Məhkəmə qərarları › İş №1(103)-1117/2022

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №1(103)-1117/2022

21.11.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(103)-1117/2022 21.11.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X19 Əhmədovun sədrliyi və məruzəsilə, Habil Çingiz oğlu Məmmədov və İlqar Mustafa oğlu Murquzovdan ibarət tərkibdə, Altay Eldəniz oğlu Səfərəliyevin katibliyi ilə, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Bakı Şöbəsinin prokuroru X10, Zərər çəkmiş şəxs-mülki iddiaçı Zərərçəkmiş şəxs və müdafiəçisi-nümayəndəsi Nümayəndə, Məhkum Təqsirləndirilən şəxs, Müdafiəçisi Müdafiəçi4 iştirakları ilə, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxx 1986-cı il tarixdə Füzuli rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olmuş, məhkumluğu ödənilmiş, ünvan 1 ünvannda qeydiyyatda olmaqla, Rusiya Federasiyası, Altay vilayəti, Barnaul şəhəri, Malaxov küçəsi, ev 148, mənzil 279 ünvanında yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Müalicə Müəssisəsində saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə məhkum olunması barədə 05 aprel 2022-ci il tarixli hökmündən məhkum Təqsirləndirilən şəxs, müdafiəçisi Müdafiəçi4, zərər çəkmiş şəxs-mülki iddiaçı Zərərçəkmiş şəxs və müdafiəçisi-nümayəndəsi Nümayəndə tərəfindən verilmiş apellyasiya şikayətləri, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı2 tərəfindən verilmiş apellyasiya protestinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: Bakı Ağır Cinayətlər Məhkəməsinin 05 aprel 2022-ci il tarixli hökmünə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 6 (altı) il 6 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilməsi, Təqsirləndirilən şəxsey cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrumetmə cəzasının başlanğıcının tutulduğu gündən, yəni 08 oktyabr 2019-cu il tarixdən hesablanması, cinayət işi üzrə zərərçəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs cəmi 1.049.000 (bir milyon qırx doqquz min) manat məbləğində olan mülki iddiasının qismən təmin edilməsi,Təqsirləndirilən şəxs 491.000 (dörd yüz doxsan bir min) manat məbləğində pul vəsaitinin zərərçəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs xeyrinə tutulması,tələbin Təqsirləndirilən şəxs mülkiyyətində olan Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, «Şərq» 2704 küçəsi 78A saylı fərdi yaşayış evinə yönəldilməsi, həmin mənzilin açıq hərracdan satılması və satışdan hasil olunacaq pul vəsaitinin zərərçəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs ödənilməsi,mülki iddianın qalan hissədə təmin edilməməsi, Təqsirləndirilən şəxs mülkiyyətində olan Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, “Şərq” 2704 küçəsi 78A saylı fərdi yaşayış evinin üzərinə qoyulmuş həbsin hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməsi,X4 mülkiyyətində olan Bakı şəhəri, Nizami rayonu, E.Süleymanov küçəsi, ev 124, 29 saylı mənzilin və X6 mülkiyyətində olan Bakı şəhəri, Xətai rayonu, G.Şıxlinski küçəsi, ev 13, 23 saylı mənzilin üzərinə qoyulmuş həbsin ləğv edilməsi və həmin əmlakların həbsdən azad edilməsi,Təqsirləndirilən şəxs barəsində xüsusi müsadirənin tətbiq edilməməsi, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsi,iş üzrə maddi sübut kimi tanınan Təqsirləndirilən şəxs mülkiyyətində olan Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, «Şərq» 2704 küçəsi 78a saylı fərdi yaşayış evinin, X4 adına qeydiyyatdan keçmiş Bakı şəhəri, Nizami rayonu, E.Süleymanov küçəsi, ev 124, 29 saylı mənzilin, X6 adına qeydiyyatdan keçmiş Bakı şəhəri, Xətai rayonu, G.Şıxlinski küçəsi, ev 13, 23 saylı mənzilin: habelə Zərərçəkmiş şəxs istintaqa təqdim etdiyi Bakı şəhəri Sabunçu Rayon İcra Hakimiyyəti Nardaran qəsəbəsi üzrə Nümayəndəliyi Aparatının vətəndaşlara fərdi yaşayış evi tikintisi üçün həyətyanı torpaq sahəsinin ayrılması haqqında qərarından çıxarışın, Nardaran Qəsəbə Nümayəndəliyi tərəfindən vətəndaş Zərərçəkmiş şəxs adına Nardaran qəsəbəsi, sahə 5, yer 231-də fərdi yaşayış evi tikməsi üçün ayrılması nəzərdə tutulmuş 1.600 kv.metr torpaq sahəsinin yerləşmə sxeminin və Şahid2 istintaqa təqdim etdiyi, üzərində sonuncu tərəfindən müxtəlif tarixlərdə aparılan «Malik (Amil) 19.01.09 120.000 $» və «Orxan (Amil) 22.01.10 120.000 $» kimi əlyazma qeydlərin həkk edildiyi riyazi qrafikalı 17 sm. X 12,3 sm. ölçüdə, sol kənarı boyunca açıq qəhvəyimtil rəngdə ləkə, orta səthində mərkəzdən nisbi qatlanma izi olan kağız parçasının cinayət işinin materiallarında saxlanılması hökm edilmişdir. Birinci instansiya məhkəməsi məhkum Təqsirləndirilən şəxs haqqında ittiham hökmü çıxararkən belə nəticəyə gəlmişdir ki,Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirib zərərçəkmiş şəxsə külli miqdarda ziyan vurmaqla təkrar dələduzluq cinayətini törətmişdir. Belə ki, o, tamah niyyəti, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin külli miqdarda əmlakını ələ keçirmək məqsədi ilə dayısı Zərərçəkmiş şəxs ilə aralarında olan qohumluq əlaqəsi və uzun müddətli işgüzar münasibətlərdən irəli gələn inam və etibardan sui-istifadə edərək şəxsi mənzili olmadığı üçün ailə qura bilmədiyini, əgər öz adına mənzil olarsa, həmin yaşayış sahəsinin sənədlərini ailə həyatı qurmaq istədiyi qızın valideynlərinə göstərib razılıq əldə edəcəyini deyərək ailə həyatı qurub bir müddət orada yaşadıqdan sonra mənzili geri qaytaracağına dair dayısı Zərərçəkmiş şəxs yalan vəd verməklə bu məqsədlə mənzil almaq üçün pul verməsini xahiş etmiş və sonuncunu dediyi sözlərin həqiqiliyinə inandıraraq bacısı oğlu kimi özünə qarşı mərhəmət hissi yaratmaqla razılığını əldə etməyə nail olmuş, 13 noyabr 2008-ci ildən 04 sentyabr 2009-cu il tarixədək olan müddət ərzində dayısı Zərərçəkmiş şəxs Rusiya Federasiyasından bank köçürməsi ilə Şahid2 göndərdiyi 252.170(iki yüz əlli iki min bir yüz yetmiş) ABŞ dolları məbləğində pulun həmin dövrün məzənnəsi ilə 96.396 (doxsan altı min üç yüz doxsan altı) manat təşkil edən 120.000 (bir yüz iyirmi min) ABŞ dolları məbləğində olan hissəsini 22 yanvar 2010-cu il tarixdə Bakı şəhəri, Nizami rayonu, R.Rüstəmov küçəsində yerləşən metronun «Neftçilər» stansiyasının çıxışının qarşısında dayısı Zərərçəkmiş şəxs tapşırığına əsasən Şahid2 alıb etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirərək 15 iyul 2010-cu il tarixdə Bakı şəhəri, Nərimanov rayonu, H.Əliyev prospekti 72 ünvanında fəaliyyət göstərən Bakı şəhəri 9 saylı dövlət notariat kontorunda Şahid17 Rayıf oğlu ilə daşınmaz əmlakın alqı-satqısı barədə AN-İ ******* seriya və saylı müqavilə bağlayaraq Bakı şəhəri, Nizami rayonu, E.Süleymanov küçəsində yerləşən 124 saylı evin 29 saylı 102,76 kv.metr sahəsi olan ikiotaqlı mənzilini cəmi 110.000 (bir yüz on min) ABŞ dollarına almış və vahid cinayətkar niyyətinin davamı olaraq 12 avqust 2010-cu il tarixdə həmin əmlak üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində öz adına qeydiyyata alınmasına nail olaraq, ailə həyatı qurduqdan sonra bir müddət həmin mənzildə ailəsi ilə birgə yaşasa da, sonrakı müddətdə vədinə əməl etməyərək mənzili boşaldıb yaşayış sahəsinin mülkiyyət hüquqlarını həqiqi sahibi olan dayısı Zərərçəkmiş şəxs və ya onun etibar etdiyi digər şəxsin adına rəsmiləşdirmək əvəzinə cinayət əməlini pərdələmək məqsədi ilə həmin yaşayış sahəsini X11 olan borcunun əvəzində 29 sentyabr 2016-cı il tarixdə ünvan 4 ünvanında fəaliyyət göstərən ünvan 5aşınmaz əmlakın alqı-satqısı barədə AN-İ ******* seriya və saylı müqaviləyə əsasən sonuncunun anası X3 və nəticədə Zərərçəkmiş şəxs külli miqdarda- 96.396 (doxsan altı min üç yüz doxsan altı) manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin külli miqdarda əmlakını ələ keçirmək məqsədi ilə dayısı Zərərçəkmiş şəxslə aralarında olan qohumluq əlaqəsi və uzunmüddətli işgüzar münasibətlərdən irəli gələn inam və etibardan sui-istifadə edərək Zərərçəkmiş şəxs şəxsi vəsaiti hesabına alınmaqla dələduzluqla ələ keçirdiyi Bakı şəhəri, Nizami rayonu, E.Süleymanov küçəsində yerləşən 124 saylı evin 29 saylı mənzilində və Zərərçəkmiş şəxs şəxsi vəsaiti hesabına alınmaqla qardaşı X15 tərəfindən dələduzluqla ələ keçirilmiş Bakı şəhəri, Suraxanı rayonu, Qaraxaçuxur qəsəbəsi, «Şərq» 2704 küçəsində yerləşən 78A saylı fərdi yaşayış evində təmir işlərinin görülməsi üçün pul lazım olduğunu yalandan bildirərək bu adla Zərərçəkmiş şəxs 50.000 (əlli min) ABŞ dolları məbləğində pul vəsaiti istəmiş və sonuncu bacısı oğlu Təqsirləndirilən şəxs həqiqi niyyətindən xəbərsiz olduğundan onsuz da, hər iki yaşayış sahəsinin faktiki özünə məxsus olduğunu və gələcəkdə özünün istifadə edəcəyini düşünərək təmir üçün pul vəsaiti verməyə razılaşmış, bundan sonra Təqsirləndirilən şəxs 2015-ci ilin iyun ayında Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti 66 ünvanında yerləşən «Çudo Peçka» şirniyyat mağazasının qarşısında Zərərçəkmiş şəxs məxsus həmin dövrün məzənnəsi ilə 52.480 (əlli iki min dörd yüz səksən) manat təşkil edən 50.000 (əlli min) ABŞ dolları məbləğində pul vəsaitini sonuncunun dostu Şahid5 vasitəsi ilə alıb etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirərək Zərərçəkmiş şəxs külli miqdarda 52.480 (əlli iki min dörd yüz səksən) manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin külli miqdarda əmlakını ələ keçirmək barədə qardaşı Malik Məhərrəmovla razılıq əldə edib cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək dayıları Zərərçəkmiş şəxs ilə aralarında olan qohumluq əlaqəsi və uzunmüddətli işgüzar münasibətlərdən irəli gələn inam və etibardan sui-istifadə edərək Zərərçəkmiş şəxs Rusiya Federasiyasının Altay vilayətinin Barnaul şəhərində yerləşən «Özbək bazarı» adlanan ticarət mərkəzini almaq niyyətində olması, bunun üçün lazımi məbləğdə pul vəsaiti əldə etmək məqsədi ilə topdan meyvə ticarətini həyata keçirmək istəməsi barədə məlumat əldə etdikdən sonra Zərərçəkmiş şəxs onlara pul verəcəyi halda həmin vəsait hesabına Azərbaycan Respublikasının Bakı və Rusiya Federasiyasının Moskva şəhərlərindən alma və digər növ meyvələri alıb göndərməklə Barnaul şəhərindəki saxlanc anbarında tədarük edib sata biləcəklərini və satışdan əldə olunan vəsaiti Zərərçəkmiş şəxs bazarın alınmasına sərf edə biləcəyini deyərək sonuncunu təkliflərinin həqiqiliyi və əlverişli olmasına inandırmış, bu adla Təqsirləndirilən şəxs 2016-cı ilin sentyabr ayında dayısı Zərərçəkmiş şəxs tapşırığına əsasən sonuncunun qardaşı Şahid1 vasitəsi ilə ünvan 7 ünvanının qarşısında iki dəfəyə 210.000 (iki yüz on min) və 40.000 (qırx min) ABŞ dolları olmaqla, cəmi 250.000 (iki yüz əlli min) ABŞ dolları məbləğində pul vəsaitini almış və həmin vəsait hesabına alıb göndərdikləri meyvə məhsullarını Barnaul şəhəri, Kosmonavtov prospekti 59 ünvanında yerləşən topdan satış bazasında 2016-cı ilin sentyabr ayının sonlarında satdıqdan sonra 250.000 (iki yüz əlli min) ABŞ dolları əsas vəsait və qazanc olaraq əldə olunmuş 50.000 (əlli min) ABŞ dollarından ibarət, ümumilikdə həmin dövrün məzənnəsi ilə 491.100(dörd yüz doxsan bir min yüz) manat təşkil edən 300.000 (üç yüz min) ABŞ dolları məbləğində pul vəsaitini vəd etdikləri kimi Zərərçəkmiş şəxs verməyib qardaşı Malik Məhərrəmovla qabaqcadan əlbir olan bir qrup şəxs halında etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirərək Zərərçəkmiş şəxs külli miqdarda 491.100 (dörd yüz doxsan bir min yüz) manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etmişdir. Birinci instansiya məhkəməsinin həmin hökmündən narazı qalan məhkum Təqsirləndirilən şəxs apellyasiya şikayəti verərək, apellyasiya şikayətinin təmin edilməsi, Bakı Ağır Cinayətlər Məhkəməsinin 05 aprel 2022-ci il tarixli hökmü ilə razı olmadığını qeyd elərək, törətdiyi cinayət əməlindən peşmançılıq hissi keçirməsini, ağır vəziyyətini, ailəsinin yeganə qazanc gətirən üzvü olmasını və hazırda müalicə müəssisəsində səhhətində olan problemlərlə əlaqədar müalicə almasını nəzərə alaraq ona təyin edilmiş cəza müddətinin aşağı həddə endirilməsində köməklik göstərilməsini xahiş etmişdir. Eyni zamanda birinci instansiya məhkəməsinin həmin hökmündən narazı qalan məhkum Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi4 apellyasiya şikayəti verərək, apellyasiya şikayətinin təmin edilməsi, Bakı Ağır Cinayətlər Məhkəməsinin 05 aprel 2022-ci il tarixli 1(101)-61/2022 saylı hökmünün ləğv edilərək, Təqsirləndirilən şəxs Nazım oğluna bəraət verilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Eləcə də birinci instansiya məhkəməsinin həmin hökmündən narazı qalan zərər çəkmiş şəxsmülki iddiaçı Zərərçəkmiş şəxs və müdafiəçisi-nümayəndəsi Nümayəndə birgə apellyasiya şikayəti verərək, apellyasiya şikayətinin təmin edilərək, Bakı Ağır Cinayətlər Məhkəməsinin 05 aprel 2022ci il tarixli hökmünün dəyişdirilərək, məhkum Təqsirləndirilən şəxs təyin edilmiş yüngüllüyünə görə açıq-aydın ədalətsiz olan cəzanın daha sərt cəza ilə əvəz olunması və iş üzrə cəmi 1.049.000 (bir milyon qırx doqquz min) manat məbləğində mülki iddianın tam təmin olunması, eləcə də iddia tələbinin reallıqda Təqsirləndirilən şəxs məxsus Bakı şəhəri, Nizami rayonu, E.Süleymanov küçəsi, ev 124, 29 saylı mənzil və Bakı şəhəri, Xətai rayonu, G. Şıxlinski küçəsi, ev 13, 23 saylı mənzillərə də yönəldilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. Həmçinin birinci instansiya məhkəməsinin həmin hökmündən narazı qalan Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı2 apellyasiya protesti verərək, apellyasiya protestinin təmin olunması, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirli bilinməsinə dair Bakı Ağır Cinayətlər Məhkəməsinin 05 aprel 2022-ci il tarixli hökmünün cinayət qanunu normasının düzgün tətbiq edilərək ona sanksiyada nəzərdə tutulan daha ağır həddə azadlıqdan məhrum etmə cəzasının təyin olunmaqla, mülki iddianın tam həcmdə təmin edilməklə mülki iddianın təmini məqsədi ilə üzərindən həbs götürülmüş Bakı şəhəri, Nizami rayonu, Elşən Süleymanov küçəsində yerləşən 124 saylı evin 29 saylı və Bakı şəhəri, Xətai rayonu, G.Şıxlinski küçəsində yerləşən 13 saylı evin 23 saylı mənzillərin həbsdən azad edilməsinə dair hissədə mənzillərin müsadirə edilərək zərərçəkmiş şəxsə vurulmuş ziyanın ödənilməsinə yönəldilməklə dəyişdirilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında məhkum Təqsirləndirilən şəxs və müdafiəçisi Müdafiəçi4 hər biri ayrı-ayrılıqda tərəflərindən verilmiş apellyasiya şikayətlərinin dəlillərini müdafiə edərək, apellyasiya şikayətlərinin dəlillərini birlikdə dəqiqləşdirməklə, məhkum Təqsirləndirilən şəxs məhkumluğunun olmamasını, əməlində cinayət tərkibi olmamasını, hazırkı işin mülki xarakter daşımaqla, mülki məhkəmə icraatı qaydasında baxılmalı iş olduğunu, Təqsirləndirilən şəxs himayəsində azyaşlı uşağının olması, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, ağır ailə vəziyyətini, ailəsinin yeganə qazanc gətirən üzvü olmasını, səhhətində problemlər olmasını və təyin edilmiş cəzanın ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə məhkum olunmasına dair Bakı Ağır Cinayətlər Məhkəməsinin 05 aprel 2022-ci il tarixli hökmündən məhkum Təqsirləndirilən şəxs və müdafiəçisi Müdafiəçi4 tərəfindən verilmiş apellyasiya şikayətlərinin təmin olunması, iş üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinin 05 aprel 2022-ci il tarixli 1(101)-61/2022 saylı hökmünün əsassız və qanunsuz olduğundan ləğv edilərək, Təqsirləndirilən şəxs Nazım oğlunun barəsində ədalətli və humanist bəraət hökmü çıxarılmasını, həmin hökmdən zərər çəkmiş şəxs-mülki iddiaçı Zərərçəkmiş şəxs və müdafiəçisi-nümayəndəsi Nümayəndə tərəfindən birgə verilmiş apellyasiya şikayətinin, eləcə də Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı2 tərəfindən verilmiş apellyasiya protestinin əsassız olduğundan təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etmişlər. Məhkəmə kollegiyasının iclasında zərər çəkmiş şəxs-mülki iddiaçı Zərərçəkmiş şəxs və müdafiəçisi-nümayəndəsi Nümayəndə hər biri ayrı-ayrılıqda apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə məhkum olunması barədə Bakı Ağır Cinayətlər Məhkəməsinin 05 aprel 2022-ci il tarixli hökmündən zərər çəkmiş şəxs-mülki iddiaçı Zərərçəkmiş şəxs və müdafiəçisi-nümayəndəsi Nümayəndə tərəfindən birgə verilmiş apellyasiya şikayətinin təmin olunması, iş üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinin 05 aprel 2022-ci il tarixli hökmünün dəyişdirilərək, məhkum Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının yüngüllüyünə görə açıqaydın ədalətsiz olan cəza olduğundan daha sərt cəza ilə əvəz olunması və iş üzrə cəmi 1.049.000 (bir milyon qırx doqquz min) manat məbləğində mülki iddianın tam təmin olunması, eləcə də iddia tələbinin reallıqda Təqsirləndirilən şəxs məxsus Bakı şəhəri, Nizami rayonu, E.Süleymanov küçəsi, ev 124, 29 saylı və Bakı şəhəri, Xətai rayonu, G. Şıxlinski küçəsi, ev 13, 23 saylı mənzillərə də yönəldilməsi barədə ədalətli və humanist qərar qəbul edilməsini,həmin hökmdən Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı2 tərəfindən verilmiş apellyasiya protestinin təmin edilməsi, məhkum Təqsirləndirilən şəxs və müdafiəçisi Müdafiəçi4 tərəfindən verilmiş apellyasiya şikayətlərinin isə əsassız olduğundan təmin edilməməsi barədə qərar qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişlər. Məhkəmə kollegiyasının iclasında dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Bakı Şöbəsinin prokuroru X20 Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı2 tərəfindən verilmiş apellyasiya protestinin dəlillərini müdafiə edərək, apellyasiya protestinin məzmununa uyğun çıxış edərək, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə məhkum olunması barədə Bakı Ağır Cinayətlər Məhkəməsinin 05 aprel 2022-ci il tarixli hökmündən Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı2 tərəfindən verilmiş apellyasiya protestinin təmin olunması, iş üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinin 05 aprel 2022-ci il tarixli hökmünün dəyişdirilərək, cinayət qanunu normasının düzgün tətbiq edilərək Təqsirləndirilən şəxs sanksiyada nəzərdə tutulan daha ağır həddə azadlıqdan məhrum etmə cəzasının təyin olunması, mülki iddianın tam həcmdə təmin edilməklə mülki iddianın təmini məqsədi ilə üzərindən həbs götürülmüş Bakı şəhəri, Nizami rayonu, Elşən Süleymanov küçəsində yerləşən 124 saylı evin 29 saylı və Bakı şəhəri, Xətai rayonu, G.Şıxlinski küçəsində yerləşən 13 saylı evin 23 saylı mənzillərin həbsdən azad edilməsinə dair hissədə mənzillərin müsadirə edilərək zərərçəkmiş şəxsə vurulmuş ziyanın ödənilməsinə yönəldilməsini, həmin hökmdən zərər çəkmiş şəxs-mülki iddiaçı Zərərçəkmiş şəxs və müdafiəçisi-nümayəndəsi Nümayəndə tərəfindən birgə verilmiş apellyasiya şikayətinin təmin edilməsi, məhkum Təqsirləndirilən şəxs və müdafiəçisi Müdafiəçi4 tərəfindən verilmiş apellyasiya şikayətlərinin isə əsassız olduğundan təmin edilməməsi barədə qərar qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətlərinin və apellyasiya protestinin dəlillərini cinayət işinin materialları ilə əlaqəli surətdə araşdırıb tərəflərin hər birinin ayrı-ayrılıqda çıxışlarını dinləyərək hesab edir ki, məhkum Təqsirləndirilən şəxs və müdafiəçisi Müdafiəçi4 tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməməli, zərər çəkmiş şəxs-mülki iddiaçı Zərərçəkmiş şəxs və müdafiəçisi-nümayəndəsi Nümayəndə tərəfindən verilmiş apellyasiya şikayəti, eləcə də Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı2 tərəfindən verilmiş apellyasiya protesti qismən təmin edilməli, iş üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinin 05 aprel 2022-ci il tarixli hökmü dəyişdirilməli, məhkum Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirli bilinərək təyin edilmiş azadlıqdan məhrum etmə cəzası artırılmalı, iş üzrə cəmi 1.049.000 (bir milyon qırx doqquz min) manat məbləğində mülki iddia qismən 639.976 (altı yüz otuz doqquz min doqquz yüz yetmiş altı) manat hissəsində təmin olunmalı, hökm qalan hissələrdə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, birinci instansiya məhkəməsində zərərçəkmiş şəxs (mülki iddiaçı) qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadə verərək bildirmişdir ki, 1988-1990-cı illərdə Rusiya Federasiyasının Altay vilayəti, Barnaul şəhərində hərbi xidmətdə olmuş və xidməti başa vurduqdan sonra orada qalıb yaşamağa başlamışdır. Əsgər yoldaşının Barnaulda meyvə-tərəvəz bazasının rəhbəri olmuş qardaşı onun bazarda işləməyinə şərait yaratmış, bazanın anbarında işə başlamış, əsas işi meyvə-tərəvəz bazasında anbarları icarəyə götürüb, müxtəlif şəhər və ölkələrdən gələn meyvə-tərəvəzi orada saxlayıb satışını həyata keçirmək olmuşdur. Bir müddət sonra kiçik qardaşı Azər Əliyevi də yanına aparmış və birlikdə işləmişlər. 1993-cü ildə Füzuli rayonu işğal olunduqdan sonra qardaş və bacılarının məcburi köçkün kimi əziyyət çəkməmələri üçün onlara sahib çıxmış, Bakıya yerləşmələrinə kömək etmişdir. Belə ki, Barnauldan Bakıya gələn tanışlardan buradakı qardaşı Şahid1 pul göndərmiş və Bakıda «Neftçilər» metrostansiyasının yanında beşotaqlı mənzili əvvəlcədən razılaşdıqları kimi Bakı qeydiyyatında olan xalası qızı X7 adına almışlar. Bacıları Nazənin və Xatirə ailələri ilə birlikdə həmin evə köçüb orada yaşamağa başlamışlar. Nazəninin əri Nazimə Bakıda 8-ci km. bazarında 5.000 (beş min) ABŞ dollarına kafe almışdır ki, orada işləyib ailəsini saxlasın, lakin bir müddət sonra Nazim evə pul gətirmədiyini, qazandığı pulları içkiyə verdiyini eşidib təxminən 1995-ci ildə onu öz yanına aparmışdır ki, orada işləsin. Nazim Barnaluda işləyib pul qazandıqca arada Bakıya ailəsinin yanına gəlib sonra yenidən onun yanına qayıtmış, bu qaydada bir neçə il işləmişlər. 1996-cı ildə onun maddi köməkliyi ilə Nazimgil Əhmədli qəsəbəsində ikiotaqlı ev almışlar. 1998-ci ildən Nazim spirtli içki aludəçisi olmuş, onu birdəfəlik Bakıya göndərsə də, sonradan atasının xahişi ilə onun Barnaula gəlib işləməsinə razılıq vermişdir. 2004-2005-ci illərdə Nazimin oğlanları Malik və Təqsirləndirilən şəxslar da işləmək üçün Barnaula gəlmiş və onun kiçik qardaşı Azərin yanında meyvə-tərəvəz bazarında ekspeditor işləməklə anbarlardan bazara mal daşımaqla məşğul olmuş, kiçik qardaşı Orxan da onun yanında fəhlə işləmişdir. 2005-ci ildə Orxanın Bakıda axtarışa verildiyini eşidib, maraqlanmış və bilmişdir ki, onun uşaqlıq dostları quldurluqla məşğul olublar, o isə onlarla birlikdə olmayıb, amma onun da adını veriblər. Orxan ağlayaraq ondan kömək istədiyindən Bakıda həmin işi aparan orqanla əlaqə saxlamış və onun sayəsində Orxan şərti cəzaya məhkum edilmişdir. Belə ki, Orxanın şərti cəza alması üçün dəymiş maddi ziyanı ödəmək zərurəti yaranmış, o da həmin ziyanı ödəmişdir. Cəza müddəti qurtarana kimi Orxan Barnaula gələ bilməmiş, bu müddətdə onun Bakı şəhəri, Gəncə prospekti 73 ünvanında yerləşən mağazasında fəhlə işləmiş, cəzasını çəkib qurtardıqdan sonra yenidən Barnaula gəlib, Çindən gətirilən malları boşaltmaqda köməklik edib, fəhlə kimi işləmişdir. 2003-cü ildə Trusqavetskdə istirahətdə olarkən Şahid3 ilə tanış olmuş, iş birliyinə başlamışlar və 2007-ci ilə kimi birgə işləmişlər. Varislə şərikli qaydada şirə zavodu tikdirmək məqsədilə Barnaulda iki hektar torpaq sahəsi almış, lakin Varisin səhhətində problem yarandığından bu iş alınmamış, həmin torpağı satmışdır. Bundan başqa Varislə şərikli qaydada Barnaula göndərilən şirə vaqonlarından bir neçəsi ünvana gedib çatmamış, Dağıstanda həmin mal satılmış və onlara malın maya dəyəri qaytarılmışdır. Həmin ərəfədə bir tanışı 8-ci km. bazarında yeni mağazalar tikmiş və ona demişdir ki, hələ heç kim mağaza satmayıb, istəsə ona sata bilər. Varislə birlikdə baxıb, mağazaları bəyənmiş və oradan 120.000 (bir yüz iyirmi min) ABŞ dollarına iki mağaza almışdır. Həmin mağazalar hazırda ona məxsusdur. Meyvə-tərəvəz işi ilə yanaşı 2006-cı ildə həmin anbarlar olan bazada kafe açmış, bundan başqa əvvəldən tanıdığı, Barnaulda yaşayan tanışı Fərhadla da şərikli meyvə-tərəvəz işini davam etdirmişdir. 2007-ci ildə Fərhad ona təklif etmişdir ki, ev tikintisi ilə məşğul olub daha çox gəlir əldə etsinlər. Lakin Fərhadla razılaşmamış, ondan xahiş etmişdir ki, şəriklikdən ayrılmamışdan əvvəl Malik bir ay onun yanında işləyib şəhərdə və kənarda mal gələn bazaları tanısın, sonra ayrılar və Malik Fərhadın işlərini görər. Beləliklə Fərhad ondan ayrılandan sonra Malik Fərhadın gördüyü işləri həyata keçirmiş, sonra ona Orxanı da fəhləlikdən çıxarıb anbarı ona tapşırmağı təklif etmiş, Maliklə razılaşmışdır. Orxan iki il fəhlə kimi işləmiş, daha sonra isə anbarda işləməyə başlamışdır. X12 işçiləri olmuşlar, Malikin əmək müqaviləsi olsa da, Orxanla bağlı əmək müqaviləsi olmamışdır. Malikin əmək müqaviləsini Rusiyadan gətirdə bilər. Maliklə Orxanın aylıq qazancı 500-1.000 (beş yüz-bir min) ABŞ dolları olmuşdur, hansı ki, həmin pulla Barnaulda, yaxud Bakıda ev almaqları mümkün deyildi, iyirmi illik işçiləri belə özlərinə ev ala bilmirdilər. Maliklə Orxan onun yanında işlədikləri ərəfədə hətta yeməklərini də bazada olan kafedə yemişlər. Bundan yeddi-səkkiz ay sonra kafedə işləyən baş aşbazdan ciddi narazılıq olduğundan onu çıxarıb Nazimi kafeyə aşbaz-kababçı kimi işə götürmüşlər. Təxminən bir-iki aydan sonra bacısı Nazənin də Barnaula gəlmişdir. Həmin ərəfədə Malikgilin kiçik qardaşı Məhəbbət Məhərrəmovun hərbi xidmətdə əsgəri döyməsi ilə bağlı problemi olmuş, iş məhkəməyə verilmiş, dostu Varisin hərbi məhkəmədə olan tanışlığı vasitəsilə onun da işinə köməklik etmişdir. Məhəbbət də hərbi xidməti başa vurduqdan sonra Barnaula gəlmiş və Malikin xahişi ilə bazarda olan meyvə-tərəvəz satış nöqtələrinə nəzarət etmək ona tapşırılmışdır. Əvvəl həmin işi görən əmisi oğlu Malik Əliyevə isə başqa anbar icarəyə götürüb oraya nəzarət etməsi tapşırılmışdır. İşlədikləri müddətdə Nazim, Malik, Orxan və Məhəbbətə aylıq məvacib verilmişdir. Aradan bir müddət keçdikdən sonra Orxan ona ev tikmək işi ilə məşğul olmağı təklif etmiş, o isə həmin vaxt şəraitin əlverişsiz olmasını əsas gətirərək onun təklifini geri çevirmişdir. 2008-ci ildə Malik dedi ki, üç qardaşdırlar, ailə qurmaq istəyirlər, lakin ayrı evləri olmadığı üçün heç kim onlara qız vermir. Onsuz da özünün on və altı yaşlı oğlanlarına Bakıda ev almalı olduğundan alacağı həmin evdə Malikin müvəqqəti yaşamasını düşünüb ona Bakıda ev axtarıb tapmağı, evin pulunu göndərəcəyini demişdir. Malikə əvvəlcədən demişdir ki, öz oğlu üçün aldığı həmin evdə ailə qurub müvəqqəti yaşayar, imkan yaradıb pul topladıqdan sonra özünə ev alar və onun evini təhvil verib çıxar. Malik böyük sevinclə onun sözünü qəbul edib köməklik etməyə razılıq verdiyi üçün minnətdarlıq etmiş və ev axtarmaq üçün Bakıya gəlmişdir. Bakıda yaşayan qardaşı Akifə zəng vurub Malikə çıxarışlı ev tapmaqda köməklik etməyi xahiş etmişdir. Məsələdən Akifin də xəbəri olmuşdur. Bir müddət sonra Malik ona zəng vurub, Bakı şəhəri, Suraxanı qəsəbəsində 120.000 (bir yüz iyirmi min) ABŞ dollarına satılan çıxarışlı ikimərtəbəli həyət evi tapdığını, Akiflə birlikdə evə baxıb bəyəndiklərini demişdir. Bundan sonra qaynı Şahid2 demişdir ki, "xxxx" ASC-yə gedib öz adına hesab açdırsın. Elçin hesab açdırdıqdan sonra 2008-ci ilin axırları 2009-cu ilin əvvəllərində qısa müddət ərzində hissə- hissə olmaqla bank vasitəsilə Elçinin adına 100.000 (bir yüz min) ABŞ dollarından artıq pul göndərmişdir. İşləri çox olduğundan Elçinin adına göndərilən pulları Barnaulda yanında işləyən Nazim və Məhəbbət banka gedib göndərmişlər. Bundan başqa əmisi oğlu X26 və işçisi Anna Stepanovanın da adından Elçinə pul göndərmiş, Elçin də həmin pulları bankdan qəbul edib özündə saxlamışdır. Mühasibinin pul əməliyyatlarının həyata keçirilməsi ilə bağlı dedikləri həqiqəti əks etdirmir, pulu öz ifadəsində qeyd etdiyi qaydada Bakıya göndərmişdir. 2009-cu ilin əvvəllərində Elçinə göndərilən puldan 120.000 (bir yüz iyirmi min) ABŞ dollarını Malikə verməyi tapşırmış, Eçin də onun tapşırığını yerinə yetirmişdir. Elçin Malikə pul verdiyi vaxt Akif də yanlarında olmuş, bu barədə Elçin özü ona məlumat vermişdir. Ev almağı Elçinə həvalə etməməyinə səbəb Elçinin öz işləri olduğu, bunun üçün vaxtı olmaması olmuşdur. Malik onda olan baş etibarnamə əsasında evi onun adına almalı idi və almışdır. Bundan sonra Malik ailə qurub, həmin evdə yaşamağa başlamışdır. Malikin toyunun bütün xərcini çəkmişdir. Qısa müddət sonra Malik arvadını da götürüb Barnaula gəlmiş və orada kirayə ev tutub yaşamağa başlamışdır. Lakin bir neçə aydan sonra Malik arvadında ürəkgetmə olduğundan hamilə qala bilməyəcəyini deyib, rəsmi qaydada boşanmışdır. Malik onun Bakıdakı mağazasında işləyən xanımın qızı ilə ailə qurduğundan və sonuncunu tanıdığı üçün onunla danışmaq istəsə də, Malik buna razı olmamış və arvadını Akiflə Bakıya yola salmışdır. Bundan az müddət sonra Malik ona demişdir ki, Orxan orta məktəbdə oxuduğu vaxtdan Bakıda qonşularında yaşayan qızı sevir, telefon danışıqlarında məlum olub ki, qızı ailəsi ərə vermək istəmir, imkanlıdırlar, ona görə də Orxanın ayrı evi olmalıdır ki, ailəsi bu nikaha razılıq versin, həmçinin Orxan ali təhsil də almalıdır və ondan xahiş etmişdir ki, əvvəl necə özünə Bakıda ev alıb orada ailəsi ilə yaşamasına icazə verilmişdirsə, həmin qaydada bir ev də Bakıda alınsın və Orxan həmin evi qız evinə öz evi kimi təqdim edib orada ailəsi ilə yaşasın. Hətta Nazim ona demişdir ki, ailəvi olaraq, yəni özü və oğlanları on il ondan əmək haqqı alamadan onunla işləməyə razıdırlar, yetər ki o, Orxanın evlənmək məsələsini həll etsin. Həmin vaxtlar maddi imkanı yaxşı olduğu üçün nüfuzundan istifadə edərək, həmçinin Orxan bacısı oğlu olduğu üçün ona da kömək etmişdir. Bundan başqa belə etməklə eyni zamanda öz övladları üçün almalı olduğu evləri də almış olurdu. Bu söhbətdən sonra Orxan Bakıya gedib onun qardaşı Akiflə birlikdə 8-ci km. bazarı yaxınlığında hündürmərtəbəli binadan sahəsi geniş olan ikiotaqlı, təmirli mənzil tapmışlar. Mənzilin qiyməti 120.000 (bir yüz iyrmi min) ABŞ dolları idi. Yenə hissə-hissə Elçinin bank hesabına pul göndərmiş, Elçin də həmin pulları üst-üstə yığıb 22 yanvar 2010-cu il tarixdə toplam 120.000 (bir yüz iyrmi min) ABŞ dolları məbləğində pulu Bakıda Orxana vermişdir. Bunu Orxanın özü də ona təsdiq etmişdir. Nəticədə həmin ev alınmışdır, lakin evin kimin adına rəsmiləşdirilməsi ilə maraqlanmamışdır, çünki buna əhəmiyyət vermirdi, qohum-tanış hər kəs evin onun pulu ilə alınmasını bilirdilər, həm də Orxangilə inanırdı, onu aldadacaqları ağlına belə gəlməzdi. Evi alandan sonra da Orxanın ailə qurmaq istədiyi qızı atası Nazim içki düşkünü, Orxan özü imkansız olduğu üçün ona verməmişlər, buna görə də özü gəlib qız evi ilə danışmış və razılıq almışdır. Belə ki, Orxanın qızı çox istədiyini görüb, qız evinə Orxanın Bakıda ona aldığı evin guya Orxana aid olduğunu, Barnaula gələndə də onun orada olan üçotaqlı mənzilində qala biləcəklərini demişdir. Bundan sonra Orxanın toyunu təşkil edib xərcini çəkmiş, Orxan arvadı ilə birlikdə Bakıda onun pulu ilə aldığı mənzildə yaşamağa başlamışdır. Hətta bir dəfə Orxanın qaynı ona zəng edib, bacısının ad gününə onunla birlikdə getmək istədiyini demiş, etiraz etməmiş, birlikdə Orxangilə getmişlər. Orada Malik onun ayaqlarının altında oturmuş, məclisdən sonra Malikdən bunun səbəbini soruşduqda cavab vermişdir ki, «sən elə dayısan ki, qoy hamı görsün dayımın ayaqlarının altında oturmuşam». Orxanla Malik Bakıda olduqları müddətdə ona məxsus «Toyota Camry» markalı, 90-020 nömrəli avtomobili etibarnamə əsasında idarə etmişlər. Orxan arvadı ilə Barnaula gedəndə təxminən iki il onun oradakı üçotaqlı mənzilində yaşamışdır. Orxanla Malik əvvəlki kimi işlərini davam etdirmişlər, Nazim də kafedə işləmişdir. Bununla kifayətlənməmiş, Nazimin kiçik oğlu Məhəbbətin də ailə qurmağında köməklik etmişdir. İşləri ilə bağlı Məhəbbətin toyunda iştirak edə bilməsə də, toyda Nazim mikrafonu əlinə alaraq «Amil bizim ağsaqqalımızdır, böyüyümüzdür, lakin müəyyən səbəblərə görə toyda iştirak etmir» deyə bildirmişdir. Təxminən 2012-ci ildə Orxan özünün deməsinə görə qayınatasının verdiyi 30.000 (otuz min) ABŞ dolları məbləğində pula Barnaulda onun üçotaqlı mənzilinə yaxın yerdə özünə mənzil almışdır. Həmin ərəfədə ailə vəziyyəti ilə bağlı, həm də Bakıda ticarət işlərini genişləndirmək məqsədilə Bakıya köçmüş, bununla belə Barnaulda olan işləri davam etmiş, işin üstündə Maliklə Orxan dayanmış və özü də mütəmadi olaraq Barnaula gedib işlərə nəzarət etmişdir. 2012-ci ildə Barnaulda Malikin adına firma da açılmışdır. 2013-2014-cü illərdə Malik ona demişdir ki, hazırda işlədiyi baza dövlətə məxsus olduğu üçün burada çox qalmaya bilərlər, müştəri də azalıb və təklif etmişdir ki, Barnaul şəhərinin digər tərəfində daha yaxşı yerdə olan özbək bazarının yanında torpaq sahəsi alıb baza tikdirsinlər. Malikin bu təklifinə razılıq vermiş, hətta Barnaulda tanıdığı makler Vadimə torpaq sahəsi təşkil etməyi demiş, az müddət sonra Vadim özbək bazarının yanında otuz sot satlıq torpaq sahəsi tapıb, həmin sahədə dörd ədəd həyət evi yerləşdiyini, həmin evlərin pulunu verib köçürüb sahədə baza tikdirmək mümkün olduğunu bildirmişdir. Həmin evlərin sahibləri ilə razılıq əldə edib, köçürdükcə evlərin adına rəsmiləşdirilməsi üçün öz adından Malikə etibarnamə vermişdir. Malik oradakı dörd evdən ikisinin sahibi ilə razılaşıb evləri alsa da digər iki evi baha qiymətə deyildiyindən ala bilməmişdir. Özü Barnaula qayıdanda alınmayan evlərdən birinin sahibi olan qadın ona Maliklə Orxanın həmin evin yerində otel və avtoyuma məntəqəsi tikiləcəyini demişlər, onun evi isə dəyərindən aşağı qiymətə alınır. Qadına həmin evin yerində yalnız baza tikəcəyini demiş, buna baxmayaraq razılıq əldə edə bilməmişdir. Malikdən bu barədə soruşanda boynuna almamış, qadının yalan danışdığını demişdir. Beləliklə, öncə alınan iki evin yeri onda olsa da, digər yerləri ala bilmədiyi üçün həmin baza tikintisi aparılmamışdır. Sonradan Malikgil həmin torpaqdan da pay istəmişlər. 2014-cü ilin axırlarında Barnaulda «Özbək bazarı»nın satıldığını eşidib, Malik, Orxan və bir neçə başqa dostları ilə bu barədə söhbət etmiş, Malikgil israrla bazarı alsa işləri çox yaxşı olar, gəliri artar dediklərindən, bazarın sahibləri ilə görüşmüş, lakin qiymətdə razılaşmadıqlarından almamışdır. 2015-ci ilin yanvar ayında Malikə bildirmişdir ki, Barnaulda işləri yekunlaşdırıb, birdəfəlik Bakıya köçmək və onları da Bakıya gətirmək istəyir. Hətta Maliklə birlikdə Bakıda olarkən buradakı meyvəli bazarına gedib baxmışlar. X21 özbək bazarını almağı israrla təkid etdiyindən onunla razılaşmışdır. Belə ki, Malik demişdir ki, həmin bazarı alsa qısa müddətdə verdiyi pulu çıxardar və lazım olanda istənilən vaxt bazarı aldığı qiymətdən də artıq qiymətə satıb Bakıya gələ bilər. Bununla əlaqədar 25 yanvar 2015ci il tarixdə Malikə ona məxsus idarə etdiyi avtomobildə, həmçinin ona məxsus aldığı, müvəqqəti olaraq özünün yaşadığı Suraxanı qəsəbəsindəki evin yanında 250.000 (iki yüz əlli min) ABŞ dolları pul vermişdir. Malik həmin pulu Barnaulda olan Orxana göndərdiyini demişdir. 2015-ci ilin aprel ayında ailəsini də götürüb yenidən Barnaula köçmüşdür ki, bazarın alınması məsələsini həll edib, iki-üç il orada qalıb işləsin, sonra birdəfəlik Bakıya qayıdar. Barnaulda olarkən Malikdən 250.000 (iki yüz əlli min) ABŞ dolları ilə bağlı maraqlanmış, Malik həmin pulun «Sberbank»da olan icarəyə götürdüyü seyfdə saxladığını demişdir. Bazarın sahibləri satış məsələsini uzatdıqlarından meyvə bazalarında işini davam etmiş, Maliklə Orxan da əvvəlki kimi onun yanında işləmişlər. 2015-ci ilin iyun ayında Orxan Bakıda olarkən alınan hər iki evdə müəyyən kosmetik təmir işləri, həmçinin evin altında maşın saxlamaq üçün çardaq düzəldilməli olduğundan ondan 50.000 (əlli min) ABŞ dolları istəmiş, razılaşaraq həmin ərəfədə Bakıda olan dostu Şahid5 Alahverdi oğlundan Orxana həmin məbləğdə pul verməyi xahiş etmiş, Şirazi də Orxanla Bakıda görüşüb ona 50.000 (əlli min) ABŞ dolları pul vermişdir. 2016-cı ilin may ayında mədəaltı vəzində ciddi problem yarandığı üçün Barnaulda xəstəxanada bir ay reanimasiyada koma vəziyyətində qalmış, sonra əlavə iyirmi gün xəstəxanada yatıb səhhətini qismən bərpa etmişdir. Təxminən altmış altı gün xəstəxanada müalicədə olmuşdur. İddia edir ki, həmin ərəfədə onun səhhətində yaranan problemdə Malik, Orxan və ataları Nazimin hansısa rolu olmuşdur, onlar onu aradan götürmək üçün zəhərləmişlər. 2016-cı ilin yay aylarında yenidən bazarın sahibləri ilə görüşmüş, həmin şəxslər son olaraq 2016-cı ilin noyabr-dekabr aylarına kimi bazarı ona satacaqlarını demişlər. 2016-cı ilin sentyabr ayında Orxan Bakıda olarkən ona satmaq üçün Bakıdan Barnaula alma göndərməsi məqsədilə pul vermək istəmiş, Bakıda bir nəfər dostunda 210.000 (iki yüz on min) ABŞ dolları pulu olduğu üçün həmin dostu ilə danışıb, pulu əmisi oğlu Şahid4, sonuncuya isə Akifin vasitəsilə Orxana çatdırmasını tapşırmış, Akif həmin məbləğdə pulu Orxana vermişdir. Bundan başqa dostu Varis də özündə olan ona məxsus 40.000 (qırx min) ABŞ dollarını onun sözü əsasında Bakıda qardaşı Akifə, sonuncu da yenə onun tapşırığı ilə həmin pulu Bakıda Orxana vermişdir. Orxan həmin pula Bakıdan və Moskvadan Barnaula yük avtomobilləri ilə alma və digər meyvələr göndərmiş, əldə olunan 300.000 (üç yüz min) ABŞ dolları Malikin bankda olan seyfinə qoyulmuş, beləliklə Malikə verdiyi 250.000 (iki yüz əlli min) ABŞ dolları ilə birlikdə, cəmi 550.000 (beş yüz əlli min) ABŞ dolları pul yığılmış, daha sonra bazarın alınması üçün pul yığılması davam etmiş və bazada olan gəlirdən bankda olan seyfə pul qoyulmasını Orxanla Malikə tapşırmışdır. Bakıdan Barnaula meyvə göndərmək işini qardaşı Akif tapşırmamağının səbəbi o idi ki, Akif 2015-ci ildən «Sədərək» ticarət mərkəzində meyvə biznesini idarə edirdi, öz işləri vardı. Beləliklə 2016-cı ilin noyabr ayında Malik bank seyfində təxminən (səkkiz yüz min) ABŞ dolları pul olduğunu demiş, lakin bu dəfə bazarın sahibləri bazarı satmaqdan imtina etmişlər. Buna görə də, həmin pulun üzərini düzəldib, təxminən 1.000.000 (bir milyon) ABŞ dollarını Bakıya göndərib burada iş qurmaq istəmişdir. Maliklə Orxan bunu görüb demişər ki, guya həmin pulun bir hissəsini yenidən dövriyyəyə buraxıblar, az müddət sonra yenidən pulu toplayacaqlar. Ondan xəbərsiz belə bir iş gördükləri üçün etirazını bildirmiş, həmin vaxtdan Orxanla Malik onunla görüşdən qaçmağa başlamış, ona müxtəlif yalanlar demişlər, niyyətləri guya əlavə pul qazanmaq istəməkləri olmuşdur. Dövriyyəyə özü nəzarət etdiyindən əlavə pul daxil olmadığını bilmiş və artıq Maliklə Orxanın onu aldadıb bankın seyfində olan təxminən 800.000 (səkkiz yüz min) ABŞ dollarını ələ keçirdiklərini başa düşmüşdür. Malikdən birlikdə gedib bankda olan seyfə baxmağı tələb etmiş, lakin Malik hər dəfə müxtəlif bəhanələr gətirməklə onunla banka getməkdən yayınmışdır. Həmin ərəfədə Sərxan adlı sürücü ona demişdir ki, 2015-ci ildə Malikgil bazada olan yük avtomobillərini X41nə aparıb-gətirmişlər. Sərxanın dediyi məsələni araşdırmış və məlum olmuşdur ki, onun adına olan altı-yeddi yük avtomobili adından qeyri-qanuni yolla çıxarılaraq Orxanın və başqa bir neçə nəfərin adlarına keçirilmiş, lakin həmin illər ərzində maşınlar bazada işlədiyi üçün bundan şübhələnməmişdir. Bundan sonra bir neçə il əvvəl bazanın dövriyyəsindən əlavə Orxana saxlamaq üçün verdiyi 180.000 (bir yüz səksən min) ABŞ dolları pul barədə ondan soruşmuş, Orxan həmin pulu dövriyyəyə buraxdığını demiş, onun sözlərinə inanmamışdır. Artıq Malik və Orxanla münasibətləri tam pozulduğundan onlardan pullarını tələb etmiş, Orxan onu övladlarını oğurlamaq və avtomobilini yandırmaqla hədələmiş, risk alaraq «oğlumun oxuduğu məktəbi tanıyırsan, cəsarətin çatırsa get oğurla» deyib, onun dediklərinə məhəl qoymayaraq, Orxandan Bakıda aldığı iki ədəd evi də boşaltmağı tələb etmişdir. Orxan evlərin öz adlarına olduğunu və oradan çıxmayacaqlarını demişdir. Onun bu barədə 2017-ci ilin əvvəllərində məlumatı olmuşdur. Dərhal Akifə zəng vurub bu barədə soruşmuş, Akif də evlərin Malikin və Orxanın adına rəsmiləşdirilməsini bildirmişdir. Bakıda olan üç evindən birini kirayə vermiş, digər iki evdə isə Orxan və Malikin arvadlarının cehiz əşyaları olduğundan gəlinlər həmin evlərə daxil olmağa icazə verməmişlər. Malik birinci arvadından boşandıqdan sonra ikinci dəfə ailə qurmuş və arvadı cehizlərini Malikin onun pulu ilə almış olduğu evə gətirmişdir. Akifin deməsinə görə Malikgil evləri alanda xahiş etmişlər ki, evləri öz adlarına alsınlar və ailələri evlərin onlara məxsus olduqlarını bilsinlər. Akifə hər iki evlə bağlı mülki etibarnamə verilmişdir ki, istənilən vaxt evləri onun adına keçirmək mümkün olsun. Bununla belə həmin evlərdə Orxan və Malikin arvadlarının cehizləri olduğuna və arvadların həmin evlərin onların adına olmamasını bilmədiklərindən Akif evləri öz adına keçirməmişdir. Yoxsa ki, Azərbaycanda olduğu hər ilin üç ayında Akif evləri onun adına keçirə bilərdi. Akifdən evi etibarnamə əsasında Malikin adından Orxanın adına keçirməsinin səbəbini soruşduqda, Akif bildirmişdir ki, Orxanla Malik ona demişlər ki, «evi adımıza keçirmək məsələsini dayımız bilir, biz onunla söhbəti həll edəcəyik». Malikin adına 2008-2009-cu illərdə bank əməliyyatları aparmaq istisna olmaqla, Rusiyadakı əmlakının idarə olunması, əmlak- ev, torpaq alınması ilə bağlı etibarnamələr vermişdir, Orxana isə etibarnamə verdiyini xatırlamır. Əmisi oğlu Barnaulda onun adına aldığı avtomaşınları sonradan onun Malikə verdiyi etibarnamə əsasında Malikgilin adına keçirmiş, bu barədə biləndə əmisi oğlundan tələb etmişdir ki, maşınları necə Malikgilin adına keçirib, eləcə də geri qaytarsın. Bundan sonra avtomaşınlar onun adına keçirlmiş, lakin sonra saxta sənədlərlə yenidən Malikgilin adına rəsmiləşdirilmişdir. Malikə 2017-ci ilin sonu 2018-ci ilin əvvəllərində verdiyi etibarnamə əsasında maşınları satılmışdır. Bütün bunları biləndən sonra Malikgillə aralarında beş saatlıq videoçəkilişlə hesabat aparılmış, həmin vaxt 1.900.000 (bir milyon doqquz yüz min) ABŞ dollarının hesabatı müzakirə olunmuş, lakin videoçəkiliş Maliklə Orxan tərəfindən özlərinə sərf edəcək qədər qısaldılmışdır. Həmin videonu o, çəkməmiş və videolentləri cırmamışdır. Həmin vaxt avtomaşınların, Bakıdakı torpaqların, 6.000.000 (altı milyon) dəyərində Barnauldan alınan torpağın Malikgilə məxsus olmasını, Orxanın ona cəmi 97.000 (doxsan yeddi min) rubl borclu qalmasını etiraf etməmişdir. Həmin gündən Malikgillə münasibətləri daha da pisləşmiş, Malikgil onu hədələyib bazaya buraxmamış, bazanı ələ keçirmişlər. Malikgil ona demişlər ki, ətraflarında çoxlu himayədarlıq edənlər, kriminal aləmdə dostları var, uzaq olsun. Belə olan halda Barnaulda Polis İdarəsində Cinayət axtarış şöbəsinin rəisi olan tanışına şifahi olaraq bacısı oğlanları tərəfindən aldadıldığını, lakin onların tutulmasını istəmədiyini bildirərək xahiş etmişdir ki, onları çağırıb xəbərdarlıq edərək pulları qaytarmağı tələb etsin. X23 İdarəsinə çağırılmış, lakin heç bir nəticəsi olmamışdır. Bir müddət sonra Barnaulda Eldar adlı şəxs ona «Amil sənin mənə can borcun var» deyərək Maliklə Orxanın onu öldürmək istədiklərini və özünün onlara mane olduğunu demiş, bundan bərk əsəbləşərək 2018-ci ilin əvvəllərində birbaşa Polis İdarəsinə gedib Malik və Orxan tərəfindən maşınların və külli miqdarda pulun ələ keçirilməsi barədə yazılı şikayət ərizəsi vermişdir. Ərizədə Orxangilin dövriyyədə olan pulu ələ keçirmələri barədə qeyd etsə də, Bakıda Malikə və Orxana ayrı- ayrılıqda verdiyi 250.000 (iki yüz əlli min) ABŞ dolları barədə göstərməmişdir. Səbəb onlara həmin pulları Bakıda verməsi olmuşdur. Bundan başqa polisə müraciət edərkən şikayətində çox məsələləri qeyd etməməsinə səbəb vergidən yayınması idi, polis bunu üzə çıxarıb vergi idarəsinə məlumat göndərsəydi müflis olardı. Şikayəti əsasında Polis İdarəsində araşdırma başlanmış, bazada axtarışa başlanılmış, Malik və Orxan saxlanılıb polisə aparılmışlar və ondan oğurladıqları maşınlar cərimə meydançasına gətirilmiş, üzərlərinə həbs qoyulmuşdur, Orxanın seyfindən pulları götürülmüşdür. Onlara xəbər göndərmişdir ki, «məni öldürmək istəyən gəlib öldürsün». Sonra Bakıya gəlib, burada onun pulu ilə alınan iki evə gedib baxmış, hər iki evdə heç bir təmir işləri aparılmadığını görmüşdür. Bu vaxt Orxanın ondan təmir adı ilə aldığı 50.000 (əlli min) ABŞ dollarını da ələ keçirməsini başa düşmüş, bu barədə soruşduqda Orxan evin təmir edilmədiyini və təmir puluna mağazaya mal vurduğunu demişdir. Araşdırma gedişində Orxanın dostu Valerik Akopcanyan adlı bir nəfərin vasitəçiliyi ilə Orxan və Malik onunla görüşüb üç ay ərzində pulunu qaytaracaqlarına söz verdiklərindən polisdə ifadəsini onların xeyrinə dəyişmiş, lakin Orxangil vədlərinə əməl etmədiyi üçün 2018-ci ilin axırlarında Barnaulda polisə gedib yenidən şikayət vermişdir. Rusiyadakı cinayət işinə 25 dekabr 2019-cu ildə xitam verilmişdir. Həmin qərarı dəqiqliklə oxumamışdır. Onun şikayəti əsasında Orxanın otağından götürülən pullar Orxangil onu sözlə aldatdıqları üçün ərizə yazması əsasında Orxana qaytarılmışdır. Belə ki, Orxanın otağından götürülən pulların və üzərinə həbs qoyulmuş avtomobillərin Orxana qaytarılması barədə ərizə yazmışdır. Bakıda 2019-cu ilin yanvar ayının əvvəllərində Orxan və Malikin onun evlərini ələ keçirmələri barədə ərizə yazmış, ilkin ərizədə onlara verdiyi 500.000 (beş yüz min) ABŞ dolları ilə bağlı göstərməmişdir. Həmçinin Malik və Orxanın Barnaulda ona vurduqları 790.000 (yeddi yüz doxsan min) ABŞ dolları maddi ziyan barədə bildirməmişdir, çünki, həmin epizodlar Azərbaycanda baş verməmiş, Barnaulda olmuşdur. Bu səbəblərdən ilkin izahatında ona dəymiş ziyanın məbləği 240.000 (iki yüz qırx min) ABŞ dolları göstərilmiş, 50.000 (əlli min) ABŞ dolları barədə sonradan bildirmişdir. Səbəb o idi ki, evlərin alınması üçün pulları bank vasitəsilə göndərmişdir və bank sənədləri ilə həmin məbləğlərin verilməsi daha rahat sübut olunacaqdır. Malik və Orxana ayrı-ayrılıqda verdiyi 250.000 (iki yüz əlli min) ABŞ dolları barədə araşdırma zamanı izahatında bildirmişdir. Bakıda aldığı evlər onun adına alınmalı olduğu halda belə olmamış, lakin hər iki evin açarı həmişə onda olmuş, 2010-2011 -ci illərdə Bakıya gələndə həyət evi olduğu üçün bir neçə ay Malikin, bir ay da Orxanın qaldığı evdə yaşamışdır. Malikgil həmin vaxt Barnaulda olmuşlar. Bundan başqa Malikgil onun birgə meyvə alqı-satqısı ilə məşğul olan tanışları Yavar və Nizami adlı şəxslərə də maddi ziyan vurmuşlar. Belə ki, 2017-ci ildə Malikgillə aralarında yaranmış problemlə əlaqədar bazadan uzaqlaşdırıldığı vaxt Yavərlə Nizami mal göndərməkdə davam etmişlər və Orxangil gələn malın pulunu verməməklə Yavərə 119.500 (bir yüz on doqquz min beş yüz) ABŞ dolları, Nizamiyə isə 38.500 (otuz səkkiz min beş yüz) ABŞ dolları borclu qalmışlar. Yavərlə Nizami həmin məbləğdə pulları ondan tələb etməyə başlamışlar, çünki onu tanıyırdılar və onunla iş birlikləri vardı. Məcbur olub Yavərlə danışmış, Yavər Nizamiyə 38.500 (otuz səkkiz min beş yüz) ABŞ dolları dəyərində banan göndərmiş və Nizamiyə olan borc bağlanmışdır. Hazırda Yavər ondan həm özünün, həm də Nizamiyə göndərdiyi malın pulunu tələb edir. O, isə Orxangildən pullarını ala bilmir. Bundan başqa 2019-cu ilin avqust ayında Bakı şəhəri Nizami Rayonu 24-cü Polis Bölməsində araşdırma zamanı Orxan Bakıxanov qəsəbəsində yerləşən «Gülüstan» restoranında təşkil etdiyi görüşdə onu yenə hədələmiş, 90-009 nömrəli bahalı maşınını və həyət evini qorumağı «məsləhət» görmüşdür, burada çoxlu dostları var və guya onlar Orxanın yolunda ölməyə belə hazırdırlar. Orxangil ondan oğurladıqları pullara min iki yüz ədəd inək, iki min baş qoyun və bir rayon qədər torpaq almışlar. Onun Orxanı tutdurmaq fikri olmamış, Orxan özü qanunsuz olaraq ölkə sərhəddindən qaçmaq istəyərkən tutulmuşdur. Orxan və Malikin tutulmaları üçün 50.000 (əlli min) ABŞ dolları məbləğində xərc çəkməmişdir və ona qarşı belə bir fikrin səsləndirilməsi düzgün deyil. Əksinə Orxangil onun vəkilinin cibinə pul qoymuşlar ki, vəkil onlarla əlbir olsun. Ona qarşı dələduzluq əməllərini Maliklə Orxan etdiyi üçün şikayət ərizələrində onların atası Nazimin adını qeyd etməmişdir. Malikgillə aralarında olan pul məsələlərinin qeydiyyatını apardığı qeyd dəftərini ibtidai istintaq zamanı təqdim etmiş, lakin həmin qeyd dəftərlərin cinayət işinin materiallarına əlavə edilib-edilməməsini xatırlamır. İbtidai istintaq zamanı ona bu və ya digər formada təzyiq göstərilməmişdir, hazırki iş üzrə verdiyi bütün izahat və ifadələrini təsdiqləyir. Lakin izahat və ifadələrində Malikin öz pulu ilə özünə ev alması, onun razılığı ilə puluna aldığı evi adına rəsmiləşdirməsi, Malikin adına olan evi Elçinin alması, Bakıda alınan iki evin təmiri üçün Orxana verilən 50.000 (əlli min) ABŞ dollarının bank vasitəsi ilə göndərilməsi, həmin pulun təyinatı üzrə xərclənmədiyini bildikdən sonra Orxangillə görüşüb bu pulların qaytarılmasına dair razılığa gəlmələrini deməmişdir, çünki, belə bir hallar olmamışdır. Hazırda Təqsirləndirilən şəxs şikayətçidir və onun tərəfindən ona dəymiş maddi və mənəvi ziyanın ödənilməsini tələb edir. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs qardaşı, Təqsirləndirilən şəxs isə bacısı oğludur. Amil uzun illərdir Rusiya Federasiyasının Barnaul şəhərində yaşamış, ticarətlə məşğul olmuşdur. Amil orada işləyib özünə müəyyən şərait qurduqdan sonra qohumlarını, o cümlədan bacısı Nazəninin əri Nazim Məhərrəmov və oğlanları Maliklə Orxanı da yanına aparıb işlə təmin edib, onlara köməklik etmişdir. Amil Rusiyada işləyib maddi cəhətdən imkan əldə etmiş, onun və demək olar ki, nəsilə yardım əli uzatmışdır. Buna baxmayaraq o, böyük qardaş kimi nəslin ağsaqqalıdır. Amil Rusiyada olarkən Bakı şəhərinə nə göndərirdisə, hamısını o yerbəyer etmiş, yol göstərən olmuşdur. Amilin Rusiyadan ona göndərdiyi pulların sayı-hesabı yoxdur. Hadisə ilə əlaqədar onu bildirir ki, vəziyyətin bu yerə gəlib çıxmasında onun da günahı böyükdür, bacısı oğlu Orxana inanmaqda səhvə yol vermişdir. O, ailədə, nəsildə olan bütün çatışmazlıqları Amilin hesabına edirdi, Amil olmasaydı elə bir gücü olmazdı. Amil onun qardaşı olsa da, onu özünə ata bilmiş, hətta əmiləri, dayıları, bütün nəsil Amilə ata demiş, onu bir böyük kimi sayıb seçmişlər. Amilin hamıya maddi cəhətdən etdiklərini nəinki o, heç kim edə bilməzdi, bu günkü gündə nəfəs alırlarsa, bu Amilin hesabınadır. X42 əməlindən peşiman olduğunu deyib üzr istəsə nəslin ağsaqqalı olaraq söz verir ki, Amil onun sözündən çıxmayıb, Orxanı bağışlayacaqdır. Orxana 250.000 (iki yüz əlli min) ABŞ dolları məbləğində pul verməmiş, həmçinin Şahid2 tərəfindən Orxanla Malikə həmin məbləğdə pul verilməsində iştirak etməmişdir. Bakıda alınan və hazırki iş üzrə mübahisələndirilən evlərin kimə məxsus olmasını bilmir. İbtidai istintaq zamanı ifadənin yerində yoxlanılması istintaq hərəkətinin həyata keçirilməsində iştirak etməmişdir. Birinci instansiya məhkəsində Şahid1 ibtidai araşdırma orqanına verdiyi ifadə ilə məhkəmədə verdiyi ifadə arasında ziddiyətlər olduğu üçün onun ibtidai araşdırma orqanına verdiyi ifadəsi elan edilmişdir. O, həmin ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs onun qardaşıdır, Amil uzun illərdir ki, Rusiya Federasiyası Barnaul şəhərində yaşayıb orada ticarətlə məşğul olmuşdur. Amil orada işləyib özünə müəyyən şərait qurduqdan sonra bacısı Nazəninin həyat yoldaşı Nazim və daha sonra sonuncunun oğlanları Malik və Orxan da Amilin yanına getmiş və Amil orada onları işlə təmin edib köməklik etmişdir. Təxminən 2008-ci ilin axırlarında Amil ona demişdir ki, Bakı şəhərində ev almaq istəyir və bildirmişdir ki, o, həmin vaxtı Bakıda olan Maliklə birlikdə münasib ev tapsın. Amil demişdir ki, Malik ailə quracaq və müvəqqəti olaraq həmin alınan evdə yaşayacaqdır. Maliklə bir neçə satılan evə baxmış, nəticədə Suraxanı qəsəbəsi ərazisində münasib qiymətə çıxarışı olan həyət evi tapmışlar, ev 120.000 (bir yüz iyirmi min) ABŞ dollarına satılırdı. Bu barədə Amilə demiş, sonuncu pulu göndərəcəyini bildirmişdir. Sonra ona məlum olmuşdur ki, Amil, qaynı Elçinin adına bank vasitəsilə pul göndərmiş, daha sonra o, Elçin və Malik Suraxanıda satılan evin yaxınlığında görüşmüşlər. Elçin 120.000 (bir yüz iyirmi min) ABŞ dollarını Malikə vermiş və çıxıb getmişdir. Həmin ərəfədə Malik ona demişdir ki, evlənmək istəyir, lakin evi olmadığı üçün istədiyi qızı vermirlər və ondan xahiş etmişdir ki, Amilin aldığı evi sonuncunun öz adına rəsmiləşdirilsin, lakin bunu Amil bilməsin. Malik bildirmişdir ki, evlə bağlı ona etibarnamə verər, qız evinə evin sənədini göstərib işləri həll etdikdən sonra istənilən vaxt evi Amilin adına keçirər. Amillə bu barədə razılaşmadan Malikə razılıq vermişdir. Daha sonra Malik həmin evi Amilin göndərdiyi 120.000 (bir yüz iyirmi min) ABŞ dollarına almış və ona da bütün əmlakı ilə bağlı mülki etibarnamə vermişdir. Bir müddət sonra Amil demişdir ki, Bakıda yenə ev almaq istəyir, Orxan da ailə qurmalıdır və Orxan evlənib müvəqqəti olaraq Amilin aldığı ikinci evdə qalacaqdır. Orxanla birlikdə bir neçə evə baxıb 8ci km. bazarı yaxınlığında hündürmərtəbəli binadan ikiotaqlı mənzil bəyənmiş və mənzil 120.000 (bir yüz iyrmi min) ABŞ dollarına satılırdı. Yenə həmin qaydada Amil Elçinə bank vasitəsilə pul göndərmişdir. Elçin onun yanında «Neftçilər» metrosunun yaxınlığında Orxana 120.000 (bir yüz iyirmi min) ABŞ dolları pul vermişdir. Orxan həmin vaxtı ondan xahiş etmişdir ki, mənzil müvəqqəti olaraq öz adına rəsmiləşdirilsin ki, evləndiyi qızın ailəsi evlə bağlı narazılıq etməsinlər və Orxan da ona etibarnamə verər ki, istənilən vaxtı mənzili Amilin adına keçirə bilsin. Orxan onun bacısı oğlu olduğu üçün və ailə qurmasında problem olmasın deyə buna etiraz etməmiş, lakin yenə də Amilə bu barədə heç nə deməmişdir. Həmin vaxtlar Malik və Orxan Amilin yanında işləmiş, münasibətləri çox yaxşı olmuşdur. Orxanın mənzilinin alınması prosesində iştirak etmişdir. Malik ailə qurduqdan bir müddət sonra ailəsində problem çıxmış və onlar boşanma ərəfəsində olmuşlar. Orxan həmin vaxtı ona təklif etmişdir ki, Malikin adına olan Amilin evi ilə bağlı boşanma prosesində bir problem çıxmaması üçün boşanma olmamışdan əvvəl həmin evi Orxanın adına keçirsin. Həmin ərəfədə Amil özü Bakıda olmadığı üçün evin Orxanın adına keçirilməsinə razılıq vermişdir. Amil Bakıda olsaydı evi Amilin adına keçirdəcəkdi. Malikin onda olan baş etibarnaməsi vasitəsilə həmin evi Orxanın adına keçirtmişdir. Daha sonra Malik ailəsindən rəsmi ayrılmış, evlə bağlı bir problem çıxmamışdır. Lakin sonralar başı qarışdığı və səhlənkarlıq edib ciddi əhəmiyyət vermədiyi üçün hər iki ev Orxanın adında qalmış, evləri Amilin adına keçirtməmişdir. Daha sonra 2016-cı ilin sentyabr ayının axırlarında Amil ona demişdir ki, Bakıda olan əmisi oğlu Şahid4 ona 210.000 (iki yüz on min) ABŞ dolları pul verəcəkdir. Həmin pul Orxana verilməlidir. Həqiqətən də Ziya ona 210.000 (iki yüz on min) ABŞ dolları pul vermiş və o Orxanla, özünün yaşadığı məhəllədə görüşərək təklikdə Orxana 210.000 (iki yüz on min) ABŞ dolları pul vermişdir. Bir neçə gün sonra yenə 2016-cı ilin sentyabr ayının axırlarında Amil ona demişdir ki, Varis adlı dostu ona 40.000 (qırx min) ABŞ dolları pul verəcəkdir. Həmin pul Orxana verilməlidir. Varisdən 40.000 (qırx min) ABŞ dollarını alıb yenə öz yaşadığı məhəllədə Orxana vermişdir. Həmin pulların konkret nə səbəbdən Orxana verilməsini bilməmiş, amma təxmin etmişdir ki, hansısa ticarət işi ilə bağlı verilir. Sonrakı vaxtlarda Amil, Malik və Orxandan narazılıq etmişdir ki, onlar Amili aldadır və pullarını ələ keçirirlər. Söhbətin dərinliyinə getməmiş, sonra bilmişdir ki, Amil Malikin və Orxanın hər iki evdən çıxmasını tələb etmiş, Orxangil isə evlərin onların adına olduğunu deyib çıxmayacaqlarını demişlər. Amil ondan bu barədə soruşmuş, o etiraf etmişdir ki, həqiqətən də Malik və Orxanın xahişi ilə evlərin onların adına rəsmiləşdirilməsinə etiraz etməmişdir. Amildən xəbərsiz iş tutduğuna görə bir müddət küsülü qalmışlar. Amilin aldığı hər iki evin açarı onda olmuş və həmin açarları o vaxtdan Amilə vermişdir. Əlavə dindirilərkən ifadəsində göstərmişdir ki, verdiyi əvvəlki ifadədə qardaşı Zərərçəkmiş şəxs məxsus 120.000 (bir yüz iyirmi min) ABŞ dolları məbləğində pul vəsaiti Şahid2 tərəfindən Təqsirləndirilən şəxs 2009-cu ilin sentyabr ayında verilmişdir. Həmin tarixi Elçinin sözünə görə demişdir, çünki Orxana pulun verilməsini dəqiq xatırlasa da, verilmə tarixini xatırlamamışdır. İstintaq şöbəsində şahid qismində ilk ifadəni verməzdən öncə pulun Orxana verilmə tarixi barədə Elçindən soruşmuş, Elçin təxminən 2009-cu ilin sentyabr ayı olduğunu ona demişdir. Ona görə də ilk ifadəsində o cür göstərmiş, sonra isə, yəni bu günlərdə Amildən eşitmişdir ki, Elçin Orxana pulu verdikdən sonra özündə qeydiyyat apamış və həmin qeydiyyat vərəqəsindən məlum olmuşdur ki, 120.000 ABŞ dolları Orxana 2010-cu ilin yanvar ayında verilmişdir. Birinci instansiya məhkəməsində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, yeznəsi Zərərçəkmiş şəxs ilə münasibəti normaldır. Zərərçəkmiş şəxs uzun illərdir ki, Rusiya Federasiyasının Barnaul şəhərində ticarətlə məşğul olurdu. Amil özü Barnaul şəhərində olduğu vaxtda Bakı şəhərinə aid müəyyən işləri olanda ona demiş, o da deyilən işləri həll etmişdir. 2008-ci ilin noyabr ayında Amil Barnauldan ona zəng vurub pul göndərəcəyini və pulu Bakıda dediyi adamlara verməli olduğunu demiş, pulu qəbul etmək üçün "xxxx" ASC-yə gedərək orada öz adına şəxsi hesab açdırmasını tapşırmışdır. 07 noyabr 2008-ci il tarixdə həmin banka gedib öz adına hesab açdırmışdır. Bir müddət sonra Amil ona həmin hesaba pul göndərməsini demiş, o da banka gedib həmin pulu çıxartmışdır. Amil ona adına yenə pul göndərəcəyini və müəyyən məbləğ yığılandan sonra həmin pulu Bakı şəhərində deyəcəyi adama verməsini bildirmişdir. Amil onun hesabına pul köçürdükcə ona demiş, o da gedib həmin məbləğləri çıxartmışdır. Təxminən 100.000 (bir yüz min) ABŞ dollarından artıq pul yığılmışdır. Səhv etmirsə 2009-cu ilin yanvar ayında Amil ona demişdir ki, yığılan pulun 120.000 (bir yüz iyrmi min) ABŞ dollarını Amilin bacısı oğlu X9 versin. Bundan sonra Maliklə Bakı şəhəri Suraxanı rayonu, Suraxanı qəsəbəsinə gedən yolda «Lukoil» yanacaqdoldurma məntəqəsinin yaxınlığında görüşərək, ona 120.000 (bir yüz iyrmi min) ABŞ dolları pul vermişdir. Həmin vaxtı Amilin qardaşı Şahid1 da onun yanında olmuşdur. Həmin pulun Malikə verilmə səbəbini bilməmişdir. Ümumiyyətlə Amilin işlərinə qarışmamış, sadəcə bir qohum kimi işlərində köməklik etmişdir. Amil özü də ona Malikə nə üçün pul verməlisini deməmişdir. Sonra Amil yenə həmin bank hesabına pul göndərmiş və göndərdikcə ona demiş, o da pulları bankdan çıxarıb özündə saxlamışdır. Növbəti dəfə Amil ona zəng vurub demişdir ki, yığılan puldan 120.000 (bir yüz iyrmi min) ABŞ dollarını Amilin bacısı oğlu Təqsirləndirilən şəxs versin. Orxan Malikin kiçik qardaşı idi. Orxanla «Neftçilər» metrosu yaxınlığında görüşüb ona 120.000 (bir yüz iyrmi min) ABŞ dolları vermişdir. Orxana hansı səbəbə görə pul verilməsini bilməmiş, Amildən də bu barədə soruşmamışdır. X36 yanında işləmişlər. Həmin pulları Amil bank vasitəsilə ona göndərmiş və həmin pullar Amilə məxsus olmuşdur. Lakin o pulu bankdan çıxardanda həmin məbləğin Rusiyada konkret kimin adından hesaba köçürülməsini bilməmişdir. Ona görə də, həmin məbləğlərin Məhəbbət Məhərrəmov, Nazim Məhərrəmov, Ramil Alıyev, X14 və ya hər hansı digər şəxslər tərəfindən hesaba köçürülməsi barədə məlumatsız olmuşdur. Çox güman ki, Amil pulu onun hesabına köçürmək üçün həmin şəxslərə verib, onlar da banka gedib pulu onun adına göndərmişlər. Amildən başqa Rusiyadan ona pul göndərən olmamışdır. Adları sadalanan digər şəxslər ümumiyyətlə ona öz pullarını göndərə bilməzdilər, çünki həmin şəxsləri tanımamış və heç bir əlaqəsi olmamışdır. Bundan başqa Malikin verdiyi etibarnamə əsasında ünvan 9 ünvanda yerləşən fərdi yaşayış evinin 27 fevral 2009-cu il tarixdə baş tutan alqı-satqısında iştirak edərək AN-İN0177972 nömrəli müqaviləyə imza etmişdir. Bunu da Amilin və Malikin xahişi ilə etmişdir. Həmin vaxt Malik Bakıda olmadığı üçün ona verilmiş etibarnamə əsasında alqı-satqını həyata keçirtmişdir. Bilirdi ki, ev onsuzda qohumu Amil üçün alınır, ona görə də, bunu etirazla qarşılaya bilməzdi. Həmin ev təxminən 80.000 (səksən min) ABŞ dollarına alınmış, lakin rüsumlardan azad olmaq üçün müqavilədə qiymət az göstərilmişdir. 120.000 (bir yüz iyrmi min) ABŞ dollarından qalan 40.000 (qırx min) ABŞ dolları isə Malikin özündə qalmışdır. İş üzrə hələ ibtidai istintaq zamanı yaşadığı evdə kitab rəfində səliqə-səhman yaradarkən təsadüfən ona məxsus «Məad-ölümdən sonrakı həyat» adlı kitabının vərəqələri arasından üzərində Orxana və Malikə verdiyi pulların qeydiyyatını apardığı kağız parçasını tapmışdır. Həmin kağız parçasında yazdığı qeydlər təsdiq etmişdir ki, o, 19 yanvar2009-cu il tarixdə Malikə 120.000 (biryüz iyrmi min) ABŞ dolları, 22 yanvar2010-cu il tarixdə isə Orxana 120.000 (biryüz iyrmi min) ABŞ dolları məbləğində pul vermişdir. Həmin kağızda yalnız özü üçün qeydiyyat aparmışdır ki, yadında qalsın. Kağızı nə Orxana, nə də Malikə imza etdirmişdir. Onlarla qohum olduğu üçün utanmışdır ki, öz dayılarının verdiyi pula görə kağızı onlara uzadıb imza atdırsın. Həmin qeydləri sırf özü üçün yazıb kağızı yaddaş vərəqəsi kimi saxlamışdır. Bu kağızın olmasından Amilin belə xəbəri olmamışdır. Kağız parçasını kitabın arasından tapdıqdan sonra Amilə bu barədə məlumat vermişdir. Əlində olan qeyd kağızına əsasən dəqiq olaraq bildirir ki, Malikə 120.000 (biryüz iyrmi min) ABŞ dollarını 19 yanvar 2009-cu il tarixdə, Orxana 120.000 (biryüz iyrmi min) ABŞ dollarını isə 22 yanvar 2010-cu il tarixdə vermişdir. Malikə verdiyi 120.000 (bir yüz iyrmi min) ABŞ dollarının (səksən min) ABŞ dollarına ev alınmış, qalan 40.000 (qırx min) ABŞ dollarının aqibəti barədə isə məlumat yoxdur. İş materiallarına əlavə edilmiş vətəndaş Zərərçəkmiş şəxs Azərbaycan Respublikası Daxili İşlər Nazirliynin Bakı şəhəri Baş Polis İdarəsinə ünvanladığı 04 yanvar 2019-cu il tarixli ərizədən görünür ki, X16 və sonuncunun oğlanları Orxan, Malik Məhərrəmovlar tərəfindən aldadılaraq aralarındakı səmimi münasibətdən istifadə edərək 290.000 (iki yüz doxsan min) manat məbləğində ələ keçirdikləri pulunun sözügedən şəxslər barəsində qanuni tədbirlər görməklə geri qaytarılmasını xahiş etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhəri Nizami Rayon Polis İdarəsinin 24-cü Polis Şöbəsinin 28 fevral 2019-cu il tarixli qərarından görünür ki, Zərərçəkmiş şəxs Orxan və Malik Məhərrəmov qardaşları tərəfindən aldadılaraq 290.000 (iki yüz doxsan min) ABŞ dolları pulunun ələ keçirilməsi barədə şikayət ərizəsi əsasında toplanmış material üzrə əməldə cinayət tərkibi müəyyən olunmadığı üçün cinayət işinin başlanması rədd edilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Baş Prokurorluğu Bakı şəhəri Nizami Rayon Prokurorluğunun 29 avqust 2019-cu il tarixli qərarından görünür ki, Zərərçəkmiş şəxs Orxan və Malik Məhərrəmov qardaşları tərəfindən aldadılaraq 240.000 ABŞ dolları pulunun ələ keçirilməsi barədə şikayət ərizəsi əsasında toplanmış material üzrə Bakı şəhəri Nizami Rayon Polis İdarəsinin 24-cü Polis Şöbəsinin 28 fevral 2019-cu il tarixli əməldə cinayət tərkibi müəyyən olunmadığı üçün cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarı əsassız olduğundan ləğv edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X41 İdarəsinin 25 sentyabr 2019-cu il tarixli 016-89052-1219 saylı məktubunun surətindən görünür ki, DİN-nin BDYPnin Qeydiyyat-imtahan İdarəsinin kompüter uçot bazasına görə xx xxxxxx 1986-cı il təvəllüdlü Təqsirləndirilən şəxs adında və onun tərəfindən özgəninkiləşdirilən nəqliyyat vasitəsi qeydiyyatdan keçmir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyi Dövlət Əmlakının İdarə olunması və Özəlləşdirilməsi Departamentinin Mülkiyyət hüquq haqqında 29 iyun 2005-ci il tarixli şəhadətnaməsinin kserosurətindən görünür ki, Zərərçəkmiş şəxs Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti 73 ünvanda yerləşən doqquz mərtəbəli binanın birinci mərtəbəsindəki 445,4 kvadratmetr qeyri-yaşayş sahəsinin Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada mülkiyyətçisidir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər Baş Polis İdarəsinin İstintaq və Təhqiqat İdarəsinin Ağır Cinayətlərin İstintaqı Şöbəsinin 08 oktyabr 2019-cu il tarixli protokolundan görünür ki, Təqsirləndirilən şəxs həmin gün Azərbaycan Respublikasırnın Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin **********13 saylı, 08 oktyabr 2019-cu il tarixli məktubundan görünür ki, xidmətin ərazi idarələrində mövcud arxiv materiallarına əsasən Təqsirləndirilən şəxs adına Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, “Şərq” 2704 küçəsi 78a saylı fərdi yaşayış evi, X6 adına Bakı şəhəri, Şıxlinski küçəsi, ev 13, mənzil 23; Zərərçəkmiş şəxs adına Bakı şəhəri, Nizami rayonu, M.Abbasov küçəsi, ev 6b, 6 saylı mənzil; Bakı şəhəri, Nizami rayonu, Nəsimi küçəsi, ev 32a, 78 saylı mənzil, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, M.Vəkilov küçəsi 2C saylı fərdi yaşayış evi qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətlərindədir. Bakı şəhəri, Nizami rayonu, E.Süleymanov küçəsi, ev 124, 29 saylı mənzil 9 saylı DNK-nın 4Ə-6/764 reyestr saylı 15 iyul 2010-cu il tarixli alqı-satqı müqaviləsinə əsasən Təqsirləndirilən şəxs adına qeydiyyatdan keçmiş, 53 saylı DNK-nın 40-904 reyestr saylı 29 sentyabr 2016-cı il tarixli alqı-satqı müqaviləsinə əsasən özgəninkiləşdirilmişdir. Bakı şəhəri, Suraxan rayonu, Qaraçuxur qəsəbəsi, “Şərq” 2704 küçəsi 78a saylı fərdi yaşayış evi 35 saylı DNKnın 4Ə/1-130 reyestr saylı 27 fevral 2009-cu il tarixli alqı-satqı müqaviləsinə əsasən X8 adına qeydiyyatdan keçmiş, 24 saylı DNK-nın 4Ə/1-85 reyestr saylı 10 fevral 2010-cu il tarixli bağışlama müqaviləsinə əsasən özgəninkiləşdirilmişdir. Bakı şəhəri, Nizami rayonu, C.Naxçıvanski küçəsi, ev 72, 17 saylı mənzil 18 saylı DNK-nın 4Ə-01-240 reyestr saylı 29 may 2014-cü il tarixli alqı-satqı müqaviləsinə əsasən Zərərçəkmiş şəxs adına qeydiyyatdan keçmiş, 18 saylı DNK-nın 4Ə-202 reyestr saylı 01 sentyabr 2015-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən özgəninkiləşdirilmişdir.Bakı şəhəri, Nizami rayonu, Nəsimi küçəsi, ev 32a, 64 saylı mənzil 18 saylı DNK-nın 17 aprel 2014-cü il tarixli 4Ə-01-179 reyestr saylı alqı-satqı müqaviləsinə əsasən Zərərçəkmiş şəxs adına qeydiyyatdan keçmiş, 4Ə-323 reyestr saylı 21 sentyabr 2019-cu il tarixli alqı-satqı müqaviləsinə əsasən özgəninkiləşdirilmişdir. Elektron daşıyıcılarının üzərinə toplanan məlumatlara əsasən mülkiyyət hüququ haqqında şəhadətnamə verilmişdir (sözügedən şəhadətnamənin özgəninkiləşdirilib-özgəninkiləşdirilməməsi barədə məlumat qeydə alınmamışdır). Zərərçəkmiş şəxs/445,4 kv.m/Gəncə prospekti 73/005483/29 iyun 2005. İş materiallarında olan «Elektron notariat» X2 çıxarışlardan aşağıdakı notariat hərəkətləri aşkar edilmişdir: 22 yanvar 2010-cu il tarixdə Şahid1 tərəfindən Təqsirləndirilən şəxs 90CM020 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi 6 saylı dövlət notariat kontorunda (bundan sonra “DNK") etibar edilmişdir; 09 fevral 2010-cu il tarixdə Təqsirləndirilən şəxs tərəfindən hüquqlarla bağlı Şahid1 24 saylı DNK-da etibarnamə verilmişdir; 08 sentyabr 2010-cu il tarixdə Təqsirləndirilən şəxs tərəfindən hüquqlarla bağlı X9 15 saylı DNK-da etibarnamə verilmişdir; 29 sentyabr 2016-cı il tarixdə «MuğanBank» SC-nin 2 saylı şöbəsindən 30.000 (otuz min) manat pulu alması, habelə buna dair digər sənədləşmələrdə iştirak etməsi üçün Təqsirləndirilən şəxs tərəfindən Şahid10 53 saylı DNKda etibarnamə verilmişdir; 27 yanvar 2009-cu il tarixdə X15 tərəfindən Şahid2 90CM020 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini 6 saylı DNK-da etibar edilmişdir; 21 avqust 2009-cu il tarixdə X15 tərəfindən Şahid1 15 saylı DNK-da bütün əmlak və hüquqlar etibar edilmişdir; 02 aprel 2015-ci il tarixdə Şahid2 tərəfindən X9 “Toyota Camry” markalı 90CM020 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi 18 saylı DNK-da etibar edilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı şəhəri 53 saylı Notariat Ofisinin 25 noyabr 2019-cu il tarixli 2205 saylı məktub və ona əlavə edilmiş sənədlərdən görünür ki, Təqsirləndirilən şəxs cinayət yolu ilə ələ keçirdiyi Bakı şəhəri, Nizami rayonu, E.Süleymanov küçəsi, ev 124-də yerləşən 29* saylı mənzili 29 sentyabr 2016-cı il tarixdə 53 saylı dövlət notariat kontorunda aqı-satqı edərək X1. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin **********59 saylı 09 dekabr 2019-cu il tarixli məktubu və ona əlavə edilmiş sənədlərdən görünür ki, Şahid17 Rayıf oğlunun mülkiyyətində olmuş Bakı şəhəri, Nizami rayonu, E.Süleymanov küçəsi, ev 124-də yerləşən 29 saylı mənzili 15 iyul 2010-cu il tarixdə 9 saylı dövlət notariat kontorunda alqı-satqı edərək Təqsirləndirilən şəxs satmasına dair mövcud sənədlər 09 dekabr 2019-cu il tarixli **********59 saylı məktubla Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən Bakı Şəhər Baş Polis İdarəsinin İstintaq və Təhqiqat İdarəsinə daxil olduğundan iş materiallarına əlavə edilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı Şəhər Baş Polis İdarəsinin 18 dekabr 2019-cu il tarixli 041-10459-1119 saylı məktubundan görünür ki, Təqsirləndirilən şəxs 06 iyul 2005-ci il tarixdən 27 avqust 2019-cu il tarixindək olan müddətdə mütəmadi olaraq Bakı Aeroportundan çıxış etməklə Rusiya Federasiyasına, bir dəfə Türkiyə Cümhuriyyətinə, bir dəfə isə Balakən sərhəddindən Gürcüstan Respublikasına gedib-qayıtmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən tərtib edilmiş tələbnamədən və hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs Ağır Cinayətlərə dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin 0842 saylı 06 sentyabr 2005-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 180.2.1-ci maddəsi ilə təqsirli bilinərək 4 (dörd) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş və həmin Məcəllənin 70-ci maddəsinə əsasən ona təyin olunmuş cəza 2 (iki) il sınaq müddəti ilə şərti hesab edilmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 83.1-ci maddəsinə əsasən Cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır.83.2. Barəsində cəza təyin edilməməklə və ya təyin edilmiş cəzadan azad edilməklə əlaqədar ittiham hökmü çıxarılmış şəxs məhkumluğu olmayan hesab edilir. 83.3. Aşağıdakı hallarda məhkumluq ödənilmiş hesab olunur: 83.3.1. şərti məhkum edilmiş şəxslər barəsində -sınaq müddəti başa çatdıqda, çəkilməmiş əlavə cəzası olduğu hallarda isə həmçinin əlavə cəza icra olunub qurtardıqda; 83.3.1-1. cəzanın çəkilməsi təxirə salınmış şəxslər barəsində-bu Məcəllənin 79.3-cü maddəsində nəzərdə tutulmuş qaydada cəzadan və ya cəzanın çəkilməmiş hissəsindən azad edildikdə;83.3.1-2. ittiham hökmü qanunla müəyyən edilmiş müddətdə icra edilməmiş şəxslər barəsində-bu Məcəllənin 80.1-ci maddəsində nəzərdə tutulmuş müddətlər keçdikdə;83.3.2. azadlıqdan məhrum etməyə nisbətən daha yüngül cəzaya məhkum edilmiş şəxslər barəsində-onlar cəzanı çəkib qurtardıqları gündən bir il keçdikdə;83.3.2-1. böyük ictimai təhlükə törətməyən cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində-onlar cəzanı çəkib qurtardıqları gündən bir il keçdikdə;83.3.3. böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində-onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə; 83.3.4. ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində-onlar cəzanı çəkib qurtardıqları gündən altı il keçdikdə;83.3.5. xüsusilə ağır cinayət törətməyə görə məhkum edilmiş şəxslər barəsində-onlar cəzanı çəkib qurtardıqları gündən səkkiz il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. 83.4. Məhkum edilmiş şəxs qanunla müəyyən edilmiş qaydada vaxtından əvvəl cəza çəkməkdən azad edildikdə və yaxud cəzanın çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edildikdə, məhkumluğun ödənilməsi müddəti əsas və əlavə cəzanı çəkməkdən azad edildiyi vaxtdan hesablanır. 83.4-1.Əsas cəzanı çəkib qurtarmış, yaxud əsas cəzasını çəkməkdən vaxtından əvvəl azad edilmiş və ya cəzasının çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edilmiş şəxsin çəkilməmiş əlavə cəzası olduğu hallarda, məhkumluğun ödənilməsi müddəti əlavə cəzanın çəkilib qurtardığı gündən hesablanır.83.5. Şəxs cəzanı çəkib qurtardıqdan sonra nümunəvi davranışı ilə islah olunduğunu sübut edərsə, məhkəmə həmin şəxsin vəsatəti əsasında məhkumluğu vaxtından əvvəl onun üzərindən götürə bilər.83.6. Məhkumluğun ödənilməsi və ya götürülməsi məhkumluqla bağlı olan bütün hüquqi nəticələri ləğv edir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır.18.2. Cinayətlərin residivi aşağıdakı hallarda təhlükəli sayılır:18.2.1. qəsdən cinayət törətməyə görə əvvəllər iki dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxs, yenidən qəsdən cinayət törətməyə görə azadlıqdan məhrum etmə cəzasına məhkum olunduqda; 18.2.2. qəsdən ağır cinayət törətməyə görə əvvəllər azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxs yenidən qəsdən ağır cinayət törətdikdə.18.3. Cinayətlərin residivi aşağıdakı hallarda xüsusilə təhlükəli sayılır:18.3.1. qəsdən az ağır və ya qəsdən ağır cinayət törətməyə görə əvvəllər hər hansı ardıcıllıqla üç dəfədən az olmayaraq azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxs yenidən qəsdən cinayət törətməyə görə azadlıqdan məhrum etmə cəzasına məhkum olunduqda; 18.3.2. qəsdən ağır cinayət törətməyə görə əvvəllər iki dəfə və ya xüsusilə ağır cinayət törətməyə görə əvvəllər bir dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxs yenidən qəsdən ağır cinayət törətdikdə;18.3.3. qəsdən ağır və ya xüsusilə ağır cinayət törətməyə görə əvvəllər azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxs yenidən xüsusilə ağır cinayət törətdikdə. 18.4.Residivin müəyyən edilməsi zamanı aşağıdakılar nəzərə alınmır:18.4.1. böyük ictimai təhlükə törətməyən cinayətlər;18.4.2.yetkinlik yaşına çatmayanlar tərəfindən törədilmiş cinayətlər;18.4.3. bu Məcəllənin 83-cü maddəsində nəzərdə tutulmuş qaydada götürülmüş və ya ödənilmiş məhkumluqlar; 18.4.4. azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar.18.5. Bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla və hədlərdə cinayətlərin residivinə görə daha sərt cəza tətbiq edilir. Birinci instansiya məhkəməsi qeyd olunanlara əsasən hesab etmişdir ki, Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivi yaranmır. İş materiallarına əlavə edilmiş Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 5(011)-383/19 saylı 24 dekabr 2019-cu il tarixli qərarından və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin **********53 saylı 21 yanvar 2020-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs mülkiyyətində olan Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, «Şərq» 2704 küçəsi 78A saylı fərdi yaşayış evinini, Təqsirləndirilən şəxs faktiki mülkiyyətində olan və X4 adına qeydiyyatdan keçmiş Bakı şəhəri, Nizami rayonu, E.Süleymanov küçəsi, ev 124, 29 saylı mənzilin, X8 faktiki mülkiyyətində olan və anası X6 adına qeydiyyatdan keçmiş Bakı şəhəri, Xətai rayonu, G.Şıxlinski küçəsi, ev 13, 23 saylı mənzilin üzərinə həbs qoyulmuşdur. İş materiallarında olan “AccessBank” X18 5324 saylı 02 aprel 20-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs adına həmin bankda bank hesabları, depozit qutuları, əmanət və ya kart hesabları, kredit götürməsi, pul köçürməsi mövcud olmamışdır. İş materiallarına əlavə edilmiş "xxxx" Açıq Səhmdar Cəmiyyətinin 0-2020-1284/BO saylı, 06 aprel 20-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs adına həmin bankda heç bir bank hesabı yoxdur. İş materiallarında olan "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin 01620 saylı, 09 aprel 20-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs adına həmin bankda hesab mövcud deyildir. İş materiallarına əlavə edilmiş "xxxx" Açıq Səhmdar Cəmiyyətinin ƏHF 131/20 saylı, 06 aprel 2020-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs adına həmin bankda hesab mövcud deyildir. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin 170/1xxxx/006269 saylı, 28 mart 20-ci il tarixli məktubundan görünür ki, Komitənin məlumat bazasında Təqsirləndirilən şəxs göstərilən dövrdə Azərbaycan Respublikasının dövlət sərhəddindən mal və əşyalar keçirməsi barədə məlumat qeydə alınmamışdır. İş materiallarına əlavə edilmiş "xxxx" Açıq Səhmdar Cəmiyyətinin 45/1714 saylı, 09 aprel 2020-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs adına həmin bankda hesab mövcud deyildir. İş materiallarında olan "xxxx" Açıq Səhmdar Cəmiyyətinin 157000/2-1397 saylı, 13 aprel 2020-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs adına bank hesabı aşkar olunmamışdır. İş materiallarına əlavə edilmiş “BankAvrasiya”ın 02/728 saylı, 06 aprel 2020-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs adına həmin bankda heç bir hesab mövcud deyildir. İş materiallarında olan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin 13 saylı 20 may 2020-ci il tarixli hesabatından görünür ki, toplanmış materiallar nəzərə alınmaqla aparılmış təhlil və hesablamalar nəticəsində məlum olmuşdur ki, Bakı şəhəri Xətai rayonu, G.Şıxlinski küçəsində yerləşən 13 saylı evin 23 saylı mənzilinin tələblə təklifin qarşılıqlı təsiri nəticəsində təşəkkül tapan qiyməti 85.000 (səksən beş min) manat təşkil edir. İş materiallarına əlavə edilmiş "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin 13/1 saylı, 20 may 2020-ci il tarixli hesabatından görünür ki, toplanmış materiallar nəzərə alınmaqla aparılmış təhlil və hesablamalar nəticəsində məlum olmuşdur ki, Bakı şəhəri Nizami rayonu, E.Süleymanov küçəsində yerləşən 124 saylı evin 29 saylı mənzilinin tələblə təklifin qarşılıqlı təsiri nəticəsində təşəkkül tapan qiyməti 130.000 (yüz otuz min) manat təşkil edir. İş materiallarında olan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin 13/2 saylı, 20 may 2020-ci il tarixli hesabatından görünür ki, toplanmış materiallar nəzərə alınmaqla aparılmış təhlil və hesablamalar nəticəsində məlum olmuşdur ki, Bakı şəhəri Suraxanı rayonu,Qaraçuxur qəsəbəsi, “Şərq” 2704 küçəsi 78A saylı fərdi yaşayış evinin tələblə təklifin qarşılıqlı təsiri nəticəsində təşəkkül tapan qiyməti 110.000 (yüz on min) manat təşkil edir. İş materiallarından görünür ki, zərərçəkmiş şəxs-mülki iddiaçı Zərərçəkmiş şəxs məhkəməyə mülki iddiaya dair iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək məhkəmədən, pul vəsaitlərinin talanması nəticəsində ona vurulmuş maddi ziyana görə 470.000 (dörd yüz yetmiş min) ABŞ dollarının hazırki dövrə olan manat məzənnəsi ilə 799.000 (yeddi yüz doxsan doqquz min) manat, adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlərdən (əldən çıxmış fayda) məhrum etməsi nəticəsində əlavə olaraq 200.000 (iki yüz min) manat və mənəvi ziyana görə 50.000 (əlli min) manat olmaqla, cəmi 1.049.000 (bir milyon qırx doqquz min) manat pulun Təqsirləndirilən şəxs tutularaq ona ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İş materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən məlum olur ki, Təqsirləndirilən şəxs 14 iyun 2011-ci il təvəllüdlü Yusif adlı bir azyaşlı övladı var. Belə ki,birinci instansiya məhkəməsində müəyyən edilmişdir ki, ibtidai istintaq zamanı məhkəmə qərarı əsasında üç daşınmaz əmlakın (Təqsirləndirilən şəxs mülkiyyətində olan Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, «Şərq» 2704 küçəsi 78A saylı fərdi yaşayış evi; Təqsirləndirilən şəxs faktiki mülkiyyətində olan və X4 adına qeydiyyatdan keçmiş Bakı şəhəri, Nizami rayonu, E.Süleymanov küçəsi, ev 124, 29 saylı mənzil; X8 faktiki mülkiyyətində olan və anası X6 adına qeydiyyatdan keçmiş Bakı şəhəri, Xətai rayonu, G.Şıxlinski küçəsi, ev 13, 23 saylı mənzil)üzərinə həbs qoyulmuşdur. Eləcə də birinci instansiya məhkəməsində müəyyən edilmişdir ki, üzərinə həbs qoyulmuş üç əmlakdan biri Təqsirləndirilən şəxs, qalan iki əmlak isə başqa şəxslərin mülkiyyətindədir. Başqa şəxslərin mülkiyyətində olan daşınmaz əmlakların reallıqda təqsirləndirilən şəxsə məxsus olması, sonuncunun qeyd edilən əmlakların üzərində faktiki sahiblik və istifadə hüququnun olması halları məhkəmə istintaqında müəyyən edilməmişdir. Eyni zamanda başqa şəxslərin mülkiyyətində olan və irəli sürülmüş ittihamla hər hansı bağlılığı olmayan şəxslərin mülkiyyətində olan daşınmaz əmlakların Təqsirləndirilən şəxs təqsirli əməllərinə görə xüsusi müsadirə edilməsi əsassız olmaqla yanaşı, həmçinin qanunsuzdur. Odur ki, X4 mülkiyyətində olan Bakı şəhəri, Nizami rayonu, E.Süleymanov küçəsi, ev 124, 29 saylı mənzilə və X6 mülkiyyətindəki Bakı şəhəri, Xətai rayonu, G.Şıxlinski küçəsi, ev 13, 23 saylı mənzilə xüsusi müsadirə tətbiq edilməməli və həmin əmlaklar həbsdən azad olunmalıdırlar. Birinci instansiya məhkəməsi hesab etmişdir ki,Təqsirləndirilən şəxs mülkiyyətində olan ünvan 9 saylı fərdi yaşayış evinə gəldikdə isə zərərçəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs mülki iddiası qismən (491.000 (dörd yüz doxsan bir min) manat həcmində) təmin edildiyindən, iddia tələbi təmin edilmiş həcmdə Orxan Məhhərəmovun mülkiyyətində olan daşınmaz əmlaka yönəldilməli, həmin əmlak açıq hərracdan satılmalı və satışdan hasil olunacaq pul vəsaiti Zərərçəkmiş şəxs ödənilməlidir. Belə ki, iş üzrə mülki iddia olduğu və həmin mülki iddia qismən təmin edildiyi halda təqsirləndirilən şəxsə məxsus əmlakın xüsusi müsadirə edilməsi nəticəsində zərərçəkmiş şəxsə (mülki iddiaçıya) vurulmuş ziyanın ödənilməsi baş verməyəcək, bu isə zərərçəkmiş şəxsin (mülki iddiaçının) qanunla qorunan hüquqlarının pozulmasına yol açacaqdır. Mülki iddianın ödənilməsi, yoxsa xüsusi müsadirənin tətbiq edilməsi zərurəti baxımından birinci instansiya məhkəməsi hesab etmişdir ki, nə qədər ki, iş üzrə mülki iddia mövcuddur xüsusi müsadirənin tətbiq edilməsi heç bir halda mümkün hesab edilə bilməz. Bu səbəbdən də məhkəmə hesab etmişdir ki, Təqsirləndirilən şəxs məxsus daşınmaz əmlak xüsusi müsadirə edilməməli, əksinə həmin əmlaka təmin edilmiş hissədə tələb yönədilməli və məhkəmə hökmü qanuni qüvvəsini alanadək həmin əmlakın üzərinə qoyulmuş həbs dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən zərərçəkmiş şəxs-mülki iddiaçı Zərərçəkmiş şəxs vurulmuş ziyanın ümumi məbləğinin 491.000 (dörd yüz doxsan bir min) manat təşkil etdiyi qənaətinə gəlinmişdir, lakin, həmin məbləğ cinayət işinin materialları təsdiq edilən ziyanın məbləği ilə uyğun gəlmədiyindən və iş üzrə Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittihamın qanuni və əsaslı olması sübuta yetirildiyindən, başqa sözlə, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs qarşı Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi təsdiq edildiyindən və nəticədə zərərçəkmiş şəxs-mülki iddiaçı Zərərçəkmiş şəxs vurulmuş ziyanın ümumi məbləği 639.976 (altı yüz otuz doqquz min doqquz yüz yetmiş altı) manat təşkil etdiyindən, iş üzrə cəmi 1.049.000 (bir milyon qırx doqquz min) manat məbləğində mülki iddiası 639.976 (altı yüz otuz doqquz min doqquz yüz yetmiş altı)manat hissəsində təmin olunmalıdır. “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli Qərarında qeyd edilmişdir ki: Məhkəmələrin nəzərinə çatdırılsın ki, “Mülki və siyasi hüquqlar haqqında” Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası tərəfindən 16 dekabr 1966-cı il tarixdə qəbul edilmiş Beynəlxalq Paktın 11-ci maddəsinə və “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 4 saylı Protokolunun 1-ci maddəsinə əsasən, heç kəs hər hansı bir müqavilə öhdəliyini ödəmək iqtidarında olmadığına görə azadlıqdan məhrum edilə bilməz. Bu baxımdan əmlakın qaytarılmaması obyektiv hallarla, yəni müflisləşmə və ya uğursuz kommersiya fəaliyyəti nəticəsində, borclunun əmlakının oğurlanması və bu kimi sair hallarla əlaqədar olmuşdursa, kreditor və borclunun qarşılıqlı münasibətləri mülki qanunvericilik əsasında tənzimlənməlidir.Mülki münasibətlərdən irəli gələn öhdəliklərin yerinə yetirilməməsi məsələsinə mülki mühakimə icraatı qaydasında baxıla bilər.Qanuna müvafiq qaydada kredit, borc, girov, alqı-satqı və bu kimi başqa mülki münasibətlərdən irəli gələn müqavilə bağlandıqdan sonra şəxs digər şəxsin müqavilənin şərtlərinə zidd olan hərəkətləri nəticəsində əmlakından və ya əmlaka olan hüququndan məhrum olduqda və həmin əmlakın qaytarılması (əmlaka olan hüququnun bərpa edilməsi) iddiası ilə mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etdikdə, məhkəmə bu xarakterli iddialara mülki-prossessual qanunvericiliyinin tələblərinə uyğun qaydada baxmalı, bu baxış zamanı əmlakı ələ keçirmiş və ya əmlak hüququnu əldə etmiş şəxsin əməllərində talama, o cümlədən dələduzluq cinayətinin əlamətlərinin olmasını müəyyən etdikdə isə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 265.4-cü maddəsinin tələblərinə müvafiq olaraq bu haqda xüsusi qərardad çıxarmaqla prokurora xəbər verməlidir.» “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Konvensiyanın 20 mart 1952ci il tarixli 1 saylı protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Beləliklə də, adı çəkilən Konvensiyaların tələbinə görə zərərçəkmiş şəxsin öz mülkiyyətində olan pul vəsaitindən maneəsiz olaraq istifadə etmək hüququ olduğundan, həmin vəsaitin onun tərəfindən kiməsə borc verilməsinə cinayət hüquqi aspektdən yanaşılması yolverilməzdir. Yesoers Belçikaya qarşı (27DR61) məhkəmə işində Komissiya qərara alır ki, 6-cı məddənin 3b bəndi ilə birlikdə götürülmüş tərəflərin bərabərliyi prinsipi məhkəmə, prokurorluq və istintaq orqanlarının üzərinə belə bir vəzifə qoyur ki, onların ixtiyarında olan və ya onlar üçün əlçatan olan, təqsirləndirilən şəxsin məsuliyyətdən yaxa qurtarmasına və ya ittiham hökmünün yumşaldılmasına kömək edə bilən istənilən material əldə edilsin. “İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Hoanq Fransaya qarşı iş üzrə qərarda qeyd etmişdir ki, sübutlar diqqətlə qiymətləndirilmədən hüquqi fərziyənin tətbiq edilməsi təqsirsizlik prezumpsiyasını böyük ehtimalla pozmuş olur. Barbara, Messege və Harbordo İspaniyaya qarşı işi üzrə qərarda da qeyd olunmuşdur ki, təqsirsizlik prezumpsiyası prinsipi digər məsəllələrlə yanaşı tələb edir ki, öz vəzifəsini yerinə yetirərkən məhkəmə üzvləri təqsirləndirilən şəxsin ittiham edildiyi cinayəti həqiqətən törətməsinə dair qərəzli fikirdə olmasınlar, subutetmə yükü ittiham tərəfinin üzərinə düşür və hər hansı şübhə təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. Kondraşinanın Rusiya Federasiyasına qarşı işində Avropa İnsan Hüquqları Məhkəməsi qeyd etmişdir ki, məhkəmələr qərar qəbul edərkən hüququn aliliyinə riayət etməlidirlər. Hüququn aliliyinin əsas aspektlərindən biri hüquqi müəyyənlik prinsipidir ki, onun tələbinə görə məhkəmələr yekun qərarı elə qəbul etməlidirlər ki, o mübahisə edilməsin. Avropa İnsan Hüquqları Məhkəməsi özünün bir çox qərarlarında (Delcourt Belçikaya qarşı iş üzrə 17 yanvar 1970-ci il tarixli qərar, Piersack Belçikaya qarşı iş üzrə 01 oktyabr 1982-ci il tarixli qərar, X30rşı iş üzrə 26 oktyabr 1984-cü il tarixli qərar) qeyd edir ki, ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli qərarının 37-ci bədində göstərilmişdir ki, CPM-in 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif edə və ya ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxara bilər. İttihamın bu şəkildə dəyişdirilməsi hökmün nəticəvi hissəsində deyil, təsviri-əsaslandırıcı hissəsində əks etdirilməli və əsaslandırılmalıdır. Lakin, nəzərə almaq lazımdır ki, cinayətin tövsifinin belə dəyişdirilməsinə yalnız o şərtlə yol verilə bilər ki, təqsirləndirilən şəxsin cinayət qanununun yeni maddəsi ilə tövsif olunan hərəkətləri və yaxud hərəkətsizliyi ona qarşı irəli sürülmüş (məhkəməyə verilən) ittihamda nəzərə alınmış olsun, daha ağır cinayətin əlamətlərinə malik olmasın və yaxud dəyişdirilmiş ittiham faktiki hallarına görə məhkəmədə baxılan ittihamdan əhəmiyyətli dərəcədə fərqlənməsin, ittihamın dəyişdirilməsi isə təqsirləndirilən şəxsin müdafiə hüququnu pozmasın. Cinayət qanunvericiliyinə əsasən, “aldatma” dedikdə, həm həqiqətin şüurlu surətdə təhrif edilməsi, saxtalaşdırılması (aktiv aldatma), həm də həqiqət haqqında susma (passiv aldatma) başa düşülür. Aldatmanın məzmununu çox hallarda yalan vədlər təşkil edir. Həmin vədlərin köməyi ilə dələduzluq edən şəxs əmlakı ələ keçirmək məqsədi ilə zərərçəkmişi öz həqiqi niyyətləri barədə aldadır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 11 iyun 2015-cl il tarixli qərarına əsasən dələduzluq cinayətlərinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi başa düşülür. Dələduzluğun üsulu kimi etibardan sui-istifadə etmə dedikdə isə əmlakı ələ keçirmək və ya əmlaka olan hüququ əldə etmək məqsədi güdən şəxs tərəfindən əmlakın mülkiyyətçisi, bu əmlaka sahiblik edən və ya sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən istifadə olunması başa düşülür. Etibardan sui-istifadə etmə həm də təqsirkarın əvəzsiz olaraq özünün və ya üçüncü şəxslərin xeyrinə əmlakı və ya ona olan hüququ ələ keçirmək məqsədi ilə üzərinə götürdüyü hər hansı öhdəliyi yerinə yetirmək niyyətində olmadığı halda, məsələn, hər hansı işin görülməsi, xidmətlərin göstərilməsi öhdəliyini üzərinə götürüb bunun üçün əvvəlcədən avans kimi müəyyən məbləğdə pul alaraq həmin işi görmədiyi və görmək niyyətində olmadığı hallarda da baş verir. Birinci instansiya məhkəməsi iddia tələbinin mənəvi zərər hissəsi ilə bağlı halları araşdırarkən, «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 3 noyabr 2008-ci il tarixli, 7 saylı qərarının 8-ci və 10-cu bəndlərində gösərilən tövsiyyələri də nəzərə almışdır. Həmin qərarla təsbit edilmişdir ki, mənəvi zərərin ödənilməsi barədə iddialar o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi,bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması, zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunması, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsi, zərərvuran şəxsin təqsiri, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsi müəyyən edilmiş olsun. Eyni zamanda mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. Bu halda da mülki qanunvericiliyin müddəasına əsasən, keçirdikləri sarsıntı və iztirabları sübut etmək vəzifəsi məhz iddiaçıların üzərinə düşür. Bundan başqa, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarında göstərildiyi kimi, mənəvi zərər qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlməklə, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi, ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqları və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir.Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və sair vacib olan halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə əsasən müəyyən olunmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Bundan başqa, cəza təyini məsələsini həll edərkən məhkəmə Azərbaycan Respublikası Prezidentinin “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” 10 fevral 2017-ci il tarixli Sərəncamıda nəzərə alınmalıdır.Belə ki, həmin Sərancamın 8-ci bəndində qeyd edilir ki, ibtidai istintaq orqanları və məhkəmələr tərəfındən qətimkan tədbirlərinin seçilməsi zamanı həbsin tətbiq edilməsi əsaslarına dair cinayət-prosessual qanunvericiliyin müddəalarına ciddi əməl olunsun, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 11 iyun 2015-ci il tarixli Qərarına əsasən mülki münasibətlərdən irəli gələn (məsələn, qanuna müvafiq olaraq bağlanmış borc, kredit, icarə və sair müqavilələr üzrə) öhdəliklərin yerinə yetirilməməsi yalnız o halda dələduzluq kimi qiymətləndirilə bilər ki, şəxsin həmin müqavilələri bağlamazdan əvvəl özgənin əmlakını və ya əmlaka olan hüququnu əvəzsiz olaraq ələ keçirmək niyyətində olması müəyyən edilmiş olsun. Qalan hallarda belə öhdəliklərin yerinə yetirilməməsi məsələsinə mülki mühakimə icraatı qaydasında baxila bilər. Qərarın 5-ci maddəsində qeyd edilmişdir ki, şəxs əmlakı (əmlaka olan hüququ) əldə edərək onların verilməsinin şərtləri ilə bağlı öhdəlikləri yerinə yetirmək niyyətində olmadıqda və nəticədə zərər çəkmiş şəxsə maddi zərər vurulduqda, onun əməli o halda dələduzluq kimi qiymətləndirilir ki, təqsirkarın özgə əmlakının talanmasına və ya əmlaka olan hüquqa yiyələnməsinə yönəlmiş niyyəti həmin əmlakı və ya əmlaka olan hüququ əldə edənədək yaranmış olsun. Şəxsin əmlakın ona verilməsi ilə bağlı öhdəlikləri yerinə yetirmək üçün əvvəlcədən real maliyyə imkanlarının, yaxud əmlakın idarə edilməsi üçün onun icazəsinin olmaması, əmlakı (əmlaka olan hüququ) əldə edərkən saxta sənədlərdən istifadə etməsi, başqa şəxslərə və ya kredit təşkilatlarına borcunun və ya girovda əmlakının olması haqda məlumatları gizlətməsi, əqdin bağlanması zamanı tərəflərdən biri kimi çıxış edən yalançı müəssisələr yaratması onun özgə əmlakının talanmasına yönəlmiş niyyətinin olmasına dəlalət edən hallar kimi çıxış edə bilər. Lakin bu halların da mövcud olması birmənalı olaraq şəxsin dələduzluq cinayətini törətməsi barədə nəticəyə gəlmək üçün əsas vermir və hər bir konkret işin hallarına əsaslanaraq təqsirkarın üzərinə götürdüyü öhdəlilkləri yerinə yetirmək niyyətində olmaması müəyyən edilməlidir. “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli qərarında göstərilmişdir ki, törədilmiş əməl o halda Cinayət Məcəlləsinin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqlarını əldə edərkən, hər hansı öhdəliyini yerinə yetirilməsinə deyil, özgənin əmlakını əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirməsinə, yaxud da əmlak hüquqları əldə edilməsinə yönəlmiş olsun. Dələduzluq üsulu kimi etibardan sui-istifadə etmə dedikdə, əmlakı ələ keçirmək və ya əmlaka olan hüququ əldə etmək məqsədi güdən şəxs tərəfindən əmlakın mülkiyyətçisi, bu əmlaka sahiblik edən və ya sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən istifadə olunması başa düşülür. Etibardan sui-istifadə etmə, həmçinin, təqsirkar şəxsin qulluq səlahiyyətlərinin həyata keçirilməsi, zərərçəkmiş şəxslə yaxın şəxsi və ya qohumluq münasibətlərinin olması ilə də əlaqədar ola bilər. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.1-ci maddəsinə əsasən dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə-min manatdan iki min manatadək miqdarda cərimə və ya üç yüz altmış saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.178.2.Eyni əməllər:178.2.1.qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə;178.2.2. təkrar törədildikdə;178.2.3. şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə;178.2.4. xeyli miqdarda ziyan vurmaqla törədildikdə-dörd min manatdan yeddi min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.178.3. Bu Məcəllənin 178.1 və ya 178.2-ci maddələrində nəzərdə tutulmuş əməllər:178.3.1.mütəşəkkil dəstə tərəfindən törədildikdə;178.3.2.külli miqdarda ziyan vurmaqla törədildikdə-beş ildən on ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.178.4. Bu Məcəllənin 178.1-178.3-cü maddələrində nəzərdə tutulmuş əməllər xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə-on ildən on dörd ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 89.1-ci maddəsinin tələblərinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməl nəticəsində maddi ziyan vurulması qənaətinə gəlməyə kifayət qədər əsaslar olduqda onun cinayət mühakimə icraatı qaydasında ödənilməsi barədə cinayət işinin icraatı zamanı iddia vermiş fiziki və ya hüquqi şəxs mülki iddiaçı qismində tanınır. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 179-cu maddəsinin tələblərinə əsasən cinayət mühakimə icraatında mülki iddia bu Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur. Mülki prosessual qanunvericiliyin normaları cinayət mühakimə icraatının prinsiplərinə zidd olmadıqda və mülki iddia üzrə icraatda zəruri olan qaydalar bu Məcəllədə nəzərdə tutulmadıqda mülki prosessual qanunvericiliyin normalarının tətbiqinə yol verilir. Mülki iddia üzrə qərar iddianın predmetindən asılı olaraq mülki qanunvericiliyin və digər qanunvericilik sahələrinin normalarına uyğun qəbul edilir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 180.2-ci maddəsinə əsasən şəxs cinayət mühakimə icraatı zamanı mülki iddia verməmişsə, o, mülki mühakimə icraatı qaydasında mülki iddia verməyə haqlıdır. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 181-ci maddəsinin tələblərinə görə ziyan bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə vurulduqda əmlakına vurulmuş ziyana görə fiziki şəxs cinayət mühakimə icraatı zamanı mülki iddia verməyə haqlıdır. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 183.1-ci maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı mülki iddia cinayət təqibi başlanandan məhkəmə istintaqı başlananadək istənilən an verilə bilər. Törədilmiş cinayət haqqında ərizə və ya müvafiq şikayət verməklə mülki iddia da eyni zamanda verilə bilər. Həmin Məcəllənin 183.2-ci maddəsinə əsasən Cinayət mühakimə icraatı zamanı mülki iddia təqsirləndirilən şəxsə və ya onun əməlinə görə üzərinə əmlak məsuliyyəti qoyula bilən şəxsə verilir. Həmin Məcəllənin 183.3-ci maddəsinə əsasən mülki iddia yalnız yazılı formada verilə bilər. İddia ərizəsində hansı cinayət təqibi üzrə kimin kimə qarşı, hansı əsasla və hansı məbləğdə mülki iddia verməsi göstərilməli, həmçinin zərərin ödənilməsi üçün konkret məbləğin və ya əmlakın tutulması barədə xahiş öz əksini tapmalıdır. Azərbaycan Respublikasının Mülkü Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin nomalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlik). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsulliyyəti daşıyır. Azərbaycan Respublikasının Mülkü Məcəlləsinin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Azərbaycan Respublikasının Mülkü Məcəlləsinin 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi xərclər və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi, (real zərər), habelə, hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldə çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikasının Cinayət Məcəllənin 25.1-ci maddəsinə əsasən, birbaşa və ya dolayı qəsdlə törədilmiş əməl (hərəkət və ya hərəkətsizlik) qəsdən törədilmiş cinayət sayılır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 15.1-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əməllər (hərəkət və ya hərəkətsizliklər) xarakterindən və ictimai təhlükəlilik dərəcəsindən asılı olaraq böyük ictimai təhlükə törətməyən, az ağır, ağır və xüsusilə ağır cinayətlərə bölünür.15.2.Qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə bu Məcəllə ilə azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza nəzərdə tutulmuş əməllər, yaxud qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə bu Məcəllə ilə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi iki ildən artıq olmayan əməllər böyük ictimai təhlükə törətməyən cinayətlər hesab olunur.15.3.Bu Məcəllə ilə qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi yeddi ildən artıq olmayan əməllər az ağır cinayətlər hesab olunur.15.4.Bu Məcəllə ilə qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi on iki ildən artıq olmayan əməllər ağır cinayətlər hesab olunur.15.5.Bu Məcəllə ilə qəsdən törədilməsinə görə on iki ildən artıq azadlıqdan məhrum etmə cəzası və ya daha ağır cəza nəzərdə tutulmuş əməllər xüsusilə ağır cinayətlər hesab olunur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 25.2-ci maddəsinə əsasən, şəxs öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) ictimai təhlükəli olduğunu dərk etmiş, onun ictimai təhlükəli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, bu halda cinayət birbaşa qəsdlə törədilmiş hesab olunur. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun, 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarının, 23-cü bəndinə görə, məhkəmələrə tövsiyə edilir ki, əlavə cəzaların həm məhkumların özləri, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması üçün mühüm əhəmiyyətə malik olduğunu nəzərə alaraq hökm çıxararkən əsas cəzanın təyin edilməsi ilə yanaşı müvafiq əlavə cəzanın təyin edilməsi məsələsini də müzakirə etsinlər. Bu zaman əlavə cəza maddənin sanksiyasında nəzərdə tutulmuş hər hansı əsas cəza ilə yanaşı təyin edilə bilər. Yalnız müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrumetmə cəzası CM-nin Xüsusi hissəsinin maddəsinin sanksiyasında əsas cəzalardan biri kimi nəzərdə tutulmuşdursa, onun əlavə cəza qismində tətbiqinə yol verilmir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 21.2-ci maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsada onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun şəraitdə müvafiq hüquqi prosedura daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eynilə cinayət və cinayət prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələrdə onun xeyrinə həll olunmalıdır.Həmin Məcəllənin 21.3-cü maddəsinə görə cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbirliyi müəyyənləşdirilir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 145.2-ci maddəsinə əsasən təhqiqatçı, müstəntiq, prokuror, hakim və ya andlı iclasçılar qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. Həmin Məcəlləsinin 145.3-cü maddəsinin tələblərinə əsasən ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinin tələbinə görə, şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir və cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsizliyini sübuta yetirməyə borclu deyildir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ-ci bəndi ilə müəyyən edilmişdir ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 8.0.5-ci maddəsinə əsasən cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirmək cinayət mühakimə icraatının vəzifəsidir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. «Məhkəmə Hökmü Haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 27 dekabr 1996-cı il tarixli 4 saylı qərarının, 13-cü bəndində qeyd olunmuşdur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin etmək hallarına yol verməməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza «talion» prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərər çəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə görə məhkəmə cəza təyin edərkən cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 397.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır.Həmin Məcəllənin 397.2-ci maddəsinə əsasən, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Həmin Məcəllənini 397.5-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi, apellyasiya şikayətinin və ya apellyasiya protestinin baxışının nəticələri buna əsas verərsə, haqlarında apellyasiya verilməyən şəxslərin xeyrinə yekun qərar qəbul etməlidir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən məhkəmə baxışına təqdim edilmiş sübutlar məhkəmə iclasında hərtərəfli, tam və obyektiv araşdırılmış və mövcud sübutlara qiymət verilərək, məhkum Təqsirləndirilən şəxs yuxarıda göstərilən cinayət əməlini törətməkdə təqsirli olması özünün ifadəsi, zərər çəkmiş şəxsin ifadəsi, şahid ifadələri və işin araşdırılmış digər obyektiv halları ilə sübuta yetirildiyindən, istintaq orqanı tərəfindən düzgün olaraq Təqsirləndirilən şəxs hərəkətlərinin düzgün olaraq Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə tövsif edilməsi qənaətinə gəlinmişdir, eləcə də məhkum Təqsirləndirilən şəxs şəxsiyyəti, törətmiş olduğu cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onu səciyyələndirən hallar, o cümlədən ona təyin olunacaq cəzanın onun islah olunmasına və həyat şəraitinə təsiri, məhkum Təqsirləndirilən şəxs himayəsində azyaşlı uşağının olmasını onun barəsində cəzanı yüngülləşdirən hal kimi, məhkum Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran halların olmaması nəzərə alınmışdır, lakin iş materiallarından göründüyü kimi birinci instansiya məhkəməsi tərəfindən zərərçəkmiş şəxs-mülki iddiaçı Zərərçəkmiş şəxs vurulmuş ziyanın ümumi məbləğinin 491.000 (dörd yüz doxsan bir min) manat təşkil etdiyi qənaətinə gəlinmişdir, ancaq həmin məbləğ cinayət işinin materialları təsdiq edilən ziyanın məbləği ilə uyğun gəlmədiyindən və iş üzrə Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittihamın qanuni və əsaslı olması sübuta yetirilmişdir, başqa sözlə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs qarşı Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi təsdiq edilmişdir və nəticədə zərərçəkmiş şəxs-mülki iddiaçı Zərərçəkmiş şəxs vurulmuş ziyanın ümumi məbləği 639.976 (altı yüz otuz doqquz min doqquz yüz yetmiş altı) manat təşkil edir, belə olan halda isə X17 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək təyin edilmiş azadlıqdan məhrum etmə cəzası yüngüldür, ona görə də, məhkum Təqsirləndirilən şəxs və müdafiəçisi Müdafiəçi4 tərəfindən verilmiş apellyasiya şikayətlərində qanunun normasının düzgün tətbiq edilməməsi göstərilməsinə baxmayaraq,birinci instansiya məhkəməsi tərəfindən cəza təyin edilərkən məhkum Təqsirləndirilən şəxs şəxsiyyəti, törətmiş olduğu cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onu səciyyələndirən hallar nəzərə alınmışdır, məhkum Təqsirləndirilən şəxs və müdafiəçisi Müdafiəçi4 tərəfindən verilmiş apellyasiya şikayətlərinin dəlilləri birinci instansiya məhkəməsinin 05 aprel 2022-ci il tarixli hökmünün dəyişdirilməsi və ya ləğv edilməsi üçün əsas ola bilməz, ona görə də məhkum Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi4 tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməməli, zərər çəkmiş şəxs-mülki iddiaçı Zərərçəkmiş şəxs və müdafiəçisi-nümayəndəsi Nümayəndə tərəfindən birgə verilmiş apellyasiya şikayəti, eləcə də Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı2 tərəfindən verilmiş apellyasiya protesti qismən təmin edilməli, iş üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinin 05 aprel 2022-ci il tarixli hökmü dəyişdirilməli, məhkum Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirli bilinərək təyin edilmiş azadlıqdan məhrum etmə cəzası artırılmalı, iş üzrə cəmi 1.049.000 (bir milyon qırx doqquz min) manat məbləğində mülki iddia qismən 639.976 (altı yüz otuz doqquz min doqquz yüz yetmiş altı)manat hissəsində təmin olunmalı, hökm qalan hissələrdə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 398.1.4-cü maddəsini rəhbər tutaraq q ə r a r a a l ı r: Məhkum Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi4 tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməsin,zərər çəkmiş şəxs-mülki iddiaçı Zərərçəkmiş şəxs və müdafiəçisinümayəndəsi Nümayəndə tərəfindən verilmiş apellyasiya şikayəti, eləcə də Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı2 tərəfindən verilmiş apellyasiya protesti qismən təmin edilsin. İş üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinin 05 aprel 2022-ci il tarixli hökmü dəyişdirilsin. Məhkum Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirli bilinərək ona 7(yeddi) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. İş üzrə cəmi 1.049.000 (bir milyon qırx doqquz min) manat məbləğində mülki iddia qismən 639.976 (altı yüz otuz doqquz min doqquz yüz yetmiş altı)manat hissəsində təmin olunsun. Hökm qalan hissələrdə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qanuni qüvvəyə minir, ondan Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 408-410-cu maddələrinə uyğun olaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına kassasiya şikayəti və kassasiya protesti verilə bilər. Sədrlik edən hakim: Həsən Əhmədov Hakimlər: Habil Məmmədov İlqar Murquzov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar