Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(103)-111/2023 02.02.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyası; Hakimlər - Babayev Qədim Xalid oğlu (sədrlik edən və məruzəçi), Murquzov İlqar Mustafa oğlu və Tanrıverdiyev Anar Vəzir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X7, Azərbaycan Respublikası Baş Prokurorluğu DİMİ-nin apellyasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X4, Zərərçəkmiş şəxsin huquqi varisi X3 və onun nümayəndəsi Müdafiəçi2, Məhkum edilmiş Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi3 iştirakları ilə, xx xxxxxx 1999-cu ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, məhəllə 50527/68, ev 7, mənzil 62-də qeydiyyatda olmaqla ünvan 1 ünvansız fərdi evdə yaşamış, hazırda Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.3-cü maddəsi ilə məhkum olunmasına dair Bakı Ağır Cinayətlər Məhkəməsinin 20 sentyabr 2022-ci il tarixli hökmündən zərərçəkmiş şəxsin hüquqi varisi X3 nümayəndəsi Müdafiəçi2 tərəfindən və məhkum olunmuş şəxs və onun müdafiəçisi Müdafiəçi1 tərəfindən birgə verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: Bakı Ağır Cinayətlər Məhkəməsinin 20 sentyabr 2022-ci il tarixli hökmünə əsasən (hakimlər X13 (sədrlik edən), X6 və X8 ibarət tərkibdə) Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli bilinərək 09 (doqquz) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzasının əvvəli 13 fevral 2022-ci il tarixdən hesablanmışdır. Birinci instansiya məhkəməsi tərəfindən Təqsirləndirilən şəxs ona görə təqsirli bilinib məhkum edilmişdir ki, o, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olan qəsdən sağlamlığa ağır zərər vurmuşdur. Belə ki, Təqsirləndirilən şəxs 13 fevral 2022-ci il tarixdə, saat 01.40 radələrində ünvan 3 ünvanda yerləşən evlərinə qayıdan zaman yaşadıqları məhəllədə, evlərinin yaxınlığında gümüşü metalik rəngli “99-VY594” dövlət qeydiyyat nişanlı, «Opel Astra» markalı avtomobilin hərəkətsiz vəziyyətdə dayandığını və avtomaşının salonunda üç nəfər tanımadığı şəxslərin olduğunu görüb, əvvəllər həyətlərindəki avtomaşınlardan gecələr oğurluq hadisələri baş verdiyinə görə avtomaşındakı şəxslərində oğurluq məqsədi ilə orada dayandıqlarını və ya narkoman olduqlarını güman edib, avtomobilə yaxınlaşaraq həmin şəxslərin kimliyini və orada dayanmalarının səbəbini dəqiqləşdirməkdən ötrü «nə üçün dayanmısınız, bəlkə köməklik lazımdır» deyərək soruşduqda, əvvəlcə avtomaşının sükanının arxasından düşən sürücü Şahid1 ilə avtomaşının ön oturacağında sağda əyləşmiş Zərərçəkmiş şəxs ona müxtəlif məzmunda istehzalı cavablar verməsi, daha sonra isə həmin vaxt alkoqol sərxoşluğu vəziyyətində olan Zərərçəkmiş şəxs avtomaşından yerə düşüb ona yaxınlaşaraq, uca səslə «vaapşe sənə nə lazımdır, nə istəyirsən, bizə nə kimi qulluq eliyə bilərsən» deyib, əli ilə onun çiyin nahiyəsindən tutaraq, bir qədər sıxıb özünə tərəf çəkməsi və kobud tərzdə gedib işi ilə məşğul olmasını bildirməsi xoşuna gəlmədiyinə, eyni zamanda Şahid1 ilə Zərərçəkmiş şəxs hərəkətlərindən özünü təhqir olunmuş hesab etdiyinə görə əsəbləşərək artıq aralarında yaranmış qərəzli şəxsi münasibətlər zəminində qisas almaq niyyətilə onları cəzalandırmaq və qorxudub məhəllədən uzaqlaşdırmaq qərarına gəlmiş və bu məqsədlə yaşadığı evin həyətinə gedib orada olan, təmir işlərində istifadə edilən taxta ayaqaltıdan qopardığı taxta parçası ilə geri qayıdaraq, avtomaşının sürücü tərəfdən qapını açıb, sağ əlində tutduğu taxta parçası ilə əvvəlcə avtomaşının salonunda, sonra isə yerdə sürücü Şahid1 bədəninin yuxarı ətraf nahiyələrinə bir neçə dəfə vurmuş, daha sonra avtomaşından düşüb ona yaxınlaşan Zərərçəkmiş şəxs nalayiq formada söyüb onu təhqir etməsini özünün şərəf və ləyaqətini alçaldan hərəkətlər kimi qəbul edib əsəbləşmiş və qisas almaq niyyəti ilə taxta parçası ilə Zərərçəkmiş şəxs bədəninin müxtəlif nahiyələrinə, sağ yumruğu ilə isə alın nahiyəsinin sağ yarısına qəsdən zərbə ilə vuraraq, ona alın nahiyəsinin sağ yarısının əzilmiş-cırılmış yarası ilə müşayət olunan sağlamlığa yüngül zərərvurmaya aid, sağ bazu oynağı nahiyəsinin, sağ said nahiyəsinin, sağ dirsək oynağı nahiyəsinin, sağ ayağın bayır topuğunun sıyrıqları ilə müşayət olunan həm ümumilikdə, həm də ayrı-ayrılıqda sağlamlığa zərər vurmayan xəsarətlər yetirdikdən sonra cinayətkar qəsdini davam etdirərək sağ əlində olan taxta parçasını sol əlinə keçirib sağ əli ilə Zərərçəkmiş şəxs sol sifət nahiyəsindən qəsdən zərbə ilə vurub ona sol almacıq nahiyəsinin qançır-şişkinliyi ilə müşaiyət olunan sağlamlığa yüngül zərərvurmaya aid daha bir xəsarət yetirmiş və onun həmin sonuncu zərbəsindən sonra hadisə yerində yerə yıxılaraq sağ ənsə nahiyəsinin zərblə yer örtüyünə dəyməsi nəticəsində ölümünə səbəb olan baş beynin sol alın, sağ ənsə paylarının ön və alt səthlərində subaraxnoidal sahəyə keçən geniş qansızmaları, beyin toxuması, mədəciklərə və beyinciyə qansızmalar, ənsə nahiyəsində sağda başın yumşaq toxumasına qançır və şişkinliklikdən ibarət olmaqla həyat üçün təhlükəli olan sağlamlığa AĞİR zərər vurmaya aid xəsarətlər alan Zərərçəkmiş şəxs xəstəxanaya aparılarkən yolda ölmüşdür, bununla da Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs sağlamlığına həyat üçün təhlükəli olan qəsdən ağır zərər vurmaqla ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olmuşdur. Bakı Ağır Cinayətlər Məhkəməsinin 20 sentyabr 2022-ci il tarixli hökmündən zərərçəkmiş şəxsin hüquqi varisi X3 nümayəndəsi Müdafiəçi2 apellyasiya şikayəti verərək hökmün ləğv edilib Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli bilinməklə ona həmin maddənin sanksiyasının yuxarı həddində cəza təyin edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Təqsirləndirilən şəxs əməlində, hərəkətlərində könüllü gəlib təqsirini boynuna almasına dəlalət edəh hallar müəyyən edilmədiyi üçün onun əməlinin istintaq orqanı və məhkəmə tərəfindən könüllü gəlib təqsirini boynuna alması kimi qiymətləndirilməsi əsassız və qanunsuz olmuşdur. Məhkmənin mərhum Zərərçəkmiş şəxs tərəfindən guya Təqsirləndirilən şəxs ünvanına nalayiq söyüş söyməsi nəticəsinə gəlməsi və buna görə də Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.8 -ci maddələsində nəzrdə tutulmuş halın mövcud olması kimi qiymətləndirməsi də səhv olmaqla "nalayiq söyüş" ifadəsinin nədə ifadə olunması ümumiyyətlə açıqlanmamışdır. Bundan başqa şahidlərin ifadəsində Zərərçəkmiş şəxs nalayiq söyüş söyməsi və onun sərxoş olması barədə göstərdikləri zidyyətli olmaqla Təqsirləndirilən şəxs məsuliyətini yüngülləşdirmək məqsədi ilə uydurulmuşdur. Belə ki, Təqsirləndirilən şəxs, onun qardaşını və qonşusunun bu barədə verdikləri ifadələri maraqlı şəxslərin İfadələri olmaqla mötəbər sübut kimi qəbul edilməməlidir. Taksi sürücüsü Şahid1 bu barədə verdiyi ifadələri də ziddiyyətli olmaqla digər Şahid2 bildirmişdir ki, hadisə vaxtı Zərərçəkmiş şəxs ümumiyyətlə söyüş söyməmişdir, əksinə Eynullanın bu vaxt avtomobildən düşüb "qaqa gedirik, nə olub deyə" Yəhyaya irad bildirdikdə Yəhya Eynullaya əlindəki taxta parçası ilə zərbələr endirmişdir. Eynulla isə əllərini başının üstündə tutaraq özünü qorumağa çalışmışdır. Belə olan halda məhkəmənin heç bir araşdırma aparmadan hökmdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.8 maddəsinə istinad etməsi də əsassız olmuşdur. Belə ki, Zərərçəkmiş şəxs meyitindən götürülmüş qanın məhkəmə-kimya tədqiqatı nəticəsində etil spirti aşkar edilmişdir. Etil spirtinin qatılığı qanda -1,23% -dir. Etil spirtinin qanda tapılmış qatılığı Zərərçəkmiş şəxs sağlığında yüngül dərəcəli alkoqol sərxoşluğu törədə bilərdi. Narkotik maddələr aşkar edilməmişdir. Beləliklə ekspertin bu rəyi ilə mərhum Zərərçəkmiş şəxs hadsə zamanı sərxoş olması da təkzib olunmuşdur. Bununla da, Təqsirləndirilən şəxs könüllü olaraq gəlib Bakı şəhəri Binəqədi RPİ-nə təslim olmadığı, habelə cinayətin mərhum Zərərçəkmiş şəxs qanunsus və ya əxlaqsız hərəkətlərinin təsiri altında törədilmədiyi müəyyən olunduğu üçün təqsirləndirilən şəxsə Cinayət Məcəlləsinin 59.1.8, 59.1.10-59.1.13-cu maddələrii və 60-cı maddəsini tətbiq edilmədən ona Cinayət Məcəlləsinin 126.3 maddəcinin sanksiyasının yuxarı həddində cəza təyin edilməlidir. Bakı Ağır Cinayətlər Məhkəməsinin 20 sentyabr 2022-ci il tarixli hökmündən məhkum olunmuş şəxs və onun müdafiəçisi Müdafiəçi1 birgə imzalamaqla apellyasiya şikayəti verərək Təqsirləndirilən şəxs əməlini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.3-cü maddəsindən həmin Məcəllənin 124-cü maddəsinə tövsif edilməsi və yüngülləşdirici hallar nəzərə alınmaqla Cinayət Məcəlləsinin 124-cü maddəsində nəzərdə tutulmuş daha yüngül cəza təyin edilməsini xahiş etmişdirlər. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, mərhum Zərərçəkmiş şəxs onunla çox kobud şəkildə danışmış və həmin vaxt sərxoş vəziyyətdə olmuşdur. Buna görə də, həmin şəxslərin oğurluq və ya digər ictimai təhlükəli məqsəd üçün dayandığını güman edərək həmin şəxslərin oradan uzaqlaşmasını xahiş etmiş, lakin Zərərçəkmiş şəxs sərxoş vəziyyətdə olması və onunla təhqiredici şəkildə danışması aralarında mübahisə yaranmasına səbəb olmuşdur. Mübahisə zamanı həmin şəxslərin üç nəfər olması və üzərlərində bıçaq və ya diggər təhlükəli alət olması ehtimalını nəzərə alaraq əlinə taxta parçası almışdır ki, onları oradan uzaqlaşdırsın. Lakin Zərərçəkmiş şəxs onunla təhqiredici şəkildə danışmağa davam edərək, üstümə tərəf gəlmişdir. O, Zərərçəkmiş şəxs yalnız yumruq zərbəsi vurmuş, lakin Zərərçəkmiş şəxs sərxoş vəziyyətdə olduğu üçün müvazinətini itirmiş və yerə yıxılmışdır. Zərərçəkmiş şəxs ağır xəsarət almasına səbəb yerdən aldığı zərbə olmuşdur. Bu hal iş materiallarında olan məhkəmə-tibbi ekspertizasının 11 may 2022-ci il tarixli rəyi ilə də öz təsdiqini tapmışdır. Belə ki, rəydə qeyd edilir ki, Zərərçəkmiş şəxs ölümünə səbəb baş beynin sol alın və sağ ənsə paylarının ön və alt səthlərinin yumşaq qişalarına, beyin toxuması, mədəcik və beyinciyə geniş qansızmalar olmuşdur. Zərərçəkmiş şəxs alın nahiyəsinin sağ yarısının əzilmiş-cırılmış yarası ilə onun ölümünə səbəb olmuş xəsarət arasında səbəblı əlaqəsi yoxdur, xəsarətlərin xarakteri və yerləşdiyi nahiyə isə onun barmaqda üzük olan əllə yetirilmiş zərbənin bilavasitə təsirindən yarana bilməsini istisna etmir. Zərərçəkmiş şəxs ölümünə səbəb olan qapalı kəllə-beyin travması onun öz boyu hündürlüyündən sürətlənmiş yıxılma nəticəsində, sağ bazu oynağı, sağ said, sağ dirsək oynağı, sağ ayağın bayır topuğunun sıyrıqları isə istər əl və ayaqla yetirilən zərbələr, istərsə də, taxta parçası ilə vurulma zamanı yarana bilərdilər və bu sıyrıqlardan ölümün baş verməsi mümkün deyildir. Göründüyü kimi onun zərərçəkmiş şəxsə ağır xəsarət yetirməməyi ekspert rəyi ilə də təsdiq olunur. Belə olan halda, Zərərçəkmiş şəxs ölümü ehtiyatsızlıq nəticəsində baş vermişdir. Onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.3-cü maddəsindən həmin Məcəllənin 124-cü maddəsinə tövsıf edilməlidir. Məhkəmə kollegiyasının iclasında dövlət ittihamçısı X9 zərərçəkmiş tərəfin apellyasiya şikayətinin təmin edilməsini, şikayətdə göstərilən əsaslarla hökmün dəyişdirilməsini, müdafiə tərəfinin apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında zərərçəkmiş şəxsin huquqi varisi X5 və onun nümayəndəsi Müdafiəçi2 zərərçəkmiş tərəfin apellyasiya şikayətinin təmin edilərək həmin şikayətdə göstərilən əsaslarla hökmün dəyişdirilməsini, müdafiə tərəfinin apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisi apellyasiya şikayətinin təmin edilərək Təqsirləndirilən şəxs əməlini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.3-cü maddəsindən həmin Məcəllənin 124-cü maddəsinə tövsif edilməsini, zərəçəkmiş tərəfin apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdilər. Məhkəmə kollegiyası cinayət işinin materiallarını araşdırıb, apellyasiya şikayətlərinin dəlillərini müzakirə edərək, proses iştirakçılarının fikirlərini dinləyərək hesab edir ki, zərərçəkmiş şəxsin hüquqi varisinin apellyasiya şikayəti qismən təmin edilməli, məhkum olunmuş şəxsin müdafiəçisinin apellyasiya şikayəti təmin olunmamalı, iş üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinin 20 sentyabr 2022-ci il tarixli hökmü Təqsirləndirilən şəxs təyin edilmiş cəza ağırlaşdırılmaqla dəyişdirilməli, hökm qalan hissələrdə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 397.2-ci maddəsinin tələbinə görə isə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Məhkəmə kollegiyası Təqsirləndirilən şəxs əməlinin hüquqi tövsifi məsləsini müzakirə edərək onun əməlinin tövsifinin dəyişdirilməsi üçün əsaslar görmür. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquqi normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir.Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyətli olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi poroses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Birinci instansiya məhkəməsində təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, atası Nuhbala, anası Sədaqət, böyük qardaşı Əlibala və kiçik bacısı Səadətlə Bakı şəhəri, ünvan 3-də fərdi evdə yaşayırlar. O, 2017-ci ildə X11 daxil olmuş, 2019-cu ildə təhsilini bitirdikdən sonra orduya çağırılmış, 44 günlük Vətən müharibəsində iştirak etmiş və Qubadlının azad olunmasına görə medal ilə təltif edilmişdir. 2021-ci ildə müddətli həqiqi hərbi xidmətdən gəlmiş və fərdi qaydada fəhləliklə məşğul olmuşdur. Hadisənin mahiyyəti ilə bağlı göstərir ki, o, 13 fevral 2022-ci il tarixdə gecə saat 01 radələrində qonşuluqda yaşayan nənəsinin evindən gələrkən məhəllədə ** VE *** dövlət qeydiyyat nişanlı «Opel Astra» markalı avtomobilin dayanmasını, içərisində bir neçə şəxsin olmasını görmüşdür. Bundan əvvəl məhəllələrində yaşayan qonşuların maşınlarından oğurluq halları olduğu üçün bu maşının gecə vaxtı məhəllələrində dayanmasından şübhələnmiş və maşının sərnişin tərəfdən şüşəsini döymüşdür. Şüşəni açan sürücü ona nə lazım olduğunu soruşduqda o, cavabında həmin şəxslərin kimliklərini və orada durma səbəblərini soruşmuşdur. Sürücü, yəni sonradan adının Zamiq olduğunu bildiyi şəxs cavabında əvvəl ona Xırdalan şəhərində yaşadıqlarını və maşının xarab olduğuna görə burada dayandığını desə də, bir qədər sonra adam gözlədiklərini demişdir. O, həmin şəxslərin əraziyə nabələd olmasını anlayıb, onlardan nə kimi köməklik edə biləcəyini soruşmuşdur. Sürücünün belə qarışıq cavabından həmin şəxslərin narkotik vasitələrin istifadəçiləri olduqlarını və yol kənarında dayanaraq narkotik vasitə qəbul etdiklərini düşünmüşdür. Sürücünün yanındakı oturacaqda oturan adını sonradan bildiyi Eynulla adlı şəxs ona kobud cavab verməklə ironiya ilə «get işinlə məşğul ol» sözlərini demiş və o, Eynullanın onunla ironiya ilə danışıb yola vermələrini qəbul edə bilməmişdir. Bu vaxt Zamiq və Eynulla maşından düşmüşlər, maşında arxa oturacaqda isə olan daha bir şəxs maşından enməmişdir. Maşından enən sürücü Zamiq ona Eynullanın içkili olduğunu və ona fikir verməməsini xahiş etmişdir. Eynulla isə ona yaxınlaşıb uca səslə «vapşe sənə nə lazımdı, nə istəyirsən, bizə nə kimi qulluq eliyə bilərsən» sözlərini deyərək əlini onun çiyin nahiyəsindən tutub, bir qədər sıxaraq özünə tərəf çəkmişdir. Eynullanın onunla bu tərzdə danışmaqla alçaltmasını, əli ilə çiynindən tutub özünə tərəf sıxmasını müharibə veteranı kimi öz qüruruna sığışdırmayaraq özünə böyük təhqir hesab etmiş və Eynullaya gedib işi ilə məşğul olmasını və onunla bu formada danışmamağı demişdir. Bundan sonra Zamiq və Eynulla maşına oturmuşlar. O isə özünü cilovlaya bilməyib evə keçmiş, həmin şəxslərin narkotik vasitələrin istifadəçiləri olduqlarını düşünərək yaşadığı həyətə keçərək taxta ayaqaltıdan taxta parçasını qırıb yenə məhəlləyə maşının yanına qayıtmışdır. O, taxta parçasını həyətdə sındırarkən qardaşı Əlibala arxasınca məhəlləyə çıxmış, qonşuluqda yaşayan Elşən də onun arxasınca gəlmişdir. Əlindəki taxta parçası ilə maşına yaxınlaşaraq sürücü tərəfindən qapını açıb, sürücü Zamiqi bir neçə dəfə vurmuş, həmin vaxt Əlibala və Elşən onu sakitləşdirib aralamağa çalışmışlar. Sərnişin tərəfdən düşən Eynulla maşının arxa tərəfindən gələrək onun ünvanına nalayiq söyüşlər söymüş və o, sonuncunu da ardıcıl taxta parçası ilə bədən nahiyələrindən vurmuş, Eynulla əlini ona tərəf uzadaraq onun ünvanına nalayiq söyüşlər etdiyinə görə sağ əlində olan taxta parçasını sol əlinə keçirməklə sağ əli ilə Eynullanın sol sifət nahiyəsindən bir dəfə vurmuş, Eynulla müvazinətını itirərək yumruq zərbəsindən üzü üstə yerə yıxılmışdır. O, yenə Zamiqi vurmaq istəyərkən qonşusu Elşən araya keçmişdir. Bu vaxt məhəllədəki səsə oyanıb onlara yaxınlaşan atası Nuhbala nə baş verməsini soruşduqda o, narkomanların məhəlləyə gəldiklərini demişdir. Atası isə hirslənərək qapılarında narkomanların nə işi olduğunu deyib avtomaşının sürücüsü Zamiqə çıxıb getmələrini demişdir. Həmin vaxtı maşında arxada oturan adını sonradan bildiyi Emil adlı şəxs maşından düşərək sürücü Zamiqlə birlikdə Eynullanı maşına mindirib çıxıb getmişlər. Eynullanın yumruq zərbəsindən öldüyünü fikirləşməmiş, yanındakılara evə keçmələrini, özünün hüquq-mühafizə oranlarına gedib baş vermiş hadisə barədə məlumat verəcəyini demişdir. Evdən çıxarkən düşünmüşdür ki, ilk növbədə xəstəxanaya gedərək Eynullaya hər hansı bir kömək edəcəyini düşünmüşdür. Bu məqsədlə dostu Cəlala zəng edərək harada olduğunu və təcili maşın lazım olduğunu ona bildirmişdir. Cəlal ondan nə baş verməsini soruşduqda o, telefonda bir söz deməmiş, yolda söhbət edəcəklərini Cəlala demişdir. Cəlal maşınla gəldikdən sonra onunla birlikdə Biləcəri qəsəbəsində yerləşən X15 getmiş, lakin Eynulla həmin xəstəxanada olmadığından oradan qayıtmışdır. Cəlala hadisənin təfərrüatı barədə heç bir şey deməmişdir. Bir qədər sonra atası Nuhbala ona zəng edərkən harada olduğunu soruşmuş, o isə Biləcəri qəsəbəsində abidənin yanında olduğunu demişdir. Atası ona orada qalıb gözləməsini, polis əməklaşları ilə birlikdə ora gələcəyini demişdir. O da həmin yerdə dayanaraq atası və polis əməkdaşlarını gözləmiş, onlar gəldikdən sonra polis əməkdaşları ilə birlikdə polisə getmişdir. Etdiyi əməldən peşmandır, nə Şahid1, nə Zərərçəkmiş şəxs öldürmək niyyətində olmamış, onların narkoman və yaxud oğru olmalarını düşünərək onları məhəllələrindən uzaqlaşdırmaq istəmişdir. Əlində olan taxta parçasını isə məhəlləyə atmışdır. Qardaşı Əlibala və qonşusu Elşən hadisə vaxtı onu Zamiq və Eynulladan aralaşdırmağa çalışmış, onlar heç kimi vurmamışlar. Atası Nuhbala isə ümumiyyətlə hadisədən sonra onlara yaxınlaşmış və bu hadisəyə atasının heç bir aidiyyatı yoxdur. Birinci instansiya məhkəməsində zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş X5 göstərmişdir ki, Təqsirləndirilən şəxs tanımır, mərhum Eynulla isə onun oğlu olmuşdur. O, əri və qızı ilə birlikdə Buzovna qəsəbəsində yaşayır. Oğlu Eynulla 2009-cu ildə Sevinc Xəlilova ilə nikaha daxil olmaqla birgə nikahından iki övladı anadan olmuşdur. Eynullanın arvadı Sevinc 2013-cu ildə ölmüş, bundan sonra Eynulla heç kəslə nikaha daxil olmamış, Eynullanın iki azyaşlı uşağını isə o saxlayırdı. Bununla belə uşaqların maddi təminatını Eynulla özü ödəyirdi. Belə ki, Eynulla fərdi qaydada ustalıq fəaliyyəti ilə məşğul olmuş, bundan başqa torpaq və maşın alqı-satqısı ilə də məşğul olaraq özünü dolandırmışdır. Son zamanlar Eynulla Şahid11 ilə tanış olaraq qeyri-rəsmi ər-arvad kimi Xırdalan şəhəri, Atyolu qəsəbəsində kirayə tutduğu evdə yaşamışdır. Lakin son zamanlar Eynullanın Gülşənlə arası dəymiş, Gülşən anasının yaşadığı Biləcəri qəsəbəsinə getmişdir. Hadisə haqqında Xırdalan qəsəbəsində yaşayan taksi sürücüsü Şahid1 və bacısı oğlu Şahid2 məlumat almışdır. Belə ki, onların deməsindən bilmişdir ki, Zamiqin maşını ilə Gülşənin Binəqədi rayonu, Biləcəri qəsəbəsində anasının kirayə yaşadığı məhəlləyə Gülşənlə görüşmək üçün getmişlər. Orada Təqsirləndirilən şəxslə mübahisələri olmuş və sonuncu onun oğlunu taxta parçası və yumruqla döymüş, nəticədə Emil və X16 maşını ilə xəstəxanaya aparmışlar. Elə hadisə gecəsi, yəni 13 fevral 2022-ci il tarixdə saat 02.59-da Emil ona zəng edərək Ak.Mirqasımov adına X1 və Eynullanın vurulduğunu demişdir. Dərhal 30-40 dəqiqə ərzində taksi maşını ilə o və bacısının əri Rəvan həmin xəstəxanaya gedərək Eynullanın öldüyünü bilmişdir. Həmin vaxt xəstəxanada polis əməkdaşları da olmuş, oradan Zamiq və Emil polis əməkdaşları ilə birgə hadisə yerinə getmişlər. Məhkəmədən təqsirləndirilən şəxsə ən ağır cəza təyin edilməsini xahiş edir. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs tanımır, mərhum isə onun oğlu olmuşdur. Hadisə baş verən zaman o, Rusiya Federasiyasında olmuşdur. Oğlunun ölüm xəbəri ona çatan kimi Bakıya qayıtmış və yas mərasimlərində iştirak etmişdir. Hadisə haqqında arvadı X5 məhkəmədə verdiyi məlumatı ona da vermişdir. Başqa heç bir əlavəsi yoxdur. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş Şahid12 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs tanımır, mərhum Zərərçəkmiş şəxs isə qardaşı olmuşdur. Hadisə barədə onu deyə bilər ki, 13 fevral 2022-ci il tarixdə gecə saat 04 radələrində əri Rəcəbin mobil telefonuna zəng gəlmiş, lakin Rəcəb yatdığından telefona cavab verməmişdir. Bundan təqribən 30 dəqiqə sonra ona anası Nəzakətin telefon nömrəsindən xalasının əri Rəvan zəng etmişdir. Rəvan telefonu Rəcəbə verməsini istədikdə o, Rəcəbi oyadaraq telefonu Rəcəbə vermişdir. Rəcəb həmin vaxt ona nə baş verdiyini deməsə də hazırlaşaraq atası evinə getməli olduqlarını bildirmişdir. Artıq atasıgildə Eynullanın öldürüldüyünü bilmişdir. Sonradan xalası oğlu Şahid2 bilmişdir ki, hadisə günü Emil, Eynulla və taksi sürücü Zamiq birlikdə Biləcəriyə Gülşənlə görüşməyə getmiş, orada Yəhya adlı şəxslə qardaşı mübahisə etmiş, Yəhya isə evindən gətirdiyi taxta parçası ilə Eynullanı döymüş və yumruqla Eynullanın başından vurub onu öldürmüşdür. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, təqsirləndirilən şəxs Yəçhya Quliyevi hadisə ilə əlaqədar tanımış, mərhum Zərərçəkmiş şəxs isə xalası oğlu idi. Eynulla Gülşən adlı bir qadınla qeyri-rəsmi ər-arvad kimi yaşamış, lakin hadisədən təxminən bir ay əvvəl Eynullanın Gülşənlə münasibətləri pozulmuş və Gülşən Biləcəri qəsəbəsində kirayə yaşayan anasının evinə getmişdir. Eynulla Gülşənlə barışmaq istədiyi üçün ona təklif etmişdir ki, taksi sürən Zamiqin maşını ilə birlikdə Biləcəriyə Gülşəni gətirməyə getsinlər. O da buna etiraz etməmişdir. Eynulla bu təklifi 12 fevral 2022-ci il tarixdə yaşadığı evində etmiş və həmin vaxt Eynulla içkili vəziyyətdə idi. Saat 24 radələrində Eynulla tanışı Zamiqə zəng edərək onları Biləcəri qəsəbəsinə aparmasını demişdir. Təxminən 10-15 dəqiqə sonra Zamiq istifadəsində olan “**-VE-***” dövlət qeydiyyat nişanlı «Opel Astra» markalı avtomabillə Eynullanın yaşadığı evin qarşısına gəlmiş, o, avtomobildə arxa tərəfdə, Eynulla isə ön sağ tərəfdə əyləşərək Gülşənin yaşadığı Biləcəri qəsəbəsinə getmişlər. X18 SMS yazmış, onunla görüşmək istədiyini bildirmişdir. Həmin vaxt maşın Biləcəri qəsəbəsində Gülşənin yaşadığı evin qarşısında olmuşdur. Eynulla avtomobildən düşərək Gülşənin qapısını döysə də açan olmamışdır. Eynulla qapının açılmadığını görüb yenidən avtomobilə qayıdaraq ön sağ tərəfdə əyləşərək Gülşənə zəng etmişdir. Elə həmin vaxt məhkəmə zalında gördüyü Təqsirləndirilən şəxs maşina sürücü tərəfdən yaxınlaşaraq Zamiqdən burada nə etdiklərini soruşmuşdur. Həmin vaxt Yəhya tək olmuş, yanında heç kim olmamışdır. Zamiq isə “nə olub ki, qaqa, mən taksiyəm, adam gətirmişəm, onu gözləyirik” deyə cavab vermişdir. Yəhya yenidən Zamiqə “burada yaşayansız?” deyə sual verərkən Zamiq “yox Xırdalandan, Mexkalondanıq, adam gözləyirik, indi gedirik” deyə cavab vermişdir. Bu zaman Eynulla söhbətə əsəbi halda müdaxilə edərək “avtomobil xarab olub, nə məsələdi” demişdir, Zamiq isə avtomobildən düşərək Yəhyaya Eynullaya fikir verməməyi “gedirik, adam gözləyirik” deyə təkrar etmişdir. Zamiq avtomobildən düşən zaman Eynulla da avtomobildən düşmüş, o isə baxmaq üçün avtomobildən düşsə də sonra yenidən maşina əyləşmşdir. Görmüşdür ki, Yəhya harasa getmiş və qısa müddətdə əlində taxta parçası ilə qayıdaraq maşının sürücü tərəfindən qapısını açıb Zamiqi həmin taxta parçası ilə döyməyə başlamışdır. Zamiq maşından düşərək ”qaqa qadan alım, gedirik mənim nə günahım var adam gözləyirik” sözlərini deyib Yəhyadan kənarlaşmaq istəmiş, lakin Yəhya Zamiqdən əl çəkməyərək həmin taxta parçası ilə ardıcıl olaraq ona çoxsaylı zərbələr vurmuşdur. Zamiq qolları ilə sifət nahiyəsini müdafiə etməklə təkrar yalvararaq “qaqa başına dönüm, balam var, burax çıxıb gedirik” sözlərini demişdir. Bu vaxt Yəhyanın yanında olan, adlarını sonradan bildiyi qardaşı Əlibala və qonşusu Elşən sonuncunu sakitləşdirməyə çalışmışlar. Zamiq Elşənin arxasına keçərək Yəhyanı sakitləşdirməsini xahiş etmişdir. Lakin Yəhya yenə də Zamiqi vurmağa çalışmışdır. Eynulla bu vaxt avtomobildən düşüb “qaqa gedirik, nə olub deyə” Yəhyaya irad bildirdikdə Yəhya Eynullaya əlindəki taxta parçası ilə zərbələr endirmişdir. Eynulla isə əllərini başının üstündə tutaraqözünü qorumağa çalışmışdır. O, Yəhyanın hərəkətlərindən qorxduğu üçün avtomobildən düşməmiş, avtomobildən hadisəni izləmişdir. Görmüşdür ki, Yəhya taxta parçasını solə linə keçirmiş və sağ əli ilə Eynullanın sol gicgah nahiyyəsindən vurmuşdur. Zərbədən Eynulla anidən yerə yıxılaraq hərəkətsiz qalmışdır. Bunu görüb o, avtomobildən düşərək Eynullanın yanına qaçmış və alın nahiyəsindən dayanmadan qan axdığını görmüşdür. Belə ki, Eynullanın alın nahiyyəsində yara var idi. Bundan sonra Zamiq və o, Eynullanı yerdən götürüb maşının arxa oturacağına qoyub Akademik Mirqasımov adına Respublika Klinik Xəstəxanasına aparmışlar. Yolda olarkən Eynullanın hərəkətsiz vəziyyətdə olduğunu görmüş, xəstəxanaya çatdıqda isə həkimlər Eynullanın artıq öldüyünü bildirmişlər. Bundan sonra xəstəxanaya polis əməkdaşları gəlmiş, o və Zamiq polis əməkdaşları ilə birlikdə Biləcəriyə hadisənin baş verdiyi yeri göstərməyə getmişlər. Eynullanın anası Nəzakət İbadovaya hadisə barədə məlumatı o vermişdir. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun kiçik qardaşıdır. Ailələriatası Nuhbala, anası Sədaqət, bacısı Səadət və qardaşı Yəhya Bakı şəhəri, ünvan 3-də fərdi yaşayış evində yaşayırlar. Qardaşı Yəhya Silahlı Qüvvələrdə müddətli həqiqi hərbi xidmətdə olmaqla 44 günlük Vətən müharibəsində iştirak etməklə Qubadlının azad olunması medalı ilə təltif edilərək 2021-ci ildə müddətli həqiqi hərbi xidmətdən təxris olunmuşdur. Yəhya heç bir yerdə işləməmiş, fərdi qaydada fəhləliklə məşğul olmuşdur. Hadisə haqqında onu bildirir ki, 12 fevral 2022-ci il tarixdə günorta saat 16:20 radələrində o, işdən evə qayıtmış, bu zaman Yəhya evdə olmuşdur. Həmin günü saat 23:00 radələrində Yəhya ona hava almaq üçün çölə çıxdığını və mağazaya gedəcəyini bildirib evdən çıxmışdır. Evdə o, anası və bacısı qalmışlar. Yəhya evdən çıxdıqdan yarım saat sonra atası Nuhbala evə qayıtmışdır. Təxminən saat 01 radələrində Yəhya qapını açaraq ayaqqabı ilə evə daxil olmuş və əsəbi halda papağını və gödəkcəsini otaqda yerləşən paltar yığılan qutuların üstünə tullamışdır. Belə ki, Yəhya heç vaxt evə ayaqqabı ilə daxil olmamış, paltarlarını səliqəli qatlayaraq kənara qoymuşdur. Yəhya cəld çölə çıxarkən, o, yerindən durub sonuncunun arxasınca küçəyə qaçmışdır. Yəhyanı küçədə qaçarkən gördükdə o, da ardınca getmişdir. Yəhya “Opel Astra” markalı avtomobilə çataraq sürücü tərəfdən qapını açaraq əlindəki taxta parçası ilə sürücünü vurmuş, sonuncu isə Yəhyaya «mən taksi sürücüsüyəm, mənim heç bir günahım yoxdur» sözlərini deyərək əllərini başının üstündə tutaraq özünü Yəhyanın zərbələrindən qorumağa çalışmışdır. O və hadisə yerinə gəlmiş qonşuları Elşən Yəhyanın qarşısını almağa çalışsalar da Yəhya əsəbi olduğu üçün buna nail ola bilməmişlər. Yəhya əlindəki taxta parçası ilə sürücünün qollarından vurarkən, sürücünün yanında əyləşən adını sonradan bildiyi Eynulla avtomobildən düşərək, Yəhyanın ünvanına nəlayiq söyüşlər söyüb avtomaşının arxa hissəsindən Yəhyanın üzərinə gəlmiş, Yəhya da Eynullanın üzərinə gedərək sağ əlindəki taxta parçası ilə sonuncunu vurmuş, Eynulla isə əllərini qaldıraraq başını zərbələrdən qorumuş, bu səbəbdən Yəhyanın taxta ilə vurduğu zərbələr Eynullanın qollarına dəymişdir. Eynulla Yəhyanın ünvanına əli ilə işarə edərək nalayiq söyüşlər söydükdə Yəhya yumruqla Eynullanın başından vurmuş və sonuncu yerə yıxılmışdır. Bundan sonra Yəhya yenidən sürücü Zamiqin üzərinə qayıdaraq onların narkoman olduqlarını, ehtiyatlı olmalarını və üzərlərində bıçaq ola biləcəklərini demişdir. Bundan sonra Yəhya Zamiqə heç bir zərbə vurmamış, az sonra hadisə yerinə gələn atası Nuhbalaya dalaşdığı şəxslərin narkoman olduqlarını bildirmiş, atası Nuhbala isə narkomanların burada nə işi var deyərək sürücüyə yerdə uzanıqlı vəziyyətdə qalmış Eynullanı götürüb çıxıb getmələrini demişdir. Sonra bilmişdir ki, həmin bu Eynulla xəstəxanaya aparılan zaman keçinmişdir. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş Şahid11 ifadəsində göstəmişdir ki, təqsirləndirilən şəxs Yahya Quliyevi tanımır, lakin mərhum Zərərçəkmiş şəxs onun qeyri-rəsmi əri olmuşdur. Eynulla ilə təxminən son 3 ili yaşamışlar. Lakin, Eynullanın anası İbadova Nəzakət onların birgə yaşamalarına etiraz etdiyi üçün o, anası və bacılarının yaşadığı Biləcəri qəsəbəsinə getmişdir. Hadisədən sonra bilmişdir ki, həmin məhəllədə Yahya Quliyev yaşayır. 12 fevral 2022-ci il tarixdə bacıları Zeynəb və Şəbnəm səhər saat 10 radələrində işə getmişlər, o, anası Alimə ilə evdə olmuşlar. 12 fevral 2022-ci il tarixdə təxminən saat 17:00 radələrində Eynulla ona “Whatsapp” vasitəsilə sms yazaraq onu görmək istədiyini bildirmiş, o, isə cavabında birazdan marketə gedəcəyini, o zaman görə biləcəyini bildirmişdir. Təxminən 15 dəqiqə sonra o, anası ilə birlikdə evin yaxınlığında yerləşən “Al marketə” getmişlər, marketdən qayıdarkən yaşadıqları küçədə Eynullanı görmüş, evə çatan vaxt Eynulla sms yazaraq onu gördüyünə sevindiyini bildirmiş və nəyəsə ehtiyacı olub-olmamasını soruşmuşdur. O, isə heç nəyə ehtiyacı olmadığını bildirməklə onunla sağollaşmışdır. Eynulla təxminən saat 24:00 radələrində ona zəng edərək yenə görmək istədiyini bildirdikdə o, ehtiyac olmadığını deyərək telefonu söndürmüşdür. Həmin gecə bacısı ağrıları ilə əlaqədar Kliniki xəstəxanasına müraciət etmiş, xəstəxanaya bacıları birlikdə getmiş və Zərərçəkmiş şəxs ora gətirildikdə onu görmüşlər. Lakin, Eynulla artıq keçinmişdir.Mərhum Eynullanı çox istəyirdi, onun ölümünə çox peşmandır. Hətta bildirmək istəyir ki, bu hadisədə nə Təqsirləndirilən şəxs, nə də ki Zərərçəkmiş şəxs günahı yoxdur. Eynulla məhəlləyə ona görə gəlmiş, başqa niyyəti olmamışdır. Eynulla spirtli içkilər aludəçisi idi, həmçinin onun narkotik vasitələrdən istifadə etməsindən şüphələnirdi, lakin onun narkotik istifadə etməsini görməmişdir. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, təqsirləndirilən şəxs Yahya Quliyevi hadisə zamanı tanımış, mərhum Zərərçəkmiş şəxs Xırdalan şəhərində yaxın məhəllədə yaşadıqları vaxtdan tanıyırdı. Taksi sürücüsü kimi fəaliyyət göstərir. 13 fevral 2022-ci il tarixdə təxminən 00:30 radələrində Eynullanı və xalası oğlu Emili Binəqədi rayonu, Biləcəri qəsəbəsində Eynullanın qeyrirəsmi ailəsi olan Gülşənin yaşadığı evə aparmasını xahiş etmişdir. Eynulla həmin vaxt sərxoş idi. O, öz avtomobili ilə Eynullanı və Emili qeyd olunan ünvana aparmış, avtomobili Gülşən yaşayan evin qarşısında saxlamışdır. Eynulla avtomobildən enib Gülşən yaşadığı evə doğru getmiş, 1-2 dəqiqə ərzində qayıdaraq avtomobildə əyləşmişdir. Bir müddət sonra hal-hazırda məhkəmə zalında gördüyü Yahya Quliyev yaxınlaşaraq avtomobilin pəncərəsini döymüş, o, qapını açaraq Yəhyadan nə istədiyini soruşmuşdur. Yahya “buraya niyə gəlmisiz” sözlərini dedikdə , o taksi sürücüsü olduğunu və müştəri gözlədiyini bildirmişdir. Bu zaman Eynulla Yəhyaya ironiya ilə “sənə nə var burda nə edirik, tutaq ki maşın xarab olub” sözlərini demişdir. O maşından enərək Yahya ilə münasibəti normallaşdırmaq üçün danışmış və Eynullanın spirtli içki qəbul etdiyini, fikir verməməsini xahiş etmişdir. Bundan sonra Yəhya evinə tərəf getmiş, az müddətdən sonra əlində taxta parçası ilə evindən çıxaraq maşına tərəf yaxınlaşmışdır. Yəhya maşının qapısını açaraq onu əlindəki taxta ilə vurmuşdur. O maşından çıxaraq əllərini qabağa tutaraq özünü Yəhyanın zərbələrindən qorumuşdur. Bu vaxt Eynulla maşından düşərək Yəhyanı söymüşdür. Yəhya isə əlində taxta parçası ilə Eynullaya yaxınlaşaraq onu taxta parçası ilə vurmuş, Eynulla səndələyib yerə yıxıldıqdan sonra Yəhya yenə onun üzərinə gəlmiş, o isə ondan geri çəkilməklə özünü qorumağa çalışmış, bu vaxt yerdən ayağa qalxan Eynulla yenə Yəhyanı söymüş, Yəhya isə Eynullaya yaxınlaşaraq yumruqla onun üz nahiyyəsindən vurmuşdur. Yəhyanın bu zərbəsindən Eynulla yerə yıxılmış və bir daha qalxmamışdır. Artıq səs-küyə məhəlləyə toplanmış tanımadığı adamlar Yəhyanı onlardan aralamış, o isə Emilin köməkliyilə Eynullanı yerdən götürüb maşının arxa oturacağına yerləşdirib öncə Biləcəri X15 getmiş, lakin orada Eynullanı qəbul etmədiklərinə görə Ak.Mirqasımov adına Respublika Kliniki Xəstəxanasına aparmışlar. Orada məlum olmuşdur ki, Eynulla artıq keçinmişdir. Əlavə etmək istəyir ki, mübahisə gedişatı zamanı Eynullanın xalası oğlu Emil maşında olmuş, münaqişədə iştirak etməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, təsirləndirilən şəxs Yahya Quliyev onun oğludur. Mərhum Zərərçəkmiş şəxs isə heç vaxt görməmiş və tanımamışdır.Yaşadıqları Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, məhəllə 50527/68, ev 7, mənzil 62-də qeydiyyatda olmaqla Binəqədi rayonu, Biləcəri qəsəbəsi, M.Aslanov küçəsində çoxlu narkomanlar olur. Həmin hadisə vaxtı işdən gələrək evdə yatmışdır.Onu həyat yoldaşı oyatmışdır ki, bayırda səs-küy vardır. O, oyanmış və bayıra çıxmışdır. Küçədə görmüşdür ki, bir avtomobil dayanmış, avtomobilin yanında isə 3- 4 nəfər, həmçinin oğlu Yahya da durmuşdur. Həmçinin maşının yanında, yerdə bir nəfərin hərəkətsiz uzanmasını görmüşdür. X19 nə baş verdiyini soruşmuş, o isə dava olduqunu, dava zamanı yerdə olan şəxsi yumruqla vurduğunu demişdir. Yerdə uzananı avtomobilin sürücüsü və onlarla gələn uşaq avtomobilə qoyaraq aparmışlar. Sonra bir problem yaşanmasın deyə Quliyev Yahyanı dayısı gilə göndərmişdir. Zərərçəkmiş şəxs isə öldüyünü polislər qapıya gələrək ona bildirmişlər, bundan sonra oğluna zəng edib evə çağırmış və polislər oğlunu aparmışlar. İşdə olan məhkəmə-tibbi ekspertizasının 11 mart 2022-ci il tarixli, 38 saylı rəyindən müəyyən olunur ki, Zərərçəkmiş şəxs meyitində baş beyinin sol alın və sağ ənsə paylarının ön və aşağı səthlərinin (subaraxnoidal sahəyə keçən) yumşaq qişalarına, toxumasına, mədəciklərə və beyinciyə geniş həcmli qansızmalar ilə müşayiət olunan ənsə nahiyəsinin sağ yarısının qançır-şişkinliyi; alın nahiyəsinin sağ yarısının əzilmiş-cırılmış yarası; sol almacıq nahiyəsinin qançır-şişkinliyi; sağ bazu oynağı nahiyəsinin, sağ said nahiyəsinin, sağ dirsək oynağı nahiyəsinin, sağ ayağın bayır topuğunun sıyrıqları. Qeyd olunan xəsarətlər həyatidirlər. Həmin xəsarətlərdən alın nahiyəsinin sağ yarısının əzilmişcırılmış yarası tinli küt əşyanın təsirindən, digər xəsarətlər isə bərk küt əşyanın (əşyaların) təsirindən mərhum Zərərçəkmiş şəxs ölümündən az əvvəl əmələ gəlmişdirlər və baş beyinin sol alın və sağ ənsə paylarının ön və aşağı səthlərinin (subaraxnoidal sahəyə keçən) yumşaq qişalarına, toxumasına, mədəciklərə və beyinciyə geniş həcmli qansızmalar ilə müşayiət olunan ənsə nahiyəsinin sağ yarısının qançır-şişkinliyi dərəcəsinə görə canlı şəxslərdə həyat üçün təhlükəli olan sağlamlığa AĞİR zərər vurmaya, alın nahiyəsinin əzilmiş-cırılmış yarası dərəcəsinə görə sağlamlığı qısa müddətə pozan sağlamlığa YÜNGÜL zərərvurmaya aiddirlər, digər xəsarətlər isə həm ümumilikdə, həm də ayrı-ayrılıqda sağlamlığa zərər vurmayan xəsarətlərin əlamətlərinə malik olduqları üçün dərəcələri təyin edilmir. Mərhum Zərərçəkmiş şəxs meyitində aşkar olunmuş xəsarətlərin xarakterlərini və lokalizasiyalarını nəzərə alaraq demək olar ki, həmin xəsarətlərdən sağ bazu oynağı nahiyəsinin, sağ said nahiyəsinin, sağ dirsək oynağı nahiyəsinin, sağ ayağın bayır topuğunun sıyrıqları və sol almacıq nahiyəsinin qançırşişkinliyi həm insan bədəninin hissələri (əl, yumruq, təpik və s), həm də küt əşya ilə (ola bilsin ekspertizaya təqdim olunmuş taxta parçası ilə) endirilmiş zərbələrin təsirindən əmələ gələ bilərdilər. Qeyd olunan xəsarətlərdən sol almacıq nahiyəsinin qançır-şişkinliyi istisna olunmaqla, digər xəsarətlərin onun öz boyu hündürlüyündən sağ tərəfi üstə sərbəst yıxılaraq yerin bərk səthinə və bərk küt əşyalara zərblə dəyməsi nəticəsində əmələ gələ bilmələri mümkündür. Alın nahiyəsinin sağ yarısının əzilmişcırılmış yarası alın nahiyəsinə tinli küt əşya ilə endirilmiş zərbənin təsirindən əmələ gələ bilərdi, ənsə nahiyəsinin sağ yarısının qançır-şişkinliyi isə onun yıxılaraq ənsə nahiyəsinin sağ yarısı üstə geniş səthə malik küt əşyaya (ola bilsin yerin bərk səthinə) zərblə dəyməsi nəticəsində əmələ gələ bilərdi, bu xəsarətlərin ekspertizaya təqdim olunmuş taxta parçası ilə endirilmiş zərbələrin təsirindən əmələ gələ bilmələri istisna olunur. Zərərçəkmiş şəxs bədənində aşkar edilmiş olunmuş xəsarətlərin xarakterlərini və lokalizasiyalarını nəzərə alaraq demək olar ki, xəsarət yetirən şəxs onunla müxtəlif vəziyyətlərdə (üzbə-üz, yan və.s) ola bilərdi. Zərərçəkmiş şəxs ölümünə səbəb baş beynin sol alın və sağ ənsə paylarının ön və aşağı səthlərinin (subaraxnoidal sahəyə keçən) yumşaq qişalarına, toxumasına, mədəciklərə və beyinciyə geniş həcmli qansızmalar olmuşdur. Beləliklə, mərhum Zərərçəkmiş şəxs meyitində aşkar olunmuş xəsarətlərdən baş beyinin sol alın və sağ ənsə paylarının ön və aşağı səthlərinin (subaraxnoidal sahəyə keçən) yumşaq qişalarına, toxumasına, mədəciklərə və beyinciyə geniş həcmli qansızmalarla müşayiət olunan ənsə nahiyəsinin sağ yarısının qançır-şişkinliyi ilə onun ölümü arasında səbəbli əlaqə vardır. İlkin meyit əlamətlərinin inkişaf səviyyəsinə əsasən demək olar ki, mərhum Zərərçəkmiş şəxs ölümü meyitin meyitxanada müayinəsi başlanandan (meyitin müayinəsi 13 fevral 2022-ci il saat 03:50-də başlanmışdır) 2-4 saat əvvəl baş vermişdir. Zərərçəkmiş şəxs meyitindən götürülmüş qanın məhkəmə-kimya tədqiqatı nəticəsində etil spirti aşkar edilmişdir. Etil spirtinin qatılığı qanda -1,23‰-dir. Etil spirtinin qanda tapılmış qatılığı Zərərçəkmiş şəxs sağlığında yüngül dərəcəli alkoqol sərxoşluğu törədə bilərdi. Narkotik maddələr aşkar edilməmişdir. İşdə olan məhkəmə-tibbi ekspertizasının 11 may 2022-ci il tarixli, T152/2022 saylı rəyindən müəyyən olunur ki, E.l.İbadovun meyitinin müayinəsi zamanı baş beyinin sol alın və sağ ənsə paylarının ön və alt səthlərində yumşaq qişaya, toxumaya, mədəciklərə və beyinciyə geniş qansızmalar, ənsə nahiyəsində sağda başın yumşaq toxumasında qançır və şişkinlik, alın nahiyəsində sağda əzilmiş-cırılmış yara, sol almacıq nahiyəsində qançır və yumşaq toxumaların şişkinliyi, sağ bazu oynağı, sağ said və sağ dirsək oynağında, sağ ayağın bayır topuğunda sıyrıqlar müəyyən edilmişdir. Qeyd edilən xəsarətlər həyati olmaqla ölümdən qısa müddət əvvəl bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, yetirilmə müddəti qərarda göstərilən tarixə, yəni 13 fevral 2022-ci ilə uyğun gəlir, dərəcəsinə görə baş beynin sol alın, sağ ənsə paylarının ön və alt səthlərində subaraxnoidal sahəyə keçən geniş qansızmaları, beyin toxuması, mədəciklərə və beyinciyə qansızmalar, ənsə nahiyəsində sağda başın yumşaq toxumasına qançır və şişkinlik canlı şəxslərdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya, alın nahiyəsində sağda əzilmiş-cırılmış yara, sol almacıq nahiyəsinin qançır və şişkinliyi sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddir, digər xəsarətlər isə sağlamlığa zərərvurmayan xəsarətlərə aid olduğundan dərəcəsi təyin edilmir. Baş beynin yumşaq qişasına keçən, beyin toxuması, mədəciklərə və beyinciyə geniş qansızmalar, sol almacıq nahiyəsinə yetirilən yumruq zərbəsindən sonra mərhumun öz boyu hündürlüyündən sürətlənmiş yıxılma nəticəsində sağ ənsə nahiyəsinin zərblə yer örtüyünə dəyməsindən yaranmasına uyğun gəlir. Belə ki, ənsə nahiyəsində yumşaq qişaya, beyin toxuması, mədəciklərə, beyinciyə geniş qansızmalar silkələnmə, sol alın nahiyəsində subaraxnoidal sahəyə geniş qansızma isə əks zərbə nəticəsində yaranmışdır. Zərərçəkmiş şəxs ölümünə səbəb baş beynin sol alın və sağ ənsə paylarının ön və alt səthlərinin yumşaq qişalarına, beyin toxuması, mədəcik və beyinciyə geniş qansızmalar olmuşdur. E.l.İbadovun alın nahiyəsinin sağ yarısının əzilmiş-cırılmış yarası ilə onun ölümünə səbəb olmuş xəsarət arasında səbəbli əlaqəsi yoxdur, xəsarətlərin xarakteri və yerləşdiyi nahiyə isə onun barmaqda üzük olan əllə yetirilmiş zərbənin bilavasitə təsirindən yarana bilməsini istisna etmir. Zərərçəkmiş şəxs ölümünə səbəb olan qapalı kəllə-beyin travması onun öz boyu hündürlüyündən sürətlənmiş yıxılma nəticəsində, sağ bazu oynağı, sağ said, sağ dirsək oynağı, sağ ayağın bayır topuğunun sıyrıqları isə istər əl və ayaqla yetirilən zərbələr, istərsə də, taxta parçası ilə vurulma zamanı yarana bilərdilər və bu sıyrıqlardan ölümün baş verməsi mümkün deyildir. İşdə olan məhkəmə-tibb ekspertizanın 18 fevral 2022-ci il tarixli, 277 saylı rəyindən müəyyən olunur ki, 1999-cu il təvəllüdlü Təqsirləndirilən şəxs bədən səthində xx.xx.2022ci il tarixə uyğun gələn xəsarət aşkar olunmamışdır. İşdə olan məhkəmə-kriminalistik ekspertizasının 11 mart 2022-ci il tarixli, 86/MTKŞ- 2022 saylı rəyindən müəyyən olunur ki, təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus paltarların (bir ədəd mayka, bir ədəd sviter və bir ədəd şalvar), Təqsirləndirilən şəxs məxsus paltarların (bir ədəd şalvar və bir ədəd sviter) üzərində zədə aşkar edilmədi. İşdə olan məhkəmə-kriminalistik ekspertizanın 14 mart 2022-ci il tarixli, 110/2022 MTKŞ saylı rəyindən müəyyən olunur ki, Zərərçəkmiş şəxs ABO sistemi üzrə qan qrupu- Balfa(H)/İİİ/-, 2.Şahid4 təqdim olunan şəxsiyyət vəsiqəsinin kserosürətinə əsasən onun qan qrupu -B/İİİ/-, 3.Təqsirləndirilən şəxs təqdim olunan şəxsiyyət vəsiqəsinin kserosürətinə əsasən onun qan qrupu -O/İ/-, 4.Şahid1 təqdim olunan şəxsiyyət vəsiqəsinin kserosürətinə əsasən onun qan qrupu -A/İİ/-, 5.Şahid6 təqdim olunan şəxsiyyət vəsiqəsinin kserosürətinə əsasən onun qan qrupu - A/İİ/-. 6.Ekspertizaya təqdim olunan 03 ədəd çubuqlu pambıq tampon, Zərərçəkmiş şəxs məxsus alt mayka, şalvar və köynək üzərində insan qanı ləkələri aşkar olundu. Bu qan ləkələrinin qrup mənsubiyyəti ABO sistemi üzrə tədqiq olunduqda «B», «H» antigenləri və bəzi ləkələrdə həmçinin alfa aqqlyutinini də alındı.Bu qan ləkələri bir şəxsə məxsusdursa B alfa(H)/İİİ/ qruplu şəxsə, o cümlədən Zərərçəkmiş şəxs və ya Şahid4 məxsus ola bilər.Əgər sonuncuda hadisə zamanı qanaxma ilə müşahidə olunan xəsarət olubsa və qanında müşayiətçi H antigeni varsa./ Qanın qarışıq olduğu halında isə ləkələrdə Təqsirləndirilən şəxsda qarışmış qanının olması mümkündür, əgər hadisə zamanı onda qanaxma ilə müşahidə olunan xəsarət olubsa. Təqdim olunan 01 ədəd taxta parçası üzərində qan və Təqsirləndirilən şəxs məxsus sviter və şalvar üzərində isə qana şübhəli ləkələr aşkar olunmadı. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin “cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi” prinsipini təsbit edən 33.1-ci maddəsində qeyd olunur ki, hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Həmin Məcəllənin 33.2-ci maddəsinin tələbinə görə cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125, 144, 145-ci maddələrinin müddəalarının pozulması yolverilməzdir. Göstərilən Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Qanun hər bir sübutun yuxarıda qeyd olunan 3 meyar (mənsubiyyəti, mümkünlüyü və mötəbərliliyi) əsasında qiymətləndirilməsini tələb edir. Sübutların mötəbərliyi anlayışı isə zəruri şərt kimi cinayət işi üzrə toplanmış və tədqiq edilmiş hər bir sübutun digərinə uyğun olmasını, onu təsdiq etməsini və antisübutlar tərəfindən təkzib edilə bilməməsini tələb edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 124.1-ci maddəsi ehtiyatsızlıqdan adam öldürməyə görə cinayət məsuliyyəti nəzərdə tutur. Məhkəmə kollegiyası Təqsirləndirilən şəxs əməlinin tövsifinə münasibətdə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsinə əsasən insan həyatı üçün təhlükəli olan və ya görmə, eşitmə, nitq qabiliyyətinin və ya hər hansı bir orqanın, yaxud bu orqanın funksiyasının itirilməsinə, psixi pozuntuya və ya sağlamlığın başqa cür pozulmasına, əmək qabiliyyətinin üçdə bir hissəsindən az olmamaqla uzun müddətə itirilməsi ilə və ya təqsirkar üçün aşkar surətdə zərərçəkmiş şəxsin peşəkar əmək qabiliyyətinin tam itirilməsi ilə əlaqədar olan və ya hamiləliyin pozulmasına, şəxsin narkomanlıqla və ya toksikomanlıqla xəstələnməsinə səbəb olan, yaxud sifətin silinməz dərəcədə eybəcərləşdirilməsində ifadə olunan zərər vurmaya qəsdən sağlamlığa ağır zərər vurma deyilir. Cinayət Məcəlləsinin 126.3-cü maddəsi isə bu Məcəlləsinin 126.1 və 126.2-ci maddələrində nəzərdə tutulmuş əməllər ehtiyatsızlıqdan zərəçəkmiş şəxsin ölümünə səbəb olmasına görə cinayət məsuliyyəti nəzərdə tutur. Göründüyü kimi, qeyd edilən maddənin dispozisiyası sağlamlığa vurulan ağır zərərin iki növünü nəzərdə tutmuşdur: həyat üçün təhlükəli olan zərər və həyat üçün təhlükəli olmayan, lakin öz nəticəsinə görə ağır hesab edilən zərər. Həyat üçün təhlükəli olan zərər dedikdə, yetirilən anda zərərçəkmiş şəxsin həyatı üçün təhlükə törədən zərər başa düşülür. Bədən xəsarətləri yetirilərkən cinayətkar qəsd sağlamlığa ağır zərər vurmaya yönəlir, lakin qəsdən adam öldürmə zamanı qəsd insanın həyatına yönəlir. Beləliklə, bu cinayətlər qəsdin obyektinə görə fərqlənir və bu halda qəsdin obyektinin müəyyən edilməsi yalnız cinayətin subyektiv tərəfinə əsasən mümkündür. “Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumun 12 dekabr 2002-ci il tarixli qərarında qeyd edilir ki, qəsdən adam öldürməni ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olan qəsdən sağlamlığa ağır zərər vurmadan fərqləndirmək lazımdır. Nəzərə almaq lazımdır ki, qəsdən adam öldürmədə təqsirkarın niyyəti zərərçəkmişi həyatdan məhrum etməyə yönəldiyi halda, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.3-cü maddəsində nəzərdə tutulan əməldə ölümün baş verməsinə münasibəti ehtiyatsızlıqda ifadə olunur. Burada təqsirkarın niyyətinin məhz nəyə yönəlməsi məsələsi həll edilərkən işin bütün halları, o cümlədən cinayətin üsulu, aləti, yetirilən bədən xəsarətlərinin sayı, xarakteri və lokalizasiyası (məsələn həyat üçün mühüm orqana xəsarət yetirilməsi), həmçinin təqsirkarın və zərərçəkmiş şəxsin hadisədən əvvəlki qarşılıqlı münasibətləri, təqsirkarın hadisədən sonrakı hərəkətləri nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 25.2-ci maddəsinə əsasən şəxs öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) ictimai təhlükəli olduğunu dərk etmiş, onun ictimai təhlükəli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, bu halda cinayət birbaşa qəsdlə törədilmiş hesab olunur. Həmin Məcəllənin 25.3-cü maddəsinə əsasən şəxs öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) ictimai təhlükəli olduğunu dərk etmiş, onun ictimai təhlükəli nəticələrini qabaqcadan görmüş, lakin bunları arzu etməmiş və belə nəticələrin baş verməsinə şüurlu surətdə yol vermişdirsə, bu halda cinayət dolayı qəsdlə törədilmiş hesab olunur. Beləliklə, məhkəmə kollegiyası qeyd edir ki, Təqsirləndirilən şəxs əməlinin tövsifi məsələsinin düzgün müəyyən olunması üçün onun zərəçəkmiş şəxsə taxta parçası ilə bir neçə dəfə zərbə vurarkən niyyətinin məhz nəyə yönəlməsi məsələsi həll edilməlidir. Bu isə işin hallarına müqayisəli kompleks yanaşma tələb edirdi. Hadisəni birbaşa görmüş kifayət qədər şahidlər mövcüddur və istər ibtidai istintaq zamanı, istərsə də məhkəmə baxışı zamanı təqsirkar şəxsin həyatı və ya sağlamlığı üçün zərərçəkmiş şəxs tərəfindən hər hansı real təhlükə olmadan təqsirkar şəxs tərəfindən zərəçəkmiş şəxsin sağlamlığına ağır zərər vurmuşdur. Həmçinin qeyd edilməlidir ki, qəsdən sağlamlığa ağır zərər vurma nəticəsində baş vermiş ölüm təqsirkarın əməlinin sonrakı nəticəsidir. Təqsirkarın əməlinin ilkin nəticəsi sağlamlığa vurulmuş ağır zərərdir. Baş vermiş ölüm sağlamlığa vurulmuş ağır zərərin nəticəsində olmuşdur, yəni sağlamlığa qəsdən vurulan ağır zərərlə baş vermiş ölüm arasında səbəbli əlaqə olmuşdur. Beləliklə məhkəmə kollegiyası işin faktiki hallarına əsasən belə nəticəyə gəlir ki, hadisə vaxtı Təqsirləndirilən şəxs hərəkətlərində birbaşa qəsd olmuş və belə olan halda onun əməlinin ehtiyatsızlıq kimi, yəni Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 124.1-ci maddəsinə tövsif edilməsi üçün zəruri əsaslar mövcüd olmamışdır. Düzdür, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsin ölümü birbaşa arzu etməmişdir. Sadəcə, onun qəsdər yetirdiyi ağır xəsarətlərin sonrakı nəticəsi, yəni zərəçəkmiş şəxsin ölümü ehtiyatsızlıqdan baş vermişdir və bu Azərbaycan Respublikasının Cinayıt Məcəlləsinin 126.3-cü maddəsinin dispozisiyasının mahiyyətinə uyğundur. Göründüyü kimi, müdafiə tərəfinin apellyasiya şikayətinin dəlilləri subyektiv mülahizələr üzərində qurulmaqla təqsirləndirilən şəxsin məsuliyyətini yüngülləşdirmək cəhdi daşıyır. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 125, 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq, iş üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv təhlil edib qiymətləndirərək əməllərinin tövsifinə münasibətdə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.3-cü maddəsi ilə düzgün tövsif edilmişdir. Məhkəmə kollegiyası məhkum olunmuş şəxs Təqsirləndirilən şəxs təyin edilmiş cəza məsələsini müzakirə edərək hesab edir ki, birinci instansiya məhkəməsi cəza məsələsini həll edərkən onun barəsində Azərbaycan Cinayət Məcəlləsinin 60-cı maddəsini tətbiq etməklə əsassız nəticəyə gəlmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai-təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Mübahisələndirilən hökmdən görünür ki, birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs könüllü olaraq Bakı şəhəri Binəqədi RPİ-nə təslim olmasını, etdiyi əməldən peşman olmasını, cinayət məsuliyyətinə ilk dəfə cəlb olunmasını, ikinci Qarabağ müharibəsinin iştirakçısı olmaqla Azərbaycan Respublikası Prezidentinin 29 dekabr 2020ci il tarixli sərəncamı ilə «Qubadlının azad olunmasına görə» medalı ilə təltif edilməsini onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirmiş, cəzasını ağırlaşdıran halları müəyyən etməmişdir. Birinci instansiya məhkəməsi həmin haları müəyyən etməklə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60-cı maddəsinin tətbiq edilməli olması nəticəsinə gəlmişdir. Məhkəmə kollegiyası Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60-cı maddəsinin tətbiq edilməsi barədə gəldiyi nəticə ilə razılaşmır və aşağıdakılara əsasən əsassız hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60-cı maddəsinə əsasən bu Məcəllənin 50.1.8, 59.1.10-59.1.13-cu maddələrinin hər hansı birində tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dördə üçündən artıq ola bilməz. Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 02 aprel 2012-ci il tarixli qərarında qeyd edilir ki, Cinayət Məcəlləsinin 59.1.9-cu maddəsinin müddəası şəxsin azad, könüllü surətdə (hər hansı bir psixi və ya fiziki təsirə məruz qalmadan) istintaq, təhqiqat və əməliyyat axtarış fəaliyyətini həyata keçirən orqanlara va ya digər dövlət orqanına gələrək törədilmiş və ya hazırlanan cinayətdə iştirak etməsi barədə yazılı və ya şifahi şəkildə məlumat verməsi kimi qəbul edilməlidir. Konstitusiya Məhkəməsinin Plenumu aşağıdakı halların şəxsin könüllü gəlib təqsirini boynuna alması kimi qiymətləndirilməsini mümkün hesab etmişdir: -cinayət hadisəsi və onu törədənin şəxsiyyəti hüquq-mühafizə orqanlarına məlum olmadıqda şəxsin könüllü gəlib təqsirini boynuna alması; -cinayət, cinayət prosesini həyata keçirən orqanlara məlum olsa da, həmin cinayəti törətmiş şəxsin müəyyən olunmadığı halda şəxsin könüllü gəlib təqsirini boynuna alması; -hüquq-mühafizə orqanlarına törədilmiş cinayət və onu törədən şəxsin məlum olması, lakin onun tapılması üçün əməliyyat-axtarış tədbirlərinin heç bir nəticə vermədiyi halda şəxsin könüllü gəlib təqsirini boynuna alması; -hüquq-mühafizə orqanlarına törədilmiş cinayət və onu törədən şəxsin məlum olması, lakin şəxsin özünün ifşa olunmasını bilmədən könüllü gəlib təqsirini boynuna alması; -açıq-aşkar cinayət törətdikdən dərhal sonra şəxsin hüquq mühafizə orqanlarına və ya digər dövlət orqanına könüllü gəlib təqsirini boynuna alması (bu zaman cinayətin şahidləri olmuş şəxslərin təqsirkarın hüquq mühafizə orqanlarına gedib çatanadək onun barəsində xəbər vermələri, habelə xəsarət alaraq tibb müəssisəsinə yerləşdirilmiş zərər çəkmiş şəxs haqqında və ya onun sözlərindən cinayətin hallan barədə həmin müəssisədən hüquq-mühafizə orqanlarına məlumat verilməsi qeyd olunan nəticəyə gəlməyə mane olmamalıdır); -cinayət məsuliyyətinə alınmış şəxsin istintaq orqanlarına məlum olmayan başqa cinayətləri də törətdiyini bildirməsi". İşin faktiki hallarından görünür ki, Təqsirləndirilən şəxs polis orqanlarına hadisədən dərhal sonra deyil, müəyyən müddət keçdikdən sonra getmişdir. Habelə, o, polis orqanlarına təslim olanadək, atası polis əməkdaşlarının onu axtarması barədə ona telefonla məlumat vermişdir. Göründüyü kimi birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs könüllü olaraq təslim olması halını müəyyən edib onun barəsində Cinayət Məcəlləsinin 60-ci maddəsini tətbiq etməklə əsassız nəticəyə gəlmişdir. Bu səbəblərdən də məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60-ci maddəsi tətbiq edilməməlidir. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, təqsirləndirilən şəxsin barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60-ci maddəsi tətbiq edilmədən ona təqsirli bilindiyi maddənin sanksiyasının minimum həddində cəza təyin edilməsini qanunverici qadağan etmir. Lakin hazırki halda, zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə edilmədən ona minimum həddə cəza təyin edilməsi ədalət prinsipinə cavab vermir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 399.1.5-ci maddəsinə əsasən təyin edilmiş cəzanın cinayətin ağırlığına və ya məhkumun şəxsiyyətinə uyğun olmaması apellyasiya şikayətinin və ya apellyasiya protestinin baxışının nəticələri üzrə birinci instansiya məhkəməsinin hökm və ya qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Həmin Məcəllənin 405.1.4-cü maddəsinə əsasən apellyasiya məhkəməsi hökmün dəyişdirilməsi ittihamın həcmini və məhkumun əməllərinin hüquqi tövsifini dəyişdirmədiyi, lakin birinci instansiya məhkəməsi tərəfindən ona təyin edilmiş cəzanı ağırlaşdırdığı digər hallarda birinci instansiya məhkəməsinin hökmünü dəyişdirir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 397.1, 397.2, 398.1.4, 399.1.4, 405.1.4 və 407.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l ı r: Məhkum olunmuş şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi1 tərəfindən birgə verilmiş apellyasiya şikayəti təmin edilməsin. Zərərçəkmiş şəxsin huquqi varisi X3 nümayəndəsi Müdafiəçi2 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.3-cü maddəsi ilə məhkum olunmasına dair Bakı Ağır Cinayətlər Məhkəməsinin 20 sentyabr 2022-ci il tarixli hökmü dəyişdirilsin. Hökmlə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.3cü maddəsi ilə təyin edilmiş azadlıqdan məhrum etmə cəzası artırılaraq ona 09 (doqquz) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Hökm qalan hissələrdə dəyişdirilmədən saxlanılsın. Qərar elan edildiyi andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 410-cu maddəsində göstərilən müddətlərdə, Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər. Sədrlik edən: Qədim Babayev Hakimlər: İlqar Murquzov Anar Tanrıverdiyev
Məhkəmə qərarları › İş №1(103)-111/2023
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №1(103)-111/2023
02.02.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver