Məhkəmə qərarları › İş №1(103)-1151/2022

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №1(103)-1151/2022

21.06.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(103)-1151/2022 21.06.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının hakimləri: Babayev Zəki Baba oğlu (sədrlik edən, məruzəçi hakim), İbrahimli İbrahim Adil oğlu və Şirinov Ziya Allahverdi oğlundan ibarət tərkibdə, məhkəmə iclası katibi X1, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru X2, məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisi, Bakı şəhəri 5 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1 və 228.4-cü maddələri ilə təqsirli bilinərək məhkum olunmasına dair Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-817/2022 saylı, 15 aprel 2022-ci il tarixli hökmündən məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə apellyasiya icraatı qaydasında, Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında (Bakı şəhəri, Az1073, Zahid Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-817/2022 saylı, 15 aprel 2022-ci il tarixli hökmü ilə (X3 Ağayev (sədrlik edən və məruzəçi) Azad Məcidov və Səbuhi Hüseynov) xx xxxxxx 1979-cu il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-614/2016 saylı, 10 may 2016-cı il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirli bilinərək 05 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, Bakı Apelyasiya Məhkəməsinin 15 iyul 2016-cı il tarixli qərarına əsasən cəzası 03 ilə endirilmiş və Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən Əfv olunaraq cəzasının çəkilməmiş hissəsindən azad olunmuş, məhkumluğu ödənilməmiş və götürülməmiş, Bakı şəhəri, Səbail rayonu, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşamış, 17 mart 2022-ci il tarixdən həbsdə olan, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1 və 228.4-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək, Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə 7 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzasına, Cinayət Məcəlləsinin 228.4-cü maddəsi ilə 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları tam toplamaq yolu ilə qəti olaraq 8 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəza çəkmə müddətinin başlanğıcının həbsə alındığı vaxtdan, 17 mart 2022-ci il tarixdən hesablanması, barəsində xüsusi müsadirə təbiq edilməməsi, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsi, cinayət işi üzrə maddi sübut kimi tanınmış və Nəsimi RPİ-nin maddi sübutların saxlanc kamerasına təhvil verilmiş, Təqsirləndirilən şəxs təqdim etdiyi bir ədəd bıçağın, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs Elman oğluna məxsus hadisə vaxtı əynində olmuş bir ədəd gödəkcə və bir ədəd poliverin məhv edilməsi hökm edilmişdir. İşin halları: İstintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1 və 228.4-cü maddələri ilə ittiham verilmiş və birinci instansiya məhkəməsinin hökmünə əsasən həmin maddələrlə təqsirli bilinərək məhkum edilmişdir ona görə ki, o, qəsdən sağlamlığa ağır zərər vurmuş və qanunsuz olaraq soyuq silahı əldə etməklə gəzdirmişdir. Belə ki, Təqsirləndirilən şəxs 07 may 2021-ci il tarixdə, saat 23:30 radələrində ünvan 2 ünvanın qarşısında əvvəllər tanıdığı X4 ilə rastlaşdıqda, sonuncudan ona olan borcunu tələb edib istəyərkən bununla bağlı aralarında şəxsi münasibətlərin pozulması zəminində mübahisə yaranmış və mübahisə zamanı Zərərçəkmiş şəxs onu yumruqla sifətindən vurduqda, üzərində gəzdirdiyi çantadan bir ədəd zavod üsulu ilə hazırlanmış, ümumi təyinatlı qatlanan, deşici-kəsici xassəyə malik soyuq silah hesab edilən ov bıçağını çıxararaq, Zərərçəkmiş şəxs döş qəfəsindən və qarnından ümumilikdə iki dəfə zərbə endirib, sonuncuya döş qəfəsinin ön səthinin sol yarısının və qarının ön divarının daxilə nüfuz edən mədəni, diafraqmanı və kiçik piyliyi zədələyərək daxili qanaxma törədən deşilmiş-kəsilmiş yaraları kimi həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid xəsarətlər yetirməklə qəsdən Zərərçəkmiş şəxs sağlamlığına ağır zərər vurmuşdur. Bundan başqa, o, 10 may 2021-ci il tarixdə, saat 19 radələrində Nəsimi rayon Polis İdarəsində olan zaman əynində olan mavi rəngli gödəkcəsinin sol yan cibindən milli geyim ləvazimatı və ovçuluq peşəsi ilə bağlı olmayan, məlum olmayan mənbədən və vaxtdan qanunsuz olaraq əldə edib üzərində gəzdirdiyi bir ədəd zavod üsulu ilə hazırlanmış, ümumi təyinatlı qatlanan, deşici-kəsici xassəyə malik soyuq silah hesab edilən ov bıçağı aşkar olunaraq götürülmüşdür. Apellyasiya şikayətinin dəlilləri: Həmin hökmdən məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs apellyasiya şikayəti vermiş və apellyasiya şikayətini olunla əsaslandırmışdır ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin 15 aprel 2022-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.1 və 228.4-cü maddələri ilə təqsirli bilinərək 08 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib. Həmin hökmdən narazıdır. Məhkəmə işi üzrə lazımi qədər araşdırma aparmadan qərar qəbul etmişlər. Məhkəmə ona daha az cəza təyin edə bilərdi. İstintaqın gedişatına köməklik göstərib, əməlindən peşimandır. Apellyasiya şikayətində Bakı Ağır Cinayətlər Məhkəməsinin 15 aprel 2022-ci il tarixli hökmünün dəyişdirilməsi, cəzasının yüngülləşdirilməsi barədə qərar qəbul edilməsi xahiş olunmuşdur. Apellyasiya şikayətinə qarşı yazılı etiraz verlməmişdir. İşdə iştirak edən şəxslərin çıxışları: Apellyasiya məhkəməsinin iclasında, məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs verilmiş apellyasiya şikayətini müdafiə etdi, apellyasiya şikayətinin dəlillərinə uyğun qaydada çıxış edərək, istintaqın gedişinə köməklik göstərməsi, əməlindən peşiman olması və zərərçəkmiş şəxsin ondan şikayətçi olmaması ilə bağlı cəzasını yüngülləşdirən hallar nəzərə alınmaqla Bakı Ağır Cinayətlər Məhkəməsinin 15 aprel 2022-ci il tarixli hökmünün dəyişdirilməsini və ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının mümkün qədər yüngülləşdirilməsi barədə qərar qəbul olunmasını xahiş etdi. Apellyasiya məhkəməsinin iclasında, məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs müdafiəçisi, Bakı şəhəri 5 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi verilmiş apellyasiya şikayətini müdafiə etdi, apellyasiya şikayətinin dəlillərinə uyğun qaydada çıxış edərək, məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar nəzərə alınmaqla Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-817/2022 saylı, 15 aprel 2022-ci il tarixli hökmünün dəyişdirilməsini, Təqsirləndirilən şəxs barəsində təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının yüngülləşdirilməsi barədə qərar qəbul olunmasını xahiş etdi. Apellyasiya məhkəməsinin iclasında, Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının Müdafiəsi üzrə İdarəsinin prokuroru X5 məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs tərəfindən verilmiş аpеllyаsiyа şikayətinin dəlillərinin əsassız olduğunu, birinci instansiya məhkəməsi tərəfindən Təqsirləndirilən şəxs əməlinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1 və 228.4-cü maddələri ilə düzgün tövsif olunduğunu, məhkum edilmiş şəxsin cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmaqla, şəxsiyyəti, törətdiyi cinayətin ictimai təhlükəliliyi və xarakteri, təyin edilmiş cəzanın ailəsinə təsiri nəzərə alınmaqla ona ədalətli cəza təyin olunduğunu, məhkəmənin hökmünün apellyasiya şikayətinə əsasən dəyişdirilməsi üçün əsasların olmadığını göstərərək apellyasiya şikayətinin təmin edilmədən, Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-817/2022 saylı, 15 aprel 2022-ci il tarixli hökmünün dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Zərərçəkmiş şəxs Elman oğlu məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsə də, üzrlü səbəb olmadan məhkəmə iclasında iştirak etmədiyi üçün məhkəmə kollegiyası Zərərçəkmiş şəxs iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İşin hüquqi məsələləri: Apellyasiya şikayətinin dəlilləri ilə əlaqədar olaraq məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası CPM-nin 397.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsində göstərilir ki, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Qeyd edilən prosessual normaların mənasına görə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılmalıdır. Başqa sözlə, işin faktiki halları yalnız apellyasiya tələbi ilə bağlı olan hissədə yəni apellyasiya tələbinin təsdiq və ya təkzib edilməsi zərurəti ilə əlaqədar yoxlanılır. Burada işin faktiki halları dedikdə, konkret cinayət əməli üzrə sübut edilməli olan və məhkəmənin hökmünün və ya başqa qərarının qəbul edilməsi üçün mühüm əhəmiyyət kəsb edən xüsusatların məcmusu başa düşülməlidir. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununun və CPM-nin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılması o deməkdir ki, hökmün və ya qərarın qanuni və əsaslı olmasını yoxlayarkən apellyasiya instansiya məhkəməsi qanunla müəyyən edilmiş hüquqları həddində apellyasiya şikayəti və apellyasiya protestində göstərilib-göstərilməməsindən asılı olmayaraq, birinci instansiya məhkəməsinin tətbiq etdiyi cinayət və cinayət-prosessual hüquq normalarının, habelə bu normalarla bağlı olaraq başqa hüquq sahələrinə aid normaların düzgün tətbiq edilib edilməməsini yoxlamalıdır. Başqa sözlə apellyasiya instansiya məhkəməsi məhkəmə baxışı zamanı hüquq məsələsini hər bir halda və tam həcmdə yoxlamalıdır. Həmçinin Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenimunun 12 may 2009-cu il tarixli Qərarına əsasən a) apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən cinayət və cinayət-prosessual qanunvericiliyinin normalarına riayət edilməsini hər bir halda, o cümlədən müvafiq olaraq apellyasiya şikayətinin və ya protestinin dəlillərində bu barədə tələb irəli sürülməsə də yoxlamalıdır; b) cinayət və cinayət-prosessual qanunvericiliyinin normalarına riayət edilməsinin yoxlanılmasından sonra Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 403-405-ci maddələrində nəzərdə tutulmuş hallar və səbəblər müəyyən edildikdə: - apellyasiya icraatı məhkum edilmiş və ya bəraət almış şəxsin və ya onun müdafiəçisinin verdiyi apellyasiya şikayəti və yaxud mahiyyətcə həmin şəxslərdən hər hansı birinin xeyrinə dövlət ittihamçısının verdiyi apellyasiya protesti üzrə keçirilərsə, apellyasiya instansiyası məhkəməsi göstərilən şəxsin vəziyyətini yaxşılaşdırmaqla birinci instansiya məhkəməsinin yekun qərarını dəyişdirə və ya ləğv edərək yeni qərar qəbul edə bilər; - apellyasiya icraatı mahiyyətcə məhkum edilmiş və ya bəraət almış şəxsin ziyanına dövlət ittihamçısının verdiyi apellyasiya protesti və ya xüsusi ittihamçının verdiyi apellyasiya şikayəti üzrə keçirilərsə, apellyasiya instansiyası məhkəməsi apellyasiya müraciətinin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin yekun qərarını məhkum edilmiş və ya bəraət almış şəxsin vəziyyətini ağırlaşdırmaqla da dəyişdirə və ya ləğv edərək yeni qərar qəbul edə bilər; lakin bunun üçün əsas apellyasiya müraciətinin dəlillərində göstərilməmişdirsə, qərar işə baxan apellyasiya instansiyası məhkəməsinin bütün hakimləri tərəfindən yalnız yekdilliklə qəbul oluna bilər. Birinci intansiya məhkəmənin hökmü ilə razılaşmayan məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs apellyasiya şikayətinin əsas dəlili Bakı Ağır Cinayətlər Məhkəməsinin 15 aprel 2022-ci il tarixli hökmünün dəyişdirilməsindən və ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının müddətinin yüngülləşdirilməsi barədə qərar qəbul olunmasından ibarətdir. Cinayət işinin materiallarından görünür ki, məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1 və 228.4-cü maddələrində nəzərdə tutulmuş cinayətlərin əlamətlərinin mövcud olması, işin faktiki halları, birinci instansiya məhkəməsində tədqiq edilmiş sübütlar, o cümlədən onun ibtidai istintaq zamanı və birinci instansiya məhkəməsində verdiyi ifadələri, zərərçəkmiş şəxsin ifadələri, istintaq hərəkətlərinin protokolları, ekspertiza rəyləri, habelə iş üzrə toplanmış digər təkzibolunmaz sübutlarla təsdiq olunur. Məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs qeyd olunan maddələrdə nəzərdə tutulmuş cinayət əməllərini törətməsi ibtidai istintaq zamanı və birinci instansiya məhkəməsində işə baxılarkən tam sübuta yetirilmişdir. Birinci instansiya məhkəməsinin hökmündən göründüyü kimi məhkəmə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1 və 228.4-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməsi barədə nəticəyə gələrək onu həmin maddələrlə məhkum edərkən konkret sübutlara və işin faktiki hallarına əsaslanmışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1 və 228.4-cü maddələrinin mənasından görünür ki, qəsdən sağlamlığa ağır zərər vurma, yəni insan həyatı üçün təhlükəli olan və ya görmə, eşitmə, nitq qabiliyyətinin və ya hər hansı bir orqanın, yaxud bu orqanın funksiyasının itirilməsinə, psixi pozuntuya və ya sağlamlığın başqa cür pozulmasına, əmək qabiliyyətinin üçdə bir hissəsindən az olmamaqla uzun müddətə itirilməsi ilə və ya təqsirkar üçün aşkar surətdə zərərçəkmiş şəxsin peşəkar əmək qabiliyyətinin tam itirilməsi ilə əlaqədar olan və ya hamiləliyin pozulmasına, şəxsin narkomanlıqla və ya toksikomanlıqla xəstələnməsinə səbəb olan, yaxud sifətin silinməz dərəcədə eybəcərləşdirilməsində ifadə olunan zərər vurma Cinayət Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulmuş cinayətin tərkibini yaradır. Qanunsuz olaraq qaz silahını, soyuq silahı, o cümlədən soyuq atıcı silahı əldə etmə, satma və ya gəzdirmə, milli geyim ləvazimatı hesab olunan ərazilərdə və ya ovçuluq peşəsi ilə bağlı olaraq soyuq silahı gəzdirmə halları istisna olmaqla Cinayət Məcəlləsinin 228.4-cü maddəsində nəzərdə tutulmuş cinayətin tərkibini yaradır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs qeyd edilən cinayət əməllərini törətməsi ilə bağlı yekun nəticəyə gələrkən ibtidai istintaq orqanı tərəfindən toplanmış və məhkəmə iclasında araşdırılıb qiymətləndirilən sübutlara düzgün istinad etmişdir. Bu barədə məhkəmənin hökmündə iş üzrə təqdim olunan sübutlar tədqiq edilmiş, sübutlara hüquqi qiymət verilmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası həmin sübutları hazırki qərarda təkrarlamağa zərurət görmür. Apellyasiya instansiya məhkəməsində məhkəmə baxışı zamanı məhkəmə kollegiyası cinayət işinin materiallarını təhlil edərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1 və 228.4-cü maddələri ilə elan edilmiş ittihamla bağlı istər ibtidai araşdırma orqanı, istərsə də işə baxmış birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 143-146-cı maddələrinin tələblərinə əməl edərək məhkum edilmiş şəxsin ittiham olunduğu cinayətlərin törədilməsində təqsirli bilinməsi haqda mötəbər nəticəyə gəlmək üçün kifayət qədər sübutlar toplamış və bu sübutların hər birinin mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi qiymətləndirilərək işin faktiki hallarına uyğun olan yekun məhkəmə qərarı qəbul edilmişdir. Həmçinin məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs verdiyi apellyasiya şikayətində işin faktiki hallarını və əməlinin hüquqi tövsifini mübahisələndirməmişdir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1 və 228.4cü maddələri ilə düzgün tövsif olunmşdur. İşin faktiki halları və əməlin hüquqi tövsifi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır. Həmin əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar mövcud deyildir. Məhkəmə kollegiyası həmçinin təyin оlunmuş cəza ilə bağlı məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs apellyasiya şikayətinin dəlillərini işin faktiki halları ilə müqayisəli şəkildə yoxlayaraq qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1 və 228.4-cü maddələri ilə düzgün tövsüf edilmiş, lakin törətmiş оlduğu cinayət əməlinə görə cəza təyin edilərkən məhkum edilmiş şəхs Təqsirləndirilən şəxs zərər çəkmiş şəxslə barışıq əldə etməsi, zərər çəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmaması kimi cəzanı yüngülləşdirən halların olması, əməlində cinayətlərin təhlükəli residivinin olması kimi cəzasını ağırlaşdıran halın оlması göstərilərək, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə 7 (yeddi) il müddətə, Cinayət Məcəlləsinin 228.4-cü maddəsi ilə isə 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edərək, Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları tam toplamaq yolu ilə ona qəti olaraq 8 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edərkən, onun cəzasını yüngülləşdirən hallar düzgün qiymətləndirilməmiş və barəsində sərtliyinə görə ədalətsiz hökm çıхarılmışdır. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəхs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi хarakterli tədbirlər ədalətli оlmalıdır. Həmin Məcəllənin 41.1-ci maddəsinin məzmununa görə cəza sitəm оlmayıb, cinayəthüquqi хarakterli tədbirdir. Məcəllənin 41.2-ci maddəsinə görə isə cəza sоsial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəхslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsində göstərilir ki, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Həmin Məcəllənin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Ədalətli cəza təyin edilməsi hər şeydən əvvəl cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail olmaq sahəsində mühüm vasitədir. Təyin edilmiş cəzanın ədalətli olması dedikdə, həmin cəzanın törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olması başa düşülür (Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 2003-cü il 25 iyun tarixli 4 saylı qərarı). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin хarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəхsiyyəti, о cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin оlunmuş cəzanın şəхsin islah оlunmasına və оnun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Həmin Məcəllənin 59.2-ci maddəsinə görə isə cəza təyin edilərkən bu Məcəllənin 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Göründüyü kimi qanunvericilik Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.1-59.1.10-cu maddələrində göstərilməmiş başqa halların mövcud оlmasını da, cəza təyini zamanı yüngülləşdirici hal kimi nəzərə alınmasını müəyyən etmişdir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 saylı, 25 iyun 2003-cü il tariхli qərarının 2-ci bəndində həmçinin göstərilir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəхsin islah оlunmasına хidmət etməlidir. İşdən görünür ki, birinci instansiya məhkəməsi hazırki cinayəti törətməkdə təqsirli bilinən Təqsirləndirilən şəxs cəza təyin edərkən оnun zərər çəkmiş şəxslə barışıq əldə etməsi, zərər çəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmaması kimi cəzanı yüngülləşdirən halların olması, əməlində cinayətlərin təhlükəli residivinin olması kimi cəzasını ağırlaşdıran halın оlmasını sadalasa da, cəzanı yüngülləşdirən hallara düzgün hüquqi qiymət verməmiş, Cinayət Məcəlləsinin 65.2-ci maddəsinə əsasən təhlükəli residivə görə cəzanın müddətinin törədilmiş cinayətə görə Cinayət Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin üçdə ikisindən, yəni Cinayət Məcəlləsinin 126.1-ci maddəsi üzrə 5 (beş) il 4 (dörd) aydan az ola bilməməsi nəzərdə tutulduğu halda, nəyə görə Təqsirləndirilən şəxs həmin maddə ilə daha aşağı həddə deyil, məhz 7 (yeddi) il müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin etməsini hökmdə əsaslandırmamışdır. Cinayət işinin materiallarında olan sənədlərdən görünür ki, Zərərçəkmiş şəxs Elman oğlu ərizə ilə məhkəməyə müraciət edərək Təqsirləndirilən şəxsdən heç bir şikayət və tələbinin olmadığını göstərmişdir. Bundan başqa iş materiallarından görünür ki, Təqsirləndirilən şəxs cinayəti zərərçəkmiş şəxs Eyub Bab-zadənin qanunsuz və ya əxlaqsız hərəkətlərinin təsiri altında törətmişdir. Belə ki, verilmiş ittihamdan görünür ki, Təqsirləndirilən şəxs 07 may 2021-ci il tarixdə, saat 23:30 radələrində ünvan 2 ünvanın qarşısında əvvəllər tanıdığı X4 ilə rastlaşdıqda, sonuncudan ona olan borcunu tələb edib istəyərkən bununla bağlı aralarında şəxsi münasibətlərin pozulması zəminində mübahisə yaranmış və mübahisə zamanı Zərərçəkmiş şəxs onu yumruqla sifətindən vurmuş, yalnız bundan sonda Təqsirləndirilən şəxs üzərində gəzdirdiyi çantadan bir ədəd zavod üsulu ilə hazırlanmış ov bıçağını çıxararaq, Zərərçəkmiş şəxs döş qəfəsindən və qarnından ümumilikdə iki dəfə zərbə endirib onun sağlamlığına ağır zərər vurmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1.8-ci maddəsinə görə cinayətin zərərçəkmiş şəxsin qanunsuz və ya əxlaqsız hərəkətlərinin təsiri altında və ya bu hərəkətlər nəticəsində qəflətən baş vermiş güclü ruhi həyəcan (affekt) vəziyyətində törədilməsi cəzanı yüngülləşdirən haldır. Azərbaycan Respublikası Konstitusiyasının 65-ci maddəsinə əsasən məhkəmənin məhkum etdiyi hər bir şəxsin öz barəsində çıxarılmış hökmə qanunla nəzərdə tutulan qaydada yuxarı məhkəmədə yenidən baxılması, habelə özünün əfv edilməsi və cəzasının yüngülləşdirilməsi haqqında müraciət etmək hüququ vardır. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 13.3 və 13.4-cü bəndlərində məhkəmələrə tövsiyə edilmişdir ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar; cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirsinlər. Qeyd оlunanlara əsasən məhkəmə kоllegiyası cəza təyin etmənin ümumi prinsiplərini özündə ehtiva edən Azərbaycan Respublikası CM-nin 8.1, 41.2, 58.1, 58.3, 59-cu maddələrinin tələblərini, habelə Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 2003-cü il 25 iyun tarixli 04 saylı qərarının tövsiyyələrini, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən Təqsirləndirilən şəxs əməlindən səmimi peşiman olması, zərərçəkmiş şəxslə barışıq əldə etməsi, zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmaması, cinayətin zərərçəkmiş şəxsin qanunsuz hərəkətlərinin təsiri altında törədilməsi kimi cəzanı yüngülləşdirən halların olması, əməlində cinayətlərin təhlükəli residivinin olması kimi cəzasını ağırlaşdıran halın оlmasını, habelə təyin оlunmuş cəzanın onun islah оlunmasına təsirini nəzərə alaraq təyin edilmiş cəzanın azaldılmasını məqsədəuyğun hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1 və 228.4-cü maddələrinin sanksiyasından görünür ki, Cinayət Məcəlləsinin 126.1-ci maddəsində qeyd olunan cinayət əməlini törətməyə görə üç ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə cəzası, Cinayət Məcəlləsinin 228.4-cü maddəsində qeyd olunan cinayət əməlini törətməyə görə isə üç yüz iyirmi saatdan dörd yüz saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Həmçinin məhkəmə kollegiyasi Təqsirləndirilən şəxs təyin edilmiş cəzanın şərti olaraq tətbiq olunması üçün əsaslar müəyyən etmir. Belə ki, məhkəmə kollegiyasi cinayət əməlinin xarakterini, ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq Təqsirləndirilən şəxs cəza çəkmədən islah olunmasını mümkün hesab etmir. Məhkəmə kollegiyası həmçinin Təqsirləndirilən şəxs cəzasını ciddi reğimli cəzaçəkmə müəssisəsində çəkməsinə dair birinci instansiya məhkəməsinin gəldiyi nəticəni əsaslı hesab edir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün - ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkməlidirlər. Beləliklə, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası məhkəmə istintaqı aparmadan, cinayət işinin materiallarını araşdırıb apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, apellyasiya şikayətinin təmin edilməsinə dair məhkum edilmiş şəxsin və onun müdafiəçisinin çıxışlarını, məhkəmə hökmünün dəyişdirilmədən, apellyasiya şikayətinin isə təmin edilmədən saxlanılması barədə dövlət ittihamçısının çıxışını dinləyib hesab edir ki, məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs apellyasiya şikayəti qismən təmin edilməli, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1 və 228.4-cü maddələri ilə təqsirli bilinərək məhkum olunmasına dair Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-817/2022 saylı, 15 aprel 2022-ci il tarixli hökmü apellyasiya şikayətinə əsasən dəyişdirilməli, həmin hökmlə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təyin edilmiş 7 (yeddi) il müddətə azadlıqdan məhrum etmə ilə bağlı cəza 6 (altı) ilə endirilməli, Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-817/2022 saylı, 15 aprel 2022-ci il tarixli hökmünə əsasən Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 228.4-cü maddəsi ilə təyin edilmiş 1 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzası ilə, hazırki qərara əsasən Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təyin edilmiş 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən qismən toplamaq yolu ilə ona qəti olaraq 6 (altı) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməli, hökm məhkum edilmiş şəхs Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən qalan hissədə dəyişdirilmədən saхlanılmalıdır. Məhkəmə kollegiyası eyni zamanda hesab edir ki, açıq, qərəzsiz, obyektiv və ədalət mühakiməsinin başqa prinsiplərinə əməl edilməklə keçirilmiş məhkəmə istintaqında məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs müdafiə hüququqları, həm də Azərbaycan Respublikasının Konstitusiyasında, beynəlxalq müqavilələrdə və Azərbaycan Respublikasının Cinayət-Prosessual Qanunvericiliyində, o cümlədən CPM-nin 91-ci maddəsində nəzərdə tutulmuş digər hüquqları tam həcmdə təmin edilmiş və məhkəmə baxışı zamanı hər hansı kobud prosessual qanun pozuntusuna yol verilməmişdir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 397, 398.1.4, 399.1.4, 407 və 410-cu maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: Məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1 və 228.4cü maddələri ilə təqsirli bilinərək məhkum olunmasına dair Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-817/2022 saylı, 15 aprel 2022-ci il tarixli hökmü, məhkum edilmiş şəхs Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən dəyişdirilsin: Həmin hökmlə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təyin edilmiş 7 (yeddi) il müddətə azadlıqdan məhrum etmə ilə bağlı cəza 6 (altı) ilə endirilsin. Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-817/2022 saylı, 15 aprel 2022-ci il tarixli hökmünə əsasən Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 228.4-cü maddəsi ilə təyin edilmiş 1 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzası ilə, hazırki qərara əsasən Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təyin edilmiş 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən qismən toplamaq yolu ilə ona qəti olaraq 6 (altı) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Hökm məhkum edilmiş şəхs Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən qalan hissədə dəyişdirilməsin. Qərar qəbul edildiyi andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası CPM-nin 410-cu maddəsində nəzərdə tutulmuş müddətdə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər. Sədrlik еdən: Zəki Bаbаyеv Hаkimlər: İbrahim İbrahimli Ziya Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar