Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(103)-114/2025 14.05.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının hakimləri X5 (sədrlik edən və məruzəçi), X35 və X1 ibarət tərkibdə, məhkəmə iclasının katibi X30 katibliyi ilə, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı2, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs1, məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs, müdafiəçi – Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə məhkum olunmasına dair Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 27 sentyabr 2023-cü il tarixli 1(005)-205/2023 nömrəli hökmündən məhkum olunmuş şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyənetdi: Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin (hakim H.Kamranov) 27 sentyabr 2023-cü il tarixli hökmünə əsasən xx xxxxxx 1977-ci il tarixdə Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, məhkumluğu olan, Naxçıvan Muxtar Respublikası, Şahbuz rayonu, Güney Qışlaq kəndində qeydiyyatda olan, faktiki ünvan 1 ünvanında yaşamış, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinərək ona 02 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 05 sentyabr 2023-cü il tarixli hökmü ilə ona təyin edilmiş 08 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzası hazırkı hökmlə təyin edilmiş cəza ilə qismən toplanılmaqla Təqsirləndirilən şəxs qəti olaraq 09 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzaçəkmə müddətinin əvvəli 02 noyabr 2022-ci il tarixdən hesablanmış, barəsində Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 05 sentyabr 2023-cü il tarixli 1(003)-427/2023 nömrəli hökmü ilə həbs qətimkan tədbirinin seçilməsi və Bakı Ağır Cinayətlər Məhkəməsinin 17 noyabr 2022-ci il tarixli hökmü ilə hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 2 saylı cəzaçəkmə müəssisəsində azadlıqdan məhrum etmə cəzası çəkməsi nəzərə alınmışdır. İşin halları: İbtidai istintaq orqanı tərəfindən tərtib edilmiş ittiham aktına və birinci instansiya məhkəməsinin hökmünə əsasən, Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə təkrarən özgənin əmlakını ələ keçirərək maddi ziyan vurmaqla dələduzluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs özgənin əmlakını ələ keçirmək məqsədilə Zərərçəkmiş şəxs1 etibarından sui-istifadə edib qardaşı oğlu Şahid5 Fövqəladə Hallar Nazirliyinin X2 Xidmətinin Yardımlı rayon şöbəsində yanğınsöndürən vəzifəsinə işə düzəldəcəyi ilə bağlı yalan vəd verib aldatmaqla, xx.xx.2022-ci il tarixdə Bakı şəhəri, Nərimanov rayonu, “Nərimanov adına İstirahət Park”ında 5000 manat məbləğində pulu ələ keçirərək Zərərçəkmiş şəxs1 maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən özgənin əmlakını ələ keçirmək məqsədilə Zərərçəkmiş şəxs2 etibarından sui-istifadə edib onu Fövqəladə Hallar Nazirliyində operator vəzifəsinə işə düzəldəcəyi ilə bağlı yalan vəd verib aldatmaqla, xx.xx.2022-ci il tarixdə ünvan 2 ünvanda yerləşən “X4”nin qarşısında 700 manat məbləğində pulu ələ keçirərək Zərərçəkmiş şəxs2 maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən özgənin əmlakını ələ keçirmək məqsədilə Zərərçəkmiş şəxs3 etibarından sui-istifadə edib onu Fövqəladə Hallar Nazirliyində sürücü vəzifəsinə işə düzəldəcəyi ilə bağlı yalan vəd verib aldatmaqla, xx.xx.2022-ci il tarixdə Bakı şəhəri, Nərimanov rayonu, “Nərimanov adına İstirahət Park”ında 2000 manat məbləğində pulu ələ keçirərək Zərərçəkmiş şəxs3 maddi ziyan vurmaqla dələduzluq etmişdir. Apellyasiya şikayətinin dəlilləri, proses iştirakçılarının çıxışları və sübutların təsviri: Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 27 sentyabr 2023-cü il tarixli hökmündən məhkum olunmuş şəxs apellyasiya şikayəti verərək (apellyasiya şikayəti verilməsi üçün prosessual müddət bərpa olunmaqla) cəzasının yüngülləşdirilməsini xahiş etmişdir. Hökmdən zərərçəkmiş şəxslər apellyasiya şikayəti, dövlət ittihamçısı apellyasiya protesti verməmişlər. Məhkəmə kollegiyasının iclasında məhkum olunmuş Təqsirləndirilən şəxs və onun müdafiəçisi hər üç epizod üzrə cinayət məsuliyyətinə cəlbetmə müddəti keçdiyindən və özünü təqsirli bildiyindən Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad olunmaqla barəsində cinayət təqibinə xitam verilməsini xahiş etdilər. Həmçinin məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs məhkəməyə eyni məzmunlu yazılı ərizə də təqdim etmişdir. Məhkəmə kollegiyasının iclasında dövlət ittihamçısı məhkəmə çıxışında bildirdi ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə üç epizoddan ibarət ittiham verilmiş, lakin həmin epizdoların hər biri ayrı-ayrılıqda Cinayət Məcəlləsinin 178.1-ci maddəsinin tərkibini yaradır. Belə ki, şəxs dələduzluq cinayət əməllərindən sonuncusunu 2022-ci ilin sentyabr ayında törətmişdir. Bu halda, hər epizod Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə əhatə olunduğundan və hər bir əməli ayrılıqda götürdükdə, sonrakı epizod özündən əvvəlki epizod üzrə məsuliyyətə cəlbetmə müddətinin keçməsi ilə əlaqədar təkrarlıq yaratmır. Belə olan halda onun əməlləri təkrarlıq kimi qiymətləndirilməməlidir. Göstərilənlərə əsasən, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə verilmiş ittihamın Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə davam etdirilməsini və cinayət məsuliyyətinə cəlbetmə müddətinin keçməsi ilə əlaqədar, şəxsin özünü təqsirli bilməsi də nəzərə alınmaqla cinayət təqibinə xitam verilməsini xahiş edir. Təqsirləndirilən şəxs verilmiş ittihamın Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə davam etdirilməsi barədə dövlət ittihamçısı tərəfindən müvafiq yazılı rəy də təqdim edilmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs1 vurulmuş ziyanın ödənilmədiyini bildirərək apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdilər. Hüquqi məsələlər: Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 397.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsinin tələbinə görə, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Məhkəmə kollegiyası cinayət işinin materiallarını araşdırıb, verilmiş apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, dövlət ittihamçısının, məhkum edilmiş şəxsin və onun müdafiəçisinin fikirlərini dinləyərək hesab edir ki, verilmiş apellyasiya şikayəti təmin edilməməli, iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 27 sentyabr 2023-cü il tarixli hökmü ləğv edilməli, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə aparılan cinayət təqibinə Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 43.3-cü maddəsinə əsasən həmin Məcəllənin 39.1.3-cü maddəsində nəzərdə tutulan əsasla - cinayət məsuliyyətinə cəlbetmə müddəti keçdiyindən xitam verilməməli və ona cəza təyin edilməməlidir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 20 may 2011-ci il tarixli Qərarında göstərilir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 may 2009-cu il tarixli Qərarında göstərilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi nəinki ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli: məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi – hakimin həm vəzifə, həm də mənəvi borcudur. Hər hansı məhkəmə araşdırılması ədalətli məhkəmə qərarının qəbulu ilə yekunlaşmalıdır. Bu mənada ümumləşdirilmiş şəkildə cinayət prosesinin tərəfləri və cəmiyyətin özü məhkəmədən nəinki qanuni, həmçinin əsaslandırılmış hökm gözləyir. Hər bir halda, məhkəmə hökmü nəinki forma və məzmun üzrə qanunun tələblərinə uyğun, cinayət-prosessual qanunun tələblərinə müvafiq müəyyənləşdirilmiş faktlar üzərində və cinayət qanununun düzgün tətbiqi nəticəsində çıxarılmalı, o, eyni zamanda əsaslandırılmış və sübuta yetirilmiş olmalıdır. Məhkəmə işə baxdıqdan sonra öz nəticələrini həqiqətə uyğun və məhkəmə iclasında tədqiq olunmuş sübutlar üzərində qurmalı, həmin sübutların məcmusuna digər qərarın qəbulunu istisna edən qiymət verməli, cinayətin tərkibini və tövsifedici əlamətlərini dərindən təhlil etməli; cəzanı şəxs təqsirli bilindiyi halda cinayətin xarakteri və ictimai təhlükəliliyi, şəxsiyyəti və məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alınmaqla təyin etməli, şəxs təqsirsiz bilindiyi halda isə ona bəraət verməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 144-145-ci maddələrinə əsasən, cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur, bir-biri ilə müqayisə edilir, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının (bundan sonra Konvensiya) 6-cı maddəsinin tələbinə görə, hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilir. Apellyasiya şikayətində Təqsirləndirilən şəxs əməlinin tövsifi mübahisələndirilməsə də, məhkəmə kollegiyası birinci instansiya məhkəməsində tədqiq edilmiş sübutların məcmusuna əsasən belə yekun nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli olması düzgün, qanuni və əsaslı olaraq müəyyən edilmiş və həmin hal cinayət işinin materialları ilə hazırda məhkəmə kollegiyasının iclasında da Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 125, 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq, toplanmış sübutları bir-birilə ilə müqayisəli şəkildə tam, hərtərəfli və obyektiv təhlil edib qiymətləndirməklə bir daha öz təsdiqini tapmışdır. Bununla belə məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad olunması və barəsində cinayət təqibinə xitam verilməsi üçün qanuni əsaslar yaranmışdır. Belə ki, dövlət ittihamçısı tərəfindən təqdim edilmiş rəydə göstərilmişdir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə üç epizoddan ibarət ittiham verilmiş, lakin həmin epizdoların hər biri ayrı-ayrılıqda Cinayət Məcəlləsinin 178.1-ci maddəsinin tərkibini yaradır. Belə ki, dələduzluq cinayət əməlinin sonuncusunu 2022-ci ilin sentyabr ayında törətmişdir. Bu halda, hər epizod Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə əhatə olunduğundan və hər bir əməli ayrılıqda götürdükdə, sonrakı epizod özündən əvvəlki epizod üzrə məsuliyyətə cəlbetmə müddətinin keçməsi ilə əlaqədar təkrarlıq yaratmır. Belə olan halda onun əməlləri təkrarlıq kimi qiymətləndirilməməlidir. Göstərilənlərə əsasən, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə verilmiş ittihamın Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə davam etdirilməsini və cinayət məsuliyyətinə cəlbetmə müddətinin keçməsi ilə əlaqədar cinayət təqibinə xitam verilməsini edir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 16 və 75-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 15 mart 2022-ci il tarixli Qərarında göstərilmişdir ki, xüsusilə qeyd edilməlidir ki, təkrarlıq cinayətlərin çoxluğunu ehtiva etdiyindən, şəxsin bu əlamət üzrə məhkum edilməsi mütləq şəkildə onun məhz iki və ya daha çox cinayətin törədilməsində təqsirli bilinməsinə əsaslanmalıdır. Şəxs eyni zamanda iki və ya daha çox eyni və ya həmcins cinayətlərin törədilməsində təqsirli bilinməlidir ki, onun əməlində cinayətlərin çoxluğunu nəzərdə tutan Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddələrinin tərkib əlamətlərinin mövcudluğunu göstərmək mümkün olsun. Məhkəmə baxışı nəticəsində təkrarlığa daxil olan iki cinayətdən birinə görə cinayət məsuliyyətinə cəlb etmə müddətinin keçməsi müəyyən edilərsə və bu səbəbdən həmin əmələ görə cinayət təqibinə xitam verilərsə, təqsirləndirilən şəxsin əməlində cinayətlərin çoxluğu mövcud olmadığından, onun əməlinin təkrarlıq əlaməti üzrə tövsif edilməsi də istisna edilir. Bu səbəbdən ikinci əmələ münasibətdə bütün hüquqi məsələlər, o cümlədən cinayət məsuliyyətinə cəlb etmə müddətinin müəyyən edilməsi ikinci əməlin təkrarən törədilən əməl kimi deyil, belə əlamətlə müşayiət olunmayan cinayət kimi həll edilməlidir. Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, eyni və yaxud həmcins yeni cinayətin törədilməsi əvvəlki cinayətə görə cinayət məsuliyyətinə cəlb etmə müddətinin axımını kəsmir və bu səbəbdən cinayətlərin təkrar törədilməsi vəziyyətində də yeni cinayətin törədilməsi təkrarlığa daxil olan əvvəlki cinayətə müstəqil cinayət kimi yanaşılmasını və ümumiyyətlə təkrarlığı təşkil edən hər bir cinayətə görə cinayət məsuliyyətinə cəlb etmə müddətinin ayrı-ayrılıqda hesablanmasını istisna etmir. Təqsirləndirilən şəxs verilmiş üç epizoddan ibarət ittihamdan görünür ki, o, həmin epizodlar üzrə cinayət əməllərini xx.xx.2022-ci il, xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixlərdə törətmişdir. Hər epizod üzrə əməl Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə əhatə olunduğundan, əlavə tövsifedici əlamətlər mövcud olmadığında və hər bir əməl ayrılıqda götürüldükdə, sonrakı epizod özündən əvvəlki epizod üzrə məsuliyyətə cəlbetmə müddətinin keçməsi ilə əlaqədar təkrarlıq yaratmır. Belə olan halda onun əməlləri təkrarlıq kimi qiymətləndirilməməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 75.1.1-ci maddəsinə əsasən, böyük ictimai təhlükə törətməyən cinayətin törədildiyi gündən iki il keçdikdə şəxs cinayət məsuliyyətinə cəlb edilə bilməz. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 39.1.3-cü maddəsinə əsasən, cinayət məsuliyyətinə cəlbetmə müddətləri keçdikdə (cinayət məsuliyyətinə cəlbetmə müddətinin dayandırılması halları istisna edilməklə) cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 43.3-cü maddəsinə əsasən, məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 39.1.3, 39.1.12 və 40.2-ci maddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. Cinayət işinin hazırkı apellyasiya baxışı zamanı Təqsirləndirilən şəxs razılığını ifadə edərək məhkəmə çıxışında cəlbetmə müddətinin keçməsi əsası ilə barəsində cinayət təqibinə xitam verilməsini xahiş etmişdir. Qeyd olunanlara əsasən, məhkəmə kollegiyası hesab edir ki, verilmiş apellyasiya şikayəti təmin edilməməli, iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 27 sentyabr 2023-cü il tarixli hökmü ləğv edilməli, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə aparılan cinayət təqibinə Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 43.3-cü maddəsinə əsasən həmin Məcəllənin 39.1.3-cü maddəsində nəzərdə tutulan əsasla - cinayət məsuliyyətinə cəlbetmə müddəti keçdiyindən xitam verilməməlidir. Məhkəmə kollegiyası, həmçinin hesab edir ki, məhkum edilmiş şəxsin hüquqlarının məhkəmə iclaslarında müdafiə xərcləri Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.3-cü maddələrinə, habelə “Müdafiəçilərə (vəkillərə), tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli Qərarı, həmin Qərara 03 may 2018-ci il tarixli 202 saylı və 28 aprel 2025-ci il tarixli 141 saylı dəyişikliklər nəzərə alınmaqla dövlət büdcəsindən ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 397.1, 397.2, 398.1.2, 43.3 və 407.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qəraraaldı: Məhkum edilmiş şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə məhkum olunmasına dair Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 27 sentyabr 2023-cü il tarixli 1(005)-205/2023 saylı hökmü ləğv edilsin. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə aparılan cinayət təqibinə Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 43.3-cü maddəsinə əsasən həmin Məcəllənin 39.1.3-cü maddəsində nəzərdə tutulan əsasla - cinayət məsuliyyətinə cəlbetmə müddəti keçdiyindən xitam verilsin. Təqsirləndirilən şəxs başqa cinayət işi üzrə hazırda azadlıqdan məhrum etmə növündə cəza çəkməsi nəzərə alınsın. Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkili Müdafiəçi2 tərəfindən məhkum edilmiş şəxsin hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə cəmi 350 (üç yüz əlli) manat dövlət büdcəsindən Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun hesabına köçürülsün. Qərar elan edildiyi andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 410-cu maddəsində göstərilən müddətlərdə, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər.
Məhkəmə qərarları › İş №1(103)-114/2025
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №1(103)-114/2025
14.05.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver