Məhkəmə qərarları › İş №1(103)-1116/2022

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №1(103)-1116/2022

16.06.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(103)-1116/2022 16.06.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyası Hakimlər – Rəhimov Elmar Eldar oğlunun sədrliyi və məruzəsilə, Qasımov Faiq Adil oğlu və Əkbərov Kamran Hüseyn oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi – Mustafayeva Taclı Əbdüləhəd qızının katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Apellyasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı2, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakları ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-nin) 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib məhkum edilməsinə dair Bakı Ağır Cinayətlər Məhkəməsinin 12 aprel 2022-ci il tarixli hökmündən Təqsirləndirilən şəxs tərəfindən verilmiş apelyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı Ağır Cinayətlər Məhkəməsinin 12 aprel 2022-ci il tarixli, 1(101)-530/2022 saylı hökmü ilə (hakim F.A.Qəribovun sədrliyi, hakimlər T.Q.Hüseynov və Ə.İ.Məmmədovdan ibarət tərkibdə) xx xxxxxx 1982-cı ildə Bakı şəhərində anadan olmuş Azərbaycan Respublikası vətəndaşı, evli, əvəllər məhkum olunmuş, orta təhsilli, Ağdam rayonu Muğanlı kəndində qeydiyyatda olmaqla, ünvan 1 ünvanında yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Bakı İstintaq Təcridxanasında saxlanılan təqsirləndirilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək ona 07 (yeddi) il, 06 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilməsi, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin başlanğıcının 26 oktyabr 2021-ci il tarixdən hesablanması, barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsi, cəza çəkdiyi müddət ərzində narkomaniyadan məcburi müalicə olunması və ərazi narkoloji dispanserdə qeydiyyata alınması, iş üzrə maddi sübut 02 ədəd qara rəngli selofana bükülmüş tərkiblərinə görə eynilik təşkil edən ayrı-ayrılıqda 9,713 qram və 18,123 qram, ümumi təmiz çəkisi 27,836 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamin, 01 ədəd qara rəngli selofana bükülmüş təmiz çəkisi 6,026 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin, 01 ədəd ağ rəngli selofana bükülmüş təmiz çəkisi 5,535 qram olan xaş-xaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə tiryək, 01 ədəd səffaf polietilen paketdəki 01 ədəd üzərində “F/M40” yazısı həkk olunmuş tərkibində 0,04 qram təsiredici maddə metadon dərman tableti maddi sübut kimi tanınmış, tədqiqatdan sonrakı qalıq çəkisi 27,746 qram psixotrop maddə olan metamfetamin, 5,976 qram narkotik vasitə heroin 5,435 qram narkotik vasitə tiryək, 05 ədəd təsiredici maddə metadon dərman tabletinin məhv edilməsi, iş üzrə məhkəmə xərcini təşkil edən ekspertiza xərci 109 manat (yüz doqquz) manatın Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (hesab: X2, KOD 210005, VÖEN**********, Müxbir hesab AZ 41 NABZ******************** SWİFT BİK CTREAZ 22) ödənilməsi, cinayət işi üzrə məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etmiş Bakı şəhər “Femida” Vəkil Bürosunun vəkili Müdafiəçi 240 (iki yüz qırx) manat miqdarında pul ödənilməsi, cinayət işi üzrə İbtidai İstintaq zamanı təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etmiş Bakı şəhəri 10 saylı vəkil bürosunun vəkili X4 306 (üç yüz altı) manat pul miqdarlnda pul ödənilməsi hökm edilmişdir. İşin halları: Hökmə əsasən, Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə əldə edib saxlayaraq daşımışdır. Belə ki, o, istintaqa məlum olmayan mənbədən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə heroini, külli miqdarda psixotrop maddə metamfetamini, narkotik vasitə tiryəki və narkotik vasitə metadon dərman tabletini əldə edib yaşadığı ünvan 1 ünvanında saxlamış, xx.xx.2021-ci il tarixdə onunla eyni ünvanda yaşayan arvadı Şahid4 DİN-nin 102 xidmətinə zəng vurub narkotik vasitə aludəçisi olan əri Təqsirləndirilən şəxs onun döyməsini bildirməsi faktı ilə əlaqədar Qaradağ RPİ-nin 11-ci PB-nin əməliyyat qrupunun üzvləri qeyd edilən ünvanda olarkən həmin gün saat 10:30-da Şahid4 əri Təqsirləndirilən şəxs məxsus olduğunu bildirib video çəkiliş vasitəsilə Təqsirləndirilən şəxs, 10 saylı Vəkil Bürosunun vəkili X3 iştirakı ilə Qaradağ RPİ-nin 11-ci PB- nin əməkdaşlarına təqdim etdiyi içərisində 02 ədəd qara rəngli selofana bükülmüş tərkiblərinə görə eynilik təşkil edən ayrı-ayrılıqda 9,713 qram və 18,123 qram, ümumi təmiz çəkisi 27,836 qram külli miqdarda kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin, 01 ədəd qara rəngli selofana bükülmüş təmiz çəkisi 6,026 qram külli miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə heroin, 01 ədəd ağ rəngli selofana bükülmüş təmiz çəkisi 5,535 qram xaş-xaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə tiryək, 01 ədəd şəffaf polietilen paketdə 01 ədəd üzərində “F/M40” yazısı həkk olunmuş dərman tabletinin tərkibində təsiredici maddəsi 0,04 qram narkotik vasitə metadon olan göy rəngli parça pul kisəsi polis əməkdaşları tərəfindən götürülmüşdür. Hökmdən təqsirləndirilən Təqsirləndirilən şəxs apelyasiya şikayəti verərək işə ədalətli və düzgün baxılmasını xahiş etmişdir. Apelyasiya şikayətinin dəlilləri və tərəflərin çıxışları: Təqsirləndirilən Təqsirləndirilən şəxs apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, cinayət işi üzrə özünü qismən təqsirli bilir. Belə ki, polis əməkdaşları tərəfindən saxlanılarkən narkotik maddə istifadəçisi olduğunu bildirərək könüllü olaraq üzərində olan bir ədəd həb və bir büküm tiryək narkotik vasitəsini təhvil vermişdir. Saxlanıldıqdan dörd gün sonra onu yaşadığı ünvana gətirərək videoçəkiliş etmişlər. Həmin zaman evdən aşkar edilən narkotik maddə ona məxsus olmamış, polis əməkdaşları tərəfindən evə qoyulmuş, bu evdə olan videogörüntü tərəfindən qeydə alınmışdır. Apelyasiya icraatında təqsirləndirilən şəxs apelyasiya şikayətini müdafiə etdiyini bildirərək əməlini Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif edilməsi və ona həmin maddənin sanksiyası həddində cəza təyin edilməsini xahiş etmişdir. Apelyasiya icraatında dövlət ittihamçısı birinci instansiya məhkəməsinin hökmünün dəyişdirilməsi və ya ləğv edilməsi üçün əsasların olmadığını bildirərək apelyasiya şikayətinin təmin edilməməsi, birinci instansiya məhkəməsinin hökmünün apelyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Hüquqi məsələlər: Məhkəmə kollegiyası işin materiallarını araşdırıb, apelyasiya şikayətinin dəlillərini və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.2-ci maddəsinin tələblərinə əsasən bu dəlillərdən asılı olmayaraq birinci instansiya məhkəməsi tərəfindən cinayət və cinayət-prosessual qanunvericiliyi normalarının tələblərinə əməl edilməsini müzakirə edərək, proses iştirakçılarının çıxışlarını dinləyərək hesab edir ki, hökm qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalı, apelyasiya şikayəti təmin edilməməlidir. Azəbaycan Respublikası CPM-nin 397.1-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Məhkəmə kollegiyası təqsirləndirilən Təqsirləndirilən şəxs əməlini Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif edilməsi və ona həmin maddənin sanksiyası həddində cəza təyin edilməsi barədə apelyasiya şikayətinin dəlillərini əsassız hesab edərək qeyd edir ki, təqsirləndirilən şəxsin elan edilmiş ittiham üzrə cinayət əməllərini törətməkdə təqsirli olması, iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin qismən etirafedici ifadəsi və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokolları, o cümlədən ekspert rəyləri və digər sənədlərlə kifayət qədər sübuta yetirilmiş, işə baxan birinci instansiya məhkəməsi cinayət tərkibini təşkil edən əlamətləri (obyekt, obyektiv tərəf, subyekt, subyektiv tərəf) nəzərə almaqla sözü gedən cinayət əməllərini düzgün olaraq Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə tövsif etməklə gəldiyi nəticələr işin faktiki hallarına tam uyğun olmuşdur. Birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-145-ci maddələrinə əsasən cinayət təqibi üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv yoxlamış, həmin subutların məcmusuna qiymət verməklə, düzgün olaraq belə nəticəyə gəlmişdir ki, Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda psixotrop və narkotik maddələri əldə edib saxlamaqla daşıması tam sübut olunmuşdur, onun həmin əməlləri Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə tövsif edilməli və ona həmin maddə ilə təqsirli bilinməklə cəza təyin edilməlidir. Məhkəmə kollegiyası xatırladır ki, cinayət tərkibini təşkil edən əlamətlərin (obyekt, obyektiv tərəf, subyekt, subyektiv tərəf) mövcudluğu məhz konkret əməlin digər cinayət əməllərindən fərqləndirilməsinə xidmət edir. Cinayət tərkibi ictimai təhlükəli əməli konkret cinayət kimi xarakterizə edən cinayət qanunu ilə müəyyən edilmiş obyektiv və subyektiv əlamətlərin məcmusudur və cinayət tərkibinin əlamətləri Cinayət Məcəlləsinin Xüsusi hissəsində formalaşdırılmışdır. Cinayətin tövsifi dedikdə isə törədilən cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir.Törədilən cinayət əməlinə gəldikdə isə ona münasibətdə cəza təyin edilərkən cəza təyin etmənin ümumi prinsiplərini rəhbər tutulmaqla cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almaqla ədalətli cəza təyin edilir. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli düzgün olaraq Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə tövsif olunmuş, təqsirləndirilən Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar aşkar edilməmişdir. Birinci instansiya məhkəməsi Azərbaycan Respublikası CM-nin 59.4-cü maddəsinə əsasən, təqsirləndirilən Təqsirləndirilən şəxs himayəsində üç azyaşlı övladının olmasını cəzasını yüngülləşdirən hal kimi qiymətləndirib, əməlində Azərbaycan Respublikası CMnin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hallar müəyyən etməyərək törətdiyi cinayət əməlinin ağırlığına və ictimai təhlükəlilik dərəcəsinə uyğun təqsirli bilindiyi maddənin sanksiyası daxilində cəza təyin etmişdir. Vurğulamaq zəruridir ki, cəzanın məqsədi Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə müvafiq olaraq, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə kollegiyası qeyd edir ki, cəza törədilmiş cinayətə görə yalnız tənbeh deyildir, o, məhkumu qanunlara dəqiq riayət, ümumyaşayış qaydalarına hörmət ruhunda islah və yenidən tərbiyə etmək məqsədi daşıyır. Cəzanın mahiyyəti islah etmə və yenidən tərbiyə etmə ilə sıx bağlıdır, əməli törətmiş şəxsin şüurunda neqativ düşüncəni dəyişmək və onu hüququn tələblərinə riayət etməyə məcbur etmək istiqamətində dövlətin səylərindən ibarətdir. Cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Məhkəmə cinayət törətməkdə təqsirli bilinən şəxsə CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edir və ədalətli cəzanın təyin edilməsi ilk əvvəl cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına xidmət edir. Eyni zamanda məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi təqsirləndirilən şəxsə cəza təyin edərkən CM-nin 41.2 və 58.3-cü maddəsinə müvafiq olaraq cinayətin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları və ağırlaşdıran halların olmamasını, habelə təyin ediləcək cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsirini nəzərə almaqla onun şəxsiyyətinə və cinayətin ağırlığına uyğun olan ədalətli cəza təyin etmişdir. Azərbaycan Respublikası CPM-nin 398.1.1-ci maddəsinə əsasən, apellyasiya şikayətinin və ya apellyasiya protestinin baxışı nəticəsində apelyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarını dəyişdirilmədən, apelyasiya şikayətini və ya protestini isə təmin etmədən saxlanılması haqqında qərar qəbul etməyə haqlıdır. Qeyd olunanları nəzərə almaqla məhkəmə kollegiyası hesab edir ki, apelyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, hökm dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara əsasən, Azərbaycan Respublikası CPM-nin 398.1.1-ci maddəsini rəhbər tutaraq QƏRARA ALDİ: Bakı Ağır Cinayətlər Məhkəməsinin 12 aprel 2022-ci il tarixli hökmü Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib məhkum edilməsinə dair hissədə dəyişdirilmədən, təqsirləndirilən Təqsirləndirilən şəxs apelyasiya şikayəti təmin edilmədən saxlanılsın. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası CPM-nin 410-cu maddəsində nəzərdə tutulmuş müddətdə apelyasiya instansiyası vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər. Sədrlik edən Elmar Rəhimov Hakimlər Faiq Qasımov Kamran Əkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar