Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(103)-111/2020 17.08.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Abdulov Rəşad Məhərrəm oğlunun sədrliyi və məruzəsi ilə, X7 və Babayev Qədim Xalid oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X1, Dövlət ittihamçısı– Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Apellyasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, X3, Zərərçəkmiş şəxsin nümayəndəsi X2, Məhkum- Təqsirləndirilən şəxs, Müdafiəçi- 12 saylı Vəkil Bürosunun vəkili X5 iştirakları ilə, xx xxxx 1974-cü ildə Gürcüstan Respublikasının Marneuli rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, subay, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, Nizami rayonu, Nəsimi küçəsi, ev 20-də qeydiyyatda olmaqla yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 195.2 və 308.2-ci maddələri ilə məhkum edilməsinə dair Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 1(008)-235/2019 saylı hökmündən məhkum Təqsirləndirilən şəxs müdafiəçisi X9 tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin (hakim Z.Şirinov) xx xxxxxx 2019-cu il tarixli hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 195.2 və 308.2-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək, Cinayət Məcəlləsinin 195.2-ci maddəsilə 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına, Cinayət Məcəlləsinin 308.2-ci maddəsilə 2 (iki) il müddətinə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olmaq hüququndan məhrum edilməklə 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 02 (iki) il müddətinə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olmaq hüququndan məhrum edilməklə 04 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz edilərək o, məhkəmə iclas zalından həbs edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzasını çəkməsinin əvvəli tutulduğu xx xxxxxx 2019-cu il tarixdən hesablanmış, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmışdır. Hökmlə həmçinin maddi sübutlar və məhkəmə məsrəflərinin taleyi həll edilmişdir. Məhkəmənin hökmünə əsasən Təqsirləndirilən şəxs xx.xx.2011-ci il tarixdə Azərbaycan Respublikasının Vergilər Nazirliyi tərəfindən ********** nömrəli VÖEN–lə fərdi sahibkar kimi qeydiyyata alınmış, sahibkarlıq fəaliyyətini hüquqi şəxs yaratmadan həyata keçirən fiziki şəxs-fərdi sahibkar kimi hüquqi əhəmiyyət kəsb edən hərəkətlər etmək, yəni işçilərin işə götürülməsi, müqavilələr bağlanılması və digər təşkilati-sərəncamverici funksiyaları yerinə yetirmək səlahiyyətlərinə malik vəzifəli şəxs olmaqla özü üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyi ziddinə qəsdən istifadə etməklə Azərbaycan Respublikası Vergilər Nazirliyinə təqdim etdiyi xx.xx.2013-cü il tarixdən xx.xx.2013-ci il tarixədək olan vergi bəyannamələrinə əsasən həmin dövrdə ümumi dövriyyəsi 21.092,3 manat (iyirmi bir min doxsan iki manat otuz qəpik), o cümlədən orta aylıq dövriyyəsi 3.013,19 manat (üç min on üç manat on doqquz qəpik), çəkilmiş ümumi xərclər 14.347,2 manat (on dörd min üç yüz qırx yeddi manat iyirmi qəpik), o cümlədən orta aylıq xərclər 2.049,6 manat (iki min qırx doqquz manat altmış qəpik), əldə edilmiş ümumi mənfəət 6.745,1 manat (altı min yeddi yüz qırx beş manat on qəpik), o cümlədən orta aylıq mənfəət 963,59 manat (doqquz yüz altmı üç manat əlli doqquz qəpik) olmasına baxmayaraq, restoranlar tərəfindən iaşə xidmətlərinin və yeməklərin çatdırılması üzrə xidmətlərin göstərilməsi fəaliyyətini genişləndirmək təyinatı üzrə kredit verilməsinə dair müraciəti ilə əlaqədar Zərərçəkmiş şəxs QSC-nin “Bakıxanov” filialı tərəfindən xx.xx.2013-cü il tarixdə aparılan maliyyə vəziyyətinin analizi zamanı özünün fərdi sahibkar kimi aylıq dövriyyəsinin 153.964 manat (bir yüz əlli üç min doxsan dörd) ABŞ dolları, həmin dövrün məzənnəsi ilə 120.769,36 (bir yüz iyirmi min yeddi yüz altmış doqquz manat otuz altı qəpik), ödəmə qabiliyyətinin isə aylıq 51.385 (əlli bir min üç yüz səksən beş) ABŞ dolları, həmin dövrün məzənnəsi ilə 40.306,4 manat (qırx min üç yüz altı manat qırx qəpik) olması, yəni maliyyə vəziyyətinə dair bilə-bilə şişirdilmiş yalan məlumatlar verməklə bankla bağlanmış xx xxxxxx 2013-cü il tarixli 14L000004105 nömrəli “X6” müqaviləsi üzrə xx.xx.2013-cü il tarixli 14R000007852 nömrəli “Kredit razılaşması” əsasında fiziki şəxs-fərdi sahibkar kimi özünə 60 ay müddətinə, aylıq 1,4167 % dərəcəsi ilə külli miqdar təşkil edən 400.000 (dörd yüz min) ABŞ dolları, həmin dövrün məzənnəsi ilə 313.760 (üç yüz on üç min yeddi yüz altmış) manat məbləğində kredit verilməsinə həmin tarixdə özünə məxsus Zərərçəkmiş şəxs QSC-də olan **********00010305 saylı cari hesabına köçürülməsinə nail olub, həmin pulun 4.000 (dörd min) ABŞ dollarının, həmin dövrün məzənnəsi ilə 3.137,6 manatının (üç min yüz otuz yeddi manat altmış qəpik) komissiya haqqı kimi bank tərəfindən tutulması nəzərə alınmaqla, qalan 396.000 ABŞ dollarını, həmin dövrün məzənnəsi ilə 310.622,4 manatını (üç yüz on min altı yüz iyirmi iki manat qırx qəpik) bankın xx.xx.2013-cü il tarixdə ünvan 1 ünvanında yerləşən “Bakıxanov” filialının kassasından nağd olaraq götürməklə Zərərçəkmiş şəxs QSC-yə külli miqdarda ziyan vurub qanunsuz kredit almış, həmin kreditdən ümumilikdə əsas məbləğ üzrə 139.628,15 ABŞ doları (yüz otuz doqquz min altı yüz iyirmi səkkiz dollar on beş sent), faiz üzrə 142.253,31 ABŞ dolları (yüz qırx iki min iki yüz əlli üç dollar otuz bir sent) məbləğində ödəniş həyata keçirib, xx.xx.2019-cu il tarixə 260.371,85 ABŞ dolları (iki yüz altmış min üç yüz yetmiş bir dollar səksən beş sent), həmin dövrün məzənnəsi ilə 442,632,14 manat (dörd yüz qırx iki min altı yüz otuz iki manat on dörd qəpik) məbləğində əsas və 56.236,76 ABŞ dolları (əlli altı min iki yüz otuz altı dollar səksən yeddi sent), həmin dövrün məzənnəsi ilə 95.602,68 manat (doxsan beş min altı yüz iki manat altmış səkkiz qəpik) məbləğində faiz borclarını, cəmi 316,608,72 ABŞ dolları (üç yüz on altı min altı yüz səkkiz dollar yetmiş iki sent), həmin dövrün məzənnəsi ilə 538.234,82 manat (beş yüz otuz səkkiz min iki yüz otuz dörd manat səksən iki qəpik) məbləğində pulu qəsdən ödəməməklə, həmçinin eyni məqsədlə, Zərərçəkmiş şəxs QSC-nin “Bakıxanov” filialı tərəfindən xx.xx.2013-cü il tarixdə maliyyə vəziyyətinə dair verdiyi bilə-bilə şişirdilmiş yalan məlumatlar əsasında maliyyə vəziyyətinin analizi nəticəsində bankla bağlanmış xx xxxxxx 2013-cü il tarixli 14L000004105 nömrəli “X6” müqaviləsi üzrə təkrarən, xx.xx.2013-cü il tarixli 14R000007914 nömrəli “Kredit razılaşması” əsasında özünə 60 ay müddətinə, aylıq 1,375 % dərəcəsi ilə külli miqdar təşkil edən 100.000 (yüz min) ABŞ dolları, həmin dövrün məzənnəsi ilə 78440 (yetmiş səkkiz min dörd yüz qırx) manat məbləğində kreditin ayrılmasına və xx.xx.2013-cü il tarixdə 0**********00011108 saylı cari hesabına köçürülməsinə nail olub, həmin pulun 1000 (bir min) ABŞ dollarının, həmin dövrün məzənnəsi ilə 784,4 (yeddi yüz səksən dörd manat qırx qəpik) manatının komissiya haqqı kimi bank tərəfindən tutulması nəzərə alınmaqla, qalan 99000 (doxsan doqquz min) ABŞ dollarını, həmin dövrün məzənnəsi ilə 77655,6 (yetmiş yeddi min altı yüz əlli beş manat altmış qəpik) manatını 089327 saylı bank çeki əsasında xx.xx.2013-cü il tarixdə ünvan 3 saylı ünvanda yerləşən Bankın “Bakıxanov” filialının kassasından nağd olaraq götürməklə Zərərçəkmiş şəxs QSC-yə külli miqdarda ziyan vurmaqla qanunsuz kredit almış, həmin kreditdən ümumilikdə əsas məbləğ üzrə 35.129,43 (otuz beş min yüz iyirmi doqquz dollar qırx üç sent) ABŞ dolları, faiz üzrə 34.698,52 (otuz dörd min altı yüz doxsan səkkiz dollar əlli iki sen) ABŞ dolları məbləğində ödəniş həyata keçirib, xx.xx.2019-cu il tarixə 64.870,57 (altmış dörd min səkkiz yüz yetmiş dollar əlli yeddi sent) ABŞ dolları, həmin dövrün məzənnəsi ilə 110.279,96 (bir yüz on min iki yüz yetmiş doqquz manat doxsan altı qəpik) manat məbləğində əsas və 13.577,58 (on üç min beş yüz yetmiş yeddi dollar əlli səkkiz sent) ABŞ dolları, həmin dövrün məzənnəsi illə 23.081,88 (iyirmi üç min səksən bir manat səksən səkkiz qəpik) manat məbləğində faiz borclarını, cəmi 78.448,15 (yetmiş səkkiz min dörd yüz qırx səkkiz dollar on beş sent) ABŞ dolları, həmin dövrün məzənnəsi ilə 133.361,85 (bir yüz otuz üç min üç yüz altmış bir manat səksən beş qəpik) manat məbləğində pulu qəsdən ödəməməklə hər iki halda hüquqi şəxs olan Zərərçəkmiş şəxs QSC-nin bank fəaliyyətinin və kredit siyasətinin stabilliyinə mənfi təsir göstərib bankın normal fəaliyyətinin pozulmasında ifadə olunan qanuni mənafelərinə ağır nəticələrə səbəb olan ziyan vurmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə etmişdir. Bundan başqa, o, təkrarən, fərdi sahibkar kimi hüquqi əhəmiyyət kəsb edən hərəkətlər etmək, yəni işçilərin işə götürülməsi, müqavilələr bağlanılması və digər təşkilatisərəncamverici funksiyaları yerinə yetirmək səlahiyyətlərinə malik vəzifəli şəxs olmaqla özü üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyi ziddinə qəsdən istifadə etməklə Azərbaycan Respublikası Vergilər Nazirliyinə təqdim etdiyi xx.xx.2013-cü il tarixdən xx.xx.2014-cü il tarixədək olan dövrdə vergi bəyannamələrinə əsasən həmin dövrdə ümumi dövriyyəsi 18.312,6 manat (on səkkiz min üç yüz on iki manat altmış qəpik), o cümlədən orta aylıq 2.034,73 manat (iki min otuz dörd manat yetmiş üç qəpik), çəkilmiş ümumi xərclər 18.788 manat (on səkkiz min yeddi yüz səksən səkkiz), o cümlədən orta aylıq xərclər 2.087,56 manat (iki min səksən yeddi manat əlli altı qəpik) olmaqla zərərlə işləməsinə baxmayaraq restoranlar tərəfindən iaşə xidmətlərinin və yeməklərin çatdırılması üzrə xidmətlərin göstərilməsi fəaliyyətini genişləndirmək təyinatı üzrə kredit verilməsinə dair müraciəti ilə əlaqədar Zərərçəkmiş şəxs QSC-nin “Bakıxanov” filialı tərəfindən xx.xx.2014-cü il tarixdə aparılan maliyyə vəziyyətinin analizi zamanı özünün fərdi sahibkar kimi aylıq dövriyyəsinin 110.263 (bir yüz on min iki yüz altmış üç) ABŞ dolları, həmin dövrün məzənnəsi ilə 86.490,3 manat (səksən altı min dörd yüz doxsan manat üç qəpik), ödəmə qabiliyyətinin isə aylıq 51.385 (əlli bir min üç yüz səksən beş) ABŞ dolları, həmin dövrün məzənnəsi ilə 40306,4 manat (qırx min üç yüz altı manat qırx qəpik) olması, yəni maliyyə vəziyyətinə dair bilə-bilə şişirdilmiş yalan məlumatlar verməklə bankla bağlanmış xx xxxxxx 2013-cü il tarixli 14L000004105 nömrəli “X6” müqaviləsi üzrə xx.xx.2014-cü il tarixli 14R********** nömrəli “Kredit razılaşması” əsasında fiziki şəxs-fərdi sahibkar kimi özünə 60 ay müddətinə, aylıq 1,3333 % dərəcəsi ilə külli miqdar təşkil edən 300.000 (üç yüz min) ABŞ dolları, həmin dövrün məzənnəsi ilə 235.290 (iki yüz otuz beş min iki yüz doxsan) manat məbləğində kredit verilməsinə nail olub, həmin tarixdə pulun özünə məxsus Zərərçəkmiş şəxs QSC-də olan **********00200104 saylı cari hesabına köçürülməsindən sonra pulun 3.000 (üç min) ABŞ dollarının, həmin dövrün məzənnəsi ilə 2.352,9 manatının (iki min üç yüz əlli iki manat doxsan qəpiyinin) komissiya haqqı kimi bank tərəfindən tutulması nəzərə alınmaqla, qalan 297.000 (iki yüz doxsan yeddi min) ABŞ dollarını, həmin dövrün məzənnəsi ilə 232.937,1 manatını (iki yüz otuz iki min doqquz yüz otuz yeddi manat on qəpiyini) 089328 saylı bank çeki əsasında xx.xx.2014-cü il tarixdə bankın ünvan 3 ünvanında yerləşən “Bakıxanov” filialının kassasından nağd olaraq götürməklə Zərərçəkmiş şəxs QSC-yə təkrarən külli miqdarda ziyan vurub qanunsuz kredit almış, həmin kreditdən ümumilikdə əsas məbləğ üzrə 75.789,27 ABŞ dolları ( yetmiş beş min yeddi yüz səksən doqquz dollar iyirmi yeddi sent), faiz üzrə 1.377,29 ABŞ dolları (bir min üç yüz yetmiş yeddi dollar iyirmi doqquz sent) məbləğində ödəniş həyata keçirib, xx.xx.2019-cu il tarixə 224.210,73 ABŞ dolları (iki yüz iyirmi dörd min iki yüz on dollar yetmiş üç sent), həmin dövrün məzənnəsi ilə 381.158,24 manat ( üç yüz səksən bir min yüz əlli səkkiz manat iyirmi dörd qəpik) məbləğində əsas və 138.688,31 ABŞ dolları (bir yüz otuz səkkiz min altı yüz səksən səkkiz dollar otuz bir sent), həmin dövrün məzənnəsi ilə 235.770,12 manat (iki yüz otuz beş min yeddi yüz yetmiş manat on iki qəpik) məbləğində faiz borclarını, cəmi 362.899,04 ABŞ dolları (üç yüz altmış iki min səkkiz yüz doxsan doqquz dollar dörd sent), həmin dövrün məzənnəsi ilə 616.928,36 manat (altı yüz on altı min doqquz yüz iyirmi səkkiz manat otuz altı qəpik) məbləğində pulu qəsdən ödəməməklə hüquqi şəxs olan Zərərçəkmiş şəxs QSC-nin bank fəaliyyətinin və kredit siyasətinin stabilliyinə mənfi təsir göstərib bankın normal fəaliyyətinin pozulmasında ifadə olunan qanuni mənafelərinə ağır nəticələrə səbəb olan ziyan vurmaqla təkrarən vəzifə səlahiyyətlərindən sui-istifadə etmişdir. Bundan başqa, o, təkrarən, sahibkarlıq fəaliyyətini hüquqi şəxs yaratmadan həyata keçirən fiziki şəxs - fərdi sahibkar kimi hüquqi əhəmiyyət kəsb edən hərəkətlər etmək, yəni işçilərin işə götürülməsi, müqavilələr bağlanılması və digər təşkilati-sərəncamverici funksiyaları yerinə yetirmək səlahiyyətlərinə malik vəzifəli şəxs olmaqla özü üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyi ziddinə qəsdən istifadə etməklə Azərbaycan Respublikası Vergilər Nazirliyinə təqdim etdiyi xx.xx.2015-ci il tarixdən xx.xx.2015-ci il tarixədək vergi bəyannamələrinə əsasən həmin dövrdə ümumi dövriyyəsi 24.322,66 manat (iyirmi dörd min üç yüz iyirmi iki manat altmış altı qəpik), o cümlədən orta aylıq 3.474,67 manat (üç min dörd yüz yetmiş dörd manat altmış yeddi qəpik), çəkilmiş ümumi xərclər 14.969,4 manat (on dörd min doqquz yüz altmış doqquz manat qırx qəpik), o cümlədən orta aylıq xərclər 2099,49 manat (iki min doxsan doqquz manat qırx doqquz qəpik), əldə etdiyi mənfəət ümumilikdə 9.353,26 manat(doqquz min üç yüz əlli üç manat iyirmi altı qəpik), o cümlədən orta aylıq 578,14 manat (beş yüz yetmiş səkkiz manat on dörd qəpik) olmasına baxmayaraq restoranlar tərəfindən iaşə xidmətlərinin və yeməklərin çatdırılması üzrə xidmətlərin göstərilməsi fəaliyyətini genişləndirmək təyinatı üzrə kredit verilməsinə dair müraciəti ilə əlaqədar Zərərçəkmiş şəxs QSC-nin “Bakıxanov” filialı tərəfindən xx.xx.2015-ci il tarixdə aparılan maliyyə vəziyyətinin analizi zamanı özünün fərdi sahibkar kimi aylıq dövriyyəsinin 101.055 (bir yüz bir min əlli beş) ABŞ dolları, həmin dövrün məzənnəsi ilə 106.057,22 manat (bir yüz altı min əli yeddi manat iyirmi iki qəpik), ödəmə qabiliyyətinin isə aylıq 37.621 (otuz yeddi min altı yüz iyirmi bir) ABŞ dolları, həmin dövrün məzənnəsi ilə 39.483,23 manat (otuz doqquz min dörd yüz səksən üç manat iyirmi üç qəpik) olması, yəni maliyyə vəziyyətinə dair bilə-bilə şişirdilmiş yalan məlumatlar verməklə bankla bağlanmış xx xxxxxx 2013- cü il tarixli 14L000004105 nömrəli “X6” müqaviləsi üzrə xx.xx.2015-ci il tarixli 014R********** nömrəli “Kredit razılaşması” əsasında fiziki şəxs-fərdi sahibkar kimi özünə 60 ay müddətinə, aylıq 1,1667 % dərəcəsi ilə külli miqdar təşkil edən 125.000 (bir yüz iyirmi beş min) ABŞ dolları, həmin dövrün məzənnəsi ilə 131.212,5 manat (bir yüz otuz bir min iki yüz on iki manat əlli qəpik) məbləğində kredit verilməsinə, pulun Zərərçəkmiş şəxs QSC-də olan özünə məxsus **********00200104 saylı cari hesabına köçürülməsinə nail olub, pulun 1.250 (bir min iki yüz əlli) ABŞ dollarının, həmin dövrün məzənnəsi ilə 1.312,12 manatının (bir min üç yüz on iki manat on iki qəpiyinin) komissiya haqqı kimi bank tərəfindən tutulması nəzərə alınmaqla, qalan 123.750 (bir yüz iyirmi üç min yeddi yüz əlli) ABŞ dollarını, həmin dövrün məzənnəsi ilə 129.900,37 manatını (bir yüz iyirmi doqquz min doqquz yüz manat otuz yeddi qəpiyini) 089329 saylı bank çeki əsasında xx.xx.2015-ci il tarixdə bankın ünvan 3 ünvanında yerləşən “Bakıxanov” filialının kassasından nağd olaraq götürməklə “Zərərçəkmiş şəxs" QSC-yə təkrarən külli miqdarda ziyan vurub qanunsuz kredit almış, həmin kreditdən ümumilikdə əsas məbləğ üzrə 5.767,57 ABŞ dolları ( beş min yeddi yüz altmış yeddi dollar əlli yeddi sent), faiz üzrə 24.523,22 ABŞ dolları (iyirmi dörd min beş yüz iyirmi üç dollar iyirimi iki sent) məbləğində ödəniş həyata keçirib, xx.xx.2019-cu il tarixə 119.232,43 ABŞ dolları (bir yüz on doqquz min iki yüz otuz iki dollar qırx üç sent), həmin dövrün məzənnəsi ilə 202.695,13 manat (iki yüz iki min altı yüz doxsan beş manat on üç qəpik) məbləğində əsas və 24.956 (iyirmi dörd min doqquz yüz əlli altı) ABŞ dolları, həmin dövrün məzənnəsi ilə 42.425,2 manat (qırx iki min dörd yüz iyirmi beş manat iyirmi qəpik) məbləğində faiz borclarını, cəmi 144.188,43 ABŞ dolları (bir yüz qırx dörd min yüz səksən səkkiz dollar qırx üç sent), həmin dövrün məzənnəsi ilə 245.120,33 manat (iki yüz qırx beş min yüz iyirmi manat otuz üç qəpik) məbləğində pulu qəsdən ödəməməklə hüquqi şəxs olan Zərərçəkmiş şəxs QSCnin bank fəaliyyətinin və kredit siyasətinin stabilliyinə mənfi təsir göstərib bankın normal fəaliyyətinin pozulmasında ifadə olunan qanuni mənafelərinə ağır nəticələrə səbəb olan ziyan vurmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə etmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 1(008)- 235/2019 saylı hökmündən məhkum Təqsirləndirilən şəxs müdafiəçisi X9 apellyasiya şikayəti verərək, sözügedən hökmün ləğv edilməsini və Təqsirləndirilən şəxs barəsində bəraət hökmü çıxarılmasını xahiş etmişdir. Müdafiəçi apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin bu iş üzrə qəbul etdiyi hökm Cinayət Məcəlləsinin və Cinayət Prosessual Məcəlləsinin normalarına uyğun deyil. İlk öncə qeyd olunmalıdır ki, sahibkar Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs QSC arasında mülki hüquq münasibətləri xx xxxxxx 2013-cü il tarixli 14L********** nömrəli “X6 “ müqaviləsindən yaranmışdır. Mülki məhkəmə qətnamələri ilə sahibkar Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs QSC arasında bağlanmış Kredit müqavilələrindən yaranan mübahisənin mülki hüquq münasibətlərinə aid olması, mübahisənin ziyanla bağlı deyil, kredit borcu ilə olması bir daha təsdiqlənir. Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi, o cümlədən CM-nin 195.2 və 308.2-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlləri yoxdur. Onun barəsində əsassız və qanunsuz olaraq ittiham hökmü çıxarılmışdır. Mübahisələndirilən hökm maddi və prosessual hüquq normalarının pozulması və düzgün tətbiq edilməməsi nəticəsində qəbul edildiyindən qanuni və əsaslı hesab edilə bilməz. Hökm qanunsuz və əsassız olduğu üçün Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsində təsbit edilmiş hüquqları pozulmuşdur. Hökmdə məhkəmə hətta göstərmişdir ki, iş üzrə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar yoxdur. Məhkəmə bu halda da qərəz nümayiş etdirərək iş üzrə ancaq yüngülləşdirici hallar olduğu halda, onların müəyyən edilmədiyini göstərmişdir. Məhkəmənin əvvəllər məhkum edilməyən, “X6” Müqaviləsi üzrə borcunu qismən ödəyən və borcun tutulması və tələbin ipoteka predmetlərinə yönəldilməsi barədə məhkəmə qətnaməsi mövcud olduğu halda, Təqsirləndirilən şəxs cinayət törətməkdə təqsirli bilməsi və hətta azadlıqlıdan məhrum etmə ilə əlaqədar cəza təyin etməsi məhkəmənin qərəzli mövqedə olduğunu bir daha sübut edir. Birinci instansiya məhkəməsi sahibkar ilə bank arasında yaranmış mübahisəyə və sahibkar Təqsirləndirilən şəxs əməlinə düzgün hüquqi qiymət verməmişdir. Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi yoxdur. Məhkəmə işin hallarına düzgün hüquqi qiymət verməmişdir. Kredit müqavilələri üzrə Quryanov borcunu 2-ci devolvasiyaya qədər vaxtında ödəmişdir. Lakin kredit götürən Quryanovun vəziyyətini ağırlaşdıran 2-ci devolvasiyadan sonra o borcunu ödəmək iqtidarında olmamışdır. Mülki qanunvericiliyin tələbinə əsasən məhz borc ödənilmədiyi halda tələbin ipotekaya yönəldilməsi nəzərdə tutulur. Müqavilə öhdəliyinə görə cinayət məsuliyyətinə cəlb etmək və azadlıqdan məhrum etmək olmaz. Məhkəmə iclasında çıxış edən məhkum Təqsirləndirilən şəxs və onun müdafiəçisi Afət Qazıyeva verilmiş apellyasiya şikayətini müdafiə edərək, məhkəmədən apellyasiya şikayətinin təmin edilməsini və Təqsirləndirilən şəxs barəsində bəraət hökmü çıxarılmasını xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında iştirak edən zərərçəkmiş şəxsin nümayəndəsi Hikmət Əliyev məhkum Təqsirləndirilən şəxs tərəfindən Zərərçəkmiş şəxs QSC-yə olan borcun tam ödənildiyini, bankın Təqsirləndirilən şəxs qarşı hər hansı şikayət və tələbinin olmadığını və müvafiq qərarın qəbulunu məhkəmənin mülahizəsinə buraxdığını bildirdi. Məhkəmə iclasında çıxış edən dövlət ittihamçısı verilmiş apellyasiya şikayətinin təmin edilmədən, birinci instansiya məhkəməsinin hökmünün dəyişdirilmədən saxlanmasını xahiş etdi. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası cinayət işinin materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, tərəflərin çıxışlarını dinləyərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin x xxxxxx 2019-cu il tarixli hökmü məhkuma cəza təyin edilməsi hissəsində dəyişdirilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsinin tələbinə görə isə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Məhkəmə kollegiyası qeyd edir ki, məhkumun müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayətində Təqsirləndirilən şəxs barəsində bəraət hökmünün çıxarılması xahiş edilsə də, birinci instansiya məhkəməsi cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdıraraq, Azərbaycan Respublikası CPM-in 124,143 və 145-ci maddələrinin tələblərinə uyğun olaraq təqsirləndirilənşəxsin vəşahidlərin ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hərbi rsübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirmiş və təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini ilə bağlı düzgün nəticəyə gələrək Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 195.2 və 308.2-ci maddələri ilə nəzərdə tutulmuş cinayətlərin törədilməsində təqsirli bilmişdir. Məhkumun əməlində cinayət olmasını aradan qaldıran hallar, habelə onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Məhkəmə kollegiyası müdafiəçinin apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, qanunverici tərəfindən məhkum Təqsirləndirilən şəxs təqsirli bilindiyi CM-in 195.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməli iqtisadi fəaliyyət sahəsində olan cinayətlərə aid olmaqla, özlüyündə sahibkarlıq fəaliyyəti və mülki münasibətlərlə sıx bağlı olan hallar üzrə törədilmiş əməlləri ictimai təhlükəli əməl kimi qiymətləndirilməklə, qeyd olunan hərəkətlərin məhz mülki münasibətlərdən fərqləndirilməsi üçün bir sıra dispozitiv şərtlər müəyyənləşdirilmişdir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 195.2-ci maddəsinə əsasən təşkilatın rəhbəri və ya fərdi sahibkar tərəfindən təşkilatın, yaxud fərdi sahibkarın təsərrüfat və ya maliyyə vəziyyəti barədə bilə-bilə yalan məlumatlar verməklə kreditin, güzəştli şərtlərlə kreditin və ya məqsədli dövlət kreditinin alınması, habelə ondan təyinatı üzrə istifadə edilməməsi külli miqdarda ziyan vurduqda ictimai təhlükəli əməl kimi qiymətləndirilmişdir. Göründüyü kimi, maddənin dispozisiyasında cinayət hadisəsinin baş verməsi üçün mülki münasibət olaraq kreditin alınması ilə yanaşı, həmin halın cinayət əməli kimi qiymətləndirilməsi üçün həmin kredit alınması üçün təşkilatın rəhbəri və ya fərdi sahibkar tərəfindən təşkilatın, yaxud fərdi sahibkarın təsərrüfat və ya maliyyə vəziyyəti barədə biləbilə yalan məlumatlar verməklə qüvvədə olan normativ-hüquqi aktlara və mövcud təcrübəyə əsasən kreditorun iradəsinə təsir göstərilməsi, habelə kreditdən təyinatı üzrə istifadə edilməməsi şərtləri ilə yanaşı, bu əməllər nəticəsində xeyli (külli) miqdarda ziyan vurulması kimi dispozitiv şərtlər müəyyən edilmişdir. Bundan başqa qeyd olunmalıdır ki, iş materiallarında olan Azərbaycan Respublikası Vergilər Nazirliyinin Bakı şəhər Vergilər Departamenti tərəfindən verilmiş xx.xx.2011-ci il tarixli Şəhadətnamədən, sonuncunun həmin tarixdə Azərbaycan Respublikasının Vergilər Nazirliyi tərəfindən ********** nömrəli VÖEN–lə fərdi sahibkar kimi qeydiyyata alınmış olması, sahibkarlıq fəaliyyətini hüquqi şəxs yaratmadan həyata keçirən fiziki şəxs-fərdi sahibkar kimi hüquqi əhəmiyyət kəsb edən hərəkətlər etmək, yəni işçilərin işə götürülməsi, müqavilələr bağlanılması və digər təşkilati-sərəncamverici funksiyaları yerinə yetirmək səlahiyyətlərinə malik olmaqla Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308-ci maddəsinin subyekti qismində çıxış edən və maddənin qeyd hissəsində göstərilən vəzifəli şəxs olması məhkəmə kollegiyasında heç bir şübhə doğurmur. Məhkəmə kollegiyası yuxarıda qeyd olunan dispozitiv şərtlərin özlüyündə rəsmi maliyyə sənədləri və digər obyektiv sübutların məcmusu ilə müəyyən edilə biləcəyini qeyd etməklə, iş materiallarını qarşılıqlı şəkildə tədqiq və təhlil edərək belə hesab edir ki, iş materiallarında olan Azərbaycan Respublikasının Vergilər Nazirliyindən araşdırmaya təqdim olunmuş hesabat sənədlərindən, Təqsirləndirilən şəxs tərəfindən vergi orqanına təqdim olunmuş sadələşdirilmiş vergi bəyannamələrdən, məhkəmə-mühasibatlıq ekspertizasının rəylərindən, “kredit analizi” vərəqəsindən, Zərərçəkmiş şəxs QSC ilə bağlanmış kredit müqavilələrindən və digər rəsmi sənədlərdən məhkum Təqsirləndirilən şəxs xx.xx.2011-ci il tarixdə Azərbaycan Respublikasının Vergilər Nazirliyi tərəfindən ********** №-li VÖEN-lə fərdi sahibkar kimi qeydiyyata alınmış, sahibkarlıq fəaliyyətini hüquqi şəxs yaratmadan həyata keçirən fiziki şəxs - fərdi sahibkar kimi hüquqi əhəmiyyət kəsb edən hərəkətlər etmək, yəni işçilərin işə götürülməsi, müqavilələr bağlanılması və digər təşkilati-sərəncamverici funksiyaları yerinə yetirmək səlahiyyətlərinə malik vəzifəli şəxs olmaqla özü üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyi ziddinə qəsdən istifadə etməklə maliyyə vəziyyətinə dair bilə-bilə şişirdilmiş yalan məlumatlar verməklə ittihamda qeyd olunan tarixlərdə kredit müqavilələrinin bağlanması və nəticədə Zərərçəkmiş şəxs QSC-yə külli miqdarda ziyan vurulması, eyni zamanda sonuncunun özü üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyi ziddinə qəsdən istifadə edərək fiziki və ya hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə, yaxud cəmiyyətin və ya dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurmasının ağır nəticələrə səbəb olması tam olaraq sübuta yetirilir. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs yuxarıda göstərilən əməllərində Azərbaycan Respublikası CM-in 195.2 və 308.2-ci maddələrinin tərkibi olmuş və birinci instansiyası məhkəməsi əsaslı olaraq onu həmin maddələrlə məhkum etmişdir. Müdafiəçinin apellyasiya şikayətində göstərdiyi dəlillər əsassız olmaqla məhkum barəsində Azərbaycan Respublikası CM-in 195.2 və 308.2-ci maddələri ilə bəraət hökmünün çıxarılması üçün əsaslar apellyasiya məhkəməsində müəyyən olunmamışdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş cəza tədbiri məsələsinə gəldikdə, məhkəmə kollegiyаsının qənаətinə görə və hökmdən göründüyü kimi, birinci instansiya məhkəməsi bu məsələnin həlli zamanı Azərbаycаn Respublikаsı Cinayət Məcəlləsinin 58.3-cü mаddəsinin tələblərinə riayət etməklə onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, o cümlədən cəzasını ağırlaşdıran və yüngülləşdirən halların olmadığını göstərərək Təqsirləndirilən şəxs qəti olaraq 02 (iki) il müddətinə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olmaq hüququndan məhrum edilməklə 04 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin etmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, Təqsirləndirilən şəxscəza təyin edilərkən Azərbaycan Respublikası CM-nin 8, 41.2, və 58.3-cü maddələrinə müvafiq olaraq onun törətmiş olduğu cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, Təqsirləndirilən şəxs şəxsiyyətini, ocümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, həmçinin ədalət prinsipi və sosial ədalətin bərpası, cəzanın məhkumun islah edilməsi və təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini və təyin olunacaq cəzanın onun ailəsinin həyat şəraitinə təsirini, həmçinin törədilmiş cinayətə görə cəza təyin edərkən iştirakçılardan hər birinin cinayətin törədilməsində faktiki iştirakının xarakteri və dərəcəsini, təqsirləndirilənşəxslərin cinayətkar məqsədə nail olunmasında belə iştirakın əhəmiyyətini nəzərə alınmalıdır. Məhkəmə kollegiyası ilk növbədə Təqsirləndirilən şəxs münasibətdə cəzasını yüngülləşdirən halların müəyyən edilməməsi ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır və bununla bağlı apellyasiya baxışı zamanı aşağıda qeyd olunan məhkuma cəza təyini zamanı nəzərə alınmalı cəzanı yüngülləşdirən halların müəyyən edildiyini qeyd edir. Belə ki, iş materiallarına əlavə edilmiş X4 şəxsiyyət vəsiqəsi məlumatlarından çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2007-ci il təvəllüdlü azyaşlı övladı vardır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası DİN BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Apellyasiya icraatı zamanı Zərərçəkmiş şəxs QSC-nin idarə heyətinin sədri tərəfindən təqdim edilmiş 16445 nömrəli, xx xxxx 2020-ci il tarixli ərizədən görünür ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs QSC-yə olan borcu tam ödənilmiş, Zərərçəkmiş şəxs QSC-nin Təqsirləndirilən şəxs qarşı şikayəti və tələbi yoxdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinin müddəalarından göründüyü kimi, cəza təyin edilərkən bu Məcəllənin 59.1.1-59.1.10-cu maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Sadalananlara əsasən məhkəmə kollegiyası hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.11 və 59.2-ci maddələrinə əsasən Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmaması, zərərçəkmiş şəxsə vurulmuş maddi ziyanın tam olaraq könüllü ödənildiyi, zərərçəkmiş şəxsin ona qarşı hər hansı şikayət və tələbinin olmaması, himayəsində bir azyaşlı uşağının olması onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alınmalıdır. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxscəzasını ağırlaşdıran hallar məhkəmədə müəyyən edilməmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” xx xxxxxx 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2003-cü il tarixli 4-№-li Qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, hər bir halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsi sözsüz təmin edilməlidir. Göstərilənlərlə yanaşı məhkəmə kollegiyası cinayət işinin materiallarını araşdırıb, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini, himayəsində bir azyaşlı uşağının olmasını, zərərçəkmiş şəxsə dəymiş maddi ziyanın tam olaraq ödənilməsini, ona qarşı şikayət və tələbin olmamasını (bu barədə Zərərçəkmiş şəxs QSC-nin ərizəsi iş materiallarına əlavə edilmişdir), iş üzrə cəzanı ağırlaşdıran halların olmadığını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə onun islah olunmasına təsir edə biləcək vəzifələr qoyulmaqla o, əsas cəza kimi təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı çəkmədən də islah oluna bilər və bu səbəbdən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilməklə ona təyin edilən əsas cəzanın şərti olaraq tətbiq edilməsi mümkün və ədalətli hesab olunmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.1-ci maddəsinə əsasən islah işləri, hərbi xidmət üzrə məhudlaşdırma, inzibati xarakterli hərbi hissədə saxlama və ya müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxarır. Şərti məhkum etmə təyin edilərkən məhkəmə tərəfindən sınaq müddəti müəyyən olunur. Bu müddət ərzində məhkum öz davranışı ilə islah olunmasını sübut etməlidir. Sınaq müddəti altı aydan beş ilədək müddətə müəyyən edilir. Həmin Məcəllənin 70.2-ci maddəsinə əsasən məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2003-cü il tarixli "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" Qərarında göstərilmişdir ki, məhkəmə iki və ya daha çox cinayət törətmiş şəxsin şərti məhkum olunması qərarına gələrsə, belə qərar ayrılıqda hər bir cinayətə görə deyil, cinayətlərin məcmuyu üzrə qəti cəza təyin edilərkən qəbul olunur. Yuxarıda sadalanan hallara əsasən məhkəmə kollegiyası hesab edir ki, məhkum barəsində təyin edilən cəzanın şərti tətbiq edilməsi üçün əsaslar mövcuddur və sınaq müddəti müəyyən edilməklə təyin edilən qəti cəza şərti tətbiq edilməlidir. Sınaq müddəti ərzində Təqsirləndirilən şəxs öz davranışları ilə islah olunmasını sübut etməlidir. Sınaq müddəti başa çatanadək ona davranışı üzərində nəzarəti həyata keçirəcək orqana məlumat vermədən daimi yaşayış yerini dəyişməmək bir vəzifə olaraq tapşırılmalıdır. Təqsirləndirilən şəxs davranışına nəzarət daimi yaşayış yeri üzrə İcra və Probasiya Şöbəsinə həvalə edilməlidir. Eyni zamanda məhkəməkollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs təyin edilmiş müəyyən müddətə dövlət v əyerli özünü idarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum etmə növündə əlavə cəza Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68-ci maddəsinə əsasən müstəqil icra olunmalıdır. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli hökmü məhkum edilmiş şəxsə cəza təyini ilə bağlı hissədə dəyişdirilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 398.1.4-cü maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin və ya apellyasiya protestinin baxışı nəticəsində birinci instansiya məhkəməsinin hökm və ya qərarının dəyişdirilməsi barədə qərar qəbul etmək səlahiyyətinə malikdir. Həmin Məcəllənin 399.1.5-ci maddəsinə görə təyin edilmiş cəzanın cinayətin ağırlığına və ya məhkumun şəxsiyyətinə uyğun olmaması birinci instansiya məhkəməsinin hökmünün ləğv olunması və ya dəyişdirilməsi üçün əsasdır. Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyası şərh olunanları və Azərbaycan Respublikası CPM-in 193, 397.1, 397.2, 398.1.4, 398.1.5, 405.1.1, 410 və 412-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Apellyasiya şikayət təmin olunmasın. Məhkum Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 195.2 və 308.2-ci maddələri ilə məhkum olunmasına dair Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 1(008)-235/2019 saylı hökmü dəyişdirilsin. Məhkum Təqsirləndirilən şəxs xx xxxxxx 2019-cu il tarixdən xx xxxxxx 2020-ci il tarixədək həbsdə olduğu 09 (doqquz) ay 12 (on iki) gün müddət, hökmlə Təqsirləndirilən şəxs qəti olaraq təyin edilmiş 04 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzasından çıxılsın və onun üzərində qəti olaraq 02 (iki) il müddətinə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olmaq hüququndan məhrum edilməklə 03 (üç) il 02 (iki) ay 18 (on səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Məhkum Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq olunsun və onun üzərində saxlanılmış əsas cəza - 03 (üç) il 02 (iki) ay 18 (on səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası 02 (iki) il sınaq müddəti müəyyən edilməklə şərti hesab edilsin. Azərbaycan RespublikasıCM-nin 68-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin olunmuş 2 (iki) il müddətinə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrumetmə növündə əlavə cəza müstəqil icra olunsun. Məhkum Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilsin və o, məhkəmə iclas zalından azad edilsin. Məhkum Təqsirləndirilən şəxs üzərinə davranışına nəzarəti həyata keçirən orqana məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulsun. Sınaq müddəti ərzində məhkum Təqsirləndirilən şəxs üzərində davranışına nəzarət yaşayış yeri üzrə İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Hökm qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 408-412-ci maddələrinə uyğun olaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına kassasiya şikayəti və kassasiya protesti verilə bilər. Sədrlik edən Rəşad Abdulov Hakimlər Əli Seyfəliyev Qədim Babayev
Məhkəmə qərarları › İş №1(103)-111/2020
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №1(103)-111/2020
17.08.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver