Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(103)-112/2023 02.03.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mehdiyev Emin Əlixan oğlunun sədrliyi ilə, Rəhimov Elmar Eldar oğlu və X3 ibarət tərkibdə, Məhkəmə iclas katibi X2, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Apellyasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X1, Məhkum Təqsirləndirilən şəxs, Müdafiəçi Bakı şəhəri 12 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi3 iştirakı ilə, xx xxxx 1996-cı ildə İsmayıllı rayonunun Mollaisaqlı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, məhkum olunmuş və məhkumluğu ödənilmiş, İsmayıllı rayonunun Mollaisaqlı kəndində qeydiyyatda olan və barəsində həbs qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(101)-1254/2022 saylı hökmündən dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protestinə, məhkum olunmuş şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(101)-1254/2022 saylı hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, ona 7 (yeddi) il müddətinə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, cəzanın ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməsi, Cinayət Məcəlləsinin 93.12-ci maddəsinə əsasən onun barəsində narkomaniyadan məcburi müalicə təyin edilməsi hökm edilmişdir. Hökmə əsasən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda psixotrop maddə və narkotik vasiətəni əldə edib başqa şəxslə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək, sonuncu tərəfindən 09 fevral 2022-ci il tarixdə Bakı şəhəri, Nərimanov rayonu, Ulduz metro stansiyasının yaxınlığında yol kənarında gizlədilmiş külli miqdarda 6,165 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini və 9,615 qram çəkidə kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamini qanunsuz olaraq əldə edib üzərində daşımaqla yaşadığı ünvan 1 ünvanında saxlamış, 09 fevral 2022-ci il tarixdə yaşadığı ünvanda həmin narkotik vasitə heroindən 2,335 qram çəkidə olan hissəsini Şahid1 satmış, 10 fevral 2022-ci il tarixdə saat 18:30 radələrində Xətai RPİ-nin 35-ci PB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri zamanı o, Bakı şəhəri, Xətai rayonu, General Mehmandarov küçəsi, ev 74 ünvanının yaxınlığında tanışı Şahid1 ilə birlikdə saxlanılaraq, ünvan 2 ünvanında yerləşən Xətai RPİ-nin 35-ci PB-nə gətirilərək üzərində keçirilən şəxsi axtarış zamanı onun əynindəki gödəkcənin sağ yan cibindən 01 ədəd polietilen sellofan bükümdə külli miqdarda, yəni təmiz çəkisi 2,801 qram qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürüldükdən sonra, əməliyyat tədbirlərinin davamı olaraq həmin tarixdə könüllü razılığı əsasında yaşadığı ünvan 1 ünvanına baxış keçirilərkən mənzildə olan dolabın orta gözündən 01 ədəd göy rəngli bijuteriya qabının içərisindən 08 ədəd şəffaf rəngli sellofan bükümdə, ayrıayrılıqda təmiz çəkiləri 1,068 qram, 1,194 qram, 1,060 qram, 1,142 qram, 0,743 qram, 0,725 qram, 2,694 qram, 0,989 qram olmaqla, külli miqdarda ümumi təmiz çəkisi 9,615 qram olan ağ rəngli kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin, 01 ədəd şəffaf rəngli sellofan bükümdə üzərindən aşkar edilərək götürülmüşdür. Hökmdən dövlət ittihamçısı tərəfindən apellyasiya protesti verilərək, hökmün Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikasının CM-nin 234.4.1, 234.4.3-cü maddələri ilə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməsi müəyyən olmaqla dəyişdirilməsi xahiş edilmişdir. Apellyasiya protesti onunla əsaslandırılmşıdr ki, Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən və hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs 22 noyabr 2019-cu il tarixdə Abşeron Rayon Məhkəməsi tərəfindən Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.5-ci maddələri ilə təqsirli bilinərək 01 il 03 ay 08 gün müddətində azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuş, 02 aprel 2021ci il tarixdə cəza müddəti başa çatdığı üçün qeydiyyatdan çıxarılmışdır. Həmçinin, hökmə əsasən məhkəmə Təqsirləndirilən şəxs 22 noyabr 2019-cu il tarixdə məhkum olunduğu əməllərin cinayət qanununu ilə az ağır cinayətlər kateqoriyasına aid olunduğu, belə əməllərə görə həmin qanunla hökm icra edildikdən sonra məhkumluğun iki il keçdikdən sonra ödənilməsini müəyyən etmişdir. Məhkəmə göstərilən halları nəzərə alıb Təqsirləndirilən şəxs hazırkı əməlini məhkumluğu dövründə törətdiyi qənaətinə gəlmişdir. Bu səbəbdən də məhkəmə hesab etmişdir ki, Təqsirləndirilən şəxs məhkumluğu ödənilməmiş, əməlində cinayətlərin residivin olması müəyyən edilmişdir. Məhkəmə yuxarıda göstərilən halları, həmçinin cinayət əməllərinin xarakterini və Təqsirləndirilən şəxs şəxsiyyətini xarakterizə edən məlumatları nəzərə alıb ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrumetmə cəzasının təyin edilməsini əsaslı saymış və onun qəsdən ağır cinayət törətməyə görə azadlıqdan məhrumetmə cəzasına məhkum olunduğunu və onun əməlində cinayətlərin residivi olmasını nəzərə alıb ona təyin edilmiş cəzanın Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddəsinə əsasən, ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməli olmasını nəzərə almışdır. Məhkəmə təqsirləndirilən şəxsin hazırki cinayət işi üzrə cinayət əməlini törətməklə onun əməlində cinayətlərin residivinin yaranması qənaətinə gəlməkdə, habelə Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddəsinə istinad edərək təyin etdiyi azadlıqdan məhrum etmə cəzasının ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməli olması qərarına gəlməkdə səhvə yol vermişdir. Belə ki, Təqsirləndirilən şəxs Abşeron Rayon Məhkəməsinin 22 noyabr 2019-cu il tarixli hökmü ilə təqsirli bilindiyi və törədilməsinə görə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edildiyi Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.5-ci maddələrində nəzərdə tutulmuş cinayət əməli həmin Məcəlləyə əsasən az ağır cinayətlər kateqoriyasına aiddir. Azərbaycan Respublikası CM-nin 83.3.2-ci maddəsinin tələbinə əsasən isə azadlıqdan məhrum etməyə nisbətən daha yüngül cəzaya məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən bir il keçdikdə məhkumluq ödənilmiş hesab edilir. Belə olan halda təqsirləndirilən şəxs həqiqətən də məhkumluğu olduğu dövrdə hazırki cinayət işi üzrə cinayət əməlini törətsə də, həmin əməli cinayətlərin residivini yaratmır. Belə ki, Azərbaycan Respublikası CM-nin 18.4.4-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar residivin müəyyən edilməsi zamanı nəzərə alınmır. Eyni zamanda həmin Məcəllənin 56-cı maddəsinin tələbinə əsasən Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində deyil, ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Həmin hökmdən narazı qalan məhkum olunmuş şəxs apellyasiya şikayəti verərək, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(101)-1254/2022 saylı hökmünün dəyişdirilməsini, residiv və ağırlaşdırıcı hal kimi residivin mövcud olmasına dair müddəaların hökmdən xaric edilməsini, hökmlə təyin edilmiş 07 (yeddi) il müddətinə azadlıqdan məhrumetmə cəzasının minimum həddə endirilməsini, hökmlə təyin edilmiş ciddi rejimli cəzaçəkmə müəssisəsinin növünün dəyişdirilərək ümumi rejimli cəzaçəkmə müəssisəsi ilə əvəz ediməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi onun əvvəllər məhkum olunaraq təyin edilmiş və hətta məhkumluğu ödənilmiş azadlığın məhdudlaşdırılması cəzasını ağırlaşdırıcı hal kimi götürərək, residiv kimi müəyyən etmiş və buna görə ağır cəza təyin etməklə yanaşı cəzaçəkmə müəssisəsini ciddi rejimli cəzaçəkmə müəssisəsi təyin etmişdir. Bundan əlavə, onun törətdiyi indi cinayət əməli narkotiklə bağlı, əvvəlki isə oğurluq olmuşdur. Bunla isə eyni və həmcins cinayətlər olmadığından residiv kimi nəzərə alına bilməzdi. Müstəntiq tərəfindən ağırlaşdırıcı hal müəyyən edilmədiyi halda, məhkəmə tərəfindən ağırlaşdırıcı halın müəyyən edilməsi ümumiləşdirilmiş məhkəmə təcrübəsinə ziddir. Məhkəmə iclasında iştirak edən məhkum olunmuş şəxs və müdafiəçisi apellyasiya şikayətinə uyğun izahat verərək, onun və apellyasiya protestinin təmin edilməsini xahiş etdilər. Məhkəmə iclasında iştirak edən dövlət ittihamçısı apellyasiya protestini müdafiə edərək, onun təmin olunmasını xahiş etdi. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini cinayət işinin materialları ilə əlaqəli surətdə, hərtərəfli, tam və obyektiv araşdırıb, proses iştirakçılarının çıxışlarını dinləyərək hesab edir ki, aşağıda göstərilən əsaslara görə dövlət ittihamçısı tərəfindən verilən apellyasiya protesti təmin olunmalı, məhkum olunmuş şəxs Təqsirləndirilən şəxs apellyasiya şikayəti qismən təmin edilməli, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2022ci il tarixli hökmü Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi hissəsində dəyişdirilməli, hökm qalan hissələrdə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası CPM-in 397.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsinin tələbinə görə, isə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Belə ki, cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs yaşadığı ünvan 4 ünvanında video çəkilişlə onların iştirakı ilə Şahid1 və Təqsirləndirilən şəxs yaşadığı mənzilə baxış keçirilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs yaşadığı mənzildə qeyri qanuni maddə və ya əşya varsa çıxarıb təqdim etməsini təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs mənzildə olan dolabın üst orta gözündən 01 ədədə göy rəngli bijuteriya qabını çıxarıb təqdim etmişdir. Həmin qabın içərisinə baxış keçirilən zaman içərisindən 08 ədəd şəffaf rəngli sellofan bükümdə psixotrop maddə metamfetaminə və 01 ədəd şəffaf rəngli sellofan bükümdə narkotik vasitə heroinə bənzərə maddələrə aşkar edilərək götürülmüşdür. Bundan sonra aşkar edilmiş maddələrin təxmini çəkisinin müəyyən edilməsi məqsədilə elektron tərəzi ilə çəkilmiş və içərisində qəhvəyi rəngli, narkotik maddə olan heroinə bənzər kütlə olan bükümün qablaşdırma ilə birlikdə çəkisinin 1.09 qram və ağ kristallik maddələr olan 08 ədəd şəffaf rəngli sellofan bükümün qablaşdırma ilə birlikdə ümumi çəkisinin 10.43 qram olması müəyyən edilmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs mənzildən aşkar edilmiş maddələri xx.xx.2022-ci il tarixdə İran İslam Respublikasının vətəndaşının vasitəsi ilə şəxsi istifadə məqsədi ilə əldə etdiyini bildirmişdir. Bundan sonra baxış iştirakçılarının iştirakı ilə Hüseyn və Elvinin yaşadığı mənzildən aşkar olunmuş kütlələr zərfə qoyaraq möhürlənmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Bu barədə protokol tərtib olunmuş, iştirakçılara ucadan oxunmuş, iştirakçılar, Elvin və Hüseyn tərəfindən həmin protokolun doğruluğu imzalarla təsdiq edilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş 10 fevral 2022-ci i tarixli şəxsi axtarış və götürmə aparılması haqqında protokoldan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs üzərinə Xətai RPİ-nin 35-ci PB-də video çəkilişdən istifadə edilməklə şəxsi axtarış keçirilən zaman sonuncunun əynində olan sarı rəngli gödəkcənin sağ yan cibindən aşkar olunmuş 01 ədəd sellofan bükümdə olan maddənin elektron tərəzidə çəkilən zaman qablaşdırma ilə birlikdə ümumi çəkisinin 3,06 qram olması aşkar edilmiş və keçirilmiş istintaq hərəkətinin görüntüsü olan 01 ədəd DVD disk protokola əlavə edilmişdir. Cinayət işinin mateiallarına əlavə olunmuş 10 fevral 2022-ci i tarixli baxış keçirilməsi və maddi sübutların götürülməsi haqqında protokoldan görünür ki, 10 fevral 2022-ci il tarixdə Təqsirləndirilən şəxs yaşadığı ünvan 4 ünvanına video çəkilişdən istifadə edilməklə baxış keçirilən zaman mənzilin yataq otağındakı dolabın yuxarı orta gözündən 1 ədəd bijuteriya qabının içərisindən aşkar olunmuş 08 ədəd şəffaf rəngli sellofan bükümlərdə olan psixotrop maddə metamfetaminə bənzər maddələrin elektron tərəzidə çəkilən zaman qablaşdırma ilə birlikdə ümumi çəkisinin 10,43 qram və 01 ədəd şəffaf rəngli sellofana bükümdə narkotik vasitə heroinə bənzər maddənin qablaşdırma ilə birlikdə ümumi çəkisinin 1,09 qram olması aşkar edilmiş və keçirilmiş istintaq hərəkətinin görüntüsü olan 01 ədəd DVD disk protokola əlavə edilmişdir. Cinayət işinə əlavə olunmuş məhkəmə-kimyəvi ekspertizanın 11 fevral 2022-ci il tarixli, 6/848 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün №154” dairəvi möhür əksi və soyadlar və imzalar qeyd edilmiş 2 ədəd zərfdə, o cümlədən də, 1 nömrəli zərfdə bir ədəd bükümdə təmiz çəkisi 2,801 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir, 2 nömrəli zərfdə 8 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 1,068 qram, 1,194 qram 1,060 qram, 1,142 qram, 0,743 qram, 0,725 qram, 2,694 qram, 0,989 qram ümumi təmiz çəkisi 9,615 qram olan ağ rəngli kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamindir. Digər bir ədəd bükümdə təmiz çəkisi 1,029 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Tədqiqata təqdim edilmiş ümumilikdə 8 ədəd bükümdə olan metamfetaminlər xarici görünüş əlamətlərinə və kimyəvi komponent tərkibinə görə bir-biri ilə eynilik təşkil edir.Tədqiqata təqdim edilmiş ümumilikdə 2 ədəd bükümdə olan heroinlər xarici görünüş əlamətlərinə və kimyəvi komponent tərkibinə görə bir-biri ilə eynilik təşkil edir. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş 08 ədəd bükümdə ilkin təmiz çəkisi 9,615 qram olan psixotrop maddə olan metamfetamin, 02 ədəd bükümdə ilkin təmiz çəkisi 3,830 qram olan narkotik vasitə olan heroin maddi sübut kimi tanınıbmış və qalıq qalmış 9,295 qram çəkidə psixotrop maddə olan metamfetamin, 3,650 qram çəkidə narkotik vasitə heroin saxlanış üçün Xətai RPİ-nin saxlanc anbarına təhvil verilmişdir. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsinin görüntüsü olan 01 ədəd DVD formatlı diskə baxış keçirilmiş və baxış zamanı Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan sarı rəngli gödəkcənin sağ yan cibindən 01 ədəd polietilen sellofan bükümdə ümumi təmiz çəkisi 2,801 qram olan külli miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə heroinin aşkar edilərək götürülməsi öz təsdiqini tapmışdır. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs yaşadığı ünvan 4 ünvanına baxış keçirilməsinin görüntüsü olan 01 ədəd DVD formatlı diskə baxış keçirilmişdir. Baxış zamanı mənzilin yataq otağındakı dolabın yuxarı orta gözündən 1 ədəd bijuteriya qabının içərisindən 08 ədəd şəffaf rəngli sellofan bükümdə, ayrı-ayrılıqda təmiz çəkiləri 1.068 qram, 1.194 qram, 1.060 qram, 1.142 qram, 0.743 qram, 0.725 qram, 2.694 qram, 0.989 qram olmaqla ümumi təmiz çəkisi 9.615 qram külli miqdarda kustar üsulla hazırlanmış psixotrop maddə hesab olunan metamfetamin və 01 ədəd şəffaf rəngli sellofan bükümdə ümumi təmiz çəkisi 1,029 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroinin aşkar edilərək götürülməsi öz əksini tapmışdır. Cinayət işinin materiallarından görünür ki, iş üzrə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və yaşadığı mənzilə baxış keçirilməsinin görüntüsü olan 02 ədəd DVD formatlı maddi sübut kimi tanınıb cinayət işinin materiallarına əlavə edilmişdir. Cinayət işinin materiallarından görünür ki,Təqsirləndirilən şəxs məxsus 01 ədəd “Samsung A71” markalı mobil telefon aparatına baxış keçirilmiş və baxış zamanı mobil telefonun “Qalareya” bölməsindən elektron tərəzinin üzərində narkotik vasitələrə bənzər maddələrin çəkilməsinin 02 ədəd foto şəklinin olması,həmçinin baxış zamanı “Samsung A72” markalı mobil telefonda olan “Whatsapp” proqramının Təqsirləndirilən şəxs məxsus ***-***-**-** saylı mobil nömrə ilə qeydiyyatdan keçməsi, “Eziz Dayi” adı ilə qeyd edilmiş +**********63 saylı mobil nömrə ilə Təqsirləndirilən şəxs məxsus ***-***-**-** mobil nömrənin arasında xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək müxtəlif yazışmaların, səs yazıların, narkotik vasitənin elektron tərəzidə çəkilməsinin və pul köçürmələrinin fotoşəkillərinin göndərilməsi , eyni zamanda “Sadiq” adlı ilə qeyd edilmiş ***-***-**-** saylı, “Ekber” adı ilə qeyd edilmiş ***-***-**-** saylı və ***-***-**-** saylı mobil nömrələrinin sahibləri ilə Təqsirləndirilən şəxs arasında narkotik vasitə və psixotrop maddələrin alqısatqısı ilə bağlı yazışmaların olması aşkar edilmişdir. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs məxsus 1 ədəd “Samsung A71” markalı mobil telefon aparatı maddi sübut kimi tanınmış və saxlanılması üçün Xətai RPİ-nin saxlanc anbarına təhvil verilmişdir. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş 08 ədəd bükümdə ilkin təmiz çəkisi 9,615 qram olan psixotrop maddə olan metamfetamin, 02 ədəd bükümdə ilkin təmiz çəkisi 3,830 qram olan narkotik vasitə olan heroinin ekspertiza tədqiqatından sonrakı qalıq, qalıq qalmış 9,295 qram çəkidə psixotrop maddə olan metamfetamin, 3,650 qram çəkidə narkotik vasitə heroin, 01 ədəd “Samsung A71” markalı mobil maddi sübut kimi tanınıb Xətai RPİ-nin saxlanc yerinə təhvil verilmiş, 02 ədəd rəqəmsal vidio diski “DVD” cinayət işinin materiallarına əlavə olunmuşdur. Birinci instansiya məhkəməsində Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməllərinin törədilməsində peşman olduğunu bildirmiş, onun təqsirini sübuta yetirən ittihamedici sübutları qəbul etmiş, məhkəmə təqsirləndirilən şəxsin bu davranışını onun islah olunmasına yönələn hərəkətlər kimi, bu ifadələrini onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə almışdır. Məhkəmə Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal kimi onun əməlində cinayətlərin residivinin olmasını müəyyən etmişdir. Birinci instansiya məhkəməsi ittihamı təsdiq edən sübutlar əsasında Təqsirləndirilən şəxs elan olunmuş ittihamda nəzərdə tutulan cinayət əməlinin onun tərəfindən anlaqlı vəziyyətdə törədilməsinin sübuta yetirildiyi, onun təqsirli bilindiyi cinayət əməlini qəsdən törətməsi qənaətinə gəldiyindən, onun təqsirli bilindiyi əməlin cinayət olmasını aradan qaldıran hal və cinayət məsuliyyətindən azad edilməsi üçün əsas müəyyən olunmadığından, onun bu əmələ görə qanunvericilikdə nəzərdə tutulan qaydada cəzalanmalı olmasını əsaslı saymışdır. Məhkəmə kollegiyası apellyasiya protesti və apellyasiya şikayətinin dəlillərinə qiymət verərək, birinci instansiya məhkəməsi tərəfindən Təqsirləndirilən şəxs təyin edilmiş cəzanın növü və müddəti ilə razılaşsa da, Təqsirləndirilən şəxs əməlində cinayətin residivi olmadığını müəyyən edərək, hesab edir ki, o, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində deyil, ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Belə ki, cinayət işinin mateiallarına əlavə olunmuş Azərbaycan Respublikası DİNnin BƏSİİ-dən alınmış tələbnamədən və hökmdən görünür ki, Təqsirləndirilən şəxs 22 noyabr 2019-cu il tarixdə Abşeron Rayon Məhkəməsi tərəfindən Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.5-ci maddələri ilə təqsirli bilinərək, 01 il 03 ay 08 gün müddətində azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuş, 02 aprel 2021-ci il tarixdə cəza müddəti başa çatdığı üçün qeydiyyatdan çıxarılmışdır. Hökmə əsasən birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs 22 noyabr 2019cu il tarixdə məhkum olunduğu əməllərin cinayət qanununu ilə az ağır cinayətlər kateqoriyasına aid olunduğu, belə əməllərə görə həmin qanunla hökm icra edildikdən sonra məhkumluğun iki il keçdikdən sonra ödənilməsini müəyyən etmişdir. Məhkəmə göstərilən halları nəzərə alaraq Təqsirləndirilən şəxs hazırkı əməlinin məhkumluğu dövründə törətdiyi qənaətinə gəlmiş, hesab etmişdir ki, Təqsirləndirilən şəxs məhkumluğu ödənilməmiş və bu səbəbdən də onun əməlində cinayətlərin residivin olmasını müəyyən etmiş, ona təyin edilmiş cəzanın Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddəsinə əsasən ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməli olmasını nəzərə almışdır. Məhkəmə Kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs hazırki cinayət işi üzrə cinayət əməlini törətməklə onun əməlində cinayətlərin residivinin yaranması qənaətinə gəlməkdə, habelə Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddəsinə istinad edərək təyin etdiyi azadlıqdan məhrum etmə cəzasının ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməli olması qərarına gəlməkdə səhvə yol vermişdir. Belə ki, Təqsirləndirilən şəxs Abşeron Rayon Məhkəməsinin 22 noyabr 2019-cu il tarixli hökmü ilə təqsirli bilindiyi və törədilməsinə görə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edildiyi Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.5-ci maddələrində nəzərdə tutulmuş cinayət əməli həmin Məcəlləyə əsasən az ağır cinayətlər kateqoriyasına aiddir. Azərbaycan Respublikası CM-nin 83.3.2-ci maddəsinin tələbinə əsasən isə azadlıqdan məhrum etməyə nisbətən daha yüngül cəzaya məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən bir il keçdikdə məhkumluq ödənilmiş hesab edilir. Azərbaycan Respublikası CM-nin 18.4.4-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar residivin müəyyən edilməsi zamanı nəzərə alınmır. Belə olan halda təqsirləndirilən şəxs həqiqətən də məhkumluğu olduğu dövrdə hazırki cinayət işi üzrə cinayət əməlini törətsə də, həmin əməli cinayətlərin residivini yaratmır. Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən azadlıqdan məhrum etmə növündə cəzanın qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün - ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Həmin maddənin tələbinə əsasən Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində deyil, ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkum olunmuş şəxsin apellyasiya şikayətinin ona təyin edilmiş cəza müddətinin minimuma endirilməsi dəlili ilə bağlı isə qeyd edir ki, Azərbaycan Respublikası CM-in 41.2ci maddəsinin tələblərinə görə, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi, həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlər törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası CM-in 41.2-ci maddəsinin tələblərinə görə, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi, həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlər törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə edilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır və cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar olmasa da, cəzasını yüngülləşdirilən hallar nəzərə alınmaqla birinci instansiya məhkəməsi tərəfindən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyətini xarakterizə edilən hallar, təyin edilmiş cəzanın şəxsin islah olumasına təsiri nəzərə alınmaqla ədalətli cəza təyin edilmişdir. Məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara əsasən hesab edir ki, dövlət ittihamçısı tərəfindən verilən apellyasiya protesti təmin olunmalı, məhkum olunmuş şəxs Təqsirləndirilən şəxs apellyasiya şikayəti qismən təmin edilməli, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi hissəsində dəyişdirilməli, hökm qalan hissələrdə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, məhkumun hüquqlarının məhkəmə iclaslarında müdafiə xərcləri Azərbaycan Respublikası CPM-in 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli, 31 saylı qərarına əsasən (həmin qərara 03 may 2018-ci il tarixli, 202 saylı dəyişikliklər nəzərə alınmaqla) dövlət büdcəsindən ödənilməlidir. Azərbaycan Respublikası CPM-in 398.1.4-cü maddəsinə əsasən apellyasiya şikayətinin və ya apellyasiya protestinin baxışı nəticəsində apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarının dəyişdirilməsi barədə qərar qəbul etməyə haqlıdır. Məhkəmə kollegiyası göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 397, 398, 399 və 410-cu maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Dövlət ittihamçısı tərəfindən verilən apellyasiya protesti təmin olunsun. Məhkum olunmuş şəxs Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(101)-1254/2022 saylı hökmü Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi hissəsində dəyişdirilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Hökm qalan hissələrdə dəyişdirilmədən saxlanılsın. Məhkum olunmuş şəxs Təqsirləndirilən şəxs hüquqlarını müdafiəsi ilə əlaqədar məhkəmədə göstərilmiş cəmi 20 (iyirmi) iş saatı hüquqi xidmətə görə Müdafiəçi3 120 (yüz iyirmi) manat məbləğində pul vəsaiti Azərbaycan Respublikası dövlət büdcəsi hesabından işlədiyi Bakı şəhəri Bakı şəhəri 12 saylı Vəkil Bürosunun hesabına ödənilsin. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir, ondan Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 408-410 və 412-ci maddələrinə uyğun olaraq Bakı Apellyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər.
Məhkəmə qərarları › İş №1(103)-112/2023
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №1(103)-112/2023
02.03.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver