Məhkəmə qərarları › İş №1(103)-1130/2022

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №1(103)-1130/2022

24.05.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(103)-1130/2022 24.05.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının hakimləri: Babayev Zəki Baba oğlu (sədrlik edən, məruzəçi hakim), İbrahimli İbrahim Adil oğlu və Şirinov Ziya Allahverdi oğlundan ibarət tərkibdə, məhkəmə iclası katibi X1, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru X2, məhkum Təqsirləndirilən şəxs1 müdafiəçisi, “Arbitrum” Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 185.2.1, 185.2.2, 177.2.2, 178.2.2, 181.2.2, 181.2.5, 221.2.1, 221.2.2, 221.3, 228.4 və 126.4-cü maddələri ilə Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 185.2.1, 185.2.2 və 234.1-ci maddələri ilə məhkum olunmalarına dair Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-1220/2017 saylı, 28 dekabr 2017-ci il tarixli hökmündən məhkum Təqsirləndirilən şəxs1 apellyasiya şikayəti vermək üçün buraxılmış müddətinin bərpa edilməsinə dair vəsatətinin rədd edilməsi haqqında Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-1220/2017 saylı, 17 mart 2022-ci il tarixli qərarından məhkum Təqsirləndirilən şəxs1 tərəfindən verilmiş apellyasiya şikayətinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-1220/2017 saylı, 28 dekabr 2017-ci il tarixli hökmü ilə (hakimlər Faiq Qəniyev (sədrlik edən və məruzəçi) Mirzə Xankişiyev və Şəkər Məmmədova) xx xxxx 1999-cu il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, natamam orta təhsilli, işləməmiş, əvvəllər məhkum olunmayan, ünvan 1 ünvanında qeydiyyatında olan və həmin ünvanda yaşamış, 12 fevral 2017-ci il tarixdən həbsdə olan və cəzasını Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 17 saylı Cəzaçəkmə Müəssisəsində çəkən Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 185.2.1, 185.2.2, 177.2.2, 178.2.2, 181.2.2, 181.2.5, 221.2.1, 221.2.2, 221.3, 228.4 və 126.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək, ona Cinayət Məcəlləsinin 177.2.2ci maddəsi ilə 2 il müddətə azadlıqdan məhrum etmə cəzası, Cinayət Məcəlləsinin 185.2.1 və 185.2.2-ci maddələri ilə 2 il müddətə azadlıqdan məhrum etmə cəzası, Cinayət Məcəlləsinin 181.2.2 və 181.2.5-ci maddələri ilə 8 il müddətə azadlıqdan məhrum etmə cəzası, Cinayət Məcəlləsinin 221.2.1 və 221.2.2-ci maddələri ilə 1 il müddətə azadlıqdan məhrum etmə cəzası, Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə 2 il müddətə azadlıqdan məhrum etmə cəzası, Cinayət Məcəlləsinin 228.4-c2 maddəsi ilə 6 ay müddətə azadlıqdan məhrum etmə cəzası, Cinayət Məcəlləsinin 126.4-cü maddəsi ilə 6 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplanmaq yolu ilə qəti olaraq 9 (doqquz) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, ibtidai həbsdə olduğu 10 ay 3 gün təyin olunmuş azadlıqdan məhrum etmə cəzasından çıxılaraq üzərində 8 il 1 ay 27 gün müddətə azadlıqdan məhrum etmə cəzasının saxlanılması, cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin başlanğıcının 12 fevral 2017ci il tarixdən hesablanması, barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsi hökm edilmişdir. Eyni zamanda həmin hökmlə Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 185.2.1, 185.2.2 və 234.1-ci maddələri ilə ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək, ona Cinayət Məcəlləsinin 185.2.1 və 185.2.2-ci maddələri ilə 2 il müddətə azadlıqdan məhrum etmə cəzası, Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə 1 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplanmaq yolu ilə qəti olaraq 2 il 6 ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, ibtidai həbsdə olduğu 4 gün təyin olunmuş azadlıqdan məhrum etmə cəzasından çıxılaraq üzərində 2 il 5 ay 26 gün müddətə azadlıqdan məhrum etmə cəzasının saxlanılması, cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin başlanğıcının 28 dekabr 2017-ci il tarixdən hesablanması, barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsi qərara alınmışdır. Hökmdən məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs2 apellyasiya şikayəti vermiş və Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1(103)-475/2018 saylı, 06 aprel 2018-ci il tarixli qərarı ilə məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs2 apellyasiya şikayəti təmin edilməmiş və Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-1220/2017 saylı, 28 dekabr 2017-ci il tarixli hökmü apellyasiya şikayətinə münasibətə dəyişdirilmədən saxlanılmışdır. Hökm qanuni qüvvəsini aldığından icraya yönəldilmiş və hökmün icrası ilə bağlı Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına göstəriş və icra vərəqəsi verilmişdir. Məhkum Təqsirləndirilən şəxs1 cəza çəkmək üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 17 saylı Cəzaçəkmə Müəssisəsinə göstərilmişdir. Daha sonra məhkum Təqsirləndirilən şəxs1 Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-1220/2017 saylı, 28 dekabr 2017-ci il tarixli hökmündən 24 fevral 2022-ci il tarixdə apellyasiya şikayəti verilməsi müddətinin bərpa edilməsinə dair vəsatət və apellyasiya şikayəti vermiş, vəsatət və apellyasiya şikayəti Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 17 saylı Cəzaçəkmə Müəssisəsinin 28 fevral 2022-ci il tarixli, 17/32-631 saylı məktubu ilə Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilmiş və 03 mart 2022-ci il tarixdə həmin məhkəməyə daxil olmuşdur. Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-1220/2017 saylı, 17 mart 2022-ci il tarixli qərarı ilə (Sədrlik edən hakim Faiq Qəniyev) cinayət işi üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinin 28 dekabr 2017-ci il tarixli hökmündən Təqsirləndirilən şəxs1 tərəfindən verilmiş apellyasiya şikayətinin verilmə müddətinin bərpa olunması barədə vəsatəti təmin edilməmiş, buraxılmış müddət bərpa edilməmişdir. Həmin qərardan məhkum Təqsirləndirilən şəxs1 apellyasiya şikayəti vermiş və apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin 28 dekabr 2017-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 185.2.1, 185.2.2, 177.2.2, 178.2.2, 181.2.2, 181.2.5, 221.2.1, 221.2.2, 221.3, 228.4 və 126.4-cü maddələri ilə təqsirli bilinərək qəti olaraq 9 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Cinayət tərkibli əməli törədərkən yetkinlik yaşına çatmadığından barəsində təyin edilmiş cəza ağır və ədalətsizdir. Hökmdən narazı qalsa da hüquqi savadsızlığı səbəbindən vaxtında apellyasiya şikayəti verə bilməmişdir. Apellyasiya şikayəti vermək üçün müddətin bərpası barədə vəsatəti Bakı Ağır Cinayətlər Məhkəməsinin 17 mart 2022-ci il tarixli qərarı ilə təmin edilməmişdir. Apellyasiya şikayətində iş üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinin 17 mart 2022-ci il tarixli qərarının ləğv edilməsi və vəsatətin təmin olunması barədə qərar qəbul edilməsi xahiş olunmuşdur. Apellyasiya məhkəməsinin iclasında, məhkum Təqsirləndirilən şəxs1 müdafiəçisi, “Arbitrum” Vəkil Bürosunun vəkili Müdafiəçi apellyasiya şikayətini müdafiə edərək şikayətin dəlillərinə uyğun çıxış etdi, Təqsirləndirilən şəxs1 hüquqi savadının olmaması və barəsində cinayət cəzası təyin edilərkən yetkinlik yaşına çatmadığı səbəbindən Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-1220/2017 saylı, 28 dekabr 2017-ci il tarixli hökmündən apellyasiya şikayətini vaxtında verə bilməməsini nəzərə alaraq, Bakı Ağır Cinayətlər Məhkəməsinin 17 mart 2022-ci il tarixli qərarının ləğv edilməsini, məhkəmənin 28 dekabr 2017-ci il tarixli hökmündən apellyasiya şikayəti verilməsi üçün buraxılmış müddətin bərpa edilməsi barədə qərar qəbul olunmasını xahiş etdi. Apellyasiya instansiyası məhkəməsində, dövlət ittihamını müdafiə edən Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin prokuroru X3 məhkum Təqsirləndirilən şəxs1 apellyasiya şikayətinin dəlillərinin əsassız olduğunu, hökmün surətinin məhkum Təqsirləndirilən şəxs1 16 yanvar 2018-ci il tarixdə rəsmi olaraq təqdim edildiyini, məhkəmənin hökmündən apellyasiya şikayətinin verilməsi ilə bağlı buraxılmış müddətin bərpası üçün əsasların olmadığını göstərərək apellyasiya şikayətinin təmin edilmədən, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 185.2.1, 185.2.2, 177.2.2, 178.2.2, 181.2.2, 181.2.5, 221.2.1, 221.2.2, 221.3, 228.4 və 126.4-cü maddələri ilə məhkum olunması barədə Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-1220/2017 saylı, 28 dekabr 2017-ci il tarixli hökmündən məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs1 apellyasiya şikayəti vermək üçün buraxılmış müddətinin bərpa edilməsinə dair vəsatətinin rədd edilməsi haqqında Bakı Ağır Cinayətlər Məhkəməsinin 17 mart 2022-ci il tarixli qərarının dəyişdirilmədən saxlanılmasını, apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyası tərəfindən məhkum edilmiş şəxs apellyasiya şikayətləri üzrə ilkin məhkəmə baxışı 24 may 2022-ci il tarixə, saat 11:00-a təyin edilmişdir. Azərbaycan Respublikası CPM-nin 391.1-ci maddəsinin mənasına görə apellyasiya şikayəti və apellyasiya protesti vermək hüququ olan şəxsin apellyasiya şikayətinə və ya apellyasiya protestinə ilkin məhkəmə baxışında iştirak etmək vəzifəsi deyil, hüququdur. İşdən görünür ki, məhkum Təqsirləndirilən şəxs1 saxlanıldığı Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 17 saylı Cəzaçəkmə Müəssisəsindan, Bаkı İstintаq Təcridхаnаsına, oradan isə Bakı Apellyasiya Məhkəməsinə gətirilməsi barədə qərar qəbul edilsə də, o, məhkəmə iclasında gətirilməmişdir. Məhkum Təqsirləndirilən şəxs1 ilkin məhkəmə baxışı iclasında iştirak etmək istəməsi barədə apelyasiya məhkəməsinə müraciət etməmişdir. Azərbaycan Respublikası CPM-nin 391.1ci maddəsinə uyğun olaraq məhkəmə kollegiyası ilkin məhkəmə baxışı iclasının məhkum Təqsirləndirilən şəxs1 iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual qanunvericiliyi birinci istansiya məhkəmələri tərəfindən çıxarılmış hökm və qərarlarının qanunliyi və əsaslığını yoxlanılmasının apellyasiya icraatını müəyyənləşdirmişdir. Apellyasiya icraatı cinayət prosessinin müstəqil mərhələsi olmaqla şəxsiyyətin hüquq və azadlıqlarının qorunmasına, ədalət mühakiməsinin məqsəd və vəzifələrinin yerinə yetirilməsinə, birinci instansiya məhkəməsinin hökm və qərarlarının qanuniliyinin və əsaslığının təmin olunmasına yönəlmişdir. Apellyasiya icraatının predmetini birinci nistansiya məhkəmələrinin qanuni qüvvəyə minməmiş hökm və qərarları təşkil edir. Cinayət Prosessual Məcəlləsinin 384-cü maddəsi birinci instansiya məhkəməsinin hökm və qərarından apellyasiya şikayəti və ya apellyasiya protesti verilmə qaydası və hallarını müəyyənləşdirmişdir. Həmin normanın tələbinə görə apellyasiya şikayəti və ya apellyasiya protesti apellyasiya şikayətini və ya apellyasiya protestini vermək hüququna malik olan şəxslər tərəfindən hökm və ya məhkəmənin digər qərarının elan olunduğu andan 20 (iyirmi) gün müəyyənləşdirilmişdir. Apellyasiya şikayəti və ya apellyasiya protesti verilmə müddətinin axımı hökmün və ya məhkəmənin qərarının elan olunduğu andan başlayır. Lakin Cinayət Prosessual Məcəlləsinin 384.2-ci maddəsinə əsasən həbsdə saxlanılan məhkum tərəfindən apellyasiya şikayətinin verilmə müddətinin axımı hökmün və ya məhkəmənin qərarının sürətini məhkuma verildiyi andan başlayır. Göründüyü kimi qeyd olunan maddələrin mənasına görə qanunvericilik 20 günlük müddətin axımını qərarın elan olunduğu anla, həbsdə saxlanılan şəxs üçün isə hökmün ona verildiyi anla əlaqələndirmişdir. Cinayət Prosessual Məcəlləsinin 356.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair məhkəmənin yekun qərarı imzalandıqdan sonra məhkəmə iclas zalına qayıdır və məhkəmə iclasında sədrlik edən, həcmi böyük olduqda isə məhkəmə tərkibində olan digər hakimlər növbə ilə həmin qərarın giriş və nəticəvi hissəsini elan edirlər. Cinayət Prosessual Məcəlləsinin 358-ci maddəsinə əsasən məhkəmənin yekün qərarı elan edildiyi vaxtdan 3 (üç) gündən qec olmayaraq onun sürəti məhkəmə tərəfindən müvafiq olaraq məhkum edilmiş şəxsə və prosesin digər iştirakçılarına verilməlidir. Proses iştirakçıları tərəfindən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə qanunla müəyyən edilmiş müddətin keçməsi hökmün və ya məhkəmənin digər yekün qərarının qüvvəyə minməsinə səbəb olur, lakin buna hüquqi olan subyektin apellyasiya şikayəti və ya apellyasiya protesti vermək hüququndan məhrum etmir. Belə ki, şikayət verən şəxs buraxılmış müddətin bərpa edilməsi üçün vəsatət qaldırarsa, məhkəmə həmin şikayəti və ya protesti qəbul edir və müddətin bərpa edilməsi məsələsini həll edir. Cinayət Prosesual Məcəlləsinin 386-cı maddəsi apellyasiya şikayəti və ya apellyasiya protesti verilməsi müddətin bərpa edilməsi qaydasını müəyyənləşdirmişdir. Həmin normaya görə apellyasiya şikayətinin və ya apellyasiya protestinin verilməsi üzrlü səbəbə görə buraxıldıqda apellyasiya şikayəti və ya apellyasiya protesti vermək hüququ olan şəxslər hökmü və qərarı çıxarmış birinci instansiya məhkəməsi qarşısında buraxılmış müddətin bərpa edilməsi haqqında vəsatət qaldıra bilərlər. Apellyasiya şikayəti və ya apellyasiya protesti verilməsi müddətin bərpa edilməsi məsələsi birinci instansiya məhkəməsində məhkəmə iclasına sədrlik edən və ya hakim tərəfindən həll edilir. İş materialları ilə müəyyən edilir ki, məhkum Təqsirləndirilən şəxs1 Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-1220/2017 saylı, 28 dekabr 2017-ci il tarixli hökmünün surətini 16 yanvar 2018-ci il tarixdə məhkəmə qəbzinə imza etməklə rəsmi olaraq almış, lakin həmin hökmdən 24 fevral 2022-ci il tarixdə, yəni hökmdən qanunla müəyyən edilmiş apellyasiya şikayəti vermə müddəti 4 (dörd) il 1 (bir) ay 8 (səkkiz) gün buraxılmaqla apellyasiya şikayəti vermişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 386.3-cü maddəsinə görə apellyasiya şikayətinin və ya apellyasiya protestinin verilməsi müddətinin bərpa olunmasına dair vəsatət rədd edildikdə, bu qərardan apellyasiya instansiyası məhkəməsinə şikayət və ya protest verilə bilər. Məhkəmə kollegiyası məhkum Təqsirləndirilən şəxs1 Bakı Ağır Cinayətlər Məhkəməsinin 17 mart 2022-ci il tarixli qərarından verilmiş apellyasiya şikayətini və cinayət işinin materiallarını yoxlayıb, apellyasiya şikayətinin təmin olunması barədə məhkumun müdafiəçisinin çıxışını, həmçinin apellyasiya şikayətinin təmin olunmaması barədə dövlət ittihamçısının çıxışını dinləyib hesab edir ki, apellyasiya şikayətinin dəlilləri Bakı Ağır Cinayətlər Məhkəməsinin 17 mart 2022-ci il tarixli qərarının ləğvi və apellyasiya şikayəti verilməsi üçün buraxılmış müddətin bərpası üçün əsas deyildir. Belə ki, məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə qiymət verməzdən öncə məhkum Təqsirləndirilən şəxs1 apellyasiya şikayəti verilməsi üçün buraxılmış müddətin bərpasına dair vermiş olduğu vəsatətində göstərdiyi dəlilləri qiymətləndirməyi zəruri hesab edir. Məhkum Təqsirləndirilən şəxs1 apellyasiya şikayətinin verilməsi üçün müddətin buraxılmasının səbəbi kimi hüquqi savadının olmamasını və barəsində cinayət cəzası təyin edilərkən yetkinlik yaşına çatmamasını qeyd edərək, hökmdən apellyasiya şikayəti vermə müddətini üzürlü səbəbdən ötürdüyünü göstərmişdir. Məhkum Təqsirləndirilən şəxs1 cinayət təqibi üzrə istintaq və məhkəmə araşdırılması zamanı tam fəaliyyət qabiliyyətli və natamam orta təhsilli olmuş, həmçinin hökmün surətini vaxtında almışdır. Eyni zamanda, həm ibtidai istintaqda, həm də birinci instansiya məhkəmsində işə baxılarkən onun Cinayət Prosessual Məcəlləsinin 91-ci maddəsində nəzərdə tutulan hüquqları müdafiəçisinin iştirakı ilə izah olunmuşdur. Bakı Ağır Cinayətlər Məhkəməsində 28 dekabr 2017-ci il tarixli hökmü elan olunarkən Təqsirləndirilən şəxs1 məhkəmə zalında olaraq elanı dinləmiş, məhkəmdə ona hökmün elan olunmasından sonra 20 gün ərzində apellyasiya şikayəti verməli olduğu müdafiəçisinin iştirakı ilə izah edilmişdir. Cinayət işinin materiallarından görünür ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-1220/2017 saylı, 28 dekabr 2017-ci il tarixli hökmünün surəti məhkum Təqsirləndirilən şəxs1 16 yanvar 2018-ci il tarixdə məhkəmə qəbzinə imza etdirilməklə rəsmi qaydada təqdim olunmuş, lakin hökmün verildiyi tarixdən apellyasiya şikayətini verdiyi 24 fevral 2022-ci il tarixə kimi keçən 4 (dörd) il 1 (bir) ay 8 (səkkiz) gün müddət ərzində Təqsirləndirilən şəxs1 tərəfindən həmin hökmdən apellyasiya şikayəti verilməmişdir. Göründüyü kimi məhkum Təqsirləndirilən şəxs1 apellyasiya məhkəməsinin iclasında hökmün surətini 16 yanvar 2018-ci il tarixdə aldığını bildirsə də, apellyasiya şikayətində hökmün surətini aldığı vaxtdan keçən 4 (dörd) il 1 (bir) ay 8 (səkkiz) gün müddət ərzində hökmdən apellyasiya şikayətini verilməməsinin səbəbini hüquqi savadının olmaması və barəsində cinayət cəzası təyin edilərkən yetkinlik yaşına çatmaması ilə əlaqələndirmişdir. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətini vermə müddətinin üzürlü olması barədə apellyasiya şikayətinin dəlilləri, həmçinin Təqsirləndirilən şəxs1 apellyasiya məhkəməsində göstərdiyi dəlilləri, o cümlədən hüquqi savadının olmaması və barəsində cinayət cəzası təyin edilərkən yetkinlik yaşına çatmaması barədə fikirləri apellyasiya şikayəti verilməsi üçün buraxılmış 4 (dörd) il 1 (bir) ay 8 (səkkiz) günlük müddətin üzürlü sayılması üçün əsas deyildir. Belə ki, yuxarıda sadalanan əsaslara görə keçən həmin müddət ərzində məhkum Təqsirləndirilən şəxs1 iş üzrə məhkəmə hökmündən apellyasiya şikayəti verməməsi üzürlü səbəb kimi qəbul edilə bilməz. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, apellyasiya şikayəti və ya apellyasiya protesti verilməsi müddəti üzrlü səbəblərə görə buraxıldıqda bərpa oluna bilər. Apellyasiya şikayəti və ya apellyasiya protestinin vaxtında verilməməsinin üzrlü səbəbləri şikayət və ya protest verməyə mane olan xəstəlik, iş materialları ilə vaxtında tanış olmaq imkanının olmaması, hökmün və ya məhkəmənin digər qərarının mahiyyətinin şəxsə vaxtında və düzgün izah olunmaması, hökmün və ya məhkəmənin qərarının sürətini vaxtında göndərilməməsi, məhkəmə iclas protokolunun vaxtında hazır olmaması, şikayət və ya protest vermək hüququ olan şəxsin məcburiyyət altında şikayət və ya protest verə bilməməsi, şikayət və ya protest verilməsinə fövqəladə halların mane olması və s. ola bilər. Lakin məhkəmə kollegiyası nə iş materiallarında nə də məhkumların vəsatətlərində qeyd edilən halları təsdiq edən hər hansı bir sübut müəyyən etmədi. Bakı Ağır Cinayətlər Məhkəməsi haqlı olaraq yuxarıda qeyd edilənləri, həmçinin məhkum Təqsirləndirilən şəxs1 hökmün surətini aldığı tarixdən vəsatətlə müraciət olunan vaxta kimi keçmiş 4 (dörd) il 1 (bir) ay 8 (səkkiz) günlük müddət ərzində apellyasiya şikayətinin verilməsi müddətinin buraxılmasını üzürlü səbəb kimi qəbul etməmiş və müddətin bərpa edilməsi barədə vəsatəti təmin etməmişdir. Azərbaycan Respublikası CPM-nin 391.3 və 391.3.3-cü maddələrinin mənasına görə apellyasiya şikayətinə və ya apellyasiya protestinə ilkin baxılması zamanı apellyasiya instansiyası məhkəməsi bu məcəllənin müddəalarına müvafiq olaraq apellyasiya şikayətinin və ya apellyasiya protestinin verilməsi üçün müəyyən edilmiş müddətin bərpa edilməsi və ya bərpanın rədd edilməsi haqqında qərarlardan birini qəbul edir. Məhkəmə kollegiyası Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-1220/2017 saylı, 17 mart 2022-ci il tarixli qərarının qanuniliyini və əsaslığını yoxlayaraq hesab edir ki, qərar qanuni olmaqla əsaslıdır və qərar qəbul edilərkən hər hansı bir maddi və ya prosessual hüquq normasının tələbləri pozulmamışdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 386, 391, 407 və 410cu maddələrinin tələblərini rəhbər tutaraq Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası Qərara aldı: Məhkum Təqsirləndirilən şəxs1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 185.2.1, 185.2.2, 177.2.2, 178.2.2, 181.2.2, 181.2.5, 221.2.1, 221.2.2, 221.3, 228.4 və 126.4-cü maddələri ilə Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 185.2.1, 185.2.2 və 234.1-ci maddələri ilə məhkum olunmalarına dair Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-1220/2017 saylı, 28 dekabr 2017-ci il tarixli hökmündən məhkum Təqsirləndirilən şəxs1 apellyasiya şikayəti vermək üçün buraxılmış müddətinin bərpa edilməsinə dair vəsatətinin rədd edilməsi haqqında Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-1220/2017 saylı, 17 mart 2022-ci il tarixli qərarı məhkum Təqsirləndirilən şəxs1 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası CPM-nin 410-cu maddəsində göstərilən müddətdə və qaydada Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər. Sədrlik еdən: Zəki Bаbаyеv Hаkimlər: İbrahim İbrahimli Ziya Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar