrinə əsasən, dövlət orqanlarının müvafiq struktur vahidlərində, dövlət idarə, müəssisə və təşkilatlarında, habelə dövlətin nəzarət səhm zərfinə sahib olduğu təsərrüfat subyektlərində təşkilati-sərəncamverici və ya inzibati-təsərrüfat funksiyalarını həyata keçirən şəxslər, qurumların rəhbərləri və işçiləri, o cümlədən qurumlarda xüsusi səlahiyyət üzrə təşkilati-sərəncamverici və ya inzibatitəsərrüfat funksiyalarını həyata keçirən şəxslər korrupsiya ilə əlaqədar hüquqpozmaların subyektləridirlər. Azərbaycan Respublikası Vergilər nazirinin 11 iyun 2019-cu il tarixli **********88100 nömrəli əmri ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Vergilər Nazirliyi yanında Bakı şəhəri X20 Departamentinin Əsasnaməsi”nin 7.3-cü və Azərbaycan Respublikası Vergilər nazirinin 26 avqust 2019-cu il tarixli **********083100 nömrəli əmri ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Vergilər Nazirliyinin Bakı şəhəri X20 üzrə Baş idarənin Əsasnaməsi”nin 7.17-ci bəndinə əsasən, iş üzrə təqsirləndirilən şəxslər qeyriləri üçün hüquq münasibətlərin yaranması, dəyişməsi və xitamına səbəb olan hərəkətlər etmək hüququna malik inzibati-təsərrüfat funksiyalarını yerinə yetirən vəzifəli şəxs olmaqla, onların idarənin strukturları tərəfindən operativ vergi nəzarəti sahəsində onların fəaliyyətini tənzimləyən Azərbaycan Respublikasının qanunvericiliyi və Vergilər Nazirliyinin normativ sənədlərinin tələblərinə əməl olunmasına nəzarətin həyata keçirilməsi, İdarənin səlahiyyətlərinə aid olan nəzarət istiqamətləri üzrə müəyyən edilmiş forma və metodlarla monitorinq aparılması, İdarənin strukturları tərəfindən təhkimçilik bölgüsünə və qaydalarına riayət edilməsi vəziyyəti üzrə monitorinqin həyata keçirilməsi, aşkar edilmiş pozuntularla bağlı İdarənin rəhbərliyinə təqdim edilməsi üçün xidməti məruzə və digər zəruri sənədlərin tərtib edilməsi, aşkar edilmiş pozuntuların aradan qaldırılması vəziyyətinə dair monitorinq aparılması, Vergilər Nazirliyinin verdiyi göstəriş və tapşırıqların vaxtında və düzgün şəkildə icrasının təmin edilməsi üçün zəruri tədbirlərin görülməsi, səlahiyyətinə aid edilmiş məsələlər üzrə dövlət, yerli özünü idarəetmə orqanları, hüquqi və fiziki şəxslərdən, habelə Vergilər Nazirliyinin struktur vahid və bölmələrindən daxil olmuş məktub, sorğu, ərizə, şikayət, təklif və digər sənədlərə qanunvericiliklə müəyyən edilmiş müddətdə və qayda baxılmasının, araşdırılmasının, cavablandırılması və göndərilməsinin (təqdim edilməsinin) təmin edilməsi və digər səlahiyyətləri vardır. Yuxarıda sadalanmış hallardan görünür ki, məhkum edilmiş şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 vəzifələri, səlahiyyət dairələri dəqiq müəyyən edilmiş və konkret olaraq hansı hərəkətləri etməyə borclu olduqları təsbit edilmişdir. Bu isə öz növbəsində sonuncuların ümumi himayədarlığı həyata keçirmək kimi səlahiyyətlərə malik olmalarına və bu səlahiyyətlərinin həyata keçirilməsi müqabilində rüşvət almanın subyekti qismində çıxış etdiklərini deməyə əsas verir. Lakin birinci instansiya məhkəməsi tərəfindən qəbul edilmiş yekun məhkəmə aktında məhkum edilmiş şəxslərin Vergi Xidməti əməkdaşları olması faktı təsdiq edilsə də, sonuncuların CM-nin 308-ci maddəsinin “Qeyd” hissəsində nəzərdə tutulmuş vəzifəli şəxslərin tərkibinə aid olub-olmaması məsələsinə qiymət verilməmiş, daha sonra isə həmin şəxslər monitorinq xidmətini həyata keçirməyə səlahiyyətli təşkilati-sərəncamverici şəxslər olmadığından ittiham olunduqları əməllərini həmin cinayətin subyekti olmadan, yəni xidməti vəzifələrinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar törətmədikləri barədə ziddiyyətli nəticəyə gəlinmişdır. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, məhkum edilmiş şəxslərin əməllərinin tövsifi ilə bağlı, yəni hər hansı hərəkətin edilməsinə görə vəzifəli şəxsin maddi və ya sair neməti almasına düzgün hüquqi qiymət verilməsi üçün iş üzrə bütün mötəbər sübutlar tam və ətraflı şəkildə araşdırılmalı və həmin sübutlar qanunla müəyyən edilmiş qaydada qiymətləndirilməlidir. Cinayət Məcəlləsinin 311-ci maddəsinin dispozisiyasında əks olunan əlamətlərdən göründüyü kimi cinayətin obyektiv cəhəti - vəzifəli şəxs tərəfindən xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar hər hansı hərəkətə (hərəkətsizliyə) görə, ümumi himayədarlıq və ya laqeydlik müqabilində özü və yaxud üçüncü şəxslər üçün birbaşa və ya dolayı yolla, şəxsən və ya vasitəçidən istifadə etməklə rüşvətin predmetini bilavasitə istəmədə, almaqda və ya bu barədə təklif və ya vədi qəbul etmədə ifadə olunur. Vəzifəli şəxsin xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası dedikdə bilavasitə qanunla və ya əmək müqaviləsi ilə vəzifəli şəxsə həvalə edilmiş səlahiyyətlərin icrası ilə əlaqədar edilən (rüşvət verənin xeyrinə edilməli) hərəkət və ya hərəkətsizlik başa düşülməlidir. Rüşvət bir qayda olaraq, rüşvət verənin və ya onun təmsil etdiyi şəxsin xeyrinə konkret hərəkətin (hərəkətsizliyin) edilməsinə görə verilir. Lakin, təhlil edilən maddədə xidmət üzrə ümumi himayədarlığa və ya laqeydliyə görə də vəzifəli şəxsə pul, qiymətli kağız və s. vermə rüşvət alma hesab edilmişdir. Rüşvətin bu növündə daha çox tabeçilik münasibətlərində olan şəxslər arasında və ya müxtəlif nəzarət orqanlarının fəaliyyətində rast gəlinir. Xidmət üzrə ümumi himayədarlıq iki halda rüşvət alma cinayətinin tərkibini yarada bilər. 1) yuxarı vəzifəli şəxsin onun tabeliyində olan, yaxud onun nəzarət etdiyi sahədə xidmət edən şəxsi mükafatlandırması, müdafiə etməsi, xidmətinə əlverişli şərait yaratması müqabilində rüşvət aldığı hallarda 2) rüşvət verən şəxsin birbaşa xidməti asılılıqda olmadığı, lakin, onun vəzifəli şəxsin hakimiyyət səlahiyyətlərinin aid olduğu sahədə xidmət etdiyi hallarda lazımi məqamda vəzifəli şəxsin onu müdafiə edəcəyini düşünərək rüşvət verdiyi hallarda. Vəzifəli şəxsin xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar hər hansı hərəkətə (hərəkətsizliyə) görə, eləcə də, xidmət üzrə ümumi himayədarlıq və ya laqeydlik müqabilində özü və ya üçüncü şəxslər üçün maddi və sair neməti, imtiyazı və ya güzəşti istəməsi dedikdə, vəzifəli şəxsin özü, yaxud onu təmsil edən başqa şəxs tərəfindən maddi və sair nemətin, imtiyazın və ya güzəştin alınmasında ifadə olunan arzusunu bildirməsi başa düşülür. Vəzifəli şəxsin maddi və sair nemətin, imtiyazın və ya güzəştin alınmasında ifadə olunan arzusu hər hansı formada və ya üsulla bildirilə bilər. Vəzifəli şəxsin xidməti vəzifəsinin icrası ilə əlaqədar hər hansı hərəkətə (hərəkətsizliyə) görə, eləcə də, xidmət üzrə ümumi himayədarlıq və ya laqeydlik müqabilində özü və ya üçüncü şəxslər üçün maddi və sair neməti, imtiyazı və ya güzəşti alması dedikdə, vəzifəli şəxsin özü və ya başqa şəxs tərəfindən maddi və sair nemətin, imtiyazın və ya güzəştin əldə edilməsi, əmlaka sahiblik edilməyə başlanılması, imtiyazın və güzəştin verildiyini təsdiq edən sənədin (aktın) alınması və s. başa düşülür. Vəzifəli şəxsin xidməti vəzifəsinin icrası ilə əlaqədar hər hansı hərəkətə (hərəkətsizliyə) görə, eləcə də, xidmət üzrə ümumi himayədarlıq və ya laqeydlik müqabilində özü və ya üçüncü şəxslər üçün maddi və sair neməti, imtiyazı və ya güzəşt barədə təklif və ya vədi qəbul etməsi dedikdə, maddi və sair nemət, imtiyaz və ya güzəşt barədə təklifə və ya vədə, yazılı formada, şifahi və ya susmaqla razılıq bildirmə başa düşülür. Məhkum edilmiş şəxslər elan edilmiş ittihamın məzmunundan görünür ki, təqsirləndirilən şəxslər tərəfindən xidməti vəzifələrin icrası ilə əlaqədar ediləcək qanunsuz hərəkət və xidmət üzrə ümumi himayədarlıq müqabilində rüşvət istənilmiş və alınmışdır. Birinci instansiya məhkəməsində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, .... 2019-cu ilin iyul-avqust aylarında özlərini Vergilər nazirliyinin əməkdaşları kimi təqdim edən Azər və Cahid sexə gəlib sexə vergi yoxlaması təyin edəcəklərini demişlər. O da onlara işlədiyi dövr ərzində sexin bütün vergi öhdəliklərinin ödənildiyini, vergi yoxlaması təyin edilsə də, onun üçün fərqi olmadığını demişdir. Azər isə ona elə gəldiyini, vergi yoxlamasının ona 20.000-25.000 manat cərimə tətbiq edəcəyini demişdir. Cahid də bunu təsdiq etmişdir. Bundan sonra Azərlə Cahid 5000 manat verdiyi təqdirdə, bir il ərzində sexdə heç bir vergi yoxlaması olmayacağını, vergi qanunvericiliyinin tələblərini pozduğu halda belə səlahiyyətlərindən istifadə edərək köməklik edəcəklərini, hətta digər vergi orqanı əməkdaşları səlahiyyətləri çərçivəsində nəzarəti həyata keçirərkən qanun pozuntusu aşkar etsələr də, onun məsuliyyətə cəlb olunmağının qarşısını alacaqlarını söz vermişlər.... .... Azər və Cahid Vergilər nazirliyinin hər hansı əməkdaşı gəlib yoxlama aparmaq istəsə, onlara bu haqda məlumat verməyi demişlər. Bundan bir ay sonra tanımadığı iki nəfər vergi əməkdaşı sexə gəlmişlər. O da Azərin ********** saylı mobil nömrəsinə zəng edərək bu barədə ona məlumat vermişdir, bundan sonra həmin şəxslər çıxıb getmişlər..... 2020-ci ilin mart ayının əvvəllərində yenə Azər ********** saylı mobil nömrədən onun istifadəsində olan ********** saylı mobil nömrəyə zəng edərək Cahidlə birlikdə sexə gəldiklərini bildirmişlər. ... Söhbət zamanı Azər növbəti bir il ərzində sexdə heç bir vergi yoxlaması keçirilməməsi üçün 10.000 manat pul verməli olduğunu demişdir. O da çörək sexini zərərlə işlətdiyini, qeyd edilən məbləğdə pulunun olmadığını, vergi öhdəliklərini isə tam yerinə yetirdiyini bildirmişdir. Azər və Cahid isə vergi yoxlaması olsa, ona azı 20.000- 25.000 manat cərimə tətbiq ediləyini demişlər. Əgər 10.000 manat verdiyi halda, vergi qanunvericiliyinin tələblərini pozsa belə, vəzifələrindən istifadə edərək köməklik edəcəklərini, hətta digər vergi orqanı əməkdaşları səlahiyyətləri çərçivəsində nəzarəti həyata keçirərkən qanun pozuntusu aşkar etsələr də, onun məsuliyyətə cəlb olunmasının qarşısını alacaqlarını bildirmişlər. Şahid ifadəsindən tam aydın olur ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 vergi yoxlaması keçirilib-keçirilməməsi müqabilində deyil, keçirilmiş və ya gələcəkdə keçirilə biləcək vergi yoxlaması zamanı aşkar ediləcək pozuntular nəticəsində tətbiq edilə biləcək yüksək məbləğli sanksiyaların qarşısını alacaqlarını, bunu öz vəzifələrindən istifadə etməklə həyata keçirəcəklərini bildirmişlər. İfadədən həm də o da müəyyən edilmişdir ki, ilk dəfə rüşvət aldıqdan sonra ümumi himayədarlığın həyata keçirilməsi fonunda sexə gəlmiş digər vergi işçilərinin yoxlamasının qarşısı Təqsirləndirilən şəxs1 tərəfindən alınmışdır. Ümumi himayədarlıq faktı nəinki Şahid1 ifadəsi, həmçinin, iş materiallarına əlavə edilmiş məhkəmə-fonoskopik ekspertizasının 09 iyul 2020-cu il tarixli 4/375 nömrəli rəyi ilə təsdiq edilmişdir. Belə ki, Təqsirləndirilən şəxs2 (K3) da iştirak etdiyi danışıq zamanı Təqsirləndirilən şəxs1 (K2) və Şahid1 (K1) arasında baş vermiş danışıqların mətnindən (danışıqlar olduğu kimi verildiyində qrammatik səhvlər nəzərə alınır) görünür ki, Şahid1 müxtəlif məbləğlərdə pulun istənilməsi ümumi himayədarlığın həyata keçirilməsi və qanunsuz hərəkətlərin edilməsi üçündür. K1 - On min dedi. Dedim ayə, on min çətin. Həə. Pul yoxdu, pul. Deyir nağayrax, nə verək? Axır yekun söhbət bu oldu ki, belə eliyək. Keçən ilki kimi qalır heç olmasa? Onnan razılaş. Əgər qalıf işdəyəsi olsax dalın davam eliyərik. İşdiyəsi olmasax ba belə K2 - Yo, keçən ilkin yaddan çıxarax. Sən üçüydü, üç yarımıydı? K1 - Üç yarım K2 - Hə, o heç, o yaddan çıxarax K1 - Keçən il üç yarım verdik, sən dedin///Yəni deyir işimizi bilmirik. Hələ deyir karanavirus belədi, vəziyyət çətindi. K2 - İki min hazırdı, bax K1 - İki min vseravno hazırdı. Hə K2 - Gəl belə eliyək K1 - Hə K2 - Gedək danışax razılaşax, eybi yox, iki dəfiyə verərsən K1 - Nətəri? K2 - Dedim tutaq ki, məsələn ondu, doqquzdu nədisə, onu iki dəfiyə verərsən. Amma üç yarım, o mümkün deyil K1 - Yo, yəni bilirsən işimiz yoxdu deyir da işimiz K2 - Başa düşdüm da, başa düşdüm. Ba görürsən, ... cərimə də olub. Canlıgəzir. Fikrində nə tutmusan, son fikrin nədi? K1 - Dedim ki, keçən il verdiyim kimi üç verim, üç yarım verək kutarax da K2 - Yox e, mümkün deyil o, mən dünən telefonda dedim axı K1 - Yo, telefonda onu demədin K2 - Dedim o mümkün döyül, ama gələrsən, söhbət eliyəriy K1 - Hə, indi gəlib söhbət eliyəriy. Belə eliyək. Vallah doğru deyirəm K2 – De K1 - Gəl onnan razılaşax K2 - Onnan? K1 - Yo, (gülür) keçən ilki kimi üçnən K2 - On fırranır e, görürsən? K1 - Üçnən K2 - Yox, gəl belə danışax K1 - Hə... K2 - Nə on olsun, nə üç yarım olsun. Yeddi olacax, ama onu büyün aparax verək da K1 – Hmm. Yo, mən də onnux büyünə eliyəmmərəm, yalançı olaram. Mən üçün fikirrəşirdim ki, hələ dedim özümdə orda min üç yüz manat pul var, onu min manat verim sənə min hə K2 - Yox, yox, qulağ as K1 - Hə K2 - Ə min nədi? Onun başını burax K1 - Hə K2 - Yeddi döymü? Beşini ver büyünə sabaha, ikini də verərsən ayın axırı. Zato rahat işdə də K1 - Yalançı olaram onda K2 - Rahat işdə da K1 - Rahat başa düşürəm e, iş döyül, iş yoxdu K2 - Sən başından bir quş uşdu? Zəng vurdular? Bir şey elədilər? K1 - Yoo, mən elə onu deyəjəm, ə kişi, bu adam bizə böyüklük eliyir, zəng eləmir. O da dedi ki, hə, heç olmasa denən keçən ilki kimi verək üç yarıma K2 - Hə K1 - Üç yarım ver, yoluna qoy, şey eləginən. Əgər işimiz düzəlsə, qaydıya düşsə, söhpət eliyəriy. İndi adam biryarımmı, ikimi, üçmü K2 - Yox, gə belə danışaq, gəl belə danışax əlimi xeyir tut. Yeddiynən razılaşırıx K1 - Yeddi çoxdu, olmaz K2 - Qulağ as qardaş, da qulağ as K1 - Vallah çoxdu K2 - Beşi götürərik sənnən, ikini də karantinnən sora götürərik K1 - Beşi elə büyün verməyə güc yoxdu, ona imkanımız yoxdu verməyə K2 - Evdən gətir də dollar zaddan K1 - Ayə, öydə nə olası evdə pul var? ... Evdə pulmu var? K2 - Birdə getdik dördüncü dəfə də getdik gəldik belə boş-boşuna K1 - Allah haqqı, belə vəziyyət K2 - Nə deyək? K1 - Yo, indi o yəni indi büyün o yoxdu. Sabah, sabah da nə bilim, ola bilər axşama danışam. O da o yox hə, uzaqbaşı deyim hə, üş düzəldib verə bilərəm, uzaqbaşı deyəm ki, hə o dediyim üçü verək, qalanı sora eliyək da. Qalanı da bir danışarıq bir həftəyəmi, ayın axırınamı beləmi K2 - Gəl belə eliyək. Yaxşı, beş də belə dördü ver üçü də ayın axırı verərsən. Ama büyün ver da gedəy nə deyək biz, deyək bir elə getdik gəldik K3-Ay qohum, dördüncü dəfədi gəlir e, oruc adamam K1 - Mən başa düşürəm, mən də orucam K3 - Allah qəbul eləsin K2 - Biz gələriy e K1 - Hə K2 - Ora bilirsən noldu, elə gedirsiz gəlirsiz K3 - Deyir noldu, deyir gediriyİİİ K2 - Biz də çıxan deyiliy e, filan yerə, ona görə bəyax səə dedim ki, siz gəlin. Hər dəfə də ora gedirik, nəsə başqa şey fikirrəşir K1 – Aha K2 - Deməmiş heç hara getmir ki K3 - Saba bazardı. Birinci gün uje axırıncı gündü deyəndə ki, səhər uje həll eləməliyik. Ya biz sabah görüşəy, ya indi nə bilim beşə qal, biz bir iki saat fırranax gələy, nə bilim necə eliyəy K1 - Onda mən zəng eliyim danışım, görüm nə deyir, sabahamı, bu günəmi neyniyə bilərik. Nə eliyə bilər. Yalannan beş/// K2 - Beş///Üç demirsən? Dörd elə K1 – Aha K2 - Qalan üçü də ayın axırı verərsən K1 - Qoy indi danışım K3 - Ay Etibar K1 - Hə K3 - Məni get-gələ salıb///gözdüyürəm burda, bir saat, həll elə K1 - Azər, Azər, belə oldu da. Deyir heç olmasa, altıya razılaş K2 - Aha K1 - Altıya K2 – Aha K1 - Üçün deyir üçünü ya birinci, ya ikinci gün verək. Çünki, büyün bank zad işdəmir şey eləmir. Mən dedim onda mən taparam da bankdan. O deyir yoxdu. Hə. Birinci, ikinci günə söz ver ki, ya birinci, ya ikinci gün hası gün düzəlsə zəng eliyərsən, gəlib görüşüb verərsən K2 – Aha K1 - Ayın axırına da üçü. Yanı deyir onsuz belə mümkün döyül K2 - Bax, qulağ as K1 - Hə K2 - O ikinci partiyanı sonra verərsən, birincini bizi K1 - Yəni eləmir də, o yalançı olacaq onçun K2 - Cahid, gəl bura da K1 - Əslində mən yalançı olacam, yalannan mən nətər deyim onu K3 -Noldu? K2 - Kişi deyir imkan varsa, altıynan yola verin. Birinci üç min verək, ikinci üçün də ayın iyirmi beşinə də belə K1 - Ayın axırına, hə. Yəni imkan yoxdu da, Allah haqqı K3 - Sən bilirsən ki, mən heç nə demirəm. Amma saba axşam, birinci gün K1 - Sabah bazardı. Birinci gün dedi ki, yanı bankdan dedim uşaqlara deyim pul götürsün versin sənə K3 - Birinci gün ayın dördüdü e K1 - Yəni onnan. Çünki dedim ki, ə ona keçən il də onnar mana dəymədilər K2 - ... K1 - Alınsa zəng eliyəcəm ki, alınıfdı. O çünki bankdan götürüb verəcək K2 - Alınmasa, qaldı ikinci gün K1 - İkinci günə, hə. Alınmasa ikinci gün. Çünki mən ona dedim ki, keçən il də mən üç yarım verənnən sora maa heç kim dəymədi. Kim gəldi K2 - Sən üç yarım demisən, üç demisən? K1 - Üç yarım K2 - Üş denən də, camaata üş denən, beşi bizə vermisən də K1 - Mən elə demişəm, elə bilir də. İndi bunu verəcəm deyir ki, heç kim sənə toxunmuyacaq, ilin axırına kimi prablem yoxdu, kutardı getdi K2 - Həə K1 - O deyir ki, onda üçü denən ki, ikinci günü verə bilərik, ikinci gün onu həll eliyək, ya birinci K2 - Söhbət ora bura yayılar e, ay Etibar kişi K1 - Mən yay/// keçən il nəsə bir xavar eşitdinmi? K2 - Altıya nə deyir?///Baxarıq da, ona baxarıq K1 - Birinci gün ... K3 - Nə qədər deyirəm danışmıyım sən canı, sabah axşam görüşəy. Bilirsən nəyə görə deyirəm? Birinci gün, sən bilmirsən də vəziyyəti/// K1 - Mən də bilirəm, valla görüşəy K3 - Ə, gör evdə zadda var?/// K1 - Ə balamın canı, sən inanırsan mən evdə. Mən evə ... bu dəyqə pulum yoxdu mənim, inanırsan? K3 - Yox, birinci gün deyirəm axşam, bazar günü axşam da olsa bizə zəng elə. Birinci/// K2 - Üç olacax, dörd olacax onun söhbətin eliyərik K1 - Yo, üç K2 - Bilirsən, niyə deyirəm. Altı ora verək, birin də biz götürək də, ona görə deyirəm. Bilirsən, nə qədər gedib gəkmişik. Əziyyət çəkmişik. Quran haqqı, əyaxlar ağrıyır K1 - Salam ... Nə var, nə yox? Nətərsən, neynirsən? K2 - Sağ ol, sən neynirsən? K1 - Nətərdi vəziyyət? K2 - Nətərsən e?/// K1 - Heç nə. İş yoxdu da, uje dirənmişik təmiz. Təmiz dirənmişik, özü də elə belə yox a, təmiz dirənmişik. O işləmək demək döyül. Yox, dayandıracam, qoy həftənin uje dedim verim, dayandıracam. Əgər vayenni söz verməsə, dayandıracam. Vayenni alınmasa yüz faiz dayandıracam, oyan-buyanı yoxdu K2 - Söz verib... K1 - Söz verib verməyinə, intası nə olsun gərək? 2 aydı zulum çəkirəm mən, 2 aydı K2 - İndi gözlənilmədən şey çıxdı da ortalığa K1 - Hə, karantin gəldi çıxdı ortaya K2 - Mayın 31-nə kimi vaxtı gətirib verdilər də. Çağırış zad başdıyırdı K1 - Hə də, iş zad gedir daİİİ hamı işə çıxır da K2 - Hə, baxıram əməlli-başlı şəhər canlanıb e K1 - Şeydi, 3 mindi burda. 3 min manat. 3 mini intası o birsini ayın axırınatan istəmə mənnən K2 - Onu 4 eliyərdin K1 - Allah haqqı yoxdu, zornan vallah K2 - Əlini aşağı elə, əlini aşağı elə K1 - (sayır) 8,9,10,11,12,15,16,17,18,19,20,21,22,23,24,25,26,27,28,30. Bax, bu 30. 30 da ayın axırı/// K2 - Allah əvəzin versin. Ayın 25-nə zada görüşərik, problem yoxdu. Allah əvəzin versin. Allah şey eləsin, sənin o işini düzəltsin. Yuxarıda tədqiq olunan sübutlardan görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Şahid1 nə vergi yoxlamasını keçirmək üçün gəldiklərini, nə də vergi yoxlamasının keçirilməməsi üçün pul tələb etdiklərini bildirməmişlər. Əksinə, məhkum edilmiş şəxslər ehtimal olunan vergi yoxlamalarının qarşısını ala bilmək iqtidarında olduqlarını bildirmişlər ki, həmin hərəkələrin həqiqətən həyata keçırə bilmələri iqtidarında olmalarını vergi ödəyicisinə ilk dəfə rüşvət aldıqdan sonra sexə gəlmiş digər vergi işçilərinin yoxlamasının qarşısını almaqla sübut etmiş olmuşlar. Lakin birinci instansiya məhkəməsi yuxarıda sadalanmış hallara lazımı diqqət yetirmədən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 «X33» adlı sexdə hər hansı vergi nəzarətinə aid yoxlama aparmaq səlahiyyətlərinə malik olmamalarına, onların bu hərəkətlərinin vergi əməkdaşları kimi hüquqi statuslarını müəyyənləşdirib tənzimləyən Vergi qanunlarına, həmin qanunlar əsasında hazırlanmış əsasnaməyə, əmr və sərəncamlara uyğun olmadığı barədə nəticəyə gələrək həmin maddənin onlara elan edilmiş ittihamdan xaric edilməsini əsaslı saymaqla, sonuncuların əməllərini dələduzluq kimi qiymətləndirmişdir. Halbuki, “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli Qərarının 1-ci bəndində qeyd edilir ki, dələduzluq cinayəti aldatma və ya etibardan sui-istifadə etmə yolu ilə törədilir və əmlak sahibi öz əmlakını və ya ona olan hüququnu başqa şəxslərə yalan vədlərin təsiri altında könüllü surətdə verir. Törədilmiş əməl o halda CM-nin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni, etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun. Həmin Qərarın 2-ci bəndində göstərilir ki, dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən biləbilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi (məsələn, əqdin predmeti olan saxta əşyaların və ya saxta sənədlərin təqdim edilməsi, onların əldə edilməsi, malların alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və ya hesablaşma görüntüsünün yaradılması və sair) başa düşülür. Dələduzluğun törədilməsi zamanı həqiqətə uyğun olmayan və ya gizlədilən məlumatlar kimi müxtəlif hallar, məsələn hüquqi faktlar, əmlakın dəyərinə və keyfiyyətinə, təqsirkarın şəxsiyyətinə, onun səlahiyyətlərinə və niyyətinə dair məlumatlar çıxış edə bilər. Məhkəmə kollegiyası hesab edir ki, Şahid1 pul vəsaitinin məhkum edilmiş şəxslərə hansı məqsədlə verilməsinə, yəni özünün aldadılması, etibarından sui-istifadə edilməsi nəticəsində və ya rüşvət müqabilində verilməsinə qiymət verilməlidir. Belə ki, öyrənilmiş cinayət işi materiallarından görünür ki, Şahid1 fərdi sahibkar olmaqla, həyata keçirdiyi sahibkarlıq fəaliyyəti ilə əlaqədar mütəmadi vergi yoxlamalarına məruz qalır və həmin vergi yoxlamaları zamanı vergi qanunvericiliyinə dair qanun pozuntusu aşkar edildiyi halda cərimə və digər cəza tədbirlərinə məruz qala biləcəyini bildiyindən onun vergi orqanlarının əməkdaşlarına rüşvət vermək kimi ehtiyaclarının ola bilməsi ağlabatandır. Hadisələrin baş verməsi mexanizminə diqqət yetirildikdə müəyyən olunur ki, Şahid1 Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Vergi orqanlarının əməkdaşı olduqlarını bilir, əmin olduğu vəzifəli şəxslərə birinci dəfə 2019-cu ilin iyul - avqust ayları ərzində pul verir və verdiyi həmin pulun müqabilində vəzifəli şəxslərdən öz xeyrinə hərəkət gözləyir ki, ilkin verilmiş pulun müqabilində özünə münasibətdə həmin himayədarlığı görmüşdür. Belə olan halda məhkəmə kollegiyası onun rüşvət verməsini daha inandırıcı hesab edir, nəinki məhz vergi orqanlarının əməkdaşları tərəfindən dələduzluğa uğramasını. Təqsirləndirilən şəxslərlə Şahid1 hərəkətlərinin uzlaşdırılması zamanı məntiqi olaraq müəyyən edilir ki, hər iki tərəfin özünə uyğun qarşılıqlı ehtiyacları və hər iki tərəf öz xeyrinə hərəkət edir - biri rüşvət alır, digəri isə rüşvət verir. Rüşvət cinayətlərindən talama cinayətlərini fəqləndirərkən qeyd etmək lazımdır ki, talama dedikdə özgə əmlakının tamah məqsədi ilə, hüquqazidd, əvəzsiz götürülməsi və bu əmlakın təqsirkarın və ya üçüncü şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Lakin iş materiallarında görünür ki, təqsirləndirilən şəxslər aldıqları pul müqabilində öhdəlik götürmüş və həmin öhdəlik qanunsuz olsa belə həyata keçirmişlər, yəni Şahid1 heç bir halda aldatmamışlar. Göründüyü kimi birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməllərinə hüquqi qiymət verərkən onların törətdiyi əməllərlə, ittiham olunan maddələrin dispozisiyasının müqayisəsini düzgün aparmamış və sonuncuların ittiham olunduqları maddənin dispozisiyasında xidmət üzrə ümumi himayədarlığa və ya laqeydlik müqabilində vəzifəli şəxsin özü və yaxud üçüncü şəxslər üçün birbaşa və ya dolayı yolla, şəxsən və ya vasitəçidən istifadə etməklə maddi və sair neməti, imtiyazı və ya güzəşti istəməsi və ya alması, yaxud bu barədə təklif və ya vədi qəbul etməsi kimi hərəkətlərin edilməsi nəzərdə tutulduğunu yumşaq desək, görməzdən gəlmişdir. Bununla da birinci instansiya məhkəməsi məhkum edilmiş şəxslərin əməllərinin tövsifi zamanı cinayətin subyektini düzgün müəyyən etməməklə yanaşı, cinayət əməlinin obyektiv cəhətini düzgün təhlil etməmiş, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməllərində ümumi himayədarlığın həyata keçirilməsi təsdiq edən kifayət qədər sübutlar olduğu halda, məhkəmə sonuncuların əməllərini yanlış olaraq dələduzluq kimi tövsif etmişdir. Məhkum edilmiş şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 311.3,1, 311.3.2 və 311.3.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətmələri aşağıdakı mötəbər sübutlarla da tam təsdiq olunur. Belə ki, cinayət işinin materiallarına əlavə edilmiş “texniki vasitələrin təqdim edilməsi haqqında” 2 may 2020-ci il tarixli protokoldan görünür ki, Bakı şəhəri X20 üzrə Baş İdarəsinin Operativ vergi nəzarəti idarəsinin Monitorinq şöbəsinin böyük dövlət vergi müfəttişi vəzifəsində işləyən Təqsirləndirilən şəxs1 və həmin İdarənin Nərimanov rayon şöbəsinin büdcədənkənar fond hesabına saxlanılan müfəttişi vəzifəsində işləyən Təqsirləndirilən şəxs2 Şahid1 6000 manat pul tələb etmələrinə dair sonuncunun müraciətinə əsasən müvafiq faktın təsdiq edilməsi üçün Şahid1 üzərinə texniki avadanlıq quraşdırılmışdır. 4 may 2020-ci il tarixli protokoldan görünür ki, Bakı şəhəri X20 üzrə Baş İdarəsinin Operativ vergi nəzarəti idarəsinin Monitorinq şöbəsinin böyük dövlət vergi müfəttişi vəzifəsində işləyən Təqsirləndirilən şəxs1 və həmin İdarənin Nərimanov rayon şöbəsinin büdcədənkənar fond hesabına saxlanılan müfəttişi vəzifəsində işləyən Təqsirləndirilən şəxs2 Şahid1 6000 manat pul tələb etmələrinə dair sonuncunun müraciətinə əsasən müvafiq əməliyyat-axtarış tədbirinin keçirilməsi məqsədilə Azərbaycan Respublikası Baş Prokurorluğunun maliyyə xidmətindən götürülmüş 30 ədəd 100 manatlıq pul əskinasları, ümumilikdə 3000 (üç min) manat (10 ədəd 100 manatlıq pul əskinaslarının üzərinə “Rüşvət 2020” söz və rəqəmləri yazılmaqla) təqdim edilmiş və danışıqların audio və video yazısının aparılması üçün Şahid1 üzərinə texniki avadanlıq quraşdırılmışdır. 4 may 2020-ci il tarixli protokoldan görünür ki, həmin gün keçirilmiş əməliyyat tədbiri nəticəsində Bakı şəhəri, Xətai rayonu, Gəncə prospektində cinayət başında yaxalanmış Bakı şəhəri X20 üzrə Baş İdarəsinin Operativ vergi nəzarəti idarəsinin Monitorinq şöbəsinin böyük dövlət vergi müfəttişi vəzifəsində işləyən Təqsirləndirilən şəxs1 və həmin İdarənin Nərimanov rayon şöbəsinin büdcədənkənar fond hesabına saxlanılan müfəttişi vəzifəsində işləyən Təqsirləndirilən şəxs2 üzərlərinə və saxlanıldıqları “Kia Sorento” markalı 90SS737 dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilmişdir. Müəyyən edilmişdir ki, avtomobilin sükanı arxasında oturmuş şəxs Təqsirləndirilən şəxs2, ön sərnişin yerində oturmuş şəxs isə Təqsirləndirilən şəxs1dir. Avtomobilin orta konsolunda 30 (otuz) ədəd, 100 (yüz) manatlıq pul əskinasları, ümumilikdə 3000 (üç min) manat pul aşkar edilmişdir. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 həmin vəsaitin Etibar adlı vergi ödəyicisi tərəfindən dövlət büdcəsinə olan vergi borcunu ödəmələri üçün verildiyini, vergi ödəyicisinin ümumilikdə 6000 (altı min) manat vergi borcunun yarandığını, həmin məbləğin iki dəfəyə olmaqla, hazırda 3000 manatını, qalan 3000 manatını isə may ayının sonunda ödənilməsini razılaşdıqlarını bildirmişlər. Aşkar edilmiş pul əskinasları ultrabənövşəyi şüalar altında xüsusi cihaz vasitəsilə işıqlandırılarkən üzərlərində limuniset qələmlə “Rüşvət 2020” sözlərinin yazıldığı müəyyən edilmişdir. 6 may 2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 və müdafiəçisi Müdafiəçi1 iştirakı ilə Təqsirləndirilən şəxs2 istifadəsində olan qara rəngli “Xiaomi” markalı mobil telefona və telefonda olan məlumatlara baxış keçirilmişdir. “Xiaomi” markalı mobil telefon Təqsirləndirilən şəxs2 tərəfindən xüsusi kod daxil edilərək açılmış, telefonun zənglər bölməsinə daxil olduqda “X28 Ehme” adı ilə qeyd edilmiş ********** saylı mobil nömrəyə 30 aprel 2020-ci il tarixdə bir dəfə, 2 may 2020-ci il tarixdə üç dəfə, 4 may 2020-ci il tarixdə isə bir dəfə zəng edildiyi və danışıqlar aparıldığı müəyyən edilmişdir. Təqsirləndirilən şəxs2 bildirmişdir ki, həmin ********** saylı mobil nömrə Şahid1 məxsusdur. Telefona baxış keçirilməsi haqqında 6 may 2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 və müdafiəçisi X9 iştirakı ilə Təqsirləndirilən şəxs1 istifadəsində olan qara rəngli “Nokia” markalı və “İphone 11 pro” markalı mobil telefonlara və telefonlarda olan məlumatlara baxış keçirilmişdir. “Nokia” markalı mobil telefon açılıb telefonun zənglər bölməsinə və mesajlar bölməsinə baxıldıqda iş üçün əhəmiyyət kəsb edəcək məlumat aşkar edilməmişdir. “İphone 11 pro” markalı telefona Təqsirləndirilən şəxs1 daxil etdiyi kod vasitəsilə daxil olduqda “X27” adı ilə qeyd edilmiş ********** saylı mobil nömrə ilə 4 may 2020-ci il tarixdə saat 14:55 və 14:56-da danışıqlar aparıldığı müəyyən edilmişdir. Təqsirləndirilən şəxs1 bildirmişdir ki, həmin ********** saylı mobil nömrə Şahid1 məxsusdur. Məhkəmə-sənədlərin texniki ekspertizasının 21 iyul 2020-cu il tarixli 5/374 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 30 (otuz) ədəd C80872041, A34226500, A11141615, A58774557, B02901339, A40548855, C74944736, A17393976, C53772031, A43189181, A99570591, A65685116, A19492716, A44657998, A24094141, A09166885, A30794387, B09612154, A98227292, A50146702, A693220044, A47608851, 6445319, A31171763, A74919695, A69437260, C74034177, B08796680, C93278718 və A17877397 nömrəli 100 manat nominantlı pul əskinasları xüsusi mühafizə vasitələrilə təchizat olunmaqla mətbəə poliqrafik çap üsulları ilə hazırlanmışdır və eyni nominallı pul əskinasının nümunələri ilə eynilik təşkil edən Azərbaycan pul vahididir. Tədqiqata təqdim edilmiş həmin 30 (otuz) ədəd pul əskinasından C80872041, C74944736, A17393976, C53772031, A43189181, A99570591, A65685116, A19492716, A24094141 və A47608851 nömrəli 100 Azərbaycan manatı nominallı pul əskinaslarmın üz tərəfində UB işıqda görünən “Rüşvət 2020” yazıları vardır. Yuxarıda sadalanmış sübutların məcmusundan görünür ki, birinci instansiya məhkəməsi iş üzrə tam, obyektiv və hərtərəfli araşdırma aparmayıb, lazımı diqqət göstərməyərək sübutlara düzgün hüquqi qiymət verməyib Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməllərini verilmiş ittihama münasibətdə daha yüngül cinayət əməlinə tövsif edilməsi ilə bağlı iş üzrə yanlış nəticəyə gəlmişdir. Beləliklə, məhkəmə kollegiyası, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxslərin və Şahid1 ifadələrini, Şahid1lə Təqsirləndirilən şəxs1 arasında və Şahid1lə Təqsirləndirilən şəxs2 arasında keçirilmiş üzləşdirmə protokollarını, məhkəmə ekspertiza rəylərini, əməliyyat - axtarış tədbirlərinin keçirilməsi zamanı əldə edilmiş videogörüntüləri özündə əks etdirən iki ədəd “CD” diskə baxış keçirilməsinə dair 5 may 2020-ci il tarixli protokolunu, mobil operatorlarından əldə edilmiş məlumatları, istintaq hərəkətlərinin protokollarının və digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 311.3,1, 311.3.2 və 311.3.3-cü maddələri ilə düzgün tövsif edilmişdir. Məhkum edilmiş şəxslərin onlara elan olunmuş ittihamda özlərini təqsirli bilməmələri ilə bağlı vermiş olduqları ifadələrinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, göstərilən hallar məhkəmə iclasında tədqiq edilmiş sübutlarla təkzib olunduğundan, sonuncular tərəfindən qeyd olunan hallara istinad edilməklə qurulmuş müdafiələri Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 311.3,1, 311.3.2 və 311.3.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət məsuliyyətindən yayınmağa cəhd kimi qiymətləndirilməlidir. Həmçinin Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müdafiəçilərinin apellyasiya şikayətinin təmin edilməsi üçün əsaslar, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməllərinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onların cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, sonunculara Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə kollegiyası qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli 04 saylı qərarında məhkəmələrə tövsiyə edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxsə təyin edilən cinayət cəzası CM-in 8-ci maddəsinə müvafiq olaraq cinayətin xarakterinə və törədilməsi şəraitinə, habelə təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə kollegiyası Təqsirləndirilən şəxs1 əvvəllər məhkum olunmamasını, himayəsində dörd uşağının və 1-ci qrup əlil həyat yoldaşının olmasını, yaşayış yerindən müsbət xarakterizə edilməsini onun cəzasını yüngülləşdirən hallar kimi və cəzasını ağırlaşdıran halların müəyyən olunmadığını nəzərə alır. Məhkəmə kollegiyası Təqsirləndirilən şəxs2 himayəsində üç azyaşlı uşağının olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə edilməsini, əvvəllər məhkum olunmamasını onun cəzasını yüngülləşdirən hallar kimi və cəzasını sağırlaşdıran halların müəyyən olunmadığını nəzərə alır. Bundan başqa Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən verilmiş xasiyyətnamələrdən görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 vəzifə funksiyalarının icrası qənaətbəxş olmamış, onlara tərəfindən vergi işçisinə yaraşmayan və peşə etikasına xələl gətirən hərəkətlərə yol verilmiş, sonuncular vergi ödəyiciləri ilə münasibətlərini vergi qanunvericiliyinə və mövcud təlimatlara uyğun qurulmamışdır. Məhkəmə kollegiyası hesab edir ki, sadalanan hallara Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 şəxsiyyətlərini mənfi xarakterizə edən hal kimi qiymətləndirilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəza təyin edilərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onların şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunacaq cəzanın məhkum edilmiş şəxslərin islah olunmalarına və onların ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalı və bu baxımdan Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 311.3.1, 311.3.2 və 311.3.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzası təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. İş materiallarından göründüyü kimi məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs1 barəsində 06 may 2020-ci il tarixdə 04 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli tutulduğu 04 may 2020-ci il tarixdən hesablanmış, Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin 17 sentyabr 2021-ci il tarixli qərarı ilə isə Təqsirləndirilən şəxs1 Bakı Ağır Cinayətlər Məhkəməsinin 23 iyun 2021-ci il tarixli hökmü ilə ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 29,178.2.1, 29.178.2.2, 29,178.2.4-cü maddələri ilə təyin edilmiş 03 il müddətə azadlıqdan məhrumetmə cəzasını çəkməkdən azad edilmiş və o, məhkəmə iclas zalından azad edilmişdir. İş materiallarından həmçinin görünür ki, məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs2 barəsində 06 may 2020-ci il tarixdə 04 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli tutulduğu 04 may 2020-ci il tarixdən hesablanmış, Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin 17 sentyabr 2021-ci il tarixli qərarı ilə isə Təqsirləndirilən şəxs2 Bakı Ağır Cinayətlər Məhkəməsinin 23 iyun 2021-ci il tarixli hökmü ilə ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 29,178.2.1, 29.178.2.2, 29,178.2.4-cü maddələri ilə təyin edilmiş 03 il müddətə azadlıqdan məhrumetmə cəzasını çəkməkdən azad edilmiş və o, məhkəmə iclas zalından azad edilmişdir. Bundan sonra Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 17 avqust 2022-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs2 barəsində axtarış elan edilərək həbs qismində qətimkan tədbiri seçilmiş, o isə 12 sentyabr 2022-ci il tarixdə Yasamal RPİ-nin əməkdaşları tərəfindən tutulmuşdur. Məhkəmə kollegiyası hesab edir ki, hazırkı hökmlə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qəti cəza təyin olunarkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən onların məhkəməyədək icraat və məhkəmə baxışı zamanı tutulduğu, həbsdə saxlanıldığı və cəza çəkdiyi müddət onlara təyin olunmuş azadlıqdan məhrum etmə cəzasından çıxılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə kollegiyası, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Cinayət Məcəlləsinin 311.3.1, 311.3.2 və 311.3.3-cü maddəsi ilə məhkum edilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 398.1.2-ci maddəsinə əsasən apellyasiya protestinin və ya apellyasiya protestinin baxışı nəticəsində apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hökmünü və ya qərarını ləğv edərək yeni hökm və ya qərar çıxarmağa haqlıdır. Həmin Məcəllənin 401.1.1-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin gəldiyi nəticələrin işin faktiki hallarına uyğun gəlməməsi məhkumun təqsirliliyi və ya bəraət almış şəxsin təqsirsizliyi haqqında məsələnin həll edilməsinə təsir göstərdiyi halda birinci instansiya məhkəməsinin hökm və ya qərarı ləğv edilməlidir. Beləliklə, məhkəmə kollegiyası gəldiyi qənaətə görə, məhkum edilmiş şəxslərin müdafiəçiləri tərəfindən verilmiş apellyasiya şikayətləri əsassız olduğundan təmin edilməməli, dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protesti tam təmin edilməli, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 29,178.2.1, 29.178.2.2, 29,178.2.4-cü maddələri ilə məhkum olunmalarına dair Bakı Ağır Cinayətlər Məhkəməsinin 23 iyun 2021-ci il tarixli, 1(101)- 262/2021 nömrəli hökmü ləğv edilməli, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 311.3.1, 311.3.2 və 311.3.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib məhkum edilməli, törətdikləri cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən olunmamışdır), habelə təyin olunmuş cəzanın onların islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla onlara təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrumetmə növündə cəza təyin olunmalı, Təqsirləndirilən şəxs1 04 may 2020-ci il tarixdən 17 sentyabr 2021-ci il tarixədək həbsdə olduğu (cəza çəkdiyi) 01 il 04 ay 13 gün müddət nəzərə alınmaqla sonuncuya qəti cəza təyin edilməli (CM-69.3), Təqsirləndirilən şəxs2 04 may 2020-ci il tarixdən 17 sentyabr 2021-ci il tarixədək həbsdə olduğu (cəza çəkdiyi) 01 il 04 ay 13 gün müddət nəzərə alınmaqla sonuncuya qəti cəza təyin edilməli (CM-69.3), Təqsirləndirilən şəxs1 oğlunun cəzaçəkmə müddətinin başlanğıcı 10 noyabr 2022-ci il tarixdən hesablanmalı, Təqsirləndirilən şəxs2 cəzaçəkmə müddətinin başlanğıcı 12 sentyabr 2022-ci il tarixdən hesablanmalı, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəzalarını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM-56.1.2), iş üzrə maddi sübut kimi tanınıb saxlanması üçün Azərbaycan Respublikası Baş Prokurorluğunun mühasibatlığına təhvil verilmiş C80872041, A34226500, Al 1141615, A58774557, B02901339, A40548855, C74944736, A17393976, C53772031, A43189181, A99570591, A65685116, A19492716, A44657998, A24094141, A09166885, A30794387, B09612154, A98227292, A50146702, A693220044, A47608851, A86445319, A31171763, A74919695, A69437260, C74034177, B08796680, C93278718 və A17877397 nömrəli 30 ədəd 100 manatlıq əskinasların Azərbaycan Respublikası Baş Prokurorluğuna qaytarılması və həmin əskinasların Azərbaycan Respublikası Baş Prokurorluğunun mühasibatlığında saxlanılması nəzərə alınmalı, cinayət işinin materiallarına əlavə olunmuş "xxxx" MMC-dən 10 iyun 2020-ci il tarixli BKC/LGL-6553/20 saylı məktubla daxil olmuş bir ədəd kompakt disk, “Azercell Telekom MMC-dən 29 iyun 2020-ci il tarixli 9661 saylı məktubla daxil olmuş bir ədəd kompakt disk və əməliyyat-axtarış tədbirlərinin keçirilməsi zamanı çəkilmiş videogörüntüləri özündə əks etdirən iki ədəd kompakt disk cinayət işinin materiallarında saxlanılmalı, ekspertiza xərcini təşkil edən 361,52 (üç yüz altmış bir manat əlli iki qəpik) manat bərabər hissələrlə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tutulub dövlət büdcəsinə ödənilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 347, 349-353, 356, 397.1, 397.2, 398.1.2, 401 və 407-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası HÖKM ETDİ: Məhkum Təqsirləndirilən şəxs1 müdafiəçisi Müdafiəçi4 və məhkum Təqsirləndirilən şəxs2 müdafiəçisi Müdafiəçi1 tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməsin. Dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protesti təmin edilsin. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 178.2.1, 29,178.2.1, 29.178.2.2, 29,178.2.4-cü maddələri ilə məhkum olunmalarına dair Bakı Ağır Cinayətlər Məhkəməsinin 23 iyun 2021-ci il tarixli hökmü ləğv edilsin və yeni hökm qəbul edilsin. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 311.3.1, 311.3.2 və 311.3.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 08 (səkkiz) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 oğlunun 04 may 2020-ci il tarixdən 17 sentyabr 2021-ci il tarixədək həbsdə olduğu 01 il 04 ay 13 gün azadlıqdan məhrumetmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablansın və ona qəti olaraq 06 il 07 ay 17 gün müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs1 cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəksin və cəzasının əvvəli 10 noyabr 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 məhkəmə iclas zalından dərhal həbs edilsin və onun cəzaçəkmə müəssisəsinə göndərilənədək həbsdə saxlanılması Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasına həvalə edilsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 311.3.1, 311.3.2 və 311.3.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 08 (səkkiz) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 04 may 2020-ci il tarixdən 17 sentyabr 2021-ci il tarixədək həbsdə olduğu 01 il 04 ay 13 gün azadlıqdan məhrumetmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablansın və ona qəti olaraq 06 il 07 ay 17 gün müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs2 cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəksin və cəzasının əvvəli 12 sentyabr 2022-ci il tarixdən hesablansın. İş üzrə maddi sübut kimi tanınıb saxlanması üçün Azərbaycan Respublikası Baş Prokurorluğunun mühasibatlığına təhvil verilmiş C80872041, A34226500, Al 1141615, A58774557, B02901339, A40548855, C74944736, A17393976, C53772031, A43189181, A99570591, A65685116, A19492716, A44657998, A24094141, A09166885, A30794387, B09612154, A98227292, A50146702, A693220044, A47608851, A86445319, A31171763, A74919695, A69437260, C74034177, B08796680, C93278718 və A17877397 nömrəli 30 ədəd 100 manatlıq əskinasların Azərbaycan Respublikası Baş Prokurorluğuna qaytarılması və həmin əskinasların Azərbaycan Respublikası Baş Prokurorluğunun mühasibatlığında saxlanılması nəzərə alınsın. İş üzrə maddi sübut kimi tanınıb cinayət işinin materiallarına əlavə olunmuş "xxxx" MMC-dən 10 iyun 2020-ci il tarixli BKC/LGL-6553/20 saylı məktubla daxil olmuş bir ədəd kompakt disk, “Azercell Telekom MMC-dən 29 iyun 2020-ci il tarixli 9661 saylı məktubla daxil olmuş bir ədəd kompakt disk və əməliyyat-axtarış tədbirlərinin keçirilməsi zamanı çəkilmiş videogörüntüləri özündə əks etdirən iki ədəd kompakt disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə ekspertiza xərcini təşkil edən 361,52 (üç yüz altmış bir manat əlli iki qəpik) manat bərabər hissələrlə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tutulub dövlət büdcəsinə ödənilsin. Hökm qəbul edildiyi andan qanuni qüvvəyə minir. Hökmdən Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 408-412-ci maddələrinə uyğun olaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına kassasiya şikayəti və kassasiya protesti verilə bilər. Sədrlik edən: Rəşad Abdulov Hakimlər: Cavid Hüseyn Qədim Babayev
Məhkəmə qərarları › İş №1(103)-1107/2022
Bakı Apellyasiya Məhkəməsi Hökm — İş №1(103)-1107/2022
10.11.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver