Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(103)-1133/2022 07.10.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məmmədov Habil Çingiz oğlunun sədrliyi və məruzəsi ilə, Murquzov İlqar Mustafa oğlu və Əhmədov Həsən Hüseyn oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X1, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarənin apellyasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X2, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs5 və Zərərçəkmiş şəxs4, məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs, onun müdafiəçisi Bakı şəhəri “Fides” Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinərək məhkum olunmasına dair Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 19 aprel 2022-ci il tarixli, 1(010)-9/2022 saylı hökmündən zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs4 və Zərərçəkmiş şəxs5 tərəfindən ayrı-ayrılıqda verilmiş və təqsirləndirilən Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayətlərinə, həmçinin müdafiəçi tərəfindən verilmiş apellyasiya şikayətinə əlavəyə apellyasiya icraatı qaydasında, Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında (Bakı şəhəri, AZ1073, Zahid Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 19 aprel 2022-ci il tarixli, 1(010)-9/2022 saylı hökmü ilə (sədrlik edən hakim Elnur Nuriyev) xx xxxxxxxx 1966-cı ildə Ağsu rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, evli, təqaüdçü, Abşeron rayon Məhkəməsinin 20 oktyabr 2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, həmin Məcəllənin 69.3-cü mddəsi tətbiq edilməklə qəti olaraq 11 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, Salyan rayon Məhkəməsinin 29 dekabr 2021-ci il tarixli qərarı ilə “8 Noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarının 4-cü hissəsi tətbiq edilməklə Abşeron rayon Məhkəməsinin 20 oktyabr 2021-ci il tarixli hökmü ilə qəti olaraq təyin edilmiş cəzasının çəkilməmiş qalan hissəsi 06 ay azaldılmış, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2 ünvanında yaşamış, ibtidai istintaq orqanı tərəfindən barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 29 iyul 2021-ci il tarixli, 1(010)- 103/2021 nömrəli qərarı ilə həbs qətimkan tədbiri ilə əvəz edilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib 04 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı 27 iyul 2020-ci il tarixdən 29 iyul 2020-ci il tarixədək tutulduğu 02 (iki) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanaraq, Təqsirləndirilən şəxs təyin edilən 04 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzasından çıxılması və Təqsirləndirilən şəxs çəkilməsi üçün qəti olaraq, 03 (üç) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətində azadlıqdan məhrum etmə cəzasının müəyyən edilməsi, cəzanın çəkilməsinin Təqsirləndirilən şəxs ümumi rejimli cəzaçəkmə müəssisəsində müəyyən edilməsi, Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı həbsdə saxlanıldığı müddətin cəzaçəkmə müddətinə hesablanması və cəzaçəkmə müddətinin başlanğıcı 23 mart 2022-ci il tarixdən hesablanması, hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin qüvvəsində saxlanılması, Zərərçəkmiş şəxs4 Təqsirləndirilən şəxs qarşı vurulmuş maddi ziyanın əvəzi qismində 17.000 manat, mənəvi zərərin əvəzi qismində 5.000 manat və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 30 manat məbləğində pul vəsaitinin tutulması barədə mülki iddiasının qismən təmin edilməsi, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs4 vurulmuş maddi ziyanın əvəzi qismində 7.000 (yeddi min) manat və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 10 (on) manat, cəmi 7.010 (yeddi min on) manat məbləğində pul vəsaitinin tutulması, Zərərçəkmiş şəxs4 mülki iddiasının qalan hissədə rədd edilməsi, Təqsirləndirilən şəxs məhkəmədə göstərdiyi pulsuz hüquqi yardıma görə 40 (qırx) iş saatı üçün 240 ( iki yüz qırx) manat məbləğində vəsaitin müdafiəçisi Bakı şəhəri 9 saylı vəkil bürosunun vəkili Müdafiəçi1 ödənilməsi üçün Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Bakı şəhəri Bank ABB Suraxanı filialı, VÖEN **********, h/h ********************, SWİF GOODE İBAZAZ2X, m/h-**********031, kod 805692, VÖEN **********, AİİBAZ2X, hesab********************, VÖEN-********** hesablaşma hesabı üzərindən Bakı şəhəri 9 saylı Vəkil Bürosunun hesabına köçürülməsi hökm edilmişdir. İşin halları: Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs, özgənin əmlakını aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirmək məqsədi ilə tanışı Zərərçəkmiş şəxs4 Azərbaycan Respublikası Dövlət Neft Şirkətində (SOCAR) ev növbəsini satanlardan ucuz qiymətə ev alıb verilməsini həmin şirkətdə işləyən tanışı Şahid1 vasitəsi ilə təmin etdirəcəyi barədə yalan vədlər verərək 2014-cü ilin avqust ayı ərzində Zərərçəkmiş şəxs4 ünvan 3 ünvanda yerləşən mənzilində hissə-hissə olmaqla cəmi 17.000 (on yeddi min)manat pulunu alıb ələ keçirərək, zərərçəkmiş Zərərçəkmiş şəxs4 ümumilikdə 17.000 (on yeddi min) manat, yəni xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs, təkrarən özgənin əmlakını aldatma və etibardan suiistifadə etmə yolu ilə ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs3 Azərbaycan Respublikası Dövlət Neft Şirkətində (SOCAR) ev növbəsini satanlardan ucuz qiymətə ev alıb verilməsini həmin şirkətdə işləyən tanışı Şahid1 vasitəsi ilə təmin etdirəcəyi barədə yalan vədlər verərək 2014-cü ilin oktyabr ayında Zərərçəkmiş şəxs4 ünvan 3 ünvanda yerləşən mənzilində həmin vaxt Azərbaycan Respublikasının Mərkəzi Bankının məzənnəsinə görə 3.922 (üç min doqquz yüz iyirmi iki) manat ekvivalentində olan 5.000 (beş min) ABŞ dollar pulunu alıb ələ keçirərək, zərərçəkmiş Zərərçəkmiş şəxs3 ümumilikdə 3.922 (üç min doqquz yüz iyirmi iki) manat miqdarında maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs, təkrarən özgənin əmlakını aldatma və etibardan suiistifadə etmə yolu ilə ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs1 Azərbaycan Respublikası Dövlət Neft Şirkətində (SOCAR) ev növbəsini satanlardan ucuz qiymətə ev alıb verilməsini həmin şirkətdə işləyən tanışı Şahid1 vasitəsi ilə təmin etdirəcəyi barədə yalan vədlər verərək 2014-cü ilin dekabr ayında Zərərçəkmiş şəxs1 həmin vaxt Azərbaycan Respublikasının Mərkəzi Bankının məzənnəsinə görə 10.041 manat 60 qəpik ekvivalentində olan 12.800 (on iki min səkkiz yüz) ABŞ dollar pulunu Bakı şəhəri, Nərimanov rayonu ərazisindəki metronun “N.Nərimanov” stansiyasının ətrafında yerləşən parkın arxasında sonuncuya məxsus olan “Hyundai Accent” markalı, **-OS-*** dövlət qeydiyyat nişanlı avtomobilin içində və eyni niyyətlə 2015-ci ilin may ayı ərzində Zərərçəkmiş şəxs4 vasitəsi ilə sonuncunun ünvan 3 ünvanda yerləşən mənzilində hissə-hissə olmaqla cəmi 8.000 (səkkiz min) manat pulunu alıb ələ keçirərək, zərərçəkmiş Zərərçəkmiş şəxs1 ümumilikdə 18.041 (on səkkiz min qırx bir) manat 60 (altmış) qəpik, yəni xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs, təkrarən özgənin əmlakını aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs2na Azərbaycan Respublikası Dövlət Neft Şirkətində (SOCAR) ev növbəsini satanlardan ucuz qiymətə ev alıb verilməsini həmin şirkətdə işləyən tanışı Şahid1 vasitəsi ilə təmin etdirəcəyi barədə yalan vədlər verərək 2015-ci ilin may ayında Zərərçəkmiş şəxs4 vasitəsi ilə ünvan 3 ünvanda yerləşən mənzilində hissə-hissə olmaqla cəmi 2.500 (iki min beş yüz) manat pulunu alıb ələ keçirərək, zərərçəkmiş Zərərçəkmiş şəxs2 ümumilikdə 2.500 (iki min beş yüz) manat miqdarında maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs, təkrarən özgənin əmlakını aldatma və etibardan suiistifadə etmə yolu ilə ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs5 Primet oğluna Azərbaycan Respublikası Dövlət Neft Şirkətində (SOCAR) ev növbəsini satanlardan ucuz qiymətə ev alıb verilməsini həmin şirkətdə işləyən tanışı Şahid1 vasitəsilə təmin etdirəcəyi barədə yalan vədlər verərək Zərərçəkmiş şəxs4 vasitəsi ilə 23 may 2015-ci il tarixdə 7.000 (yeddi min) manat, 24 iyul 2015-ci il tarixdə 3.000 (üç min) manat, 07 avqust 2015-ci il tarixdə 2.000 (iki min) manat və 22 sentyabr 2015-ci il tarixdə 3.000 (üç min) manat olmaqla cəmi 15.000 (on beş min) manat pulu sonuncunun yaşadığı ünvan 3 ünvanında yerləşən mənzilində alıb ələ keçirərək, zərərçəkmiş Zərərçəkmiş şəxs5 Primet oğluna ümumilikdə 15.000 (on beş min) manat, yəni xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Apellyasiya şikayətlərinin dəlilləri: Həmin hökmdən məhkum olunmuş şəxs Təqsirləndirilən şəxs apellyasiya şikayəti verərək, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 19 aprel 2022-ci il tarixli, 1(010)-9/2022 saylı hökmünün ləğv edilməsini, azadlıqdan məhrum etməyə alternativ cəzanın təyin edilməsini və cinayət məsuliyyətinə cəlb edilməmiş Şahid1 cinayət məsuliyyətinə cəlb edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmənin həmin hökmü qanunsuz və əsassızdır. Belə ki, zərərçəkmiş şəxslərdən pul aldığını etiraf etsə də, aldığı pulu verdiyi Socar əməkdaşı Şahid1 istintaq orqanı tərəfindən himayə edilərək, əsassız şəkildə cinayət məsuliyyətindən yayındırılmışdır. Bu qanun pozuntusudur. Həmçinin təyin edilən cəza ağırdır. Həmin hökmdən məhkum olunmuş şəxs Təqsirləndirilən şəxs müdafiəçisi apellyasiya icraatında apellyasiya şikayətinə əlavə verərək, əlavəni belə əsaslandırmışdır ki, Təqsirləndirilən şəxs şikayətində azadlıqdan məhrum etməyə alternativ cəzanın təyin edilməsini xahiş etsə də, dəlil kimi məhkəmə iclasında təqsirinin olmadığını və Şahid1 cinayət məsuliyyətinə cəlb edilməli olduğunu bildirir. Belə ki, onun təqsirini sübut edən heç nə yoxdur. Zərərçəkmiş şəxslərin ifadələrindən əksinə görünür ki, Təqsirləndirilən şəxs onlara yardım etmək istəyib, həmçinin Təqsirləndirilən şəxs şikayətçi deyillər və Şahid1 təqsirli bilirlər. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 19 aprel 2022-ci il tarixli, 1(010)-9/2022 saylı hökmünün ləğv edilməsini və Təqsirləndirilən şəxs bəraət verilməsini xahiş etmişdir. Həmin hökmdən Zərərçəkmiş şəxs4 apellyasiya şikayəti verərək, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 19 aprel 2022-ci il tarixli, 1(010)-9/2022 saylı hökmünün ləğv edilməsini, Cinayət Prosessual Məcəlləsinin 318.2-ci maddəsini rəhbər tutaraq iş üzrə icraata xitam verilməsini, mülki iddianın tam təmin edilməsini, Cinayət Məcəlləsinin 178.2.1-ci maddəsi üzrə ittihamın sürülməsini və cinayət məsuliyyətinə cəlb edilməmiş Şahid1 cinayət məsuliyyətinə cəlb edilməsi üçün işin ibtidai araşdırmaya prosessual rəhbərlik etmiş prokurora qaytarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, hökmdən narazıdır. Şahid qismində dindirilmiş Şahid1 verilən suala cavab olaraq bildirmişdir ki, Zərərçəkmiş şəxs4 vurulan ziyan, yəni 17.000 manat pul vəsaitinin 10.000 manatını ödəmişdir. Şahid təqsirli şəxslə əlbir olmuşdur. Odur ki, cinayət məsuliyyətinə cəlb edilməlidir. Vəsatət verilsə də əsassız şəkildə təmin edilməmişdir. Mülki iddianın da qismən təmin edilməsini yanlış hüquqi qiymət verilməsi hesab edir. Həmin hökmdən Zərərçəkmiş şəxs5 apellyasiya şikayəti verərək, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 19 aprel 2022-ci il tarixli, 1(010)-9/2022 saylı hökmünün ləğv edilməsini və qanunvericiliyin tələbinə uyğun olaraq müvafiq qərarın qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, hökmdən narazıdır. Məhkəmə sübutlara düzgün qiymət verməmişdir. Belə ki, Təqsirləndirilən şəxs tərəfindən 15.000 manat pul verilsə də, o vəzifəli şəxs deyildir. O, ifadəsində aldığı pulu Socarda işləyən Şahid1 verdiyini, onun isə üzərinə götürdüyü öhdəliyi yerinə yetirmədiyini bildirmişdir. Təbii ki, Təqsirləndirilən şəxs vəzifəsi olmayan adam olduğu üçün Şahid1la əlaqəsi olmasaydı pulu almazdı. Təqsirləndirilən şəxs istintaqın sonunda pulu Şahid1la vermədiyini bildirsə də, məhkəmədə bu fikrin əksini bildirmiş və əks fikir bildirməsini, ziddiyyətli ifadə verməsini belə izah etmişdir ki, Şahid1 adamları ziyanı ödəmək müqabilində ifadəsini istintaqdakı kimi verməsini və icraata xitam verilməsini bildirmişlər. Ona görə də o, razılaşmışdır. Məhkəmə bu hallara qiymət verməmişdir. Şahid qismində dindirilmiş Şahid1 verilən suala cavab olaraq bildirmişdir ki, Zərərçəkmiş şəxs4 vurulan ziyan, yəni 17.000 manat pul vəsaitinin 10.000 manatını ödəmişdir. Bu fakta da qiymət verilməmişdir. Şahid1 cinayətdə rolunun sübut olunmasına baxmayaraq məhkəmə hökm çıxararkən bu hallara əhəmiyyət verməmiş və hökmdə öz əksini tapmamışdır. Hökmdən dövlət ittihamçısı apellyasiya protesti verməmişdir. Apellyasiya şikayətlərinə qarşı yazılı etiraz verilməmişdir. Proses iştirakçılarının çıxışları: Məhkəmə iclasında çıxış edən məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi2 verilmiş apellyasiya şikayətini və şikayətə əlavəni müdafiə edərək, məhkəmə kollegiyasından apellyasiya şikayətinin və əlavəsinin təmin edilməsini, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 19 aprel 2022-ci il tarixli, 1(010)-9/2022 saylı hökmünün ləğv edilməsini, Təqsirləndirilən şəxs bəraət verilməsini və Şahid1 cinayət məsuliyyətinə cəlb edilməsini, Təqsirləndirilən şəxs bəraət veriləcəyi təqdirdə zərərçəkmiş şəxslərin də şikayətlərinin təmin edilərək cinayət işinin ibtidai istintaqa qaytarılmasını xahiş etmişlər. Məhkəmə iclasında çıxış edən Zərərçəkmiş şəxs5 vermiş olduğu apellyasiya şikayətini müdafiə edərək, məhkəmədən özü və Zərərçəkmiş şəxs4 tərəfindən verilmiş apellyasiya şikayətlərinin təmin edilməsini, məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayətinin və onun müdafiəçisi Müdafiəçi2 tərəfindən verilmiş apellyasiya şikayətinə əlavənin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə iclasında çıxış edən Zərərçəkmiş şəxs4 vermiş olduğu apellyasiya şikayətini müdafiə edərək, məhkəmədən özü və Zərərçəkmiş şəxs5 tərəfindən verilmiş apellyasiya şikayətlərinin təmin edilməsini, məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayətinin və onun müdafiəçisi Müdafiəçi2 tərəfindən verilmiş apellyasiya şikayətinə əlavənin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında dövlət ittihamçısı X4 verilmiş apellyasiya şikayətlərinin dəlillərini və məhkumun müdafiəçisinin apellyasiya şikayətinə əlavəni əsassız hesab edərək şikayətlərin və məhkumun müdafiəçisinin apellyasiya şikayətinə əlavənin təmin edilməməsini, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 19 aprel 2022-ci il tarixli, 1(010)-9/2022 saylı hökmünün qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılmasını xahiş etdi. İşin hüquqi məsələləri: Apellyasiya şikayətinin dəlilləri ilə əlaqədar оlaraq məhkəmə kоllegiyası qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 397.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin nоrmalarının tətbiq edilməsinin düzgünlüyünü yохlayır. Həmin Məcəllənin 397.2-ci maddəsində göstərilir ki, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya prоtestinin hüdudlarında yохlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin nоrmalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya prоtestinin dəlillərindən asılı оlmayaraq yохlanılır. Qeyd edilən prosessual normaların mənasına görə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılmalıdır. Başqa sözlə, işin faktiki halları yalnız apellyasiya tələbi ilə bağlı olan hissədə yəni apellyasiya tələbinin təsdiq və ya təkzib edilməsi zərurəti ilə əlaqədar yoxlanılır. Burada işin faktiki halları dedikdə, konkret cinayət əməli üzrə sübut edilməli olan və məhkəmənin hökmünün və ya başqa qərarının qəbul edilməsi üçün mühüm əhəmiyyət kəsb edən xüsusatların məcmusu başa düşülməlidir. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununun və Cinayət Prosessual Məcəlləsinin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılması o deməkdir ki, hökmün və ya qərarın qanuni və əsaslı olmasını yoxlayarkən apellyasiya instansiya məhkəməsi qanunla müəyyən edilmiş hüquqları həddində apellyasiya şikayəti və apellyasiya protestində göstərilib-göstərilməməsindən asılı olmayaraq, birinci instansiya məhkəməsinin tətbiq etdiyi cinayət və cinayət-prosessual hüquq normalarının, habelə bu normalarla bağlı olaraq başqa hüquq sahələrinə aid normaların düzgün tətbiq edilib edilməməsini yoxlamalıdır. Başqa sözlə apellyasiya instansiya məhkəməsi məhkəmə baxışı zamanı hüquq məsələsini hər bir halda və tam həcmdə yoxlamalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndinə əsasən isə məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Həmçinin Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 8-ci maddəsinə görə cinayət mühakimə icraatının vəzifələri - cinayətləri tezliklə açmaq, cinayət təqibi ilə bağlı bütün halları hərtərəfli, tam və obyektiv araşdırmaq; cinayət törətmiş şəxsləri ifşa və cinayət məsuliyyətinə cəlb etmək; cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirməkdən ibarətdir. Hökmdən, cinayət işinin materiallarından, apellyasiya şikayətlərinin və apellyasiya şikayətinə əlavənin dəlillərindən, o cümlədən, məhkum edilmiş şəxsin, müdafiəçinin, zərərçəkmiş şəxslərin apellyasiya baxışı zamanı şikayətin dəlilləri barədə çıxışlarından görünür ki, müdafiə və ittiham tərəfinin (dövlət ittihamçısı istisna olmaqla) ortaq mövqeyi Şahid1 cinayət məsuliyyətinə cəlb edilməsi məsələsinə hüquqi qiymət verilməsidir. Əlavə olaraq məhkum edilmiş şəxs və müdafiəçisi bəraət verilməsini xahiş edirlər. Mülki iddiaçı Zərərçəkmiş şəxs4 mülki iddianın tam təmin edilməsini xahiş edir. Məhkəmə kollegiyası apellyasiya şikayətlərində və apellyasiya şikayətinə əlavədə qeyd edilən məsələlərə dair aşağıdakıları qeyd edir. Məhkəmə kollegiyası qeyd edir ki, məhkum edilmiş şəxs və müdafiəçisi apellyasiya baxışı zamanı Təqsirləndirilən şəxs əməlinin Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə yanlış olaraq tövsif edilməsinə təkid etsələr də, birinci instansiya məhkəməsi cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdıraraq, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124,143 və 145-ci maddələrinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxslərin, şahidlərin ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının və digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirmiş və təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini ilə bağlı düzgün nəticəyə gələrək onun həmin əməlini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə tövsif etmiş, həmçinin əməlin törədilməsinin tam sübuta yetirilməsi ilə bağlı düzgün nəticəyə gəlmişdir. Belə ki, iş materiallarında olan 27 iyul 2020-ci il tarixli üzləşdirmə protokolundan görünür ki, Zərərçəkmiş şəxs4 ilə Təqsirləndirilən şəxs arasında üzləşdirmə-dindirmə istintaq hərəkətləri aparılmış, üzləşdirmədindirmə zamanı Zərərçəkmiş şəxs4 ibtidai istintaq zamanı ifadəsində göstərdiklərini Təqsirləndirilən şəxs üzünə deyərək, ifadəsini bir daha təsdiq etmiş, sonuncu isə Zərərçəkmiş şəxs4 dedikərini təsdiq etmişdir. İş materiallarında olan 21 dekabr 2020-ci il tarixli və 02 fevral 2021-ci il tarixli qəbzlərdən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən müvafiq olaraq 6.000 və 4.000 manat olmaqla zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs4 vurulmuş maddi ziyanın cəmi 10.000 (on min) manat məbləği cinayət işinin ibtidai istintaqı zamanı sonuncuya ödənilmişdir. İş materiallarında olan ifadənin yerində yoxlanılması haqqında 21 dekabr 2020-ci il tarixli protokoldan görünür ki, ifadəsi yerində yoxlanılan Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi etirafedici ifadəsində qeyd etdiyi xüsusatları hadisə yerində əyani olaraq göstərmiş və Zərərçəkmiş şəxs4 hissə-hissə aldığı pulların hamısını öz ehtiyaclarına xərclədiyini bildirmişdir. İş materiallarında olan toplanmış sübutların qiymətləndirilməsi və cinayət işi üzrə icraata hissəvi xitam verilməsi barədə 21 dekabr 2020-ci il tarixli qərardan görünür ki, hazırki cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb edilmiş Şahid1 əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178-ci maddəsinin tərkib əlamətləri olmadığından, onun barəsində cinayət işi üzrə icraata hissəvi xitam verilmiş, barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilmiş və onun təqsirləndirilən şəxs qismində statusuna xitam verilmişdir. “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli Qərarının 1, 2, 3, 4 və 5-ci bəndlərində qeyd edilir ki, törədilmiş əməl o halda Cinayət Məcəlləsinin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun. Dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi (məsələn, əqdin predmeti olan saxta əşyaların və ya saxta sənədlərin təqdim edilməsi, onların əldə edilməsi, malların alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və ya hesablaşma görüntüsünün yaradılması və sair) başa düşülür. Dələduzluğun üsulu kimi etibardan sui-istifadə etmə dedikdə, əmlakı ələ keçirmək və ya əmlaka olan hüququ əldə etmək məqsədi güdən şəxs tərəfindən əmlakın mülkiyyətçisi, bu əmlaka sahiblik edən və ya sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən istifadə olunması başa düşülür. Dələduzluq cinayəti özgənin əmlakının (əmlaka olan hüququnun) təqsirkarın və ya üçüncü şəxslərin sahibliyinə keçdiyi və onların bu əmlaka (əmlaka olan hüquqa) dair istədikləri kimi sərəncam vermək və ya onlardan istifadə etmək imkanının yarandığı andan başa çatmış hesab edilir. Şəxs əmlakı (əmlaka olan hüququ) əldə edərək onların verilməsinin şərtləri ilə bağlı öhdəlikləri yerinə yetirmək niyyətində olmadıqda və nəticədə zərər çəkmiş şəxsə maddi zərər vurulduqda, onun əməli o halda dələduzluq kimi qiymətləndirilir ki, təqsirkarın özgə əmlakının talanmasına və ya əmlaka olan hüquqa yiyələnməsinə yönəlmiş niyyəti həmin əmlakı və ya əmlaka olan hüququ əldə edənədək yaranmış olsun. Beləliklə, məhkəmə kollegiyası yuxarıda göstərilən sübutlarla Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə müəyyən olunmuş cinayətin törədilməsində təqsirinin tam sübuta yetirildiyi qənaətini əsaslı və qanuni hesab edir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, Zərərçəkmiş şəxs4 Təqsirləndirilən şəxs qarşı vurulmuş maddi ziyanın əvəzi qismində 17.000 manat, mənəvi zərərin əvəzi qismində 5.000 manat və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 30 manat məbləğində pul vəsaitinin tutulması barədə mülki iddiası qismən təmin edilməlidir. Belə ki, işdə olan sübutlarla təsdiq olunur ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs4 ümumilikdə 17.000 (on yeddi min) manat məbləğində maddi ziyan vurmuş və 21 dekabr 2020-ci il tarixdə 6.000 manat, 02 fevral 2021-ci il tarixdə isə 4.000 manat olmaqla ümumilikdə Zərərçəkmiş şəxs4 cinayət işinin ibtidai istintaqı zamanı 10.000 (on min) manat ödəmişdir. Göründüyü kimi Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs4 ümumilikdə vurduğu 17.000 (on yeddi min) manat məbləğində maddi ziyanın ödənilməmiş qalıq hissəsi 7.000 manat təşkil edir. Məhkəmə kollegiyası hesab edir ki, məhkəmə iddianı qismən təmin etməkdə haqlı olmuşdur. Ona görə şikayətin bu hissəsi əsassız olduğu üçün mülki iddiaçı Zərərçəkmiş şəxs4 mülki iddiasının tam təmin edilməsi mümkün deyil. Məhkəmə kollegiyası Şahid1 cinayət məsuliyyətinə cəlb edilməsi və bunun üçün işin ibtidai araşdırmaya prosessual rəhbərlik etmiş prokurora qaytarılmasını kimi şikayətlərdə olan dəlillərə münasibətdə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Kollegiya məhkum edilmiş şəxsin istintaq zamanı verdiyi ifadədə aldığı pulu heç kimə verməməsi və məhkəmədə verdiyi ifadədə aldığı pulu Şahid1 verməsini bildirməsini, yəni ziddiyyətli ifadə verməsini cinayət məsuliyyətindən yayınmağa cəhd kimi qiymətləndirir. Belə ki, işdən göründüyü kimi Şahid1 əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178-ci maddəsinin tərkib əlamətləri olmadığından, onun barəsində cinayət işi üzrə icraata hissəvi xitam verilmiş və onun təqsirləndirilən şəxs qismində statusuna xitam verilmişdir. Adı keçən qərar məhkum edilmiş şəxs tərəfindən müvafiq qaydada mübahisələndirilməmişdir. Halbuki onun məhkəmə nəzarəti qaydasında şikayət etmək hüququ var idi. Cinayət Prosessual Məcəlləsinin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. Həmin məcəllənin 318.2-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin hərəkətlərində daha ağır cinayətin əlamətlərinin mövcudluğu müəyyən edildikdə, dövlət ittihamçısının vəsatəti əsasında məhkəmə irəli sürülmüş ittiham üzrə cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verilməsi və təqsirləndirilən şəxsə başqa ittihamın irəli sürülməsi məsələsinə baxılması üçün işin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə əsaslandırılmış qərar çıxarır. Məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin hərəkətlərində daha ağır cinayətin əlamətlərinin mövcudluğu barədə zərər çəkmiş şəxsin və ya onun qanuni nümayəndəsinin vəsatəti əsasında məhkəmə bu maddədə nəzərdə tutulmuş qaydada qərar çıxara bilər. Həmin məcəllənin 65.1-ci maddəsinə əsasən cinayət prosesini həyata keçirən orqanın ləğv edilməmiş qərarı həmin məsələ üzrə yeni qərar çıxarılmasına yol vermir. Cinayət prosesini həyata keçirən orqanın qərarı, şəxsin cinayət təqibini istisna edən qərarlardan başqa, hökmün və ya məhkəmənin digər yekun qərarının çıxarılması ilə əlaqədar məcburi qüvvəyə malik deyildir. Cinayət Prosessual Məcəlləsinin 318-ci maddəsi məhkəmə icraatında baxılan işlərin baxış həddini müəyyən edir və məhkəmələr bu həddən kənara çıxa bilməz. Əlavə olaraq onun barəsində qüvvədə olan xitam qərarı var. Xitam qərarı yalnız məhkəmə nəzarəti qaydasında mübahisələndirilə bilərdi. Odur ki, qeyd edilən səbəblərdən və qanunvericiliyin tələbi baxımından Bakı Apellyasiya Məhkəməsi tərəfindən Şahid1 cinayət məsuliyyətinə cəlb edilməsi və ya bunun üçün işin prokurora göndərilməsi mümkünsüzdür. Məhkəmə kollegiyası tərəflərə izah edir ki, Şahid1 cinayət məsuliyyətinə cəlb edilməsi üçün aidiyyəti hüquq mühafizə orqanlarına müraciət edə bilərlər. Məhkum edilmiş şəxsin əməlində cinayət olmasını aradan qaldıran hallar, habelə onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Məhkəmənin hökmündən görünür ki, birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs cəza təyin edərkən məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxsin ifadəsi, şahidlərin ifadələri və digər sübutlar nəzərə almaqla, təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələrinin sanksiyası daxilində 03 (üç) il, 11 (on bir) ay, 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası təyin etmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, əsaslandırılmış və ədalətli cəza təyin edilməsi ilk olaraq cinayətkarlıqla mübarizə aparılması üçün vacib vasitə olmaqla lazımi cəzalandırma tədbirini təmin edir, məhkumun islah və tərbiyə edilməsinə köməklik göstərir, onun və başqa şəxsin yeni cinayət törətməsinin qarşısını alır. Qanuni cəzanın təyin edilməsi isə ilk növbədə cəzanın məqsədinə, yəni ədalətin bərpasına və məhkumun islah olunmasına nail olmaq sahəsində mühüm vasitədir. Məhkəmə kollegiyasının qənaətinə görə, birinci instansiya məhkəməsi məhkuma cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1, 41.2 və 58.3-cü maddələrinin tələblərinə riayət etməklə, onun törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi ilə yanaşı, məhkumun şəxsiyyətini səciyyələndirən cəzanı ağırlaşdıran və yüngülləşdirən halların müəyyən edilməməsini əsas götürərək, Təqsirləndirilən şəxs həm təqsirli bilindiyi cinayətin ağırlığına, həm də onun şəxsiyyətinə uyğun olan qanuni və ədalətli cəza təyin etmişdir. Məhkəmə iclasında məhkumun cəzasının dəyişdirilib, ona daha yüngül cəza təyin olunması üçün əlavə əsaslar müəyyən edilməmişdir. Həmçinin, qeyd olunmalıdır ki, məhkəmə kollegiyası tərəfindən birinci instansiya məhkəməsinin maddi və prosessual qanunvericiliyin normalarının tətbiqi ilə bağlı digər pozuntulara yol verməsi halları müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 398.1.1-ci maddəsinə əsasən, apellyasiya şikayətlərinin və ya apellyasiya protestinin baxışı nəticəsində apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarını dəyişdirmədən, apellyasiya şikayətini və ya apellyasiya protestini isə təmin etmədən saxlanılması haqqında qərar qəbul etmək səlahiyyətinə malikdir. Göstərilənləri nəzərə alaraq, məhkəmə kollegiyası belə qənaətə gəlir ki, verilmiş apellyasiya şikayətləri və apellyasiya şikayətinə əlavə əsassız olduğundan təmin edilməməli, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə məhkum olunmasına dair Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 19 aprel 2022-ci il tarixli, 1(010)-9/2022 saylı hökmü qanuni və əsaslı olduğundan verilmiş apellyasiya şikayətlərinə və apellyasiya şikayətinə əlavəyə münasibətdə dəyişdirilmədən saxlanılmadır. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, məhkumun hüquqlarının məhkəmə iclaslarında müdafiə xərcləri Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli, 31 saylı qərarına əsasən (həmin qərara 03 may 2018-ci il tarixli, 202 saylı dəyişikliklər nəzərə alınmaqla) dövlət büdcəsindən ödənilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 397, 398.1.4, 399.1.5, 405.1.1, 407 və 410-cu maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kоllegiyası, Q Ə R A R A A L D İ: Məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayəti və müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayətinə əlavə təmin edilməsin. Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs5 və Zərərçəkmiş şəxs4 tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətləri təmin edilməsin. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 19 aprel 2022-ci il tarixli, 1(010)-9/2022 saylı hökmü verilmiş apellyasiya şikayətlərinə və apellyasiya şikayətinə əlavəyə münasibətdə dəyişdirilmədən saxlanılsın. Bakı şəhəri “Fides” Vəkil Bürosunun vəkili Müdafiəçi2 tərəfindən məhkum Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 06 (altı) manat hesab edilməklə, 12 (on iki) saat üçün cəmi 72 (yetmiş iki) manat dövlət büdcəsindən tutularaq Bakı şəhəri “Fides” Vəkil Bürosunun hesabına köçürülsün. Qərar qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 408-412-ci maddələrinə uyğun olaraq Bakı Apellyasiya Məhkəməsinin vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və kassasiya protesti verilə bilər. Sədrlik edən: Habil Məmmədov Hakimlər: İlqar Murquzov Həsən Əhmədov
Məhkəmə qərarları › İş №1(103)-1133/2022
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №1(103)-1133/2022
07.10.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver