Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(103)-1126/2020 27.10.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Bayramov Əmir Novruz oğlunun sədrliyi və məruzəsilə, Məmmədov Habil Çingiz oğlu və Əhmədov Həsən Hüseyn oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X2, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şöbəsinin prokuroru X3, Zərərçəkmiş şəxsin hüquqi varisi X1, məhkum Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı şəhəri 17 saylı Vəkil Bürosunun vəkili Göyüşov Nizami Əhraman oğlunun iştirakları ilə, Bakı Ağır Cinayətlər məhkəməsinin Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.2 və 120.2.4-cü maddələri ilə məhkum edilməsinə dair xx xxxxxxxx 2020-ci il tarixli, 1(101)-510/2020 saylı hökmündən məhkum tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq ilkin məhkəmə iclasında baxaraq, müəyyən etdi: Bakı Ağır Cinayətlər məhkəməsinin (hakimlər: Ə.N.Hacıyevin sədrliyi ilə, F.A.Qəribov və T.Q.Hüseynovdan ibarət tərkibdə)xx xxxxxxxx 2020-ci il tarixli, 1(101)- 510/2020 saylı hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.2 və 120.2.4-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 18 (on səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzaçəkmə müddətinin başlanğıcı xx xxxx 2019-cu il tarixdən hesablanmış, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmış, ərazi narkoloji dispanserdə narkomaniyadan qeydiyyata götürülməklə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə müvafiq olaraq ona narkomaniyadan məcburi müalicə təyin olunmuşdur. Bakı Ağır Cinayətlər məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 1(101)-510/2020 saylı sözügedən hökmündən məhkum Təqsirləndirilən şəxs apellyasiya şikayəti vermişdir. Hökmdən məhkumun müdafiəçisi və zərərçəkmiş şəxsin hüquqi varisi apellyasiya şikayəti, dövlət ittihamçısı isə apellyasiya protesti verməmişlər. Məhkum Təqsirləndirilən şəxs vermiş olduğu apellyasiya şikayəti üzrə ilkin apellyasiya baxışı zamanı məhkum Təqsirləndirilən şəxs müdafiəçisi Göyüşov Nizami Əhraman oğlu ilə birgə imzaladıqları ərizəsini məhkəmə kollegiyasına təqdim edərək, barəsində olan Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 1(101)- 510/2020 saylı hökmündən vermiş olduğu apellyasiya şikayətindən imtina etdiyini göstərərək, verdiyi apellyasiya şikayətinə baxılmasına xitam verilməsini xahiş etdi. Məhkəmə kollegiyası, məhkum Təqsirləndirilən şəxs mübahisələndirilən hökmdən vermiş olduğu apellyasiya şikayətindən imtina etməsi və apellyasiya şikayətinə xitam verilməsi barədə ərizəsinin təmin edilməsinə dair proses iştirakçılarının fikirlərini dinləyib, hesab edir ki, məhkum Təqsirləndirilən şəxs vermiş olduğu apellyasiya şikayətindən imtina etməsinə dair ərizəsi təmin edilərək onun apellyasiya şikayətinə baxılmasına xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 91.5.33-cü maddəsinə əsasən təqsirləndirilən şəxs özünün və ya müdafiəçisinin verdiyi hər bir şikayətdən imtina etmək hüququ vardır. Apellyasiya şikayəti və ya apellyasiya protesti üzrə ilkin baxış zamanı Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəllənin 391.11-ci maddəsinə əsasən apellyasiya şikayətini və ya apellyasiya protestini vermiş şəxs öz apellyasiya tələblərindən imtina etdikdə və cinayət prosesinin digər iştirakçılarının apellyasiya şikayəti və ya apellyasiya protesti olmadığı halda, məhkəmə apellyasiya şikayətinə və ya apellyasiya protestinə baxılmasına xitam verilməsi haqqında qərar çıxarır. Apellyasiya şikayətinə və ya apellyasiya protestinə baxılmasına xitam verildiyi andan birinci instansiya məhkəməsinin hökm və ya digər yekun qərarı qanuni qüvvəyə minir. Məhkəmə kollegiyası, göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 391.11-ci maddəsini rəhbər tutaraq, qərara alır: Bakı Ağır Cinayətlər məhkəməsinin Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.2 və 120.2.4-cü maddələri ilə məhkum edilməsinə dair xx xxxxxxxx 2020-ci il tarixli, 1(101)-510/2020 saylı hökmündən məhkum Təqsirləndirilən şəxs vermiş olduğu apellyasiya şikayətindən imtina etdiyindən, həmin apellyasiya şikayətinin baxılmasına xitam verilsin. Qərardan Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 408-410-cu maddələrinə uyğun olaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına kassasiya şikayəti və kassasiya protesti verilə bilər.
Məhkəmə qərarları › İş №1(103)-1126/2020
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №1(103)-1126/2020
27.10.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver