Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(103)-1123/2021 22.09.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Kamran Hüseyn oğlu Əkbərovun sədrliyi və məruzəsilə, Elmar Eldar oğlu Rəhimov və Faiq Adil oğlu Qasımovdan ibarət tərkibdə, məhkəmə iclas katibi X3, dövlət ittihamçısı X1, məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs iştirakları ilə xx xxxx 1984-cü il tarixdə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, Abşeron Rayon Məhkəməsinin 04 noyabr 2020-ci il tarixli, 1(012)-123/2020 saylı hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək, üzərində qəti olaraq 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs AR CM-nin 234.2-ci maddəsi ilə məhkum edilməsinə dair Bakı şəhər Nəsimi Rayon Məhkəməsinin 03 may 2021-ci il tarixli hökmündən məhkum edilmiş şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin (hakim Azər Tağıyev) 03 may 2021-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirli bilinərək 04 (dörd) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən, ona hazırki hökmlə təyin edilmiş 04 (dörd) il 06 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası Abşeron Rayon Məhkəməsinin 04 noyabr 2020-ci il tarixli, 1(012)-123/2020 saylı hökmü ilə onun üzərində saxlanılmış 02 (iki) il 07 (yeddi) ay müddətə azadlıqdan məhrumetmə cəzası ilə qismən toplanılaraq, Təqsirləndirilən şəxs qəti olaraq 06 (altı) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilmişdir. Birinci instansiya məhkəməsinin hökmünə görə Təqsirləndirilən şəxs satış məqsədilə qanunsuz olaraq narkotik vasitə olan heroini və psixotrop maddə olan metamfetamini əldə etmiş, saxlamış, daşımış və satmış, O, satış məqsədi ilə qanunsuz olaraq 0.780 qram çəkidə narkotik vasitə heroini və 1.152 qram çəkidə psixotrop maddə metamfetamini istintaqa məlum olmayan vaxtda və şəraitdə əldə edib özündə saxlamaqla 15 avqust 2020-ci il tarixdə tanışı Şahid6 kirayə yaşadığı Bakı şəhəri, Nəsimi rayonu, Həzi Aslanov küçəsi 85 saylı binanın, 5 saylı mənzilinə daşıyaraq həmin mənzildə yaşayan tanışı Şahid7 onun hörmətini qazanmada ifadə olunan digər şəxsi maraq məqsədi ilə hədiyyə kimi İ bükümdə 0,162 qram psixotrop maddə metamfetamini, həmin mənzilə qonaq qismində gələn Şahid4 40 manat nağd pul müqabilində 2 bükümdə ayrıayrılıqda 0,290 və 0,480 qram olmaqla ümumilikdə 0,770 qram psixotrop maddə metamfetamini və Şahid5 20 manat nağd pul müqabilində 1 bükümdə 0,780 qram narkotik vasitə heroini satmış, 16.08.2020-ci il tarixdə saat 03:40-da Şahid6 Nəsimi RPİ-nin Post Patrul Xidmət Bölüyünün əməkdaşları tərəfindən saxlanılması və sonuncunun verdiyi məlumat əsasında həmin gün saat 05 radələrində ünvan 3 ünvanda narkotik vasitə və psixotrop maddə əldə etməsində şübhəli bilindiyinə görə Nəsimi RPİ-nin PPXB-nin əməkdaşları tərəfindən saxlanılaraq Nəsimi RPİ-nin 22-ci PŞ-nin inzibati binasına gətirilmiş, orada üzərinə videoçəkilişlə keçirilən şəxsi axtarış zamanı əynində olan boz-qəhvəyi rəngli şalvarın sağ qabaq cibindən satış məqsədilə saxladığı bir ədəd bükümdə, təmiz çəkisi 0,220 qram psixotrop maddə olan metamfetamin aşkar olunaraq götürülmüşdür. Hökmdən məhkum edilmiş şəxs apellyasiya şikayəti verib özünün 2-ci qrup əlil olduğunu, ailəli olduğunu və 2 azyaşlı övladının olduğunu qeyd edərək hökmün dəyişdirilməsini və ona daha yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, cinayət işinin materiallarını araşdırıb, dövlət ittihamçısının apellyasiya şikayətinin təmin edilmədən, hökmün dəyişdirilmədən saxlanılması, məhkum edilmiş şəxsin və müdafiəçisinin apellyasiya şikayətinin təmin edilməsi barədə çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakı əsaslara görə apellyasiya şikayəti təmin edilməməli, hökm verilmiş apellyasiya şikayətinə dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya şikayətindən göründüyü kimi apellyasiya şikayətində məhkum tərəfindən cinayət əməlinin hüquqi tövsifi, onun cinayət əməlində təqsirlilik məsələsi mübahisələndirilməmişdir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi məhkum edilmiş şəxsin özünün etirafedici ifadəsi, şahid ifadələri, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 17 avqust 2020-ci il tarixli, 6/1574 saylı materialların məhkəmə ekspertizasının, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Ambulator X2 ekspert komissiyasının 12 oktyabr 2020-ci il tarixli, 2833 saylı rəyləri, baxış keçirilməsi və sair istintaq hərəkətlərinin aparılması haqqında protokollarla, həmçinin iş üzrə toplanmış digər sübutlarla tam təsdiq edilir. Məhkəmə kollegiyası hesab edir ki, ibtidai araşdırma zamanı qanuni üsullarla toplanmış və birinci instansiya məhkəməsində məhkəmə iclasında tam, hərtərəfli və obyektiv araşdırılmış mötəbər sübutlara birgə qiymət verən və həmin sübutlara əsaslanan birinci instansiya məhkəməsi iş üçün mühüm əhəmiyyət kəsb edən bütün halları aydınlaşdırmaqla Təqsirləndirilən şəxs ittiham olunmuş cinayət əməlini törətməsi haqda işin faktiki hallarına uyğun olan nəticəyə gəlmiş və onun həmin əməlini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə düzgün tövsif etmişdir. Məhkəmənin hökmündən məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs apellyasiya şikayəti verərək cəzasının yüngülləşdirilməsini xahiş etsə də, məhkəmə kollegiyası törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəza təyin edərkən özünü qismən təqsirli bilməsini, Təqsirləndirilən şəxs şəxsiyyətini səciyyələndirən halları cəzasını yüngülləşdirən hal kimi və əməlində cinayətlərin residivi yaranmasını ağırlaşdıran hal kimi nəzərə alaraq Təqsirləndirilən şəxs daha yüngül cəza təyin edilməklə islah olunmasını və AR CM-nin 41-ci maddəsində nəzərdə tutulmuş cəzanın digər məqsədlərinə nail olunmasını mümkün hesab etmir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi məhkuma cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1, 41.2 və 58.3-cü maddələrinin tələblərinə riayət etməklə, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəza təyin edərkən özünü qismən təqsirli bilməsini, Təqsirləndirilən şəxs şəxsiyyətini səciyyələndirən halları cəzasını yüngülləşdirən hal kimi və əməlində cinayətlərin residivi yaranmasını ağırlaşdıran hal kimi nəzərə alaraq Təqsirləndirilən şəxs həm təqsirli bilindiyi cinayətin ağırlığına, həm də onun şəxsiyyətinə uyğun olan qanuni və ədalətli cəza təyin etmişdir. Apellyasiya baxışı zamanı məhkum edilmiş şəxsin cəzasının yüngülləşdirilməsi üçün əlavə əsaslar müəyyən edilməmişdir. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı şəhər Nəsimi Rayon Məhkəməsinin Təqsirləndirilən şəxs AR CM-nin 234.2-ci maddəsi ilə məhkum edilməsinə dair 03 may 2021-ci il tarixli hökmü verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıdakılara əsasən, AR CPM-nin 398.1.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası Q ə r a r a a l ı r : Məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhər Nəsimi Rayon Məhkəməsinin Təqsirləndirilən şəxs AR CM-nin 234.2-ci maddəsi ilə məhkum edilməsinə dair 03 may 2021-ci il tarixli hökmü verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul olunduğu andan qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri üzrə məhkəmə kollegiyasına kassasiya şikayəti və protesti verilə bilər.
Məhkəmə qərarları › İş №1(103)-1123/2021
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №1(103)-1123/2021
22.09.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver