Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(103)-1131/2022 09.08.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ (ilkin baxış) Hakimlər – Qasımov Faiq Adil oğlunun sədrliyi və məruzəsilə, Rəhimov Elmar Eldar oğlu və Əkbərov Kamran Hüseyn oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi – X1, Xüsusi ittiham qaydasında şikayət vermiş şəxs – X3, Barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş X4 iştirakı ilə X4 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.1-ci maddəsi ilə məsuliyyətə cəlb edilməsi haqqında X3 xüsusi ittiham qaydasında şikayəti üzrə məhkəmə baxışının keçirilməsindən və şikayətin icraata qəbul edilməsindən imtina edilməsinə dair Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 18 aprel 2022-ci il tarixli qərarından X5 tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında ilkin baxış keçirərək M Ü Ə Y Y Ə N E T D İ: Xüsusi ittiham qaydasında şikayət vermiş X5 məhkəməyə müraciət edərək, X7 barəsində CM-in 147.1-ci maddəsi ilə cinayət işi başlamaqla cinayət məsuliyyətinə cəlb edilərək cəzalandırılması, ondan ona qarşı etdiyi bu hərəkətə görə 10000 (on min) manat mənəvi ziyana görə pulun tutulması barədə ərar qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 18 aprel 2022-ci il tarixli qərarı ilə X4 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.1-ci maddəsi ilə məsuliyyətə cəlb edilməsi haqqında X3 xüsusi ittiham qaydasında şikayəti üzrə məhkəmə baxışının keçirilməsindən və şikayətin icraata qəbul edilməsindən imtina edilmişdir. Həmin qərardan xüsusi ittihamçı X5 apellyasiya şikayəti verərək Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 18 aprel 2022-ci il tarixli qərarının ləğv edilməsi, şikayətinin icraata qəbul edilməsi və X4 Cinayət Məcəlləsinin 147.1-ci maddəsi ilə məsuliyyətə cəlb olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, barəsində şikayət etdiyi X7 instaqram sosial şəbəkəsində qrup rəhbəri kimi çıxış edir. Sosial şəbədəki qrupnda ona qarşı nalayiq sözlər və məlumatlar yaymışdır. Bundan əlavə mənim şəklimi montaj edərək (çılpaq və nalayiq formada) sosial şəbəkələrdə yaymışdır. Hadisə baş verdikdən sonra mənim nişanlısı onunla ailə qurmaqdan imtina etmiş, onunla ailə qurmaqları pozulmuşdur və nişanı geri qaytarılmışdır. Beləliklə də barəsində şikayət etdiyi X4 qanunsuz hərəkətləri nəticəsində onun şərəf və ləyaqətim alçaldılmış, işgüzar nüfuzu ləkələnmişdir. Məhkəmə qərarında qeyd edir ki, guya o, hətta özü haqqında məlumatları tam qeyd etməmiş və yaşadığı yer haqqında məhkəməyə məlumat verməmişdir. O, özü haqqında və barəsində şikayət etdiyi X7 barədə məlumatları tam olaraq şikayətimdə qeyd etmişdir(qeydiyatda olub yaşadığı, telefon nömrəsi, barəsində şikayət etdiyi şəxs barədə və sair). Buna əsasən də məhkəmənin hazırlıq iclasına çağrılmış və məhkəmə iclasında iştirak etmişdir. Digər tərəfdən o və barəsində şikayət etdiyi X2 vəkili Müdafiəçi məhkəmənin hazırlıq iclasında iştirak etmiş, lazımı məlumatların məhkədə qeydiyyatı təkrar aparılmış, o, şikayəti üzrə izahat vermişdir. Maddi imkanı olmadığından vəkillə təmin olunmamış, məhkəmə ondan vəkillə müqavilə bağlamağı tələb etmiş, maddi imkanı olmadığından vəkillə müqavilə bağlamadığını məhkəməyə bildirmişdir. Məhkəmədə sübutlar araşdırılmış və sonradan ona məlum olmuşdur ki, məhkəmə sözügedən qanunsuz qərarını qəbul etmişdir Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri əsasında iş materiallarını araşdırıb, xüsusi ittiham qaydasında şikayət vermiş şəxs – X3, barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş X4 çıxışlarını dinləyib, aşağıdakı əsaslara görə hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, qərar dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, xüsusi ittiham qaydasında şikayətdən göründüyü kimi, cinayət barədə məlumatlar şikayətdə göstərilməli olduğu halda, X5 vermiş olduğu xüsusi ittiham qaydasında şikayətdə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin nə vaxt törədilməsi barədə məlumatı göstərməmiş, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin kim tərəfindən törədilməsi (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri) və əməlin məhz həmin şəxs tərəfindən törədilməsinin nə ilə təsdiq edildiyi şikayətdə göstərilməli olduğu halda, X5 xüsusi ittiham qaydasında verilmiş şikayətdə X7 tərəfindən ona böhtan atılmasını təsdiq edən heç bir sübut göstərilməmiş və bu barədə iş materiallarına heç bir sübut əlavə olunmamış və şikayətin verildiyi tarix və yer barədə məlumatlar şikayətdə göstərilməli olduğu halda, şikayətdə onun verildiyi il, ay və gün göstərilməmişdir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X5 tərəfindən CPM-in 293-cü maddələrinin tələblərinə riayət olunmadan şikayət ərizəsi tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 21 fevral 2014-cü il tarixli 3 saylı qərarının tələblərinə və cinayət prosessual qanunvericiliyin tələblərinə istinad edərək düzgün olaraq şikayət ərizəsinin məhkəmənin icraatına qəbul edilməsindən imtina etmişdir Belə ki, xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 21 fevral 2014cü il tarixli 3 saylı qərarında qeyd olunmuşdur ki, cinayət qanunvericiliyində xüsusi ittiham qaydasında cinayət təqibinə səbəb olan əməllərin törədilməsinə görə cinayət məsuliyyətinin nəzərdə tutulması hər kəsin mənəvi dəyəri olan şərəf və ləyaqətini, nüfuzunu qeyri-qanuni qəsdlərdən qorumaq məqsədi daşıyır. Hər kəsin şərəfi dedikdə onun cəmiyyətin üzvü kimi əxlaqi, mənəvi keyfiyyətlərinə, digər insanlara, dövlətə, cəmiyyətə münasibətinə görə ona verilən qiymət, ləyaqəti dedikdə şəxsin öz mənəvi və əqli keyfıyyətlərini, cəmiyyətdəki mövqeyini və nüfuzunu dərk etməsi və özünün özünə verdiyi qiymət, nüfuzu dedikdə isə şəxsin cəmiyyətdə, kollektivdə, dostlarının əhatəsində, təşkilatda öz qabiliyyətinə görə tutduğu mövqe başa düşülür. Həmin qərarın 11-ci bəndində qeyd olunur ki, xüsusi ittiham qaydasında icraatın başlanmasına səbəb yalnız zərər çəkmiş şəxs tərəfındən xüsusi ittiham qaydasında verilmiş şikayət ola bilər. Xüsusi ittiham qaydasında şikayət yazılı şəkildə cinayətin törədildiyi yerin yurisdiksiyasına aid olan birinci instansiya məhkəməsinə verilir. Məhkəmələrə tövsiyə edilsin ki, xüsusi ittiham qaydasında şikayətə məhkəmənin hazırlıq iclasında baxılması mərhələsində şikayətin məzmununun CPM-in 293.3.1-293.3.7-ci maddələrinin tələblərinə uyğun olub-olmamasını yoxlasınlar. Xüsusi ittiham qaydasında şikayət bu tələblərə cavab vermədikdə, habelə CPM-in 302.1.2-302.1.4 və 302.1.6- 302.1.8-ci maddələrində nəzərdə tutulmuş halları müəyyən etdikdə məhkəmə hazırlıq iclasında şikayətin öz icraatına qəbul edilməsindən imtina haqqında əsaslandırılmış qərar qəbul edir. Həmin Qərarın 12-ci bəndində qeyd edilmişdir ki, kütləvi informasiya vasitələrində (internet informasiya ehtiyatlarında) təhqir və böhtan xarakterli məlumatı yaymış şəxs özünü bəlli etmədikdə, belə məlumatlar anonim şəkildə yayılmış məlumatlar hesab edilir, onların yayılması ilə bağlı xüsusi ittiham qaydasında verilmiş şikayət isə - CPM-nin 293.3.1-293.3.7-ci maddələrinin tələblərinə uyğun olmayan şikayət kimi qiymətləndirilir. Belə hallarda məhkəmə hazırlıq iclasında şikayətin öz icraatına qəbul edilməsindən imtina haqqında qərar qəbul edir. Azərbaycan Respublikası CPM-nin 302.1.3-cü maddəsin əsasən şikayətin məzmunu bu Məcəllənin 293.3.1-293.3.7-ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olmadıqda məhkəmə baxışının keçirilməsində imtina edilməsinə dair qərar qəbul edilir. Azərbaycan Respublikası CPM-nin 397.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Azərbaycan Respublikası CPM-nin 397.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Azərbaycan Respublikası CPM-nin 398.1-ci maddəsinə əsasən apellyasiya şikayətinin və ya apellyasiya protestinin baxışı nəticəsində apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarını dəyişdirmədən, apellyasiya şikayətini və ya apellyasiya protestini isə təmin etmədən saxlanılması haqqında qərar qəbul edir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara əsasən, AR CPM-nin 398.1.1 və 407-ci maddələrini rəhbər tutaraq QƏRARAALDİ: Apellyasiya şikayəti təmin edilməsin. X4 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.1-ci maddəsi ilə məsuliyyətə cəlb edilməsi haqqında X3 xüsusi ittiham qaydasında şikayəti üzrə məhkəmə baxışının keçirilməsindən və şikayətin icraata qəbul edilməsindən imtina edilməsinə dair Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 18 aprel 2022-ci il tarixli qərarı xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X3 apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Yekun qərardan Azərbaycan Respublikası CPM-in 408-410-cu maddələrində nəzərdə tutulmuş qaydada və müddətlərdə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər. Sədrlik edən: Faiq Qasımov Hakimlər: Elmar Rəhimov Kamran Əkbərov
Məhkəmə qərarları › İş №1(103)-1131/2022
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №1(103)-1131/2022
09.08.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver