Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(103)-115/2023 02.03.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X14 Firdovsi oğlunun sədrliyi və məruzəsi ilə, Abbasov Mirzəli Əbdüləli oğlu və Qaraqurbanlı Ramin Afad oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Qədirov Şahrud Rafiq oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarənin apellyasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X3, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs, Müdafiəçi2, bəraət almış şəxs Təqsirləndirilən şəxs iştirakları ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə verilmiş ittiham üzrə təqsirliliyi sübuta yetirilmədiyindən bəraət verilməsinə dair Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 1(011)-193/2022 saylı, 15 sentyabr 2022-ci il tarixli hökmündən dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protestinə və zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 1(011)-193/2022 saylı, 15 sentyabr 2022-ci il tarixli hökmü ilə (sədrlik edən hakim Fuad Axundov) 08 avqust 1984-cü ildə Astara rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, ali təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, Xətai rayonu, Sadıqcan küçəsi 52 saylı inzibati binada qeydiyyatda olmaqla, ünvan 1 ünvanında yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə verilmiş ittiham üzrə təqsirliliyi sübuta yetirilmədiyindən bəraət verilmişdir. İbtidai araşdırma orqanının mövqeyinə əsasən, Təqsirləndirilən şəxs özgənin əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs etibarından sui-istifadə edərək ona məxsus olmayan və üzərində heç bir mülkiyyət hüququ daşımadığı ünvan 2 ünvanında yerləşən mərhum bibisi X6 yaşadığı fərdi yaşayış evini sonuncunun və həmin evdə yaşayan Şahid5 məlumatı və razılığı olmadan, Zərərçəkmiş şəxs guya bibisinin həmin evi satmaq niyyətində olmasına inandırıb, sərfəli qiymətə ona satacağına dair yalan vəd verib aldadaraq Zərərçəkmiş şəxs hissə-hissə vahid niyyətlə əhatə olunan qəsdlə xx.xx.2019-cu il tarixdə ünvan 3 ünvanında 500 manat, daha sonra həmin vədlə xx.xx.2019-cu il tarixdə Bakı şəhəri, Səbail rayonu, 20-ci sahə qəsəbəsi, A.İsmayılov küçəsində yerləşən nömrəsiz fərdi yaşayış evinin yaxınlığında 2500 manat pul almış, daha sonra həmin vədlə xx.xx.2019-cu il tarixdə Zərərçəkmiş şəxs məxsus “Fiat Punto” minik markalı **-LG- *** dövlət qeydiyyat nişanlı avtomobilin dəyərini 8000 manat qiymətləndirilməsinə aralarında razılaşaraq, ünvan 4 ünvanda yerləşən «ASAN» xidmət mərkəzində sonuncunun arvadı X1 adından öz adına baş etibarnamə alaraq, avtomobili sonuncunun oğlu Şahid3 Bakı şəhəri, Səbail rayonu, 20-ci sahə qəsəbəsi, A.İsmayılov küçəsində yerləşən nömrəsiz fərdi yaşayış evinin yaxınlığında təhvil almış, daha sonra həmin vədlə xx.xx.2019-cu il tarixdə Zərərçəkmiş şəxs ona tanışı Şahid1 vasitəsi ilə göndərdiyi 1500 manat pulu Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti 99 ünvanında alıb ələ keçirərək vahid niyyətlə əhatə olunan qəsdlə ifadə olunan cinayət əməlini başa çatdırıb, verdiyi vədə əməl etməyib aldatmaqla zərərçəkmiş şəxsə ümumilikdə 12500 (on iki min beş yüz) manat məbləğində yəni, xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Hökmdən dövlət ittihamçısı apellyasiya protesti verərək, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 15 sentyabr 2022-ci il tarixli hökmü ləğv edilməklə, onun CM-nin həmin maddəsi ilə təqsirli bilinib məhkum olunması barədə cinayət və cinayət-prosessual qanunvericiliklərin tələblərinə uyğun ittiham hökmü çıxarılmasını xahiş etmişdir. Hökmdən zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs apellyasiya şikayəti verərək, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 1(011)-193/2022 saylı, 15 sentyabr 2022-ci il tarixli hökmünün ləğv edilməsini, Təqsirləndirilən şəxs llgüzar oğlu barəsində AR CM-nin 178.2.4-cü maddəsi ilə ən yuxan həddə azadlıqdan məhrumetmə növündə cəza təyin edilməsinə dair ittiham hökmü çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin apellyasiya və kassasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X8 məhkəmə iclasında apellyasiya protestini müdafiə edərək, məhkəmədən protestin və zərər çəkmiş şəxsin şikayətinin təmin edilməsini və ittiham hökmünün çıxarılmasını xahiş etmişdir. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs məhkəmə iclasında apellyasiya şikayətini müdafiə edərək, ona uyğun izahat verərək, məhkəmədən şikayətin, dövtət ittihamçısının protestinin təmin edilməsini və ittiham hökmünün çıxarılmasını xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında çıxış edən bəraət almış şəxs Təqsirləndirilən şəxs llgüzar oğlu və onun müdafiəçisi Müdafiəçi2 hər birisi ayrı-ayrılıqda protestinin və şikayətin təmin edilmədən, hökmün dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. Məhkəmə kollegiyası cinayət işinin materiallarını araşdırıb apellyasiya protestinin və apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, ittiham və müdafiə tərəfinin çıxışlarını dinləyərək belə hesab edir ki, aşağıdakı əsaslara görə apellyasiya protesti və şikayəti təmin edilmədən, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 1(011)-193/2022 saylı, 15 sentyabr 2022-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, birinci instansiya məhkəməsində təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs llgüzar oğlu ittiham olunduğu əməl üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, X10 onun bibisidir. Bibisi 2020-ci ilin yay aylarında vəfat etmişdir. Bibisinin ünvan 6 ünvanında fərdi yaşayış evi olmuşdur. Həmin evdə bibisi öz həyat yoldaşı Şahid5lə birlikdə yaşamışdır. Bibisinin övladı olmadığına görə uşaqlıqdan onu saxlamışdır. Yaşadıqları evin açarı onda da olmuş və o, tez-tez bibisinin evində qalmışdır. 2019-cu ildə 2 dəfə, sonuncu dəfə oktyabr ayında o, bibisinin evində təmir işləri aparmışdır. Təmir işlərini tanışı Ceyhunla həyata keçirmişdir. Təmir işlərinə görə Ceyhuna pulların əsas hissəsini o vermişdir. Həmin ərəfədə bibisi və Adil ondan həmin evi satmağını istəmişlər. Adil evin satılması üçün ona etibarnamə vermişdir. O, da tanışlarına o cümlədən Şahid1 bu barədə bildirmiş və müştəri olarsa xəbər etməsini istəmişdir. Bundan sonra Hüseyn, Elçin adlı iş yoldaşının olduğunu bildirmiş və evi almaq istədiyini ona bildirmişdir. O, evdə olarkən Elçinin oğlu Fazil gələrək evə baxmış və atasına zəng edib məlumat vermişdir. Bir qədər sonra Elçin, iki nəfər tanımadığı iş yoldaşı və Hüseynlə birlikdə evə gəlmişdir. Onlar evin 14.000 manata satılması barədə razılaşmışlar. Bundan sonra Elçin ilkin olaraq ona 500 manat beh vermişdir. Növbəti dəfə o, Səbail rayonunda Elçinin yaşadığı evin yaxınlığında Elçindən 2500 manat pul almışdır. Bundan sonra Elçin qalan pulu vermək üçün özünün “Fiat Punto” minik markalı avtomobilini satmaq istədiyini ona demişdir. Onlar həmin avtomobilin qiymətinin 8000 manat olması barədə razılaşmışlar. Bundan sonra xx.xx.2019-cu il tarixdə o, Hüseyn və Hüseynin dostu Vüqarla birlikdə Xətai rayonunda yerləşən “Amay” ticarət mərkəzinin yaxınlığındakı “Asan” xidmət mərkəzinə gəlmişdir. Orada Elçinin həyat yoldaşı və oğlu Fazillə görüşmüşdür. Həmin vaxt “Asan” xidmət mərkəzində Elçinin həyat yoldaşının adından onun adına baş etibarnamə verilmişdir. Bundan sonra o, Hüseyn və Hüseynin dostu ilə gedərək Fazildən həmin avtomobili təhvil almışdır. xx.xx.2019-cu il tarixdə Elçinlə aralarında verilmiş pulla bağlı müqavilə bağlamışdır ki, sonradan narazılıq olmasın. Müqavilədə də qeyd olunmuşdur ki, evin satışı üçün o, Elçindən 11.000 manat pul almış və qalıq 3000 manat qalıb. Həmçinin, həmin ərəfədə tanışı Şahid1 avtomobil almaq istəmişdir. Onun Hüseynə 2000 manat borcu olmuş, buna görə də qərara gəlmişdir ki, elə Elçinin ona satdığı avtomobili o, da Hüseynə satsın. Hüseynin həmin vaxt üzərində 5000 manat pul olmuşdur. Hüseyn həmin pulu ona vermişdir. Növbəti gün xx.xx.2019-cu il tarixdə o, Hüseynlə Baş Dövlət yol Polisi İdarəsinə getmiş və orada Hüseynlə alqı-satqı eləmişdir. Həmin avtomobili Hüseynə satmışdır. Bir müddət sonra Hüseyn ona avtomobilin pulu olaraq 300 manat da vermişdir. Beləcə də Hüseyn ona avtomobil üçün 5300 manat pul vermişdir. Onun Hüseynə 2000 manat da borcu olmasını nəzərə almaqla o, avtomobili Hüseynə 7300 manata satmışdır. Daha sonra o, bibisinin yoldaşı Şahid5 ona vermiş olduğu etibarnamə əsasında mənzilin su və qaz xətlərini Elçinin adına keçirtmişdir. Pulu tam vermədiyinə görə işığı Elçinin adına keçirtməmişdir. Bundan bir neçə gün sonra Elçin ona çatdırması üçün Hüseynə 1500 manat pul vermiş və o, Hüseynlə Xətai rayonu, Gəncə prospektində görüşərək pulu Hüseyndən almışdır. Bununla da o, Elçindən cəmi 12500 manat pul almışdır. Aralarında olan razılaşmaya əsasən Elçin evə köçdükdən sonra qalan pulu verəcəkmiş. Sonuncu dəfə pul aldıqdan sonra o, İrana ailəsinin yanına getmişdir. Geri qayıtdıqda isə öyrənmişdir ki, Elçin ondan şikayət etmişdir. Verilən suallara cavab olaraq o, bildirmişdir ki, bibisi özü həmin evin satılmasına ona icazə vermişdir. İcazə olaraq da bibisinin yoldaşı Şahid5 ona etibarnamə vermişdir ki, o, həmin evi sata bilsin. O, Elçindən aldığı puldan müəyyən qədər bibisinə vermiş, bir hissəsini isə nağd formada Adilə vermişdir. Pulun bir hissəsini isə təmir işləri üçün xərclədiyi pulların əvəzi olaraq saxlamışdır. Lakin hazırda o, həmin məbləğləri xatırlamır. Göstərilənlərə əsasən o, özünü təqsirli bilməyərək qeyd etmişdir ki, 12500 manat pulu Elçindən dələduzluq niyyəti ilə almamışdır. Verilmiş etibarnamə əsasında evin satışını həyata keçirmişdir. Hazırda da pulu Adildən və bibisindən ala bilməməsinə baxmayaraq, geri verəcəyini bildirmişdir. Birinci instansiya məhkəməsində Zərərçəkmiş şəxs ifadəsində bildirmişdir ki, o, 2019-cu il tarixdə ev almaq istəmiş, həmin ilin oktyabr ayında iş yoldaşı Şahid1 adlı şəxs ona Bayıl qəsəbəsi ərazisində 14.000 manata ev tapdığını bildirmişdir. Həmin evin Ramin adlı şəxsə məxsus olduğunu və Raminin özünün uşaqlıq dostu olduğunu bildirmişdir. Buna görə də o, oğlu Fazilə demişdir ki, gedib həmin evə baxsın. Fazil ünvan 7 ünvanında olan evə getmişdir. Həmin ev birmərtəbəli iki otaqlı ev olmuşdur. Bir qədər sonra ona zəng edərək evi bəyəndiyini və onun da gəlməyini istəmişdir. O, iş yoldaşları Orucov Ceyhun, digər Ceyhun adlı şəxs, həmçinin Şahid1 adlı şəxslə birlikdə həmin evə getmişdir. Evdə həmin vaxt Ramin adlı şəxs və yanında usta olmuşdur. Evdə təmir işləri yekunlaşmaq üzrə olmuşdur. O, Raminə beh olaraq 500 manat pul vermişdir. Ramin ona demişdir ki, həmin ev bibisinə məxsusdur. Bibisi Lənkərandadır və hazırda xəstədir. Onlar narahat olduğu üçün bir daha Ramindən bibisinin evin satılmasından məlumatı olub-olmadığını soruşmuşlar. Ramin demişdir ki, hər şey qaydasındadır. Hətta Hüseyn də Raminin yanında dəfələrlə demişdir ki, arxayın olsunlar. Heç bir problem ola bilməz. Bundan bir neçə gün sonra o, Raminlə Səbail rayonu, Arif İsmayılov küçəsində kirayə yaşadığı evin yaxınlığında görüşərək 2500 manat pul vermişdir. Sonra qalan pulu vermək üçün maddi imkanı olmadığına görə **-LG-*** dövlət qeydiyyat nişanlı, “Fiat Punto minik” markalı avtomobili satmaq qərarına gəlmişdir. Oğlu bu barədə Raminlə danışmış və razılaşmaya görə Ramin elə maşını onlardan alacağını və qiymətinin də 8000 manat olacağını bildirmişdir. xx.xx.2019-cu il tarixdə Xətai rayonunda, “Amay” ticarət mərkəzinin yaxınlığında yerləşən “Asan Xidmət” mərkəzində oğlu və həyat yoldaşı ilə birlikdə gedərək orada Raminin adına baş etibarnamə vermişlər. Sonra isə avtomobili Raminə təhvil vermişdir. Həmin gün isə o, Ramin və Hüseynlə görüşmüş və Xətai rayonunda, Zığ qəsəbəsində Raminin tanıdığı ofisə getmiş, orada müqavilə bağlamışlar ki, o, Raminə 11000 manat pul vermiş, qalıq olaraq 3000 manat qalmışdır. Raminlə onun arasında olan razılaşmaya əsasən onlar xx.xx.2019-cu il tarixdə artıq Raminin satdığı evə köçməli imişlər. Onlar danışmışlar ki, evə köçəndən sonra qalan 3000 manatı da verərlər. Onlar həmin evin sənədlərinin olmadığını bilmişlər. Ramin qaz və su xəttlərini onun adına keçirtmişdir. Pulu tam vermədiyinə görə Ramin işığ onun adına keçirtməmişdir. Bundan sonra o, Hüseynlə danışaraq, Raminin 1500 manat pul istədiyini demişdir. O kirayə yaşadığı Səbail rayonu, Arif İsmayılov küçəsində olan ünvanın yaxınlığında Hüseynə 1500 manat pul vermişdir ki Raminə çatdırsın. Onlar noyabr ayının 3-də evə köçməli imişlər. Həmin ərəfədə o, Raminə dəfələrlə zəng etsə də Ramin telefonlara cavab verməmişdir. Sonra Hüseynlə birlikdə həmin evə getmişdir. Evdə bir nəfər qadın qarşılarına çıxmışdır. O, həmin qadına bu evi Raminin ona satdığını dedikdə həmin qadın Raminin bibisi olduğunu demiş və Raminin bu evi satmağa səlahiyyəti olmadığını, evin özünə məxsus olduğunu və heç kəsə də satmadığını demişdir. Bundan sonra o, başa düşmüşdür ki, Ramin onları aldadıb. Oğluna demişdir ki, tez gedib Raminə avtomobil üçün verdikləri etibarnaməni ləğv etsin. Oğlu da getdikdə öyrənmişdir ki, elə onlar Raminə etibarnamə verdikdən 1 gün sonra yəni, xx.xx.2019-cu il tarixdə Ramin avtomobili Hüseynə satmışdır. Hüseyn isə bunu onlardan gizlətmişdir. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş Şahid3 ifadəsində bildirmişdir ki, Zərərçəkmiş şəxs onun atasıdır. Onlar kirayə yaşayırlar. 2019-cu il tarixdə özlərinə ev almaq istəmişlər. Həmin ilin oktyabr ayında atası Zərərçəkmiş şəxs bildirmişdir ki, iş yoldaşı Şahid1 adlı şəxs Bayıl qəsəbəsi ərazisində 14.000 manata ev tapmışdır. Həmin evin Ramin adlı şəxsə məxsus olduğunu və Raminin Hüseynin uşaqlıq dostu olduğunu bildirmişdir. Buna görə də atası ona tapşırmışdır ki, gedib həmin evə baxsın. O, ünvan 7 ünvanında olan evə getmişdir. Həmin ev birmərtəbəli iki otaqlı ev olmuşdur. Evdə Ramin adlı şəxs və yanında usta olmuşdur. Evdə təmir işləri yekunlaşmaq üzrə olmuşdur. O, evə baxdıqdan sonra atasına zəng edərək evi bəyəndiyini demişdir. Bundan sonra atası ona orada gözləməyini və özünün də gələcəyini demişdir. O, gözləmiş, bir qədər sonra atası iş yoldaşları Orucov Ceyhun, digər Ceyhun adlı şəxs, həmçinin evi tapan Şahid1 adlı şəxslə birlikdə gəlmişdir. Evdə olarkən atası Raminə beh olaraq 500 manat pul vermişdir. Ramin demişdir ki, həmin ev bibisinə məxsusdur. Bibisi Lənkərandadır və hazırda xəstədir. O, narahat olduğu üçün bir daha Ramindən bibisinin evin satılmasından məlumatı olubolmadığını soruşmuşdur. Hətta o, Raminə demişdir ki, bibisinin adından yazılı razılıq ərizəsi də alsın. Ramin isə demişdir ki, bunlara ehtiyac yoxdur. Hər şey qaydasındadır bibisi də razıdır. Hətta Hüseyn də Raminin yanında dəfələrlə demişdir ki, arxayın olsunlar. Heç bir problem ola bilməz. Bundan sonra atası Elçin, Raminlə Səbail rayonu, Arif İsmayılov küçəsində kirayə yaşadığı evin yaxınlığında görüşərək 2500 manat pul vermişdir. Sonra qalan pulu vermək üçün maddi imkanları olmadığına görə o, etibarnamə əsasında idarə etdiyi **-LG-*** dövlət qeydiyyat nişanlı, “Fiat Punto minik” markalı avtomobili satmaq qərarına gəlmişdir. Həmin avtomobil onun anasının mülkiyyətində olmuşdur. Bu barədə Raminə bildirmiş və demişdir gözləsin. O, həmin avtomobili satdıqdan sonra əldə olunan pulla mənzilin pulunu versin. Ramin avtomobili neçəyə satacağını soruşduqda o, 8500 manata satacağını bildirmişdir. Bundan sonra Ramin həmin avtomobili almaq istədiyini bildirmiş və qiyməti də 8000 manata razılaşmağını istəmişdir. xx.xx.2019-cu il tarixdə Xətai rayonunda, “Amay” ticarət mərkəzinin yaxınlığında yerləşən “Asan Xidmət” mərkəzinə o, anası ilə birlikdə həmin Raminə satacağı **-LG-*** dövlət qeydiyyat nişanlı, “Fiat Punto minik” markalı avtomobillə gəlmişdir. Orada Ramin bir daha bibisinin əri Adilin evi satması üçün etibarnamə verdiyini demiş və həmin etibarnaməni də göstərmişdir. Həmin vaxt ora Hüseyn, Hüseynin dostları Vüqar və digər adını bilmədiyi şəxs də gəlmişdir. Asan xidmət mərkəzində anasının adından Təqsirləndirilən şəxs **-LG-*** dövlət qeydiyyat nişanlı, “Fiat Punto minik” markalı avtomobil üçün baş etibarnamə vermişlər. Bundan sonra o, həmin avtomobillə evə gəlib anasını evə düşürtmüşdür. Onların arxasınca da Ramin, Hüseyn, Hüseynin dostları Vüqar adlı şəxs və digər adını bilmədiyi şəxs öz idarə etdikləri “Hyunai Elantra” markalı avtomobillə gəlmişlər. O, Səbail rayonu, Bayıl qəsəbəsində kirayə yaşadığı evin qarşısında **-LG-*** dövlət qeydiyyat nişanlı, “Fiat Punto minik” markalı avtomobilin açarlarını Raminə təhvil vermişdir. Bundan sonra ev üçün ödəyəcəkləri 3000 manat pul qalmışdır. Atası ilə Raminin arasında olan razılaşmaya əsasən onlar xx.xx.2019-cu il tarixdə artıq Raminin satdığı evə köçməli imişlər. Onlar danışmışlar ki, evə köçəndən sonra qalan 3000 manatı da verəcəklər. Bundan başqa o, Raminin onları aldada bilməsindən ehtiyat edərək təklif etmişdir ki, verdikləri pulla bağlı müqavilə bağlasınlar. Buna görə də atası Raminin tanıdığı ofisə getmiş və orada atası ilə Raminin arasında ev alqı-satqısı olması ilə bağlı xx.xx.2019-cu il tarixdə müqavilə bağlanmışdır. Həmin müqavilədə də qeyd olunmuşdur ki, ev alqı satqısı üçün atası ilə Ramin 14000 manata razılaşmış, 11000 manat ödəniş olunmuş 3000 manat isə qalıq qalmaqdadır. Həmin müqavilənin surəti də cinayət işinə əlavə edilmişdir. Onlar həmin evin sənədlərinin olmadığını bilirmişlər. Ramin demişdir ki, kommunal ödənişləri atasının adına keçirdəcək. Qaz və suyu atasının adına keçirtmişdir. İşığı isə ödənilməli puldan 1500 manat da vrdikdən sonra onların adna keçirdəcəyini bildirmişdir. Bundan sonra atası Hüseynlə danışaraq Raminin 1500 manat pul istədiyini demişdir. Hüseyn isə demişdir ki, həmin pulu versin, Hüseyn də Raminə çatdırsın. Bundan sonra atası kirayə yaşadığı Səbail rayonu, Arif İsmayılov küçəsində olan ünvanın yaxınlığında Hüseynə 1500 manat pul vermişdir. Onlar noyabr ayının 3-də evə köçməli imişlər. Atası ona demişdir ki, Raminə zəng çatmır. Hüseynlə birlikdə həmin evə gedir. Bundan sonra atası ona demişdir ki, evdə Raminin bibisi onları qarşılamış və demişdir ki, Ramin bu evi sata bilməz. Bu ev özünə məxsusdur və evin satılması üçün Raminə icazə verməmişdir. Bundan sonra atası başa düşmüşdür ki, Ramin onları aldadıb və ona demişdir ki, tez gedib Raminə avtomobil üçün verdiyi etibarnaməni ləğv etsin. O, getdikdə öyrənmişdir ki, elə onlar Raminə etibarnamə verdikdən 1 gün sonra, yəni xx.xx.2019-cu il tarixdə Ramin avtomobili Hüseynə satmışdır. Hüseyn isə bunu gizlətmişdir. Bundan sonra başa düşmüşlər ki, Ramin və Hüseyn onları aldatmışlar. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirmişdir ki, o, Təqsirləndirilən şəxs adlı şəxsi uşaqlıqdan tanıyır. Əvvəllər onunla eyni məhlədə qalmışdır. O, 2012-ci ildən bu günədək "Gilan” beton zavodda işləyir. Həmçinin, zavodda Zərərçəkmiş şəxs de həmin dövrdə işləyirdi. 2019-cu ilin oktyabr ayında Elçin ona bildirmişdir ki, ev almaq istəyir əgər ev satan tanış adam olsa xəbər etsin. O, da bilmişdir ki, onun tanışı Ramin ev satır. Ramin bundan qabaq ona demişdir ki, bibisinin Bayılda evi var. Bibisi xəstədir və evi satmağı ona həvalə etmişdir. Bundan sonra o, Elçinə bu barədə demişdir. O, Raminin mobil nömrəsini Elçinə vermişdir. Elçin oğlu Fazili evə baxması üçün göndərmişdir. Bir qədər sonra o, Elçin və Gilanda işləyən sürücü Ceyhun və usta Ceyhunla birlikdə Bayıl qəsəbəsində evə baxmağa gəlmişlər. Evə baxdıqdan sonra Elçin bəyənmiş və Raminlə aralarında 14000 manata razılaşmışlar, Elçin Raminə 500 manat beh vermişdir. X18 demişdir ki, evin sənədləri yoxdur. Ev bibisinə məxsusdur, evin satılmasına ona bibisi və onun yoldaşı Adil həvalə etmişlər. Kommunal ödənişləri isə Elçinin adına keçirdəcəyini demişdir. Bundan sonra onlar ayrılmışlar. Bundan sonra onun məlumatı olmuşdur ki, Elçin Raminlə görüşmüş və 2500 manat pul vermişdir. Həmçinin hazırda xatırlamadığı gündə o, Elçin və Ramin görüşərkən söhbət zamanı Elçin bildirmişdir ki, oğlunun idarə etdiyi "Fiat Punto” markalı **-LG-*** dövlət qeydiyyat nişanlı avtomobili sataraq əldə olunan pulla evin qalan pulunu ödəyəcək. Bundan sonra Raminlə aralarında həmin avtomobilin qiymətinin 8000 manat olması ilə razılaşmışlar ki, Ramin həmin avtomobili Elçindən alsın. Bundan sonra, xx.xx.2019-cu il tarixdə o, dostu Vüqar və Ceyhunla, Xətai rayonu, "Amay” ticarət mərkəzinin yaxınlığında olan "Asan Ximdət” mərkəzinə gəlmişdir. Yolda olarkən Ramin demişdir ki, həmin avtomobili Elçindən aldıqdan sonra satacaq. Onun isə həmin ərəfədə avtomobil almaq fikri olmuşdur. Həmçinin Raminin ona 2300 manat borcu olmuşdur. Buna görə də razılaşmışdır ki, Raminin Elçindən aldığı avtomobili o, Ramindən alsın. Avtomobilin qiymətinin 8300 manat olması ilə razılaşmışlar və qərara gəlmişdir ki, Raminə 6000 manat pul versin. Buna görə də yolda olarkən qardaşı İlqara zəng etmişdir ki, 6000 manat pul götürüb gəlsin. Asan xidmətə çatdıqda Elçinin oğlu və həyat yoldaşı ilə görüşmüşlər və Elçinin həyat yoldaşının adından Raminə baş etibarnamə verilmişdir. Sonra həmin gün Ramin avtomobili Elçinin oğlundan təhvil almışdır. Növbəti gün cu il tarixdə alqı-satqı edərək o, avtomobili Ramindən almışdır. Bundan bir neçə gün sonra Elçin ona bildirmişdir ki, Ramin evin verilməli olan pulundan 1500 manat da pul istəmişdir ki, işığı adına keçirtsin. O, Raminə çatdırmaq üçün Elçindən 1500 manat pulu Səbail rayonu, A.İsmayılov küçəsində almış və Raminlə Bakı şəhəri, Xətai rayonu, Gəncə prospektində görüşərək Raminə vermişdir. Həmin vaxt dostu Vüqar da yanında olmuşdur. O, orada bilmişdir ki, noyabr ayının 3-də ev Elçinə təhvil verməlidir. Həmin gün işdə olarkən Elçin ona demişdir ki, Ramin telefonlara cavab vermir. Bundan sonra o, Elçinlə birlikdə həmin Raminin satmaq istədiyi evə getmişdir. Evdə qapını bir nəfər qadın açmışdır. Onlar Raminin həmin evi satdığını bildirmişlər. Həmin qadın Raminin bibisi olduğunu demiş və bildirmişdir ki, Ramin bu evi sata bilməz. Getsin öz evini satsın. Bundan sonra Elçinlə o, Xətai rayonuna Raminin yaşadığı məhləyə getmişlər, lakin Ramini tapa bilməmişlər. Bundan sonra Elçin polisə müraciət etmişdir. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş Şahid4 ifadəsində bildirmişdir ki, Şahid1 onun qardaşıdır. Onun məlumatı olmuşdur ki, zavodda işləyən Elçin özü üçün ev almaq istəmiş və həmin evi onun tanıdığı Ramin adlı şəxs satmışdır. xx.xx.2019-cu il tarixdə qardaşı ona zəng edərək Ramindən 6000 manata avtomobil alacağını demiş və onun pul gətirməyini istəmişdir. O, Hüseyndən harada olduğunu soruşduqda, Hüseyn Raminlə birlikdə Xətai rayonu, “Amay” ticarət mərkəzinin yaxınlığında yerləşən “Asan Xidmət” mərkəzinə getdiyini demişdir. O, da aparıb 6000 manatı “Asan Xidmət” mərkəzində qardaşına vermişdir. Orada olarkən onun məlumatı olmuşdur ki, Elçin öz avtomobilini mənzilin pul əvəzi olaraq Raminə satmış, qardaşı Hüseyn isə Ramindən həmin avtomobili almaq qərarına gəlmişdir. Həmin gün artıq gec olduğu üçün Hüseyn Raminlə arasında alqı-satqı edə bilməmişdir. Növbəti gün Hüseyn artıq Raminlə Baş Dövlət Yol Polisi İdarəsində alqı-satqı etmiş avtomobili almışdır. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş Şahid5 ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs onun həyat yoldaşının qardaşı oğludur. O, həyat yoldaşı X10 ilə Səbail rayonu, A.İsmayılov küçəsi 6/1 ünvanında təxminən 3 il yaşamışdır. Həmin evin sənədi yoxdur. O, evi təxminən 2018-ci ildə 20.000 manata almışdır. Ramin həmin ərəfədə İran İslam Respublikasının Qum şəhərində təhsil almışdır. 2019-cu ilin oktyabr ayında Ramin ona demişdir ki, Bakıda dini dükan açmaq istəyir. Bunun üçün vergi ödəyicisi kimi qeydiyyatdan keçməli, yəni VÖEN almalıdır. Ramin bildirmişdir ki, özü Qum şəhərində oxuduğuna, həmçinin tələbə olduğuna görə öz adına VÖEN aça bilmir. Buna görə də ondan xahiş etmişdir ki, onun adına açsın. Ona demişdir ki, o, etibarnamə versin. Həmçinin Ramin ona bildirmişdir ki, onu İran İslam Respublikasına Məşhəd ziyarətinə göndərəcək və o, geri qayıtdıqda açdığı dükanda onu işə götürəcək. O, razılaşmış və xx.xx.2019-cu il tarixdə Raminlə Asan Xidmət mərkəzinə getmiş, Raminə etibarnamə vermişdir. Həmin günü axşam Ramin onunla Astara şəhərinə gəlmiş və onunla birlikdə sərhədi keçərək İran İslam Respublikasının Astara şəhərindən onu Məşhəd şəhərinə yola salmışdır. Ramin ona demişdir ki, 1 həftə sonra onu yenə də İran İslam Respublikasının Astara şəhərində qarşılayacaq və Bakı şəhərinə gətirəcək. 1 həftə sonra o, ziyarətdən qayıtmış, lakin Ramin onu Astara şəhərində qarşılamamışdır. Onun pulu qurtarmışdır. Buna görə də məcbur olub, İran İslam Respublikasının Astara şəhərində 1 həftə oteldə qalmışdır. Pulu olmadığına görə pasportunu otelə vermiş və oteldə qalmağına razı olmuşlar. 1 həftə sonra o, Bakıdan bir tanışı ilə əlaqə saxlamış və otel müdirinin hesab nömrəsini vermişdir. Həmin şəxs otelin pulunu həmin hesaba köçürmüş, həmçinin onun üçün yol pulu olaraq əlavə də pul köçürmüşdür. O, həmin pulu da götürüb Bakı şəhərinə gəlmişdir. Bakı şəhərinə gəldikdə yoldaşı Gülxar xanım ona bildirmişdir ki, o, İranda olduğu zaman Ramin onun evini kiməsə qanunsuz olaraq satmışdır. Bundan sonra o, daha Ramini görməmişdir. Yaşadığı Səbail rayonu, A.İsmayılov küçəsi 6/1 ünvanında olan ev daşınmaz əmlakın dövlət qeydiyyatından keçməmişdir və ümumiyyətlə sənədi yoxdur. Həmin evi sənədsiz formada almışdır. Kommunal ödənişlərdən isə yalnız qaz onun adınadır. Su yoldaşı Gülxarın adına olmuşdur. İşıq isə Raminin adına olmuşdur. Ramin su və qazı həmin evi satmaq istədiyi Elçin adlı şəxsin adına keçirtmişdir. O, və yoldaşı ümumiyyətlə evin satılmasından məlumatsız olmuş və onlara heç bir pul verilməmişdir. Həmin vaxt, yəni 2019-cu ilin oktyabr ayında yoldaşı xəstə olmuş və Ramin yoldaşını Xətai rayonu, Sadıqcan küçəsində olan evə aparmışdır. Evdə isə təmir işləri getmişdir. Təmir işlərini Raminin dostu Ceyhun həyata keçirmişdir. O, isə gün ərzində işdə olmuş və axşam evə gəlmişdir. Evin açarının biri onda digəri isə Ramində olmuşdur. Buna görə də ola bilsin ki, gün ərzində evdə heç kim olmayanda Ramin müştəri olaraq kimisə evə gətirib razılaşmışdır. Onun bundan xəbəri olmamışdır. İstintaq dövründə verilmiş izahatla bağlı o qeyd etmişdir ki, həmin izahatı verməsi yadına gəlmir, lakin izahatdakı imza onun imzasına oxşayır. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş Şahid2 ifadəsində bildirmişdir ki, o, Şahid1 uşaqlıqdan tanıyır, onlar eyni məhlədə böyümüşlər. Aralarında heç bir düşmənçilik və ədavət yoxdur. Həmçinin, o, Təqsirləndirilən şəxs da uşaqlıdan tanıyır. Aralarında heç bir düşmənçilik və ədavət yoxdur. Onun məlumatı vardır ki, Hüseyn, Raminin satmaq istədiyi ev üçün Elçin adlı müştəri tapmışdır. Həmin vaxt Elçin adlı şəxs öz avtomobilini satılacaq evin dəyərinin bir hissəsi olaraq Raminə satacaqmış. Buna görə də xx.xx.2019-cu il tarixdə o, Ramin, Hüseyn, həmçinin digər tanışı Ceyhunla birlikdə Xətai rayonu, “Amay” ticarət mərkəzinin yaxınlığında olan “Asan Xidmət” mərkəzinə gəlmişlər. Yolda olarkən Ramin demişdir ki, həmin avtomobili Elçindən aldıqdan sonra satacaq. Hüseynin isə həmin ərəfədə avtomobil almaq fikri olmuşdur. X12 2300 manat borcu olmuşdur. Buna görə də onlar razılaşmışlar ki, Raminin Elçindən aldığı avtomobili Hüseyn də Ramindən alsın. Avtomobilin qiymətinin 8300 manat olması ilə razılaşmışlar və Hüseyn qərara gəlmişdir ki, Raminə 6000 manat pul versin. Asan xidmətə çatdıqda həmin Elçin adlı şəxsin həyat yoldaşının adından Raminə baş etibarnamə verilmişdir. Növbəti gün xx.xx.2019cu il tarixdə Baş Dövlət Yol Polisi İdarəsində alqı-satqı edərək Hüseyn avtomobili Ramindən almış və Raminə 6000 manat pul vermişdir. Bundan bir neçə gün sonra isə Hüseynlə o, Xətai rayonu, Gəncə prospektində görüşmüşlər və Hüseyn özündə olan, Elçinin verdiyi 1500 manat pulu Raminə vermişdir. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş X4 ifadəsində bildirmişdir ki, Zərərçəkmiş şəxs onun həyat yoldaşıdır. Onlar kirayə yaşayırlar. 2019-cu il tarixdə özlərinə ev almaq istəmişlər. Həmin ilin oktyabr ayında yoldaşı Elçin bildirmişdir ki, iş yoldaşı Şahid1 adlı şəxs Bayıl qəsəbəsi ərazisində 14.000 manata ev tapıb. Həmin evin Ramin adlı şəxsə məxsus olduğunu və Raminin Hüseynin uşaqlıq dostu olduğunu bildirmişdir. Bundan sonra yoldaşı Raminə ayrı-ayrı vaxtlarda əvvəlcə 3000 manat nağd pul vermişdir. Sonra qalan pulu vermək üçün maddi imkanı olmadığına görə onun mülkiyyətində olan və oğlunun etibarnamə əsasında idarə etdiyi **-LG-*** dövlət qeydiyyat nişanlı, "Fiat Punto minik” markalı avtomobili satmaq qərarına gəlmişlər. Həyat yoldaşı bu barədə Raminə bildirərkən sonuncu həmin avtomobili almaq istədiyini bildirmiş və qiyməti də 8000 manata razılaşmışlar. Bu formada həmin 8000 manat pulu evin qiymətində nəzərə alacağını bildirmişdir. Buna görə də xx.xx.2019-cu il tarixdə Xətai rayonunda, “Amay” ticarət mərkəzinin yaxınlığında yerləşən "Asan Xidmət” mərkəzinə o, oğlu Fazil ilə birlikdə gəlmişdir. Orada o, öz adından Təqsirləndirilən şəxs adına avtomobil üçün baş etibarnamə vermişdir. Bundan sonra yoldaşı Raminə 1500 manat da pul vermiş və xx.xx.2019-cu il tarixdə Raminin satmaq istədiyi evə gedərkən Raminin bibisi həmin evin özünə məxsus olduğunu və satmadığını bildirmişdir. Beləliklə də başa düşmüşlər ki, Ramin onları aldadaraq dələduzluq etmişdir. Verilən suallara cavab olaraq bildirmişdir ki, həmin avtomobil yoldaşı Elçinin vəsaiti hesabına alınmışdır. Buna görə də avtomobil onun mülkiyyətində olsa da, Təqsirləndirilən şəxs satılması nəticəsində həyat yoldaşı Zərərçəkmiş şəxs maddi ziyan dəymişdir. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş X13 ifadəsində bildirmişdir ki, X10 onun bacısı, Təqsirləndirilən şəxs isə onun qardaşı oğludur. Uşaqlıqdan Ramin onun bacısı ilə birlikdə yaşamışdır. Təxminən 2018-2019-cu illərdə bacısı xərçəng xəstəliyinə tutulmuşdur. 2020- ci ilin mart ayından avqust ayına qədər isə vəziyyəti ağır olduğu üçün onun evində qalmışdır və o, bacısının bütün ehtiyaclarını qarşılamışdır. Bacısı onun evinə köçdükdən bir müddət sonra ona məlum olmuşdur ki, bacısının yaşadığı ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evi Ramin və Adil tərəfindən satılmışdır. O bu barədə onlardan məlumat almaq istəsə də, Ramin və Adilin İrana getdiklərini eşitmişdir. Adil İrandan geri qayıtdıqdan sonra isə ona bildirmişdir ki, Ramin onun xəbəri olmadan evi satmışdır. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş Şahid7 ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs tanıyır. O iki dəfə onların evini remont etmişdir və həmin evə onu Təqsirləndirilən şəxs aparmışdır. Evi təmir edəndə bilmişdir ki, bibisi evi satmaq fikrində olmuşdur. Bibisi bütün işlərini Raminə həvalə etmişdir və təmir xərclərini də bibisi və Ramin ona vermişdir. Evdə bütün təmir məsələlərinə Ramin nəzarət etmişdir. Ramin və bibisi evi remont etdirdikdən sonra 20000 manata satmaq barədə öz aralarında danışmışlar, lakin ev balaca olduğundan təxminən 10000-15000 manata satıla bilərdi. Həmçinin, o, qeyd etmişdir ki, bibisi onu yanında evi satmaq istəməsini bir neçə dəfə demişdir, Adil də evdə olan zaman bu barədə danışmışdır, o da evin satılmasını istəmişdir. Bibisi o evdə təmir işləri apararkən, Raminə evi satmasını xahiş etmişdir. Apellyasiya baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs llgüzar oğlu birinci instansiya məhkəməsində göstərdiyi xüsusatları təsdiq edərək, əlavə olaraq göstərmişdir ki, o, evin satışını bibisinin əri olan Şahid5 ona verdiyi baş etibarnamə əsasında və sonuncunun tapşırığı və razılığı ilə həyata keçirtmişdir. Belə ki, ünvan 6 ünvanında fərdi yaşayış evi Adilə məxsus olmuş, sonuncunun ata mülkünün plana düşməsi ilə əlaqədar olaraq ona düşən pul müqabilində alınmışdır. Qeyd olunan evdə mərhum bisi ilə Adil yaşamış, o, da uşaqlıqdan bibisinin himayəsində olduğundan, çox vaxt bu evdə yaşamış, evin açarlarının bir nüsxəsi daima onda olmuş, hətta evin işıq xətti də onun adına olmuşdur. Şahid5 qeyd olunan evin satılması məqsədilə ona baş etibarnamə vermiş və ona evi satmağı tapşırmışdır, o, da bunun müqabilində zəruri hərəkətləri etmiş, evi normal görkəmə gətirmək məqsədilə təmir işlərinə başlamış, evi zərərçəkmişə satmış, əldə olunan pulun bir hissəsini Adilə, bir hissəsini bibisinə vermiş, bir hissəsini isə özündə saxlamışdır. Evin qiymətini bibisi və Adil ilə birlikdə 14.000 manat məbləğində razılaşdırmışlar. İş üzrə zərərçəkmiş şəxs ondan aldığı pulun qaytarılmasını tələb etdiyindən, Adil bütün bunları danır, güya ki, evin satılmasından xəbəri olmadığını, VÖEN alınması üçün ona baş etibarnamə verdiyini göstərir. Halbuki, hamıya məlumdur ki, bunun üçün baş etibarnamənin verilməsi tələb olunmur. Baş etibarnamə verilərkən də Adilə bunun nəticələri barədə notariat kontorunda izahlar verilmişdir. Sadəcə olaraq, pulun zərərçəkmişə qaytarılması zərurəti yarandığından, Adil bütün bu halları danır. O, evin satışı prosesində onu təmir edirdi, Adil də bunu bilirdi, belə ki, səhər evdən çıxıb, axşam evə gəlirdi, belə olan halda Adil evin onun tərəfindən təmir etdirilməsini nə ilə izah edə bilər? O, evi zərərçəkmişə satarkən, sonuncunu heç bir halda aldatmamışdır, evin bibisigilə məxsus olduğunu, evin sənədlərinin olmadığını bildirmiş, pul bir hissəsini aldıqdan sonra evin qaz və su xəttlərini zərərçəkmişin adına keçirmiş və öz adına olan işıq xəttini də sonuncunun adına keçirəcəyinə dair öhdəlik götürmüş, lakin bibisi və bibisinin əri evin satış qiyməti ilə sonda razılaşmadıqları səbəbindən, evin alqı-satqısı baş tutmamışdır. O, zərərçəkmiş şəxsdən aldığı pul məbləğini sonuncuya qaytarmaq niyyətindədir. Apellyasiya baxışı zamanı dindirilmiş Zərərçəkmiş şəxs birinci instansiya məhkəməsində göstərdiyi xüsusatları təsdiq edərək, əlavə olaraq göstərmişdir ki, sözügedən sənədsiz fərdi yaşayış evi təqsirləndirilən şəxsin bibisi Gülxar Quliyevaya və sonuncunun əri Şahid5 məxsus olmuşdur. Zərərçəkmiş şəxs də ifadəsində Raminin həmin evin bibisinə məxsus olduğunu bildirdiyini, bu barədə məlumatının olduğunu göstərmişdir. Belə olduğu halda sözügedən sənədsiz fərdi yaşayış evinin ona təhvil verilməsini təqsirləndirilən şəxs deyil, sonuncunun bibisi Gülxar Quliyeva və əri Şahid5 həyata keçirməli idilər. Məhkəmənin Şahid5 ibtidai istintaq dövründə verdiyi izahatına istinad etməsi anlaşılmazdır. Çünki şahid məhkəmə zalında verdiyi ifadəsində onun Ramin tərəfindən aldadıldığını bildirmiş və demişdir ki, özü və mərhum həyat yoldaşı Raminə evin satılmasına heç bir icazə verməmişlər. Habelə, məhkəmənin Şahid5 tərəfindən Təqsirləndirilən şəxs etibarnamə verməsinin özünə məxsus təfsirini anlamır və qəbul etmir. 2 saylı “Asan xidmət” mərkəzi tərəfindən təsdiq edilmiş etibarnamənin hansı şəkildə verildiyini, nə məqsədlə verildiyini Şahid5 ətraflı izah etmişdir. Ramin onu İrana məqsədli göndərmişdir ki, evi satıb pulunu ələ keçirtsin. Əgər doğurdan da Şahid5 evi satıb pul əldə etmişdirsə, nədən bir həftədən sonra İrandan gəlmək üçün yol pulunu öz qardaşından istəyirdi. Niyə Adil qarışıq hamı Ramini axtarırdı və heç kim onu tapmırdı. Telefonları bağlı idi. Axı Ramin evi öz dediyi kimi bibisi və ərinin razılığı ilə satmışdır. Niyə çıxıb hamıya bildirmirdi ki, evi razılıqla satıb, pulunu necə bölüşdürüb. Bunu etmək əvəzində Ramin hamıdan qaçıb gizlənmişdir. Axı o evi satdığı adama təhvil verməli idi. Lakin əvəzində Təqsirləndirilən şəxs ortadan qeyb olmağa üstünlük verdi. Həmçinin, diqqətdən kənar qalmış bir məsələ də ondan ibarətdir ki, əgər Ramin dediyi kimi evin satılmasına bibisi və ərinin razılığını almışdısa, o zaman niyə bu iki şəxsin evin satılmasına və kommunal ödənişlərin başqa ada keçirilməsinə dair notarial təsdiqli ərizələr almırdı? Şahid1 bildirmişdir ki, o, Elçinlə evə getdikdə, qapını açan bibisi onlara demişdir ki, Ramin getsin öz evini satsın, Ramin bu evi sata bilməz. Bu halın özü yetərlidir ki, Təqsirləndirilən şəxs dələduzluq etməsi müəyyən edilsin. Daha bir hal isə ondan ibarətdir ki, əgər bibisi ilə ərinin evin satılmasına dair razılıqlarını vermişdilərsə, bibisi öləndən sonra əri Adilin razılığını almırdı, evi satan zaman bibisi və əri Adili niyə onunla öncədən görüşdürmürdü. Hazırki iş üzrə Təqsirləndirilən şəxs əməli tam sübuta yetirilmişdir və işdə ona qarşı sübutlar kifayət qədərdir. Apellyasiya baxışı zamanı şahid qismində dindirilmiş Şahid5 birinci instansiya məhkəməsində göstərdiyi xüsusatları təsdiq edərək, əlavə olaraq göstərmişdir ki, ünvan 6 ünvanında fərdi yaşayış evi ona məxsus olmuş, ata mülkünün plana düşməsi ilə əlaqədar olaraq ona düşən pul müqabilində alınmışdır. Onun evin təmirindən xəbəri vardı, təmiri Ramin etdirirdi, Ramində daimi olaraq evin açarları var idi, o, isə axşam evə qayıdırdı. Ramin mərhum həyat yoldaşının himayəsində böyümüşdür. O, baş etibarnaməni Raminə VÖEN almaq üçün vermişdir, onun evin satılmasından xəbəri olmamışdır. İstintaq dövründəki (cild 1, səhifə 42-43) izahat ilə bağlı o qeyd etmişdir ki, həmin izahatı verməsi yadına gəlmir, lakin izahatdakı imza onun imzasına oxşayır. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi əsaslı olaraq cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən və zərər çəkmiş şəxsin, şahidlərin ifadələrinin, istintaq hərəkətlərinin protokollarının və digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini müzakirə edərək hesab etmişdir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs hərəkətlərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlinin tərkibinin mövcudluğu məhkəmə istintaqı zamanı öz təsdiqini tapmamış, onun tərəfindən həmin cinayət əməlinin törədilməsi ilə bağlı ibtidai araşdırma orqanının gəldiyi nəticə əsassız olması ilə bağlı düzgün nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası aşağıdaklara əsasən bu nəticəyə gəlmişdir. Həm təqsirləndirilən, həmdə zərərçəkmiş şəxs verdikləri ifadələrində göstərmişlər ki, Təqsirləndirilən şəxs evi satarkən, evin bibisigilə məxsus olduğunu və evin sənədlərinin olmadığını zərərçəkmişə əvvəlcədən bildirmişdir, təqsirləndirilən şəxs zərərçəkmiş şəxsdən evin satılması ilə bağlı pulun bir hissəsini aldıqdan sonra, evin qaz və işıq xəttlərini sonuncunun adına rəsmiləşdirmişdir. İşin hallarından belə nəticəyə gəlmək olur ki, Zərərçəkmiş şəxs öz könüllü razılığı əsasında Şahid1 vasitəsilə tanıdığı Təqsirləndirilən şəxs sonuncunun bibisinə məxsus sənədsiz fərdi yaşayış evini almaq, həmin evə qeydiyyata düşmək və kommunal xərclərin onun adına keçirilməsi üçün 12500 manat məbləğində pul vermişdir. Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsin ifadəsində göstərilən bu halları təkzib etməyərək, sözügedən sənədsiz fərdi yaşayış evini satmasını bibisinin və onun əri Adilin ondan xahiş etdiyini, bunun üçün ona etibarnamə verdiyini göstərmişdir. Təqsirləndirilən şəxs ifadəsində göstərdiyi, etibarnamənin evin satılması üçün verilməsinə dair xüsusat cinayət edilməsi barədə bilə-bilə yalan xəbərçilik etməyə görə CM-nin 296-cı maddəsində nəzərdə tutulmuş məsuliyyət barədə xəbərdar edilərək dindirilmiş Şahid5 Bakı şəhəri Səbail RPİ-nin İstintaq Şöbəsində verdiyi ilkin izahatında da öz təsdiqini tapmışdır. Belə ki, Şahid5 bu izahatında qeyd etmişdir ki, Təqsirləndirilən şəxs onun həyat yoldaşının qardaşı oğludur. Həyat yoldaşı X10 xərçəng xəstəliyindən əziyyət çəkir və hal-hazırda vəziyyəti ağırdır. Sovetskiy adlanan yerdə olan evləri plana düşdüyündən, Səbail rayonu, A.İsmayılov küçəsində yerləşən sənədsiz mənzili almışdır. Evdəkilər narazıçılıq etmişlər ki, evi satsın, lakin onun işi çıxdığı üçün xx.xx.2019-cu il tarixdə 2 saylı “Asan xidmət” mərkəzində Raminə etibarnamə vermişdir. Daha sonra xx.xx.2019-cu il tarixdə ona məlum olmuşdur ki, Ramin onun verdiyi etibarnamə əsasında evi 14000 manata satmışdır. Sonradan ona məlum olmuşdur ki, o, evdə olmadığı müddətdə evi alanlar onlara gəlmişlər, lakin yoldaşı narazıçılıq etmişdir. Bunun səbəbi isə yoldaşının xəstə olması idi, belə ki o, evin ucuz qiymətə satıldığını bəhanə edirdi. Bundan sonra o, Raminə bildirmişdir ki, evin pulunu sahibinə geri qaytarsın məsələ alınmır. Həmçinin o, Raminə etibarnaməni məhz evi satmaq üçün vermişdir. Göstərilən xüsusatlar birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş Şahid1, X9 və Şahid7 ifadələri ilə də uzlaşır. Təqsirləndirilən şəxs verilmiş ittihamda göstərilən “həmin evdə yaşayan Şahid5 məlumatı və razılığı olmadan, Zərərçəkmiş şəxs guya bibisinin həmin evi satmaq niyyətində olmasına inandırıb, sərfəli qiymətə ona satacağına dair yalan vəd verib aldadaraq” hissəsi əlavə şahid qismində dindirilmiş Şahid7 ifadəsi ilə təkzib edilmişdir. Belə ki, Şahid7 ifadəsində bildirmişdir ki, sözügedən evə onu Təqsirləndirilən şəxs aparmışdır. Evi təmir edəndə bilmişdir ki, bibisi evi satmaq fikrində olmuşdur. Bibisi bütün işlərini Raminə həvalə etmişdir və təmir xərclərini də bibisi və Ramin ona vermişdir. Evdə bütün təmir məsələlərinə Ramin nəzarət etmişdir. Ramin və bibisi evi remont etdirdikdən sonra 20000 manata satmaq barədə öz aralarında danışmışlar, lakin ev balaca olduğundan təxminən 10000-15000 manata satıla bilərdi. Həmçinin, o, qeyd etmişdir ki, bibisi onu yanında evi satmaq istəməsini bir neçə dəfə demişdir, Adil də evdə olan zaman bu barədə danışmışdır, o da evin satılmasını istəmişdir. Bibisi o evdə təmir işləri apararkən Raminə evi satmasını xahiş etmişdir. Bundan başqa, iş materiallarından göründüyü kimi, istintaq orqanı xx.xx.2020-ci il tarixdə hazırki iş üzrə cinayət işi başlanmasının rədd edilməsi haqqında qərar qəbul etmiş, xx.xx.2020-ci il tarixdə cinayət işinin başlanmasının rədd edilməsinə dair qərar ləğv edilərək, materialın əlavə yoxlamaya qaytarılması haqqında qərar qəbul edilmiş, xx.xx.2020-ci il tarixdə cinayət işinin başlanmasının rədd edilməsi haqqında yenidən qərar qəbul edilmiş, xx.xx.2021-ci il tarixli qərarla təkrarən cinayət işinin başlanmasının rədd edilməsinə dair qərar ləğv edilmişdir. Təqsirləndirilən şəxsin bibisi X10 xx.xx.2020-ci il tarixdə vəfat etmişdir. İş üzrə zərərçəkmiş şəxsin, təqsirləndirilən şəxsin və şahid ifadələrinin arasında ziddiyyətin aydınlaşdırılması üçün X6 şahid qismində izahatının alınmasında istintaq orqanı maraqlı olmamışdır. Cinayət işinin materiallarında olan 2 saylı “Asan xidmət” mərkəzi tərəfindən təsdiq edilmiş xx.xx.2019-cu il tarixli AR-İ seriyalı 915554 nömrəli etibarnamədən görünür ki, Şahid5 tərəfindən Təqsirləndirilən şəxs 1 il müddətinə verilmiş həmin etibarnaməyə əsasən sonuncuya harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq Şahid5 bütün əmlakını idarə etmək və onun üzərində sərəncam vermək, buna müvafiq olaraq bütün hallarda öz mülahizəsinə görə məbləği, müddəti və digər şərtləri müəyyən etməklə qanunla icazə verilmiş bütün əqdləri, o cümlədən almaq, satmaq, bağışlamaq, dəyişmək, hədiyyə qəbul etmək, icarəyə, kirayəyə vermək, ipoteka qoymaq, ipotekanı (girovu) qəbul etmək haqqında əqdləri bağlamaq, bu əqdlər üzrə haqq hesab aparmaq, əvəzindən notarial qaydada rəsmiləşdirilən sənədləri imzalamaq və sair hüquqlar verilmişdir. Təqsirləndirilən şəxs və Şahid5 arasında 05 fevral 2022-ci il tarixdə keçirilmiş üzləşmə istintaq hərəkəti zamanı Şahid5 bildirmişdir ki, 2 saylı “Asan xidmət” mərkəzində Təqsirləndirilən şəxs etibarnamə verilən zaman ona izah edilmişdir ki, həmin etibarnamə əsasında Təqsirləndirilən şəxs ona məxsus əmlakı satmaq hüququ vardır. Lakin buna baxmayaraq Şahid5 tərəfindən heç bir etiraz daxil olmamış, xx.xx.2019-cu il tarixli AR-İ seriyalı 915554 nömrəli etibarnamə əsasında Şahid5 məxsus əmlakı idarə etmək, üzərində sərəncam vermək və digər məsələləri həll etmək Təqsirləndirilən şəxs etibar edilmiş, həmçinin cinayət işinin materiallarına əlavə olunmuş Şahid5 izahatı ilə də mübahisə olunan etibarnamənin Təqsirləndirilən şəxs ünvan 3 ünvanında yerləşən sənədsiz fərdi yaşayış evini satmaq üçün verilməsi öz təsdiqini tapmışdır. Apellyasiya baxışı zamanı Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi 2 saylı Bakı “ASAN Xidmət” X7 1(103)-115/2023-cü il tarixli sorğu məktubuna cavab məktubundan görünür ki, 2 saylı Bakı “ASAN Xidmət” Mərkəzində Şahid5 tərəfindən Təqsirləndirilən şəxs xx.xx.2019-cu il tarixli 7E-15895 reyestr nömrəli ümumi etibarnamə verilmişdir. xx.xx.2019-cu il tarixdə vətəndaş Şahid5 həmin etibarnaməni 3 saylı Bakı “ASAN Xidmət” Mərkəzində 8i-55799 nömrəli ərizə əsasında ləğv etmişdir. Bununla da müəyyən olunur ki, Təqsirləndirilən şəxs tərəfindən edilən bütün konklüdent hərəkətlər (zərərçəkmişlə razılığa gəlinməsi, ondan evin satılmasına dair pul vəsaitlərinin alınması, kommunal xəttlərinin sonuncunun adına keçirilməsi və s.) baş etibarnamənin qüvvədə olduğu müddət ərzində həyata keçirilmiş və ancaq bütün bu hərəkətlər edildikdən sonra və xx.xx.2019-cu il tarixdə evə köçürülməsinə dair tərəflər arasında razılığa gəlindikdən sonra, xx.xx.2019-cu il tarixdə baş etibarnamə Şahid5 ərizəsi əsasında ləğv olunmuşdur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 11 iyun 2015-ci il tarixli 7 nömrəli qərarında göstərilmişdir ki, başqa talama cinayətlərindən fərqli olaraq dələduzluq cinayəti aldatma və ya etibardan sui-istifadə etmə yolu ilə törədilir və əmlak sahibi öz əmlakını və ya ona olan hüququnu başqa şəxslərə yalan vədlərin təsiri altında könüllü surətdə verir. Törədilmiş əməl o halda Cinayət Məcəlləsinin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun. Dələduzluq yolu ilə əmlak hüquqları əldə etmə dedikdə, mülkiyyət hüququ, girov hüququ, tələb hüququ və varlanmaya səbəb olan sair hüquqları qanunsuz əldə etmə başa düşülməlidir. Məhkəmələrin nəzərinə çatdırılmışdır ki, dələduzluq cinayəti özgənin əmlakının (əmlaka olan hüququnun) təqsirkarın və ya üçüncü şəxslərin sahibliyinə keçdiyi və onların bu əmlaka (əmlaka olan hüquqa) dair istədikləri kimi sərəncam vermək və ya onlardan istifadə etmək imkanının yarandığı andan başa çatmış hesab edilir. Şəxsin əmlakın ona verilməsi ilə bağlı öhdəlikləri yerinə yetirmək üçün əvvəlcədən real maliyyə imkanlarının, yaxud əmlakın idarə edilməsi üçün onun icazəsinin olmaması, əmlakı (əmlaka olan hüququ) əldə edərkən saxta sənədlərdən istifadə etməsi, başqa şəxslərə və ya kredit təşkilatlarına borcunun və ya girovda əmlakının olması haqda məlumatları gizlətməsi, əqdin bağlanması zamanı tərəflərdən biri kimi çıxış edən yalançı müəssisələr yaratması onun özgə əmlakının talanmasına yönəlmiş niyyətinin olmasına dəlalət edən hallar kimi çıxış edə bilər. Lakin bu halların da mövcud olması birmənalı olaraq şəxsin dələduzluq cinayətini törətməsi barədə nəticəyə gəlmək üçün əsas vermir və hər bir konkret işin hallarına əsaslanaraq təqsirkarın üzərinə götürdüyü öhdəlilkləri yerinə yetirmək niyyətində olmaması müəyyən edilməlidir. Dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi (məsələn, əqdin predmeti olan saxta əşyaların və ya saxta sənədlərin təqdim edilməsi, onların əldə edilməsi, malların alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və ya hesablaşma görüntüsünün yaradılması və sair) başa düşülür. Etibardan sui-istifadə etmə həm də təqsirkarın əvəzsiz olaraq özünün və ya üçüncü şəxslərin xeyrinə əmlakı və ya ona olan hüququ ələ keçirmək məqsədi ilə üzərinə götürdüyü hər hansı öhdəliyi yerinə yetirmək niyyətində olmadığı halda, məsələn, kredit müəssisələrindən müəyyən məbləğdə kredit və ya zərər çəkmiş şəxsdən borc alaraq bunları qaytarmaq məqsədi güdmədiyi, hər hansı işin görülməsi, xidmətlərin göstərilməsi öhdəliyini üzərinə götürüb bunun üçün əvvəlcədən avans kimi müəyyən məbləğdə pul alaraq həmin işi görmədiyi (xidməti göstərmədiyi) və görmək (xidmət göstərmək) niyyətində olmadığı hallarda da baş verir. Bundan başqa, həmin qərarda məhkəmələrə tövsiyə edilmişdir ki, dələduzluqla bağlı cinayət işlərinə baxarkən işin bütün hallarını tam, hərtərəfli və obyektiv araşdırsınlar və belə araşdırma nəticəsində təqsirləndirilən şəxs qismində cəlb edilmiş şəxslə zərər çəkmiş kimi tanınmış şəxs arasında mübahisənin mülki münasibətlərdən irəli gələn mübahisə kimi mülki mühakimə icraatı qaydasında həll edilməli olmasını, bu səbəbdən şəxsin əsassız olaraq cinayət məsliyyətinə cəlb edilməsini, habelə dövlət orqanlarının vəzifəli şəxslərinin fəaliyyətindəki çatışmazlıqların və ya səhvlərin dələduzluq cinayətinin törədilməsinə səbəb olduğunu və şərait yaratdığını müəyyən etdikdə dövlət orqanlarının, o cümlədən cinayət təqibini həyata keçirmiş orqanların vəzifəli şəxsləri haqqında xüsusi qərarların çıxarılmasını və bu qərarların tabeçilik qaydasında müvafiq dövlət və mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərlərinə və Azərbaycan Respublikasının Baş Prokuroruna göndərilməsini təmin etsinlər. Dələduzluq cinayətinin dizpozisiyasında qeyd olunur ki, dələduzluq özünün törədilmə üsuluna görə iki növə ayrılır: aldatma yolu ilə dələduzluq və etibardan sui-istifadə yolu ilə dələduzluq. Burada aldatma dedikdə, həm həqiqətin şüurlu surətdə təhrif edilməsi, saxtalaşdırılması (aktiv aldatma), həm də həqiqət haqqında susma (passiv aldatma) başa düşülür. Həqiqətin təhrif edilməsi dedikdə, təqsirkarın müəyyən faktların movcud olması və ya olmaması barədə yalan məlumat verməklə zərərçəkmişi aldadaraq ondan əmlakı könüllü şəkildə ələ keçirməyə nail olması başa düşülür. Həqiqət barədə susma dedikdə, təqsirkarın xəbər verilməsi zəruri olan məlumatları və ya halları gizlətməklə, zərərçəkmişə bildirməklə onu aldadaraq əmlakı könüllü şəkildə ələ keçirməyə nail olması başa düşülür. Bu baxımdan əgər məlumatların saxtalaşdırılmasının və ya xəbər verilməsi zəruri olan məlumatların gizlədilməsinin təqsirkar tərəfindən qabaqcadan düşünülərək edilməsi müəyyən olumazsa, onda dələduzluq cinayəti olmayacaqdır. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə əsaslı olmuş və Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi olmamışdır. Odur ki, onun qeyd edilən hərəkətlə bağlı cinayət məsuliyyətinə cəlb edilməsi yolverilməzdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "V.Q.Bayramov və qeyrilərinin şikayətləri üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 23 mart 2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair" 9 sentyabr 2005-ci il tarixli qərarında göstərilmişdir ki, məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Cinayət qanunvericiliyinə görə, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. İttihamın sübut olunması barədə aradan qaldırılması mümkün olmayan bütün şübhələr təqsirləndirilən şəxsin xeyrinə həll olunmalıdır. İnsan Hüquqları Üzrə Avropa Məhkəməsi öz qərarlarında dəfələrlə vurğulamışdır ki, hakim sübutların qəbul edilənliyini müəyyənləşdirməyə görə cavabdehlik daşıyır. Hakim bu məsələdə İnsan Hüquqları X2 presedent hüququna uyğun olan tərzdə Cinayət Prosessual Məcəlləsinə istinad etməlidir. Məhkəmə bir sıra qərarlarında qeyd etmişdir ki, «əsaslı şübhə yeri qoymayan» sübut standartları sübutların qiymətləndirilməsi zamanı bütün işlərə tətbiq edilən ümumi prinsipdir. Sübutlar kifayət qədər güclü, aydın və uzlaşdırılmış nəticələrin, yaxud faktlara əsaslanan analoji təkzib edilməz ehtimalların birgə mövcudluğundan irəli gələ bilər. Qaneedici və inandırıcı sübutları təqdim etmək məsələsində sübutetmə yükü ittiham orqanının üzərinə düşür. Hər hansı şübhə təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. İnsan Hüquqlarının və X5 X2 6-cı maddəsinin 2-ci bəndində göstərilir ki, cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilir. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinə görə hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsizliyini sübuta yetirməyə borclu deyildir. Ədalət mühakiməsi həyata keçirilərkən qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə oluna bilməz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair" 12 may 2009-cu il tarixli Qərarında göstərilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi nəinki ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli: məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi – hakimin həm vəzifə, həm də mənəvi borcudur. Məhkəmə işə baxdıqdan sonra, öz nəticələrini həqiqətə uyğun və məhkəmə iclasında tədqiq olunmuş sübutlar üzərində qurmalı, həmin sübutların məcmusuna digər qərarın qəbulunu istisna edən qiymət verməli, cinayətin tərkibini və tövsifedici əlamətlərini dərindən təhlil etməli, cəzanı şəxs təqsirli bilindiyi halda cinayətin xarakteri və ictimai təhlükəliliyi, şəxsiyyəti və məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alınmaqla təyin etməli, şəxs təqsirsiz bilindiyi halda isə ona bəraət verilməlidir. Ədalətli məhkəmə araşdırması hüququ ilə bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqe ondan ibarətdir ki, «ədalət mühakiməsi mahiyyət etibarilə ədalət anlayışına cavab verməli və hüquqların təsirli şəkildə bərpa olunmasını təmin etməlidir» («Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 420.3-cü maddəsinə dair» Konstitusiya Məhkəməsi Plenumunun 19 aprel 2002-ci il tarixli qərarı). Bu baxımdan məhkəmə hesab edir ki, təqsirliliyi sübuta yetirilmədikdə şəxslərə bəraət verilməsi ədaləti bərqərar etmiş olur. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs tərəfindən Zərərçəkmiş şəxs etibarından sui istifadə edərək və ya onu aldadaraq 12500 manat məbləğində pulunun ələ keçirilməsinə yönəldilmiş hər hansı bir əməlin törədilməsi öz təsdiqini tapmamışdır. Məhkəmə kollegiyası belə hesab edir ki, təqsirləndirilən şəxsin əməlində cinayət tərkibinin olması ilə bağlı istintaq orqanının gəldiyi nəticələr əsassızdır və birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi olmadığından, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə ona bəraət verməklə haqlı nəticəyə gəlmişdir. Odur ki, apellyasiya protestinin və apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməli, hökm əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalı, zərərçəkmiş şəxsə pul tələbilə bağlı ümumi əsaslarla məhkəmədə iddia qaldırmaq hüququ izah edilməlidir. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 398.1.1-ci maddəsini rəhbər tutaraq Q Ə R A R A A L İ R: Dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protesti və zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmasın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə verilmiş ittiham üzrə təqsirliliyi sübuta yetirilmədiyindən bəraət verilməsinə dair Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 1(011)-193/2022 saylı, 15 sentyabr 2022-ci il tarixli hökmündən dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protestinə və zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul olunduğu andan qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 408-412-ci maddələrinə uyğun olaraq Bakı Apellyasiya Məhkəməsinin vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və kassasiya protesti verilə bilər. Sədrlik edən: Anar İbrahimov Hakimlər: Mirzəli Abbasov Ramin Qaraqurbanlı
Məhkəmə qərarları › İş №1(103)-115/2023
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №1(103)-115/2023
02.03.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver