Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(103)-1133/2021 21.09.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər - Abbasov Mirzəli Əbdüləli oğlunun sədrliyi ilə, Qaraqurbanlı Ramin Afad oğlu və Mursaqulov Vaqif Ənvər oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi - X3, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin apellyasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X2, Zərərçəkmiş şəxs – Zərərçəkmiş şəxs, Məhkum edilmiş şəxs – Təqsirləndirilən şəxs və onun müdafiəçisi – Müdafiəçi3 iştirakları ilə, xx xxxx 1980-cı ildə Əli-Bayramlı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, əvvəllər məhkum olunmamış, subay, orta təhsilli, Şirvan şəhəri, Bayramlı qəsəbəsi, Sabir küçəsi, ev 42A-da qeydiyyatda olmaqla yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 150.2.3 və 150.2.5-ci maddələri ilə təqsirli bilinməsinə dair Bakı Ağır Cinayətlər Məhkəməsinin 26 may 2021-ci il tarixli, 1(101)-942/2021 saylı hökmündən məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi2 tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı Ağır Cinayətlər Məhkəməsinin 26 may 2021-ci il tarixli, 1(101)-942/2021 saylı hökmünə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 150.2.3 və 150.2.5-ci maddələri ilə təqsirli bilinərək, a 06 (altı) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəza çəkmə müddətinin əvvəli 16 oktyabr 2020-ci il tarixdən hesablanmış, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmışdır. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş işin faktiki hallarından görünür ki, Təqsirləndirilən şəxs 22 dekabr 2019-cu il tarixdə saat 12:00 radələrindən 2020-ci ilin fevral ayınadək olan müddət ərzində aşkar surətdə yetkinlik yaşına çatmayan xx xxxxx 2004-cü il təvəllüdlü Zərərçəkmiş şəxs yaşadığı Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Albalılıq bağlar yaşayış massivində yerləşən fərdi yaşayış evinin yataq otağında aralarında olan münasibəti kiməsə açıqlayacağı təqdirdə ailəsini rüsvay etməkdə hədələməklə müqavimətini qırmaq məqsədi ilə üz və gicgah nahiyəsinə əllə zərbələr endirib zor tətbiq etməklə köməksiz vəziyyətinə gətirmiş və bundan istifadə etməklə əllərini arxasına burub başını isə taxta çarpayıya tərəf dirəməklə öz cinsi ehtirasını pozğun formada təmin etmək məqsədi ilə cinsiyyət üzvünü zərərçəkmiş Zərərçəkmiş şəxs arxa keçəcək dəliyinə yeridərək onunla dəfələrlə qeyri-təbii yolla cinsi əlaqədə olmaqla Zərərçəkmiş şəxs qarşı təkrarən seksual xarakterli zorakılıq hərəkətləri etmişdir. Həmin hökmdən narazı qalan məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi2 apellyasiya şikayəti verərək, Bakı Ağır Cinayətlər Məhkəməsinin 26 may 2021ci il tarixli, 1(101)-942/2021 saylı hökmünün ləğv edilərək, Təqsirləndirilən şəxs bəraət verilməsi barədə qərar qəbul edilməsini və işə baxan hakim Azər Paşayevin barəsində xüsusi qərar çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, cinayət işinin məhkəmə istintaqında şahidlərin məhkəməyə verdiyi ifadələri əsasında müəyyən olunmuşdur ki, ittihamda qeyd olunan cinayət hadisəsinin zamana görə, zərərçəkmiş Zərərçəkmiş şəxs atası Şahid1 həmin vaxt Şirvanda deyil Bakıda olduğuna görə, 23 dekabr 2019-cu il tarixdə zərərçəkmiş Zərərçəkmiş şəxsnm anası Şahid2 və Təqsirləndirilən şəxs arvadı Şahid3 Şirvana getmədiklərinə görə, ondan xeyli əvvəlki günlərdə getdiklərinə görə, Şahid3 17-25 dekabr 2019-cu il tarixdə Təqsirləndirilən şəxs küsüb valideynlərinin evinə gedərək 22-23 dekabr 2019-cu il tarixlərində anasının kirayədə yaşadığı evdə olduğuna görə cinayətin qeyd olunan vaxtda və şaraitdə törədilməsi qətiyyən mümkün deyildir. Məhkəmə iclasında şahidlərin verdikləri ifadələrdən tam aydın oldu ki, Təqsirləndirilən şəxs 21-22 dekabr tarixlərində deyil, əvvəlki tarixlərdə Şahid2 pul verməsi üçün Şahid2 tərəfindən adı gizlədilən şəxsdən Yeni Günəşli qəsəbəsində 500 manat pulu alaraq gətirib ona vermiş, Cəmilə və Samidə Şirvan şəhərinə Şahid1 dərman almaq üçün pul vermək məqsədilə 23 dekabr 2019-cu il tarixdə deyil 15-16 dekabr tarixlərində getmişlər, hadisənin törədilməsi müəyyən olunan 22 dekabr 2019-cu il tarixdə zərərçəkmiş Zərərçəkmiş şəxs atası Şahid1 Bakıda kirayədə yaşadıqları evdə olmuş, Şirvan şəhərində olmamışdır, deməli zərərçəkmiş Zərərçəkmiş şəxs evdə tək olmamışdır və qeyd olunan cinayətin də Təqsirləndirilən şəxs tərəfindən törədilməsi mümkün deyildir. İttihamı tam aradan qaldıran sübutlar məhkəmədə üzə çıxmış və Təqsirləndirilən şəxs verilən ittiham şübhəli və həqiqətə uyğun olmayan sübutlar əsasında formalaşdırılmışdır. Bu vəziyyətdə Təqsirləndirilən şəxs bədbəxt edərək onun təqsiri olmaya-olmaya belə bir biarbırçı cinayətdə ittiham etmək qanunsuzdur, yolverilməzdir. Birinci instansiya məhkəməsi bütün bu detalları gizlətmək və ibtidai istintaq orqanının ittihamını notarius kimi təsdiqləmək üçün şahidlərin, ekspertin məhkəmədə verdikləri ifadələrini tam şəkildə dəyişdirmiş, hadisəyə uyğunlaşdırmış, ifadələrin əhmiyyətli hissələrini ümumiyyətlə iclas protokolunda, hökmdə qeyd etməmişdir. Ədalətsiz, qərəzli, birtərəfli, qeyri-obyektiv, məhkəmə iclasında tədqiq olunan sübutların - ifadələrin təhrif edilərək dəyidirilməsi nəticəsində çıxarılmış hökm ləğv olunmalıdır, CM-nin 150.2.3 və 150.2.5-ci maddəsi ilə qanunsuz Təqsirləndirilən şəxs barəsində bəraət hökmü çıxarılmalıdır. Məhkəmə iclasında məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs apellyasiya şikayətinin dəlillərinə uyğun çıxış edərək bildirdi ki, onu haqsız yerə tutmuşlar. Himayəsində iki uşağı var, atasıgil zərərçəkmiş şəxslə barışmaq üçün getmiş, lakin barışıq əldə olunmamışdır. Göstərilənlərə əsasən, apellyasiya şikayətinin təmin edilməsini, Bakı Ağır Cinayətlər Məhkəməsinin 26 may 2021-ci il tarixli, 1(101)-942/2021 saylı hökmünün ləğv edilməsini, ona bəraət verilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında məhkum edilmiş şəxsin müdafiəçisi Müdafiəçi3 apellyasiya şikayətinin dəlillərinə uyğun çıxış edərək bildirdi ki, Təqsirləndirilən şəxs təqsirli olması barədə heç bir sübut yoxdur. Odur ki, apellyasiya şikayətinin təmin edilməsini, Bakı Ağır Cinayətlər Məhkəməsinin 26 may 2021-ci il tarixli, 1(101)-942/2021 saylı hökmünün ləğv edilərək, Təqsirləndirilən şəxs bəraət verilməsi barədə qərar qəbul edilməsini və işə baxan hakim Azər Paşayevin barəsində xüsusi qərar çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs apellyasiya şikayətinə etiraz edərək bildirdi ki, Təqsirləndirilən şəxs xalasına bu əməli etdiyini etiraf etmiş və onlara elçi göndərmişdir. Odur ki, apellyasiya şikayətinin təmin edilməməsini, Bakı Ağır Cinayətlər Məhkəməsinin 26 may 2021-ci il tarixli, 1(101)-942/2021 saylı hökmünün dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə iclasında dövlət ittihamçısı X4 apellyasiya şikayətinin dəlillərini əsassız hesab edərək təmin edilməməsini, Bakı Ağır Cinayətlər Məhkəməsinin 26 may 2021-ci il tarixli, 1(101)-942/2021 saylı hökmünün əsaslı olduğundan dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyası cinayət işinin materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, proses iştirakçılarının çıxışlarını dinləyərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı Ağır Cinayətlər Məhkəməsinin 26 may 2021-ci il tarixli, 1(101)-942/2021 saylı hökmü verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası CPM-nin 397.1-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsinə görə isə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Müdafiə tərəfinin apellyasiya şikayətinin dəlilləri məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs barəsində bəraət hökmü çıxarılmasından ibarətdir. Məhkəmə kollegiyası bu barədə apellyasiya şikayətinin dəlillərini aşağıdakılara əsasən əsassız hesab edir. Belə ki, iş materiallarında olan cinayət işinə əlavə olunuş məhkəmə tibb ekspertizasının 21 sentyabr 2020-ci il tarixli 470 saylı rəyindən görünür ki, 2004-cü il təvəllüdlü Zərərçəkmiş şəxs qızlıq pərdəsinin tamlığı pozulmamışdır. Qızlıq pərdəsinin anatomik quruluşu, tamlığı pozulmadan onunla cinsi əlaqəyə girməyə imkan verir. Zərərçəkmiş şəxs arxa keçəcəyində aşkar edilmiş əlamətlər onunla qeyri-təbii yolla arxa keçəcək dəliyi vasitəsi ilə cinsi əlaqədə olmağa dəlalət edir. Zərərçəkmiş şəxs bədən səthi üzərində hər hansı bir xəsarət və ya xəsarət izi aşkar edilməmişdir. İş materiallarına əlavə olunmuş məhkəmə psixiatrik ekspertizasının 23 sentyabr 2020-ci il tarixli 1881 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs əqli-intellektual imkanları normaya uyğundur. O, qərarın təsviri hissəsində qeyd olunan hadisə baş verən zaman, ona qarşı edilən qanunazidd hərəkətlərin mahiyyətini başa düşmək qabiliyyətinə malik olmuşdur. Belə qənaətə gəlinir ki, baş vermiş hadisələr zamanı Zərərçəkmiş şəxs psixiemosional sferasında həyəcan, qorxu yaranmış, həmin halın yaranması Təqsirləndirilən şəxs ona qarşı etdiyi hərəkətlər (zor tətbiq edərək onunla cinsi əlaqədə olması, cinsi əlaqə zamanı çəkdiyi şəkillərlə onu rüsvay edəcəyini deyərək hədələməsi və s.) ilə şərtləşmişdir. Zərərçəkmiş şəxs sıx ünsiyyətdən çəkinmək, konfliktə meyilli olmamaq, özünəqapalılıq, öz hiss və yaşantılarını büruzə verməmək fərdi-psixi xüsusiyyətlərə malikdir. Onun idrak prosesləri (diqqət, yaddaş, qavrama, təfəkkür və s.) normaya uyğun olduğundan, o, baş vermiş hadisələri düzgün qavramaq və bu barədə düzgün məlumat vermək iqtidarında olmuşdur. Zərərçəkmiş şəxs özündən uydurmağa və başqalarının təsiri altında hərəkət etməyə meyillilik əlamətləri aşkar edilməmişdir. İş materiallarına əlavə olunmuş məhkəmə psixiatrik ekspertizasının 19 noyabr 2020ci il tarixli 3198 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir. Cinayət işi materiallarından və hal-hazırkı psixiatrik müayinənin nəticələrindən görünür ki, Təqsirləndirilən şəxs həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Onun hərəkətləri Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. İş materiallarına əlavə olunmuş məhkəmə tibb ekspertizasının 22 dekabr 2020-ci il tarixli 579 saylı rəyindən görünür ki, 1980-ci il təvəllüdlü Təqsirləndirilən şəxs bədən səthi üzərində hər hansı bir xəsarət və ya xəsarət izi aşkar edilmədi. Təqsirləndirilən şəxs cinsi qabiliyyətini təsdiq edən əlamətlər müsbətdir. Təqsirləndirilən şəxs xarici cinsiyyət üzvlərində onun cinsi əlaqəyə girə bilməsinə mane ola biləcək hər hansı bir anomaliya və patologiya aşkar edilməmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd edir ki, məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs özünü təqsirli bilməməsi barədə verdiyi ifadə zərərçəkmiş şəxsin və şahidlərin ifadələri ilə yanaşı, cinayət işi materialları ilə də təkzib olunur və özünümüdafiə və cinayət məsuliyyətindən yayınmaq xarakteri daşıyır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin “cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi” prinsipini təsbit edən 33.1-ci maddəsində qeyd olunur ki, hakimlər … cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Həmin Məcəllənin 33.2-ci maddəsinin tələbinə görə cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125, 144, 145-ci maddələrinin müddəalarının pozulması yolverilməzdir. Göstərilən Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsində məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 150.2.3 və 150.2.5-ci maddələri ilə elan olunmuş ittiham üzrə əməli Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 125, 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq toplanmış, yoxlanılmış və qiymətləndirilmiş mötəbər sübutlarla: zərərçəkmiş şəxsin ifadəsi ilə yanaşı, şahid ifadələri, ekspertiza rəyləri, o cümlədən məhkəmə istintaqında tədqiq edilmiş sənədlər və iş üzrə toplanmış digər mötəbər sübutlarla kifayət qədər sübuta yetirilmişdir. Hazırda apellyasiya baxışı zamanı məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsində (bəraətin əsasları) nəzərdə tutulan əsaslar, habelə həmin Məcəllənin 39-cu maddəsində nəzərdə tutulan cinayət təqibini istisna edən hallar müəyyən edilmədi. Odur ki, məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad edilməsi, həmçinin ona bəraət verilməsi üçün heç bir əsas yoxdur. Bundan əlavə, məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, apellyasiya şikayətində mübahisələndirilməsə də, cəza təyin edilməsinin ümumi prinsipləri nəzərə alınmaqla məhkum edilmiş şəxsə ittiham olunduğu maddənin sanksiyasının hüdudları daxilində qanuni və əsaslı cəza təyin edilmişdir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarında məhkəmələrə tövsiyyə edilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanin növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardir. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Hökmdən görünür ki, birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs cəza təyin edərkən ilk dəfə cinayət törətməsini və himayəsində iki azyaşlı uşaqlarının olmasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə almış, həmçinin əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 150.2.3 və 150.2.5-ci maddələrinin sanksiyasında beş ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Məhkəmə kollegiyası cinayət qanununun yuxarıda qeyd olunan normalarının tələblərini və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun göstərilən qərarının tövsiyyələrini nəzərə alaraq hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən Təqsirləndirilən şəxs təyin edilmiş cəza onun şəxsiyyətinə, törətmiş olduğu cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə uyğundur. Birinci instansiya məhkəməsinin hökmü ilə cəza təyin edilərkən, cəza təyin etmənin ümumi prinsiplərinə və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8, 41.2 və 58-ci maddələrinin tələblərinə düzgün riayət olunmuş, ona mübahisələndirilən hökmlə təqsirli bilinib məhkum olunduğu maddənin sanksiyası hüdudunda cinayət qanununun tələblərinə uyğun, cəzanı ədalətli fərdiləşdirməklə, onun məqsədlərini təmin edən, qanuni, əsaslı və ədalətli cəza təyin edilmişdir. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin hökmünün ləğv edilməsi üçün heç bir əsas mövcud deyildir. Məhkəmə kollegiyası yuxarıda sadalananları nəzərə alaraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı Ağır Cinayətlər Məhkəməsinin 26 may 2021-ci il tarixli, 1(101)-942/2021 saylı hökmü verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərlə yanaşı, məhkəmə kollegiyası hesab edir ki, məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs apellyasiya instansiyası məhkəməsində məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri “Yusifbəyli və Partnyorları” Vəkil Bürosunun vəkili Müdafiəçi3 dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs hüquqlarını müdafiəsi ilə əlaqədar məhkəmədə göstərilmiş cəmi 10 saat hüquqi xidmətə görə Müdafiəçi3 60 manat (10x6) məbləğində əmək haqqı Azərbaycan Respublikası Dövlət Büdcəsi hesabından işlədiyi Bakı şəhəri “Yusifbəyli və Partnyorları” Vəkil Bürosunun hesabına köçürülməlidir. Şərh olunanlara və Azərbaycan Respublikası CPM-nin 397.1, 397.2 və 398.1.1 maddələrini rəhbər tutaraq Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyası QƏRARA ALDİ: Apellyasiya şikayəti təmin edilməsin. Bakı Ağır Cinayətlər Məhkəməsinin 26 may 2021-ci il tarixli, 1(101)-942/2021 saylı hökmü verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs hüquqi yardım göstərdiyinə görə Bakı şəhəri “Yusifbəyli və Partnyorları” Vəkil Bürosunun vəkili Müdafiəçi3 dövlət büdcə vəsaiti hesabına 60 (altmış) manat məbləğində əmək haqqı Azərbaycan Respublikası Dövlət Büdcəsi hesabından işlədiyi Bakı şəhəri “Yusifbəyli və Partnyorları” Vəkil Bürosunun hesabına köçürülsün. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 410-cu maddəsində göstərilən müddətlərdə, Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər. Sədrlik edən: Mirzəli Abbasov Hakimlər: Ramin Qaraqurbanlı Vaqif Mursaqulov
Məhkəmə qərarları › İş №1(103)-1133/2021
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №1(103)-1133/2021
21.09.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver